Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-200/2023 04.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu A.Qurbanov küçəsi ev 91-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağlar massivi 4-cü döngə ev 616- da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısı ilə müəyyən edilmiş 04 ədəd bükümlərdə ümumi təmiz çəkisi 48,226 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 01 ədəd elektron tərəzini daşıyaraq üzərində və yaşadığı evdə gizlətməklə saxlamış, 01 iyun 2022-ci il tarixdə, saat 20:35-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı pul kisəsinin içərisindən ümumilikdə 03 ədəd şəffaf sellofan bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,905 qram, 1,002 qram, 1,240 qram, ümumi təmiz çəkisi 3,147 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə, külli miqdarda heroin və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 01 ədəd elektron tərəzi, daha sonra həmin tarixdə, saat 22:40-da yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4cü döngədə yerləşən 616 saylı evə baxış keçirilərkən evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsində gizlətdiyi, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 45,079 qram olan qəhvəyi rəngli maddə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əri öləndən sonra uşaqlara o baxmışdır. Böyük oğlu iki ilə yaxındır ki, narkotik vasitə istifadə etmiş və onu əməlindən döndərə bilməmişdir. 01 iyun 2022-ci il tarixdə evdə olarkən 2-3 polis əməkdaşı oğlunu qolu qandallı evə gətirmişdir. O, oğlunun evdə gizlətdiyi 3 büküm narkotik vasitənin yerini bilmiş, oğlunu qorumaq üçün onu gizlətmək istəyəndə polis əməkdaşları narkotik vasitəni onun əlində tutmuşdur. Ona yaşına görə heç nə etməyəcəklərini, oğlu tutularsa öləcəyi deyildiyi üçün oğlunu qorumaq məqsədi ilə polis əməkdaşları nə desə razılaşmış və o tutulmuşdur. Onu 1-ci polis bölməsinə aparmışlar, sonra yenidən evə qaytarmışlar. Polis əməkdaşları narkotik vasitəni gətirib döşəyinin altına qoyub ordan çıxartmışlar. 1996cı ildə də qardaşına məxsus 100 qram narkotik vasitəsi onun evindən çıxmış və 4 il cəza çəkmişdir. ********** mobil nömrəsi onun olmuş, ”whatsapp” və “instagram” sosial şəbəkələrindən istifadə etmişdir. Daniel adlı şəxsi ilə ailəvi tanışlıqları olmuşdur. Daniel ona narkotik vasitə satmağı təklif etməmişdir. İstintaq zamanı nə deyilibsə etmiş, hər şeyi özü boynuna götürmüş, oğlunu isə buraxmışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin satışı ilə məşğul olur. O narkotik vasitə istifadə etmir, özü mobil telefon istifadə etməklə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmuşdur. O satdığı narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Daniel adlı şəxsdən almışdır. Belə ki, onunla “İnstagram” sosial şəbəkəsində tanış olmuş, onun maddi durumu yaxşı olmadığı üçün və əvvəllər də narkotik vasitənin dövriyyəsi ilə məşğul olduğundan məhkum olunduğu üçün düşünmüşdür ki, yenə də maddi durumumu narkotik vasitənin satışı ilə məşğul olaraq düzəltsin. O Daniellə sonradan “Whatsapp" sosial şəbəkəsi ilə danışıb əlaqə saxlamış, üzbəüz Daniellə görüşməmiş, onu üzdən tanımamış, onun mobil nömrəsini də əzbərdən xatırlamamış, onun mobil nömrəsi İran nömrəsi olmaqla onun telefonunda olmuşdur. O Danieldən malı əlbəəl almamış, o, narkotik vasitənin olduğu yeri ona dedikdən sonra o narkotik vasitəni qoyulan ünvandan götürmüşdür. O tutulmamışdan 3 gün öncə, yəni 29 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində Daniel ona “Whatsapp” sosial şəbəkəsi ilə zəng edib Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən stadionun yanında 50 qram heroin atdığını demiş, o bunu ona səslə yazılı atmışdır, eyni zamanda o, narkotik vasitəni atdığı yerin şəklini də ona atmışdır. O da yaşadığı ünvandan çıxıb taksi ilə qeyd olunan ünvana getmiş və 50 qram heroini götürüb yaşadığı evə gəlmişdir. Həmin heroin yaxşı mal olmadığı üçün o maldan satış edə bilməmiş, lakin həmin maldan 3 büküm xırdalamışdır ki, lazım olsa hazır vəziyyətdə harasa qoysun. Qalan heroini isə yaşadığı evin yataq otağında yatdığı çarpayının üstündə olan döşəyin altında saxlamışdır. Ayırdığı bükümləri isə öz pul kisəsinin içərisinə atmışdır ki, lazım olanda kiməsə versin. Eyni zamanda onun pul kisəsinin içərisində daimi olaraq narkotik vasitəni çəkmək üçün elektron tərəzi olmuşdur. O Danieldən aldığı narkotik vasitəni adətən nisyə almış, malı satdıqdan sonra pul toplayıb ona göndərmişdir. O ondan malın qramını təxminən 14 manata alıb, özü isə 20 manata satmışdır. 01 iyun 2022-ci il tarixdə saat təxminən 20:35 radələrində yaşadığı, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4-cü döngə, ev 616 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onlar xidməti vəsiqələrini göstərib barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, dəvət olunmuş bir nəfər qadının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əlində tutduğu içərisində 3 bükümdə heroin və 1 ədəd elektron tərəzi olan qara rəngli pul kisəsini, həmçinin Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra isə üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Onun üzərinə dəvət olunmuş bir nəfər qadının vasitəsi ilə baxış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi 3 bükümdə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 4,10 (dörd tam yüzdə on) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalanmışdır. Samsung markalı mobil telefonu götürülmüş, içərisi boş olan torba isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümlərinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Daniel ’’ adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün bundan əvvəl əldə etdiyini, heroinin qramını 15 manatdan alaraq 20 manatdan satışını həyata keçirdiyini, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra onun yaşadığı ünvana baxış keçirilməsi üçün o polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. O polis əməkdaşlarına evinə baxış keçirilməsinə etiraz etməmiş, bununla bağlı ərizə ilə də müraciət etmişdir. Daha sonra onun, müdafiəçinin, oğlu Fuadın və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı ona yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o yaşadığı evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən 1 bükümdə heroin kütləsini təqdim etmişdir. Sonra həmin kütlə çəkilərək içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdınlaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənib üzəri imzalanmışdır. Sonra yaşadığı evə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Daniel ” adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün bundan əvvəl əldə etdiyini, heroinin qramını 20 manatdan satışını həyata keçirdiyini, “Daniel ” adlı şəxsi təxminən 2 (iki) aydır tanıdığını və ondan təxminən 2 (iki) dəfəyə yaxın narkotik maddələr götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolu öz imzası ilə imzalamışdır. O pula ehtiyacı olduğu üçün narkotik vasitə olan heroinin satışı ilə məşğul olur. Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Polis əməkdaşları tərəfindən o, saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Polis əməkdaşları öncədən onun yaşadığı evə girməmişdirlər, polis əməkdaşları onu saxlayıb Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparmışlar, daha sonra o bölmədə evdə də narkotik vasitə heroin olduğunu dedikdən sonra polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlib evə baxış keçirmişlər. Etdiyi əməldən peşmandır. (cild 1, iş vərəqə 74-77) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş AR DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 01 iyun 2022-ci il tarixdə məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbiri həyata keçirilmiş və Təqsirləndirilən şəxs evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əlində tutduğu içərisində 3 bükümdə heroin və 1 ədəd elektron tərəzi olan qara rəngli pul kisəsini, həmçinin Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün birlikdə onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən 1 bükümdə heroin kütləsini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Daniel” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3ə İsmayıl qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, AR DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:35-də ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində BNMİ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl BNMİ-in TQnun təhqiqatçısı X7 Nəbiyevaya yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X2 daxil olmuş əməliyyat məlumatına əsasən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bildiyi üçün bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Cavanşir Məmmədovu təqdim etmiş, Gülafət bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra X5 Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2022-ci il tarixli qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu içərisində 3 bükümdə heroin və 1 ədəd elektron tərəzi olan qara rəngli pul kisəsini, həmçinin Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtaırış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi.3 bükümdə olan heroin elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 4,10 (dörd tam yüzdə on) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ayrı-ayrı bükümdə narkotik vasitə olan heroinin onun özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Daniel” adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün bundan əvvəl əldə etdiyini, «Daniel»in narkotik vasitənin qoyulduğu yerin şəkillərini onun telefonuna atdığını, onun da gedib qoyulan yerdən onları götürdüyünü, heroinin qramını 14-15 manatdan alaraq 20 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitədən istifadə etmədiyini, «Samsung» markalı mobil telefonunda 051- ***-**-** və ***- ***-**-** mobil telefon nömrələrin olduğunu, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Gülafətə məxsus «Samsung» markalı mobil telefon ona geri qaytarılmayaraq götürülmüş, içərisi boş olan pul kisəsi isə onun özünə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokollar tərtib olunmuş, Gülafət də həmin sənədlərlə tanış olaraq sənədlərə imza etmişdir.(Cild 1, iş vərəqə 131-133) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma anasıdır. Hazırda anası Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilərək həbsdədir. xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində o evdə olarkən Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları anası Gülafət və onun müdafiəçisi ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt videoçəkiliş aparılmaqla polis əməkdaşları anası Gülafətdən evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar, anası Gülafət də polis əməkdaşlarına evlərinə baxış keçirilməsinə etiraz etməyərək bununla bağlı ərizə də yazmışdır. Daha sonra onun, anası Gülafətin, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadıqları evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı anası Gülafətə yaşadıqları evdə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra anası Gülafət yaşadığı evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən 1 bükümdə heroin kütləsini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalanmışdır. Sonra yaşadıqları evə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Anası Gülafət baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Daniel" adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün bundan əvvəl əldə etdiyini, heroinin qramını 20 manatdan satışını həyata keçirdiyini, “Daniel” adlı şəxsi təxminən 2 (iki) aydır tanıdığını və ondan təxminən 2 (iki) dəfəyə yaxın narkotik maddələr götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olundu, o da digər iştirakçılar kimi protokolu öz imzası ilə imzalamışdır. Onun anası Gülafətin narkotik vasitələrin satışı ilə məşğul olmasını, evdə narkotik gizlətməsi barədə heç bir məlumatı olmamışdır, özü də ona bu barədə heç nə deməmiş, Daniel adlı şəxsi də ümumiyyətlə tanımamışdır.( cild 1, iş vərəqə 140-142) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4-cü döngə, ev 616 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 6-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyun 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli protokollardan görünür ki, AR DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə saat 20:35-də ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində BNMİ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl BNMİ-in TQ-nun təhqiqatçısı X7 Nəbiyevaya yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Bundan sonra polis əməkdaşları da özlərini təqdim edir. X2 daxil olmuş əməliyyat məlumatına əsasən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bildiyi üçün bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Cavanşir Məmmədovu təqdim edir, Gülafət bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra X5 Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2022-ci il tarixli qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu içərisində 3 bükümdə heroin və 1 ədəd elektron tərəzi olan qara rəngli pul kisəsini, həmçinin Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axatırış keçirilir və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 bükümdə olan heroin elektron tərəzidə çəkilir və çəkisinin qablaşdırma ilə birlikdə 4,10 (dörd tam yüzdə on) qram olması müəyyən edilir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənərək, üzəri imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ayrı-ayrı bükümdə narkotik vasitə olan heroinin onun özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Daniel ” adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün bundan əvvəl əldə etdiyini, «Daniel »in narkotik vasitənin qoyulduğu yerin şəkillərini onun telefonuna atdığını, onun da gedib qoyulan yerdən onları götürdüyünü, heroinin qramını 14-15 manatdan alaraq 20 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitədən istifadə etmədiyini, «Samsung» markalı mobil telefonunda ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrin olduğunu, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Gülafətə məxsus «Samsung» markalı mobil telefon ona geri qaytarılmayaraq götürülür, içərisi boş olan torba isə onun özünə geri qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılır.(cild 1, vərəqə 29-31; 105-107) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 01 iyun 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivi 4-cü döngə ev 616 ünvanda narkotik maddə saxladığını həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirib, bu barədə ərizə təqdim etdiyindən həmin ünvana gedilir, orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli qərarla tanış edilərək sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Gülafət yaşadığı evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən 1 bükümdə heroin kütləsini təqdim edir. Sonra həmin kütlə çəkilərək içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, üzəri imzalanır. Gülafətin yaşadığı evə baxış keçirilir və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Daniel ” adlı şəxsdən satış məqsədi ilə Qaraçuxur qəsəbəsi ərazisindən 3 gün əvvəl əldə etdiyini, heroinin qramını 15 manata alıb 20 manatdan satışını həyata keçirdiyini, “Daniel ” adlı şəxsi təxminən 1-2 (iki) aydır tanıdığını və ondan təxminən 2 (iki) dəfəyə yaxın narkotik maddələr götürdüyünü, «Daniel»lə internetin instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğunu, onunla «Votsap» vasitəsilə danışdığını, şəxsən görüşmədiyini, mobil telefonunda «Daniel»in mobil nömrəsinin olduğunu, narkotik vasitələri «Daniel»in ona dediyi ünvanlardan gedib götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs oğlu Şahid4 da yaşadıqları ünvanda narkotik maddələrin olması barədə heç bir məlumatı olmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. (cild 1 , iş vərəqə 33-35; 108-109) “Baxış keçirilməsi və götürmə haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 6/3080 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-yi zərflər üçün №7» dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan; üzərində «Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 45,079 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...«sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,905 qram, 1,002 qram, 1,240 qram ümumi təmiz çəkisi 3,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tərqdim edilmiş dörd ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir.Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər dörd ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (cild 1, iş vərəqə 43-48) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3974 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.( cild 1, iş vərəqə 158-159) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 48,026 qram heroin və 01 ədəd elektron tərəzi işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxsnun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 102-109, 161-175) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və AR MM-in xx.xx.2003-cü il tarixli Amnistiya Qərarına əsasən xx.xx.2003-cü il tarixdə cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. (cild 1, iş vərəqə 161-162) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Saray və Novxanı bağları massivi” üzrə 2 saylı məhəllə komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində komitəyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 119) Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin 68 yaşında və qadın olmasını, xx.xx.2023-cü il tarixdə övladı X3 vəfat etməsini yüngülləşdirən hallar kimi nəzərə alır və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş , tədqiqatdan sonra qalıq qalmış 48,026 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş iş üzrə maddi sübut olan e tədqiqatdan sonra qalıq qalmış 48,026 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-200/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-200/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver