Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-199/2022 17.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Adil oğlunun və təqsirləndirilən şəxsin iştirakları ilə xx xxxxx 1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətİ ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, X7, 1-ci məhəllədə fərdi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hadisədən bir neçə gün öncə telefon danışıqları, “Whatsapp” proqramında olan yazışmalar vasitəsilə keçmiş arvadı Şahid1 Zərərçəkmiş şəxs ilə münasibətdə olduğunu müəyyən etdiyi üçün izləməyə başlamış, 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid1 saat 11 radələrində Zərərçəkmiş şəxsla görüşəcəyini bilib bu barədə Şahid1 bir söz demədən sonuncunun istifadəsində olan mobil telefonunun kiliddə olması ilə bağlı mübahisə etdikdən sonra işə getmək adı ilə yaşadığı Sumqayıt şəhəri, X7 1-ci məhəllədə yerləşən fərdi evi tərk etsə də Zərərçəkmiş şəxs yaşadığı evə gələcəyini bildiyi üçün evinin yaxınlığında gizlincə gözləmiş və saat 12 radələrində yaşadığı evinin önündə Şahid1 Zərərçəkmiş şəxs idarə etdiyi gümüşü rəngli, “Mercedes C klass” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdikdən sonra şəhər istiqamətində hərəkət etdiyini gördüyü üçün yaxınlıqda taksi kimi fəaliyyət göstərən Şahid2 idarə etdiyi “OPEL ASTRA” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək sürücüdən xahiş edib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili izləmiş, sonuncunun Sumqayıt şəhəri, bulvar ərazisində yerləşən "xxxx" MTK tərəfindən tikilmiş yeni tikilinin qarşısında dəniz kənarında avtomobilini dayananadək axasınca düşmüş və taxsi sürücüsünə gediş haqqını ödədikdən sonra avtomobildən düşüb Şahid1 ilə Zərərçəkmiş şəxs olduğu avtomobilə yaxınlaşaraq sonuncunun əyləşdiyi, sükan tərəfdən ön sol qapını açmış, Şahid1 onu gördüyü üçün avtomobildən düşərək hadisə yerindən qaçdığını görüb Zərərçəkmiş şəxs yaxasından tutub çölə dartaraq onunla əlbəyaxa mübahisə etməyə başlamış, əlbəyaxa zamanı hər ikisi yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs intiqamını almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, üzərində əvvəlcədən götürdüyü istintaqa məlum olmayan bıçağı pencəyinin cibindən çıxardaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq döş qəfəsinin sol yarısının döş boşluğuna keçən 1 ədəd yarası-dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun aşağı 1/3-nin mil sinirini zədələyən yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, döş qəfəsinin ön və arxa səthinin, sol qoltuqaltı, sol bazu, sol saidin yaraları (17 ədəd) birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin hadisə zamanı hüquq mühafizə orqanın əməkdaşlarının gələcəyindən qorxduğu üçün Zərərçəkmiş şəxs zərbələr vurmağı dayandırıb, oradan uzaqlaşmaq qərarına gəlmiş, nəticədə öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməyərək onu qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və sonuncunun sərəncamında olan “Mercedes C klass” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Şahid1 ilə 2011-ci ildə evlənmiş, 2018-ci ildə boşanmışdır. Daha sonra uşaqlara görə yenidən barışmışlar. Hadisə 2021-ci il sentyabr ayının 28-də saat 11 radələrində baş vermişdir. İşdə olarkən Nərminin istifadəsində olan mobil telefonunda quraşdırılmış Whatsapp proqramını izləməyə qoymuş və Nərminin İlkinlə yazışmalarını görmüşdür. Onlar uşaqlar üçün evə internet xətti çəkmək istəmiş, bunun üçün ATS-ə müraciət etmişlər. ATS-dən İlkin Nərminlə əlaqə yaratmış, telefon xətti çəkmək üçün gəlib evə baxmışdır. İlk əvvəllər telefon yazışmalarında Nərmin İlkinə “müəllim” deyə müraciət etmiş, lakin sonradan yazışmaların mövzusu dəyişmiş, “müəllim” sözü aradan çıxmışdır. İlkinlə Nərmin görüş təyin etmişdir. Hadisə olan gün o, işə getmək adı ilə evdən çıxıb işə getməmişdir. Saat 12 radələrində İlkin “Mercedes C class” markalı avtomobili ilə onların evinə gəlmiş, Nərmini və qızı Zəhranı götürüb getmişdir. O da onları gözündən itirməmək üçün taksiyə minib sürücüdən İlkinin idarə etdiyi gümüşü rəngli “Mercedes C class” markalı avtomobili izləməsini xahiş etmişdir. İlkinlə Nərmin birinci olaraq qızı Zəhranı 31 saylı orta məktəbə düşürtmüşlər, oradan Sumqayıt şəhəri bulvar ərazisində "xxxx" MTK tərəfindən tikilmiş yeni tikilinin qarşısında dəniz kənarına getmişlər. Qumsallıqda maşını saxladıqdan sonra Nərmin axra oturacaqdan düşüb maşının ön oturacağına keçmişdir. O da taksini təxminən 20-30 metr aralıda saxladıb sürücüyə 5 manat gediş haqqı vermiş, taksidən düşüb İlkinin avtomobilinə tərəfə getmişdir. Maşına çatanda sürücü əyləşən qapını açıb içəri baxarkən İlkinlə Nərminin əl-ələ tutduğunu görmüşdür. O, İlkinin yaxasından tutub “sən bilirsən kimə ilişmisən” demiş, həmin vaxt Nərmin onu görüb qorxduğu üçün maşından düşərək qaçmışdır. Nərminə toxunmamış, İlkinin yaxasından tutaraq çölə dartmış və üzünə yumruq atmışdır. İlkin müqavimət göstərərək onu vurmağa başlamış, onlar əlbəyaxa olub yerə yıxılmışdır. Yerə yıxılanda İlkin üzərinə çıxıb əlləri ilə onu boğmağa çalışmışdır. O, özünü müdafiə etmək üçün bıçaqla onun bel nahiyəsinə 2 dəfə bıçaqlamışdır. Sonra İlkin onun əllərini tutmuş, o isə “burax, mən də buraxacam” demişdir. İlkin onun əllərini buraxmışdır. O isə oradan qaçıb maşına minib hadisə yerindən uzaqlaşmışdır. Maşına minib gedərkən İlkinin qarnını tutub yeridiyini görmüşdür. Yaşadığı Yaşıl dərə massivinə gəlmiş, İlkinin maşınını oraya qoyub anasının qəbrini ziyarət etmək üçün Qazax rayonuna getmişdir. 30 sentyabrda geri qayıdaraq polisə təslim olmuşdur. Hadisəni törətdiyi bıçağı çoxdan almışdır. Onun İlkini öldürmək niyyəti olmamışdır. Əvvəllər onu tanımamışdır. O, İlkinə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında Cari planlama sektoru müdiri kimi işləyir. Həm telefon və internetin çəkilişinə, həm də onda yaranacaq problemlərə baxır. 23 sentyabr 2021-ci ildə Şahid1 Sumqayıt şəhəri Telefon kommunikasiya qovşağına gələrək, mühafizəyə telefon və internet çəkilişi ilə əlaqədar şikayət etdikdə mühafizə ona onun telefon nömrəsini vermişdir. Həmin gün Şahid1 ona zəng edərək, yaşadığı ünvana telefon çəkmək istədiklərini bildirmişdir. O, Nərminə sabah ya özünün gələcəyini, yada işçilərindən birini göndərəcəyini demişdir. 24 sentyabrda Şahid1 “Whatsapp” proqramı vasitəsi ilə mənə zəng edərək, yenidən telefon çəkilişi ilə bağlı danışdıqdan sonra Nərminlə münasibətləri yaranmışdır. Biraz yazışdıqdan sonra Nərminə 27 sentyabrda yaşadığı ünvana gəlib, telefon çəkilişi ilə bağlı baxış keçirəcəyini demişdir. 28 sentyabrda saat 12 radələrində Şahid1 yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə massivi 2 ünvanına gedib telefon xəttinə baxış keçirdikdən sonra Nərmin və onun kiçik qızı “Mercedes C class” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmişlər. İlk öncə Nərminin qızını Sumqayıt şəhər 31 saylı tam orta məktəbə aparmışlar. Sonra Nərminlə razılaşıb söhbət etmək məqsədi ilə dənizkənarı bulvara qumluq əraziyə getmişlər. Nərmin arxa oturacaqda əyləşdiyindən söhbət etmək üçün qabaq oturacağa gəlib əyləşmişdir. Yenicə söhbət etməyə başlayarkən Rahib avtomobilin sağ ön sürücü qapısını açmış, heç bir söz demədən avtomobildə qara rəngli açılıb-qatlanan bıçaq vasitəsi ilə ona iki dəfə sol çiyin və bazu nahiyədən zərbə vurmuşdur. Nərmin maşından düşərək hadisə yerindən qaçmışdır. O, maşından düşüb Rahiblə əlbəyaxa dava etmiş, yerə yıxılmış, özünü müdafiə etmək üçün əlləri ilə Rahibin boğazından tutmuşdur. Rahib kürəyindən və qolundan bıçaq zərbələri vurmuşdur. O, Rahibi boğduğu üçün Rahib onu buraxmağını və buraxacağı təqdirdə onu vurmayacağını demişdir. Rahibə inanıb onu buraxmışdır. Rahib ayağa qalxaraq “Mercedes C class” markalı avtomobilə əyləşib maşını işə saldıqdan sonra hadisə yerindən uzaqlaşmışdır. O, yavaşyavaş ayağa qalxıb "xxxx" MTK-nın qarşısındakı bardyor tərəfə getmiş və orada bir neçə dəqiqə əyləşdikdən sonra qara rəngli “Opel Astra” markalı avtomobilə tərəf yaxınlaşıb avotomobilin sürücüsünə iş yoldaşı Elnura zəng etməsini xahiş etmişdir. Elnur telefonu götürmədiyi üçün Yaquba zəng etməsini xahiş etmiş və bir neçə dəqiqə sonra iş yoldaşları gəlib onu Sumqayıt şəhər TTYX-na aparmışlar. Rahib istəsəydi onu bıçaqla öldürə bilərdi, lakin ona rəhmi gəlmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Rahiblə 2010cu ildə evlənmiş, 2018-ci ildə boşanmışlar. Sonra Rahiblə yenidən barışıb bir yerdə yaşamışlar. Evlərində internet olmadığından telefon xətlərinə internet çəkmək üçün Sumqayıt Mərkəz poçtuna yaxınlaşmışdır, ona İlkinin nörməsini vermişlər, İlkinlə əlaqə saxlamış, 28 sentyabrda saat 12 radələrində İlkin “Mercedes C class” markalı avtomobili ilə onlara gəlmişdir. İlkin internet xətti ilə bağlı öz işini gördükdən sonra ondan poçta gedibgetməyəcəyini soruşmuşdur. İlkindən internetin pulunu köçürməyi üçün onu poçta aparmağını və qızı Zəhranı oxuduğu 31 saylı məktəbə düşürtməyini xahiş etmişdir. Beləliklə, onlar İlkinin avtomobilinə minmiş, Zəhranı məktəbə qoyduqdan sonra İlkin günorta nahar fasiləsi olduğunu deyib, dənizkənarına getməyi təklif etmişdir. Onlar dəniz kənarına getmiş, İlkin maşını saxladıqdan sonra o, arxa oturacaqdan ön oturacağa keçmişdir. Elə 1-2 dəqiqə oturduqdan sonra avtomobilin ön sol qapısı yəni, İlkinin qapısı açılmışdır. Anidən Rahibin içəri baxdığını görmüş, qorxduğu üçün dərhal avtomobildən düşərək üzü Novxanı istiqamətində qaçmışdır. Rahiblə İlkin arasında baş verənləri görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 28-də saat 12 radələrində Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində yerləşən “Qayalı Gold” marketinin önündə olarkən Rahib onun avtomobilinə yaxınlaşmış, boş olub-olmağını soruşmuş, o isə boş olduğunu demişdir. Rahib maşına minib ondan 3-5 maşın irəlidə olan açıq boz rəngli “Mercedes C class” markalı avtomobilin arxasınca sürməyini xahiş etmişdir. O, avtomobildə olarkən Rahiblə danışmamışdır. Onun dediyi avtomobili yol boyu izləmiş və həmin avtomobil sonda Sumqayıt şəhəri bulvar ərazisində qumsallıqda saxlamış, o da maşını həmin avtomobildən təxminən 20-30 metr aralıda saxlamışdır. Rahib gediş haqqını verib aşağı düşmüşdür. O, həmin ərazini tərk etmək üçün maşını işə salıb arxaya döndükdə Rahibin ardınca getdiyi maşının sürücüsünün əyləşdiyi ön sol qapısını açdığını və həmin an sağ qapıdan xanımın üzü Novxanı kəndi istiqamətində həyəcanlı şəkildə qaçdığını görmüşdür. Rahib həmin avtomobilin sürücüsünü avtomobildən dartaraq çölə çıxardığını və yerdə çəkişdiklərini görüb onları ayırmaq üçün maşından düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt Rahibin əlində bıçaq olduğunu və İlkinə “Sakit ol, sənə heçnə eləmiyəcəm” dediyini eşitmişdir. Qorxduğu üçün hadisənin qarşısının almaq məqsədilə oranı tərk edib yaxınlıqda polis əməkdaşlarının olduğunu düşündüyündən bulvar istiqamətində irəliləmişdir. Buna baxmayaraq, həmin ərazidə hər hansı polis əməkdaşı görmədiyi üçün hadisə yerinə geri qayıtmışdır. Hadisə yerinə geri qayıdanda artıq orada Rahibi və izlədikləri maşını görməmişdir. Yolun sol tərəfində səki üzərində İlkinin əyləşdiyini görüb ona yaxınlaşmışdır. Həmin vaxt həyacandan dava edən şəxslərə fikir vermədiyi üçün İlkinin Rahib ilə dava edən şəxs olduğunu bilməmişdir. İlkinin üzərində qan olduğunu görüb nə olduğunu soruşanda ona bıçaqlandığını deyib telefonla tanışı Elnura zəng etməyini xahiş etmişdir. Elnur cavab vermədiyi üçün Yaqub adlı tanışına zəng etməyini istəmiş, o, Yaquba zəng edib hadiə barədə məlumat vermişdir. Sonra həmin şəxslər gəlib İlkini aparmişlar. O, həmçinin Rahibin İlkini bıçaqla vurduğunu görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci ildə saat 16 radələrində evdə olarkən qapı döyülmüşdür. Qapını açarkən polis əməkdaşları Rahibi soruşmuşlar. O, Rahibin qardaşı olduğunu demişdir. Bundan sonra polislər ona bir söz deməyərək aşağı düşməyini xahiş etmişlər. Polislər onlara Rahibin yaşadığı ünvanı göstərməyini istəmişlər. O da onlara Rahibin evini göstərmişdir. Polislər hadisə barədə ona məlumat verib Rahibin harda olduğunu soruşmuşlar. O, Rahibin harda olduğunu bilmədiyini demişdir. Sentyabrın 29-da Rahiblə telefonla danışarkən təslim olmasını söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2021-ci il sentyabrın 28-də saat 12 radələrində işdə olarkən onun telefon nömrəsinə zəng gəlmiş və İlkinin bıçaqlandığını, “Dörd Qardaş” şadlıq sarayından bulvar istiqamətində "xxxx" MTKnın qarşısında olduğunu bildirmişdir. Bu barədə iş yoldaşlarına demiş və onlarla birlikdə avtomobilə minərək İlkinin yanına getmişlər. Ora çatanda İlkinin üzəri qanlı yerdə səkinin üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. İlkini avtomobilə mindirib Sumqayıt şəhər TTYX-na aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü 28 sentyabr 2021-ci ildə yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə massivi 2 ünvanında olarkən saat 13 radələrində Rahibin üzəri palçıqlı formada evə gəldiyini görüb nə olduğunu soruşmuşdur. Rahib cavab verməyərək öz otağına daxil olduqdan sonra evi tərk etmişdir. Daha sonra saat 17 radələrində 3-cü polis bölməsinin əməkdaşları ona zəng edərək, Rahibin harda olduğunu soruşduqda xəbərinin olmadığını demişdir. Məhkməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Yunisov Şəmistan Yolçu oğlu ifadəsində göstərmişdir ki, 1975-ci ildə X2 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 1977-ci il təvəllüdlü Rəşad, 1978-ci il təvllüdlü Rahib, 1979-cu il təvəllüdlü Rauf adlı övladlarım dünyaya gəlmişdir. 2019-cu ilin may ayında X2 uzunsürən qaraciyər seryozu xəstəliyindən dünyasını dəyişmişdir. 2010-cu ilə qədər Bakıda tikinti işlərində usta kimi fəaliyət göstərdikdən sonra işləməyini dayandırmışdır. O 1976-ci ildən ünvan 4 ünvanında ailəsi ilə birgə yaşayır. Daha sonra 2010-cu ildə böyük oğlu Şahid7 mənə məxsus Sumqayıt şəhəri, Yaşıl dərə massivi 2 ünvanında yerləşən fərdi evə köçüdükdən sonra təxminən 2012-ci ildə o və oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə həmin ünvanında birlikdə yaşamağa başlamışlar. Kiçik oğlu Şahid8 Bakı şəhər sərnişin avtobus sürücüsü kimi fəaliyyət göstərir və ailə həyatı qurduqdan sonra ünvan 6 ünvanında ailəsi birgə yaşayır. Ortancıl oğlum Təqsirləndirilən şəxs Bakıda çilingər kimi fəaliyyət göstərirdi. Rahib 2010-cu ildə Şahid1 könüllü şəkildə qaçıraraq, ailə həyatı qurmuşdur. Bu nikahdan 3 övladı, 2011-ci il təvəllüdlü Yunus, 2015-ci il təvəllüdlü Zəhra, 2019-cu il təvəllüdlü Yusif adlı övladları dünyaya gəlmişdir. Rahiblə həyat yoldaşı Nərmin arasında davamlı mübahisə və davalar olduğundan onlar buna görə də, 2018-ci ildə rəsmi olaraq məhkəmə qərarı ilə boşanmışlar. Boşandıqdan sonra Nərmin övladları ilə bir yerdə kirayə evdə qalmağa başlamışdır. Lakin oğlu Təqsirləndirilən şəxs Nərmini yenidən evə gətirərək, birgə yaşamağa başlamışlar. O hadisə günü 28 sentyabr 2021-ci il tarixdə səhər 06 radələrində yaxın qohumunun dünyasını dəyişməyi ilə əlaqədar olaraq, qardaşı Şahmurad Yunisov, əmisioğlu Adil Yunisovla birlikdə Oğuz rayonu Calud kəndinə getmişlər. Həmin gün saat 17 radələrində hazırda yaşadığı fərdi evə gəldikdə, qapının önündə qara “Mercedes C class” markalı avtomobil və iki polis əməkdaşını görmüşlər. X6 polis əməkdaşlarından nə məsələ olduğunu soruşduqda, onlar Rahibin cinayət törətdiyi üçün gəldiklərini bildirmişlər. O, Təqsirləndirilən şəxs belə bir əməl törədəcəyindən xəbəri olmamışdır. Həmçinin onu qeyd etmişdir ki, o evə gəldikdən sonra nəvəsi Yunus ona atası Rahibin evə gəldikdən sonra paltarlarını dəyişdiyini və salafana yığaraq evə qoyduğunu demişdir. Həmin salafanda olan boz rəngli pençəyi, tünd göy rəngli şalvarı və qara rəngli qısa qol futbolkanı polislərə təqdim etmişdir. Bundan əlavə olaraq o bildirmişdir ki, "xxxx" MMC-nin Sumqayıt TQK-nin Cari Planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışan Zərərçəkmiş şəxs tanımır və görməmişdir. (Cild 1, iş vərəqləri 38-41) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Şahid4 və Şahid5 da Şahid3lə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 15-18, 23-25) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi və götürmə haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri bulvar ərazidə "xxxx" MTK tərəfindən tikilmiş yenitikilinin qarşı hissəsində quraşdırılmış videomüşahidə kamerasının 28 sentyabr 2021-ci il tarixdə qeydə aldığı görüntülərə baxış keçirərkən müəyyən edilmişdir ki, anbarın giriş qapısında quraşdırılmış 01 nömrəli kameranın xx.xx.2021-ci il tarixdə saat 12:35-də olan görüntüsündən müşahidə edilir ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri bulvar ərazidə "xxxx" MTK tərəfindən tikilmiş yenitikilinin qarşısından qeydiyyat nişani məlum olmayan gümüşü rəngli “Mercedes C class” markalı avtomobil ilə dəniz kənarına enərkən , Təqsirləndirilən şəxs arxa istiqamətdə qeydiyyat nişani məlum olmayan qara rəngli “Opel astra” markalı avtomobil ilə gələrək həmin avtomobildən 17 metr məsafədə dayanaraq, sağ ön qapıdan enib, “Mercedes C class” markalı avtomobilə yaxınlaşıb ön sol sürücü qapısını açaraq Zərərçəkmiş şəxs avtomobildən dartaraq çölə çıxarır, həmin vaxt Şahid1 Novxanı istiqamətinə qaçır, qısa müddət onlar arasında müəyyən çəkişmələr olduğu müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus gümüşü rəngli “Mercedes C class” markalı avtomobil ilə hadisə yerini tərk etmiş, Zərərçəkmiş şəxs isə ayağa duraraq normal şəkildə Hüquq” MTK tərəfindən tikilmiş yenitikilinin önünə doğru istiqamətdə gəlmiş, önündə sağ-sol yol istiqamətində asfaltla üzlənmiş yolun sağ kənarındakı bardyor üzərində oturduqdan sonra uzaqda gördüyü avtomobilə əl işarəsi ilə gəlməyini bildirmişdir. 2-3 dəqiqə həmin yerdə oturduqdan sonra ayağa duraraq, normal şəkildə gördüyü yolun sol istiqamətində dayanan qara rəngli “Opel Astra” və ağ rəngli “KİA Cerato” markalı avtomobilə tərəf istiqamətdə irəliləmiş və həmin avtomobillərin yanında olan bardyor üzərində oturur. Həmin avtomobillərin sürücüləri maşından enərək Zərərçəkmiş şəxs yaxınlaşırlar lakin ağ rəngli “KİA Cerato” markalı avtomobilin sürcüsü yenidən avtomobilə qayıdır, digər “Opel astra” markalı avtomobilin sürücüsü sonra telefonla danışdıqdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs bardyor üzərində oturduğu zaman huşunu itirərək yıxılır. Bir neçə dəqiqə sonra gümüşü rəngli “Mercedes C class” markalı avtomobil və qara rəngli “ Chevrolet Cruz” markalı avtomobil gələrək içərisindən enən 6-7 nəfər şəxs tərəfindən Zərərçəkmiş şəxs köməklik olunub maşına mindirib üzü geri istiqamətdə geri qayıtmışlar. (Cild 1, iş vərəq 44) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 1299 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 150-152) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair 09 dekabr 2021-ci il tarixli, 749/2021- MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən qan qrupu - A(ll), Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu -O(l). Tədqiqata təqdim olunan 03 ədəd plastik çubuqlu pambıq tamponlar üzərinə hopdurulub götürülmüş ləkələrdə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd pencək, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, cins şalvar, dutıy gödəkçə, alt mayka və trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni və əksər ləkələrdə həmçinin alfa. beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus köynək üzərindəki ləkələrdə qan aşkar olunmadı. Elmi əsaslandırılmış dəqiq müayinə metodları olmadığından maddi sübutlar üzərində aşkar olunan qan ləkələrinin əmələ gəlmə müddətini və onun canlı şəxsə, yaxud meyidə məxsus olmasını təyin etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 199-203) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4459 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd maykanın, 01 ədəd alt tumanın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd pencəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 Ns-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd pencəyin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 1,iş vərəqləri 183-188) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 617-MTKŞ/2021 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin sol çiyin nahiyəsində bir ədəd, arxa səthində solda yeddi ədəd, qolsuz maykanın arxa səthində solda altı ədəd, uzunqol köynəyin arxa səthində solda altı ədəd, sol qolun dairəvi tikişinə yaxın nahiyəsində bir ədəd, sol qolun arxa səthində səkkiz ədəd, sol qolun arxa səthinin sərbəst kənarında bir ədəd (kənari), sol qolun ön səthində yuxarıda üç ədəd və sol qolun ön səthində aşağıda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu qabırğaları özlərini çox biruzə verməyən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən eyni konstruktiv xüsusiyyətə malik hər hansı bir bıçaqla (bıçaqlarla) törənə bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarlarında aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin xətti ölçülərinə görə güman etmək olar ki, bu zədələri törədən alətin iz törədən hissəsinin eni (tiyənin daxil olma səviyyədə eni) 1,5-2,5 sm-ə bərabər ola bilərdi. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş deşilmiş-kəsilmiş xarakterli xəsarətlərin yara kanalları haqqında hər hansı bir məlumat olmadığı üçün, bu zədələri iz törədən alətin (alətlərin) uzunluğu barədə fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs məxsus gödəkçənin astar materialındakı sol yan tikişində məhdud sökülmə vardır. Bu sökülmə küt güvvə təsiri ilə gödəkçənin müvafiq nahiyyəsinin gərilib- dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus şalvar və trusikin üzərində hər hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus pencək, köynək şalvarın üzərində hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutların (Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarları) məhkəmə-bioloji tədqiqat zamanı 749/2021- MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthində solda (sol diz nahiyəsində) və pencəyin hər iki qolunun yuxarı hissəsində olan qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus cins şalvarının ön və arxa səthlərində, qolsuz gödəkçənin, trusikin, qolsuz maykanın və köynəyin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fizikikapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində aşkar edilmiş bir qrup qan ləkələri (hər iki ayaq hissəsinin ön səthində) qan mənbəyi çox güman ki, az hündürlükdən səthə müxtəlif bucaqlar altında düşən damcılar nəticəsində əmələ gələ bilərdi. (Cild 1, iş vərəqləri 209-213) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin xx.xx.2021-ci il tarixli, 2728 saylı ekspert rəyində göstərilmişdir ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixixəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi- psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilməyib. Ona ittiham olunan əməli törədən zaman hərəkətlərinə cavab verməkdən, onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, inadkarlıq, qısqanclıq kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində qeyd edilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 193-197) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs (01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qolsuz gödəkcə, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli qara zolaqlı tuman) paltarları üzərində Təqsirləndirilən şəxs (01 ədəd qara rəngli qısa qol köynək, 01 ədəd göy rəngli şalvar, 01 ədəd boz rəngli pencək) paltarları maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğuna təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci və 185.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, o cümlədən xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməsi və vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməli başa çatmış cinayət olmaqla təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 120.1-ci maddəsinin və həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyası və həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 175-176) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80 və 83-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna alması və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (Cild 1, iş vərəqləri 181) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu 29 sentyabr 2021-ci il tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 126-130) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan: Zərərçəkmiş şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd qolsuz gödəkcə, 01 ədəd mayka və 01 ədəd tuman), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd pencək) yararsız halda olduğundan məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokuroluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd qolsuz gödəkcə, 01 ədəd mayka və 01 ədəd tuman), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd pencək) məhv edilsin, iş materiallarında olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-199/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-199/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver