Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-200/2022 08.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X5 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-X6 Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X3, xx.xx.1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ailə üzvləri ilə birlikdə yaşadığı Şamaxı şəhəri, Salman Mümtaz küçəsi, ev 50 ünvanına gələrək yaşadığı evin həyətinin giriş qapılarını döysə də, qapını açan olmadığından hasardan həyətə düşdükdən sonra arvadı Zərərçəkmiş şəxs hamam otağından çıxdığını görüb qapını açmamasına görə ona iradını bildirərək mübahisə etməyə başlamış, sonuncunun ona “görmürsən əlimdə işim var” deyə cavab verməsindən əsəbiləşərək qisas niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə ilk öncə evin giriş qapısının qarşısında, daha sonra isə evin aynabənd adlanan qonaq otağında yumruq və şillə ilə sonuncunun sifət nahiyəsinə zərbələr vurduğu zaman digər otaqdan səs-küyə həmin otağa gələn azyaşlı uşaqları-14 avqust 2008-ci il təvəllüdlü Şahid3, 29 sentyabr 2010-cu il təvəllüdlü Şahid1 və 17 iyul 2013-cü il təvəllüdlü Şahid2 üstünə qışqıraraq onları yenidən yataq otağına salsa da, analarının qışqırıq səsindən döyülməsini dərk etdiklərini yəni, azyaşlı uşaqlarına aşkar surətdə əzab və iztirab verdiyini dərk edib bunu arzulamaqla yanaşı həmçinin, arvadı Zərərçəkmiş şəxs qarşı da müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bir saatdan artıq müddət ərzində davamlı olaraq yumruq, təpik və şillə ilə çoxsaylı zərbələr endirərək ona baş beynin əzilməsi, baş beynin maddəsinə və qişaları altına qansızmalar, baş beynin travmatik ödemi, başın yumşaq toxumalarının iç səthinə qansızmalar, başın sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, burun sümüklərinin sınıqları, sağ göz ətrafı, sağ almacıq, sol göz ətrafı, burun beli, sol yanaq, sağ yanaq, çənə-altı, sağ çiyin qurşağı, sağ bazu, döş qəfəsinin sol yan hissəsinin, sol bazu, sol diz oynağı, sol baldır, sağ diz oynağı və sağ baldır nahiyələrinin qançırları, sol qaşaltı, döş qəfəsinin sağ hissəsinin, sol bud, sol baldır, sağ bud və ayaq nahiyələrinin sıyrıqları, ağız boşluğunun və dodaqların selikli qişalarının əzilmiş-cırılmış yaraları kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vuran və başın küt travması nəticəsində baş beynin əzilməsi, başbeyin maddə və qişaları altına qansızmalar, baş-beynin ödemi ilə nəticələnib ölümünə səbəb olan bədən xəsarətləri yetirməklə sonuncunu qisas niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı olmuş, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən iki qız və iki oğlan uşağı olmaqla ümumilikdə dörd uşağı olmuş, övladları Şahid3 14 yaşı, Şahid1 11 yaşı, Şahid2 7 yaşı, Abdulla Cəfərlinin isə 5 yaşı vardır. Evli olduqları müddət ərzində mübahisələri çox olmuş, lakin həmin mübahisələrin əksəriyyəti sözlü olmuş, aradabir isə bir neçə dəfə yalnız şillə ilə Zərərçəkmiş şəxs vurmuş, bir dəfə isə yumruqla vuran zaman Zərərçəkmiş şəxs gözünün altı göyərmişdir. xx.xx.2021-ci il tarixdə təxminən gecə saat 02 radələrində yaşadığı evə gəlmiş, evə gələn zaman sərxoş olmuş, həmin gün saat təxminən 20 radələrində evdə olan zaman yaşadığı evdə iki ədəd pivə və bir ədəd araq içmiş, daha sonra evdən çıxaraq yeni işlətməyə başladığı, evinin yanında yerləşən dönərxanaya getmiş, bundan sonra axşam saatlarında yenidən yaşadığı evin yaxınlığında tində əyləşərək dəmir qabda olan iki ədəd pivə və bir ədəd araq içmişdim, bir ədəd pivəni isə əlində apararaq və yolda gedə-gedə qəbul edərək yaşadığı evə piyada getmiş, son vaxtlar ümumilikdə tez-tez spirtli içki qəbul etmişdir. Yaşadığı evə çatan zaman ilkin olaraq həyətə giriş qapısını döymüş, lakin qapını kimsənin açmadığını görüb evin aşağı hissəsində yerləşən qaraj qapısını döyməyə başlamış, lakin, yenə də qapını heç kimin açmadığını görüb əlində olan dəmir pivə qabını çöldə ataraq, evin həyətə əsas giriş qapısı tərəfə gedərək orada olan qaz borusundan tutaraq hasara dırmaşmış və yaşadığı evin həyətinə düşmüş, həyətə düşdükdən sonra evin qarşısında yerləşən aynabəndin qarşısından keçərək evin əsas giriş qapısına tərəf getmiş, evin əsas giriş qapısına çatarkən evin qapısının tam açıq olduğunu görmüş və həyətdə su səsi eşitmiş, buna görə də yaşadığı evin həyətində olan hamam otağına tərəf getmiş və orada hamam otağının işığının yandığını görmüş, hamam otağının qapısını açmış lakin içəri daxil olmamış, qapını açan zaman arvadı Zərərçəkmiş şəxs hamam otağında olduğunu lakin duş qəbul etmədiyini görmüş, Zərərçəkmiş şəxs nə üçün qapını açmadığını soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında “görmürsən işim var” demiş və hamam otağından çıxmışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs başının bir hissəsinin qırxılmış vəziyyətdə olduğunu görmüş, Zərərçəkmiş şəxs başında ağrılar olduğundan hadisə baş verməmişdən bir gün qabaq, yəni 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs başını qırxacağını bildirmişdir. Hamam otağından çıxan zaman Zərərçəkmiş şəxs qolundan tutaraq evin giriş qapısı tərəfə gətirmiş, ora çatan zaman Zərərçəkmiş şəxs “bu nətər danışıqdı sən mənnən danışırsan” demiş və Zərərçəkmiş şəxs sifət nahiyəsinə ilkin olaraq şillə ilə bir dəfə vurmuş, Zərərçəkmiş şəxs bu zaman geri çəkilmiş və “niyə vurursan məni” demiş, bundan sonra yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə də yumruqla vurmuş, bu zaman Zərərçəkmiş şəxs ağzından qan gəlmiş və onun əli də qan olmuş, həmin vaxt sərxoş olduğundan Zərərçəkmiş şəxs çoxsaylı zərbələrlə vurduğunu xatırlasa da dəqiq olaraq neçə dəfə və bədəninin hansı nahiyələrinə zərbə ilə vurmağını xatırlamır. O, Zərərçəkmiş şəxs həmin zərbələri vura-vura onlar evə daxil olmuş, evin qarşısında olan aynabəndə daxil olan zaman Zərərçəkmiş şəxs əli ilə itələmiş və sonuncu aynəbənddə pəncərənin qarşısına yıxılmış, bu zaman Zərərçəkmiş şəxs qolundan tutaraq istirahət otağına keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxıldığından onu yerdə dartan zaman ola bilsin ki, sonuncunun bədənində xəsarətlər əmələ gəlmişdir. Həmin otağa keçən zaman o, qapını itələmiş və qapının şüşəsi qırılmış, daha sonra isə həmin otaqda olan pəncərənin şüşəsini yumruqla vuraraq Zərərçəkmiş şəxs həmin otağa keçirmiş, otaqda olan zaman böyük qızı Şahid3 otaqdan çıxaraq “ata qurban olaram səbirli ol” demiş, bu zaman Zərərçəkmiş şəxs ilə artıq mübahisə bitmiş və həmin otaqda oturmuş, otaqda oturan zaman Zərərçəkmiş şəxs sifətinin qanadığını və sifətinin şişdiyini görmüş, böyük qızı Şahid3 Zərərçəkmiş şəxs sifətindəki qanı yumaq üçün su gətirməsini bildirmiş, Şahid3 su gətirməyə getmiş, təxminən 1-2 dəqiqə sonra yenidən onlar oturduqları otağa gəlmiş və Zərərçəkmiş şəxs həmin otağın küncüdə əl üzünün qanını yumağa başlamış, qulağında olan sırğanı, başındakı saç tutucunu və xatırladığı qədərilə əynindəki köynəyi çıxarmış, bundan sonra Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamış və söhbət zamanı Zərərçəkmiş şəxs “day bunu niyə belə saxlayıbsan bunu da qırxaq” deyərək, saçının qalan hissəsini də qırxmağı təklif etmiş, Zərərçəkmiş şəxs da cavabında ona saç qırxan maşının xarab olduğunu, bu səbəbdən də saçlarını tam qırxa bilmədiyini demiş, bundan sonra onlar yataq otağı kimi istifadə etdikləri arxa otağa keçmiş və orada saç qırxan maşın ilə Zərərçəkmiş şəxs saçını kəsmək istəmiş, lakin saç qırxan maşın işləməmiş, bundan sonra Zərərçəkmiş şəxs saçlarını qayçı ilə kəsmiş, bu zaman Zərərçəkmiş şəxs özü əli ilə saçlarını tutmuş və o isə qayçı ilə saçlarını kəsmiş, Zərərçəkmiş şəxs saçlarını kəsdikdən sonra sonuncu ona yuxusunun gəldiyini, başının ağrıdığını və yatmaq istədiyini bildirərək, əynindəki paltarları onun köməyi ilə çıxarmağa başlamış, belə ki, istirahət otağında Zərərçəkmiş şəxs əl-üzünü yuyan zaman paltarları su olmuşdur. O, Zərərçəkmiş şəxs “başın ağrıyırsa həkim çağırım”, Zərərçəkmiş şəxs isə “yox zəng eləsən səni tutacaqlar, yatım başımın ağrısı keçəcək” demişdir. O da həmin vaxt yataqda Zərərçəkmiş şəxs yanında uzanmış və onlar yatmışdır. Həmin müddət ərzində qızı Şahid3 konkret olaraq həmin otaqda olub-olmamasını xatırlamır. Səhər yuxudan duran zaman Zərərçəkmiş şəxs baxaraq ağzından qan gəldiyini görmüş, Zərərçəkmiş şəxs səsləmiş lakin cavab gəlmədiyini görüb onun qolundan tutmuş, qolundan tutan zaman Zərərçəkmiş şəxs qolunun soyuq olduğunu, bədəninin qaraldığını görmüş və Zərərçəkmiş şəxs öldüyünü başa düşmüş, bundan sonra Zərərçəkmiş şəxs üzərini örtərək yan otağa keçmiş və uşaqlara “paltarlarınızı geyinin, aparıram sizi babanızgilə” demiş, uşaqları taksiyə mindirərək atası Şahid4 evinə yola salmış, özü isə digər bir taksi tutaraq rayon polis şöbəsinə getmiş və növbətçi hissəyə yaxınlaşaraq cinayət törətdiyini etiraf edərək arvadını öldürdüyünü bildirərək təslim olmuşdur. Əvvəllər də tez-tez onların arasında mübahisələr olmuş, mübahisələrin çoxu əsasən onun işsiz olmağı ilə bağlı olub, mübahisələr qarşılıqlı olmuş, belə ki, onun tərəfindən də Zərərçəkmiş şəxs tərəfindən də mübahisələr başladılmış, ümumilikdə isə mübahisələrimiz elə də çox olmamış, əvvəllər baş vermiş mübahisələrdən sonra Zərərçəkmiş şəxs tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmiş, lakin xatırladığı qədərilə Zərərçəkmiş şəxs iki dəfə təzə ailə həyatı quran zamanlar atası evinə getmiş, mübahisələr zamanı Zərərçəkmiş şəxs “otverka” atdığını, istintaq zamanı alınmış ifadələrdə göstərilmiş onun tərəfindən baş verən gün saat təxminən 23 radələrində evə gələrək Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başladığı onun səsinə otaqdan çölə çıxan uşaqlarının üstünə qışqıraraq otaqlarına keçmələrini dediyini, otağın qapısını bağladığını və təxminən 1-2 saat Zərərçəkmiş şəxs ilə arasında mübahisənin olduğunu və qışqırıq səsləri eşidilməsi barədə konkret olaraq nəsə xatırlamadığını bildirmiş, arvadı Zərərçəkmiş şəxs vurarkən onu öldürmək niyyəti olmamış, belə ki, hadisə baş verən zaman sərxoş olduğundan və Zərərçəkmiş şəxs evin qapısını açmadığı üçün anidən əsəbiləşmiş və bundan sonra Zərərçəkmiş şəxs döyməyə başlamış, Zərərçəkmiş şəxs yalnız yalın əl ilə döymüş, onu döyən zaman heç bir alətdən və ya vasitədən istifadə etməmiş, Zərərçəkmiş şəxs döyən zaman içkili olduğu üçün yalnız onun sifət nahiyəsinə yumruq və şillə ilə vurduğunu xatırlasa da, bədəninin digər nahiyələrinə vurmağımı və neçə dəfə vurmağını isə xatırlamır. Zərərçəkmiş şəxs saçı çox olanda başı ağrıdığı üçün və saçının rəngini bəyənmədiyi üçün hadisə baş verməmişdən bir gün qabaq ona başını qırxacağını bildirmiş, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində evə gələn zaman artıq Zərərçəkmiş şəxs başının yarısı qırxılı vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs ilə mübahisədən sonra söhbət edərkən ona saç qırxan maşının işləmədiyini və bu səbəbdən də saçının yarsını qırxıdığını bildirmiş, Zərərçəkmiş şəxs saçının qalan hissəsini isə sonuncunun razılığı ilə o, qayçı ilə kəsmiş, ilkin ifadəsində hadisənin təsirində olduğu üçün Zərərçəkmiş şəxs başında bit olduğunu bildirmiş, lakin, Zərərçəkmiş şəxs saçı çox olduğu üçün başında ağrılar olmuş və bu səbəbdən də saçını kəsmiş, Zərərçəkmiş şəxs ilkin olaraq evin giriş qapısında vurmuş, daha sonra Zərərçəkmiş şəxs digər otaqlara keçmiş və bu zaman Zərərçəkmiş şəxs olan qan həmin otaqlara dağılmış, Zərərçəkmiş şəxs döyən zaman sonuncu ona müqavimət göstərməmiş, Zərərçəkmiş şəxs onu vurmamağı, onu döyməməyi ilə bağlı nəsə deməyini içkili olduğu üçün xatırlamır. Zərərçəkmiş şəxs döyən zaman sonuncunun sifət nahiyəsi qanamış və onun əlinə də Zərərçəkmiş şəxs qanı bulaşmış, həmçinin öz əli də qanamış, ola bilsin ki, mübahisə edən zaman o, istirahət otağındakı pəncərəyə yumruqla vuraraq şüşəni sındıran zaman bu baş vermiş, o, daha sonra Zərərçəkmiş şəxs razılığı ilə onun başının qalan hissəsini qırxmaq istəyən zaman saç qırxan maşını əlinə almış, ola bilsin ki, həmin vaxt əlindəki qan saç qırxan maşına bulaşmış, içkili olduğu üçün hadisənin baş vermə müddətini, evə gəldiyi vaxtı konkret xatırlamır, hadisə zamanı onun əynində boz rəngli şalvar və xatırladığı qədərilə qara rəngli uzunqol köynək olmuş, həmin paltarlar ola bilsin ki, Zərərçəkmiş şəxs üzünü yuyan zaman su olduğu üçün əynində olan paltarları çıxarıb yatmış, səhər tezdən isə digər paltarları geyinib rayon polis şöbəsinə getmiş, dim. hadisə vaxtı evdə onlardan başqa dörd uşağı olmuş, otaqda yalnız böyük qızı Şahid3 olmuş, digər uşaqları o görməmiş, səhər yuxudan duran zaman arvadının öldüyünü görmüş və uşaqlarını atasıgilə aparıb özü də rayon polis şöbəsinə gedərək təslim olmuşdur. (İ cild – iş vərəqə 60-64, 72-78, 227-235, İİ cild, iş vərəqə 32-35) Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətməsini bildirib, mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə kürəkəni, bacısı Şahid5 oğludur. Şakir və Səkinə 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından ikisi qızı ikisi oğlan olmaqla dörd uşaqları olmuşdur. Böyük qızları Aysunun 13, balaca qızları Aişənin 8, böyük oğlu Yusifin 11, balaca oğlu Abdullanın isə 5 yaşı vardır. Evli olduqları müddət ərzində yalnız evliliklərinin ilk ilində Şakir və Səkinənin münasibətləri yaxşı olmuşdur. Belə ki, onlar bir-birini istəyib evlənmişdilər. Şakir evliliyin ilk günlərindən spirtli içki içməyə başladığından sonradan onların münasibətləri korlanmış, bundan sonra demək olar ki, hər gün Səkinəni döyməyə başlamış, həmçinin içkili olmadığı halda belə Səkinəni döymüşdür. O, dəfələrlə Şakirin qızını döyməsi ilə bağlı rayon polis şöbəsinə müraciət etmək istəsə də, bacısı Şahid5 onu şikayət etməyə qoymamış, o da qızının ailəsinə zərər yetirməməkdən ötrü polisə şikayət etməmişdir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində bacısı Şahid5 ona zəng edərək Şakirin qızını öldürdüyünü bildirmiş, bu zaman ilkin olaraq o, bacısı Şahid5 inanmamış, Şakirin yenidən Səkinəni döydüyünü güman etmiş, evdən çıxaraq yol maşını ilə qızı Gülşən ilə Səkinənin yaşadığı evə getmiş, evə çatan zaman orada bacısı Surahi Cəfərov və onun əri Şahid4 orada olmuş, qızının yatdığı yatağın yanında Şahid5 dayanmış, Şahid4 isə kənarda dayanmışdır. Zərərçəkmiş şəxs üzü bağlı olduğundan o, yorğanı Səkinənin üzündən çəkmiş və onun üzündə çoxsaylı xəsarətlər olduğunu, üzünün tanınmaz halda olduğunu görmüş, otaqda olan zaman yerdə onun ayağına ilişən əski parçasını da yerdən götürüb Səkinənin uzanıq vəziyyətdə olduğu çarpayının yanındakı su qabına atmış və həmin vaxt su qan olmuş, həmçinin otaqdan olarkən yerdə qızı Səkinənin kəsilmiş saçlarını görmüş, özünə gəldikdən sonra DİN-102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şüküfə İslamova ifadəsində həmçinin hadisə baş verməmişdən bir gün qabaq Səkinənin saçının qırxılı olmadığını, başında bit olmadığını, lakin əvvəllər nəvəsi Aişənin başında bit olduğunu, Səkinənin əvvəllər də saçını qısa kəsdirdiyini lakin heç vaxt çox qısa kəsdirmədiyini, qızının başını Şakirin qırxdığını, Səkinənin başını qırxmağa heç bir səbəb olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs bacısı Şahid6 və qardaşı Şahid7 anaları X7 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Onun özündən kiçik iki qardaşı və bir bacısı vardır. Qardaşlarının adı Yusif və Abdulla, bacısının adı isə Aişədir. Yusifin 11, Abdullanın 5, Aişənin 8 yaşı vardır. Atası Şakir ilə anası Səkinənin əvvəllər də evdə mübahisələri düşmüş, atası anasını əvvəllər də döymüş, onlarla münasibətləri isə həmişə yaxşı olmuşdur. Hadisə baş verən gün saat təxminən 23 radələrində atası işlətdiyi dönərxanadan yaşadıqları evə gəlmiş, evə gələn zaman anası ilə mübahisə etməyə başlamış, atası evə gələn zaman o, bacı və qardaşları atası və anasının yatdığı otağa bitişik otaqda yatmış, onlar həmin vaxt qışıqırıq səsləri eşitmiş və otaqdan çölə çıxmış, otaqdan çölə çıxan zaman anasının üzünün qan olduğunu görmüş, bu zaman atası onların üstünə qışqırmış və otağa keçmələrini bildirmiş, daha sonra onların yatdıqları otağın qapısını bağlamış, təxminən 1-2 saat onların arasında mübahisə olmuş və qışqırıq səsləri eşitmiş, həmin müddət ərzində o yuxulu vəziyyətdə olmuş, lakin sonda atası və anasının mübahisəsinin davam etdiyini görüb otaqdan çıxmış, otaqdan çıxan zaman istirahət otağında anasının halsız vəziyyətdə həmin otaqda çarpayıda uzanaq vəziyyətdə olduğunu, atasının isə həmin çarpayıda onun yanında oturduğunu görmüş, o, bundan sonra qardaş və bacılarının oyanmaması üçün yenidən yatdığı otağa qayıtmış, təxminən 1- 2 dəqiqə sonra otaqdan çölə çıxmış, həmin müddət ərzində atası və anasınn mübahisə etməyini eşitməmiş, həmçinin, qardaşları və bacısı da yuxudan durduğu üçün onları yenidən yatırmaq istəmişdir. Otaqdan çölə çıxan zaman atası yenidən anasının üstünə qışqırmış, lakin vurmamış, anası atasına cavab verməmiş, bu zaman o, atası Şakirə "ata səbrli ol, sakitləş, özünü ələ al" demiş, bu sözləri dedikdən sonra atası ona su gətirməyini bildirmiş, o özü də atası sakitləşsin deyə bir stəkan su gətirmiş, atası həmin suyu içmiş, daha sonra atası ona yenidən su gətirməyini bildirmiş və o, yenidən bir stəkan su gətirmiş, həmin su ilə atası anasının əl üzünü yumuşdur. Anasının əl-üzünü yuduqdan sonra atası anasını qucağına alaraq öz yatdıqları otağa aparmış, daha sonra atası anasının üzərini yorğan ilə örtmüş və o da atasına üzərini örtməyə köməklik etmiş, həmin zaman anası nəfəs almışdır. Daha sonra o, öz yatdığı otağa keçərək yatmış, səhər 07 radələrində atası onu, bacısı Şahid2 və qardaşı Şahid1 səhər namazı qılmaq üçün oyatmış, onlar yuxudan oyanıb namaz qılmış və yenidən yatmağa getmiş, daha sonra saat təxminən 09 radələrində atası onları yuxudan oyatmış və ağlaya-ağlaya analarının öldüyünü bildirmiş, bundan sonra atası onlara paltarlarını geyinmələrini və babalarıgilə gedəcəklərini özünün isə rayon polis şöbəsinə gedəcəyini bildirərək onlar babaları Şahid4 evinə aparmış və orada onların qarşısına nənələri Sürahi Cəfərova çıxmış, atası Sürahi Cəfərovaya onlardan muğayat olmağını və anasını öldürdüyünü demiş və rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Onun özündən kiçik bir qardaşı və iki bacısı vardır. Qardaşının adı Abdulla, bacılarının adı isə Aysu və Aişədir. Aişənin 8, Abdullanın 5, Aysunun isə 13 yaşı vardır. Atası ilə anasının əvvəllər də evdə mübahisələri düşmüş, atası anası əvvəllər də döymüş, onlarla münasibətləri isə həmişə yaxşı olmuşdur. xx.xx.2021-ci il tarixdə gecə saatlarında atası yaşadıqları evə gəlmiş, atası evə gələn zaman o, bacıları valideynlərinin yatdığı otağa bitişik otaqda yatmış, onlar həmin vaxt qışıqırıq səsləri eşitmiş və otaqdan çölə çıxmış, bu zaman atası onların üstünə qışqırmış və otağa keçmələrini bildirmiş, həmin müddət ərzində o, anasının yerdə oturaq vəziyyətdə ağladığını görmüş, həmin vaxt anasının cüzi hərəkət etdiyini və ağzının kənarında azacıq qan olduğunu görmüş, daha sonra atası onların yatdıqları otağın qapısını bağlamış və o yatmışdır. Səhər 07 radələrində o, bacısı Şahid3 və Şahid2 səhər namazı qılmaq üçün oyanmış, yuxudan oyanıb namazlarını qılmış və yenidən yatmağa getmiş, daha sonra saat təxminən 09 radələrində atası onları yuxudan oyatmış ona ağlayaağlaya anasının öldüyünü bildirmiş, bundan sonra onlara paltarlarını geyinmələrini və babalarıgilə gedəcəklərini özünün isə rayon polis şöbəsinə gedəcəyini bildirərək onları babaları Şahid4 evinə aparmış və orada onların qarşısına nənələri Sürahi Cəfərova çıxmış, Ş.X1rdan muğayat olmağını və Zərərçəkmiş şəxs öldürdüyünü demiş və rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qardaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Zərərçəkmiş şəxs isə onun gəlini və bacısı Şükufə İslamovanın qızıdır. Onlar xala qızı və xala oğlu idilər. 2007-ci ildə onlar ailə həyatı qurmuş və birgə nikahlarından ikisi qız ikisi oğlan olmaqla ümumilikdə dörd uşaqları olmuş, böyük qızları Şahid3 13, balaca qızları Şahid2 8, böyük oğlanları Şahid1 11, balaca oğlanları Abdulla Cəfərlinin isə 5 yaşı vardır. Evli olduqları müddət ərzində yalnız evliliklərinin ilk ilində oğlu ilə Səkinənin münasibətləri yaxşı olmuş, lakin daha sonra Şakir içki içməyə başladığından onların münasibətləri korlanmış, təxminən 2 il bundan əvvələdək o, əri Şahid4, balaca oğlu İkram Cəfərov və gəlini Sevərlə Şakir və Səkinə ilə birlikdə yaşamış, yaşadıqları ev ərinin ata evi olmuşdur. Daha sonra oğlu ailə həyatı qurduğundan və ailə böyüdüyündən onlar həmin evdən çıxmış və başqa evə köçmüş, başqa evə köçməkdə məqsədləri həm də Şakirin maddi vəziyyətinin yaxşı olmamağı, Şakirə əlavə olaraq kirayə ev tutaraq yük olmaq istməməkləri olmuşdur. Şakirlə birgə yaşadıqları müddət ərzində oğlu ilə Səkinənin söz söhbətləri olmuş, içkili olduğu zamanlar Səkinə ilə mübahisə etmiş, oğlu İkram Cəfərov da təzə evləndiyindən, yaşadıqları evə gəlin gəldiyindən, onlar evdən çıxmış, təzə evə köçdükdən sonra gəlini Səkinə ilə söhbət edən zaman oğlunun spirtli içki qəbul edərək evə sərxoş vəziyyətdə gəldiyini və yatdığını demiş, lakin, söhbətləri zamanı ona Şakirin onu döyməsi barədə biz söz deməmiş, münasibətlərinin normal olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində oğlu Şakir əri Allahverdiyə zəng etmiş, Səkinəni öldürdüyünü ona demiş və dərhal evdən çıxmış, o da əyninə paltar geyinib Şakirgilin yaşadığı evə getmək istəyən zaman, qapının ağzında taksinin saxladığını və içərisindən Şakirin və nəvələrinin düşdüyünü görmüş, Şakir uşaqları ona təhvil verərək, Səkinənin öldüyünü və rayon polis şöbəsinə təslim olmağa getdiyini deyərək getmiş, o da uşaqları evə salıb özü başqa bir taksi ilə onların yaşadığı evə getmiş, evə çatanda əri evin həyətinə giriş qapısının önündə görmüş və onlar həyətə daxil olmuş, daha sonra o və əri gəlinləri Səkinəni səsləyə-səsləyə həyətə ordan da evə daxil olmuş, evə daxil olanda da cavab gəlməmiş, və onlar yataq otağına getmiş, yataq otağına daxil olan zaman Səkinənin çarpayıda uzanaq vəziyyətdə olduğunu və üstünün yorğan ilə örtülü olduğunu görmüş, o yorğanı Səkinənin üzündən çəkmiş, üzündə çoxsaylı xəsarətləri görərək qışqırmağa başlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin atası Şahid4 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, məhkəmə şahid qismində dindirilmiş arvadı Sürahi Cəfərova ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında, “VİP” marketin arxasında yerləşən küçədən sağa dönən zaman sağ tərəfdə yerləşən 2-ci evdə baş vermişdir. (Google Map tətbiqində hadisə yerinin koordinatları 40.626828 , 48.648415). Evin yola baxan hissəsinin divarları ağ rəngli boya ilə boyanmışdır, suvaqsızdır. Evin dam örtüyü azbest şiferdir. Evin həyətinə giriş iki tərəfdən vardır. Əsas giriş iki taylı dəmir materialdan olan giriş qapısıdır, digər giriş isə iki taylı darvazadan girişdir. Hər iki giriş qapısının rəngi qəhvəyi rəngdədir. Ev düzbucaqlı formadadır. Yaşayış evinin arxa divarı yola bitişikdir. Həyətə daxil olanda 4 pillə pilləkənlə aşağı düşülür. Evin içərisinə hər iki tərəfdən giriş vardır. Yaşayış evinin qapıları və pəncərələri ağ rəngdə olmaqla taxta materialdandır. Əsas girişdən içəri daxil olduqdan sonra təxminən 3-5 metr irəli gedərək sola dönülür və təxminən 11 metr düz getdikdən sonra sol tərəfdə yaşayış evinin əsas giriş qapısı vardır. Yaşayış evinin həyətindən həmçinin, evə bitişik olan köhnə tikili, hamam və tualet vardır. Evin əsas giriş qapısından 3 pillə yuxarı qalxdıqdan sonra evə daxil olunur. Evə daxil olan zaman ilk növbədə mətbəx dəhliz kimi kiçik bir otaq vardır. Dəhlizdən keçərək aynabəndə daxil olan zaman sol tərəfdə pəncərənin qarşısında yerdə boz rəngli qadın çantası vardır. Çantanın içindəki əşyalar yerdədir. Çantanın yanında yerdə kəsilmiş, topa halında olan qadın saçı, pəncərənin pərdəsində qanabənzər ləkələr vardır. Aynabənddən istirahət otağı kimi istifadə edilən otağa daxil olan zaman otağa giriş qapısının şüşələrinin qırıq olduğu, otağın sol tərəfində yerdə qanabənzər ləkələrin və qadın paltarlarının olduğu görünür, otağın sağ tərəfində isə çarpayı vardır. Çarpayının yanında yerdə şüşə qırıntıları vardı. İstirahət otağından iki ədəd yataq otağına keçid vardır. Sağ tərəfdəki otağın qapısı açıqdır. Qapıya dayalı vəziyyətdə üzərində qanabənzər ləkələr olan yastıq vardır. İstirahət otağından yataq otağına açılan pəncərənin şüşələri qırıqdır. Otağa daxil olan zaman yerdə qadın saçı vardır. Yerdə üzərində qanabənzər ləkələr olan çarpayı üzlüyü və elektrik yuvasına taxılı vəziyyətdə üzərində qanabənzər ləkələr olan saç qırxan maşın vardır. Otağın ikinci pəncərəsinin qarşısında kəsilmiş, topa vəziyyətdə olan qadın saçı vardır. Zərərçəkmiş şəxs meyitinin uzadılmış vəziyyətdə olduğu çarpayının yanındakı mebelin üzərində bir ədəd üzərində qanabənzər ləkələr olan qayçı, vedrədə qanlı su vardır. Zərərçəkmiş şəxs üzəri qırmızı rəngli yorğan ilə örtülmüşdür. Zərərçəkmiş şəxs saçları qırxılı vəziyyətdədir, üz nahiyyəsində çoxsaylı xəsarətlər vardır. (İ cild, iş vərəqə 7-20) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, meyitin əynində açıq-çəhrayımtıl rəngli alt tumanı vardır. Meyit qadın cinsli olub , boyu, 165 sm-dir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Əllə toxunduqda meyit soyumuşdur. Meyit qacıması yoxlanılan əzələ qruplarından çeynəmə əzələlərində yaxşı, digər əzələ qruplarında zəif müşahidə olunur. Meyit ləkələri qırmızımtıl-bənövşəyi rəngdə olub, meyitin arxa səthində yerləşmişdir. Barmaqla təyziq etdikdə yox olur və təxminən 1-2 dəqiqədən sonra ilk əvvəlki rəngini alır. Başında tüklər qara rəngdədir, qismən qırxılmışdır, qırxılmış nahiyələrdə 0,2- 0,4 sm, qırxılmamış nahiyələrdə 6-7 sm uzunluqdadırlar. Gözləri qapalıdır, bəbəkləri eyni ölçüdə, böyümüşdür, diametri 0,4sm-dir. Xarici qulaq keçəcəklərində və burun dəliklərində qurumuş qan laxtaları vardır. Burunu əllədikdə patoloji hərəkətlilik müşahidə olunur. Ağzı qapalıdır, dili diş xətindən arxada yerləşmişdir, görünən dişləri tamdır və təbiidir. Boynu orta ölçüdə olub gövdəyə müvafiqdir adi hərəkətlidir. Döş qəfəsi silindrik formada olub, simmetrikdir. Qabırğaları əllədikdə patoloji hərəkətlik qeyd edilmir. Qarnı düzgün formada olub, qabırğa qövsü səviyyəsindən bir qədər yuxarıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, adi qaydada inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Meyitin üzərində başın təpə-sol gicgah nahiyəsində 14x9,5x1,9sm ölçüdə, qeyri müəyyən formalı, əllədikdə şişkin yumşaq konsistensiyalı və maye dalğalanması (fluktuasiya) hiss olunan göyümtül-bənövşəyi rəngli dərialtı hematoma vardır. Sağ göz ətrafı nahiyədə-sağ gözün üst və alt göz qapaqlarını və sağ almacıq nahiyəsini əhatə etməklə, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan 8x5,7sm, sol gözətrafı nahiyədə-sol gözün üst və alt qapaqlarını əhatə etməklə, sol gözün ağlı qişasına qansızına ilə müşayiət olunan 5,6x3,8sm, burun beli nahiyəsində 3,8x2,6sm, sol yanaq nahiyəsində 6,7x5,3sm, sağ yanaq nahiyəsində 8x6sm, çənə-altı nahiyəsində 4,6x2,8sm, sağ çiyin qurşağı nahiyəsində 4x3,8sm, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthində 6x4sm, döş qəfəsinin sol yan hissəsinin yuxarı şöbəsində 9,7x7,5sm, sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthində 5,6x4,7sm, sol diz oynağı nahiyəsinin ön səthində 7,4x5,2sm, sol baldır nahiyəsinin orta 1/3-nin ön səthində 4x2,7sm, sağ diz oynağı nahiyəsinin ön səthində 6,3x5,2sm, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin ön səthində 3x2sm ölçülərdə, qeyri müəyyən formalı, sərhədləri aydın seçilən, qırmızımtıl-göyümtül rəngli qançırlar vardır. Sol qaşaltı nahiyədə 3x0,3sm, döş qəfəsinin sağ hissəsinin orta şöbəsində 5x0,4sm, sol bud nahiyəsinin aşağı 1/3-nin ön səthində üç ədəd 5x0,3sm, 4,6x0,3sm və 3x0,3sm, sol baldırın yuxarı 1/3-nin ön səthində 3,5x0,3sm, sağ bud nahiyəsinin aşağı 1/3nin ön səthində 4 ədəd 5,2x0,5, 4,8x0,5sm, 3x0,3sm və l,4x0,3sm və sağ ayağın üst səthində 2,8x0,3sm ölçülərdə, qeyri müəyyən formalı, kənarları nahamar, ətraf zədələnməmiş dəri səviyəsindən aşağıda yerləşən, çəhrayımtıl- qırmızımtıl rəngli sıyrıqlar vardır. Ağız boşluğunun selikli qişasında üst çənənin soldan 4- 5-6-ci dişlərin proyeksiyasında 1x0,5sm , ağız boşluğunun selikli qişasında üst çənənin sağdan 5-6-7-ci dişlərin proyeksiyasında l,3x0,5sm, üst dodağın selikli qişasında şişkin fonda l,4x0,6sm, alt dodağın selikli qişasında bir qədər şişkin fonda 1,2x0,4sm ölçülərdə, kənarları nahamar və qansızmalı, içərisində qurumuş qan laxtaları görünən əzilmiş-cırılmış yaralar vardır. Meyitin bədən səthində başqa xəsarət aşkar olunmadı. (İ cild, iş vərəqə 21-28) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir- baş beynin əzilməsi, baş beynin maddəsinə və qişaları altına qansızmalar, baş beynin travmmatik ödemi, başın yumşaq toxumaların iç səthinə qansızmalar; başın sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, burun sümüklərinin sınıqları; sağ gözətrafı, sağ almacıq, sol gözətrafı, burun beli, sol yanaq, sağ yanaq, çənə- altı, sağ çiyin qurşağı, sağ bazu, döş qəfəsin sol yan hissəsinin, sol bazu, sol diz oynağı, sol baldır, sağ diz oynağı və sağ baldır nahiyələrinin qançırları; sol qaşaltı, döş qəfəsinin sağ hissəsinin, sol bud, sol baldır, sağ bud və ayaq nahiyələrinin sıyrıqları; ağız boşluğunun və dodaqların selikli qişaların əzilmiş-cırılmış yaraları: bu xəsarətlər həyatidirlər ölümndən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsiri nəticəsində törənmişdirlər; qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə yumruq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə ümumiliklə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmasının əlamətlərinə malikdilər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəb- başın küt travması nəticəsində baş-beynin əzilməsi, baş-beyin maddə və qişaları altına qansızmalar, baş beynin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2021-ci il saat 10:30) 6-8 saat əvvəl baş vermişdir. (İ cild, iş vərəqə 216-219) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sağ əlin arxa səthinin bir ədəd səthi yarası kəsici alət (şüşə) təsirindən törənməklə, xx.xx.2021-ci il tarixə uyğundur. Təqsirləndirilən şəxs Allahevrdi oğlunun almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (İ cild, iş vərəqə 174-175) İşin materiallarına əlavə edilmiş materialların məhkəmə tibbi kriminalistik ekspertizasının 01 noyabr 2021-ci il tarixli 615/2021-MTKŞ nömrəli rəyindən görünür ki, eskpertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus kööynəyin sol yan nahiyəsində bir ədəd və büstqalterin ön səthinin orta nahiyəsində bir ədəd aşkar edilmiş cırılma zədəsi qeyd olunan paltarların müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə qərilib dartılması nəticəsində əmələ gəlmişlər, əmələ gəlmiş cırılma zədələri qarşılıqlı mübahisə zamanı yarana bilərdi. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus digər paltarların və hadisə yerindən götürülmüş yastıq üzü, yataq örtüyü və pərdə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. (İ cild, iş vərəqə 191-194) Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021ci il tarixli 746/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B(İİİ), Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvarın sağ yan cibinin ön kənarında, Zərərçəkmiş şəxs məxsus mayka, sviter, büstqalter, həmçinin tül pərdə, yastıqüzlüyü, çarpayı örtüyü, hicab-baş örtüyü, elektrik cərəyanı ilə işləyən saçqırxan maşını, qayçı, hadisə yerində aynabənddə pəncərə qarşısından iki ədəd pambıq topalarına keçirilmiş maddələrdə, digər iki ədəd pambıq topalarında, hadisə yerində yataq otağının pəncərəsinin qarşısından və yataq yanında döşəmənin üzərindən götürülmüş tük yığımları üzərində olan ləkə və maddə hissəciklərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda elektrik cərəyanı ilə işləyən saçqırxan maşın üzərində olan ləkələrdə «A» və «B» antigenləri, digər maddi sübutlar üzərində olan ləkə və maddə hissəciklərində isə yalnız «B» antigeni alındı, «B» antigeni tək halda В(İİİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən yalnız onun alınması göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasım göstərir və bu halda Təqsirləndirilən şəxs məxsus şalvarın sağ yan cibinin ön kənarında, Zərərçəkmiş şəxs məxsus mayka, sviter, büstqalter, həmçinin tül pərdə, yastıqüzlüyü, çarpayı örtüyü, hicab-baş örtüyü, qayçı, hadisə yerində aynabənddə pəncərə qarşısından iki ədəd pambıq topalarına keçirilmiş maddələrdə, digər iki ədəd pambıq topalarında, hadisə yerində yataq otağının pəncərəsinin qarşısından yatağın yanında döşəmənin üzərindən götürülmüş iki ədəd paketdə olan tük yığımları üzərində olan ləkə və maddə hissəcikləri həmin qan qrupuna malik Zərərçəkmiş şəxs da məxsus ola bilər. Elektrik cərəyanı ilə işləyən saçqırxan maşın üzərində olan ləkə və maddə hissəciklərində iki ədəd («A» və «B») antigenləri alındığı üçün qan qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Belə ki, qan ləkələrinin qrupunda hər iki antigen olan AB(1Y) bir şəxsin, və ya qruplarında ayrılıqda «A» və «B» antigenləri olan bir neçə şəxsin qarışmış qanları hesabına yarana bilməsi halları mümkündür. Göstərilən halda «B» antigeni Zərərçəkmiş şəxs qan qrupunu, «A» antigeni isə Təqsirləndirilən şəxs qan qrupunu xarakterizə etdiyindən hadisənin məzmunu da nəzərə alınmaqla elektrik cərəyanı ilə işləyən saçqırxan maşın üzərində olan qan ləkə və maddə hissəciklərinin onların qan qarışığı hesabına yarana bilməsi mümkünlüyü də inkar oluna bilməz. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvarın sol yan cibinin astarında qan, ona məxsus sviter üzərində isə qana şübhəli hər-hansı bir ləkə aşkar olunmadı, hadisə yerində yataq otağının pəncərəsinin qarşısından və yataq yanında döşəmə üzərindən götürülüb iki ədəd paketlərə qablaşdırılmış yığım şəkilli obyektlər insanın baş tükləridir. Onların böyük əksəriyyəti qeyri-bərabər səviyyədə piqmentsizləşməyə (rəngsizləşməyə) məruz qalmışdırlar. Onların milində iti kənarlı alət (alətlər) təsirindən bölünmə(kəsilmə) əlamətləri vardır. Belə ki, əksər tüklərin bölünmə(kəsik) səthlərinin düz, eyni zamanda xırda dişcikli olması onların iti, sıx dişcikli kənara malik olan alətin kənarı təsirindən, o cümlədən də təqdim olunmuş elektrik cərəyanı ilə işləyən saçqırxan maşmm işçi kəsici lövhəsinin iti dişcikli kənarının təsirindən bölünmə(kəsilmə) mümkünlüyünü inkar etmir. Tük yığımları arasında olan bəzi çəp, azca çəp kəsikli, hamar kənara, iti bucaqlara malik tüklərin isə kifayət qədər iti kənara (kənarlara) malik alətin, o cümlədən təqdim olunmuş qayçının tiyələri təsirindən bölünməsi (kəsilməsi) inkar oluna bilməz. (İ cild, iş vərəqə 195-210) Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 2954 saylı komisyon kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətlərinin aşkar olunmadığı, onda xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi, məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissədə aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintellektual imkanların normaya uyğun olduğu, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissədə Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti əlamətlərinin aşkar olunmadığı, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunduğu, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda anlaqlılığı istisna etməyən psixi pozuntunun qeyd olunmadığı, yoxlanılan şəxsin gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanın malik olduğu, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı, cinayət əməlini törədərkən fizioloji affekt halında olmadığı qeyd edilmiş,o, hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (İ cild, iş vərəqə 242-245) Şamaxı rayon polis şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 188-15318-1221 nömrəli məktuba əlavə edilmiş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs RPŞ-yə gələrək birgə yaşadığı həyat yoldaşı xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döyərək öldürməsini bildirmişdir. (İ cild, iş vərəqə 171-173) Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 188-16132-1221 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (İ cild, iş vərəqə 187-189) Cinayət işinə əlavə edilmiş Şamaxı RİH-in Şamaxı şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 259 və 260 nömrəli məktuba əlavə edilmiş arayışlarda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumatın daxil olmadığı göstərilmişdir. (İ cild, iş vərəqə 164-170) Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 252 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (İİ cild, iş vərəqə 94) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il təvəllüdlü Şahid3, 2013-cü il təvəllüdlü Şahid2, 2010-cu il təvəllüdlü Şahid1, 2016-cı il təvəllüdlü Cəfərli Abdullah adlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, əsəbiləşdiyi üçün döyməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs həyat üçün əhəmiyyətli orqanlarına çoxsaylı xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan qısa müddət sonra onda baş beynin ödemi olması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması, 59.1.4-cü maddəsinə əsasən 4 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 40, 86-87) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şamaxı rayon prokurorluğunda saxlanılan – Təqsirləndirilən şəxs məxsus qara rəngli uzunqol köynək və bir ədəd kişi şalvarı Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli qolsuz qadın maykası, qara rəngli büstqalter, bir ədəd baş örtüyü yaxınlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerindən baxış zamanı götürülmüş evin aynabəndindən 2 ədəd, istirahət otağından 2 ədəd olmaqla pambıq tampona hopdurulmaqla qanabənzər ləkə nümunələri, üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd VGR markalı saç qırxan maşın, üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd qayçı, üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd pərdə, üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd yastıq üzlüyü və Zərərçəkmiş şəxs məxsus olması güman edilən saç nümunələri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Şamaxı rayon prokurorluğunda saxlanılan – Təqsirləndirilən şəxs məxsus köynək və şalvar Təqsirləndirilən şəxs qaytarılsın qəbul etmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus mayka, büstqalter, baş örtüyü yaxınlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, 4 ədəd qanabənzər ləkə nümunələri, 1 ədəd VGR markalı saç qırxan maşın, 1 ədəd qayçı, 1 ədəd pərdə, 1 ədəd yastıq üzlüyü saç nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-200/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-200/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver