Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-197/2025 22.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 2000-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilməmiş - özünü İran İslam Respublikasının vətəndaşı “Aydın” kimi təqdim edən şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı şəxslərə çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Abşeron rayonu ərazisində yerləşdirdiyi külli miqdarda - 20 kq 35 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla ünvan 1 ünvanında yerləşən avtodayanacağa daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 22:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılmış, həmin tarixdə saat 22:50 dəqiqədən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı həmin avtomobilin arxa yük yerindən qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 02 ədəd kisənin içərisində 18 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 910 qram, 1005 qram, 1035 qram, 1000 qram, 995 qram, 1010 qram, 995 qram, 1000 qram, 1005 qram, 2000 qram, 1980 qram, 1010 qram, 1005 qram, 1045 qram, 1010 qram, 1005 qram və 1025 qram olmaqla ümumilikdə külli miqdarda 20 kq 35 qram çəkidə eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, “Tiktok” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Aydın kimi özünü təqdim etmiş şəxslə tanış olmuş, onunla nisyə olaraq 150 manata 20 qram narkotik vasitə olan qurudulmuş marixuana almağı razılaşmışdır. O, 21 sentyabr 2024-cü il tarixdə ona “Vatsapp” sosial şəbəkəsi vasitəsilə Aydının göndərdiyi yer bildiriminə əsasən narkotik vasitə götürməyə getmiş, lakin həmin yerə gedib narkotiki tapa bilməmişdir. Bundan sonra o, bu barədə Aydına məlumat verdikdə sonuncu yeni bir yerin bildirimini atmış və o, həmin yerə getmişdir. Bu yer onun yaşadığı yerdən təxminən 2 km məsafədə Masazır qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində getdikdə sfetoforun yaxınlığında olmuşdur. Həmin vaxtı idarə etdiyi avomobili sağ tərəfində - zibilqabıların yanında saxlayıb düşmüşdür. Bu zaman ona polis əməkdaşları yaxınlaşaraq onu yerə yıxmış və gedib yaxınlıqda gizlədilmiş iki ədəd çantanı gətirib onun avtomobilinə qoymuşlar. Götürülən anda o, həmin vaxt çantalarda nə olduğunu bilməmişdir. Polislərin göstərişi ilə o, avtomobili özü tək idarə edərək yaşadığı mənzil olan binanın zirzəmisində yerləşən qaraja gəlmiş və oraya daxil olmuşdur. Bu müddətdə polislər arxadan öz avtomobillərində onun maşınını öz avtomobilləri ilə müşahidə etmişlər. Qarajda xalası oğlu Cavid birlikdə dayısıgilə getmək üçün onu gözləmişdir. Bundan sonra ona təsir və təzyiq göstərilməklə qarajda videoçəkiliş aparılması təşkil edilmiş və məhz təzyiqlər nəticəsində o, çəkilişdə iştirak edərək, etirafedici məlumatlar vermişdir. O, ibtidai istintaq zamanı təsir və təzyiq altında olmuşdur. Narkotik vasitələri o, özü deyil, polis əməkdaşları tərəfindən ona “Vatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilən yer bildirimində olan ərazidən götürülmüş və onun avtomobilinə qoyulmuşlar. Bununla belə, təqsirləndirilən şəxs son söz olaraq səhv etdiyini, islah olduğunu və cavanlığını nəzərə alaraq ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə məsuliyyətdən yayınmaq üçün həqiqəti təhrif etməklə bu cür ifadələr vermişdir. Çünki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Təxminən sonuncu dəfə 5-6 ay əvvəl “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmişdir. Təxminən 1 il əvvəl sosial şəbəkədə İran vətəndaşı “Aydın” adlı şəxslə tanış olmuşdur. Sonra onlar “Whatsapp” vasitəsilə əlaqə saxlamağa başlamışlar. O, Whatsapp ani mesajlaşma proqramında istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikasının vətəndaşı olan “Aydın” adlı şəxsin istifadəsində olan mobil nömrəsini əzbərdən bilmədiyi nömrə ilə əlaqə saxlamışdır. xx.xx.2024-cü il axşam saat 17 radələrində iranlı “Aydın” adlı şəxs ona Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitə olduğunu, narkotik vasitəni həmin yerdən götürüb Bakı şəhərində müxtəlif ərazilərə aparıb qoymağını, bunun qarşılığında ona 5000 manat pul verəcəyini demiş, o isə Aydın adlı şəxslə razılaşmışdır. O, həmin vaxt ustada olduğu üçün bir müddət sonra gedə biləcəyini demişdir. Təxminən 1-2 saat sonra İran vətəndaşı “Aydın” adlı şəxs ona “Vatsapp” vasitəsilə konum ataraq ora getməyini bildirmişdir. O, təxminən saat 21 radələrində istifadəsində olan "Toyota Prius” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun atdığı ünvana getmişdir. Ünvana çatdıqdan sonra ünvanı dəqiqləşdirmək məqsədilə ona zəng etmişdir. Aydın ona zibilxananın içərisində yerdə 02 ədəd böyük kisə olduğunu bildirmişdir. O isə həmin 02 ədəd kisəni götürüb avtomobilin arxa yük yerinə qoymuşdur. Həmin gün dayısı ona zəng edərək onlara getməyini bildirmişdir. Bu vaxt xalasıoğlu Şahid2 onlarda olmuşdur və o, Cavidə zəng edərək onunla birlikdə dayısıgilə getmək istədiyini və bir neçə dəqiqədən sonra binanın avtodayanacağına düşməyini bildirmişdir. Cavid isə onunla razılaşmışdır. Bir neçə dəqiqədən sonra Cavid gəlmiş və maşına əyləşmişdir. Bu vaxt bir neçə nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Daha sonra o, əynində olan qara rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu, 1 (bir) ədəd avtomobil açarını, həmin şalvarın sol cibindən 31 (otuz bir) manat pulu, 1 (bir) ədəd alışqanı təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmış və qanunla qadağan edilmiş heç bir əşya, predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş və digər əşyalar isə müvafiq olaraq ona geri qaytarılmışdır. Daha sonra Şahid2 əynində olan göy rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd “İphone” markalı mobil telefonu, 1 (bir) ədəd “bakıkart” kartı, 1 (bir) ədəd elektron çipli açarı təqdim etmişdir. Sonra onun üzəri yoxlanılan zaman şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd açar, pul, şalvarın sol arxa cibindən 1 (bir) ədəd şarj aparatı aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar isə müvafiq olaraq sonuncuya geri qaytarılmışdır. Daha sonra idarə etdiyi “Toyota Prius” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı o, avtomobilin arxa yük yerindən 02(iki) ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən 18 (on səkkiz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Həmin qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İR-nın vətəndaşı “Aydın” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000(beş min) manat pul verəcəyini, yanında olan Şahid2 narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə və bunun müqabilində iranlı Aydın adlı şəxsin ona 5000(beş min) manat verəcəyi üçün əldə etmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi maddələri Masallı rayonunda məclislərdə olan zaman konkret xatırlamadığı şəxslərdən almışdır. Ona narkotik vasitə və psixotrop maddələri göndərən iranlı “Aydın” adlı şəxsin anket məlumatlarını bilmir və onunla görüşməmişdir, yalnız Whatsapp vasitəsilə əlaqə saxlamışdır. O, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Ondan aşkar edilmiş maddə və kütlələrdən qohumu Şahid2 məlumatı olmamışdır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Onun üzərinə, eləcə də avtomobilinə baxış əməliyyat müvəkkili tərəfindən həyata keçirilmiş, ondan əvvəl heç kim onun üzərinə və idarə etdiyi avtomobilə baxış keçirməmişdir. O, nə saxlanılan zaman, nə də üzərinə və avtomobilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Həmçinin saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasıoğludur. Tutulduğu gün onlar birlikdə dayısıgilə getməyi planlaşdırmışlar və buna görə o, Əlqədirin yaşadığı mənzilə gəlmişdir. Mənzildə olduğu zaman Əlqədir otaq yoldaşı vasitəsi ilə ondan düşməsini xahiş etmiş və o, da, qaraja düşmüşdür. O, liftdən çıxanda Əlqədir avtomobili liftin yanında saxlamış, o da avtomobilə qabaq sərnişin oturacağına əyləşmişdir. O, maşına oturub telefonunu qoymaq istəyən zaman qapı açılmış, avtomobildən düşürülməklə yerə uzadılmış, əl qolu isə yerdə arxadan bağlanılmış və bu vəziyyətdə 1-2 dəqiqəyə qədər müddətdə o, yerdə uzanıqlı qalmışdır. Bundan sonra o, avtomobilin arxa tərəfinə aparılmış və o, orada 2 kisə olduğunu görmüşdür. Polis əməkdaşları həmin kisələrin içərisində narkotik vasitə olduğunu dediyini eşitmişdir. Kisələrə qarajda baxış keçirilmiş və içərisindən bağlamalar çıxdığını görmüşdür. Bu zaman saat 22-23 radələri olmuşdur. Orada onun üzərinə baxış keçirilsə də, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində və maşınında narkotik vasitələrin olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda o, İbrahim Babayev, Vasif Bədəlov və Rais Məmmədov adlı əməkdaşlar olmuşlar. Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Masazır” yaşayış kompleksinin avtomobil dayanacağında saxlamışlar. Yanında Cavid adlı qohumu da olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində telefon, pul, maşının açarı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi maşın “Toyota Prius” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin maşının yük yerinə baxış keçirilmişdir. Baxış zamanı 2 ədəd böyük ölçüdə kisələr aşkar olunmuşdur. Həmin kisələrə baxış zamanı kisələrin içərisində 18(on səkkiz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin aşkar olunan kisələr çəkilmiş və qablaşdırılmışdır. Çəkiləri təxminən 20-21 kiloqram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşının dediyi yerdən götürdüyünü, 5000 manat pul müqabilində onun dediyi yerlərə yerləşdirəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Toyoya Prius markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokoldan və bu zaman CD diskdə qeydiyyata alınmış videogörüntülərdən görünür ki, 20 sentyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 22:45-də ünvan 1 ünvanı yaxınlığında olduğu zaman saxlanılmış, həmin gün 22:50-dən etibarən üstünü yoxlama və avtomobilə baxış həyata keçirilməyə başlanmışdır. Üstünü yoxlama və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını, həmin şalvarın sol cibindən 31 manat pulu və 01 ədəd alışqanı təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar isə müvafiq olaraq sonuncuya geri qaytarılmışdır. Daha sonra Şahid2 əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd “bakıkart” kartını, həmin şalvarın sol cibindən 01 ədəd elektron çipli açarı təqdim etmişdir. Sonra şəxsin üzəri yoxlanılan zaman şalvarın sağ yan balaca cibindən 01 ədəd açar, 85(səksən beş) qəpik pul vəsaiti, şalvarın sol arxa cibindən 01 ədəd şarj aparatı aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar isə müvafiq olaraq sonuncuya geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin arxa yük yerindən 02 ədəd kisənin içərisində ümumilikdə 18 ədəd bağlamanı təqdim etmişdir. Həmin 02 ədəd kisənin içərisində olan 18 ədəd bağlamaya baxış zamanı bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Təqdim edilmiş 02 ədəd kisənin içərisində ümumilikdə 18 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür. Üstünü yoxlama və avtomobilə baxış 20 sentyabr 2024-cü il tarixdə saat 22:50-də başlamış və həmin tarixdə saat 23:13-də bitmişdir. Üstünü yoxlama və avtomobilə baxış videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs, Şahid2 üzərinə və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili X3 tərəfindən aparılmış üstünü yoxlama və nəqliyyat vasitəsinə baxış hərəkəti zamanı aşkar edilərək götürülmüş əşyalara və 01 ədəd DVD diskə baxış Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilmişdir. Baxış və götürmə zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X3, X2, X4, Təqsirləndirilən şəxs iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Baxış aparılarkən təqdim olunan 01 ədəd mobil telefona, 01 ədəd sürücülük vəsiqəsinə, 02 ədəd kisəyə və 01 ədəd DVD-yə baxış keçirilmişdir. 01 ədəd “iphone” markalı mobil telefon və sürücülük vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 02 ədəd kisəyə baxış zamanı içərisində 18 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. DVD diskə baxış zamanı narkotik vasitələrin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilməsi və Təqsirləndirilən şəxs bu barədə məlumat verməsi müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsin vasitəsilə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000(beş min) manat pul verəcəyini, yanında olan Şahid2 narkotik vasitələrdən xəbərsiz olduğunu, birinci dəfədirki "Aydın” adlı şəxsdən narkotik vasitə götürdüyünü bildirmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə 21 sentyabr 2024-cü ildə saat 01:10-da başlamış və həmin gün saat 01:25-də başa çatmışdır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi” barədə 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone 14” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Muslum” kimi qeyd edilmiş ’’Azercell” mobil operatoruna məxsus +99***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan təxminən 35-40 dəqiqə əvvəl, yəni 20 sentyabr 2024-cü il tarixdə saat 22:08-də “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı "Muslum” kimi qeyd edilmiş şəxsə 01 ədəd konum və 3 ədəd narkotik vasitələrin olduğu yeri işarə edən fotoşəkillər göndərmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan narkotik vasitələri əldə etdiyini bildirdiyi iranlı “Aydın” adlı şəxsin “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində +98-***-***-**- ** nömrəli istifadəçi olması müəyyən edilmişdir. Telefona baxış keçirilməsi ilə bağlı fotocədvəl tərtib edilməklə protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1566 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” yazısı və imzalar olan boz rəngli sintetik bağlamadakı 11 (on bir) ədəd polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1000 qram, 910 qram, 1005 qram, 1035 qram, 1000 qram, 995 qram, 1010 qram, 995 qram, 1000 qram, 1005 qram, 2000 qram və üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” yazısı və imzalar olan boz rəngli sintetik bağlamadakı 07 (yeddi) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1980 qram, 1010 qram, 1005 qram, 1045 qram, 1010 qram, 1005 qram, 1025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 20035 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6698 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1184/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətiyemkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat mövcud deyildir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı mərhələsində qeyd etdiyi, ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən dəlilləri əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamı təkzib edən dəlillər kimi qəbul olunması və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, təqsirləndirilən şəxsin saxlanılma anı və yeri ilə bağlı göstərdiyi xüsusatlar işin faktiki halları ilə uyğunsuzluq təşkil etməklə yanaşı, öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin dediyi kimi, o, yaşadığı mənzilin yerləşdiyi binanın zirzəmisində deyil, narkotikin olduğu yerə dair göstərilmiş yer bildirimində qeyd edilmiş yerdə, həm də aşkar edilmiş narkotik vasitəni götürməzdən əvvəl saxlanılmasına dair göstərdiyi halın baş verməsi inandırıcı deyildir. Belə ki, onun məhkəmədə göstərdiyi yerdə saxlanılmasından sonra narkotik vasitənin onun avtomobilinə qoyulduqdan sonra tək, yəni birbaşa nəzarət olmadan öz maşınını sürüb, yaşadığı binanın zirzəmisinə gəlməsinə polis əməkdaşlarının icazə verməsi, inandırıcı hal kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, onun dediyi kimi arxadan gələn avtomobildə müşayiət edilməsi kifayət qədər nəzarət deyildir ki, bu kimi hala yol verilə bilsin. Digər tərəfdən Şahid2 zairzəmiyə enən anda polis əməkdaşlarının orada olmasına dair hər hansı halı müşayiət etməməsi və rahat şəkildə gəlib avtomobilə əyləşməsi bir daha təqsirləndirilən şəxsin bu xüsusatı məsuliyyətdən yayınmaq üçün təhrif edərək məhkəməyə təqdim etdiyini göstərir. Həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatlar, da, öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair protokoldan, 21 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və bu zaman CD diskdə qeydiyyata alınmış videogörüntülərdə Təqsirləndirilən şəxs hər-hansı təzyiq və ya təsir göstərilməsi müşahidə olunmur. Bununla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilmiş və bu qərar qüvvəsindədir. Həmin qərardan görünür ki, materiala əlavə edilmiş “MTE və PA Birliyi” PHŞ-in Nərimanov rayon şöbəsinin 28-M nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə xəsarət barədə heç bir qeydiyyat aparılmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri işin faktiki halları, habelə yuxarıda göstərilən sübutların məcmusu ilə təkzib olunur. Bununla yanaşı, təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, son söz söyləyərkən nisbətən yüngül cəza verilməsini xahiş etməsi də, onun faktiki olaraq ittihamla razılaşdığını və yalnız verilmiş prosessual hüquqlardan sui-istifadə edərək məsuliyyətdən yayınmağa çalışması qənaətinə gəlmək üçün əsas olan hallardandır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə yanaşı, 234.4.1-ci maddəsi ilə də, tövsif edilməsini də, ona görə düzgün hesab edir ki, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla yanaşı, telefonundan aşkar olunmuş dəlillər əsasında onun bu cinayəti şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən və cəzanın həddini müəyyən edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixli 6698 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, qalıq çəkisi 20 kq 33,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işində olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı,iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd “İphone 14” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 78 (yetmiş səkkiz) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, qalıq çəkisi 20 kq 33,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, cinayət işində olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd “İphone 14” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 78 (yetmiş səkkiz) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-197/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-197/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver