Məhkəmə qərarları › İş №1(124)-194/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-194/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-194/2024 22.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1958-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı ilə “Samsung Galaxy J 5” markalı mobil telefonda olan “Whatsapp” proqram vasitəsilə əlaqə saxlayıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İİR vətəndaşının qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan kustar üsulla hazırlanmış tündqəhvəyi rəngli qətranabənzər 1000 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində “Methadone 40” göstəriciləri olan 60 ədəd dərman konvalyutunda 600 ədəd açıq qəhvəyi rəngli külli miqdarda dərman həblərini, təmiz çəkiləri 1010 qram və 1045 qram olmaqla ümumi təmiz çəkisi 2055 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Suraxanı rayonu ərazisində gizlədib yerləşdirilmiş, narkotik vasitə tiryək, qurudulmuş marixuana və metadon dərman həbləri olan bağlamanın yerinin fotoşəkilini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy J 5” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İİR vətəndaşının təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitələri satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) daxil olan əməliyyat məlumatı əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022-ci il tarixdə saat 22:40-da Bakı şəhəri Suraxanı rayonu İlqar Məmmədov küçəsində 1 saylı evin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 23:30-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli sellofan torbanın içərisində satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd bükümdə külli miqdarda 1000 qram çəkidə narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində “Methadone 40” göstəriciləri olan 60 ədəd dərman konvalyutunda 600 ədəd külli miqdarda dərman həbləri, iki ədəd şəffaf bağlamada təmiz çəkiləri 1010 qram və 1045 qram olmaqla ümumi təmiz çəkisi 2055 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İİR vətəndaşı ilə istifadəsində “Samsung Galaxy J 5” markalı mobil telefonda olan “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İİR vətəndaşının qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış 195 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon ərazisində gizlədib yerləşdirilmiş narkotik vasitə heroin olan bağlamanının yerinin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy J 5” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İİR vətəndaşının təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, Sumqayıt şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2022-ci il tarixdə saat 00:45 dəqiqədə Sumqayıt şəhəri, 17-ci mikrorayon, X2 küçəsində yerləşən “Ən Ucuz” marketin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanmda yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 01:45-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli əl çantasının içərisindən satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd bükümdə külli miqdarda 195 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Suraxanı hadisəsində axşam vaxtı həm oğlu üçün, həm də uşağın ad günü olduğu üçün bazarlığa getmişdir. Marketdən alış-veriş etdikləri çanta yadından çıxaraq marketdə qalmışdır. O, ibtidai istintaq zamanı ifadəsində 100-150 metr məsafə demiş, amma o qədər məsafə olmamışdır. Ona görə ki, o, evindən çıxanda 50-55 addımlıq məsafə getmiş, bu da təxmini 30-35 metr məsafə olmuşdur. Evindən çıxıb yenidən marketə getmək istəmiş, bu zaman iki qara rəngli maşının dayandığını görmüşdür. Həmin maşınların qonşulara aid olduğunu və onlara kiminsə gəldiyini fikirləşmişdir. Maşınlara çatmağına 2-3 addım qalmış 5 nəfər maşından enərək onun qabağını kəsmişlər. O, həmin 5 nəfər şəxsi ilk dəfə görürmüş və onların heç birini əvvəlcədən tanımamışdır. Onlar yaxınlaşaraq “Ruqiya xanım, sizsiniz” demiş və Ruqiyadan onlara məxsus maşına əyləşməyi istəmişlər. Onlara bunun səbəbini soruşduqda, “otur, maşına hər şeyi aydınlaşdırarıq” demişlər. Ruqiya da onlara “mən sizi tanımıram, sizin maşına niyə əyləşməliyəm?” demiş, daha sonra maşına əyləşmişdir. Corat qəsəbəsindən çıxmış və Dəniz kənarına çatana qədər onlar Ruqiyaya heç bir şey deməmişlər. Bir az getdikdən sonra onlar “sən narkotik maddələrin alışı-satışı ilə məşğul oluram deməlisən, İran İslam Respublikası vətəndaşı sənə narkotik vasitə verməli və sən də onu götürməlisən” demişdir. Ruqiya da onlara “sizin sifarişinizlə hərəkət edə bilmərəm” demişdir. Bundan sonra Ruqiyaya qarşı çox müqavimət göstərmişlər. Həmin 5 nəfərdən biri onun başına əl atmış, biri sifətinə vurmuş, ona qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. Artıq Novxanı ətrafı ərazisinə dönəndə maşını saxlamış, maşının arxa tərəfində əyləşən rəis maşından düşmüş, belindəki tapançaya əl atmış, amma qaldırmamışdır. Ruqiyaya tapançanı göstərərək “sənin beynini bu tapança ilə doldurarıq” demişdir. Onlar Ruqiyaya “sən İİR vətəndaşına konum atacaqsan və onunla danışacaqsan və İİR vətəndaşı sənə narkotik vasitə verəcəkdir və bizə onun malı lazımdır, sən, bizə lazım deyilsən. Sən İİR vətəndaşından narkotik vasitəni istə, o da sənə göndərsin, ondan sonra, səni sərbəst buraxaq” demişlər. Onlar yenidən Ruqiyanı maşına oturtmuş, daha sonra Novxanı ərazisindən yola davam etmişlər. Hətta maşında olarkən onların “sən narahat olma, hər şey yaxşı olacaq” dediyini bildirmişdir. Daha sonra onu saxlayan şəxslər özləri telefonu açaraq Ruqiyaya verərərk demişlər ki, “İİR vətəndaşı ilə danışmalısan”. O məcbur qalaraq telefonla İİR vətəndaşı ilə əlaqə saxlamış, İİR vətəndaşı olan “Qaqaş” adlı şəxslə danışmış və əvvəl almağı rədd etdiyi narkotik vasitə barədə “Qaqaş” adlı şəxsə “o malı ata bilirsənsə, at mənə” demişdir. “Qaqaş” ona “sənə nə olub ki, sən mənimlə belə danışırsan?” demişdir. Ondan əvvəl Ruqiyanın maşında sağ tərəfində əyləşənlər onun boğazından boğmuşdurlar. “Qaqaş” ona yenidən “sənə kimsə təsir göstərir ki, sən mənimlə belə danışırsan?” demişdir. Daha sonra onu saxlayan şəxslər əlindən telefonu alıb söndürmüş və “sən onunla normal tərzdə danış, artıq o başa düşür ki, sənin yanında kimlərsə var” demişlər. Həmin şəxslər onu yenidən məcbur edərək demişlər ki, “ sən ona yenidən zəng elə və ondan konum atmağını istə”. Ruqiya da onlara “nə konumu, mən konum filan bilmirəm” demiş, bir az keçdikdən sonra İİR vətəndaşı olan “Qaqaş” ona konum göndərmişdir. Telefon Ruqiyanı saxlayan şəxslərin əlində olmuş, onlar Ruqiya ilə birlikdə telefona konum göndərilən ünvana getmişlər. Ruqiya hara getdiklərini bilməmişdir. Təkcə onu eşitmişdir ki, həmin ünvan “Bülbülə” qəsəbəsi ərazisində yerləşmiş, amma tam anlaya bilməmişdir. Qeyd olunan ünvana çatanda orada başqa maşınlar da olmuşdur, amma maşınların kimə aid olduğunu bilməmişdir. Həmin ünvana çatanda Ruqiyanı saxlayan şəxslər bir-bir maşından düşmüş və kolun dibindən nə isə götürmüşlər. Onu da maşından düşməyə məcbur etmişlər, Ruqiya da onlara “axı, bizim danışığımız belə olmamışdır” demişdir. Ruqiyanı maşından düşürdükdən sonra demişlər ki, “sən bu torbanı əlində saxla”, o da “xeyr, mən bu torbanı götürmüyəcəm və bu mənə aid deyil” demişdir. Daha sonra həmin torbanı onlar Ruqiyanın əlinə məcbur vermiş və kənardan da kimsə bunu çəkmiş, sonra onu yenidən maşına oturdaraq Suraxanı ərazisinə aparmışlar. Sonradan Ruqiya onların heç birinin üzünü görməmiş və başqa adamlar gəlməyə başlamışdır. Suraxanıya apardıqları zaman torbanın həcmi sanki böyümüşdür. Onu apardıqları xidməti otaqların birində əlində olan torbanı alaraq içinə baxmağa başlamışlar. Artıq saat gecə radələri olmuş və bir nəfər qadını yanına gətirmişlər. Həmin qadın Ruqiyaya yaxınlaşaraq üzərinə şəxsi axtarış keçirməyə başlamış və ona məxsus pul qabını yoxlamış və pul qabında 2.000 manat məbləğində pul olduğunu demişdir. Ruqiya da ona “xeyr, mənim pul qabımda 2.750 manat məbləğində pul var” demişdir. Onu saxlayan şəxslər pul qabını əvvəlcədən əlindən almış və pul qabından 750 manatı götürmüşdürlər. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni götürməklə səhv etmişdir. Oğlu saxlanılan zaman ona məxsus mobil telefona zəng gəldiyi vaxt o, həmin zəngləri cavablamışdır. Oğlunun telefonuna bir gün zəng gəlmiş və demişdir ki, “oğlunuzun aqibəti necə oldu?” Həmin şəxsin kim olduğunu bilməmiş, amma nömrəsinin İran nömrəsi olduğunu bildirmişdir. Ruqiyadan oğlunu soruşanda, ona nalayiq sözlər işlətməyə başlamış, o da cavabında demişdir ki, “mənim sizin oğlunuzun tutulmasında heç bir təqsirim yoxdur, əksinə sizin oğlunuz mənə qarşı ziyan etmişdir”. Mal dedikdə, çox güman ki, narkotik vasitə nəzərdə tutulduğunu anlamışdır, çünki başqa dərman görməmişdir.O, İİR vətəndaşı ilə danışdığı zaman ona bildirmişdir ki, “sən mənə kömək elə, mən oğlunu həbsxanadan çıxardım”. İİR vətəndaşı Azərbaycan dilində səlis danışmış, amma yenə də Cənubi Azərbaycandan olduğu hiss olunmuşdur. İİR vətəndaşı birinci təklif etmişdir ki, “mənim oğlum ölüm ayağındadır, onun müalicəsi üçün mənə pul lazımdır, sən mənə köməklik edə bilərsən ki, filan malları filan ünvana atasan”. O, bununla razılaşmamış, bu söhbətin aqibətinin necə olacağını bilməmiş və ona “mən belə şeyləri etməyə qorxuram” demişdir. O, İİR vətəndaşı ilə yazışmadığını, yaza bilmədiyini, onunla ancaq telefonla danışdığını bildirmişdir. İİR vətəndaşının adını telefona özü qeyd etməmiş, oğlunun telefonu olduğu üçün telefonda adı “Qaqaş” kimi qeyd olunmuşdur. İİR vətəndaşları heç vaxt kiməsə düzgün ad deməmiş, çünki oğlu hər dəfə telefonda danışanda “inanmıram ki, sənin adın filankəsdir” demişdir. Polis əməkdaşları onu saxlayanda əlindəki telefonu açmağa başlamış və İİR vətəndaşı ilə səsli danışmışdır. Polis əməkdaşlarının ona qarşı zor-tətbiq etmələri ilə bağlı “ev dustaqlığı” qətimkan tədbirini seçən hakimə də bildirmişdir. Hadisənin ikinci epizodunda isə o, yenidən “Qaqaş”dan kömək istəmiş, lakin “Qaqaş” ona pul göndərməmiş və ona “bacı, mənim uşağım ağır xəstədir, ölüm ayağındadır və hal-hazırda pulum yoxdur, amma Bakıda mənim başqa şəxslərdə pulum var. Mən həmin şəxslərə deyərəm ki, sənə 3.000 manat pul versinlər sən də oğlun üçün vəkillə müqavilə bağlayarsan” demişdir. Ruqiya təxmini olaraq saat 20:00 radələrində tanımadığı şəxsdən gedib pulu götürəcəyini, hara getdiyini bilmədiyini, onu həmin ünvana taksi sürücüsünün apardığını və orada düşürüb geri qayıtdığını bildirmişdir. Oraya çatanda bir nəfər oğlan olduğunu görmüş, sonra “Qaqaşa” zəng etmiş, “burada bir nəfər oğlan var, əgər pul ondadırsa, versin mənə, mən də evə gedim” demişdir. Ruqiya “Qaqaş”ın ona dediyinə görə həmin oğlanın 2.500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Daha sonra həmin pulu ona vermədiyinə görə evə getmək üçün piyada yol tərəfinə çıxmışdır. “Qaqaş” ona yenidən zəng edərək demişdir ki, “oğlan sənə yaxınlaşmağa qorxur, amma pulu sellofana bükərək oturacağın üstünə qoyub, sən get götür”. Ruqiya da ona “pulu niyə küçəyə atıb ki, mən yaşlı qadın birdə geriyə qayıdım onu götürüm?” demişdir. O, həmin oturacağa yaxınlaşmış və orada heç nə görməmiş, ayağının altına sellofanın toxunduğunu görmüşdür. Ruqiya sellofanın içində yumru nə isə olduğunu görmüş və onu iyləyərək onun narkotik vasitə olduğunu anlamışdır. Narkotik vasitəni oğlu evdə tez-tez istifadə etdiyi üçün tanımışdır. Sellofanda olan narkotik vasitəni götürərək üzərində olan ətəyin cibinə qoymuşdur. Daha sonra taksi ilə 20 yanvara getmiş, “Vita” markalı avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmişdir. O, taksiyə çatıb otura bilmədən kimsə ona yaxınlaşaraq “otur maşına” demişdir. Hansı saatda gedib çatdığını xatırlamamışdır. Həmin narkotik vasitəni onlara sübut etmək üçün, “siz mənim oğlumu bu vəziyyətə saldınız, mən də sizi oğlumun vəziyyətinə salacam” niyyəti ilə götürmüşdür. O, həmin ünvana sadəcə olaraq pulu götürmək niyyəti ilə getdiyini bildirmişdir. Şahid3 başda olmaqla, digər polis əməkdaşları ona qarşı zor tətbiq etmiş və işgəncə vermişdir, bununla bağlı olaraq hakimə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı 24 sentyabr 2022-ci il tarixli şübhəli və 25 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, narkotik maddə istifadə etmir və heç vaxt da istifadə etməmişdir. Hazırda həbsdə olan oğlu Pərvizin vasitəsilə İİR-nın vətəndaşı olan tanımadığı şəxslə tanış olmuş və bundan təxminən bir həftə əvvəl həmin İİR-nın vətəndaşının dediyi yerdən narkotik maddələri götürüb onun dediyi yerlərə qoymuş və bunun qarşılığında qabaqcadan onunla arasında olan razılığa əsasən ona pul verməliymiş. 23 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində İİR-nın vətəndaşı olan həmin şəxsin dediyi yerdən narkotik maddələri götürmüşdür.Təxminən saat 22:40 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək BNMİ-nin əməkdaşı olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış keçirilməsi üçün ərazi üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər, o da razılaşaraq polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə gəlmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əlində olan sellofanı, çiynindən asdığı qara rəngli əl çantasından bir ədəd özünə məxsus “Samsung" markalı mobil telefonunu, çantasının içində olan pul kisəsindən 2006 manat nağd pulu çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik maddələr marixuana və tiryək, dərman həbləri isə Metadon dərmanlarıdır, həmin narkotik vasitələri oğlu Pərvizin vasitəsilə tanıdığı İİR-nın vətəndaşı olan tanımadığı şəxsin dediyi yerdən götürüb yenə də onun deyəcəyi yerə qoymaq məqsədilə üzərində daşımış və bunun qarşılığında həmin İİR-nın vətəndaşı olan "Qaqaş" adlı şəxs ona pul verməliymiş. Təxminən bir həftə əvvəl də İİR-nın vətəndaşı olan həmin şəxsin dediyi yerdən narkotik maddələri götürüb onun dediyi yerə qoymuş və bunun qarşılığında da ona həmin şəxs pul ödəməliymiş. Bundan sonra həmin bükümlər və mobil telefonu götürülərək qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Sonra isə üzərinə baxış davam etdirilmiş və qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Sonda isə üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri əldə etdiyi İİR-nin vətəndaşı olan "Qaqaş" adlı şəxsin adını bilsə də, onun digər məlumatlarını bilmir. Onu həbsdə olan oğlu Pərvizin vasitəsilə tanımışdır. İİR-nın vətəndaşı olan "Qaqaş" adlı şəxslə arasında bu barədə razılaşma olmuşdur. Belə ki, həmin İİR-nın vətəndaşı olan "Qaqaş" adlı şəxs onun dediyi yerdən narkotik maddələri götürüb onun dediyi yerə qoymaq və bunun qarşılığında ona pul verməsi ilə bağlı qabaqcadan razılıqları olmuşdur. Narkotik maddələrin satışı ilə məşğul olur. Narkotik maddələri tanımadığı şəxslərə satmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixli şübhəli və 22 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində müfadəçisinin iştirakı ilə dindirilən zaman verdiyi ifadələrində göstərmişdir ki, narkotik vasitərin və psixotrop maddələrin qəbulu ilə məşğul olmur. 21 oktyabr 2022-ci il tarixdə, təxminən saat 00:45 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «Ən ucuz» marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü sol əlində saxlamış olduğu qara rəngli əl çantasını açıb içərisindəki 01 ədəd bir tərəfi şəffaf, digər tərəfində isə ’’soffıne” sözləri yazılmış yaşıl rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlama açılan zaman bağlamanın içərisində 01 ədəd qara rəngli sellofan bükümün, həmin bükümün içərisində başqa bir qara rəngli sellofan bükümün, ən sonda həmin bükümün içərisində sulu halda spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı çantasından aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni hazırda məhkum olunmuş oğlunun mobil telefonundan kömək istəmək məqsədilə danışmış olduğu İran vətəndaşı ilə əlaqə saxladıqdan sonra İran vətəndaşının müəyyən yerlərə narkotik vasitələri atdığını, pul qarşılığında həmin narkotik vasitələri İran vətəndaşının dediyi digər yerə atdığını, üzərindən aşkar olunmuş narkotik vasitəni isə Bakı şəhəri 4-cü mikrorayon ərazisindən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitəni almaq üçün pul veməmiş, məqsədi isə İran vətəndaşının dediyi yerlərə qoymaq olmuşdur. Üzərindən aşkar edilmiş “Tam” kart bank kartı bacısı Xuraman Hüseynovanının adına olmuş və onu şəxsi istifadəsi üçün götürmüşdür. Samsung markalı mobil telefonun üzərində olan mobil nömrə ***-***-**-** olmuş, kağız üzərində olan nömrələr isə ailə üzvlərinə məxsus olan nömrələr olmuşdur. Əvvəllər də həmin tanımadığı iranlı şəxs üçün narkotik vasitələri və psixotrop maddələri bir yerdən götürüb başqa bir yerə qoymuşdur. Saxlanılan zaman ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olduğu üçün tərəflərindən bununla bağlı 23 sentyabr tarixində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küşəsində tədbir keçirilmişdir. Belə ki, həmin ərazidə Təqsirləndirilən şəxs adlı qadını saxlamış, daha sonra onu Suraxanı rayonu, 31-ci polis bölməsinə aparmışlar. Bölməyə apardığıqları zaman vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi baxış keçirilmişdir. Ruqiya Əsərovanın əlindəki bağlamada 3 büküm narkotik vasitə olmuşdur. Onlardan 1 büküm tiryək və 2 büküm marixuana, həmçinin 6 qutu metadon həbləri olmuşdur. Ruqiya Əsərova qeyd olunan narkotik vasitələri İİR vətəndaşının sifarişi ilə götürdüyünü və deyəcəyi ünvana verəcəyini bildirmişdir, həmçinin İİR vətəndaşını da məhkum olan oğlu Pərvizin vasitəsilə tanıdığını bildirmişdir. Şahid1 bildirmişdir ki, Ruqiyanı Suraxanı ərazisində olan “Atet” zavodunda saxlamışlar, əvvəlcədən onu tanımamışdır və əməliyyatın rəhbəri özü olmuşdur. Ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən Ruqiyanın portaldan şəxsiyyətini də çıxartmış, oxşar əlamətlərindən bənzətdikləri üçün onu saxlamışlar. Əvvəlcədən Ruqiyanı izləməmişlər, onu Suraxanı ərazisindən müşahidə etmişlər. Şahid1 bildirmişdir ki, hadisə günü orada onunla birlikdə Şahid2 olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Ələsgər qızının narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında məşğul olması barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində tərəflərindən Suraxanı rayon ərazisindən saxlanılaraq Suraxanı rayonunda yerləşən 31-ci Polis Bölməsinə aparılmışdır. Orada xidməti otaqların birində təhqiqatçı, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hər hansı qanunsuz maddələrin üzərində daşınması ilə bağlı təkliflər irəli sürülmüş, sonra həmin şəxs əlində olan çantanı təqdim etmişdir. Həmin çantada dediyinə görə, 2 büküm marixuana və 1 büküm də tiryək adlanan narkotik vasitə, həmçinin həmin çantada metadon həbləri də olmuşdur.Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etdiyini soruşduqda oğlu Pərviz vasitəsilə tanış olduğu İİR vətəndaşı vasitəsilə narkotik vasitələri əldə etmiş və deyilən ünvana qoymuşdur. Şahid1la Suraxanı rayonu ərazisində müşahidə aparmış və elə orada da Ruqiyanı saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini Şahid3 oğlu ifadəsində göstərmişdir ki, hadisə 2022-ci ilin oktyabrın 21-i axşam radələrində baş vermişdir. Təqsirləndirilən şəxs Ələsgər qızının narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında məşğul olması barəsində əməliyyat məlumat daxil olmuş, Sumqayıt şəhərində onun olacağı yerlər ətrafında gəzinti aparılmış, Sumqayıt şəhərində yerləşən “Ən ucuz market” adlanan ərazidə Təqsirləndirilən şəxs görmüş və onu saxlamışlar. Daha sonra onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmiş, orada xidməti otaqların birində təhqiqatçı və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu demişdir. Əməliyyat axşam saat 22:00 radələrində olmuş, Təqsirləndirilən şəxs saat 00:00-01:00 radələrində çöldə saxlamışlar. Ruqiyaya yaxınlaşıb özlərini təqdim etmiş, saxlanılan vaxt hadisə yerində vəkil olmadığı üçün onun üzərinə baxış keçirməmişlər. Daha sonra onu maşınla polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs maşında arxa oturacaqda oturmuşdur, onun yanında kimin oturduğunu xatırlamamış, amma maşını özü idarə etmişdir. Təqsirləndirilən şəxs üzərindən bir büküm heroin aşkar edilmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPt-nin cinayət-axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyir. Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Sumqayıt şəhəri ərazisində üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başmda yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtanş tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Yelmar Mehdiyev rəhbərliyi altında CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4, XTB-nin polis nəfəri polis serjantı Şahid5, ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov, ŞPİ-nin KTB-nin krimanilisti, polis mayoru Elnur Qocayev və məndən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Şahid4 və Şahid5lə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 17-ci mikrorayon X2 küçəsində yerləşən “Ən ucuz” market və onun ətrafı müşahidəyə götürülmüşdür. 21 oktyabr 2022-ci il tarixdə saat 00:45-də “Ən Ucuz” marketin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri Şahid5 və Orxan Başəliyevlə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasmı soruşmuşlar. Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantasmda sellofan bağlamada külli miqdarda narkotik vasitə heroin olmasmı bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Sumqayıt ŞPİ-də təhqiqatçı X4 Əsgərovanı şübhəli şəxs qismində tutduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etməsi üçün ŞPİ-nin əməkdaşı, polis serjantı Mələk Əhmədova dəvət olunmuşdur. Bundan sonra ŞPİ-nin KTB-nin ekspert kriminalisti Elnur Qocayev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli əl çantasını açıb içərisindən bir ədəd bağlama çıxararaq içərisində narkotik vasitə heroin olmasmı bildirmişdir. Həmin bağlama açılan zaman içərisində bir ədəd qara rəngli sellofan bükümün içərisindəki başqa bir bükümdə sulu halda spesifik iyə malik qəhvəyi rəngli narkotik vastə heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli əl çantasından Samsung markalı mobil telefon, 1 ədəd Tam kart və iş üçün əhəmiyyət kəbs etməyən digər əşyalar aşkar edilmişdir. Bundan sonra Mələk Əhmədova tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisinin 199,96 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sorğu edilən zaman sonuncu həmin narkotik vasitə heroini həbsdə olan oğlunun vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladıqdan sonra sonuncunun tapşırığı əsasında götürərək pul qarşılığında İran vətəndaşının deyəcəyi başqa yerə aparıb qoymalı olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə heroini də Bakı şəhəri 4-cü mikrorayon ərazisindən götürdüyünü bildirmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məğul olması barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə mütəmadi olaraq əməliyyat məlumatları daxil olsa da o tutulduğu günədək həmin məlumatların realizə olunması mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirilmə ilə bağlı olaraq əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatına əsasən, Şahid3 və Şahid5lə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən ucuz market” adlanan marketin ətrafında əməliyyat-axtarış tədbirləri davam etmişdir. Həmin vaxt iş üzrə Təqsirləndirilən şəxs saxlanılmış, özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Orada müvafiq sənədləşdirilmə aparmaq uyğun olmadığından onu idarəyə aparmış, idarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zamanı onun üzərindən narkotik vasitə heroin aşkar olunmuş və həmin narkotik vasitə qablaşdıralaraq, sənədləşdirilmişdir. Aşkar olunan narkotik vasitə heroinin təxmini çəkisi 150-200 qram olmuşdur. Əməliyyatın rəhbəri Şahid3 olmuşdur. Əməliyyatda olarkən 3 nəfər olmuşlar və Təqsirləndirilən şəxs gecə radələrində saat 00:00—01:00 saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən ucuz market” ətrafında çöldə saxlamışlar. Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Saxlandıqdan təxminin 20 dəqiqə sonra idarəyə aparılmış, təhqiqatçının otağında vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs onlara “mənim oğlum da tutulub, ona kömək məqsədi ilə bu hərəkəti etmişəm” demişdir. Şahid Sumqayıt ŞPİ-nin XTB-nin polis nəfəri polis serjantı Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, o, Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli torbada narkotik olduğunu bildirərək həmin torbanı təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs çantasından bir ədəd “Samsung” markalı mobil telefon və 2006 manat pul çıxarıb təqdim edir. Bir ədəd qara rəngli torbaya baxış keçirilən zaman 2 ədəd bağlamada tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş mariuxna, digər 1 ədəd bağlamada isə narkotik vasitə tiyək aşkar edilir. Həmçinin 6 ədəd qutuda hər birinin içərisində 10 ədəd konvalyut, hər konvalyutda isə 10 ədəd olmaqla ümilikdə 600 ədəd üzərində “Metadon-40” yazısı olan metadon dərman həbləri aşkar edilir. Dərman həblərinin tamlığı pozulmamış vəziyyədə olmuşdur. Təqsirləndirilən şəxs bağlamanı iran vətəndaşının qoyduğunu, iranlının nömrəsini oğluna məxsus mobil telefondan götürdüyünü və həmin iranlı ilə danışdığını bildirərək oğlunun həbsdə olduğunu göstərir. Həmin bağlamanı Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindən götürdüyünü, iranlının tapşırığı əsasında müxtəlf yerlərə qoyacağını və qarşılığında pul əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs birinci dəfə özünün iranlıya zəng etdiyini bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunub- olunmadığını soruşduqda sonuncu ona qarşı heç bir formada təzyiq olmadığını bildirir. Daha sonra aşkar olunanlar qablaşdırılaraq möhürlənir və götürülür. 2006 manat pul isə Təqsirləndirilən şəxs qaytarılır. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli çantasından bir ədəd sellofan büküm çıxararaq təqdim edir. Təhqiqatçı həmin bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs içərisinə baxmadığını, lakin iran vətəndaşının qoyduğunu bildirərək narkotik olduğunu bildirir. İranlının nömrəsini oğluna məxsus mobil telefondan götürdüyünü və həmin iranlı ilə danışdığını bildirərək oğlunun həbsdə olduğunu göstərir. Həmin bağlamanı Bakı şəhərində 4-cü mikrorayondan götürdüyünü, iranlının tapşırığı əsasında müxtəlif şəxslərə verməli olduğunu və bunun qraşılığında iranlının ona köməklik edərək pul verəcəyini bildirir. Üzərində “soffıne” sözü yazılmış bir ədəd şəffaf rəngli büküm açıldıqda içərisində qara rəngli sellofan büküm olması, həmin bükümün içərisində də başqa bir qara rəngli sellofan bükümdə sulu halda qəhvəyi rəngli narkotik vasitə heroin olması müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs əlində olan çantasına baxış keçirən zaman aşkar olunmuş 1 ədəd Tam kart, 3 ədəd vizit kart, 3 ədəd üzərində teelfon nömrələri qeyd olunmuş kağız və bir ədəd Samsung markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülür. Daha sonra aşkar olunanlar qablaşdırılaraq möhürlənir və götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung Galaxy J 5" markalı mobil telefona baxış keçirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər və SMS-lər siyahısına, həmçinin qalereya bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir zəng, SMS, foto, video və ya digıər məlumat aşkar edilməmişdir. Mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman müəyyən edimişdir ki, +**********84 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında vatsap zəngləri, qarşılıqlı səsli mesajlar göndərilmişdir. Belə ki, 23 sentyabr 2022-ci il tarixdə saat 19:43-dən başlayaraq qeyd olunan nömrədən Təqsirləndirilən şəxs səsli mesaj göndərilmişdir. Bundan başqa qeyd olunan nömrədən saat 22:08 dəqiqədə məkan (konum) göndərilmişdir. Saat 22:35 dəqiqədə isə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan nömrəyə bir ədəd böyük qara rəngli polietilen torbanın şəkli göndərilmişdir. Bundan başqa vatsap bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilməmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 6/5473 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxsnm əlində saxladığı...” sözləri olan kağız yapşıdırılmış bir ədəd bağlamada bir ədəd bükümdə təmiz çəkisi 1000 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 60 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 600 ədəd olan açıq-qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 24 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 6/6120 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs aşkar... “ sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 7/1088 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxsnm əlində saxladığı torbadan aşkar edilmiş ...” sözləri yazılmış qara rəngli polietilen bağlamada skoçla bağlanmış iki ədəd şəffaf bağlamada ayrı ayrılıqda əmiz çəkiləri 1010 qram və 1045 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi 2055 qramdır (2 kq 55,0 qram). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 5837 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 2660 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlikvə ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 194,950 qram qalıq heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 21 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin videoçəkilişi əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin matyeriallarında saxlanması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 dekabr 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 999,9 qram qalıq tiryək, 596 ədəd metadon həbləri, 2054,8 qram qalıq qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Suraxanı RPİnin maddi sübutları saxlanc anbarına təhvil verimiş, 23 sentyabr 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin videoçəkilişi əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2023-cü il tarixli “Sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə və 21 oktyabr 2022-ci il tarixdə saxlanılan zaman istifadəsində olmuş iki ədəd “Samsung Galaxy J 5” markalı mobil telefonda cinayət təqibi üzrə sübut əhəmiyyət kəsb edə biləcək məlumatlar olduğundan həmin telefonlar maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs haqqında Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması, İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqda məqsədinin ona göndərilən pulu götürməkdən ibarət olması, həmin pulun müqabilində hər hansı narkotik vasitəni daşıyaraq müəyyən ünvanlara çatdırması barədə göstərilənlərin həqiqəti əks etdirməməsi, verilmiş ittihamda qeyd olunan narkotik vasitələri polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 24 sentyabr və 21 oktyabr 2022-ci il tarixllərdə şübhəli şəxs kimi, 25 sentyabr və 22 oktyabr 2022-ci il tarixllərdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xx xxxx 1958-ci il təvəllüdlü olmaqla hal hazırda 67 yaşının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım ağırlaşdıran hallar kimi müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona sanksiyada göstərilən aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 194,950 qram qalıq heroin, Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmiş 999,9 qram qalıq tiryək, 596 ədəd metadon həbləri, 2054,8 qram qalıq qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung Galaxy J 5” markalı mobil telefonlar yaxın qohumlarına qaytarılmalı və 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 235 (iki yüz otuz beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd bükümdə 194,950 qram qalıq heroin, bir ədəd bükümdə 999,9 qram qalıq tiryək, 596 ədəd metadon həbləri, 2054,8 qram qalıq qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung Galaxy J 5” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. 02 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 235 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar