Məhkəmə qərarları › İş №1(124)-194/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-194/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-194/2023 29.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Salyan rayonu Dayıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, İİ qrup əlil, əvvəllər məhkumluğu olmayan, Salyan rayonu Dayıkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri “BTZ” bağları ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu Şəki şəhəri X15 küçəsi ev 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Hacıqəhrəmanh qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasıvətəndaşı “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya uyğun olaraq alacağı narkotik vasitə olan heroinin dəyəri olan 500 (beş) yüz manat pulu “Milliön” ödəniş terminalı vasitəsilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gedib Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı zibil qutularının yanına istintaqa məlum olmayan vaxtda və şəraitdə qoyulmuş ümumilikdə 101,108 qram çəkidə külli miqdarda kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini qoyulduğu ərazidən götürüb satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, daha sonra ümumilikdə 1,701 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs3 hədiyyə etmiş, ümumilikdə 1,557 çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 40 (qırx) manat müqabilində Təqsirləndirilən şəxs2 satmış, sonradan isə qalıq qalmış ümumilikdə 97,850 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə daşıyaraq üzərində saxlaması səbəbindən 05 fevral 2022-ci il tarixdə, saat 01:20-də, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən “Brend” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli dəri materialından hazırlanmış “jiletin” sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 97,850 qram olan külli miqdarda, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 40 (qırx) manat pul ödəyərək ondan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,557 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 fevral 2022ci il tarixdə, saat 20:00-da, Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 5-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,557 qram təşkil edən kustar üsulla üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,701 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 fevral 2022-ci il tarixdə, saat 18:30-da, Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 5-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış aparılarkən əlində saxladığı qəhvəyi rəngli pul kisəsinin içərisindən 01 (bir) ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,701 qram təşkil edən kustar üsulla üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, marixuana istifadə etmiş, heroin və metamfetamin istifadə etməmişdir. Evdən çıxmış, küçədə Kamaz markalı yük maşınının mühərrikin işə salarkən onu saxlamışlar. Əli adlı şəxsi tanıyır, ancaq görüşməmişdir. Ondan 2-3 dəfə marixuana almış, heroin almamışdır. Ondan pul müqabilində narkotik vasitə istəyən olmamışdır. Özünün kartı yoxdur, Xalidənin kartından istifadə etmişdir. Əlilliyi avtoqəza ilə bağlıdır. Digər təqsirləndirilən şəxslərlə düşmənçiliyi və ya ədavəti yoxdur, sadəcə əməliyyatçılar onlara “üzünə durun, sizə narkotikdən istifadə ilə bağlı ittiham verəcəyik” dedikləri üçün o cür ifadə vermişlər. Özü Kamaz markalı yük maşını sürmüş, daş, qum gətirmişdir. 30 qram marixuana almış, heroin onda olmamışdır. Şəhriyara 40 manat müqabilində narkotik vasitə satmamışdır. Xalidəyə metamfetamin, marixuana vermiş, amma heroin verməmişdir. Bölmədə onu döymüşlər, ifadəsini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik tərkibli maddələrin aludəçisi olmaqla, uzun müddətdir səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul etməyə başlamış, qəbul etdiyim narkotik vasitəni Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonu ərazisində təsadüfən tanış olduğu, əvvəllər tanımadığı şəxslərdən alaraq istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən on gün əvvəl istifadəsində olan 070 *** ** ** saylı mobil nömrənin “WhatsApp” proqramına +**********94 nömrəsindən “SMS” mətni gəlmiş, bundan sonra zəng edən şəxslə danışıb, həmin şəxsin kim olmasını aydınlaşdırmaq istədikdə, həmin şəxslə aralarındakı danışıq zamanı o, özünü ona İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs kimi təqdim etmiş, bundan sonra həmin şəxslə aralarındakı danışıq zamanı ona narkotik vasitə olan heroin istifadə etdiyini bildirib, həmin şəxsdən ona narkotik vasitə almağında köməklik göstərməsini xahiş etmiş, həmin şəxs ilk əvvəl buna etiraz etsədə, sonradan ona narkotik vasitə almağında köməklik göstyərəcəyinə söz vermiş, aralarındakı razılaşmaya uyğun olaraq həmin şəxsin verdiyi bank hesab nömrəsinə alacağı narkotik vasitənin dəyərini ödəyəcəyinə söz verdiyindən, həmin özünü ona İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs kimi təqdim edən şəxsdə ona pulu verdiyi bank hesab nömrəsinə göndərdikdən sonra almaq istədiyi narkotik vasitəni ona göndərəcəyinə söz vermiş, aralarında yaranmış razılaşmaya uyğun olaraq həmin şəxsin verdiyi bank hesab nömrəsinə almaq istədyi narkotik vasitənin dəyəri olan 500 manat pulu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Araz” marketin içərisində quraşdırılmış “Million” ödəniş terminalı vasitəsilə göndərib, bundan sonra özünə məxsus 070 *** ** ** saylı mobil nömrənin “WhatsApp” proqramı vasitəsilə “Əli” adlı şəxsə zəng edib bu barədə məlumat vermiş, həmin şəxs isə narkotik vasitəni Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşdirilmiş zibil qutularının arxasında sellofan bağlamada qoydurduğunu bildirmiş, bundan sonra Əli adlı şəxsin narkotik vasitəni qoydurduğunu bildirdiyi yerə getmiş, orda narkotik vasitəni qoyulduğu yerdən götürmüş və yaşadığı Sumqayıt şəhəri Ceyranbatan bağlan ərazisinə qayıtmış, xx.xx.2022-ci il tarixdə saat 01:20-də Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində yerləşən “Brend” marketin yaxınlığında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİnin 5-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, qəbulunda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə etiraz etmədən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmiş, polis bölməsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərimin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ Saylı Vəkil Bürosundan vəkil Sahil Allahverdiyevdə dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli dəri materialından hazırlanmış “jiletin” sağ yan cibində saxladığı bir ədəd şəffav rəngli sellofan bükmdəki içərisində “kakos” adlandırılan və narkotik vasitə olan heroin olan bükümü və bir ədəd aldığı və qəbul etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümün içərisinə baxış keçirdikdə təqdim etdiyi həmin bükümün içərisindən qəhvəyi rəngli tozşəkkili, maddə aşkar edilmiş, polis əməkdaşları təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda isə təqdim etdiyi şəffav rəngli sellofan bükümün içərisində narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, narkotik vasitəni saxlanılmamışdan əvvəl sosial şəbəkədə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs kimi təqdim edən şəxsdən şəxsi istifadəsi üçün aldığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə aldığı və istifadə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd şəffav rəngli sellofan bükümdəki maddə elektron tərəzidə çəkilmiş, həmin vaxt şəffav rəngli sellofan bükümdəki maddənin ümumi çəkisinin 99,86 qram olduğu müəyyən edilmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd şəffav rəngli sellofan bükümdəki maddə və bir ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmiş, gündəlik olaraq təxminən bir qram və ya daha az narkotik vasitə olan heroin qəbul etmiş, qəbul etdiyi narkotik vasitəni tapıb almaqda çətinlik çəkdiyindən, narkotik vasitəni bir dəfəyə ahb, sonra isə hissə-hissə qəbul edəcəyini fikirləşdiyindən bir dəfəyə külli miqdarda narkotik vasitə əldə edərək üzərində gəzdirmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitədən ancaq tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsi istifadələri üçün pay vermiş, Bəxtiyar Əliyevə narkotik vasitəni satmamış, aradan xeyli müddət keçdiyindən narkotik vasitə olan heroini aldığı tarixi və Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 şəxsi istifadələri üçün narkotik vasitəni hədiyyə etdiyi tarixləri unutmuş, ya ilkin ifadəsində narkotik vasitə aldığı tarixi səhv göstərmiş, yada Şəhriyarla Xalidə ondan narkotik vasitə aldıqları tarixi səhv göstərmişdir. (İ cild. İş vərəqə: 58-61; 122-123, İİİ cild: İş vərəqə: 57- 60) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni Vurğundan pul müqabilində almışdır. Polis əməkdaşları ona qarşı zor tətbiq etməmişdir. Xalidəni tanımışdır, onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. 7 fevral 2022-ci il tarixində tutulmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İttihamda qeyd olunan narkotik vasitə onda aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılanadək narkotik vasitə olan kakosu siqaretə doldurmaqla çəkib istifadə etmiş, tutulmamışdan təxminən 5-6 gün əvvəl qonşuluqda yaşayan Vurğun adlı şəxsdən öz istifadəsi üçün 40 manata bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyətdə heroin almış, həmin heroinin bir hissəsini özüm istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:00 dəqiqədə Sumqayıt şəhəri BTZ bağlan ərazisində yaşadığı evin yaxınlığındakı mağazaya gedərkən üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşlan olduqlarını bildirmişlər, həmin şəxslər ondan adımı və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra onların maşınına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər, polis bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün təqdim olunan siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X8 təqdim olunmuş, videoçkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, buna etiraz etməmiş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif edildikdə, əynindəki qara rəngi parçadan olan qolsuz gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, eyni zamanda əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan özümə məxsus «Redmi Note 8» markah mobil telefonuda çıxanb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşlarının suallarına cavab olaraq təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu təxminən 5-6 gün əvvəl onunla qonşuluqda yaşayan Vurğun adlı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və bir hissəsini istifadə edib, qalanını üzərində saxladığını bildirmiş, bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 1,61 qram olduğu müəyyən olunmuş, daha sonra isə həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənməklə götürülmüş, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, sonda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər, polis əməkdaşlan tərəfindən saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər edilməmiş, narkotik vasitəni aldığı şəxs onunla qonşuluqda yaşamış, həmin şəxs Salyan rayon sakini X4r, ondan həmin narkotik vasitə olan heroini şəxsi istifadəm üçün almış, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X1 ilə qeyri rəsmi ər arvad münasibətində yaşadığı Sumqayıt şəhəri “BTZ” bağları ərazisində yerləşən evinə gedib onunla görüşmək istədikdə Mələk Vurğunun evdə olmadığını, bir nəfər tanışı ilə harasa getdiklərini bildirmiş, bundan sonra istifadə etdiyi 077 *** ** ** saylı mobil nömrənin “WhatsApp” proqramından istifadə edərək Vurğunun istifadəsində olmuş 070 *** ** ** saylı mobil nömrəyə “sms” göndərmiş və harda olmasını soruşmuş, aradan bir qədər keçdikdən sonra Vurğun ona zəng edərək tanışı ilə bir yerdə olduğunu, bir müddətdən sonra evə gələcəyini bildirmiş, daha sonra Vurğunla daha əlaqə saxlaya bilməmiş, sonradan isə Vurğunun qanunsuz olaraq üzərində külli miqdarda narkotik vasitə saxladığına və gəzdirdiyinə görə saxlanıldığım öyrənmişdir. (İ cild. İş vərəqə: 234-236, İİİ cild: İş vərəqə: 82-84; 135-137) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1-2 ay olardı ki, narkotik vasitələrdən istifadə etmişdir. Vurğunun ağrıları olmuş, o çəkən zaman özü istəmiş, Vurğun da vermişdir. Vurğun və Şəhriyarla bağda qonşu olmuşlar. Vurğunun münasibətdə olduğu qadın qonşusudur, Vurğunu orada görüb tanımışdır. Vurğun qum, daş, saman pressləri satmış, o öz bank kartını Vurğuna vermiş, kartdan Vurğuna gələn pulları Vurğun özü çıxarmışdır. Münasibətdə olduğu şəxs ona pul göndərəndə öz pulunu ona məxsus kartdan çıxarmışdır. Vurğuna ən az 150-200 manat pul göndərilmişdir. Şəhriyarı qonşu kimi tanısa da, narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Vurğundan aldığı narkotik vasitənin miqdarını bilməmiş, pulla almadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evində istilik sistemi olmadığından 3-4 ay əvvəl rəfiqəsi və qonşusu X5 evində yaşamağa başlamış, həmin evdə Mələk, Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyri rəsmi ər arvad münasibətində yaşamış, xx.xx.2022-ci il tarixdə Vurğun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuş və barəsində həbs qətİman tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Vurğundan öz istifadəsi üçün pulsuz narkotik vasitə olan heroin almış və üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:30 dəqiqədə rəfiqəsi Mələklə birlikdə Sumqayıt şəhəri BTZ bağları ərazisində yaşadığı evin yaxınlığında olarkən üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər, həmin şəxslər ondan adımı və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra onu saxlamış polis əməkdaşlarının maşınına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmiş, polis bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün ona təqdim olunan siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X8 təqdim olunmuş, videoçkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, buna etiraz etməmiş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif edildikdə, sağ əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşlarının suallarına cavab olaraq bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə Vurğun adlı şəxsdən pulsuz, öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmiş, daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 1,76 qram olduğu müəyyən olunmuş, bundan sonra isə həmin narkotik vasitə heroin qablaşdırılaraq, möhürlənmiş və götürülmüş, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, sonda narkotik vasitə heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu iştirakçılar imzaları ilə təsdiq etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər edilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Vurğun adlı şəxsdən almış, həmin şəxs rəfiqəsi və qonşusu Mələklə birlikdə yaşamış, o, Salyan rayon sakini X4r, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin alqı- satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl və sonra "xxxx" mobil operatoruna məxsus 077 *** ** ** saylı mobil nömrəni və "xxxx" mobil operatoruna məxsus 051 *** ** ** saylı mobil nömrəni istifadə etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin vaxtlar özünündə yaşadığı, rəfiqəsi X7 məxsus evdə, Mələk və onun qeyri rəsmi ər arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 arasında narazılıq yarandığından, Mələk Vurğuna məxsus əşyaları bir yerə toplayıb ondan Vurğuna zəng edib gəlib özünə məxsus geyim əşyalarını aparmasını deməsini tapşırmışdır. Bundan sonra istifadəsində olan 077 *** ** ** saylı mobil nömrənin danışıq vaxı az olduğundan Vurğunun istifadəsində olmuş 070 *** ** ** saylı mobil nömrəyə zəng etmiş, ancaq telefonu tez söndürmüş, təkrar Vurğun ona zəng etdikdə ona Mələyin dediklərini çatdırmış və gəlib özünə məxsus əşyaları götürməsini demiş, Vurğun isə həmin vaxt işi olduğunu bildirib, bir saata gələcəyini bildirmişdir. Bundan sonra aradan bir xeyli müddət keçdikdən sonra Vurğunun gəlmədiyini görüb yenidən ona zəng etmiş, ancaq telefonunda danışıq vaxtı olmadığından Vurğuna zəng etdikdən sonra telefonu söndürmüş, Vurğunun ona zəng etməsini gözləmiş, Vurğun ona zəng etdikdə isə ondan niyə gəlmədiyini soruşmuş, o, isə bazarlıq edərək evə gələcəyini bildirmiş, bundan sonra Vurğunla daha əlaqə saxlaya bilməmiş, sonradan isə Vurğunun qanunsuz olaraq üzərində külli miqdarda narkotik vasitə saxladığına və gəzdirdiyinə görə həbs edildiyini öyrənmişdir. “Kapital Bank” tərəfindən verilmiş 4169 7385 4523 4845 saylı plastik kart ona məxsus olsada, ancaq Vurğun özünə plastik bank kartı lazım olduğunu bildirdiyindən kartı ondan alıb özündə saxlamaqla istifadə etmiş, ona müəyyən vaxtlarda pul lazım olanda tanışlarından və qohumlarından ona köməklik göstərmələrini, ona məxsus bank kartına müəyyən məbləğdə pul köçürmələrini xahiş etmiş, istədiyi pul vəsaitləri ona köçürüləndə isə ona məxsus mobil telefona bu barədə sms gəldiyindən, kartı Vurğundan alıb pulu kartdan çıxartmış, sonra isə kartı yenidən Vurğuna qaytarmış, həmin kartı əldə etdikdən sonra həmin karta təxminən bir il ərzində ona aid 1000 manat və ya daha az məbləğdə pul köçürülmüş, həmin pul vəsaitlərini özü kartdan çıxartmış, karta köçürülmüş digər məbləğlərdən onun məlumatı olmamış, karta ona aid olmayan pul vəsaitləri köçürüləndə bu barədə ona sms-lə bildiriş gəlmiş, bundan sonra öz növbəsində bu barədə Vurğuna məlumat vermiş, sonra isə Vurğun həmin pul vəsaitlərini kartdan çıxarmış, Vurğuna pul vəsaitlərinin kim tərəfindən köçürülməsindən məlumatsız olmuşdur. (İİ cild. İş vərəqə: 64-66, İİİ cild: İş vərəqə: 95-97; 151-153) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid3 oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Vurğun adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 01 radələrində Sumqayıt şəhəri Ceyranbatan bağlan ərazisində yerləşən Brend marketin yaxınlığında saxlanılaraq, ona narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində olan qanunla saxlanması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə o əynindəki jiletin cibindən bir ədəd elektron tərəzini və bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş büküm açıldıqda, həmin bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin nə olduğunu, nə vaxt, haradan aldığını soruşduqda isə o təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu, adının Əli olduğunu bildiyi şəxsin verdiyi kart nömrəsinə beş yüz manat pul ödədikdən sonra onun qoyduğu Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına yerləşdirilmiş zibil qutularının arxa hissəsindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Şahid polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 128-131) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 20 radələrində Sumqayıt şəhəri “BTZ” bağları ərazisində Təqsirləndirilən şəxs2 saxlamışlar, daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Polis bölməsində videoçəkiliş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, ona üzərində olan qanunla saxlanması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibindən bir ədəd mobil telefonu, daha sonra isə əynindəki gödəkcənin cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə, həmin bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisindəki maddənin nə olduğunu, kimdən, nə vaxt əldə edib üzərində gəzdirdiyini soruşduqda isə o təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl qonşuluğunda yaşayan Vurğun adlı şəxsdən şəxsi istifadəsi üçün qırx manata aldığını bildirmişdir. Şahid polis əməkdaşları Şahid5 və Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar məhkəmədə ifadələri alınmış polis əməkdaşı Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. ( cild İİİ, iş vərəqə 144-147, cild İİ, iş vərəqə 140-143) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz olaraq əldə edilməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 həmin gün saat 01 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş ilə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir O, əynindəki jiletin cibindən bir ədəd elektron tərəzini və bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş büküm açıldıqda içərisindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl adının Əli olduğunu bildiyi şəxsin verdiyi kart nömrəsinə beş yüz manat pul ödədikdən sonra onun qoyduğu Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına yerləşdirilmiş zibil qutularının arxa hissəsindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O, həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun həmin gün saat 18 radlərində Sumqayıt şəhəri “BTZ” bağları ərazisində saxlanılaraq bölməyə gətirildiyini bildirmişdir. Xidməti otaqların birində videoçəkiliş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində olan qanunla saxlanması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs3 pul kisəsini açıb içərisindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl tanışı olan və qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün aldığını və alarkən Vurğuna pul ödəmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid7 və Şahid8 məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs3 aid hissədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Salyan rayonu Dayıkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri “BTZ” bağları ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 Əhəmdağa oğlunun narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satması ehtimalı ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 05) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Şəki şəhəri X15 küçəsi ev 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satması ehtimalı ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 178) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Şirvan şəhəri Hacıqəhrəmanh qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satması ehtimalı ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İİ cild, iş vərəqə 08) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 sağ əlini əynindəki dəri materialından hazırlanmış qara rəngli qolsuz jiletin sağ yan cibinə salaraq həmin cibindən bir ədəd elektron tərəziyə oxşar əşyanı və bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümə qablaşdırılmış bükümün içərisindəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən on gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq adının “Əli” olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi, İran İslam Respublikası vətəndaşının verdiyi bank hesab nömrəsinə beş yüz manat pul ödədikdən sonra “Əli” adlı İran İslam Respublikası vətəndaşının narkotik vasitəni qoyduğunu bildirdiyi Abşeron rayonu Xırdalaş şəhəri ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına yerləşdirilmiş zibil qutularının arxa hissəsinə qoyulmuş yerdən bir gün əvvəl axşam saatlarında götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 23-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, video görüntü olan diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən həmin gün Sumqayıt şəhəri “BTZ” bağları ərazisində yerləşən “Brend” marketin yaxınlığında saxlanıldığı və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildiyi barədə məlumat verdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı digər mülki geyimli şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 olduğunu, üçüncü özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid3 olduğunu bildirdikləri, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəsə hüquq və vəzifələrini izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul etdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqda olan digər mülki geyimli şəxsi özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsə təqdim edərək, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Vəkil Bürosunun vəkili X2 olduğunu bildirdiyi, təqdim edilmiş müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsə müraciət edərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən saxlanılması və polis bölməsinə gətirilməsi barədə təkrar məlumat verərək, bununla əlaqədar üzərinə şəxsi axtarış keçirilcəyini bildirdiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əwəl üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsin xidməti otaqdakı masaya yaxınlaşaraq sağ əlini əynindəki dəri materialından hazırlanmış qara rəngli qolsuz jiletin sağ yan cibinə salaraq həmin cibindən bir ədəd elektron tərəziyə oxşar əşyanı və bir ədəd sellofan bükümü çıxarıb ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoyduğu, daha sonra özünü təqdim edərək təhqiqatçı Əhmədov olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə sellofana bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq təqdim etdiyi sellofan bükümə qablaşdırılmış bükümün içərisindəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən on gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq adının “Əli” olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi, İran İslam Respublikası vətəndaşının verdiyi bank hesab nömrəsinə beş yüz manat pul ödədikdən sonra “Əli” adlı İran İslam Respublikası vətəndaşının narkotik vasitəni qoyduğunu bildirdiyi Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına yerləşdirilmiş zibil qutularının arxa hissəsinə qoyulmuş yerdən bir gün əvvəl axşam saatlarında götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirdiyi, bundan sonra şəxsi axtarış zamanı aşkar edilmiş sellofan bükmdəki maddənin elektron tərəzidə çəkildiyi, sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli, tozşəkilli maddənin ümumi çəkisinin 99,86 qram olduğunun müəyyən edildiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün və elektron tərəzinin içərisi boş ağ rəngli zərflərə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı Əhmədov olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra xidməti otaqda olan müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsə suallar verildiyi, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, qeyri insani rəftara məruz qalıb qalmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq nə saxlanılarkən, nədə polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilmədiyini, qeyri insani rəftara məruz qalmadığını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı Əhmədov olduğunu bildirən şəxs tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş sellofan büküm və elektron tərəzinin qablaşdırıldığı zərfin üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirən şəxs və müdafiəçi tərəfindən imzalar edildiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə, daha sonra isə aparılan video çəklişin dayandırılacağı və sənədləşmənin davam etdiriləcəyi barədə məlumat verdiyi, bundan sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. ( İİİ cild, iş vərəqə 01-03) Şəxsi axtarış və götürmə barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 sağ əlini ilk əvvəl əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, daha sonra isə əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibinə salaraq həmin cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümə qablaşdırılmış bükümün içərisindəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 4-5 gün əvvəl qonşuluğunda yaşayan Vurğun adlı şəxsdən şəxsi istifadəsi üçün qırx manata aldığını, narkotik vasitəni aldıqdan sonra bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə sonradan şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (İ cild, iş vərəqə 197-199) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək xx.xx.1997-ci ildə Şəki şəhərində anadan olmuş, Sumqayıt şəhəri “BTZ” bağlan ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 olduğunu bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən həmin gün saxlanıldığı və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildiyi barədə, eləcədə narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verdiyi, üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq üzərinə şəxsi axtarış keçirilməsinə dair etirazının olmadığını bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid4 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ- nin 5-ci PBnin əməliyyat müvəkkili Şahid5 olduğunu, üçüncü özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Şahid6 olduğunu bildirdikləri, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsə müdafiəçilərin siyahısını və xidməti otaqda olan digər mülki geyimli şəxsi təqdim edərək, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Vəkil Bürosunun vəkili X8 olduğunu bildirdiyi, təqdim edilmiş müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edib Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişlə tanış olduğu, sonra isə təqdim edilmiş bildirişi imzalayaraq geri qaytardığı, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsə müraciət edərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən saxlanılması və polis bölməsinə gətirilməsi barədə təkrar məlumat verərək, bununla əlaqədar üzərinə şəxsi axtarış keçirilcəyini bildirdiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əwəl üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin sağ əlini ilk əwəl əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, daha sonra isə əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibinə salaraq həmin cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı Ağayev olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə, sellofana bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, aşkar edilmiş sellofan bükmdəki maddənin elektron tərəzidə çəkildikdə isə, sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli, tozşəkilli maddənin ümumi çəkisinin 1,61 qram olduğunun müəyyən edildiyi, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq təqdim etdiyi sellofan bükümə qablaşdırılmış bükümün içərisindəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 4-5 gün əwəl qonşuluğunda yaşayan Vurğun adlı şəxsdən şəxsi istifadəsi üçün qırx manata aldığını, narkotik vasitəni aldıqdan sonra bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə sonradan şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün və mobil telefonun içərisi boş ağ rəngli zərflərə qablaşdırıldığı, zərflərin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra zərflərin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxs və müdafiəçi tərəfindən imzalar edildiyi, həmçinin özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsə suallar verildiyi, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyi, qeyri insani rəftara məruz qalıb qalmadığı soruşulduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq nə saxlanılarkən, nədə polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilmədiyini, qeyri insani rəftara məruz qalmadığını bildirdiyi, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı Ağayev olduğunu bildirən şəxs tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş sellofan bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə, daha sonra isə aparılan video çəklişin dayandırılacağı vo sənədləşmənin davam etdiriləcəyi barədə məlumat verdiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. (İİ cild, iş vərəqə 218-220) Şəxsi axtarış aparılması haqqında, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 sol əlində saxladığı pul kisəsini açıb həmin pul kisəsinin içərisindən bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı ilə bərabər bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümə qablşadırılmış maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanışı olan və qonşuluğunda yaşayan Vurğun adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, narkotik vasitə alarkən Vurğun adlı şəxsə hər hansı məbləğdə pul ödəmədiyini, narkotik vasitənin ona hədiyyə edildiyini bildirmişdir.(İİ cild , iş vərəqləri 25-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı qadın cinsindən olan şəxsə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirdiyi, bundan sonra Özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən həmin gün Sumqayıt şəhəri “BTZ” bağlan ərazisində yerləşən yaşadığı evin yaxınlığında saxlanıldığı və Sumqayıt ŞPİ-nin 5-ci PB- nə gətirildiyi barədə, eləcədə onunla eyni cinsdən olan şəxsin iştirakı ilə video kameranın yaddaşına qeyd etməklə, video çəkliş aparılaraq üzərinə şəxsi axtanş keçiriləcəyi barədə məlumat verdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Elşad Abdullayev olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 olduğunu, üçüncü özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Şahid7 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Şəlalə Dadaşova olduğunu bildirdikləri, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edib Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazıh bildiriş təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqda olan digər mülki geyimli şəxsi və müdafiəçilərin siyahısını özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsə təqdim edərək, təqdim etdiyi şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Vəkil Bürosunun vəkili X8 olduğunu bildirdiyi, təqdim edilmiş müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin ilk olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsə müraciət edərək onun Sumqayıt ŞPİ-nin 5ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən saxlanılması və polis bölməsinə gətirilməsi barədə təkrar məlumat verərək, bununla əlaqədar üzərinə şəxsi axtarış keçirilcəyini bildirdiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs3 kimi təqdim edən şəxsin xidməti otaqdakı masaya yaxınlaşaraq sol əlində saxladığı pul kisəsini açıb həmin pul kisəsinin içərisindən çıxardığı bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd bank kartını və bir ədəd sellofan bükümü çıxarıb ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoyduğu, daha sonra özünü təqdim edərək təhqiqatçı Əhmədov olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə, sellofana bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq təqdim etdiyi sellofan bükümə qablaşdırılmış bükümün içərisindəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanışı olan və qonşuluğunda yaşayan Vurğun adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, narkotik vasitə alarkən Vurğun adlı şəxsə hər hansı məbləğdə pul ödəmədiyini, narkotik vasitənin ona hədiyyə edildiyini bildirdiyi, bundan sonra şəxsi axtarış zamanı aşkar edilmiş sellofan bükmdəki maddənin elektron tərəzidə çəkildiyi, sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli, tozşəkilli maddənin ümumi çəkisinin 1,76 qram olduğunun müəyyən edildiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsin üzərinə xidməti otaqdakı onunla eyni cinsindən olan şəxs tərəfindən şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxs və müdafiəçi tərəfindən imzalar edildiyi, bundan sonra xidməti otaqda olan müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsə suallar verildiyi, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, qeyri insani rəftara məruz qalıb qalmadığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş sellofan bükmdəki maddənin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olub olmadığını, həmin bükümdəki maddədən istifadə edib etmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq nə saxlanılarkən, nədə polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilmədiyini, qeyri insani rəftara məruz qalmadığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş sellofan bükmdəki maddənin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu, həmin bükümdəki maddədən istifadə etmədiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı Əhmədov olduğunu bildirən şəxs tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə, daha sonra isə aparılan video çəklişin dayandırılacağı və sənədləşmənin davam etdiriləcəyi barədə məlumat verdiyi, sonda isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. ( İİ cild, iş vərəqə 209-211) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs1” yazısı, imzalar və “Azərbaycan Respublikası DİN Zərflər üçün №242”-li dairəvi möhür əksi olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 97,850 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-İn İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 97,850 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 97,650 qram. (İ cild, iş vərəqə: 36-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №242” möhür əksi, “Təqsirləndirilən şəxs2 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,557 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,557 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,507 qram. ( İ cild, iş vərəqə 212-216) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/763 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №242” möhür əksi, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs3...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,701 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Qeyd: Heroinin təmiz çəkisi - 1,701 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,651 qram. ( İİ cild, iş vərəqə 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1715 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Saxlanılan şəxs:..Təqsirləndirilən şəxs1” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, “Təqsirləndirilən şəxs2 üzərindən...” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi və “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs3...” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.Qeyd: l№li obyekt üzrə heroin - 97,650 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 97,550 qram. 2№ii obyekt üzrə heroin -1,507 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 1,407 qram. 3№li obyekt üzrə heroin - 1,651 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1,551 qram. ( İİ cild, iş vərəqə 190-193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tibbi müayinəsi zamanı onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. (İ cild: İş vərəqə: 111-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tibbi müayinəsi zamanı onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. (İİ cild: İş vərəqə: 178-180) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tibbi müayinəsi zamanı onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. (İİ cild: İş vərəqə: 181-183) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(İİ cild: İş vərəqə: 184-185) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild: İş vərəqə: 186-187) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild: İş vərəqə: 188-189) Cinayət işinin materiallarından görününr ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazısı həkk olunmuş, yaddaşında isə 01 (bir) ədəd, “00051” adlı, ******* KB həcmində, 12 dəqiqə 50 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 27; 188-190, 237-239, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Saxlanılan şəxs:..Təqsirləndirilən şəxs1” qeydli birinci zərfdəki narkotik vasitə heroinin ümumi təmiz çəkisi 97,850 qram, tədqiqata 0,2 qram və 0,1 qram sərf edildikdən sonra 97,550 qram, “Təqsirləndirilən şəxs2 üzərindən...” qeydli ikinci zərfdəki narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 1,557 qram, tədqiqata 0,05 qram və 0,1 qram sərf edildikdən sonra 1,407 qram, “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs3...” qeydli üçüncü zərfdəki narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1,701 qram, tədqiqata 0,05 qram və 0,1 qram sərf edildikdən sonra 1,551 qram qalıq çəkiləri qalmışdır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Üç ədəd zərfdə ekspertiza tədqiqatından sonra 97,550 qram, 1,407 qram və 1,551 qram qahq çəkiləri qalmış, qəhvəyi rəngli, kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər və bir ədəd səthində narkotik vasitə heroinin izləri olan elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İİ cild: iş vərəqə: 194-197) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş diskin yaddaşında 01 (bir) ədəd “7220” adlı, həmin faylın yaddaşında isə əlavə olaraq 05 (beş) ədəd, birincisi “515233957_SMS.txt” adlı, ikincisi “**********57.txt” adlı, üçüncüsü “abuneciler.xls” adlı, dördüncüsü “antena.xls” adlı və beşincisi “antena2022.xls” adlı, "xxxx" MMC-dən daxil olmuş diskin yaddaşında 05 (beş) ədəd fayllar olan 02 (iki) ədəd diskə baxış keçirilmiş və həmin disklər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İİ cild: İş vərəqə: 110-111; 169-170; İİİ cild: İş vərəqə: 04-07; 08-38) Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-dən daxil olmuş, yaddaşında 01 (bir) ədəd “8409-xx.xx.2022” adlı, həmin faylın yaddaşında isə əlavə olaraq 02 (iki) ədəd, birincisi “abuneciler.xlsx” adlı və ikincisi “antenna.xlsx” adlı fayllar olan 01 (bir) ədəd disk baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İİ cild: İş vərəqə: 115-116; 171-172; İİİ cild: İş vərəqə: 08-38) Cinayət işinin materiallarından görünür ki, Kapital Bank” tərəfindən təqdim 4169 7385 4523 4845 saylı plastik kartın hesabından çıxarışlar və üzəində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazıları həkk edilmiş yaddaşında 01 (bir) ədəd “Təqsirləndirilən şəxs3 (Təqsirləndirilən şəxs1)” adlı, həmin faylın yaddaşında isə 16 (on altı) ədəd birincisi “xx.xx.2022”, ikincisi “xx.xx.2022”, üçüncüsü “xx.xx.2022”, dördüncüsü “xx.xx.2022”, beşincisi “xx.xx.2022”, altıncısı “xx.xx.2022”, yeddincisi “xx.xx.2021”, səkkizincisi “xx.xx.2022”, doqquzuncusu “xx.xx.2022”, onuncusu “xx.xx.2022”, on birincisi “xx.xx.2021”, on ikincisi “xx.xx.2022”, on üçüncüsü “xx.xx.2021”, on dördüncüsü “xx.xx.2022” adlı, on beşincisi “xx.xx.2022” və on altıncısı “xx.xx.2022” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İİİ cild: İş vərəqə: 138-144; 145-146; 184-222) Cinayət işinin materiallarından görünür ki, üzərində zavod üsulu ilə “PRİNCO” və sair markalanma yazısı həkk olunmuş, yaddaşında 01 (bir) ədəd, “00079” adlı, xx.xx.2022-ci il tarixdə çəkilmiş, 708480 KB həcmində, 07 dəqiqə 58 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (İ cild: İş vərəqə: 25; İİİ cild: İş vərəqə: 08-38) Cinayət işinin materiallarından görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd, “20220207_205009” adlı, xx.xx.2022-ci il tarixdə çəkilmiş, 580551 KB həcmində, 06 dəqiqə 30 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(İ cild: İş vərəqə: 199; İİİ cild: İş vərəqə: 08-38) Cinayət işinin materiallarından görünür ki, üzərində heç bir markalanma yazısı həkk olunmamış, yaddaşında 01 (bir) ədəd, “**********2733” adlı, xx.xx.2022-ci il tarixdə çəkilmiş, 657321 KB həcmində, 07 dəqiqə 22 saniyyə davam, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş edən video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İİ cild: İş vərəqə: 27; İİİ cild: İş vərəqə: 08-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci və 62.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 04 ay 28 gün müddətinə ona təyin edilmiş cəzadan vaxtından əvvəl azad edilmişdir. ( İ cild, iş vərəqə 162-163) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2, 234.1 və 66.3-cü maddələri təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir.( İ cild, 261-262) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmayandır. ( İİ cild, iş vərəqə 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Salyan rayon İHBnın sarvan kənd intibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yaşadığı müddətdə barəsində nümayəndəliyiə heç bir şikayət daxil olmamışdır. ( İİ cild, iş vərəqə 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Bələdiyyəsi 9-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İİ cild, iş vərəqə 175) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Bələdiyyəsi 9-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İİ cild, iş vərəqə 177) Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması, üzərində narkotik vasitə olan heroin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs1 əldə edərək saxladığı narkotik vasitənin külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişlər. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CMnin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə aır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qəran ilə 04 ay 28 gün müddətinə ona təyin edilmiş cəzadan vaxtından əvvəl azad edilmişdir. Məhkəmə qeyd edir ki, 20 oktyabr 2017-ci il tarixədək olan müdət ərzində Cinayət Məcəlləsinin 177-ci maddəsində “külli miqdar” dedikdə 10 min manatdan artıq olan məbləğ başa düşülmüş, qeyd olunan tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna” əsasən hal-hazırda Cinayət Məcəlləsinin 177-ci maddəsində “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ məbləğ başa düşülür. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cəza təyin olunsa da, həmin hökmdə zərərçəkmiş hüquqi şəxsə 28 min manat məbləğində ziyan vurmaqla oğurluq etməkdə təqsirli bilinmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsaslanaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 vurduğu ziyan nəzərə alınmaqla onun qeyd olunan həmin əməli az ağır cinayətlər kateqoriyasına aid edilməldir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənildiyindən bu hal onun xeyrinə nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 fevral 2022-ci il tarixdn hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 17-18, 76-78) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 05 fevral 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild İ, iş vərəqə 190-192, 226- 228; 248-252; 253-256) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2- ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Cinayət işinin materiallarından görünür ki, 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 20-21, cild İİ, iş vərəqə 56-58, 78-79, 80-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 qızna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs3 qıznın üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 qıznın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümükün deyildir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 97,550 qram, 1,407 qram və 1,551 qram qalıq çəkiləri qalmış, qəhvəyi rəngli, kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər və bir ədəd səthində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilməli, 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 444 (dörd yüz qırx dörd) manat təqsirləndirilən şəxslərin hər birindən 148 ( yüz qırx səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ( yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək olan 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra 97,550 qram, 1,407 qram və 1,551 qram qalıq çəkiləri qalmış, qəhvəyi rəngli, kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər və bir ədəd elektron tərəzi məhv edilsin, 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 444 (dörd yüz qırx dörd) manat təqsirləndirilən şəxslərin hər birindən 148 ( yüz qırx səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar