Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-193/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 90 manat pul müqabilində sonuncunun tapşırığı ilə narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində qoyulan yerdən götürüb müxtəlif ünvanlara çatdıraraq satışını həyata keçirmək barədə ümumi razılığa gəldikdən sonra 16 avqust 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun “Əli” adlı üzvü “Whatsapp” sosial şəbəkəsində istifadəsində olan +**********46 saylı mobil nömrədən onun istifadəsində olan +**********80 saylı mobil nömrəsi ilə əlaqə saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qoyduğu narkotik vasitəyə və psixotrop maddəyə işarə edən fotoşəkil göndərərək bu barədə məlumat verdikdən sonra o, həmin günü saat 23 radələrində qeyd olunan ünvana gəlib həmin yerdə qoyulmuş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan (Siyahı İ) beş bükümdə ayrı-ayrılıqda çəkiləri 0,833 qram, 1,507 qram, 0.791 qram, 1,689 qram və 0,653 qram olmaqla ümumilikdə 5,473 qram çəkidə külli miqdarda qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na (Siyahı İİ) daxil olan iki ədəd bükümdə ayrı-arılıqda təmiz çəkiləri 0,750 qram və 0,741 qram ümumi çəkiləri 1,491 qram olan xeyli miqdarda ağ rəngli kristalik maddə kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək Xırdalan şəhərinə daşımış və saxlamış xx.xx.2024-cü il tarixdə 19:20 radələrində Xırdalan şəhəri, Quşçuluq massivi, “Tovuz” marketin qarşısında Abşeron rayon polis idarəsinin post patrul xitməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə gətirilmiş və idarənin inzibati binasında həmin gün üzərinə saat 22:50-dən saat 23:05-kimi keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd bükümlərdə və həmin bükümlərin içərəsində beş bükümdə ayrı- ayrılıqda çəkiləri 0,833 qram. 1.507 qram, 0,791 qram, 1,689 qram və 0,653 qram olmaqla ümumilikdə 5.473 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 0,750 qram və 0,741 qram ümumi çəkiləri 1,491 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, hazırki işlə əlaqədar tutulana qədər 2 il olardı ki, metamfetamin və heroin istifadə edirdi. 17 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərəkətdə olarkən 2 nəfər polis əməkdaşı onu saxlayıb özlərini təqdim ediblər. Daha sonra onu polis idarəsinə aparıblar və orada üzərinə axtarış keçiriblər, lakin üzərindən heç nə tapmayıblar. Polis bölməsində ona təzyiq göstəriblər, polis əməkdaşları onlar dediyi kimi ifadə verməsə, cibinə narkotik vasitə qoyacaqları ilə hədələyiblər. Narkotik vasitələri ancaq şəxsi istifadəsi üçün əldə edib, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxslərdən alıb. “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə 1 dəfə əlaqəsi olub. Polis idarəsində təzyiqlərə məruz qaldığı üçün polis əməkdaşlarının narkotik vasitəni cibinə qoymaqlarına etiraz etməyib. Üzərinə 2 nəfər polis əməkdaşı axtarış keçirib, onlardan biri Şahid1 olub. Əli adlı şəxslə danışıb narkotik vasitəni götürmək üçün qoyulduğu yerə getsə də, narkotik vasitəni götürmək istəyərkən polislər onu tutublar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, bir müddətdir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə tanış olmuş, o, narkotik və psixotrop madəlləri müxtəlif yerlərə qoyaraq həmin yerlərin məkanını göndərdikdə, həmin yerlərdən narkotik və psixotrop maddələri götürüb yenə də Əlinin dediyi ünvanlara qoyurmuş. xx.xx.2024-cü il tarixdə Əli telefonuna “WhatsApp” vasitəsi ilə məkan ataraq “get, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə mən sənə atdığım məkanda olan narkotik vasitə və psixotrop maddələri götür və mən sənə dediyim yerlərlə qoyub, şəklini çəkib mənə atarsan” dediyində etraz etməmiş və Bakı şəhəri, Sabunçu qəsəbəsində Əlinin məkan atdığı yerdən həmin narkotik vasitə və psixotrop maddələri götürüb əynində olan cins şalvarın qabaq sağ cibinə qoyaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivinə gəlmişdir. Quşçuluq massivində olarkən iki nəfər polis əməkdaşını görən kimi narahat olmağa başlamış, iti adımlarla onlardan uzaqlaşmaq istədikdə, həmin vaxt polis işçiləri dərhal ona yaxınlaşaraq özlərini təqdim edib kimliyini soruşmuş və şəxsiyyət vəsiqəsini təqdim etməyi bildirmişlər. Şəxsiyyət vəsiqəsinin üzərində olmadığını dedikdə onlar “onda bizimlə birlikdə Abşeron RPİ-nə gəlməlisən” dedikləri üçün etraz etməmiş və polis əməkdaşlaır ilə birlikdə Abşeron RPİ-nə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah etdilməklə, müdafiəçi ilə təmin edilmişdir. Ondan sonra üzərində qanunla qadağan edilmiş hər hansı maddə varsa, təqdim etməsi təklif edilmiş, həmin vaxt əynində olan cins şalvarın qabaq sağ cibində olan 4 büküm narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini, eyni zamanda saqqızı və sol cibimdə olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Polis işçiləri üzərində şəxsi axtarışı davam etdirmiş, digər əşya aşkar edilməmişdir. Həmin bükümlər açıldıqda, birinci bükümün içərisində iki bükümdə qəhvəyi rəngli heroin, digər bükümün içərisində 1 büküm metamfetamin və 1 bükümdə heroin olduğu, eyni zamanda 3-cü bükümdə 1 büküm heroin və 1 büküm metamfetamin aşkar edildiyi, 4-cü bükümün içərisindən isə 1 büküm heroin aşkar edilərək götürülmüşdür. Həmin təqdim etdiyi kütlələrin nə olduğunu və haradan əldə etdiyini soruşanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri X3 vətəndaşı “Əli” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gizlətdiyi yerdən götürdüyünü, istifadəsində olan 409858******1531 saylı kart hesabına “Əli” adlı şəxsin 90 manat pul göndərəcəyini, həmin pulun müqabildində narkotik vasitələri Əlinin deyəcəyi yerlərə aparıb qoyub məkanı Əliyə göndərəcəyini, Əlinin də digər şəxslərə həmin məkanları atandan sonra digər şəxslərin də gedib həmin narkotik vasitə və psixotrop maddələri götürəcəklərini, lakin polis əməkdaşları tərəfindən yaxalandıqları üçün narkotik vasitələri müəyyən yerlərə qoya bilmədiyini və polis əməkdaşları tərəfindən saxlanıldığını, “Redmi 12” markalı mobil telefonun üzərində +**********80 saylı mobil nömrə olmaqla həmin telefon nömrəsindən mütəmadi istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində xidmətdə olarkən şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıblar. Həmin vaxtı şəxs zibillik olan ərazidə maşının yanında olub və özünü şübhəli aparıb. Buna görə də şəxsə yaxınlaşıb özlərini təqdim ediblər və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdikdə həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdiyindən onu polis idarəsinə aparıblar. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılıb. Bu zaman şəxsin üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. Həmin vaxt ərazidə hasar var idi, Təqsirləndirilən şəxs onları görən kimi yaxınlıqdakı hasarı aşıb boş bir torpaq sahəsinə keçib. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ərazidə axtarış keçirilməyib, şəxsin üzərində axtarış keçirildi. Şəxsin üzərinə heç kim narkotik vasitə qoymayıb. Saxlanılarkən və polis idarəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən dörd ədəd kağız bükümü və bir ədəd üzərində “Dirol” sözü yazılmış kütləni və sol cibindən isə bir ədəd “Redmi” markalı telefonu çıxararaq təqdim edir. Ondan sonra üzərində şəxsi axtarış davam etdirilir və üzərində qanunla qadağan edilmiş digər əşya tapılmır. “Dirol” sözü yazılmış bükülüdən 3 ədəd saqqız aşkar edilir, digər bir bükümü açdıqda içərisindən 2 büküm qəhvəyi rəngli kütlə, digər ikinci kağız büklünü açanda 1 büküm qəhvəyi, bir büküm isə ağ kristal şəkilli kütlə, digər bir bükümü açdıqda isə bir büküm qəhvəyi və bir büküm ağ kristal şəkilli kütlə, digər bükülünü açıldıqda isə içərisində qəhvəyi rəngli kütlənin olması aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olduğu və sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı şəxsin həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi adlanan ərazidə gizlətdiyi yerdən götürüb Əlinin dediyi yerlərə qoymaq üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr ağ zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri imzalarla təsdiqlənir. Həmin kütlə və telefon təhqiqatçı tərəfindən götürülür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntülər ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, şahidlərin, həmçinin yuxarıda protokolda qeyd olunanların həqiqiliyi bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4222 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “üzərindən 4 büküm narkotik vasitə heroinə bənzər maddə və metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş şübhəli şəxs Təqsirləndirilən şəxs ...(imza)...” yazıları olan bir ədəd zərfin içərisində dörd ədəd yapışqanlı lentlə sarınmış 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,833 qram, 1,507 qram, 0,791 qram, 1,689 qram, 0,653 qram ümumi təmiz çəkisi 5,473 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,741 qram, ümumi təmiz çəkiləri 1,491 qram olan ag rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 6441 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinspanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 2616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin telefon işə salınaraq “ÜhatsApp” hissəsində şəxsiyyəti istintaqa məlum olmayan Əliqulu adı qeyd edilmiş +**********46 nömrəli şəxslə xx.xx.2024-cü il tarixdən 17.08 2024-cü il tarixdək olan yazışmalar və şəkillərin olması öz əksini tapır. Əliqulu Vüsalın telefonuna səs atır kef-əhval soruşur. Daha sonra Əliqulu: “bir dənə 5 dənə götür qoy bir yerə”, Vüsal: “heç bir narahatçılıq yoxdu, qardaşın oğlu hamısın həll edəcək. 2 dənə 3, 1 dənə 2 bir yerdə yapışdırıb qoyacam”, Əliqulu “əgər çıxıbsansa 2 ilə 3-ü bir yerə qoy, 5 dənə qoy at mənə”, Vüsalda “ürəyimiz birdi bunu mən sənə deyirdimdə”, Əliqulu: “ünvanı at mənə, atan kimi atıram sənə tez ol”. Daha sonra Vüsal ünvanı atır, 3 ədəd şəkil atır və narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yerləri yaşıl rənglə işarələyir. Sonra da şəkil altında yazır: “işarə olunan turbanın altında əlini aşağıdan sal görəcəksən. Konuma gəl, bloka gir birinci və 2-ci mərtəbə arasında işarələnmiş yerdə” Vüsal “okey”. Daha sonra məkan şəkli göndərilir, sonra yenə 5 dənə şəkil göndərilir, yazır ki, konumla gəl bloka gir 3-cü və 4 cü mərtəbədə arasında işarə olunmuş yerdə”, Vüsal “eyni bloka atmış narahat olma rahat yerdədir”, Əli “şəkillər bir-birindən fərqli olmadı”, Vüsal “bloklar sadəcə eynidi biri birinci mərtəbədədir o birisi ikinci mərtəbədə sən qarışdırma”, Əli “yaxşı oldu”. Sonra məkan atılır, ondan sonra blokun şəkilləri atılır. Şəklin altında yazılıb: “demirin içində altdan deşiydən sol terefden əlivi sal götür, konumla gəl sağdan birinci bloka gir 1-ci və 2-ci arasında işare olunan yerdə”. Ondan sonra konum atılır, yenə iki şəkil atılır və aşağasında “konumla gir soldan 1 ci bloka gir 1-ci ve 2 ci mertebe arasında şotçkin içində qapağı açan kimi sağda dibdə” sözləri yazılıb. Əli “bir dənə 5 manatlıq at ora fıso qalanı qoy qalsın”, Vüsal “baş üstə qardaş beşdənə ata bilərəm. 4 dənə 2 atmışam səf etmirəmsə də”, Əli “bidənə 5 at fıso hamısın atma çölə”, Vüsal “baş üstə dayı baş üstə”. Ondan sonra məkan atılır. Məkandan sonra şəkillər atılır, sonra məkan, sonra yenə şəkil göndərilir və altından yazılır ”konuma gəl bloka gir 3-cü və 4-cü mərtəbə arasında işarə olunmuş yerdə”. Sonra yenə şəkil atır. Vüsal “bax buları mən deyirəm buları ayır ver mənə”. Sonra yenə şəkillər atılır və altından yazır: “konuma gəl bloka gir 3-cü ve 4- cu mertebe arasında işare olnmuş yerdə”. Vüsal: “dayı bu tamam ayırdı, bax bu birdənədi, biri birinci mərtəbədi biridə ikinci məıtəbədi gələn adama götürmək rahat olsun deyə sonra deməsin ki, tapamadım eləmədim, isteyirsən sənə atdığım konumçu silim sənə rahat olsun, Ok dediyim kimi edim silim”, Əliqulu “sən mənə 4 dənə 4, 4 dənədə iki atmısan qarışdırma. Birdənədə 5 atırsan fısyo, obşi 15-dənə düzdür?”, “bildim nədi sən mənə 4 dənə 2 atmısan, düzdür, onun birin atdın qutardı onu sil deynən qutardı mən də bilim. Məndə qarışdırmayım rahat olsun. 4 dənə 2 atırsan birdənə 5 atırsan fısyo”. Bu qaydada narkotik vasitələrin qoyulduğu yerlər işarələnməklə narkotik vasitəllərin Vüsal tərəfindən X3 vətəndaşı ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi öz əksini tapır. Sonuncu dəfə 2024-cü ilin 17 avqust tarixində Əliqulu ilə Vüsalın “ÜhatsApp” əlaqələri öz əksini tapır. Əliqulu: “gör sənə mən nə deyirəm ki, mən sənə heç bir söz demirəm, 4-5 bağla at səhər səhər istirahat elə yat.Səhər durandan sonra 1-2-dənədə at”, Vüsal “düzz”, Əliqulu: “öpürəm seni dayı”. Yenə narkotik vasitələrin gizlədildiyi yerlərin şəkilləri atılır, şəklin də altında “işarə olunan yerdə deşik var, orda dəmirin içində 1k 1p” yazılıb. Sonra üzərliyin yandırılması öz əksini tapır. Konuma gəl sağdan 3 cü bloka gir 2 ci ve 1-ci mertebe arasında işare olunan yerdə deşiy var orada demirin içindəki lklp sözlərti yazılıb konum atılıb, axırıncı şəkil xx.xx.2024-cü il tarixdə saat 18:29-da əlaqə yaradıb iki daşın arasında lklp sözləri yazılıb. Saat 18:51 də Əliqulu səs atır ”qardaş nə xəbər at qoy gəlsin də”. Bundan başqa Rüstem adlı şəxsin istifadəsində olan 50 *** **** Telefon nömrəsi ilə əlaqə saxlayıb ona da narkotik vasitələrin gizlətdiyi yerlərin şəkillərini atıb “konuma gəl bloka gir 1-ci ve 2 ci mertebe arasında işare olunan sayğacın alt terefındə arxasında 2k 1 p” sözləri yazılıb və məkan göndərilib. Sonra + 994 ********* R işarəsi ilə işarələnmiş nömrə ilə əlaqə saxladığı müəyyən edilir: “Qaqaş M3n Amidnen içirəm kartımda 5 manat pul var sene atsam bir tikə necə eləmək olar.Eleyim yetim seher reysə gedecəm saat 4 de.Vüsal deyir lazım deyil 5 manat qoymuşam evdə götürərsən 5 manatın qalsın özündə”, R cavab verir: “hə qardaş öpürəm səni”. Ümumilikdə narkotik vasitələr və psixotrop maddələrin gizlədildiyi yer öz əksini tapır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 5,223 qram narkotik vasitə heroin və 1,391 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması protokola əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə əlbir olub cinayət əlaqəsinə girərək birlikdə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən “Əli” adlı şəxs barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək ittihamda qeyd edilən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş, həmin ifadəsini öz imzası ilə təsdiq etmiş, həmçinin ibtidai istintaqın sonunda cinayət işi materialları ilə tanış olduqda da heç bir etiraz və ya vəsatət verməmişdir. Həmin ifadələrdən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin ona aid olduğunu etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Narkotik vasitələrin ona aid olmaması ilə bağlı qeyd etdikləri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişlə təkzib olunur. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı növlərdə və ayrı bükümlərdə olmaqla, onların çəkisini şəxsi isehlak miqdarından xeyli çox olmasını təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin məhz satış məqsədilə üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, SMS yazışmaları, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının xx.xx.2024-cü il tarixə çəkilməmiş hissəsi 05 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadığından məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs CMnin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2024-cü il tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 5,223 qram narkotik vasitə heroin və 1,391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmayan və Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 01 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 04 günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 5,223 qram narkotik vasitə heroin və 1,391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmayan, Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-193/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-193/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver