Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-193/2024 08.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,054 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 08 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Original Servis” mağazasının yanındakı akkumlyator mağazasında saxlanılıb polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə 19,054 qram çəkidə narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 mart 2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 320 nömrəli evin qarşısında saxlanılıb polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə 0,176 qram çəkidə narkotik vasitə olan heroin əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də 08 sentyabr 2022-ci il tarixdə ondan aşkar olunan narkotik vasitə ona məxsus olmuş, həmin maddəni tanışı Taleh adlı şəxsdən şəxsi istifadəsi üçün 180 manat müqabilində almış və üzərində saxlamışdır. Sözügedən tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Original Servis” mağazasının yanındakı akkumlyator mağazasına getmiş və orada olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. İkinci dəfə isə 2023cü ilin mart ayında bu dəfə ünvan 1 ünvanında yerləşən evlərində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, özünün istifadə etdiyi falqa evdə stolun üstündə olmuş, həmin falqa da polis əməkdaşları tərəfindən götürülərək ona təqdim olunmuş və polis bölməsində onun içərisindən də narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ondan aşkar olunan narkotik vasitələr ona məxsus olsa da, onun narkotik vasitənin satışı ilə əlaqəsi olmamış, yalnız istifadə etmişdir. Polis bölməsində fiziki işgəncəyə məruz qalmış, ona elektrik verilmişdir ki, daha artıq çəkidə narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə versin, lakin o bunu qəbul etməmişdir. Əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunaraq ona yüngün cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitələrdən qəbul edir, 1 ildir ki, həm kakos, həm də kola kimi adlanan narkotik vasitə heroin və patı kimi adlanan psixotrop maddə metamfetamindən qəbul etmişdir. Təxminən 08 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında üzdən tanıdığı, Azərbaycan Respublikası vətəndaşı Taleh adlı şəxslə Sumqayıt şəhəri, H.Əliyev prospektində rastlaşmışdır. Talehin narkotik vasitə istifadəçisi olduğunu bildiyindən sonuncudan istifadə etmək üçün heroin və metamfetamin istəmişdir. Taleh isə üzərində bir büküm heroin və bir büküm metamfetamin olduğunu deyib ona həmin bükümləri ümumilikdə 180 manata sata biləcəyini demişdir. O, da Talehlə razılaşıb ona 180 manat pulu vermiş və sonuncudan bir bükümdə heroin, bir bükümdə metamfetaminə bənzər maddəni alaraq şalvarının sağ yan cibinə qoymuşdur. Sonra isə Talehlə sağollaşıb yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Bir müddət evdə qaldıqdan sonra ünvan 3rı” adlanan yerə getmiş və orada olan “Original Servis” mağazasının yanındakı avtomobil akkumlyatoru satışı mağazasına daxil olmaq istəyərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 1-ci polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil X2 hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, həmin vaxt şalvarının sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, sağ yan cibinə qoymuş olduğu bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetaminə bənzər maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin maddələr baxış keçirildikdən sonra həmin maddələr elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Ona görə Talehin həbs olunmasını istəmədiyindən həmin vaxt sorğu zamanı Talehin İran vətəndaşı olduğunu və onunla vhatsapla əlaqə saxlayaraq narkotik vasitə aldığını demişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokola və zərfin üzərinə imza etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4961 saylı rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Talehin ona metamfetamin adı ilə satmış olduğu maddə sikloheksanamin maddəsi olmuşdur. Bundan başqa bildirmişdir ki, 17 mart 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri “20 Yanvar” metrosunun yaxınlığında olduğu zaman təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu və ona 20 manata sata biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb 20 manat pulu vermiş və həmin şəxsdən bir bükümdə narkotik vasitə olan heroini alaraq sonra istifadə etmək üçün şalvarının sağ yan kiçik cibinə qoymuşdur. Bakı şəhərində işlərini qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. 18 mart 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığım Sumqayıt şəhəri, Corat qəsəbəsi, 320 nömrəli evin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin sihaısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil Rəşad İldırımzadənin hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, da həmin vaxt şalvarının sol yan cibindən özünə məxsus mobil telefonu və sağ yan kiçik cibinə qoymuş olduğu bir ədəd gümüşü rəngli kağız bükümdəki narkotik vasitə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülüyə baxış keçirildikdən sonra heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı da həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokola və zərfin üzərinə imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Həmin tarixdə onların icraatında olan axtarış işi ilə bağlı Təqsirləndirilən şəxs nəzarətə götürülmüş, onun hazırda evlərinin yaxınlığında olduğu müəyyən edilmiş, həmçinin həmin şəxsin üzərində narkotik vasitə olması barədə şübhə də olmuşdur. Belə olub, həmin tarixdə şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində öz evlərinin yanında saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman, habelə polis bölməsində olan zaman ona qarşı heç bir təsir və ya təzyiqə yol verilməmişdir. İbtidai istintaq zamanı şəxs bu barədə şikayət etdiyindən, Sumqayıt şəhər prokurorluğunda bu barədə izahat da vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Vaqif oğlu eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Həmin tarixdə şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Original Servis” mağazasının yanında saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı şəxsin üzərindən bir büküm narkotik vasitə heroinə və bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman, habelə polis bölməsində olan zaman ona qarşı heç bir təsir və ya təzyiqə yol verilməmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində 732394 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə mütəmadi gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində 732394 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər ərazisində vətəndaşları sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində 732394 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində saat 13 radələrində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd bükümdə 0,176 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 26-28). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizanın 19 mart 2023-cü il tarixli 6/1675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün 125” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs - imza, dörd - imza, Tərtib etdi: Ş.Səfərov - İmza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi birləşdirilmiş, işin ibtidai istintaqı ********* nömrə altında davam etdirilmiş və cinayət işi üzrə əməl CM-in 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilərək ibtidai istintaq aparılmışdır (cild 01, iş vər. 60-61). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 65). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər ərazisində vətəndaşları sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 66). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Original Servis” mağazasının yanındakı akkumlyator mağazasında saat 13 radələrində saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 70). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə 19,054 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 88-90). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli 6/4961 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-in “Zərflər üçün 125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə ...təmiz çəkisi 19,054 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 96-99). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2314 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 228- 229). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1, 234.4.2, 234.4.4-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 255-270). Məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlanılaraq polis bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində onun üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində 732394 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə mütəmadi gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində onun üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl hər iki epizod üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə (polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı) gəldikdə isə məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı bildirdiyinə görə Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin qərar özünə də təqdim olunmuşdur. Lakin müdafiə tərəfindən həmin qərar mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cıil tarixli Amnistiya qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad edilmişdir, məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 148-149). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilmiş cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını və həmin cəzaların da qismən toplanılmaqla sonuncuya cinayətlərin məcmusu qaydasında qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 18, 170-172). Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə barəsində polisin nəzarıəti altına vermə qətimkan tədbiri seçilməklə MSY-dən azadlığa buraxılmışdır (cild 01, iş vər. 81, 127-128). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzasından çıxılmalı, cəzasının başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 19,054 qram və 0,176 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 202 AZN (iki yüz iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 19,054 qram və 0,176 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 202 AZN (iki yüz iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-193/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-193/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver