Məhkəmə qərarları › İş №1(124)-2/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-2/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-2/2024 08.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxslər Şahid1, Şahid10, Şahid9, Şahid3, Şahid4, X9, zərərçəkmiş şəxs Şahid9 nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,

1. xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Aşağı Zeyid kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Qaradağ Buduq kənd ümumi orta məktəbində müəllim işləyən, Xaçmaz rayonu, Qımıl qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növümdə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29,178.2.2, 178.2.3, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə,

2. xx.xx.1970-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Xaçmaz rayon Qaradağ Buduq kənd ümumi orta məktəbi üzrə xx.xx.2014-cü il tarixli 105Ş7 nömrəli əmrlə həmin tarixdən Xaçmaz rayon Qaradağ Buduq kənd ümumi orta məktəbində müəllim işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Xaçmaz rayonu, Qımıl qışlaq kənd sakini Şahid2 qızının övladı Şahid1 Xaçmaz rayonu Qımıl qışlaq kənd orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə daimi işə qəbul olunmasında köməklik göstərməsinə dair 2019-cu ilin noyabr ayında özünə müraciəti ilə əlaqədar onunla Qımıl qışlaq kəndində görüşləri zamanı Şahid2 özü və Təqsirləndirilən şəxs2 guya Azərbaycan Respublikası Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduqlarını Şahid2 yalandan bildirib, özləri barədə inam yaratdıqdan sonra, Şahid1 Xaçmaz rayonu Qımıl qışlaq kənd orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə daimi işə qəbul olunması üçün zəruri tədbirlərin görülməsinə görə 7.100 (yeddi min bir yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək inandırıb Şahid2 razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2019-cu il tarixdə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin poçt vasitəsilə adına göndərilməsinə nail olub həmin pul vəsaitini Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi poçt şöbəsindən götürməklə, həmçinin, 2020-ci ilin yanvar ayında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Xaçmaz rayonu, Qımıl qışlaq kəndində Şahid2 yaşadığı evdə sonuncudan şəxsən qəbul edib inandırmaq üçün həmin tarixdə 3.000 manatı Şahid2 və Şahid1 iştirakı ilə Sumqayıt şossesi 3-cü km ünvanında yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksf’nin qarşısında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 təqdim etməklə, həmçinin, 2020-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək özü vasitəsilə Təqsirləndirilən şəxs2 Şahid2 və Şahid1 təqdim etdiyi istintaqa məlum olmayan kart hesablarına hissə-hissə olmaqla, cəmi 3.000 manat pul vəsaitini Şahid1 köçürməsinə nail olmaqla, həmçinin, 2020-ci ilin may ayında Şahid2 yaşadığı Xaçmaz rayon Qımıl qışlaq kəndindəki evində sonuncudan 1.000 manat pul vəsaitini almaqla, ümumilikdə qeyd edilən qaydada Şahid2 məxsus cəmi 7.100 (yeddi min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, vahid niyyətlə Şahid2 məxsus cəmi 7.100 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şabran rayonu, Ağalıq kənd sakini Şahid3 arvadı X4 Şabran rayon məktəblərindən birinə tarix müəllimi vəzifəsinə daimi işə qəbul olmasında köməklik göstərməsinə dair 2020-ci ilin sentyabr ayında Şahid3 cinayətdən xəbərsiz tanışı, Şabran rayon sakini Şahid4 vasitəsilə özünə müraciəti ilə əlaqədar, Habil Qasımova guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid4 vasitəsilə Şahid3 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, X8 rayon məktəblərindən birinə tarix müəllimi vəzifəsinə daimi işə qəbul olunması üçün zəruri tədbirlərin görülməsinə görə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək inandırıb, Şahid3 razılığını almaqla onunla sövdələşərək, həmin adla sonuncu tərəfindən Şahid4 vasitəsilə xx.xx.2020-ci il tarixdə 1.000 (bir min) manat məbləğində adına poçt vasitəsilə göndərilmiş pul vəsaitini Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi poçt şöbəsindən götürməklə, həmçinin, 2020ci ilin sentyabr ayında 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şabran rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketin qarşısında Şahid3 iştirakı ilə sonuncunun anası Şükufə Qurbanovadan şəxsən qəbul etməklə, ümumilikdə qeyd edilən qaydada Şahid3 məxsus cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, vahid niyyətlə Şahid3 məxsus cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Quba rayonu, Caqacuq kənd sakini Şahid9 Quba rayon Küçeyi kənd ümumi orta məktəbinə direktor vəzifəsinə daimi işə qəbul olunmasında köməklik göstərilməsinə dair 2021-ci ilin aprel ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid9 sonuncunun istifadəsindəki 050-352-99- 98 nömrəli mobil telefon nömrəsinə öz istifadəsindəki ***-***- **-** nömrəli mobil telefon nömrəsindən etdiyi zəng zamanı yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, Şahid9 direktor vəzifəsinə təyin olunması üçün zəruri tədbirlərin görülməsinə görə 2.000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək, Şahid9 razılığını almaqla onunla sövdələşib, həmin adla Şahid9 2021ci ilin may ayında 2.000 (iki min) manat məbləğində pul vəsaitini Xaçmaz rayonu, Qımıl qışlaq kəndində yerləşən “Nicat" adlı marketin qarşısında şəxsən qəbul etməklə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, Şahid9 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında Ağstafa rayonu, Qırılı kənd sakini X9 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən zəng edərək, sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi kimi yalandan təqdim edərək, X9 Vətən müharibəsi zamanı - 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olmuş övladı X1 guya ölmədiyini, sağ olduğunu və naməlum səbəbdən gizli yerdə saxlanıldığını yalandan bildirərək, guya Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərlə özü arasında olan yaxın münasibətlərinə əsasən Əliheydər Hüseynlinin ona təhvil verilməsinə köməklik göstərə biləcəyini və müvafiq münasibətlərinə əsasən həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Zabilə Musayevaya yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zabilə Musayevanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, Zabilə Musayevanın göstərilən məbləğdə puldan 1.000 (bir min) manatı xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə özünün adına köçürməsindən sonra həmin pul vəsaitini xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi poçt şöbəsindən götürməklə, həmçinin, Zabilə Musayevanın 1.000 (bir min) manatı xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsilə özünün təqdim etməsi ilə tanışı, cinayətdən xəbərsiz olan - X7 məxsus 416974******37 nömrəli kart hesabına, 200 (iki yüz) manatı xx.xx.2021-ci il tarixdə sonuncuya məxsus həmin kart hesabına köçürməsindən sonra qeyd edilən pulların köçürüldüyü tarixlərdə cinayətdən xəbərsiz tanışı Şahid5 vasitəsilə "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən Xaçmaz rayon filialındakı bankomatdan 1.200 manatı məxaric etməklə, əldə etdiyi ümumilikdə 2.200 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X12 məxsus 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Zabilə Musayeva aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Zabilə Musayevaya məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayon Küçeyi kənd ümumi orta məktəbində müqavilə əsasında ingilis dili müəllimi vəzifəsində işləyən X10 Quba rayonu ərazisində fəaliyyət göstərən məktəblərdən birinə ingilis dili müəllimi vəzifəsinə daimi işə qəbul olunmasında köməklik göstərilməsinə dair cinayətdən xəbərsiz tanışı - Quba rayonu, Caqacuq kənd sakini Şahid9 vasitəsilə 2021-ci ilin may ayında özünə müraciəti ilə əlaqədar, Namiq Ağasəfova guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Namiq Ağasəfova, tanışı Şahid9 vasitəsilə sonuncunun istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsinə öz istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsindən etdiyi zəng zamanı yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, Namiq Ağasəfovun ingilis dili müəllimi vəzifəsinə daimi işə qəbul olunması üçün 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla cinayətdən xəbərsiz olan Şahid9 vasitəsilə Namiq Ağasəfovun razılığını almaqla onunla sövdələşib, həmin adla Şahid9 2021-ci ilin iyul ayında 3.000 (üç min) manat məbləğində pul vəsaitini Xaçmaz rayonu, Qımıl qışlaq kəndində yerləşən “Nicat" adlı marketin qarşısında şəxsən qəbul etməklə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, Namiq Ağasəfova məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, Şabran şəhər 3 saylı ümumi orta məktəbdə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən tanışı - Şabran rayon sakini Şahid4 yaş həddi ilə əlaqədar müvafiq vəzifəni icra etməsinin mümkün olmadığı üçün müqavilə əsasında göstərilən vəzifəni icra etməsində köməklik göstərməsinə dair 2021-ci ilin sentyabr ayında istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsindən öz istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək özünə müraciəti ilə əlaqədar, sonuncuya guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid4 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, Şahid4 müqavilə əsasında göstərilən vəzifəni icra etməsi üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək inandırmaqla, Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin adla Şahid4 2021-ci ilin noyabr ayında 500 (beş yüz) manat məbləğində pul vəsaitini poçt vasitəsilə özünün adına göndərməsindən sonra müvafiq pul məbləğini Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi poçt şöbəsindən götürüb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, başqa bir məktəbə yerdəyişmə etmək istəyirdi. Bununla bağlı Məlik Məlikov adlı bir tanışına müraciət etmişdir. O da ona Təqsirləndirilən şəxs2 nömrəsini verərək, onun kömək edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs2 dediyi yerdəyişmənin mümkün olduğunu bildirmişdir. O, əvvəlcə bu yerdəyişmənin 3000 manat qarşılığında mümkün olacağını bildirsə də, sonradan onlar 2000 manat məbləği ilə razılaşmışlar. Həmin pul hazırda da Təqsirləndirilən şəxs2 tərəfindən ona qaytarılmamışdır. Esmira Teymurxanova ondan oğlu Şahid1 oğlunun bədən tərbiyəsi müəllimi düzəldilməsi üçün xahiş etmişdir. O da bununla bağlı Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs2 bunun səhv etmirəmsə, təxminən 7000 manat məbləğində mümkün olduğunu bildirmişdir. 3000 manat məbləğində pul onun iştirakı ilə Bakı Beynəlxalq Avtovağzalında Təqsirləndirilən şəxs2 verilmişdir. 1000 manat məbləğində pul ona verilmiş, o həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Qalan məbləğ isə hissə-hissə Təqsirləndirilən şəxs2 məxsus bank kartına göndərilmişdir. Buna dair qəbzləri də görmüşdür. Şahid4 ona Şahid3 həyat yoldaşının müəllim kimi işə düzəlməsi ilə bağlı kömək göstərməyi üçün müraciət etmişdir. O da əvvəlcə Təqsirləndirilən şəxs2 ilə danışmışdır. Təqsirləndirilən şəxs2 ilə danışdıqdan sonra Şahid4 5000 manat məbləğində pul qarşılığında bu məsələnin həll oluna biləcəyini bildirmişdir. Daha sonra Sabrin Süleymanova vəd verdiyi kimi işə düzəlmə məsələsini həll edə bilməmişdir. Şahid3 alınmış pullar geri qaytarılmışdır. Şahid4 isə yaşa görə əmək pensiyasına çıxmalı olduğunu, lakin müqavilə əsasında məktəbdə fəaliyyətini davam etdirmək istədiyini bildirmiş, bu məsələnin həll edilməsi üçün ona 500 manat məbləğində pul göndərmişdir. Həll edilməsinin mümkün olmayacağını anladıqdan sonra 500 manat məbləğində pulu ona geri qaytarmışdır. Şahid9 ilə kursda tanış olmuşlar. Müsabiqənin müsahibə mərhələsində uğur qazana bilmdəyi üçün daimi olaraq məktəb direktoru ola bilmirdi. Ona köməklik etməsi üçün Təqsirləndirilən şəxs2 ilə danışmışdır. Təqsirləndirilən şəxs2 2000 manat məbləğində pul müqabilində həmin işi həll edə biləcəyini bildirmişdir. Lakin, yenə həll edə bilməmişdir. Zabilə Musayevaya dair epizodla bağlı nəsə danışmaqdan utanır. Zabilə Musayeva ailəvi bir tanışı vasitəsilə onun əlaqə nömrəsini taparaq ona zəng etmişdi. Təxminən 2340 manat məbləğində pul almışdır. Hazırda həmin pulu qaytarmamışdır, lakin onunla danışmış, qısa müddətdə bu məbləği geri qaytaracaqdır. Namiq Ağasəfov isə həmin məsələnin həll edilməsi üçün şərtləşdirilmiş 3000 manat məbləğində pulu Şahid9 almışdır. Zabilə Musayevaya və Şahid9 dəymiş zərər hazırda ödənilmədən qalmışdır. Digər zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilmiş, barışıq ərizələri alınmışdır. X12 özünü Aysel adı ilə təqdim etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 müsabiqənin test mərhələsində 41 bal topladığını demişlər. Daha sonra onun 41 bal deyil, 19 bal topladığını öyrənmişdir. Həmin nəticə ilə bədən tərbiyəsi müəllimi düzəltmək mümkün deyildi. Bu səbəbdən həmin iş alınmamışdı. Ümumiyyətlə, Təqsirləndirilən şəxs1 qonşu kəndin sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs1 ona bu işlə bağlı müraciət etmişdir. O da Təhsil Şöbəsinin müdiri Azay müəllimə yaxınlaşaraq ondan kömək istəmişdir. Azay müəllim qısa müddət ərzində ona məlumat verəcəyini bildirmişdir. Daha sonra özü ona zəng edərək, xahiş etdiyi şəxsin 30 baldan aşağı nəticə göstərdiyini bildirərək, həmin nəticə ilə qeyd edilən işin alınmasının mümkün olmadığını bildirmişdir. Həmin işlə bağlı 3000 manat məbləğində pul götürmüşdür. Qalanını götürməyə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs1 ilə aralarında borc münasibətləri və s. olmuşdur. Həmin borc münasibətlərinə görə bir-birlərinin bank kartına pul köçürmələri həyata keçirmişlər. Bu məbləğlərin digər məsələlərə aidiyyəti olmamışdır. Şahid1 7100 manat məbləğində pul alınmışdır. O, bu məbləğdən 3000 manat götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiki, həyat yoldaşı X5 2018-ci il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqələrin test mərhələlərində müvəffəqiyyət qazansa da, yaşadıqları Şabran rayonu üzrə məktəblərə işə qəbulu mümkün olmamışdır. Daha sonra Şabran şəhər 3 nömrəli ümumi orta məktəbdə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən tanışı Şahid4 bu barədə səlahiyyətli orqanlarda tanıdığı şəxsin olduğunu öyrənmişdir. Şahid4 bu barədə müraciət etmişdir. Şahid4 da Təqsirləndirilən şəxs1 adlı şəxsi tanıdığını, onun bu işlərlə məşğul olduğunu bildirmişdir. Şahid4 Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsilə danışdıqdan sonra qeyd etdiyi halın 5000 manat məbləğində pulun ona verilməsi müqabilində həll etməyi vəd etdiyini bildirmişdir. O, bu təkliflə razılaşmışdır. Razılaşdırılmış 5000 manat məbləğində pulun 1000 manatını Şahid4 vermiş və Şahid4 poçt vasitəsilə həmin pulu Təqsirləndirilən şəxs1 göndərmişdir. Qalan 4000 manat məbləğində pul isə Təqsirləndirilən şəxs1 Şabran şəhərində yerləşən “Avtovağzal” deyilən ərazidə verilmişdir. Təqsirləndirilən şəxs1 5000 manat məbləğində pul 1000 manat və 4000 manat olmaqla, iki dəfəyə verilmişdir. Şahid4 Təqsirləndirilən şəxs1 ona Xaçmaz şəhərində məktəblərin birində müəllim kimi fəaliyyət göstərən şəxs kimi təqdim etmişdir, onun Azərbaycan Respublikası Təhsil Nazirliyində tanışı olduğunu bildirmişdir. Şahid4 onun yanında Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsilə danışmış, onun həyat yoldaşının anket məlumatlarını ona bildirmişdir. Hətta Təqsirləndirilən şəxs1 Şabran şəhəri üzrə bir neçə vakant müəllim yerlərinin demişdir və o maraqlandıqdan sonra həmin yerlərin həqiqətən də vakant olduğunu görmüşmüşdür. Xeyli müddət keçdikən sonra həyat yoldaşının işə düzəlməsi ilə bağlı heç bir irəliləyiş baş verməmişdir. Bu səbəbdən o da verdiyi pulu geri istəmişdir. Verdiyi pul hissə-hissə olmaqla ona qaytarılmışdır. Sonda 250 manat məbləğində pul qalmışdı. Həmin pul da məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 tərəfindən ona geri qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid3 ona həyat yoldaşının Şabran şəhərində yerləşən məktəblərin birində müəllim kimi işə düzəldilməsi ilə bağlı müraciət etmişdir. O da Təqsirləndirilən şəxs1 bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs1 5000 manat məbləğində müqabilində bu məsələni həll edə biləcəyini bildirmişdir. O da onun dediyini Şahid3 bildirmişdir, Şahid3 bu məbləğ ilə razılaşmışdır. Şahid3 əvvəlcə ona 1000 manat məbləğində pul vermiş, o həmin pulu Təqsirləndirilən şəxs1 poçt vasitəsilə göndərmişdir. Qalan 4000 manatı isə Şahid3 Təqsirləndirilən şəxs1 onun iştirakı olmadan vermişdir. Digər epizod üzrə bildirmişdir ki, Şabran şəhər 3 nömrəli ümumi orta məktəbdə təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyirdi və o yaşa görə əmək pensiyasına çıxmalı idi. Lakin, o müqavilə əsasında işdə qalmaq istəyirdi. Bununla bağlı Təqsirləndirilən şəxs1 müraciət etmiş və bu məsələni həll edəcəyi təqdirdə ona 500 manat məbləğində pul verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 500 manat məbləğində pul göndərmişdir. Lakin, bir müddət sonra Təqsirləndirilən şəxs1 bu məsələnin həll olunmadığını bildirmiş və həmin pulu ona geri qaytarmışdır. Şahid3 verdiyi puldan Təqsirləndirilən şəxs1 ona 250 manat məbləğində pul vermişdir. O, həmin pulu istəməsə də, Təqsirləndirilən şəxs1 təkidlə ona vermişdir. 1000 manat məbləğində pulu Şahid3 alıb Təqsirləndirilən şəxs1 göndərmişdir. 4000 manat məbləğində pulun verilməsində onun iştirakı olmamışdır. Şahid3 həyat yoldaşının işə düzəlməsi məsələsi ilə onun işdə qalmağı məsələsi 1 il müddət aralığında baş vermişdir. Onun işdə qalmaq məsələsinin həll edilməsinin daha asan olduğunu düşündüyü üçün Şahid3 həyat yoldaşının müəllim kimi işə düzəlməsi alınmadığı halda Təqsirləndirilən şəxs1 500 manat məbləğində pul vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, oğlu X2 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində iştirak etmiş, 09 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu ərazisində 12 nəfərlə birlikdə döyüşə girmiş və onlarla birlikdə şəhidlik zirvəsinə ucalmışdır. Oğlunun şəhid olduğu xəbərini aldıqdan sonra onun vəziyyəti çox pis olmuşdur, dərmanlarla yaşayırdı. Bir gün bəzi şəhid olmuş şəxslərin siyahısında adı olan, lakin sonradan sağ olduğu müəyyən edilən şəxslər barədə eşitmişdir. İstər-istəməz ümidlənmişdir. Bir gün özünü Aysel kimi təqdim edilən şəxs oğlunun şəhid olmadığını, əsir düşdüyünü bildirmişdir. Təxminən 4000 manat məbləğində pul istəmişdi. O da ondan oğlunun ya bir şəklini ona göndərməyini, ya telefon vasitəsilə onunla danışdırmağını ondan istəmişdir. Onu oğlu ilə telefon vasitəsilə danışdıracağı bildirmiş, lakin bunu etməmişdir. Belə deyə-deyə ondan 2400 manat məbləğində pul almışdı. Bir gün yenə onu oğlu ilə danışdıracağına dair vəd vermişdir. Həmin gün də onun qardaşının 27 yaşlı qızı vəfat etmişdi. O, oğlu ilə danışacağına inanaraq, qardaşının qızının yas mərasiminə getməmişdir. Həmin gün də danışa bilməmişdir. Əlavə olaraq, Zabilə Musayeva bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəmiş, onunla barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, qardaşı X2 şəhid olmuşdu. Bir müddət sonra Aysel adı ilə özünü təqdim etmiş şəxs qardaşının sağ olduğunu bildirmişdir. Anası da bu məlumata inanırdı. Dəqiq hansı məbləğdə pul verildiyini bilmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qapıbir qonşusudur. Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 tanımışdır. Təqsirləndirilən şəxs2 onu bədən tərbiyəsi müəllimi kimi işə düzəldəcəkdi. Təqsirləndirilən şəxs2 ilə 1 dəfə anası və o Bakı şəhərində görüşmüşlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 3000 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla, ümumilikdə, 7100 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs2 verdikləri 3000 manatdan sonrakı məbləğləri Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 vermişlər. 3000 manat məbləğində pulu Bakı Beynəlxalq Avtovağzalında Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, oğlu X24 rayonu, Küçeyi kənd tam orta məktəbində ingilis dili müəllimi idi. Şahid9 Namiq Ağasəfovun daimi olaraq işləməsinə kömək edə biləcək tanışı olub-olmadığını soruşmuşdur. Şahid9 də tanışı olduğunu, onunla bu barədə danışacağını bildirmişdir. 3000 manat məbləğində pul qarşılıında razılaşmışlar. Şahid9 3000 manat məbləğində pul vermişdir. Bir müddət gözlədikdən sonra vəd edilən işin alınmadığı üçün Şahid9 ona verdiyi pulu geri istəmişdir. Şahid9 də ona 3-4 gün möhlət verməyini xahiş etmişdir. 2021ci ilin noyabr ayında Şahid9 ona verdiyi 3000 manat məbləğində pulu ona geri qaytarmışdır. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2000-ci il tarixdən 2019-cu il tarixədək Quba rayonu, Küçeyi kənd tam orta məktəbində müəllim kimi, 2019-cu il tarixdən isə həmin məktəbin direktoru kimi fəaliyyət göstərir. 2020 və 2021-ci il tarixlərdə məktəb direktoru olmaq üçün nəzərdə tutulmuş müsabiqənin test mərhələsindən müvəffəqiyyət əldə etsə də, müsahibə mərhələsində uğur qazana bilmir. Təqsirləndirilən şəxs1 2018-ci il tarixdən bəri tanıyırdı. Təqsirləndirilən şəxs1 ilə kursda tanış olmuşlar. Təqsirləndirilən şəxs1 mənim imtahanda uğur qazana bilmədiyini bilirdi. Bir gün ona Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifəli tanışı olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs1 ilə 2000 manat məbləğində razılaşmışlar. Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayında pulu vermişdir. Razılaşmanın şərtlərinə görə 2021-ci ilin sonlarınadək bu məsələ həll olunmalı idi. Namiq Ağasəfov da onun direktoru olduğu məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərirdi. O da daimi olaraq işləməyinə kömək etməyini istəyirdi. Ona Təqsirləndirilən şəxs1 adlı şəxs olduğunu demiş və nömrəsini təklif etmiş, lakin onun həll etməyini istəmişdir. O, bu məsələ ilə bağlı da Təqsirləndirilən şəxs1 bildirmişdir. Təqsirləndirilən şəxs1 bunun üçün 3000 manat məbləğində pul istəmişdir. Onlar 3000 manat məbləğində pulu vermişlər, o da həmin puldan 2000 manat Təqsirləndirilən şəxs1 vermişdir. Qalan 1000 manatı da özündə saxlamışdır. Ona görə ki, Təqsirləndirilən şəxs1 ona vəd verdiyi işi də yerinə yetirməmişdi. 1000 manatı da iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 hissə-hissə olmaqla, müxtəlif bəhanələr gətirərək, həmin 1000 manatı da almışdır. Sonda 250 manat məbləğində pul qalmışdı. Onu da borc olaraq istəmiş və həmin məbləği də borc olaraq vermişdir. Namiq Ağasəfovun işi 2021-ci ilin oktyabr ayında həll olunmalı idi. Həll olunmadığı üçün Şahid10 artıq pulunu istəməyə başlamışdı. O da Təqsirləndirilən şəxs1 bu məbləği ala bilməyəcəyini başa düşüb, başqa şəxslərdən borc olaraq həmin pulu Şahid10 qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, atası Şahid4 Təqsirləndirilən şəxs1 pul vermişdi. Təqsirləndirilən şəxs1 həmin pulu geri qaytarmırdı. O, həyat yoldaşı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, onunla danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 pulu geri qaytarmış, dəymiş zərəri ödəmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayına qədər Şabran rayonu Məliklər kəndində anası - X11 və oğlu X15 ilə birlikdə yaşamış, təxminən 2019-cu ildən Şahid5 ilə vətəndaş nikahında yaşamışdır. Təqsirləndirilən şəxs1 tanımış, sonuncu ilə 2020-ci ildə Xaçmaz rayonu Qımıl qışlaq kəndində Nadir ilə birlikdə olarkən tanış olmuşdur. Nadirin Nuranənin əri Əlirza ilə dost münasibətləri olmuşdur. **********010037 nömrəli plastik kartı o, 2021-ci ilin mart ayında "xxxx" ASC-nin Şabran rayon filialından almış, anası təzyiqdən əziyyət çəkdiyindən hər 10 gündən bir 30- 40 manatlıq dərmanlar lazım olmuş, həmin vəsaiti ödəmək ona çətin olduğundan xalası X20 Respublikasının Bursa şəhərindən poçt vasitəsilə müxtəlif məbləğlərdə pulu ona göndərmişdir. Ancaq poçtdan pulu məxaric edərkən yüksək məbləğdə xidmət haqqı tutulduğundan o, müvafiq kartı almışdır. X14 atası Vahiddən iş düzəltmək adı ilə hansısa məbləğdə pul aldığını Nadirdən öyrənmiş, Nuranə həmin məbləğdən bir hissəni onun kartı vasitəsilə Vahidə qaytarmış, belə ki, Nuranə aldığı məbləğdən bir dəfə 200 manat, sonra isə 150 manat onun kartına göndərmiş, Nadir də onun kartını götürərək həmin məbləğləri məxaric edib atasına vermişdir. Qeyd edilmiş məbləğlərdən başqa Nuranə yaxud sonuncunun tanıdığı hansısa başqa şəxs onun kartına hansısa məbləğdə pul köçürməmişdir. **********010037 nömrəli plastik kartı heç vaxt Təqsirləndirilən şəxs1 verməmiş, kartı ya onda olmuş, ya da qeyd etdiyi səbəblərdən Nadirdə olmuşdur. Nadir də bildiyi qədər kartı Nuranəyə verməmişdir. Kartına xx.xx.2021-ci il tarixdə 1000 manat köçürülməsindən məlumatsız olmuş, ola bilsin göstərilən pul köçürülən zaman Nuranə Nadirdən kartı hansısa səbəbdən götürmüş və həmin pul da Nuranənin təşəbbüsü əsasında karta köçürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində müvafiq kart istifadə olunmadığından göstərilən kartı ondan götürüb müvəqqəti istifadə etmək barədə ondan xahiş etməsi, onun da Nuranənin xahişinə əsasən kartı sonuncuya verməsini bildirməsinə dair o, ifadəsində göstərmişdir ki, Nuranəyə heç vaxt kartını verməmiş, sonuncu ondan müvafiq məzmunda xahiş etməmişdir. Ola bilsin Nuranə kartı götürüb istifadə etmək barədə Nadirdən xahiş etmiş, sonuncu da ona kartı müvəqqəti olaraq vermişdir. Kartı 2021-ci ilin noyabr ayının əvvəlindən daimi onda olmuş, belə ki, 2021- ci ilin noyabr ayının 7-də o, Quba rayonunda yerləşən xəstəxanada öd kisəsindən əməliyyat olunmuş, həmin zaman kart ona lazım olar deyə Nadir ona kartı qaytarmışdır. (Cild 1, iş vərəqləri 231-234) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Xaçmaz rayon Mühafizə şöbəsində mülki mühafizəçi vəzifəsində işləmiş, dayısı qızı Təqsirləndirilən şəxs1 təxminən 2021 -ci ilin dekabr ayının ortalarında istifadəsində olan xatırladığı qədər sonu 63-14 rəqəmləri ilə bitən mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***- **-** nömrəli mobil telefon nömrəsinə zəng edərək “salam, necəsiz, mən yaxşıyam və yaxın vaxtlarda gələcəyəm” məzmununda səs yazısını “Whatsapp” mobil proqramı vasitəsi ilə ona göndərməyi xahiş etmişdir. O da qohum kimi Nuranənin xahişini yerinə yetirərək dediyi məzmunda səs yazısını sonuncuya göndərmişdir. Nuranənin həmin səs yazısını hansı səbəbdən göndərməyi istədiyini bilməmişdir. Sonradan Nuranə yenə də müvafiq telefon nömrəsindən onun müvafiq telefon nömrəsinə yenidən zəng edən zaman, əvvəl göndərdiyi “salam, necəsiz, mən yaxşıyam və yaxın vaxtlarda gələcəyəm" məzmununda səs yazısını başa düşdüyü mənaya uyğun olaraq zarafat mənasında “deyəsən oğlun əsgər gedir” deyə Nuranəyə demiş, Nuranə gülə-gülə ona cavab verərək həmin səsi Ağstafa rayonunda kiməsə göndərəcəyini, həmçinin digər hansısa tanışının qeyd olunan eyni sözlər işlənən səsli mesajını ona göndərməyi yenidən xahiş etmiş, lakin o elə anlamışdır ki, Nuranə onunla zarafat etmiş və bu səbəbdən də sonuncuya daha müvafiq məzmunda səs yazısını göndərməmişdir. İş materiallarında olan 6.077-517- 7195.wav adlı faylda onun Nuranə ilə danışığının səs yazısı olmuş, həmin səs yazısında qeyd etdiyi dialoqlar olmuşdur. Nuranənin hansısa şəxslərdən hansısa vəd altında pul vəsaiti istəməsi və alması hallarından məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 216-218)

Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndli kimi, habelə Xaçmaz rayonunda hansısa məktəbdə işləyən müəllim kimi tanımışdır. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs1 Xaçmaz rayon Qımıl qışlaq kəndində olarkən ona və Qorxmaza Təhsil Nazirliyində işləyən Sabrina adlı əməkdaş ilə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərə əsasən məktəblərə müəllim qəbulunu pul müqabilində həll edə bildiyini demişdir. Onlarda həmin zaman Qorxmazın yaşadığı Xaçmaz rayon Qımıl qışlaq kənd orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olmaq istədiyini bildirmişlər. Nuranə isə Sabrina ilə bu dəfə danışıb onlara məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Xaçmaz rayon Qımılqışlaq kəndində Nuranə ilə qarşılaşarkən sonuncu Sabrina ilə Qorxmazın işi barədə danışdığını, Sabrinanın Xaçmaz rayon Qımıl qışlaq kənd orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə Qorxmazın işə qəbul olunmağı müqabilində 7100 manat pul istədiyini bildirmişdir. Həmin zaman o məbləğin çox olduğunu, bir az endirim olunmasını istəsə də Nuranə endirim olmayacağını, işə düzəlmə müqabilində tələb olunan pulun 7100 manat olduğunu demişdir. Onlar da Nuranənin və Sabrinanın tələbi ilə razılaşmışlar, ilkin olaraq Qorxmaz xx.xx.2019-cu il tarixdə Nuranənin dediyi tanımadığımız şəxsin adına 100 manat pulu poçt vasitəsilə göndərmişdir. 2020-ci ilin yanvar ayında mən, Qorxmaz, Nuranə sonuncunun əri Əlisafa yaşadıqları evdə görüşmüşlər, orada 3000 manatı Nuranəyə zərfin içərisində vermiş, Nuranə də pulu saymış və zərfin içərisinə qoyaraq onu götürmüşdür. Sonra onlar sərnişin avtobusu ilə 3000 manatın Sabrinaya verilməsi üçün Bakı şəhərinə getmişlər, orada Beynəlxalq avtovağzalın qarşısında Sabrina ilə görüşmüşlər, Nuranə 3000 manatın olduğu zərfi Sabrinaya vermiş, sonuncu həmin zərfi götürmüşdür. Həmçinin həmin zaman Sabrina 2 ay ərzində qalan 4000 manat ödənilməsinin zəruri olduğunu bildirib göstərilən pulu da karta göndərməyi xahiş etmişdir. Həmin zaman o 2 ay ərzində 4000 manatın ödənilməsinin mümkün olmadığını dedikdə Sabrina əlinə pul düşdükcə kartla pulu göndərməyin lazım olduğunu demişdir, kartın hansı nömrəli kart olduğunu deməmiş, göstərilən məlumatları Nuranədən götürməyi bildirmişdir. Həmçinin Sabrina 1 həftəyə Qorxmazın işi ilə bağlı məlumat deyəcəyini bildirmiş, ancaq sonra bir söz deməmişdir. Sonra 2020-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək hissə-hissə 3000 manatı Nuranənin karta poçtdan və terminallar vasitəsilə Qorxmaz köçürmüş, həmin işlərlə bağlı sənədlər onlarda qalmamışdır. 2020-ci ilin may ayında hər dəfə manat olmaqla, 2 dəfəyə, cəmi 1000 manatı o Nuranənin Xaçmaz rayon Qımılqışlaq kəndindəki evində əlbəəl sonuncuya vermişdir. Beləliklə 7100 manat Nuranəyə və Sabrinaya verilmişdir. 2020-ci ilin iyun ayından 2020-ci ilin avqust ayına qədər olan dövrdə Nuranə hər dəfə qısa müddət ərzində Qorxmazın əmrinin Xaçmaz rayon Qımıl qışlaq kənd orta məktəbinə bədən tərbiyəsi müəlliməsinə veriləcəyini vəd etsə də, Qorxmazın əmri verilməmişdir. Onlar həmin zaman Nuranədən işin həll olunmasını, ya da pulunun geri qaytarılmasını tələb etmişlər. Göstərilən zaman Nuranədən Sabrinanın hazırda xatırlamadığı telefon nömrəsini götürmüşlər və sonuncuya o dəfələrlə telefon vasitəsilə zəng etdiyi zamanlarda Sabrina qısa müddətdə əmrin veriləcəyini yenə bildirirdi. Ancaq onlar Sabrinadan pulunu geri tələb etməyə başlamış, o da hissə-hissə 2300 manatı poçt vasitəsilə göndərmişdir. Qalan 4800 manat onlara qaytarılmadığı üçün Qorxmaz həmin zaman Xaçmaz rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, daha sonra Sabrina qalan pulların 2100 manat hissəsini də onlara göndərmiş və beləcə onlara qaytarılmış pul məbləği 4400 manat olmuş, 2700 manat isə onlara bu günə qədər qaytarılmamışdır. Xaçmaz rayon Polis şöbəsində Qorxmazın şikayət ərizəsi əsasında toplanmış material isə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. (Cild 2, iş vərəqləri 185-188) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən diskə “baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə aşağıdakı məzmunda danışıqlar vardır Təqsirləndirilən şəxs1 Zabilə Musayeva zəng etməsi, ona özünü vəzilə şəxs kimi təqdim edərək aldatması ilə bağlı səs yazıları vardır. (Cild 1, iş vərəqləri 111-133) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli 12122 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə X7 məxsus 4****0037 nömrəli karta 1000 manat pul vəsaiti eManat ödəniş terminalı vasitəsilə ödənilmişdir. (Cild 1, iş vərəq 21) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X17 tərəfindən həmin tarixdə 1000 manat Təqsirləndirilən şəxs1 adına poçt vasitəsilə ödənilmişdir. (Cild 1, iş vərəq 21) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Bİ********** nömrəli ödəniş sənədinin surətindən görünür ki, 4169********0037 nömrəli karta X17 tərəfindən 200 manat köçürülmüşdür. (Cild 1, iş vərəqləri 22) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 100 manat ödənilmişdir. (Cild 1, iş vərəqləri 177) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, həmin tarixdə Şahid3 məxsus 969 manat Təqsirləndirilən şəxs1 adına ödənilmişdir. (Cild 1, iş vərəq 162) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən ödəniş sənədlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 xx.xx.2020-ci il tarixdə 880 manat, xx.xx.2020-ci il tarixdə 720 manat, 11,09.2020-ci il tarixdə 700 manat, xx.xx.2020ci il tarixdə 600 manat ödənilmişdir. (Cild 1, iş vərəqləri 178-181) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 1/640 nömrəli məktubundan görünür ki, həmin Nazirliyin Şəxsi Heyət Baş idarəsində aparılan uçot sənədlərinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi və mülki işçi kimi işləməsi barədə məlumat yoxdur. (Cild 1, iş vərəq 200) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Xaçmaz rayon Qaradağ Buduq kənd ümumi orta məktəbi üzrə xx.xx.2014-cü il tarixli 105Ş7 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Xaçmaz rayon Qaradağ Buduq kənd ümumi orta məktəbinə müəllim vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəq 152) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 0909-529/16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında işləməmişdir. (Cild 2, iş vərəq 22) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2-1472 nömrəli məktubuna əlavə edilmiş 416974******0037 nömrəli kart hesabı üzrə hesabdan çıxarışdan görünür ki, həmin hesaba eManat ödəniş terminalı vasitəsilə xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021- ci il tarixdə isə 200 manat ödənilmişdir. Qeyd edilmiş məktuba əlavə edilmiş 1 ədəd ağ rəngli üzərində “2980 Korrupsiya” sözləri yazılmış CD diskə 07 aprel 2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı müvafiq tarixlərdə pul vəsaitinin Şahid5 tərəfindən məxaric edildiyi müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 4-20; 24-63) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. (Cild 1, iş vərəq 140) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 7 il 6 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında ” 20 oktyabr 2017-ci il tarixli 816 VQD saylı qanuna əsasən cəzası 3 il 6 ay 16 gün hesab edilərək, cəzası xx.xx.2017-ci il tarixə çəkilmiş hesab edilmiş və məhkəmə zalından azad edilmişdir. (Cild 1, iş vərəq 141) Odur ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətin törədilməsinə görə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxs Sabrina Süleymanovnanı məhkumluğu olmayan şəxs kimi tanıyır. Bundan başqa, tıqsirləndirilən şəxslərə verilmiş ittihamdan görünür ki, onlara vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar digər şəxsin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təhrik etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslərin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29, 178.2.2, 178.2.3, 178.2.4 və 310cu maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, başa çatmış, həmin əməllər qəsdən törədilmiş, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Şahid3, Şahid4, X17, Şahid1, Şahid10 və Şahid9 ərizələrindən və ifadələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmiş, onlar təqsirləndirilən şəxslərlə barışmışdırlar. Bundan başqa, təqsirləndirilən şəxslərin məhkəməyə təqdim etdikləri ödəniş qəbzlərindən görünür ki, onların hər biri tərəfindən verilmiş ittihama münasibətdə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, onun tərəfindən ümumilikdə vurulmuş 16.250 manat ziyanın 25 faizi miqdarında olan 4.068 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2, onun tərəfindən vurulmuş 3.550 manat ziyanın 25 faizi miqdarında olan 894 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Göstərilənlərə əsasən, eləcə də təqsirləndirilən şəxslərin peşmançılıq çəkmələrini və onların cinayət məsuliyyətindən azad olunmaları ilə bağlı xahişlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29, 178.2.2, 178.2.3, 178.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmaqla onların barələrində cinayət təqibinə xitam verilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan sənədlərdən və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan və 2 azyaşlı olmaqla 3 uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edildiyindən və barələrində cinayət təqibinə xitam verildiyindən onların barələrində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 02 ədəd disk, xx.xx.2021-ci il tarixli 12122 nömrəli, xx.xx.2021-ci il tarixli, Bİ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəniş qəbzlərinin surətləri, xx.xx.2020-ci il tarixdə 880 manat, xx.xx.2020-ci il tarixdə 720 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 600 manat pul köçürülməsinə dair sənədlərin surətləri iş materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin qohumları tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40-43, 321.2.1, 344- 347-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2.000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Cəzasının icrasına nəzarəti Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut olan 02 ədəd disk, xx.xx.2021-ci il tarixli 12122 nömrəli, xx.xx.2021-ci il tarixli, Bİ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəniş qəbzlərinin surətləri, xx.xx.2020-ci il tarixdə 880 manat, xx.xx.2020-ci il tarixdə 720 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 600 manat pul köçürülməsinə dair sənədlərin surətləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar