Məhkəmə qərarları › İş №1(124)-194/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-194/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-194/2025 16.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs internet vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri müəyyən qazanc müqabilində tapşıracağı yerə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 17 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində qrupun üzvü, şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisinə qoyduğu “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıları”na (İ, İİ Siyahı) daxil olan 1 ədəd sellofan bükümdə çəkisi 85,731 qram olan ağ rəngli, külli miqdarda, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində “Methadone 40” markalanma göstəricisi yazılmış, metadon təsiredici maddəsinin ümumi miqdarı 8,2 qram olan külli miqdarda, 21 ədəd konvalyutda, ümumilikdə 205 ədəd üzərlərində “F/M40”yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı metadon həblərini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi, X7 yerləşən mənzilinə daşıyıb, orada hissələrə ayıraraq, 01 ədəd bükümdə 2,577 qram çəkidə psixotrop maddə metamfetamini öz üzərində, 01 ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bükümdə çəkisi 83,154 qram olan psixotrop maddə metamfetamini və 205 ədəd metadon həbini isə yaşadığı qeyd edilən mənzildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 aprel 2024-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində saxlanılaraq Binəqədi rayon polis idarəsinə gətirilmiş, həmin tarixdə saat 02:00-dan saat 02:35-dək idarənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 2,577 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı kimi onun yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi, X7 yerləşən fərdi mənzilə həmin gün saat 03:40-dan saat 04:15-dək keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının baş tərəfində döşəyin altında qoyulmuş bir ədəd qəhvəyi rəngli, dəri çantada 01 ədəd sellofan bükümdə çəkisi 83,154 qram çəkidə psixotrop maddə metamfetamin, və üzərində “Methadone 40” markalanma göstəricisi olan 21 ədəd konvalyutda, ümumilikdə 205 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü saat 17:00 radələrində o, tanışının evinə getmiş, çünki maşın almaq istəmişdir, internetdən başı çıxmamışdır. Təxminən yarım saat oturduqdan sonra acdığı üçün mağazaya getmək istəmişdir, çölə çıxan kimi 3 nəfər polis əməkdaşı onu tutmuş, ad soyadını soruşmuşlar, özünü təqdim etmiş, sonra isə əlini qandallamış, cibini axtarmış, üzərindən ancaq telefon çıxmışdır. Sonra onu aparmış, otağa salmış, əl-qolunu da bağlamış, evini axtarmış, heç nə tapmamışlar. Sonra Binəqədi rayon polis idarəsinə onu iki nəfər əməliyyatçı aparmışdır, 1 saat sonra vəkil çağırılmış, vəkil gəlmiş və ondan soruşmuşdur ki, “səni döyən, söyən varmı?”, demişdir ki, yoxdur. Sonra başqa bir polis gəlmiş, başını aşağı salmağını bildirmişdir və ondan niyə narkotik vasitə istifadə etdiyini soruşmuş, o da “sən öl” deyərək narkotik vasitə istifadə etmədiyini dediyi üçün ona şillə vurmuşdur, bundan sonra başını skoçlamış və o da özündən getmiş, ayılanda artıq otaqda heç kim olmamışdır. Sonra özünü ona Orxan kimi təqdim edən Tural adlı əməliyyatçı gəlib demişdir ki, narkotik istifadəçisi olmağını boynuna götürsün, yoxsa evindən 1 kq narkotik vasitə çıxardacaqlar, hətta oğlunu da tutacaqlar. Ona demişlər ki, onu 48 saat sonra buraxacaqlar, o da qorxmuşdur ki, birdən oğlunu da narkotik vasitə istifadəçisi kimi tutarlar. Sonra 15 dəqiqə keçmiş, bir mayor içəri girmiş, sonra Tural və Ramil gəlmiş, Tural narkotik vasitəni stolun üstünə qoymuş, ona “cibinə qoy, çəkilişdə də cibindən çıxart,” demişlər, onlar onu 48 saat sonra buraxacaqlarını demişlər, o da qorxduğu üçün heç vaxt çəkməmiş olsa da, “ yaxşı “ demişdir. O, heç o narkotik vasitələrin adlarını da bilməmişdir. Çəkilişdə dərmanların adlarını bir vərəqə yazdırmış və sonra da kameranın arxasından Tural göstərdiyi vərəqdəki dərmanların adını demiş, ona daha sonra demişlər ki, gedib evinə də baxış keçirsinlər, onu Mehdiabada aparmış, lakin o, o evdə yaşamır, onun yaşadığı yer Salatın Əsgərova 74 ünvanıdır. Qapı bağlı olmuş, polislər dəmirlərlə qapını açmış, onu çöldə saxlamışlar, ilk öncə, iki nəfər içəri girmiş, sonra çölə çıxaraq ona demişlər videoda desin ki, evdəki psixotrop maddədir və 150 manata almışdır. O, ona görə onların dedikləri ilə razılaşmışdır ki, evindən 1 kq çıxartmasınlar. Onun telefonunda iranlı şəxsin nömrəsi olmamışdır. Həmin gün onlar özləri telefonunda məkanları atmışlar. Onun da başı çıxmır, niyə ona qarşı belə qanunsuzluqlar edilmişdir. Onun anten məlumatlaraını çıxarıb baxılsa görünər ki, o, Keşlədə olmamışdır. O, şəhər məhkəməsində polislərin dediyi kimi ifadə vermişdir, çünki qorxmuşdur, ona görə şəhər məhkəməsində istifadəçi olduğunu demişdir. Verilən suallara cavab olaraq bildirdi ki, onu Mehdiabadda məhlədən çıxanda 17 apreldə saat 18:00 radələrində saxlamış, Abşerondan Binəqədiyə aparmışlar, çıxmaz küçələr olmuşdur. Qeyd edilən nömrə onun olmuş, lakin telefonunda nə məkan, nə şəkil olmamışdır, onları polislər özləri atmışlar. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə CM-nin 221.1-ci maddəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik vasitələri adətən sosial şəbəkələr vasitəsilə əlaqə yaratdığı, tanımadığı İran İslam Respublikası vətəndaşlarından almışdır. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotik vasitələri qoyduqları yerlərin ünvanlarını “WhAttsap” mobil tətbiqi vasitəsilə ona göndərmiş, o isə həmin ünvanlara gedərək narkotik vasitələri götürüb təyin olunmuş şəxslərə çatdırmaq müqabilində pul qazanmışdır. İran İslam Respublikası vətəndaşının onun götürməsi üçün qoyduğu narkotik vasitə və psixotrop maddənin miqdarından asılı olmayaraq hər dəfə müəyyən miqdar pul və ya narkotik vasitə əldə etmişdir. Qazandığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 17 aprel 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ona Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisinə qoyduğu külli miqdarda narkotik vasitəni və psixotrop maddəni götürüb onun dediyi ünvana yerləşdirməklə qarşılığında pul və ya narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsə 150 manat pul göndərmişdir. Həmin şəxs isə narkotik vasitləri deyilən ünvanlara çatdırmaq üçün Aftandil Əskərova demişdir. Təqsirləndirilən şəxs da 17 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində “Məhəmməd" adlı İran İslam Respublikası vətəndaşının onun mobil telefonun konum əsasında göndərdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ünvanına getmiş və bir qədər axtardıqdan sonra divarın dibində daşın üzərində 01 ədəd sellofan bükümdə olan külli miqdarda psixotrop maddələri və metadon həblərini tapmışlar. Həmin sellofan torbanı yaşadığı Abşeron Rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evinə gətirmişdir. Burada əldə etdiyi 20 ədəd list və bir ədəd yarım list metadon həbini və kulli miqdarda psixotrop maddə metamfetamini qəhvəyi rəngli kiçik dəri çantanın içərisinə qoymuşdur. Daha sonra əldə etdiyi psixotrop maddə metamfetamindən bir büküm ayıraraq əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Digər psixotrop maddə metamfetamini və 20 ədəd list və bir ədəd yarımlist olan metadon həbini isə qəhvəyi rəngli çantanın içərisinə qoyaraq rezinlə bağlamış və yataq otağında çarpayının baş tərəfində döşəyin altına qoyaraq gizlətmişdir. Daha sonra əldə etdiyi psixotrop maddəni bir büküm şalvarının cibinə qoyub yaşadığı mənzili tərk etmişdir. Daha sonra isə Bakı şəhəri Binəqədi rayonu, Gülüstan qəsəbəsi ünvanına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində piyada şəkildə hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etdikdən sonra onu Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmiş, Təqsirləndirilən şəxs isə buna etiraz etmədən idarəyə gəlmişdir. Xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Aftandil Əkbrova hüquq və vəzifələri izah edilmişdir. Daha sonra müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Daha sonra üzərinə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təhqiqatçıya təqdim etmiş və içərisindəki ağ rəngli, kristal hissəciklərdən ibarət, spesifik iyə malik kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və “SİM kart” yuvasına daxil edilmiş “+994- ***-***-**-**” mobil nömrəsi ilə birlikdə götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən qanunla saxlanılması qadağan olunmuş başqa hər hansı əşya, predmet və sair aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Daxili İşlər Nazirliyinin 172 nömrəli möhürü ilə möhürlənmiş, o, təhqiqatçı, həmçinin digər polis əməkdaşları tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar edilmiş “Samsung” markalı mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb qablaşdırılmışdır. Şifahi sorğu zamanı ondan həmin kütlənin kimə məxsus olduğu və necə və haradan əldə etdiyi, üzərindən başqa hər hansı ünvanda narkotik vasitə gizlədib-gizlətmədiyi soruşulmuşdur. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, psixotrop maddələri və metadon həblərini başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa yaşadığı Abşeron Rayonu, Mehdiabad qəsəbəsində X8 fərdi həyət evində də külli miqdarda psixotrop maddə və metadon həbləri saxladığını bildirərək və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərinə müdaxilə olunmamış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Şəxsi axtarış aparıldıqdan sonra o, polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsi, X7 yerləşən mənzilə getmiş və baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mənzildə qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələrin harada olması ilə bağlı sual verilmiş və həmin kütlələrin təqdim olunması təklif edilmişdir. Bundan sonra o, yaşadığı mənzilin yataq otağındakı çarpayının baş tərəfində döşəyin altında saxladığı, üzərinə pal-paltar yığılmış 1 ədəd qəhvəyi rəngli, dəri çantanın içərisindəki 01 ədəd bükümdə psixotrop maddə metamfetamini və rezinlə bağlanmış hər birinin içərisində 10 ədəd olan 20 list “Methadone F/M40” və bir ədəd yarım list içərisində 5 ədəd olan ümumilikdə 205 ədəd metadon həblərini könüllü surətdə təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 172 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin otaqlarına baxış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar olunmamışdır. Ardınca ondan mənzildə aşkar olunmuş psixotrop maddələrin və metadon həblərinin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə mənzildə saxlanıldığı soruşulmuş, Təqsirləndirilən şəxs isə ona verilən suallara cavab olaraq həmin kütlələrin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisindən deyilən şəxslərə çatdırmaq məqsədilə götürüldüyünü, bunun müqabilində pul alacağını, daha əvvəl yaşadıqları mənzilə baxış keçirilmədiyini, üzərində olan psixotrop maddəni evdə olan bükülüdən götürüb bir hissə ayıraraq cibində qoyduğunu bildirmişdir.(cild 1 i.v. 70-72) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürərək Binəqədi rayonu ərazisinə daşımaqla satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə 17 aprel 2024-cü il tarixdə onun rəhbərliyi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 23:50 radələrində Şahid1 və əməliyyat qrupunun digər üzü Şahid2 Binəqədi rayonu, Gülüstan qəsəbəsi ərazisində olarkən həmin ərazidə gəzən və xarici görkəmindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra həmin şəxsi şübhəli olduğunu bildirib Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan cins şalvarın cibindən 1 ədəd sellofan bükümdə üzəri yapışqanlı lentlə bağlanmış külli miqdarda psixotrop maddəyə bənzər kütlə çıxarıb təqdim etmişdir. Şübhəli şəxsin və digər iştirakçıların gözləri qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və mobil telefon ağ rəngli kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanmışdır. Təqsirləndirilən şəxs bükümün özünə məxsus olduğunu və sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi ərazisində gizlədildiyini, bükümü başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, bundan başqa yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən fərdi yaşayış evində də psixotrop maddə metamfetamin və metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən mənzilə gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağındakı çarpayının baş tərəfində döşəyin altında qəhvəyi rəngli dəri çantada 1 ədəd şəffaf rəngli, sellofan torbanın içərisindəki 01 ədəd bükümü və 20 list dərmanı polis əməkdaşlarına təqdim etmişlər. Həmin bükümün şəffaf sellofandan ibarət olmaqla üzəriləri yapışqanlı lentlə bağlanmış, içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin sellofan torbanın içərisində ağ rəngli kiçik kristal hissəciklərdən ibarət maddə aşkar edildi. Bundan sonra hər birinin içərisində 10 ədəd olmaqla 20 list və bir ədəd içərisində 5 ədəd olan ümumilikdə 205 ədəd metadon həbi aşkar edilərək götürüldü. Həmin bükülü elektron tərəziyə qoyularaq çəkildi. Bundan sonra mənzildən aşkar olunmuş üzərində “Methadone 40” markalanma göstəricisi olan 21 ədəd konvalyutda ümumilikdə 205 ədəd üzərlərində “F/M40”yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon həbləri aşkar edilərək götürüldü. 20 list hər birində 10 ədəd olmaqla və bir ədəd yarımlist içərisində 5 ədəd olan ümumilikdə 205 ədəd metadon həbi aşkar edilərək götürüldü. Həmin bükümlərdəki kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və zərfin üzəri Daxili İşlər Nazirliyinin 172 saylı möhürü ilə möhürlənmidir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsilə tanış olduqları “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, üzərindən və yaşadığı mənzildən başqa heç yerdə narkotik vasitə və psixotrop maddə və metadon həbləri saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə mənzilə və üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Məhkəmədə məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsindən görünür ki, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2024-cü il tarixli və “şəxsi axtarış keçirilməsi barədə diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 18 aprel 2024-cü il tarixdə saat 02:00-dan saat 02:35-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə çəkisi 2,577 qram olan psixotrop maddə metamfetamini və 1 ədəd “Samsung” markalı mobil telefonu (“SİM kart” yuvasına daxil edilmiş “+994-55-811- 68-68” mobil nömrəsi ilə birlikdə) təqdim etmiş, həmin büküm və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd diskə (“DVD”-yə) köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1 i.v. 34-35, 179-180) ‘‘Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 aprel 2024-cü il tarixli və “mənzilə baxış keçirilməsi barədə diskə baxış keçirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, 18 aprel 2024-cü il tarixdə saat 03:40-dan saat 04:15-dək Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi, X7 fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin yataq otağında çarpayının baş tərəfində döşəyin altına qoyduğu, 1 ədəd qəhvəyi rəngli dəri çantanı çıxardaraq təqdim etdi. Daha sonra Həmin qəhvəyi rəngli dəri çantanın içərisinə baxış zamanı müəyyən edildi ki, çantanın içərisində 01 ədəd şəffaf rəngli sellofan torbada külli miqdarda təmiz çəkisi 83,154 qram olan metamfetamin və hər birinin içərisində 10 ədəd olmaqla 20 list və bir ədəd yarımlist içərisində 5 ədəd ümumilikdə 205 ədəd metadon həbi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd diskə (“DVD”-yə) köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir.(Cild 1 i.v. 40-41, 184-192) ‘‘Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 sentyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki 26 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən olmuşdur ki,, Təqsirləndirilən şəxs məxsus “**********31616/01/” və “ **********31618/01 “” imei kodlu “Samsung” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, həmçinin ***-***-**-** GSM nömrəsi ilə istifadə edilən “Whatsapp” sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirildi. “Qalereya” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları qeyd etmək üçün çəkilmiş şəkillər, narkotik vasitə və psixotrop maddələri almaq üçün pul göndərdiyi çeklərin qəbzlərin şəkilləri, narkotik vasitə əldə etdiyi ünvanların şəkilləri, bundan başqa həmin telefonun qalereyasında elektron tərəzi üzərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddə şəkilləri əks olunmuşdur. “Kontaklar” menyusuna daxil olunduqda “+98-990-765- 9397” mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “Məhəmməd” adı ilə qeyd olunduğu, bundan başqa +98-938-0741-023 mobil nömrəsinin mobil telefona “Mehemmed Cebi” adı ilə qeyd olunduğu və həmin nömrələr ilə mütəmadi olaraq mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinə daxil olunduqda isə “Mehemmed” və “Mehemmed Cebi" adı ilə qeyd edilmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında adı çəkilən sosial şəbəkədə mütəmadi olaraq zəng etməklə əlaqə saxlanıldığı, narkotik vasitə və psixotrop maddəgöndərilən ünvanların yazıldığı və həmin vasitələrinhara atılmasının şəkilləri və həmin şəxslər ilə aralarında mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə alış-verişi müəyyən edildi. Qeyd edilənlərdən başqa baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən hər hansı məlumat və qeydiyyat müşahidə olunmamışdır.(Cild 1 i.v. 184-192) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1890 nömrəli arayışdan görünür ki, nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibinin 1977-ci il təvəllüdülü bacısı X6, 2004-cü il təvəllüdlü oğlu X4, 2014-cü il təvəllüdlü oğlu X5 və 1952-ci il təvəllüdlü anası X3, ibarət olması müəyyən edilmişdir. Bundan başqa həmin məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Əkbərov X1 Rayonu, Mehdiabad qəsəbəsindəı qeydiyyatsız yaşayır, iki övladı vardır. Ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, sakinlərin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi rəy daxil olmamışdır.(cild 1 i.v. 193-194) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx"MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-16811/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 16 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı Zənglərin məxsusluq tarixçələri, müştəri zənglərinin detallaşdırlması və hansı anten əhatə dairəsində istifadə olunmalarına dair DVD diskdən görsənir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il taridə saat 23:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi döngə 1 ünvanında olmuşdur.(Cild 2 i.v. 20-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx"MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx"MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-16811/24 nömrəli məktubla daxil olmuş, ağ rəngli 1 (bir) ədəd “Verbatim” markalı “CD” disk “HP” markalı xidməti kompüter dəstinin sistem blokuna yerləşdirilmiş və kompüterin proqram təminatı vasitəsilə açılaraq baxış keçirilmişdir. Baxış zamanı diskin içərisində “Zənglərin_Məxsusluq_Tarixçələri MSİSDN:(hamısı-abunə ilə) -**********68 “Vaxt Aralığı” xx.xx.2024 00:00:00-xx.xx.2024 00:00:00 adlı “PDF” uzantılı 02 (iki) ədəd fayl olduğu aşkar edilmişdir. Diskdə olan fayllardakı cədvəllərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus +**********68 mobil nömrəsi xx.xx.2024-cü il tarixdə saat 23:40:46 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində olan zaman "xxxx" anten əhatə dairəsinə düşmüşdür və həmin mobil nömrədən 560 saniyə müddətində telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi döngə 1 ərazisində olmuşdur.(cild 2 i.v. 55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.8-ci bəndinə əssən cəzadan azad edilmişdir.(cild 1 i.v. 87-88) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2100 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün № 172” möhür əksi olan, "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,577 qram və bir ədəd torbada təmiz çəkisi 83,154 qram olan ağ rəngli, kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 21 ədəd konvalyutda, ümumilikdə 205 ədəd üzərlərində “F/M40”yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 205 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 8,2 qram təşkil edir.(üzərində qeyd olunmuş göstəriciyə əsasənbir həbdə 0,04 qram metadon olmaqla)Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2(iki)ədəd bükümdə olan metamfetaminin ümumi təmiz çəkisi 85,731 qram təşkil edir və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon-2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in İ siyahısına daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 85,731 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 85,581 qram. Tədqiqata təqdim olunmuş metadon həbləri-205 ədəd, sərf edildi 5 həb, qalıq 200 həb (cild 1 i.v. 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 31 iyul 2024-cü il tarixli 5234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür.(9cild 1 i.v. 167-168) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş qalığı təmiz çəkisi 85,581 qram olan psixotrop maddə metamfetamin və qalığı 200 ədəd metadon həbləri , BAKCELL”MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-16811/24 nömrəli məktubla daxil olmuş 01(bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, 85,581 qram olan psixotrop maddə metamfetamin və qalığı 200 ədəd metadon həbləri saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş, “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk və “Samsung” markalı mobil telefon isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə: 58-78) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5 adında azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda olması, narkotik vasitə və psixotrop maddə göndərilən ünvanların yazıldığı və həmin vasitələrin hara atılmasının şəkilləri, şəxslərlə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə alış-verişi ilə bağlı yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metadon» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(cild 1, i.v.24, 60-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş qalığı təmiz çəkisi 85,581 qram olan psixotrop maddə metamfetamin və qalığı 200 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, BAKCELL”MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-16811/24 nömrəli məktubla daxil olmuş 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, evə baxış və götürülmə aparılması haqqında videogörüntülərin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş qalığı təmiz çəkisi 85,581 qram olan psixotrop maddə metamfetamin və qalığı 200 ədəd metadon həbləri məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar