Məhkəmə qərarları › İş №1(124)-190/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-190/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-190/2022 21.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7, xx.xx.1961-ci il tarixdə Dəvəçi rayonu Zarat kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl dərə bağları, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,868 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 19:45 radələrində Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qısaqol köynəyin sol döş cibindən 06 ədəd ağ rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,121 qram, 0,154 qram, 0,135 qram, 0,138 qram, 0,186 qram ümumi təmiz çəkisi 0,868 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,188 qram və 0,193 qram, ümumi təmiz çəkisi 0,381 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,067 qram və 0,040 qram, ümumi təmiz çəkisi 0,107 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyul 2021-ci il tarixdə saat 01:00-də Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Nurlan” sadlıq sarayının yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd-göy rəngli idman şalvarının sağ yan cibindən üzərində “GODİVA” yazısı olan dəmir şokolad qutusunun içərisində saxladığı 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,188 qram və 0,193 qram, ümumi təmiz çəkisi 0,381 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,067 qram və 0,040 qram, ümumi təmiz çəkisi 0,107 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ və İİ siyahısı ilə müəyyən edilmiş 12 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,063 qram, 0,068 qram, 0,084 qram, 0,068 qram, 0,054 qram, 0,074 qram, 0,054 qram, 0,067 qram, 0,089 qram, 0,062 qram, 0,062 qram və 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 21,320 qram və 9,587 qram, ümumi təmiz çəkisi 31,725 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroini, 4 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,034 qram, 0,014 qram və 0,028 qram, 1 ədəd plasmas qabda isə təmiz çəkisi 34,414 qram, ümumi təmiz çəkisi 34,507 qram ağ rəngli, kristallşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzini daşıyaraq üzərində saxlamış, 30 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəgli şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli parça torbanın içərisində saxladığı 12 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,063 qram, 0,068 qram, 0,084 qram, 0,068 qram, 0,054 qram, 0,074 qram, 0,054 qram, 0,067 qram, 0,089 qram, 0,062 qram, 0,062 qram və 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 21,320 qram və 9,587 qram, ümumi təmiz çəkisi 31,725 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 4 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,034 qram, 0,014 qram və 0,028 qram, 1 ədəd plasmas qabda isə təmiz çəkisi 34,414 qram, ümumi təmiz çəkisi 34,507 qram ağ rəngli, kristallşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü yalnız 234.1-ci maddəsi ilə təqsirli bilir. Onu polis əməkdaşları evdə tutmuşdurlar. Həmin vaxt evdə həyat yoldaşı və qızı olmuşdur. O tutulan zaman Novxanı ərazisində olmamışdır. Həmin vaxt üzərində tərəzi olmamışdır. Əməlində satış məqsədi olmamışdır. 2006-cı ildən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əsasən heroindən istifadə etmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ittihamda göstərilən miqdarda üzərində narkotik vasitə olmamışdır. Tutulan vaxt üzərində telefon olmamışdır. O, xx.xx.2021-ci il tarixdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə o, başqa yerdə tutlmuşdur. xx.xx.2021-ci il tarixdə isə axşam saat 21 radələrində evində tutlmuşdur. 20 nəfərə yaxın polis əməkdaşı onların evində daxil olaraq onu polis idarəsinə aparmışdırlar. Polis idarəsində üzərinə baxış keçirilmiş, lakin baxışda vəkil iştirak etməmişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları ona ailə üzvləri ilə təzyiq göstərdikləri üçün məcbur olub ifadəsini imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1 ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, lakin həmin məcəllənin 234.4.3-cü maddəsi özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, heç bir psixi xəstəlik keçirməmiş, hal-hazırda daimi olaraq heç bir yerdə işləmir. O, bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda 06 büküm narkotik vasitə kokos (heroin) olduğunu bildirmiş və hamısını 30 manata satdığını demişdir. O, da narkotik vasitə istifadəçisi olduğu üçün onun bu təklifini qəbul etmiş və həmin şəxsdə olan 06 ədəd narkotik vasitə kokosu (heroin) şəxsi istifadəsi üçün 30 manata alıb yaşadığı Sumqayıt şəhərinə qayıtmış və evə getmişdir. Sabahsı gün, yəni xx.xx.2021-ci il tarixdə təxminən saat 19:45 radələrində həmin narkotik vasitədən istifadə etmək üçün gizlin yer axtaran zaman Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir Bundan sonra onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bidirib onu 4-cü PB-nə dəvət etmişlər, o, da etiraz etməyib onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gəlmişdir. PB-də olan zaman otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, o, da buna etirazının olmadığını bildirmiş, bu zaman polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl, hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşulmuş, olduğu halda təqdim etməyimi təklif edilmişdir. O, bu zaman əynində olan qısaqol köynəyin sol yaxasında olan cibində saxlamış olduğu 06 ədəd ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü yanında açılmış, sorğu zamanı o, təqdim etdiyi 06 ədəd bükülüdə kokos (heroin) olduğunu, həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığım şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını və bu səbəbdən üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərindən aşkar olunmuş heroin yanında elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra üzərindən aşkar olunmuş həmin maddə qablaşdırılıb möhürlənmiş, eyni zamanda protokol tərtib edililmiş, o, da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olarkən bir nəfər adını və harada yaşadığını bilmədiyi, lakin üzdən tanıdığı şəxslə təsadüfən rastlaşmış, o, həmin şəxsin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satdığını bilmiş, həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmiş, həmin şəxs isə ona 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə heroin və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə metamfetamini 20 manata təklif etmişdir. O, da həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manata həmin 2 büküm heroin və 2 büküm metamfetamini almışdır. O, aldığı bükümləri üzərində olan dəmir şokolad qutusunun içərisinə qoymuş və Novxanıda işlərini qurtardıqdan sonra Sumqayıt şəhərinə qayıtmışdır. O, tanımadığı şəxsdən aldığı, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində gəzdirmiş ki, heç kəsin bundan xəbəri olmasın. xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Nurlan" şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Onu oğurluq hadisələri törətməkdə şübhəli bilindiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində səhər tezdən aldığı 4 bükümdə olan narkotik vasitə olan heroin və metamfetamin olmuş, bu səbəbdən io, polis əməkdaşlarının onsuzda bunu biləcəklərini düşünüb bölməyə getdikləri müddətdə yolda olduğu zaman sorğu zamanı polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını demişdir. Bölməyə gəldikdən sonra onu xidməti otaqların birinə dəvət etmişlər və ona üzərində narkotik vasitə daşımağında şübhəli olduğu üçün videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Videoçəkiliş başlanmamışdan öncə ona növbətçi vəkillərin siyahısı təqdim olunuş və o, həmin siyahıdan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1. Müdafiəçisi gəldikdən sonra videoçəkiliş başlanmış, şübhəli şəxs kimi saxlanıldığı üçün ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş, o, həmin bildirişlə tanış olmuş, sonra araşdırma müddətdində onun hüquqlarını müdafiə edəcək vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, özü əynimdə olan tünd-göy rəngli idman şalvarının sağ yan cibində saxladığı "GODİVA" markalı dəmir şokolad qutusunu təqdim etmişdir. Həmin dəmir şokolad qutusunun qapağı açılmış. Bu zaman onun içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızında olan büküm aşkar edilmiş. Həmin bükümlər açıldıqda 2 ədəd bükümün hər birinin içərisindən qəhvəyi rəngli maddə, digər 2 ədəd bükümün hər birinin içərisindən ağ rəngli kristal maddə aşkar edilmiş, bükümlərin hər biri tərəziyə qoyulub çəkilmiş. Birinci bükümdə olan qəhvəyi rəngli maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.32 qram, ikinci bükümdə olan qəhvəyi rəngli maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.26 qram olmaqla, hər ikisinin ümumilikdə çəkisi 0.58 qram, üçüncü bükümdə olan ağ rəngli kristal maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.11 qram, dördüncü bükümdə olan ağ rəngli kristal maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.12 qram olmaqla, hər ikisinin ümumilikdə çəkisi 0.21 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar olunan qəhvəyi rəngli maddə “Kokos”dur, ağ rəngli kristal maddə isə "Şüşə"dir, hər iki maddəni xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd qırmızı rəngli və 1 ədəd bənövşəyi rəngli olmaqla 2 ədəd "Samsung" markalı mobil telefon götürülmüş. Həmin telefonlar polis əməkdaşı tərəfindən araşdıma üçün əhəmiyyət kəsb edildiyi bildirilərək götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı üzərindən 1 ədəd 10 manatlıq, 16 ədəd 5 manatlıq, 102 ədəd 1 manatlıq əskinaz, 7 ədəd 20 qəpik, 6 ədəd 10 qəpik, 3 ədəd 5 qəpik, 2 ədəd 50 qəpik olmaqla ümumilikdə 195 manat 15 qəpik pul aşkar edilmişdir. Üzərindən aşkar olunmuş ümumilikdə 195 manat 15 qəpik araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Sonda üzərindən aşkar edilmiş həmin qəhvəyi rəngli və ağ rəngli kristal maddə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona bildirilərək videoçəkiliş dayandırılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o, da həmin protokolu digər iştirakçılar kimi öz imzası ilə təsdiqləmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilmədiyini, heç bir oğurluq hadisəsi törətmədiyini və iştirakçısı olmadığını bildirmişdir. Bundan başqa o, dəfə tutulduğu gün, yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində “Papanin” adlanan ərazidə olarkən bir nəfər adını və harada yaşadığını bilmədiyi, lakin üzdən tanıdığı şəxslə təsadüfən rastlaşmış, o, həmin şəxsin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satdığını bilmiş, həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmiş, həmin şəxs isə ona bir ədəd göy rəngli parça materialdan hazırlanmış torbanı təqdim etmiş, həmin torbanın içərisində həm şüşə kimi bildiyi metamfetamin, həm də kakos kimi tanıdığı heroin olduğunu demişdir. O, da həmin şəxsdən həmin parça torbanı götürmüş, parça torbanın zamokunu açıb içərisinə baxıb görmüş ki, içərisində 2 ədəd şəffav rəngli sellofan bükümlərdə və 12 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində olan kakos, 1 ədəd ağ rəngli plasmas qabın içərisində və 4 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində olan şüşə, eyni zamanda bir ədəd qara rəngli elektron tərəzi var. O, həmin şəxsdən bunları ona hansı məbləğə sata biləcəyini soruşmüş, həmin şəxs də ona torbanı 400 manata sata biləcəyini demişdir. Ona da qiymət sərf elədiyi üçün həmin şəxslə razılaşmış və 400 manat ödəyib həmin şəxsdən qeyd etdiyi torbanı almışdır. Həmin şəxs elektron tərəzini də torbanın içərisində saxlamış ki, o, evdə aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çəkisini çəkib istifadə etsin. O, Bakı şəhərində işlərini qurtardıqdan sonra Sumqayıt şəhərinə qayıtmış. O, tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində gəzdirmiş ki, heç kəsin bundan xəbəri olmasın. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin satışı, qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib üzərinə şəxsi axtarış keçirmək üçün Sumqayıt şəhər polis idarəsinə aparmaq lazım olduqlarını demişlər. O, da polis idarəsinə gəlməyə etiraz etməməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə getmişdir. İdarədə ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi dedikləri zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkillərin siyasından seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, o, da özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlaığı bir ədəd göy rəngli parça materialdan hazırlanmış zamoklu torbanı təqdim etmiş. Həmin parça torbanın zamoku açılmış və torbanın içərisində 2 ədəd şəffav rəngli sellofanların içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddələr, 12 ədəd gümüşü rəngli siqaret kağızının içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddələri, 1 ədəd ağ rəngli plastmas qabın içərisində və 4 ədəd gümüşü rəngli siqaret kağızlarında olan ağ rəngli, kristal şəklində olan maddələr və bir ədəd qara rəngli elektron tərəzi olması müəyyən edilmişdir. O, polis əməkdaşlarına qəhvəyi rəngli maddələrin kakos olduğunu, ağ rəngli, kristal şəklində olan maddələrin isə şüşə olduğunu demiş, ümumilikdə 16 ədəd gümüşü rəngli siqaret kağızlarında olan bükümlərdən 12 ədədi içərisində qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan “Heroinə“ bənzər və 4 ədəd siqaret kağızında olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər, bükümlər biri-birindən ayrılmış, sorğu zamanı ondan aşkar olunan kütlələri və bir ədəd elektron tərəzini xx.xx.2021-ci il tarixdə günorta saat 12:00 radələrində Bakı şəhəri, Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 400 manata aldığını, şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Həmin 12 ədəd siqaret bükümlərində olan qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddələr tərəziyə qoyularaq çəkilən zaman hər bir bükümdəki maddələrin çəkisinin siqaret kağızı ilə birlikdə 0,15, 0,10, 0,14, 0,09, 0,11, 0,10, 0,07, 0,10, 0,12, 0,14, 0,12, 0,15, qram olduğu və həmin bükümlərin ümumi çəkisinin 1, 52 qram olması 4 ədəd gümüşü rəngli siqaret kağızlarında olan ağ rəngli kristal şəklində olan maddələr tərəziyə qoyularaq çəkilən zaman həmin bükümdəki maddələrin çəkisinin siqaret kağızı ilə birlikdə 0,07 qram, 0,04 qram, 0,04 qram, 0,04 qram olması həmin 4 bükümün ümumilikdə çəkisinin 0,28 qram olması müəyyən edilmişdir. Bundan başqa üzərindən aşkar edilmiş 2 ədəd şəffav rəngi sellofanda olan qəhvəyi rəngli spesifik iyə malik olan maddələr tərəziyə qoyulduqda hər birinin ayrı-ayrılıqdan çəkisinin sellofan ilə birlikdə 11,93 qram, 22, 45 qram olmaqla ümumilikdə 34,35 qram olması və bir ədəd ağ rəngli plasmas qabda olan kristal şəklində olan ağ rəngli maddənin çəkisinin 40,77 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərindən aşkar olunmuş maddələri və tərəzini haradan, nə vaxt, hansı məqsədlə əldə etdiyini soruşduqda, o, polis əməkdaşlarına həmin maddələri və tərəzini tutulduğu gün, yəni xx.xx.2021-ci il tarixdə günorta saqat 12 radələrində Bakı şəhəri, Papanin adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 400 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş həmin kütlələr və elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 124 saylı möhürü ilə möhürlənmiş, daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, xəstə olduğundan bədənində ağrılar olduğu üçün uzun illərdi ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. O, bildirmişdir ki, ümumiyyətlə narkotik vasitə və psixotrop maddə alqı-satqısı ilə məşğul olmamış,polis əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsində təhqiqatçılar tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə onun üzərinə saxlanıldığın yerdə baxış keçirməmişlər. O, mobil telefon istifadə etmədiyi üçün mobil nömrəsi olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd qırmızı rəngli Samsung markalı GT-E1722 modelli və 1 ədəd bənövşəyi rəngli Samsung markalı GT-S3600i modelli mobil telefonların ona məxsus olmadığını, həmin telefonların evin telefonları olduğunu və işləmədiyini, o,həmin telefonları evdən çıxanda ustada düzəltdirib özü istifadə etmək üçün götürdüyünü, lakin düzəltdirə bilmədiyim üçün telefonların üzərində qaldığını, həmin telefonlarda mobil nömrələr də olmadığını bildirmişdir. Qeyd olunan mobil telefonlara baxış keçirilmiş və telefonların işlək olmadığı aşkar edilmişr, onun telefonlara baxış keçirməyə heç bir etirazı olmamışdır. xx.xx.2021-ci il tarixdə üzərindən aşkar olunan narkotik maddə olan heroini xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman, adını və harada yaşamasını bilmədiyi şəxsdən şəxsi istifadəm üçün 30 (otuz) manata aldığını, xx.xx.2021-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heorini və psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımadığını, həmin şəxsi təsadüfən Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində tanış olduğunu, yaşadığı ünvanı, adını bilmədiyini, həmin şəxsin onda mobil nömrəsi olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə üzərindən aşkar olunmuş maddələri eyni şəxsdən almadığını, həmin şəxslərin ayrı-ayrı şəxslər olduğunu, həmin şəxslər barədə onda heç bir məlumat olmadığını qeyd etmişdir. Sumqayıt şəhər polis idarəsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə cinayət axtarış şöbəsinin əməkdaşları onun üzərinə xx.xx.2021-ci il tarixdə saxlanıldığım yerdə baxış keçirməmiş, o, xx.xx.2021-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heorini və psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımadığını, həmin şəxsi təsadüfən Bakı şəhər Nəsimi rayonu “papanin” adlanan ərazidə görmüş, həmin şəxsin yaşadığı ünvanı, adını bilmədiyini, həmin şəxsin onda mobil nömrəsi olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Faiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması ehtimalı olması barədə məlumat daxil olmuşdur. Onlar Faiq adlı şəxsin anket məlumatlarının Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 19:45-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada hərəkət edən zaman saxlamış, Faiqə özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, Faiq də əynində olan qısaqol köynəyin sol yaxasında olan cibində saxladığı 06 ədəd ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümləri çıxarıb təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 4-cü PB-nin CA üzrə kiçik inspektoru Şahid3 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 2, iş vərəqə 10-13) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə birbaşa olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar tanımış, belə ki, xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid5la birlikdə Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluqların açılması istiqamətində gecə gəzintisində olarkən Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Nurlan” şadlıq sarayının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib, həmin şəxsə özünü təqdim etməyi demişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra onlar Faiqi inzibati ərazidə baş vermiş oğurluq hadisələrinin törədilməsində iştirakının olub-olmamasını müəyyən etmək üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişlər, Faiq də heç bir etiraz etmədən onlarla bölməyə gəlməyə razılıq vermişdir. Onlar Faiqi bölməyə gətirən vaxt şifahi sorğu zamanı Faiq əvvəllər dəfələrlə narkotiklə məhkum olunduğunu, eyni zamanda üzərində narkotik vasitə olduğunu bildirmişdir. O, bu barədə bölməyə raportla məruzə etmiş, sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, Faiq də əynində olan tünd-göy rəngli idman şalvarının sağ yan cibində saxladığı "GODİVA" markalı dəmir şokolad qutusunu təqdim etmişdir. Həmin dəmir şokolad qutusunun qapağı açılmış, bu zaman onun içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızında olan büküm aşkar edilmişdir. Həmin bükümlər ardıcıllıqla açıldıqda 2 ədəd bükümün hər birinin içərisindən qəhvəyi rəngli maddə, digər 2 ədəd bükümün hər birinin içərisindən ağ rəngli kristal maddə aşkar edilmiş, Sorğu zamanı Faiq bildirmiş ki, üzərindən aşkar olunan qəhvəyi rəngli maddə “Kokos”dur, ağ rəngli kristal maddə isə "Şüşə"dir, hər iki maddəni xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Şahid Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 2, iş vərəqə 66-69) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Faiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlaması, üzərində gəzdirməsi, satması, qəbul etməsi barədə məlumat daxil olmuş, onlar Faiq adlı şəxsin anket məlumatlarının Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər, Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid7, CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid8 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti polis mayoru X10 əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində piyada hərəkət edən zaman Faiqi saxlamışlar, Faiqə özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Faiqi Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, Faiq də heç bir müqavimət göstərmədən onlarla Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, Faiq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd göy rəngli parça materialdan hazırlanmış torbanı təqdim etmişdir. Həmin parça torba açılmış və torbanın içərisində 2 ədəd şəffav rəngli sellofanların içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddələr, 12 ədəd gümüşü rəngli siqaret kağızının içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddələr, 1 ədəd ağ rəngli plastmas qabın içərisində və 4 ədəd gümüşü rəngli siqaret kağızlarında olan ağ rəngli, kristal şəklində olan maddələr və bir ədəd qara rəngli elektron tərəzi olması müəyyən edilmişdir. Faiq sorğu zamanı qəhvəyi rəngli maddələrin kakos olduğunu, ağ rəngli, kristal şəklində olan maddələrin isə şüşə olduğunu demişdir. Ümumilikdə 16 ədəd gümüşü rəngli siqaret kağızlarında olan bükümlərdən 12 ədədi içərisində qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan “Heroinə“ bənzər və 4 ədəd siqaret kağızında olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər, bükümlər biri-birindən ayrılmışdır. Sorğu zamanı Faiq aşkar olunan kütlələri və bir ədəd elektron tərəzini xx.xx.2021-ci il tarixdə günorta saat 12:00 radələrində Bakı şəhəri, Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 400 manata aldığını, şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid7 və KTB-nin inspektor-kriminalisti Şahid8 Şahid6la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2021-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu. Üzərində gəzdirilmsi və əldə olunmasında vasitəçilik etməsi ehtimalı vardır. Təqsirləndirilən şəxs Byram oğlu məlumatlarını yoxlamaq məqsədi ilə narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışınd Vsitəçilik etməsi ehtimalını nəzərə alaraq onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Sumqayıt çəhər 4-cü PB-nə daxil olmuş əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyev tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 5(060)-366/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə xx.xx.2021-ci il tarixli qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (cild 2, iş vərəqə 05-07) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4 xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nurlan” şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5la birlikdə xidmət apardıqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin inzibati ərazidə baş vermiş oğurluq bölməsinə dəvət edərək gətirmişdirlər. Bölməyə gətirilən müddətdə həmin şəxs şifahi sorğu zamanı üzərində narkotik vasitə olmasını bildirmişdir. (cild 1, iş vərəqə 94-95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə satmasıŞ saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin CAŞ-na daxil olmuş əməliyyat məlumatının yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilov tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 5(060)-558/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə xx.xx.2021-ci il tarixli qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 05-06, cild 2, iş vərəqə 42) “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” diskdən görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salır, şəxsi axtarış zamanı iştirak edən şəxslər özlərini təqdim edirlər, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 təqdim olunur, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmir, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilir. Təqsirləndirilən şəxs özü əynində olan qarışıq rəngli köynəyin döş cibində saxlamış olduğu 6 ədəd ağ rəngli siqaret kağızı bükümləri təqdim edir, həmin bükümlər təhqiqatçı tərəfindən açılır, bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan " Heroin"ə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan "kakos"dur, aşkar olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata almış şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin isə 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,18 qram, 0,18 qram, 0,20 qram, ümumilikdə çəkisinin isə 1,26 qram olduğu müəyyən edildildi, aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılıb, Həmin narkotik vasitə olan heroinin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. (cild 1, iş vərəq 182-183, cild 2, iş vərəqə 20-22) “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” diskdən görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salır, şəxsi axtarış zamanı iştirak edən şəxslər özlərini təqdim edirlər, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edildi və Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X3 təqdim olundu. Vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs özü əynində olan tünd-göy rəngli idman şalvarının sağ yan cibindən "GODİVA" markalı dəmir şokolad qutusunu təqdim edir. Həmin dəmir şokolad qutusunun qapağı təhqiqatçı tərəfindən açılır, bu zaman onun içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızında olan büküm aşkar edilir, həmin bükümlər ardıcıllıqla açılır, bu zaman 1-ci və 2-ci bükümün hər birinin içərisindən qəhvəyi rəngli maddə, 3-cü və 4-cü bükümün hər birinin içərisindən ağ rəngli kristal maddə aşkar edilir, bükümlərin hər biri tərəziyə qoyulub çəkilir, 1-ci bükümdə olan qəhvəyi rəngli maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.32 qram, 2-ci bükümdə olan qəhvəyi rəngli maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.26 qram olmaqla, hər ikisinin ümumilikdə çəkisi 0.58 qram, 3-cü bükümdə olan ağ rəngli kristal maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.11 qram, 4cü bükümdə olan ağ rəngli kristal maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0.12 qram olmaqla, hər ikisinin ümumilikdə çəkisi 0.21 qram olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, onun üzərindən aşkar olunan qəhvəyi rəngli maddə “Kokos”dur, ağ rəngli kristal maddə isə "Şüşə"dir, hər iki maddəni xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qırmızı rəngli və 1 ədəd bənövşəyi rəngli olmaqla 2 ədəd "Samsung" markalı mobil telefon təhqiqatçı tərəfindən götürüldü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 10 manatlıq, 16 ədəd 5 manatlıq, 102 ədəd 1 manatlıq əskinaz, 7 ədəd 20 qəpik, 6 ədəd 10 qəpik, 3 ədəd 5 qəpik, 2 ədəd 50 qəpik olmaqla ümumilikdə 195 manat 15 qəpik pul araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır. (cild 1, iş vərəq 111-112, cild 2, iş vərəqə 23-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” diskdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirildikdən sonra inzibati binanın xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salır, şəxsi axtarış zamanı iştirak edən şəxslər özlərini təqdim edirlər, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edilir və ona təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 təqdim olunur. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ cibində olan göy rəngli parça materialdan hazırlanmış torbanı təqdim edi. Həmin parça torba təhqiqatçı tərəfindən açılır. Torbanın içərisində 2 ədəd şəffav rəngli sellofanların içərisində spesifik iyə malik olan qəhvəi rəngli maddələr, 12 ədəd gümüşü rəngli siqaret kağızının içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddələr, 1 ədəd ağ rəngli plasmas qabın içərisində və 4 ədəd gümüşü rəngli siqaret kağızlarında olan ağ rəngli, kristal şəklində olan maddələr və bir ədəd qara rəngli elektron tərəzisi olması müəyyən edilir. Ümumilikdə 16 ədəd gümüşü rəngli siqaret kazğınlarında olan bükümlərdən 12 ədədi içərisində qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan “Heroinə “bənzər və 4 ədəd siqaret kağızında olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər, bükümlər biri-birindən ayrılır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan kütlələri və bir ədəd elektron tərəzini xx.xx.2021-ci il tarixdə günorta saat 12:00 radələrində Bakı şəhəri, Papanin adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 400 manata aldığını, şəxsi istifadəsi üçün özündə saxladığını bildirir. Həmin 12 ədəd siqaret bükümlərində olan qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddələr tərəziyə qoyularaq çəkilən zaman hər bir bükümdəki maddələrin çəkisinin siqaret kağızı ilə birlikdə 0,15 qr, 0,10 qr, 0,14 qr, 0,09 qr, 0,11 qr, 0,10 qr, 0,07 qr, 0,10 qr, 0,12 qr, 0,14 qr, 0,12 qr, 0,15 qr olması və həmin bükümlərin ümumi çəkisinin 1,52 qr olması, 4 ədəd gümüşü rəngli siqaret kağızlarında olan ağ rəngli kristal şəklində olan maddələr tərəziyə qoyularaq çəkilən zaman həmin bükümdəki maddələrin çəkisinin siqaret kağızı ilə birlikdə 0,07 qr, 0,04 qr, 0,04 qr, 0,04 qr olması, həmin 4 bükümün ümumilikdə çəkisinin 0,28 qr olması müəyyən edilir. Bundan başqa üzərindən aşkar edilmiş 2 ədəd şəffav rəngi sellofanda olan qəhvəyi rəngli spesifik iyə malik olan maddələr tərəziyə qoyulduqda hər birinin ayrı-ayrılıqda çəkisinin sellofan ilə birlikdə 11,93 qr, 22,45 qr olmaqla ümumilikdə 34,35 qram olması və bir ədəd ağ rəngli plasmas qabda olan kristal şəklində olan ağ rəngli maddənin çəkisinin 40,77 qr olması müəyyən edildi və aşkar olunmuş həmin kütlələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənərək götürülür. (cild 1, iş vərəq 27-28, cild 2, iş vərəqə 45-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən.....” sözləri olan 1 ədəd zərfdəki 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,134 qram, 0,121 qram, 0,154 qram, 0,135 qram, 0,138 qram, 0,186 qram ümumi təmiz çəkisi 0,868 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. ( cild 1, iş vərəq 195-200) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3076 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən.....” sözləri olan 1 nömrəli zərfdəki 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,188 qr., 0,193 qr., olmaqla ümumi təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 nömrəli zərfi açdıqda içərisindəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qrş., 0,040 qr., ümumi təmiz çəkisi 0,107 qram olan ağ rəngli kristallik hissəçiklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1 iş vərəqə 123-129) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan “saxlanılan şəxs 1.imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan zərfdə 14 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,073 qram, 0,063 qram, 0,068 qram, 0,084 qram, 0,068 qram, 0,054 qram, 0,074 qram, 0,054 qram, 0,067 qram, 0,089 qram, 0,062 qram , 0,062 qram, 21,320 qram və 9,587 qram olmaqla ümumi təmiz çəkisi 31,725 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,017 qram, 0,034 qram, 0,014 qram və 0,028 qram, 34,414 qram olmaqla , ümumi təmiz çəkisi 34,507 qram ağ rəngli, kristallşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd qara rəngli üzərində “Aosai” yazılan qara rəngli, elektron tərəzinin üzərində narkotik vasitə olan heroindir. Heroin iş şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1 iş vərəqə 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəq 93-94) Təqsirləndirilən şəxs üzərindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuş 06 ədəd ağ rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,121 qram, 0,154 qram, 0,135 qram, 0,138 qram, 0,186 qram ümumi təmiz çəkisi 0,868 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xx.xx.2021-ci il tarixdə aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,188 qram və 0,193 qram, ümumi təmiz çəkisi 0,381 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,067 qram və 0,040 qram, ümumi təmiz çəkisi 0,107 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, xx.xx.2021-ci il tarixdə aşkar olunmuş 1 ədəd göy rəngli parça torbanın içərisində saxladığı 12 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,063 qram, 0,068 qram, 0,084 qram, 0,068 qram, 0,054 qram, 0,074 qram, 0,054 qram, 0,067 qram, 0,089 qram, 0,062 qram, 0,062 qram və 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 21,320 qram və 9,587 qram, ümumi təmiz çəkisi 31,725 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 4 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,034 qram, 0,014 qram və 0,028 qram, 1 ədəd plasmas qabda isə təmiz çəkisi 34,414 qram, ümumi təmiz çəkisi 34,507 qram ağ rəngli, kristallşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin və səthində narkotik vasitə olan heroin izləri olan 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi və içərisində şəxsi axtarı əks etdirən videogörüntülər olan 3 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 3 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 32,474 qram narkotik vasitə olan heroin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 34,504 qram psixotrop maddə olan metamfetamin və səthində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. ( cild 2, iş vərəqə 130-155) Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü cinayət işi materiallarına əlavə edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sözügedən cinayətə görə cəzasını çəkib qurtardığı gündən 2 il keçdiyindən, o həmin cinayətə görə məhkumluğu olmayan, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş hesab olunur. ( cild 2, iş vərəq 48-50, 58-61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1 saylı MKS-yə heç bir şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 103) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin müstəlifliyi, külli miqdarda olması, elektron tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni evində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, 13 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, 25 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ümumilikdə 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 19,81- 83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 32,474 qram narkotik vasitə olan heroin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 34,504 qram psixotrop maddə olan metamfetamin və səthində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi məhv edilməli, 3 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 252.34 (iki yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 il (səkkiz il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət, 25 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ümumilikdə 4 (dörd) müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 7 il 11 ay 26 gün (yeddi il on bir ay iyirmi altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan –qalıq qalmış ümumilikdə 32,474 qram narkotik vasitə olan heroin, qalıq qalmış ümumilikdə 34,504 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin, 3 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza tədqiqatının dəyəri 252.34 (iki yüz əlli iki manat otuz dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar