Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-202/2025 17.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Azərbaycan, Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ildə əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2024-cü ilin aprel ayında Qusar rayonu Köhnə Xudat kəndində yerləşən şifahi razılıq əsasında istifadə etdiyi Şahid3 məxsus fermada qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Qusar rayonu Köhnə Xudat kəndi ərazisində Qusar RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilmiş, daha sonra isə istifadə etdiyi fermaya baxış keçirilən zaman fermanın həyətindəki dibçəklərdə və yerdə əkdiyi toxumlardan yaş halda əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 17 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində Qusar rayonunda ailəsi ilə birgə yaşadığını, Qusar rayonu Köhnə Xudat kəndində mal-qara saxladığını, çətənə bitkilərini əkdiyi yerin iş üzrə Şahid3 məxsus fermanın ərazisi olduğunu bildirmişdir. O, Salehdən icazə alaraq həmin ərazidə qoyunları saxlamışdır. Bakıda olarkən 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etmiş və onun içərisindən çıxan toxumu özündə saxlamışdır. 08 mart tarixində işləmək üçün Rusiyaya getməli olmuş, orada həmin vaxt hansısa obyektlər partladılmış və buna görə də miqrantları yoxladıqları üçün sənədləri olmadığından geri qayıtmışdır. Qusar rayonuna qayıtdıqdan sonra fermada həmin ərazidə qalan çətənə toxumlarını kolluq olan yerlərə atmış və yalnız şəxsi istifadəsi üçün həmin yerlərdə yetişdirməyə başlamışdır. Artıq həmin çətənə bitkiləri böyüməyə başladıqda isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ona çətənə bitkisinin toxumunu yerə atdığı zaman onun necə bitəcəyi maraqlı olmuşdur. Şahid3 onun bu hərəkətindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq 1 yaş 3 aylıq uşağı olduğunu, əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qusar RPŞ-nin PPXB-nin komandiri, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Bəhruzu rayon sakini kimi tanımış, ərazidə xidmətdə olduqları zaman Bəhruz onları görən kimi özünü şübhəli aparmışdır. Ona görə də Bəhruza yaxınlaşaraq, özlərini təqdim etmişdirlər. Daha sonra Bəhruz onlara fermanın ərazisində çətənə tərkibli bitkiləri əkdiyini bildirmiş və əməliyyat qrupu yaradaraq Şahid2 ilə birlikdə qeyd olunan əraziyə getmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qusar RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:30-da Qusar RPŞ-nin PPXB-nin komandiri, polis kapitanı Şahid1 ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndinin ərazisində xidmət apardıqları zaman ferma ərazisində bir nəfər şəxsi görmüş, həmin şəxs polis maşını gördükdən sonra özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra qaçmağa cəhd etdiyindən saxlanılmışdır. Ona sual verdikdə narkotik vasitələrdən istifadə etdiyini, həmçinin fermada narkotik tərkibli çətənə kollarını əkdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi fermanın ərazisindən 17 kol çətənə bitkisi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qusar rayonu, DAİMnin Bitkiçilik sektorunun müdiri Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə polis şöbəsindən daxil olmuş rəsmi məktuba əsasən idarə rəhbərlərinin tapşırığı ilə polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və həmin ərazidə video çəkiliş həyata keçirilmişdir. Qusara, Köhnə Xudata gedən yolun sol tərəfində yerləşən əraziyə baxış keçirilmiş, 17 ədəd çətənə bitkisi kollarının 3 yerdə əkildiyi aşkar olunmuşdur. Morfoloji uyğunluğa baxanda aqrotexniki qaydada qulluq olunmuş, torpağı bellənmiş və onun böyüməsi üçün digər tədbirlər görülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bəhruzu uzaq qonşu kimi tanımışdır. Bəhruz ondan ailəsini dolandırmaq üçün ev quşlarını və qoyunları fermanın ərazisində saxlamağı xahiş etmişdir. Onun həmin ərazidə xətdən ayrılmış transformatoru və yardımçı binaları olmuş, Bəhruzun həmçinin bunlara da nəzarət edəcəyini fikirləşərək icazə vermişdir. O, həmin əraziyə 2-3 ildə bir dəfə getmiş, Bəhruz əraziyə iki yerə it bağladığı üçün yayda oraya daxil olmaq çətin olmuşdur. Bu hadisə ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən, Şahid3 məxsus olan, lakin özünün istifadəsində olan fermada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxsə üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə istifadə etmək üçün “TRP” markalı kağız parçaları aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan fermanın ərazisində narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan fermaya baxış keçirməyə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi Qusar rayonu Köhnə Xudat kəndində yerləşən fermada videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman fermanın ərazisində müxtəlif yerlərdə fermanın həyətindəki dibçəklərdə və yerdə əkdiyi toxumlardan yaş halda əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 17 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri və onları sulamaq üçün istifadə edilmiş 02 ədəd vedrə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 20 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aşkarlanmış 17 (on yeddi) ədəd, hündürlükləri 1,2-2,8 m. olan bitkilər aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarında olan 10 oktyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 02 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 20 avqust 2024-cü il tarixli, 3-16-16-2- 7/1386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 2 (iki) ədəd torbanı açdıqda içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5470 qram və 7510 qram olmaqla, ümumi sayı 17 (on yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 12.980 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 6308 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 2706 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları darə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Qusar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “çətənə qəbulu” diaqnozu ilə hakim-narkoloqun qeydiyyatındadır. Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsdə həkim-psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan 21 avqust 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” və 04 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi fermanın ərazisindən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 19279,15 qram olan 17 ədəd çətənə bitkiləri, 02 ədəd vedrə, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə istifadə etmək üçün “TRP” markalı kağız parçaları maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, 04 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qusar şəhər Babək Ramaldanov (köhnə Q.Məhəmməd) küçəsi 52A saylı evdə ailə üzvləri ilə yaşayan yaşayan Təqsirləndirilən şəxs barəsində Qusar şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşaq — xx.xx.2023cü il təvəllüdlü X2 vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir (maddə 1.0.6); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir (maddə 1.0.7) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx.xx.2024-cü il tarixdə tutulmuş və barəsində Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 (üç) gün müddət və 22 oktyabr 2024-cü il tarixdən 17 fevral 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilməklə ona təyin edilmiş cəzaya hesablanmaqla cəzasından çıxılmalı və onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qusar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Qusar şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində hakimnarkoloqun qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2- ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan qalıq çəkisi 12979,15 qram olan 17 ədəd çətənə bitkiləri, 02 ədəd vedrələr, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə istifadə etmək üçün “TRP” markalı kağız parçaları məhv edilməli, 04 ədəd CD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 (üç) gün müddət və 22 oktyabr 2024-cü il tarixdən 17 fevral 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilib və ona təyin edilmiş cəzaya hesablanıb çıxılmaqla üzərində 3 (üç) il 4 (dörd) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Qusar şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qusar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində hakim-narkoloqun qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 12.979,15 qram olan 17 ədəd çətənə bitkiləri, 02 ədəd vedrə, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə istifadə etmək üçün “TRP” markalı kağız parçaları məhv edilsin, 04 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-202/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-202/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver