Məhkəmə qərarları › İş №1(124)-2/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-2/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-2/2023 20.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X9 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, 1) xx xxxx 1980-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Füzuli küçəsi, Yeni yaşayış massivi, qeydiyyatsız evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 1) xx xxxx 1991-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Füzuli küçəsi, Yeni yaşayış massivi, qeydiyyatsız evdə faktiki yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, qeyri-rəsmi ailə münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb xx.xx.2020-ci il tarixdə istifadəsində olan mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan məhəllədən istintaqa məlum olmayan tanımadığı şəxsdən alıb, birlikdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altına qoyduğu, içərisində bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin Siyahıya daxil olan narkotik vasitə tiryək və elektron tərəzi olan qutunu, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan şəxsə verməsini tələb etmiş və Təqsirləndirilən şəxs2 öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini, tiryəki, psixotrop maddə olan metamfetamini və elektron tərəzini evdən götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsində yerləşən «Alişan» marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqda keçirilən şəxsi axtarış zamanı üzərində olan qutunun içərisindən həmin bir ədəd bükümdə təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən həmçinin Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, qeyri-rəsmi ailə münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə istifadəsində olan mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan məhəllədən istintaqa məlum olmayan tanımadığı şəxsdən alıb, birlikdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altına qoyduğu, içərisində bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin Siyahıya daxil olan narkotik vasitə tiryək və elektron tərəzi olan qutunu, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan şəxsə verməsini tələb etmiş və o, öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini, tiryəki, psixotrop maddə olan metamfetamini və elektron tərəzini evdən götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsində yerləşən «Alişan» marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqda keçirilən şəxsi axtarış zamanı üzərində olan qutunun içərisindən həmin bir ədəd bükümdə təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisədən təxminən 2 ay əvvəl YPX əməkdaşları tərəfindən Şamaxinka deyilən ərazidə saxlanılmışdır. Onun saxlatdıran Ümid adlı şəxs olmuşdur. Ümid ona maşına oturmağı deməklə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində işlədəyini demişdir. Daha sonra, narkotik vasitə istifadəçisi olduğu üçün Ümid ondan 5.000 manat pul tələb etmişdir ki, onun narkotik istifadə etməsinə göz yumsun. Ümid razılaşmalarına əsasən 3 dəfə 500 manat pul verməklə ona 1.500 manat pul vermişdir. İlk dəfə Ümid onun evinə gəlmiş və Ümidə evdən pul verdiyi üçün sonuncu onun evini tanımışdır. Sonra Ümid avtomaşınını dəyişdiyini deyib ondan yenə pul tələb etdikdə Ümidə pulunun olmadığını demişdir. 28 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Ümid ona zəng edərək harada olması ilə maraqlanmış, o, isə Masazır qəsəbəsində qardaşının uşağının doğum günün qeyd etdiyini, spirtli içki içdiyini və gələ bilmədiyini demişdir. Lakin Ümid israrla onun evinə gəldiyini demişdir. Ümidə bir saatdan tez gələ bilməyəcəyini dedikdə Ümid onu evlərinin yanında gözlədiyini demişdir. Sonra Ümid ona zəng edərək narkotikləri harada gizlətdiyini soruşmuş, buna cavab olaraq Ümidə narkotikinin olmadığını demişdir. Ardınca ona yenə də zəng gəlmiş və bu dəfə zəng edən özünü BNMİ-nin əməkdaşı Səttar kimi təqdim etmişdir. Ona evə gəlmədiyi halda Minurənin tutulacağını demişlər. Minurə ilə onun rəsmi nikahı olmasa da qeyri rəsmi ər-arvad kimi yaşamışdır. Onlara gələcəyini söz versə də tutulacağını bilib getməmişdir. Minurənin aparılmasının qarşısını almaq üçün evdə olan qardaşı arvadına “SMS” yazaraq Minurəni aparmağa qoymamağı xahiş etmişdir. Həmin vaxt Minurə ilə birlikdə evdə qardaşları Eminlə Fəxrəddin, eləcə də qardaşları arvadları Gülpəri ilə Məlahət olmuşdur. Minurə tutulan günü onun evində narkotik vasitə, psixotrop maddə və elektron tərəzi olmamış, o, heç Minurəyə deməmişdir ki, kiməsə narkotik aparıb versin. 08 dekabr 2020-ci il tarixdə təslim olunduqdan sonra onunla Ümid arasında Abşeron RPİ-nin istintaq şöbəsinin rəisi Eyyub adlı şəxsin iştirakı ilə üzləşdirmə keçirilmişdir. Ümiddən tələb edilmişdir ki, ondan narkotik vasitə aldığını desin, lakin Ümid qorxmuş, özü isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Həmin vaxt ifadəsini oxumadan məcburən ifadəyə imza atmış, çünki ona deyilmişdir ki, narkotiki boynuna alsa Minurə həbsdən buraxılacaqdır. X17 şəxsən tanımasa da Minurəyə Ümid adlı şəxs barədə məlumat verməklə belə bir şəxsə ilişdiyini demişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə rəsmi nikahları olmasa da qeyri-rəsmi ərarvad kimi yaşamışdırlar. 28 oktyabr 2020-ci il tarixdə axşam saatlarında evdə olarkən qapı döyülmüş və kim olduğunu soruşduqda bir nəfər Ümid olduğunu, Pərvizi axtardığını demişdir. Bu zaman qaynı Fəxrəddin çölə çıxıb Pərvizin evdə olmadığını demiş, ona isə evə girməyi tapşırmışdır. Ümid gedəndən təxminən 1 saat sonra evə Səttar və digər polis əməkdaşları gəlmişlər. Yaşadıqları ev həyət evi olduğundan onlar hasardan həyətə tullanaraq evə daxil olmuşlar. Evə girən polis əməkdaşları qayınları Eminlə Fəxrəddinin qollarına qandal vurmuşlar, sonra isə onun otağına girmişlər. Belə ki, həmin vaxt evdə qayınları Fəxrəddinlə Emin və onların arvadları Gülpəri ilə Məlahət olmuşdur. Otağa girən Səttar, Ümid və Aydın adlı daha bir polis əməkdaşı olmuşdur. Ümid ilə Səttar Pərvizin harada olduğunu soruşduqda onlara bilmədiyini demişdir. Sonra Pərvizə zəng olunaraq narkotiklərin harada olmasını soruşulmuş və bu zaman Pərviz söyməklə narkotik olmadığını demişdir. Ardınca Səttar onun telefonunu alaraq Pərvizlə danışmış və Pərviz gələcəyini vəd etmişdir. Sonra polislər onu çölə çıxarmışlar və təxminən 15 dəqiqə otaqda olduqdan sonra polislər əllərində sellofan paket ona göstərməklə “...bəs deyirdin içəridə heç nə yoxdur? Bəs bu haradan çıxdı” demişlər. Lakin otaqda həqiqətən narkotik olmamışdır. Çünki onun yanında polislər otağın hər yanını axtarmışlar və otaqdan heç nə tapmamışlar. Sonra polislər onu Abşeron RPİ-yə aparmışlar və demişlər ki, “gedək ifadə ver, səni buraxacıq, səninlə bizim işimiz yoxdur, bizə Pərviz lazımdır.” Abşeron RPİ-də Səttar adlı polis əməkdaşı ona təzyiq edərək və hədələyərək narkotiklərin ondan aşkar olunduğunu deməyi tələb edərək, bundan sonra buraxılacağını demişdir. Hətta bu haqda ona təqdim olunmuş müdafiəçi Elvin Yusifova dedikdə, müdafiəçi ona düzünü deməyi məsləhət bilmişdir. Bu haqda Səttara dedikdə o, bildirmişdir ki, vəkilə 50 manat pul verəcək və vəkil o dediyini təsdiq edəcəkdir. Çıxılmaz vəziyyətdə qaldığından Səttarın dedikləri ilə razılaşmış və video çəkiliş zamanı Səttarın dediklərini təkrarlamaqla onda narkotik vasitə və elektron tərəzinin olmasını demişdir. Belə ki, Səttarın tələbi ilə o demişdir ki, guya narkotiki yoldaşı Pərvizin zəngi ilə götürmüş və kiməsə vermək üçün çölə çıxdıqda “Alişan” marketin yanında tutulmuşdur. Lakin əslində o, evdən heç yerə çıxamamışdır. Çəkilişdən sonra onu Badamdara BNMİ-nə aparmışlar. Orada o, Surxay adlı polis əməkdaşını görmüş və gecə Surxayın otağında qalmışdır. Lakin tutularkən o, Surxayı görməmiş, həmin vaxt Surxay orada olmamışdır. Növbəti günü, yəni 29 oktyabr 2020-ci il tarixdə o Abşeron RPİ-yə gətirilmişdir. Orada Fuad adlı müstəntiqə baş verdiklərini deməklə onun evdən tutulmasını və üzərində narkotik olmadığını dedikdə, Fuad bu haqda həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxdıqda məhkəmədə danışmağı tövsiyyə etmişdir. Məhkəmədə hakim sorğu-sual etdikdə narkotik vasitənin ona məxsus olmadığını demişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayının 28-də Təqsirləndirilən şəxs2 saxlanılmasından bir gün əvvəl onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 22-23 radələrində Abşeron rayonu Xırdalan şəhərində “Alişan” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 piyada hərəkət edən zaman onu saxlayıb Abşeron RPİ-ə aparmışlar. Təqsirləndirilən şəxs2 saxlamamışdan 30 dəqiqə qabaq pusquda dayanmışlar və hansı evdə yaşadığını və nə vaxt çıxacağını təxmin edərək onu tutmuşlar. Müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 bir büküm heroin, bir büküm metamfetamin, tiryək və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 deməsinə görə, o, həmin narkotik vasitələr və psixotrop maddələr əri Təqsirləndirilən şəxs1 göstərişi ilə kiməsə çatmalı olmuşdur. Əməliyyat qrupundan 2 nəfər olmuş, özü və əməliyyat müvəkkili Şahid2. Daha sonra, Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmiş və üzərində şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 istintaq aparılması üçün Abşeron RPİ-nə təhvil vermişlər və o, Abşeron RPİ-də qalmışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bağlı əməliyyat qeydiyyat işi açılmamışdır. Minurə Əiyevanı qohumlarının yanında evdə tutmamışlar. Şərait olmadığı üçün onun saxlanıldığı vaxt çəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs1 ilə onun əvvəl tanışlığı və əlaqəsi olmamış, Pərvizin tutulması üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşerondan kənara çıxmamışlar. Ümid adlı şəxsi o, tanımamış, keçirilən əməliyyat tədbirində Ümid adlı şəxs iştirak etməmişdir. Minurə saxlanılan zaman Pərvizlə əlaqə yaratmamışlar. İstifadəsində ***-***-**-** telefon nömrəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında 2020-ci ilin oktyabr ayının 28-də Təqsirləndirilən şəxs2 Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, bu zaman onda 1 büküm heroin, 1 büküm metamfetamin, 1 büküm tiryək və elektron tərəzi aşkar edilmişdir. Sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 Abşeron RPİ-yə təhvil verilmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs2 saxlamağa onun maşını ilə getmişlər. 40 dəqiqə gözlədikdən sonra Minurə Əlityevanı tutmuşlar. Saxlanılarkən Təqsirləndirilən şəxs2 narkotik vasitələri öz əlində saxlamışdır. Avtomobil ilə Təqsirləndirilən şəxs2 Abşeron RPİ-yə apardıqda avtomobili özü idarə etmiş, Şahid1 isə Təqsirləndirilən şəxs2 yanında oturmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələri əri Təqsirləndirilən şəxs1 tapşırığı əsasında narkotik vasitəni kiməsə verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 barəsində sonra hansı tədbir görülməsindən isə onun məlumatı olmamışdır. Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, Ümid adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxs2 saxlamağa gedərkən onda ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Xırdalan şəhəri Nizami küçəsi 120-ci məhəllə “Alişan” marketin yanında olan evdə əri Emin, qayınları Fəxrəddin, Pərviz və onların ailələri ilə birlikdə yaşamışlar. Belə ki, həmin ev ata mülki olmaqla hər 3 qardaş həmin evdə yaşamışdır. 28 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Pərvizdən başqa evdə o, əri Emin, qaynı Fəxrəddin, onun arvadı Gülpəri və Minurə olmuşdur. Minurə həmin vaxt öz otağında olmuşdur. Qəflətən evə 6-7 nəfər polis əməkdaşı basqın etmişdir. Onlar Fəxrəddin və Eminin əllərini qandal ilə bağlamışlar. Sonra polislər Pərviz və Minurənin otağına Minurə ilə birlikdə girmişlər, orada Minurəni təxminin 30 dəqiqə saxlamışlar. Sonra Minurəni çölə çıxarmışlar və özləri otaqda qalmışlar. Ardınca polislər Pərviz və Minurənin otağından nə isə tapdıqlarını deyib Minurəni özləri ilə aparmışlar. Lakin nə tapdıqlarını heç kəsə göstərməmişlər. Daha sonra, Məlahət Şahmarlı ifadəsində göstərdi ki, polislər gəldiyi zaman Minurə evdə olmuş, çölə, xüsusilə də evlərinin yanında olan “Alişan” marketin qarşısına çıxmamışdır. Polislər gələrkən onlara heç kim qapı açmamış, qapı açıq olduğundan özləri evə girmiş və Pərvizi axtardıqlarını demişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. 28 oktyabr 2020-ci il tarixdə qardaşı Fəxrəddin, özü, hər ikisinin arvadı, eləcə də qardaşı Pərvizin arvadı Minurə evdə olarkən qəflətən evə 5-6 nəfər polis əməkdaşı gəlmişdir. Yaşadıqları ev fərdi yaşayış evi olduğundan həmin vaxt evin qapısı açıq olmuş və polis əməkdaşları qəflətən evə daxil olmuşlar. Polislər onun və qardaşı Fəxrəddinin qollarına qandal vurmuşlar, özləri isə Minurə ilə Pərvizin otağına daxil olmaqla orada axtarış aparmağa başlamışlar. Polislər Minurəni onların Pərvizlə otağına təxminən 1 saatadək müddətdə saxlamışlar. Sonra polislər Minurəni otaqdan çıxarmışlar və özləri orada axtarış aparmışlar, ardınca isə narkotik tapdıqlarını demişlər. Minurə ağlayaraq polislər tərəfindən aparılmamasını xahiş etmişdir. Daha sonra, Emin Şahmarlı ifadəsində göstərmişdir ki, polislər Pərvizi aparmaq üçün gəlmişlər və onu gösləmişlər. “Alişan” market onların evlərinin yanında olmuş, lakin Minurə evdən həmin marketin qarşısına çıxmamışdır. Minurə polislərin gəlməsindən 4 saat əvvəl evdə olmuş və heç bir yerə çıxmamışdır. Polislər Minurəni evdən aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 28 oktyabr 2020ci il tarixdə axşam saatlarında qardaşı Eminlə evdə oturub domino oynamışlar. Bu zaman bir nəfər qapını döyüb Pərvizi soruşmuşdur. Həmin şəxs getdikdən bir neçə dəqiqə sonra evə 6-7 nəfər polis əməkdaşı girmiş, onunla Eminin qoluna qandal vurmuş və onların hərəkət etmələrinə icazə verməmişlər. Sonra polislər Pərvizin otağına girmişlər Minurə də onlarla olmuşdur. Həmin vaxt özləri evin zalında olmuşdur. Bir müddət sonra polislər Minurəni otaqdan çıxarmışlar və özləri içəridə olmuşlar. Ardınca polislər otaqdan çıxıb guya nə isə tapdıqlarını demişlər. Onlardan nə tapdıqlarını soruşduqda, polislər sonra deyəcəklərini bildirmişlər. Polislər gedərkən özləri ilə Minurəni də aparmışlar və Pərviz gəldikdən sonra buraxacaqlarını demişdirlər. Daha sonra, Fəxrəddin Şahmarlı ifadəsində göstərmişdir ki, polislər gəlməmişdən təxminən 3 saat əvvəl evə gəlmiş və həmin müddət ərzində Minurə evdən çölə çıxmamışdır. Çünki evin bir çıxışı olmuş və Minurə bu müddət ərzində öz otağında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 28 oktyabr 2020ci il tarixdə evdə əri Fəxrəddin və qaynı Emin ilə evin qonaq otağında oturmuşdurlar. Bu zaman bir nəfər evin qapısını döyüb digər qaynı Pərvizi soruşmuş və ona Pərvizin evdə olmadığı deyilmişdir. Bundan bir neçə dəqiqə sonra evə 6-7 nəfər polis əməkdaşı girmişdir. X12 qollarına qandan vurub qonaq otağında saxlamışlar. Sonra polislər Minurə ilə birlikdə Pərvizin otağına keçmişlər. Bundan təxminən yarım saat sonra Minurəni otaqdan koridora çıxarmışlar, iki nəfər polis əməkdaşı otaqda qalmış və isə etmişlər. Polislər otaqdan çıxdıqda onların əlində hər hansı bir bağlama və ya digər əşya görməmişdir. Polislər gələrkən Minurə evdə olmuş və heç bir yerə getməmişdir. Sonra polislər Minurəni özləri ilə aparmışlar. İbtidai istintaq zamanı da şahid qismində dindirilmiş Məlahət Şahmarlı, Emin Şahmarlı, Fəxrəddin Şahmarlı və Gülpəri Paşayeva məhkəmədə verdikləri ifadələri ilə oxşar məzmunlu ifadələr verərək Minurənin polis əməkdaşları tərəfindən evdən aparıldığını, onun evdən çıxmadığını, onda hər hansı bir narkotik vasitənin olmadığını və “Alişan” marketin qarşısından tutulmadığını göstərmişlər. (Cild 1, iş vərəqləri 83-86, 104- 108) Məlahət Şahmarlı, Emin Şahmarlı, Fəxrəddin Şahmarlı və Gülpəri Paşayevanın 28 oktyabr 2020-ci il tarixdə evdə olmaları onların istifadələrində olan mobil telefonlarına aid antena məlumatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ***-***-**-** nömrəli mobil telefon onun adına qeydiyyatdan keçirilmiş, lakin qardaşı Ramil Məmmədov tərəfində idarə edilən "xxxx" MMC balansında olmuşdur. Həmin mobil nömrə qardaşı Ramil tərəfindən Şahid4 verilmiş və nömrəni Ümid istifadə etmişdir. Hazırda qardaşı Vasif Rusiyada yaşayır. Özünün Ümidlə tanışlığı yoxdur. Lakin bundan əvvəl də Ümid adlı şəxsi polis axtardığı üçün “Bakcell” şirkətindən nömrənin istifadəçisi ilə bağlı sorğu gəlmiş və qardaşı Ramil Ümidlə bağlı məlumatları onlara vermişdir. Qardaşının Ramin adlı tanışından eşitmişdir ki, Şahid4 əvvəllər polis orqanlarında işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət ittihamçısı Alı oğlu ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Adı Samir olmasına baxmayaraq hamı onu “Fedya” ləqəbi ilə tanımışdır. Şahid4 6-7 il müddətində tanımış, tutulana qədər onunla birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Belə ki, Ümid ona pul ilə və ya pulsuz da narkotik vasitə heroin vermiş, o, isə istifadə etmişdir. İstintaq materiallarında olan ***-***-**-** nömrəsi bacanağının qızı Zülfiyyə Mahmudovanın adına qeydiyyatda olmaqla onun istifadəsində olmuşdur. Həmin nömrə ilə Ümidin istifadəsində olan ***-***-**-** nömrəsi ilə dəfələrlə danışmışdır. Şahid4 deməsinə görə o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq edir, orada qeydiyyatda olmaqla əməkhaqqı alır. Ümid hündürboylu, kök olmaqla Xırdalanda yaşayır, əslən Naxçıvandandır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının topladığı cinayət işinin materiallarında və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar siyahısında Təqsirləndirilən şəxs1 özünün özünə qarşı verdiyi mübahisəli və mötəbərliyinə əsaslı şübhələr olan ifadəsindən başqa irəli sürülmüş ittiham üzrə onun təqsirini təsdiq edən ümumiyyətlə heç bir sübut müəyyən edilməmiş, Təqsirləndirilən şəxs2 isə təqsirini təsdiq edən sübutlar kimi məhkəməyə təqdim olunmuş dəlillərin mötəbərliyinə və mümkünlüyünə bütövlükdə elə bir şübhələr olmuşdur ki, məhkəmə ittiham tərəfinin həmin sübutları əsasında Təqsirləndirilən şəxs2 təqsirli bilinməsi və cəzalandırılmasını mümkünsüz hesab etmişdir. Belə ki, iş materiallarında olan əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş raporta, şübhəli şəxsin tutulması haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara və verilmiş ittihamla istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Füzuli küçəsində yerləşən “Alişan” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmaqla həmin andan azadlığı faktiki məhdudlaşdırılmışdır. (Cild 1, iş vərəqləri 10, 21, 30-32) Məhkəmə tərkibi tərəfindən təqsirləndirilən şəxslərin, əməliyyatda iştirak edən polis əməkdaşlarının və digər şəxslərin istifadə etdikləri mobil telefon nömrələrinə aid məlumatlar, o cümlədən mobil rabitəyə aid antena məlumatları götürülməklə ətraflı təhlil edildikdən sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılması 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Füzuli küçəsində yerləşən “Alişan” marketin yaxınlığında piyada hərəkət edən zaman deyil, bundan 2 saat əvvəl, yəni həmin tarixdə saat 20:30 yaşadığı evdə baş vermişdir. Belə ki, müəyyən edilmişdir ki, 28 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, əməliyyat müvəkkilləri Şahid1 istifadəsində ***-***-**-** mobil telefon nömrəsi, Şahid2 istifadəsində ***-***-**-** mobil telefon nömrəsi, Şahid4 istifadəsində isə ***-***-**-** nömrəsi olmuşdur. Həm Təqsirləndirilən şəxs2, həm də şahid Fəxrəddin Şahmarlı ifadələrində göstərmişlər ki, ilkin olaraq evə Ümid adlı şəxs gələrək Pərvizi soruşmuş, ona Pərvizin evdə olmadığı deyilmiş və o, getdikdən bir neçə dəqiqə sonra evə polislər Ümidlə birlikdə daxil olmuşlar. Bu hal işdə olan “SMS” mətnləri ilə də təsdiq olunur ki, 28 oktyabr 2020-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** nömrəsindən Pərviz Əliyevin istifadəsində olan ***-***-**-** nömrəsinə “Ümid burda səni soruşdu gəlmə evə məni yığ tez” mətnli yazmış, saat 20:31-də isə Şahid4 öz istifadəsində olan ***-***-**-** nömrəsində Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Pərviz qardaş mən məhlədəyəm” mətnli “SMS” yazmışdır. Eyni zamanda həmin tarixdə saat 21:31-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsindən olan ***-***-**-** nömrəsinə göndərilən “Ürəyim qorxma gəlirəm sən heç yana çıxma” və saat 21:39-da qardaşı Fəxrəddin Şahmarlının arvadı Gülpəri Paşayevanın istifadəsində olan ***-***-**-** nömrəsinə yazdığı “X22 tapşır Midanı aparmağa qoymasınlar, arxayınam” “SMS” mətnlərindən bəlli olur ki, artıq saat 21:31-də polis əməkdaşları evə daxil olmuşlar, bu haqda Təqsirləndirilən şəxs1 məlumatı olmuş və o, Təqsirləndirilən şəxs2 sakitləşdirməklə onun polis əməkdaşları tərəfindən tutulmasının qarşısını almağa çalışmışdır. Bu “SMS” mətnləri həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onun qardaşları Fəxrəddin və Emin Şahmarlı, eləcə də qardaşı arvadları Gülpəri Paşayeva və Məlahət Şahmarlının ifadəsində göstərdikləri xüsusatları, yəni polis əməkdaşlarının evə daxil olmaları, Fəxrəddin və Emin Şahmarlının hərəkətlərini məhdudlaşdırmalarını, evdə axtarış aparmalarını və Təqsirləndirilən şəxs2 özləri ilə aparmalarını bir daha təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə aid antena əhatə dairəsinə uyğun məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 16:12 dəqiqədən başlamaqla eyni ünvanda, yəni “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” yerləşən antenlərin əhatə dairəsinə sabit olaraq qalmış, yalnız saat 22:04-dən etibarən onun anten əhatəsinin dairəsi “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27.28”, “Xırdalan Embawood” və “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 ünvanına doğru dəyişmişdir. Eyni ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə aid antena məlumatlarından göründüyü kimi bu nömrə polis əməkdaşı Şahid1lə əlaqə saxlamaqla saat 19:30-da Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində olmuş, saat 20:31dən etibarən isə sabit olaraq Təqsirləndirilən şəxs2 olduğu “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” antenin əhatə dairəsində saat 22:01-dək olmuş, sonra isə saat 22:24-də onun olduğu anten dairəsi yenidən Təqsirləndirilən şəxs2 olduğu “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 dairəsinə uyğun olmuşdur. Bundan başqa, əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə aid antena əhatə dairəsinə uyğun məlumatlardan görünür ki, Şahid1 də xx.xx.2020-ci il tarixdə saat 20:27-də “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” antenin əhatə dairəsində olmuş, həmçinin onu telefon nömrəsi ittihamda qeyd olunan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 19 ünvanını göstərmiş və həmin gün saat 22:18 Təqsirləndirilən şəxs2 və Şahid4la eyni marşrut üzrə hərəkəti göstərməklə “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 ünvan üzrə antenin əhatə dairəsində olması qeyd olunmuşdur. Qeyd edilən mobil rabitə antenalarının əhatə dairəsi üzrə məlumatlarla da bir daha təsdiq olunur ki, polis əməkdaşları və Şahid4 28 oktyabr 2020-ci il tarixdə saat 20:30 radələrində artıq Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gəlmişlər və saat 22:04-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanından yerləşən ünvan 7işlər. Təsadüfi deyil ki, məhz cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2020-ci il tarixli qərarda da Təqsirləndirilən şəxs2 tutulduğu tarix və vaxt kimi 28 oktyabr 2020-ci il tarix saat 20:30 göstərilmişdir. (C 1, iş vərəqi 20) Əməliyyat müvəkkili Şahid2 məhkəmədə verdiyi ifadəsində isə onun üzərində olduğu qeyd edilən ***-***-**-** nömrəsinə aid məlumatlardan görünür ki, həmin gün o, ümumiyyətlə Abşeron rayonu ərazisində olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında protokola aid video çəkilişdən də görünür ki, Şahid2 adı protokolda qeyd edilsə də bu istintaqı hərəkətinə aid video çəkilişdə onun olması müəyyən edilməmişdir. İstintaq orqanının Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2020-ci il tarixli protokol olmuşdur. Sənədləşməyə görə bu istintaq hərəkəti Abşeron RPİ-nin inzibati binasında saat 23:30-da başlanılmış və saat 23:47-də başa çatmışdır. Protokola əsasən həmin vaxt Təqsirləndirilən şəxs2 əlində tutduğu qara rəngli qutunun içərisindən çıxarmaqla narkotik vasitə olan heroinə və tiryəkə bənzər 2 ədəd, eləcə də psixotrop maddə olan metamfetaminə bənzər 1 ədəd büküm, cəmi 3 büküm və bir ədəd elektron tərəzi təqdim etməklə bu bükümlərin əri Təqsirləndirilən şəxs1 məxsus olmasını və onun dediyi yerə qoymaq üçün evdən çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. Protokolda həmçinin qeyd edilmişdir ki, video çəkiliş mobil telefonla aparılmışdır. Lakin polis əməkdaşları videoçəkilişin məhz Təqsirləndirilən şəxs2 küçədə saxlanıldığı yerdə aparılmamasını və buna maneə törədən hər hansı bir halın olmasını göstərməmişlər. Bu hal isə Təqsirləndirilən şəxs2 tutulma yeri ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Qeyd edilən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Avropa Məhkəməsi hesab etmişdir ki, həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübut əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq, məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 oktyabr 2020-ci il tarixli əməliyyat orqanının qərarına əsasən şəxsiyyəti və yaşadığı ünvan məlum olan Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi, o cümlədən saxlandıqdan sonra üzərinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. Lakin istintaq materiallarına əsasən yaşadığı evin qarşısında saxlanılan və külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin üzərində gəzdirməsi müəyyən edilən Təqsirləndirilən şəxs2 tam ifşa edilməsi üçün, əməliyyat tədbirləninin davamı olaraq evində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə həmin vaxt və ya bundan sonrakı müddət ərzində onun yaşadığı evdə axtarış aparılmamış, əlaqələri yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən edilməmişdir. Bu isə bir daha məhkəmədə olan ehtimalları təsdiq edir ki, keçirilən əməliyyat tədbirinin məqsədi məhz Təqsirləndirilən şəxs2 tutulması, onun vasitəsi ilə isə olduğu yer bəlli olmayan Təqsirləndirilən şəxs1 gəlməsinin təmin edilməsi olmuşdur. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarınm istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Müdafiə tərəfin mənafeyinə uyğun olan yuxarıda təsvir olunan təkzibedilməz dəlillərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2020-ci il tarixli protokol, eləcə də ittiham tərəfinin məhkəməyə təqdim etdiyi aşağıda təsvir olunacaq sübutların mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan bu sübutlar hüquqi qüvvəsi olmayan hesab edilməli və həmin sübutlar əsasında təsirləndirilən şəxslərin təsirli bilinməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə istintaqı zamanı təkzibolunmaz sübutlarla, yəni antena, “SMS” və telefon danışıqlarına dair məlumatlarla, eləcə də şahid və təsiqrləndirilən şəxslərin işin halları ilə uzlaşan ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 ittihamda göstərildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsində yerləşən «Alişan» marketin yaxınlığında deyil, yaşadığı evdə tutulmuş, iş üzrə maddi sübut olan narkotik vasitələr, psixotrop maddə və elektron tərəzinin Təqsirləndirilən şəxs2 üzərində olmasına əsaslı şübhələr mövcuddur. Bundan başqa, ittiham tərəfi Təqsirləndirilən şəxs2 təqsirini təsdiq edən əsas sübutlar kimi onun istintaqın ilkin mərhələsində, o cümlədən təhqiqat zamanı verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələri olmuşdur. Bu izahat və ifadələrə əsasən Təqsirləndirilən şəxs2 piyada hərəkət edən zaman saxlanılmasını, üzərində 3 ədəd bükümdə narkotik vasitələrin və psixotrop maddənin olmasını, eləcə də bir ədəd elektron tərəzininin olmasını, həmin narkotiklər və tərəzinin həyat yoldaşının tapşırığına əsasən tanımadığı şəxsə təhvil verməli olduğunu etiraf etmişdir. (Cild 1, iş vərəqləri 34-35, 47, 59) Məhkəmə həmin izahat və ifadələrin ətraflı təhlil edilməsini zəruri hesab edərək qeyd edir ki, müxtəlif şəxslərə, yəni təhqiqatçı və müstəntiqə müxtəlif vaxtlarda verilən bir izahat və iki dindirmə protokolundan görünür ki, bu sənədlərin məzmunu orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eyni olmuşdur. Hətta izahat və ifadələrin mətnində, eləcə də video çəkilişdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olmadığını göstərməsinə baxmayaraq, həm izahat da, həm də ifadələrdə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı verilən eyni suala Təqsirləndirilən şəxs2 “Xeyr, mən narkotik vasitələrin satışı ilə məşğul olmuram, yalnız öz şəxsi istifadəm üçün əldə etmişəm” cavab verməsi göstərilmişdir. İşin hallarına ümumiyyətlə uyğun olmayan bu cavabdan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 izahatı əvvəlcədən yazılmış mətn əsasında formal alınmış, izahatın sual və cavab hissəsi isə adətən istifadəçi olub narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş bütün şəxslərə verildiyindən, təhqiqatçı tərəfindən bu hissə mahiyyətinə diqqət yetirilmədən köçürmə üsulu ilə izahata əlavə olunmuşdur. Bu azmış kimi eyni mətn müstəntiq tərəfindən də Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs kimi dindirmə protokoluna köçürmə üsulu ilə əlavə edilmiş, lakin sonradan “Xeyr, mən narkotik vasitələrin satışı ilə məşğul olmuram, yalnız öz şəxsi istifadəm üçün əldə etmişəm” cavabının işin halları ilə uzlaşmadığını görən müstəntiq hər iki protokolda “yalnız öz şəxsi istifadəm üçün əldə etmişəm” cümləsini ağartma üsulu ilə silmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilməsinə dair protokolda onun dövlət hesabına hüquqlarını müdafiə edən vəkili tərəfindən aşağıdakı mətn yazılmışdır: “Təqsirləndirilən şəxs2 ilə şübhəli şəxs qismində dindirmə keçirilməzdən əvvəl konfidensial görüş zamanı o, əvvəl verdiyi izahatını təzyiq edildiyinə görə verdiyini dedi, onun küçədə saxlanılmadığını, polis əməkdaşlarının onun yaşadığı evə girərək narkotik vasitəni evdən tapdığını deyərək, izahatında qeyd edilənlərin həqiqət olmadığını bildirdi, lakin bir qədər sonra ifadə verərkən fikirlərini dəyişərək əvvəlki izahatını təsdiq etdiyini bilirdi.” Bu hal aşkar surətdə Təqsirləndirilən şəxs2 təzyiq və təsir altına ifadə verməsi ehtimalını təsdiq etməklə, onun ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrin, yəni onun üzərində narkotik vasitələrin olmamasının və evdən tutulmasının həqiqət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs2 təzyiq, təsir və aldatma ilə etiraf xarakterli ifadələr verməsi ehtimalını təsdiq edən daha bir hal isə, təqsirləndirilən şəxs qismində dindirilərkən onda narkotik vasitələrin olmasını etiraf edən Təqsirləndirilən şəxs2, bundan dərhal sonra 30 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılan zaman, məhkəmə prosesində çıxış edərək özünü təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını göstərməsi xüsusatı olmuşdur. Bundan cəmi 3 gün sonra isə, yəni 02 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində yenidən ətraflı dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən küçədə deyil evdə saxlanılmış, onda narkotik vasitə, psixotrop maddə və elektron tərəzi olmamış, bunlar polis əməkdaşları tərəfindən ona verilərək Pərvizə məxsus olduğu deyilmiş və hədə-qorxu gəlinərək guya üzərində olmasının etiraf edilməsi ondan tələb olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən ifadələri arasında hər hansı bir ziddiyyət olmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və onların hər ikisi onlarda narkotik vasitə və psixotrop maddənin olmadığını göstərmişlər. (Cild 1, iş vərəqləri 73-76) Təqsirləndirilən şəxs2 polis təsiri və təzyiqi altında ola bilməsi ehtimalını təsdiq edən digər dəlil DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məhkəməyə daxil olmuş 03 dekabr 2022-ci il tarixli və Abşeron rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş 08 dekabr 2022-ci il tarixli məktubların məzmununda Təqsirləndirilən şəxs2 saxlanılması halları ilə bağlı olan ziddiyyətlərdir. Belə ki, BNMİ-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da Xırdalan şəhəri ərazisində saxlanılmış, prosessual hərəkətlərin keçirilməsi üçün Abşeron RPİ-yə dəvət edilmiş, prosessual hərəkətlər yekunlaşdıqdan sonra Abşeron RPİ-nin X13 təhvil verilmişdir. Abşeron RPİ-nin isə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubdan və məktuba əlavə edilmiş edilmiş qeydiyyat kitablarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılmasından bir gün sonra, yəni 29 oktyabr 2020-ci il tarixdə saat 19:30-da Abşeron RPİ-nin MSY-ə daxil olmuşdur. Bundan başqa, Abşeron RPİ-nin məktubundan qeyd edilmişdir ki, 30 oktyabr 2020ci il tarixdə müstəntiq Fuad Nəsirov tərəfindən Təqsirləndirilən şəxs2 ilə BNMİ-nin əməkdaşları arasında üzləşdirmə keçirilmişdir. Lakin cinayət işinin materiallarında həmin tarixdə Təqsirləndirilən şəxs2 ilə BNMİ-nin əməkdaşları arasında üzləşdirmə keçirilməsinə dair protokollar ümumiyyətlə müəyyən olunmamışdır. Beləliklə qeyd edilən məktublardan, eləcə də ibtidai istintaq materiallarından 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da saxlanılaraq saat 23:00-da Abşeron RPİ-yə gətirilən (şübhəli şəxs kimi tutulma haqqında protokol C 1, iş vərəqi 21) Təqsirləndirilən şəxs2 bir gün ərzində, yəni 29 oktyabr 2020-ci il tarix saat 19:30-dək harada saxlanılması müəyyən olunmur. Halbuki, bu xüsusatla bağlı ifadə verən Təqsirləndirilən şəxs2 göstərmişdir ki, tutulduqdan sonra o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən DİN-nin BNMİ-yə aparılmış, orada bir gün saxlanılaraq, orada Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, çünki polislər ona Pərviz gəldikdən sonra onun buraxılacağını demişlər. Bu hal, mobil telefonla aparılan danışıqlara dair antena məlumatları və “SMS” mətnləri ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**- ** mobil telefon nömrəsinə aid antena məlumatlarından görünür ki, o, 29 oktyabr 2020-ci il tarix saat 01:41-dən həmin gün saat 18:48-dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə Təqsirləndirilən şəxs2 bacısı və ya qardaşının istifadəsində olan ***-***-**-** nömrəsindən xx.xx.2020-ci il tarixdə aşağıdakı məzmunlu “SMS”-lər yazılmışdır: “Pərviz çıx ortalığa təslim ol, and verirəm ananın qəbrinə anam ölür mənim, Allahdan qorx təslim ol. Bacıma rəhmin gəlsin, sənə görə içəridədir, kişi kimi hərəkət et. Midanın günahı yoxdur. Hüseynə xatir get təslim ol, sən kişisən, kişi srok çəkər, o qız yazıqdı günahsızdı. Vaxt azdı Pərviz. And verirəm Allaha get təslim ol, yalvarıram anam ölür mənim, Midan ölür orda incidirlər onu. Midanın boynuna qoyublar, incidiblər. Sən gedib təslim olsan Midana heç nə etmiyəcəklər.” Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixli izahatının, həmçinin 30 oktyabr 2020-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin polis təsiri və təzyiqi altında verilməsi ehtimalı kifayət qədər inandırıcı olduğundan, bu səbəbə görə də həmin izahat və ifadələrin mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan, ittiham tərəfinin bu dəlilləri də hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Məhkəmə bu qənaətə gələrkən həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin "Tahirova Azərbaycana qarşı" işi üzrə 03 oktyabr 2013-cü il tarixli Qərarına istinad edir. Belə ki, həmin Qərarın 37-ci bəndində qeyd edilmişdir ki, pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmazsa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (baxın: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25); “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ); “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, “inter alia”, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri insani” hesab etmişdir. Həmçinin rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini alçaldırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (baxın: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Təqsirləndirilən şəxs1 təqsirliyi ilə bağlı ittiham tərəfinin gəldiyi nəticə və məhkəməyə təqdim etdiyi sübutlarla bağlı məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs1 özünün özünə qarşı verdiyi mübahisəli və mötəbərliyinə əsaslı şübhələr olan ifadəsindən başqa irəli sürülmüş ittiham üzrə onun təqsirliliyini təsdiq edən ümumiyyətlə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 tutulduqdan sonra Təqsirləndirilən şəxs1 31 oktyabr 2020-ci il tarixdə Abşeron RPİ-də ifadə vermiş və ifadəsində özündə və Münurə Əliyevada narkotik vasitələrin olmadığını, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən evdən tutulduğunu göstərmişdir. Daha sonra, müstəntiq tərəfindən ifadələri arasında hər hansı bir ziddiyyət olmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və onların hər ikisi onlarda narkotik vasitə və psixotrop maddənin olmadığını göstərmişlər. İstintaq materiallarına əsasən üzərində narkotik vasitə tapılmayan, ona qarşı digər şəxslər tərəfindən narkotiklərlə bağlı hər hansı bir ittihamedici ifadə verilməyən və ümumiyyətlə cinayətə aidiyyəti heç bir sübutla təsdiq olunmayan Təqsirləndirilən şəxs1 31 oktyabr 2020-ci il tarixdə, yəni ilkin verdiyi və heç bir cinayət törətmədiyini göstərdiyi ifadə verməsindən 1 ay 8 gün sonra, 08 dekabr 2020-ci il tarixdə Abşeron RPİ-yə gələrək Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitənin ona məxsus olması barədə özünə qarşı ifadə vermişdir. (Cild 1, iş vərəqləri 70-71, 109-110) Həmin ifadə ilə bağlı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 həbsdən buraxılması üçün polis əməkdaşları ondan tələb etmişlər ki, narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını etiraf etsin, bu səbəbdən o, Təqsirləndirilən şəxs2 həbsdən azad edilməsi üçün polisə gedərək özünə qarşı ifadə vermişdir. İş materiallarından da görünür ki, məhz Təqsirləndirilən şəxs1 cinayəti etiraf edərək həbs edildikdən sonra Abşeron rayon məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı ilə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət və təqdimatla müraciət edən müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, həbsin qətimkan tədbiri qismində seçilməsi zərurətini əsaslandırarkən Təqsirləndirilən şəxs2 istintaqdan qaçıb gizlənə biləcəyi, yenidən cinayət törədəcəyi və istintaqın gedişatına mane olacağını göstərmələrinə baxmayaraq, prokuror tərəfindən Abşeron rayon məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarından apellyasiya şikayəti belə verilməmişdir. Bundan başqa, məhkəmənin qərarına əsasən vəsatətə baxılmanın yeri və vaxtı barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokuror məlumatlandırılsa da, o, məhkəmə iclasında iştirak etməmişdir Bu hal bir daha Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni istintaq orqanın Təqsirləndirilən şəxs2 həbsdən azad edilməsinə etiraz etməməsini ona qarşı təzyiq vasitəsi kimi istifadə etməsinin, buna görə də istintaqın yekununadək onun cinayətin özü tərəfindən törədilməsini etiraf etməsinin həqiqət ola bilməsini təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonrakı mərələsində özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünə qarşı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin, aldatma, təzyiq və təsir altında verilməsinə, bununla da mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan onun ibtidai istintaq zamanı verdiyi 08 dekabr 2020-ci il tarixli və ondan sonrakı ifadələri hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Bundan başqa, iş üzrə təhrikçi agent rolunda çıxış edən Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə, əməliyyat müvəkkili Şahid1 istifadəsində ***-***-**-** mobil telefon nömrəsinə gələn və gedən zənglər, eləcə də antena məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılmasından əvvəldə Şahid4 və Şahid1 arasında dəfələrlə telefon danışıqları olmuşdur. 28 oktyabr 2020-ci il tarixdə Şahid1 saat 19:53 dəqiqədə Şahid4 zəng etmiş, onların hər ikisinin antena göstəriciləri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində, yəni Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın ərazisində olmuşdur. Şahid4 antena məlumatlarından görünür ki, o, həmin gün Şahid1 və Təqsirləndirilən şəxs2 olduğu yerlərdə olmaqla, onların hərəkət istiqamətləri üzrə yerdəyişmə etmişdir. Bu isə bir daha Şahid4 polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulması üçün təhrikçi agent qismində cəlb edilməsi ehtimalının həqiqət ola bilməsini təsdiq edir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** nömrəsindən Şahid4 zənglərinə cavab olaraq saat 19:44-də onun ***-***-**-** nömrəsinə aşağıdakı mətndə “SMS”-lər yazmışdır: “Ümid kişi mən telefonda başa sala bilmədim. Böyük qardaşlarım burdadı, sən də vaxt qoyursan ki, mənə 40 dəqiqəyə burda ol. Qardaşlarım dirənib ki, kimdi? Dedim dostumdu. Qaqaş burdan çıxım özüm yığacam səni.” Bundan sonra, Təqsirləndirilən şəxs1 həmin nömrədən Təqsirləndirilən şəxs2 ***- ***-**-** nömrəsinə saat 19:51 və 19:57-də aşağıdakı mətndə “SMS”-lər yazmışdır: “Neyniyirsən, bayaqdan Ümid başımı xarab eleyib, özünü qoyub piyanlığa, dirənib ki, gəlirəm sizə, dedim ki, evdə deyiləm qardaşım gildəyəm Masazırda. Dirənib ki, 40 dəqiqəyə gəlirəm sizə patı çəkməyə. Dedim sən öl yoxumdu patı, deyir ki, tap bir çet də olsa tapmasan sənə salam verən... Deyir səninlə başqa işlərim var, qardaş deyilik mən o, qapıya gələ bilmərəm? Dedim vaxtından asılı olmayaraq gələ bilərsən. ” Daha sonra, Şahid4 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə saat 20:47-də “Pərviz qardaş mən məhlədəyəm. Mənimlə əlaqə saxla qardaş mələnizdəyəm” mətnli iki “SMS” yazmışdır. Bunun davamı olaraq, eyni tarixdə saat 21:41-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid4 ***-***-**-** nömrəsinə aşağıdakı mətndə “SMS”-lər yazmışdır: “Ümid cavab ver də mənə səni kişi oğlu kişi tanıyırdım. Ümid sənə bunu bağışlayan... olar. Sabah bağırsaqlarımı çıxarıb bütün nazirliyi tökməsəm Xırdalana...” Həmçinin, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən polis əməkdaşı Şahid1 tərəfindən oxunması üçün Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsinə aşağıdakı məzmunlu “SMS” mətnləri yazılmışdır: xx.xx.2020 saat 22:10 “Səttar kişi mənə polis kimi təqdim eləyib özünü (yəni Şahid4). Gətirsin mənim pulumu versin 17500 manatımı məndə gəlib təslim oluram. Telefonumda Ümidin səsi də var mesajları da”, xx.xx.2020 saat 22:20 “Səttar kişi sən kişi adamsan, mən kişi oğlu kişiyəm, mən srokdan qorxan deyiləm, 15 il olmuşam xarabada, sənə yaraşmaz qızı aparmaq, sənə and verirəm Allaha, balalarının canına, sənin mənimlə işin var mən də sabah gəlirəm qulluğundayam”. Qeyd edilən bütün “SMS”-lər bir daha onu təsdiq edir ki, Şahid4 təhrikçi agent rolunda çıxış etməklə Təqsirləndirilən şəxs1 ona narkotik verməyə təhrik etməyə çalışmış, bunun üçün onun yaşadığı evə gəlmiş və onu gözləmiş, lakin Təqsirləndirilən şəxs1 evə gəlmədiyindən polis əməkdaşları Təqsirləndirilən şəxs2 evdən tutaraq aparmışlar. Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə gələn və gedən zənglər məhkəmə tərkibi tərəfindən təhlil olunarkən, məhkəmə həmin siyahıda məhkəmənin icraatında olan digər işlər üzrə şahid və təqsirləndirilən şəxs olan “Fedya” ləqəbli Dövlət ittihamçısı da onunla daima əlaqə saxlamasını müəyyən etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Məmmədov X20 Qafarovun əvvəl ona narkotik verdiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, Ümid ona DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə əlaqədə olduğunu demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması ilə bağlı bütün əməliyyat tədbirlərinin əsası kimi polis provokasiyası olmuşdur. Həmin provokasiya isə təhrikçi agent Şahid4 tərəfindən icra edilmişdir. Məhkəmə, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə də Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X5 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarının 40-cı bəndində Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də, məhkəmələrin, o cümlədən, işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Veselov və digərləri Rusiyaya qarşı” iş üzrə xx.xx.2012-ci il tarixli qərarının 89-cu bəndinə əsasən məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, suiistifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi ilə oxşar xarakter daşıyan, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı olan və Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə öz həllini tapan “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” işə nəzər saldıqda aydın olur ki, X (şərti) şəxsi polisə gedərək iki nəfər “Viktor” (ərizəçi) və “Ruslan” adlı şəxsin narkotik maddə olan həşişin qramını 600 rus rubluna satmalarını bildirir. Ərizəçi iddia edir ki, X şəxsi polisə məlumat verən gizli agentdir və əvvəllər dörd müxtəlif şəxsə qarşı şərti alıcı qismində iştirak etmişdir. X şəxsindən məlumat aldıqdan sonra polis dərhal əməliyyat keçirilməsi haqqında qərar qəbul etmiş və qərarda ərizəçinin adı qeyd edilərək onun həşişin qramını 600 rus rubluna satmaqda şübhəli olması göstərilir. X şəxsi polis əməkdaşlarının yanında “Ruslan” adlı şəxsə zəng edərək həşiş almaq istədiyini bildirir, lakin bu danışıq polis əməkdaşları tərəfindən lentə yazılmır. X şəxsinə kserosurəti çıxarılmış 3.000 rus rublu verildikdən sonra o, “Ruslan” adlı şəxslə görüşüb birlikdə ərizəçi ilə görüşürlər və ərizəçi onlardan 1.200 rus rublu götürərək narkotik vasitəni gətirmək üçün gedir. Bundan sonra, ərizəçi həmin pulla birlikdə polis tərəfindən tutulur. Məhkəmə zamanı X şəxsi bu barədə polisə könüllü məlumat verdiyini, ərizəçidən əvvəllər narkotik maddə almadığını bildirir. Məhkəmə zamanı müdafiəçi həmin şəxsin əvvəllər narkotik maddə ilə bağlı başqa cinayətdə iştirakı ilə bağlı suallar verdikdə məhkəmə həmin sualları protokoldan çıxarmış, bu isə obyektiv araşdırmanın aparılmasına mane olmuşdur. Həmçinin, əməliyyat tədbirini keçirən polis əməkdaşları da ərizəçinin əvvəllər narkotik maddə satmaqda şübhəli olmadığını bildirmişlər. Məhkəmə zamanı ərizəçi narkotik alınmasında “Ruslan” adlı şəxsin də günahının olmasını bildirsə də, qeyd etmişdir ki, o bu cinayəti təhrik əsasında törədib. Belə ki, o və “Ruslan” həşişdən istifadə etsələr də, heç bir zaman onun satışı və ya başqa şəxsə ötürülməsi ilə məşğul olmamışdır. O, ilk dəfə idi ki, “Ruslan” adlı şəxsin israrla istəməsinə görə ona narkotik maddə verməyə razılaşmış, bu isə əslində əməliyyat tədbiri olmuşdur. “Ruslan” adlı şəxsin dindirilməsi isə məhkəmədə mümkün olmamış, çünki istintaq orqanı onun şəxsiyyətini müəyyən edə bilməmişdir. Moskva şəhər Nikulin Rayon Məhkəməsi ərizəçini narkotik vasitələrin qanunsuz satışına cəhddə təqsirli bilərək barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə qərarında ərizəçinin təhrik əsasında cinayət törətməsini isə qiymətləndirməmişdir. İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı işlə “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir, eyni zamanda onu deməyə əsas verir ki, məhkəmə işin araşdırılması ilə bağlı lazımi səy göstərib həmin presedentdə əksini tapmış Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alarsa, işə dair ədalətli və obyektiv yekun nəticəyə gələ bilər, yəni Avropa Məhkəməsinin hüquqi mövqeyinin nəzərdən qaçırılması hazırki işdə də, “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” işdə olduğu kimi yekun qərara təsir edən mühüm əhəmiyyətli pozuntuya səbəb ola bilər. Sözügedən iş üzrə hökumət qeyd etmişdir ki, ərizəçilər cinayət işində polis təhrikinin olmasına dair iddiaları ilə bağlı şikayətlərini aidiyyəti üzrə prokurorluq orqanlarına etməli idilər. Lakin Avropa Məhkəməsi bunun daxili hüquqi vasitələrin tükənməsi üçün vacib olmadığını qeyd etmişdir. Eləcə də, Məhkəmə hesab etmişdir ki, baxılan məsələ bir hüquqi vasitədə (məhkəmədə) təqib edildiyi halda, digər hüquqi vasitədə (prokurorluq orqanlarında) araşdırılmasına ehtiyac yoxdur (“Micallef Maltaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarın 58-ci bəndi). Bütün bunların fonunda Məhkəmə hesab edir ki, ərizəçinin prokurorluğa şikayət etməsi heç də fərqli nəticənin əldə edilməsinə səbəb olmayacaqdır (73-cü bənd). Məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, sui-istifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Narkotik maddələrin şərti alınması kimi gizli əməliyyatların keçirilməsi üçün mütləqdir ki, istintaq orqanlarının əsaslı səbəbləri olsun. Xüsusilə də, onlar cinayətin törədilməsinin təşəbbüskarı kimi təqsirləndirilən şəxslərin olmasına dair konkret və obyektiv sübutları toplamalıdırlar. Məhkəmə qeyd edir ki, istintaq orqanları tərəfindən toplanılan sübutların yoxlanılması mümkün olmalıdır (89 və 90-cı bəndlər). Məhkəmə birmənalı şəkildə göstərir ki, hər hansı gizli əməliyyat mahiyyətcə passiv şəkildə aparılmalıdır. Belə olmadıqda, hər hansı bir davranış şəxsin cinayət törətməsi üçün ona təzyiq edilməsi kimi izah edilə bilər, məsələn, şəxs ilə əlaqə saxlamağa təşəbbüs, onun ilkin təklifdən imtina etməsinə baxmayaraq təklifin yenilənməsi və s. (92-ci bənd). Qərarın 94-cü bəndində Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmələr təqsirləndirilən şəxsin iddiası əsasında təhrikin olub-olmamasını yoxlamalıdırlar. Təhriklə bağlı müdafiə tərəfinin arqumentləri məhkəmələrə ədalətli və hüquqa uyğun araşdırılmanın aparılması öhdəliyini yaradır. Bu zaman prosedur çəkişmə əsasında, hərtərəfli və ağlabatan şəkildə aparılmalıdır və cinayət təqibi üzrə təhrikin olmaması ilə bağlı sübutetmə yükü istintaq orqanının üzərinə düşür. Belə halda, məhkəmələr gizli əməliyyatın keçirilmə səbəblərini öyrənməli, cinayətin törədilməsində polisin iştirakının hansı səviyyədə olmasını və ərizəçinin məruz qaldığı hər hansı təhrikin və ya təzyiqin xarakterini araşdırmalıdırlar. Təhrikin olmaması ilə bağlı sübutetmə yükünün istintaq orqanının üzərinə düşməsi məsələsi həmçinin sözügedən qərarın 109-cü maddəsində də göstərilmişdir. Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməzlər. Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də, şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mövqeyi yuxarıda qeyd edilən qərardan başqa “Teixeira de Castro Portuqaliyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarının 36-cı bəndində, “Vanyan Rusiyaya qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarının 46-47-ci bəndlərində, “Ramanauskas Litvaya qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarının 54-cü bəndində, “Bannikova Rusiyaya qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli qərarının 34-cü bəndində öz əksini tapmış, həmin qərarlara əsasən qanunsuz narkotik maddə satışına və korrupsiyaya qarşı mübarizədə ictimai marağın olması polisin təhriki nəticəsində əldə edilmiş sübutların istifadəsinə haqq qazandırmır və bu birbaşa olaraq ədalətli məhkəmə araşdırmasını («İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi) sual altında qoyur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak edən polis əməkdaşlarının, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrinə hüquqi qiymət verilməsini, bu ifadələrin də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, əməliyyatda iştirak etmələri iddia olunan polis əməkdaşları Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr ad, soyad və vəzifə istisna olmaqla orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşdur. Bu da həmin ifadələrin formal olaraq köçürmə üsulu ilə yazılmasından və həqiqətin müəyyən edilməsi üçün lazımı şəkildə dindirilmə apaparılmamasından dəlalət edir. Polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Mübahisəsizdir ki, adları çəkilən polis əməkdaşları məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan narkotiklərlə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bundan əlavə, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün də, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid2 və Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından, ziddiyyətli olduğundan və işin halları ilə təkzib olunduğundan təqsirləndirilən şəxslərin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2321 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 7,505 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Bir ədəd elektron tərəzi tərəzidən narkotik vasitə olan heroinin və metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 39-44) Bu rəy təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitələrin, psixotrop maddə və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxslərin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitələri, psixotrop maddə və elektron tərəzini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində ambulator məcburi narkoloji yoxlamanın keçirilməsinə dair 04 fevral 2021-ci il tarixli, 361 saylı ekspert rəyindən görünür ki, onda narkomaniya xəstəliyi aşkar olunmur. (Cild 1, iş vərəqləri 195- 196) Təqsirləndirilən şəxs1 barəsində ambulator məcburi narkoloji yoxlamanın keçirilməsinə dair 05 aprel 2021-ci il tarixli, 944 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərinin və psixotrop maddə metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. (Cild 2, iş vərəqləri 1-2) Təqsirləndirilən şəxs1 barəsində olan sözü gedən rəyin anamnez hissəsində olan “Aşkar olunub götürülmüş narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə əldə edib saxlayıb” ifadəyə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya psixotrop maddə götürülmədiyindən onun adından yazılmış bu ifadə ümumiyyətlə işin faktiki halları ilə uzlaşmır və hər bir halda onun təzyiq altında verdiyi ifadələri ilə uyğun olduğundan məhkəmə bu halı onun təqsirini təsdiq edən dəlil kimi qiymətləndirmir. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özüözlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrələrinə gələn və gedən “SMS” mətnləri təhlil edilərkən orada əvvəllər narkotik vasitələrin alış-verişi ilə bağlı ayrı-ayrı şəxslərlə yazışmalarının ola bilməsi, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onların təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X10rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ittiham verilərkən onların həmin cinayətdə təqsirli olmalarını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, onlara qarşı elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri onların təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxslərin barələrində bəraət hökmü çıxarılması ilə əlaqədar onların barələrində cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduqları müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxslərə bəraət verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra Təqsirləndirilən şəxs1 həbsdən, Təqsirləndirilən şəxs2 isə ev dustaqlığından azad edilməlidirlər. Cinayət işinin materillarında olan “Maddi sübut kimi tanıma haqqında” 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi 25,920 qram olan narkotik vasitə heroin, 34,757 qram olan narkotik vasitə tiryək, 7,455 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin saxlanc yerinə verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 25,920 qram olan narkotik vasitə heroin, 34,757 qram olan narkotik vasitə tiryək, 7,455 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında salxanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər onlara aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almaları ilə əlaqədar onlara cinayət təqibi zamanı onların qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb olunmaları və barələrində həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri onlara aid edilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 25,920 qram olan narkotik vasitə heroin, 34,757 qram olan narkotik vasitə tiryək, 7,455 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında salxanılsın. Bəraət almaları ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı onların qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb olunmaları, barələrində həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar