Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-199/2024 03.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 124 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 1969 qram ( 1 kq 969 qr) olan külli miqdarda heroin əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18.20-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4/31-in yaxınlığında yerləşən zibil qutusunun yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli paltonun içərisində sol qoltuq tərəfindən 01 ədəd üzərində"Rebus” yazısı olan sellofanın içində şəffaf rəngli yapışqan lentlə örtülmüş və üzərində “Dini dükan” yazısı olan sellofan bağlamada təmiz çəkisi 1969 qram (1 kq 969 qr) olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində polis əməkdaşları ona yaxınlaşaraq Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparmışdırlar. Həmin vaxtı polis əməkdaşları narkotik vasitəni onun üstünə qoymuşdurlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan “kakos”dan bir ildir ki çəkmə yolu ilə istifadə edir. Üzərində olan 0,5 qram narkotik vasitəni tapmışdır. İran İslam Respublikası vətəndaşı olan Şaban adlı şəxsi tanımış, onu bazarda təsadüfən görmüşdür. Şaban adlı şəxslə danışıqları ancaq narkotiklə bağlı olmuşdur. İttiham aktında qeyd olunan 1(bir) kq narkotik vasitə ona məxsus olmamış və orada qeyd olunan ifadəni təsdiq etmir. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirildiyi zamanı orada ona nə deyiblərsə, onu da etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki, psixi zor tətbiq etmiş, onu döymüşürlər. Onu döyən polis əməkdaşlarının adlarını xatırlamır. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində xəsarətlər olmuşdur. Polis əməkdaşlarının ona qarşı fiziki, psixi zor tətbiq etmələri və ittiham aktında qeyd olunan 1 kq 900 qr narkotik vasitənin ona məxsus olmaması barədə məhkəməsində hakimlərə heç bir məlumat verməmişdir. Müstəntiqə də üzərində yalnız 0,5 qram narkotik vasitənin olduğunu və 1 kq 900 qr narkotik vasitənin ona məxsus olmaması barədə məlumat verməmişdir. Ona təzyiq göstərən polis əməkdaşları ilə ədavəti və düşmənçiliyi olmamışdır. Bütün baş verən hadisələrin hər biri qurma və uydurmadır. Baş verən hadisələrlə və ittihamda aktında qeyd olunan guya ki, üzərindən aşkar olunan 1 kq 900 qr narkotik vasitə ilə bağlı heç bir aidiyyatı yoxdur. Narkotik vasitənin yalnız istifadəçisi olmuşam, satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən axşam təqribi saat 17:00-18:00 radələrində saxlanmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan və polis bölməsinə aparıldıqdan neçə saat sonra üzərinə şəxsi axtarış keçirildiyi yadında deyildir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, üzərində az miqdarda narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmişdir. PB-nə gətirildikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirdikdə isə buna etiraz etməmişdir. PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarımın müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun növbətçilik cədvəli təqdim olunmuşdur. Həmin cədvəldən vəkil X1 hüqquqlarının müdafiəsi üçün seçmiş. Daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutün olub-olmadığı sual olunan zaman əynində olan qara rəngli paltonun qabağını açaraq üzərində qırmızı hərflərlə "Rebus" yazısı olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba polis tərəfindən açılan zaman üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş və üzərində "Dini dükan" yazısı olan sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamanın içərisinə baxılan zaman onun içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin nə olduğunu bilmədiyini, həmin torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, Şabanın ona həmin torbanı Sumqayıt şəhəri, Seymur aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində isə Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini dediyini, həmin bükümü zibil qabının yanından götürüb bir qədər getdikdən sonra polis əməkdaşları tərəfindən tutularaq PB-ə gətirildiyimi bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş üzərində "Dini dükan" yazısı olan sellofan bağlama tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofanla birlikdə 1969 qram olduğu müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİNnin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. İfadəsində qeyd etdiyi Şaban adlı şəxsin adını bilir qeyd etdiyi ərazilərdə gəzir, narkotik maddələrdən istifadə etdiyini bilir, barəsində başqa hər hansı məlumatı yoxdur. Onu bazar ərazisində görüb üzdən tanımış, əvvəllər də bir neçə dəfə ondan narkotik maddələr almış, o, arıq bədənli, orta yaşlı bir şəxs olmuşdur. Şaban adlı şəxs ona bağlamada narkotik maddə olduğunu demiş və həmin narkotik maddəni ona gətirib çatdıracağı halda bir neçə qram da ona istifadə etmək üçün verəcəyini bildirmişdir, həmin bağlamanı götürdükdən sonra dərhal oradan uzaqlaşaraq bağlamanın içərisini açıb baxmadığı üçün vəkilin sualına elə cavab vermişdir. PB-nə gətirilən zaman PB-də olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə qeyri insani rəftara, işgəncələrə məruz qalmamış. PB-nə gətirilməyi ilə bağlı olaraq heç bir şikayət və tələbi yoxdur. Sumqayıt ŞPİ- nin 4-cü PB-nin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən Öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, narkotik vasitələrinin saxlanılmasında, daşınmasında və satışında iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs olması barədə məxfi məlumat daxil olmuşdur. Həmin məlumat əsasında polis bölməsinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda sabiq baş əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində keçirilmiş tədbirlər nəticəsində Aydın Ağabalyev adlı şəxs saxlanılmışdır. Saxlanılan zamanı onun üzərində sellofanda ağır çəkidə kütlə olmuşdur. Daha sonra Aydın Ağabalyev polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsində olan zaman xidməti otaqların birində iş üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkili və təhqiqatçının iştirakı ilə video çəkiliş həyata keçirilmişdir. Həmin zaman təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan sellofanda sözügedən kütlənin nə olduğu barədə sual vermişdir. Təqsirləndirilən şəxs də həmin ağır çəkidə olan kütlənin narkotik vasitə “kakos” yəni heroin olduğunu qeyd etmişdir. Daha sonra sözügedən maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Aydın Ağabalyevin ona məxsus sellofanda aşkar olunan narkotik vasitənin çəkisi təxmini 1 kiloqram olmuşdur. Onlar Təqsirləndirilən şəxs qarşı heç bir güc və təzyiq göstərməmişdirlər. Təqsirləndirilən şəxs məxsus sellofanda ağır çəkidə olan kütləni polis bölməsinə apardıqları zamanı tərəziyə yerləşdirərək ölçülmüşdür. Təqsirləndirilən şəxs saxlayarkən narkotik vasitə onun əlində olmuşdur. Onları gördüyü zaman Təqsirləndirilən şəxs qaçmaq istəmiş, lakin bu cəhdi alınmamışdır. Onu saxladıqları zamanı onun əlində sellofan olmuş və sellofanın içərisində ağır çəkidə narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onlar maşında onun üzərinə narkotik vasitəni qoymuşdurlar. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi polis kapitanıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. X6 başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri 4-cü PB-nin əməliyyat müvəkkili Zaur Məmmədov və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirmək üçün təxminən saat 18 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 18:20-də Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4/31 -in yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə minib 4-cü PB-na gətirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli əvvəlcə özünü təqdim etmiş, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra X4 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsində, istifadəsində, saxlanması və satışında şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Röyal Rəcəbli heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan qara rəngli paltonun qabağını açaraq üzərində qırmızı hərflərlə “Rebus” yazısı olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açıldığı zaman içərisində üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş və üzərində “Dini dükan” yazısı olan sellofan bağlama aşkar edildiş, həmin sellofan bağlamanın içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs torbanın içərisində nə olduğunu bilmədiyini, həmin torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, ona Sumqayıt şəhəri, Seymur aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini dediyini, həmin bükümü zibil qabının yanından götürüb getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 1969 qram olduğu görünmüşdür. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə soruşulduqda o, həmin torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, ona Sumqayıt şəhəri, Seymur aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini dediyini, həmin bükümü zibil qabının yanından götürüb getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Onun qeyd etdiklərinin həqiqəti əks etdirib- etdirməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur, lakin, dəqiq olaraq hər hansısa şəxsə narkotik maddələr satması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o narkotik vasitələri İran vətəndaşı olan Şabandan əlbəəl almışdır. Özünün şəxsi telefonu olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin dəqiq vaxtı yadında qalmamışdır. Aydın Ağabalyev adlı şəxs narkotik vasitələrin gəzdirilməsində və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində saxlanmış və bölməyə aparılmışdır. Bölməyə apardıqları zamanı xidməti otaqların birində təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə sənədləşdirilmişdir. Onlara yalnız Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin əlbəəl satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları tədqiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi polis mayorudur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirmək üçün təxminən saat 18 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 18.20-də Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4/31 -in yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra Özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə minib 4cü PB-na gətirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra X4 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsində, istifadəsində, saxlanması və satışında şübhəli bilindiyi üçün 4-cü PB -nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuş, Röyal Rəcəbli heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə. əynində olan qara rəngli paltonun qabağını açaraq üzərində qırmızı hərflərlə “Rebus” yazısı olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açıldığı zaman içərisində üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş və üzərində “Dini dükan” yazısı olan sellofan bağlama aşkar edildiş, həmin sellofan bağlamanın içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs torbanın içərisində nə olduğunu bilmədiyini, həmin torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, ona Sumqayıt şəhəri, Seymur aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini dediyini, həmin bükümü zibil qabının yanından götürüb getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 1969 qram olduğu görünmüşdür. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən İmzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə soruşulduqda o, həmin torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, ona Sumqayıt şəhəri, Seymur aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini dediyini, həmin bükümü zibil qabının yanından götürüb getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Onun qeyd etdiklərinin həqiqəti əks etdirib- etdirməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur, lakin, dəqiq olaraq hər hansısa şəxsə narkotik maddələr satması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əli ilə əynində olan qara rəngli paltonun qabağını açaraq üzərində qırmızı hərflərlə "Rebus” yazısı olan ağ rəngli sellofan torbanı təqdim edir. Həmin sellofan torba təhqiqatçı tərəfindən açıldığı zaman içərisində üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş və üzrərində “Dini dükan” yazısı olan sellofan bağlama aşkar edilir. Həmin sellofan bağlamanın içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs torbanı tanışı olan Şaban adlı şəxsin xahişi ilə götürdüyünü, ona Sumqayıt şəhəri, “Seymur” aptekin yaxınlığında yerləşən taksilərin dayandığı yerə aparmalı olduğunu, əvəzində Şabanın ona bir neçə qram narkotik vasitə verəcəyini, həmin bükümü zibil qabının yanından götürüb getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 1969 qram olduğu görünür. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «ifadənin yerində yoxlanması barədə» protokol və həmin protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 4/31 nömrəli binanın yaxınlığında olan məişət tullantılarının yığıldığı dəmir zibil qabının yanını göstərib, içərisində narkotik vasitə “heroin” olan sellofanın oradan asıldığı, həmin sellofanı götürüb dərhal oradan uzaqlaşaraq qarajlar olan istiqamətdə getdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2023-cü il tarixli, 6/848 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “təqdim etdi (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1969 qram (1 kq 969 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2320 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 13 may 2024cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1968.8 qram olan heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 12 Saylı MKS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 124 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs haqqında 12 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım ağırlaşdıran hallar kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 1968.8 qram olan heroin məhv edilməli, 01 ədəd DVD-R formatlı disk maddi cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq qalmış 1968,8 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-199/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-199/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver