Məhkəmə qərarları › İş №1(124)-195/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-195/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-195/2024 20.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu Mahruzlu ə/d, Mahruzlu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 91-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,888 qram, 106,3 qram və 211,7 qram- ümumi təmiz çəkisi-326,88 qram narkotik vasitə heroin, külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,148 qram və 8,650 qram-ümumi təmiz çəkisi-17,798 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 5 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 44,445 qram, 45,0 qram, 40,0 qram, 95,0 qram və 65,0 qram-ümumi təmiz çəkisi-289,445 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, "Brend" marketinin yaxınlığında olan zaman həmin vaxtı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş və bölmədə xidməti otaqda şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı selofan paketdə külli miqdarda, 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,888 qram, 106,3 qram və 211,7 qram-ümumi təmiz çəkisi-326,88 qram narkotik vasitə heroin, külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,148 qram və 8,650 qram-ümumi təmiz çəkisi-17,798 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 5 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 44,445 qram, 45,0 qram, 40,0 qram, 95,0 qram və 65,0 qram-ümumi təmiz çəkisi-289,445 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ona post-patrul xidməti əməkdaşları yaxınlaşmışlar, o isə onlardan nəyə görə yaxınlaşmalarını soruşmuşdur. O polis əməkdaşlarına müqavimət göstərməmiş lakin onu zor tətbiq etmişlər və birinci ona 234.1- 1-ci maddəsi ilə təqsirləndirildiyini bidirib narahat olmamasını ,onu buraxacaqlarını demişlər. O isə buraxacaqlarını dedikləri üçün razılaşmış və imza atmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Yaşıl dərədə bağlar massivində piyada olarkən saxlanıldığını, əvvəllər heroin istifadə etdiyini,metanfetamin və marixuana istifadə etmədiyini, polislərin onu bölməyə aparmağı təklif etdiklərini, etirazını bildirəndə isə məcburi avtomobilə əyləşdirdiklərini, özünün isə onlara müqavimət göstərdiyini bildirdi. Çəkilişdən əvvəl polis əməkdaşlarını onu döydüklərinə görə narkotiki boynuna almışdır. İstintaq verdiyi ifadəsini təsdiq etmədiyini, bölmədə üzərindən narkotik vasitə aşkar olunmadığını və polis əməkdaşları ona fiziki zor tətbiq etdikdən sonra ifadəsini imzalamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019cu ildən etibarən fasilələrlə narkotik vasitə qurudulmuş marixuana və arabir heroin qəbul edir. Heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərinin girişi istiqamətinə piyada gələn vaxtı kənarda "Sumqayıt" lövhəsinin yanında qaranlıqda bir şəxsin mobil telefonla nəyinsə fotosunu çəkməsini mobil telefonun işıqlandırmasında görəndə onda maraq oyanmışdır ki, görəsən oraya nə qoyub fotoşəklini çəkir. Həmin şəxs getdikdən sonra oraya yaxınlaşıb axtaran zaman "Sumqayıt" lövhəsinin "S" hərfinin altında 1 ədəd göy rəngli selofan paketin qoyulduğu görmüş, həmin selofan paketi götürüb açaraq içərisinə baxanda şəffav lentlə bağlanmış 5 ədəd qara rəngli selofan bağlamalarını görmüş və həmin bağlamaların içərisinə baxanda qurudulmuş marixuana olduğunu və hər bir qurudulmuş marixuana bükümlərinin içərisində isə heroin və metamfetamin bükümləri olduğunu görmüş, həmin maddələri götürüb yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisinə getmişdir. Həmin maddələri haradasa gizlətməyini və hissə-hissə özünə qəbul edəcəyini düşünürmüş, qərara gəlmişdir ki, həmin maddələri Ceyranbatan tərəfdə Yaşıl Dərə bağlar massivində boşluq olan yerlərdə gizlətsin. Sonra tanışı Kənana ***-***-**-** nömrəsinə zəng edərək onunla birlikdə Ceyranbatan tərəfə getməyini demiş, Kənan gəlmiş, o, Kənana əlində saxladığı paketdə narkotik və psixotrop maddələr olduğunu bildirməmiş, Yaşıl Dərədə tanışı ilə görüşməyə onunla gəlməsini dedikdə Kənan etiraz etməmiş və markasını xatırlamadığı sifariş etdiyi taksi ilə Kənanla birlikdə Ceyranbatan qəsəbəsi istiqamətinə getmişlər. Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində taksidən düşüb yolun qarşı tərəfinə Sumqayıt şəhəri Yaşıl Dərə bağlar masivinə getmişlər, yolda Kənan ondan hara getdiklərini soruşanda "burda bir uşaq var ona baş çəkib çıxıram " demiş, Kənan ondan əlində saxladığı selofan paketdə nə olduğunu soruşduqda, o, selofan paketi açıb içərisində narkotik və psixotrop maddələr olduğunu deyərək göstərəndə Kənan onu nəyə görə bura gətirdiyini deyərək onunla mübahisə etməyə başlamış və həmin vaxtı onlara post-patrul avtomobilin yaxınlaşdığını görüb Kənan həmin yerdən qaçıb uzaqlaşmış,o, isə özünü itirib həyəcandan qaça bilməmiş, polislər onu saxlayıb özlərini təqdim edərək nəyə görə özlərini şübhəli apardıqlarını soruşaraq, onun və yanından qaçan şəxs, yəni Kənan barədə sorğu sual etməyə başlamışlar və əlindəki selofan torbada nə olduğunu soruşanda o, əlində saxladığı selofan paketdə narkotik və psixotrop madələr olduğunu bildirmiş, bundan sonra onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə bölməyə getmişlər. 5-ci polis bölməsinə gətirildikdən sonra xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan özünə X8 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əlində saxladığı göy rəngli üzərində “Levis” yazısı olan sellofan paketi təqdim edərək masanın üzərinə qoyub içərisindən hər biri ayrı-ayrılıqda şəffaf yapışqan lentlə bükülmüş 5 ədəd qara rəngli selofan bağlamalarını təqdim etmiş və verilən suallara cavab olaraq həmin bağlamaların içərisində qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan bağlamalardan birincisi açılan zaman içərisində qurudulmuş marixuana kütləsi və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroin aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuana elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroin elektron tərəzidə çəkilərək çəkisi 10,04 qram olmuşdur. Bundan sonra qara rəngli selofan bağlamalardan ikincisi açılan zaman içərisində qurudulmuş marixuana kütləsi və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetamin aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuana elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan metamfetamin elektron tərəzidə çəkilərək çəkisi 10,44 qram olmuşdur.Bundan sonra qara rəngli sellofan bağlamalardan üçüncüsü açılan zaman içərisində qurudulmuş marixuana kütləsi və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroin aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuana elektron tərəzidə çəkilərək çəkisi 0,115 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroin elektron tərəzidə çəkilərək çəkisi 110,98 qram olmuşdur. Bundan sonra qara rəngli sellofan bağlamalardan dördüncüsü açılan zaman içərisində qurudulmuş marixuana kütləsi və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroin aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuana elektron tərəzidə çəkilərək çəkisi 0,085 kiloqram, 1 ədəd şəffav selofanda olan heroin elektron tərəzidə çəkilərək çəkisi 0,220 kiloqram olmuşdur. Bundan sonra qara rəngli sellofan bağlamalardan beşincisi açılan zaman içərisində qurudulmuş marixuana kütləsi və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetamin aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuana elektron tərəzidə çəkilərək çəkisi 0,060 kiloqram, 1 ədəd şəffav selofanda olan metamfetamin elektron tərəzidə çəkilərək çəkisi 10,0 qram olmuşdur. Bundan sonra 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuana bağlamaları birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,375 kiloqram, 2 ədəd şəffav selofanda olan metamfetamin bükümləri birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 20,44 qram, 3 ədəd şəffav selofanda olan heroin bükümləri birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,340 kiloqram olmuşdur. Bundan sonra ekspertizaya göndərilməsi üçün 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuana bağlamaları selofan paketə, 2 ədəd şəffav selofanda olan metamfetamin bükümləri və 3 ədəd şəffav selofanda olan heroin bükümləri kağır zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi "Samsung duos" markalı mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini, qurudulmuş marixuanam və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə aşam saatlarında Bakı- Quba yolunun Sumqayıt şəhərinin girişi istiqamətində yerləşən "Sumqayıt" lövhəsinin "S" hərfinin altında tapmışdır. Narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə məqsədi hissə-hissə özünə qəbul etmək olmuşdur. Narkotik və psixotrop maddələri əldə etdiyi yerə kim və ya kimlər tərəfindən qoyulması barədə məlumatı yoxdur, qaranlıq oldğundan narkotik və psixotrop maddələri əldə etdiyi yerə kim və ya kimlər tərəfindən qoyulduğunu görməmiş və kimliyini bilmir. Əldə etdiyi narkotik vasitələrdən və psixotrop maddədən özünə qəbul etmiş, heç kimə satmamış, həmin maddələr özünə məxsusdur, əvəllər narkotik və psixotrop maddələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Polis işçiləri onu saxlayan və bölməyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir, sadəcə sorğu-sual olunurmuş. Onun üzərinə ilk dəfə şəxsi axtarış Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsində ona təqdim olunmuş vəkil Nail Məmmədovun iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə 9187 çağırışlı avtopatrulda postaçı yoldaşların PPXT- nin 2-ci bölüyün polis nəfərləri, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olan zaman saat 21:30 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar yaşayış massivində, Brend marketin yaxınlığından keçən zaman küçədə 2 nəfər şəxsin bizi görən kimi özlərini şübhəli aparmalarını görüb, həmin şəxslərin xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələrində iştirakı olmalarından şübhələnmişlər və avtopatruldan düşərək özlərini təqdim edən zaman həmin şəxslərdən biri qaçaraq oradan uzaqlaşmış, əlində selofan paket olan digər şəxs isə tərəflərindən saxlanılmışdır. Onlar özlərini təqdim edib həmin şəxsdən kimliyi barədə, həmin yerdə nə etmələri və onları görən kimi yanından qaçan şəxsin qaçmağının səbəbini soruşmuşlar, həmin şəxs adının Zakir olduğunu demiş, ondan əlindəki selofan paketdə nə olduğunu soruşanda, həmin şəxsəlindəki selofanda narkotik maddələr olduğunu bildirmiş, bu səbəbdən də həmin şəxsin avtopatrula əyləşdirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 91-də yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuş və o, da baş vermiş hal barədə raportla bölmə rəhbərliyinə məruzə edərək aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun icrası bölmənin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədova həvalə edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt şəhər 1 Saylı Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X8 müdafiəçi kimi seçmişdir Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibov çəkmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 da şəxsi axtarış zamanı iştirak edirmiş. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli üzərində "Levis” yazısı olan sellofan paketi təqdim edərək masanın üzərinə qoyub içərisindən hər biri ayrı-ayrılıqda şəffav yapışqan lentlə bükülmüş 5 ədəd qara rəngli selofan bağlamalarını təqdim etmiş və verilən suallara cavab olaraq həmin bağlamaların içərisində qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan bağlamalardan birincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər maddə aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 10,04 qram olmuşdur. Bundan sonra qara rəngli selofan bağlamalardan ikincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 10,44 qram olmuşdur. Bundan sonra qara rəngli sellofan bağlamalardan üçüncüsü açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər maddə aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,115 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 110,98 qram olmuşdur. Bundan sonra qara rəngli sellofan bağlamalardan dördüncüsü açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər maddə aşkar olundmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,085 kiloqram, 1 ədəd şəffav selofanda olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,220 kiloqram olmuşdur. Bundan sonra qara rəngli sellofan bağlamalardan beşincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,060 kiloqram, 1 ədəd şəffav selofanda olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 10,0 qram olmuşdur. Bundan sonra 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuanaya bənzər kütlə bağlamaları birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,375 kiloqram, 2 ədəd şəffav selofanda olan metamfetaminə bənzər maddə bükümləri birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 20,44 qram, 3 ədəd şəffav selofanda olan heroinə bənzər maddə bükümləri birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,340 kiloqram olmuşdur. Bundan sonra ekspertizaya göndərilməsi üçün 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuanaya bənzər kütlə bağlamaları selofan paketə, 2 ədəd şəffav selofanda olan metamfetaminə bənzər maddə bükümləri və 3 ədəd şəffav selofanda olan heroinə bənzər maddə bükümləri kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi "Samsung duos" markalı mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı, protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrinə uyğun ifadə verməklə onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı öldüyü üçün ifadəsi elan olunmaqla araşdırılmış Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, təxminən 5 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyr, əvvəllər bir məhəllədə yaşamışlar, təxminən 2-3 ildir ki, yaxın münasibət saxlayırlar. Zakirin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməsini bilirmiş, bunu Zakir özü demiş, bundan başqa ona da bir neçə dəfə bir bükümü 5 manata olmaqla heroin və metamfetmin satmış, həmçinin birlikdə də həmin maddələrdən istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə saat axşam saat 21 radələrində Zakir öz ***-***-**- ** mobil nömrəsi ilə onun ***-***-**-** saylı mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini və yaşadığı məhəlləyə gəlməyini dedikdə, o gedib Zakirlə görüşmüş, Zakirin əlində selofan paket olmuşdur. Zakir onunla birlikdə Ceyranbatan tərəfə getməyini dedikdə, o etiraz etməmiş və Zakirin sifariş etdiyi taksi ilə Bakı Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisinə gəlmişlər. Taksidən düşüb yolun qarşı tərəfinə Sumqayıt şəhəri Yaşıl Dərə bağlar masivinə getmişlər, yolda Zakirdən hara getdiklərini soruşanda Zakir "burda bir uşaq var onlara girib çıxacam" demiş, o, Zakirdən əlində saxladığı selofan paketdə nə olduğunu soruşanda, Zakir əlində saxladığı selofan paketi açıb içərisində "kola", yəni heroin olduğunu deyərək ona göstərmiş, həmin vaxtı o, Zakirin yaxasından tutub "məni nəyə gətirmisən bura, məni zibilə salırsan, əlində belə şey varsa məni nəyə görə özünlə aparırsan" demiş və həmin vaxtı onlara post-patrul avtomobilin yaxınlaşdığını görüb Zakirin yaxasını buraxıb həmin yerdən qaçıb uzaqlaşmış və evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zakirlə Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar yaşayış masivinə gedən zaman o, və Zakirdən başqa yanlarında heç kim olmamışdır. Zakirlə yaşadığı məhəllədə görüşən zaman sonuncunun əlində selofan paket saxladığını görsə də, həmin paketdə nə olduğunu soruşmamışdır. X15 bağlar yaşayış massivində olarkən əlində saxladığı selofan paketdə nə olduğunu soruşanda, Zakir həmin selofan paketi açıb içərisində "kola", yəni heroin olduğunu deyərək ona göstərmiş, lakin qaranlıq olduğundan həmin paketdə nə olduğunu görməmiş və bundan sonra Zakirlə mübahisə etmişdir. Buna qədər Zakirin üzərində narkotik maddə saxlamasından məlumatı olmamışdır. Zakirin üzərindən aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələrin kimdən və haradan əldə etdiyi barədə heç bir məlumatı yoxdur və Zakir ona bu barədə heç bir söz deməmişdir. Yaşıl Dərədə olan zaman yolda Zakirdən hara getdiklərini soruşanda Zakir "burda bir uşaq var onlara girib çıxacam" demiş, Zakirin kiminlə görüşəcəyi və hansı ünvana getməsi barədə məlumatı yoxdur və Zakir bu barədə ona deməmişdir. Post patrul avtomaşının yaxınlaşdığını görəndə fikirləşmişdir ki, onları tutub saxlayarlar və onun da Zakirlə narkotik maddələrlə bağlı əlbir olduğunu düşünərlər, ona görə də qorxusundan həmin yerdən qaçıb getmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu Mahruzlu ə/d, Mahruzlu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 91-də yaşamış Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli 6/720 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün "242 dairəvi möhür əksi olan"Saxlanılan şəxs Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zəfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,888 qram, 106,3 qram, 211,7 qram ümumi təmiz çəkisi 326,888 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 9,148 qram, 8,650 qram ümumi təmiz çəkisi 17,798 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir". Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 7/174 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “ saxlanılan şəxs... Təqsirləndirilən şəxs" yazılar və imzalar olan göy rəngli polietilen paketdə 5 ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda təmiz çəkiləri - 44,445 qram; 45,0 qram; 40,0 qram; 95,0 qram; 65,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqdim edilmiş 5 ədəd qara rəngli polietilen bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların ümumi çəkisi-289,445 qramdır. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli üzərində “Levis” yazısı olan sellofan paketi təqdim edərək masanın üzərinə qoyub içərisindən hər biri ayrı-ayrılıqda şəffav yapışqan lentlə bükülmüş 5 ədəd qara rəngli selofan bağlamalarını təqdim etdiyi və verilən suallara cavab olaraq həmin bağlamaların içərisində qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu bildirdiyi, həmin qara rəngli sellofan bağlamalardan birincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər kütlə aşkar olunduğu, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 10,04 qram olduğu, bundan sonra qara rəngli sellofan bağlamalardan ikincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər kütlə aşkar olunduğu, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,055 kiloqram, 1 ədəd şəffav sellofanda olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 10,44 qram olduğu, bundan sonra qara rəngli sellofan bağlamalardan üçüncüsü açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər kütlə aşkar olunduğu, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,115 kiloqram, 1 ədəd şəffav sellofanda olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 110,98 qram olduğu, bundan sonra qara rəngli sellofan bağlamalardan dördüncüsü açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə heroinə bənzər kütlə aşkar olunduğu, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,085 kiloqram, 1 ədəd şəffav selofanda olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,220 kiloqram olduğu, bundan sonra qara rəngli sellofan bağlamalardan beşincisi açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütləni və həmin kütlənin içərisindən 1 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər kütlə aşkar olunduğu, 1 ədəd qara rəngli selofan bağlamada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,060 kiloqram, 1 ədəd şəffav selofanda olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 10,0 qram olduğu, bundan sonra 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuanaya bənzər kütlələr birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,375 kiloqram, 2 ədəd şəffav selofanda olan metamfetaminə bənzər bükümlər birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 20,44 qram, 3 ədəd şəffav selofanda olan heroinə bənzər kütlələr birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,340 kiloqram olduğu, bundan sonra ekspertizaya göndərilməsi üçün 5 ədəd qara rəngli selofanda olan qurudulmuş marixuanaya bənzər kütlələr selofan paketə, 2 ədəd şəffav selofanda olan metamfetaminə bənzər kütlələr və 3 ədəd şəffav selofanda olan heroinə bənzər kütlələr kağız zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, tərəflərindən imzalandığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi "Samsung duos" markalı mobil telefonum təhqiqatçı tərəfindən götürüldüyü, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş bitki kütlələrinin narkotik vasitə olan “marixuana” olduğunu, ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, qəhvəyi rəngli maddələrin “kakos” olduğunu bildirdiyi, həmin narkotik vasitələri həm şəxsi istifadəsi üçün, həmdə ki, dost-tanışlarına vermək üçün əldə etdiyini bildirdiyi, şəxsi axtarış zamanı vəkil X13 Rəşidzadəyə sonuncunun üzərindən aşkar olunmuş maddələrin ona məxsus olması barədə verdiyi sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirdiyi, bundan sonra vəkil X13 Rəşidzadəyə polislər tərəfindən ona zor, təzyiqlər, döyülməsi faktının olması barədə verdiyi sualına cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı zor, təzyiqlər və döyülmə olmadığını bildirdiyi müəyyən olunmuşdur. 01 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi, Sumqayıt şəhərinin girişində yolun kənarında yerləşən "Sumqayıt" lövhəsinin "S" hərfinin atl hissəsindəki yeri təqdim edərək həmin yerdən xx.xx.2023-cü il tarixdə axşam saatlarında tapdığı 1 ədəd göy rəngli selofan bağlamada şəffaf lentlə bağlanmış 5 ədəd qara rəngli selofan bağlamalarda narkotik maddə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamini götürdüyünü bildirərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 17 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, X9 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan portaldan çıxarışdan müəyyn olunur ki, Şahid5 19 dekabr 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu Mahruzlu ə/d, Mahruzlu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 91-də yaşamış Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetamin, narkotik vasitə heroin və marixuana aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə və narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddənin növ müxtəlifliyini və həmin vasitələrin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını və şahd Şahid5 ifadəsində göstərdiyi xüsusatları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirməsinə qiymət verməyi məhkəmə vacib hesab edir. İş materiallarında Məhkəmə-tibbi ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 17 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs xəsarətləri ilə əlaqədar məhkəmə istintaqı zamanı bildirdiyi xüsusatları məsuliyyətdən yaxa qurtarmaq və müdafiə taktikasından irəli gələn hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 05 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 289,345 qram narkotik vasitə qurudulmuş marixuana, 326,738 qram narkotik vasitə heroin və 17,698 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 289,345 qr narkotik vasitə qurudulmuş marixuana, 326,738qr narkotik vasitə heroin və 17,698qr psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar