Məhkəmə qərarları › İş №1(124)-19/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-19/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-19/2025 30.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X17 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, xx.xx.2022-ci il tarixli, 1(012)- 646/2022 saylı Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılmış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq 40 manat pul müqabilində külli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,078 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və Abşeron rayonu, Qobu qəsəbəsində daşımış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayon polis idarəsinin X47 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qara Qarayev küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinin X52 gətirilmiş, orada həmin gün saat 13:40-dan saat 14:09-dək xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə çəkisi 2,078 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, səhər saat 11 radələrində işə gedirmiş. Getdiyi yolda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Üzərinə baxış zamanı üzərindən heç bir şey çıxmamışdır. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Ona təzyiq olunmuş və nəticədə ayağı sınmışdır. Eyni zamanda şillə və təpik vurmuşlar və bununla bağlı araşdırma getməmişdir. Heç bir yerə şikayət etməmişdir. X57i işə gedən zaman saxlamışdır. Onu saxlayanlar içərisində Xətai və Cavid adlı şəxslər olmuşdur. Digərlərini tanımamışdır. Onu döyənləri ancaq üzdən tanıya bilər. İstintaq təcridxanası onu qəbul edən zaman xəsarətlərini qeydiyyata almışdır. Döymə faktı ilə bağlı prokrorluqda araşdırma aparılıb-aparılmaması barədə məlumatı yoxdur. İlk dəfə sanksiyaya çıxarılan zaman xəsarətlərini deməmişdir. Çünki onu atası və qardaşı ilə hədələmişlər. Soruşulan zaman xəsarətlərinin evdə olduğunu demişdir. Xəsarətlərini hədəqorxu gəldiklərinə görə məhkəmədə də deyə bilməmişdir. Polislər həmin narkotik vasitəni boynuna götürməsi üçün onu döymüşlər. Tutulan zaman və ondan bir az əvvəlki dövrdə narkotik vasitələrdən istifadə etməmişdir. Eyni zamanda müalicə də almışdır. Onların evi ilə saxlanıldığı yer arasında 200-300 metrlik məsafə olmuşdur. Onu iki saylı məktəbin arxasında saxlamışlar. Küçənin adını xatırlamamışdır. Saxlanıldığı yer iki nömrəli məktəblə qəbristanlıq arasındadır. O, hər hansı bir xəstəxanaya xəsarətlərlə bağlı müraciət etməmişdir. Onu özləri gecə saatlarında aparmışlar. Onu tək saxlamışlar. Onu X52 gətirmişlər. Qobu Polisinə başqa şəxslərin gətirilməsinə şahid olmuşdur. Adı çəkilən şəxsləri də oraya gətirmişlər. Onu başqa-başqa avtomobillərdə gətirmişlər. Onların polis bölməsinə gətirilməsini görmüşdür. Hər iki şəxsi həm avtomobildən düşəndə, həm də polis bölməsində görmüşdür. Onu tək gətirmişlər. Digər iki qardaşı isə eyni avtomobildə gətirmişlər. İki avtomobil gəlmişdir. Yeddi nəfər olmuşlar. Birinci onu saxlamışlar. Üstündən bir müddət keçəndən sonra iki qardaşı saxlamışlar. O qardaşları görəndə saat on ikiyə işləmişdir. Onun tutulduğu yerlə bölmə arasında iki və ya üç dəqiqəlik məsafə olmuşdur. O, evdən çıxan günü evdə atası olmuşdur. Eyni zamanda qardaşının yoldaşı da evdə olmuşdur. Həmin vaxt anası işdə olmuşdur. Aldığı xəsarətlərlə bağlı prokurorluqda araşdırma aparılmamışdır. Onu X32 aparmışlar. Daha sonra onu xəstəxanaya aparmışlar. Ondan sonra Kürdəxanaya aparmışlar. O, tutulan vaxt üzərində işlək vəziyyətdə olan elektron nəzarət vasitəsi olmuşdur. Ona nəzarəti Abşeron Probasiya etmişdir. Sumqayıt şəhərindən başqa hər bir yerə gedə bilmək icazəsi olmuşdur. Tutulanda Qobu kəndində olmuşdur. O, heç bir pozuntu etməmişdir. Hər iki elektron nəzarət vasitəsi üzərində olmuşdur. Hər iki elektron nəzarət vasitəsi də işlək olmuşdur. Tutulduğu zaman üzərindən götürülmüşdür. Həmin gün ikisi də üzərində olmuşdur. Yeddi nəfər əməliyyatçı onu bölməyə aparmışlar. Bir kiloqram narkotiki onun qarşısına qoymuşlar. O həmin narkotiki boyununa götürməmişdir. Əllərindəki qandalla onun başına vurmuşlar. Başı yarılmışdır. O, ayılandan sonra ayaqlarının şiş olduğunu görmüşdür. Ayaqlarının elə vəziyyətə düşməsinin səbəbini soruşmuşdur. Ona ayaqlarının əzildiyini demişlər. Yerimək istəmişdir. Yeriyə bilmədiyini görmüşdür. İşgəncə ilə ayağa qaldırmışlar. X37 aparmışlar. Sənədlərini atası məhkəməyə təqdim etməli olmuşdur. Həkim yanına apardıqdan sonra həkim əməliyyat olunmalı olduğunu bildirmişdir. Həkimə “əməliyyat etməyin və onun əvəzinə gips edin” demişlər. MSY-yə onu qollarında təhvil vermişlər. Ondan sonra da Bakı İstintaq Təcridxanasına aparmışlar. O, ayağına nə olduğunu xatırlamamışdır. Onu dubinka ilə vurmuşlar. O, tutulan zaman elektron nəzarət vasitəsi üzərində olsa da, normal işləməmişdir. Sərbəst ifadəsini məhkəməyə verəndə səmimi olmuşdur. Polis İdarəsində olanda tanışlarından kimsə yanında olmamışdır. Ceyhun Ağayevi dəhlizdə görmüşdür. O, qaçmağa çalışmamışdır. Onunla danışmışdır. X46 dəhlizdə şəxsi görmüş və ona yaxınlaşmamışdır. Onu ailəsi ilə bağlı hədələdikləri üçün etiraf ifadəsi vermişdir. O, özünü pəncərədən atmamışdır. Uşaqlar özləri onu qucaqlarında MSY-yə aparmışlar. MSY-də olan Ceyhun ondan nə olduğunu soruşduqda. Ona “məni öldürdüklərini və səsimin aləmi bürüdüyünü” demişdir. Onu stulla vurmuşlar. Onun qolu bağlı olmuşdur. On nəfərin içərisində özünü atması mümkün deyil. Onu ikinci dəfə ekspertizaya göndərdiklərində ekspertdən özünə münasibətdə əvvəlki rəyi necə verdiyini soruşmuşdur. Ekspert ona əvvəlki rəylə bağlı sənədlərin itdiyini demişdir. Hakimin həmin sənədlərin istədiyini bildirmişdir. Orada olanda döyülmüşdür. İki kiloqram narkotiki qarşısına qoyaraq ona “bu sənindir” demişlər. Onlardan “nə üçün bu narkotiki götürməliyəm” deyə soruşmuşdur. Ceyhun da həmin vaxt gül ağacının böyründə dayanmışdır. Daha sonra onu otağa salaraq yenidən döymüşlər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Qobu qəsəbəsi Q.Qarayev küçəsi ev 51 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il olarki, narkotik vasitə hesab olunan heroindən istifadə elmişdir. 13 iyun 2023cü il tarixdə təxminən saat 11 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yoluna gəlmiş, orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin lazım olduğunu demişdir. Həmin şəxsdə onda narkotik vasitə hesab olunan heroinin olduğunu və bir bükümünü 40 manata satdığım demişdir. Bundan sonra o, həmin şəxsə 40 manat pul verib ondan l bükümdə narkotik vasitə hesab olunan heroini alaraq əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, oradan yaşadığı küçəyə gəlmişdir. Orada yaşadığı Q.Qarayev küçəsi ilə hərəkət edərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin X47 əməkdaşları kimi təqdim edərək Abşeron rayon polis idarəsinin X52 dəvət etmişər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan 1 büküm narkotik vasitə hesab olunan heroini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Rüstəm Atakişiyev tərəfindən üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, müdafiəçi ilə təmin olunmuşdur. Bu zaman polis əməkdaşları onda üzərində hər hansı bir qadağan olunmuş əşya və predmetin olub-olmamasını soruşanda o da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 büküm aldığı heroini çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisində baxılmış sonra isə öz bükmünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmışdır. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin narkotik vasitəni o, 13 iyun 2023cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən təsadüfən 40 manata almışdır. Həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Qobu-Lökbatan yolunun yanında bir nəfər şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin lazım olduğunu demişdir. Bundan sonra həmin şəxsdə o, bir büküm narkotik vasitə hesab olunan heroin gətirmiş, o da həmin şəxsə 40 manat pul verib almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, daxil olmuş məlumat əsasında Qobu qəsəbəsində Təqsirləndirilən şəxs saxlamışlar. İdarəyə dəvət etmişlər. Narkotik vasitələrinin istifadəsində və satışında şübhəli olduğu üçün saxlamışlar. Bölmədə inzibati otaqların birində müdafiəçinin iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs suallar vermişdir. Həmin suala cavab olaraq təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olduğunu bildirmişdir. Özü könüllü olaraq bir büküm heroinə bənzər kütləni təqdim etmişdir. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq olmamışdır. Şəxsi heç kim döyməmişdir. Şəxs tullandığı zaman yıxıldığını bildirmişdir. Şəxs axsaya-axsaya yerimişdir. Öz pilləkanlarından yıxıldığını bildirmişdir. Şəxsi müşahidə edəndə şəxsin ayağında probleminin olduğunu görmüşlər. Şəxsi piyada hərəkət edən zaman saxlamışlar. Bölmədə ayağındakı ağrıya səbəb olaraq pilləkanlardan yıxılmasını bildirmişdir. Günortaya yaxın saatlarda saxlamışlar. Saatı dəqiq xatırlamamışdır. Nahar yeməyinin saatına yaxın vaxta şəxsi saxlamışlar. Özü isə çəkilişdən sonra çıxıb getmişdir. Şəxsin xəstəxanaya aparılmasında iştirak etməmişdir. Onlar şəxsi növbətçi hissəyə təhvil vermişlər. Oradan da təhqiqatçıya təhvil verilmişdir. Çəkilişdən sonra da şəxs MSY-yə verilmişdir. O, şəxsi döyməmiş və şəxsi döyəni də görməmişdir. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. Şəxsə qarşı təzyiq göstərilməsi mümkün deyil. Şəxsin xəsarətləri ilə bağlı aktlaşdırma aparılıb-aparılmamasını bilməmişdir. X32 təhvil verilməsində iştirak etməmişdir. Onu digər əməkdaşlar təhvil vermişdir. O, şəxsdə başqa xəsarətlər görməmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat qeydiyyat işi açılmamışdır. Təxirə salınmaz əməliyyat tədbiri olmuşdur. Xəsarətlərlə bağlı rəsmiləşdirmə etməmişdir. O, rəsmiləşdirmə ilə bağlı bir halı xatırlamamışdır. Şəxsi Qobuda evlərinə yaxın ərazidə 80-100 metr məsafədə saxlamışlar. Qobuda çoxdandır işləyir. Cəfər Cabbarlı adlı küçə həm Qobunun bir baş tərəfində, həm də digər baş tərəfində yerləşir. Ünvanlarda problemlər çox olmuşdur. Polis Şöbəsi ilə bir az məsafə vardır. Şəxsi tək saxlamışlar. Yanında başqa şəxs olmamışdır. El arasında küçələrlə başqa ad deyə adlandırırlar. İki nömrəli məktəb şəxsin saxlandığı ünvana uzaq olmuşdur. İki nömrəli məktəb məscidə yaxın ərazidə yerləşir. Onun baxdığı ərazidə 60 min nəfər yaşayır. Qobuda 100 mindən çox şəxs yaşayır. Abşeron rayonunda üç bölmə vardır. Həmin bölmələr Saray, Qobu və Mehdiabad bölmələri adlanır. Ən çox cinayət Qobuda olmuşdur. İlkini saxlayanda onlara qarşı heç bir müqaviməti olmamışdır. Şəxsi avtomobillə gətirmişlər. Avtomobil yaxın ərazidə olmuşdur. Şəxs xəsarətləri ilə bağlı xəstəxanaya aparılmışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin X47 cinayət axtarışı üzrə əməliyyat müvəkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 13 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron rayon Polis İdarəsinin X47 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Abşeron rayon Polis İdarəsinin X47 sahə polis nəfəri polis kiçik serjantı X13 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qara Qarayev küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinin X52 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkum luğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X18 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin X47 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Abşeron rayon Polis İdarəsinin X47 sahə polis nəfəri polis kiçik serjantı X19 və prossesə dəvət edilmiş vəkil X20 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sollofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə hcroindir”. Bildirmişdir ki, “təqdim etdiyi narkotik vasitə hero ini 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə daşıyraq saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır’. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan büküm dəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlarda həmin protokola imaza etmşlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2023-cü il 23 iyun tarixdə X47 Cinayət axtarış şöbəsi üzrə əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında yaradılmış qrupun üzvlüyündə iştirak etmişdir. Həmin günü təxminən saat on iki radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs Qobu qəsəbəsi ərazisində saxlanılmışdır. X52 gətirilmişdir. X46 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni səmimi olaraq təhqiqatçıya təqdim etmişdir. Əməliyyata Şahid1 rəhbərlik etmişdir. Əməliyyat qrupunda üç nəfər olmuşlar. Hər hansı bir təzyiq olmamışdır. Şəxsin zahiri görünüşündə qüsurların olmasını şəxs bölmədə demişdir. Yıxıldığı üçün ayaqlarının ağrıdığını bildirmişdir. Tutulmamışdan qabaq yıxıldığını bildirmişdir. Hadisədən bir neçə saat qabaq yıxılmışdır. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs döyülməmişdir. Şəxsi küçədə saxlamışlar. Piyada hərəkətdə olmuşdur. Şəxs heç bir etiraz etmədən onlarla X52 gəlmişdir. Şəxs normal vəziyyətdə olmuşdur. Çəkiliş olanda şəxs yıxıldığını bildirmişdir. Tibbi yardım göstərilmişdir. Həkimə aparılmışdır. Hara aparılmasını bilməmişdir. Baxış keçirilmişdir. Digər məsələlər onun səlahiyyətinə aid olmamışdır. Qərarı təhqiqatçı vermişdir. Təhqiqatçı Atakişiyev olmuşdur. Üzərinə baxış keçirildikdən sonra təhqiqatçı şəxsi MSY-yə təhvil vermişdir. O, şəxsə tibbi yardım göstərməmişdir. O, şəxsin üzərində xəsarət olmasını görməmişdir. Əməliyyat qrupunda Şahid1, Samir Babayev və özü olmuşdur. Yeddi nəfər olmamışlar. İki avtomobillə getmişlər. Şəxsdə gözlə görünən xəsarət olmamışdır. Videoçəkilişdə normal vəziyyətdə olmuşdur. Ayaqlarının ağrıdığını bildirmişdir. Onun tibbi biliyi olmadığı üçün onun xəsarətini müəyyənləşdirə bilməişdir. Polis əməkdaşları tərəfindən şəxsə zor tədbiq olunmamışdır. Şəxs gətirildikdən sonra özü çıxıb getmişdir. MSY-yə təhvil veriləndə təhqiqatçı rəsmiləşdirmişdir. Şəxs sərbəst hərəkət etmişdir. Şəxsi saat on iki radələrində saxlamışlar. Elektron nəzarət vasitəsinin olub-olmamasını xatırlamamışdır. Şəxsi təhqiqatçının xidməti otağına gətirmişlər. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin X47 cinayət axtarışı üzrə baş əməliyyat müvəkili vəzifəsində işləyir, polis mayorudur. 13 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar əməliyyat müvəkkili Şahid1 raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron rayon Polis İdarəsinin X47 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Abşeron rayon Polis İdarəsinin X47 sahə polis nəfəri polis kiçik serjantı X13 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qara Qarayev küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinin X52 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkum luğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X18 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin X47 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Abşeron rayon Polis İdarəsinin X47 sahə polis nəfəri polis kiçik serjantı X19 və prossesə dəvət edilmiş vəkil X20 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sollofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə hcroindir”. Bildirmişdir ki, “təqdim etdiyi narkotik vasitə hero ini 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə daşıyaraq saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan büküm dəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlarda həmin protokola imaza etmşlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o verdiyi rəyi tamamilə təsdiq etmişdir. Həmin rəy təkrar təyin edildiyinə görə vermişlər. Həmin rəydə bir ziddiyyət görməmişdir. Sınığın sağ və sol hissəsi istisna olmaqla orada bir ziddiyyət görməmişdir. Şəxsin Travmatologiya institutuna daxil olarkən çəkilmiş rentgen şəkilləri və onlar özləri müayinə edərkən 25 noyabr 2024-cü il tarixində istintaq təcridxanasında olarkən çəkilmiş rentgen şəkillərinə əsasən müəyyən edilmişdir. Sağ ayaq pəncəsində sınıqlar vardır. X6 sol ayaq yazılmışdır. Onlar təqdim edəndə sağ pəncənin sınığı göstərilmişdir. İstintaq Təcridxanasında müayinə olunarkən həm döş qəfəsini, həm də sağ və sol ətrafını rentgen etmişlər. Orada travmatik dəyişikliklərin aşkar edilmədiyi qeyd olunmuşdur. Sağ pəncənin rentgen müayinəsində daban sümüyündə pərçimlənmiş və şişmiş sınıq müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin ekspert radialoqu sınığın sol ayaq pəncəsində deyil, sağ ayaq pəncəsində olduğunu təsdiq etmişdir. Qeyd edilən sol aşıq sümüyü aşağı ətrafdır. Sümükdə dəyişikliklər gedəndə onun müddətindən asılı olaraq təyin etmək mümkün olmur. Orada da hər iki ətraf diz oynağından, baldırın üçdə birindən aşağı olmaqla gips sarğısında olduğu qeyd olunmuşdur. Orada əzik olduğuna görə gips qoyulmuşdur. Əziyin sağalması üçün azhərəkətlilik lazımdır. Gips azhərəkətlilik olsun deyə qoyulmuşdur. Orada oynaq çoxdur və ağrı olduğuna görə gips qoyulmuşdur. xx.xx.2023-cü il ekspert rəyi ilə onların verdikləri ekspert rəyi arasında ziddiyyət olmamışdır. Küt əşyanın təsiri ilə əmələ gəlmişdir. Onlar küt əşyanın təsiri ilə əmələ gəldiyini yazmışlar. Eyni zamanda onlar “istintaq eksperimenti ilə müəyyən edilə bilər” yazmışlar. Pərçimlənmiş sınıq ancaq hündürlükdən düşmə zamanı yaranan sınıqdır. Şəxsin həmin xəsarəti özünə yetirməsi mümkün deyil. Həmin xəsarət yanlız hündürlükdən düşmə zamanı yaranan xəsarətə xarakterikdir. Pərçimlənmiş sınıqlar ancaq hündürlükdən düşmə zamanı yaranan sınıqlardır. Əvvəlki ekspert rəyində nə üçün elə yazıldığını həmin ekspert rəyini verən şəxsdən soruşmaq lazımdır. Pərçimlənmiş sınıq dedikdə sümüklərin bir-birinin içinə girməsi nəzərdə tutulur. Şəxsin həmin xəsarətlə nə qədər yol getməsi, həmin xəsarətin ondan nə vaxtdan olmasını bilməsi və ya bilməli olduğunun müəyyən edilməsi ilə bağlı elmimetodika hələ işlənib hazırlanmamışdır. Şəxsin nə qədər yeriyə bilməsini demək mümkün deyil. Hər insanın fərdi xüsusiyyətlərindən bu asılı olduğuna görə hər hansı elmi-metodika ilə bunu müəyyən etmək mümkün deyil. Şəxsin “xəsarətin isti vaxtlarında” müəyyən məsafəni qət etməsi mümkündür. Onlar şəxsin sol ayağında sınığın olmadığını müəyyən etmişlər. Onlar bunu dəqiqləşdirmək məqsədi ilə sənəd alırlar. Ekspertizanın aparılması qaydalarına uyğun olaraq sol ayağında deyil, sağ ayağında sınıq olduğuna görə yenidən rentgen keçirmişlər. Əvvəlki rentgen şəkilləri onlara təqdim edilmişdir. Rentgen nəticəsində sol ayağın deyil, sağ ayağın olduğu müəyyən edilmişdir. Onların müayinəsi ilə həmin müayinə arasından iki ilə yaxın vaxt keçmişdir. Sınıqda bitişmə gedəndə özünü mütləq göstərməlidir. İstintaq Təcridxanasında sol ayağında dəyişikliklərin baş vermədiyi yazmışdır. Onun iki ayağında sınıq olması hündürlükdən yıxılmağa xarakterik əlamətlərdir. Onlar ekspertiza aparanda 12 iyun 2023-cü il tarixli rəyi, həm də müayinə edərkən 2023-cü ilin dekabr ayında olan rentgen şəkillərin hamısını ekspert radioloqa təqdim etmişlər. Eyni şeyi İstintaq Təcridxanasında şəxsi rentgen edən həkim də yazmışdır. Həmin sənədlərə əsasən sınıq aşkar olunmamışdır. Onlar şəxsdə olan sınıqları görməyə bilərlər, lakin İstintaq Təcridxanası da eyni nəticəyə gəlmişdir. 03 dekabrda rentgenoloq özü onlara təqdim etmişdir. Hündürlükdən yıxılan zaman şəxsin bir ayağının üzərinə düşməsi halı mümkündür. Hansı ayağı üzərinə ağırlıq daha çox düşərsə, həmin ayağın daha çox xəsarət alması halı baş verə bilər. Ayağın oynağının içərisində olan nazik sümük incik sümüyüdür. Hər bir halda sınıq görünməlidir. O, incik sümükdə sınığın olmadığını demişdir. Aşıq sümüyü incik sümüyünün üzərində dayanan sümükdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, hər iki ayaqda sınıq qeyd olunmamışdır. Təcridxanaya daxil olduqdan sonra travmatologiyada sol aşıq sümüyünün sınığı qeyd olunmuşdur. Ayın on altısı şəxs Təcridxanadan Ədliyyə Nazirliyinin Tibb İdarəsinə daxil olmuşdur. Ayın on yeddisi rentgen müayinəsindən keçmişdir. Orada yanlız sağ daban sınığı qeyd olunmuşdur. 25 noyabr 2024-cü il tarixində şəxs təkrar müayinəyə gələndə təzədən onu təcridxananın rentgen müayinəsinə göndərmişlər. 03 dekabr 2024-cü il tarixdə təkrar rentgen müayinəsindən keçmişdir. Sağ daban sümüyünün sınığı təsdiqlənmişdir. Sol aşağı ətraflarda dəyişiklik qeyd olunmamışdır. Həmin rentgen şəkillərini öz radioloqlarına göndərmişlər. Həmin şəkillərin tədqiqi zamanı eyni ilə sağ daban sınığını öz təsdiqini tapmışdır. Sol aşağı ətraflarda sümük dəyişiklikləri qeyd olunmamışdır. Həm sonuncu müayinənin, həm də ilkin Təcridxanada olan müayinənin nəticələrinə uyğun bu rəyi vermişlər. Yumşaq toxumaların əziyi qeyd olunmuşdur. Ziddiyyət olduğuna görə onlar şəxsi yenidən rentgen müayinəyə göndərmişlər. Bu ziddiyyətin aradan qaldırılması üçün atılmış addım olmuşdur. Orada da yenidən sağ daban aşıq sümüyü aşkar olunmuşdur. Ziddiyyətlər olduğuna görə və həmçinin Travmatologiyada ancaq bir sümük sınığı qeyd olunduğuna görə ziddiyyətlərin aradan qaldırılması üçün təkrar rentgen müayinəsinə göndərmişlər. Onlara daxil olan arayışda sol aşıq sümüyü və daban sümüyünün sınığı qeyd olunmuşdur. Onların məhkəməyə göndərdikləri sənəddə bir sümüyün sınığı qeyd olunmuşdur. O, sağ daban sümüyünün sınığını təsdiq etmişdir. Radioloqun tədqiqi əsasında onlar bu qənaətə gəlmişlər. Sınıq olduğu halda onun izi qalmalıdır. Döyənək formada da olsa iz qalmalıdır. Rəydə də qeyd etdikləri kimi özündə kəskin ağrı hiss edənə qədər şəxs hərəkət etməsi mümkün olmuşdur. Bu barədə elmi əsaslandırma yoxdur. Hər insanın fizioloji xüsusiyyətləri fərqli olduğuna görə bunu müəyyən etmək mümkün deyil. Bu insan faktoruna bağlı bir məsələdir. Elmi əsaslandırma olmadığına görə nə qədər sərbəst hərəkət edə biləcəyi sualına cavab verə bilməmişlər. Bu hal fərdi xüsusiyyətlə bağlıdır. İlkin zamanlarda şəxsin sərbəst hərəkət etməsi mümkün olmuşdur. Sümük müəyyən qədər yerini dəyişmişdir. Müəyyən məsafəni şəxsin hiss etmədən gəzməsi mümkündür. Şəxsin sınıqdan sonra nə qədər müddət keçdikdən sonra ayağa qalxa bilməsini deyə bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, elektron nəzarət vasitəsi kimi bir ədəd mobil qurğu və şəxsin ayağına elektron nəzarət vasitəsi təqdim olunmuşdur. Həmin mobil qurğu ilə elektron nəzarət vasitəsi bir-biri ilə əlaqədə olmalıdır. Mobil qurğu ilə adicə 2 və ya 3 metr uzaqlaşanda izlənmə məlumatı yetmir. Həmin mobil qurğu orada olanda bir həftə ərzində siqnal gəlməyəndə avtomatik olaraq şübhəli bir halın olduğu bilinir. Həmin vaxtlar şəxsə üzərində elektron nəzarət vasitəsini gəzdirməməsi barədə xəbərdarlıq etməmişlər. Elektron qolbağın taxılma vaxtı işdə olan sənədlərdə qeyd olunmuşdur. Tarix dəqiq yadında deyil. Həmin müddət ərzində qanunsuz fəaliyyətlə məşğul olması halı olmamışdır. Bir dəfə şəxsi probasiya qurumuna dəvət etmişdir. Şəxs işdə olduğunu bildirmişdir. Siqnalın nə vaxtsa müvəqqəti pozulması tam yadında deyil. Elektron nəzarət vasitəsi şəxsin üzərində olsa da, mobil qurğu deyilən aparat yanında olmayanda avtomatik olaraq şəxsin izlənməsi mümkün olmur. Ayın 12-si siqnal tapılmaması ilə bağlı məlumat gəlmişdir. Bəlkə də, həmin məlumatı iş matriallarına əlavə etməmişdir. İş materiallarında məlumat olmamışdır. Həmin günü şəxsin atası ilə danışmışdır. Atası şəxsin işdə olduğunu bildirmişdir. Tutulmamışdan qabaq atası ilə danışmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi bir ya da iki dəfə kənddə görmüşdür. Daha sonra şəxsi bölmədə görmüşdür. O, şəxsi İlkin adı ilə tanımışdır. Onun soyadını bilməmişdir. O, öz məhkəmə prosesində də saat on və ya on bir arası gəldiyini demişdir. O, İlkini orada görmüşdür. Bölmədə olanda dəhlizdə dayanmışdır. Təxminən bir saat və ya bir saat yarım birlikdə olmuşlar. Daha sonra onları ayıraraq növbətçi hissənin otağına salmışlar. Ondan sonra İlkini görməmişdir. Daha sonra MSY-də onu görmüşdür. Şəxsin ayaqları sınıq olmuşdur. Özü də ayağının sındığını demişdir. Şəxs ona ayaqlarının sındırıldığını demişdir. Onu pəncərədən atdıqlarını demişdir. Özü həmin anı görməmişdir. Eyni zamanda özünün də pəncərədən atlandığını demişdir. Onun yanında olmadığı üçün necə xəsarət aldığını bilməmişdir. Onun ayağını vurub sındırmışlar. Bölmədə olan zaman ondan ayağının niyə belə olmasını soruşmuşdur. O da ayağının bölmədə bu vəziyyətə düşməsini bildirmişdir. Daha sonra onunla çox ünsiyyətdə olmamışdır. Ondan sonra onu MSY-yə aparmışlar. Daha sonra onu xəstəxanaya aparmışlar. Şəxs ona dözə bilmədiyini, onu narkotiklə yüklədiklərini demişdir. Ayaqlarının bu formada olmasına səbəb onu pəncərədən aşağı atmaqları və ya özü özünü aşağı atması olmuşdur. Şəxs bölməyə salamat gəlmişdir. Polis bölməsi iki mərtəbəlidir. O, Təqsirləndirilən şəxs ikinci mərtəbədə dəhlizdə görmüşdür. Həmin vaxt şəxsdə heç bir şey olmamışdır. Onu polis bölməsində hava qaralana qədər saxlamışlar. Ondan sonra MSY-yə getmiş və MSY-də onu görmüşdür. İkinci mərtəbədə əməliyyatçıların xidməti otağı vardır. Onun qardaşı da otaqda olmuşdur. Qardaşını otaqdan çıxarandan sonra İlkini otağa salmışlar. Birinci ona heç bir şey etməmişlər. Qardaşını 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini demişlər. Qapı açıq vəziyyətdə olanda görmüşdür. Boş otaq və bir ədəd stul olmuşdur. Üç əməliyyatçı olmuşdur. Otağa şəxsləri bir-bir aparmışlar. İlkinin qolu bağlı olmuşdur. Şəxsi pəncərədən atmaqlarını və ya şəxsin özünü pəncərədən atmasını dəqiq deyə bilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə bölmədə görəndə ayağında problem olmamışdır. O, şəxsin qışqırıq səslərini eşitmişdir. O, şəxsin necə xəsarət almasını görməmiş, amma eşitmişdir. MSY-də olanda onlar söhbət etmişlər. Şəxs onu pəncərədən atdıqlarını demişdir. Ondan ayaqlarını soruşanda dözə bilmədiyini demişdir. Onu döydüklərini bildirmişdir. Dözə bilmədiyi üçün tullandığını demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Natamam orta təhsillidir. Təqsirləndirilən şəxs onun yoldaşının qardaşıdır. O, hər səhər özü evdəkiləri yola salmışdır. Hər səhər olduğu kimi İlkin çörəyini yeyərək on və ya on birin yarısı işə getmişdir. Bəzən səhər onda, bəzən isə on birin yarısı işə getmişdir. Şəxsin narkotik vasitələrindən və psixotrop maddələrindən istifadə etməsini görməmişdir. Şəxsin ayağında qolbaq olmuşdur. Bir də üzərinə enerji yığması üçün adapteri üzərində gəzdirmişdir. Həmin əşyanı evdə enerji yığması üçün cərəyana taxmışdır. Evdən çıxanda isə cibində gəzdirmişdir. Həmin günü işə gedərkən şəxsin ayağında olmuşdur. Həmin günü də aparat şəxsin üzərində olmuşdur. Şəxs fəhləliklə məşğul olmuşdur. İlkin 13 iyun tarixdə tutulmuşdur. İlkin həmin günü səhər işə getmişdir. Həmin saatı dəqiq bilməmişdir. Səhər yeməyini yeyib getmişdir. İşə gedəndə hansı yoldan istifadə etməsini, hansı avtobusa minməsini bilməmişdir. Onların evindən onun işə getməsi üçün avtobusa mindiyi yerə qədər məsafə çox olmuşdur. Hardasa 10-15 dəqiqəlik piyada məsafə olmuşdur. 500-600 metrdən çox məsafə olmuşdur. Şəxs evdən sağ-salamat çıxmışdır. Heç bir problemi olmamışdır. O, İlkinlə bacı-qardaş kimi olmuşdur. Həmişə onunla söhbət etmişlər. Bir dərdi olanda ona demişdir. Onun ayağında bir problem olmamışdır. İlkinlə bir evdə yaşamışlar. Həmin evdə qayınatası, qayınanası, yoldaşı, özü, onun qızı və İlkin birlikdə yaşamışlar. İlkin tutulana qədər hər gün evə gəlmişdir. Onun başına gələnlərin hamısından həmişə xəbərdar olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Q.Qarayev küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Q.Qarayev küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində saxlanılaraq Abşeron RPl-nin Qobu PB-nə gətirilmiş, vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 13 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Mehdiyev tikin Xəqani oğlunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 15 iyun 2023-cü il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X20, Abşeron rayon Polis İdarəsinin X47 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Abşeron rayon Polis İdarəsinin X47 sahə polis nəfəri polis kiçik serjantı X19 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sollofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroindir. Bildirmişdir ki, təqdim eldiyi narkotik vasitə heroini 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə daşıyraq saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 15 dəqiqə 06 saniyə davam etmişdir. Tərəfimdən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Sansung Qalaxy A10” markalı **********79962/01 və **********79962/1 imey kodlu mobil telefona baxış keçirilən zaman həmin bir ədəd qara rəngli “Samsunq” markalı mobil telefonun SMS, MMS bölmələrinə “Whatsap” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və qeydiyyat müşahidə olunmamışdır. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1186 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol aşıq və daban sümüyünün yerdəyişmiş sınığı, sağ ayağın yumşaq toxumalarının əziyi, sağ əlin iç səthinin sol və sağ dirsək nahiyyələrinin sıyrıqları, sol bazu nahiyyəsinin qançırı, bərk küt əşyanın (əşyaların) təsirindən müxtəlif şəraitdə törənə bildiyindən dəqiq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi, müddəti zərərçəkənin tibbi yardım üçün klinikaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli 6/3343 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245” dairəvi möhür əksi, “....vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş maddi sübut...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində Ol(bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2023-cü il tarixli 5358 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, 1(012)-646/2022 saylı Abşeron rayon Məhkəməsinin hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. xx.xx.2023-cü il tarixli, 13071/23 saylı Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş məktubdan müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-646/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 04 ay 21 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 07 ay 05 gün təşkil etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təzyiq və fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasından imtina edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsin xx.xx.2022-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqısirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 4(012)-440/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. X30 saxlanılan şəxslərin uçotu kitabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:10-da MSY-ə təhvil verilmişdir. X7 da həmin tarixdə MSY-ə təhvil verilmişdir. X30 saxlanılan şəxslərin uçotu kitabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:25-də Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. X7 da həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. X15 və Tibbi Yardımın göstərilməsinin qeydiyyatı kitabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilkin müayinə zamanı “baldır sümüyünün sınığı” aşkar olunmuş və ilkin tibbi yardım göstərilmişdir. 13 dekabr 2024-cü il tarixli Məhkəmə-Tibbi Ekspertiza və X27 X39 verilmiş T 818/2024 saylı ekspert rəyindən müəyyən olunur ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya onun barəsində aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş Təqsirləndirilən şəxs sağ daban sümüyünün pərçimlənmiş sınığı, sağ ayağın yumşaq toxumalarının əziyi, sağ əlin iç səthinin, sol və sağ dirsək nahiyələrinin sıyrıqlan, sol bazu nahiyəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Sağ daban sümüyünün pərçimlənmiş sınığı, sağ ayağın yumşaq toxumalarının əziyi xəsarətləri ilə şəxsin saatlarla ölçülən zaman kəsiyində sərbəst hərəkət edib müəyyən qədər məsafə qət etməsi mümkündür. Göstərilən xəsarətləri almış şəxs sümük sınığı nəticəsində aşağı ətrafda kəskin ağrı və şişkinlik meydana çıxana qədər xəsarətlərin fərqinə varmaya bilərdi. Vətəndaş Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların özü-özünə və kənar şəxs tərəfindən yetirilməsindən daha çox hündürlükdən yıxılma zamanı yaranmasına uyğun gəlir. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs sağ və sol ayaqlarının rentgen şəkillərindən müəyyən olunur ki, onun sağ ayağında sağ daban sümüyünün sınığı, sol ayağında isə sol incik sümüyünün bayır topuğunun sınığı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs sağ və sol ayaqlarının rentgen şəkillərindən müəyyən olunur ki, onun sağ daban sümüyünün bitişmiş sınığından sonrakı qalıq əlamətləri izlənilmiş, sol aşıq-baldır oynağının sümüklərində postravmatik dəyişikliklər aşkar edilməmişdir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X39 Məhkəmə- Tibbi Ekspertiza və X27 X48 göndərilmiş 1972 nömrəli arayışdan müəyyən olunur ki, xəstə Təqsirləndirilən şəxs kliniki-rentgenoloji müayinə edilərkən ona sol aşıq və daban sümüyünün yerdəyişmiş sınığı diqanozu qoyulmuşdur. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman adına açılmış tibbi kitabçadan müəyyən olunur ki, onun sol incik sümüyünün aşağı 1/3-nin bayır səthinin yerdəyişmiş sınığı, sağ daban sümüyünün sınığı, hər iki ayaqda yumşaq toxumaların əziyi aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli, 1(124)-362/2024 saylı X35 barəsində çıxarılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmündən müəyyən olunur ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Ceyhun Ağayev sərbəst ifadəsində xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində işdən evə gəldiyini, evdə qardaşının polis əməkdaşları tərəfindən saxlanılmaqla X52 aparıldığını öyrəndiyi üçün atası, anası və qaynanası ilə birlikdə taksi ilə polis bölməsinə getdiyini, sonradan orada polis əməkdaşları tərəfindən saxlanıldığını, evə qayıtmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalaraq özünə aid olmayan narkotik vasitəni boynuna almağa məcbur olduğunu qeyd etmiş, hətta X46 İlkin adlı tanışını da gördüyünü, onun da polis əməkdaşları tərəfindən tutulduğunun şahidi olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli, 1(105)-12/2025 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə X35 barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 1(124)-362/2024 saylı bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X56 tərəfindən göndərilmiş məktub və ona əlavə edilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol aşıq sümüyünün və sağ daban sümüyünün yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X56 tərəfindən göndərilmiş məktub və ona əlavə edilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol aşıq sümüyünün və sağ daban sümüyünün yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X49 məhəkəmənin sorğusuna əsasən verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 3 il müddət ərzində Abşeron Rayon Mərkəzi Xəstəxanasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir. “Respublika Təcili və X21 Mərkəzi” X49 məhəkəmənin sorğusuna əsasən verilmiş cavaba əsasən müəyyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 23:48-də “Respublika Təcili və X21 Mərkəzi”nin Abşeron TTYS-na Abşeron Rayon Polis İdarəsindən vətəndaş 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına çağırış daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə, sat 01:23-də çağırış stansiyasının həkimi Ağalarov Məzahir tərəfindən icra edilərək, xəstəyə “S82.9 Baldır sümüklərinin sınığı” diaqnozu qoyulmuş, müvafiq ilkin yardım göstərilmişdir. Xəstənin ağrı şikayətinə uyğun olaraq sol.Spazmaton 5.0 və sol.Dimedroli 1% 1.0 əzələ daxilinə inyeksiya edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham öz təsdiqini tapmadığından, daha dəqiq irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-1-cü maddəsi ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X22 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X22 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X52 gətirildikdən sonra polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmadığı, onun cibinə qoyulduğu, həm də ibtidai araşdırmanın sonrakı mərhələsində polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadələr verdiyini və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamala bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X10rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X31rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X24rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs elan olunun ittiham üzrə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən zəruri sübutlar maddi sübutun (1 büküm heroin) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında prosessual hərəkətin protokolu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələridir. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması ilk dəfə xx.xx.2023-cü il tarixdə “X15 və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”a aparılmış qeydiyyata əsasən müəyyən olunur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən keçirilən həkim müayinəsi zamanı da onda xəsarətlər aşkar olunmuş, şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Mübahisə doğuran məqam şəxsin bədənində həmin xəsarətlər aşkar olunduqdan sonra ibtidai araşdırma orqanı tərəfindən həmin xəsarətlərin necə və hansı şəraitdə alınması ilə bağlı aparılan araşdırma, gəlinən qənaət və ona verilən qiymətlə bağlı olmuşdur. Belə ki, yuxarıda istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. İş materialları ilə müəyyən olunur ki, ibtidai araşdırma dövründə yuxarıda qeyd olunanların aşkarlanması fonunda yalnız iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunaraq müvafiq rəy (xx.xx.2022-ci il tarixli rəy) alınmış və həmin rəydə şəxsin bədənində aşkar olunan xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi ehtimalının mümkünlüyü göstərildiyindən, qeyd olunan xüsusatla bağlı xüsusi olaraq hərtərəfli yoxlama həyata keçirilməmiş, xəsarətlərin necə və hansı şəraitdə alınması ilə bağlı araşdırma aparılmamış, faktiki olaraq hərəkətsizlik nümayiş etdirilmiş, hər bir halda belə bir araşdırmanın getdiyini əks etdirən hər hansı bir qərar iş materiallarına əlavə olunmamışdır. Cinayət işinin materiallarında olan, həmçinin sonradan məhkəmə istintaqı zamanı iş materiallarına əlavə olunmuş sənədlər, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə pis rəftara, təsir və təzyiqə məruz qalması ilə bağlı ciddi narahatlıqlar yaratdığından və sözügedən xüsusatlar ibtidai araşdırma dövründə ətrfalı şəkildə yoxlanılmadığından, bu məsələnin ətraflı şəkildə araşdırılmasına zərurət yaranmışdır. İş materialları ilə baş vermiş hadisələrin xronoloji ardıcıllığından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X52 gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiq edilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, habelə saxlanılan zaman şəxsin səhhətində heç bir problem olmamışdır. Çünki iş materiallarında olan xx.xx.2023-ci il tarixli raportda (cild 01, iş vər. 11) bu hallar qeyd edilməmiş, həmçinin əlavə olaraq təqsirləndrilən şəxsdə saxlanılan zaman xəsarətin olmasına dair hər hansı bir sənədləşmə (akt, protokol və s.) həyata keçirilməmiş, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları (Şahid1 və Şahid2) da ibtidai istintaq zamanı verdikləri ifadələrində bu halları təsdiq etmişlər. Yalnız məhkəmə istintaqı zamanı polis əməkdaşı Şahid2 suallara cavab verərkən təqsirləndirilən şəxsin polis idarəsinə gətirildikdən sonra ayaqlarında ağrı olduğunu və tutulmazdan əvvəl yıxıldığına dair məlumat verdiyini bildirmiş, digər polis əməkdaşı Şahid1 isə təqsirləndirilən şəxsi saxlayarkən ayağında problem olmasını müşahidə etdiklərini lakin təqsirləndirilən şəxsi polis bölməsinə gətirdikdən sonra bu barədə heç bir rəsmiləşdirmə aparmadıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 13:10-da vəkilin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış,həmin tarixdə təqsirləndirilən şəxsin izahatı alınmış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qisində ifadəsi alınmış və həmin tarixdə barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılmışdır. Qeyd olunan istintaq hərəkətləri aparılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmadığını, ayağındakı xəsarəti tutulmazdan öncə aldığını bildirmiş və narkotik vasitəni əldə etməsinə dair etirafedici ifadələr vermişdir. Bundan sonra təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 12:25-də Bakı istintaq Təcridxanasına təhvil verilmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs istitntaq təcridxanasına qəbul olunarkən tibbi müayinədən keçirilərkən onun sol incik sümüyünün aşağı 1/3-nin bayır səthinin yerdəyişmiş sınığı, sağ daban sümüyünün sınığı, hər iki ayaqda yumşaq toxumaların əziyi aşkar olunmuş və təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Məhkəmə ilk olaraq şəxsdə aşkar edilmiş xəsarətlərin onda nə vaxt yaranmasını məhkəmə istintaqı zamanı araşdırmışdır. İbtidai istintaq orqanının gəldiyi qənaətə əsaslansaq belə bir nəticəyə gəlmək olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs səhər öz yaşadığı evdə yıxılaraq ayağını sındırmaqla əlaqəli az ağır xəsarət almışdır. Bundan sonra xəsarətinin heç bir fərqində olmadan piyada hərəkət edərək narkotik vasitə əldə edəcəyi yerə getmiş və saat 11 radələrində narkotik vasitəni əldə etdikdən sonra, piyada hərəkətini davam etdirərkən saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq X52 gətirilmişdir. Həmçinin təqsirləndirilən şəxs ayağının sınıq olmasına baxmayaraq bir saatdan artıq piyada hərəkət etməsinə baxmayaraq onun hərəkətində hər hansı bir problemin olmasını polis əməkdaşları müşahidə etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə Abşeron rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanlamış və həmin sorğuya verilmiş cavabdan müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs son 3 il ərzində hər hansı bir xəstəliklə əlaqədar həmin xəstəxanaya müraciət etməmişdir. Həmçinin məhkəmənin digər sorğusuna əsasən “Respublika Təcili və X21 mərkəzindən” məhkəməyə verilmiş cavabdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 23:48-də “Respublika Təcili və X21 mərkəzi”nin Abşeron TTYS-na Abşeron Rayon Polis İdarəsindən Təqsirləndirilən şəxs adına sorğu daxil olmuş və həmin sorğuya əsasən həkim Ağalaraov Məzahir tərəfindən Təqsirləndirilən şəxs “Baldır sümüklərinin sınığı” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilmişdir. Məhkəmənin qeyd olunan sorğularına əsasən əldə etdiyi məlumatlardan belə qənaətə gəlmək olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xəsarəti ilə əlaqədar ilk müraciəti məhz polis əməkdaşları tərəfindən tutulduqdan sonra olmuşdur. Bundan sonra məhkəmə təqsirləndirilən şəxsin qardaşının həyat yoldaşını əlavə şahid qismində dindirmiş və şahid X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs evdən sağ-salamat çıxmışdır. Heç bir problemi olmamışdır. O, İlkinlə bacı-qardaş kimi olmuşdur. Həmişə onunla söhbət etmişlər. İlkinlə bir evdə yaşamışlar. Bir dərdi olanda ona demişdir. Tutulduğu gün onun ayağında bir problem olmamışdır. Bundan sonra məhkəmənin müvafiq sorğusuna əsasən Abşeron Rayon Polis İdarəsindən “X30 saxlanılan şəxslərin uçotu kitabından” verilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X28 təqsirləndirilən Təqsirləndirilən şəxslə eyni gündə saxlanılmışdır. Sözü gedən kitabda Ceyhun Ağayevin müvəqqəti saxlanılma yerinə təhvil verilməsinin saatı 19:20 olaraq göstərilsə də məhkəmə istintaqı zamanı tətqiq edilmiş Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli bəraət hökmündə X1 saatının 11-12 radələri olması müəyyən edilmiş və həmin bəraət hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il hökmü ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə Ceyhun Ağayevi əlavə şahid qismində dindirmişdir. Şahid Ceyhun Ağayev məhkəmə istintaqı zamanı ifadə verərkən İlkini Qobu sakini kimi üzdən tandığını onunla dostluq münasibətinin olmadığını bildirmişdir. Həmçinin şahid Ceyhun Ağayev xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs gördüyünü həmin vaxt onun ayaqlarında heç bir xəsarətin olmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs otağa salınaraq döyüldüyünü və onun qışqırıq səsini eşitdiyini bildirmişdir. Bundan sonra X30 Təqsirləndirilən şəxslə rastlaşdıqda artıq onun ayağının sındığını görmüş və sonuncunun bildirdiyinə görə polis əməkdaşları tərəfindən narkotiklə yüklənildiyini demişdir. Qeyd olunan hallara dair məhkəmə bir məsələyə də diqqət çəkərək bildirir ki, “X15 və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”a aparılmış qeydiyyata əsasən müəyyən olunur təqsirləndirilən X29 barəsində xx.xx.2023-cü il tarixdə ilk dəfə qeydiyyat aparılarkən heç bir xəsarətinin olmaması qeyd olunmuşdur. Halbuki, əməliyyatda iştirak etmiş polis əməkdaşları məhkəmə istintaqı zamanı verdikləri ifadələrində şəxsi saxladıqdan sonra ayağındakı ağrıdan şikayətçi olduğunu bildirdiyini demişlər. Məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşları əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında yaranmış zidiyyətə qiymət veməyi zəruri hesab edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, əlavə şahid qismində dindirilmiş Ceyhun Ağayev təqsirləndirilən şəxsə münasibətdə tam neytral bir şahidddir. Çünki təqsirləndirilən şəxslə aralarında hər hansı bir qohumluq, dostluq yaxud yoldaşlıq münasibətləri yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən şahid məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsünə əsasən əlavə şahid qismində dindirilmşdir. Həmçinin məhkəmə nəzərə alır ki, şahid Cehun Ağayevin bəraət almasına dair qanuni qüvvəyə minmiş bir hökm vardır. Bu hal isə şahidin hər hansı bir şəkildə subyektiv məqsədlərlə təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini istisna edir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X23 isə, təqsirləndirilən şəxsin yaxın ailə üzvü olsa da, onunda verdiyi ifadə məhkəmə istintaqı zamanı tətqiq edilmiş digər sübutlarla və şahid Ceyhun Ağayevin ifadəsilə üst-üstə düşür. Şahid qismində dindirilmiş polis əməkdaşlarının isə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə əlaqədar ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğunu məhkəmə nəzərə alır. Qeyd olunanları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ yaratdığı yuxarıda göstərilən 14 mart 2019-cu il tarixli qərarını nəzərə alaraq məhkəmə polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahidlər Ceyhun Ağayev və İlahə Mehdiyevanın ifadələrini isə səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldığı saat 12 radələri göstərilsə də, məhkəmə istintaqı zamanı dindirilmiş şahid Ceyhun Ağayevin ifadəsinə əsasən müəyyən olunr ki, təqsirləndirilən şəxsin artıq saat 11 radələrində X36muşdur. Bundan başqa məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair video görüntü araşdırılmışdır. Həmin video görüntüyə baxıldıqda təqsirləndirilən şəxsin ayaqlarının şişkin vəziyyətdə olması, istintaq hərəkətinin aparıldığı müddət ərzində polis əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı sanki evə qonaq gəlmiş şəxs kimi ayağa qalxmağına imkan verməməkləri, keçirilmiş istintaq hərəkətinə dair protokolu ona təqdim etməklə oturduğu vəziyyətdə imzalamasına şərait yaratmaları, üzərindən olan narkotik vasitəni təqdim etdikdən sonra isə sanki başqa qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığından əmin olduqları üçün üzərinə baxış keçirilməsinə dair formal bir hərəkət etməklə kifayətləndikləri aşkar görünür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 11 radələrində saxlanılmasını və üzərinə cinayət işinin materiallarına əsasən şəxsi axtarış keçirilənədək 2 saatdan artıq müddətin keçməsini, həmin müddət ərzində polis nəzarətində qalmasını, üzərində xəsarətlərin olmasını və ibtidai istintaq orqanı tərəfindən aşkar olunmuş xəsarətlərin heç bir ağlabatan əsasla izah oluna bilməməsini əsas götürərək, üzərində aşkar olunmuş maddi sübutun (1 büküm heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni xx.xx.2023-ci il tarixdə saat 13:10-dən saatlar öncə (2 saat öncə) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni X36maqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 2 saatlıq vaxt boşluğu məhkəmə heyətində həm aşkar olunan narkotik vasitə heroinin şəxsin üzərinə qoyulması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs, işə mahiyyəti üzrə məhkəmədə baxılarkən xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri, iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. İş materialları ilə müəyyən olunur ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs İlkin Mehtiyevdə aşkar olunmuş xəsarətlərlə əlaqədar yalnız məhkəmə tibb ekspertizası təyin olunmaqla rəy alınmışdır. Bundan başqa təqsirləndirilən şəxsdə aşkar olunmuş xəsarətlərlə əlaqədar ümumiyyətlə araşdırma aparılmamışdır. Həmçinin təqsirləndirilən şəxs tibb müəssisəsinə aparılaraq tibbi yardım göstərildiyi halda bu barədə cinayət işinin materiallarına heç nə əlavə edilməmişdir. Məhkəmə istintaqı müddətində, məhkəmə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin araşdırılması üçün qərar qəbul edərək müvafiq prokurorluğa göndərmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində 1536 c-24 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin cinayət hesab edilməməsi barədə qərarı həmin məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Bundan başqa məhkəmə cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizalarının rəylərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə tibb ekspertizasının 1186 saylı rəyində təqsirləndirilən Təqsirləndirilən şəxs -sol aşıq və daban sümüyünün yerdəyişmiş sınığı, sağ ayağın yumşaq toxumalarının əziyi, sağ əlin iç səthinin sol və sağ dirsək nahiyyələrinin sıyrıqları, sol bazu nahiyyəsinin qançırı xəsarətlərinin olması müəyyən olunmuş və həmin xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən müxtəlif şəraitdə törənə bildiyi, dəqiq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilməsi, müddəti zərərçəkənin tibbi yardım üçün klinikaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilməsi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olması qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə tibb ekspertizasının 818 saylı rəyində Təqsirləndirilən şəxs sağ daban sümüyünün pərçimlənmiş sınığı, sağ ayağın yumşaq toxumalarının əziyi, sağ əlin iç səthinin, sol və sağ dirsək nahiyələrinin sıyrıqlan, sol bazu nahiyəsinin qançırı xəsarətlərinin olması müəyyən olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər həm Bakı İsitntaq Təcridxanasından verilmiş məlumatda öz əksini tapmış, həm də “Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” X56 tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur. Təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə əlaqədar əldə edilmiş sübutları təhlil edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Məhkəmə tibb ekspertizasının 818 saylı rəyi əsas götürülməlidir. Belə ki, təqsirləndirilən İlkin Hüseynov barəsində 13 dekabr 2024-cü il tarixli rəy əsas götürülməlidir. Belə ki, həmin ekspert rəyində Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər ətraflı araşdırılmaqla qiymətləndirilmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə əlaqədar əldə edilmiş bütün sübutları ümumilikdə qiymətləndirərək qeyd edir ki, təqsirləndirilən şəxsin ayağının sınması kimi az ağır xəsarətinin olması araşdırılan cinayət işi üzrə mübahisəsiz haldır. Həmçinin məhkəmənin hazırki mərhələyədək əldə edərək təhlil etdiyi sübutlar təqsirləndirilən şəxsin Polis Bölməsinə daxil olduğu vaxtadək heç bir xəsarətinin olmaması qənaətinə gəlinməsinə imkan verir və məhkəmə bu qənaətini yuxarıda əsaslandırmışdır. Təqsirləndirilən şəxsin həmin xəsarəti hansı şəraitdə almasına dair məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, 818 saylı rəydə xəsarətlərin xarakteri və lokalizasiyası onların özü-özünə və kənar şəxs tərəfindən yetirilməsindən daha çox hündürlükdən yıxılma zamanı yaranmasına uyğun gəlir kimi qeyd olunmuşdur. Ekspertlərin gəldiyi bu qənaətlə əlaqədar olaraq məhkəmə bildirir ki, şəxsin Polislərin nəzarəti altında olduğu müddət ərzində almış olduğu xəsarətlər polislər tərəfindən qeydə alınmalı,qiymət verilməli və araşdırılmalı idi. Lakin yuxarıdada qeyd olunduğu kimi təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə əlaqədar olaraq cinayət işinin materiallarında heç bir məlumat yoxdur. Belə olan şəraitdə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə əlaqədar yaranmış bütün ehtimallar və şübhələr onun xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs isə onda aşkar edilmiş xəsarətlərin polis əməkdaşlarının onu döyməsi nəticəsində yarandığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Həmçinin digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar narkoloji ekspertizanın rəyi təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bir sübut olsa da həmin rəy, şəxsin əməli mötəbər sübutlara əsasən öz təsdiqini tapdığı zaman digər sübutlarla qarşılıqlı şəkildə dəyərləndirilməklə sübut növü kimi qiymətləndirilə bilər. Hazırki vəziyyətdə sözü gedən sübut yalnız təqsirləndirilən şəxsin barəsində olan faktı təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası İlkin Mehtiyevin üzərində aşkar olunmuş maddi sübutun (bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi - 2,078 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və İlkin Mehtiyevin etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər İlkin Mehtiyevə qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir və CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin İ hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə bəraət hökmü şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 125.3.-cü maddəsinə müvafiq olaraq Cinayət- Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Məhkəmə şahid ifadələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini və Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara dair formalaşdırılan presedent hüququnu, yuxarıda istinad olunan Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlarda Avropa Konvensiyasının 3-cü və 6-cı maddəsi ilə əlaqədar mövqeyini, eləcə də cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, məhkəmə baxışı zamanı təqsirliliyi sübuta yetirilmədiyindən sonuncuya bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ekspertizadan sonra qalan 2,028 qram narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10" markalı mobil telefon onun özünə və ya yaxın qohumlarına qaytarılmalı və iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan gümüşü rəngli üzərində qırnızı hərflərlə “BİNGO DVD-R” sözləri yazılmış DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmaldır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 55.1, 344-347, 349, 350, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ekspertizadan sonra qalan 2,028 qram narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10" markalı mobil telefon onun özünə və ya yaxın qohumlarına qaytarılsın və iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan gümüşü rəngli üzərində qırnızı hərflərlə “BİNGO DVD-R” sözləri yazılmış DVD farmath disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə ekspertizalarına sərf olunmuş ümumilikdə 80 (səksən) manat məhkəmə məsrəfindən tam şəkildə azad edilsin və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar