Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-20/2025 29.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. 29 avqust 1987-ci ildə Ermənistan Respublikasında doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsinin inspektoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri ilə,
2. xx xxxxx 1969-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, fərdi sahibkarlıqla məşğul olan, Gədəbəy rayonu, Hacıalılar kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 və 32.5, 311.3.3-cü maddələri ilə,
3. xx xxxxxx 1966-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regionalında müdir müavini vəzifəsində işləmiş, ünvan 3 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 və 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köməkçilikləri ilə vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində vahid niyyətlə istəməklə almış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köməkçilikləri ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən cinayətlərin törədilməsində köməkçi qismində iştirak etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ildən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsinin inspektoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 18 dekabr 2018-ci il tarixli 1400/033 №-li sərəncamı ilə təsdiq edilmiş “Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsi haqqında Əsasnamə”-yə əsasən gömrük prosedurları və əməliyyatlarından istifadə üzrə şərtlərin və tələblərin yerinə yetirilməsinə riayət edilməsinin yoxlanılması, idxal-ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışının həyata keçirilməsi, gömrük nəzarətini həyata keçirərkən buraxılan yüklərin sənədlərinin və gömrük bəyannaməsinin tərtibatının düzgünlüyünün yoxlanılması, idxal və ixrac əməliyyatları zamanı gömrük vergi və rüsumlarının qanunvericiliyə uyğun olaraq düzgün hesablanması və tutulması, gömrük dəyərləndirməsi və gömrük dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi, respublikaya tranzit daxil olunan və respublikadan tranzit ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışının keçirilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə qazanc, Şahid1 isə gömrük yoxlanışından malının səthi baxışı keçirilməklə daha az gömrük rüsümu ödənilməsinə kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 eyni xarakterli köməkçilikləri ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx.xx.2023-cü il tarixdə fiziki şəxs Şahid1 məxsus "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından daxil olan və xx.xx.2023-cü il tarixli **********3668 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan ümumi gömrük dəyəri 99.242,69 manat dəyərində «VAZ» markalı avtomobil ehtiyyat hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə xx.xx.2023-cü il tarixdə özünün yönləndirməsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə malların çeşid tərkibi ilə yoxlanılacağını bildirib, Şahid1 məxsus malların xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə baxışa göndərilməməsi barədə cinayətdən xəbərsiz Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Prosedurlar və Ödənişlər Şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Şahid2 bildirib, həmin malın baxışa göndərilməsini saxlatdırdıqdan sonra Şahid1 özü üçün birbaşa yolla külli miqdar təşkil edən maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 vasitəsilə rüşvət qismində istəyib, Şahid1 razılığını alaraq, həmin niyyətlə Şahid1 12 avqust 2023-cü il tarixdə saat 10:40-da Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs2 tanışı cinayətdən xəbərsiz Şahid4 vasitəsilə 6.000 manat məbləğində pulu aldıqdan sonra, Elşanın həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin WhatsApp mobil tətbiqi vasitəsilə saat 10:54-də Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** mobil nömrəyə, Ədələt Quliyevin isə saat 10:59-da istifadəsində olan həmin mobil nömrədən WhatsApp mobil tətbiqi vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2lə aralarında olan telefon danışığı zamanı 6.000 manat məbləğində pulun alınmasına əmin olub cinayətkar vədinə əməl edərək Şahid2 malın səthi baxış keçirilməsi üçün terminaldan anbara köçürülməsinə dair göstəriş verməklə anbara köçürülməsinə nail olaraq, 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 vasitəsilə Xaçmaz şəhəri, H.Əliyev prospekti, 1 A ünvanında yerləşən ƏƏSMN-nin tabeliyində olan Quba-Xaçmaz Regional Sosial Xidmətlər Agentliyinin inzibati binasında yerləşən sonuncunun xidməti iş otağında 2.000 manat məbləğində alınmasına nail olmaqla, ümumilikdə vahid niyyətlə külli miqdar təşkil edən maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə rüşvət qismində almış, həmin hərəkətləri ilə Məzahir Quliyev gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qeyd edilən cinayətlərin törədilməsində köməkçi qismində iştirak etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsində işləmişdir. 05 iyul 2023-cü il tarixdən həmin şöbənin inspektoru vəzifəsində işləməyə başlamışdır. Həmin vəzifədə işlədiyi dövrdə Şahid1 məxsus 2 yük maşını dolu avtomobil ehtiyat hissələri ölkə ərazisinə idxal edilmişdi. Həmin mallar barədə, 1 ay əvvəl eyni adda malların bəyan edildiyini, lakin həmin malların gömrük bəyannamələri ilə hazırki istinad bəyannamələrinə uyğun qiymət fərqinin olması və bunun araşdırılmalı olduğu bildirilmişdir. Şahid1 avtomobil izolyasiyası idxal etmişdi. Əvvəlki bəyan etdikləri eyni adda olan malların qiymətləri ilə hazırki bəyan edilən malların qiymətləri arasında təqribən 30% miqdarda fərq mövcud idi. Şahid1 məxsus 2 yük avtomobilində təxminən 40 adda idxal olunmuş mallar var idi. Müxtəlif adlarda idxal olunan mallar barədə də onların risk dəyərləndirməsi çox olur. Dəfələrlə MDB ölkələri istehsalı olan malların bəyan edildiyi, lakin içərisində Çin istehsalı olan malların olduğu yük avtomobilləri aşkar edilmişdir. Sahibkarlar MDB ölkələri istehsalı olan həmin mallar üçün idxal etdikləri malların dəyərinin 18%-i məbləğində, Çin istehsalı olan idxal etdikləri malların dəyərinin 36%-i məbləğində gömrük rüsumu ödəməli idilər. Belə olan halda, sahibkarlar rüsumlardan yayınmaq üçün bu cür vasitələrə əl atırdılar. Şahid2 ondan Şahid1 idxal etdiyi mallarla bağlı az öncə qeyd etdiyi problemlərlə bağlı soruşmuşdur, o da bu halların araşdırılması məqsədilə malların anbara yerləşdirilməsini bildirmişdir. O, heç kimdən rüşvət almamışdır. Təqsirləndirilən şəxs2 ilə sadəcə malların bazar qiymətlərini öyrənmək üçün telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs2 də təqribən 7 idi ki, idxal etdiyi malları təhvil almaq üçün idarəyə gəldikdə tanış olmuşdur. Onu vicdanlı sahibkar və Vətən müharibəsi iştirakçısı kimi tanımışdır. Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı olduğu üçün onun adını mobil telefonunda “Gədəbəy canavarı” kimi qeyd etmişdir.Təqsirləndirilən şəxs2 tanıdığı müddətdə, əvvəllər də, idxal olunmuş malların bəyan edilən qiymətlərində yaranmış fərqlər olduqda, onların bazar qiymətlərini öyrənmək üçün onunla telefon vasitəsilə əlaqə saxlamışdır. “Alfa” şirkəti Rusiya Federasiyasından sadəcə 3 şəxsə mal göndərirdi. Təqsirləndirilən şəxs2, Şahid1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. “Alfa” şirkətindən göndərilən 6-7 adda mallar var ki, onların bazar dəyərini öyrənmək üçün Təqsirləndirilən şəxs2 zəng etmişdir. Şahid1 məxsus yük avtomobilləri gəldikdə, Təqsirləndirilən şəxs2 bu barədə məlumat verməmişdir. Hətta, onunla malların bazar qiymətini soruşmaq üçün danışarkən, ondan soruşduqda məxfiliyi qorumaq üçün şirkətin adını “Gepro” olaraq qeyd etmişdir. Şahid1 məxsus mallarda şübhə doğuran digər bir məqam isə onların Sumqayıt təyinatlı olduğu halda Bakı Baş Gömrük İdarrəsinə göndərilməsi olmuşdur. Dəfələrlə olmuşdur ki, MDB ölkələri istehsalı olan malların bəyan edildiyi, lakin içərisində Çin istehsalı olan malların olduğu yük avtomobilləri aşkar edilmişdir. Bunun üçün idxal edilən mallara gömrük anbarında baxış keçirilməli olmuşdur. Gömrük anbarında həmin mallar invoysla birəbir olaraq yoxlanılır. Şahid1 məxsus mallar barədə olan problemi də ona Şahid2 bildirmişdir, o da yüklərin anbara nəzarətə verilməsi və yoxlanması barədə göstəriş vermişdir. Anbarda da malları yük məmuru digər əməkdaşlarla birgə yoxlayır. O, şəxsən düşüb malları yoxlamır. Hətta, onun nəzarətindən sonra da həmin mallar 2-3 yoxlanış prosedurundan keçir. Sonda isə rəhbər şəxs məruzə edilir. Yəni, onun hər hansı bir malı istədiyi kimi anbarda saxlamaq və s. kimi səlahiyyətləri yoxdur. Çox adda malların idxalı zamanı həmin mallar içərisində sahibkarlar tərəfindən bəyan edilməmiş malların olduğu da aşkar edilmişdir. Gömrük əməkdaşları tərəfindən düzgün bəyan edilməmiş mallar barədə bazar qiymətlərinə uyğun qiymətlər müəyyən edilir və gömrük rüsumu tətbiq olunur. Sahibkar bununla razılaşmadıqda, qanunvericiliyə uyğun olaraq gömrük ekspertizasına göndərilir və müvafiq rəy əsasında müəyyən edilən qiymətə uyğun gömrük rüsumu hesablanır. Şahid1 1 ay əvvəl eyni adda mallar idxal etmişdir. Həmin malların bəyan edilən qiymətləri ilə hazırda bəyan edilən qiymətlər arasında 30% miqdarda fərq olmuşdur. Şahid1 bu malların dəyərini aşağı qiymət ilə bəyan etmişdir. Şahid1 məxsus mallar 3 gün müddətində onun nəzarətində qalmışdır. Elə sahibkarlar olmuşdur ki, eyni şübhə doğuran məqamlarla onlara məxsus mallar 5 gün, 9 gün, hətta 10 gün müddətində anbarda saxlanılmışdır. O, Təqsirləndirilən şəxs2 ilə telefonda danışarkən ondan qiymətlərini soruşduğu malların Şahid1 məxsusluğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 sadəcə müxtəlif adda malların bazar dəyərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 ilə aralarında Şahid1 tanıyıbtanımamağı, ona məxsus malların anbarda saxladılması və s. barədə söhbət olmamışdır. Təqsirləndirilən şəxs3 isə heç vaxt görməmiş, onu tanımır, adını ilk dəfə məhkəməyədək icraat zamanı eşitmişdir. Ümumiyyətlə, mallar gömrük ərazisinə daxil olduqdan sonra maliyyə şöbəsinə verilir. Elektron sistem vasitəsilə bu mallara icraçı təyin olunur. Şahid1 məxsus mallar üçün də icraçı Şahid2 təyin edilmişdi. Şahid2 malların qiymətlərini və mənbələrini özü dəqiqləşdirə bilməyəcəyini demişdir. O da sənədlər üzrə araşdıraraq, malların MDB ölkələri istehsalı olan mallar olduğunu müəyyən etmişdir. Malların bazar dəyəri barədə sahibkarlardan soruşmaq qanunidir. Təqsirləndirilən şəxs2 “Alfa” şirkəti tərəfindən mallar idxal olunduğu üçün malların bazar dəyəri barədə ondan soruşmuşdur. Şahid2 malların nəzəri yoxlanması barədə bildirmişdir. Şahid1 şikayəti 12 avqust 2023-cü il tarixdə etmişdir. Mallar isə anbara 11 avqust 2023-cü il tarixdə qoyulmuşdur. Şahid1 gömrük rüsumunu 11 avqust 2023-cü il tarixdə ödəmiş olsaydı belə, mallar o tezlikdə anbardan çıxa bilməzdi. Çünki, mallarla bağlı az öncə qeyd etdiyi şübhə doğuran məqamlar var idi və onlar yoxlanmalı idi. O, heç vaxt rüşvət müqabilində iş görməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 20 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əsas fəaliyyəti avtomobil ehtiyat hissələrinin satışının həyata keçirilməsidir. Şahid1 da avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən sahibkar kimi tanımışdır. Təqsirləndirilən şəxs1 gömrük əməkdaşı kimi tanımış, onun idxal olunan malları 3-4 dəfə Təqsirləndirilən şəxs1 yoxlamışdır. Təqsirləndirilən şəxs3 də Xaçmazda gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı tanımışdır. Onunla mütəmadi olmasa da, arabir danışıqları olmuş, bir-birilərindən hal-əhval tutmuşlar. Təqsirləndirilən şəxs1 ona zəng edərək, bir neçə adda malların bazar qiymətlərini soruşmuşdur. Həmin vaxt o, Şahid1 mallarının ölkə ərazisinə idxal olunacağını bilirdi, lakin o, bu malların Sumqayıt Gömrük İdarəsində rəsmiləşdiriləcəyini gözləyirdi. Çünki, bu barədə məlumat almışdır. Təqsirləndirilən şəxs1 ona malları adları ilə qeyd edərək, qiymətlərini soruşduqdan sonra Rusiya Federasiyasi, Tolyatti şəhərindəki, mobil telefonunda “Fərid Tolyatti” kimi qeyd olunmuş tanışına zəng edərək, ona səhv məlumat verdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona şirkətin adını ”Gepro” olaraq bildirmişdi. Sonradan Fərid adlı şəxs ona sənədləri göndərmiş, sənədlərdən malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu və Sumqayıt təyinatlı olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq, ona Şahid1 ona borcu olmasını bildirmiş və ondan pulunu almağına köməklik etməyinə dair xahiş etmişdir. Təqsirləndirilən şəxs3 borcunu alacağı təqdirdə ona da müəyyən məbləğdə pul verəcəyini vəd vermişdir. Lakin, bu məsələ barədə heç kimə danışmamasını və onun adını hallandırmamasını bildirmişdir. Təqsirləndirilən şəxs3 Şahid1 məxsus malların İpək-Yolu Gömrük postuna gəlib-gəlməməsini soruşmağını bildirmişdir. Şahid1 da bu suala müsbət cavab verərək, Təqsirləndirilən şəxs3 bu məlumatı necə bildiyini soruşmuşdur. Təqsirləndirilən şəxs3 də cavabında orada tanışı olduğunu qeyd etmişdir. Eyni zamanda mallarının qırılacağını, gömrüklə bağlı problemləri olduğu halda ona kömək edə biləcəyini demişdir. Şahid1 da onunla razılaşmışdır. O da Təqsirləndirilən şəxs3 8000 manat məbləğində pul qarşılığında onun mallarının gömrük yoxlanışından problem olmadan keçiriləcəyi barədə vəd verməsini bildirmişdir. Şahid1 əvvəlcə 6000 manat məbləğində pulu onun qohumu Şahid4 vermiş, daha sonra 2000 manat məbləğində pulu isə Təqsirləndirilən şəxs3 vermişdir. Şahid4 verilən pulu götürmək üçün tələsmirdi. Şahid4 də pulu heç kimə verməməyini və saxlamağını tapşırmışdır. Çünki öz pulum idi deyə arxayın olmuşdur. Başqa şəxsə çatmalı olan pul olsa, 3 gün gözlətməzdi. O, Şahid1 təxminən 10 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs3 də Xaçmaz şəhərində deklarantın yerini tanımadığı üçün ondan soruşmuş, o da onu həmin yerə aparmış və bundan sonra tanımışdır. Təqsirləndirilən şəxs3 Şahid1 tanıdığını bilirdi, sadəcə onunla münasibətlərinin səmimi olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs3 Şahid1 bu cür “oyun” vasitəsilə pul almaq istəyini bildirdikdə, ondan nə üçün birbaşa Şahid1la danışmadığını soruşmuşdur. O da Şahid1 ona borcu olduğunu, bu səbəbdən ona zəng etmədiyini, zəng edəcəyi halda onun yalan dediyini və borcunu almaq üçün onu aldatdığını başa düşəcəyini bildirmişdir. Şahid1 ona borcu olmasına dair sənəd və videogörüntü mövcuddur. Şahid1 borcunu guya, onun mallarının gömrük postundan tez çıxarılmasına nail olunması vədi ilə almaq istəmişdir. Təqsirləndirilən şəxs1 bu məsələdən məlumatı olmamışdır.Təqsirləndirilən şəxs1 malların bazar dəyərini müəyyən etmək üçün ona zəng etmişdir. O da Təqsirləndirilən şəxs1 həmin malların hansı müddətə yoxlanışdan keçiriləcəyi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs1 da ona prosesləri yaxşı bildiyini, 1-2 gün müddətində yekunlaşacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs3 vaxtın az olduğunu, tez hərəkətə keçməli olduqlarını bildirmişdir. Şahid1 ondan bir neçə adda malların onun adından idxal edilməsini xahiş etmişdir. O da onun xahişini yerinə yetirmişdir. Həmin malları ona bazar qiymətindən aşağı qiymətə vermişdir. Şahid1 isə ona həmin pulu geri qaytarmamışdır. Şahid1 borcundan hissə-hissə ödənişlər etmişdir, lakin bu ödənişləri təkidlərdən sonra etmişdir. Təqsirləndirilən şəxs3 Şahid1 borcunu alacağı təqdirdə pul verəcəyini vəd etmişdir. Şahid1 əvvəl 6000 manat məbləğində pulu gətirdikdə, sonradan onun 2000 manat da gətirəcəyinə inanmırdı. Bu səbəbdən 6000 manat məbləğində puldan 500 manatı Təqsirləndirilən şəxs3 verməyi planlaşdırırdı. Lakin, sonra Şahid1 2000 manatı da Təqsirləndirilən şəxs3 vermişdir. Bu pulu nəzərdə tutmadığı üçün Təqsirləndirilən şəxs3 həmin puldan 1500 manat məbləğində pulu özü üçün götürməsini, qalan 500 manatı isə ona atacağım bank kartına köçürməsini bildirmişdir. 29 avqust 2023-cü il tarixdə Şahid1 öz işçiləri vasitəsilə ona olan borcunu Sumqayıt şəhərində “avtomobil bazarı” deyilən ərazidə övladına vermişdir. Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid1 aldığı 8000 manat məbləğində pul əməliyyatçılar tərəfindən götürülmüşdür. Bu pullar ona çatmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş itttiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılanadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz filialının müdiri vəzifəsində işləmişdir. 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək, Xaçmaz rayonunda Pərviz və atası Murad adlı şəxsləri tanıyıb-tanımadığını soruşmuşdur.O da onları tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 məxsus yük avtomobilinin gömrük ərazisinə daxil olduğunu və hazırda bu avtomobillərin “İpək Yolu” Gömrük postunda saxlanıldığını ona bildirmişdir. Onun Şahid1la aralarında borc məsələsi yarandığını, Şahid1 ona borclu olduğunu və uzun müddətdir ki, bu pulu ondan geri ala bilmədiyini qeyd etmişdir. Həmin pulun Şahid1 almaq üçün ondan kömək istəmişdir. Belə ki, ondan Şahid1 onun mallarının gömrük postundan tez zamanda gömrük ərazisinə buraxılmasına köməklik göstərilməsi müqabilində ondan pul istəməyini xahiş etmişdir. Şahid1 mobil telefon nömrəsini qeyd etmədiyi üçün Təqsirləndirilən şəxs2 onun nömrəsini ona göndərmiş və o, Şahid1 ilə əlaqə saxlamışdır. Ondan yük avtomobillərinin “İpək Yolu” Gömrük postunda saxlanılması barədə soruşmuş, Şahid1 bunu təsdiqləmişdir. Ondan bu məlumatı kimin dediyini soruşduqda, tanışı vasitəsilə öyrəndiyini, tanışının ikisinin də Xaçmaz şəhərində yaşadığını bildiyi üçün onunla əlaqə saxlamaq üçün ona müraciət etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahid1 ona məxsus yük avtomobillərinin qeyd edilən gömrük postunda olduğunu təsdiq etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona gömrük ərazisinə daxil olan malların adətən, gömrük postunda boşaldılaraq yoxlanıldığını qeyd edərək, Şahid1 onun mallarının gömrük postundan birbaşa onun anbarına göndəriləcəyini və orada boşaldılacağını bildirməyini demişdir. Eyni zamanda, bunun müqabilində dövlət rüsumundan əlavə 8000 manat məbləğində ödəniş etməli olduğunu deməyini bildirmişdir. Təqsirləndirilən şəxs2 bildirdiklərini Şahid1 demişdir. Şahid1 əvvəlcə bu təklif barədə başqa şəxslə məsləhət edəcəyini, daha sonra cavabını verəcəyini demişdir. Bundan sonra, Şahid1 bu təkliflə razılaşmış və ondan pulu kimə verməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs2 bu barədə məlumatlandırmışdır. Təqsirləndirilən şəxs2 Bakı şəhərində ofisi olduğunu bildirərək, həmin ofisdə çalışan şəxsin mobil telefon nömrəsini ona göndərmiş və Şahid1 həmin şəxslə əlaqə saxlayaraq, pulu ona verməsini demişdir. Şahid1 6000 manat məbləğində pul tapa bildiyini, 2000 manat məbləğində pulu isə növbəti gün verəcəyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 demiş, Təqsirləndirilən şəxs2 razılaşmışdır. Şahid1 pulu Təqsirləndirilən şəxs2 dediyi şəxsə verdikdən sonra ona, o da Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs2 də Şahid1 gömrük rəsmiləşdirilməsi prosedurlarına başlamasını bildirmişdir. 12 avqust 2023-cü il tarixdə Şahid1 qalan 2000 manat üçün zəng etmişdir. Şahid1 səhhətində problem olduğunu, növbəti gün bu məsələni həll edəcəyini bildirmişdir 14 avqust 2023-cü il tarixdə Şahid1 ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Şahid1 telefon vasitəsilə ona pul vermək istəməsini deyil, sadəcə onu görmək istədiyini bildirmişdi. Bundan sonra o, onun işlədiyi yerə gəlmişdir. 2000 manat məbləğində pulu ona vermişdir. Bundan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar. Ona rüşvət aldığını demişlər. O da onlara pul götürdüyünü, lakin bunu rüşvət qismində əldə etmədiyini bildirmişdir. Onlara məsələnin mahiyyəti demişdir. Onlar ona həmin 2000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 taksi sürücüsü vasitəsilə göndərməyini bildirməyi demişlər. O da bu cür etmişdir. Təqsirləndirilən şəxs2 1500 manat məbləğində pulu özündə saxlamağını, 500 manat məbləğində pulu isə atacağı bank kartına köçürməyini bildirmişdir. Həmin əməkdaşlar bu danışıqları eşitmişlər. Ondan həmin 1500 manat məbləğində pul barədə soruşmuşlar. O da həmin pulun nə məqsədlə verildiyini bilmədiyini, lakin 8000 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 çatdırılmasında ona köməklik etdiyi üçün verməsi ehtimalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqribən 20 il idi ki, tanıyırdı. Onunla Xaçmaz şəhərində gömrük rəsmiləşdirilməsi üçün getdiyi vaxt ünvan soruşduğu zaman tanış olmuşdur. Ədalət Qulliyevlə arabir mobil telefon vasitəsilə əlaqə saxlamış, onunla görüşməmişdir. Təqsirləndirilən şəxs1 tanımamış, onun adını da heç vaxt eşitməmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 ona borcu olması barədə çox az məlumat vermişdi. O, bu məsələyə laqeyd yanaşmış, məsələnin mahiyyətini bilməmişdir. Şahid1 8000 manat müqabilində vəd olunan işlərin görülüb-görülmədiyini bilməmişdir. Xatırladığı qədərilə Şahid1 2000 manat məbləğində pulu verərkən mallarının gömrük postundan çıxarılmadığını bildirmişdi. Təqsirləndirilən şəxs2 ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə mesajlaşmış, onun Şahid1 ilə aralarında olan borc məsələsi ilə bağlı mesajlaşma yox, mobil telefon danışıqları həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 onunla danışıqlarını etdiyi 8000 manat məbləğində pulu kiməsə verməli olduğu barədə qeyd etməmişdir. Hazırki tarixədək heç vaxt gömrük rəsmiləşdirilməsi işinin görülməsində iştirak etməmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onunla əlaqədar heç bir şey olmadığını qeyd edərək, onlarla əməkdaşlıq etməyini bildirmişlər. Bundan sonra ona özünə məxsus bank kartından Təqsirləndirilən şəxs2 atdığı bank kartına 500 manat məbləğində pul köçürməyini demişlər, o da göndərmişdir. Şahid1la əvvəllər heç bir iş görməmişdir. Ümumiyyətlə, onunla sadəcə bir-birilərini tanımışlar. Sıx münasibətləri olmamışdır. Əvvəllər telefon vasitəsilə danışsalar da, münasibətləri yaxın olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edilməsini zəruri hesab edir. Belə ki, Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təxminən 5-7 il müddət idi ki, tanıyırdı. Onun Təqsirləndirilən şəxs2 borcu 2021-ci il tarixdən yaranmışdır. 2022-ci ilin sentyabr ayından etibarən hər 1000 manat məbləğində olmaqla, borcunu qaytarırdı. Hər ay qeyd etdiyi məbləğdə pulu Təqsirləndirilən şəxs2 oğluna verirdi. Pulu verdikdə Təqsirləndirilən şəxs2 oğlu həmin pulu almağına dair qəbzə imza etmişdir. Hadisə baş verdiyi vaxtadək ona 6-7 min məbləğində borcu qalmışdır. Həmçinin hadisə baş verdiyi tarixədək gömrük ərazisinə gətirdiyi mallar heç vaxt hazırki işdəki müddətlərdə gecikməmişdir. Ən geci 3 gün ərzində sifariş etdiyim malların gömrük ərazisinə buraxılışı rəsmiləşdirilmişdir. Sifariş etdiyi mallar üçün bu qədər müddət ərzində buraxılış verilməməsi ilə maraqlandıqda malların buraxılacağı bildirilmişdi. Hətta, Dövlət Gömrük Komitəsinə də bu barədə müraciəti etmişdir. 2023-cü ilin 10 yaxud 11 avqust tarixində Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq, mallarının gömrük postundan buraxılmasında problem olub-olmamasını, kömək lazım olub-olmadığını soruşmuşdur. Ona bu barədə kimdən məlumat aldığına dair sual vermiş, o, gömrük orqanı əməkdaşından öyrəndiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 mallarının gömrük postundan buraxılması müqabilində 12000 manat pul istənildiyini demişdir. Ona müəyyən şəxslərlə məsləhətləşdikdən sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə bu barədə şifahi qaydada müraciət etmişdir. Həmin idarənin səlahiyyətli şəxsləri ona təklif olunan məbləğ ilə razılaşmağını bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs3 ilə 8000 manat məbləğində pul müqabilində razılaşmışdır. Səhv etmirəmsə, 11 avqust 2023-cü il tarixdə razılaşdırılmış məbləğdən ilkin olaraq 6000 manat məbləğində pulu vermişdir. 2023-cü ilin 13 yaxud 14 avqust tarixində isə razılışdırılmış məbləğin qalan 2000 manatını da Təqsirləndirilən şəxs3 işlədiyi ofisdə vermişdir. Ümumiyyətlə, avtomobil ehtiyat hissələri zavod istehsalı və qarışıq mallar olmaqla, 2 növdə qeyd edilərək gömrük postundan gömrük ərazisinə buraxılır. Qarışıq mallar üçün gömrük orqanı tərəfindən statistik dəyər müəyyən edilir. Həmin statistik dəyər ***-**** manat məbləğləri aralığında olur. O da sözügedən ehtiyat hissələri üçün 1050 manat məbləğində ödəniş həyata keçirmişdir. Onun Təqsirləndirilən şəxs2 16500 manat məbləğində borcu olmuşdur. Həmin borcun hazırki məsələ ilə heç bir aidiyyəti yoxdur. Sumqayıt Gömrük İdarəsində Təqsirləndirilən şəxs2 ona olan borcu ilə əlaqədar ondan 4000 manat məbləğində pul almışdır. 2022-ci ilin avqust ayınadək Təqsirləndirilən şəxs2 16500 yaxud 17000 manat məbləğində borcu qalmışdır. 2022-ci ilin sentyabr ayından bəri hər ay təxminən 1000 manat məbləğində pul Təqsirləndirilən şəxs2 oğluna ödənilirdi. Təxminən 2-3 ay müddətində ödəniş etmədiyi üçün onun atasını çağırararaq danışıqlar aparmışlar və hər ay 1000 manat məbləğində ödəniş edilməsinə dair razılaşmışlar. Bu tarixdən etibarən hər ayın 1-dən 10-dək 1000 manat məbləğində ödəniş həyata keçirmişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında hər hansı bir dövlət orqanına müraciət edərək, borcunu ondan alacağı barədə söhbət olmamışdır. Hadisə baş verdikdən sonra təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs2 qalan təqribən 6000-7000 manat məbləğində borcunu da ödəmişdir. Onun gömrük ərazisinə 2 yük avtomobili daxil olmalı idi. Yük avtomobillərinin biri 9 gün, digəri isə 13 gün müddətində saxlanılmış və gömrük ərazisinə buraxılmamışdır. Rüşvət məsələsinin onun Təqsirləndirilən şəxs2 olan borcu ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o, rüşvəti verdikdən 9 dəqiqə sonra mallara dair buraxılış verilmişdir. O, pulu 12 avqust 2023-cü il tarixdə təxminən saat 10:00-11:00 radələrində vermişdir. 11 avqust 2023-cü il tarixdə onun mobil telefonuna ödənişin tamamlanması barədə elektron qaydada bildiriş gəlməmişdir. Həmin məzmunda bildiriş barədə xatırlamır. O, gömrük ərazisinə gətirdiyi malların dəyərini olduğundan aşağı qiymətə qeyd edə bilər. Gömrük orqanı həmin mallara dair statistik dəyər müəyyənləşdirir. Mal sahibi olaraq o da həmin dəyəri ödəyərək, malları gömrük orqanından təhvil alır. Bu hadisə baş verdiyi üçün daha sonra onun mallarını dəqiqliklə yoxlamışlar və həmin mallar 39 gün saxlanılmışdır. Təqdim edilmiş videogörüntüdəki şəxslərə gəldikdə isə onlar onun tabeliyində işləyən Rəşad adlı şəxs və Təqsirləndirilən şəxs2 oğlu Elvin Məcidlidir. Rəşad adlı şəxs Elvin Məcidliyə pul verir. Hadisə baş verdiyi vaxtdan 2-3 gün əvvəl o, Təqsirləndirilən şəxs2 qalan 6500 manat məbləğində borcundan 1000 manat vermişdir. Hadisə baş verdikdən təxminən 10-14 gün sonra qalan 5500 manat məbləğində borcunu da geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 09 avqust 2023-cü il tarixdə gömrük ərazisinə gətirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mallar rəsmiləşdirilməsi üçün ona həvalə edilmişdir. Həmin şirkətin nümayəndəsi bir neçə dəfə daxili mobil telefon vasitəsilə ona zəng edərək, mallarının rəsmiləşdirilməsinin hansı mərhələdə olduğu barədə soruşurdu. Həmin şirkət tərəfindən gömrük ərazisinə 69 adda mal gətirildiyi və riskli mallar qrupuna daxil olduğu üçün onlar yoxlanılmalı idi. Həmin mallar ehtiyat hissələri və avtomobil izolyasiyası olduğu və o da bu sahəni yaxşı bilmədiyi üçün Təqsirləndirilən şəxs1 kömək istəmişdir. Təqsirləndirilən şəxs1 malların sənədlərinə baxış keçirmişdir. O, mallara fiziki baxış keçirməmişdir. Ehtiyat hissələri və avtomobil izolyasiyası onun pozisiyası olmadığı üçün bu sahədə kifayət qədər bilikli və təcrübəli deyildi. Malların sənədlərinin araşdırılmasının risk şöbəsinə verildiyi barədə mal sahibinə məlumat vermişdir. Malları yönləndirdikdən sonra aradabir onların aqibəti ilə əlaqə saxlayırdı. Bir neçə saat sonra işləri çox olduğundan hələ mallara baxılmadığı bildirilmişdir. 11 avqust 2023-cü il tarixdə bəzi mallara dair şübhələr olduğundan onların anbara verilməli olduğu bildirilmişdir. O da elektron sistem vasitəsilə mallara dair bu barədə göndəriş etmək istəmişdir. Bu zaman mal sahibi tərəfindən gömrük ərazisinə gətirilən mallara dair ödəniş edilmədiyini görmüşdür. Bu barədə də mal sahibinə məlumat vermişdir. 12 avqust 2023-cü il tarixdə ödəniş edilmişdir. Sözügedən mallara dair son qərarı o verməli idi. O, bu mallara 12 avqust 2023-cü il tarixdə saat 12:36-da mallara dair buraxılış vermişdir. Lakin, sonradan həmin mallar barədə mal sahibi bəyan ediləndən artıq mal gətirdiyi üçün hüquqpozmalara dair araşdırılma aparılmışdır. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, 2008-ci ildən Azərbaycan Respublikasının Gömrük xidməti orqanlarında çalışır, hazırda Bakı Baş Gömrük İdarəsində proseduralar və ödənişlər şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. Gömrük dəyərləndirilməsi şöbəsinin inspketoru Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri iş yoldaşı kimi olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Məzahirlə xidmətin təşkili ilə bağlı iş prosedurları barədə göstərmişdir ki, Bakı Baş Gömrük idarəsinin “İpəkyolu” postuna mal daxil olduqdan sonra sahibkar öz gətirmiş olduğu malları bəyan etmək üçün deklaranta müraciət edir, deklarant isə öz növbəsində malları gömrük elektron kağızında bəyan etdikdən sonra onu Bakı Baş Gömrük idarəsinə rəsmişləşdirilməsi üçün elektron qaydada sistemə daxil edir. O, da növbəsi çatdıqdan sonra yüklərin növbəsindən asılı olaraq malların qiymətinin və sənədlərin uyğun olub-olmamasını aydınlaşdırır. Əgər qiymət və sənədlərin düzgün bəyan edilməsi müəyyən edildikdə malları buraxılışa yönləndirir. Həmin mallar avto ehtiyat hissələri olduqda isə dərhal bu barədə Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Təqsirləndirilən şəxs1 məlumat verir. Buna səbəb həmin növdən olan malların dəyərinin və mallara aid olan kodların düzgün olub-olmamasını Gömrük dəyərləndirilməsi şöbəsi, daha dəqiq desə Təqsirləndirilən şəxs1 araşdırır. Onun məhz həmin növdə olan mallar barəsində yoxlama aparmağa dair hər hansı bir səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 onun məlumatına əsasən yoxlama aparmağa başlayır, yekun cavaba əsasən isə müvafiq addım atılır. Mallarda uyğunsuzluq aşkar edilməzsə buraxılışa verilir, uyğunsuzluq aşkar edildikdə isə sahibkara uyğunsuzluğunu aradan qaldırmasına dair məlumat verilir. Mahiyyəti üzrə bildirmişdir ki, 08 avqust 2023-cü il tarixdə içərisində sahibkar Şahid1 məxsus avto ehtiyat hissələri olan yük maşını “İpəkyolu” psotuna daxil olmuşdur. O, həmin avtomaşına dair deklarant tərəfindən tərtib olunmuş elektron sənədlərə baxan zaman yükün avto ehtiyat hissələri olmasını gördüyündən dərhal bu barədə Gömrük dəyərləndirilməsi şöbəsi Təqsirləndirilən şəxs1 daxili telefon vasitəsilə məlumat vermiş, sonuncu da kodları və dəyərini yoxlayıb nəticə barəsində məlumat verəcəyini bildirmişdir. Buna müfaviq olaraq Məzahirin verəcəyi cavabı gözləmişdir. Qeyd etmişdir ki, həmin cavab verilənədək mallar postda saxlanılmış və buraxılış verilməmişdir. O, bununla bağlı gün ərzində bir neçə dəfə Təqsirləndirilən şəxs1la daxili telefonla danışaraq yoxlamanın başa çatıb- çatmadığını soruşmuş, lakin, Məzahir yoxlamanın davam etdiyini, gözləməyini bildirmişdir. Təxminən 5-6 gün ərzində həmin mallar gömrük postunda qalmış, 12 avqust 2023-cü il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs1 ona daxili telefon vasitəsilə malların anbara buraxılmasına dair göstəriş vermiş və o, bu göstərişə uyğun olaraq malı anbara buraxdırmışdır. Bundan sonra malları yük məmuruna yönləndirilmişdir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, sahibkar Şahid1 məxsus avto ehtiyat hissələrinin yük anbarına buraxılmasına dair göstəriş ona Təqsirləndirilən şəxs1 tərəfindən verilmişdir. Sahibkar Şahid1 rüşvət istənilməsi barədə məlumatı olmamış, Pərvizə məxsus ehtiyat hissələrinin gömrük sənədləşdirilməsi zamanı tərəfindən hər hansı qanunsuz hala yola verilməmiş, xidməti vəzifələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona vermiş olduğu tapşırığı qanuni bilib icra etmişdir. Çünki, həmin malın yoxlanılması səlahiyyəti Məzahirdə olmuş və Məzahirin ona bildirmiş olduğu nəticəyə uyğun olaraq öz vəzifəsini icra etmişdir. (Cild 1, iş vərəqləri 87-91) Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Rəsmiləşmə Mərkəzinin rəis müavini Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Bakı Baş Gömrük İdarəsinə daxil olan bəyannamələrin hansı ki, bunların sayı gün ərzində 1000-dən çox olur, onların 24 saat ərzində rəsmiləşdirilməsi həyata keçirilir. Onun işlədiyi şöbə tərəfindən bu rəsmiləşdirilmələrin həyata keçirilməsinə, gömrük dəyərlərinin düzgün yığılmasına, anbarda yoxlanılacaq malların dəyərlərinin düzgün yoxlanmasına nəzarət həyata keçirilirdi. Gömrük Dəyərləndirilməsi şöbəsinin əməkdaşları spesifik mallar üzrə xüsusi biliklərinə görə qruplaşdırılmışdılar. Həmin əməkdaşları istər onların şöbəsinin əməkdaşlarından, istərsə də, digər şöbənin əməkdaşlarından daha çox biliyə malik və təcrübəli idilər. O da vəzifəsinə uyğun olaraq, gömrük postuna daxil olan mallar barəsində hər hansı şübhə aşkar etdikdə, onu yoxlanılması üçün Gömrük Dəyərləndirilməsi şöbəsinin əməkdaşlarına göndərirdi. İş günlərinin birində adını sonradan bildiyi Şahid1 mallarının anbara verildiyini bildirmişdir. Sonradan onun mallarının ehtiyat hissələri və avtomobil izolyasiyası olduğu müəyyən edilmişdir. Şahid1 malların fotoşəkillərini istəmişdir. Çünki, fotoşəkillərə baxdıqdan sonra malların təyinatı və mənşəyi barədə təsəvvürüm yaranacaqdı, ona malların nə üçün anbara verildiyini bildirəcəkdi. Şahid1 avtomobil izolyasiyası malları gətirdiyini bildikdən sonra onu Təqsirləndirilən şəxs1 yönləndirmiş və Təqsirləndirilən şəxs1 məsələni araşdıraraq ona məruzə etməsini bildirmişdir. Sonradan öyrəndiyinə görə Şahid1 heç Təqsirləndirilən şəxs1 yaxınlaşmadan gömrük postundan uzaqlaşmışdır. Şahid1 Təqsirləndirilən şəxs1 yaxınlaşması üçün yönləndirdikdən sonra həmin işin nəticəsi barədə məlumatı olmamışdır. Bunun səbəbi gün ərzində çoxlu vətəndaş qəbul etməyi və yadından çıxması olmuşdur. Parçalar, ehtiyat hissələri və s.kimi mallar birbaşa anbara verilir və orada yoxlanılır. Ümumiyyətlə, yük məmurları adlanan gömrük əməkdaşları tərəfindən qeyd etdiyi risk qrupuna daxil olan mallar yerində və anbarda olmaqla, 2 mərhələdən ibarət prosedura uyğun yoxlanılır. İstənilən şəxs malların anbara verilməsini təmin edə bilər. Çünki, bunu istəyən gömrük əməkdaşı həmin mallarla bağlı hər hansı riskdən şübhələ bilər. Lakin, anbardan buraxılış departament rəhbərinə məruzə edilməlidir, onun icazəsi əsasında buraxıla bilər. Qarışıq avtomobil ehtiyat hissələri birmənalı olaraq anbara verilməlidir. İşlənmiş ehtiyat hissələri bəzən anbara verilmir. Buna səbəb həmin malların boşaldılması üçün texniki imkanların olmamasıdır. Belə ki, bu malların avtomobilə yerləşdirilməsi formasına görə onların avtokarlar tərəfindən boşaldılması mümkün olmur. Malların anbara verilməsi sadəcə onun dəyərinin müəyyən edilməsi ilə bağlı deyildir. Həmin malların gömrük bəyannaməsi də yoxlanılır. Ehtiyat hissələri malları üzrə ən bilikli inspektorlar Təqsirləndirilən şəxs1 və Mirəşrəf adlı şəxslər idi. Ehtiyat hissələri malları yoxlanılması digər mallara nisbətdə çətindir. Çeşidlər və kateqoriyaların çoxluğunu nəzərə alsalar da, inspektorun səhv etmək ehtimalı çox olduğu üçün ona nəzarət də gücləndirilmişdir. Bu mallar yük məmurları tərəfindən yoxlanılır. Əlavə olaraq anbarda rəhbər şəxs tərəfindən buna nəzarət olunur və onun da baxışı nəticəsində mümkün risklər onlara bildirilir. Maliyyə məmuru elektron sistem vasitəsilə avtomatik olaraq seçilir. Mallara nəzarət sonadək həmin maliyyə məmuruna məxsus olur və sonda buraxılışı da həmin məmur verir. Gedişata uyğun olaraq, maliyyə məmuru başqa məmurlardan kömək istəyə bilər. Həmin məmur malların dəyərini, mənşəyini, riskləri və s. müəyyən edir. Bundan sonra qrup rəhbərinə yaxud ümumi rəhbərə məruzə edir. Daha sonra uyğunsuzluq olduğu halda bəyannaməni deklaranta qaytararaq, ona dəyərə düzəliş təqdim edir. Dəyərə düzəliş, yəni bəyan edilən malın dəyərində yaranan uyğunsuzluğun aradan qaldırılmasıdır. Əgər uyğunsuzluq olmasa, bəyannamə təsdiq edilərsə, məmur malları fiziki yoxlanışa göndərə də bilər, göndərməyə də bilər. Fiziki yoxlanışa göndərildikdə, mallar anbara aparılır, orada boşaldılır, çeşidlənir və bəyannamələrdə qeyd olunanlarla eyniləşdirilir. Bu zaman uyğunsuzluq aşkar edilməzsə, mallar anbardan buraxıla bilər. Malların anbardan buraxılması qaydası da elektron həyata keçirilir. Belə ki, mallar anbarda yoxlanıldıqdan və uyğunsuzluq müəyyən edilmədikdən sonra X1 Sistemində (VAİS) ilk təyin edilmiş maliyyə məmuruna qaytarılır. Maliyyə məmuru da elektron sistem vasitəsilə malların fiziki yoxlanışdan keçirilməsi nəticəsinə baxdıqdan sonra onların buraxılması haqda qərar verir. İki şöbənin əməkdaşlarının verdikləri rəylərdə ziddiyyət yaranarsa, o, Gömrük Dəyərləndirilməsi şöbəsinin əməkdaşlarına üstünlük verir. Ona görə ki, həmin şöbənin əməkdaşları daha çox xüsusi biliyə malik əməkdaşlardırlar. Ziddiyyət arasında fərq çox olarsa, bu halda əlavə araşdırma aparılmalıdır. Şahid1 gətirdiyi mallarin içərindən ümumiyyətlə və düzgün bəyan edilməyən mallar aşkar edilmişdi. Malların anbardan çıxarılması Təqsirləndirilən şəxs1 səlahiyyətində deyildi. Əgər malların dəyərinin yoxlanılması sadəcə Təqsirləndirilən şəxs1 tapşırılsa, bu zaman o özü və üçüncü şəxs üçün üstünlük əldə edə və buna şərait yarada bilər. Lakin, gömrük inspektorlarına nə qədər etibar etsələr də, prosesedurlara uyğun olaraq, yoxlanış heç vaxt bir nəfərə tapşırılmır. Hər zaman gizli olaraq digər əməkdaş tərəfindən yoxlanılır. Şahid1 gömrük ərazisinə gətirdiyi malları anbara verilmədən buraxa bilməzdilər. Şahid2 elektron sistemə qeyd etməsini bildirmişdir. Şahid1 1 ay əvvəl eyni adda gətirdiyi malların dəyərini 30% aşağı həddə yazmışdır. O, onun dəyərini 1200 manat artıq qeyd edərək, göndərmişdir. Şahid1 tərəfindən gömrük ərazisinə gətirilən ikinci yük avtomobili Şahid1 birinci avtomobilində riskli mallar olduğu üçün onun özü də riskli sahibkar hesab olunaraq, ona məxsus digər yüklər də anbara verilərək yoxlanılmışdır. Həmin mallarda heç bir uyğunsuzluq aşkar edilmədiyindən onlar anbardan çıxarılmışdır. Şahid1 gömrük ərazisinə gətirdiyi malların anbara verilməsi üçün hər hansı şübhəyə əsas olmasına ehtiyac yox idi. Həmin mallar onsuzda növünə görə anbara verilməli idi. Şahid1 1,5 ildən uzun müddət idi ki, gömrük ərazisinə mal gətirmirdi. Bu səbəbdən də onun mallarına anbarda baxış keçirilməsi zərurəti yaranmışdır. Şahid1 onun yanına gələndə dediyinə görə onun 1 yük avtomobili qapıdan geri qaytarılmış, digəri isə anbara verilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyim ifadəsini təsdiqləyərək göstərdi ki, direktoru Ruslan Şəmiyev olan ofisin meneceri vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs2 ofisə Ruslan Şəmiyevin yanına bir neçə dəfə gələndə görmüşdür. 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs3 adında şəxsin yanına bir nəfər göndərəcəyini, həmin şəxsin 8000 manat məbləğində pul verəcəyini, onun isə həmin pulu götürdükdən sonra ona məlumat verməyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs3lə danışmışdır. Lakin, həmin gün görüş alınmamışdır. Təqsirləndirilən şəxs2 isə həmin gün yenidən ona zəng edərək, həmin görüşün sabaha qaldığını bildirmişdir. 12 avqust 2023-cü il tarixdə şirkətdə olan zaman tanımadığı bir nəfər təxminən saat 10:30 radələrində tək ofisə gələrək ona 6000 manat məbləğində pul vermişdir. O, həmin pulu götürdükdən sonra sayaraq 6000 manat pul olduğunu görmüş və Təqsirləndirilən şəxs3 zəng edərək pulun miqdarını bildirmişdir. Təqsirləndirilən şəxs3 ona problem olmadığını, həmin pulu götürərək özündə saxlamağı bildirmişdir. 13 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək ona həmin şəxs tərəfindən əlavə olaraq 2000 manat məbləğində pul da veriləcəyini bildirmişdir. Lakin həmin məbləğ ona verilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də qiymətləndirib mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokolundan görünür ki, disk açılan zaman diskin içərisində 7 ədəd fayl müəyyən edilmişdir. “WhatsApp Video 2023-08-14 at 13.48.53” adlı fayl açıldıqda müəyyən olunur ki, 11 avqust 2023-cü il tarixdə saat 14:35-də Namazov X2 Elşan Ənvər oğlu ilə telefon vasitəsilə danışırlar və Şahid1 telefon danışığını video vasitəsilə qeydə alır. Video 01:39dəqiqə olmaqla baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Şahid1 məxsus yükün Bakı Baş Gömrük İdarəsindən səthi baxış keçirilməklə buraxılmasına görə 8.000 manat pulun verilməli olmasını bildirir, Şahid1 isə öz növbəsində işin 5.000 manata həll olunmasını xahiş edir, lakin, yekun olaraq 8.000 manat pul müqabilində razılaşma əldə edilir. “WhatsApp Video 2023-08-14 at 13.48.56” adlı fayl açıldıqda müəyyən olunur ki, 11 avqust 2023-cü il tarixdə saat 16:51-də Namazov X2 Elşan Ənvər oğlu ilə telefon vasitəsilə danışırlar və Şahid1 telefon danışığını video vasitəsilə qeydə alır. Video 00:40saniyə olmaqla baxış zamanı müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs3 8.000 manat pulu 12 avqust 2023-cü il tarixdə saat 10-11 radələrində düzəldə biləcəyini və həmin vaxta qədər möhlət almasını xahiş edir. “Rec1_20230812_104912” adlı fayl açıldıqda müəyyən olunur ki, 12 avqust 2023cü il tarixdə saat 10:30-10:40 radələrində Şahid1 üzərinə yerləşdirilmiş texniki vasitə ilə video çəkilişə başlayır. Video 05:46-dəqiqə olmaqla baxış zamanı müəyyən olunur ki, Şahid1 6.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 yönləndirməsi ilə Şahid4 vermək üçün sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən ofisinə gedir və orada Şahid4 ilə görüşdükdən sonra Elşana zəng edirlər, ilkin zəng Elşan tərəfindən qəbul edilməsə də daha sonra Elşanla Xəyal arasında danışıq olur və Pərvizin 6.000 manat pul vəsaitini gətirməsini bildirir. Bundan sonra yəni, videonun 03:45-ci saniyəsində Elşan Pərvizə malına səthi olaraq açılıb baxılacağını bildirir. Pərviz isə həmin 6.000 manat pul vəsaitini saydıqdan sonra Şahid4 təqdim edir. Daha sonra Xəyal ilə sağollaşaraq ofisdən ayrılır. “WhatsApp Audio 2023-08-14 at 13.49.58” adlı fayl açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Şahid1 səs atmışdır. Səs yazısı 00:29-saniyə olmaqla baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 qalan 2.000 manat pul vəsaiti üçün narahatlığını bildirir və pulun çatdırılmalı olduğu şəxsdən hər hansı bir zəngin gəlməsini istəmədiyini, pulun dəqiq verilib-verilməsini soruşur. “WhatsApp Audio 2023-08-14 at 13.49.58 (1)” adlı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 E. Abdullayevə səs yazısı göndərmişdir. Səs yazısı 00:35-saniyə olmaqla baxış zamanı müəyyən olunur ki, Şahid1 qalan 2.000 manat pul vəsaitini dəqiq verəcəyini, Elşandan narahat olmamasını, pul gözlədiyini, gələn kimi pulu çatdıracağını bildirir. “WhatsApp Audio 2023-08-14 at 13.49.58 (2)” adlı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 E. Abdullayevə səs atmışdır. Səs yazısı 00:46-saniyə olmaqla baxış zamanı müəyyən olunur ki, Şahid1 qalan 2.000 manat pul vəsaitini verəcəyini, Elşandan narahat olmamasını, Gəncə şəhərində olan tanışından pul gözlədiyini, gələn kimi pulu çatdıracağını bildirir. “Rec1_20230814_101235” adlı fayl açıldıqda müəyyən olunur ki, 14 avqust 2023cü il tarixdə saat 10:40-10:50 radələrində Şahid1 üzərinə yerləşdirilmiş texniki vasitə ilə video çəkilişə başlayır. Video 10:36-dəqiqə olmaqla baxış zamanı müəyyən olunur ki, Şahid1 2.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 vermək üçün sonuncunun iş yeri olan Xaçmaz şəhəri, H.Əliyev prospekti, 1 A ünvanında yerləşən ƏƏSMN-nin tabeliyində olan Quba-Xaçmaz Regional Sosial Xidmətlər Agentliyinin inzibati binasında yerləşən xidməti iş otağına gedir və orada Elşan onu qarşıladıqdan sonra əyləşərək ümumi iş barəsində söhbət edirlər. Videonun 06:18-ci dəqiqəsində Şahid1 2.000 manat pul vəsaitini çıxarır, saydıqdan sonra Təqsirləndirilən şəxs3 təqdim edir, Təqsirləndirilən şəxs3 də öz növbəsində pulları sayaraq doğruluğuna əmin olduqdan sonra pul vəaitini sağ tərəfində yerləşən çəkməcəyə qoyur. Videonun 08:14-cü dəqiqəsində Şahid1 yüklərinin tökülübsökülməməsini xahiş edir, E. Abdullayevdə narahat olmamasını bildirir. Daha sonra Elşan ilə sağollaşaraq oradan ayrılır. (Cild 1, iş vərəqləri 61-63) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 14 avqust 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional fililalının müdir müavini Təqsirləndirilən şəxs3 Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 1a ünvanında yerləşən inzibati binasındakı xidməti otağından sonuncuya məxsus “İphone 14promax” markalı mobil telefon və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs3 təqdim edilmiş 2.000 (iki min) manat məbləğində pul vəsaiti eyni nominal əskinaslar olmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 45-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 14 avqust 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, ”ƏR Transport” MMC-nin işçisi Şahid4 ünvan 8 ünvanında yerləşən ofisdəki otağından Şahid1 tərəfindən X. Əfəndizadəyə təqdim edilmiş 6.000 (altı min) manat məbləğində pul vəsaiti eyni nominal əskinaslar olmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 49-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 14 avqust 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Təqsirləndirilən şəxs1 xidməti otağından sonuncuya məxsus “Xiaomi” markalı mobil telefon götürülmüşdür. (Cild 1, iş vərəqləri 55) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 19 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi” markalı mobil telefona baxış protokolundan görünür ki, həmin telefon qara rəngli olmaqla “Xiaomi Redmi” markalıdır. Mobil telefonu işə salan müvafiq düyməni sıxmaqla telefon cihazı açıldı. Telefonun ekran təhlükəsizlik kodu mövcud deyildir. Mobil telefona quraşdırılmış +99***- ***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin internet zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilir. Qeyd olunan mobil telefonun “WhatsApp” tətbiq proqramından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə +99***-***- **-** saylı mobil nömrə “Gədəbəy canavarı” adlı ilə kontakt siyahısına daxil edilmişdir. Mesajlar bölməsində həmin kontakla hər hansı yazışma məlumatı aşkar edilmədi. Zənglər bölməsində isə həmin kontakla 14 avqust 2023-cü il tarixdə 02 danışıq həyata keçirilməsi müşahidə edilir. Həmçinin zəng məlumatlarından görünür ki, 14 avqust 2023-cü il tarixdən əvvəlki tarixlərə dair hər hansı zəng məlumat aşkar edilmədi. Lakin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsi zamanı sonuncunun “WhatsApp” tətbiq proqramı vasitəsilə 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə saat 11:00-da 27 saniyə ərzində danışıq aparması müəyyən edilmişdir. Lakin həmin danışıq məlumatının Məzahir Quliyevə məxsus mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiq proqramında mövcud olmaması qeyd olunan məlumatın silinmiş olmasına dəlalət edir. (Cild 2, iş vərəqləri 78-80) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 15 avqust 2023-cü il tarixli protokolundan görünür ki, həmin telefon qara rəngli olmaqla “Samsung Galaxy S20 Ultra 5G” markalıdır. Mobil telefonu işə salan müvafiq düyməni sıxmaqla telefon cihazı açıldı. Telefonun ekran təhlükəsizlik kodu mövcud deyildir. Mobil telefona quraşdırılmış +99***- ***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin internet zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilir. Mesaj bölümünə baxış keçirildikdə iş üzrə həmiyyət kəsb edən tarixdə “Xəyal Ofis” adlı kontakt (+99***-***-**-**) ilə aşağıdakı kimi məlumat mübadiləsinin həyata keçirilməsi müşahidə olunur: Həmin məlumatlardan görünür ki, 11 avqust 2023-cü il tarixdə “Xəyal Ofis” adlı kontakta göndərilmiş və qəbul edilmiş səs yazılarının mətnləri aşağıdakı məzmunda olmuşdur: Xəyal: deyəcəm ki, Elşən əminin qohumuyam, 8-i mənə verəcək, mən götürəcəm, oldu, birdə nə vaxt Gələcək Elşən əmi, mən obedə getmək istəyirdim, gedib-gəlim, yoxsa?. Ədalət: yox sən get, obedinə get, sənə zəng etsə denən 15-20 dəqiqə gözlə, ünvanı de, indidən mestapalajeniyanı mənə at ki, səndə qalsın ki, o adama mestapalajeniyanı atasan ki, gələlər, bax belə get yeməyini ye. Xəyal: Ədalət əmi, Elşən əmi yazmadı mənə, konum göndərmək üçün nömrə atmalıydı mənə, bəs mən konum göndərim, yazan yoxdur hələ ki, xəbəriniz varmı? Ədalət: hə sabaha saat 10-a qaldı, 10-11-in yarısına. Bundan başqa mesaj bölümündə olan “Elşən Firma” adlı kontakt (+99***-***-**-**) ilə mövcud yazışmalar sonuncunun mobil telefonuna baxış keçirilən zamanı ətrafl təhlil edildiyindən yenidən təhlilə zərurət yoxdur. Bundan başqa “WhatsApp” tətbiq proqramının “Zənglər” bölümünə daxil olduqda iş üzrə əhəmiyyət kəsb edən 11, 12 və 13 avqust 2023-cü il tarixlərdə “Elşən Firma” (+99***-***-**-**), “Xəyal Ofis” (+99***-***-**-**) və “Əmi Oğlu” (+99***-***-**-**) adlı kontakt ilə mütəmadi danışıqların aparılması müşahidə edilir. “Əmi Oğlu” (+99***-***-**-**) adlı kontakt ilə “Zənglər” bölümündə danışıqlar olduğu halda “Mesajlar” bölümündə qeyd olunan kontakta dair müvafiq mübadilə lövhəsinin olmaması həmin lövhənin istifadəçi tərəfindən silinmiş olmasına dəlalət edir. Bundan başqa qeyd olunan şəxslər arasında mövcud zənglər arasında qısa vaxt fasiləsinin olması danışıq məlumatlarından aydın olaraq görünür (tarix xx.xx.2023 , saat 10:59, 11:00, 11:01, 11:02). Təhlildən göründüyü kimi “Xəyal Ofis” adlı kontakt (+99***-***-**-**) ilə internet zəngi vasitəsilə saat 11:00-da 27 saniyə ərzində danışıq aparıldıqdan cəmi bir dəqiqə sonra 11:01-də “Əmi Oğlu” (+99***-***-**-**) adlı kontakt ilə 16 saniyə ərzində danışıq aparılmışdır. (Cild 1, iş vərəqləri 75-77) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs3 məxsus “İphone 14 Pro Max” markalı mobil telefona baxış protokolundan görünür ki, Həmin telefon tünd bənövşəyi rəngli olmaqla “İphone 14 Pro Max” markalıdır. Mobil telefonu işə salan müvafiq düyməni sıxmaqla telefon cihazı açıldı. Telefonun ekran təhlükəsizlik kodu “123456” nömrədən ibarətdir. Mobil telefona quraşdırılmış +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin internet zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilir. Mesaj bölümünə baxış keçirildikdə iş üzrə həmiyyət kəsb edən tarixdə “Adelet zapcast” adlı kontakt (+99***-***-**-**) ilə aşağıdakı kimi məlumat mübadiləsinin həyata keçirilməsi müşahidə olunur: Həmin kontaktla mövcud olan yazışma və danışıqların mövcud olduğu bölmədən görünür ki, 11 avqust 2023-cü il tarixdə tərəflər arasında aşağıdakı məzmunda mətn mesajı mübadiləsi həyata keçirilmişdir.
Həmin məlumatlardan görünür ki, 11 avqust 2023-cü il tarixdə “Adelet zapcast” adlı kontakta göndərilmiş və qəbul edilmiş səs yazılarının mətnləri aşağıdakı məzmunda olmuşdur: Elşan: Pərvizin nömrəsi məndə yoxdur, silinib, telefonu dəyişmişəm, yəqin onunla bağlı yoxdur, at onun nömrəsini danışım. Ədalət: Vaxt gedir, danış, söz al, çalış söz al asta-asta və sözünü de. Ədalət: Tezləşdir, obeddən sonra gec olacaq, sonra gələcək üçün də heç nə edə bilməyəcəyik bayaq adlarını çəkdiyim adamlar üçün. Ədalət: Onların qara siyahısında düşdünsə onlada gedir, bilirsən də. Ədalət: həll edəndən sonra yenə deyirəm deklarasiyanın pulunu saxlasın burda, nömrəsi ilə pul köçürüləcək sonra onun getməyini də ehtiyac yoxdur. Elşan: Yığıram adboy verir, bəlkə yazım buna, nə məsləhət görürsən, deyib bu qədər ver, çəkil dur qıraqda işini həll edim. Deyim ki, orda Çarxı firmasıdı mənə zəng ediblər Xaçmazlı kimi gömrükçülər, tanışıdımı, bəlkə belə deyim ona. Ədalət: Əla gözəl, denən malı tökəcəklər, eyniləşdirmə apracaqlar, sayacaqlar, burnundan gələcək, tam qorxut, denən 22000 ver çəkil dur qırağa, gömrüyə nə keçiriləcəksə özümüz keçirəcəyik. Daha sonra həmin tarixdə tərəflər arasında aşağıdakı məzmunda mətn mesajı mübadiləsi həyata keçirilmişdir: Daha sonra həmin tarixdə qəbul edilmiş səs yazısının mətni aşağıdakı məzmunda olmuşdur: - Elşan: ədalət deyir pulu tam düzəldə bilmədi, sabah saat 10-da düzəldə biləcək, xahiş edir ki, 10-na kimi saxlayın, hazır edək düzəldək sonra çıxardarıq, nə deyirsən nə deyim, dedim soruşum deyərəm. - Elşan: And aman edir ki, səninlə razılaşandan sonra pulu götürmüşəm, üstünü düzəldə bilmir, ondan gedir söhbət, saat 10-da, 5-10 dəqiqə aşağı yuxarı ola bilər pul orada ofisdə olacaq. Daha sonra 12 avqust 2023-cü il tarixdə qəbul edilmiş səs yazısının mətni aşağıdakı məzmunda olmuşdur: - Elşan: sabahın xeyir Ədalət, bu yoldaş 6.000 düzəldib, and aman edir ki, başqa düzəldə bilmir, sabaha söz verir, heş sabah buraxmasınlar deyir, 1-ci gün buraxarlar, 6000 indi verim, sabahda 2000 verim, düzəldə bilmirəm deyir, etibarınız var buraxın, 2000 sabah çatdıra bilər, bunu deyir mənə. - Elşan: Bax indi nə qərar verirsən deyərsən mənə. Daha sonra həmin tarixdə tərəflər arasında aşağıdakı məzmunda mətn mesajı mübadiləsi həyata keçirilmişdir:
Daha sonra həmin tarixdə qəbul edilmiş səs yazılarının mətni aşağıdakı məzmunda olmuşdur: - Elşan: Ədalət pulu ödənib, pulu ödəmişəm deyir, hələ buraxılış verilməyib, deyir buraxılış verilməlidir ki, anbara düşsün gedib növbə alsın, bir denən də ona buraxılış versinlər. Daha sonra 14 avqust 2023-cü il tarixdə tərəflər arasında aşağıdakı məzmunda mətn və şəkil mesajı mübadiləsi həyata keçirilmişdir.
Bundan başqa mesaj bölümünə baxış keçirildikdə iş üzrə həmiyyət kəsb edən tarixdə “Pərviz zapçast (Çarxı)” adlı kontakt (+99***-***-**-**) ilə məlumat mübadiləsinin həyata keçirilməsi müşahidə olunur.
Həmin məlumatlardan görünür ki, 11 avqust 2023-cü il tarixdə həmin kontakta göndərilmiş və qəbul edilmiş səs yazılarının mətnləri aşağıdakı məzmunda olmuş, həmçinin məlumatlarda internet zənglərin aparılması və səsli mesajların da göndərilməsi müşahidə edilir: Daha sonra 13 və 14 avqust 2023-cü il tarixdə tərəflər arasında aşağıdakı məzmunda səsli və mətn mesajlarının göndərilməsi, internet zənglərinin həyata keçirilməsi müşahidə edilir:
11 və 13 avqust 2023-cü il tarixlərdə qəbul edilmiş səs yazılarının mətni aşağıdakı məzmunda olmuşdur: - Pərviz: qardaş gəlir, çatacaq indi, qoy çatsın danışım həll edək. - Pərviz: o danışıb o biri tərəfi, bildin müəllim, ona görə, şəhərdədi gəlir, mən burdayam, Baktamojnunun yanında, uzağı yarım saata gələcək, danışım həll edək, yarım saat ərzində sizinlə söhbət edəcəm. (xx.xx.2023) - Pərviz: Elşən müəllim salam, balnisadayam sistem vurdururam, gecikirdi mənimdə qızdırmam vardı çıxdım gəldim, işçi şəhərdədi, bir saata çatdıracaqlar, görüşən kimi çatdıracam, narahat olma bu gün 100 faiz çatdıracam. - Elşan: Pərviz o adam mənə zəng eləmiyib, yəni fikrin varsa ver, yoxdursa denən deyim bu adamın fikri yoxdur, bunu verdi elə, o da işini bilsin, yaxşı deyil, mən istəmirəm o zəng edib soruşsun noldu niyə vermədi. - Pərviz: Elşən müəllim 100 faiz veriləcək, mənim maşınımda ordadır, qaçan yerim yox, maşını da çıxartmamışam, düzdür buraxılış verilib sağolsun. İndi işdir oldu, narahat olmayın çatdıracaqlar. Zənglər bölümünə baxış keçirildikdə iş üzrə həmiyyət kəsb edən tarixlərdə “Adelet zapcast” (+99***-***-**-**), “Pərviz zapçast (Çarxı)” adlı kontakt (+99***-***-**- **) və +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə mütəmadi danışıqların həyata keçirilməsi müşahidə edilir:
Təhlil edilmiş məlumatlardan göründüyü kimi, 12 avqust 2023-cü il tarixdə Şahid4 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə saat 10:54-də internet üzərindən aparılan danışıqdan sonra “Adelet zapcast” kontaktına “6.000” verildi sən hərəkətə keçə bilərsən” məzmunlu mesaj yazılmış, dana sonra isə internet üzərindən danışıq həyata keçirilmişdir.
Yuxarıda qeyd olunanlardan əlavə baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək başqa məlumat aşkar edilmədi. (Cild 2, iş vərəqləri 81-89) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan edilmiş xx.xx.2023-cü il tarixli **********3668 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC Rusiya Federasiyasından ümumi gömrük dəyəri 99.242,69 manat dəyərində «VAZ» markalı avtomobil ehtiyyat hissələrinin idxalını həyata keçirmək üçün malları bəyan etmişdir. (Cild 1, iş vərəq 57) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, "xxxx" MMC Rusiya Federasiyasından ümumi gömrük dəyəri 99.242,69 manat dəyərində «VAZ» markalı avtomobil ehtiyyat hissələrinin idxalı üçün 19.840, 19 manat rüsum ödənilmişdir.(Cild 1, iş vərəq 69) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 05 oktyabr 2023-cü il tarixli 22258 saylı “Azercell Telekom MMC”-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, açılan zaman diskin içərisində 8 ədəd fayl olduğu müəyyən edildi. Fayllara baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə 12:31:22-də 63 saniyə, 12:47:06-da 519 saniyə, 13:00:46-da 243 saniyə danışıqların olması müəyyən edilmişdir. (Cild 3, iş vərəq 20) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 14 oktyabr 2023-cü il tarixli AZF/LGL- 11890/23 saylı "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, açılan zaman diskin içərisində 4 ədəd fayl olduğu müəyyən edildi. Fayllara baxış zamanı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12:29:36-da 102 saniyə, 12:35:36-da 9 saniyə, 12:37:25-də 46 saniyə, 16:48:34-də 38 saniyə, xx.xx.2023cü il tarixdə saat 13:42:23-də 104 saniyə, 19:45:37-də 14 saniyə danışıqların olması müəyyən edilir. (Cild 3, iş vərəqləri 45-48) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 05 iyul 2023-cü il tarixli 100/478Ş saylı əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 05 iyul 2023-cü il tarixdən Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. (Cild 1, iş vərəqləri 231-242) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə çıxarışdan görünür ki, "xxxx" MMC-yə məxsus **********3668 saylı bəyannamə üzrə xx.xx.2023-cü il tarixdə saat 10:15:05-də sorğu nömrəsi yazılmış, saat 10:16:31-də rəsmişləşdirilmək üçün Maliyyə şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdı saat 09:28:09-da sistem tərəfindən avtomatik olaraq icraçı kimi Şahid2 təyin edilmiş, xx.xx.2023-cü il tarixdə saat 17:27:52-də qeydiyyat mərhələsi üzrə təsdiqlənmiş, saat 17:27:58-də qəbul edilərək ödənişi tamamlanmadığını göstərilmiş, xx.xx.2023-cü il tarixdə saat 12:35:46-da maliyyə mərhələsi üzrə təsdiqlənmiş, saat 12:36:14-də isə fiziki yoxlama üçün göndərilmişdir. (Cild 1, iş vərəqləri 243-245) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 16 avqust 2023-cü il tarixli 5/1424 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan A65394161, D13759392, C88309611, D12081896, A27299666, A66779166, A98334724, A90766542, C63582004, C61721216, C15093938, A42753969, C11221861, A99016261, A95059119, D14547745, D19198672, C99862718, D13505076, C66258673, C26772176, C41482002, C94986842, C77460043, A69269219, B10579582, C76874035, A21330819, C78072620, A79254594, A18255860, C49598860, C16402425, A40220138, C38537952, C99500159, C49208251, A59219939, A41179616, B10971013, A68855455, C92632372, A88877284, A44474379, A74423478, C92583483, C13372994, A40581320, D09980855, C52391016, C47667495, A33801572, B09116110, A58013370, C82374148, A59171382, A63453211, C83496798, C79508535, A12029216, C84146499, C01489077 nömrəli Azərbaycan manatı pul əskinasları poliqrafik çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və Mərkəzi Bank tərəfindən tədavülə buraxıldığı eyni nominal pul əskinası ilə uyğunluq təşkil edir. (Cild 3, iş vərəqləri 70-74) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin xx.xx.2023-cü il tarixli pul vəsaitinin təqdim edilməsi haqqında protokolundan görünür ki, vətəndaş Şahid1 Rusiya Federasiyasından idxal etdiyi avtomobil ehtiyyat hissələrinin gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində Təqsirləndirilən şəxs3 vasitəsilə tələb olunan və Şahid4 verilməli olan 8.000 manat pul vəsaitindən ilkin olaraq özünə məxsus olan 6.000 (altı min) manat pul vəsaiti sənədləşdirilərək Şahid1 təqdim edilmiş və Şahid1 üzərinə texniki vasitə olan videokamera quraşdırılmışdır. (Cild 1, iş vərəq 12) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin xx.xx.2023-cü il tarixli pul vəsaitinin təqdim edilməsi haqqında protokolundan görünür ki, vətəndaş Şahid1 Rusiya Federasiyasından idxal etdiyi avtomobil ehtiyyat hissələrinin gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində Təqsirləndirilən şəxs3 vasitəsilə tələb olunan və Şahid4 verilməli olan 8.000 manat pul vəsaitindən son olaraq özünə məxsus olan 2.000(iki min) manat pul vəsaiti sənədləşdirilərək Şahid1 təqdim edilmiş və Şahid1 üzərinə texniki vasitə olan videokamera quraşdırılmışdır. (Cild 1, iş vərəq 37) Cinayət işi materiallarında olan Binəqədi rayon məhkəməsinin 12 avqust 2023-cü il tarixli 5(001)-1801/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində qərar qəbul edildiyi gündən 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. (Cild 1, iş vərəqləri 31-32) Cinayət işi materiallarında olan Binəqədi rayon məhkəməsinin 12 avqust 2023-cü il tarixli 5(001)-1810/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qərar qəbul edildiyi gündən 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. (Cild 1, iş vərəqləri 10-11) Cinayət işi materiallarında olan Binəqədi rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli 5(001)-1827/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Təqsirləndirilən şəxs1 xidməti otağında axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 258-259) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400/033 nömrəli 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən əsasnamayə əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsinin inspektoru respublikaya daxil olan, tranzit daxil olan, respublikadan ixrac olunan və tranzit ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışını həyata keçirmək, gömrük nəzarətini həyata keçirərkən buraxılan yüklərin sənədlərini və gömrük bəyannaməsinin tərtibatının düzgünlüyünü yoxlamaq, idxal və ixrac əməliyyatları zamanı gömrük vergi və rüsumlarının qanunvericiliyə uyğun olaraq düzgün hesablanması və tutulmasına, qanunvericiliklə nizamlanan gömrük güzəştlərinin düzgün tətbiqinə və gömrük rəsmişləşdirilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun başa çatdırmağa məsuliyyət daşımaq və sair vəzifələri vardır. (Cild 1, iş vərəqləri 224-230) Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 8000 manat məbləğində maddi nemət olan pul vəsaiti maddi sübut kimi tanınaraq saxlanılması üçün Şahid1 qaytarılmış, xx.xx.2023cü il tarixli, **********3668 nömrəli gömrük bəyannaməsi, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon, Ə. Quliyevə məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “İphone 14 pro max” markalı mobil telefon, özündə videogörüntüləri əks etdirən 01 ədəd DVD formatlı disk, baxış və götürməyə dair 03 ədəd DVD formatlı disk, həmçinin “Azərcell” və "xxxx" MMC-dən daxil olan telefon danışıqlarını özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir . (Cild 1, iş vərəqləri 75-118) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 192.2.1, 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müdddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2, iş vərəq 195) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə 8.000 manat məbləğində pulu Şahid1 Təqsirləndirilən şəxs1 xeyrinə rüşvət kimi deyil, Şahid1 Təqsirləndirilən şəxs2 əvvəldən olduğu borcunun əvəzinə alınması, Təqsirləndirilən şəxs1 yükü artıq yoxlamaya buraxdığından tutduğu vəzifə baxımından hər hansı bir səlahiyyətinin olmaması, Təqsirləndirilən şəxs2 mütəxəssis kimi məsləhət alınması üçün Müzahir İsmayılovun ona zəng etməsi, Şahid1 rüşvət qismində pulun istənilməməsi, sonuncunun Təqsirləndirilən şəxs2lə ədavəti olduğundan onlara şər atması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və məhkəmədə gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Şahid2ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun olan daha obyektiv ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Onlar bu əməlləri qəsdən törətmiş və bu cinayətlər başa çatmamış cinayətlərdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Onlara qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları hədlərində azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməli, həmçinin əlavə cəza da təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.3 və 311.3.3-cü maddələrinin sanksiyalarında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxslərin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, onlara istinad edilən cinayət əməlini törətmələrinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər, həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Binəqədi rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut olan xx.xx.2023-cü il tarixli **********3668 nömrəli gömrük bəyannaməsi, 04 ədəd DVD formatlı və 02 ədəd CD formatlı disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “İphone14pro max” markalı mobil telefon Təqsirləndirilən şəxs3 yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 26 manat 67 qəpik olmaqla ümumilikdə 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanın əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanın əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanın əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan xx.xx.2023-cü il tarixli **********3668 nömrəli gömrük bəyannaməsi, 04 ədəd DVD formatlı və 02 ədəd CD formatlı disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “İphone14pro max” markalı mobil telefon müvafiq olaraq həmin təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılsın. 8.000 manat məbləğində pul vəsaitinin Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 26 manat 67 qəpik olmaqla ümumilikdə 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin