Məhkəmə qərarları › İş №1(124)-202/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-202/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-202/2023 30.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə, saat 14 radələrində, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində gəzdiyi zaman özü üçün aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs görüb cinsi ehtirasını təmin etmək niyyəti ilə ona müxtəlif vədlər verərək və aldadaraq onu Sumqayıt şəhəri, Koroğlu prospekti, 139-145 nömrəli yaşayış binasının yanında olan, üzərində “NB Lazer” adlı yazılan olan birmərtəbəli tikilinin sanitar qovşağına saldıqdan sonra qapını kilidləyib qarnından yumruq vurmaqla və boyun nahiyəsindən tutub sıxmaqla ona boyunun sağ yan hissəsinin sıynğı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirərək, müqavimətini qırdıqdan sonra onun dodaq və üz nahiyəsindən öpüb, əynindəki şalvarı zorla çıxararaq zərərçəkənin cinsi orqanını ağzına alıb sovurmuş, sonra isə öz cinsi orqanını zorla Zərərçəkmiş şəxs ağzına salmış və onu orada olan unitazın üzərinə arxası üstə başı aşağı çevirib anal dəliyinin ətrafına cinsi orqanını sürtməklə eyakulyasiya vəziyyətinə çatdıqdan sonra, bədənindən ifraz olunan spermanı Zərərçəkmiş şəxs üzərinə tökərək sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində piyada Sumqayıt şəhəri, 41 məhəllə, 15 yataqxananın həyətində qəzən zaman həyətdə bir necə az yaşlı oğlanların oynadığını görmüşdür. Onlardan birinin həmin ərazidən aralıqda oynadığını görmüşdür. Orda adını sonradan bildiyi təxminən yaşına 12 yaşlı məhrum oğlunun yaşında və ona oxşayan adını sonra bildiyi Sadiq adlı uşağı görmüşdür. Sadiqə o, həmin vaxt baxanda ehtiras hissi yaranmışdır. Ona görə də, ona yaxınlaşmış və ona guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etmişdir. Həmin vaxt Sadiq ona inanmış və onunla gəlmişdir. Daha sonra onu aldatmaq üçün “gəl bura sənə bir şey göstərəcəm” demişdir. Sadiqi orada olan "Havana" adlı kafenin yanına aparmışdır. Sadiqlə o, ora gəldikdə, əvvəldən düşündüyü "Havana" kafenin yanında olan sanitar qovşağına çağırmışdır. Sadiqə demiş ki, bura tanış yer deyil onu buraxmazlar, ona isə heç nə deməzlər demiş və sanitar qovşağına keçməsini xahiş etmişdir. Sadiq sanitar qovşağına gəldikdə orada o, birinci olaraq qapını arxadan bağlamış və Sadiqi üzündən və dodaqlarından öpməyə başlamış, daha sonra Sadiq bunu istəməmiş, müqavimət göstərməyə başlamış və oradan çıxıb getmək istəmişdir. Ona görə də, o, onun qarın nahiyyəsindən bir necə dəfə yumuruqla vurmuş və o qorxusundan sakitləşmişdir. Sonra Sadiqin əynində olan şalvannı zornan çıxartmış və əynindəki alt paltarını aşağa salmışdır. Sadiqin həmin vaxt cinsiyət oraqından öpməyə başlamış, bundan sonra o, daha cox ehtirasa gəlmiş və onun dilini və cinsi orqanını sovurub yalamışdır. Həmin vaxt onun cinsi orqanı ereksiya vəziyyətinə gəlmiş və o, da Sadiqdən onu öpüb yalamağını tələb etmişdir. Sadiq etiraz etdikdən sonra o, onun boğazından tutub sıxmış və aşağı dizi üstə salmışdır. Həmin vaxt Sadiqi ereksiya vəziyyətində olan cinsi orqanını yalatdırmış və çoxlu öpməyə məcbur etdirmişdir. Sonra isə Sadiqi qabağa əyilmiş vəziyyətdə zornan salmış və arxadan onunla anal deşiyindən cinsi əlaqədə olmağa çalışmış, lakin onun anal dəliyi dar olduğu üçün o, cinsi orqanını ora sala bilməmişdir. Ona görə də, o, Sadiqi qaldırmış, unitazın üzərinə qoymuş, onun budların arasına öz cinsi oraqnını surətlə sürtməyə başlamış və ekulasiya vəziyyətinə çatdıqda Sadiqin üzərinə və orada olan salfetkalara cinsi oraqnından gələn spermasını silmişdir. Daha sonra isə həmin salfetkalarıda ora atmışmışdır. İşini bitirdikdən sonra o, qapını açmış və Sadiq oradan qaçaraq çıxıb getmişdir. Törətdiyi əməldən peşman olmuş, bu hərəkətinin düzgün olmadığını hesab etmiş və ona görə də, qanunla cəzasını tam çəkməyə hazırmış. Həmin hərəkətinin törtməyinin səbəbi əvvələr cəza çəkmə müəssisələrdə olduğu zaman kişi cinsli məhbuslarla tez-tez cinsi əlaqədə olmağı olmuşdur. Həmin vaxtda o, Sadiqi görəndə qəfildən ehtiraslanmış və özü ilə bacara bilməmişdir. O, həmin sanitar qovşağında bir dəfə olmuş və Sadiqlə zorla cinsi əlaqədə olmamışdan əvvəl orada olmamışdır. Qeyd etmişdir ki, onun bədən quruluşuna görə boyuna və onun etdiyi söhbət əsasında bilmişdir ki, Sadiqin dəqiq 10-12 yaşı varmış, yəni konkret olaraq ona açıq surətdə aşkar olmuşdur ki, Sadiqin yaşı 14 dən aşağıdır. O, Zərərçəkmiş şəxsyevlə zorla cinsi əlaqədə olduğu zaman onları heç kim görməmiş, ona heç kəs köməklik etməmiş və həmin əməli törətmək üçün ona heç kəs şərait yaratmamışdır. Onun heç bir yoluxucu xəstəliyi olmamış və hazırda da tam sağlammış. Tutulan zaman ona qarşı kobudluq və yaxud da psixoloji və fiziki təsir göstərilməmişdir.Həmçinin əvvələr uzun müddət ərzində oğurluq etdiyi üçün qapıların qıflanm hasanlığıla açmağı baçardığını demiş və qeyd olunan sanitar qovşaığınm qapısnın qıfılını özü ilə olan topa açarlarla seçmə yoli ilə açıb içəri daxil olduğunu və həmin vaxt oradan oğurluq etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisə baş verdiyi tarixdə zərərçəkmiş şəxs orta məktəbdə 4-cü sinifdə oxuyurdu. Bir gün o işdə olarkən həyat yoldaşı Sevda Əsədullayeva zəng etmiş və uşağın üzündə xəsarət izləri olduğunu bildirmişdir. O, evə gəlmiş və uşağın üzündə izlər aşkar etmişdir. Bu izlər zərbə izlərinə bənzəyirdi. Oğlu Zərərçəkmiş şəxs bu barədə soruşduqda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin orta yaşlı kişinin göstərdiyi ünvana doğru hərəkət edərkən, Təqsirləndirilən şəxs ona dayanmasını bildirmişdir. Həmin şəxsin cibində açarlar var idi və bu açarlardan birilə yarımtikilinin qapısını açaraq zərərçəkmiş şəxsi həmin yarımtikiliyə salaraq, ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyi bildirmişdir. Oğlu Zərərçəkmiş şəxsyev bu qəpikləri götürməkdən imtina etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs daha sonra uşağa yenə zərbələr endirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 02 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs valideyni Qanuni nümayəndə tərəfindən Sumqayıt Şəhər Polis İdarədinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi daxil olmuşdur. Həmin ərizədə azyaşlı Zərərçəkmiş şəxs qarşı orta yaşlı şəxs tərəfindən seksual xarakterli hərəkətlər həyata keçirildiyi qeyd olunmuşdur. Bu ərizə əsasında hadisənin baş verdiyi ehtimal edilən yerə gedərək müəyyən tədbirlər həyata keçirmişlər. Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən adsız tikiliyə baxış keçirilərkən orada sperma və lent kəsikləri aşkar olunmuş və müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs həmin yarımtikiliyə orta yaşlı kişi tərəfindən gətirildiyini, həmin kişinin ona konfet təklif etdiyini, daha sonra ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 02 may 2022-ci il tarixdə Qanuni nümayəndə tərəfindən Sumqayıt Şəhər Polis İdarədinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi daxil olmuşdur. Həmin ərizədə azyaşlı Zərərçəkmiş şəxs qarşı orta yaşlı şəxs tərəfindən seksual xarakterli hərəkətlər həyata keçirildiyi qeyd olunmuşdur. Bu ərizə əsasında hadisənin baş verdiyi ehtimal edilən Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisinə gedərək müəyyən tədbirlər həyata keçirmişlər. Həmin ərazidə yerləşən adsız tikiliyə baxış keçirilərkən orada sperma və lent kəsikləri aşkar olunmuş və müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Tədqiqat nəticəsində sperma nümunələrinin və lent kəsiklərində olan izlərin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmin yarımtikiliyə orta yaşlı kişi tərəfindən gətirildiyini, həmin kişinin ona konfet təklif etdiyini, daha sonra ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 3-cü PB-in təhqiqatçısı polis mayoru Şahid1 ifadəsində göstərdi ki, X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİnin 3-cü PB-nə vət. Qanuni nümayəndə Əsəduila oğlu ərizə ilə müraciət etmişdir ki. 2012ci il təvəllüdlü azyaşlı övladına qarşı Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən adsız tikilidə ona yaşlı kişinin onun azyaşlı övladma cinsi zorakılıq hərəkətləri etmişdir. Alınmış məlumatla əlaqədar hadisənin baş verdiyi Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisi bina 2-nin qarşısında yerləşən, ətrafı yaşıllıqlarla örtiilmüş obyektin sahibinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin Həmid adında olduğu müəyyən edilib şəxsiyyətini müəyyən eiıııək üçün 3-cü PB-niıı baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis baş-leytenaniı X4 tərəfindən aidiyyəti iizrə 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-də hoıııin şəxsin xx.xx.1958-ci il təvəllüdlü X6 olması müəyyən edilmiş və tərəfindən izahatı alınmışdır. Həmid Buttayev izahatında Sumqayıt şəhəri, 4 !-ci məhəllə. Koroğlu prospektində yolun kənarında yerləşən 01 (bir) mərtəbəli tikiliyə bitişik tualetinin açarının onda olduğunu, arabir oradan istifadə üçün dosttanışlarına verdiyini, lakin son vaxtlarda açarın bir nüxəsini itirdiyini bildirmiş, lakin izahatına imza etməkdən imtina etmişdir. Bundan sonra onun. 3-cü PB-nin polis kapitanı, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili polis baş-leytenaııtı X3 və Sumqayıt ŞPİ-nin KTİ- nin inspektor kriminalisti, polis kapitanı X7 iştrakları ilə Sumqayıt şəhəri, 41ci məhəllədə yerləşən tikilinin tualetinə baxış keçirilmişdir. Baxış axşam saatlarında, qaranlıq hava şəraitində texniki işıqlandırma vasitəsi ilə keçirilmişdir. Baxış keçirilən yer Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospektində yolun kənarında yerləşən 01 (bir) mərtəbəli ətrafı ağac və yaşıllıqla əhatə olunmuş tikiliyə bitişik tualetdə keçirilmişdir. Tualetin qapısı ağ rəngli plastik qapıdandır, kilidlidir, qapını Həmid Buttayev açmış, tualet 2ııt \ 2m ölçüdədir, içəridə sağda əl-üz yuyan, güzgü tavana bərkidilmiş, içəridə sağda unitaz və üst hissədə tavana bərkidilmiş subaşı varmış. Baxışda iştrak edən azyaşlı Sadiq Əsəduila xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində tanımadığı kişinin onu həmin tualetə salıb orada ona qarşı seksual və əxlaqsız hərəkətlər eldiyini bildirmişdir. Bundan sonra KTİ-nin inspektor- kriminalisti tərəfindən tualetdə əl-iiz yuyanın (univalnik) iist və yan hissəsindən (oval yerin) unitazın üzərindən plastik su bakın üzərindən üzərində bioloji maddə olan 03 ədəd ağ rəngli salfetin və tualetin döşəməsindən kafel üzərində tünd rəngə malik bioloji maddələr nıimuna kimi götürülmüşdür. Baxış zamanı tikilinin qapısı dəmir barmaqlıqlı qapı olmaqla qıfılda bağlı olmuş, həmçinin tikilinin ön, arxa və yan tərəfindəki pəncərəsi dəmir barmaqlıqlarla bağlanmışdır. Baxış zamanı ətraf ərazilərdə yerləşən tikili, binalarda iş üzrə əhəmiyyət kəsb edə biləcək görüntü olması müəyyən edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, baxış protokolu tərtib edilmiş, heç bir əlavə və etiraz daxil olmadığından imzalarla təsdiq olunmuşdur. Bundan sonra. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı hadisənin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq 3-cü PB-nə dəvət olunmuş və o, vermiş olduğu izahatında Zərərçəkmiş şəxs qarşı törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Qeyd etmişdir ki, Sumqayıt şəhəri. 41-ci məhəllə, Koroğlu prospektində yolun kənarında yerləşən 01 (bir) mərtəbəli tikiliyə bitişik tualetin əl-üz yuyanın (univalnik) üst və yan hissəsindən (oval yerin) unitazın üzərindən və plastik su bakın üzərindən üzərində əl-barmaq izləri götürülmüşdür. (Cild 1, iş vərəqləri 180-181) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9”-nin 3.05.2022-ci il tarixli, 446 saylı ekspert rəyində Zərərçəkmiş şəxs boynun sağ yan hissəsində müəyyən edilmiş sıyrığın küt əşyanın təsirindən törəndivi. törənmə müddətinin qərarda gösıərilən tarix və şəraitə uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsinin təyin edilmədiyi, həmçinin Zərərçəkmiş şəxs arxa keçəcəyində cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izinin aşkar edilmədiyi göstərilmişdir. (Cid 1, iş vərəqləri 148-150) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9"-nin xx.xx.2022-ci il tarixli, 634 saylı ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və va xəsarət izinin aşkar olunmadığı göstərilmişdir. (Cild 1, iş vərəqləri 167-170) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbİ Ekspertiza və X13!iyi”-nin xx.xx.2022-ci il tarixli, 999 saylı ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izinin aşkar olunmadığı, həmçinin Təqsirləndirilən şəxs immun çatışmamazlığı virusun və dəri zöhrəvi xəstəliklərin aşkar olunmadığı göstərilmişdir. (Cild 1, iş vərəqləri 189-190) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli. 22/435R saylı ekspert rəyində xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri. 41-ci məhəllə ərazisində yerləşən, “Havana" adlı kafedə 19.01,2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı cinsi zorakılıq olması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik nıiiəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi ilə DİN KTİ-nin AİDS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (Cild 1, iş vərəqləri 160-165) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli. 22/54or saylı ekspert rəyində göstərilmişdir ki, hadisə yerindən götürülmüş, 03 (iiç) ədəd salfet üzərində insan spermast üçün spesifik antigeninin olduğu müəyyən edilmişdir. Hadisə yerindən götürülmüş. 02 (iki) ədəd salfet üzərində aşkar edilmiş Sperma nümunələri, X10 məxsusdur (Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli, 123-19210-1222 №-li məktubu ilə KTİ-nə təqdim edilmiş). Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülmüş, digər 01 (bir) ədəd salfet üzərində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçiin DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (Cild 1, iş vərəqləri 200-205) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli. 1733 saytı rəyin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İ.A.Qastmov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsİyyətçii olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-İradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. həmin rəyin Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin təlqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs Aril oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin iaktiki xarakterinin və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. həmin rəyin Məlıkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Eqosentrizim, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, məsuliyyətsizlik kimi xarakterik! xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekl halında (fizioloji, kumulyatİv) olmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyiililik əlamətləri müşahidə olunmadı, lakin fərdi-psixi xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. (Cild 1, iş vərəqləri 192-199) Cinayət işi üzrə materiallarda olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2405 saylı arayışda, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmadığı göstərilmişdir. (Cild 1, iş vərəqləri 183) Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1811 saylı rəydən görünür ki, müayinə gedişatmda Sadiq Əsədulfanın idrak proseslərinin tədqiqi zamanı yaddaşının yaddasaxlama və yadasalma xüsusiyyətlərinin normaya uyğun olduğu aşkar edildi (dördüncü artıqdır, 10 söz, obraza görə hafizə). Diqqətinin həcmi, paylanması (eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı) və keçirilməsində (şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) çətinlik müəyyən edilmədi (Diqqətin və qavramanın tədqiqi testi). Şəkilləri göstərərkən ümumi məzmunu dərk edir, onları ətraflı izah etməkdə çətinlik çəkmir (Süjet şəkillərinin dərk edilməsi). Anlayışların müqayisəsi və təsnifatı zamanı, eləcə də həmin anlayışların əsas əlamətlərini müəyyən edərkən əsas əlamətlərdən çıxış edir. Təfəkkürü praktik yönümlü olmaqla analizetmə, ümumiləşdirmə və proqnozlaşdırma kimi keyfiyyətlərə malikdir (əlamətlərin müqayisəsi və təsnifatı, sadə və mürəkkəb analogiya testi). Elmi bilikləri aldığı təhsilə və yaşına uyğundur. Ekspert tədqiqatı göstərir ki, Zərərçəkmiş şəxs əqli və psixi cəhətdən normal inkişaf etmişdir. Həmin rəyin motivləşdirici hissəsində göstərilmişdir ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Sadiq Əsədutlanm idrak prosesləri (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.), əqli və psixi inkişafı, intellektual-nınesıik imkanları nomıaya uyğun olmaqla, onda gerilik əlamətləri aşkar olunmur. O. iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Həmin rəyin yekun hissəsində göstərilmişdir ki, cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs ünsiyyətçillik, konfliktə və mübahisəyə meyilli olmamaq, tez uyğunlaşmaq vəs. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında ləngimə və gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs yaddaş prosesləri normaya uyğundur, o, qərarın təsviri hissəsində göstərilən hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və intellektual imkanları, idrak prosesləri (diqqət, təfəkkür, yaddaş, qavrama və s.) yaş xüsusiyyətlərinə uyğundur. O, qərarın təsviri hissəsində göstərilən hadisələri yadda saxlamaq və yada salmaq, iş üçıirı əhəmiyyətli hallan düzgün qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakterini, mənasım və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından (qorxu, həyəcan) asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa, özünün fikirləri müdafiə etməyə meyillilik əlamətləri müşahidə edilməməklə, onda hadisə haqqında mənfi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə ünsiyyətə çətin daxil olma əlamətlər qeydə alınmadı.(Cild 1, iş vərəqləri 196-199) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlıı AR CM-nin 83-cü (3-cü hissə), 143-cü (4-cü hissə), 149-cu (2-cü hissə). 193-cü (1.3-cü hissələr). 215-ci və 38-ci maddələri ilə təqsirli bilinərək barəsində Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə əmlakı müsadirə olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin CM-nin 50-2-ci maddəsinə əsasən 03 (üç) il, 02 (iki) ay, 20 (iyirmi) gün şərti əməyə mütləq cəlb olunmaqla xx.xx.1999-cu il tarixdə azad edilmişdir. CM-nin 93-3-cü (3-cü hissə), 177.2.2 və 39-cu maddələri ilə təqsirli bilinərək barəsində Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1999cu il tarixli hökmü ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. lakin Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasın sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 130-133) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağərlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 14 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 50-51, 121-122) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd kağız zərfdə 04 əl izləri olan daktilolent iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 03 ədəd salfet məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 03 ədəd salfet məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd kağız zərfdə 04 ədəd əl izləri olan daktilolent iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar