Məhkəmə qərarları › İş №1(124)-2/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-2/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-2/2025 07.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi:X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, Naxçıvan MR Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayon Yeni Ramana qəsəbəsi, Mərkəzi küçə, Keçid 23 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə, xx.xx.1973-cü ildə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, Naxçıvan MR Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqarda malların qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi və külli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretlərin satış məqsədi ilə saxlanılması barədə Azərbaycan Respublikası vətəndaşları X4, əmisi Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumilikdə xüsusilə külli miqdarda – 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107.820 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan müxtəlif markalı siqaretlərin cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan yerdən qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nail olmuş, bundan sonra o, Elnur Rzayev, Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən 1 ədədinin qiyməti 5 manat olmaqla 285050 manat dəyərində 57010 qutu “X18”, 1 ədədinin qiyməti 5 manat olmaqla 144800 manat dəyərində 28960 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin qiyməti 5 manat olmaqla 31150 manat dəyərində 6230 qutu “X19”, 1 ədədinin qiyməti 5 manat olmaqla 5250 manat dəyərində 1050 qutu “Marlboro Micro”, 1 ədədinin qiyməti 5 manat olmaqla 8450 manat dəyərində 1690 qutu “Marlboro Gold”, 1 ədədinin qiyməti 8 manat olmaqla 10560 manat dəyərində 1320 qutu “X13”, 1 ədədinin qiyməti 5 manat olmaqla 41200 manat dəyərində 8240 qutu “X12 Slims”, 1 ədədinin qiyməti 3 manat olmaqla 5730 manat dəyərində 1910 qutu “Dunhill Blue”, 1 ədədinin qiyməti 8 manat olmaqla 1840 manat dəyərində 230 qutu “Heets”, 1 ədədinin qiyməti 2 manat olmaqla 100 manat dəyərində 50 qutu “King”, 1 ədədinin qiyməti 7 manat olmaqla 4410 manat dəyərində 630 qutu “More” markalı, 1 ədədinin qiyməti 7 manat olmaqla 3500 manat dəyərində 500 qutu “More international” markalı olmaqla ümumilikdə külli miqdarda, cəmi 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretləri Elnur Rzayev, Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə əldə edib onları ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsində qəsdən tamah və satış məqsədilə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən külli miqdarda siqaretlərdən 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X18”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X12 Slims” markalı siqaretlər onun idarə etdiyi “Renault Megane minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən, həmin gün saat 13 radələrində 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X18”, 6230 qutu “X19”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X13”, 2920 qutu “X12 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı siqaretlər ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsindən, həmçinin Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə istintaqa məlum olmayan vaxtda Yardımlı rayonuna göndərilmiş və sonradan Bakı şəhərinə qaytarılan 500 qutu “More international” markalı siqaretlərin olduğu cinayətdən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid12 idarə etdiyi “X20 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeyd olunan gün, saat 16:30 radələrində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olduğu müəyyən edilərək müşayiət altında ünvan 4 ünvanında yerləşən Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilməklə qeyd edilən avtomobilə həmin tarixdə, saat 17:20-də keçirilmiş baxış zamanı arxa yük yerindən sözügedən siqaretlər aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edib satış məqsədilə saxladığı aksiz markası ilə markalanmalı olan lakin, belə markası olmayan külli miqdarda siqaretlərin xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı aşkar edilərək götürülməsi faktı ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi və hazırda həmin cinayət işi üzrə məhkəmə baxışının Bakı şəhəri Yasamal rayon məhkəməsində davam etdirildiyi halda, istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqarda malların qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi və külli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretlərin satış məqsədi ilə saxlanılması barədə Azərbaycan Respublikası vətəndaşları X4, qardaşı oğlu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumilikdə xüsusilə külli miqdarda – 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan müxtəlif markalı siqaretlərin cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan yerdən qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nail olmuş, bundan sonra o, Elnur Rzayev, Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən 1 ədədinin qiyməti 5 manat olmaqla 285050 manat dəyərində 57010 qutu “X18”, 1 ədədinin qiyməti 5 manat olmaqla 144800 manat dəyərində 28960 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin qiyməti 5 manat olmaqla 31150 manat dəyərində 6230 qutu “X19”, 1 ədədinin qiyməti 5 manat olmaqla 5250 manat dəyərində 1050 qutu “Marlboro Micro”, 1 ədədinin qiyməti 5 manat olmaqla 8450 manat dəyərində 1690 qutu “Marlboro Gold”, 1 ədədinin qiyməti 8 manat olmaqla 10560 manat dəyərində 1320 qutu “X13”, 1 ədədinin qiyməti 5 manat olmaqla 41200 manat dəyərində 8240 qutu “X12 Slims”, 1 ədədinin qiyməti 3 manat olmaqla 5730 manat dəyərində 1910 qutu “Dunhill Blue”, 1 ədədinin qiyməti 8 manat olmaqla 1840 manat dəyərində 230 qutu “Heets”, 1 ədədinin qiyməti 2 manat olmaqla 100 manat dəyərində 50 qutu “King”, 1 ədədinin qiyməti 7 manat olmaqla 4410 manat dəyərində 630 qutu “More” markalı, 1 ədədinin qiyməti 7 manat olmaqla 3500 manat dəyərində 500 qutu “More international” markalı olmaqla ümumilikdə külli miqdarda, cəmi 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretləri Elnur Rzayev, Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə əldə edib onları ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsində təkrarən qəsdən tamah və satış məqsədilə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən külli miqdarda siqaretlərdən 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X18”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X12 Slims” markalı siqaretlər Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault Megane minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən, həmin gün saat 13 radələrində 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X18”, 6230 qutu “X19”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X13”, 2920 qutu “X12 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı siqaretlər ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsindən, həmçinin Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə istintaqa məlum olmayan vaxtda Yardımlı rayonuna göndərilmiş və sonradan Bakı şəhərinə qaytarılan 500 qutu “More international” markalı siqaretlərin olduğu cinayətdən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid12 idarə etdiyi “X20 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeyd olunan gün, saat 16:30 radələrində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olduğu müəyyən edilərək müşayiət altında ünvan 4 ünvanında yerləşən Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilməklə qeyd edilən avtomobilə həmin tarixdə, saat 17:20-də keçirilmiş baxış zamanı arxa yük yerindən sözügedən siqaretlər aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 213- 1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213- 1.2.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, malları özü gətirmiş, xahişi əsasında əmisi Famil ona malları yığmaq üçün anbar və ya boş yer təşkil edərək köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 həmin yerə siqaret və ya başqa şey yığılacağından xəbəri olmamış, malları gətirəndə siqaret olduğunu bilmiş, lakin həmin siqaretlərin aksiz markası ilə markalanıb-markalanmaması barədə məlumatı olmamışdır. Bəzən kömək lazım olanda əmisi Famili malları daşımağa çağırmış, Təqsirləndirilən şəxs2 isə qutuların içərisində nə olması barədə məlumatı olmamışdır. İbtidai isitntaq zamanı bu xüsusatlar barədə həm özü, həm də əmisi Famil məlumat vermişdir. Bundan əlavə, o, Elnura malları saxlaması, həm də sata bilsə, satması üçün göndərmiş, Elnur Rzayevin də həmin siqaretlərin aksiz markası ilə markalanıb-markalanmaması barədə məlumatı olmamışdır. Elnurun siqaretleri sata bilməməsi səbəbi ilə siqaretləri ondan təkrar geri göndərməsini istəmiş, Elnur da malları avtomobillə göndərmişdir. Sürücünü isə nə Famil, nə də özü tanımamışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq siqaretləri fərqlifərqli adamlardan aldığını, gömrükdən 3-5 blokun keçirilməsinə icazə verildiyi üçün gətirildiklərini, indi hal-hazırda da şəhərdə belə aksiz markasız siqaretlərin satıldığını, hətta istəsə, bir ay ərzində on min deyil, yüz min aksiz markasız siqaret yığmağın mümkün olduğunu bildirmişdir. On min yetmiş iki blok siqareti bir-iki il ərzində yığmış, siqareti aldığı, yığdığı adamları tanımamışdır. O, hazırda restoran işi ilə məşğul olduğunu, əvvəllər isə siqaret alıb-satdığını bildirmişdir. Siqaretlərin dəyəri istintaq materiallarında beş yüz min manat olduğu qeyd olunmuş, lakin həmin siqaretlər kiflənmiş olduğu üçün onların dəyərinin o qədər yüksək olmadığını bildirmişdir. Siqaretlərin kiflənib-kiflənmədiyini qutunu açmadan da anlamağın mümkün olduğunu, siqaretin saxlanma şəraitindən, siqaretə su dəyib-dəyməməsindən asılı olaraq onun kifləndiyini bildirmişdir. Həmin siqaretlər kifləndiyi üçün onları dəyər-dəyməzinə satmaq istəmiş, lakin sata bilməmiş, bu səbəbdən başqa vaxt satması və ya daha sonra yandırması üçün onları bir yerə yerləşdirmişdir. Siqaretlərin saxlandığı yer anbar olmamış, Familə qonşusu həyətinə baxması üçün evin açarını vermiş, o da siqaretləri həmin evə yığmağı xahiş etmişdir. Famillə Elnurun siqaretlərdən xəbəri olmamış, adları iş matertiallarında qeyd olunduğu üçün gəlmişdirlər. Siqaretləri evə yığmağa əmisinin evi yaxında olduğu üçün bəzən əmisi kömək etmişdir. O, sürücü Cabiri tanımadığını, Elnur Rzayevi isə çoxdan tanıdığını, onunla Bakıda tanış olduğunu, bəzən yanına rayona gedib-gəldiyini və Elnurun “kiosk” işlətdiyini bildirmişdir. O, Elnur Rzayevə yerli siqaret də satmış, əvvəlki qutunu isə Elnura satması üçün deyil, saxlaması üçün göndərmişdir. Elnura “More” markalı aksizsiz siqaretləri saxlaması, lazım olsa kiminsə gəlib ondan götürməsi üçün göndərmişdir. Elnur Rzayev siqaretlərin aksiz markası ilə markalanmadığıını bilməmiş, bildikdən sonra isə siqaretləri iki dəfə geri qaytarmışdır. Birinci dəfə qaytardığı aksiz markası ilə markalanmamış siqaretlər, ikinci dəfə qaytardıqları isə yerli mal olmuşdur. Yerli malları sata bilmədiyi üçün geri qaytarmışdır. O, siqareti kimdən almağı ilə bağlı konkret olaraq kiminsə adını çəkə bilməyəcəyini, iki-üç “kiosk” işlətdiyini, gömrükdən gələndə iki blok alaraq başqalarına “məndə iki blok siqaret var” deyərək təklif etdiyini bildirmişdir. On min yetmiş iki qutunu iki aya da, beş aya da yığmağın mümkün olduğunu qeyd etmiş, hər gün gömrük sərhəddindən beş min doqquz yüz deyil, beş yüz min adam keçdiyini və onların çoxunun siqaret gətirib satdığını, onların təklifi əsasında siqaretlər aldığını bildirmişdir. O da təqribən iki-üç aya o qədər siqareti yığmışdır. O, siqareti yığanda onlar kiflənməmiş, sonradan onun səhvindən dolayı siqaretlər kiflənmişdir. Siqaretləri qiymətlərinin qalxması və daha baha satması üçün saxlamış, sonra isə kifləndiyi üçün sata bilməmiş və siqaretlər qalmışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq vergi orqanından aksiz markası ilə markalanmamış siqaretlər aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, ali təhsillidir. Türkiyə Respublikasının Nəcməddin Ərbakan Universitetində təhsil almış, 2007-ci il tarixdə Bakı şəhərinə köçmüş, 2016-cı il tarixdə ailə həyatı qurmuş, Bakı şəhərində Yeni Ramana qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, iki övladı var, oğlu Adəmin 4 yaşı, qızı Yağmurun isə 3 yaşı vardır. Demək olar ki, ünvan 6 ünvanında əmisi Təqsirləndirilən şəxs2la birlikdə şərikli olaraq icarəyə götürdükləri “EF Market” adlı ərzaq mağazasını işlədir. O, təxminən 10 ilə yaxındır ki, arada bir Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, xarici ölkələrə məxsus siqaretlər alıb satmış, sonralar həmin siqaretləri xaricdən gələn tanımadığı vətəndaşlardan hissə-hissə alaraq bir yerə yığıb sonra satmağa qərar vermişdir. Bu barədə əmisi Familə demiş və ondan siqaretləri yığmaq üçün yer tapmağını xahiş etmişdir. Əmisi Famil də Binəqədi rayon, Biləcəri qəsəbəsində, Xocasən qəsəbəsinin yaxınlığında qonşusunun evi olduğunu, siqaretləri onun evinə yığa biləcəyini demişdir. Elə o vaxtdan o, qeyd etdiyi müxtəlif markalı aksiz markası olmayan siqaretləri alaraq Biləcəridə yerləşən evə yığmağa başlamışdır. Beləliklə o, evə külli miqdarda siqaret yığmışdır. Famil əmisi ona həmin evin sahibinin razılığının olduğunu, həm evdə heç kim yaşamır deyə evə baxmaqlarını, həm də istifadə etmələrini bildirdiyini demişdir. O, bir müddət həmin siqaretlərdən xeyli sata bilmiş, lakin son dövrlərdə siqaret satışı zəiflədiyindən o, siqaretləri sata bilməmişdir. Lakin yenə də fikirləşirmiş ki, nə vaxtsa yaxşı qiymətə sata biləcək, ona görə də yenə də evə siqaret yığmağa davam edirmiş. Qeyd etdiyi evdə külli miqdarda siqaret yığmışdır. xx.xx.2022-ci ildə səhər saatlarında əmisi Familə demişdir ki, gəlib evin qapısını açsın siqaret götürüb satmağa aparacaqdır. Həmin gün Biləcəridəki evdən 2300 qutu “X18”, 2800 qutu “Marlboro filter cigarettes”, 720 qutu “Marlboro micro” və 5320 qutu da “X12 slims” markalı siqaretləri özünə məxsus “Renault Megane” markalı **-TS-*** nömrəli avtomobilə yığmış və satmaq üçün Bakı şəhərinə çıxmışdır. O, həmin siqaretləri Bakı şəhərində olan köşklərə gedərək təklif edirmiş və sata bildiyi yerə satmışdır. Bir neçə köşkə gedib təklif etmiş, lakin siqaretləri alan olmamışdır. O, siqaretləri qaytarıb Biləcəridəki həmin evə yığmaq üçün şəhərdən çıxıb Biləcəri istiqamətində hərəkətə başlamış, Biləcəridəki evin qarşısına gəlib maşını saxlamışdır. Famil əmisinə demişdir ki, gəlir qapını açsın. Famil əmisi də həmin evin yanında yaşayır. Famil əmisi qapının yanında onu gözləyirmiş. Maşından düşüb həyətin qapısını açıb içəri girən zaman bir neçə mülki geyimdə olan şəxs Famil əmisi ilə ona yaxınlaşmış və gömrük əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər onun maşınına baxış keçirəcəklərini demişlər və o da ərizə verərək maşınına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra maşınına hal şahidlərinin də iştirakı ilə baxış keçirilmiş və maşınında olan Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 2300 qutu “X18”, 2800 qutu “Marlboro filter cigarettes”, 720 qutu “Marlboro micro” və 5320 qutu da “X12 slims” markalı siqaretlərin olduğunu müəyyən etmişlər. Onun maşınından aşkar edilən siqaretlər protokol əsasında götürülmüş və onu Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirmişlər. Sonradan ona məlum olmuşdur ki, gömrük əməkdaşları tərəfindən Famil əmisinin də iştirakı ilə evə baxış zamanı əvvəlcədən həmin evə yığdığı müxtəlif markalı aksiz markası ilə markalanmayan siqaretləri aşkar ediblər. Onun idarə etdiyi nəqliyyat vasitəsindən və qeyd olunan evdən aşkar edilmiş həmin siqaretlər ona məxsusdur. Onları hissə-hissə alaraq yığmışdır. Həmin siqaretləri bir neçə il bundan qabaq xarici ölkələrdən gətirib satan şəxslərdən satmaq məqsədi ilə əldə etmiş və müxtəlif yerlərdə saxlamışdır. Bir neçə müddət əvvəl isə həmin siqaretləri qeyd edilən ünvana gətirib yerləşdirmişdir. O, qeyd olunan siqaretləri ona gətirən həmin şəxsləri tanımır, xaricdən gələn vətəndaşlar bəzən olur ki hərəsi 5-10 və ya 20-30 blok siqaret gətirə bilirlər, onlar da gətirib Xətai rayonundakı mağazasına təklif edirdilər. O da alıb yığırmış. Həmin siqaretləri bir neçə ilə yığa bilmişdir. Həmişə tez sata bilmiş, son vaxtlarda siqaret satışı zəiflədiyindən həmin siqaretləri sata bilmədiyi üçün yığılıb qalmışdır. 10 ilə yaxındır ki, siqaret satışı ilə məşğul olur. Siqaretləri Bakı şəhərində yerləşən bütün köşklərə, siqaret mağazalarına aparıb təklif edib bu yolla satırmış, Xətai rayonu Sarayevo küçəsi 19 ünvanında yerləşən icarəyə götürdüyü mağazada həmin siqaretlərdən satmamışdır. Əmisi Təqsirləndirilən şəxs2 onun kimi siqaret satışı ilə məşğul olmur. Sadəcə olaraq o, əmisi Famildən ona boş ev lazım olduğunu deyəndə, Famil ona qonşusu Eldarın evinin açarlarının onda olduğunu bildirmiş, o da əmisi Famildən müvvəqəti olaraq həmin evə siqaret yığmağına icazə verməsini xahiş etmiş, əmisi Famil həmin siqaretləri satış məqsədilə saxlamamışdır. Siqaretlərin hamısı ona məxsusdur. Adları yuxarıda qeyd edilmiş siqaretlərin satışından Eldarın xəbəri olmayıb. xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə “Neftçilər”ə, “Əhmədli”yə, “Sədərək” bazarına gedib qarşına çıxan mağazalara siqaret təklif etmiş, lakin heç kim almadığına görə qayıdıb gəlmişdir. Qeyd edilən siqaretləri ondan mütəmadi olaraq alan şəxslər olmayıb. Şahid12 idarə etdiyi “X20” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında həyata keçirilmiş baxış zamanı aşkar edilən, ümumilikdə 10 000 ədəd üzərində “More international” yazısı olan aksiz markası ilə markalanmamış filterli siqaretlər ona məxsusdur və əmisi Famil Cabirdən aşkar edilmiş qeyd olunan siqaretləri Bakı şəhərində götürərək ona verməli imiş. Həmin siqaretləri o, əmisi Famildən təhvil alaraq Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış mənzilində yerləşdirməli idi. O, Şahid12 şəxsən görməmiş və tanımır. Bu barədə əmisi Famil məlumatlıdır. Belə ki, o, 2021-ci ilin yay aylarında istirahət üçün Yardımlı rayonunda olarkən tanış olduğu həmin rayon sakini “Şotu” kimi tanıdığı X3 bildirmişdir ki, ona bir qədər siqaret göndərsin və onları müvəqqəti olaraq saxlasın, o, Elnura deyəndə həmin siqaretləri kiməsə versin. Elnur da onun xahişini yerə salmamış və o, müxtəlif vaxtlarda bir neçə dəfə müxtəlif markalı siqaretlərdən nümunə üçün Elnura göndərmişdir. Bununla yanaşı digər tanışları vasitəsilə həmin siqaretləri sata biləcəyi adamlar axtarmağa başlamış, lakin elə bir adam tapa bilməmişdir. Elnura göndərdiyi həmin siqaretlərdən bəzilərinə Bakı şəhərində müxtəlif vaxtlarda müştəri tapa bildiyi üçün Elnurdan xahiş edirmiş ki, həmin siqaretlərdən lazım olanları ona göndərsin. Bu məqsədlə Elnurun həmyerlisi olan sürücü işləyən Cabir adlı şəxsin mobil nömrəsini Elnurdan alıb Cabirin onu görüb tanımaması üçün nömrəni əmisi Familə vermiş və əmisindən xahiş etmişdir ki, həmin sürücü ilə əlaqə saxlasın, “Şotu” adlı şəxsdə olan ona məxsus siqaretləri Bakı şəhərinə gətirməsini Cabirdən xahiş etsin. Əmisi də onun xahişini nəzərə alaraq onun “Şotu” kimi tanınan Elnur Rzayevdə olan siqaretlərini hissəhissə olmaqla bir neçə dəfəyə Cabirin vasitəsilə Bakı şəhərinə gətirib sonuncudan götürərək ona vermişdir. Elnur həmin siqaretlərin satışı ilə məşğul olmur. Həmin siqaretlər ona məxsusdur. Sadəcə olaraq o, Elnurdan həmin siqaretləri müvəqqəti olaraq saxlamasını xahiş etdiyindən Elnur buna razılığını bildirmiş və siqaretləri bir neçə ay özündə saxlamışdır. Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif növ siqaretlər müxtəlif şəxslər tərəfindən ölkə xaricindən respublika ərazisinə hissə-hissə gətirilir və o da həmin siqaretləri alaraq onları Bakı şəhəri və bölgələr üzrə paylayır. Ona həmin siqaretlər bir neçə şəxs tərəfindən verilmişdir. Həmin insanların əksəriyyəti sərhədyani ərazilərdə yaşadıqları üçün onları tanımır, sadəcə olaraq pul verib onlardan 2-3 blok siqaret almışdır. O, “Şotu” kimi tanınan X14 Mirzəyevin vasitəsilə Bakı şəhərinə göndərdiyi 50 blok aksiz markası olmayan siqaretləri 2021-ci il ərzində tanımadığı müxtəlif şəxslərdən əldə etmiş, həmin şəxslərin hər biri 2-3 blok olmaq siqaretləri ona gətirib vermiş və pullarını alıb getmişlər. O, həmin siqretləri karton qutuya qoyaraq Elnur Rzayevə (“Şotu”-ya) göndərmişdir. Düşünür ki, həmin siqaretlər nəm çəkməsin deyə siqaretlərin karton qutudan əlavə kisəyə qoyulmasnı Elnur etmişdir. O, həmin siqaretlərin Elnur Rzayevə göndərilməsini, sonuncu tərəfindən müəyyən müddət saxlanılmasını, həmçinin onların Bakı şəhərinə göndərilməsini istifadəsində olan mobil nömrələrdən birinin WhatsApp tətbiqi vasitəsilə Elnurun telefon nömrəsinə zəng edərək bildirirmiş. Həmin vaxtdan sonra həmin telefonu sındığından həmin danışıqlara dair qeydləri istintaqa təqdim edə bilmir. O, Elnur Rzayevin əvvəllər də aksiz markası olmayan məhsulları satış məqsədilə əldə edib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməsinə dair heç bir xəbəri yoxdur. Əmisi Təqsirləndirilən şəxs2 isə əvvəllər aksiz markası olmayan siqaretlərin satışı ilə məşğul olmuş, buna görə də 2018-ci ildə cinayət məsuliyyətinə cəlb edilibdir. Əmisi hazırda aksiz markası olmayan məhsulların satışı ilə məşğul olmur. İş üzrə maddi sübut olan 107.820 qutu siqaretlərin və artıq satışını həyata keçirmiş olduğu digər siqaretlərin heç biri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməmişdir. 107.820 qutu siqaret 10.782 blok siqaret edir ki, ölkə ərazisinə gələn şəxslərin də hər biri özü ilə təxminən 2-3 blok gətirə bilirlər. O, həmin siqaretləri təxminən 2 il ərzində müxtəlif şəxslərdən hissə-hissə olmaqla əldə edib saxlamış, həmin siqaretləri də saxlamaqda məqsədi onlara qanunvericiliyə uyğun olaraq aksiz markası vurdurub satmaq olmuşdur. O, həmin malların aksiz markası ilə markalanması ilə bağlı hansısa dövlət orqanına rəsmi qaydada müraciət etməmişdir. İş üzrə sözügedən aksiz markası olmayan siqaretlər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməmiş, həmçinin bu malların ölkə ərazisinə gətirilməsində əmisi Familin və Elnurun heç bir iştirakı olmamışdır. O, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmadığı üçün aksiz markası olmayan siqaretlərin əldə edilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və satışının həyata keçirilməsinin hansısa məsuliyyətə səbəb olması barədə məlumatı yoxdur. Aksiz markası olmayan siqaretlərin satış məqsədilə saxlanması əməlinin isə inzibati məsuliyyətə səbəb olacağını düşünürmüş. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1, 213-1.2.2 və 213- 1.2.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt hadisəsində malın ona məxsus olduğu, guya malın ona verilməli olduğu bildirilmiş, lakin onun mal və həmin malların nə vaxt göndərilməsi, necə göndərilməsi barədə məlumatı olmamışdır. Xocəsəndəki məsələdə isə qardaşı oğlu Elçin ona bir az malı olduğunu və malları saxlamaq üçün yer lazım olduğunu demişdir. O isə Elçinə qonşuluqda boş ev olduğunu, açarının da onda olduğunu bildirmiş və mallarını gətirib oraya yığa biləcəyini demişdir. Gətirib yığanda o, yığılan malın nə olduğunu, aksiz markasının olub-olmamasını bilməmişdir. Siqareti gətirib ora yığanda gömrük əməkdaşları yaxınlaşmış, orada siqaretlərin aksiz markası ilə markalanmadığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq Naxçıvandan gələndən bir dəfə məhkumluğu olduğunu, işinin Yasamal rayon məhkəməsində olduğunu, Yasamal rayon məhkəməsinə işini siqaretlə bağlı göndərdiklərini və həmin işin şirə, siqaret və s. satmağı ilə bağlı olduğunu bildirmişdir. Lakin orada satdığı malın aksiz markası ilə markalanmadığını bilmədiyini söyləmişdir. Qardaşı oğluna məxsus siqaretlərin sayından xəbəri olmamışdır. O, siqaret saxlamaq üçün iki mərtəbəli ev tutmamış, sadəcə olaraq qonşusu evin açarını ona evə nəzarət etsin deyə verdiyi üçün Elçinə boş evin olduğunu bildirmiş, həmin evi xüsusilə siqaret yığmağa görə verməmişdir. Malları evə Elçin gətirib boşaltmış, Təqsirləndirilən şəxs1 siqaretləri öz avtomobili ilə gətirmişdir. Elçin hər dəfə gətirəndə qutuların sayına baxmamış, siqaretlərin siqaret qutusunda olmadığını bildirmişdir. O, Elçinin gətirdiklərinin markasız siqaret olduğunu bilməmiş və bundan şübhələnməmiş, Cabiri tanımamış və ondan siqaret almamışdır. Ola bilsin ki, onu Cabir adlı şəxsə gömrük əməkdaşları göstərmiş, Cabir də onu tanımışdır. Cabirin siqaret gətirməsindən onun xəbəri olmamış, siqaretlərin aksiz markası ilə markalanmadığını sonradan bilmişdir. Elçin siqaretləri evə yığanda qutuların içərisinə baxmamış və hansısa bloku açıb siqaretlərin aksiz markası ilə markalanıb-markalanamadığını yoxlamamışdır. O, bir dəfə Cabirdən mal götürmüşdür. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, gömrük əməkdaşları evə gəlib baxış keçirən zaman o, mənzilə sonradan gəlmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, siqaret alqı-satqısı ilə bağlı ona mesaj yazılması yadında olmamış, “Lara”, “Milano” adlı şəxslə mesajlaşmış, onlardan siqaret götürməmiş və ya istəməmişdir. Ona siqaret təklif olunmuş, ancaq o, götürməmiş, ondan da siqaret istəməmişdirlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuş, orta təhsillidir. Təqribən 20 il bundan öncə Bakı şəhərinə köçmüş, 1999-cu ildə ailə həyatı qurmuş, Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamış, hal-hazırda isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən özünə məxsus həyət evində ailə üzvləri ilə birlikdə yaşayır, iki övladı var. Oğlu Həsənin 6 yaşı, digər oğlu Rzanın isə 4 yaşı vardır. Demək olar ki, ünvan 7 ünvanında qardaşı oğlu Təqsirləndirilən şəxs1la birlikdə şərikli olaraq icarə götürdükləri “EF Market” adlı ərzaq mağazasını işlədir. Təqribən 9-10 ay bundan öncə qardaşı oğlu Elçinlə söhbət etdiyi zaman ona əlində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərinin olduğunu, onları müvəqqəti olaraq saxlamaq üçün yerin lazım olduğunu demiş və ondan xahiş etmişdir ki, həmin siqaretləri müvəqqəti saxlamaq üçün Elçinə yer tapmaqda köməklik etsin. O da Elçinə demişdir ki, özünün belə bir yeri yoxdur, lakin həmin vaxt ağlına qonşusu Şahid7 evi gəlmişdir. Belə ki, Şahid7 onun qonşuluğunda ikimərtəbəli həyət evi vardır. Eldar sadəcə yay aylarında dincəlmək üçün evinə gəlib-gedir. Qalan vaxtlarda isə həmin evdə yaşayış olmur. Eldar sonuncu dəfə, 2021-ci ilin sonlarına yaxın yaşadığı və qonşuluğunda olan evin və həyətin açarlarını ona verərək getmişdir. Açarları ona verdiyi zaman Eldar ondan xahiş etmişdir ki, arada Eldarın evinə baş çəksin və evi nəzarətsiz qoymasın. O da qonşuluq xatirinə arada Eldarın evinə baş çəkib hər şeyin qaydasında olub-olmadığını yoxlayırmış. Qardaşı oğlu Elçin ondan siqaretləri saxlamaq üçün yer istədiyində birdən ağlına qonşusu Eldarın evi gəlmiş və bu barədə Elçinə demişdir. Elçin də onun fikri ilə razılaşmış və həmin gün siqaretləri evə yerləşdirmək üçün gətirəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin noyabr-dekabr ayında günlərin birində axşam saatlarında Elçin ona zəng edib qapıya çıxmağını istəmişdir. Qapıya çıxdığı zaman görmüşdür ki, Elçin böyük bir yük avtomobili ilə gəlib. Elçindən nə olduğunu soruşanda sonuncu ona bildirmişdir ki, öncədən ona dediyi siqaretləri gətiribdir. Onlar köməkləşib siqaretləri karton qutularda Eldarın evinin birinci mərtəbəsinə yığmışlar. Siqaretləri evin içərisinə yığdıqdan sonra qapını bağlamışdır. Elçinlə sağollaşmış və Elçin çıxıb getmişdir. 2022-ci il aprel ayının 18-də Elçin səhər saatlarında ona zəng edərək evə yığdığı bəzi siqaretlərdən satmağa aparması üçün götürmək istədiyini və bunun üçün həmin evin qapısını açmağını ondan xahiş etmişdir. O da həmin evin qapısını açmış və Elçin müxtəlif növ siqaretlərdən götürərək idarə etdiyi “Renault Megane” markalı, 99TS850 dövlət nömrə nişanlı avtomobilə yığıb aparmışdır. Bundan bir neçə saat sonra, təxminən saat 11 radələrində Elçin ona yenidən zəng edərək səhər saatlarında götürdüyü siqaretləri sata bilmədiyini, bu səbəbdən də siqaretlərin yığıldığı evin qapısını açmağını bildirmişdir. O, qapıya çıxdığında Elçini görmüşdür. Elçin siqaretləri özünün idarə etdiyi həmin avtomobili ilə gətirmişdir. O, Elçinlə birlikdə həmin siqaretləri maşından düşürüb evə yığmaq istədikləri zaman, mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşmış və gömrük əməkdaşları olduğunu bildirərək maşına baxış keçirəcəklərini demişlər. Sonra maşına hal şahidlərinin də iştirakı ilə baxış keçirmişlər və maşında Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan “Marlboro” və “X12 slims” markalı siqaretlərin olduğunu müəyyən etmişlər. Bundan sonra gömrük işçiləri aksiz markası olmayan siqaretlərin yığıldığı evə də baxış keçirəcəklərini demişlər. O, həmin evin qonşusu Eldara məxsus olduğunu demiş və zəng edib Eldara bu barədə məlumat vermişdir. Eldar evə gəldikdən sonra, o və Eldar hər ikisi ərizə əsasında evə baxış keçirilməsinə razılıq verdikdən sonra, o, qapını açmış, gömrük işçiləri və hal şahidləri ilə birlikdə baxış keçirmək üçün evə daxil olmuşlar. Baxış keçirən zaman həmin evə öncədən yığdıqları müxtəlif markalı aksiz markası ilə markalanmayan ümumilikdə 9618 blok (96180 qutu) olmaqla, “Marlboro”, “X12 Slims”, “Dunhill” “Heets”, “King” və “More” markalı siqaretləri aşkar etmişlər. Evdən və nəqliyyat vasitəsindən aşkar olunmuş siqaretlər protokollar əsasında götürülmüş, o da həmin protokollarda müvafiq yerlərdə imzalar etmişdir. 18 aprel 2022-ci il tarixdə “Renault Megane” markalı 99TS850 nömrə nişanlı nəqliyyat vasitəsindən və ünvan 8 ünvanlı evdən aşkar edilən həmin siqaretlər qardaşı oğlu Təqsirləndirilən şəxs1 məxsusdur. Elçinin həmin siqaretləri kimdən və hansı məqsədlə əldə etməsi və onların aksiz markasız olması barədə məlumatı yoxdur. Həmin siqaretlər gömrük əməkdaşları tərəfindən aşkar edildikdən sonra ona məlum olmuşdur ki, həmin siqaretlərin aksiz markası yoxdur. Elçinin həmin siqaretləri hansı şəxslərə satması və ya necə realizə etməsi barədə məlumatı yoxdur. Şahid7 məxsus evdə siqaretləri saxlamağa görə Elçin ona ödəniş verməmiş, Elçin qardaşının oğludur, bu səbəbdən də o, Elçindən heç bir təmanna güdməmişdir. ünvan 9 ünvanında yerləşən icarəyə götürdürüb işlətdikləri ərzaq mağazasında bu siqaretlərdən satılmamışdır. İçərisindən siqaretlər aşkar olunmuş yaşayış evinin sahibinə heç bir ödəniş etməmiş, sadəcə evə, həyətə baxmaq, xəbərdar olmaq məqsədilə evin açarı ona verilmişdir. Elçinin siqaretləri evə yığmaq üçün gətirdiyi nəqliyyat vasitəsini hazırda xatırlamır. Onun bildiyi qədərilə həmin siqaretlərin yaşayış evində olması barədə ondan başqa heç kimin məlumatı olmamışdır. Siqaretlərin satışını həyata keçirmədiyi üçün 18 aprel 2022-ci ildə onun iştirakı ilə aşkar olunan siqaretlərin ümumi dəyərindən məlumatsızdır. Aksiz markası olmayan siqaretlərin əldə edilməsinin və satışının həyata keçirilməsinin qanunvericiliklə qadağan olunduğu və məsuliyyətə səbəb olacağı barədə məlumatı vardır. Bu səbəbdən də Elçinə bir neçə dəfə xəbərdarlıq eləmiş, Elçin də öz növbəsində ona bildirmişdir ki, o aksiz markasız siqaretlərin satışını həyata keçirtmir. Şahid12 tərəfindən Yardımlıdan Bakı şəhərinə gətirilən ümumilikdə 10.000 ədəd üzərində “More international” yazısı olan filterli siqaretlər qardaşı oğlu Təqsirləndirilən şəxs1 çatacaqdı. O, sadəcə həmin siqaretləri Cabirdən götürərək Elçinə təhvil verməli idi. Bundan öncə Şahid12 2 dəfə Bakı şəhərində yerləşən Avtovağzal ərazisində, 1 dəfə isə Xocəsən ərazisində onun idarə etdiyi ağ rəngli “Chevrolet Aveo” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobildə ona siqaretlər vermiş, o da həmin siqaretləri qardaşı oğlu Təqsirləndirilən şəxs1 vermiş, lakin həmin siqaretlərin aksizsiz olması barədə məlumatı olmamışdır. Şahid12 tərəfindən ona verilən aksiz markası ilə markalanmamış həmin siqaretləri öz işlədiyi Xətai rayonu Sarayevo küçəsi 19 ünvanında yerləşən ərzaq dükanında satmamış, Elçinə məxsus olan həmin siqaretlər ölkənin müxtəlif rayonlarında satılmadığı üçün Elçin onları Bakı şəhərinə gətirtdirir və burada satırmış. Onun ünvanına gələn siqaretlərin haradan əldə edilməsi barədə tam məlumata malik deyildir. Bu işlərlə qardaşı oğlu Təqsirləndirilən şəxs1 məşğul olur və Elçin daha dəqiq məlumata malikdir. O, sadəcə olaraq Elçinin xahişinə əsasən sonuncuya məxsus siqaretləri bir neçə dəfə həmin siqaretləri gətirən tanımadığı adamlardan alıb Elçinə vermişdir. O, həmin 500 qutudan ibarət 10.000 ədəd üzərində “More international” yazısı olan filterli siqaretləri ona göndərmiş “Şotu” kimi tanınan Elnur Rzayevi şəxsən tanımır və Elnurla heç bir əlaqəsi yoxdur. Elnuru qardaşı oğlu Təqsirləndirilən şəxs1 tanıyır. Elçin cənub bölgəsində satmaq üçün nümunə qismində əvvəlcədən göndərdiyi siqaretləri orada sata bilmədiyini və Bakı şəhərində həmin siqaretlərə müştəri tapdığını görüb həmin siqaretləri Bakıya gətirtmək qərarına gəlmişdir. Elçin sürücü Cabirin telefon nömrəsini ona verərək 2-3 dəfə ondan xahiş etmişdir ki, Cabirlə danışsın və Cabirdən xahiş etsin ki, Elnurda olan siqaretlərdən bəzilərini gətirib ona versin. O da Elçinin xahişinə əsasən Cabirə zəng vurub öz adından bildirmişdir ki, Elnurda ona məxsus siqaretlərdən bəzilərini götürüb Bakıya gətirsin. Elçin aksiz markası olmayan siqaret satışı ilə məşğul olduğundan özü Cabirlə birbaşa görüşməkdən çəkindiyi üçün ondan xahiş etmişdir ki, həmin siqaretləri o, Cabirdən təhvil alıb Elçinə versin. O, Şahid7la qonşudur və sonuncu ilə aralarında olan telefon danışıqları da qonşuluq münasibətləri ilə əlaqədar olmuşdur. xx.xx.2022-ci il tarixdə qeydə alınmış 3 danışıq isə gömrük əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs1 avtomobilindən aksiz markası olmayan siqaretlər aşkar edildikdən sonra həmin nəqliyyat vasitəsinin qarşısında dayandığı və faktiki olaraq onun istifadə etdiyi evə gömrük əməkdaşları tərəfindən baxış keçirilmək istəmələri ona bildirilən zaman o, həmin evin mülkiyyətçisinin Şahid7 olduğunu bildirmiş, bu zaman gömrük əməkdaşları ondan xahiş etmişlər ki, Eldara zəng vursun və Eldarı həmin yerə dəvət etsin. O da gömrük əməkdaşlarının xahişinə əsasən Eldara zəng edərək sonuncunu həmin yerə dəvət etmişdir. Şahid12lə arasında olan telefon danışıqları Elçinə məxsus aksiz markası olmayan siqaretlərin Yardımlıdan Bakıya gətirilib ona çatdırılması ilə bağlı olmuşdur. Elnur Rzayevlə əsasən qardaşı oğlu Təqsirləndirilən şəxs1 əlaqə saxlayırmış, xx.xx.2022-ci il tarixdə də aşkar edilmiş 500 qutu aksiz markası olmayan siqaretlərlə bağlı da Elnurla Elçinin özü danışmışdır. O, yalnız Elçinin siqaretlərini Cabirdən təhvil alıb Elçinə verirmiş. O, ümumiyyətlə siqaret satışı ilə məşğul olmur. O, əvvəllər siqaret alveri etmiş, həmin siqaretləri Bakı Metropoliteninin 28 May metrostansiyası tərəfdə yerləşən anbardan almış, lakin həmin anbardan siqretləri müəyyən limitlə verirmişlər. 2021-ci ildə o, həmin yerdən siqaret alan zaman istifadəsində +**********14 mobil nömrəsi olan Rüfət adlı şəxslə tanış olmuş və sonuncudan ona əlavə siqaretlər təşkil etməsini xahiş etmişdir. Həmin vaxtdan sonra Rüfət ona bir neçə dəfə aksiz markalı siqaretlər vermişdir. Düşünür ki, xx.xx.2021-ci il tarixdə Rüfətin ona yazdığı “More 1 karopka” məzmunlu mesaj da bununla bağlı olmuşdur. Rüfət yalançı adam olduğundan təxminən həmin vaxtlardan Rüfətlə əlaqəsini kəsmişdir. +**********33 nömrəsinin istifadəçisi Lalə adlı xanımdır və Lalə ilə 2021-ci ilin sentyabr ayında tanış olmuşdur. Lalə ilə aralarında hərdən bir telefon danışıqları olurmuş, bu danışıqlar zamanı Lalə onun siqaret satışı ilə məşğul olduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Lalənin ona yazdığı “1) Milano London-130 2)X22-90 3)Milano Geneva-30 4)X21-90 5)X15-130 6)X8-30 7)Mancester -200 degig bilinmir ??? edadin yazin Total: 500 box” məzmunlu mesajı hansı səbbədən yazdığını dəqiq xatırlamır. Lakin dəqiq deyə bilər ki, onun Lalə ilə heç vaxt siqaret alveri olmayıbdır. O, həmin vaxtlar siqaret satışı ilə məşğul olduğundan dost-tanışları tərəfindən hərdən bir ona müxtəlif markalı siqaretlər təklif edilirmiş. Düşünür ki, Lalə də ona həmin siqaretləri almağı üçün təklif etmişdir, lakin o, həmin siqaretləri Lalədən almaqdan imtina etmişdir. Lalə ilə uzun müddətdir ki, əlaqəsi yoxdur, hansı fəaliyyətlə məşğul olduğunu bilmir. O, Elnur Rzayevin əvvəllər də aksiz markası olmayan məhsulları satış məqsədilə əldə edib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumatı yoxdur. O, 2018-ci ildə təyyarə ilə Naxçıvan MR-dan Bakı şəhərinə gələrkən hazırda xatırlamadığı miqdarda və növdə aksiz markası olmayan siqaretləri satış məqsədilə alıb gətirən zaman Bakıda hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılmış və fakt ilə bağlı başlanılmış cinayət işi baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə tərəfindən onun işinə baxılmış və ona təxminən 1 il icbari iş verilmiş, hazırda həmin cəzasını çəkib qurtarmışdır. Bundan əlavə 2021-ci ilin sonlarında müxtəlif şəxslərdən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla hazırda saylarını xatırlamadığı miqdarda aksiz markası olmayan siqaretlər yığıb saxlamış, həmin siqaretləri şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Lakin xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin siqaretlər aşkar edilərək götürülmüş və həmin fakta görə başlanılmış cinayət işi üzrə ona xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. O, əvvəllər aksiz markası olmayan siqaretlərin alverini həyata keçirsə də hazırda həmin fəaliyyətlə məşğul deyildir. Hazırda hər iki faktla bağlı aşkar edilmiş siqaretlərin heç biri ona məxsus deyil, onları o, satış məqsədilə əldə edib saxlamamışdır. Həmin siqaretlər qardaşı oğlu Təqsirləndirilən şəxs1 məxsusdurlar. İş üzrə maddi sübut olan həmin 107.820 qutu siqaretləri və artıq satışının həyata keçirilmiş olduğu digər siqaretlərin kim və ya kimlər tərəfindən, nə vaxt, haradan və hansı vasitələrlə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi barədə heç bir məlumatı yoxdur. İş üzrə sözügedən aksiz markası olmayan siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərizisinə gətirilməsində Təqsirləndirilən şəxs1 və Elnur Rzayevin iştirakının nədən ibarət olduğunu bilmir. Aksiz markası olmayan siqaretlərin əldə edilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və satışının həyata keçirilməsinin qanunvericiliklə qadağan olunduğu və məsuliyyətə səbəb olacağı barədə məlumatı vardır, ona görə də həmin fəaliyyətlə məşğul olmur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin rəisi Şahid8 ifadəsində bildirmişdir ki, 18 aprel 2022-ci il tarixdə Yardımlı istiqamətindən yola salınmış “Mercedes Vito” markalı avtomobildə aksiz markası ilə markalanmamış siqaretler olmuşdur. Həmin avtomobil Xırdalan şəhərinə gəldikdə qeyd olunan avtomobilin yeri müəyyən edilmiş və M.Ə.Rəsulzadə küçəsində tərəflərindən saxlanılmışdır. Avtomobili idarə edən sürücünün adı Cabir olmuş, sürücüdən idarə etdiyi avtomobildə dövriyyəsi qadağan edilmiş mal olubolmadığı soruşulduqda sürücü avtomobilində dövriyyəsi qadağan olunmuş mal olmadığını bildirmişdir. Bundan sonra şəxs Sumqayıt Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş və hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə 01 ədəd karton qutuda 50 blok “More” markalı, aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilmişdir. Sonradan Yardımlıda sürücüyə siqaretləri Bakıda lazımi şəxsə çatdırsın deyə verildiyi məlum olmuşdur. Siqaretləri qəbul etməli olan şəxsin Famil olduğu müəyyən edilmişdir. Bundan sonra material aidiyyatı üzrə “təhqiqat”a verilmişdir. Şəxsin və ya şəxslərin saxlanması, tutulması və s. istintaq hərəkətləri ilə təhqiqat bölməsi məşğul olmuş, işin təhqiqat mərhələsində o iştirak etməmişdir. Dövlət ittihamçısının suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, “Mercedes Vito” markalı avtomobil Xırdalan şəhərində üzü İcra Hakimiyyətinə tərəf gedən zaman, M.Ə.Rəsulzadə küçəsində saxlanılmışdır. Avtomobilin markasını xatırlasa da, dövlət qeydiyyat nişanını xatırlamadığını bildirmişdir. Sürücü siqaretləri ona Yardımlıdan bir nəfərin verdiyini, həmin şəxsin siqaretləri verərkən Bakıda bir nəfər şəxsin onu qarşılayacağını söylədiyini bildirmişdir. Sürücüyə verilmiş mobil nömrə ilə əlaqə saxladıqda verilmiş mobil nömrənin sahibinin “Famil” adlı şəxs olduğu müəyyənləşdirilmişdir. Famil də həmin siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Elə həmin gün Familin yaşadığı mənzilin yaxınlığında keçirilmiş əməliyyat tədbiri zamanı kifayət qədər siqaret aşkar olunmuşdur. Aksiz Malları üzrə Gömrük İdarəsi ilə birlikdə əməliyyat tədbiri olmuşdur. Müdafiəçilərin suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, siqaretlərin İran İslam Respublikasından ölkəyə keçirilməsi barədə əməliyyat məlumatı onların şöbəsindən “Rəşad” adlı əməliyyatçıya daxil olmuşdur. Mənzildəki axtarışda bilavasitə iştirak etməsə də, keçirilmiş əməliyyat tədbirindən və həmin tədbirin Aksiz Malları üzrə Gömrük İdarəsi tərəfindən keçirilməsindən məlumatı olmuşdur. “Vito” markalı avtomobildən aşkar olunmuş siqaretlər ilə evdən aşkar olunmuş siqaretlər fərqli növ siqaretlər olmuş, eynilik təşkil etməmişdir. “Vito” marklı avtomobildə aşkar olunan siqaretlər Yardımlıdan gəlmiş, evdən aşkar olunmuş siqaretlər isə külli miqdarda aksiz markası ilə markalanmamış siqaretlər olmuşdur. Avtomobildə saxlanılan siqaretlər isə, bir qutu olmuş, bir yeşikdə 50 blok siqaret olmuşdur. Evdən aşkar olunmuş siqaretlərin hansı yolla ölkəyə gətirilməsi barədə isə sonradan heç bir məlumatları olmamışdır. Avtomobildən aşkar olunmuş siqaretlər sırf İİRdan gətirilən siqaretlər olmuş, amma evdəkilər fərqli siqaretlər olmuşdur. Tədbir üzrə baxış Sumqayıt Gömrük İdarəsinin xidməti ərazisində, binanın yaxınlığında keçirilmiş, baxış zamanı əməliyyatçılar və hal şahidləri də iştirak etmişdirlər. Avtomobildən aşkar olunmuş karton qutunu açdıqda içərisində 50 blok siqaret olduğu aşkar edilmiş, siqaretlərin üzərində “More” yazısı olmuşdur. Baxışın keçirilməsi protokollaşdırıb sənədləri təhqiqata göndərdikdən sonra aparılan istintaqda barədə başqa məlumatı olmamışdır. Məhkəmə tərkibinin suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, onlar “Vito” markalı avtomobili saxlamamışdan bir neçə saat əvvəl Familin yaşadığı Xocasəndə evinin qabağında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin əməkdaşları əməliyyat tədbiri keçirmiş, həmin vaxt da evdən külli miqdarda siqaret aşkar olunmuşdur. Evdən külli midarda siqaretin aşkar olunmasında o, bilavasitə iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, aksiz markası ilə markalanmayan siqaretlərin saxlanılması və satışı ilə bağlı onlara əvvəlcədən daxil olmuş məlumat əsasında 18 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında, saat 12-13 radələrində Xocəsən ərazisində “Renault Megane” markalı, dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən nəqliyyat vasitəsinə baxış keçirilmiş, avtomobildən aşkar olunanların nə olduğunu soruşduqda isə özləri aşkar olunanların siqaret olduğunu bildirmişdirlər. Qeyd olunan avtomobildən “Parlament”, “Malbro” və s. növdə siqaretlər aşkar olunmuşdur. Avtomobilə baxış keçirdikdən sonra da əməliyyat tədbiri davam etdirilmişdir. Belə ki, avtomobilin yaxınlığında ev olmuş, həmin vaxt Famil və Elçin də orada olmuşdur. Famil özü qapını açmış, evin sahibi olmadığını bildirmiş, bundan sonra ev sahibi gəlmişdir. Ev sahibinin yazılı ərizəsi, icazəsi əsasında evə baxış keçirilmiş, hal şahidi də dəvət edilmişdir. Baxış keçirildikdə müxtəlif növdə siqaretlər aşkar olunub sayılmış, tərəflərindən protokol tərtib edilmişdir. Avtomobil Elçinin olmuş və Elçin özü avtomobili idarə etmişdir. Belə ki, Elçin Məmmmədov evə mal gətirmiş, həmin vaxt Famil də evin qapısının ağzında olmuşdur. Evin pəncərəsindən də siqaret qutuları götürülmüşdür. Birinci malların Elçinin olduğu deyilmiş, onlar Elçinlə bağlı oraya getmiş, sonra Familin Elçinə kömək etdiyini bilmişdirlər. Şifahi sorğu zamanı şəxslər siqareti haradan əldə etmələri ilə bağlı real cavab verməmiş, oradan-buradan yığdıqlarını bildirmişdirlər. Lakin təbii ki, oradakı mal qrup şəklində mal olmuş, haradansa keçirilmişdir. Onlarda olan məlumata görə də çox vaxt dəniz vasitəsilə həmin mal keçir, əslində mənbəyinə gedib çatmaq istəsələr də, konkret olaraq müəyyən edə bilməmişdirlər. İbtidai istintaq zamanı video çəkiliş aparılmış, həmin çəkilişdə Famil də orada olmuşdur. Aşkar olunmuş siqaretlərin markalarının ölkəmizdə rəsmi distribütoru olmamışdır. Yəqin ki, siqaretler İranda markalanaraq Azərbaycan Respublikasına gətirilmişdir. Adətən qaçaq siqaretlərin Dubaya, oradan da İrana gətirildiyini bildirmişdir. Onlarda olan məlumata görə mənbə təkcə İran olmamış, başqa yerlər də olmuşdur. İlk olaraq siqaretlər çeşidlənmiş, daha sonra da tək-tək sayılmışdır. Famil evdəki malın ona məxsus olduğunu bildirmişdir. Onlar Elçini saxlayan zaman Familin evə mal boşaltdığını bildirmişdir. Həmin tədbir Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Təxmini məlumatlara əsasən siqaretlər hansısa dəniz yolu ilə gətirilmiş, kimsə onlara vermiş, onlar da satışını həyata keçirmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 18 aprel 2022-ci il tarixdə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında Xocəsən qəsəbəsinə yollanmış, orada evin qarşısında dayanmış vəziyyətdə olan “Renault Megane” markalı, dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən avtomobilə yaxınlaşmış, avtomobilin şüşələrindən içərisində karton qutularda siqaret olduğu aşkar şəkildə görünmüşdür. Sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş, avtomobilin salonuna baxış keçirmiş, salondan Azərbaycan Respublikası aksiz markaları ilə markalanmayan siqaretlər aşkar etmişdirlər. Daha sonra özlərinin razılığı ilə evə baxış keçirilmiş, evdən də aksiz markaları ilə markalanmayan xarici siqaretlər aşkar olunmuşdur. Avtomobilin sürücüsünün adı və özü yadında qalmamışdır, həmin sürücü Famil ilə qohum olmuşdur. Hazırda təqsirləndirilən şəxslərdən Famili tanıdğını və tədbir zamanı Familin evdə olduğunu bildirmişdir. Həmin ev Familin evi olmamış, Famil özü evi kirayəyə götürdüyünü bildirmişdir. Çox güman ki, həmin şəxslər siqaretləri qaçaqmalçılıq yolu ilə əldə etmiş, lakin özləri siqaretləri ümumi qaydada aldıqlarını, tapdıqlarını bildirdirmişdilər. Evə baxış ev sahibinin iştirakı ilə keçirmiş, evin sahibi də orada olmuşdur. Onlar avtomobilə baxış keçirən zaman Familin sonradan gəlib evin içərisinə girdiyini bildirmişdir. Evdə də siqaret olduğunu məlumat əsasında bilmiş, sürücü də bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Xocəsən yolunda bir işlə bağlı olarkən gömrük əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq yaxınlıqda baxış keçiriləcəyini bildirmiş, baxış keçirilən zaman şahid qismində iştirak edib-edə bilməyəcəyini soruşmuşdur. O da razılaşmış, onun iştirakı ilə dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən avtomobilə baxış keçirilmiş, avtomobildə siqaretlər olduğunun görmüşdür. Daha sonra evə baxış keçirilən zaman da şahidlik etmiş, evdə külli miqdarda təxmini on minə yaxın siqaret olduğunu görmüşdür. O, evə yaxınlaşan zaman evdə malın sahibi bir nəfər olmuş, sonra zəng edilmiş bir nəfər də gəlmişdir. Həmin adamın evin sahibi olduğunu bidirmişdirlər. Şahidlik etdiyi tarixdən uzun bir müdət keçdiyi üçün həmin şəxslərin xarici görünüşü yadında qalmamışdır. Avtomobilə baxış keçirilən zaman avtomobilin sahibi də orada olmuş, lakin ev sahibinin kim olduğunu bilməmişdir. Ev sahibi ilə avtomobilin sahibinin eyni adam olub-olmadığı yadında olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, əmisi oğlugildən qayıdan zaman gömrük işçisi ona avtomobilə baxış keçirilməsində şahid kimi iştirak etməsi üçün yaxınlaşmış, o da razılaşmışdır. Qara rəngli avtomobil olduğunu, içərisində qutular və qutularda da siqaret olduğunu görmüşdür. Bununla yanaşı, iki mərtəbəli evin aşağı mərtəbəsində də, yuxarı mərtəbəsində də siqaretlər olduğunu bildirmişdir. Siqaretlər blokla yerə tökülərək bir-bir sayılmışdır. Evdə səhv xatırlamırsa, bir nəfər kişi cinsindən olan şəxs qapını gəlib baxmaq üçün açmışdır. Qapını açan şəxsin cavan yoxsa yaşlı olduğu yadında olmadığını, bir nəfər ev sahibinin də orada olduğunu bildirmişdir. Şahid Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Narkotiklərlə Mübarizə şəbəsinin rəisi Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat- Təhqiqat şöbəsinin rəisi işlədiyi dövrdə Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış tütün məmulatlarının “Famil” və “Elçin” adlı şəxslər tərəfindən satış məqsədilə əldə edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını dəqiqləşdirmək məqsədilə 18 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış və saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri, X.Həsən, 0700 ünvanına gedilmişdir. Həmin küçədə 0501 nömrəli ikimərtəbəli fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan “Renault Megane” markalı, 99TS850 dövlət nömrə nişanlı minik avtomobilinə yaxınlaşaraq həmin avtomobili idarə edən sürücüyə özlərini təqdim etmişlər, bundan sonra sürücü Təqsirləndirilən şəxs1 və yanındakı şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ilə aparılan ilkin sorğu-sual zamanı, avtomobildə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlərin olub-olmadığı soruşulmuş, Elçin yük yerində belə siqaretlərin olduğunu bildirmiş, eyni zamanda avtomobilin pəncərələrindən içəridə siqaretlərin olması müşahidə edilmişdir. Bundan sonra tərəflərindən iki nəfər hal şahidi dəvət olunmuş və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin yük yerində olan karton qutuların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X18”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X12 Slims” markalı siqaretlər aşkar edilmişdir. Bundan sonra avtomobil qarşısında dayandığı ikimərtəbəli fərdi yaşayış evin kimə məxsus olması soruşulduqda, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin ev Eldar adlı şəxsə məxsusdur, lakin Eldar evin açarlarını Familə verib, hal-hazırda Familin istifadəsindədir. Evin sahibi Şahid7 tərəflərindən dəvət olunmuş, Şahid7 və Təqsirləndirilən şəxs2 evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizələri alındıqdan sonra həmin evə baxış keçirilmişdir. Baxış zamanı, evin giriş qapısından daxil olduqda müxtəlif ölçülü karton qutularda qablaşdırılmış vəziyyətdə müxtəlif markalı Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlərin yığıldığı aşkar olunmuş, tərəflərindən karton qutulardan çıxarılan aksiz markasız xarici siqaretlər növünə görə qruplaşdırılmış, siqaretlər sayıldıqda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X18”, 6230 qutu “X19”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X13”, 2920 qutu “X12 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı, ümumilikdə 9618 blok (96180 qutu) siqaretlərin olduğu müəyyən edilmişdir. Baxış davam etdirildikdə evin ikinci mərtəbəsi və mansar hissəsində, habelə qarajında dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, cinayət predmeti hesab edilə bilən əşyalar, həmçinin aksiz markasız siqaretlər aşkar edilməmişdir. Şahid Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat- Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində anadan olmuş, halhazırda Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 12 ünvanında yaşayır. Külli miqdarda siqaretin aşkar olunduğu ona məxsus olan ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evini 2001-ci ildən inşa etməyə başlamış, ilk vaxtlarda həmin evdə təmirdə çalışan ustalar yaşamışdır. O, həmin evdə yalnız yay aylarında köçüb yaşayırmış. Təxminən 5 il qabaq qonşuluğa Təqsirləndirilən şəxs2 adlı şəxs köçmüş, normal münasibətləri olduğundan o, 2021-ci ilin sonlarında evin və həyətin açarını Familə vermiş və evə nəzarət etməsini Famildən xahiş etmişdir. Həmin vaxtdan o, evə getməmiş, faktiki olaraq ev Familin istifadəsində olmuşdur. Familin evdə hər hansı məqsədlə siqaret yığmağından xəbəri olmamışdır. O, evin açarlarını Familə təmənnasız vermişdir ki, ev nəzarətsiz olmasın. 18 aprel 2022-ci il tarixində gömrük əməkdaşları tərəfindən ona məxsus ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə dəvət olunmuş, oraya gəldikdə gömrük əməkdaşları, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslərin, iki nəfər hal şahidinin dayandığını görmüşdür. Ona izah olunmuşdur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan siqaretlər aşkar olunubdur. Bu səbəbdən nəqliyyat vasitəsinin qarşısında dayandığı evə də baxış keçirilməli olduqlarını bildirdilər. O və Təqsirləndirilən şəxs2 evə baxış keçirilməsinə etiraz etməmələri barədə ərizələrini yazdıqdan sonra evin qapısını Famil açmış, gömrük əməkdaşları hal şahidləri ilə birlikdə evə baxış keçirməyə başlamışlar. O da evə daxil olduqda giriş hissədən dəhliz boyu karton qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlərin olduğunu görmüşdür. Əməliyyat müvəkkilləri tərəfindən karton qutulardan çıxarılan aksiz markasız siqaretlər markasına görə qruplaşdırılmış, siqaretlər sayıldıqda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X18”, 6230 qutu “X19”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X13”, 2920 qutu “X12 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı siqaretlərin olduğu müəyyən edilmişdir. Baxış davam etdirildikdə evin ikinci mərtəbəsi və mansar hissəsində, habelə qarajında dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, cinayət predmeti hesab edilə bilən əşyalar, həmçinin aksiz markasız siqaretlər aşkar edilməmişdir. Yalnız hadisə yerində ona məlum olmuşdur ki, 18 aprel 2022-ci il tarixdə ona məxsus evdən aşkar olunan siqaretlər Familin qohumu Elçinə məxsusdur, Elçinin xahişi ilə Famil siqaretləri onun evimə yığıbdır. Özünün ona məxsus evə siqaretlərin yığılmağından qətiyyən xəbəri olmayıbdır. Özü Famili yaxşı qonşu kimi tanımış, Familin siqaret alveri etməsi barədə heç vaxt eşitməmişdir. Familin övladları gəlib onların həyətdə oynayırmışlar, Familin özü ilə də çöldən çölə münasibətləri olub, sadəcə qonşu kimi xahiş etmişdir ki, həyətin işığını yandırsın, həyətin işığı isə evin daxilindən yanıb-söndüyü üçün evin də, həyətin də açarını Familə vermişdir. Özünün başqa qonşularla münasibəti olmadığından evin açarlarını Familə vermək qərarına gəlmişdir. Xəstəliyi ilə əlaqədar 2021-ci ilin noyabr ayından sonra evə getməmiş, müalicə məqsədilə Rusiya Federasiyasına getmişdir. O, Elçini əvvəllər görməmiş, hadisə yerində birinci dəfə görmüş, sonradan ona məlum olmuşdur ki, Elçin Familin qardaşı oğludur. O, evi Familə verməyin qarşılığında hər hansı ödəniş almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid9 ifadəsində bildirmişdir ki, Yardımlı rayonundan “Mercedes Vito” markalı avtomobildə Azərbaycan Respublikasına məxsus aksiz markaları ilə markalanmamış siqaretlər daşındığı barədə məlumat daxil olmuş, məlumatı dəqiqləşdirmək üçün Xırdalanda avtomobili saxlayaraq yaxınlaşıb özlərini təqdim etmişdirlər. Avtomobildə hansısa qeyriqanuni predmet olduğunu soruşduqda sürücü ilk olaraq heç nə deməmiş, həmin şəxsi Sumqayıt Baş Gömrük İdarəsinə baxış keçirmək üçün dəvət etmiş, etirazı olmamışdır. İki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmiş, bir yeşik əlli qutu “More” siqaretləri aşkar olunmuşdur. Sənədləşdirmə işlərini aparıldıqdan sonra iş təhqiqata verılmişdir. Həmin siqaretlər Yardımlıdan gətirilmiş, sürücü siqaretləri “Famil” adlı şəxs üçün gətirdiyini bildirmişdir. O, tədbirin davamında iştirak etmədiyini bildirmişdir. Bir neçə dəfə “Mercedes Vito” markalı avtomobildə malın daşınması ilə bağlı məlumat daxil olmuşdur. Saxlanılandan sonra sürücü bu nömrəyə zəng edəcəyini və “Famil” adlı şəxsin gəlib malı götürəcəyini bildirmişdir. O, mənzildə keçirilən baxışda iştirak etməmişdir. Mənzilə baxış keçirilməsi ilə bağlı tədbir onların olmamış, DGK aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin tədbiri olmuşdur. Siqaretləri göndərən şəxsin kim olduğu yadında olmamışdır. Səhv xatırlamırsa, sürücü özü də siqareti ona verən şəxsin adını bilməmiş, ona siqareti filankəsə apar ver demişdirlər. Sürücü malın ona verildiyini və deyilən şəxsə gətirdiyini bildirmişdir. Apardığı malın aksiz markası olmadığına görə bəyənilmədiyini, bu səbəbdən geri qaytarıldığını bildirməmiş, malı birbaşa Yardımlıdan “Famil” adlı şəxsə gətirdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid12 ifadəsində bildirmişdir ki, o, Yardımlıdan Sumqayıta “Vito” markalı avtomobili ilə bir yeşik siqaret gətirmiş, siqaretləri ona Elnur vermiş, Bakıda ondan götürəcəklərini bildirmişdir. Yolda olan zaman gömrük əməkdaşları onu saxlamışdırlar. Siqareti Familə çatdırmalı olmuş, Bakıya gələndə siqaretlər üçün Familə zəng edəcəyini, siqaretlərin çatdırılması üçün Elnur Rzayevin ona 10 (on) manat pul verəcəyini bildirmişdir. Daşıdığı siqaretlərin aksiz markası olmadığını bilməmiş, əvvəllər iki dəfə siqaret daşımış, bundan əvvəl də bir dəfə siqaretləri Familə gətirmişdir. Əvvəl gətirəndə də siqaretləri daşıdığına görə Elnur Rzayev ona on manat pul vermişdir. Birinci dəfə daşıdığı siqaretlərin neçə qutu olduğu yadında olmamışdır. O, Famili üzdən tanımış, Famil ondan əvvəllər cəmi iki dəfə mal götürmüşdür. Avtomobilə baxış keçirilən zaman Famil orada olmamışdır. Elnurun işlətdiyi “kiosk”-dan öz istifadəsi üçün siqaret alan zaman həmin siqaretlərin üzərində aksiz markası olmuşdur. O, hər gün Bakıya gedib gəlmiş, siqareti Bakıdan Yardımlıya gətirdiyi hal olmamışdır. Elnur həmin malların aksiz markasız olduğunu əsas gətirərək onları yenidən Bakıya qaytarmışdır. Elnurun Yardımlıda dükanı və konkret olaraq işi olmamışdır. Elnur malı verən zaman onu götürəcəklərini bildirmiş, mal verilən zaman onun nə olduğunu soruşmamış, əvvəlki daşımanı da saxlanmamışdan iki-üç gün qabaq etmişdir. Əvvəlki daşımada bir yeşik siqaret olmuş, həmin vaxt da siqareti ondan Famil götürmüşdür. Famil siqareti “20 Yanvar” ərazisində ondan götürmüşdür. Famil siqareti götürən zaman Elnura çatdırmağı üçün ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid10 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobilinə Rəşad adlı şəxs yaxınlaşaraq avtomobildə siqaret aşkar olunduğunu, baxış keçirilən zamanı hal şahidi qismində iştirak edib-edə bilməyəcəyini soruşmuşdur. O, şahidlik etməyə razı olmuş, “Mercedes Vito” markalı avtomobildən gözünün qarşısında bir qutu siqaret çıxarılmışdır. Təxmini olaraq, 500 ədəd siqaret olmuşdur. İlk dəfədir ki, hal şahidi qismində iştirak etdiyini və ətrafda adam olmadığı üçün elə onu çağırdıqlarını bildirmişdir. Şahid11 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 18 saylı Mənzil Kommunal Sahəsində sahə ustası işləyir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində avtovağzal tərəfdə olarkən əvvəllər tanımadığı Rəşad adlı şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək özünü gömrük əməkdaşı kimi təqdim edib Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında saxlanılan Azərbaycan Respublikası vətəndaşı Şahid12 məxsus “X20” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış həyata keçirəcəyini və onun da hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O da gömrük əməkdaşı ilə razılaşmışdır. Daha sonra həmin gün saat 17:20-də onun və digər hal şahidi Ələkbərin iştirakı ilə Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında saxlanılan Azərbaycan Respublikası vətəndaşı Şahid12 məxsus “X20” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən baxış həyata keçirilmişdir. Baxış zamanı “X20” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən üzərində “More international” yazısı olan 1 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilmiş, daha sonra həmin karton qutu açılaraq içərisində siqaretlər çıxarılaraq sayılmışdır. Bu zaman Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış hər blokda 10 qutu hər qutuda 20 ədəd olmaqla 50 blokda ümumilikdə 10000 ədəd “More international” markalı siqaretlər aşkar edilmişdir. Baxış nəticəsində aşkar edilən 500 qutu siqaretlər onların iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülmüş, üzərində “More international” yazısı olan 1 ədəd böyük karton qutuda qablaşdırılmışdır. Bundan əlavə “X20” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən qanunla qadağan edilən, dövriyyəsi məhdudlaşdırılan heç bir predmet aşkar edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən satış məqsədilə əldə edilmiş Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış tütün məmulatlarının ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin qarşısında dayanmış “Renault Megane” markalı, **-TS-*** dövlət nömrə nişanlı minik avtomobilində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Naxçıvan NMR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 “Renault Megane” markalı, **- TS-*** dövlət nömrə nişanlı avtomobilə gömrük əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Naxçıvan NMR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair» protokol, eyni tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, nəqliyyat vasitəsinə baxış zamanı “Renault Megane” markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan karton qutuların içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X18”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X12 Slims” markalı, həmçinin ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə baxış zamanı evin giriş hissəsindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X18”, 6230 qutu “X19”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X13”, 2920 qutu “X12 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı olmaqla külli miqdarda, cəmi 538540 manat dəyərində ümumilikdə 107.320 qutu siqaretlərin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Şahid12 idarə etdiyi “X20 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş Azərbaycan Resoublikasına məxsus aksiz marka ilə markalanmamış külli miqdarda siqaretlərin ayrı-ayrı şəxslərə satışı və paylanması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair» protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Şahid12 idarə etdiyi “X20 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən üzərində More international” yazısı yazılan 1 ədəd karton qutuda hər blokda 10 qutu hər qutuda 20 ədəd olmaqla 50 blokda 10.000 ədəd “More international” markalı Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, iş üzrə maddi sübut olan 12 adda aksiz markası olmayan siqaretlərdən "Моre international" markalı siqaretin Almaniya istehsalı, "Маrlbоrо fllter cigarettes", "Маrlbоrо Gold Edge", "Маrlbоrо Gold', "Маrlbоrо Blue", "X12 Slims" və "Heets" markalı siqaretlərin İsveçrə istehsalı, "Dunhill Вluе" markalı siqaretin Böyük Britaniya istehsalı, "King" markalı siqaretin Bolqarıstan istehsalı, "More" markalı siqaretin ABŞ istehsalı, "Маrlbоrо Nano Slims" və "Маrlbоrо Micro" markalı siqaretlərin isə ştrixkodu 978 olan xarici ölkələrin istehsalı olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «CD-yə baxış keçirilməsi haqqında» protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi arasında, həmçinin Şahid7, Şahid12 və Elnur Rzayevin istifadəsində olan mobil nömrələrlə mütəmadi danışıqlar aparılmışdır. Qeyd edilənlərdən əlavə +**********14 mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “More 1 karopka” məzmunlu, xx.xx.2021-ci il tarixdə isə +**********33 nömrəsindən “1) Milano London-130 2) X22-90 3) Milano Geneva-30 4) X21-90 5) X15- 130 6) X8-30 7) Mancester-200 degig bilinmir??? edadin yazin Total: 500 box” məzmunlu sms mətnlərinin göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 7/392-9/2883 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 11 adda tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda filterli siqaretlərin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 538.540 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 7/386-9/2794 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 500 qutu ”More international” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “More international” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 403) Almaniya istehsalı olan filterli siqaretin 18 aprel 2022-ci il tarixinə 1 qutusunun orta bazar qiyməti təxminən 7,00 manat, 500 qutunun qiyməti isə 3500 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 26 may 2022-ci il tarixli qərarlardan və 14 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 106.690 qutu Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif markalı siqaretlər maddi sübut kimi tanınaraq malların anbara qəbul edilməsi haqqında 27 S nömrəli aktı ilə və ekspertiza tədqiqatından sonra qalıq qalmış 490 qutu Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış “More international” markalı siqaretlər maddi sübut kimi tanınaraq malların anbara qəbul edilməsi haqqında 37 S nömrəli aktı ilə Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Babək rayon İcra hakimiyyəti tərəfindən daxil olmuş arayış və xasiyyətnamələrdən görünür ki, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olsalar da, faktiki olaraq həmin qəsəbədə yaşamırlar. Nehrəm qəsəbəsində yaşadıqları müddət ərzində isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarından məlum olur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraatın X2 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə aid hissəsi ayrıca icraata ayrılmış və həmin icraat təqsirləndirilən şəxs X4 tapılanadək dayandırılmışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə sistemi” və cinayət işi materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq — xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 vardır. “Elektron məhkəmə sistemi”-dən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 az yaşlı uşaq — xx.xx.2016-cı il təvəllüdlü X7 vardır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 213-1.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası bildirir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi sübut kimi tanınmış siqaretləri qaçaqmalçılıq yolu ilə əldə etmələrini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə istintaqı zamanı da həmin halları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin törədilən cinayətin predmeti olan siqaretləri ölkə ərazisinə qaçaqmalıçılıq yolu ilə gətirmələrini təsdiq edən hər hansı sübut növü olmamış, məhkəmə istintaqı zamanı xarici ölkə istehsalı olan siqaretlərin ölkə ərazisinə qaçaqmalıçılıq yolu ilə məhz təqsirləndirilən şəxslər tərəfindən gətirilməsini təsdiq edən hər hansı bir sübut tədqiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsi ittiham edilmişdir ona görə ki, “o, istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqarda malların qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi və külli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretlərin satış məqsədi ilə saxlanılması barədə Azərbaycan Respublikası vətəndaşları X4, əmisi Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumilikdə xüsusilə külli miqdarda – 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan müxtəlif markalı siqaretlərin cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan yerdən qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nail olmuş, bundan sonra o, istintaqla müəyyən edilməmiş vaxtda və yerdə cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən həmin xüsusilə külli miqdarda siqaretləri ... əldə edərək ... anbarda satış məqsədi ilə saxlamış və ... keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən ... siqaretlər aşkar edilərək götürülmüşdür”. Halbuki, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasına əsasən qaçaqmalçılıq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi halında yaranır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə praktikasının ümumilləşdirilməsi nəticəsində vahid məhkəmə təcrübəsinin formallaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında təsbit edilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1- ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 10, § 1, 2 iyun 2016-cı il). Həmin Qərar üzrə məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərar, § 19). İstinad edilən Qərarda xüsusilə vurğulanmışdır ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərar, § 19). Cinayət qanunvericiliyinin tələbləri və formalaşmış məhkəmə praktikasından göründüyü kimi, şəxsin Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, həmin şəxs bilavasitə malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində bu və ya digər formada əlaqəli olsun. Hazırki halda isə, elan edilən ittihamın özündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aksiz markası olmayan siqaretlərin əvvəla harada, gömrük zonasında və ya gömrük sərhədindən keçirildikdən sonra satın almaları, eyni zamanda onların həmin siqaretləri qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsində iştirakçılığının hansı hərəkətlərlə ifadə etməsini müəyyən etmək qeyri-mümkündür. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham, onlara verilmiş ümumi ittihamdan xaric edilməklə onların əməli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən və elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən, hökm surətlərindən və elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə 2 (iki) il müddətə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06 noyabr 2023-ci il tarixli hökmü ilə 2 (iki) il müddətə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da 06 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06 noyabr 2023-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs2 həmin hökm üzrə verilmiş ittihamda göstərilən cinayət əməli hazırki hökm üzrə verilmiş ittihamda göstərilən cinayət hadisəsindən sonra, yəni 19 yanvar 2023-cü il tarixdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06 noyabr 2023-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökm ilə təyin olunmuş cəza ilə qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ittihamda qeyd olunmuş siqaretlərin ona aid olmaması, həmin siqaretləri qardaşı oğlu Təqsirləndirilən şəxs1 xahişi ilə qəbul edib yerləşdirməsi və həmin siqaretlərin aksiz markası ilə markalanmadığından xəbərinin olmaması, həmçinin həmin siqaretlərin satışı ilə məşğul olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd olunan xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özlərini müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, verilən ittiham üzrə təqsiri məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü müdafiə üçün hər hansı bir əsas gətirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər tam sübuta yetirildi və onların əməlləri Azərbaycan Respublikası CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələrini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 haqqında axtarış elan olunmuş, onların barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək saxlanılmış və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyi müəyyən edilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı isə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hökmü ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edildiyi və 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlərin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 107.180 qutusu — 56910 qutu “X18”, 28860 qutu “Marlboro filter cigarettes”, 6130 qutu “X19”, 1000 qutu “Marlboro Micro”, 1640 qutu “Marlboro Gold”, 1270 qutu “X13”, 8140 “X12 Slims”, 1860 qutu “Dunhill Blue”, 220 qutu “Heets”, 40 qutu “King”, 620 qutu “More” və 490 qutu “More international” markalı siqaretlər məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhv edilməli və ya şəxslərə geri qaytarılmalı iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğin təqsirləndirilən şəxslərə məxsus hissəsi Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 83 manat 33 qəpik və Təqsirləndirilən şəxs2 83 manat 33 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 16 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213- 1.2.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 il müddətinə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətinə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlərin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 107.180 qutusu — 56910 qutu “X18”, 28860 qutu “Marlboro filter cigarettes”, 6130 qutu “X19”, 1000 qutu “Marlboro Micro”, 1640 qutu “Marlboro Gold”, 1270 qutu “X13”, 8140 “X12 Slims”, 1860 qutu “Dunhill Blue”, 220 qutu “Heets”, 40 qutu “King”, 620 qutu “More” və 490 qutu “More international” markalı siqaretlər xüsusi müsadirə edilməklə dövlət nəfinə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza təhdiqatının dəyəri olan 250 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 83 manat 33 qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar