Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-195/2025 30.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1956-cı ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Gəncə prospekti, ev 53, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Şabran rayonu Düzbilici kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində tanışı X5 ilə aralarında yaranmış mübahisə zəminində masanın üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı götürərək Adalat Nurullaevin qarın nahiyyəsinə bir dəfə vurmaqla sonuncuya qarının sağ yarısının ön divarının qarm boşluğuna keçib böyük piyin zədələnməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, yetirildiyi andan insan həyatı üçün təhlükəli olan sağlamlığın pozulmasından ibarət qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən sonra başında ağır zədələnmə olduğundan yaddaşını itirmişdir. Hadisə ilə bağlı heç nə yadına gəlmir. Ədalət Nurullayev hadisəni necə danışıbsa olduğu kimidir. Nurullayev ilə çoxdan barışmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə 20 sentyabr 2024-cü il tarixdə baş vermişdir. O, özü Rusiyada yaşayandır. Həmin vaxt kəndə yasa başsağlığı verməyə gəlmişdir. Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar. Onların evlərin arasından yol keçirdi. Onunla heç vaxt düşmənçiliyi olmamışdır. Hadisə günü görmüşdür ki, içkili halda ona tərəf gəlir. Həmin zaman Şahid hadisə yerində olmuşdur. Onun gedib balta gətirdiyini, vəziyyəti gərginləşdirməyə çalışdığını görmüşdür. Təqsirləndirilən şəxs içkili olmuş, söyüş söymüş, daha sonra o da onu söymüşdür. Sadiq ona 1 bıçaq zərbəsi vurmuş, o da əsəbiləşib onu yaralamışdır. İfadəsində özü özünü yaraladığını bildirmişdir ki, onu buraxsınlar. Barışıq əldə etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə tanışı Sadiq adlı şəxs ona zəng edərək Şabran rayonuna gəldiyini, onunla birgə Şabran rayonu Nohurlar kəndində yeyib-içməyə gedəcəyini bildirmiş, bir neşə saat sonra Sadiq Şabran rayonuna gəlmiş və onlar Şabran rayon mərkəzi bazarından bazarlıq edib Sadiqin Şabran rayonu Düzbilici kəndində yerləşən evinə getmişlər. Evin həyətində manqal qalayıb Sadiqlə yeyib içməyə başladıqdan bir az sonra Sadiqin bacanağı Mikayıl adlı şəxs də onların yanma gəlmişdir. Mikayıl bir qədər onlarla süfrə arxasında oturduqdan sonra işlərinin olduğunu deyərək onlardan ayrılmışdır. Onlar isə Sadiqlə içki içməyə davam etmişlər. Axşam saat təxminən 23 radələrində Sadiqin evinə tanımadığı sonradan adının Ədalət olduğunu öyrəndiyi bir nəfər şəxs gəlmişdir. Həmin vaxt onlar Sadiqlə ikisi evdə oturub televizora baxırmışlar. Ədalət evə daxil olduqdan sonra Sadiq ilə söhbət etməyə başlamışdır. Bir qədər sonra onlar hanısa bir məsələni müzakirə etməyə başlamışlar. O da onlara istirahət etdiyini, onu narahat etməmək üçün çölə çıxmaqlarını bildirmişdir. Bundan sonra onlar evin həyətinə çıxmışlar. Bir neçə dəqiqə sonra isə Ədalətin qışqırıq səsini eşidib evin həyətinə çıxmış, çölə çıxan zaman Ədalətin qarın nahiyəsindən qan gəldiyini görüb dərhal evə daxil olub döşəyin üzünü götürərək Ədalətin yanma gələrək həmin üzlük ilə onun qarnını bağlamışdır. Ədalət bundan sonra Sadiqin üzərinə gedib onun sifət nahiyəsindən yumruqla vurmağa başlamışdır. Sadiq onun zərbəsindən yerə yıxılmışdır. Ədalət Sadiqin yerə yıxılmasından sonra onun sifət və baş nahiyəsindən təpiklə də vurmağa başlamışdır. O, onları ayırmağa çalışsa da onları ayıra bilməmişdir. Ədalət Sadiqi bir qədər döydükdən sonra ondan əl çəkmiş və ona kim soruşsa özünə xəsarət yetirdiyini deməsini bildirmişdir. Bundan sonra o, Sadiqi oradan götürüb və evə gətirmişdir. Yerdə uzadıb üzərini örtmüşdür. Daha sonra Sadiqin qohumu Mikayıl adlı şəxsə zəng edib təcili tibbi yardım çağırmasını bildirmiş, bir qədər sonra Təcili tibbi yardım gəlmişdir. (Cild 1, iş vərəqləri 50-51) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə Şabran rayonu Düzbilici kəndində yerləşən Sadıq Şərifova məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. (Cild 1, iş vərəqləri 9-12) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kamil oğlu ona təqdim edilmiş bıçağı tanıyaraq Adalat Nurullaevi həmin bıçaqla vurduğunu göstərərək bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 232 nömrəli rəyindən də görünür ki, X1 bədəni üzərində qarnın sağ yarsının ön divarının qarın boşluğuna keçib böyük piyliyin zədələnməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 20 sentyabr 2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. (Cild 1, iş vərəqləri 35-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023- cü il tarixli 3307 saylı rəyindən də görünür ki, X5 hər hansısa bir psixi xəstəlikdən əziyyət çəkmir. X2 həmçinin qərarda göstərilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X5 bu iş üzrə təqsirləndirilən şəxs hesab edildiyi halda o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. X5 bu iş üzrə təqsirləndirilən şəxs hesab edildiyi halda onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək istidarındadır. X1 məcburi müalicəyə ehtiyacı yoxdur. X2 özündən uydurmağa, təlqinə qapılmağa patoloji meyillilik əlamətləri aşkar olunmadı, lakin fərdi psixoloji xüsusiyyətlərinə görə, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. X1 əqli- intellektual imkanları normaya uyğundur. Onda yaddaş pozuntusu aşkar olunmadı. (Cild 1, iş vərəqləri 66-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024- cü il tarixli 151 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs üzvi (baş beyin travması nəticəsində) amnestik sindorm qeyd olunur. X6 ictimai təhlükəli əməli törətdiyi zaman psixi vəziyyətini hal-hazırda qiymətləndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə huşun itməsi ilə müşayiə olunan ağır kəllə-beyin travması almışdır. X7 aldığı travma nəticəsində hadisə dövründən bir neçə gün əvvəlki, sonrakı və bilavasitə hadisə dövrünü əhatə edən yaddaş pozuntusu (amnestik sindrom) yaranmışdır. X9 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.X7 özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmur. X6 əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Psixiatrik müayinə zamanı ondan müəyyən edilən amnestik sindrom Təqsirləndirilən şəxs koqnitiv funksiyalarında müəyyən dəyişikliklər (ixtiyari yadda saxlamasının, emosional və assosiativ yaddaşın aktiv olmadığı, diqqətinin paylanmasının (eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı) və keçirilməsinin (şüurlu surətdə bir obyektdən başqa obyektə vəya bir fəaliyyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) normadan aşağı olmaqla, abstrakt anlayışların dərk edə bilməməsi, təfəkkür prosesslərinin ləngiməsi, ümumiləşdirmə və analizetmə qabiliyyəti aşağı olması) əmələ gətirməsi ilə əlaqədar onun əqli fəaliyyətinin enməsi, intellektual-amnestik ressurslarının aktiv olmaması nəticəsinə gəlinir. X6 idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamasının tədqiqi zamanı yadda saxlama prosessinin aktiv olmadığı, yadda saxladığı əşya və predmetlərin yaddaşında möhkəmlənmədiyi, yaddaşının həcminin normadan aşağı olduğu müəyyən edildi. (Cild 1, iş vərəqləri 78-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. (Cild 1, iş vərəq 33) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 1(124)- 195/2025 hökmü ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilmişdir. Həmin hökmlə də hazırki işin hallarına uyğun hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 137, 158) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut olub Şabran RPŞdə saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 64 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şabran RPŞ-də saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.min
Məhkəmə qərarları › İş №1(124)-195/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-195/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver