Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-20/2022 14.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Çərkəz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Çərkəz” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 8.113,619 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2.603,9 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 2.200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 92 qram olan üzərlərində F/M40 yazısı həkk olunmuş 2.300 ədəd həbi və külli miqdarda 2.467,99 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Cəlilabad rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Çərkəz” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddələri qeyd olunan yerdən əldə edib yaşadığı Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə daşımaqla orada saxlamış, əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 46,119 qram hissəsinə satış məqsədi ilə 01 ədəd bükümdə və psixotrop maddə metamfetaminin külli miqdarda 27,290 qram hissəsini 01 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə 01:00-da Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş idarədə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 46,119 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 27,290 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 25 mart 2021-ci il tarixdə saat 03:45-dən etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən çarpayının altından 08 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.010,6 qram, 1.015,1 qram, 1.010,1 qram, 997,9 qram, 1.011,7 qram, 992,5 qram, 1.014,1 qram, 1015,5 qram olmaqla ümumilikdə külli miqdarda 8.067,5 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bağlamada külli miqdarda 2.603,9 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bükülüdə külli miqdarda 2.200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 23 ədəd qutuda bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 92 qram olan üzərlərində “F/M40” yazısı həkk olunmuş 2.300 ədəd həb, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.016,7 qram, 892,8 qram, 531,2 qram olmaqla ümumilikdə külli miqdarda 2.440,7 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və gömrük sərhədindən keçirməmişdir. Anası xərçəng xəstəsi olduğu üçün pula ehtiyyacı olmuş, bu səbəbdən də, ona deyilən çantanı bir yerdən götürüb digər yerə aparmışdır. Belə ki, bu haqda o, İranda 3 il əvvəl tanış olduğu Çərkəz adlı şəxslə razılaşmış ki, yol kənarında qoyulmuş çantanın Bakıya çandrıtlması üçün ona 9.000 manat pul veriləcəkdir. Daha sonra o, qeyd etmişdir ki, Çərkəz adlı şəxslə “Votsap” tətbiqetməsi vasitəsi ilə danışmış, həmin çantada narkotik vasitələrin olmasını bilməmiş və “Covid19” əlehinə İran istehsalı olan dərman preparatlarının olmasını hesab etmişdir. Həmin çantanı Cəlilabad rayonundan maqistral yolun kənarından götürmüş və Abşeron rayonuna Müşviqabad qəsəbəsinə kirayədə yaşadığı evə gətirmişdir. 25 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmamış, həmin tarixdə evində axtarış aparılarkən qeyd edilən çanta polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək göstərmişdir ki, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşamışdır. Özünə məxsus “Mercedes Benz” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün tez-tez rayona gedib gəldiyindən Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən ünvanda kirayə ev tutaraq, Bakı şəhərində olduğu zaman qeyd olunan ünvanda qalmışdır. 3 il öncə ailəsi ilə birlikdə İran İslam Respublikasına işləmək məqsədi ilə getmişdir. Orada bazarda ticarət işləri ilə məşğul olan zaman əsl adı “Çərkəz” olan, lakin tanışları tərəfindən Ramin kimi tanınan şəxslə münasibəti yaranmış və onlar həmin vaxtlar birlikdə ticarət işləri ilə məşğul olmuşlar. Birdəfəlik yaşadığı Yardımlı rayonuna qayıtdıqdan sonra da Çərkəzlə münasibəti qalmış və bir-birləri ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. 2021-ci ilin mart ayında Çərkəzlə watsapp proqramı vasitəsi ilə danışan zaman Çərkəz ona narkotik vasitə və psixotrop maddələrin satışında yaxşı qazanc olmasını və bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri ilə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdıqlarını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. O da bu işin riskli olmasını və hüquq mühafizə orqanları tərəfindən tutula biləcəklərini demişdir. Çərkəz ona kiməsə əlbəəl narkotik vasitə və psixotrop maddə satmayacağını yalnız özü bildirdiyi halda onun dediyi yerdən qeyd olunan narkotik vasitələri götürüb başqa bir yerə atacağını söyləyib bu işdə tutulma riskinin az olduğunu və hər dəfə bu işi görəcəyi halda ona pul verəcəyini demişdir. O, da Çərkəzin təklifi ilə razılaşmışdır. Çərkəz narkotik vasitə Azərbaycan Respublikası ərazisində olan zaman xəbər edəcəyini və ondan xəbər gözləməyini söyləmişdir. 24 mart 2021-ci il tarixdə Çərkəz onunla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın Cəlilabad rayonunda olduğunu, göndərdiyi narkotik vasitə və psixotrop maddələri onun dediyi şəkildə müxtəlif ünvanlara yerləşdirib qurtardıqdan sonra 9.000 manat pul verəcəyini bildirmişdir. O da yaşadığı Yardımlı rayonundan çıxıb yolda Çərkəzlə əlaqə saxlamışdır. Çərkəz ona içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamanın Cəlilabad rayonunun girəcəyində Cəlilabad rayonuna aid məlumat lövhəsinin altında olmasını demişdir. O, qeyd olunan ünvana çatıb avtomobili saxlamışdır. Bir qədər ətrafa nəzər saldıqdan sonra lövhənin arxasında qara rəngli böyük bağlamanın olmasını görmüşdür. Həmin bağlamanı cəld şəkildə götürüb avtomobilə qoymuş və birbaşa Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Çərkəzlə əlaqə saxlayıb malı götürdüyünü bildirmişdir. Çərkəz ona həmin torbanın içərisində olan üzərində “N” və “A1” sözləri yazılmış bağlamaları Sumqayıt şəhəri ərazisində özünə uyğun və kiminsə görməyəcəyi yerə atmağı söyləmişdir. O da Çərkəzin dediklərinə əməl edib həmin bağlamalardan birini Sumqayıt şəhəri ərazisində Radar sözü yazılan, digərini isə 90 hərəkət surəti yol nişanın altına atmış və bu barədə Çərkəzə məlumat vermişdir. Bundan sonra Bakı şəhərində yaşadığı ünvana gəlmişdir. Yaşadığı evin içərisində Çərkəzin göndərdiyi torbanı açıb içərisində bir neçə ədəd sellefon paketlərin və bağlamaların olmasını görmüşdür. İçərisində narkotik vasitə, psixotrop maddə və metadon həbləri olan bağlamaları yatdığı çarpayının altına qoymuşdur. Həmin gün axşam saatlarında Çərkəz onunla əlaqə saxlayıb orada qəhvəyi rəngli narkotik vasitə olan heroindən 50 qrama yaxın və kristall şəkilli psixotrop maddə metamfetamindən 30 qram yaxın sellefon bükümdə ayırıb evdən çıxmağını və həmin malları özünə uyğun yerə atıb ona bildirməyini söyləmişdir. O da Çərkəzin dediyi kimi qeyd olunan narkotik vasitə və psixotrop maddənin hərəsindən 01 ədəd bükümdə ayırıb gödəkçəsinin cibinə qoyaraq yaşadığı ünvandan çıxmışdır. Yaşadığı ünvandan çıxıb bir qədər yol qət etdikdən sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib saxlatmışlar. Onu əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O da gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini və 01 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd açar və 01 ədəd plastik kart, şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu və 1000 (min) manat pul aşkar olunmuşdur. Sonra həmin 01 bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 50 qram olmuş, 01 ədəd bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 30 qram olmuşdur. Sonra həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, plastik kart götürülmüş, 1000 AZN pul, 01 ədəd açar mənə geri qaytarılmışdır. Sorğu zamanı həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Çərkəz adlı şəxsin vasitəsi ilə əldə əldə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir və bununla bağlı ərizəsi alınmışdır. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar protokol tərtib olunmuş, iştirakçılar və tərəfindən imzalanmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Evin otağında saxladığı sellofan torbaları təqdim etmişdir. Həmin torbaların içərisindən 8 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin, 3 ədəd bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə olan metamfetamin, 1 ədəd bükülüdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd bağlamada tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryək, 23 ədəd qutunun içərisində 2300) ədəd “Metadon M40” həbi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Həmin narkotik vasitələri Çərkəzin bildirdiyi yerdən götürdüyünü və deyilən yerlərə çatdırdıqdan sonra Çərkəzin ona 9000 AZN pul verməli olduğunu bildirmişdir. Bundan sonra birlikdə Baş İdarəyə qayıtmışlar və orada yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması ilə əlaqədar protokol tərtib olunmuş iştirakçılar və tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə Baş İdarəyə Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi fərdi yaşayış evlərində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmaqla özü əməliyyat qrupunun rəhbəri olmuş əməliyyat müvəkkili Şahid2 isə qrupun üzvü olmuşdur. 25 mart 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. İnzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısa qol qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra həmin bir bükümdə heroinə bənzər və bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Çərkəz” adlı şəxsin vasitəsi ilə sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün Cəlilabad rayonu ərazisindən əldə etdiyini, əlavə olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə “Çərkəz” adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddələrin olmasını bildirib həmin maddələri təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs özünün icazəsi ilə qeyd olunan mənzilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə olan çarpayının alt hissəsindən dörd ədəd sellofan torbanı və iki ədəd bağlamanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bir ədəd sellon torbanın içərisindən səkkiz ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, digər sellofan torbanın içərisindən üç ədəd bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər, qara rəngli bağlamanın içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, ağ rəngli bağlamanın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər, digər iki ədəd sellofan torbadan isə 2300 ədəd “Metadon M40” həbinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Çərkəz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Çərkəz” adlı şəxsin deyəcəyi ünvana çatdırmalı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1lə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 01:00-da Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qısa qol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər və 01 ədəd bükümdə, ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd açar və 01 ədəd **********898138 nömrəli plastik bank kartı, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu və 1000 manat pul aşkar olunmuşdur. Narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr qablaşdırılmaqla, mobil telefon aparatı və özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. (Cild 1, iş vərəqləri 30-32) Bundan başqa, cinayət işinin materiallarında olan “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman çarpayının alt hissəsindən dörd ədəd sellofan torba və iki ədəd bağlama aşkar edilmişdir. Bir ədəd göy rəngli sellefon torbanın içərisindən 08 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, üzərində “Şərab evi” yazısı olan sellofan torbanın içərisindən 03 ədəd bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər, 01 ədəd qara rəngli bağlamanın içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd ağ rəngli bağlamanın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər, digər iki ədəd sellofan torbadan isə 2300 ədəd “Metadon M40” həbinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-36) “Şəxsi axtarış və götürmə haqqında” və “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 25 mart 2021-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə tərəflərin iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evdə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli 6/1178 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və.s yazılar, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 46,119 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 27,290 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” və.s yazılar, imzalar olan torbada 01 ədəd bağlamada təmiz çəkisi 2603,9 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1016,7 qram; 892,8 qram; 531,2 qram ümumi təmiz çəkiləri 2440,7 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdəki metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010,6 qram; 1015,1 qram; 1010,1 qram; 997,9 qram; 1011,7 qram; 992,5 qram; 1014,1 qram; 1015,5 qram ümumi təmiz çəkiləri 8067,5 qram qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 08 ədəd bükümdəki heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərlərində “Methadone 40...Faran” göstəriciləri olan 23 ədəd qutuda ümumilikdə 2300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 92 qram olan narkotik vasitə-metadon müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroinlər kimyəvi tərkibinə görə öz aralarında, müvafiq olaraq metamfetaminlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin, Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ), Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 48-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 mart 2021-ci il tarixli 7/290 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri yazılmış qara rəngli polietilen bağlamada skoçla bağlanmış ağ kağız üzərində “.. M : S” yazıları olan bir ədəd qara rəngli sellefon bükülüdə təmiz çəkisi 2200 qram (2kq 200qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 24 may 2021-ci il tarixli 1577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 147-148) Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut kimi tanınması haqqında” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 8113,619 qram çəkidə narkotik vasitə heroin, 2603,9 qram çəkidə narkotik vasitə tiryək, 2200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2467,99 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 92 qram olan 2300 ədəd metadon həbləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 8113,409 qram heroin, 2603,7 qram tiryək, 2199,95 qram qudulmuş marixuana, 2467,85 qram metamfetamin, 2290 ədəd metadon həbləri iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2021-ci il tarixli qərara əsasən iş üzrə 02 (iki) ədəd “DVD” formatlı disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 149-161) Abşeron Rayon Məhkəməsinin hakimi X3 tərəfindən qəbul edilmiş 01.04.2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 24 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqi 130- 131) Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin psixotrop maddə və narkotik vasitələrin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 179-180) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 114-115) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin olmaması, qaçaqmalçılıqda köməkçilik etməməsi, evində olan çantanın içərisində psixotrop maddə və narkotik vasitələrin olmasından xəbərinin olmaması və bunların dərman olmasını zənn etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən və yaşayış yeri üzrə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2014, 2016 və 2017-ci il təvəllüdlü olmaqla üç azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 127, 132- 134) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlu 25 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 71-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-nin BMCMİdə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8.113,409 qram çəkidə olan narkotik vasitə heroin, 2.603,7 qram çəkidə olan narkotik vasitə tiryək, 2.199,95 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana, 2.467,85 qram çəkidə olan psixotrop maddə metamfetamin və 2.290 ədəd metadon həbləri məhv edilməli, 02 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 8.113,409 qram çəkidə narkotik vasitə heroin, 2.603,7 qram çəkidə narkotik vasitə tiryək, 2.199,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2.467,85 qram çəkidə psixotrop maddə metamfetamin və 2.290 ədəd metadon həbləri məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-20/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-20/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver