Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-198/2022 24.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 18,479 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 11,605 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana əldə edib üzərində və idarə etdiyi Vaz 21140 markalı E228 MO-178 rus dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq Xaçmaz şəhərindən Bakı şəhərinə daşımış, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən, DİN-in BDYPİ-nin YPXA-nın l tağımının 707 saylı stasionar postunda həmin tağımın əməkdaşları tərəfindən avtomobilin ödənilməmiş cərimələri olduğundan və avtomobili etibarnamə olmadan idarə etdiyindən saxlanılarkən narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr olmasında şübhəli olduğuna görə Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə üzərində şəxsi axtarış keçirilən zamanı qara rəngli cins şalvarının sağ yan cibindən açıq vəziyyətdə ümumi təmiz çəkisi 4,211 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamin, sol yan cibindən Rotmans markalı siqaret qutusunun içərisində təmiz çəkisi 1,330 qram qurudulmuş marixuana, idarə etdiyi Vaz 21140 markalı E 228 MO-178 rus dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda bir ədədi dirsək altı adlanan hissədə və digər bir ədədi kül qabının içərisində olmaqla hər birinin ayrı-ayrılıqda çəkiləri 0,176 qram və 0,023 qram ümumilikdə 2 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetamin, avtomobilin arxa yük yerinin üst hissəsində kiçik döşəkçənın içərisində 13,285 qram metamfetamin, avtomobillin matorxanasının sol tərəfindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində 9,535 qram qurudulmuş marixuana və həmin şəffaf rəngli sellofanın içərisində olan bir ədəd kağız bükülünün içərisində qarışıq kütlədə təmiz çəkisi 0,740 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvaqif qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, onun sözlərinə əsasən ondan protokolda göstərilənlərdən daha az miqdarda narkotik vasitə və psixotrop maddə olmuşdur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunanadək ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, heç bir yerdə işləməmişdir. İstifadəsində ***-***- **-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Saxlanıldığı vaxt üçün təxminən 1 ay müddətdir ki, düşəndə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Xaçmaz rayon sakini Şahid7 Xaçmaz şəhərində fəaliyyət göstərən “Mazarina” firmasının deposunda sürücü işləydiyi dövrdən tanımışdır. Şahid6 isə Rəşadın sinif yoldaşı olmuşdur. Onu saxlanıldığı vaxtdan bir gün əvvəl birlikdə Bakı şəhərinə gedərkən tanımışdır. Həmin vaxt üçün təxminən 10 gün əvvəl idarə etdiyi Vaz 21140 markalı E 228 MO- 178 rus dövlət qeydiyyat nişanlı avtomobillə gecə saat 03 radələrində Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən Siyəzən rayonu ərazisində yuxusu gəldiyi üçün avtomobili yolun kənarında saxlamış və bir az gözünün acısını almaq üçün atomobildə yatmaq istəyəndə əks yolla hərəkət edən Skuterin yolda dayandığını və əlindəki mobil telefonla şəkil çəkdikdən sonra çıxıb getdiyini görmüşdür. Skuter oradan uzaqlaşdıqdan sonra o, avtomobildən düşüb əks yola keçmiş və Skuterin durduğu yerə baxanda yerdə bir ədəd More markalı siqaret qutusunun olduğunu görmüşdür. Həmin More markalı siqaret qutusunu yerdən götürüb içərisinə açıb baxanda orada bir ədəd şəffaf sellofan bükülünü açanda içərisində yaşılımtıl rəngdə kütləninin olduğunu görmüş və həmin şəffaf sellofan bükülünü qutunun içərisindən çıxardıqda qutunun içərisində açıq şəkildə ağ kristal şəklində kütlənin də olduğunu görmüşdür. Həmin kütlənin şüşə və sellofanin içərisindəki kütlənin marixuana olduğunu bildiyi üçün həmin qutunu götürüb avtomobilinə gəldikdən sonra Xaçmaz rayonuna gəlmişdir. Xaçmaz rayonuna yaşadığı ünvana gəldikdən sonra evdə gəlib yatmışdır. Səhəri gün yuxudan durduqdan sonra avtomobildə saxladığı siqaret qutusunu açıb içərisindəki şəffaf rəngli sellofan torbanı götürmüşdür. Həmin torbadan istifadə etmək üçün bir az marixuana götürmüş və həmin şəffaf sellofan torbanı avtomobilin matorxanasını sol tərəfində gizlətmişdir. Siqret qutusunda olan şüşəni isə sürücü tərəfdə oturacağın altında gizlətmişdir. Bir neçə gün sonra həmin qutuda olan şüşəni şəffaf rəngli sellofanın içərisinə qoyduqdan sonra həmin sellofan bükülünü sürücü tərəfdə oturacağın altında gizlətmişdir. 28 sentyabr 2021-ci il tarixdə şüşədən istifadə etmək üçün üzərindən bir az götürüb şəffaf rəngli sellofan bükülüyə qoymuş və həmin bükülünü də siqaret qutusunun içərisinə yerləşdirmişdir. 28 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Rəşad mənə zəng edərək Bakı şəhərindən avtomobil aldığını və birlikdə avtomobilə gedib baxmaq istədyini demiş və onu Xaçmaz şəhəri S.Qurbanov küçəsində yerləşən “Ucuz” marketin qarşısında gözləyəcəyini bildirmişdir. Bundan sonra o, Rəşadla razılaşmış və idarə etdiyi Vaz 21140 markalı E 228 MO- 178 rus dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Rəşadın dediyi yerə gəlmişdir. Həmin vaxt Rəşadın yanında iki nəfər şəxs də olmuşdur. Həmin şəxslərin sonradan adlarının Orxan və Asif olduğunu bilmişdir. Onlar avtomobilə əyləşdikdən sonra birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqdan sonra Hökməli qəsəbəsinə gedərək orada Rəşad “Lada Calina” markalı avtomobilə baxdıqdan sonra avtomobili bəyənmiş və avtomobili satan şəxslə behləşdikdən sonra Rəşad ona sürücülük vəsiqəsi Xaçmaz RPŞ-də olduğunu, Asifin də sürücülük vəsiqəsinin evdə qaldığını deyərək avtomobili sabah gəlib alacağını demişdir. Bundan sonra onlar birlikdə Xaçmaz şəhərinə qayıtmışlar. Geri qayıdarkən Orxan adlı şəxs avtomobildən düşüb nənəsinin yaşadığı ünvana getmişdir. O, Asif və Rəşadla birlikdə 28 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixə keçən gün saat saat 07 radələrində Asifin yaşadığı evdən sürücülük aldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmışlar. O, Rəşada yorğun olduğunu deyərək avtomobili idarə etməsini bildirmişdir. Rəşad etiraz etməyib avtomobili idarə etmək üçün sükan arxasına keçmiş və o, avtomobilin arxa oturacağında oturmuşdur. O, arxa tərəfdə oturduqdan sonra cibində siqaret qutusunda olan qurudulmuş marixuananı siqaret tütün ilə qarışdırıb avtomobildə çoxdan alıb saxladığı boş siqaret gilizinə doldurduqdan sonra Asif Aqubov ilə birlikdə çəkmişlər. Onlar Siyəzən rayonunun Zarat kəndində yerləşən posta çatanda arxada oturduğu üçün sürücü tərəfdə oturacağın yanında sellofan bükülünün içərisində olan şüşəni götürmək istəyəndə sellofan oturacağın dəmirinə ilişib cırıldığını görüb sellofan bükülün ehmalca götürüb içərisindəki şüşəni avtomobilin arxa oturacağında olan döşəkşənin içərisinə boşaltmış və döşəkçənin ağzı açıq olduğundan onu ehmalca arxa yük yerinin üst tərəfinə qoymuşdur. Onlar posta yaxınlaşanda postda olan polis əməkdaşı avtomobiliə saxla işarəsi vermişdir. Rəşad avtomobili yolun sağ tərəfinə verib saxlamış və avtomobildən aşağı düşüb yol polisinə yaxınlaşmışdır. Bir qədər sonra Rəşad avtomobilə yaxınlaşmış və yol polisinin sənədləri istədiyini bildirmişdir. Bundan sonra yol polisinin avtomobilə yaxınlaşdığını görüb avtomobildən aşağı düşərən ayaqaltıda şüşənin dağıldığını görüb ayaqaltıda olan metamfetamin qalıqlarını yığıb cibinə qoymuşdur. Yol polisi onlara yaxınlaşdıqdan sonra avtomobilin cəriməsi olduğunu deyərək avtomobili duracaq meydançasına qoyacağını demiş və avtomobili postun yanında duracaq meydançasının qarşısına gətirmişdir. Daha sonra onlar birlikdə avtomobildən düşüb posta yaxınlaşmışlar. Yol polisi əməkdaşı ona avtomobilə aid sənədləri avtomobildən gedib gətirməsini bildirmişdir. O, avtomobilinin qarşısına gəlib avtomobilə aid texniki pasportu götürəndə ayaqaltıda narkotik vasitə olan şüşə qalıqlarını görüb onları da cibinə qoyarkən yol polisi əməkdaşı onun cibinə nəyisə qoyduğunu görüb ondan şübələnmiş və bu barədə Siyəzən RPŞ-nə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarının qabaq sol yan cibindən bir ədəd siqaret qutusunu, iki ədəd alışqanı, avtomobilə aid açarı, sağ yan cibindən bir ədəd siqaret qutusu avtomobilin matorxanasının üzərinə qoymuşdur. Daha sonra sağ yan cibində olan açıq şəkildə bir ovuc narkotik vasitə olan şüşəni cibindən çıxardıqda dağılmamaq üçün müstəntiq tərəfindən təqdim olunan ağ kağızın üzərinə boşaltmışdır. “Davidov” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülü, “Rotmans” markalı siqaret qutusunu içərisində isə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin şəffaf selofan açıldıqda içərisində ağ kristal şəkilli kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş şəffaf sellofan bükülüdə olan kütlə, “Rotmans” markalı siqaret qutusunu içərisində isə qurudulmuş marixuanaya oxşar kütlə və cibindən ağ kağızın üzərinə qoyulmuş kristal şəkilli kütlələr müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürlənmiş, o və digər iştirakçlılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra, ona məxsus Vaz 21140 markalı E 228 MO- 178 rus dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə baxış keçirilmişdir. Avtomobilimə baxış keçirilərkən salonda dirsək altında bir ədəd gümüşü rəngli bükülü, iki ədəd üzərində “Dexofen” yazısı olan dərman kanvalyutu, kül qabının içərisində isə bir ədəd gümüşü rəngli bükülü aşkar olunmuşdur. Həmin bükülülər polis əməkdaşları tərəfindən açıldıqda içərisində ağ kristal şəkilli metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra həmin iki ədəd bükülü və iki ədəd “Dexofen” yazısı olan dərman kanvalyutu, müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürlənmiş, o və bütün digər iştirakçlılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra avtomobillin matorxanasının sol tərəfindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya aşkar edilmişdir. Həmin sellofana müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin sellofanın içərisində 1 ədəd kağız bükülü də olmuş və həmin kağız bükülünün içərisində tütün ilə qarışıq formada narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin aşkar edilmiş sellofan 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və üzəri zərflər üçün möhürlə möhürləndikdən sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra avtomobilin arxa yük yerinə baxış keçirilməsinə başlanılmışdır. Bu zaman avtomobilin arxa yük yerinin üst hissəsində kiçik döşəkçənın içərisində olan ağ kristal şəkilli metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağızın üzərinə boşaldılmış və ondan sonra həmin kağız bükülü bağlanmışdır. Həmin bükülü 1 ədəd zərfdə qablaşdırılmış və üzəri zərflər üçün möhürlə möhürləndikdən sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Həmin ərəfələrdə videokameranın qeydiyyat müddəti məhdud olduğundan müstəntiq tərəfindən əvvəlcədən xəbərdarlıq edilməklə videoçəkiliş dayandırılmış və qaldığı yerdən davam etdirilmişdir. (Cild 1, iş vərəqləri 136-142; Cild 2, iş vərəqləri 8-10) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mümkünlüyü və mötəbərliyi üzrə yoxlamaqla sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2021ci sentyabr ayının 29-da saat 12 radələrində idarə etdiyi avtomobilin üzərində ödənilməmiş cərimələri olduğundan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 707 saylı X5 idarə etdiyi E 228 MO-178 rus dövlət qeydiyyat nişanlı, Vaz 21140 markalı avtomobil onlar tərəfindın saxlanılmışdır. Avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini tələb etmişlər. Maşını idarə edən Rəşadın nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmamışdır. Sərnişin oturacağında oturan Şahid6 və Təqsirləndirilən şəxs şübhəli davrandıqları üçün onlardan avtomobildən düşməsini tələb etmişlər. Daha sonra inzibati binaya dəvət edərək Siyəzən RPŞ-nin əməkdaşlarını çağırmışlar. Siyəzən RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 Stasionar Posta gəlmişlər. İlk öncə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin itirakı ilə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 02 ədəd alışqan, iki ədəd “Rothmans” markalı siqaret qutusu, açıq vəziyyətdə olan kristalşəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən siqaret qutusunda içərisində ağ kristalşəkilli kütlə olan bir ədəd bükülü olması müəyyən edilmişdir. Digər siqaret qutusundan qurudulmuş marixuana aşkar edilmişdir. Sonra Şahid6 üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən bir qutu siqaret, çəkilmiş vəziyyətdə olan siqaret gilizi, bir ədəd müştük formasında kağız bükülü aşkar edilmişdir. Çəkilmiş siqaret gilizinin içərisindən tütünlə qarışıq qurudulmuş marixuana aşkar olunmuşdur. Şahid7 üzərində şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı avtomobilin salonunda dirsək altından bir ədəd bükülü, iki ədəd üzərində “dexofen” yazısı olan dərman konvalyutu, kül qabının içərisindən bir ədəd bükülü aşkar olunmuşdur. Bükülülərə baxış keçirilərkən onların içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Avtomobilin motorxana hissəsinə baxış keçirildikdə oradan içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan bir ədəd sellofan aşkar olunmuşdur. Avtomobilə baxış keçirilməsi davam etdirilərkən avtomobilin arxa yük yerindən bir ədəd açıq formada psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-in əməkdaşı X3 ifadəsində göstərdi ki, 2021-ci il 29 sentyabrda Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən Stasionar Postdan təqsirləndirilən şəxslərin özlərini şübhəli aparması barədə məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, qrupun üzvləri ilə birlikdə Stasionar Posta getmişlər. Təqsirləndirilən şəxsin və onunla birlikdə olan Şahid6 və Şahid7 üzərində müdafiəçinin itirakı ilə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuana və qurudulmuş metamfetamin aşkar edilmişdir. Şahid6 üzərindən qurudulmuş marixuana aşkar edilsə də Şahid7 üzərindən isə qanunla qadağan olunmuş hər hansı əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş,baxış zamanı avtomobildən psixotrop maddə metamfetamin, qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci il 28 sentyabrda tarixdə Anara zəng edib Bakı şəhərindən avtomobil aldığını və birlikdə avtomobilə gedib baxmaq istədiyini demişdir. Anarla birlikdə onun idarə etdiyi Vaz 21140 markalı avtomobillə Bakıya gəlmişlər. Bakıya gələrkən maşında Orxan və Asif də olmuşdur. Bakı şəhəri Hökməli qəsəbəsində “Lada Calina” markalı avtomobilə baxıb avtomobili satan şəxslə behləşdikdən sonra avtomobili sabah gəlib alacağını demişdir. Sonra Xaçmaz şəhərinə qayıtmışlar. Geri qayıdarkən Orxan adlı şəxs avtomobildən düşüb nənəsinin yaşadığı ünvana getmişdir. O, Anar və Asiflə birlikdə 29 sentyabrda Asifin yaşadığı evdən sürücülük vəsiqəsini aldıqdan sonra yenidən Bakı şəhərinə gəlmişlər. Anar yorğun olduğunu deyib avtomobili onun idarə etməyini xahiş etmişdir. Onlar YPX postuna yaxınlaşanda polis əməkdaşı avtomobilə saxla işarəsi vermiş, avtomobili yolun sağ tərəfinə verib saxlamışdır. Avtomobildən aşağı düşüb yol polisinə yaxınlaşmış, geri qayıdıb Anara yol polisinin sənədləri istədiyini demişdir. Yol polisi avtomobilin cəriməsi olduğunu deyərək avtomobili duracaq meydançasına qoyacağını bildirmiş və avtomobili duracaq meydançasının aparmışdır. Avtomobildən düşüb posta yaxınlaşmışlar. Yol polisi əməkdaşı Anardan avtomobilə aid sənədləri istəmiş və müəyyən edilmişdir ki, Anarın da avtomobili sürmək üçün etibarnaməsi yoxdur. Onları inzibati binaya aparmışlar, o arada polislər çağırılmış, üzərilərinə baxış keçirmişlər. Anarın üzərindən metamfetamin, maşından isə marixuana və metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayının 29-də Rəşada avtomobil almaq üçün Anarın maşını ilə Bakıya gəlmişlər. Avtomobilə baxdıqdan sonra avtomobili satan şəxslə behləşdikdən sonra Anar yorğun olduğundan maşını Rəşad idarə etmişdir. Onlar posta yaxınlaşanda polis əməkdaşı onları saxlamış, maşının sənədlərini istəmişdir. Maşının sənədləri olmadığı üçün onları inzibati binaya aparmışlar. Sonra polislər gəlmiş və üzərilərinə baxış keçirmişlər. Anarın üzərindən metamfetamin, maşından maixuana və metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Xaçmaz şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu və bundan başqa Xaçmaz şəhərində marketdə işlədiyini bildirmişdir. O, təxminən 6-7 ay müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs təxminən o, polis tərəfindən saxlanıldığı müddətdən 2-3 ay əvvəl Xaçmaz şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlı olmuşdur. O, bir dəfə ehtiyacı olduğu üçün Anardan pul qarşılığında psixotrop maddə almışdır. Həmin vaxt Anarın ona verdiyi psixotrop maddə az miqdarda olduğundan o, Anara istehza ilə gəlib ondan əlavə pul götürməsini demişdir. Həmin vaxt o, Anardan aldığı psixotrop maddənin əvəzində Anara 30 manat məbləğində pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 digər şahidlər Şahid3 və Şahid5 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi nəqliyyat vasitəsinə dair etibarnamə olmadığı və avtomobilin üzərində ödənilməmiş cərimələri olduğundan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 707 saylı Stasionar Postunun əməkdaşları tərəfindən saxlanılmış E 228 MO-178 rus dövlət qeydiyyat nişanlı, Vaz 21140 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, avtomobildə olan sərnişinlər Şahid6 və Şahid7 şübhəli davranışları səbəbindən üzərilərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yaranması barədə Siyəzən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat Siyəzən RPŞ-yə daxil olduqdan sonra işlə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmaqla RPŞ-nin rəhbərliyi tərəfindən təsdiqlənmişdir. Daha sonra o, Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Siyəzən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 birlikdə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 707 saylı Stasionar Postuna yollanmış və təlimatlandırılma keçirilmişdir. Araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X6 tapşırılmışdır. Daha sonra Şahid7 üzərində şəxs axtarış, Şahid6 üzərində şəxsi axtarış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. İlk növbədə Şahid6, Təqsirləndirilən şəxs və Şahid7 müdafiəçi X7 müdafiəçi qismində təqdim olunmuş və onların hər birinə hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bildiriş Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 tərəfindən imzalanmaqla götürülmüşdür. İlk növbədə Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd alışqan, bir ədəd “Rothmans” markalı siqaret qutusu, sağ yan cibindən isə digər bir ədəd “Rothmans” markalı siqaret qutusunu və cibində açıq vəziyyətdə olan ağ kristalşəkilli kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş kristalşəkilli kütlələr bir ədəd ağ rəngli kağız parçasına qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Davidoff” markalı siqaret qutusuna baxış keçirildi və oradan bir ədəd şəffaf bükülü aşkar olunmuşdur. Həmin bükülü müstəntiq Sail Tağıyev tərəfindən açıldıqda orada ağ kristalşəkilli kütlə müəyyən olunmuşdur. Daha sonra “Rothmans” markalı siqaret qutusuna müstəntiq tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Həmin qutu açıldıqda orada yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülü, müştük formasına salınmış 1 manatlıq pul əskinası və sağ yan cibindən aşkar olunmuş açıq vəziyyətdə olan ağ kristalşəkilli kütlə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri zərflər üçün nəzərdə tutulmuş möhürdən istifadə etməklə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan avtomobilə tərəfimdən müstəntiqin göstərişinə əsasən, baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin salonunda dirsək altında bir ədəd gümüşü rəngli bükülü, iki ədəd üzərində “dexofen” yazısı olan dərman konvalyutu, kül qabının içərisində bir ədəd gümüşü rəngli bükülü aşkar olunmuşdur. Aşkar olunmuş hər iki gümüşü rəngli siqaret kağızı bükülülərinə baxış keçirilmiş və orada psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən olunmuşdur. Daha sonra həmin iki ədəd gümüşü rəngli bükülü və üzərində “dexofen” yazısı olan dərman konvalyutu bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin matorxana hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilərkən orada bir ədəd şəffaf rəngli sellofan aşkar olunmuşdur. Həmin sellofan bükülünün içərisinə baxış keçirilərkən orada digər bir ədəd sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən olunmuşdur. Bundan başqa həmin sellofan bükülünün içərisində bir ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülüyə baxış keçirildikdə orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra həmin sellofan bükülü aşkar olunduğu formada qablaşdırılaraq bir ədəd zərfə yerləşdirilmiş və üzəri zərflər üçün möhürdən istifadə edilməklə möhürləndikdən sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilmişdir. Bu zaman avtomobilin arxa yük yerində bir ədəd döşəkçənin içərisində açıq formada psixotrop maddə metamfetaminə bənzər ağ kristalşəkilli kütlə müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını və psixotrop maddə olmasını bildirmişdir. Daha sonra həmin bir ədəd kağız bir ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun tərəfindən avtomobilə baxış keçirilməsi prosesi davam etdirilmişdir. Avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan qanunla qadağan olunmuş hər hansı əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi prosesi yekunlaşdırılmışdır. (Cild 1, iş vərəqləri 187-191) Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəq 209) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması” haqqında 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Aim oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli cins şalvarının sağ yan cibindən açıq vəziyyətdə ümumi təmiz çəkisi 4,211 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamin, sol yan cibindən Rotmans markalı siqaret qutusunun içərisində təmiz çəkisi 1,330 qram qurudulmuş marixuana, idarə etdiyi Vaz 21140 markalı E 228 MO-178 rus dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda bir ədədi dirsək altı adlanan hissədə və digər bir ədədi kül qabının içərisində olmaqla hər birinin ayrı-ayrılıqda çəkiləri 0,176 qram və 0,023 qram ümumilikdə 2 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetamin, avtomobilin arxa yük yerinin üst hissəsində kiçik döşəkçənın içərisində 13,285 qram metamfetamin, avtomobillin matorxanasının sol tərəfindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində 9,535 qram qurudulmuş marixuana və həmin şəffaf rəngli sellofanın içərisində olan bir ədəd kağız bükülünün içərisində qarışıq kütlədə təmiz çəkisi 0,740 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.(Cild 1, iş vərəqləri 56-58) “Şəxsi axtarış, baxış və götürmə aparılması” 29 sentyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ”Baxış keçirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vaxt ərzində edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısı, göndərilən və daxil olan SMS-lərin məzmunlarının köçürülüdüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi vasitəsilə əldə edilmiş 01 ədəd Kompakt Diskə baxış zamanı onun istifadəsində olan +**********30 saylı mobil nömrə ilə +**********35 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 10:11:48-də “Ay birat ac da telefonu camaat məni gözləyir.mənim ismi niye yuvati” məzmunlu, onun istifadəsində olan +**********30 saylı mobil nömrə ilə +**********11 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 00:39:51-də “Mene verdiyin coxduye ala' terezide 07.5 oldu. Artig isdemirem. Saba gelib gotur mennen pulu” məzmunlu, onun istifadəsində olan +**********30 saylı mobil nömrə ilə **********36 saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 00:59:21-də “Ay balam məndə şet 15₼ digdi o qədər yoxdur usdumdə isdəyirsən zəng” məzmunlu mesajlaşmaların olduğunun görünməsi, həmçinin “Mene verdiyin coxduye ala' terezide 07.5 oldu. Artig isdemirem. Saba gelib gotur mennen pulu” məzmunlu mesajlaşmalar aşkar olunmuşdur. Həmin kompakt disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 205-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1002 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusu.” yazıları və imzalar olan 1№-li zərfdə bir ədəd üzərində “Rothmans” sözü yazılmış siqaret qutusunda təmiz çəkisi - 1,330 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vaz 21140 markalı..... döv. Qeydiy. Niş. Avtomobildə olan kütlə” yazılar və imzalar olan 2№-li zərfdə bir ədəd sellofan torbada təmiz çəkisi -9,535 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə bir ədəd kağız bükülüdə qarışıq kütlədə təmiz çəkisi 0,740 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 10,275 qramdır. (Cild 1. İş vərəqləri 86-89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4314 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri olan 1№ zərfdəki iki ədəd bükümdə (bir ədəd sellofan kəsiyi bükümü və bir ədəd ağ rəngli kağız büküm) ayrıayrılıqda təmiz çəkiləri 0,784 qr., 4,211 qr., ümumi təmiz çəkisi 4,995 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamindir, 1 ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əskinasın səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi, üzərində “.. markalı avtomobildən....”sözləri olan 2№ zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qr., 0,023 qr., ümumi təmiz çəkisi 0,199 qram olan ağ kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamindir, üzərində “Dexofen dexketoprofen” göstəriciləri olan bir ədəd dərman konvolyut kəsiyində 2 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respubliaksının ərazisində idxalına, ixracına, tranzit nəqli edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli X2 ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Üzərində “...Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri olan 3№-li zərfdəki bir ədəd bükümdə (ağ rəngli kağız büküm) təmiz çəkisi 13,285 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 1, 2 və 3”-li zərflərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkiləri 18,479 qramdır. (Cild 1, iş vərəqləri 90-96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5170 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu yaranan nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyat alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 235-236) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış maddi sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üzərində “Rothmans” sözü yazılmış siqaret qutusunda 1,310 qram qalıq çəkidə qurudulmuş marixuana, idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ümumi qalıq çəkisi 10,235 qram olan bir ədəd sellofan torbada təmiz çəkisi - 9,535 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız bükülüdə qarışıq kütlədə təmiz çəkisi 0,740 qram qurudulmuş marixuana, həmçinin onun üzərindən aşkar olunmuş iki ədəd bükümdə 4,895 qr. qalıq çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd qalıq həb, avtomobildən aşkar olunmuş iki ədəd bükümdə 0,119 qr. qalıq çəkidə psixotrop maddə metamfetamin və avtomobilin yük yerindən aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükümdə 13,235 qram qalıq çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 11-37) Məhkəmə, Təqsirləndirilən şəxs onda ittihamda göstərilənlərdən daha az həcmdə narkotik vasitə və psixotrop maddənin olması ilə bağlı göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. (cild 1, iş vərəq 246) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəq 175) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən raypn məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 51, 150-152) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini və maddi sübutlarla bağlı qərar qəbul edilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 11,545 qram qurudulmuş marixuana; 18,249 qram metamfetamin, 01 ədəd həb məhv edilməli, iş materiallarında olan 02 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan 11,545 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 18,249 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd həb məhv edilsin, iş materiallarında olan 02 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-198/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-198/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver