Məhkəmə qərarları › İş №1(124)-196/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-196/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-196/2023 06.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4-də qeydiyyatda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1969-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 11 mart 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Alatava” adlanan yaşayış massivində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan heroini qanunsuz olaraq 10 manata əldə edib üstündə saxlamış və Xırdalan şəhərinə gələrək, həmin narkotik vasitəni üzərində daşımış, həmin günü saat 21 radələrində Xırdalan şəhəri Sevil Qazıyeva küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarış keçirilən zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,185 qram heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında istintaqa məlum olmayan “Mətləb” adlı şəxsdən, 100 manat borcunun əvəzində satış məqsədi ilə iki ədəd sellofan bükümdə, hər birinin çəkisi 6,683 qram və 9,271 qram, ümumi təmiz çəkisi 15,954 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan külli miqdarda heroini qanunsuz olaraq əldə edib, Xırdalan şəhərinə gələrək üzərində daşımış, 20 noyabr 2021ci il tarixdə, saat 12 radələrində yaşadığı Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4 ünvanında həmin narkotik vasitələrdən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 vermiş, həmin tarixdə saat 14:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə yaşadığı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, şəxsi axtarışları zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,271 qram külli miqdarda narkotik vasitə heroin, gödəkçənin sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd gümüşü rəngli elektron tərəzi, qardaşı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroin, şalvarının sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 19 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında istintaqa məlum olmayan “Mətləb” adlı şəxsdən, 100 manat borcunun əvəzində satış məqsədi ilə iki ədəd sellofan bükümdə, hər birinin çəkisi 6,683 qram və 9,271 qram, ümumi təmiz çəkisi 15,954 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan külli miqdarda heroindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroini 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Xırdalan şəhəri Sevil Qazıyeva küçəsi ev 4 ünvanında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla yaşadığı evin yaxınlığından gedərkən üzərində daşımış, həmin tarixdə saat 14:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, şəxsi axtarışları zamanı əynində olan göy rəngli şalvarının sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,683 qram külli miqdarda narkotik vasitə heroin, şalvarının sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd qara rəngli elektron tərəzi, qardaşı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,271 qram külli miqdarda narkotik vasitə heroin, gödəkçənin sağ yan cibində üzərində narkotik vasitə heroinin izləri olan və narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2004-cü ildən narkotik vasitə istifadə edir. 11 mart 2021-ci il tarixdə, səhər saat 11 radələrində evdən çıxmış, qapının ağzında dayanarkən içində 4-5 nəfər adam olan maşının ona yaxınlaşdığını görmüş, həmin şəxslər ona “otur maşına gedək” demiş, səbəbini soruşduqda maşından düşərək onu maşına otuzduraraq şöbəyə aparmışlar. Evdən çıxanda cibinə nəsə qoymadığını, üstündə heçnə olmadığını, buna görə də onun tutulması üçün hər hansı bir əsas olmadığını bildirmişdir. Polis İdarəsində onlarla razılaşmış, amma onda da üzərindən heçnə çıxmamışdır. Sonra evə buraxılmış, ona sonra idarəyə gələrsən deyilmiş, ayağı şiş olduğu üçün gedə bilməmişdir. 19 noyabr 2021-ci il tarixdə saat 11-12 radələrində Baş İdarənin 10 nəfərə yaxın əməkdaşı evə girmişdir. Qardaşı və özü evdə olmuşdur. Onların üzərindən heçnə çıxmamışdır. Onları Abşeron RPİ-ə aparmışlar, narkotik vasitə orada boyunlarına qoyulmuşdur. Yanında dostu Mətləb da olmuş, onu buraxmışlar. Mətləbə borca heçnə verməmişdir. O, yalan ifadə vermişdir. Qardaşı və özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Amma bölmədə üstlərindən heçnə çıxmamışdır. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişlər. Onlara fiziki zor tətbiq olunmayıb, psixoloji təsir olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarımda göstərilən ünvanda qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşayır, həyat yoldaşı qızı ilə ondan ayrı yaşayırlar.O, uzun müddətdir ki, narkotik vasitələrdən qəbul edir və iki dəfə də narkotik vasitələrin qəbuluna görə məhkum olunmuşdur.İstifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə etmişdir. Həmişə olduğu kimi 11 mart 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Alatava” adlanan yaşayış massivində adını xatırlamadığı bir dükanın yaxınlığında dayanıb bir qədər gözlədikdən sonra təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuş, o, da həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Belə ki, əvvəllər də həmin şəxsdən bir neçə dəfə özü qəbul etmək üçün narkotik vasitə almışdır.Həmin şəxs ona siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroin vermiş və o, da həmin şəxsə 10 manat pul vermişdir. Aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub, Xırdalan şəhərinə gəlmişdir.Həmin aldığı narkotik vasitəni də elə şalvarının sağ yan cibində saxlayırmış ki, sonra qəbul edəcək. Həmin gün saat 21 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon Pİ-nə dəvət etmiş və o, da etriaz etməyib, onların xidməti avtomobilinə əyləşərək Abşeron RPİ-nə gəlmişlər. Polis İdarəsinə gəldikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər, onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükümün içərisindən narkotik vasitənin olduğunu bildirmişdir. Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmiş, həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, da həmin narkotik vasitəni həmin günü Alatava yaşayış massivində tanımadığı şəxsdən 10 manata pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol ona oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Narkotik vasitə əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Bundan başqa, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Mətləb adlı şəxslə təxminən 5-6 ay əvvəl tanış olmuş və Mətləb ondan 10 gün əvvəl 100 manat borc almışdır. 19 noyabr 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Masazır qəsəbəsində “Şok” marketin yaxınlığında Mətləb ilə rastlaşmış və ondan 100 manat pulunu istəmiş, Mətləb də demişdir ki, pulu yoxdur, pulun əvəzində ona narkotik vasitə olan heroin verə bilər. O, da buna etiraz etməmiş və Mətləb ona iki ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin vermişdir.O, da həmin narkotik vasitə olan heroinləri əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin narkotik vasitə olan bükümlərdən içərisində az narkotik vasitə olanı səhəri günü saat təxminən 12 radələrində qardaşı Elçinə vermişdir. Belə ki, qardaşı Elçin də narkotik vasitələrin qəbulu ilə məşğul olur, həm də tanışlarına verir. 19 noyabr 2021-ci il tarixdə günorta saat təxminən 14:30 radələrində yaşadığı evin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduğunu təqdim etmişlər.Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və qardaşı Elçini Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və qardaşı Təqsirləndirilən şəxs2 iştirakı ilə hər iki nəfərin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroin, gödəkcəsinin sağ yan cibindən isə 1 ədəd elektron tərəzi, digər cibindən də 20 manat pulu və mobil telefonu aşkar edilmişdir. Ondan başqa Elçinin üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən də 1 bükümdə onun Elçinə verdiyi heroin 1 ədəd elektron tərəzi və pul vəsaiti aşkar edilmişdir. Həmin bükümü üzərində gəzdirməkdə məqsədi həm istifadə etmək, həm də dost, tanışa hədiyyə kimi vermək olmuşdur. O, üzərində aşkar edilmiş maddələri 1 gün öncə Masazır qəsəbəsində yaşayan “Mətləb” adlı şəxsdən həm öz istifadəsi, həm satmaq üçün, həm də qardaşına vermək üçün 100 manat borc müqabilində əldə etmişdir. Özü təxminən 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir, qardaşı Elçinin üzərindən aşkar edilmiş heroini də Elçinə özü vermişdir. Tərəzini üzərində saxlamaqda məqsədi narkotik vasitəni hədiyyə edərkən və ya alarkan dəqiq çəkisinin bilmək olmuşdur. Qeyd etmişdir ki, özü əvvəllər dəfələrlə Mətləb adlı şəxsdən narkotik vasitə almış, saxlanılan zaman və polis idarəsində olarkən nə ona, nə də ki, qardaşına heç bir zor tətbiq göstərilməmişdir.Qeyd etmişdir ki, narkotik maddələrin satışı ilə məşğul olmur, lakin bir neçə dəfə özünə aldığı narkotik maddələri tanıdığı şəxslərə pul müqabilində vermiş, lakin hazırda həmin şəxsləri xatırlamır. (Cild 1, iş vərəqə:193-194) Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları 11-12 radələrində yatdığı zaman onun evinə girmişlər, iki saat evdə qalmış, hətta çay içmişlər, evi axtarmış, lakin heçnə tapmamışlar. Birinci Şahid1 girmiş, dalıyca 2-3 nəfər də gəlmişdir. Onların əl izləri evdə qalmış, hər yerdə demiş, lakin araşdırılmamışlar. Onu bölməyə aparmışlar, üzərində narkotik vasitə olmamış, tutulan zaman narkotik vasitədən istifadə etməmiş, sadəcə metadon suyu içmişdir. Orada narkotik vasitəni cibinə qoymuşlar. Birinci vəkili ona qarşı haqsızlıqları gördüyü üçün müdafiə etməkdən imtina etmiş, hətta təhqiqatçı ilə vəkil mübahisə etmişdir. Ona oğlunu da tutub gətirəcəkləri deyildiyi üçün məcburiyyət qarşısında üzərinə qoyulan narkotik vasitəni qəbul etmiş, sənədləri imzalamışdır. Evdə olarkən Şirəli kiməsə zəng edərək evdən heçnə çıxmadığını bildirmiş, və ona “gedək qardaşına görə izahat alaq” demişlər. Aşağı düşəndə qardaşını və yanında iki nəfər adam görmüşdür. Həmin iki nəfəri buraxmış, onu və qardaşını isə eyni maşında aparmışlar. Yoldaşı ilə oğlu müstəntiqə evlərinə girildiyini, tədbir görülməsini demişlər. O da prokurora, hakimə deyilməsini bildirmişdir. Tutulan ərəfədə Elxanla münasibətləri pis olmuş, danışmamışlar. Çox istifadə etdiyi üçün Elxanı özü şikayət etmişdir ki, müalicəyə göndərilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitlərdən qəbul etdiyinə görə və oğurluq etdiyinə görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Qardaşı Elxan da onunla və ailə üzvləri ilə birlikdə yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə olan heroindən qəbul edir və qəbul etdiyi narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. 20 noyabr 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Elxan yaşadığı evdə ona bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin verib demişdir ki, Mətləb adlı şəxsdən 100 manat borcun əvəzində alıb. O, da həmin narkotik vasitəni əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyub, həm özü istifadə edəcək, həm də tanışlarına hədiyyə kimi verəcək. 20 noyabr 2021-ci il tarixdə, saat təxminən 14:30 radələrində yaşadığı evin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduğunu təqdim edərək, qardaşının külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu da Elçin ilə birlikdə Abşeron RPİ-yə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 20 manat pul, 1 ədəd alışqan və əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən isə qardaşı Elxanın ona verdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir.Ona məxsus pulu, alışqan özünə qaytarılmışdır. Təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroin olduğunu demişdir. Həmin büküm elektron tərəzi ilə çəkilərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o, üzərindən aşkar edilmiş maddəni qardaşı Təqsirləndirilən şəxs1 həm öz istifadəsi üçün həm də tanıdığı bəzi tanışlara vermək üçün aldığını bildirmişdir. Qardaşı Elxanın həmin maddələri Masazır qəsəbəsində yaşayan Mətləb adlı şəxsdən aldığını əvvəllər eşitmişdir. Həmin maddəni adətən qardaşı Elxan vasitəsilə ya da tanımadığı şəxslərdən əldə edir. Şəxsi axtarışı zamanı qardaşı Elxanın da üzərində bir bükümdə narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.Həmin bükümü həmin gün səhər saatlarında qardaşından almışdır. Belə bir fəaliyətindən heç kimin xəbəri yoxdur, başqa heç bir yerdə də narkotik tərkibli maddə saxlamır.Qeyd etmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmur, qardaşım Elxandan götürdüyü narkotikin bir hissəsini istəyən tanışlarına bzən pulnan bəzən də havayı olaraq verir. (Cild 1, iş vərəqə:205) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 11 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitələrdən qəbul etməklə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da bundan etiraz etməyərək onlarla Polis idarəsinə gəlmişdir.Polis idarəsində Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən bir ədəd siqaretin kağızı bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin maddəni Bakı şəhəri Yasamal rayonu Alatava adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir.O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid polis əməkdaşı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissəsində təsdiq etmişdir.( cild 1, iş vərəqə:170) Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2lə piyada hərəkət edərkən görüb onlara yaxınlaşmış və özlərini təqdim edərək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, hava şəraiti, təhlükəsizlik tədbiri nəzərə alınmaqla onları Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Elxan və Təqsirləndirilən şəxs2lər də bundan etiraz etməyərək onlarla Abşeron rayon Polis İdarəsinə gəlmişlər.Polis İdarəsində onlara üzərlərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən bir ədəd qara rəngli elektron tərəzi, 1 ədəd sellofan bükümü təqdim edərək masanın üstündə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan büküm açılmış və içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcəsinin cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini, “Nokia” markalı mobil telefonu, şalvarın cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm açılmış və içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılan qardaşı Təqsirləndirilən şəxs1 həm öz istifadəsi həm də bir hissəsini tanışlarına hədiyyə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, qardaşına da həmin maddənin bir hissəsini verdiyini, həmin narkotik vasitəni bir gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan tanışından aldığını, əldə etməkdə məqsədinin bir hissəsini istifadə etmək qalan hissəsini isə satmaq olduğunu bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1n göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid polis əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissəsində təsdiq etmişdir.( cild 1, iş vərəqə:109-111) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hadisə günü əri Təqsirləndirilən şəxs2 səhər yeməyini yeyib yatmışdır. Özü evdə oturmuş, mülki formada bir neçə nəfərin içəri girdiyini görmüş, hətta onlara “ayaqqabı ilə hara girirsiz?” demişdir. Elçini soruşmuşlar, o zaman polis olduqlarını başa düşmüşdür. Ərinin yatdığını demiş, yatdığı yerdə qoluna qandal vurmuşlar. Aşağıda Elxanı tutmuşlar, oğluna tikdiyi evin pəncərəsin qırmışlar, saat yarım iki saat evdə qalmışlar. Hətta polis əməkdaşlarına çay süzmüşdür. Bütün evi axtarmış, heç nə tapmamışlar. Nə ilə bağlı gəldiklərini bildirməmişlər, bölmədə araşdırılacaq deyilmişdir. Onlar “Elçini aparmayaq, ayaqları şişdir, ailəsi ağlıyır, oğlu nişanlıdır, qardaşını tutmuşuq” demiş, sonra “başımız ağrıyar” deyərək onu da aparmışlar. Nə evdə, nə üzərində narkotik vasitə olmamış, əri istifadəçi olmuş, amma həmin vaxt müalicə almışdır. Həyət evi olduğu üçün hadisəni görən şahidlər olduğunu bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Elçin və Elxan qonşusudur. Onun həyəti Elçin və Elxangilin həyətinə baxır. Hadisə günü günorta 1-2 radələrində paltar sərərkən səs-küy eşitmiş, 2-3 nəfərin Tağıyevlərin evinə qalxdığını görmüşdür. Hardasa 1-2 saat keçəndən sonra Elçini qolu qandallı düşürdüklərini görmüşdür. Bir müddət keçəndən sonra çölə çıxaraq Təranədən nə baş verdiyini soruşmuş və Elçinlə Elxanın tutulduğunu öyrənmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Elçingilin qonşusudur. Yaşadığı evin pəncərəsi düz onların həyətinə baxır, pilləkan çöldədir. Təqribən saat 1 radələrində oradan keçəndə 3-4 nəfərin yuxarı qalxdığını görmüş, qohuməqrabaları olduğunu düşünmüşdür. Sonra təzədən aşağı düşmüşlər, şübhələnmiş, pəncərənin qırağında duraraq baxmış, Elxanın qolları bağlı vəziyyətdə yanında iki adam olduğunu görmüşdür. Sonra onlar yenidən yuxarı qalxmışlar. Yuxarıdan Elçini də qolu qandallı düşürtmüş, hər iki qardaşı aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu, S.Qazıyeva küçəsində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 195) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3anında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. (İ cild, iş vərəqə 155) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsinə dair 11 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntüdə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bir büküm qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. (İ cild, iş vərəqə 132- 134) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan heroin və elektron tərəzilər aşkar edilərək götürülmüşdür.(İ cild, iş vərəqə 87) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsinə dair 20 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntüdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin üzərində bir bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə və elektron tərəzilər aşkar edilir. Təhqiqatçı tərəfindən aşkar edilmiş iki büküm və iki ədəd elektron tərəzilər qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. (İ cild, iş vərəqə 58-61) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli 6/1016 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N56” dairəvi möhür əksi olan, “xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər maddə....” yazılan zərfdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (İ cild, iş vərəqə: 139-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli, 6/5148 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış 1 №-li kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 6,683 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır.İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkun olmadı.Üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış 2 №-li kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 9,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkun olmadı.İz mikrohissəciklərinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır.1 və 2 №-li kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir.(İ cild, iş vərəqə: 72-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 565 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə: 15-16) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 563 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və sintetik opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə: 13-14) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqatdan sonra qalıq qalan 0,135 qram və 9,171 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqtdan sonra qalıq qalan 6,583 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi mühum sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon PŞ-nin anbarına təhvil verilmişdir. (cild 2, iş vərəqə: 208-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğulardan görünür ki, Təqsirləndirilən şəxs1 dəfələrlə cinayət əməlləri törədərək CM-nin 234.1, 234.2-ci maddələri ilə müxtəlif vaxtlarda məhkum edilmiş, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. (cild 2, iş vərəqə:198-199) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 avqust 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 dəfələrlə CMnin 234.1 və digər maddələri ilə məhkum edlmiş, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyun 2021-ci il tarixdə cəzasını çəkib qutarmışdır. (cild 2, iş vərəqə:196-197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. (cild 2, iş vərəqə 193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. (cild 2, iş vərəqə 195) Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evlərində tutulmaları, tutularkən üzərlərində narkotik vasitənin olmaması, üzərlərində aşkar olunmuş narkotik vasitələrin onlara polis əməkdarları tərəfindən verildiyi barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, əlavə şahid qismində dindirilmiş X3, X5 və X2 məhkəmədə verdikləri ifadələrdə göstərdikləri xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onların təqsirləndirilən şəxslə qohumluq və qonşuluq münasibətinin olmasına görə hal-hazırda verdikləri ifadə məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmir. Beləliklə, təqsirləndirilən şəxsləri öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olmasını, üzərlərindən elektron tərəzilərin aşkar edilməsini təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə: 121, 157, 165) Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək hazırkı cinayət işinə bir icraatda birləşdirilmişdir. 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilərək və barəsində Abşeron rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən 04(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə: 23-53, 96, 136-222) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı ,11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə: 23-53, 136-222) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayon PŞ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqatdan sonra qalıq qalan 0,135 qram və 9,171 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqtdan sonra qalıq qalan 6,583 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatın dəyəri olan 170,52 (yüz yetmiş manat, əlli iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 129,61 (yüz iyrmi doqquz manat, altmış bir qəpik) manat və Təqsirləndirilən şəxs2 40,91 (qırx manat, doxsan bir qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəlləri üzrə 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon PŞ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqatdan sonra qalıq qalan 0,135 qram və 9,171 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqtdan sonra qalıq qalan 6,583 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170,52 (yüz yetmiş manat, əlli iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 129,61 (yüz iyrmi doqquz manat, altmış bir qəpik) manat və Təqsirləndirilən şəxs2 40,91 (qırx manat, doxsan bir qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar