Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-192/2023 20.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Babayev (Babayeva) Şahin Qabil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X12 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,813 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla Xızı rayonu, Şorabad qəsəbəsi ərazisinə daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 04 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X12 həmin tarixdə saat 13:15-da Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılaraq Xızı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 15:14-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman gödəkcənin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd sellofan bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,537 qr və 3,276 qr olmaqla, ümumi təmiz çəkisi 5,813 qr təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, sənədlərin düzəldilməsi ilə bağlı Xızı şəhərinə getmişdir. Yolda gedərkən avtomobilində nasazlıq yaranmışdır. Avtomobildən enib həmin nasazlığın aradan qaldırılması üçün çalışarkən polis əməkdaşlarının avtomobil ilə gəldiklərini görmüşdür. Əl ilə işarə edərək, polis əməkdaşlarına idarə etdikləri avtomobili saxlamalarını və onlar avtomobildən düşdükdən sonra ona kömək etmələri barədə xahiş etmişdir. Həmin an, yəni 04 iyun 2022-ci il tarixdə, saat 10:00-11:00 radələrində polis əməkdaşları onu saxlayaraq Xızı rayon Polis Şöbəsinə gətirmişlər, Xızı rayon Polis Şöbəsinə gətirdikləri zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları özləri onun cibinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları onu Xızı rayon Polis Şöbəsinə gətirdikləri zaman üzərində narkotik vasitə olmamışdır, onlar özləri onun cibinə narkotik vasitə qoymuşlar. Narkotik vasitəni ona təzyiq edərək, Xızı rayon X14 adlı polis əməkdaşı qoymuşdur. Orxan adlı polis əməkdaşı etiraf etməyəcəyi təqdirdə, evinə də narkotik vasitə qoyacaqlarını bildirmişdir. Bu səbəbdən videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. X5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, xeyli vaxtdır ki, “kakos” adlandırılan narkotik vasitə heroini toz şəklində nəfəsinə çəkməklə qəbul edir. Tutulduğu gündən iki gün əvvəl adını “Qulu” kimi tanıdığı arabir narkotik vasitə aldığı şəxsi tanışlığı olmayan bir şəxs ona zəng edərək narkotik vasitə almaq istəyibistəməməsi ilə maraqlanmışdır. O da özü üçün “kakos” almaq istədiyini həmin şəxsə bildirəndən sonra o, özü üçün 6 qram “kakos” sifariş vermiş və buna görə həmin şəxs ondan 150 manat pul alacağını deyərək bildirmişdir ki, həmin pulu dediyi hesaba elektron qaydada ödəniş terminalından ödəniş etdikdən sonra narkotik vasitəni harasa qoyduracaq və ona sonradan yeri bildirməklə gedib narkotiki götürəcək. Beləliklə də o, həmin şəxsin ona verdiyi yadında qalmayan hesab nömrəsinə deyilən 150 manat pulu ödədikdən sonra “Qulu” ona bildirmişdir ki, narkotik vasitəni Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində yerləşən körpünün yaxınlığında gizlədib. O da həmin yerə gedərək oradan narkotik vasitəni götürmüşdür. Düşünmüşdür ki, az-az istifadə edər. Ona görə də həmin maddənin olduğu iki ədəd bükümləri götürüb üstündə saxlamışdır. Saxlanıldığı gün, yəni 04 iyun 2022-ci il tarixdə o, yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində piyada gəzən zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Xızı Rayon Polis Şöbəsinin İnzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində narkotik vasitə “kokos” olduğunu bildirib üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan idman gödəkcəsinin sağ yan cibindən almış olduğu iki bükümdə olan həmin “kokos” adlı maddəni, gödəkcənin sol yan cibindən isə 10 manat nağd pulu və özünə məxsus olan mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində başqa heç bir əlavə maddə və predmet yox imiş. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı üzərində olmuş nağd pul vəsaiti araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi İki ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlələrin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddə barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddənin “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu və tutulduğu gündən iki gün əvvəl yuxarıda bildirdiyi qaydada 150 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. (Cild 1, iş vərəqləri 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə X5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən rəhbəri o olmaqla, Şahid2 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X17 rayonu, Şorabad qəsəbəsinin ərazisində saxlamış və ona xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Şahin Babayevə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirdikdən sonra şəxsin üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə həmin şəxsi Xızı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Xızı Rayon Polis X11 üzərində narkotik vasitələr və psixotrop maddələr olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahin Babayev heroin növündə narkotk vasitəni təqdim etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə barədə soruşduqda Şahin Babayev narkotik vasitələri iki gün əvvəl adını “Qulu” kimi tanıdığı şəxsə öz istifadəsi məqsədi ilə sifariş verərək həmin şəxsin bank hesabına 150 manat pul ödəməklə onun bildirdiyi Bakı- Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində yerləşən körpünün yaxınlığında gizlədildiyi yerdən gedib götürərək üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid3 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə X5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən rəhbəri Şahid1 olmaqla, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X17 rayonu, Şorabad qəsəbəsinin ərazisində saxlamış və ona xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Şahin Babayevə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirdikdən sonra şəxsin üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə həmin şəxsi Xızı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Xızı Rayon Polis X11 üzərində narkotik vasitələr və psixotrop maddələr olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahin Babayev heroin növündə narkotk vasitəni təqdim etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə barədə soruşduqda Şahin Babayev narkotik vasitələri iki gün əvvəl adını “Qulu” kimi tanıdığı şəxsə öz istifadəsi məqsədi ilə sifariş verərək həmin şəxsin bank hesabına 150 manat pul ödəməklə onun bildirdiyi Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində yerləşən körpünün yaxınlığında gizlədildiyi yerdən gedib götürərək üzərində saxladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid2 ifadəsində digər şahidlər Şahid1 və Şahid3lə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 135-138) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə təqsirləndirilən şəxsə təklif olunur ki, üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya predmet varsa təqdim etsin. O, əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən iki ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. (Cild 1, iş vərəqləri 26-28) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyun 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 05 iyun 2022-ci il tarixli 6/3161 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs X5 üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,537 qraın, 3,276 qram, ümumi təmzi çəkisi 5,813 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4207 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, X12 deməsinə görə 20 ildir ki, narkotik vasitə olan tiryəkdən daxilə qəbul etməklə və inyeksiya yolu ilə istifadə edir, arabir düşəndə güclü təsir edən dərman preparatı olan tramadol həblərindən daxilə qəbul etməklə istifadə edir. X6 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 150-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2027/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir ki, X4 götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 147- 149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə X5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM mobil telefon nömrələrinə aid 05 iyun 2021-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Şahin Babayev istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2022-ci il tarixdə “Kənan dərman isdıjən oldi var... Şahindi”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif vaxtlarda “Sənə nəqədə lazim... Hə jolci o qərədəndL.Təzə axşama dijib... Götürdüm gedirəm evə...Evuakar şəhərdədi axşamcaqi gəlicj təbiət hazir... Jolci 1.4hazir... Bir jaridan 01 az”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif vaxtlarda “Kamrana 2qr kola verdim versin sənə... Verdi sənə?... 2 3 saata gelib degicijem sene 2denevi getrecem evdesen... Gelen oldi di verim kimi dijirsen ona” sözlərini yazmış, o cümlədən də ona ***-***-**-** saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə “Tam ayirmamisam 2dene var hele”, 055¬289-00-29 saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə “Now acmırsan teli. Kende gelende yig meni ciximda bura mehleyee 2. 3 dene oturde mene”, 055¬248-12-20 saylı GSM nömrə istifadəçisinin müxtlif vaxtlarda “Salam ay Wahin necasan.Noldu ay Wahin gondardiyin hediyya gelib cixmadi... Axmımin xeyr necasan.Ewi canin sag olsun kimin kim olduğu esas oduki melum oldu ay Wahin.Bugun orxannan ldana m40 va hardasa yalan olmasin 01,02da kola gondurib diyiram bu nedi diyir veracamda hergun biraz. Wahin sene ela vermiwdi diyiram... Vejada alma menin urayimda neyinki 2d 20d almiw kimi varam... Salam yatmiwdime indi durdum prablem yoxdu ne vaxt istasan 3danasizda olar gele bi!arsan...Axwamin xeyr bagiwda narahat eliyiram bu vaxti. Dar mani soruwurdume ay Wahin mene tez lazimdiye veziyatdan cixmaga” məzmunlu mətnlər müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 128-130, 153-160) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Şahin Babayevin üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,713 qram heroin maddi sübut kimi tanınaraq DİN-in BMCMi-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 153-160) Məhkəmə, təqsirləndirilən şəxs X5 tutulduğu vaxt üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün boynuna alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X5 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 5,813 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 38 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Elektron məhkəmə-informasiya sistemində olan məlumatdan və müvafiq hökmün surətindən görünür ki, X3 rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (Cild 2, iş vərəq 119) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza Xızı rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı X12 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 88-92) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən X12 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 5,713 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xızı rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə X9 təyin olunmuş 04 (dörd) il azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və X12 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X12 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X5 cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın. X12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X12 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 5,713 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. X4 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X9 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-192/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-192/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver