Məhkəmə qərarları › İş №1(124)-201/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-201/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-201/2025 30.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakı ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,897 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,897 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,820 qram olan ağ rəngli, ksristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 15ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2024-cü il tarixdə saat 10:35 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin inzibatı ərazisi olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yaxınlığında küçədə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilib həmin bölmənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,820 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə Zabrat ərazisində yerləşən “Ayxan” marketin qarşısında evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt üstündə Balaxanı ərazisindən aldığı 01 qram çəkidə narkotik vasitə- “patı” olmuş, ikinci dəfə isə iki polis əməkdaşı tərəfindən səhər saatlarında evdə saxlanılmışdır. Evdə o, atası, qardaşı və dostu olmuşdur. Atasından başqa hamısını bölməyə aparmaq istəmişlər, ancaq atası xəstə olduğu üçün buna etiraz etmişdir. Qısa müddətdə qayıdacaqlarını deyərək onunla razılaşmışlar, bölmədə heç birində narkotik vasitə aşkar olunmamış, qardaşı və dostları buraxılmış, lakin onu üstündə narkotik vasitə aşkar olunduğunu etiraf etməyəcəyi təqdirdə onda külli miqdarda narkotik vasitə aşkar edəcəklərini qeyd etməklə hədələmişlər. O da hədə altında etiraf etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, bir ildir ki, narkotik vasitə- “patı” istifadə edir, barəsində bu işdən başqa cinayət işi olmamış, hadisə zamanı istifadəsində olan mobil telefonun nömrələri ***- ***-**-** və ***-***-**-** olmuşdur, mobil nömrəsində kiməsə narkotik vasitə satmağına dair mesajlar olmamışdır. O, narkotik vasitə almış və mesajlar bununla bağlı olmuşdur, ikinci tutulma ondan 15-20 gün əvvəl olmuşdur, müalicə almış, narkotik vasitə istifadə etməmişdir. xx.xx.2023 tarixində, saat 00:09-da olan, qarşı tərəfin ona yazdığı “5 daş var” mesajında sual işarəsi yanlışlıqla qoyulmuşdur, əslində qarşı tərəf mesajda təsdiqini bildirmək istəmiş, hal-hazırda narkotik vasitə istifadəsini dayandırmışdır. Birinci dəfə Zabrat ərazisində, ikinci dəfə isə evində tutulmuşdur. Həm məhkəməyədək icraat zamanı, həm də çəkiliş zamanı o, sadəcə narkotik vasitə aldığını təsdiq etmişdir, satışı təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı ikinci tutulmada təzyiqlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış ifadəsində özünü özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir. xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin yaşadığı ünvanı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata 01 ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati ərazisi olan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Məmmədli dairəsinin yaxınlığında küçədə olan zaman aldığı psixotrop maddə üzərində olmuş, həmin vaxtı ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və onunla sorğu sual apardıqdan sonra şübhəli şəxs qismində onu 15-ci PŞ-yə dəvət etmişlər. Söhbət əsnasında üzərində psixotrop maddənin olmasını etiraf etmişdir. Polis Bölməsində ona hüquqları və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Lakin üzərində olan psixotrop maddəni görməsin deyə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Üzərinə şəxsi axtarış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin nsixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata psixotrop maddə metamfetamin alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “Ayxan” marketin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyim formasında olan şəxsi görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək onun ad və soyadını və üzərində narkotik vasitə olub-olmadığını soruşaraq onu saxlayaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində, satışında şübhəli bilindiyi üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və dövlət hesabına təyin olunmuş müdafiəçini ona təqdim etmişdir. Videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmiş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmiş, çünki müdafiəçinin yanında istəməmişdir ki, sonuncu onun təqdim etmiş olduğu psixotrop maddə metamfetamini görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə etməsi üçün onun iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. A.rtın hər bir şeyin nohs əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdən aşkar olunmuş kütlənin nə olduğunu soruşanda, səmimi olaraq “patı” olduğunu deyərək, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılaran möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarsı hər hansı fiziki zor tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş maddə metamfetamini öz üzərində şəxsi istifadəsi üçün gəzdirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır.(i/v; Cild İ, səh.63-66; 161-163) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi Polis bölməsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu Rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumata əsasən özünün rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daha sonra keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 23 iyul 2024-cü il tarixdə, saat 10:35 radələrində Təqsirləndirilən şəxs 15-ci Polis bölməsinin inzibati ərazisi hesab olunan Abşeron Rayonu, Məmmədli qəsəbəsində yerləşən Məmmədli dairəsinin yaxınlığında küçədə saxlanılmış, onun üzərinə baxış keçirilməsi məqsədilə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmiş, video çəkiliş apanlmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan “patı” adlanan metamfetamin olmasını, həmin psixotrop maddəni 22 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu Rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin 01 ədəd bükümdə olan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Sabunçu RPİ-nin 15-ci PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı X1 Emil Sadıx oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Sabunçu RPİ-nin 15-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (i/v; Cild İ, səh. 191- 194) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satması barədə məlumat daxil olmuşdur. (i.v. 3-4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 25 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.(i/v; Cild İ, səh. 126-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunması, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü könüllü şəkildə təqdim edərək masanın üzərinə qoyması, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunması, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini Balaxanı qəsəbəsində yaşayan adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata əldə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirməsi, aşkar edilmiş həmin 01 ədəd bükümün götürülərək 01 ədəd zərfə qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur.(i/v; Cild İ, səh. 117) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.(i/v; Cild İ, səh. 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunması, bu vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim edərək masanın üzərinə qoyması, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış zamanı həmin bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunması, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin metamfetamin olduğunu, 22 iyul 2024-cü il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadə məqsədilə aldığını və üzərində saxladığını bildirməsi, aşkar edilmiş həmin bükümün götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur.(i/v; Cild 1, səh. 75) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3759 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DtN “Zərflər üçün № 161” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut; İştirak etdilər: l./imza/ Şahid1; 2. /imza/ Şahid2; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Qablaşdırdı: 15-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı /imza/ Yasin Ağayev” yazılan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,820 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,820 qr, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,770 qram.(i/v; Cild İ, səh. 36-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2284 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,897 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri ”- in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin üm.təmiz çəkisi - 0,897 qram, tədqiqata sərf edildi - 0,50 qram, qalıq - 0,847 qram.(i/v; Cild İ, səh. 134-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il farivli 4093 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i/v; Cild İ, səh. 237-238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 29 iyul 2024-cü il tarixdə cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 01:36:00-da **********19 saylı mobil nömrədən **********98 saylı mobil nömrəyə- “Ay qaqa menem TEHRAN 10 das var”; xx.xx.2023-cü il tarixdə saat 16:52:48-də **********19 saylı mobil nömrədən **********88 saylı mobil nömrəyə- “Zema sa qurban olaram imkanin olsa bir damcida das qoy evezinen cixaram balamin cani”; xx.xx.2023-cü il tarixdə saat 14:11:51-də **********19 saylı mobil nömrədən **********48 saylı mobil nömrəyə- “Ay qaqa elsenle danıştım balamin canı deyir ne qeder var eridim bir iki saata telefonu aç bir işim var”; xx.xx.2023-cü il tarixdə saat 21:35:38-də **********19 saylı mobil nömrədən **********86 saylı mobil nömrəyə- “nuray kart at m.10 atamir sa qurban olaram kolani götüresi oldum”; xx.xx.2024-cü il tarixdə saat 22:15:55-də **********19 saylı mobil nömrədən **********88 saylı mobil nömrəyə- “Zema gelmedin yarı lazım di das”; xx.xx.2024-cü il tarixdə saat 17:50:28-də **********19 saylı mobil nömrədən **********50 saylı mobil nömrəyə- “Ay qaqa 10 manat verim bidene çet ver bu dondu”; xx.xx.2024cü il tarixdə saat 20:05:18-də **********19 **********19 saylı mobil nömrədən **********88 saylı mobil nömrəyə- “Zuma yari das lazimdi tez” məzmunlu smslər yazılmışdır. Diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin CD diskdə istifadəsində olan ********** saylı mobil nömrəsinə siyahıda qeyd olunan şəxslər sms yazmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 11:54:09-da **********5 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Tehran esebden esirem bidene vatsapa bax. Kül mənim basıma gör nələr vare. Tehran qurban sənə gətir ver nolar”; xx.xx.2024-cü il tarixdə saat saat 12:37:22-də **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Oyansan vızov at gəlib o iki dənə çirklodolu götürüm” məzmunlu smslər yazılmışdır. i/v; Cild İ, səh.210-221) Həmçinin 29 iyul 2024-cü il tarixdə cinayət işi üzrə "xxxx" MMC-dən daxıl olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16:07:42-də **********19 saylı mobil nömrədən **********04 saylı mobil nömrəyə - «Qaqa sa 32 manat atdim qonagim var 5 kola yari das ele sa qurban olaram axsama 10 manatda ataram kartina», xx.xx.2023-cü il tarixdə saat 14:40.02-də **********19 saylı mobil nömrədən **********11 mobil nömrəyə - «Qaqa 40 manat pulum var 5 taksiye vercem 35 de sa atim yari das bir damcida kola verersen imkan var», xx.xx.2023-cü il tarixdə saat 00:09:09-da **********19 saylı mobil nömrədən **********35 mobil nömrəyə - «axsamin xeyir ceyran serdar el çatan yer var menem tehr», xx.xx.2023-cü il tarixdə saat 23:59:32-də **********35 mobil nömrədən **********19 mobil nömrəyə «saiam 5das var?» - məzmunlu smslər yazılmışdır. Diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin CD diskdə istifadəsində olan ********** saylı mobil nömrəsinə siyahıda qeyd olunan şəxslər sms yazmışdır.(i/v; Cild İ, səh.222-225) Cinayət işinin materiallarından görünür ki, 27 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,897 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspert təqdiqatmdan sonra qalıq çəkisi 0,847 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 25 iyul 2024-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda təmiz çəkisi 0,820 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspert təqdiqatmdan sonra qalıq çəkisi 0,770 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə 25 aprel 2024-cü il tarixdə və 23 iyul 2024-cü il tarixlərdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd CD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakcell MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeydə alındığı 02 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i/v; Cild İ, səh. 225 (i/v Cild İ, səh. 76-77,178-179, Cild İİ, səh. 14) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 126.1, 126.2.4, 66.3-cü maddələrinə əsasən 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. (Cild İİ, səh. 10-11) Həmin hökmün surətindən görünür ki, tələbnamədə qeyd olunan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edilən şəxs Təqsirləndirilən şəxs olmamışdır. Həmçinin tələbnamədən görünür ki, Gəncə Şəhər Polis İdarəsində xx.xx.2016-cı il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır.(i/v; Cild İİ, səh. 10-11) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhər Baş Polis İdarəsinin 30 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə Şəhər Polis İdarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, narkotik vasitələri polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, narkotik vasitələri polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə bağlı yazışmalarının mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2024-cü il tarixdə saxlanıldığı Bakı şəhəri, Sabunçu RPİnin MSY-dən azad edilməsi barədə qərar qəbul edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.(i/v; Cild İ, səh. 150,167-176) Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-dən azad edilməsi barədə qərar nəbul edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.(i/v; Cild İ, səh. 53; 67-70; 71-72) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert təqdiqatından sonra qalıq çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamin və 0,897 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 141 (yüz qırx bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 23 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert təqdiqatından sonra qalıq çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamin və 0,847 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 141 (yüz qırx bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar