Məhkəmə qərarları › İş №1(124)-20/2021

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-20/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-20/2021 19.08.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X3 Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə Sumqayıt Apellyasiya Məhkəməsinin 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlamışdır. Dinləmələr zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək, təqsirləndirlən şəxs ifadələrində zərərçəkmiş şəxslə qardaşının ona qarşı tətbiq etdikləri fiziki zordan qorunması üçün özünü müdafiə məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirdiyini bildirdiyi halda, iş üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsininin tələbləri pozulmaqla ittham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyinin göstərildiyini qeyd edib, cinayət işinə məhkəmədə baxılmasına xitam verilməsini və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi həmin vəsatəti müdafiə etdiyini, zərərçəkmiş şəxs isə vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, dövlət ittihamçısı vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə məhkəməyə verilməsi ilə cinayət işinin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə müdafiəçisinin bu vəsatətinin dəlillərini araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, müdafiəçinin bu vəsatətin dəlilləri kimi göstərdiyi hallar cinayət işinin materiallarına uyğundur ki, buda ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinin tələblərini pozduğunu və bununla da, həmin Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud qanun pzuntusuna yol verdiyini göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması halında cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 289.3.3-cü madəsinə əsasən ittihm aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Bundan əlavə məhkəmə iş materiallarını öyrənərkən müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin ittiuham olunduğu əməli törədərkən anlaqlı olubolmamasının yoxlanımasına zərurət yaranmış və ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin tələbləri pozulmaqla komisyon ambulator məhkəmə-psxiatrik ekspertizası təyin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. [364] Odur ki, müdafiəçinin qeyd edilən vəsatəti təmin olunmaqla cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmədə həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs bu vəsatəti müdafiə etdiyini, zərərçəkmiş şəxs vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxsin həbsdə qalmasının təmin olunamasını xahiş etmişdir. Müdafiəçi vəsatətini belə əsaslandırmağa çalışmışdır ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əməl ictimai təhlükəliliyini itirib, istintaq başa çatdığına görə artıq gizlədilməli heçnə yoxdur, yenidən cinayət törədəcəyinə və cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəb olmadan gəlməkdən boyun qaçıracağına dair ehtimallar əsassızdır. Bununla yanaşı, təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, zərərçəkmiş şəxslə barışmışdır və yaşayış yeri məlumdur. Onun azad olunması cəmiyyətdə mənfi emosiya yaratmayacadır, əksinə onun ailəsinə müsbət təsir göstərcəkdir. Məhkəmə, tərəfləri dinləyib iş materiallarını araşıdraraq belə nəticəyə gəlmişdir ki, hazırda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmasına, yəni onun həbsdə saxlanmasına mütləq zərurət vardır. Belə ki, müdafiəçinin sadaladığı hallar nəzərə alınması zəruri olan hallar olsa da, hazırki cinayət işi üzrə təsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına şərtsiz səbəbi və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmaqla onun faktiki olaraq cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdən çıxarılması halında onun sübutların saxtalaşdırılması, o cümlədən zərərçəkmiş və şahidlərin ifadələrini onun xeyrinə dəyişməsinə nail olmaq üçün tədbirlər görməyəcəyinə və bununla da, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaycağında dair təminat – qarantiya kimi qəbul eilə bilməz. Belə ki, iş materiallarından da, göründüyü kimi təqsirləndirilən şəxs ibtidai istintaq gedişatında ittiham olunduğu əməli özünü müdafiə məqsədi ilə törətdiyini bildirmiş və hazırdada bunu israr etməkdədir. Hazırki vəziyətdə ona qarşı ifadə vermiş zərər çəkmiş şəxslə sonuncunun yaxın qohumları olan şahidlərlə təqsirləndirilən şəxsin uzun illər ərzində yaxın münasibətdə olması onların barəsində geniş və hətta açıqlanması arzu olunmayan məlumata malik olmasının mükünlüyünə, habelə uzun illər dostluq davam etdiyinə görə onların yanında müəyyən nüfuza malik olduğuna dəlalət edir ki, ağlabatan qarantiyalar olmadığı halda təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılacağı halda onun həmin şəxslərə qanunsuz təsir göstəməyəcəyi qənaətinə gəlməyi istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda təqsirləndirilən şəxsin barəsində qüvvədə olan həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması yolverilməzdir. Odur ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçinin vəsatəti təmin edilməli və hazırki vəziyyətdə təqsirləndirilən şəxsin həbsdə saxlanılması davam etdirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaymasına dair vəsatəti təmin edilsin

2. Təqsirləndirilən şəxs CM-nin 126.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkna tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilməsin

4. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 19 sentyabr 2021-ci il tarixədək uzadılsın.

5. Qərar qətidir, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz.

Sədrlik edən: (imza) Rəşad Əliyev

Hakimlər: (imza) Hafiz Əliyev

(imza) Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar