Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-201/2024 19.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 qızının iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, rəsmi işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2020-ci ilin mart ayında tanış olaraq qeyri rəsmi ər-arvad münasibətində yaşadığı xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib, sonuncunun hər zaman saat 20:00 radələrində işlədiyi geyim mağazasından evə gəldiyini bildiyi üçün intiqam almaq məqsədilə, 19 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanına gələrək, 3-cü blokun 3-4-cü mərtəbələrinin arasında gizlənmiş, saat 20:00 radələrində Zərərçəkmiş şəxs mənzilinə daxil olan zaman, sonuncunun telefonda kiminləsə danışaraq evdən görüntülü zənglə yığacağını bildirməsini eşidib, Zərərçəkmiş şəxs arxasınca gözlənilmədən mənzilə daxil olaraq, telefonda danışdığı şəxsin kimliyini soruşmuş, ardınca isə telefonu verməyini tələb etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə, cinayətkar niyyətini qətiləşdirərək sonuncunu öldürmək məqsədilə evindən gətirdiyi və kəmərinin altında gizlətdiyi tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxarıb, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncunun yalvarışlarına məhəl qoymadan, xüsusi əzab və iztirab verdiyini dərk edib mənzilin dəhlizində və otağında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmaqla ona həyat üçün təhlükəli olan və kəskin qanitirmə ilə əlaqədar ölümlə nəticələnən sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol ön səthinin sol ağciyəri zədələyən 05 ədəd, döş qəfəsinin sağ yarısının sağ ağciyəri zədələyən 02 ədəd, qarının qaraciyəri zədələyən 02 ədəd, birlikdə və ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran başın, boyunun, döş qəfəsinin, qarının, sol yanağın və hər iki əlini zədələyən 60 ədəd olmaqla, ümumilikdə bədənin 69 (altmış doqquz) ədəd kəsilmiş-deşilmiş yaralan xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci mart ayında Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi müddətdə tanımış, sonrada münasibətləri yaranmışdır. Samirə onun ailəsi və uşaqlarının olduğunu bilmişdir. Samirə ilə birgə qeyri-rəsmi ər-arvad kimi yaşamış, Samirənin ehtiyaclarını ödəmişdir. Son vaxtlarda Samirə ailəsini atıb onunla yaşamasını demiş, bütün qazancı Samirəyə xərclənmişdir. Artıq o özündə olmamış, vəziyyətin bu cür davam etməsinə dözə bilməmişdir. Ancaq o Samirəni öldürmək istəməmişdir. Hadisə olan gün, yəni 19 fevral 2023-cü ildə saat 19-20 radələrində Samirənin kirayədə yaşadığı Sumqayıt şəhəri 6-cı mikrarayondakı mənzilə gəlmişdir. Samirə ilə mübahisələri düşdüyündən özündən asılı olmayaraq onu bıçaqla vurub öldürmüşdür. Samirəyə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır, özündə olmamışdır. Hərəkətindən çox peşimandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyət olduğundam məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaqda ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşamış, atası Felmar Əhmədov 2019-cu ildə xərçəng xəstəliyindən ölmüş, bacıları Pakizə və Vəsilə Əhmədovalar evlənərək köçüb getmiş, 2005-ci ildə ailəsinin məsləhəti ilə Şahid4 ilə evlənmiş, həmin nikahdan 16 yaşlı Aysun, 13 yaşlı Bahar, 4 yaşlı Uğur adlı övladları doğulmuş, ailə qurduğu vaxtdan da anası, arvadı və uşaqları ilə birlikdə həmin ünvanda yaşamış, atası Felmar xəstə olan zaman müalicəsinə çəkilən xərclərə görə borca düşdüyündən 2022-ci ildə həmin evi sataraq banka olan borcun bir qismini ödəyərək hazırda yaşadığı Sumqayıt şəhəri, Corat Bağları ərazisi, ev 2377x ünvanına köçmüş, son on ildir ki, uşaq, qadın və kişi ayaqqabısının pərakəndə satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2020-ci mart ayında Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi müddətdə tanımış, həmin ərəfədə o, Samirənin işlədiyi ticarət mərkəzində eskalatorun altında 50 m2 sahəsi olan yer götürərək orada ayaqqabı satışı ilə məşğul olmuş, əvvəlcə aralarında iş yoldaşı kimi xoş münasibət olmuş, daha sonra onun Samirəyə sevgisi yaranmış və Samirəyə bu barədə demiş, Samirə də onun sevgisinə qarşılıq vermiş, o, Samirə ilə tanış olanda evli olduğunu demiş, hətta böyük qızı Aysun onun yanında, ayaqqabı mağazasında işlədiyinə görə Samirə özü də onun evli olduğunun şahidi olmuş, o, heç vaxt özü haqqında Samirəyə yalan danışmamış, Samirə ona Sumqayıt Pedoqoji institutunu filoloq ixtisası üzrə bitirdiyini, heç vaxt ailə qurmadığını, ata-anasının Ağdam şəhərində, özünün isə Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşadığını demiş, onun Samirə ilə münasibəti normal davam etmiş, aralarında münasibətləri dərinləşmiş, sevgiməhəbbətə çevrilmiş və birlikdə cinsi həyat yaşamış, o, Samirə ilə birgə qeyri-rəsmi ərarvad kimi yaşadığı üçün mühafizəçi işləməyini istəməmiş, bu səbəbdən də, 2020-ci ilin qışında Samirəni işdən çıxartmış, daha sonra ardıcıllıqla Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayəşin yaşamış, Samirənin kirayə qaldığı evlərin aylıq ödənişlərini həmişə o, Samirəyə vermiş, Samirə də özü ödəmiş, bundan əlavə aylıq 500-700 manat arası Samirənin evinə bazarlq etmişdir. Samirə ilə münasibətləri normal olsa da, zaman-zaman Samirənin hərəkətləri onda qısqanclıqlar yaratmış, Samirə 2020-ci ilin qışında işdən çıxdıqdan sonra, onun “Xəlifə” ticarət mərkəzindəki dükanında işləmişdir. Bu ticarət mərkəzi Nizaməddin Həmidova məxsus olmuşdur. Samirəni Nizaməddin müəllimə arvadı kimi təqdim etmiş, Nizaməddin müəllim də “belə gözəl-göyçək xanımın var, ondan müğayət ol” demiş, Nizaməddin müəllimin danışıq tərzi onun xoşuna gəlməmiş və Samirəni qısqanmışdır. Noyabr ayının əvvəlində onun sağlamlıq vəziyyəti pisləşmiş, əsəb xəstəliyinə görə X1 həkimi Yusif Zeynalovun müalicəsini qəbul etmiş. Samirə də valideynlərinin yaşadığı Ağdam rayonuna qayıtmış, bu səbəbdən də Samirə ilə ancaq telefonla ünsiyyət saxlamış, dekabr ayından isə əvvəlki isti münasibətləri davat etmiş, bu ərəfədə Samirə ona “Karvan” ticarət mərkəzində işlədiyini demiş, o, həftədə bir neçə dəfə “Pioner” deyilən yerdən saat 20-21 radələrində Samirəni işdən götürmüş, lakin o saatda “Karvan” ticarət mərkəzi işləmədiyindən Samirənin bu saatda çıxması onda şübhə doğurmuş, Samirəni izlədikdə onun “Murasimo” mağazasında işlədiyini bilmiş, gedib gözü ilə orada işlədiyini görsə də, özünə elə orada heç nə deməmiş, Samirə ona iş yerini səhv deməyini iş yerini bilməyini istəməməyi ilə izah etmişdir. Həmin vaxtlar iş yerində kənardan bir oğlandan hədiyyə qəbul etdiyini görsə də, bunu Samirəyə sübut edə bilməmiş, son vaxtlar Samirə telefonla kimlərləsə tez-tez danışaraq, telefonunu ondan gizlətmiş, telefonuna şifrə tətbiq etmiş, bu da öz növbəsində onda ciddi şübhələr yaratmış, hətta bir dəfə Samırədən telefonunu istəyəndə içərisindəkiləri silərək ona vermişdir. 14 fevral 2023cü ildə sevgililər günündə axşam saatlarında Samirə ilə birlikdə olmuş, evdə olanda meyvə şirəsi və “Kola” alkoqolsuz içkisinin butulkasını görmüş, Samirə özü bu içkiləri qəbul etmədiyindən, o, evə başqa birisinin gəldiyinə tam əmin olmuşdur. Samirənin çox vaxt təxminən saat 20:00 radələrində işdən çıxıb evə gəldiyini bildiyindən, 19 fevral 2023cü il tarixdə yaşadığı evdən 01 ədəd mətbəx bıçağını gizlində götürərək Samirənin kirayəşin qaldığı mənzilə gəlmiş, binaya gələndə saat 19:30 olmuş, təxminən yarım saat blokun 3-cü və 4-cü mərtəbəsinin arasında gizlincə Samirəni gözləmiş, təxminən saat 20:00 radələrində lift 3-cü mərtəbədə açılmış, Samirənin liftdən çıxaraq mənzilinin qapısını açdığını görmüş, həmin vaxt Samirə kimləsə telefonda danışaraq evə girib zəng vuracağını söyləmiş, bunu eşitdikdə o, daha da qısqanclaşaraq Samirənin arxasınca gözlənilmədən evə daxil olmuşdur. Dəhlizdə onunla Samirə arasında sözlü mübahisə başlamış, o, qışqıraraq Samirədən xəyanət etdiyi şəxsləri deməsini tələb etmiş, Samirə isə qışqıraraq qonşuları çağırmış, sözlə mübahisələri 2-3 dəqiqə çəkdikdən sonra Samirə onun suallarına cavab vermədiyinə görə yaşadığı evdən çıxarkən şalvarının sağ arxa tərəfində kəmərin arxasına yerləşdirdiyi mətbəx bıçağını çıxararaq əvvəlcə Samirənin boynunun ətrafından və boğazından 4-5 dəfə vurmuş, daha sonra yerdə əlbəyaxa olmuş, bu müddətdə Samirə onun arvadını, anasını, qızlarını söymüş, o, da Samirənin söyüşündən coşaraq bıçaqla zərbələr yetirmiş, lakin bıçaqdan istifadə edib neçə zərbə yetirməyi yadında qalmamış, Samirə yerdə uzanıqlı vəziyyətdə ona vurmamasını, onsuzda öləcəyini demiş, son söz olaraq isə atasını çağırmağını istəmiş, Samirə tam hərəkətsiz vəziyyətə düşdükdən sonra Samirəyə yazığı gəlmiş, qonaq otağında olan anasının ona verdiyi və Samirənin evinə gətirdiyi yastığı Samirənin başının altına qoyaraq qonaq otağındakı qırmızı ədyalı örtmüş, Samirəyə zərbələr yetirdiyi bıçağı isə yastığın üstünə qoymuş, daha sonra mənzili tərk edərək taksi ilə Sumqayıt şəhər Polis idarəsinə gəlmişdir. Polis idarəsinə gələrkən yolda olanda öz nömrəsindən Samirənin atası Rövşənə zəng edərək qızı Samirənin hər şeyi gizlətməyinə, bir ata kimi heç nədən xəbəri olmamağında günahkarın anası olduğunu demiş və telefonda Samirənin atasına “qızını xəyanət üstə tutsan nə edərsən?” sualını vermiş, atası Rövşən ona “başını kəsərəm” deyə cavab vermiş, o, da artıq Samirənin başını kəsdiyini, buna ehtiyac olmayacağını dedikdə, atası ona “yaxşı etmisən” deyə cavab vermiş, daha sonra da polis idarəsinə könüllü təslim olub təqsirini boynuna almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə qanuna uyğun ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o həmin ifadəsində göstərmişdir ki, 1993-cü ildə Şəbinə Məmmədova (Həsənova) ilə ailə həyatı quraraq Ağdam rayonu Quzanlı kəndində birlikdə yaşamış, həmin nikahdan 1995-ci ildə qızı Zərərçəkmiş şəxs, 1997-ci ildə qızı Aytən, 2001-ci ildə isə oğlu Rövşən doğulmuş, qızı Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmaqla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına daxil olduqdan sonra Ağdam rayonundan Sumqayıt şəhərinə köçmüş, ali təhsil aldığı müddətdə Sumqayıt şəhərinin girəcəyində üç tələbə yoldaşı qızla birlikdə kirayə tutduqları evdə yaşamış, 2019-cu ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə Sumqayıt şəhərində “Asan” xidmət mərkəzində bir müddət təcrübə keçdikdən sonra Sumqayıt Şəhər Məhkəməsində texniki işçi, 2020-ci ildə isə Sumqayıt şəhərində yerləşən “Xəlifə” ticarət mərkəzində ayaqqabı dükanında işləmiş, dükanın sahibi kimi Fizuli adlı şəxsi tanımış, qızı Samirənin işi satışdan əldə olunan pulu təhvil almaqdan və satışa nəzarət etməkdən ibarət olmuş, təxminən 6-7 ay bundan əvvəl, yəni 2022-ci ilin iyul-avqust ayında Zərərçəkmiş şəxs ona zəng edərək işində narahatlıq olduğunu demiş və ondan iş yerinə gəlməyini xahiş etmiş, o, Samirənin yanına gəldikdə qızı Samirədən ayaqqabı dükanım əvvəllər işlətmiş Taleh adlı şəxs ilə satış vitrinlərinin rəfləri ilə əlaqədar problem yaşadığını bilmiş, o, Samirədən iş yerinin müdiriyyəti olduğu halda, nəyə görə bu problemi Taleh adlı şəxs ilə məhz onun yaşadığını soruşduqda, Samirə bu işin ona aidiyyəti olmadığını, sadəcə Talehin gəlib rəfləri dağıtdığına görə narahatlıq yarandığını demiş, o, oranın sahibi Fizuli ilə baş verənlər barədə söhbət etdikdə, Fizuli növbəti günlərdə rəfləri söküb Taleh adlı şəxsə təhvil verəcəyini, bir daha iş yerində narahatlığa səbəb olan hadisənin baş verməyəcəyini demiş, o, bununla da kifayətlənməyərək Taleh ilə görüşüb hadisənin səbəbini aydınlaşdırmaq istəmiş, bu səbəbdən Talehin nömrəsini qızından alıb zəng etdikdə, növbəti gün görüşməyə vəd versə də, sonradan qızı Samirə artıq məsələnin öz həllini tapdığını demiş və Talehlə aralarında nəzərdə tutulan görüş baş tutmamışdır. Bundan sonra heç vaxt Samirədən nə Taleh, nə də onun iş yeri ilə əlaqədar hansısa narahatlıq eşitməmiş, həmin hadisələr baş verən vaxtı Samirə ünvan 5 ünvanında yaşamış, Samirə buranı özü kirayə götürmüş, Samirənin nə qədər kirayə haqqı verdiyini bilməmiş və mənzilin sahibini də tanımamışdır. Samirə tələbə vaxtından ailəsindən ayrı yaşasa da, nəzarətlərindən kənarda qalmamış, elə Samirənin təhsil aldığı dövrdən tez-tez gəlib qızına baş çəkmiş, rayondan ərzaq, yemək və s. gətirib vermişdir. Son vaxtlar isə Samirə “Karvan” ticarət” mərkəzinin yaxınlığında başqa bir dükanda satıcı işləmiş, bu iş yerində satdığı malın faizinə uyğun 500-700 manat arası əmək haqqı almışdır. 19 fevral 2023-cü il tarixdə saat 19-20 radələrində o, Bakı şəhərində olarkən istifadəsində olan ***- ***-**-** mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, zəngi açdıqda danışan özünü Taleh kimi təqdim etmiş, o, Talehi tanımadıqda Samirənin iş yoldaşı olduğunu ona bildirmiş, bundan sonra Talehin həmin rəflər ilə əlaqədar danışdığı şəxs olduğunu bilmiş və Taleh ona telefonda “qızın Samirə xəyanət edərsə, nə edərdin?” sualını vermiş, o da cavabında “başını kəsərdim” demiş, bu sözündən sonra Taleh telefonda qızı Samirənin başını kəsdiyini və evdə olduğunu, gəlib sahib çıxmağını söyləmiş, o, bu sözləri eşitdikdən sonra dərhal taksiyə minərək Sumqayıt şəhərinə yola düşmüş, yolda olanda zəng edən nömrəyə təkrarən yığaraq qızına nə etdiyini soruşduqda, Taleh qızını öldürdüyünü və hazırda polisə gəlib təslim olduğunu demişdir. O, Samirənin kirayəşin yaşadığı mənzilə gəldikdə evin giriş qapısı açıq vəziyyətdə olduğundan, içəri daxil olduqda qonaq otağının qapısının yanında qızının meyitini uzanmış vəziyyətdə başının altında yastıq, yastığın üzərində bıçaq görmüş, meyitin yanında və evin girişində qan izləri olmuş, bir neçə dəqiqə sonra isə polis əməkdaşları oraya gəlmişdir. Təxminən 24 yanvar 2023-cü ildə Zərərçəkmiş şəxs mənzilinin olduğu binanın həyətində “Mercedes” markalı, **-BC-*** nömrə nişanlı avtomobili elektrik qurğularında olan nasazlıqdan alışıb yanmış, buna görə də avtomobilini Bakı şəhərində təmir etdirmiş, elə bu vaxtdan da Samirənin yanında qalmış, buna görə də hər gün axşamlar zəngləşib harada olduğunu soruşmuş, 19 fevral 2023-cü il tarixdə də saat 17:00-da Samirəyə zəng edərək telefonda danışmış, Zərərçəkmiş şəxs onunla danışan zaman hələ işdə olmuş, həmin ərəfələrdə Sumqayıt şəhərinə gəlməli olduğundan Samirədən evin açarının harada olduğunu soruşmuş, ancaq, avtomobilinin təmir işi uzandığına görə daha gec çıxmış, saat 17:30 radələrində usta əlavə detal almağa ehtiyac olduğunu dediyindən saat 19:00 radələrində qızına təkrarən zəng edərək gələ bilməyəcəyini demiş, bundan sonra Samirə ilə telefon əlaqəsi olmamış, Zərərçəkmiş şəxs ümumiyyətlə heç bir vaxt ona kiminsə tərəfindən öldürməklə, zorakılığa məruz qoymaqla, yaxud da başqa cür hədələndiyini deməmiş, Təqsirləndirilən şəxs, onun tanışları və qohumlarından heç kimi tanımamaqla Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında qeyri-rəsmi ər-arvad münasibətinin olduğunu bilməmiş, arvadı Şəbinə Məmmədova ondan Samirə ilə əlaqədar nəsə gizlətməmiş, Zərərçəkmiş şəxs aylıq qazancı çox olmadığından evdə qızılları, gündəlik xərcini ödəyəndən böyük məbləğdə pulu olmamış, evdə Samirənin və ya başqasının dəyərli əşyaları olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 qızı ifadəsində göstərdi ki, mərhum qızı Zərərçəkmiş şəxs təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxsla hər hansı bir münasibətdə olmasından bir ana kimi onun məlumatı olmamışdır. Qızı Samirə Sumqayıtda universiteti bitirdikdən sonra Sumqayıtda qalıb işləyərək kirayədə yaşamışdir. 19 fevral 2023-cü il tarixdə qızı Samirənin öldürülməsi xəbərini eşitmişdir. Qızı Təqsirləndirilən şəxs tərəfindən səsəbsiz yerə öldürülmüşdür. Hadisədən sonra o prokurorluqda ifadə vermişdir, həmin ifadəsini təsdiq edir. Hadisənin şahidi olmamışdır. Bu hadisədən sonra əri Elşənin səhhətində ciddi problemlər yaranmışdır, o müalicə olunduğuna görə məhkəməyə gələ bilmir. Təqsirləndirilən şəxs məhkəmədə danışığından ona məlum olmur ki, Təqsirləndirilən şəxs qızını nə səbəbə görə öldürüb. Onların ailələri Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun bacısı Səbinənin qızı idi. O özü xırda ticarətlə məşğul olur. O Sumqayıt şəhərinə gələndə bacısı qızı Samirə ilə görüşürdü. Samirə Sumqayıtda kirayədə yaşayırdı. Hadisə olan gün Samirə ilə votsapla danışmışdı, o Samirədən şampun istəmişdi, Samirə də onun istədiyi şampun barədə maraqlanıb ona məlumat vermişdir. 19 fevral 2023-cü il tarixdə axşam saatlarında Samirənin bıçaqlanaraq öldürülməsi xəbərini bacısı gildən eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onların üç uşağı var. Onlar və qaynanası ünvan 6 ünvanında yerləşən yaşayış evində birlikdə yaşamışlar. Ərinin Samirə adlı qadınla münasibətinin olduğunu bilmişdir. Sonda da bu hadisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Talehin Samirəni bıçaqlayaraq öldürdüyünü və polisə təslim olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Hazırki iş üzrə şahidlər-Şahid11, Şahid10, Şahid2, Şahid9 və Şahid8 məhkəməyə teleqramla müracişt edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında qeyd edilən şahidlərin istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımaqla münasibətləri hər zaman normal olmuş, Samirə təxminən 02 ay bundan əvvəl onun satıcı işlədiyi “Murassimo” adlı qadın geyim mağazasında satıcı kimi işə düzəlmiş, mağazada Samirə və ondan başqa İlhamə adlı qadın da çalışmış, Samirə mağazada yeni işə başladığından onunla münasibətləri elə də yaxın olmamış, bununla belə Samirə mağazada işlədiyi vaxt özünü nizam-intizamlı, tərbiyəli işçi kimi aparmışdır. Samirə Sumqayıt şəhəri, 6-cı mikrorayonda 11A saylı binada atası və anası ilə qalmış, o, bunu Samirədən eşitdikdə həmin binada nə vaxtdan qaldığını soruşmuş, Samirə ona bina tikilib qurtardığı vaxtda orada qaldığını bildirmişdir. O, Samirəyə özünün də bina tikildiyi vaxtdan orada qaldığını, nə üçün onu orada görmədiyini soruşduqda, Samirə onun bu sualından yayınaraq cavab verməkdən imtina etmişdir. Samirə adətən işə hamıdan tez təxminən saat 09:00 radələrində gəlmiş və təxminən saat 20:00 radələrinə kimi işdən çıxmış, Samirə işə hamıdan tez gəldiyi üçün mağazanın bir açarı hər zaman onda olmuş, onunla söhbəti zamanı Samirə atasının imkanlı şəxs olduğunu, lakin özünün əvvəllər “Xəlifə” Ticarət Mərkəzində mağaza işlədən vaxtdan borcları yarandığından hal-hazırda “Murassimo” mağazasında satıcı kimi işə düzəldiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə hər zamankı kimi mağazada işlədikdən sonra təxminən saat 19:30 radələrində evə tez getməli olduğu üçün işdən çıxmış, işdən çıxmamışdan əvvəl Samirə və İlhamə ilə sağollaşan zaman, Samirə onlara axşam evinə qonaq gələcəyini və mesaj yazacaqları təqdirdə görməyə biləcəyini söyləmiş, onlar da zarafatca Samirəyə yəqinki yemək bişirəcəyini və başının qarışıq olacağını söyləmiş, bundan sonra o, mağazadan çıxıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs öldürüldüyünü öyrənmişdir. Zərərçəkmiş şəxs onlarla birlikdə işlədiyi müddətdə, tanışlarından kimsə mağazaya gəlib onunla görüşməmiş, Təqsirləndirilən şəxs tanımamış, mağazaya nə vaxtsa gəlib-gəlməməyinə fikir verməmiş, Zərərçəkmiş şəxs də Taleh haqqında onlara heçnə danışmamış, Zərərçəkmiş şəxs hər zaman evinə 7 nömrəli avtobusla getmiş, hətta bir dəfə o, Samirə ilə birlikdə 7 nömrəli avtobusda getmiş və 6-cı mikrorayona çatdıqda Samirə avtobusdan düşmüşdür. Zərərçəkmiş şəxs demək olar günün çox hissəsini telefonuyla keçirmiş, buna görə də Samirənin kimlərləsə yazışdığını hiss etmiş, telefonunu da heç kəsə etibar etməmiş, bir dəfə şəkil çəkmək üçün telefonunu ona versə də, telefona anidən gələn mesajları görməməyi üçün internetini söndürmüşdür. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər- Şahid11 və Şahid10 ibtidai istintaq zamanı ifadələrində Şahid9 ilə oxşar məzmunlu ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən mənzildir. Mənzil binanın 3-cü blokunun 3-cü mərtəbəsində liftin mərtəbəyə açılan qapısı ilə üzbəüz yerləşir. Mənzilin yerləşdiyi mərtəbəyə qalxarkən pilləkən üzərində, həmçinin mənzilin qapısının qarşısında, dəhlizdə damcı şəklində qanabənzər ləkələr müşahidə edilir. Giriş qapısı qara rəngli bir taylı olmaqla, dəmir materialdan hazırlanmış və çölə doğru açılır. Qapının kilid hissəsində hər hansı bir müdaxilə izləri müşahidə olunmur. Qapının çöl tərəfdən kilid və tutacaq hissəsində qana bənzər ləkələr müşahidə edilir. Qapının içəri tərəfdən üzlüyü ağ rəngdədir. Qapının içəri hissəsinin gözlük adlanan yerindən aşağıya qədər, həmçinin tutacağının üzərində damcıvari və yayılmış formada qana bənzər ləkələr vardır. Giriş qapısından mənzilə daxil olduqda dəhliz yerləşir. Mənzilin döşəməsi taxta materialdandır. Giriş qapısından sağda dağınıq vəziyyətdə müxtəlif növ ayaqqabılar vardır. Giriş qapısından solda isə bir ədəd tumba və stol vardır. Dəhlizin döşəməsinin üzərində damcıvari və yayılmış formada qanabənzər ləkələr giriş qapısından üzü qonaq otağı istiqamətində müşahidə edilir. Mənzil 2 otaqlıdır və ayrıca mətbəx otağı yoxdur. Giriş qapısından mənzilə daxil olduqda üzbəüz yataq otağına çatmamış sol tərəfdə mətbəx kimi istifadə olunan künc vardır. Dəhlizdən sağa doğru hərəkət etdikdə orada hamam yerləşir. Giriş qapısı ilə üzbəüz nisbətən sağda, hamam otağının solunda isə qonaq otağı yerləşir. Qonaq otağının giriş qapısı taxta materialdan olub yarıdan yuxarısı buzlu görünməz şüşə materialdan 6 bölmədən ibarətdir, qapı içəri açılmış vəziyyətdədir. Qonaq otağının qapısının ağzında başı qapı və ayaqları isə əksinə otağın diaqonal kəsiyi istiqamətdə sağ çiyin üstə çəpəki vəziyyətdə bir ədəd qadın meyiti vardır. Meyitin əynində tünd göy rəngli cins şalvar, kapşonlu gödəkçə və ayaqqabı vardır, başının altına çəhrayı rəngli üzlüyü olan yastıq qoyulmuşdur. Yastığın üzərində bir ədəd mətbəx bıçağına bənzəyən bıçaq vardır. Yastıq və meyitin üst paltarları qana bulaşmış vəziyyətdədir. Üzündə, sol qulağının ətrafında və boğazına yaxın bədən nahiyələrində bıçaq xəsarəti izləri görünür. Meyitin əl barmaqlarında bıçaqla yetirilməyə xarakterik kəsiklər vardır. Meyitin olduğu qonaq otağına girdikdə sol tərəfdə yataq vəziyyətinə gətirilmək üçün açılmış divan, divanın aşağı yəni qapıya doğru olan hissəsinə jurnal masası bitişmişdir. Həmin masanın üzərində iki ədəd qırmızı rəngli yorğan vardır. Həmin yorğanların arasında üzərində qana bənzər ləkələr müşahidə edilən qadın çantası vardır. Otağa girişdən sağ tərəfdə divara bitişik vəziyyətdə paltar dolabı vardır. Otağın girişi ilə üzbəüz, mərkəzdə bir ədəd masa və 04 ədəd stul vardır. Stullardan birinin üzərində ağ rəngli uzunqol kişi köynəyi və bir ədəd qalstuk vardır. Masanın üzərində bir ədəd meyvə qabı, bir ədəd bokal, bir ədəd külqabı, bir ədəd şirniyyat qabı, bir ədəd içərisində yarımçıq miqdarda su olan butulka, bir ədəd qaz kartı, bir ədəd kredit kartı və dəftərçə vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində qadın cinsli meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: qara rəngli kapüşonlu cins gödəkçə, tünd göy rəngli cins şalvar, üzərində “Dior” sözü yazılmış qara rəngli uzunqol kofta, qara rəngli qısaqol mayka, qara rəngli büsqalter, iç-içə geyinilmiş iki cüt ağ və qara rəngli corab, bir ədəd göy rəngli kalqotka, çəhrayı rəngli tuman, üzərində “burberry” sözü yazılmış bir ədəd bot-ayaqqabı. Meyit qadın cinslidir, boyu - 168,0 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında zəif inkişaf etmişdir. Baş tükləri qara rəngli olub, ucları sarı rənglə boyanmışdır. Meyitin başının sol gicgahında 03 ədəd, təpə-ənsə nahiyəsində 01 ədəd, sol ənsə nahiyəsində 04 ədəd, boyunun sol arxa yuxarı hissəsində 03 ədəd, boyunun sol yan səthində 02 ədəd, sol yan aşağı hissəsində 02 ədəd, sol körpücüküstü nahiyədə 05 ədəd, sol bazu oynağının ön səthində 05 ədəd, sol körpücükaltı nahiyədə 03 ədəd, döş qəfəsinin ön səthinin sol yuxarı hissəsində 2-ci, 3-cü qabırğa səviyyəsində 03 ədəd, sol qulaq keçəcəyində 01 ədəd, sol qulaq önü nahiyədə 02 ədəd, sağ yanaqda 02 ədəd, sağ körpücükaltı nahiyədə 02 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında 6-cı, 7-ci qabırğa səviyyəsində 04 ədəd, sol bel nahiyəsində 04 ədəd, sağ arxa qoltuq xətti boyunca 8-ci, 9-cu qabırğa səviyyəsində 03 ədəd, sağ bel nahiyəsində 08 ədəd, qarının ön səthinin sağ yarısında 02 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında 7-ci, 8-ci qabırğa səviyyəsində 01 ədəd, sağ əlin birinci barmağında 01 ədəd, üçüncü barmağında 01 ədəd, dördüncü barmağında 01 ədəd, beşinci barmağında 02 ədəd, sağ əlin ovuc səthində 01 ədəd, sol əlin üçüncü barmağında 03 ədəd deşilmişkəsilmiş yaralar olub, ümumi sayı 69 ədəd olan deşilmiş-kəsilmiş yaraların ölçüləri 0,6x0,2 sm-dən 7xlsm-ə qədərdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 20 fevral 2023-cü il tarixli “mobil telefona baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı telefona baxış keçirilmişdir. Telefon kilidlənmiş vəziyyətdədir. Kilid kodu məlum olmadığından telefonun açılması və içərisindəki məlumatlara baxış keçirilməsi mümkün olmadı. Bununla belə telefonun ekranında çıxan məlumatlardan görünür ki, “Atamın” adı ilə qeyd olunmuş şəxsdən xx.xx.2023-cü il tarixdə saat 20:46 radələrində zəng, “Whatsapp” ani mesajlaşma proqramında “Rafo” adı ilə qeyd olunmuş şəxsdən saat 20:56 radələrində “Neynirsən gözəl” mesajı, “Mesi” adı ilə qeyd olunmuş şəxsdən saat 21:20 radələrində video görüntülü zəng, “ Turane. tural” adı ilə qeyd olunmuş şəxsdən “Whatsapp” ani mesajlaşma proqramında saat 22:15 radələrində “Netersen” mesajı, “Mesi” adı ilə qeyd olunmuş şəxsdən “Whatsapp” ani mesajlaşma proqramında saat 22:25 radələrində “İndi Allah bilen telin harda qaldı” mesajı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlar: Gödəkçə - tünd boz rəngli cins materialdan, astarı çəhrayı rəngli xovlu materialdandır. Uzunqolludur, öndən 05 ədəd metallik düymə və ona müvafiq ilgəklərlə bağlanır. Gödəkçənin ön səthinin hər iki yarısında yan cibləri vardır. Boynu xəzlidir, düymə və ilgəklə açılıb-bağlanır.arxa səthində “Bello Biteb” yazısı həkk olunmuşdur. Gödəkçənin ön səthinin sol yarısının yuxarı hissəsində, çiyin tikişindən 20mm, sol qolun dairəvi tikişindən 95mm məsafədə, xətti formalı, çəp istiqamətli, 13mm uzunluqlu bir ədəd dəlib keçən zədə vardır. Gödəkçənin sağ yan cibinin yuxarı kənarında, köndələn istiqamətli, 20 mm uzunluqlu bir ədəd, sağ yan cibin aşağı kənarında boylama istiqamətli, 20 mm uzunluqlu bir ədəd zədə var. Gödəkçənin boyunluğunun xəzinin bərkidildiyi soldan 1-ci və 2-ci ilgəklərin qalıqları qeyd edilir. Kofta - qara rəngli materialdandır, uzunqollu, kapüşonludur. Ön səthində ağ rəngli hərflərlə “DİOR” sözü yazılmış, boyunun astar səthində “Titus” sözü yazılmış etiket tikilmişdir. Ön səthində bir birinə keçən yan cibləri vardır. Koftanın ön səthinin yuxarı hissəsində, yaxalığın kənarından 5mm başlayaraq 180x70mm sahəəd, müxtəlif istiqamətli, xətti formalı uzunluqları 17mm, 18mm, 16mm və 5mm olan dörd ədəd dəlibkeçən və 5mm uzunluqlu iki ədəd dəlib-keçməyən zədələr vardır. Koftanın arxa səthinin sağ yarısının aşağı hissəsində uzunluğu 25mm olan bir ədəd zədə var. Koftanın kapüşonunun sol yarısında və arxa səthinin sol yarısında, 220x160mm sahədə, 5mm-dən 22mm-ə qədər olan çoxsaylı dəlib-keçən zədələr və uzunluqları 3mm və 7mm olan iki ədəd dəlib-keçməyən zədə vardır. Mayka - Qara rəngli materialdan olmaqla qısaqollu, yaxalığı dairəvi formalıdır. Boyun səthinin astar hissəsində yazısı oxunmayan etiket tikilmişdir. Maykanın ön səthinin sol yarısının yuxarı hissəsində, 160x140mm sahədə, çəp istiqamətli uzunluqları 6mm, 20mm, 28mm olan üç ədəd dəlib-keçən zədə vardır. Şalvargöy rəngli cins materialdan olmaqla, öndən metallik zəncirbənd və düymə ilə bağlanır. Ön və arxa səthinin hər iki yarısında cibləri vardır. Bel nahiyəsinə “Lovest” yazılmış etiket tikilmişdir. Şalvarın üzərində hər hansı bir zədə yoxdur. Kalqotka (naxışlı) - göy-qırmızıçəhrayı rəngli qarışıq naxışlı materialdandır, beli manjetlidir. Üzərində hər hansı bir zədə yoxdur. Büstqalter - qara rəngli materialdan olmaqla üzəri küpürlüdür. Üzərində hər hansı bir zədə yoxdur. Alt tumanı - çəhrayı rəngli küpür materialdandır. Üzərində hər hansı bir zədə yoxdur. 02 cüt corab - ağ və qara rəngli olmaqla üzərində hər hansı bir zədə yoxdur. 01 cüt ayaqqabı - qara rəngli dəriyə oxşar materialdandır, səthi qəhvəyi-ağ zolaqlı damalıdır, yarımboğazdır, üzərinə “Burbery” sözü yazılmış, alt səthində “40” rəqəmi həkk olunmuşdur. Öndən qara-ağ zolaqlı iplə bağlanır. Təqsirləndirilən şəxs məxsus paltar: Gödəkçə - qara rəngli dəriyə oxşar metarialdan olmaqla, uzunqolludur. Öndən zəncirbəndlə bağlanır, ön səthində iki ədəd yan cibləri vardır. Üzərində hər hansı bir zədə yoxdur. Pulover (vodolazka) - boz rəngli materialdan olmaqla, uzunqolludnr boyunluqludur. Boyunun astar səthinə “ Black Mamba” yazılmış etiket tikilmişdir. Üzərində hər hansı bir zədə yoxdur. Şalvar - tünd göy rəngli materialdandır, öndən bir ədəd plastik zəncirbəndlə bağlanır. Hər iki tərəfində yancibləri, arxa tərəfində isə iki ədəd cib vardır. Arxa cibləri düymə ilə bağlanır. Üzərinə “daniele Crespi” sözləri yazılmış etiket tikilmişdir. Üzərində hər hansı bir zədə yoxdur. Alt şalvarı - bozumtul rəngli materialdandır. Beli rezinlidir. Üzərində hər hansı bir zədə yoxdur. Bir cüt ayaqqabı - qəhvəyi rəngli dəriyə oxşar materialdandır. Üzərinə “Fashion” sözü yazılmış etiket tikilmişdir. Alt səthinə “43” rəqəmi həkk olunmuşdur. Üzərində hər hansı bir zədə yoxdur. Kəmər - qara rəngli dəriyə oxşar materialdandır, səthi naxışlıdır. Metallik hissəsinin üzərinə “GİVENCHY” yazısı həkk olunmuşdur. Üzərində hər hansı bir zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 fevral 2023-cü il tarixli “mobil telefona baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefona baxış keçirilmişdir. Telefon kilidlənmiş vəziyyətdədir. Təqsirləndirilən şəxs deməsinə görə kilid kodu 3525-dir. Həmin rəqəm yığıldıqda telefon açıldı. Telefonun ekranında canavar şəkli yerləşdirilmişdir. Ana ekranda “Kamera” və “Whatsapp” proqramları vardır. “Whatsapp” proqramına daxil olub söhbətlər hissəsinə keçdikdə, orada “ilkin xekife cin”, “X15”, “Vesile cin teze”, “Bahar balam”, “Balam” adları ilə qeyd olunmuş şəxslərlə mesajlaşmalar vardır. Həmin yazışmalardan “Balam” adı ilə qeyd olunmuş nömrə ***-***-**-** nömrəsidir ki, bu nömrə də Zərərçəkmiş şəxs aiddir. Yazışmalardan da görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs münasibətləri olmuş və gündəlik olan hadisələrdən və müxtəlif mövzulardan bəhs edilməklə yazışmışlar. Telefonda zənglər proqramına daxil olduqda görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saat 17:37 və 17:38 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı (Balam adı ilə qeyd olunmuş) mobil nömrəyə 02 dəfə zəng vurmuş, lakin hər hansı bir danışıq aparılmamışdır. Həmin gün saat 20:07 və 20:14 radələrində Şahid5 istifadəsində olan ***-***-**-** saylı (Balam adı ilə qeyd olunmuş) mobil nömrəyə 02 dəfə zəng vurmuş, 1-ci zəngdə 2 dəqiqə 54 saniyə, 2-ci zəngdə isə 3 dəqiqə 21 saniyə danışıq aparılmışdır. Saat 20:11 və 20:19 radələrində Elşən Məmmədovun (Samirənin atası) istifadəsində olan ***-***-**-** saylı (“bine fürid 1” adı ilə qeyd olunmuş) mobil nömrəyə 2 dəfə zəng vurmuş, 1-ci zəngdə 1 dəqiqə 25 saniyə, 2-ci zəngdə isə 44 saniyə danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış protokolundan” görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD disk «HP» markalı kompyuterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə 01 ədəd 6762-xx.xx.2023.zip adlı sıxılmış fayl var. Həmin faylı açdıqda 1) antena2023.xlsx, 2) antenna-2022.xlsx, 3) abuneciler.xls, 4) **********01_SMS.txt, 5) **********01.txt, 6) **********88_SMS.txt, 7) **********88.txt adlı 07 ədəd fayl vardır. Antena2023.xlsx faylına daxil olduqda görünür ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 17:36 radələrində istifadəsində olan ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə zəng vurmuş və 45 saniyə danışmışdır. Həmin vaxt Elşən Məmmədovun anten dairəsi “Baki, Tbilisi Pr. 1, Restoran Levengi”, Zərərçəkmiş şəxs anten dairəsi isə “Sumqayit şəhəri, 30-cu məhəllə, "Xezer" Shirketi” kimi göstərilmişdir. 18:08 radələrində Elşən Məmmədov yenidən 24 saniyə telefon danışığı aparmış, həmin vaxt Elşən Məmmədovun anten dairəsi “Aile ve Saglamliq.,20 Yanvar”, Zərərçəkmiş şəxs anten dairəsi isə “Sumqayit şəhəri, 30-cu məhəllə, "Xezer" Shirketi” kimi göstərilmişdir. Həmin gün Zərərçəkmiş şəxs mobil nömrəsinə başqa zəng olunmamış və Zərərçəkmiş şəxs də zəng etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə 20:08 radələrində Şahid5 istifadə etdiyi ********** saylı mobil nömrə ilə əlaqə saxlayaraq 175 saniyə danışmışdır. Saat 20:12 radələrində Təqsirləndirilən şəxs Elşən Məmmədovun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng vuraraq 85 saniyə danışıq aparmışdır. Saat 20:15 radələrində yenidən Şahid5 istifadə etdiyi ********** saylı mobil nömrə ilə əlaqə saxlayaraq 202 saniyə danışmışdır. Saat 20:19 radələrində Elşən Məmmədov istifadəsində olan ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə zəng vuraraq 44 saniyə danışmışdır. Abuneciler.xls faylına daxil olduqda görünür ki, 71 ədəd mobil nömrənin hansı şəxslərə məxsus olması qeyd edilmişdir. Həmin faylın 1-ci sətrində qeyd olunmuşdur ki, ********* saylı mobil nömrə Zərərçəkmiş şəxs məxsusdur. 2-ci sətrdə qeyd olunan ********* saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Digər sətirlərdə iş üzrə əhəmiyyət kəsb edəcək nömrə aşkar edilmədi. **********01jSMS.txt faylına daxil olduqda görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:12 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “balam necesen cavab ver zehmet olmasa bir de meni bloka atmisan nomreni cixart blokdan soz deyecem sene” mətnli, xx.xx.2022-ci i ltarixdə, saat 05:44 radələrində “sehere qeder yatmamısam senin fikrinden balam meni blokdan cixart sozum var sene” mətnli mesajlar yazmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 115 mm olan, qəhvəyi rəngli soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı 3 rəqəmi ilə, digər 03 ədəd oxşar formada olan bıçaqları isə müvafiq olaraq 1,2 və 04 rəqəmi ilə nömrələnmiş vəziyyətdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim edimişdir. Təqsirləndirilən şəxs qeyd olunan bıçaqlara diqqətlə nəzər salıb və əli ilə 03 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək Zərərçəkmiş şəxs həmin bıçaq ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq öldürdüyünü, bıçağı həmişə ev işlərinə istifadə etdiyindən, ölçüsünə, formasına və rənginə görə tanıdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 218 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin 5-ci barmağının yarası xəsarəti aşkar edilmişdir.Qeyd olunan xəsarət kəsici kənarlı alətlə, ola bilsin ki, bıçaqla zərərçəkənin göstərdiyi şəraitdə əmələ gəlmişdir. Müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilərvə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 32 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol ön səthinin sol ağciyəri zədələyən 05 ədəd, döş qəfəsinin sağ yarısının sağ ağciyəri zədələyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları, qarının qaraciyəri zədələyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları, başın, boynun, döş qəfəsinin, qarının, sol yanağın, hər iki əlin çoxsaylı kəsilmiş-deşilmiş yaraları (60 ədəd). Qeyd olunan xəsarət həyatidirlər, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol ön səthinin sol ağciyəri zədələyən 05 ədəd, döş qəfəsinin sağ yarısının sağ ağciyəri zədələyən 02 ədəd, qarının qaraciyəri zədələyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Meyitin bədəni üzərində olan digər yaralar (60 ədəd yara) canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən zərəryetirilənlə üzbəüz, yan-yana, arxası ona çevrilmiş və s. qarşılıqlı vəziyyətdə ola bilərdi. İlkin olaraq xəsarətlərdən hər iki əldə, əl barmaqlarında, baş və boyunda olan xəsarətlər və sonradan digər xəsarətlər yetirilmişdirlər. Hər iki əldə və əl barmaqlarında kəsilmiş-deşilmiş yaraların olması onların qarşılıqlı mübarizə zamanı müqavimət göstərərkən törənməsinə uyğundurlar. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuşdur və pozulma müddəti 02 həftədən çoxdur. Qeyri təbii yolla əlaqəyə uyğun əlamətlər (qıfabənzər genişlənmə, çapıq toxuması, yara və s.) aşkar olunmadı. Uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan 02 ədəd tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1530 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, təqdim olunmuş bıçağın və dırnaq nümunələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən gödəkçənin üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərindən aşkar edilmiş kənar lifli mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş bıçağın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1345 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 172/2023-MTBŞ saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Oalfa, beta/İ/-. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu - A/İİ/-. Ekspertizaya təqdim olunan 06 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus kəmər, 01 cüt krosovka, alt şalvarı, cins şalvar, gödəkçə, Zərərçəkmiş şəxs məxsus papaqlı kofta, naxışlı şalvar, qısaqol kofta, alt mayka, trusik, 01 cüt corab, lifçik, qısaboğaz çəkmə, gödəkçə və 01 ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus vodolaska üzərində qana bənzər şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, lll/MTKŞ-2023 saylı kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus cins gödəkçənin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə, uzunqol koftanın ön səthinin yuxarı hissəsində bir ədəd, kapyuşonunun ön və arxa səthinin sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr və dəlib-keçməyən səthi zədələr, arxa səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə, qısaqol maykanın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, yaxalığınınarxa kənarı üzərində bir ədəd kəsilmiş-deşilmiş zədələr vardır. Bu zədələrdən deşilmiş-kəsilmiş zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, dəlib-keçməyən səthi kəsilmiş zədələr isə kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş- kəsilmiş və kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus cins gödəkçənin sağ yan cibinin yuxarı və aşağı kənarında, sol yan cibin aşağı kənarında cırılmış-sökülmüş zədələr və gödəkçənin boyunluğunun xəzinin bərkidildiyi soldan 1-ci və 2-ci ilgəklərin qopması vardır. Bu zədələr küt mexanizmlə, paltarın həmin nahiyyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan zədələrin kənarlarında iz törədən alətin fərdi morfoloji əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan zədələrin yetirildiyi anda zərərçəkmişlə zədə yetirən müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilər. Zərərçəkmiş şəxs məxsus cins şalvarın, kalqotkanın, qolsuz maykanın, tumanın, büstqalterin, iki cüt corabın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus gödəkçənin, puloverin, şalvarın, alt şalvarının, bir cüt ayaqqabının və kəmərin üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Zərərçəkmiş şəxs məxsus cins gödəkçənin üzərində olan ləkələr qan mənbəyi ilə statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələr, astar səthində olan bir ləkə dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Uzunqol koftanın, qısaqol maykanın, qolsuz maykanın, cins şalvarın, kalqotkanın, büsqalterin və iki cüt corabın üzərində olan ləkələr qan mənbəyi ilə statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Ayaqqabının sağ tayının içəri yan səthində olan bir ləkə, sol tayının içəri yan səthində olan bir ləkə qan mənbəyindən az hündürlükdən öz ağırlığı ilə düşən damcı xarakterli ləkələrdir. Ayaqqabının hər iki tayının yan səthlərində olan digər ləkələr və hər iki altlığın üzərində olan ləkələr qan mənbəyi ilə səthi statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir. Tumanın üzərində olan ləkələrin morfoloji əlamətləri tam biruzə olunmadığından onun üzərində olan ləkənin əmələgəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. Təqsirləndirilən şəxs məxsus gödəkçənin, kəmərin və bir cüt ayaqqabının üzərində olan ləkələr qan mənbəyi ilə səthi statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmişlər. Şalvarın və alt şalvarın hər iki ayağının ön səthinin orta hissəsində olan ləkələr qan mənbəyi ilə statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Bıçaq tiyəsinin hər iki səthində olan ləkələr qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr, dəstəyi üzərində olan ləkələr isə qan mənbəyi ilə səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir. (İİ cild i.v. 20-28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/543 saylı kompyuter-texniki ekspertizası rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone llPro” markalı, “A2215” modelli “SİM” danışıq kartının yerləşdiyi yuvasında olan qeydə görə “**********69918” “imei” kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “İphone llPro” markalı, “A2215” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. “İphone llPro” markalı, “A2215” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması və pozulubpozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinə gələrək, Zərərçəkmiş şəxs çox saylı bıçaq zərbələri vurduğunu və sonuncunu öldürdüyünü etiraf edib könüllü təslim olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt şəhər polis idarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-58/2-11204/2023 saylı məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğu qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, bir yetginlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmə prosesində təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni çoxlu sayda xəsarətlər yetirməklə ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Onun elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, hadisəni törədəndə özündə olmaması, Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmaması barədə ifadəsindəki xüsusatlara dair göstərdiklərinə tənqidi yanaşaraq məhkəmə qeyd edir ki, təqsirəldirilən şəxsin göstərdiyi dəlillər müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir. Onun törətdiyi əməl yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olması, cinayəti törədəndən sonra könüllü olaraq polisə təslim olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləndirən halllar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən (şəxsin könüllü gəlib təqsirini boynuna alması) hala- CM-nin 59.1.10 və CM-nin 60.1-ci maddələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Odur ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi CMnin 120.2.4-cü maddəsinin sanksiyasında həm də ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsi təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 19 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs paltarları (bir ədəd qara rəngli kapşonlu cins gödəkçə, bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd üzərində “Dior” sözü yazılmış qara rəngli uzunqol kofta, bir ədəd qara rəngli qısaqol mayka, bir ədəd qolsuz mayka, bir ədəd qara rəngli buzqalter, içiçə geyinilmiş iki cüt ağ və qara rəngli corab, bir ədəd göy rəngli kalqotka, bir ədəd çəhrayı rəngli tuman, bir ədəd üzərində “buberry” sözü yazılmış bir ədəd bot-ayaqqabı), Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları (01 ədəd boz rəngli istilik şalvarı, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd kəmər, 01 cüt ayaqqabı), hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq nümunələri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD-disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 142,65 (yüz qırx iki manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 142,65 (yüz qırx iki manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan- mərhum Zərərçəkmiş şəxs paltarları (bir ədəd qara rəngli kapşonlu cins gödəkçə, bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd üzərində “Dior” sözü yazılmış qara rəngli uzunqol kofta, bir ədəd qara rəngli qısaqol mayka, bir ədəd qolsuz mayka, bir ədəd qara rəngli buzqalter, içiçə geyinilmiş iki cüt ağ və qara rəngli corab, bir ədəd göy rəngli kalqotka, bir ədəd çəhrayı rəngli tuman, bir ədəd üzərində “buberry” sözü yazılmış bir ədəd bot-ayaqqabı), Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları (01 ədəd boz rəngli istilik şalvarı, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd kəmər, 01 cüt ayaqqabı), hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs meyitindən götürülmüş dırnaq nümunələri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD-disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-201/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-201/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver