Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-190/2024 31.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X17 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi1 Aslan oğlu və Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi-X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs onun anası X7 istifadəsində olan mobil telefona zənglər edərək mütəmadi narahat edib izləməsini bilib, daha sonra onun yanında anasına qəsdən söz atıb sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb Zərərçəkmiş şəxs bu hərəkətlərdən çəkindirməyə çalışmaqla xəbərdarlıq etdikdə, sonuncu onu uşaq bilib döyərək əməllərini davam etdirdiyi üçün anasına və özünə qarşı etdiyi bu hərəkətlərinə görə qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 12 dekabr 2022-ci il saat 24 radələrində Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q və 9D saylı binaların arasında yerləşən qarajların qarşısında görüşərək münasibətlərini aydınlaşdırmağa başlayıb bu zəmində aralarında baş vermiş mübahisə zamanı o, üzərində gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqla müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə zərərçəkmiş şəxsə çoxlu miqdarda bədən xəsarətləri yetirməklə əzab verilməsi ilə müşayət olunan sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının körpücük xətti üzrə yerləşmiş bir ədəd, sol qoltuqaltı nahiyyənin bir ədəd, döş qəfəsinin sol yan səthinin ön qoltuq xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşmiş iki ədəd, sol qoltuqaltı nahiyyədə orta qoluq xətti üzrə yerləşmiş bir ədəd, qarın nahiyəsinin sol yan səthinin iki ədəd,qamın ön divarının sağ yarısının bir ədəd, sağ çiyinüstii nahiyyənin bir ədəd,sağ qoltuq çuxurunun arxa divarının bir ədəd,sağ kürəksütü nahiyyənin bir ədəd, bel nahiyyənin sağ yarısının üç ədəd deşilmiş-kəsilmiş,sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 15 (on beş) ədəd, döş qəfəsinin ön səthinin sol yarısının körpücük xətti üzrə yerləmiş döş boşluğuna nüfüz edərək sol ağciyərin yuxarı payını zədələyən bir ədəd, qarnın ön divarının qarın boşluğuna nüfuz edib qaraciyəri, köndələn çənbər bağırsağı, böyük piyliyi zədələyən üç ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid daxili qanitirmədən ölümünə səbəb olan dörd ədəd ümumilikdə 19 (on doqquz) xəsarət yetirmiş, Zərərçəkmiş şəxs onun əlindən çıxıb uzaqlaşaraq şəhərin 9-cu mikrorayon, 9D saylı binanın qarşısına getdikdə o, sonuncunu təqib edərək sifət və baş nahiyyələrinə yumruq-təpik zərbələri vuraraq fiziki ağrılar yetirmiş, hadisə yerinə gələn təcili yardım briqadasının köməyi ilə Sumqayıt şəhər X27 xəstəxanasına yerləşdirilsə də, 13 dekabr 2022-ci il tarixdə saat 02:20-də aldığı ağır xəsarətlərin fonunda daxili qanitirmə nəticəsində baş vermiş hemorragik şokdan xəstəxanada ölümünə səbəb olaraq, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi İlə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, dərsdən sonra boş vaxtlarında Abşeron rayonu Saray qəsəbəsində bibisi oğlu Babəklə şüşə sexində fəhlə işləyir, pis vərdişlərdən uzaqdır. Ailə münasibətləri normaldır, anası namuslu ailəsinə bağlı qadın olmaqla söz-söhbətdən uzaq olmağa çalışandır. Zərərçəkmiş şəxs həmyerli olduğundan onu tanımış, sonuncunun qardaşı Tahir onun kiçik toyunda iştirak etmişdir. 2020-ci İldə anasının mobil telefonuna baxarkən Zərərçəkmiş şəxs anasına məxsus ***-***-**-** nömrəli mobil telefona whatsappla "salam, necəsən" məzmunlu SMS-lər yazdığını görüb oxumuş, lakin bu barədə anasına və atasına bir söz deməmişdir. Mahirin həmin SMS-i ona pis təsir etmiş, anasının mobil telefonundan hazırda xatırlamadığı Zərərçəkmiş şəxs mobil nömrəsinə whatsappla zəng edib ondan kimi axtardığını və ona kim lazım olduğunu nə üçün bu nömrəyə zəng etdiyini soruşduqda, Mahir səhv zəng etdiyini bildirmişdir. Bundan sonra diqqət edəndə ev telefonuna arada zənglərin gəldiyini, telefona o, və ya anası cavab verəndə zəng edən şəxsin səsini çıxartmadığını görmüş, Mahir Allahvediyevin tanışlar arasında pis xarakterizə edildiyini eşitdikdən sonra ondan şübhlənməyə, Mahirin anasına başqa pis niyyətlə SMS yazıb evlərinə zəng etdiyini, anası ilə maraqlanıb bilərəkdən onu narahat edib ailəsində sözsöhbət yaratmaq istədiyini başa düşməyə başlamışdır. Hadisəyədək Mahirlə müxtəlif vaxtlarda üz-üzə gələndə sonuncu onu nifrət və qəzəb dolu baxışlarla süzmüşdür. Anasının işi olduqda vaxtı olanda o, bacısını məktəbdən evə gətirməyə getmiş, Mahirin qızı bacısı Günelin oxuduğu məktəbdə təhsil aldığından Mahir də məktəbə qızının arxasınca gəlmişdir.Hadisədən təxminən iki-üç ay əvvəl bacısının oxuduğu məktəbin yanından keçərkən təxminən məktəbə çatmağa 20-30 metr qalmış anası Mətanətin məktəbin inzibati binasına yaxınlaşdığını, bu vaxt kənarda dayanan Mahirin ona tərəf getdiyini görüb onları izləmək, anasının Mahirə qarşı münasibətini öyrənmək üçün kənara çəkilmiş, bunu nə anası, nə də Mahir görməmiş, diqqət edərkən Mahirin anasına yaxınlaşdığını, anasının isə əsəbi halda «Ə sən nə qədər oğraş adamsan, nə istəyirsən, bilirsənki, hərəkətlərini ərimə, oğluma desəm nə baş verə bilər? rədd ol get burdan» sözləri eşitmişdir. Anasının bu cavabından sonra artıq şühələrinin düz olduğunu, Mahirin anasına yerli-yersiz satışdığını, anasının isə ehtiyatlanıb Mahirin hərəkətlərini Elxandan və ondan gizlətdiyini yəqin etmişdir. Həmin gün axşam anası ilə söhbət etmiş, Mahirlə onun arasında nə kimi münasibətin olduğun soruşmuş, anası ona, “Mahirin əlindən bezmişəm, Mahir son vaxtlar başını itirib, əl çəkmir, hara gedirəmsə arxamca gəlib mənə əxlaqsız təkliflər edir demişdir. O, anasından nə üçün bu müddət ərzində Mahirin hərəktləri barədə nə mənə nə də atama deməmisən soruşduqda sonuncu '‘atana bu barədə bir söz desəm bu ona pis təsir edər, sən isə cavansan Mahirdən uzaq qal, o axmaq adamdır, Mahir məni bezdirib onsuzda Mahirin qardaşını görüb onun hərəkətlərindən şikayət edəcəm” demişdir. Əlavə olaraq bildirmişdir ki, Mahirin hərəkətləri barədə xalası Zülfüyə də məlumatlıdır. O, bu sözləri eşidib qəzəblənmiş, bir neçə gün sonra Mahiri yenidən görmüş və sonuncuya “özünü yaxşı apar, həddini aşmısan” deyə xəbərdarlıq etdikdə Mahir ona “get işinlə məşğul ol, indi səninlə danışmaq istəmirəm, amma narahat olma danışıb sənin cavabını yaxşı verəcəm” demişdir. Mahirin sözləri onu təsirləndirmiş, üç-dörd gündən sonra təsadüfən onunla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazəsində Aygün şadlıq evinin yaxınlığında axşam saatlarında rastlaşmışdır. Mahir tək olmuş, onu gördükdə “keçən dəfə nə qələt edirdin, indi səni eşidərəm” demişdir. O, isə Mahirə anam sənin hərəkətlərin barədə mənə deyib, bundan əlavə məktəbin həyətində sənin hərəkətlərini gözümlə görmüşəm, biz yerliyik, sənə yarışmır ailəli qadına qarşı belə hərəkətlər edirsən, özünü yığışdır demişdir. Bu sözləri eşidən Mahir onun üstünə yeriyib yaxşı edirəm deyərək sillə-yumruqla döyməyə başlamış, əlbəyaxa olarkən köynəyi cırılmış, Mahirin əlindən birtəhər çıxıb ondan uzaqlaşmış, daha sonra hazırda adını xatırlmadığı tanışlarından birinə zəng edib ona köynək gətirməsini xahiş etmiş, gətirilən köynəyi geyinib evə getmiş, cırılmış köynəyini yolda atmışdır. O, evə daxil olduqda anası əynindəki köynəyi görüb “mən səni evdən bu paltarla göndərməmişəm, hanı sənin köynəyin?” deyə sual vermişdir. Anasına köynəyini dostu ilə dəyişdiyini deyəndən sonra sonuncu sanki bir qədər sakitləşmiş, səhəri, anası bədəninin bəzi hissələrində qançırlar görüb onun harada, hansı şəraitdə yarandığını soruşsa da o, cavab verməmişdir. Atası bədəninin qançılarını görüb dalaşdığını başa düşmüş və "kiminlə dava etmisən" deyə xeyli sorğu-sual etmiş, o, isə atasına “sən heç cavanlıqda dalaşmamısan?” deyə suala verdikdə bundan sonra valideynləri sakitləşmişdir. Mahirlə görüşüb dalaşdığını anasından gizlətmiş, atasına İsə Mahirin etdiklərini və sonuncu ilə bu şəbədən dalaşdığını deməyə qorxmuş, çünki atası Mahiri cəzalandıra bilərdi, anasının təqsiri olmadığı halda ondan şübhələnə, ailədə söz-söhbət yaranıb soyuqluq ola bilərdi. O, qərara gəlmişdir ki, Mahirlə yenə görüşüb onunla bu dəfə sakit danışıb izah etməklə anasından uzaq olmasını xahiş etsin. İki gündən sonra Mahiri onun yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon, 9Q saylı binanın qarşısınıda görüb onunla söhbətə başlamış, lakin sonuncu onu yenə söyüb yaxşı etdiyini demişdir. Mahirin bu hərəkətlərini namusuna sataşmaq kimi qəbul edib anası və ailəsinə qarşı etdiyi hərəktlərinə görə cəzalandırmaq, bundan sonra hər hansı qadına qarşı əxlaqsız hərəkətlər təklifi etməsinə tövbə etdirmək qərarına gəlmişdir. Mahirin ünvan 3 ünvanda yaşadığın bilsə də, nə vaxt evdən çıxıb, nə vaxt evə gəldiyini bilmək üçün sonuncunun yaşadığı binanın ətrafında gəzib dolaşaraq bunu müəyyən etmişdir. Mahiri yaşadığı binanın yaxınlığında izləməyə başlayıb belə bİr qərara gəldiyini və Mahiri izlədiyini hər kəsdən gizlin saxlamışdır. Mahiri izləyərkən hər dəfə onu uşaqlarının yanında gördükdə istədiyini gerçəkləşdirə bilməmiş, çünki onu uşaqlarının yanında alçaltmaq istəməmiş, qərara gəlmişdir ki, Mahiri axşam evinə qayıdarkən və ya evdən tək çıxarkən cəzalandırsın. 12 dekabr 2022-ci il tarixdə dərsdən çıxıb iş yerinə Saray qəsəbəsinə getmiş, tezdən dərsə gedərkən artıq qət etmişdir ki, həmin gün Mahirlə görüşüb söhbətini edib onu cəzalandıracaq çünki, artıq onunla bir neçə dəfə söbhbət etsə də nəticəsi olmamışdır. Hər dəfə Mahir onu söyübdöydüyündən lazım gələrsə özünü müdafiə etmək məqsədilə hazırda xatırlmadığı mağazadan aldığı tiyəsi və dəstəyi qara olan qatlanan cib bıçağını son vaxtlar üzərində gəzdirimiş və həmin gün də üzərində olmuşdur. Evdən gedərkən anasına işim var evə bir qədər gec gələcəm demiş, 12 dekabr 2022-ci il tarixdə xalası Zülfüyə və dayısı Səbuhi onlarda olduqlarından anası evə vaxtında gəlməyini xahiş etmiş və tez-tez mobil telefonuna zəng edərək evə nə vaxt gələcəyini soruşduqda, hər dəfə narahat olmamasını deyib evə tez qayıdacığını bildirmişdir. Həmin gün saat 21-22 radələrində işlədiyi sexdən çıxıb Mahiri görmək ümidi ilə onun yaşadığı binanın yanına gəlmiş, spirtli içki qəbul etməmişdir. Apardığı müşahidələrə əsasən Mahirin evə bir qayda olaraq çox gec qayıtdığını bilmiş və bu səbəbdən sonuncunun yaşadığı binanın ətrafında gəzib dolanmağa başlamışdır. Təxminən saat 24 radələrində Mahiri binanın qarşısında görmüş, o, gəzişərkən binadan bir neçə metr aralandığından daha bilməmişdir ki, Mahir evdən həyətə düşmüş yoxsa çöldən evə gedirmiş. Mahirə yaxınlaşıb onunla söhbət etmək istədiyini bildirib, sonuncunun yaşadığı 9 Q saylı bina ilə 9 D saylı binanalarımn arasında yerləşən qarajların yanına dəvət etmişdir. Mahirə həmin qarajların yanında sənə dəfələrlə demişəm anam ailəli olmaqla namuslu qadındır, hərəkətlərinə son qoy, sən hər dəfə məni söyüb döyməklə məni uşaq bilmişən demişdir. Bu sözlərindən sonra Mahir yenidən üstünə gəlib onun və anasının ünvanına söyüş söyməyə başlamış, onsuz da ora anasına etdikləri hərəkətlərinə görə Mahiri cəzalandırmağa gəldiyindən sonuncunun söyüşləri onu özündən çıxartmış, bu vaxt üzərində gətirdiyi bıçağı çıxarıb Mahirin bədəninə surətlə ardıcıl zərbələr endirməyə başlamışdır. Bunu görən Mahir bıçağı əlindən almağa çalışmış, bu vaxt sol əlinin 5-ci barmağı kəsilmiş, ona hansı sayda zərbə endirdiyini xatırlamır. Mahir zərbələrdən yerə yıxılmış, sonuncuya yenə bıçaq zərbələri endirməyə imkanı olsa da, öldürmək niyyətinin olmadığı üçün. Mahiri cəzalandırdığı qənaətinə gəlib ondan əl çəkərək bıçağı qatlayıb cibinə qoymuş, atası Elxana səhv etmirsə whatsappla zəng edib X26 abidəsinin yanında yerləşən qarajların qarşısında bıçaqladığını və Mahirə tibbi yardım etmək üçün X27 çağırmasını tapşırıb telefonu söndürmüş, X27 maşının gəlməsini gözləmişdir. Mahirdən bir neçə metr uzaqlaşmışdır ki, bu vaxt sonuncunun yerdən qalxıb yenidən onun və anasının ünvanına söyüş söyərək 9D saylı binaya doğru getdiyini görmüş, qəzəbi yenidən coşmuş, üzərində bıçaq olub ona əlavə bıçaq zərbələri endirməyə, Mahiri öldürməyə imkanı olsa da, sonuncunu öldürmək niyyətində olmadığımdan onu sillə daha sonra təpiklə vurmağa başlamışdır. Yaşadığı ünvan hadisənin baş verdiyi binanın təxminən 100 metrliyində yerləşdiyindən artıq 2-3 dəqiqdən sonra atası Elxan və dayısı Səbuhi olduğu yerə gələrək onu Mahirin yanından uzaqlaşdırmışdır. Az sonra hadisə yerinə X27 briqadası və tanımadığı kənar şəxslər gəlmiş, həkimlər Mahiri xəstəxanaya aparmış, o, isə törətdiyi cinayəti etiraf etmək üçün Sumqayıt şəhər polis idarəsinə gedib təslim olaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Üzərimdə olan bıçağı Mahiri bıçaqladığı yerə, yəni qarajların yanına tullamışdır. Mahirə səthi zədələr yetirmiş, düşünmüşdür ki, həmin zədələrdən sonuncu ölə bilməz, o, həbs olunmuş, səhəri eşitmişdir ki, Mahir aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisə vaxtı üzərimdə olan qəhvəyi rəngli uzunboğaz köynək, gödəkcə və cins şalvarı könüllü olaraq istintaqın ilkin mərhələsində təqdim etmişdir. Hadisə vaxtı Mahirin qanı əynində olan boz rəngli cins şalvarın üzərinə düşmüşdür. Mahirin əynində hansı paltarların olması yadında deyil. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onu yalnız cəzalandırmaq olmuşdur, çünki onu öldürmək istəməmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbə endirərkən ətraf qaranlıq və bir qədər xəlvəti yer olduğundan, həmin .yerdən insanların gediş-gəlişi məhdud olduğundan hadisəni görən olmamışdır. Mahir ilə aralarında olan münasibətlərin aydınlaşdırılması təxminən 5-10 dəqiqə davam etmişdir. İstintaqın ilkin mərhələsində ifadə verərkən anası və Mahirlə aranlarında olan söbhbətlər haqqında məlumat verməməyinin səbəbi anasının adının hallanmasını, məhkəmə baxışında gələn qohum-əqrabanın gələcəkdə anası barəsində pis fikirlər düşünə biləcəyini ehtimal edib anasını bu işlərə qatmaq istəməməyi olmuşdur. Mahir hər dəfə onu söyüb döydüyü üçün özünü təhqir olunmuş hesab etdiyindən düşünüb onunla olan söhbətini ətralıı danışıb deməmişdir. Zərərçəkmiş şəxs bıçaqla çoxsayda xəsarətlər yetirdikdən sonra bununla kifayətlənməyərək sonuncunun arxasınca gedib onu yumruq və təpiklə vursa da, niyyəti Zərərçəkmiş şəxs Öldürmək deyil onu cəzalandırmaq olmuş, hadisə baş verərkən Mahir anasını və onu söydüyünə qəzəblənib ona artıq neçə bıçaq zərbəsi endirdiyini xatırlamır, əgər Mahiri öldürmək niyyəti olsaydı, Mahir hadisə yerindən uzaqlaşıb gedəndə üzərində bıçaq olmuş və həmin bıçaqla Mahirə yenə zərbələr endirə bilərmiş, lakin bunu etməmişdir. Mahiri qəsdən öldümək niyyətinin olmadığı üçün ona tibbi yardım göstərilməsi üçün atasından X27 stansiyasına zəng edib X27 briqadası çağırmasını xahiş etmişdir. Mahir onu və anasını nalayiq söyüşlərlə söydüyü üçün artıq onun hansı orqanlarına, hansı sayda xəsarət yetirdiyini xatırlamamış, xatırlasaydı olsun ki, həmin xəsarətləri yetirməzdi. Bıçaq zərbələrin yalnız Mahiri cəzalandırmaq niyyəti ilə vurmuşdur. Bədəni üzərində olan “sol əlin V barmağının iki ədəd səthi kəsilmiş yaraları” kimi sağlamlığa zərərvurmayan xəsarətləri Mahir ona müqavimət göstərməklə əlindən bıçağı almağa cəhd edib özünə doğru çəkərkən almışdır. Mahir 2020-ci ildə anasına səhv mesaj yazdığını və zəng etdiyini dediyi üçün, bunu əvvvəl normal qəbul etmiş, o, həmin vaxt Mahirə bir söz deməmişdir, həmin vaxt hələ 17 yaşı olmuş, digər tərəfdən Mahirin anasına qarşı qərəzli olduğunu gözü ilə görüb, anası Mahirin ona əxlaqsız hərəktlər təklif etdiyini danışdıqdan sonra Mahirin anasına qarşı etdiyi hərəktlərə görə onu cəzalandırmaqdan başqa yol olmadığını düşünmüşdür. 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında qeydə alınmış videogörüntülər ona təqdim olumuşdur. Həmin videogörüntüdə Zərərçəkmiş şəxs arxasınca qaçan şəxs onun özüdür. O, həmin vaxt mən Mahirə artıq bıçaqla xəsarət yetirmiş, yəni, videogörünütlər bıçaqlanma hadisəsindən sonrakı müddəti əhatə edir, hadisə yerinə gəlib onu ayıran isə atası Elxan və dayısı Səbuhidir, hadisə yerində olan digər şəxsləri tanımır. Onu cinayət törətməyə sövq edən, cinayəti təşkil edən, cinayəti törətmək üçün alət və ya vasitə verən, maneələri aradan qaldıran olmamış, həmin cinayəti kiməsə demədən təkbaşına törətmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçekmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Qardaşı Zərərçəkmiş şəxs hərbiçi olaraq birinci Qarabağ müharibəsində iştirak etmiş və əlilliyi olmuşdur. Mahir ikinci Qarabağ müharibəsində Goranboy rayonu Ağcakənd istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Mahir Qubadlı rayon hakimiyyətində Xocamsaxlı kənd icra nümayəndəsinin müavini vəzifəsində işləmiş, həmçinin Sumqayıt şəhərində fəaliyyət göstərən "LOR" klinikasınında boş vaxtlarında dostu Cahangirə köməklik göstərmişdir. O, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən kişi salonunda 2000-ci ildən bərbər kimi fəaliyyət göstərmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs atası Şahid2 onun Sumqayıt şəhərində fəaliyyət göstərdiyi kişi salonuna gəlib getdiyindən tanımış və daimi müştərisi olmuşdur. Şahid2 və sonuncunun ailəsi ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təxminən üç ay bundan öncə Şahid2 hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Mahirin hansı klinikada işləməsi barədə soruşduqda, o, Mahir boş vaxtlarında həkim dostu Cahangirə "LOR" klinikasınında köməklik etdiyini demişdir. Elxan onun daimi müştərisi olduğundan ayda bir dəfə yanıma gəlmiş, lakin həmin zəngdən sonra sonuncu daha onun yanma gəlməmişdir. O, Elxanın qohumu Ələddindən sonuncunun son vaxtlar gəlibgetməyini dedikdə Ələddin bu barədə məlumatının olmadığını demişdir, 12 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Elxan istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan 050- ***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Mahirin nömrəsini istəmişdir. O, Mahirin istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəni Elxana vermişdir. Təxminən saat 24 radələrində arvadı Hicran Alıyeva Vüsalənin ona zəng etdiyini, Simuzərin Vüsalənin evinə gəldiyini və Mahirin evdən çıxarkən Tahirin Qubadlı rayonun, Qayalı kəndindən daimi müştərisi olan bir nəfər şəxslə görüşmək üçün getdiyini və bir müddətdir ki, geri qayıtmadığını demişdir. X8 telefonuna zəng vurduqda Özünü təqdim etməyən şəxsin cavab verdiyini və ondan Mahirin telefonunun kodunu istədiyini söhbət zamanı Vüsaləyə demişdir. O, Elxanın az öncə ondan Mahirin mobil nömrəsini istədiyini və Mahiri soruşan müştərinin Qubadlı rayonu, Qayalı kəndindən olduğunu nəzərə alaraq dərhal Elxana zəng vurmuşdur. O, Elxandan Mahirin onun yanında olub-olmadığını soruşduqda sonuncu oğlu Muradın Mahiri bıçaqladığmı demişdir. O, həyəcanlı şəkildə Elxana “Mahir sizə nə etmişdir ki?” deyərək telefonu keçirmişdir. O, dayısı oğlu Telmana zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, bir müddət sonra Telman və Akif onun yanına gəlmişdir. O, Mahirin harda olduğunu dəqiləşdirmək üçün Akifə Elxanın mobil nömrəsini vermiş, Akif Elxana zəng edərək Mahirin harda olması barədə soruşduqda sonuncu Mahirin Sumqayıt şəhər TTYXda olduğunu demişdir. O, dərhal Sumqayıt şəhər TTYX-ya getmiş, orada Mahirin çoxsaylı bıçaq xəsarətləri aldığını, vəziyyətinin ağır olduğunu bilmişdir. Görülən bütün tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən Sumqayıt şəhər TTYX-da ölmüşdür. Həmçinin Mahir ilə Murad arasında əvvəllər dava-dalaş və mübahisənin olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs elə adam olmamış, küçədə istifadə edilən söyüşlərlə nəinki təqsirləndirilən şəxsin anasını digər şəxsləri də təhqir etməmişdir. Qardaşı Təqsirləndirilən şəxs yanında anasına hər hansı məsələdə təklif etməmiş və ümumiyyətlə bu məsələ ağlabatan deyildir. Bunların hamısı Təqsirləndirilən şəxs yalanlarıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onunla barışmadığını bildirmiş, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs ilk dəfə 20 il bundan öncə sonuncunun qohumları Akif ilə Vüsalənin toyunda görmüşdür. Bildiyinə görə Mahir ailəli olmaqla üç övladı olmuş, sonuncunun və onun övladı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 23 saylı orta məktəbdə təhsil alır. O, demək olar ki, hər gün qızı Güneli məktəbə aparır dərsləri bitdikdən sonra isə məktəbdən götürərək evə gətirmişdir. Təxmninən 2020ci ilin ortalarından etibarən Mahir onu narahat etməyə başlamışdır. Belə ki, o, qızını məktəbə yola saldıqdan sonra Mahir mütəmadi olaraq onu izləmiş, əxlaqsız təkliflər edərək ondan əl çəkməyəcəyini demişdir. O, isə Mahirə özün də bilirsən ki, mən evliyəm həm də mənim ərim Elxanı qardaşın və sən də yaxşı tanıyırsan ayıbdır mənə belə bir sözlər niyə deyirsən demişdir. O, hər dəfə Mahirə ayıbdır belə hərəkət etməyin kənardan hamı baxır, qıraqdan baxan mənim barəmdə nə düşünər axı desə də faydası olmamışdır. Mahir bir dəfə yenidən qarşısını kəsdikdə sonuncuya bu hərəkətlərindən qardaşı Tahirə şikayət edəcəyini demiş Mahir ona "əgər sən bu sözləri qardaşıma desən qızını şantaj edəcəm" söyləmişdir. Mahir onu qızı ilə hədələdiyindən sonuncunun hərəkətləri barədə qardaşı Tahirə şikayət etməmişdir. Mahir 2020-ci ildə hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapla zəng etmiş və mesaj yazmışdır. Mahirin onun mobil nömrəsini hardan tapdığını bilməmişdir. Mahirin onu daim narahat edərək izləməyini yalnız bacısı Zülfiyəyə demiş, oğluna və Elxana deməmiş, bunu deməməkdə tək səbəbi qorxmuşdur ki, arada mübahisə dava-dalaş olar. 2022-ci ilin təxminən sentyabr yaxud oktyabr ayında qızının oxuduğu məktəbə getmiş, Mahir ona yaxınlaşıb yenidən söz atmışdır. O, Mahirin bu hərəkətinə möhkəm əsəbləşərək, yenidən ona bir daha mənə yaxınlaşma demişdir. Səhəri gün Murad "dünən səni gördüm Zərərçəkmiş şəxs sənə yaxınlaşıb nə deyirdi? sən nə üçün əsəbləşmişdin?" deyə suallar vermişdir. O, Murada Mahir son vaxtlar özünü pis aparır, təmiz başını itirib, məni izləyir və əxlaqsız təkliflər edir, bu barədə atana da deyə bilmirəm qorxuram ki, xoşagəlməz hallar baş verər demişdir. Bu söhbətin Murada pis təsir etdiyini görüb bu barədə heç kimə məlumat vermə sakit ol, özüm bu işi qaydasına qoyacam, ola bilsin ki, bu barədə Mahirin qardaşı ilə danışdım demiş, Murad ilə həmin söhbətdən sonra sonuncunun son vaxtlar fikirli gəzdiyini bəzən isə onun gözünə dik baxa bilmədiyini görmüşdür. Təxminən 2022-ci ilin oktyabr-noyabr ayında Murad axşam radələrində evə gəlmiş, sonuncunun evdən gedərkən üzərində olan köynək ilə gəlmədiyini görüb, "mən səni bu paltar ilə göndərməmişəm hanı sənin köynəyin" soruşduqda Murad köynəyini adını demədiyi dostu ilə dəyişdiyini demişdir. Səhər Muradın bədəninin göyərdiyini görüb bunun səbəbini soruşsa da, sonuncu cavab verməmiş, bu barədə Elxana məlumat vermişdir. Elxan Muradın bədəninin göyərdiyini görüb sonuncudan nə baş verdiyini soruşduqda dalaşdığını desə də kimlə və nə üçün dalaşmağı barədə məlumat verməmişdir. Murad boş vaxtlarında Babəklə Abşeron rayonu, Saray qəsəbəsində şüşə sexində fəhlə işləmişdir. Murad işin həcmindən asılı olaraq bəzən evə saat 21, bəzən isə 22 radələrində gəlmişdir. Murad 12 dekabr 2022-ci il tarixdə evdən çıxıb gedərkən ona "işim var biraz gec gələcəm" demişdir. Murad həmin tarixdə Babəkin yanında Abşeron rayonu, Saray qəsəbəsində şüşə sexində olmuş, həmin tarixdə Murdla bir neçə dəfə danışmışdır. Təxminən saat 21 radələrində qardaşı Səbuhi və bacısı Zülfüyə onun yaşadığı evə gəlmişdir. Elxan isə bacısı Nailəgilə getmişdir. Təxminən saat 24 radələrində Elxan adi zənglə yaxud whatsappla zəng edərək Muradın Sumqayıt şəhəri, 9-cu mikrorayon, Şəhid Muradın abidəsinin yaxınlığında yerləşən qarajların yanında olmağı və bir nəfəri bıçaqlamağı barədə məlumat vermişdir. Səbuhi dərhal evdən qaçaraq çıxmış, ardınca isə o, və Zülfüyə Elxanın ona dediyi ünvana istiqamətlənmişdir. O, və Zülfüyə hadisə yerinə çatdıqda Mahirin paltarlarının qan olduğunu və yerdə uzandığım görmüşdür. O, hadisə yerinə çatanda Səbuhi, Elxan və ətrafda tanımadığı insanlar olmuş və hamı X27 avtomobilinin gəlməyini gözləmişdir. Elxan bir neçə dəfə X27a zəng vurmuş, 103 xidmətindən təcili tibbi yadım avtomobili çıxıb yoldadır demişdirlər. Mahir X27 avtomobili ilə yola salındıqdan sonra hadisə yerindən getmişdirlər. Göstərilən tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, Murad hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış, sonuncuya “özünü yaxşı aparmırsan“ deyə xəbərdarlıq etmişdir. Bundan bir müddət sonra Mahir Muradın qarşısına çıxmış və sonuncunu döymüşdür. Murad bir müddət öncə bədənində olan lakin ona və Elxana hansı səbəbdən aldığını demədiyi xəsarətləri məhz həmin hadisə zamanı aldığım demişdir. X12 etdiyi hərəkətlər barədə məlumat vermiş və sonuncuya xoşagəlməz hallar baş verə biləcəyindən qorduğu üçün bu barədə ona heç nə demədiyini bildirmişdir. Hadisədən uzun müddət keçdiyindən Mahirin ona mesaj yazdığı telefon və mesajlar onda qalmamışdır. Murad Mahirin ona yazdığı mesajları görməyi barədə onunla hər hansı söhbət etməmiş, yalnız baş vermiş hadisədən sonra Muradın Mahirin ona yazdığı mesajları gördüyünü bilmişdir. Əlavə olaraq göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında qeydə alınmış videogörüntiilər ona təqdim olumuşdur. Həmin görünütlərdən görünür ki, Murad əli və ayağı ilə Mahirə zərbələr vurur. Videogörüntülərdə olan şəxslərdən Elxan, Murad, Səbuhi, Mahir və Zülfüyəni tanıyır, digər şəxsləri tanımır. Zərərçəkmiş şəxsin hüquqi varisi Müdafiəçi3 istintaqa 01 ədəd CD diskdə təqdim etdiyi 01 dəqiqə 54 saniyədən ibarət videogörüntü ilə tanış olduqdan sonra göstərmişdir ki, həmin videogörüntüdə əlində telefon, başında papaq olan şəxs Elxandır, üzəri qana bulamış vəziyyətdə yerə uzanmış şəxs isə Zərərçəkmiş şəxsdir. Həmin videogörüntülər 12 dekabr 2022-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısında çəkilmişdir. Videogörüntünün kim tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Videogörüntülərdə olan danışıqdan da görünür ki, Mahiri Allahverdiyevə tibbi yardım göstərilməsi üçün X27 əməkdaşlarının gəlməyi gözlənilir. Görünütlərdə Mahirə əsəbi şəkildə "mənim bacımı tanıyırsanmı?" sualını verən bacısı Zülfüyədir, həmin vaxt o, da orada olmuşdur. Zülfüyə Mahirin ona etdiyi hərəkətlər barədə hadisədən öncə də məlumatlı olduğundan sonuncuya qarşı hadisə yerində aqressiv olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, Tahiri və Mahiri 20 ildən çoxdur ki, tanıyır. Tahiri Sumqayıt şəhərində kişi salonunda fəaliyyət göstərdiyi üçün müştərisi olmuş, Mahir ilə isə münasibəti olmamış yalnız Tahirin yanında saçını kəsdirərkən gördükdə salamlaşmışdır. Zərərçəkmiş şəxs ilə uzaqdan qohumluq əlaqələri var. Tahir Allahverdiyev və qardaşı Zərərçəkmiş şəxs ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. O, və Tahir bir-birilərinin xeyir-şərində iştirak etmiş, bir-birinə "əmioğlu" deyə müraciət etmişdirlər. Belə ki, Tahir Muradın kiçik toy məclisində iştirak etmiş, həmçinin Tahirin qızının toyuna o, işləri ilə əlaqədar gedə bilmədiyindən həmin məclisdə arvadı Mətanət iştirak etmişdir. Hadisədən təxminən üç ay öncə sifətində şişkinlik olduğundan əvvəldən burun-boğaz həkimi kimi tanıdığı Cahangirin Tahir ilə münasibəti olduğunu bildiyindən istifadəsində olan ***-***-**-** yaxud 050-376- 75-34 mobil nömrədən Tahirin istifadəsində olan ***-***-**-** yaxud 070-364-42- 24 mobil nömrəyə zəng edərək Cahangirin hansı klinikada işləməsi barədə soruşmuşdur. Tahir isə Cahangirin "LOR" klinikasında çalışdığını demişdir. Təxminən 2022-ci ilin oktyabr yaxud noyabr ayında Tahirin yanına saçını kəsdirmək üçün getmək istədikdə sonuncu başqa yerdə olduğunu demiş, buna görə də saçını Sumqayıt şəhəri, 9-cu mikrorayon, 44 saylı binanın altında fəaliyyət göstərən əslən Cəbrayıl rayonundan olan Etibar adlı şəxsin yanında kəsdirmişdir. Təxminən 2022-ci ilin oktyabr-noyabr ayında Murad axşam radələrində evə gəlmiş, arvadı Mətanət Muradın evdən gedərkən üzərində olan köynək ilə gəlmədiyini görüb, mən səni bu paltar ilə göndərməmişəm hanı sənin köynəyin soruşduqda sonuncu köynəyini adını demədiyi dostu ilə dəyişdiyini demişdir. Səhər işdə olarkən arvadı Mətanət ona zəng edərək Muradın bədəninin göyərdiyini, səbəbin soruşsa da sonuncunun cavab vermədiyini demişir. O, axşam evə gəldikdə Murada bədəninin göyərdiyini görüb sonuncudan nə baş verdiyini soruşduqda dalaşdığını desə də kimlə və nə üçün dalaşmağı barədə ona məlumat verməmişdir. O, təkidlə Muraddan kimlə və nə üçün dalaşmısan deyə israr etdikdə sonuncu "ata sən də cavanlıqda kimləsə dalaşmısan, cavan oğlanam dalaşmışam-dalaşmışam da" deyə cavab vermiş, bundan sonra Muradla bu barədə hər hansı söhbət etməmişdir. Murad 2022-ci ilin yay aylarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən dənizkənarı restoranların birində ofisiant kimi çalışmış, dərsləri başladıqdan sonra bibisioğlu Babəklə Abşeron rayonu, Saray qəsəbəsində şüşə sexində işləmişdir. Murad işin həcmindən asılı olaraq bəzən evə saat 23, bəzən isə 24 radələrində gəlmişdir. 12 dekabr 2022-ci il tarixdə axşam saat 20 radələrində işdən çıxaraq bacısı Nailənin yaşadığı Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən 5 saylı yataqxanaya getmişdir. O, Murad ilə hər gün mütəmadi əlaqə saxlayır, sonuncudan evə vaxtında gəlibgetməyini tələb etmiş, Murad ilə çox vaxt whatsapp vasitəsilə əlaqə saxlamışdır. 12 dekabr 2022-ci il tarixdə Murad ilə bir neçə dəfə əlaqə saxlamış sonuncu şeşə sexində olduğunu demişdir. 12 dekabr 2022-ci i! tarixdə təxminən saat 23 radələrində Murada zəng edərək harada olduğunu soruşduqda sonuncu evin yaxınlığında olduğunu demiş, bir müddət sonra yenidən Murada zəng edərək evə gedib-getməməyi ilə maraqlandıqda sonuncu Mahir ilə söhbətim var 5-10 dəqiqə söhbət etdikdən sonra evə gedəcəm demişdir. İlk öncə qardaşının adı da Mahir olduğundan Muradın əmisi ilə söhbət edəcəyini düşünmüş, Mahir kimdi deyə soruşduqda Murad "sənin bərbərin Tahirin qardaşı" Mahirlə demişdir. O, Murada Mahir ilə nə söhbətin var, Mahir hara sən hara, Mahir sənin tayın-tuşun deyil, hardasan axı dedikdə sonuncu telefonu keçirmişdir. O, bundan sonra Muradın istifadəsində olan ***-***-**-** mobil nömrəyə whatsapp vasitəsilə yaxud adi zənglə bir neçə dəfə zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. O, dərhal Tahirin istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncu ilə hal-əhval tutduqdan sonra Mahirin nömrəsini istəmiş, Tahir ona Mahirin istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəni vermişdir. O, Mahirə whatsapp vasitəsilə yaxud adi zənglə zəng edərək sonuncu ilə hal-əhval tutaraq Murad ilə aralarında nə söhbəti olduğunu soruşmuşdur. O, Mahirə "Murad uşaqdı nəisə səhvi və yalnış hərəkəti varsa mənə denən dedikdə" sonuncu heç nə deyərək telefonu söndürmüşdür. Qısa müddətdən sonra Murad yenidən ona dəqiq whatsapp vasitəsilə yaxud adi zənglə zəng edərək hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, "Şəhid Muradın" abidəsinin yaxınlığında yerləşən qarajların yanında olduğunu və Mahiri bıçaqladığını deyərək X27 çağır deyib telefonu söndürmüşdür. O, Muradın dediklərini səhv başa düşüb- düşmədiyini dəqiqləşdirmək istədiyi üçün yenidən Murada zəng etsə də, sonuncu cavab verməmişdir. O, inanmamışdır ki, Murad kimisə bıçaqlayar. Murad ona zəng evə çatırmış, bundan sonra dərhal Muradın dediyi yerə istiqamətlənmiş və arvadı Mətanətə Muradın adam bıçaqlaması və harada olması barədə məlumat vermişdir. Həmin gün qaynı Səbuhi və baldızı Zülfüyə də onlarda olmuşdur. O, Səbuhinin yaşadıqları 38 saylı binadan düşdüyünü görmüş və qaça-qaça Şəhid Muradın abidəsi olan 9 D saylı binanın qarşısına getmiş, Səbuhi də qaçaraq arxasınca gəlmişdir. Onun yaşadığı bina ilə 9D saylı binanın yanına olan məsafə təxminən 100 metrdir. Muradın həmin binanın sonunda ağ rəngli markasını və dövlət qeydiyyat nişanın xatırlamadığı avtomobilin yanında təpik və yumruqla Mahirin başına və bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. Mahir qan içində yerdə uzanıqlı vəziyyətdə olmuş o, sonuncudan nə baş verdiyini soruşduqda Mahir "oğlunu qaçırt getsin mən onu satmayacam" demişdir. O, X27 xidmətinə zəng etmiş, daha sonra Tahirin istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etsə də, sonuncu telefon zənglərimə cavab verməmişdir. Tahirə zəng etməkdə məqsədi Muradın Mahiri bıçaqlaması barədə məlumat vermək və Mahiri birlikdə xəstəxanaya yerləşdirmək olmuşdur. Mahirə səbrli ol X27 çağırmışam gəlir, həmçinin Tahirə də zəng vurmuşam lakin telefon zənglərimə cavab vermir demişdir. Murad Mahirə " bir neçə dəfə səni vurmaq üçün güddüm lakin qızların yanında olduğuna görə sənə əl vurmadım" demişdir. Murad bir neçə dəfə Mahirin üzərinə gələrək sonuncunu vurmaq istəsə də o, və Səbuhi imkan verməmişdir. Bir neçə dəqiqədən sonra arvadı Mətanət və baldızı Züifıyyə də hadisə yerinə gəlmişdirlər. O, bir neçə dəfə X27a zəng vurmuş və 103 xidmətindən ona təcili tibbi yadım avtomobili çıxıb yoldadır demişdirlər. Bir müddət sonra polis əməkdaşları və X27 əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerində olan tanımadığım iki nəfər polis əməkdaşı Mahirdən nə baş verdiyini və kim tərəfindən bıçaqlandığını soruşduqda sonuncu onu bıçaqlayan şəxsi tanımadığını, aralarında olan mübahisə zamanı bıçaqlandığını demişdir. Daha sonra Mahir X27 avtomobili ilə xəstəxanaya aparılmış Mahiri xəstəxanaya yola salandan sonra hadisə yerini tərk etmişdir. Bir müddət sonra Tahir zəng edərək onun yanında olub-olmaması barədə soruşduqda, Mahirin oğlu Murad tərəfindən bıçaqlandığını və xəstəxanaya yerləşdirildiyini demişdir. Bundan sonra Tahir ilə aralarında hər hansı danışıq olmamışdır. Göstərilən tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə xəstəxanada aldığı xəsarətlərdən ölmüşdür. O, Muradı təslim olmaq üçün Sumqayıt şəhər Polis İdarəsinə gətirərək təhvil vermişdir. Muraddan nə üçün Mahiri bıçaqladığını soruşduqda sonuncu 2020-ci ildə anası Mətanətin istifadəsində olan mobil telefona baxarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs hazırda xatırlamadığı mobil nömrədənanasınaməxsus***-***-**-** saylı mobil nörmənin whatsapına "salam, necəsən" məzmunlu mesajlar yazdığını, anasına məxsus telefon ilə Mahir ilə yazışdıqdan sonra sonuncunun istifadəsində olan mobil nömrəyə zəng edərək kimi axtardığını və ona kim lazım olduğunu soruşduqda sonuncu səhv düşdüyünü demişdir. Həmçinin Murad qeyd etdi ki, bir dəfə təsadüfən Mətanətin məktəbə gedərkən Mahirin ona yaxınlaşaraq nə isə söz dediyini görmüş, anasından Mahirin ondan nə istədiyini və nəyə görə yaxınlaşdığını soruşduqda sonuncu Mahir son vaxtlar özünü pis aparır, təmiz başını itirib, məni izləyir, əxlaqsız təkliflər edir, bu barədə atana da deyə bilmirəm qorxuram ki, xoşagəlməz hallar baş verər demişdir. Murad bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış, sonuncuya “özünü yaxşı apar, həddini aşmısan” deyə xəbərdarlıq etmişdir. Bundan bir müddət sonra Mahir Muradın qarşısına çıxmış və sonuncunu döymüşdür. Murad bir müddət öncə bədənində olan lakin ona və anasına hansı səbəbdən aldığını demədiyi xəsarətləri məhz həmin hadisə zamanı aldığını dedi. Mahir ilə Murad arasında olan söhbətlərdən, eləcə də Mahirin Mətanəti narahat etməyindən hadisədən sonra xəbərdar olmuşdur. Sonradan Muradın ona danışdıqları barədə Mətanətdən soruşduqda sonuncu Muradın dediklərini təsdiq edərək xoşagəlməz hallar baş verə biləcəyindən qorduğu üçün bu barədə mənə heç nə demədiyini bildirdi. Murad ilə Mahirin mübahisə etdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında Muradın əlində bıçaq görməmiş, Muradın yumruq və təpiklə Mahirin başına və bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. Hadisədən təxminən üç ay öncə sifətində şişkinlik olduğundan burun-boğaz həkimi kimi tanıdığı Cahangirin Tahir ilə münasibəti olduğu üçün sonuncuya zəng edərək Cahangirin hansı klinikada işləməsi barədə soruşmuş, Tahir isə Cahangirin "LOR" klinikasınında çalışdığını demiş, Tahirdən Mahirin harda işləməsi barədə soruşmamışdır. Təxminən 2022-ci ilin oktyabr yaxud noyabr ayında Tahirin yanına saçını kəsdirmək üçün getmək istədikdə sonuncu başqa yerdə olduğunu demiş, növbəti dəfə isə işlədiyi yerdən kollektiv olaraq toya getdiyindən saçını iş yerimin yanında bərbər kimi fəaliyyət göstərən İlqar adlı şəxsin yanında kəsdirmişdir. O, Mahirin telefon nömrəsin xx.xx.2022-ci il tarixdə qardaşı Tahirdən almış, Tahirdən Mahirin nömrəsin almaqda məqsədi sonuncu ilə Murad arasında nə problem olmağın aydınlaşdırmaq olmuşdur. Mahirə zəng edərək sonuncu ilə hal-əhval tutmuş və Murad ilə aralarında nə söhbəti olduğunu soruşaraq "Murad uşaqdı nəisə səhvi və yalnış hərəkəti varsa mənə denən dedikdə" sonuncu heç nə deyərək telefonu söndürmüşdür. O, Mahiri görüşə çağırmamış, sonuncu ilə görüşməmiş, bundan başqa o, Qubadlı rayonundan olsa da, Qayalı kəndindən yox, Ləpəxeyranlı kəndindəndir. Mahirdən Murad ilə aranızda nə söhbət var deyə soruşduqda sonuncu Muradı tanımasa Murad kimdir deyə ona sual verərdi. Həmin telefon danışığı zamanı ona məlum olmuşdur ki, Murad və Mahir bir- birini tanıyırlar. Mahir ilə onun arasında hər hansı problem olmamış, həmçinin Murad ilə sonuncu arasında əvvəllər problemin olmağını bilməmişdir. Həmin gün Tahir və Mahir ilə telefonda salamlaşaraq hal-əhval tutmuşdur. O, "Mahir ilə mənim aramda hər hansı problem vardısa nə üçün sonuncunun nömrəsin qardaşından alırdımki, halbuki digər şəxslərdən də Mahirin əlaqə nömrəsini ala bilərdim" demişdir. Bundan başqa Mahir onunla telefonla danışarkən, küləyin səsindən sonuncunun səsi güclə eşidilmiş, evdə olmadığı açıq-aşkar his olunmuş, Simuzər Allahverdiyevanın nə üçün istintaqa bu cür ifadə verməyini başa düşə bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9- cu mikrorayon, 9 D saylı binanın qarşısında qeydə alınmış videogörüntülər ona təqdim olumuşdur. Həmin videogörüntülərdə qaçaraq öndə gələn şəxs odur, onun arxasınca gələn şəxs isə Səbuhidir. O, və Səbuhi videogörüntülərdən də göründüyü kimi dərhal müdaxilə edərək Muradı Mahirin yanından aralaşdırmışdır. Hadisə yerinə onun arxasınca çatan belində çanta olan şəxsi və digərlərini tanımamış, əvvəllər də görməmişdir. Bir müddət sonra isə hadisə yerinə gələn arvadı Mətanət və baldızı Zülfüyədir. Zərərçəkmiş şəxsin hüquqi varisi Müdafiəçi3 istintaqa 01 ədəd CD diskdə təqdim etdiyi 01 dəqiqə 54 saniyədən ibarət videogörüntü ilə tanış olduqdan sonra göstərmişdir ki, həmin videogörüntüdə əlində telefon, başında papaq olan şəxs odur, üzəri qana bulamış vəziyyətdə yerə uzanmış şəxs isə Zərərçəkmiş şəxsdir. Həmin videogörüntülər 12 dekabr 2022-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısında çəkilmişdir. Həmin videogörüntünün kim tərəlindən çəkilməsi barədə məlumatı yoxdur. Videogörüntülərdə olan danışıqdan da görünür ki, Mahiri Allahverdiyevə tibbi yardım göstərilməsi üçün X27 əməkdaşlarının gəlməyi gözlənilir. Görünütlərdə Mahirə "mənim bacımı tanıyırsanmı?" sualını verən baldızı Zülfüyədir, həmin vaxt Mətanət də onun yanında olmuşdur. X24 mən başa salacam deməkdə məqsədi sonuncunu sakitləşdirmək olmuşdur. X27 avtomobili gəldikdən sonra Mahirin avtomobilə mindirilməsinə köməklik göstərmişdir. Videogörüntülərdə olan digər şəxslərin kimliyi və kordinatları barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə bacısı Zülfüyə ilə birlikdə digər bacısı Mətanətin yaşadığı ünvan 1 ünvanına getmişdir. Təxminən saat 23-24 radələrində Elxan Mətanətə zəng edərək Muradın adını demədiyi bir nəfər şəxsi "Şəhid Muradın" abidəsinin yaxınlığında yerləşən qarajların yanında bıçaqlamağı və Muradın hazırda orda olmağı barədə məlumat vermişdir. O, dərhal evdən qaçaraq çıxmış, deyilən ünvana istiqamətlənmişdir. Həyətə düşdükdə Elxanın da aşağıda olduğunu görmüş və birlikdə qaçaraq "Şəhid Muradın" abidəsi olan 9D saylı bina tərəfə getmişdirlər. Evdən çıxdıqları yerdən 9D saylı binanın yanına olan məsafə təxminən 100-120 metrdir. O, və Elxan 9D saylı binanın yanına çatdıqda həmin binanın sonunda ağ rəngli markasını və dövlət qeydiyyat nişanın xatırlamadığı avtomobilin yanında Muradın təpik və yumruqla sonradan adını bildiyi Mahirin başına və bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. Mahir həmin zərbələrin təsirindən yerə yıxılmış, Mahir qan içində yerdə uzanıqlı vəziyyətdə olmuşdur. O, hadisə yerinə çatan kimi Muradı itəliyərək Mahirin yanından kənarlaşdırmışdır. Mahir Elxana "oğlunu qaçırt getsin mən onu satmayacam" demiş, Elxan isə Mahirə "səbrli ol X27 çağırmışam gəlir" demişdir. Murad Mahirə "bir neçə dəfə səni vurmaq üçün güddüm lakin qızların yanında olduğuna görə sənə əl vurmadım" söyləmişdir. Murad bir neçə dəfə Mahirin üzərinə gələrək sonuncunu vurmaq istəsə də, o, və Elxan imkan verməmişdir. Bir neçə dəqiqədən sonra Mətanət və Zülfüyyə də hadisə yerinə gəlmişdirlər. Bir müddət sonra polis əməkdaşları və X27 əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerində olan tanımadığı polis əməkdaşı Mahirdən nə baş verdiyini və kim tərəfindən bıçaqlandığını soruşduqda, sonuncu onu bıçaqlayan şəxsi tanımadığını, aralarında olan mübahisə zamanı bıçaqlandığını demişdir. Ətrafda tanımadığı insanlar olmuş və hamı X27 avtomobilinin gəlməyini gözləmişdir. Mahir X27 avtomobili ilə yola saldıqdan sonra hadisə yerindən getmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, hadisədən bir müddət əvvəl X21 yaxınlaşaraq sonuncunu narahat etməyini gözləri ilə görmüş və bu barədə Mətanətlə söhbət etmiş, daha sonra isə Murad Zərərçəkmiş şəxs ilə rastlaşmış, sonuncuya “özünü yaxşı aparmırsan“ deyə xəbərdarlıq etmişdir. Bundan bir müddət sonra Mahir Muradın qarşısına çıxmış və sonuncunu döymüşdür. Bacısı Zülfüyə söhbət zamanı ona Mətanətin Mahirin onu mütəmadi olaraq izləməsi və əxlaqsız təkliflər etməsi barədə əvvəlcədən məlumatlı olduğunu, lakin Mətanətin arada dava-dalaş olacağından qorxuğu üçün bu barədə heç kimə məlumat vermə deyə ondan xahiş etdiyini demişdir. Murad ilə Mahirin mübahisə etdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında Muradın əlində bıçaq görməmiş, Muradın yumruq və təpiklə Mahirin başına və bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında qeydə alınmış videogörüntülər ona təqdim olumuşdur. Həmin videogörüntülərdə qaçaraq öndə gələn Elxan, onun arxasınca gələn şəxs isə onun Özüdür. O, və Elxan videogörüntülərdən də göründüyü kimi dərhal müdaxilə edərək Muradı Mahirin yanından aralaşdırmışdır. Hadisə yerinə onların arxasınca çatan belində çanta olan şəxsi və digərlərini tanımır, əvvəllər də görməmişdir. Bir müddət sonra isə hadisə yerinə gələn bacıları Mətanət və Zülfüyədir, Zərərçəkmiş şəxsin hüquqi varisi Müdafiəçi3 istintaqa 01 ədəd CD diskdə təqdim etdiyi 01 dəqiqə 54 saniyədən ibarət videogörüntü ilə tanış olduqdan sonra göstərmişdir ki, həmin videogörüntüdə əlində telefon, başında papaq olan şəxs Elxan, üzəri qana bulamış vəziyyətdə yerə uzanmış şəxs isə Zərərçəkmiş şəxsdir. Həmin videogörüntülər 12 dekabr 2022-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısında çəkilmişdir. Həmin videogörüntünün kim tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Videogörüntülərdə olan danışıqdan da görünür ki, Mahiri Allahverdiyevə tibbi yardım göstərilməsi üçün X27 əməkdaşlarının gəlməyi gözlənilir. Görünüllərdə Mahirə "mənim bacımı tanıyırsanmı?" sualını verən bacım Zülfıyyədir, həmin vaxt Mətanət də ordadır. Videogörüntülərdə olan digər şəxslərin kimliyi və kordinatları barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki 12 dekabr 2022-ci il tarixdə qardaşı Səbuhi ilə birlikdə bacısı Mətanətin yaşadığı ünvan 1 ünvanına getmişdir. Təxminən saat 23-24 radələrində Elxan Mətanətə zəng edərək Muradın adını demədiyi bir nəfər şəxsi "Şəhid Muradın" abidəsinin yaxınlığında yerləşən qarajların yanında bıçaqlamağı və Muradın hazırda orda olmağı barədə məlumat vermişdir. Səbuhi dərhal evdən qaçaraq çıxmış, ardınca isə o, və Mətanət Elxanın dediyi ünvana istiqamətlənmişlər. O, və Mətanət hadisə yerinə çatdıqda Muradın bıçaqladığı şəxsin Mahir olduğunu bilmiş, sonuncunun paltarlarının qan olduğunu və yerdə uzandığını görmüşdür. O, hadisə yerinə olanda Səbuhi, Elxan və ətrafda tanımadığı insanlar var olmuş, hamı X27 avtomobilinin gəlməyini gözləmişdir. Elxan bir neçə dəfə X27a zəng vurmuş Mahir X27 avtomobili ilə yola salındıqdan sonra hadisə yerindən getmişlər. Göstərilən tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən ölmüşdür. Mətanət ona Mahirin müıəmadi olaraq izləməsi və əxlaqsız təkliflər etməsi barədə məlumat vermiş, həmçinin xahiş etmişdir ki, dedikərindən heç kimin xəbəri olmasın. Mətanət arada mübahisə davadalaş olacağından qorxmuşdur. Sonradan ona məlum olmuşdur ki, hadisədən bir müddət əvvəl X21 yaxınlaşaraq sonuncunu narahat etməyini gözləri ilə görmüş və bu barədə Mətanətlə söhbət etmiş, daha sonra isə Murad Zərərçəkmiş şəxs ilə rastlaşmış, sonuncuya “özünü yaxşı aparmırsan“ deyə xəbərdarlıq etmişdir. Bundan bir müddət sonra Mahir Muradın qarşısına çıxmış və sonuncunu döymüşdür. Həmçinin videogörüntüdə üzərində çəhrayı rəngli köynək olan şəxsin özününün olduğunu, üzəri qana bulamış vəziyyətdə yerə uzanmış şəxs isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Həmin videogörüntülər 12 dekabr 2022-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısında çəkilmişdir. Həmin videogörüntünün kim tərəfindən çəkilinəsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı Elxanın oğludur. Muradı çox zəhmətkeş, zəif, sakit, fağır bir uşaq kimi tanımış, sonuncu ilə həmişə yaxşı münasibəti olmuşdur. Murad siqaret çəkmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Murad 2022-ci ilin yay aylarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən dənizkənarı restoranların birində ofısant kimi çalışmış, dərsləri başladıqdan sonra onunla Abşeron rayonu, Saray qəsəbəsində şüşə sexində işləmişdir. Belə ki, Murad onun yanına mütəmadi olaraq deyil, boş vaxtlarında, universitetdə dərsləri bitdikdən sonra gəlib kömək etmişdir. O, görülən işdən asılı olaraq Murada 6-10 manat arası pul vermiş, işin həcmindən asılı olaraq, bəzən 22-23 radələrinə kimi işləmişdirlər. 12 dekabr 2022-ci il tarixdə axşam saat 19 radələrində Murad onun işlədiyi Abşeron rayonu, Saray qəsəbəsinə gəlmiş, birlikdə bir müddət işlədikdən sonra Muradı təxminən saat 22 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, "Araz" marketin yaxınlığında düşürmüşdür. Təxminən 1 saat sonra Murad öz istifadəsində olan 055- ***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək harda olduğunu soruşaraq bir nəfəri bıçaqla vurduğunu və gedib polisə təslim olacağını demişdir. Murad söhbət zamanı bıçaqladığı adamı nə üçün və hansı səbəbə vurduğunu deməmiş, o, da barədə sonuncudan soruşmamışdır. Sonradan ona məlum olmuşdur ki, hadisədən bir müddət əvvəl X21 yaxınlaşaraq sonuncunu narahat etməyini gözləri ilə görmüş və bu barədə Mətanətlə söhbət etmiş, daha sonra isə Murad Mahir ilə rastlaşmış, sonuncuya “özünü yaxşı aparmırsan11 deyə xəbərdarlıq elmişdir. Bundan bir müddət sonra Mahir Muradın qarşısına çıxmış sonuncunu döymüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təxminən 10 il olar ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təxminən saat 24 radələrində yaşadığım Sumqayıt şəhəri, 9cu mikrorayon, 9D saylı binanın arxa tərəfi ilə evə getmişdir. O, binanın qarşısına yaxınlaşanda "Opel Astra" markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əvvəllər tanımadığı və görmədiyi adlarının sonradan Mahir və Murad olduğun bildiyi şəxsləri görmüşdür. Mahir öndə getmiş, Murad isə sonuncunun arxasınca itələyərək gəlmişdir. Murad Mahiri vura-vura binanın qarşısında dayanmış ağ rəngli dövlət qeydiyyat nişanın xatırlamadığı "Chevrolet" markalı avtomobilin yanına aparmış, daha sonra isə yumruq və təpiklə sonuncuya zərbələr vurmuşdur. Mahir həmin zərbələrin təsirindən yerə yıxılmışdır. O, əvvəlcə həmin şəxslərin içkili oluqlarını zənn edib yaxınlaşmamışdır. Daha sonra 3 nəfər şəxs qaça-qaça gələrək Mahiri və Muradı ayırmışlar. Təxminən 3-4 dəqiqə sonra yaşadığı blokun qarşısında gözlədikdən sonra hadisə yerinə yaxınlaşmışdır. O, hadisə yerinə yaxınlaşdıqda Mahirin yaralı və paltarının qan içində olduğunu görmüşdür. İlkin olaraq gələn 3 nəfər şəxs Muradı Mahirin yanından kənarlaşdırmışlar. O, həmin şəxsləri tanımamış əvəllər də görməmişdir. O, dərhal istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən X27 xidmətinə zəng vuraraq məlumat vermişdir. X27 avtomobili gəldikdən sonra Mahiri avtomobilə mindirərək yola salmışlar. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Murad ilə Mahirin mübahisə etdiyi Sumqayıt şəhəri, 9-cıı mikrorayon, 9 D saylı binanın qarşısında Muradın əlində bıçaq görməmiş, sonuncunun yalnız təpik və yumruqla Mahirə zərbələr yetirdiyini görmüşdür. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 D saylı binanın qarşısında qeydə alınmış videogörüntülərlə tanış olmuş, sonradan adlarının Mahir və Murad olduğun bildiyi şəxsləri tanımış, videogörüntülərdə olan digər şəxslərin kimliyi və kordinatları barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2012-ci ildən Sumqayıt şəhər təcili yardım stansiyasında çağırışçı porter vəzifəsində işləyir. Vəzifəsi 103 xidmətinə müraciət əsasında çağırışçı həkimlə birlikdə gedərək texniki işlərə kömək etmək və xəstələrin daşınmasından ibarətdir. Ay ərzində gecə və gündüz nöbələrində olmuş, təsdiq olunmuş qrafıkə əsasən 12 dekabr 2022-ci il tarixdə növbədə olmuşdur. 12 dekabr 2022-ci il tarixdə saat 23:14-də X27 stansiyasına Sumqayıt şəhəri, 9-cü mikrorayon, 9 D saylı binanın qarşısında bir nəfər şəxsin bıçaqlanması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, həkim Şahid6 və sürücü Dilavər ilə məlumatda qeyd edilən əraziyə getmişlər. Təxminən 5-6 dəqiqə ərzində Sumqayıt şəhəri, 9-cü mikrorayon, 9 D saylı binanın qarşısına çatmışlar. Həmin binanın qaşısına xeyli insan toplaşmış, həmin şəxsləri tanımamışdır. O, bir nəfər şəxsin qan içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, yerdə uzanıqlı vəziyyətdə olan şəxsin adını və soyadını həkim Şahid6 soruşduqda sonuncu özünü Zərərçəkmiş şəxs kimi təqdim etmişdir. Mahirin üzərində hansı paltarlar olduğu yadında deyil. Yaralını dərhal avtomobilə mindirərdik. Həkim bədəninə xarici baxış keçirmiş sarğı qoyaraq adekvat yardım göstərmişdir. Mahirin bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkar olumuşdur. Daha sonra yaralını Sumqayıt şəhər X27 xəstəxanasının Reanimasiya şöbəsinə təhvil vermişdir. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə məlumat vermişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 Şahid7la oxşar məzmunlu ifadə veridiyi və sonuncunun ifadəsində göstərdiyi xüsusatları tısdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid9 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə saat 24 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısında bir nəfər şəxsin bıçaqlanınası barədə növbətçi hissədən məlumat daxil olmuşdur. O, həmin gün əməliyyat qrupunun tərkibində olmasa da, hadisənin baş verdiyi yer xidməti ərazisi olduğundan dərhal Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı binanın qarşısına getmişdir. O, hadisə yerinə çatdıqda ətrafda tanımadığım insanlar olmuşdur. O, bir nəfər şəxsin qan içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş və həmin şəxsə yaxınlaşaraq adını, soyadını və kim tərəfindən bıçaqlandığını soruşduqda sonuncu ad və soyadının Zərərçəkmiş şəxs olduğunu tanımadığı şəxs tərəfindən bıçaqlandığını demişdir. Daha sonra Mahiri X27 avtomobilinə mindirərək Sumqayıt şəhər X27 xəstəxanasına yola salmışlar. Bir müddət sonra ona məlum olmuşdur ki, Mahiri ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 9-cu mikrorayon, 9Q və 9D saylı binaların ortasında yerləşən qarajların yanında bıçaqlamışdır. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətdən Sumqayıt şəhər X27 xəstəxanasında ölmüşdür. Mahir və Murad onun xidməti ərazisinin, yəni, Sumqayıt şəhəri, 9-cu mikrorayonun sakinləridir. Həmin ərazidə 2020-ci ildən etibarən xidmət aparmış və həmin müddət ərzində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş münaqişə ilə əlaqədar sonuncular tərəfindən polis bölməsinə müraciət daxil olmamışdır. 12 dekabr 2022-ci il tarixdə əməliyyat qrupunun tərkibində olmasa da hadisə baş verən yerə yəni, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı bina onun xidməti ərazisi olduğundan dərhal həmin ünvana getmiş, yanında onunla bərabər polis əməkdaşı olmayan bir nəfər şəxs də olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqiq varisinin nümayəndəsinin vəsatəti əsasında ifadəsi elan olunmaqla araşdırılmış X5, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2005-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Mahir ilə birgə nikahından 2006-cı ildə Aysu, 2009-cu ildə Suqra və 2017-ci ildə İncə anadan olmuşdur. 2002-ci ildən AMEA-nın PMİ-də elmi işçi vəzifəsində işləmişdir. Aysu 23 saylı orta məktəbin 11-ci sinif şagirdi, Suqra həmin məktəbin 7-ci sinif şagirdidir. İnci 54 saylı Günəş uşaq bağçasında təhsil almışdır. Onun iş rejimi saat 09:00-dan saat 17:00-a qədər olmuşdur. İşi ilə əlqədar uşaqları məktəbə aparıb gətirmək Mahirin öhdəliyinə düşmüşdür. Qızı İncini işə gedərkən özü bağçaya qoymuş, işdən çıxdıqda isə götürmüşdür. Mahir 12 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı ünvan 6 ünvanına gəlmişdir. Mahir onunla və uşaqlarla salamlaşaraq yataq otağına keçmişdir. Bir müddət keçdikdən sonra Mahirin telefonuna zəng gəlmiş, lakin sonuncunun kiminlə və nə barədə danışması barədə məlumatım olmamışdır. Mahirin paltarlarını geyinib evdən çıxmaq istədiyini gördükdə sonuncudan hara getdiyini soruşmuşdur. Mahir qardaşı Tahirin Qubadlı rayonu, Qayalı kəndindən daimi müştərisi olan bir nəfər şəxslə Sumqayıt şəhəri, 9-cu mikorayonda yerləşən "Aygün” mərasim evinin qarşısında görüşmək üçün getdiyini bildirmişdir. Bir müddət sonra Mahirin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etsə də, sonuncu telefon zənglərinə cavab verməmişdir. Bir müddət sonra Mahirin telefon nömrəsinə yenidən zəng etdikdə tanımadığı bir nəfər cavab verərək sonuncunun telefonunun kodunu ondan istədikdə kodu bilmədiyini bildirmişdir. O dərhal Mahirin dayısı oğlu Akif və sonuncunun arvadı Vüsaləyə bu barədə məlumat vermişdir. 13 dekabr 2022-ci il tarixdə Mahirin Murad adlı şəxslə mübahisə zamanı sonuncu tərəfindən bıçaqlandığını Mahirin aldığı xəsarətlərdən Sumqayıt şəhər TTYX-da öldüyünü öyrənmişdir. Mahir ilə Murad arasında əvvəllər davadalaş və mübahisənin olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin vəsatəti əsasında ifadəsi elan olunmaqla araşdırılmış Alıyeva Hicran Hünbət qızı, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 sentyabr 1967-ci ildə Qubadlı rayonu, Xocamsaxlı kəndində anadan olmuşdur. 1987-ci ildə X10 ilə ailə həyatı qurmuş, bu nikahdan 1988-ci ildə Vüsal və 1989-cu ildə Günay anadan olmuşdur. 1993-cü ildə Qubadlı rayonu işğal olunduğundan ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. X18 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mahir əri Tahirin doğma qardaşıdır. Zərərçəkmiş şəxs xx xxx 1975-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Mahir 2005-ci ildə Simuzər Allahverdiyeva ilə ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2006-ci ildə Aysu, xx.xx.2009cu ildə Suqra və xx.xx.2017-ci ildə İnci anadan olmuşdur. Mahir hərbçi olaraq birinci Qarabağ müharibəsində iştirak etmiş və əliliyi olan şəxs olmuşdur. Mahir həmçinin ikinci Qarabağ müharibəsində könüllü olaraq Goranboy rayonu Ağcakənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mahir Qubadlı rayon icra hakimiyyətində Xocamsaxlı kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyirdi. Mahir həmçinin Sumqayıt şəhərində fəaliyyət göstərən "LOR" klinikasınında boş vaxtlarında dostu Cahangirə köməklik göstərmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Qubadlı rayonundan olan Elxan əri Tahirə zəng edərək Mahirin nömrəsini istəmiş, Tahir Mahirin istifadəsində olan ***-***-**-** yaxud ***-***-**-** saylı mobil nömrəni Elxana vermişdir. Təxminən saat 24 radələrində qardaşı arvadı Vüsalə onlara zəng edərək Mahirin arvadı Simuzərin onlara gəldiyini Mahirin evdən çıxarkən Tahirin Qubadlı rayonu, Qayalı kəndindən daimi müştərisi olan bir nəfər şəxslə görüşmək üçün getdiyini və bir müddətdir ki, geri qayıtmadığını, Simuzərin Mahirin telefonuna zəng vurduqda özünü təqdim etməyən şəxsin cavab verdiyini, ondan Mahirin telefonunun kodunu istədiyini söyləmişdir. O, Vüsalənin dedikləri barədə Tahirə məlumat verdikdə sonuncu Qubadlı rayonundan olan Elxanın az öncə ondan Mahirin mobil nömrəsini istədiyini və Qubadlı rayonu, Qayalı kəndindən olduğunu nəzərə alaraq dərhal Elxana zəng etmişdir. X13 yanında olub-olmadığını soruşduqda sonuncu oğlu Muradın Mahiri bıçaqladığını bildirmişdir. Tahir həyəcanlı şəkildə Elxandan Mahirin sizə nə etdiyini deyərək telefonu bağlamışdır. Tahir Telmana zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddət sonra X14 tərəfindən bıçaqlandığını və Sumqayıt şəhər TTYX-da olduğunu söyləmişdir. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya getmiş və Mahirin çoxsaylı bıçaq xəsarətləri aldığını, vəziyyətinin ağır olduğunu öyrənmişlər. Görülən bütün tibbi yardımlara baxmayaraq Mahir 13 dekabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən Sumqayıt şəhər TTYX-da ölmüşdür. Mahir ilə Murad arasında əvvəllər dava-dalaş və mübahisənin olması barədə məlumatım olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cii il tarixli 168 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: 18 (on səkkiz) ədəd deşilmiş-kəsilmiş yara və 1 (bir) ədəd kəsilmiş yara aşkar edilmişdir ki, həmin yaralardan 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaralar boşluğa nufuz edir. Qeyd olunan xəsarətlər aşağıdakılardır: döş qəfəsinin ön səthinin sol yarısının körpücük xətti üzrə yerləşmiş 2 (İki) ədəd deşilmiş-kəsilmiş yaraları. Həmin yaralardan biri döş boşluğua nufuz edərək sol ağciyərin yuxarı payını zədələyir. Yara kanalının uzunluğu 6,5x7,0 sm-dir, yara kanalının istiqaməti öndan-araxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur; sol qoltuqaltı nahiyyənin 1 (bir) ədəd boşluğa nüfuz etməyən deşilmiş- kəsilmiş yarası; - döş qəfəsinin sol yan səthinin ön qoltuq xətti üzrə V-Vİ qabırağaarası sahədə yerləşmiş boşluğa nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, -sol qoltuqaltı nahiyyədə orta qoltuq xətti üzrə yerləşmiş boşluğa nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; qarın nahiyyəsinin sol yan səthinin 2 (iki) ədəd boşluğa nufuz etməyən deşilmişkəsilmiş yaraları; qarnın ön divarının qarın boşluğuna nüfuz edən 3 (üç) ədəd deşilmiş- kəsilmiş yaraları. Yaranın hər üçü qarın boşluğuna nüfuz edir və onlardan biri qaraciyəri, biri köndələn çənbər bağırsağı biri isə böyük piyliyi zədələyir. Qaraciyəri zədələyən yara kanalının uzunluğu 9,5-10,0 sırı, köndələn çənbər bağırsağı zədələyən yara kanalının uzunluğu 8,5-9,0 sm, böyük piyliyi zədələyən yara kanalanmı uzunluğu isə 6,5-7,0 sm-dir. Yara kanallarının hər birinin istiqamətləri öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur, qamın ön divarının sağ yarısının boşluğa nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası sağ çiyinüstü nahiyyənin boşluğa nüfuz etməyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası; sağ qoltuq çuxurunun arxa divarının boşluğa nüfuz etməyən 1 ( bir) ədəd deşilmişkəsilmiş yarası; sağ kürəküstü nahiyyənin 1 ( bir) ədəd və bel nahiyyənin sağ yarısının 3 (üç) ədəd boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaralan; sol əlin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş yarası. Qeyd olunan xəsarətlərin hər biri həyatidir, deşici-kəsici alətin (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilən zərbələrin təsiri nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlərdən 4 (dörd) ədəd boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yaralar, dərəcəsinə görə həm ümumilikdə həm də ayrı-ary11ıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, digər xəsarətlər, yeni 14 (on dörd) ədəd boşluğa nüfuz etməyən deşilmişkəsilmiş yaralan və 1 (bir) ədəd kəsilmiş yara isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvumanm əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb qarm divarının qarın boşluğuna nüfuz edib qaraciyəri, köndələn çənbər bağırsağı və böyük piyliyi zədələyən 3 (üç) ədəd, həmçinin döş qəfəsinin ön səthinin sol yarısının boşluğa nüfuz edərək sol ağciyəri zədələyən 1 ( bir) ədəd deşilmiş-kəsilmiş yaraların törətdiyi daxili qanitirmə nəticəsində baş vermiş hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə saat 02:20-da Sumqayıt şəhər TTYX-da baş vermişdir. Xəsarətlərin xarakteri lərinə, lokalizasiyasına, həmçinin yara kanallarının istiqamətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin mər. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inkar olunur. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə əsasən demək olar ki, həmin xəsarətlər qısa zaman ərzində yetirilmişdir. Xəsarətlərin lokalizasiysına əsasən demək olar ki, hadisə vaxtı xəsarət yetirənlə xəsarət alan müxtəlif duruş vəziyyətlərində olmaqla, həmçinin üzbəüz, xəsarət alan yerdə uzanmış vəziyyətdə və s .vəziyyətlərdə ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlərlə hadisə zamanı onun əynində olan paltarlardakı zədələr nisbi üst-üstə düşür. «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 1916 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol əlin V barmağının iki ədəd səthi kəsilmiş yaralan. Qeyd olunan xəsarətlər iti kənarlı əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və ümumilikdə, həm də ayrı- ayrılıqda ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Məhkəmə tibbi-kriminalistik ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 19/2023- MTKŞ JNTü-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter və maykanın ön səthində üç ədəd, arxa səthində üç ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və alt tumanı üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvar üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter, mayka, şalvar, alt tumanı üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus sviter üzərində olan ləkələr qan mənbəyindən bucaq altında olmaqla düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Məhkəmə-tibbi-bioloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 16/2023-MTBŞ №li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar (kəmərlə), tuman, sviter, mayka, gödəkçə, Təqsirləndirilən şəxs məxsus şalvar, sviter, gödəkçə və 03 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri O alfa,beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, qanın canlı insanın və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 21 yanvar 2023-cü il tarixli 120 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlaməti aşkar olunmur. Bunu araşdırma materialları, anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onla etmək qabliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərketmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs özünə və ailəsinə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq, inadkarlıq, kinlilik və s. kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional halında qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. 13 dekabr 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, hadisə yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli Redmi M2101KTFG markalı mobil telefon və qanabənzər ləkələr pambıq tampona hopdurularaq müvafiq qaydada götürülmüşdür. 13 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli tuman, bir ədəd ağ rəngli sviter, bir ədəd ağ rəngli mayka müvafiq qaydada götürülmüşdür. 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarlar - bir ədəd boz rəngli cins materialdan olan şalvar, bir ədəd qəhvəyi rəngli sviter və bir ədəd boz rəngli gödəkcə müvafiq qaydada götürülmüşdür Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına dari disklərə baxış keçirilmiş və buna dair protokollar araşdırılmışdır Sumqayıt şəhər məhkəməsinin 4(060)-138/2022 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsi, onun əməlində xüsusi amansızlığın olmaması barədə mövqeyinə fikir bildirməyi zəruri hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4- cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərşəkmiş şəxsə hadisə vaxtı 19 bıçaq zərbəsi yetirmişdir. Bundan başqa hadisənin baş vermə anına dair cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş video görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsə 19 bıçaq zərbəsi yetirdikdən sonra onun müqavimət göstərmək imkanından məhrum olduğunu gördüyü halda ona dəfələrlə əl və ayaq zərbələri yetirmişdir. Hadisə yerinə təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumları gəldikdən sonra isə dəfələrlə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməyə çalışsada buna nail ola bilməmişdir. Beləliklə, hər nə qədərdə təqsirləndirilən şəxs əslində zərərçəkmişi öldürmək niyyətinin olmamasını, yalnız zərərçəkmişi cəzalandırmaq niyyətində olduğunu bildirsədə hadisə vaxtı yetirdiyi bıçaq zərbələrinin lokalizasiyası, sayı və artıq müqavimət göstərmək imkanından məhrum olmuş şəxsə kömək etmək əvəzinə ona yenidən zor tətbiq etməsi və zor tətbiq etməyə cəhd etməsi onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən hayatdan məhrum etmək istəmişdir Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını (CM-nin 59.1.10) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli tuman, bir ədəd ağ rəngli sviter, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli gödəkcə, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli cins materialdan olan şalvar, bir ədəd qəhvəyi rəngli sviter və bir ədəd boz rəngli gödəkcə, habelə hadisə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd Redmi M2101KTFG markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 ( on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli tuman, bir ədəd ağ rəngli sviter, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli gödəkcə, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli cins materialdan olan şalvar, bir ədəd qəhvəyi rəngli sviter və bir ədəd boz rəngli gödəkcə, habelə hadisə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd Redmi M2101KTFG markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən imza Nurəddin Hüseynli Hakim imza Nahid Mirzəyev Hakim imza Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-190/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-190/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver