Məhkəmə qərarları › İş №1(124)-191/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-191/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-191/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-Nümayəndə, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1957-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, hazırda işləməyən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, A/YAT ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “AzərterminalKompelks Birliyinin xx.xx.2008-ci il tarixli 004Ş əmri ilə həmin Birliyinin Ərazi Terminalı üzrə Bakı şöbəsinin rəis müavini vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının gömrük ərazisində yerləşən anbarlarda, terminallarda və digər yerlərdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin etməyə, dövlət mülkiyyətinə keçirilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq gömrük hərraclarında satışının təşkil edilməsinə və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibatı-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi Şahid1 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hazırda ləğv edilmiş Xaçmaz Gömrük İdarəsinin skanlaşdırma şöbəsinin inspektoru vəzifəsində işləyərkən öz işinə vicdansız və laqeyd münasibət göstərərək xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan ərazisinə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur postundan daxil olan Rusiya Federasiyası vətəndaşı X8 tərəfindən ölkə sərhədinə keçirilmiş 63 ədəd dəyəri 93950 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 73694,38 manat olan xəz dərilərin fiziki şəxs üçün şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyi qənaətinə gəlinərək həmin xəz dəriləri saymadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2013-cü il tarixli 305 saylı qərarına əsasən həmin xəz-dərilərin götürülməsinə dair tərtib olunmuş “Əşyaların götürülməsinə dair” 216 saylı protokolun 5-ci “götürülən əşyalar haqqında məlumat” bölməsində əşyanın adı “Şuba” gətirildiyi ölkə “RİF-AR”, miqdarı 3 sumka” şəklində qeyd etməklə kifayətlənməsi, yəni götürlən əşyanın öz işinə laqeyd münasibət göstərərək ətraflı təsviri, miqdarı, çəkisi və faktura dəyəri aparmayaraq səhlənkarlıq etməsindən sonra Təqsirləndirilən şəxs da öz işinə vicdansız və laqeyd münasibət göstərərək xx.xx.2014-cü il tarixdə 75 nömrəli akt əsasında müsadirə qərarının tarixini və sayını qeyd etmədən miqdarı ədədlə müəyyən edilməli olan, kimə məxsus olması məlum olmayan “şubaları” 2 bağlama şəklində qeyd edilmiş formada keyfiyyətini müəyyən etmədən, saymadan “Azərterminalkompleks” birliyinin Xırdalan şəhərində yerləşən anbarına qəbul etmiş, nəticədə Mərcan Cantemirovnanın mülki qaydada məhkəməyə müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11644/2019 nömrəli 24 oktyabr 2019-cu il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2542/2020 saylı 93950 ABŞ dolları, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manat məzənnəsinə uyğun pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Mərcan Cantemirovnaya ödənilməsi barədə yekun qərar qəbul edilməsinə və bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətini pozmaqla əhali arasında nüfuzdan salınıb, gömrük nəzarəti altında yerləşdirilən malların daşınması və saxlanılması sahəsində olan hüquqlarına və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə və mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa o, xx.xx.2014-cü il tarixdə 75 nömrəli akt əsasında 02 ədəd bağlamada “şubaları” “Azərterminalkompleks” birliyinin Xırdalan şəhərində yerləşən anbarına qəbul etdikdən sonra həmin dövrdə X2 anbara gələrək orada 63 ədəd xəz dəri şubanın olmasını və X24 əməkdaşlarının iki bağlamada 63 ədəd şubanı anbara təhvil verdiklərini bildirdikdən sonra, bağlamalara baxdıqda iki ədəd süni materialdan şubanın olduğunu müəyyən etmiş, bundan sonra öz işinə laqeyd və vicdansız yanaşmasının aşkar olunmasını gizlətmək, öz səhlənkarlığına qanuni don geyindirmək məqsədi ilə 02 ədəd süni materialdan olan şubaları bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2015-ci tarixli, qaimə fakturada bir ədədinin qiyməti 15 manat olmaqla ümumilikdə 30 manata Şahid13 satılması barədə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsində işləyir, 1974-cü ildən maddi-məsul şəxs olmuşdur. İşləyən dövrdə gömrükdən keçməyən məhsulları hansı anbara göndərirdilərsə, siyahı ilə göndərirdilər. Əgər gələn məhsulda əksiklik olurdusa, qaytarmışdır. Şubalar cəmi 2 ədəd olmuş, artıq və ya əksik yazmaq səlahiyyəti olmamışdır. Onun işi məhsul gələndə qəbul edib, sənədləri düzəldib, əmr gələndə sahibinə vermək olmuşdur. O, məhsulu qəbul etdikdən sonra komitədən adam göndərilir, akt tərtib olunur, o da qol çəkmişdir. İki bağlamada iki şuba olmuş, o heç nə satmamış, kommersiya şöbəsi satmışdır. Əldə götürülən iki sellofan paketdə iki şuba olmuş və o da iki ədəd yazmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1997-ci ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitənin “Azərterminalkompleks” Birliyinin anbar təsərrüfat şöbəsində çalışmış, son vəzifəsi isə rəis müavini olmuşdur. 2017-ci ildə işdən azad olunmuşdur. Belə ki, barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan respublikası CM-nin 179cu maddəsinin 2-ci bəndi ilə istintaq aparılmış və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə məsuliyyətinə verilmiş və Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevanın hökmü ilə həmin maddə ilə təqsirli bilinərək hazırda yadında qalmayan cəzalara məhkum olunmuşdur. Azərterminalkompleks” Birliyində işlədiyi dövrdə orada işi Birliyin anbarına müxtəlif gömrük postlarından gətirilən malların maddi məsul şəxs kimi qəbul edilib həmin anbara sayaraq, sənəd üzrə doğruluğunu yoxlayıb yerləşdirilməsindən ibarət olmuşdur. 29 dekabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan 38 adda malları sənəd üzrə adı qeyd edilmiş Şahid9 qəbul edərək həmin məhsulları Birliyin anbarına yerləşdirmiş, orada məlum olduğu kimi çox çeşiddə məhsullar olmuş və onların içərisində 2 kiçik bağlamada hər birinin içərisində 1 ədəd olmaqla qadın xəz dəri məhsulları olmuşdur. Xatırladığı qədəri ilə həmin xəz dərinin uzunluğu qurşağa qədər olmaqla qolsuz idi. Daha sonra həmin məhsullar orada təxminən uzun müddət qaldıqdan sonra ya satışa buraxılır, ya məhv edilir və ya sənədləri qaydasına salındıqda sahibinə geri verilirdi. Xatırladığı qədəri ilə həmin 2 ədəd bağlamadakı qadın üst geyimi 5 aya yaxın anbarda qaldıqdan sonra onun iştirakı ilə qəbzlə alıcıya təhvil verilmişdir. Məhsulların satışı Birliyin Kommersiya şöbəsi tərəfindən həyata keçirilmiş, yəni həmin məhsullar orada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilərək satışı həyata keçirilmişdir. Həmin iki ədəd qadın üst geyimi də qiymətləndirmədən keçməklə sənəddə qeyd olunan kimi biri 15 manat yazılmaqla hər ikisi 30 manata Şahid13 satılmışdır. Ona ünvanlanmış istintaq sənədlərindən Şahid3 məxsus 3 ədəd çantada olmaqla hər birinin içərisində 21 ədəd olan və ümumi dəyəri 93950 ABŞ dolları miqdarında qiymətləndirilmiş məhsul gömrük sərhəddindən ölkə ərazisinə daxil olaraq inspektor Şahid1 tərəfindən 3 sumka kimi rəsmiləşdirilərək qarşısında heç bir miqdarı, çəkisi və qiyməti qeyd edilməmiş və sonradan həmin məhsul saxlanca 3 bağlama şəkildə verilməklə yekunda 2 bağlama formasında Komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata xx.xx.2015-ci ildə Şahid13 satılmasının görünməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, 2 bağlama formasında Komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata xx.xx.2015-ci ildə Şahid13 satılmış məhsulların kimə məxsus olması, qiyməti barədə onun məlumatı olmamışdır. Həmin məhsulları 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olmaqla qəbul edib maddi məsul olduğu anbara yerləşdirmiş və satışını da Birliyin Kommersiya şöbəsi həyata keçirərək məhsulun təhvil verilməsini qaimə-faktura ilə icra etmişdir. Ona ünvanlanmış Şahid3 Çin Xalq Respublikasından gətirdiyi xəz dəri məhsullarında qüsurların olub-olmaması barədə suala cavab olaraq göstərmişdir ki, həmin məhsullarda hər hansı qüsurun olması barədə ona məlumat verilməmişdir. Ona ünvanlanmış Şahid3 Çin Xalq Respublikasından gətirdiyi xəz dəri məhsullarının sayı və qiyməti barədə suala cavab olaraq göstərmişdir ki, həmin məhsulların qiyməti barədə məlumatı olmamış və eləcə də həmin məhsulları Birliyin anbarına 2 ədəd formasında qəbul etmişdir. Ona ünvanlanmış istintaq materiallarına əlavə edilmiş müxtəlif adda olan 38 ədəd məhsulun “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilməsi barədə xx.xx.2014-cü il tarixli, 75 saylı aktdan məhsulu təhvil verən şəxs Şahid9 olmaqla qəbul edən Təqsirləndirilən şəxs olmasının görünməsi, adının qarşısındakı imzanın ona məxsus olub-olmaması və həmin məhsulları təhvil alıbalmaması barədə suala cavab olaraq göstərmişdir ki, təqdim olunan 38 ədəd məhsulun “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilməsi barədə xx.xx.2014-cü il tarixli, 75 saylı iki səhifəlik akt ilə tanış olmuş, oradakı adının qarşısındakı imza ona məxsusdur. Siyahıda göstərilən məhsulları yerində sənədlə qarşılıqlı yoxlama apararaq sayıb qəbul etmiş və onları anbara yerləşdirmişdir. Ona ünvanlanmış məhsulu təhvil verən şəxs X24 komendantı Şahid9 araşdırmaya verdiyi izahatında xx.xx.2014-cü il tarixli, 75 saylı iki səhifəlik aktdakı imzanın ona məxsus olmadığını və həmin məhsulların onun təhvil vermədiyini bildirməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, xx.xx.2014-cü il tarixli, 75 saylı iki səhifəlik akt tərəfindən tərtib edilmişdir. Tərtibə də əsas həmin malları gətirən şəxsin verdiyi siyahı üzrə məhsullar yerində yoxlanıldıqdan sonra qeyd etdiyi akt tərəfindən məhsulların adı, ölçü vahidi, miqdarı, sayı və tarixi yazılmaqla təhvil verən şəxsə imza etdirmiş və öz möhürünü həmin sənədə vurmaqla rəsmiləşdirmişdir. Aradan uzun müddət keçdiyi üçün təhvil verən şəxsin Şahid9 olub-olmamasını xatırlamamışdır. Ona ünvanlanmış məhsulu satış ilə bağlı təhvil alan Şahid13 araşdırmaya verdiyi ifadəsində xx.xx.2015-ci il tarixli, 059569 saylı qaimə-fakturadakı imzanın ona məxsus olmadığını və həmin məhsulların ona satılmadığını bildirməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, xx.xx.2015-ci il tarixli, 059569 saylı qaimə-faktura “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsi tərəfindən tərtib olunaraq satışı həyata keçirilib ödənişi alındıqdan sonra həmin qaimə-faktura orada yazılıb hazırlanaraq aidiyyəti şəxslər tərəfindən imzalandıqdan sonra məhsulu alan şəxs tərəfindən sənəd ona təqdim olunur və orada adının qarşısında imza edərək həmin məhsulu alıcıya təqdim etməklə qaimənin bir nüsxəsi vətəndaşda, bir nüsxəsi onda qalmaqla qaimə yekunda tərəfindən Kommersiya şöbəsinə təhvil verilir. Xatırladığı qədəri ilə qaimədə qeyd olunan 2 ədəd şubanı elə Şahid13 özü almış və həmin məhsulu ona təqdim etmişdir. Ona ünvanlanmış təqdim olunan xx.xx.2015-ci il tarixli, 059569 saylı qaimə-fakturadakı “Rəhbər” və “baş mühasib” qrafalarının qarşısındakı imzaların kimə məxsus olması və həmin sənədin kim tərəfindən tərtib olunması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, 2015-ci ilə uyğun olaraq “rəhbər” kimi orada Kommersiya şöbəsinin rəisi Xosrov adlı şəxs, “baş mühasib” kimi isə Həbib adlı şəxs olmuşdur. Həmin sənəd şöbə rəisi tərəfindən hazırlanaraq yazılmış, imza etmiş və yekunda qeyd etdiyi kimi özü də daxil olmaqla aidiyyəti şəxslər imzalamışdır. Ona ünvanlanmış ifadəsində qeyd etdiyi anbarda olan məhsulların satışının hansı formada və kimlər tərəfindən icra edilməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, anbarda olan məhsulların satışı, məhvə getməsi və müsadirəsi ilə bağlı Komitənin aidiyyəti qurumları məşğul olmuşlar. Satışı ilə isə yalnız Birliyin Kommersiya şöbəsi məşğul olmuş və həmin məhsullar da bildiyi qədəri ilə müvafiq qiymətləndirmədən keçdikdən sonra satışı həyata keçirilmiş və həmin pullar da Birliyin kassasına mədaxil edilmişdir. Ona ünvanlanmış vəzifəsinin hansı normativ aktla tənzimlənməsi barədə suala cavab olaraq göstərmişdir ki, Gömrük sahəsində olan hazırda yadında qalmayan normativ sənədlər əsasında işini qurmuşdur. ( cild 2, i.v. 164-169, cild 3, i.v. 123-126) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü il tarixdən isə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuş, Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru kimi X23 xidmət etmişdir. Təxminən 2015-2016-cı il tarixlərdə DGK-da olan struktur dəyişikliyindən sonra işlədiyi Xaçmaz Gömrük İdarəsinin adı dəyişdirilərək Şimal Ərazi Baş Gömrük İdarəsi, işlədiyi şöbənin adı da dəyişdirilərək Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsi adlandırılmışdır. 2018-ci il tarixdə həmin şöbənin böyük inspektoru, bir neçə ay sonra isə, elə məhz 2018-ci il tarixdə baş inspektoru vəzifəsinə təyin olunmuşdur. Vəzifə təlimatına uyğun olaraq şöbənin inspektoru, baş inspektoru və böyük inspektoru təyinat nöqtələrindən asılı olaraq eyni işi, yəni yoxlama işini icra edir. Məsələn, avtomobillərin idxal giriş xəttinə təyin olunmuş inspektor ölkəyə daxil olan avtomobillərin, həmin nəqliyyat vasitələrinin saxlanc yerində olan yüklərin rentgen yoxlamasından keçirilməsini, piyadaların idxal sərnişin keçid xəttinə təyin olunmuş inspektor isə vətəndaşların keçirdiyi əl yüklərinin və özlərinin yoxlanışını həyata keçirir. Həmin yoxlama nəticəsində qanunvericiliklə qadağan olunmuş yüklərin keçirilməsini aşkar etdikdə bu barədə postun rəhbərliyinə inspektor tərəfindən məlumat verilir. Post rəhbərliyi tərəfindən isə müvafiq məruzə edilir və təhqiqatçılar tərəfindən toplanmış material DGK-nin İstintaq İdarəsinə göndərilir. Bundan başqa Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na zidd olan yüklər də tərəflərindən saxlanılaraq müvəqqəti saxlanc anbarına vətəndaşın razılığı ilə təhvil verilir. Belə ki, vətəndaşa həmin malların geri qaytarılması hüququnun da olmasını izah edirlər. Vətəndaş malın saxlanca verilib-verilməməsinə özü qərar verir. Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar istisna olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 800 (səkkiz yüz) ABŞ dollarının ekvivalenti məbləğindən artıq olan mallar saxlanılmalıdır. Əgər vətəndaş müvafiq malları kommersiya məqsədilə gətirirsə bu barədə mal müşayiət sənədləri olmalıdır. Müvafiq mallar saxlanca yerləşdikdən sonra vətəndaş həmin müşayiət sənədləri ilə birlikdə Xaçmaz Gömrük idarəsinə müraciət edir. Vətəndaş tərəfindən gətirilən malların ixrac edildiyi ölkənin adının qeyd olunduğu, həmin malların dəyəri yazılan hər hansı bir sənəd müşayiət sənədi hesab oluna bilər. Müvafiq Gömrük İdarəsində rəsmiləşdirmə apardıqdan sonra vətəndaş tərəfindən müvafiq sənədlər təqdim edilməklə mallar saxlanc anbarından götürülə bilər. Yuxarıda göstərdiyi kimi vətəndaş tərəfindən müvafiq rəsmiləşdirilmə aparılmadan həmin məhsulların götürülərək geri qaytarılması da mümkündür. Rusiya Federasiyası vətəndaşı Şahid3 23 sentyabr 2014-cü il tarixdə vətəndaşı olduğu ölkədən Azərbaycan Respublikasının gömrük ərazisinin nəzarət xəttinə minik avtomaşını ilə daxil olmuş və həmin avtomaşında 3 ədəd böyük bağlamada yük gətirmişdir. Həmin gün avtomobil idxal xəttində xidmət etmiş, müvafiq skan aparatı ilə Şahid3 gətirdiyi bağlamalara baxan zaman həmin bağlamanın hər birində çoxsaylı qadın xəz dəri məhsullarının olmasını müəyyən etmiş, bu zaman Şahid3 özünün iştirakı ilə həmin bağlamalardan birinin ağzını açmış və həmin bağlamalarda olan məhsulların qadın xəz dəri məhsulları olmasına əmin olmuşdur. Həmin məhsulların sayının çox olmasını nəzərə alıb Şahid3 razılığı ilə müvafiq 23 sentyabr 2014-cü il tarixli, 216 nömrəli protokolu tərtib etmiş və həmin bağlamaları saxlanc yerinə təhvil vermiş, müvafiq protokolda olan qrafalarda əşyanın adını, gətirildiyi ölkənin adını, miqdarını, götürülmə səbəbini və müddəti qeyd etmiş, malın çəkisini qeyd etməmiş, çünki, geyim əşyalarında çəkini qeyd etməyə ehtiyac yoxdur. Həmçinin, protokolun faktura dəyəri qrafasını da boş saxlamış, çünki, həmin məhsulların dəyəri barədə məlumatları əks etdirən müşayiət sənədləri Şahid3 tərəfindən ona təqdim edilməmişdir. Həmin dövrdə onunla birlikdə xidmətdə olan eyni şöbənin əməkdaşı Şahid4 da müvafiq protokolun tərtibində iştirak etmiş, həmin protokola Şahid3 və iştirakçı Şahid4 tərəfindən imza çəkildikdən sonra protokolu özü də imzalamış və DGK tərəfindən xidməti zərurətlə əlaqədar verilmiş şəxsi möhürü ilə təsdiq etmişdir. Müvafiq protokolun bir nüsxəsini də vətəndaşa vermiş, ardınca isə müvafiq malları X24 müvəqqəti saxlanc anbarına təhvil vermiş, həmin dövrdə anbarın əməkdaşı olan Şahid10 malları təhvil vermişdir. Malları təhvil verən zaman tərtib edilmiş protokolun bir nüsxəsi də anbarın işçisinə təhvil verilir və həmin işçi tərəfindən protokol müvafiq bağlamaların üzərinə yapışdırılır. Həmçinin, malları anbarın işçisinə təhvil verəndə bu barədə anbarda olan kitabda qeydiyyat aparılır. Həmin qeydiyyatda “təhvil alan” qrafasında anbardar, təhvil verən qrafasında isə inspektor imza çəkir. Həmin fakt üzrə də qeydiyyat kitabına imza çəkmişdir. Həmin məhsulu anbara təhvil verdikdən sonra işi bitmiş hesab olunur. Sonradan vətəndaş müvafiq sənədlərlə malını götürmək üçün yaxınlaşan zaman həmin sənədləri anbardara təqdim edərək həmin məhsulları götürür. Şahid3 sonradan geri qayıdıb həmin məhsulları anbardan götürüb-götürməməsi barədə məlumatı olmamış, lakin, sonradan təxminən 2015-2016-cı il tarixlərdə müvafiq məhkəmə prosesləri zamanı Şahid3 məhsullarının itirilməsi, hansısa səbəbdən “Azərterminalkompleks” birliyinə həmin məhsulların iki bağlama şəklində göndərilməsini eşitmişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, inspektorlar tərəfindən müvafiq protokollar 3 nüsxədə tərtib edilmişdir. Bir nüsxə vətəndaşa verilir, digər nüsxə anbara təhvil verilir. Üçüncü nüsxə isə inspektor tərəfindən xidməti otaqda olan kitaba tikilmişdir. Həmin fakt üzrə də xidməti vəzifələrini tam yerinə yetirmişdir. 23 sentyabr 2014-cü il tarixli, 216 nömrəli protokolun iş materiallarında olan surəti ona təqdim olunmuş, xətti pis olduğuna görə adətən protokolun məzmununda olan sözlərin qeyd olunmasını həmin gün yanında xidmətdə olan digər əməkdaşlardan xahiş etmiş, təqdim olunmuş protokolun məzmununda olan sözlər böyük ehtimalla Şahid4 tərəfindən icra olunmuşdur. Lakin, protokolun “Gömrük orqanının vəzifəli şəxsi” qrafasındakı imza onun tərəfindən icra edilmiş və həmin imzanın üzərinə əks olunmuş möhür şəxsi möhürüdür. Həmin qrafanın qarşısında yazılmış “Şahid1” sözləri də onun tərəfindən icra edilmişdir. Nəzər yetirilsə aşkar şəkildə görünər ki, imzasının qarşısında qeyd olunmuş “Şahid1” sözləri qeyd olunmuş xətt nümunəsi ilə protokolun məzmununda olan xətt nümunəsi fərqlilik təşkil edir. Ona ünvanlanmış 23 sentyabr 2014-cü il tarixli, 216 nömrəli protokolda tərəfindən əşyaların götürülmə müddəti kimi 30 gün göstərilməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, müvafiq məhsulların saxlanc anbarında saxlanılması müddəti barədə Gömrük Komitəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş müvafiq təlimatda və Gömrük Məcəlləsində konkret vaxt göstərilib-göstərilməməsi barədə məlumatı yoxdur. Bildiyi qədər həmin normativ aktlarda yükün saxlanc anbarında maksimum hansı müddətə saxlanıla bilməsi barədə məlumat yoxdur. Lakin, həmin dövrdə rəhbərlik tərəfindən onlara malların maksimum saxlanması müddətinin 30 gün qeyd olunması barədə göstəriş verilmişdi. Buna səbəb anbarın həddindən artıq yüklənməsinin qarşısını almaq olmuşdur. Sözügedən fakt üzrə Mərcan Cantemirovdan soruşduqda sonuncu ona maksimum 3 gün sonra məhsulları götürəcəyini bildirmişdir. Lakin, hər ehtimala qarşı porotokolda 30 gün qeyd etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt Şahid3 bağlamalarda olan xəz dəri məhsullarının sayını soruşduqda sonuncu ona 56 ədəd məhsul olması barədə məlumat vermişdi. Yuxarıda göstərdiyi səbəblərdən həmin məhsulların dəqiq miqdarını protokolda göstərməmişdir. Şahid1 ona ünvanlanmış ifadəsində 3 ədəd bağlamanı X24 anbardarı Şahid10 təhvil verdiyini qeyd etməsi, həmin bağlamaların Şahid10 tərəfindən təhvil alınmasını təsdiq edən müvafiq qeydiyyat kitabından çıxarış və ya qeyri-rəsmi olsa belə hər hansı bir sənədin olubolmaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, belə bir sənəd yoxdur. İfadəsinin məzmununda göstərdiyi anbarda olan qeydiyyat kitabının inspektorlar tərəfindən götürülməsinə dair hər hansı bir icazə yox idi ki, həmin kitabın surətini çıxarsın. Bu barədə qeydlər həmin qeydiyyat kitabındadır. Həmin qeydiyyat kitablarının hansı qaydada dəyişdirilməsi və ya saxlanması barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014-cü il tarixdən isə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin X24 inspektoru vəzifəsinə təyin olunmuşdur. Təxminən 2015-2016-cı il tarixlərdə DGK-da olan struktur dəyişikliyindən sonra işlədiyi Xaçmaz Gömrük İdarəsinin adı dəyişdirilərək Şimal Ərazi Baş Gömrük İdarəsi adlandırılmışdır. Xaçmaz Gömrük İdarəsinin X24 inspektoru kimi vəzifə təlimatına uyğun olaraq yük avtomobillərinin gömrük baxışını həyata keçirmişdir. Belə ki, postda olan avtomobillərin idxal giriş xətti 4 zolaqdan ibarət idi. Həmin zolaqlardan biri minik avtomobillərinin, biri avtobusların, digər ikisi isə yük avtomobillərinin keçidi üçün nəzərdə tutulmuşdu. Hər 4 zolaq eyni yerdə idi və həmin avtomobillərin yoxlanışını həyata keçirən gömrük əməkdaşları eyni inzibati binada əyləşirdilər. Avtomobil keçid xəttində yoxlanış zamanı Azərbaycan Respublikasına idxalı qadağan olunmuş və idxalının xüsusi qaydaları müəyyən edilmiş və müvafiq sənədləri olmayan əşyalar aşkar etdikdə müvafiq protokol tərtib edilməklə həmin əşyalar müvəqqəti saxlanc anbarına təhvil vermişdir. Bu zaman inspektor tərəfindən müvafiq protokol tərtib edilmişdir. 2014-2015-ci il tarixlərdə Dövlət Gömrük Komitəsində olan qaydalara əsasən müvafiq məhsulu saxlayan şəxs tərəfindən əşyalara dair səlahiyyətli şəxs və digər gömrük əməkdaşının iştirakı ilə protokol tərtib olunmuşdur. 23 sentyabr 2014-cü il tarixdə Şahid1 ilə birlikdə X23 xidmətdə olmuş, həmin vaxt Rusiya Federasiyası vətəndaşı olan Şahid3 Azərbaycan Respublikasının gömrük xəttinə 3 ədəd böyük bağlama ilə daxil olmasının şahidi olmuşdur. Belə ki, həmin vaxt Şahid1 tərəfindən bağlamaların içərisində çoxsaylı qadın xəz dəri məhsullarının olması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən həmin əşyalar götürülərək müvəqqəti saxlanca təhvil verilməli idi. Çünki, qadın xəz dəri məhsullarının sayı çox idi və kommersiya məqsədilə gətirilməsinə dair müşayiət sənədləri yox idi. Həmin vaxt Şahid1 tərəfindən 23 sentyabr 2014-cü il tarixli, 216 nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əşyalara dair səlahiyyətli şəxs qismində Şahid3, iştirakçı qismində o və protokolu tərtib edən şəxs qismində Şahid1 imza çəkmişdir. Bundan sonra həmin məhsulların Şahid1 tərəfindən müvəqqəti saxlanc yerinə təhvil verilməsinin şahidi olmuşdur. Məhsullar saxlanılan zaman Şahid3 tərəfindən həmin 3 ədəd bağlamada təxminən 50-60 ədəd qadın xəz dəri məhsulunun olması barədə məlumat verilmişdi. Hətta, həmin vaxt Şahid1 onun iştirakı ilə bağlamalardan birini açaraq 1 ədəd qadın xəz dəri məhsulunu götürərək baxmış, bağlamaların böyüklüyünə əsasən Şahid3 dediyi təxminən 50- 60 ədəd qadın xəz dəri məhsulunun oraya yerləşə biləcəyi fikrində olmuşdur. 2020-ci il tarixdə işində yol verdiyi nöqsana görə sərəncama çıxarılmış və 3 ay müddətində hər hansı bir vəzifəyə təyin olunmadığından işdən çıxarılmışdır. Şahid4 ifadəsinin davamında göstərmişdir ki, müvafiq təlimatlara əsasən həmin məhsullar Şahid1 tərəfindən sayılmalı və protokolda dəqiq say qeyd edilməli idi. Lakin, bildiyi qədər həmin məhsullar sonuncu tərəfindən dəqiq sayılmadı. Çünki, minik avtomobillərinin keçid xəttində həmin vaxt yalnız bir inspektor fəaliyyət göstərirdi. Şahid1 iş yükünün ağırlığına görə həmin məhsulların sayımını həyata keçirməmişdir. İfadəsində göstərdiyi kimi müvafiq məhsulların olduğu bağlamadan yalnız biri Şahid1 tərəfindən açıldı və sonuncu yalnız bir ədəd qadın xəz dəri məhsulunu çıxarıb baxmışdır. Mərcan Cantemirovdan saxlanca verilməsi üçün Şahid1 təhvil aldığı qadın xəz dəri məhsullarının ümumi sayı təxminən 50-60 ədəd olmasını əminliklə bilir. Həmin məhsulların da Şahid1 tərəfindən anbara təhvil verilməsinin şahidi olmuşdur. Belə ki, saxlanca qəbul olunmuş məhsullar xidmət ərzində yığılmışdır. Bundan sonra xidmətin sonuncu müvafiq arabalarla və fəhlələrin iştirakı ilə müvafiq məhsulları inspektorlar aparıb anbara təhvil verirdilər. Həmin məhsulları da anbara təhvil verən zaman Şahid1 yanında olmuşdur. Şahid10 həmin vaxt X23 anbardar vəzifəsində işləmişdir. Həmin dövrlərdə anbarda qeyri-rəsmi olaraq qeydiyyat kitabı olmuş, inspektor tərəfindən məhsul anbara təhvil verilən zaman həmin kitabda qeydiyyat aparılır, həmin qeydiyyatda təhvil verən qismində inspektor, təhvil alan qismində isə anbardar imza çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsini baş inspektoru vəzifəsinə təyin edilmiş, 2015-ci ilə kimi orada çalışdıqdan sonra Komitənin Cənub ərazi Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsinə keçərək halhazırda həmin idarədə çalışmaqdadır. Şahid3 Usmanova adlı Rusiya Federasiyasının vətəndaşı olan qadına məxsus olmuş xəz dəri kürklərinin vətəndaşı olduğu ölkədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərək sonradan həmin məhsulun da daxil olduğu 38 adda yüklü vəziyyətdə olan müxtəlif məhsulların xx.xx.2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin həyətindən “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilməsi onun iştirakı ilə aparılmışdır. Belə ki, şöbə rəisi Famil Babayev həmin vaxt ona şifahi şəkildə bir nəfər təhlükəsizlik baxımından yükləri daşıyan sürücü Ənvər adlı şəxsin yanında oturmasını və qeyd olunan məhsulları müşayiəti ilə “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verməsini tapşırmışdır. Xahişi icra edərək həmin 38 adda olan müxtəlif yüklərin Qazel markalı avtomaşınla deyilən ünvandan təyinat nöqtəsinə aparılmasında iştirak etmiş və hər hansı rəsmiləşdirmədə iştirak etməmişdir. Ona yükləri müşayiət etmək tapşırılanda artıq Qazel markalı avtomaşına məhsullar yüklənmişdi və şəxsən həmin maşında olan yükləri görməmişdir. O, qeyd olunan məhsulları Xaçmaz Gömrük İdarəsinin rəis müavini olmuş Habil İbrahimovun “Azərterminalkompleks” Birliyinin direktoru Qambay Əliyevə ünvanlanmış müşayiət məktubu ilə həmin birliyin anbarına təhvil vermişdir. Həmin məhsulları ondan adını xatırlamadığı məsul şəxs olan anbardar qəbul etmişdir. Adətən bu kimi məhsulları Birliyin məsul şəxsi olan Təqsirləndirilən şəxs qəbul etmiş və çox ehtimal ki, gətirdikləri məhsulları da elə o qəbul etmişdir. Sonradan məhsulları qəbul edən anbardar müşayiət məktubunu sonuna “qəbul etdim” sözlərini yazaraq qarşısına imza etmişdir. Həmin məktubu təkrarən işlədiyi idarəyə təhvil vermidir. Bundan sonra malların aqibəti barədə hər hansı məlumatı olmamışdır. Cavadan Əhədov ifadəsində həmçinin göstərmişdir ki, qeyd olunan Şahid3 məxsus məhsulların müşayiət etdiyi məhsulların içərisində olub-olmaması barədə bir məlumatı yoxdur. Təhvil verilən məhsulların içərisində məktubda şuba iki bağlama göstərilsə də, bağlamaların içərisini görməmiş və orada neçə şuba olmasından həmin şubaların Şahid3 ad və soyadlı qadına məxsus olub-olmamasından məlumatsızdır. Həmin şubaların saxlanılaraq baxışında və sonda anbara yerləşdirilməsi proseslərində iştirak etməmiş, işi yalnız 38 adda məhsulların “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilməsində iştirakı olmuşdur. Qeyd olunan 38 adda olan məhsulları yüklü hazır vəziyyətdə siyahı ilə yoxlamadan qəbul etsə də təhvil zamanı həmin məhsulları siyahı ilə anbardara təhvil vermiş və orada xəz dərilər və digər məhsullarla bağlı hər hansı uyğunsuzluq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2009-2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Şimal İdarəsinin Samur postunun post rəisi vəzifəsində işləmişdir. Post rəisi kimi ölkə ərazisinə idxal və ölkə ərazisindən ixrac edilmiş mallara nəzarət, sərnişinlərin ölkə ərazisinə giriş-çıxışına nəzarət və digər vəzifələrə malik olmuşdur. Azərbaycan Respublikasına daxil olan mallar Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq yoxlanılaraq ölkə ərazisinə buraxılır. Əgər mallar Azərbaycan ərazisindən tranzit keçəcəksə malların müşayiət sənədləri olmalıdır. bu olmadıqda isə həmin mallar gömrük əməkdaşı tərəfindən sənədləşdirilərək götürülür və bir ay möhlət verilir ki, vətəndaş tərəfindən həmin sənədlər qaydasına qoyulsun. Sənədlər qaydasına qoyulduqdan sonra isə vətəndaş Xaçmaz Gömrük İdarəsinə aidiyyəti şəxslərlə sənədləri təqdim edərək anbara yaxınlaşıb malları götürə bilər və həmin götürülən mallar tranzit aparılırsa aparan maşına mallar yükləndikdən sonra möhürlənir və aidiyyəti üzrə gedəcəyi yerə uyğun olaraq gömrük idarəsinə göndərilir. Həmin müddətdə maşın möhürlü olmaqla çatacağı gömrük idarəsinə qədər maşın izlənilir. Eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən fiziki şəxs tərəfindən çəkisi 50 kq-dan artıq olan malların keçirilməsinə icazə verilmir. 2014-cü ildə post rəisi işlədiyi dövrdə Şimal İdarəsinin rəisi Elçin Quliyev idi. Anbara isə onun tərəfindən təyin olunmuş şəxslər nəzarət edirdi. Post rəisi kimi anbara qarışacağı olmamışdır. Ona yalnız gündəlik növbədə olmuş növbə rəisi rezonans doğuran, yəni sərhəddə saxlanılan bahalı malların saxlanılması barədə məruzələr edilmiş, hər saxlanılan mal ona məruzə olunmamışdır. 2014-cü ilin sentyabr ayında ona bu barədə növbə rəisi Şahid5 tərəfindən gecə növbədə 3 sumka şubanın keçirilməsi, lakin sənədləri qaydasında olmadığından saxlanılıb anbara təhvil verilməsi barədə məruzə olunmuşdur. X18 adlı şəxsi görməmiş, tanımır, onun şubalarının rəsmiləşdirilməsində bu və ya digər şəkildə iştirak etməmişdir. Sadəcə ona dediyi kimi şubaların saxlanılması məruzə olunmuşdur. Şahid3 məxsus şubaların aqibəti barədə heç bir məlumatı yoxdur. Həmin şubaların oğurlanmasında yaxud itməsində və yaxud da anbardan aidiyyəti üzrə təhvil verilməsindən məlumatı yoxdur. Şahid6 ifadəsində həmçinin göstərdi ki, Şahid2 adlı qadını adla tanımır, hazırda da xatırlamır. Ola bilsin ki, üzdən görsə tanıyar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal ərazi Baş Gömrük İdarəsinin komendantı vəzifəsinə qəbul olaraq hal-hazırda həmin idarədə həmin vəzifədə çalışır. Komendant kimi vəzifəsi idarədəki inventarlara nəzarət etmək və bu kimi işlərdən ibarətdir. Eləcə də bəzi hallarda gömrük sərhədindən ölkə ərazisinə gətirilib saxlanca verilən məhsulların “Azərterminalkompleks” Birliyinin Xırdalanda yerləşən anbarına təhvil verilməsində iştirak edir. 38 ədəd məhsulun “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilməsi barədə xx.xx.2014-cü il tarixli, 75 saylı aktdan məhsulu təhvil verən şəxs Şahid9 olmaqla qəbul edən Təqsirləndirilən şəxs olmasının görünməsi, Adının qarşısındakı imzanın ona məxsus olub-olmaması və həmin məhsulları təhvil verməyi barədə suala cavab olaraq göstərmişdir ki, təqdim olunan 38 ədəd məhsulun “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilməsi barədə xx.xx.2014-cü il tarixli, 75 saylı iki səhifəlik akt ilə tanış olmuş və oradakı adının qarşısındakı imza ona məxsus deyildir, imzası saxtalaşdırılmışdır. Həqiqətdə isə orada qeyd olunan 38 ədəd məhsulu heç vaxt “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verməmişdir. Görünür ki, bunu kimsə daşıyaraq adını yazmaqla saxta imza etmişdir. Həmin məhsullardan xəbəri yoxdur. Şahid3 məxsus məhsulların saxlanılaraq baxışında və sonda anbara yerləşdirilməsi proseslərində iştirak etməmiş və bu səbəbdən də həmin əməliyyata aidiyyəti olmadığı üçün suala cavab verə bilmir. Həmin işdə iştirakı özüm olmadan yalnız adının yazılaraq akta saxta imzasının çəkilməsi olmuşdur. Eyni zamanda “Azərterminalkompleks” Birliyinin anbarına heç vaxt şuba təhvil verməmişdir. Qeyd edilən sayda şuba da Şimal Gömrük idarəsində görməmişdir. Həmin şubaların aqibəti barədə də heç bir məlumatı yoxdur. Bu barədə heç nə eşitməmişdir. Mercan Cantemirovna adlı şəxsi də tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, yalnız fəhlə kimi təmizlik, daşıma və bu kimi işləri görməklə dolanışığını təmin edir. Hal-hazırda da müxtəlif ünvanlarda bu kimi fəaliyyət ilə məşğul olmaqdadır. 2014-2015-ci illərdə “Azərsun”şirkətində fəhlə kimi işləyən vaxtları yaxınlıqda yerləşən “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərindəki anbarından da onu oraya yük boşaltmaq işlərinə çağırmışlar. Həmin vaxtı orda həmin idarənin işçisi Təqsirləndirilən şəxs onu çağırmışdır. Çağırış əsasında “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərindəki anbarında da müxtəlif yüklərin boşaldılmasında və bu kimi işlərin icra edilməsində fəhlə kimi iştirak etmiş və işin görülməsi müqabilində ortalama 15-20 manat əziyyət haqqı verilmişdir. Bundan kənar orada hər hansı işi və fəaliyyəti olmamışdır. Ona ünvanlanmış istintaq sənədlərindən Şahid3 məxsus 3 ədəd çantada olmaqla hər birinin içərisində 21 ədəd olan və ümumi dəyəri 93950 ABŞ dolları miqdarında qiymətləndirilmiş məhsul gömrük sərhəddindən ölkə ərazisinə daxil olaraq Şahid1 tərəfindən 3 “sumka” kimi rəsmiləşdirilərək, sonradan həmin məhsul saxlanca 3 bağlama şəkildə verilməklə yekunda 2 bağlama formasında Komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata xx.xx.2015-ci ildə qəbzlə Təqsirləndirilən şəxs tərəfindən alıcı kimi ona satılmasının görünməsi barədə suala cavab olaraq göstərmişdir ki, sualda adı qeyd olunan Şahid3 məxsus məhsulların saxlanılaraq baxışında və sonda anbara yerləşdirilməsi proseslərində iştirak etməmiş və bu səbəbdən də həmin əməliyyata aidiyyəti olmamışdır. Çünki heç vaxt Dövlət Gömrük Komitəsində çalışmamış və eləcə də oradan heç vaxt xəz-dəri məhsulu almamışdır. “Təhvil aldım” qrafasının qarşısına yazılmış adının qabağındakı imza ona məxsus deyildir. Həmin işdə iştirakı olmadan yalnız adı soyadı və ata adı yazılaraq qəbzə saxta imzası çəkilmişdir. Təqsirləndirilən şəxs Birliyin əməkdaşı kimi tanımış və onunla əlaqəsi ifadəsində bildirdiyi kimi həmin idarədə yüklərin daşınması və boşaldılması ilə bağlı onun sifarişini icra etməyi olmuşdur. Heç vaxt qaimədə göstərilən şubaları almamış, həmin qaimə fakturadakı imza da ona məxsus deyil. Məhkəmədə şahid qismində dindirilmiş “AzərterminalKompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin sabiq rəisi Şahid11 ifadəsində göstərdi ki, 2001-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitənin “Azərterminalkompleks” Birliyinin dövlət mülkiyyətinə keçirlmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin rəisi vəzifəsində çalışaraq, təqaüdə çıxmışdır. Vəzifəsi Birliyin anbarına müxtəlif gömrük postlarından gətirilən malların maddi məsul şəxs kimi qəbul edilib həmin anbara sayaraq, sənəd üzrə doğruluğunu yoxlayıb yerləşdirilməsindən ibarət olmuşdur. 29 dekabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan 38 adda malları sənəd üzrə adı qeyd edilmiş Şahid9 qəbul işçisi olmuş Təqsirləndirilən şəxs edərək həmin məhsulları Birliyin anbarına yerləşdirmişdir. Orada məlum olduğu kimi çox çeşiddə məhsullar olmuş və onların içərisində 2 kiçik bağlamada hər birinin içərisində 1 ədəd olmaqla qadın xəz dəri məhsulları olmuşdur. Həmin məhsulların forma və dəyəri barədə məlumatı olmamışdır. Daha sonra həmin məhsullar orada təxminən uzun müddət qaldıqdan sonra ya satışa buraxılır, ya da məhv edilirdi. Xatırladığı qədəri ilə həmin 2 ədəd bağlamadakı qadın üst geyimi 5 aya yaxın anbarda qaldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı olan qəbzlə alıcıya satılaraq təhvil verilmişdir. Məhsulların satışı Birliyin Kommersiya şöbəsi tərəfindən həyata keçirilirdi. Yəni həmin məhsullar orada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilərək satışı həyata keçirilmişdir. Qeyd etdiyi həmin iki ədəd qadın üst geyimi də həmin qiymətləndirmədən keçməklə sənəddə qeyd olunan kimi biri 15 manat yazılmaqla hər ikisi 30 manata Şahid13 satılmışdır. 2 bağlama formasında Komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata xx.xx.2015-ci ildə Şahid13 satılmış məhsulların kimə məxsus olması, qiyməti barədə onun məlumatı olmamışdır. Həmin məhsullar 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olmaqla Təqsirləndirilən şəxs tərəfindən qəbul edilib maddi məsul olduğu anbara yerləşirmiş və satışını da Birliyin Kommersiya şöbəsi həyata keçirərək o da məhsulun təhvil verilməsini qaimə-faktura ilə icra etmişdir. Qeyd edilən məhsullara şuba da demək olmazdı. Həmin məhsulların Şahid3 adlı qadına məxsus olması da dəqiq deyil. xx.xx.2015-ci il tarixli, 059569 saylı qaimə-faktura “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsi tərəfindən tərtib olunaraq satışı həyata keçirilib ödənişi alındıqdan sonra həmin qaimə-faktura orada yazılıb hazırlanaraq aidiyyəti şəxslər tərəfindən imzalandıqdan sonra məhsulu alan şəxs tərəfindən sənəd Təqsirləndirilən şəxs təqdim olunur və o da orada adının qarşısında imza edərək həmin məhsulu alıcıya təqdim etməklə qaimənin bir nüsxəsi vətəndaşda qalmaqla bir nüsxəsi yekunda Kommersiya şöbəsinə təhvil verilirdi. Məhsulların boşaldılması və bu məqsədlə işlərin görülməsi üçün Xırdalan rayonundakı Xırdalan körpüsü deyilən yerdən fəhlə gətirməklə işlər gördürüb yekunda əziyyət haqqı kimi onlara 15-20 manat məbləğində tərəflərindən əziyyət haqqı pulu vermişlər. Ola bilsin ki, elə bu məqsədlə qeyd olunan 2 ədəd kürkün satış dəyəri tərəflərindən ödənilmiş və həmin kürklər oradakı fəhlələrə iş muzdu əvəzi onlara təqdim edilmişdir. Bu səbəbdən də həmin imza Şahid13 məxsus olmaya bilər. Anbarda olan məhsulların satışı, məhvə getməsi və müsadirəsi ilə bağlı Komitənin aidiyyəti qurumları məşğul olmuşlar. Satışı ilə isə yalnız Birliyin Kommersiya şöbəsi məşğul olmuş və həmin məhsullar da bildiyi qədəri ilə müvafiq qiymətləndirmədən keçdikdən sonra satışı həyata keçirilmiş və həmin pullar da Birliyin kassasına mədaxil edilmişdir. Eləcə də satılan məhsulların əsası barədə ona məlumat verilməmişdir. Şahid11 ifadəsinin davamında göstərmişdir ki, 3 “sumka” heç vaxt içərisində 1 ədəd məhsul olan 2 bağlamaya çevrilə bilməz. Qeyd edilən sayda şuba anbara qeyd edilən dövrdə Samur postu tərəfindən verilməmişdir. Həmin bağlamada iki ədəd gödəkçə olmuş oda dəyəri 15 manat qiymətləndirilmiş və fəhləyə satılmışdır. Hətta həmin dövrdə bir rus dilli qadın özünə məxsus olmuş şuba məhsullarının aqibəti ilə bağlı Birliyin anbarına gələrək orada olan ifadəsində qeyd etdiyim 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olan xəz dəri məhsullarına baxış keçirmiş və həmin məhsulun onun “Samur” gömrük postuna təhvil verdiyi xəz dəri məhsulu olmadığını, məhsulların fərqli olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qulluğa qəbul olaraq bir müddət Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda çalışmış, daha sonra 2016-cı ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Onun orada işi Rusiya Federasiyasından Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük və minik nəqliyyat vasitələrinə, içərisində olan yüklərə inspektorlar tərəfindən keçirilən baxışlara, orada aşkar edilmiş qanunsuz və Nazirlər Kabinetinin 305 saylı qərarında nəzərdə tutulmuş malların aşkar edilərək aktlaşdırıİmasına, zərurət olduqda onları müvəqqəti saxlanc anbarına yerləşdirilməsi və ya şəxsin özünə geri verilməsinə nəzarət etməkdən ibarətdir. İşin mahiyyəti ilə bağlı bildirmişdir ki, Şahid3 Usmanova adlı Rusiya Federasiyasının vətəndaşı olan qadın 2014-cü ilin təxminən sentyabr ayında vətəndaşı olduğu ölkədən Azərbaycan Respublikasının gömrük ərazisinin nəzarət xəttinə minik avtomaşını ilə daxil olmuş və bu zaman özü ilə 3 böyük çantada qadın xəz dəri məhsulları gətirmişdir. Həmin gün növbədə olan inspektor Şahid1 həmin məhsulları rentgen yoxlamasından keçirərək müəyyən etmişdir ki, onlar həqiqətən xəz dəri geyim məhsullarıdır. Məhsullar Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən normadan artıq olduğu üçün o həmin məhsulları müvəqqəti saxlanc anbarına təhvil vermək üçün xx.xx.2014-cü il tarixli, 216 saylı protokol tərtib etmiş, orada əşyanın gətirildiyi ölkəni, miqdarını qeyd edərək bu barədə vətəndaşın özünə, iştirakçı kimi X24 inspektoru Şahid4 imza etdirərək yekunda özü də imza edib möhürü vurduqdan sonra qeyd olunan şəxslərə həmin protokolu tanış edərək heç bir əlavə və etirazları olmadığı üçün sənədin bir nüsxəsini vətəndaşa təqdim etmiş, digər nüsxəsini isə mallarla birlikdə müvəqqəti saxlanc anbarın o dövrdəki əməkdaşı olmuş Şahid10 təqdim etmişdir. Xəz dərilər anbara təhvil verildikdən sonra onun aqibəti ilə maraqlanmırlar, həmin məhsullarda hər hansı qüsurun olması barədə onlara məlumat verməmişdir Məhsulların tək və yekun haldakı qiyməti barədə onun məlumatı olmamış, o, yoxlama dövründə Çin Xalq Respublikasına məxsus olan sənədlərlə tanış olmamış, çünki vətəndaş həmin sənədləri onlara təqdim etməmişdir. həqiqətən Şahid1 tərəfindən Şahid3 məxsus olmuş mallar xx.xx.2014-cü il tarixli protokolla götürülmüş, eləcə də o, həmin məhsulları 3 bağlama şəklində saxlanc anbarına o zamankı anbardar Şahid10 vermişdir. Lakin məhsulun sonrakı taleyi, yəni hansı əsasla, kimə və hansı məbləğdə satılması barədə məlumatı olmamışdır. O, həmin məhsulları protokolda qeyd olunduğu kimi 3 sumka kimi qeyd edərək qeyd olunan protokolla təhvil verilmiş və həmin anbardar kitabına da bu formada qeydiyyat olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2005-ci ildən hal-hazırkı vaxta kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitənin “Azərterminalkompleks” Birliyinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışır. Vəzifəsi Birliyin anbarına müxtəlif gömrük postlarından gətirilən müsadirə olunmuş və dövlət xeyrinə imtina edilmiş malların realizə edilməsindən, vaxtı keçmiş malların məhvində iştirak etmə və bu kimi işlərdən ibarətdir. 29 dekabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan 38 adda malları sənəd üzrə adı qeyd edilmiş Şahid9 Birliyin dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbələrinin rəis müavini Təqsirləndirilən şəxs qəbul edərək həmin məhsulları Birliyin anbarına yerləşdirmişdir. Orada məlum olduğu kimi çox çeşiddə məhsullar olmuş və onların içərisində 2 kiçik bağlamada hər birinin içərisində 1 ədəd olmaqla qadın xəz dəri məhsulları olmuşdur. Deyilənə görə həmin xəz dərinin uzunluğu qurşağa qədər olmaqla qolsuz idi, tərkibi süni tüksüz materialdan idi. Daha sonra həmin məhsullar orada təxminən uzun müddət qaldıqdan sonra ya satışa buraxılır, ya məhv edilir və ya sənədləri qaydasına salındıqda sahibinə geri verilirdi. Xatırladığı qədəri ilə həmin 2 ədəd bağlamadakı qadın üst geyimi 5 aya yaxın anbarda qaldıqdan sonra kommersiya şöbəsinin əsasnaməsinə əsasən tərtib etdiyi qaimə-faktura sənədi ilə Təqsirləndirilən şəxs tərəfindən alıcıya satılmışdır. Məhsulların satışı Birliyin Kommersiya şöbəsi kimi onun tərəfindən həyata keçirilmişdir. Yəni həmin məhsullar orada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirildikdən sonra Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-də hərraca çıxarılaraq satışı həyata keçirilmişdir. Qeyd etdiyi həmin iki ədəd qadın üst geyimi də həmin qiymətləndirmədən keçməklə sənəddə qeyd olunan kimi biri 15 manat yazılmaqla hər ikisi 30 manata Şahid13 hərrac yolu ilə satılmışdır. Həmin qiymətləndirmədə özü şəxsən Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qiymətləndirmə şöbəsinin eksperti Etimad adlı şəxs ilə birlikdə iştirak etmiş və o da həmin məhsulların çox ucuz olmaqla təxminən elə qaimədə göstərilən qiymətə münasib olduğunu bildirmişdir. Həmin qiymətləndirmədən sonra araşdırma materialında olan xx.xx.2015-ci il tarixli, 059569 saylı qaimə-faktura tərəfindən tərtib olunmaqla “Təhvil verən” qrafasına Təqsirləndirilən şəxs, “Təhvil alan” qrafasına məhsulu alan şəxs, “Rəhbər” qrafasına Birliyin direktoru Qambay Əliyev və “Baş mühasib” qrafasına isə Birliyin Maliyyə şöbəsinin rəisi olmuş Şahid8 tərəfindən imzalarla təsdiq edilmişdir. 2 bağlama formasında Komitənin “Azərterminalkompleks” Birliyinə təhvil verilərək hər biri 15 manat olmaqla 30 manata xx.xx.2015-ci ildə Şahid13 satılmış məhsulların kimə məxsus olması, qiyməti barədə məlumatı olmamışdır. Həmin məhsulların 2 kiçik ölçülü torbada içərisində 1 ədəd olmaqla qəbul edilib anbara yerləşdirilməsi barədə məlumatı olmaqla, satışını da Birliyin Kommersiya şöbəsi qismində tərəfindən satışı icra edilmişdir. Qeyd edilən xüsusatla bağlı Gömrük İdarəsinin Daxili Nəzarət şöbəsi bir neçə dəfə araşdırma aparmış, həmin araşdırmalar zamanı bunla bağlı izahatlar vermişdir. Qeyd edilən dövrdə göstərilən sayda şuba “AzərterminalKompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına daxil olmamışdır. Çox güman ki, xəz-dərilər Şimal Gömrük postunda yoxa çıxıbdır. Onların göndərdiyi müşayiətedici məktub da düzgün tərtib olunmamış, orada 2 bağlama şuba qeyd edilmiş, lakin şubaların sayı göstərilməmişdir. Qaimədə tərəflərindən satılan 2 ədəd gödəkçə isə heç şuba olmamış və qiymətləndirici ekspert Etimad Həbibov da həmin gödəkçələrə 15 manat dəyər qoymuş, yəni həmin xəz dərilər şuba olmamışdır. Heç ona iki ədəd satılan gödəkçənin də Şahid3 məxsus şubalar olub-olmadığı da bəlli deyil. Çünki onlar şuba deyildi. Şahid7 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2015-ci il tarixli, 059569 saylı qaiməfaktura “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsi kimi tərəfindən tərtib olunaraq satışı həyata keçirilib ödənişi alındıqdan sonra həmin qaimə-faktura orada yazılıb hazırlanaraq aidiyyəti şəxslər tərəfindən imzalandıqdan sonra məhsulu alan şəxs tərəfindən sənəd maddi məsul şəxs kimi Təqsirləndirilən şəxs təqdim olunur və o da orada adının qarşısında imza edərək həmin məhsulu alıcıya təqdim etməklə qaimənin bir nüsxəsi vətəndaşda qalmaqla bir nüsxəsi Kommersiya şöbəsinə təhvil verilir. Həmin məhsullar həqiqətən də Şahid13 satılmışdır. Çünki o dövrdə Təqsirləndirilən şəxs özü ondan xahiş etmişdir ki, həmin gödəkçələri anbarda fəhlə kimi çalışan Şahid13 satışını həyata keçirməklə həmin məhsulları ona versinlərki, qış vaxtı anbar soyuq olanda geyinə bilsin. Xatırladığı qədəri ilə həmin ödənişi Təqsirləndirilən şəxs özü etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Məlik oğlunun ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun söylədiklərini özünə aid hissədə təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsindən görünür ki, Çin Xalq Respublikasından Dağıstan Respublikasına gətirdiyi xəz dərilərin markasında və rəngində fərqlilik olduğuna görə yenidən Azərbaycan Respublikası vasitəsilə Çin Xalq Respublikasına qaytarmaq istəmiş və həmin vaxtı tanışı Safiyat Hamidovna ona malları tranzit ölkə kimi Azərbaycan Respublikası vasitəsilə qaytarmağı, onun Azərbaycan gömrüyündə tanışları olduğunu, malları gömrükdən keçirdikdən sonra onun yönləndirəcəyi gömrük əməkdaşının həmin malları Çin Xalq Respublikasına uçacağı təyyarəyə çatdıracağını bildirmiş, o da Şahid2 məsləhəti ilə malları Azərbaycan Gömrüyünə bəyan edərək keçirmiş, bu barədə müşayiətedici sənədləri tanımadığı lakin Safiyat Hamidovnanın yönləndirdiyi Gömrük əməkdaşına təqdim etmiş, Gömrük əməkdaşı həmin malları uçacağı təyyarəyə çatdıracağını bildirmiş, bundan sonra həmin əməkdaş tərəfindən sənədləşmə aparılmış, sənədləşmədən sonra ona hər hansı bir sənəd təqdim edilməmiş, bu barədə Şahid2nya zəng edib bildirdikdə sonuncu narahat olmamağı, həmin gömrük əməkdaşı malları aeroporta uçacağı həmin gün reysinə çatdıracağını demiş, o da malları Gömrük əməkdaşına təqdim edib özü isə taksi ilə aeroporta gəlib Çin Xalq Respublikasına uçmuş, lakin Çin Xalq Respublikasında aerportda malları gözləsə də həmin malların gəlib çıxmadığını göstərmişdir. Mercan Cantemirova həmçinin ona ünvanlanmış istintaq sənədlərindən onun malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən normadan artıq olduğuna görə götürülməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, belə bir hal mümkün deyil, mallar gömrükdə bəyan edilmiş və mallar həmin gömrük əməkdaşı vasitəsilə aeroporta çatdırılmalı idi. ( cild 2, iş vərəqə 182) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X2 ifadəsindən görünür ki, 1996-cı il tarixdən xəz dəri məhsullarının Rusiya Federasiyasına daşınması ilə məşğul olur. X8 müştərilərindən biridir. İşinin mexanizmi ondan ibarətdir ki, ilkin olaraq Mərcan Cantermirova və ya qeyrisi Çin Xalq Respublikasında olan mağazalara sifariş verirlər. Həmin sifariş əsasında müvafiq məhsullar Çin Xalq Respublikasından kargo təyyarələri ilə Azərbaycan Respublikasına gətirilir. Bundan sonra həmin məhsullar avtomobillərlə Rusiya Federasiyasına daşınır. 2014-cü ilin sentyabr ayında Şahid3 sifarişi əsasında Azərbaycan Respublikasına 3 bağlamada 63 ədəd, ümumi dəyəri 93.950 ABŞ dolları olan xəz dəri məhsulları gətirilmişdir. Həmin vaxt müvafiq məhsullar Bakı Beynəlxalq Aeroportunda qəbul edilmiş, sonradan mallar avtomobilə yüklənərək Xaçmaz rayonunda yerləşən X23n keçməklə Dağıstan Respublikasına göndərilmişdir. Qeyd edilməsi zəruridir ki, bu hal üzrə Mərcan Cantermirova məhsullar Dağıstan Respublikasına keçdikdən sonra və orada məhsullar Şahid3 tərəfindən açılan zaman müəyyən edilmişdir ki, həmin məhsullar müvafiq Çin Xalq Respublikasında fəaliyyət göstərən mağaza tərəfindən səhv göndərilmişdir. Yəni, müvafiq məhsulların modelləri və ya formaları fərqlidir. Bunun ardınca Şahid3 göstərişi əsasında müvafiq məhsullar Dağıstan Respublikasından yenidən Azərbaycan Respublikasına gətirilmiş və Xaçmaz rayonunda olan X26 saxlanılması üçün Şahid3 tərəfindən təhvil verilmişdir. Belə ki, həmin vaxt özü Çin Xalq Respublikasında olarkən Şahid3 bu barədə göstəriş vermişdir. Məhsulların həmin posta təhvil verilməsinə səbəb malın yenidən Çin Xalq Respublikasına göndərilməsi və dəyişdirilərək yenidən Dağıstana aparılmasının təmin edilməsi idi. Belə ki, malları təhvil verdikdən sonra Şahid3 Çin Xalq Respublikasına onun yanına gəlmişdir. Ardınca təxminən 2 gün müddətində mallar kargo vasitəsilə geri qaytarılmalı idi. Həmin məhsullar geri qaytarılmadıqda X11 İdarəsində işləyən hazırda xatırlamadığı əməkdaşa zəng edərək məhsullarının gəlməməsi barədə məlumat verdikdə sonuncu ona maraqlanıb xəbər edəcəyini bildirmişdir. Ardınca bir neçə gün sonra həmin əməkdaş ona zəng edərək məhsulun Gömrük Postunun saxlancında olmaması barədə məlumat vermişdir. malların itməsi barədə 15 gün çəkməmiş məlumatı olmuşdur. Bunun ardınca Azərbaycan Respublikasına gələrək ilkin olaraq X26 yaxınlaşmışdır. Oradan ona müvafiq məhsulların “Azərterminalkompleks” birliyinin anbarına təhvil verilməsi barədə məlumat verilmişdir. Ardınca isə həmin Birliyin inzibati binasına getmiş, orada ona X30 tərəfindən müvafiq məhsulların, yəni 63 ədəd xəz dəri məhsulunun təhvil verilmədiyini, həmin idarə tərəfindən yalnız iki ədəd, qolsuz qısa süni materialdan olan məhsulun təhvil verildiyini bildirmişlər. Buna görə də müvafiq məhsullara heç baxmamışdır. Çünki, təsvir olunan tərzdə məhsul gətirməmişlər, həm də məhsulun sayının 63 olmasına baxmayaraq orada cəmi 2 ədəd məhsulun olması barədə məlumat vermişlər. Bundan sonra məhsulların tapılması üçün bir neçə dəfə X26 da müraciət etmişdir. Özü 1996-cı il tarixdən bu işlə məşğul olduğundan Gömrük Komitəsində işləyən əməkdaşları uzun müddətdir ki, tanıdığından həmin məsələni əməkdaşlarla sülh yolu ilə həll etmək istəmiş, təxminən 5-6 ay ərzində X23, “Azərteminalkompleks” Birliyində və Gömrük Komitəsində işləyən şəxslərə şifahi müraciətlər etmiş, həmin dövrlərdə X23 rəis vəzifəsində işləyən Hüseyn adlı şəxsin qəbulunda olmuş, Hüseyn adlı şəxs ona müvafiq məhsulun saxlanca verilməsinin sənədlərdən görünməsinə baxmayaraq həmin məhsulların harada olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmçinin, həmin ərəfələrdə X24 rəis müavini Cavid adlı şəxsin də qəbulunda olmuş, həmin şifahi müraciətlərinin nəticə vermədiyini gördükdə rəsmi müraciətlərə başlamış, ilkin olaraq Gömrük Komitəsinin rəhbərliyinə müraciət etmiş, bunun da nəticə vermədiyini müəyyən etdikdən sonra isə müvafiq məhkəmələrə Şahid3 ilə birlikdə müraciət etmişlər. 2015-ci il tarixdən 2020-ci il tarixədək hər üç məhkəmə instansiyasında işə baxılmış və sonda müvafiq ziyanın Gömrük Komitəsi tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır. Təxminən 2 ildir ki, Gömrük Komitəsi tərəfindən müvafiq məhkəmə qərarı icra olunmamışdır. Ona ünvanlanmış cinayət işinin materiallarından müvafiq xəz dəri məhsulları qüsurlu olması səbəbindən geri qaytarılması zərurəti yarandığının görünməsi, lakin, hazırki ifadəsində müvafiq məhsulların modellərinin fərqli olması səbəbindən malların qaytarılmasının zərurətini bildirməsi arasında ziddiyətlə bağlı suala cavab olaraq göstərmişdir ki, belə bir hal olmamışdır. Həmin məhsullar qüsur səbəbindən deyil. Yalnız modellərin fərqli olması səbəbindən geri qaytarılmalı idi. Həmçinin, məhkəmə proseslərində iştirak edən zaman gömrük əməkdaşları guya ki, Şahid3 onlara 52 ədəd xəz dəri məhsulu təhvil verməsini bildirmişdir. Doğrudur belə bir hal olmuşdur. Belə ki, Şahid3 həmin ərəfələrdə yüzlərlə məhsulu ölkəyə keçirməli idi. Bu səbəbdən təhvil verən zaman məhsulun sayının 52 olmasını bilmədən göstərmişdir. Lakin, sonradan Çin Xalq Respublikasından göndərilən məhsulların çıxış sənədlərinə baxdıqda 63 ədəd göndərilməsi müəyyən edilmişdir. Həmçinin, gömrük əməkdaşları müvafiq məhkəmə proseslərində guya ki, məhsulların müşayiət sənədlərinin olmamasını bildirirdilər. Lakin, bütün sənədlər yerində olmuşdur. Həmin məhsulun saxlanca təhvil verilməsinə səbəb növbəti transfer vaxtı məhsulların yenidən Çin Xalq Respublikasına qaytarılmasını təmin etmək olmuşdur. Həmin dövrdə yəni, məhsullar götürülən zaman Şahid3 müvafiq məhsulları qəbul edərək protokolu tərtib edən gömrük əməkdaşı Şahid1 200 (iki yüz) ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Bu pul vəsaitini Şahid3 həmin məhsulun saxlanc otağında daha yaxşı, quru yerdə saxlanılmasını təmin etmək üçün vermişdir. Ona ünvanlanmış nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmiş Sabina Məmmədova ilkin araşdırma zamanı verdiyi izahatına X24 əməkdaşı Şahid1 tərəfindən tərtib olunmuş 216 nömrəli protokolun surətini təqdim etmiş, həmin protokolda “Məhsulların götürülmə müddəti-30 gün” yazısının aşağısında əlyazma ilə №95 min $” qeydinin olduğu müəyyən olunduğu, lakin, bu qeyd Gömrük Komitəsi tərəfindən göndərilmiş materialdakı nüsxədə öz əksini tapadığını, həmin qeydin protokola kimin tərəfindən daxil edilməsi barədə suala cavab olaraq göstərmişdir ki, həmin protokolun nüsxəsi ona X14 Hüseyn adlı şəxs təqdim etmişdir. Həmin protokol ona təqdim olunduqdan sonra hər hansı bir əlavə etməmişdir. Ona ünvanlanmış 23 sentyabr 2014-cü il tarixli, 216 nömrəli protokolun Mərcan Cantemirovda olan nüsxəsinin əslini araşdırmaya təqdim edə bilib-bilməyəcəyi barədə suala cavab olaraq göstərmişdir ki, 216 nömrəli protokolun Şahid3 verilmiş nüsxəsinin əslini Çin Xalq Respublikasında itirmişdir. Ona ünvanlanmış cinayət işinin materiallarından X30 tərəfindən 2 bağlamada xəz dəri məhsulu “Azərterminalkompleks” Birliyinə göndərilməsi, hər bağlamada bir ədəd xəz dəri məhsulu olması və həmin məhsulların hər biri ekspertizadan keçirilməklə 15 manat dəyərləndirilməsi və ümumilikdə məhsulların 30 manata satılmasının görünməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, ona bu barədə məlumat verilmiş, lakin, verilən məlumata əsasən həmin məhsul 2 ədəd olmaqla qolsuz və süni materialdan olan geyimlər olmuşlar. Verilən məlumatda təsvir olunan modeldə tərəflərindən Respublikaya mal gətirilməmişdir. Ona görə də həmin 2 bağlamada olan xəz dərinin onların gətirdiyi məhsullarla heç bir əlaqəsi olmadığını ehtimal etmişdir. Ona nə vaxtsa hər hansı bir ekspertizada iştirak etməyi üçün dəvət gəlməmişdir. İstintaq zamanı şahid qismində əlavə dindirilmiş Şahid2 ifadəsində ona ünvanlanmış istintaq sənədlərindən X23 gömrük əməkdaşı tərəfindən şubalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə istehlak miqdarından artıq keçirilməsi əsası ilə götürülməsinin görünməsi ilə ifadəsində həmin şubaların sənədlərinin qaydasında olduğu və bəyan olunaraq keçirildiyi, tranzit şəkildə Çin Xalq Respublikasına göndərilməli olduğunu bildirməsi arasında yaranmış ziddiyyətlə bağlı göstərmişdir ki, həmin mallar bəyan olunaraq keçirilmişdir. Bu barədə Rusiyada bəyan olması ilə bağlı sənədləri də təqdim etmişdir. Bu barədə gömrük əməkdaşından soruşmaq lazımdır ki, nəyə görə elə sənədləşdirmişdir. Ona ünvanlanmış istintaq sənədlərindən xəz dərilər Mercan Cantemirovadan xx.xx.2014-cü il tarixdə götürüldüyü, xx.xx.2014-cü il tarixdə isə “Azərterminalkompleks” birliyinə göndərildiyinin görünməsi ilə istintaqa ilkin ifadəsində malların itməsindən 15 gün sonra bu barədə məlumatlı olması və Azərbaycana gələrək X26 gedib malların aqibəti ilə maraqlanması, oradan isə malların artıq “Azərterminalkompleks” birliyinə göndərilməsinin bildirilməsini göstərməsi arasında yaranmış ziddiyyətlə bağlı suala cavab olaraq göstərmişdir ki, Mərcan Cantemirovna malları Gömrükdə tranzit təhvil verdikdən sonra xx.xx.2014-cü il tarixdə Pekindən Azərbaycana qayıdıb Rusiya Federasiyasına mal aparanda Samur postunda Mercan Cantemirovaya məxsus malların hələ də orada olduğunu görmüş və bu barədə postun rəisi Şahid6 nəyə görə malları tranzit göndərmədiyini soruşmuş, eyni zamanda Hüseynə tranzit mal iki gündən artıq burda qalmamalı olduğunu bildirmişdir. Hüseyn isə tranzit mal gələndən sonra şubaları, yəni xəz dəriləri göndərəcəyini bildirmiş, bundan sonra Rusiya Federasiyasına Dağıstana keçmiş, xx.xx.2014-cü il tarixdə isə Mercan Cantemirovanın mallarını Çin Xalq Respublikasına qaytarmaq üçün Azərbaycana gəlmiş, orada Samur postunda postun rəisi Hüseynin qəbulunda olmuş, Hüseyn isə Pekinə olan təyyarəsinə getməyi, malların həmin reysə artıq göndərildiyini bildirmişdir. Həmin vaxtı özünün də xx.xx.2014-cü il tarixə Pekinə Bakıdan bileti olmuşdur. Hüseynin sözlərinə inanıb Bakıya gəlib hava limanından Pekinə uçmuş, lakin Pekinə çatanda aeroportda Şahid3 aid malların göndərilmədiyini görmüş, bundan sonra Pekindən həm Aeroportda yükün rəisi Sadıx müəllimlə əlaqə saxlamış, Sadıx müəllim isə Şahid6 malları göndərmədiyini bildirdiyindən Şahid6la əlaqə saxlamış, Hüseyn isə bununla məşğul olacacağını bildirsə də, bundan sonra heç bir zənginə cavab verməmişdir. xx.xx.2014-cü il tarixdə Çin Xalq Respublikasından məsələni aydınlaşdırmaq üçün Bakı şəhərinə gəlmiş və Samur postuna gedib Hüseynin qəbulunda olmuşdur. Hüseyn isə artıq malları “AzərterminalKompleks” birliyinə göndərdiyini bildirmişdir. Amma hazırkı ifadəsi zamanı xx.xx.2014-cü il tarixdə Samur postunda olanda belə mallar “AzərterminalKompleksə” göndərilmədiyini öyrənmişdir. ( cild 2, iş vərəqə 22-30, 217-221) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsindən görünür ki, 2014-2015-ci il tarixlərdə qeyri-rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin X24 anbarında işləmiş, həmin idarənin rəsmi işçisi olmamışdır. Həmin dövrlərdə tanışı X27 Gömrük İdarəsinin rəisi vəzifəsində işləmiş, belə ki, Elçin Quliyev əmisi oğlu Etibar Həsənovun yaxın dostu olmuşdur. Həmin ərəfələrdə hərbi xidmətdən yeni gəldiyindən X1 işə düzəltməsini xahiş etmiş, Elçin Quliyev də onu etibar etdiyi şəxs kimi X24 anbarına göndərmişdir. Həmin anbarda işi yalnız həmin anbara inspektorlar tərəfindən gətirilən malların A4 formatında olan kağızda qeyd edərək 10 gündə bir dəfə həmin kağızları Elçin Quliyevə verməkdən ibarət olmuşdur. Belə ki, həmin dövrdə ona ay ərzində 480 manat məbləğində pul vəsaiti əmək haqqı qismində əlbəəl post rəisi Şahid6 tərəfindən verilmişdir. Gömrük postunun inspektorları tərəfindən növbələri ərzində saxlanca götürülən mallar həmin növbənin sonunda anbara gətirilmişdir. Həmin dövrdə anbarın qaydaları tam tənimzlənməmişdir. Anbarın açarı bir neçə nəfərdə olmuşdur. Belə ki, anbarın açarı Məhərrəm, Eldəniz, Müşfiq və Elburus adlı şəxslərdə olmuşdur. Həmin şəxslər o işləməyə başlayan zaman artıq orada işləmişlər. Həmin şəxslər orada anbardar kimi işləmişlər. İnspektor növbənin sonunda malları anbara gətirir və həmin malları anbara yerləşdirmişdir. Bunun ardınca inspektor həmin malları anbarda olan qeydiyyat kitabında qeyd etmişdir. Həmin inspektor qeydiyyat aparan zaman özü üçün A4 vərəqində qeydini aparmışdır. Sanki inspektorun qeydiyyatına nəzarət kimi onun qeydiyyatından istifadə olunmuşdur. X23 mülki işçi olmuş, qeyri-rəsmi işləmiş, yalnız rəhbərliyin etibar etdiyi adam kimi orada öz qeydiyyatlarını aparıb Elçin Quliyevə təqdim etmişdir. Ondan başqa orada qeyri-rəsmi olaraq Orxan Zalov da işləmişdir. Bildiyi qədər Orxan Zalov həmin dövrdə Xaçmaz Gömrük İdarəsinin rəis müavini vəzifəsində işləyən Zal Zalovun qardaşı oğlu olmuşdur. Orxan Zalov da onunla eyni funksiyanı yerinə yetirmişdir. Anbarın açarı həm onda, həm Orxan Zalovda da olmuşdur. 2014-cü ilin sentyabr ayında Şahid1 anbara qadın xəz dəri məhsulunu təhvil verməsi yadına gəlir. Çünki həmin vaxtdan təxminən 2-3 ay sonra Rusiya Federasiyası vətəndaşı olan bir qadın idarəyə gələrək narazılığını bildirmiş və post rəisi Şahid6 tərəfindən araşdırma başlanmışdır. Həmin vaxt Şahid6 ondan özünün qeydinə baxmağı tələb etmiş, qeydə baxan zaman həmin qeydlə, Şahid1 tərəfindən tərtib olunmuş protokoldakı qeydin üstüstə düşdüyünü görmüşdür. Lakin orada yanlışlıq Şahid1 həmin məhsulun dəqiq sayını qeyd etməməsi olmuş, yalnız bağlama sayı qeyd edilmişdir. Rusiya Federasiyası vətəndaşı olan qadın bu barədə post rəisinə “nəyə görə bağlama sayı yazılıb? Bir bağlamada 5 ədəd xəz dəri ola bilər, elə bağlama olar ki, 30 ədəd xəz dəri məhsulu yerləşər” deyə irad da bildirmişdir. Anbarda işlədiyi vaxtlarda həmçinin, həmin postdan “Azərterminalkompleks” Birliyinə göndərilən malların siyahısını yazıb Elçin Quliyevə təqdim etmişdir. Şahid6 tərəfindən müvafiq məhsullar barədə araşdırma aparan zaman həmin qeydinə də baxmış və həmin məhsulların anbarda yerləşdirildiyi kimi “Azərterminalkompleks” birliyinə təhvil verildiyini qeyd etmişdir. Ona ünvanlanmış Şahid1 tərəfindən 2014-cü ilin 23 sentyabr tarixində X24 anbarına təhvil verilən qadın xəz-dəri məhsullarının sayı və miqdarı barədə suala cavab olaraq göstərmişdir ki, xatırladığı qədər Şahid1 tərəfindən anbara təhvil verilən zaman bağlama sayı 3 ədəd olmuşdur. Həmin bağlamaların içərisində neçə ədəd xəz-dəri məhsulunun olmasını bilmir. Şahid6 tərəfindən həmin məsələ araşdırılan zaman bağlamaların sayının göstərilməsi və dəqiqliklə xəz dəri məhsullarının ümumi sayının göstərilməməsi Şahid1 irad kimi bildirilmişdir. Ona ünvanlanmış 3 ədəd bağlamadakı qadın xəz dəri məhsullarının anbardan kim tərəfindən götürülməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, həmin malları anbardar kimi fəaliyyət göstərən Məhərrəm, Eldəniz, Müşfiq və Elburus adlı şəxslər təhvil vermişlər. Bildiyi adətən həmin məhsullar Elburus tərəfindən təhvil verilmişdir. Müəyyən vaxtda bir post rəisinin göstərişi əsasında vaxtları keçən məhsullar müəyyən edilərək ya məhv edilir və ya “Azərterminalkompleks” birliyinə təhvil verilmişdir. Mallar təhvil verilən zaman həmin məhsulların siyahısı A4 vərəqində yazılmışdır. Bildiyi qədər həmin siyahıya Şahid6 adlı post rəisi imza çəkilərək göndərilmişdir. ( cild 2, 77-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2014-cü il tarixli 160-18/xx-xx/000992 saylı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun anbarında uzun müddət saxlanılan, aşağıda siyahıda qeyd olunan müxtəlif mallar həmin malların yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq ekspertizanın təyin olunması və ekspertizanın nəticəsinə əsasən barələrində müvafiq qərar qəbul olunması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş 38 adda müxtəlif çeşidli malların siyahısında şuba-2 bağlama şəklində qeyd edilmişdir. (cild 1, iş vərəqə 17-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş malların anbara qəbul edilməsi haqqında xx.xx.2014-cü il tarixli 75 saylı aktdan görünür ki, Xaçmaz Gömrük İdarəsinin xx.xx.2014-cü il tarixli 160-18/xx-xx/000992 saylı məktubunda göstərilən mallar “Azərterminalkompleks” birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilmiş, aktın düzgünlüyü “təhvil verdi” qrafasında Xaçmaz Gömrük idarəsinin komendantı Şahid9 tərəfindən, “qəbul etdi” Birliyin Ərazi TÜBS-nin müavini (maddi məsul) şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 19-20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 059569 saylı qaimə fakturadan görünür ki, 2 ədəd süni hovlu gödəkçə(şuba) ədədinin qiyməti 15 manat olmaqla 30 manata, dəyəri 300 manat olan “Vaz11113 markalı (Oka) avtomobili ilə birlikdə Şahid13 satılmışdır. ( cild 1, iş vərəqə 21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Azərterminalkompleks” birliyindən Dövlət Gömrük Komitəsi X4 Qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 182-18/xx-xx/000332 saylı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinin anbarında uzun müddət saxlanılan və saxlanc müddəti bitmiş malların Birliyin anbarına təhvil verilməsi zamanı həmin malların kimə məxsus olması barədə sənəd təqdim olunmamışdır. 2014-2015-ci il tarixlərində Xaçmaz Gömrük İdarəsindən Birliyin anbarına kimə məxsus olması məlum olmayan iki ədəd şuba təhvil verilmiş, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin şubalar qiymətləndirilərək satışı təşkil olunub əldə olunan vəsait X9 köçürülmüşdür. ( cild 1, iş vərəqə 22) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11644/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Şahid3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsinə məhkəmə baxışı zamanı tərəflər malların sayı və dəyərini mübahisələndirmiş, məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisə üzrə iddiaçının təqdim etdiyi protokolun həqiqiliyini sübut etmək vəzifəsi daşımamaqla, həmin sənədin faktiki təhvil götürülən əşyaların sayı və miqdarına uyğun olmadığını sübut etmək və saxlanca götürülmüş malların sayı və dəyərinin dəqiq göstərildiyi sənədi təqdim etmək vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən birinci baxış zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkmpleks” birliyinə sorğu göndərilərək Xırdalan şəhərində yerləşən anbarına təhvil verilmiş 2 bağlama şubanın satılıb-satılmaması barədə məlumatın, satıldığı təqdirdə hərracın keçirilməsinə dair protokolun və digər sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin verilən sorğu birlik tərəfindən ümumiyyətlə cavablandırılmamışdır. Məhkəmə iddiaçı Şahid3 apellyasiya şikayətini təmin edərək vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 (doxsan üç min doqquz yüz əlli) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Şahid3 ödənilməsi qət edilmişdir. X3 Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə əlaqədar iş materiallarına əlavə edilmiş qaimə fakturalardan görünür ki, 63 ədəd xəz-dərinin dəyəri 93950 ABŞ dollarıdır. (cild 1, iş vərəqə 23-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2542/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11644/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 33-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 100/692Ş saylı əmrdən görünür ki, Rusiya Federasiyası vətəndaşı X13 Cantemirovnaya məxsus xəz-dərilərin yoxa çıxması ilə bağlı müraciəti üzrə aparılmış araşdırma zamanı Xaçmaz Gömrük İdarəsinin skanlaşdırma şöbəsinin inspektoru Şahid1 kommersiya məqsədi üçün ölkə ərazisinə gətirilən və müvafiq mal-müşayiət sənədləri olmayan malı saxlanca qəbul edərkən bu barədə tərtib etdiyi müvafiq sənəddə malın sayını və saxlanca götürülməsinin səbəbini dəqiq göstərməməsinə görə “Gömrük Orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. (cild 1, i.v. 53-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-332çıx saylı məktuba əlavə edilmiş Şahid3 sərhədkeçməsinə dair məlumatlardan görünür ki, Şahid3 xx.xx.2014-cü il tarixdə saat 13:07-də Rusiya Federasiyasından Azərbaycan Respublikasına X23n daxil olmuş və həmin gün saat 19:50-də X16 X20 Respublikasının Pekin şəhəri istiqamətində ölkə ərazisini tərk etmişdir. (cild 1, i.v. 61-69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 31/37939 saylı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -11644/2019 nömrəli mülki işinin materiallarında Şahid3 məxsus xəz kürklərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Qiymətləndirilməsinə dair ekspert rəyi və həmin malların satışına dair hərracın keçirilməsi barədə protokol aşkar edilməmişdir. (cild 1, i.v. 274) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2022ci il tarixli 8367/691 saylı məktubdan görünür ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında mövcud olmuş qadın xəz kürklərin (şuba) Mərkəzin müvafiq şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi ekspertizadan keçirilərək qiymələndirmənin aparılıb-aparılmaması, müsbət halda nəticəsinə dair verilmiş rəyin surətinin Baş İdarəyə təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyiyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın tələblərinə görə təmin etmək mümkün olmamışdır. Belə ki, həmin Təlimatın 5.35-ci bəndinə əsasən ekspert rəyi və ona əlavələr iki nüsxədə tərtib olunur. Rəyin bir nüsxəsi Mərkəzin rəhbəri tərəfindən ekspertiza təyin etmiş orqana və ya şəxsə göndərilir, digər nüsxəsi isə 5 il müddətində Mərkəzin arxivində saxlanılır. (cild 2, i.v. 9-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1000-190/1xxxx/015509 saylı məktubdan görünür ki, Rusiya Federasiyası vətəndaşı X5 məxsus kürklərin satılması ilə bağlı həmin halın baş verdiyi 2014-cü ildə vətəndaşlara məxsus əşyaların təhviltəslim proseduru və saxlanca verilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18 may 2011-ci il tarixli 001 saylı qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən əşyaların gömrük orqanları tərəfindən götürülməsi qaydalarına dair Təlimat” əsasında, məhsulun qiymətləndirilərək satılması isə “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli Qərarı ilə tənzimlənmişdir. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir. Sözügedən vətəndaşa məxsus kürklərin qiymətləndirilməsinə dair ekspert rəyinin və həmin halla bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin əldə edilməsi üçün xx.xx.2022-ci il tarixli 1000-190/1xx-xx/014868 nömrəli məktubla “Azərterminalkompleks” Birliyinə müraciət olunmuş, sözügedən X19 Komitəsinə daxil olan xx.xx.2022-ci il tarixli 2300- 018/0xx-xx/000720 nömrəli cavab məktubunda hazırkı halla bağlı tələb olunan sənədlərin qanunvericiliyə əsasən saxlanma müddəti keçdiyindən müvafiq qaydada məhv edildiyi qeyd edilmişdir. Həmin məktuba sənədlərin məhv edilməsi ilə bağlı xx.xx.2018-ci il və xx.xx.2019cu il tarixli sənədlərin və işlərin məhvə ayrılması haqqında aktlar əlavə olunmuşdur. (cild 1, i.v. 114-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnaməyə əsasən birliyin şöbə rəisinin müavini Azərbaycan Respublikasının gömrük ərazisində yerləşən anbarlarda, terminallarda və digər yerlərdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin etməyə, dövlət mülkiyyətinə keçirilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq gömrük hərraclarında satışının təşkil edilməsinə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs olmuşdur. (cild 2, i.v. 263- 266) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2014-cü il tarixli Rusiya Federasiyası Gömrük Bəyannaməsindən görünür ki, 63 ədəd xəz dəri 95.000 ABŞ dolları dəyərində şuba Şahid3 tərəfindən bəyan edilmişdir. (cild 2, i.v. 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X10 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 313, 314.1-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəriməni tam olaraq ödədiyindən qeydiyyatdan çıxarılmışdır. (cild 2, i.v. 58) Cinayət işinin materiallarındn görünür ki, iş materiallarında olan malların anbara qəbul edilməsi haqqında xx.xx.2014-cü il tarixli 75 saylı akt, Xaçmaz Gömrük İdarəsinin xx.xx.2014cü il tarixli 160-18/xx-xx/000992 saylı məktubu və həmin məktuba əlavə edilmiş siyahı, xx.xx.2015-ci il tarixli 059569 saylı qaimə faktura, Rusiya Federasiyası Gömrük Bəyannaməsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə xx.xx.2023-cü il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 3, i.v. 143-190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sabunçu rayon İcra Hakimiyyəti Baçşısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 232) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o, külli miqdarda ona etibar edilmiş əmlakı mənimsəyərək talamışdır. İbtidai istintaq orqanı 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə ittiham verərkən yalnız onun əvvəlki məhkumluğuna və Şahid13 qaiməyə imza etməməsi halına istinad etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs X8 tərəfindən ölkə sərhədinə keçirilmiş 63 ədəd dəyəri 93950 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 73694,38 manat olan xəz dəriləri mənimsəyərək talamasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Belə ki, xx.xx.2014-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur postuna daxil olan Şahid3 Usmanova tərəfindən ölkə sərhədinə keçirilmiş 63 ədəd xəz dəri Xaçmaz Gömrük İdarəsinin “Yoxlama baxış sistemlərinin tətbiqi” şöbəsinin inspektoru Şahid1 tərəfindən 216 nömrəli protokolla səhlənkarlıq edilərək əşyaların təsviri, miqdarı, çəkisi və faktura dəyəri göstərilmədən ümumi formada 3 “sumka şuba” kimi götürülməsi artıq Təqsirləndirilən şəxs CM-nin 179.3.2-ci maddəsi ilə verilmiş ittihamı şübhə altına alır. İlkin mərhələdən şübhənin yaranmasını istintaq orqanı Şahid1 CM-nin 314.2-ci maddəsi ilə ittiham verməklə özü də qəbul edir. Bundan başqa, Şahid1 tərəfindən götürülmüş 63 ədəd xəz dərinin X24 müvəqqəti saxlanc anbarına təhvil verilib-verilməməsi, əgər təhvil verilibsə hansı şəraitdə, harada saxlanması barədə cinayət işinin materiallarında hər hansı bir rəsmi sənəd yoxdur. Malların müvəqqəti saxlanc anbarına təhvil verilərkən hər hansı bir rəsmi sənədləşmənin aparılmamasını iş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən də təsdiq olunur. Bundan əlavə, məhkəmə qeyd edir ki, məhkəməyəqədər icraat zamanı toplanmış materiallarda xx.xx.2014-cü il tarixli 216 nömrəli aktla götürülmüş “3 sumka şuba”nın sonrakı aqibəti barədə heç bir sənəd, rəsmiləşmə mövcud olmamasına baxmayaraq, istintaq orqanı xx.xx.2014-cü il tarixdə 75 nömrəli akt əsasında “Azərterminalkompleks” birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilmiş 2 bağlama şubanı götürüldükdən sonra 3 ay müddətində aqibəti məlum olmayan Şahid3 Usmanova məxsus 63 ədəd xəz dəri kimi qəbul etmişdir. Halbuki qeyd edilən 75 nömrəli akt əsasında anbara təhvil verilən şubalar 2 bağlamada olmuş və nə zaman, hansı qərarla götürülməsi qeyd edilməmişdir. Bu halla əlaqədar məhkəmə qeyd edir ki ümumiyyətlə anbara təhvil verilmiş iki bağlama şuba həm Şahid3 Usmanovaya, həm də ki istintaqa məlum olmayan hər hansı bir şəxsə məxsus ola bilərdi. Məhkəmə qeyd edir ki, bu mərhələdə də şübhə yaranır. Bu şübhəni Dövlət Gömrük Komitəsi X4 Qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 182-18/xxxx/000332 saylı məktub daha da möhkəmləndirir. Həmin məktubun məzmunundan görünür ki, Xaçmaz Gömrük İdarəsinin anbarında uzun müddət saxlanılan və saxlanc müddəti bitmiş malların Birliyin anbarına təhvil verilməsi zamanı həmin malların kimə məxsus olması barədə sənəd təqdim olunmamışdır. 2014-2015-ci il tarixlərində Xaçmaz Gömrük İdarəsindən Birliyin anbarına kimə məxsus olması məlum olmayan iki ədəd şuba təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “AzərterminalKompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin sabiq rəisi Şahid11 ifadəsində anbara təhvil verilən malların Şahid3 məxsus olmadığını, anbara süni materialdan iki ədəd şuba təhvil verildiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 da AzərterminalKompleks” birliyinin anbarına təhvil verilmiş iki ədəd şubaya baxdığını, həmin şubaların Şahid3 götürülmüş şubalarla heç bir əlaqəsinin olmadığını göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, xəz dərilərin gömrük sərhəddində götürüldüyü andan və sonrakı mərhələlərdə olan bütün sənədləşmələrdə aradan qaldırıla bilməyən şübhələr vardır, bu şübhələri də qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə təqsirləndirilən şəxsin xeyrinə həll edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda özgə əmlakını talaması sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda vəzifə saxtakarlığı etməsi 63 ədəd xəz dəriləri mənimsəməsi ilə əlaqələndirilsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəzifə saxtakarlığı etməsinin mənimsəmə ilə əlaqəli olması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs etdiyi səhlənkarlığa qanuni don geyindirmək üçün vəzifə saxtakarlığı etdiyi müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Dövlət Gömrük Komitəsinin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2 və 313-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X15rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X25 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X22rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2 və 313-cü maddələrinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan malların anbara qəbul edilməsi haqqında xx.xx.2014-cü il tarixli 75 saylı akt, Xaçmaz Gömrük İdarəsinin xx.xx.2014-cü il tarixli 160- 18/xx-xx/000992 saylı məktubu və həmin məktuba əlavə edilmiş siyahı, xx.xx.2015-ci il tarixli 059569 saylı qaimə faktura, Rusiya Federasiyası Gömrük Bəyannaməsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 314.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan malların anbara qəbul edilməsi haqqında xx.xx.2014-cü il tarixli 75 saylı akt, Xaçmaz Gömrük İdarəsinin xx.xx.2014-cü il tarixli 160-18/xx-xx/000992 saylı məktubu və həmin məktuba əlavə edilmiş siyahı, xx.xx.2015-ci il tarixli 059569 saylı qaimə faktura, Rusiya Federasiyası Gömrük Bəyannaməsi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar