Məhkəmə qərarları › İş №1(124)-199/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-199/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-199/2025 04.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Ağdam rayonu, Əfətli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdam rayonu, Əfətli ərazi dairəsi, Əfətli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Aydın” adlı İran islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə göndərdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində 1000 manat pul müqabilində müxtəlif ünvanlara çatdıraraq satışını həyata keçirmək barədə ümumi razılığa gəldikdən sonra 22 avqust 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun “Aydın” adlı üzvünün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xızı rayonunun ərazisindən keçən hissəsində yolun kənarına qoydurduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil olan 14,293 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısfna (Siyahı İ) daxil olan bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən 03 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1005,0 qram, 1000,0 qram, 1025,0 qram, ümumilikdə 3030,0 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək, istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray qəsəbəsinə daşıyıb 14,293 qram çəkidə psixotrop maddə metamfetamini istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerində, 03 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda çəkiləri 1005,0 qram, 1000,0 qram, 1025,0 qram olmaqla ümumilikdə 3030,0 qram çəkidə narkotik vasitə marixuananı isə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində saxlamış, 23 avqust 2024-cü il tarixdə saat 14:27 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq orada həmin gün saat 14:30-dan 14:52- yə kimi istifadəsində olan “Chevrolet Malibu" markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən həmin 14,293 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əməliyyat tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin boş vəziyyətdə olan otağındakı paltar dolabının üst hissəsindən həmin 03 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda çəkiləri 1005,0 qram, 1000,0 qram, 1025,0 qram, ümumilikdə 3030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda yaşamış, şəhərə yalnız ona göndərilən konum əsasında narkotik vasitə götürmək üçün gəlmişdir. İdarə etdiyi avtomobildə 14 qram metamfetamin olmamışdır. Göndərilən konum əsasında 150 qram narkotik vasitə marixuana götürməyə getmiş və həmin marixuananı özünün istifadə etməsi məqsədilə əldə etmişdir. Lakin ittiham aktında qeyd olunan 03 kiloqram narkotik vasitə marixuana ona məxsus olmamış, marixuananı götürdükdən sonra 5 gün heç yerə getməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2-3 ildir ki, narkotik vasitə marixuanadan istifadə etdiyini, son 1 il ərzində marixuananı İİR vətəndaşından aldığını, İİR vətəndaşına 1000 manat məbləğində pul köçürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, İİR vətəndaşının özünü “Aydın” kimi təqdim etmiş, 150 qram narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. O, əməlindən peşman olduğunu, evli olduğunu və uşağının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq İİR vətəndaşına 150 qram marixuana üçün 1000 manat pul köçürdüyünü, lakin pul köçürülməsini təsdiq edən qəbzin olmadığını bildirmişdir. Metamfetamin istifadə etməmiş və “malyar” ustası kimi işləmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. Belə ki, iki il bundan əvvəl istifadəsində olan mobil telefona +98 ********** mobil nömrəsindən zəng gəlmiş, həmin şəxs ona özünü Aydın adı ilə təqdim edərək İran islam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Söhbət zamanı həmin şəxs ona narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirdiyini və onun da bu işlə məşğul olmasını təklif etmiş, o, bundan sonrakı müddətdə həmin şəxsdən özü istifadə etmək məqsədilə dəfələrlə narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Daha sonra Aydın adlı şəxs ona narkotik vasitə və psixotrop maddələr göndərməsini, onun həmin narkotik vasitə və psixotrop maddələri deyiləcək yerlərə çatdırmasını və bunun müqabilində ona pul verəcəyini demiş, o da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Belə ki, Aydın adlı şəxs ona psixotrop maddə metamfetamin və 3 kiloqram narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, götürdüyü həmin maddələri ilə deyiləcək ünvanlara çatdıracağını və bunun müqabilində ona 1000 manat pul verəcəyini demişdir. O, Aydın adlı şəxslə razılaşmış və 22 avqust 2024-cü il tarixdə saat 15 radələrində Aydın adlı şəxsin Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xızı rayonu ərazisində yolun kənarına qoyduğu psixotrop maddə metamfetamini və 3 kiloqram narkotik vasitə marixuananı götürmüşdür. Götürdüyü psixiotrop maddə metamfetamini icarə əsasında idarə etdiyi “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin qol altında olan saxlanc yerinə, 3 kiloqram narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı evdə boş vəziyyətdə olan otağın paltar dolabının üst hissəsinə qoymuşdur. 23 avqust 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb piyada hərəkətlə evin qarşısında saxladığı “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru gedən zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli qısa şalvarın sağ cibindən 1 (bir) ədəd üzərində 050-301- 25-95 nömrəsi olan "Huawei” markalı mobil telefon, 4 (dörd) ədəd açar, həmin qısa şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarını təqdim etmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş, digər əşyalar ona geri qaytarılmışdır. Daha sonra onun idarə etdiyi “Chevrolet Malibu" markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmış, ondan avtomobildə ola biləcək narkotik vastələri təqdim etməsi istənilmiş, bundan sonra o, avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 1 (bir) ədəd bükümdə metamfetamin kütləsini təqdim etmişdir. Daha sonra metamfetamin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 16,44 (on altı tam yüzdə qırx dörd) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, polis və onun tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq, avtomobilindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını, həmin kütləni İran İR-nın vətəndaşı Aydın adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra o və polis əməkdaşları onun narkotik vasitəni gizlətdiyi Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Ona evdə olan narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra yaşadığı evin içərisi demək olar ki, boş vəziyyətdə olan otağında paltar dolabının üst hissəsində saxladığı 2 (iki) ədəd tərəzini, 1 (bir) ədəd torbanın içərisindən 3 (üç) ədəd bağlamada qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütlələrinin ümumillikdə çəkisinin 3(üç) kq 263 (iki yüz altmış üç) qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər, tərəzilər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar edilməmişdir. Evdə ona verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni 1 (bir) gün bundan qabaq İran İslam Respublikası vətəndaşı “Aydın” adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000 manat pul verəcəyini, ümumillikdə 3 (üç) kq narkotik vasitə götürdüyünü bildirmişdir. Əməlindən peşmandır. Özünü təqsirli bilir. O, ifadəsində əlavə olaraq istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobildən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələri 22 avqust 2024-cü il tarixdə saat 15 radələrində əvvəlcədən razılaşdığı, İran İslam Respublikası vətəndaşı olan yalnız adının Aydın olduğunu bildiyi şəxsin ona göndərdiyi məkan əsasında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xızı rayonu ərazisində yolun kənarına qoyduğu yerdən götürüb deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, buna görə də Aydın adlı şəxslə aralarındakı razılığa əsasən ona 1000 manat pul verilməli olduğunu, Aydın adlı şəxslə sonuncunun istifadəsində olan +98 ********** saylı mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladığını, istifadəsində 050-301-25- 95 saylı mobil nömrəsinin olduğunu, BNMİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman, istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşadığı evə baxış zamanı BNMİ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində 23 avqust 2024-cü ildə günorta radələrində təqsirləndirlən şəxsi Abşeron rayonu, Sarayev küçəsində yaşadığı evin qarşısında piyada hərəkət edən zaman saxladıqlarını, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və daha sonra video çəkiliş vasitəsilə onun üzərinə baxış keçirdiklərini bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunmamış, təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə metamfetamin olduğunu və yaşadığı evdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri və psixotrop maddəni bir neçə gün əvvəl qoyulduğu yerdən götürərək əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı özü də iştirak etmiş və könüllü olaraq təqribən 03 kiloqram qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı tabesizlik etməmiş və müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs avqust ayında təxmini olaraq günorta saatlarında tərəflərindən Abşeron rayonu Saray qəsəbəsi əraizisində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Daha sonra onun üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmiş, idarə etdiyi avtomobilindən təxminən 15 qram psixtrop maddə metamfetamin aşkar olunmuş, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, yaşadığı ünvandan 03 ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Elman Nabtov həmin evdə kirayə yaşadığını bildirmiş, həmçinin o, aşkar olunan narkotik vasitələri İİR vətəndaşından əldə etdiyini qeyd etmişdir. O, İİR vətəndaşının adını xatırlamadığını, Təqsirləndirilən şəxs məxsus telefonda İİR vətəndaşı ilə yazışmaları olduğunu və elektron tərəzinin də aşkar edildiyini bildirmişdir. Həm avtomobilə, həm də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs iştirak etmiş, saxlanılan zaman isə təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Həmçinin əməkdaşlar tərəfindən Elmana qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat tədbirləri keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində saxlanılmışdır. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, lakin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra isə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və oradan 50 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ev yaxın ərazidə yerləşdiyi üçün videoçəkilişi saxlamadan birbaşa onun yaşadığı evə baxış keçirilmiş və yaşadığı mənzildən 03 kiloqram qurudulmuş marixuana aşkar olunmuşdur. O, elektron tərəzinin aşkar olunub-olunmadığını dəqiq xatırlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni İİR vətəndaşından əldə edib və onun dediyi yerlərə qoyacağını bildirmişdir. Şahid DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə xx.xx.1995-ci ildə Ağdam rayonu, Əfətli kəndində anadan olmuş, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evində külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və DİN- nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində əməliyyat-axtarış tədbirləri keçirmişlər və Təqsirləndirilən şəxs 23 avqust 2024cü il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saat 14:27-də Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında, “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkət edən zaman saxlanılmışdır. Orada Təqsirləndirilən şəxs əldə olunmuş məlumata əsasən sonuncunun istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evində narkotik vasitələri saxlaması bildirilərək hüquq və vəzifələri izah olunmuş, həmçinin videoçəkilişlə üstünün yoxlanılacağı, istifadəsində olan avtomobilə və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmetin olub-olmaması soruşulmuş və təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən üzərində ***-***-**-** nömrəsi olan “Huawei" markalı mobil telefon, 4 ədəd açar və həmin qısa şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim etmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Huawei" markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs istifadəsində olan avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 1 ədəd bükümü təqdim edərək içərisində metamfetamin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “15 p” yazısı qeyd olunmuş büküm götürülmüş və bükümdə ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobilindən aşkar olunmuş psixotrop maddə metamfetamini İran İR-nın vətəndaşı Aydın adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin digər yerlərinə də baxış keçirilmiş, lakin avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş içərisində metamfetamin olan bir ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16,44 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evində baxış keçirilməsinə başlanılmış, baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin içərisi demək olar ki, boş vəziyyətdə olan otağında paltar dolabının üst hissəsindən 2 ədəd elektron tərəzini, 1 ədəd sellofan torbanın içərisindəki 3 ədəd bağlamanı təqdim edərək marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd bağlamalara baxış keçirilən zaman içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və 3 ədəd bağlamaların ayrı-ayrılıqda qablaşdırma ilə birlikdə çəkilərinin 1077, 1107, 1079 qram olması müəyyən edilmişdir. Daha sonra içərisində qurudulmuş marixuana kütlələri olan bağlamalar, iki ədəd elektron tərəzilər qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri 22 avqust 2024cü il tarixdə İran İR-nın vətəndaşı Aydın adlı şəxsin vasitəsi ilə əldə etdiyini, ümumilikdə 3 kiloqram narkotik vasitələri ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində Aydın adlı şəxsin 1000 manat pul göndərəcəyi barədə razılaşdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına, istifadəsində olan avtomobilə və yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, ifadəsində Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olduğunu, onların da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxladıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilmədiyini göstərmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Chevrolet Malibu markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik vasitə və psixotrop maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” protokola və eyni tarixli “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üstünə, istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşadığı evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd mobil telefon, 4 ədəd açar, həmin şalvarın digər cibindən 01 ədəd avtomobil açarını təqdim edir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs götürülür. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan “Chevrolet Malibu” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının qol altında olan saxlanc yerindən 01 ədəd bükümü təqdim edərək içərisində metamfetamin olduğunu bildirir. Təqdim edilmiş bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin kütləsi aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş psixotrop maddə metamfetamini İİR vətəndaşı olan Aydın adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi yaşayış evin içərisi boş vəziyyətdə olan otağında paltar dolabının üst hissəsindən 02 ədəd elektron tərəzini, 01 ədəd sellofanı torbanın içərisindəki 03 ədəd bağlamanı təqdim edərək marixuana olduğunu bildirir. Həmin bağlamalara baxış keçirilən zaman içərisində aşkar olunan yaşıl rəngli, bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana kütlələri olan bağlamalar, iki ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri 22 avqust 2024-cü il tarixdə İİR vətəndaşı olan Aydın adlı şəxsin vasitəsi ilə əldə etdiyini, ümumilikdə 3 kiloqram narkotik vasitələri ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində Aydın adlı şəxsin ona 1000 manat pul göndərəcəyi barədə razılaşdığını bildirir. Cinayət işinin materiallarında olan «mobil telefon aparatına baxış keçirilməsi» haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "Huawei” markalı mobil telefonun “Telefon” adlı faylın “Kişiler” hissəsinə keçirilmiş baxış zamanı “aydin” adı ilə qeyd olunmuş şəxsin nömrəsinin +98 939 *** **** olması müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefondakı “Galeri” adlı fayla keçirilmiş baxış zamanı “Tüm fotoğraflar” qovluğunda ayrı-ayrı vaxtlarda çəkilmiş, müxtəlif ölçülərdə elektron tərəzinin üzərinə qoyulmuş narkotik vasitə və psixotrop maddə kütlələrinin və oxla işarələnmiş müxtəlif ünvanların şəkillərinin olması müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefondakı “Whatsapp” ani mesajlaşma proqramına keçirilmiş baxış zamanı xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə “aydin” adı ilə qeyd olunmuş +98 939 *** **** mobil nömrəsi arasında narkotik vasitə və ya psixotrop maddələrin qoyulduğu yerin oxla işarələnmiş şəkilləri, məkanının göndərilməsi, tərəzi üzərində psixotrop maddə olan metamfetaminin foto şəkilləri, “100p dasin altinda quma basdirilib” məzmunlu, “76p.tunbanin dibinde otun altinda” məzmunlu, "50p.dasin dalinda quma basdirilib” məzmunlu, “50p.quru otun altinda” məzmunlu, “dasin dalinda quma basdirilib” məzmunlu, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxsla “aydin" adı ilə qeyd olunmuş şəxsin arasında “300p.divarda cocik var onun tuşundan yere divarin dibinde otun altinda” məzmunlu, “300p.durbanin dibinde quma basdirilib” məzmunlu mesaj mətnlərinin olması aşkar edildi. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirlməsi haqqında 22 noyabr 2024-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 24 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4309-7/1412 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ** FR *** avtomobilindən aşkar olunan; yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 14,293 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı evdən aşkar olunmuş; yazılar olan qara rəngli bağlamadakı 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1005,0 qr: 1000,0 qr: 1025,0 qram; ümumi təmiz çəkisi: 3030,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər və 02 ədəd göy rəngli elektron tərəzilərin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzilərin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilib götürülmüş 01 büküm metamfetaminlə, yaşadığı evdən aşkar olunmuş 02 ədəd elektron tərəzilərin səthində metamfetamin iz şəklində olduğundan eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 6289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 2755 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 26 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərar və 28 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,193 qram çəkidə psixotrop maddə metamfetamin, 3029,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei" markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdam RİHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əfətli kənd İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olmaqla Bərdə şəhəri Nizami küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü qismən təqsirli bilməsi, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin itihamda qeyd edilən miqdardan daha az olması və narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 14,193 qram çəkidə psixotrop maddə metamfetamin və 3029,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd diskin və "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 avqust 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 14,193 qram çəkidə psixotrop maddə metamfetamin və 3029,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iki ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd diskin və "xxxx" MMCdən götürülmüş 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar