Məhkəmə qərarları › İş №1(124)-195/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-195/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-195/2023 02.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin özünün iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı İran İslam Respublikasının vətəndaşının 160 manat pul müqabilində Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metro stansiyasının yanında olan "Golden- Rose" mağazasının yanına qoyduğu külli miqdarda təmiz çəkisi 10,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 3,335 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 23 yanvar 2022-ci il tarixdə, saat 02:15 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Aviakassa”nın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 10,229 qram kustar üsulla hazırlanmış vasitə olan heroin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 3,335 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, heroin növündə narkotik vasitədən və metamfetamin növündə psixotrop maddədən istifadə etmişdir. Narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Cavid adlı şəxsdən almışdır. Cavid adlı şəxs narkotik vasitə və psixotrop maddəni atdığı ünvanı bildirmiş, əvvəlcədən tanıdığı Cəlal Əliyev ilə birlikdə həmin narkotik vasitə və psixotrop maddələri götürməyə getmişlər. Həmin vasitələri götürdükdən sonra Sumqayıt şəhəri, Yaşıl Dərə deyilən ərazidə yerləşən Cəlal Əliyevin dostuna məxsus evə getmişlər. Həmin evdə 2 qram miqdarında narkotik vasitə və psixotrop maddə istifadə etmişlər. Cəlal Əliyev götürdüyü narkotik vasitə və psixotrop maddədən 1 qram miqdarında heroini və 0,5 qram miqdarında metamfetamini ona vermişdir. 22 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhər Təhsil şöbəsinin qarşısında 5 polis avtomobilindən təxminən 20 nəfər polis əməkdaşı düşərək onu saxlamışlar. Polis idarəsinə gətirdikdə, polis əməkdaşları tərəfindən ona təzyiqlər olmuşdur. Həmin təzyiqlər nəticəsində o üzərində 14 qram miqdarında narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Lakin, onun üzərində 1 qram miqdarında heroin və 0,5 qram miqdarında metamfetamin olmuşdur. Cəlal Əliyevin isə üzərində təxminən 6-7 qram miqdarında narkotik vasitə və psixotrop maddə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, X5 və X4 uzun müddətdir tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuşdur. Cəlal və İlqarın narkomaniya xəstəsi olduqlarını da bilmişdir. Özü də uzun müddətdir ki, narkomaniya xəstəsidir. Bir müddət əvvəl sosial şəbəkədə Cavid adlı İİR vətəndaşı ilə tanış olmuş. Cavid ona istədiyi halda istifadə etməsi üçün narkotik vasitə göndərə biləcəyini demişdir. 22 yanvar 2022-ci il tarixdə hazırda xatırlamadığı Cavidin iran nömrəsi ilə vatsapp vasitəsi ilə əlaqə saxlamış və sonuncudan narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin istəmiş və Cavidə 160 manat pulunun olduğunu demişdir. Cavid də onunla razılaşmış və məlumat verəcəyini bildirmişdir, həmin gün Cavid ona vatsapda yazaraq Bakı şəhəri. M.Əcəmi metro stansiyasının yaxınlığındakı Golden Rose mağazasının yanına bir büküm metamfetamin və bir büküm heroin qoydurduğunu, həmin maddələri götürdükdən sonra ona kart şəkli alacağını və pulu həmin karta göndərməyini bildirmişdir. O. da Cavidlə razılaşmışdır. 22 yanvar 2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, İlqar və Cəlal ilə birlikdə İlqara məxsus avtomobillə Bakı şəhərində gəzdikləri vaxt Cavid vatsapda ona mesaj göndərərək dediyi maddələri gedib götürməsini bildirmişdir. O, da İlqar və X8 metro stansiyası yaxınlığında yerləşən "Golden Rose’" mağazasının yanında bir nəfər tanışı ilə görüşəcəyini deyib onu həmin yerə aparmalarını xahiş etmişdir. O, əvvəlcə Cəlal və İlqara oradan heroin və metamfetamin götürəcəyini deməmişdir. Cəlal və İlqar da onu həmin mağazanın yanına gətirmişlər. O, avtomobildən tək düşərək gedib həmin maddələri götürüb cibinə qoyaraq gəlmiş. İlqar və Cəlal isə avtomobildə əyləşib onu gözləmişlər. Onlar birazda Bakı şəhərində gəzdikdən sonra yaşadıqları Sumqayıt şəhərinə gəlmək qərarına gəlmişlər. Sumqayıt şəhərinə çatandan sonra Sülh küçəsi ilə hərəkətdə olduqları zaman o, İlqar və Cəlaldan istifadə etmək üçün üzərilərində narkotik vasitə olub-olmadığını soruşmuş, onlar isə üzərilərində narkotik vasitə olmadığını bildirmişlər. O, isə İlqar və Cəlala "Golden Rose"' mağazasının yanından istifadə etmək üçün narkotik vasitə götürdüyünü və həmin narkotik vasitələri birlikdə istifadə elməyi təklif etmiş, İlqar və Cəlal da razılıq vermişlər. Lakin onlara hansı adda və çəkidə narkotik vasitə götürməsini deməmişdir. 23 yanvar 2022-ci il tarixdə, təxminən saat 02 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Aviakassa"nın yanma çatan zaman polis əməkdaşları onları saxlatdırmışlar. İlqar avtomobili saxladıqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə polis əməkdaşları orada onların üzərində axtarış aparıb onun üzərində olan maddələri aşkar etmişlər. İlqar və Cəlalın üzərində narkotik vasitə olmadığından onların üzərindən heçnə aşkar olunmamışdır. Bundan sonra onları Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Onlar da polislərə etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vastəsi ilə üzərinə şəxsi axtarış keçirələcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif elmişlər. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd "Honor” markalı qara rəngli mobil telefonunu və həırtin gödəkçənin sol iç cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər hər biri ayrı-ayrılıqda açılaraq baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir, üzərindən aşkar olunan birinci bükümdə olan maddə narkotik vasitə heroindir. aşkar olunmuş ikinci bükümdə olan maddə psixotrop maddə olan metamfetamindir. Cavid adlı şəxsin anket məlumatlarını bilməmiş, mobil telefon nömrəsini xatırlamamışdır. Cavidlə mən təxminən 1 ay olar ləsadiif nəticəsində internetin «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Əvvəllər həmin şəxsdən narkotik vasitə əldə etməmişdir. Həmin maddələri əvvəlcədən tanıdığı İran Respublikasının vətəndaşı Cavid adlı şəxsdən nisyə olmaqla sonradan ona 160 manat verəcəyini vəd etməklə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən «Golden Rose» mağazasının arxasında Cavid tərəfindən atıldığı yerdən şəxsi istifadəsi üçün gölüriib əldə etmiş və üzərində saxlamışdır. Lakin tutulduğu üçün Cavidə vəd eldiyi 160 manat pulu göndərə bilməmişdir. Cavid ona hesab kart nömrəsi göndərməli və o da həmin karla 160 manat pulu köçürməli olmuşdur. Lakin tutulduğu üçün həmin pulu Cavidə göndərə bilməmişdir. Cavid adlı İran İslam vətəndaşının həmin narkotik vasitə olan heroini və metamfetamini hansı formada Azərbaycan Respublikasına keçirtdiyini bilməmişdir. Həmin maddələri Cavid adlı şəxsdən özü şəxsi istifadə etmək üçün əldə etmiş, onları satmaq niyyəti olmamışdır. Cavidlə aralarında həmin maddələrin satışından birgə qazanc əldə etmək məqsədi də olmamışdır. (Cild 1, iş vərəqləri 275-277) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhərində Günel adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Aviakassa”nın yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla polis idarəsinə gəlmişdir. İdarəyə gəldikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 2 bükümdə olan heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı onun tərəfindən heç bir müqavimət göstərilməmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Günel adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-cu il tarixdə, saat 02:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3cii mikrorayon ərazisində yerləşən “Aviakassa”nın yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsiııdə şübhəli bilindiyi üçün saxlanıldığını bildiıirək aidiyyalı üzrə Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə İdarəyə gətirilmişdir. İdarəyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Zaur Cəfərov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Giincl Qənbərova da özünü təqdim etmiş, Daha sonra onlarda özlərini təqdim etmişlər, onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Günay Cəfərova təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olmuş, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxsmn üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qaıa rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu bir ədəd “Honor” markalı qaıa rəngli mobil telefonu və həmin gödəkçənin sol iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş 02 bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər hər biri ayrı-ayrılıqda açıldıqda onlardan birinci bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu, ikinci bükümün içərisindən isə ağ rəngli kristal halda olan psixolrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Günel bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir, ondan aşkar olunan birinci bükümdə olan maddə narkotik vasitə heroindir, aşkar olunmuş ikinci bükümdə olan maddə psixotrop maddə olan metamfetamindir, həmin maddələri əvvəlcədən tanıdığı İran Respublikasının vətəndaşı Cavid adlı şəxsdən nisyə olmaqla sonradan ona 160 manat verəcəyini vəd etməklə Bakı şəhərində Memar Əcəmi meırostansiyası yaxınlığında yerləşən «Golden Rose» mağazasının arxasında Cavid tərəfindən atıldığı yerdən şəxsi istifadəsi üçün götürüb əldə edərək üzərində saxlamış, ondan aşkar olunmuş mobil telefon isə özünə məxsusdur. Həmin vaxt üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən ona qaytarılmamış, daha sonra müvafiq sənədləşmə aparılmış və Günel də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza elmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o. könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqləri 97-99) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 103-105) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "Şəxsi axtarış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur.O da əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu bir ədəd "Honor” markalı qara rəngli mobil telefonu və həmin gödəkçənin sol iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş 02 bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. (Cild 1, iş vərəqləri 27-29) "Şəxsi axtarış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında" 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, diskə daxil olduqda, orada «X2 **********0546 707509650”, “SMS Tarixçəsi **********4438 707509650», «SMS Tarixçəsi **********4440 707509650», «Zənglərin Detallaşması **********0459 707509650», «Zənglərin Məxsusluq* Tarixçələri **********0531 ********* NAR» adlı papkalar var. «SMS Tarixçəsi **********4438 707509650» adlı papkaya daxil orada xx.xx.2021-ci il tarixdə saat 20:29-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Onlaynnan goturur emaneti atirlar bakida biryere goturur mende yanindayam pylu kocurduy yigib indi deyecey hardan goturun elime goturen kimi yigacam artiglamasiynan catacag senin emanetin harda olsan orda duserem taksiden oturerem 100 faiz narahat olma zaryatkam cox az sonmesun çatana kimi yugacam ozym en gec 2 saata yanındayam” məzmunda sms mübadiləsinin aparılması müəyyən edilir. (Cild 1, iş vərəqləri 116-121) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/43 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Qənbərov Günel Səxavət qızından...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,335 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 10,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 35-41) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli. 1813 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 10,179 qram narkotik vasitə heroin, 3,285 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. (Cild 1, iş vərəqləri 282-294) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından, o cümlədən külli miqdardan da artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 106-107) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti uzadılmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 72-76, 188-191) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,179 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 3,285 qram olan psixotrop maddə metafetamin məhv edilməlidir. 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 10,179 qram çəkidə narkotik vasitə heroin və 3,285 qram çəkidə psixotrop maddə metafetamin məhv eidlsin. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar