Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-203/2023 15.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci İl tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, gözətçi işləmiş, evli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, Şamaxı şəhəri, X8 küçəsi, ev 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 02 radələrində gecə gözətçisi işlədiyi Şamaxı şəhəri, X8 küçəsi 46 ünvanında yerləşən “Şamaxı” adlı ərzaq mağazasının qarşısında quraşdırılmış gözətçi köşkündə əyləşib mağazanı mühafizə edərkən əvvəllər tanıdığı Şamaxı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Zərərçəkmiş şəxs ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gözətçi köşkünə daxil olub yanında oturaraq cinsi ehtirasını pozğun formada təmin etmək üçün şalvarını aşağı salıb gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını çıxararaq ona cinsiyyət orqanını ağzına almaqla cinsi əlaqədə olmağı təklif etdiyinə görə Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsmək qərarına gəlmiş, bu məqsədlə sağ əli ilə Zərərçəkmiş şəxs cinsiyyət orqanını tutaraq istintaqa məlum olmayan mənbədən əldə edərək köşkdə saxladığı ərzaq məhsullarının kəsilməsi üçün istifadə etdiyi soyuq silah hesab edilməyən qatlanan cib bıçağını sol əli ilə götürmüş, Zərərçəkmiş şəxs gözətçi köşkündən çıxaraq şalvarını çəkib X8 küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsi istiqamətinə qaçmağını görüb sonuncunun ona qarşı etdiyi əxlaqsız hərəkətinə görə qisas almaq niyyəti ilə öldürmək məqsədi ilə gözətçi köşkündən götürdüyü açıq vəziyyətdə olan həmin bıçağı əynində olan gödəkçəsinin sol cibinə qoyaraq onun arxasınca qaçmış, Zərərçəkmiş şəxs Şamaxı şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 16 nömrəli evin qarşısında yerə yıxılmasından sonra sonuncunun yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edərək ona yaxınlaşıb cibinə qoyduğu bıçağı çıxardaraq sol əlində tutmaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirməsini dərk edərək yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısında boşluğa keçməklə, ürək kisəsini və ürəyi zədələyən iki ədəd, döş qəfəsinin arxa səthində boşluğuna keçən yeddi ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ayrıayrılıqda dərəcələrinə görə yüngül zərər vurmaya aid boynun sağ yan səthində bir ədəd, sağ qulağın sırğalıq hissəsində bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında bir ədəd, döş qəfəsinin arxa səthində dörd ədəd, yəni ümumilikdə on altı ədəd bıçaq xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs ölməsinə əmin olmaq məqsədi ilə öz hərəkətlərini davam etdirərək səkidən götürdüyü mişar daşı parçası ilə hərəkətsiz vəziyyətdə yerdə uzanmış Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə dəfə zərbə endirib yetirilən anda həyat üçün təhlükəli olan sümüklərin sınması, baş beyinə qansızma ilə nəticələnən başın sağ təpə-gicgah nahiyyəsində üç ədəd yaraları, qanitirmə şoku və kəllə qapağı sümüklərinin açıq sınıqları, beyin toxumasına və qişasına qansızmalarla nəticələnib ölümünə səbəb olan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun şərəf və ləyaqətinə toxunub, illərlə özü ona hörmət etmiş, pul vermişdir. Şəfayət onu soyundurub, pullarını əlindən alıb, axırda da onu tapdalamışdır. O, quldurluq etməmiş, kiminsə başına oyun açmamışdır. O, Şamaxı rayonunun bütün ləyaqətini, namusunu, qeyrətini qorumuş, xuliqandan azad eləmişdir, hansı ki, illərlə onu polis də tutmamışdır. Bütün Şamaxı rayonu əhalisi onun kim olduğuna şahiddir. Özü layəqətli Azərbaycan oğludur. İllərlə Şəfayət onun başına oyun açıb, hücum edib, axırda da belə hadisəyə səbəb olmuşdur. O deyilənlərin heç biri ilə razılaşmır. Şəfayət qardaşının arvadını zorlayan adamdır. Bir yaşlı qadın və bir kişi zorlamışdır. 20 il həbsdə olmuşdur. Ondan sonra ona əxlaqsız təklif edib, şantaj edib özü isə onu yola vermişdir. İkinci dəfə yenidən gələrək “səndən əl çəkən deyiləm” demişdir. Neçə bıçaq xəsarəti yetirməyini xatırlamamış, özündə olmadığını qeyd etmişdir. Şəfayət mağazanın qabağına qayıdanda bıçaq əlində olmuş, sonrasını xatırlamamışdır. Ümumiyyətlə Şəfayət əlində lezva, bıçaq gəzdirən adam olmuşdur. O, cəmiyyəti o cür adamdan təmizləmək üçün Şəfayəti öldürmüşdür. Hadisədən sonra özü qonşusu Elçindən polisə zəng etməsini xahiş etmiş və polisin gəlməsini gözləmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 16 il ərzində Şamaxı şəhəri, X8 küçəsi, 46 ünvanında yerləşən “Şamaxı” adlı ərzaq mağazasında gecə gözətçi işləməklə mağazanın qarşısında plastik materialdan hazırlanmış gözətçi köşkündə oturub marketin mühafizəsini təmin etmişdir. Hər gün axşam saat 09:30-da, yəni dükan bağlandıqdan sonra iş yerinə gəlmiş və səhər saat 08:00-da, yəni mağaza açıldıqdan sonra işdən çıxıb evinə qayıtmışdır. Zərərçəkmiş şəxs səfil və tüfeyli həyat tərzi sürən, daimi sərxoş vəziyyətdə münaqişə yaratmağa meyilli, özünə xəsarət yetirən, ətrafdakı şəxsləri narahat edən, kriminal həyat tərzi sürən şəxs kimi tanımışdır. Mağazaya gecə növbəsinə çıxdığı və Zərərçəkmiş şəxs “Şamaxı” mağazasının yaxınlığında yaşadığı üçün sonuncu tez-tez gecə saatlarında yanına gəlib ondan siqaret və pul istəmiş, Zərərçəkmiş şəxs tanıdığı üçün ondan çəkinmiş, sonuncu daimi ağzında lezviya, cibində isə bıçaq gəzdirmiş və ona nümayiş etdirmişdir. Zərərçəkmiş şəxs ona ağzında daimi lezviya saxladığını və əsəbiləşən kimi özünə xəsarət yetirdiyini dediyinə görə, özünə problem yaratmamaq üçün Zərərçəkmiş şəxs bütün xahiş və tələbləri yerinə yetirmişdir. Zərərçəkmiş şəxs işlədiyi mağazanın yaxınlığında yaşadığından, demək olar ki hər gecə içkili vəziyyətdə iş yerinə gəlib onu narahat etmiş, bu səbəbdən hadisədən təxminən bir ay öncə işlədiyi mağazanın sahibi Zaur adlı şəxsə müraciət edib işdən çıxmaq istəməsini demiş, lakin Zaur həmin ay ərzində mağazaya gəlib ondan açarını təhvil almamış, həmin vaxt mağazada təxminən 40000 manat dəyərində ərzaq malları olduğundan açarı sahibinə təhvil verməyib işdən çıxa bilməmişdir. 14 may 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yenidən sərxoş vəziyyətdə işlədiyi mağazaya gəlib üzərində 1 manat məbləğində pulun olduğunu, ona əlavə olaraq 40 qəpik pul lazım olduğunu deyib ondan 40 qəpik pul istəmiş, o cibindən 40 qəpik pulu çıxarıb Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs S.Ə.Şirvani küçəsində, işlədiyi marketdən bir qədər aşağıda yerləşən “Ülvi” adlı marketə daxil olub orada qovrulmuş qarğadah alıb işlədiyi dükanın qarşısından keçərək yaxınlıqda yerləşən evinə tərəf getmişdir. Təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən işlədiyi mağazaya gəlib oturduğu gözətçi köşkünə daxil olmuş, həmin vaxt o köşkdəki oturacaqda əyləşmiş, köşk çox kiçik olduğundan Zərərçəkmiş şəxs ona bitişik oturmuşdur. Zərərçəkmiş şəxs onun yanına qapıya yaxın tərəfdə əyləşib ehtiraslandığını, onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək şalvarını aşağı salaraq ona cinsiyyət orqanını nümayiş etdirib “yapış” deyə bildirmiş, həmin an Zərərçəkmiş şəxs cinsiyyət üzvü gərilmiş vəziyyətdə olmuş və Şəfayət cinsiyyət orqanını əlində saxlamışdır. Zərərçəkmiş şəxs ona ehtiraslandığı üçün həmin an onunla cinsi əlaqədə olub ağzına “qurtarmaq” istədiyini demiş, Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız hərəkət etdiyinə görə cinsiyyət üzvünü kəsmək üçün köşkdə saxladığı həmin vaxt bağlı vəziyyətdə olan qatlanan cib bıçağını sol əli ilə götürüb gödəkçəsinin sol cibinə qoymuşdur. Zərərçəkmiş şəxs öz əxlaqsız hərəkətləri davam etdirib cinsiyyət orqanını ağzına almağa təklif etdiyindən sağ əli ilə cinsiyyət orqanından tutub onu kəsmək qərarına gəlmiş, bu məqsədlə sol əlini bıçağa atıb onu açmaq istəmiş, lakin həmin an Zərərçəkmiş şəxs nə etmək istədiyini anlayıb dərhal şalvarını çəkib köşkdən çıxaraq X8 küçəsi ilə kəsişən Üzeyir Hacıbəyov küçəsi istiqamətə qaçmışdır. Zərərçəkmiş şəxs ona qarşı etdiyi əxlaqsız hərəkəti qəbul edə bilmədiyindən, sonuncudan qisas almaq üçün öldürmək məqsədi ilə əlində açıq şəkildə olan bıçağı sol cibinə qoyub onun arxasınca qaçmış, qaçarkən Ş.X5 küçəsində yerə yıxılmış, həmin an bundan istifadə edərək sonuncunun onu lezviya və ya bıçaqla vurmasının qarşısını almaq üçün həmin vaxt yerdə olan iki ədəd daşı götürüb baş nahiyyəsinə vurmaq məqsədi ilə təxminən 3-5 metr aralıdan Zərərçəkmiş şəxs atmış, lakin daşlardan heç biri Zərərçəkmiş şəxs dəyməmişdir. Həmin an gödəkçəsinin sol cibindən bıçağı çıxarıb yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə cumaraq sol əlində olan bıçaqla bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirməyə başlamış, həmin vaxt həyacanh olduğundan Zərərçəkmiş şəxs konkret neçə bıçaq zərbələri, zərbələri konkret hansı nahiyyələrinə yetirdiyini xatırlamır, bıçaq xəsarətlərinin əksəriyyətini kürək nahiyyəsinə vurmuşdur. Bıçaqla xəsarətləri zərblə yetirdiyi üçün həmin vaxt əlində olan bıçağın tiyəsi qırılaraq bıçağın dəstəyi əlində qalmış, bıçağın qırılmış hissələrini - tiyəsi və tutacaq hissəsini götürüb cibinə qoymuşdur. Yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətlərini yetirdikdən sonra onun sağ qalmaması üçün həmin vaxt səkidə olan nisbətən böyük ölçülü mişar daşı götürüb sol əlində tutaraq bir neçə dəfə Zərərçəkmiş şəxs baş nahiyyəsindən zərblə vurmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Rövşən adh şəxs qaçaraq hadisənin baş verdiyi yerə gəlib onu əlləri ilə saxlayaraq Şəfayətin meyitindən kənara çəkmək istəmiş, lakin o həmin vaxt hirsli olduğundan Rövşəni kənara itələyib Zərərçəkmiş şəxs yenidən xəsarətləri yetirməyə çalışmışdır. Zərərçəkmiş şəxs tam hərəkətsiz vəziyyətdə olduğunu görüb onun Öldüyünə əmin olduqdan sonra polisə təslim olmaq qərarına gəlmiş və işlədiyi gözətçi köşkünə qayıtmışdır. Həmin vaxt hadisənin baş verdiyi küçədə yaşayan və səs-küyə küçəyə çıxan şəxslərdən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə və təcili tibbi yardıma zəng etməsini xahiş etmiş və köşkə qayıdaraq polis əməkdaşlarının gəlməsini gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, onlara törətdiyi cinayət əməli barədə məlumat verərək təslim olmuş, həmçinin cinayəti törədərkən istifadə etdiyi qırılmış bıçağın tutacağı və tiyəsini də polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları onu avtomobilə mindirib Şamaxı rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaq və daşla xəsarətləri yetirərkən məqsədi ona qarşı əxlaqsız hərəkət etdiyinə görə sonuncunu öldürmək olmuş, Zərərçəkmiş şəxs yerdə çoxsaylı bıçaq xəsarətlərini yetirdikdən sonra onun sağ qalmaması və ölməsinə əmin olmaq üçün baş nahiyyəsinə əlavə olaraq bir neçə dəfə daşla xəsarətlər yetirmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona hər hansı xəsarətlər yetirməmiş, lakin Zərərçəkmiş şəxs öldürdükdən sonra sağ əlinin böyük barmağı və bilək nahiyyəsində cızıq izlərinin olmasını görmüş, həmin xəsarətlərin Zərərçəkmiş şəxs bıçaqla vuran zaman əlində olan bıçağın təsirindən və ya Zərərçəkmiş şəxs əlində olan lezviyaya dəyməsi nəticəsində yetirilməsini bilmir. Zərərçəkmiş şəxs əvvəllər də dəfələrlə ona cinsiyyət orqanını nümayiş etdirib onunla cinsi əlaqədə olmağa təklif etmiş, özünün dediyinə görə onun yaşında ağsaqqal kişilər xoşuna gəlmiş və tez-tez onun yaşında olan kişilərlə cinsi əlaqədə olmuşdur. Lakin hadisədən öncə ona dəfələrlə cinsiyyət üzvünü nümayiş etdirsədə, heç vaxt köşkün içərisinə daxil olub ona qarşı aktiv hərəkət etməmişdir. Gözətçi köşkündə saxladığı və cinayəti törədərkən istifadə etdiyi bıçağı hadisədən təxminən 4-5 il öncə xatırlamadığı yerdən almış, bıçağı meyvə, çörək və digər ərzaq məhsulların kəsilməsi üçün istifadə etmişdir. Gecə saatları olduğundan Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən ətrafda heç kim olmamış, lakin Zərərçəkmiş şəxs öldürdükdən sonra səs-küyə həmin küçədə yaşayan Elçin adlı şəxs çıxmışdır. Zərərçəkmiş şəxs arxasınca Üzeyir Hacıbəyov küçəsi istiqamətində qaçdıqdan sonra hadisə yerinə gəlmiş şəxsin adı Rövşəndir, Rövşən hadisə yerinə çatanda artıq Zərərçəkmiş şəxs bıçaq və daşla xəsarətlərin hamısını yetirmiş, Rövşən onun Zərərçəkmiş şəxs xəsarətləri yetirməsini görmüş, onu sakitləşdirməyə çalışmış, o isə Rövşənə işlərinə qarışmamağını demişdir. İşlədiyi gözətçi göşkündə Zərərçəkmiş şəxs hər hansı xəsarətlər yetirməmiş, çünki sonuncu əlində bıçağı görüb köşkdən dərhal çıxmış, köşkdən çıxdıqdan sonra Zərərçəkmiş şəxslə aralarında nə baş verdiyini xatırlamır, yalnız onun dalınca qaçmağını xatırlayır. Zərərçəkmiş şəxslə mübahisə edərkən və dalınca qaçarkən sonuncunun əlində bıçaq, silah və ya hər hansı digər əşya görməmiş, lakin onun üzərində daimi bıçaq və lezviya olduğunu bilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız hərəkət etdiyini anlayıb əlində bıçağı görüb qorxaraq köşkdən çıxıb qaçdığından sonuncu ona hər hansı xəsarətlər yetirməmiş və xəsarətlər yetirməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxs daimi əlində bıçaq və lezviya gəzdirdiyindən, həmçinin müxtəlif cinayətləri törətdiyinə görə uzun illər azadlıqdan məhrum etmə yerlərində keçirtdiyindən ondan qorxmuş, Zərərçəkmiş şəxs öldürməyib xəsarətləri yetirməyə dayandırmış olsa idi, Zərərçəkmiş şəxs özü durduqdan sonra bıçaqla onu öldürəcəkdir. Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirməsinin, daha sonra isə daşla başından vurmasının məqsədi onun sağ qalmayacağına əmin olması olmuşdur. Hadisədən əvvəl də təxminən 5-6 ay ərzində Zərərçəkmiş şəxs bərk sərxoş vəziyyətdə gecə saatlarında işlədiyi gözətçi köşkünə gələrək öz cinsiyyət üzvünü çıxarıb ona nümayiş etdirmiş, lakin hadisəyədək heç vaxt ona cinsi əlaqədə olmasını deməmiş, yalnız onun yaşında olan kişilərdən xoşu gəldiyini demişdir. Zərərçəkmiş şəxs əlində bıçaqla onunla danışarkən onda qorxu hissi olmadığını, istədiyi şəxsə hər hansı hərəkət edə biləcəyini, tutulmaqdan qorxmadığını demişdir. Şikayət edəcəyi təqdirdə ondan qisas alacağını düşünüb Zərərçəkmiş şəxs qorxduğundan hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Şahid2 hadisə yerinə çatıb onu Şəfayətin meyitindən ayırmaq istəyərkən hələ də sakitləşməmiş, Şəfayətə əlavə xəsarətləri yetirməyə çalışmış, özünü idarə edə bilməmişdir. Rövşənin onu buraxması üçün ona “Bu qeyrət söhbətidir, sənnik deyil Rövşən, çəkilməlisən qırağa, bura Şamaxıdır, mən ağzıma almışam?, zamokunu açıb al ağzıma deyir, caamatın üzünə baxa bilmərəm” sözlərini deyib Zərərçəkmiş şəxs yenidən vurmaq üçün yerdən daş axtarmış, yalnız polis əməkdaşları hadisə yerinə gəldikdən sonra bir qədər sakitləşərək özünə gəlmişdir. (cild 2, iş vərəqə 74-80) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs incitmiş, gedib pul istəməmiş, onu o qədər bezdirmişdir ki, Təqsirləndirilən şəxs da bu hadisəni törətmişdir. Qardaşı anası ilə yaşamış, evli olmamış, ili çıxmamış anası da ölmüşdür. Qardaşı Şəfayət lezva gəzdirmiş, ağzında saxlamışdır. İçəndə özündə olmamış, nə istəsə etmişdir. Hətta özünü də lezvalayıb kəsmişdir. Hadisədən sonra qardaşının xəstəxanada olması ilə bağlı ona zəng gəlmiş və o, xəstəxanaya çatanda qardaşının öldüyünü öyrənmişdir. Qardaşı Şəfayətə 16 bıçaq zərbəsi, ən əsası isə başına kərpic ilə vurduğu üçün təqsirləndirilən şəxsi bağışlamamış, onunla barışmamışdır. Həmçinin qardaşının ili çıxmamış anası da qardaşının dərdindən ölmüşdür. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şamaxı şəhərində yerləşən marketlərin birində satıcı işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımışdır. O, evinin yaxınlığında yerləşən “Şamaxı” adlı marketdə gözətçi işləmişdir. Təqsirləndirilən şəxs çox sakit təbiətli, zəhmətkeş, özünə hörmət qazanmış bir şəxs kimi tanıyır. Mərhum Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi tanımış, onunla ümumiyyətlə münasibətləri olmamış, Zərərçəkmiş şəxs spirtli içkilərə meyilli, daimi sərxoş vəziyyətdə olan, başqa şəxsləri narahat edən, avaralıqla məşğul olan bir şəxs kimi tanımışdır. 14 may 2022-ci il tarixdə saat 02 radələrində evdə olarkən küçədən bərk qışqırıq səsləri eşitmiş və dərhal evdən küçəyə çıxmışdır. Həmin vaxt evindən bir qədər yuxarıda bir nəfər kişinin yolun ortasında uzanmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə onun başının üstündə dayandığını görmüşdür. İlk öncə yerə uzanmış şəxsin içkili vəziyyətdə olduğundan yerə yıxıldığını Təqsirləndirilən şəxs isə ona kömək etdiyini düşünmüş, lakin daha sonra Təqsirləndirilən şəxs əlini yuxarı qaldıraraq yerdə uzanmış şəxsin baş nahiyyəsinə xəsarətlər yetirdiyin görmüşdür. Təqsirləndirilən şəxs həmin şəxsə xəsarətlər yetirərkən o yerə uzanmış vəziyyətdə olmuş və ümumiyyətlə tərpənməmişdir. Həmin an qonşuluqda yaşayan Şahid2 da qaçaraq hadisənin baş verdiyi yerə gəlmiş, əlləri ilə Təqsirləndirilən şəxs tutub sakitləşdirməyə çalışaraq onu yerdə uzanmış şəxsdən kənara çəkməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu əllərini yuxarı qaldırıb yerdə uzanmış şəxsi göstərərək ona “gərək o mənə qarşı bu hərəkəti eləmiyəydi” deyə cavab vermişdir, lakin konkret kim və ona qarşı nə hərəkət etdiyini deməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rövşənlə birlikdə aşağı istiqamətə getmişdir. Təqsirləndirilən şəxs yerdə uzanmış şəxsi daşla vurub öldürdüyünü anlamış, təcili tibbi yardım çağırmaq üçün zəng etmiş, həmin xidmətin operatoru ona “102” xidmətinə zəng etməyi məsləhət görmüş və o “102” xidmətinə zəng edib bir nəfər şəxsin daşla vurularaq öldürülməsi barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs gələrək polisə zəng etməyi xahiş etmiş, o cavabında artıq zəng etdiyini demişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs öldürdüyü şəxsin Zərərçəkmiş şəxs olmasını bilmişdir.O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır, sonuncu evinə yaxın olan “Şamaxı” adlı marketdə qaravolçu işləyir, onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs sakit, zəhmətkeş, fağır bir insan kimi tanıyır. Zərərçəkmiş şəxs səfil həyat tərzi sürən, spirtli içki qəbul edib sərxoş vəziyyətdə münaqişələr yaradan, özünə xəsarət yetirməyə meyilli olan şəxs kimi tanımışdır. 14 may 2022-ci İl tarixdə saat 02 radələrində evdən çıxıb həyətində olan tualetə gedərkən evinin yanında səs-küy və danışıq səsləri eşidib nə baş verdiyini öyrənmək üçün paltarlarını geyinib darvazanı açaraq küçəyə çıxmışdır. Həmin vaxt təcili tibbi yardım avtomobili, həmçinin qonşuları Şahid1 və Şahid2 görmüş, evdən çıxarkən S.Ə.Şirvani küçəsindən dönərək onlara tərəf polisin post patrul avtomobili də gəlmişdir. Bir qədər yuxarı istiqamətə baxdıqda üstə uzanmış vəziyyətdə kişi cinsli insan meyitini görmüş, Elçindən və Rövşəndən nə baş verdiyi, uzanmış vəziyyətdə olan şəxsin kimliyini soruşmuş, onlar da ölən şəxsin Zərərçəkmiş şəxs olduğunu, Təqsirləndirilən şəxs ona xəsarətlər yetirdiyini demişlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs olduğu polis avtomobili hadisə yerindən uzaqlaşmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, bir qız övladları vardır. Mülkalı "Şamaxı” adlı mağazada gecə gözətçisi işləməklə, aylıq 200 manat məbləğində maaş almış, evə yeganə pul gətirən Mülkalı olmuş, hər gün saat 20 radələrində evdən çıxıb işə getmiş və səhər saat 08 radələrində evə gəlmişdir. Mülkalı çox sakit, fağır, heç kimlə işə olmayan, siqaret çəkməyən, spirtli içki içməyən bir kişidir. Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olan, uzun illər məhkumluq həyatını yaşayan, əlində və ağzında lezviya gəzdirərək başqa şəxsləri narahat edən bir şəxs kimi tanımışdır. Hadisədən təxminən 3-4 ay əvvəl Mülkalı ona Zərərçəkmiş şəxs gecə saatlarında bərk sərxoş vəziyyətdə işlədiyi gözətçi köşkünə gələrək onu narahat etdiyini, sürücülük vəsiqəsi olmasa da, anasının Zərərçəkmiş şəxsa aldığı avtomobillə dəfələrlə qəsdən onun üzərinə sürdüyü barədə danışmışdır. Şəfayətin təhlükəli adam olmasını, öz gəlinləri zorladığını, cibində bıçaq və lezviya gəzdirməsini eşitdiyi üçün Mülkalıya ehtiyatlı olmağı, onunla mübahisə etməməsini demişdir. 14 may 2022-ci il tarixdə səhər saatlarında Mülkalının evə gəlmədiyindən narahat olmuş, həmin vaxt qohumu ona zəng edərək Mülkalının adam öldürdüyünü demiş, bir müddət sonra isə Mülkalının Zərərçəkmiş şəxs öldürdüyünü bilmişdir. Əri Təqsirləndirilən şəxs ona dəfələrlə Zərərçəkmiş şəxs bərk sərxoş vəziyyətdə onu gecə vaxtı narahat etməsini bildirsə də, heç vaxt Şəfayətin ona qarşı əxlaqsız hərəkətlər etdiyini deməmiş, Şəfayət Mülkalıya qarşı əxlaqsız hərəkət etsəydi belə, Mülkalının utandığından heç vaxt ona bu barədə bildirməyəcəyini qeyd etmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır, sonuncu evinə yaxın Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Şamaxı” adlı marketdə gözətçi işləyir, gecə vaxtı gözətçi köşkündə oturub marketin mühafizəsini aparmışdır, onunla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Mərhum Zərərçəkmiş şəxs da qonşuluqda yaşayan şəxs kimi tanımış, Zərərçəkmiş şəxs səfil həyat tərzi sürən, əvvəllər məhkum edilmiş, daimi spirtli İçki qəbul edib sərxoş vəziyyətdə münaqişə yaradan, əlində və ağzında lezviya gəzdirib ətrafdakılara hədə-qorxu gələn şəxs kimi tanımışdır. Evi Şamaxı şəhəri, X8 küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədə yerləşir. 14 may 2022-ci il tarixdə gecə saat 02 radələrində evdə yatarkən küçədən bərk söyüş və qışqırıq səsləri eşitmişdir. Yaşadığı küçədən bir qədər aşağıda 24 saat işləyən dükan olduğundan bir çox hallarda gecə vaxtı ayrı- ayrı şəxslər həmin dükandan aldıqları spirtli içkini qəbul edib sərxoş vəziyyətdə münaqişə yaratmış, mərhum Zərərçəkmiş şəxs də tez-tez içkili vəziyyətdə həmin əraziyə gəlib qışqırmış, küçədə olan şəxslərlə münaqişə yaratmış, avtomobil yoluna çıxıb yıxılaraq avtomobillərin hərəkətinə mane olmuşdur. Zərərçəkmiş şəxs həftədə bir neçə dəfə yaşadığı evin yaxınlığına gəlib səs-küy salaraq münaqişə yaratmışdır. O yenidən hansı-sa şəxsin içkili vəziyyətdə münaqişə yararatdığmı düşünüb evinin pəncərəsindən çölə baxmışdır, evinin pəncərəsindən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Şamaxı Elektronics” adlı dükan və S.Ə.Şirvani küçəsi ilə Minaxor küçəsi ilə kəsişməyədək olan ərazi görünür. Pəncərədən baxarkən S.Ə.Şirvani küçəsində Minaxor küçəsi ilə kəsişməyədək heç kimi görməmiş, lakin Ü.Hacıbəyov küçəsinin yuxarısında bərk qışqırıq və söyüş səslərini, “qaçma, qaçma oğraş” sözlərini eşitmişdir. Qışqırıq və söyüş səslərinə fikir verməməyə çalışsa da, həmin səslərin ailə üzvlərini narahat etdiyini görüb, şalvarı geyinib darvazadan çölə çıxaraq söyüş və qışqırıq səslərinin gəldiyi istiqamətə, yəni Ü.Hacıbəyov küçəsinin yuxan hissəsinə baxmışdır. Gecə saat 2 radələri olmasına baxmayaraq Ü.Hacıbəyov küçəsi süni işıqlandırma hesabına tam olaraq işıqlandırılmış və o, baş verənləri aydın şəkildə görmüşdür. Həmin vaxt dayandığı yerdən təxminən 80 metr məsafədə Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs söyüş söyə-söyə yerdə uzanmış vəziyyətdə olan şəxsi vurduğunu görmüş, Təqsirləndirilən şəxs hansı-sa şəxslə dalaşdığını zənn edib dərhal üst geyimini geyinə-geyinə hadisənin baş verdiyi istiqamətə qaçmış, həmin istiqamətə qaçarkən Təqsirləndirilən şəxs həmin şəxsin baş nahiyyəsindən daşla bir neçə dəfə zərbə endirdiyini, hətta vurduğu daş parçalarının sındığını görmüşdür. Hadisə yerinə çatanda yerdə olan şəxsin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs olduğunu, yerdə uzanıqlı vəziyyətdə tərpənmədiyini, baş nahiyyəsindən qan gəldiyini görmüş, lakin Zərərçəkmiş şəxs sağ olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs çatanda sonuncu Zərərçəkmiş şəxs daşla vurmağa davam etmiş, küçənin kənarında olan səkidə tapdığı, əlinə keçən daşları götürüb Zərərçəkmiş şəxs atmış və ona həmin daşlarla baş nahiyyəsinə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs çatan kimi əlləri ilə onu tutub kənara çəkmiş, Təqsirləndirilən şəxs onu buraxmağı, “Bu qeyrət söhbətidir, sənnik deyil Rövşən, çəkilməlisən qırağa, bura Şamaxıdır, mən ağzıma almışam?, zamokunu açıb al ağzıma deyir, caamatın üzünə baxa bilmərəm” sözlərini deyib Zərərçəkmiş şəxs yenidən vurmaq üçün daş axtarmağa başlamışdır. Həmin vaxt qonşuluqda yaşayan Şahid1 də küçəyə çıxmış və baş verənləri görmüşdür, lakin Şahid1 sakit təbiətli insan olduğundan ümumiyyətlə Təqsirləndirilən şəxs və ona yaxınlaşmayaraq öz evinin qarşısında dayanıb baş verənlərə baxmışdır. Təqsirləndirilən şəxs meyitdən kənara çəkmək istəsə də, sonuncu ona fəal müqavimət göstərib Zərərçəkmiş şəxs meyitinin olduğu yerə tərəf gədib ona yenidən zərbələr endirmək istəmişdir. O güclə Təqsirləndirilən şəxs hadisə yerindən çəkib Ü.Hacıbəyov küçəsi ilə S.Ə.Şirvani küçəsi ilə kəsişməyə gətirmiş, həmin vaxt da Mülkalı çox hirsli olmuş, Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız hərəkət etdiyini, bunu heç cür qəbul edə bilmədiyini, bunu özünə sığışdırmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona ayaqqabının birini itirdiyini, onu tapmağını xahiş etmiş, o Təqsirləndirilən şəxs ayaqlarına baxmadığı üçün onun həqiqətən də ayaqqabını itirb-irirməməsini görməmiş, ona İşlədiyi gözətçi köşkünə getməyini, ayaqqabını tapıb ona verəcəyimi demiş və evdən şəpikdə çıxdığından ayaqqabını geyinmək üçün özü də evə getmişdir. Ayaqqabılarını geyinib ailə üzvlərini də sakitləşdirdikdən təxminən 2 dəqiqə sonra yenidən küçəyə çıxıb hadisənin baş verdiyi istiqamətə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs meyitin olduğu yerə gedib onu yenidən daşla vurduğunu, Zərərçəkmiş şəxs meyitinə əli göstərib üvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs dayandığı istiqamətə doğru gələrək “Rövşən polisə və təcili yardıma yığ” sözlərini demiş, o qonşuları Şahid1 artıq Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşdığından qorxduğu üçün S.Ə.Şirvani küçəsini də keçmədən Mülkalı ilə aralıdan danışmışdır. Bundan sonra evinə qayıtmış və yalnız 10-15 dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çatdıqda yenidən evdən çıxıb hadisə yerinə gəlmişdir. Şahid2 ifadəsinə davam edərək göstərmişdir ki, 14 may 2022-ci il tarixdə söyüş və qışqırıq səslərinə evdən çıxarkən Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs daşla yerdə olan şəxsi vurduğunu görmüş, həmin vaxt həmçinin qonşusu Şahid1 də küçəyə çıxmışdır. Evdən çıxıb hadisənin baş verdiyi yerə qaçarkən və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitindən çəkərkən Təqsirləndirilən şəxs əlində bıçağı görməmiş, ümumiyyətlə sonuncunun Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bilməmiş, Mülkalının yalnız daşla Zərərçəkmiş şəxs başından xəsarətlər yetirdiyini görmüşdür. Yalnız hadisə yerinə polis əməkdaşları çatdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirdiyini bilmişdir. Evdən çıxıb hadisənin baş verdiyi yerə qaçarkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitindən kənara çəkərkən Təqsirləndirilən şəxs özünü “dəli” kimi aparmış, gözü heç nəyi görməmiş, onu itələyib, yaxasından tutaraq ona “bu sənnik deyil” sözlərini demiş, Təqsirləndirilən şəxs güclə Zərərçəkmiş şəxs meyitindən kənarlaşdırmış, lakin kənarlaşdırdıqdan sonra da Təqsirləndirilən şəxs “soyumadığını” görmüşdür. Evdən çıxıb hadisənin baş verdiyi yerə qaçarkən Ü.Hacıbəyov küçəsi 18 nömrəli evdə yaşayan qonşusu Şahid1 də küçəyə çıxmış, Təqsirləndirilən şəxs çatdıqda Şahid1 artıq orada olmuşdur. Evdən çıxıb hadisə yerinə çatanadək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsinə daşla üç və ya dörd dəfə zərbə endirmişdir. Bundan əlavə Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anası Şahid4 onun Zərərçəkmiş şəxs öldürülməsinin qarşısının ala biləcəyi ilə bağlı ifadəsində dedikləri tamamilə əsassızdır, o hadisə yerinə çatanda Mülkalı daş parçası ilə yerdə hərəkətsiz vəziyyətdə uzanmış Zərərçəkmiş şəxsa zərbələr endirmiş, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs artıq ölmüş, o sadəcə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs qohumlarını tanıyır və onların telefon nömrələrini bilir, lakin hadisələr təxminən 5-10 dəqiqə ərzində baş verdiyindən, həmçinin hadisə vaxtı üzərində mobil telefon olmadığından qohumlarına məlumat verməmiş, hətta Zərərçəkmiş şəxs qohumlarına məlumat versəydi belə, sonuncunun Ölümünün qarşısını ala bilməzdi. Qonşuluqda yaşayan və hadisəni bilavasitə görən Şahid1 Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib baş vermiş cinayət hadisəsi barədə məlumat verdiyindən özü gördükləri ilə bağlı heç bir orqana məlumat verməmişdir.( cild 1,iş vərəqə 139-142, 191-193) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən hazırki vaxtadək Şamaxı şəhəri, X8 küçəsində yerləşən "Şamaxı” adlı marketdə satıcı işləyir, hər gün səhər saat 08 radələrində işə gəlir və axşam saat 20 radələrində işdən çıxır. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs uzun illərdir ki, "Şamaxı” marketində gecə gözətçisi işləyir. Təqsirləndirilən şəxs vəzifəsi gecə saatlarında marketin mühafizəsini təşkil etmək olmuş, bunun üçün marketin qarşısında plastik materialdan gözətçi butkası quraşdırılmışdır. Hər gün səhər o işə gələrkən Mülkalı işdən çıxmış və axşam işdən gədərkən sonuncu işə gəlmişdir. Təqsirləndirilən şəxs çox sakit, kasıb, heç kimlə problemi, narazılığı olmayan, kənar şəxslərlə ünsiyyətə meyili olmayan, özünə qapanmış bir insan kimi tanımışdır. Təqsirləndirilən şəxs ona ailəlikcə psixi xəstəliklərdən əziyyət çəkdiklərini, hətta qardaşının dəfələrlə psixi xəstəliklə bağlı müalicə aldığını demiş, Mülkalı ilə işləyərkən sonuncunun kiməsə və ya nəyəsə əsəbiləşdiyini görməsə də, Mülkalının məhz özündə olan əqli problemlərə görə kənar şəxslərlə ünsiyyətə girməməyə, əsəbiləşməməyə çalışdığım görmüşdür. Onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs da uzun illərdir ki tanıyır, lakin sonuncu uzun müddət azadlıqdan məhrum etmə yerlərində olduğundan onu demək olar ki, görməmişdir. Zərərçəkmiş şəxs spirtli içkilərə meyilli, başqa şəxsləri narahat edən, əlində daimi lezviya və bıçaq gəzdirməklə başqa şəxslərə hədə- qorxu gələn şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs həmişə ona Zərərçəkmiş şəxs gecə saatlarında sərxoş vəziyyətdə işlədiyi gözətçi butkasına gələrək onu narahat etdiyini, artıq ondan bezdiyini, Şəfayətdən qorxduğunu demiş, o Zərərçəkmiş şəxs narahat və təhlükəli şəxs kimi tanıdığından Mülkalıya onu “yola verməyə”, ona baş qoşmamağı demişdir. 13 may 2022-ci il tarixdə saat 20 radələrində hər gün olduğu kimi Təqsirləndirilən şəxs mağazaya gəlməsini gözləmiş və sonuncu gəldikdən sonra onunla salamlaşıb işdən çıxaraq evə getmişdir. 14 may 2022-ci il tarixdə səhər saatlarında mağazanı açmağa gələrkən qonşuluqda yaşayan şəxslərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyünü eşitmişdir. Şahid6 ifadəsinə davam edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəfələrlə Zərərçəkmiş şəxs gecə saatlarında sərxoş halda işlədiyi gözətçi köşkünə gələrək onu narahat etdiyini bildirsə də, heç vaxt Zərərçəkmiş şəxs ona qarşı hər hansı əxlaqsız hərəkət etdiyini deməmiş, Təqsirləndirilən şəxs hadisədən bir müddət öncə ona Zərərçəkmiş şəxs hər gün işlədiyi butkaya gəlib onu narahat etdiyi üçün işindən bezdiyini, işdən çıxmaq istədiyini demişdir. (cild 2, iş vərəqə 2-4) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma oğludur, Şəfayətlə birlikdə yaşamış, böyük oğlu Hikmət Hacıyev isə onlardan ayrı ailəsi ilə birlikdə yaşayır. Şəfayətin dörd yaşı olarkən əri Əlibala Hacıyev öldüyündən Şəfayəti tək böyütmüşdür. Özü Şamaxı şəhərində yerləşən bazarda yumurta satmaqla çörək pulu qazmır, hər gün səhər saat 07 radələrində evdən çıxır və saat 13-14 radələrində evə qayıdır. Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyi üçün sonuncuya özü pul vermiş və maddi ehtiyaclarını ödəmişdir. Şəfayətin 18 yaşı olarkən toy məclisində dava-dalaş saldığına görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Bundan sonra isə müxtəlif cinayətlərin törədilməsinə görə dəfələrlə məhkum edilmiş və təxminən 20 ilə yaxın müddət ərzində azadlıqdan məhrum etmə yerlərində keçirtmişdir. 2007-ci ildə ölmüş oğlu Vaqif Hacıyevin gəlini X6 şərləyib guya onu zorladığı barədə şikayət vermiş və Şəfayət gəlinini zorladığı üçün məhkum edilərək 11 il müddətinə azaqdlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəfayət gəlinini zorlamamış, barəsində çıxarılmış hökm tamamilə qanunsuz və əsassız olmuşdur. 2017-ci ildə cəzasını çəkib qurtardıqdan sonra Şamaxı şəhərinə qayıtmış və o vaxtdan öldüyü günədək onunla birlikdə yaşamışdır. Azadlığa buraxıldıqdan sonra Şəfayətdə əlində lezviya gəzdirməklə özünə xəsarətlər yetirmək vərdişi yaranmış, Şəfayət dəfələrlə əsəbiləşərkən bədəninin müxtəlif nahiyyələrinə - boynuna, qarın və qollar nahiyyəsinə lezviya ilə xəsarətllər yetirmişdir. Şəfayətə özünə xəsarət yetirməməyi, şikəst qala biləcəyi ilə bağlı xəbərdarlıq etsə də, sözünə baxmamış, hətta sağ qolun said nahiyyəsinə çoxsaylı xəsarətlər yetirdiyinə görə həmin qolu zəifləmişdir. Şəfayət spirtli içki aludəçisi olduğundan demək olar ki hər gün içkili vəziyyətdə olmuş, sonuncu adətən “Go” adlı spirtli içkini və ya araq içmiş, sərxoş vəziyyətdə olarkən heç kimi narahat etməmiş, yalnız özünə xəsarətlər yetirmişdir. Dəfələrlə ona özünə xəsarət yetirməsi ilə irad bildirsə də, Şəfayət əsəbi olduğu üçün özünə xəsarət yetirdiyini, bu hərəkətləri idarə edə bilmədiyini demişdir. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmasa da, sonuncuya qazandığı pula bir neçə avtomobil almış, Şəfayət aldığı avtomobillərin hamısı sərxoş vəziyyətdə idarə edərkən vurub əzərək yararsız vəziyyətə salmışdır. Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadıqları evin yaxınlığında yerləşən “Şamaxı” adh ərzaq mağazasında gecə gözətçisi işləmiş, Təqsirləndirilən şəxs hər gün səhər saatlarında bazara işə gedərkən görmüşdür. Şəfayətin ölümündən təxminən 2-3 ay əvvəl sonuncu ona gecə saatlarında evdən çıxarkən Təqsirləndirilən şəxsla yanına gedib onunla söhbət etdiyini, Təqsirləndirilən şəxs onun dostu olduğunu demiş, Mülkalı heç vaxt ona Şəfayətdən şikayətlənməmiş, Mülkalının həqiqətən də Şəfayətin dostu olduğunu düşünmüşdür. 10 may 2022-ci il tarixdə evdən çıxıb Şabran rayonunda yaşayan qızı Reyhanə Məmmədovanın evinə qonaq getmiş, Şəfayətin öldüyü günədək qızının yanında qalmış və Şəfayət öldüyü günədək evlərində tək yaşamışdır. Şəfayət evdə tək qalmasından istifadə edib çoxlu miqdarda spirtli içki qəbul etmiş, bu səbəbdən də hadisə vaxtı bərk sərxoş vəziyyətdə olmuşdur. 14 may 2022-ci il tarixdə saat 12 radələrində Şamaxı şəhərinə yaşadığı evə gəldikdə Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs öldürdüyünü bilmişdir. Qonşuluqda yaşayan və hadisəni görən şəxslərdən biri Şahid2 da oğlu Zərərçəkmiş şəxs ölümündə günahı vardır. Şahid2 Təqsirləndirilən şəxs oğlunu daşla vurulmasını gördükdə Şəfayəti onun əlindən alıb onun öldürülməsinin qarşısını ala bilərdi, lakin hansı-sa səbəbə görə bunu etməmişdir. Həmçinin Şahid2 qonşusu olduğu üçün onun özünü və qohumlarını yaxşı tanıyır, lakin hadisəni gördükdə heç birinə bu barədə xəbər verməmişdir. Rövşən ona və ya qohumlarından birinə zəng edib gördükləri barədə məlumat versəydi, qohumları özlərini tez bir zamanda hadisə yerinə çatdırıb Mülkalının Şəfayəti öldürməsinin qarsısını alardılar. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hər gün səhər saatlarında işə gedərkən görsə də, sonuncu heç vaxt ona Şəfayət tərəfindən narahat edilməsini deməmiş, Şəfayətin Təqsirləndirilən şəxs işlədiyi gözətçi köşkünə gəlib onunla cinsi əlaqədə olmağa təklif etdiyinə görə onu qəsdən öldürdürülməsi ilə bağlı sonuncunun ifadəsində dedikləri tamamilə yalandır, Şəfayət heç vaxt ona qarşı belə əxlaqsız hərəkət edə bilməzdi, bu yolla Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməklə özünə bəraət qazandırmaq istəyir. Sərxoş vəziyyətdə olarkən Şəfayət Mülkalını təhqir edə bilərdi, hətta onun özünü də zarafatyana təhqir etmiş, lakin o heç vaxt atası yaşında olan kişiyə qarşı belə əxlaqsız hərəkət etməzdi. Şəfayətin cibində bir neçə dəfə bıçaq görmüş, özünün dediyinə görə həmin bıçaqdan meyvə kəsmək üçün istifadə etmiş, lezviya isə demək olar ki hər gün Şəfayətin cibində olmuş, lezviya ilə özünə xəsarətlər yetirmiş, Şəfayətin heç kimlə ədavəti və ya düşmənçiliyi olmamışdır. ( cild 1, iş vərəqə 179-182) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Şamaxı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 16 nömrəli evin qarşısında baş vermiş, həmin evin iki taylı dəmir darvazasının qarşısında sol çiyninə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs meyiti aşkar edilmişdir. (cild 1, iş vərəqə 5-8) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitin sağ göz orbitası hematomalıdır, gözün alt səthində açıq göy rəngli qançır vardır. Sağ gözün bayır bucağında dərinin epidermis qatının cüzi zədələnməsi ilə müşahidə olunan 5,0x3,0 sm ölçüdə səthi yara vardır. Sağ qulağın sırğalıq hissəsində 4,0xl,0sm ölçüdə səthi yara vardır. Başının tükləri qara rəngdə olub, uzunluğu 2-3 sm-dir. Başın tüklü hissəsində qan axan yara vardır. Gözləri örtülüdür, buynuz qişası şəffafdır, bəbəklər dairəvi formada olub, genişlənmişdir, diametrləri 0,5 sm-dir. Əllə yoxladıqda burun sümükləri və qığırdaqları tamdır. Hər iki qulaqlarından qan gəlir. Ağzı yarımaçıqdır, dişləri təbiidir, dili dişlər arxasında yerləşmişdir. Boynu adi uzunluqda və qalınlıqda olub, meyit qacıması fonunda hərəkədədir. Meyitin kürək nahiyyəsində 25x17 sm. sahədə cəmi 11 ədəd kənarları hamar, bucaqlarının bir tərəfi küt, digər tərəfi iti olan yaralar toplusu vardır, yaraların 7-si boşluğa keçmişdir. Yaraların ölçüləri 2,0x0,5 sm, 2,0x0,5 sm, 3,0x0,5 sm, 2.2x0,5 sm, 2.0x0.5 sm, 2.0x0,5, 1.8x0,3 sm, 2.0x0,5 sm, 1.2x0,5 sm, 1,0x0,3 sm, 1.8x0,5 sm-dir. Döş qəfəsinin ön sol yan səthində boşluğa keçən 02 ədəd - 1.8x0,4 sm, lx0.3sm ölçüdə, döş qəfəsinin ön sağ tərəfində 4-cü qabırğa proyeksiyasında 1x0,3sm ölçüdə deşilmiş-kəsilmiş yaralar vardır. Meyitin boyun nahiyyəsində 1.3x0.4sm, və sağ qulağın sırğalıq hissəsində 4.Ox 1.0 sm ölçülərdə kənarları hamar yaralar vardır. Yaraların istiqaməti arxadan önə, soldan sağa, yuxarıdan aşağıyadır. Meyitin bədən səthində başqa xəsarət yoxdur. ( cild 1, iş vərəqə 20-22) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 06 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı çoxsaylı bıçaq xəsarətlərindən sonra daxilə və xaricə kəskin qanitirmə nəticəsində qanitirmə şoku və baş nahiyyəsinə vurulmuş zərbələr nəticəsində kəllə qapağı sümüklərinin açıq sınıqları, beyin toxumasına və qişasına qansızmalar olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında iki ədəd boşluğa keçən, ürək kisəsini və ürəyi zədələyən, döş qəfəsinin arxa səthində yeddi ədəd boşluğa keçən yaralar aşkar edilmişdir. Döş qəfəsinin ön səthindəki yaralar ayaqüstə və ona yaxın vəziyyətlərdə öndən arxaya, soldan sağa olmaqla ayaqüstə və ona yaxın vəziyyətlərdə yetirilmişdir. Döş qəfəsinin arxa səthindəki yaralar isə uzanıqlı vəziyyətdə olarkən arxadan önə, yuxarıdan aşağı istiqamətə kənar şəxs tərəfindən deşicikəsici alətlə yetirilmişdir.Həmin xəsarətlər həyatidirlər, yetirilən anda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətləri vardır. Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyələrində üç ədəd, sümüklərin sınması və baş beyinə qansızma ilə nəticələnən yaralar hər hansı bərk kənarh küt əşya (ola bilsin daş parçası) təsirindən uzanıqlı vəziyyətdə olarkən, kənar şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə yetirilməyə uyğun gəlirlər. Həmin xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəsi vardır, həmin xəsarətlər canlı şəxslərdə ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs meyitin boyunun sağ yan səthində müəyyən olunmuş bir ədəd, sağ qulağın sırğalıq hissəsində bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında bir ədəd, döş qəfəsinin arxa səthində dörd ədəd yaralar deşici-kəsici alət (ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq) təsirindən kənar şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə yetirilmişdirlər. Həmin xəsarətlər canlı şəxslərdə ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş köhnə xəsarətlər - boyun, qarın və qol nahiyyələrindəki çapıq toxumaları (keçmişdəki kəsilmiş yara izləri) müxtəlif illərdə kəsici alətlə özü tərəfindən yetirilməyə uyğun gəlirlər. Həmin xəsarətlər ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Onun bədənində təzə, özü-özünə yetirməyə xarakterik xəsarətlər yoxdur.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar forma və ölçülərinə görə ekspertizaya təqdim edilmiş sınmış bıçağın təsirindən və ona oxşar digər deşici-kəsici alətin təsirindən törənməsi mümkündür.Zərərçəkmiş şəxs bədənindəki xəsarət yerləri onun əynində olan paltardakı zədə yerlərinə uyğun gəlirlər.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatında 4% qatılığında etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə tərtib edilmiş cədvələ əsasən AĞİR dərəcəli alkoqol sərxoşluğuna aiddir. Onun qanında narkotik maddələr aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 201-208) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “videogörüntüyə baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı Elektronics” adlı ticarət obyektində olan müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış zamanı 14 may 2022-ci il tarixdə saat 01:59:01-də Zərərçəkmiş şəxs “Şamaxı” adlı mağazasının qarşısından qaçması, Təqsirləndirilən şəxs onun dalınca qaçması, saat 01:59:07- də Zərərçəkmiş şəxs Şamaxı şəhəri X8 küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə gəlib Ü.Hacıbəyov küçəsi istiqamətə dönməsi, saat 01:59:19-da isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca sonuncunun qaçdığı istiqamətə qaçması, saat 02:04:08-də isə Təqsirləndirilən şəxs işlədiyi “Şamaxı” mağazası istiqamətinə qayıtması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 83-84) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan bıçaq iki fraqmentlidir, dəstəkdən və tiyədən ibarətdir, tiyə hissəsi əsasından bölünmüş, bölünmə xətti nisbətən nahamardır. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan hazırlanmışdır, uc hissəsi qırılmışdır. Tiyənin uzunluğu 70 mm, eni 20 mm, qalınlığı 2 mm-dir. Tiyənin bir tərəfi kür, digər tərəfi itidir. Bıçağın dəstəyinin uzunluğu 120mm, əsasında eni 20 mm, qalınlığı 10 mm-dir. Bıçağın tiyəsinin üzərində bulaşma şəklində qanabənzər ləkələr vardır.( cild 1, iş vərəqə 73) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 02 iyun 2022- ci il tarixli 6/2909 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. ( cild 1, iş vərəqə 216-219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 311/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfa, beta/İ/. Ekspertizaya təqdim olunan 07 ədəd pambıq tampon, 04 ədəd çınqıl daşı, 01 ədəd beton qırığı, 01 ədəd mişar daşından qırıq hissə, 02 ədəd bıçaq, 01 ədəd lezviya qırığı, Zərərçəkmiş şəxs məxsus alt mayka, köynək, gödəkçə, yun papaq, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, pencək, boz rəngli şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus alt şalvar, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus trusik, 02 cüt corab, pencəyin kəsilmiş sol hissəsi, idman şalvarı, alt mayka, gödəkcə, cins şalvar və sviter üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün deyildir. ( cild 2, iş vərəqə 11-18) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 252/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-yuxarı nahiyyəsində bir ədəd, köynəyin və maykanın sol döş nahiyyəsində üç ədəd, gödəkçənin, köynəyin və maykanın arxa hissəsində on üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxsin təqdim etdiyi bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Təqsirləndirilən şəxsin təqdim etdiyi bıçaq tiyəsi dəstəyindən ayrılmış və tiyəsinin ucu sınmış vəziyyətdə ekspertizaya edildiyinə görə bu bıçaq müqayisəli müayinə üçün eksperimentə yarasız hesab edilir. Ona görə da Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqsirləndirilən şəxsin təqdim etdiyi bıçağın təsirindən yetirilib-yetirilməməsi haqqmda fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın sol döş nahiyyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədəsi onun bədəninin döş qəfəsinin sol yarısında olan iki ədəd, gödəkçənin, köynəyin və maykanın arxa hissəsində aşkar edilmiş on bir ədəd deşilmiş- kəsilmiş zədələri döş qəfəsinin arxa səthində olan on bir ədəd, köynəyin ön hissəsinin sağ yuxarı nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə döş qəfəsinin ön səthinin sağ yarısında olan bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyyələrinə görə nisbi olaraq üst- üstə düşürlər. Zərərçəkmiş şəxs meyitinin üzərində olan - boynun sağ yan səthində müəyyən olunmuş bir ədəd, sağ qulağın sırğalıq hissəsində bir ədəd deşilmiş kəsilmiş yaralar bədənin açıq nahiyyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs meyitinin bədənində olan xəsarətlərlə əynində olan paltarların üzərində olan zədələr uyğundur və eyni alətlə yetirilməyə xarakterikdir, xəsarətlərin ekspertiza tədqiqatına təqdim olunmuş təqsirləndirilən şəxsin təqdim etdiyi bıçağın tiyəsi ilə və ya oxşar konstnıktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Xəsarət yetirilən anda zərərçəkmiş şəxslə əməli törətmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus papağın yuxarı-orta nahiyyəsində bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizmə malikdir, papağın müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, alt şalvarı, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qolunun arxa nahiyyəsində bir ədəd, gödəkçənin arxa hissəsinin sağ-aşağı nahiyyəsində bir ədəd məhdud cırılmalar aşkar edildi. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, gödəkçənin müvafiq nahiyyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus pencək fraqmenti cırılaraq-qoparılmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka, köynək, sviter, pencək, papaq, tuman, idman şalvarı, şalvar, iki cüt corab və bir cüt ayaqqabı üzərində hər hnası bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab olunmur, bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim olunmuş iki fraqmentə bölünmüş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab olunmur, bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. ( cild 2, iş vərəqə 20-26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1853 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. M.Q Rizvanov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs şəxsiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli- intellektual inkanları normaya uyğundur. Təhqirə qarşı həssaslıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi-emosional vəziyyətində qəzəb, impulsivlik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. ( cild 2, iş vərəqə 34-36) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd üzərində qanabənzər ləkələr olan boyunluq hissəsində süni xəzz olan dəri gödəkçə, 01 ədəd qara rəngli “ZAPA” birkalı qısaqol köynək, 01 ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan qolsuz mayka, arxa bel hissəsində “Steffano Ricci” yazısı olan, üzərində qara rəngli kəmər olan qara rəngli cins şalvar, 01 ədəd boz rəngli alt şalvar (istilik), qara rəngli ağ altlığı olan 01 cüt ayaqqabı, 01 cüt qara rəngli corab, Zərərçəkmiş şəxs dəri gödəkçənin sol cibindən götürülmüş tiyəsinin üzərində qanabənzər ləkələr olan 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs götürülmüş iç tərəfində “Alessandro Nesta” sözləri yazılmış 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli iç tərəfində “Cassi” birkası olan pencək, 01 ədəd ağ-qara rəngli “Moss collection” birkası olan sviter, 01 ədəd göy rəngli “Olliqarx” birkası olan uzunqol köynək, 01 ədəd boz rəngli “Caspian exclusive” birkası olan şalvar, 01 ədəd qara rəngli üzərində “UFC” yazıları olan idman şalvarı, 01 ədəd “WAÇ” birkası olan boz rəngli papaq, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 cüt göy rəngli yun corab, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli tuman, cibində olmuş 01 ədəd göy rəngli pencək parçası, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayəti törədərkən istifadə etdiyi tiyəsində qanabənzər ləkələr olan, tiyəsi tutacaq hissəsindən qırılmış, tiyəsinin ucu qırılmış 01 ədəd bıçaq, hadisə yerinə baxış zamanı nəmləndirilmiş pambıq hissəsinə hopdurulmaqla 8 sahədən götürülmüş qanabənzər ləkələrin nümunələri, üzərində qanabəzər ləkələr olan 03 ədəd çınqıl daşı, hadisə yerində Zərərçəkmiş şəxs meyitinin sağ əlinin barmaqları arasında sıxılmış vəziyyətdə aşkar edilməklə götürülmüş üzərində qanabənzər ləkələr olan 01 ədəd ülgüc (lezviya), meyitin yanında aşkar edilmiş 01 ədəd qara rəngli papaq, hadisə yerindən götürülmüş üzərində qanabəzər ləkələr olan 01 ədəd mişar daşı qırıntısı, 01 ədəd üzərində qanabənzər ləkələr olan daş parçası Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. ( cild 2, iş vərəqə 42- 65) Cinayət işinin materiallarında olan Şamaxı rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 188-9098-1222 nömrəli məktubdan görünür ki, 14 may 2022-ci il tarixdə saat 02:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Şamaxı” adlı marketdə gözətçi işləyən Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı cib bıçağı ilə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirdikdən sonra daş parçası ilə baş nahiyyəsinə zərbələr endirərək sonuncunu öldürmüşdür. Keçirilən tədbirlər nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Əlibsala oğlunun Təqsirləndirilən şəxs əxlaqsız hərəkətlər etməsi onlar arasında mübahisəyə və narazılığa səbəb olmuş, onlar arasında əvvəllər də sözlə mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs tüfəyli həyat tərzi keçirmiş, spirtli içki aludəçisi olmuşdur. ( cild 1, iş vərəqə 234) Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabdan görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. ( cild 1, iş vərəqə 184) Cinayət işinin materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər İƏD-si üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 163) Cinayət işinin materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər İƏD-si üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə 157) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə on altı ədəd bıçaq xəsarəti yetirdikdən sonra səkidən götürdüyü mişar daşı parçası ilə hərəkətsiz vəziyyətdə yerdə uzanmış Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə dəfə zərbə vurması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.10-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini və könüllü gəlməsini, polisi gözləməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon məhkəməsinin 15 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 86, 113-114) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd dəri gödəkçə, 01 ədəd köynək, 01 ədəd mayka, cins şalvar, 01 ədəd alt şalvar (istilik), 01 cüt ayaqqabı, 01 cüt corab, Zərərçəkmiş şəxs dəri gödəkçənin cibindən götürülmüş 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd gödəkçə, 01 ədəd pencək, 01 ədəd sviter, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 cüt ayaqqabı, 01 cüt corab, 01 cüt yun corab, 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd pencək parçası, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrin nümunələri, 03 ədəd çınqıl daşı, hadisə yerindən götürülmüş 01 ədəd ülgüc (lezviya), 01 ədəd papaq, hadisə yerindən götürülmüş 01 ədəd mişar daşı qırıntısı, 01 ədəd daş parçası məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd dəri gödəkçə, 01 ədəd köynək, 01 ədəd mayka, cins şalvar, 01 ədəd alt şalvar (istilik), 01 cüt ayaqqabı, 01 cüt corab, Zərərçəkmiş şəxs dəri gödəkçənin cibindən götürülmüş 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd gödəkçə, 01 ədəd pencək, 01 ədəd sviter, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 cüt ayaqqabı, 01 cüt corab, 01 cüt yun corab, 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd pencək parçası, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrin nümunələri, 03 ədəd çınqıl daşı, hadisə yerindən götürülmüş 01 ədəd ülgüc (lezviya), 01 ədəd papaq, hadisə yerindən götürülmüş 01 ədəd mişar daşı qırıntısı, 01 ədəd daş parçası məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-203/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-203/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver