Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-203/2025 23.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçilər – “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Qusar rayonu, Balaqusar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, Qusar rayonu, Balaqusar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazandıqdan sonra 55000 manat pulun müqabilində sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Mirana” şadlıq sarayı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarış alacağına dair yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla aldatmış və həmin yalan vədlərin müqabilində vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən “Yaşıl” adlı kafedə 5000 (beş min) manat, 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsində yerləşən «Elmed» tibb mərkəzində 35000 (otuz beş min) manat və 2022-ci ilin iyul ayının ortalarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin inzibati binasının qarşısında 15000 (on beş min) manat pul olmaqla ümumilikdə külli miqdar təşkil edən 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni külli miqdarda ziyan vurmaqla etibardən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mənə elan olunan ittihamla qətiyyən razı deyiləm. İttiham aktı zərərçəkmiş şəxsin mülahizələrinə uyğun tərtib olunmuş və bir çox qanunsuzluqlara yol verilmişdir. Mən Yasamal rayonunda başlanmış cinayət işini ümumiyyətlə qəbul etmirəm. Mən Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışam, Şahid1 tanımışam. Onu da hazırki iş üzrə şahid olan Şahid3 adlı şəxsin vasitəsilə tanımışam. Mən özüm ev alğı-satqısı üzrə vergi ödəyicisiyəm, yəni “makler”əm. Hümbət və Arifin 1 hektar torpaq sahəsinə çıxarış almışdım, həmin işdən mənə düşən payı almaq üçün Ariflə birlikdə Hümbətin “Elmed” klinikasında yerləşən ofisinə gəlmişdim. X23 yanında mənə 10000 manat verdi. Daha sonra Hümbət mənə “Mirana” şadlıq sarayının 2 milyon manata alıcısı olduğunu və əgər bu işi sona çatdıra bilsəm, yəni alğı-satqı edib çıxarışı ala bilsəm, mənə 100000 manat qonorar verəcəyini söylədi. Mən onun təklifi ilə razılaşdım, ilkin olaraq Hümbət mənə 5000 manat pul verdi. Həmin dövrdə “Mirana” firmasının nizamnaməsi və möhürü Zərərçəkmiş şəxs məxsus idi, Hümbət mənim nömrəmi Zərərçəkmiş şəxs verdi və mən birinci dəfə Yasamal rayonunda yerləşən “Musabəyov” parkındakı çay evində onunla görüşdüm. Zərərçəkmiş şəxs mənə aralarındakı məsələni və Hümbətin necə təhlükəli adam olduğunu izah etdi, biz danışıb ayrıldıq. Bir müddət sonra, Hümbət mənə zəng edib “Elmed” klinikasına getməyimi istədi, mənə 35000 manat pul veriləcəyini və həmin pulu onun Ənvər adlı işçisindən götürəcəyimi dedi. Mən Zərərçəkmiş şəxsla birlikdə klinikaya getdim, o əvvəlcə çöldə gözlədi, daha sonra otağa daxil oldu, Ənvərə 35000 manatı verdi, Ənvər də həmin pulu mənə verdi. Mənə qəbz yazmalı olduğumu dedilər və mən də yazıb Ənvərə verdim. Həmin pul Zərərçəkmiş şəxs məxsus olsaydı, mənə qəbzi Hümbətin adına yazdırmazdılar. Mən 35000 manatı götürüb getdim. Mənə ümumilikdə 50000 manat pul verilməli idi, ona görə də iki gün sonra hissə-hissə mənə 10000 manat da verildi. 4000 manatı Ənvər, 2000 manatı isə Hümbətin sürücüsü verdi. Mənə 55000 manat deyil, 50000 manat verilib. Mən dələduzluq etməmişəm. İş görmüşəm deyə pul almışam. 2 milyon manatlıq obyekt idi deyə qonorar olaraq 50000 manat almışdım. Obyekt satılmamışdı, amma əvvəlcədən qonorarı almağım barədə Hümbətlə razılaşmışdıq. Həmin dövrdə sərəncam verən Hümbət idi.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əvvəllər məhkum olunmamışam. Mən ümumi respublika üzrə fəaliyyət göstərirdim. Mən 50000 manatı Hümbət təklif edib deyə qonorar kimi götürmüşəm. Mən etibarnamə verilən gündən “Mirana” şadlıq sarayı üçün zəhmət çəkmişəm. Onlar bu işdə olan çatışmazlıqları məhkəmə yolu ilə həll etmək istəyirdilər, ona görə də 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində işləri gedirdi, qərardad çıxarıldı və Zərərçəkmiş şəxs iddiasını geri götürdüyünə görə bizim aramızdakı müqavilə də ləğv olundu. Ümumilikdə 55000 deyil, 50000 manat pul almışam. Hüquq üzrə təhsil almamışam, orta təhsilliyəm. 1992-ci ildə müharibəyə getmişəm, müharibə iştirakçısıyam. Dələduzluq yolu ilə vurulan külli və xeyli miqdarda ziyanın fərqini bilmirdim. Müdafiəçim mənə külli miqdarın 50000 manatdan başladığını izah edib. 55000 manatı külli miqdar olduğuna görə deyil, faktiki mənə verilmədiyinə görə qəbul etmirəm. 50000 manat pul almışam, lakin bunu dələduzluq yolu ilə əldə etməmişəm, bunlar mülki münasibətlərdir. 50000 manat qarşılığında bu iş üçün vəkil tutmuşam, müqavilə bağlatdırmışam. Vəkil Raxtari Kamilə adlı xanım idi, mən ona bu iş üçün 1000 manat vermişdim. Mən bütün sənədlərin orjinallarını (məs. sərəncamlar, layihə) Hümbətdən almışdım, sadəcə nizamnamə və möhür Zərərçəkmiş şəxs idi. Zərərçəkmiş şəxsla Şahid1 arasında “Mirana” şadlıq sarayının mülkiyyəti ilə bağlı mübahisə var idi və bu iş məhkəməyə qədər uzanmışdı. Mən rəhbər şəxs kimi Şahid1 gördüyümə görə onunla iş görmüşəm. Mən Hümbətə 28000 manat pul ödəmişəm. Bu məsələ ilə bağlı ödəmişəm. Zərərçəkmiş şəxs özü əli ilə yazıb ki, 35000 manatı Hümbətin adından verdiyinə görə həmin pulu Hümbətdən götürüb. Zərərçəkmiş şəxs mənə 10000 manatı Xaçmazda, 5000 manatı isə Bakı şəhəri, Xətai rayonu ərazisində “Dinamo” idman cəmiyyətinin qarşısında verib. Həmin 15000 manatı İsrafil mənə Hümbətin pulunu qaytarım deyə verib. Hümbət məni həmin ərəfədə hədələyirdi. 10000 manatı İsrafil mənə Etibarın yanında verdi. Hümbət “Mirana” şadlıq sarayının ona məxsus olduğunu deyib pulunu hissə-hissə qaytarmağımı istəyirdi, 15000 manatı Zərərçəkmiş şəxs mənə verəndə Hümbətə qaytarmışdım. Daha sonra Zərərçəkmiş şəxs və Hümbət 35000 manatın onlara məxsus olduğunu iddia etdilər və Zərərçəkmiş şəxs 35000 manatı aldığını əlyazması ilə təsdiq etdi. Onlar arasında çıxarış olmadan obyektin qanunsuz alğı-satqısı olub, mən mühəndislə həmin obyektə gedəndə orada Zərərçəkmiş şəxs olmayıb, mən ancaq Hümbətlə danışmışam. Mən torpaq və ya ev alğı-satqısı zamanı vətəndaşlara müştəri taparaq alğı-satqını həyata keçirirdim və bu alğı-satqıdan əldə olunan məbləğdən müəyyən faizlə qonorarımı alırdım. Çıxarış alınması mənim fəaliyyətimə daxil deyildi. Mən özüm iş alınsın deyə buna cəhd edirdim. Bir obyektin satılması üçün onun bütün mülkiyyət sənədləri, eləcə də çıxarışı tam olmalıdır. Mənim heç bir hüquqi fəaliyyətim olmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müdaxilə etmək imkanım olmayıb. Özümə məxsus torpağa çıxarış aldığıma görə çıxarış almağın qaydasını bilirəm. Mən Şahid1 çıxarış alınmasında kömək edəcəyimi, lazım olsa bu məsələni məhkəmə yolu ilə həll edə biləcəyimizi bildirmişəm. İddia “Mirana” firmasının adından qaldırılmışdı və həmin şadlıq sarayı bu firmanın balansında idi. İddia “Mirana” firmasının nümayəndəsi kimi mənim adıma qaldırılmışdı, mən də vəkillə danışmışdım. Çıxarış “Mirana” şadlıq sarayının adına alınacaqdı. Həmin firmanın təsisçisi Zərərçəkmiş şəxsdur. Hümbət mənə ilk dəfə 5000 manatı verəndə Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edəcəyimizi, oradan imtina aldıqdan sonra məhkəməyə müraciət edəcəyimizi demişdi. Hümbətin özünə məxsus torpaq sahəsi var idi, həmin torpaq sahəsinə çıxarış almışdım deyə mənə etibarı yaranmışdı və bu işdə də mənə müraciət etmişdi. Hümbət 5000 manatı mənə “Elmed” klinikasında vermişdi. X24 parkında “Yaşıl” adlı kafedə 5000 manat pul verilməyib. Həmin kafedə Zərərçəkmiş şəxsla görüşmüşəm, amma o, mənə pul verməyib. 35000 manat mənə “Elmed” klinikasında Zərərçəkmiş şəxs yanında Ənvər tərəfindən verilib. Həmin vaxt mənə Hümbətdən 35000 manat almağımla bağlı qəbz yazdırıblar. Sonradan Hümbətdən bunun səbəbini soruşanda o, narahatlıq olduğu üçün yazmağımı istədiklərini dedi. 35000 manatı sənədləşmə işləri ilə bağlı almışdım. Daha sonra 4000 manatı mənə “Elmed” klinikasında Ənvər, 2000 manatı isə sürücü verib. 15000 manatı, 10000 və 5000 manat olmaqla hissə-hissə Zərərçəkmiş şəxs almışam. Həmin pulun bu işə aidiyyəti yoxdur, onu Hümbətin pulunu qaytarmaq üçün borc kimi almışdım. Zərərçəkmiş şəxs 35000 manat, Şahid1 isə 28000 manat qaytarmışam. Məndən hədə-qorxu ilə 100000-ə yaxın pul alınıb. Hümbət məndən hazırda heç nə tələb etmir, ona borcumu ödəmişəm. Zərərçəkmiş şəxs 15000 manat borcum qalıb. Həmin puldan 10000 manatı hazırda ödəməyə hazıram.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Mən 2019-cu ildə “Mirana” şadlıq sarayını Şahid1 almışam. Həmin şadlıq sarayı onun oğlunun adına idi. Biz firma üçün alğı-satqı etmişik. Mən alanda “Mirana” şadlıq sarayının sərəncamı var idi, mülkiyyətinə dair sənədlər yox idi. Mən çox çalışdım ki, şadlıq sarayının çıxarışını alım, lakin ala bilmədim. Daha sonra Hümbət mənə zəng edib Canəli adlı dostu olduğunu və bu məsələni həll edə biləcəyini söylədi. Mən Canəliyə zəng etdim, biz “Yaşıl” adlı kafedə görüşdük və Canəli ona 55000 manat pul versəm, çıxarışı ala biləcəyini söylədi. Mən həmin kafedə ona beh kimi 5000 manat pul verdim. Bu görüşdən 3-4 ay sonra, sentyabr ayının sonları Canəli mənə zəng edib ona etibarnamə verməyimi istədi və mən ona etibarnamə verdim. Oktyabr ayında o, yenidən mənə zəng edib işlərin yaxşı getdiyini və pulun böyük hissəsini verməli olduğumu dedi. Mən də pulu götürüb “Elmed” klinikasına getdim. “Elmed” klinikasına getməyimin səbəbi Canəlini Hümbət vasitəsilə tanımağım idi, Canəlinin pulumu qaytarmaması ehtimalı olduğuna görə, Hümbətin də pulun verilməsində şahid olmasını istəyirdim. Klinikaya getdim, lakin Hümbət orada deyildi. Həmin vaxt Hümbət heç ölkədə olmayıb. X14madığını dedim və nə edəcəyimizi soruşdum, o pulu verməyimi istədi və biz təsərrüfat müdiri Ənvərin otağına keçdik. Ənvərin yanında pulu Canəliyə verdim və getdim, həmin vaxt Canəlinin qeyd etdiyi qəbzin yazıldığını görməmişəm. Bundan sonra, çox müddət keçməsinə baxmayaraq, iş düzəlmirdi və Canəli bugün-sabah düzələcəyini deyirdi. O, bir dəfə məni inandırmaq üçün Reyestr Xidmətinə apardı və işlə məşğul olduğunu bildirdi. Onların Hümbətlə öz aralarında söhbətləri olub, 28000 manat Hümbətin puludur. Canəli məndən qalan 15000 manatı da istəyib 2022-ci ilin dekabrına qədər çıxarışı alacağını söyləyib. Həmin pulu Hümbətə verəcəyini deməyib. Bundan sonra, mən Canəlinin çıxarışı ala bilmədiyini görüb ondan pulumu tələb etməyə başladım, o, pulumu qaytarmaq istəməyəndə onu polisə verəcəyimi söylədim. Mən şikayət ərizəsi yazdıqdan sonra 55000 manata görə istintaq başladı. Canəli mənə 35000 manat qaytarıb, hal-hazırda mənə 20000 manat borcu var, həmin borcu tələb edirəm və ondan şikayətçiyəm.” Şahid Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Canəli məndən 15000 manatı Hümbətə görə deyil, qalan pul olduğunu deyərək alıb. Canəli mənim 35000 manatı almağımla bağlı qəbz yazıb və müstəntiqə təqdim edib. Mən həmin qəbzi yazmamışam və görməmişəm. Bununla bağlı, ekspertiza da təyin olundu, lakin sənədin özü olmadığı üçün rəy verilmədi. Mən 35000 manatı bir dəfəyə almağımla bağlı qəbz yazmamışam. Mən 35000 manatı Canəlidən hissə-hissə almışam. Sonuncu dəfə 5000 manat pulu istintaqın gedişində 2024-cü ildə almışam. 2022-ci ildə Canəlidən 35000 manat pul almamışam. 35000 manatı 2021-ci ilin oktyabr ayının 18-də, 15000 manatı isə 2022-ci ilin iyul ayında vermişəm.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir: “Mən Şahid1la 1990-cı illərdən tanışam, o, 2018-ci ildə məni çağırıb ona ******* dollar pul lazım olduğunu dedi, mən də o qədər pulum olmadığını bildirdim. Mən bir qadın gətirdim ki, həmin qadın ona ******* dollar pul verə bilər, onun bankda tanışı var. Hümbət mənə qadının dələduz birinə oxşadığını, ondan pul almayacağını dedi və mənim pul verməyim üçün israr etdi. Mən isə pulum olmadığını dedim. Bundan sonra o, məni yenidən çağırıb “Mirana” şadlıq sarayının sənədlərini göstərdi, həmin şadlıq sarayını 2018-ci ildə yanvarın 15-də 2.5 milyon manata satışa qoymuşdu. O, yenidən məndən pul istədi, mən də sadəcə 150000 manat pulum olduğunu və başqa yerdən tapa bilsəm, verəcəyimi söylədim. O, şadlıq sarayını daha ucuz qiymətə mənə satmağı təklif etdi və mənim şadlıq sarayım olduğuna görə idarə edə biləcəyimi söylədi. Mən də gedib düşündüm və Hümbətə 950000 dollar pul verdim. Hümbət də həmin firmanı mənim adıma alğı-satqı etdi. Şadlıq sarayının çıxarışı yox idi, ona görə də firmanı mənə satdı. Hümbət mənə balıq maşınlarının gələcəyini və əgər pulu olsa, 2 ay sonra şadlıq sarayını qaytarıbqaytarmayacağımı soruşdu. Mən də problem olmadığını və qaytaracağımı söylədim. 2 ay deyil, hətta 2 il keçdi, mən çıxarış almaq istədim və Hümbətdən kimin mənə kömək edə biləcəyini soruşdum. Hümbət Qusardan tanışı olduğunu və onun düzəldə biləcəyini dedi, telefon nömrəsini verdi və mən Canəliylə danışdım. Biz Yasamalda “Yaşıl” adlı kafedə görüşdük və mən Canəliyə 5000 manat beh verdim. 5-10 gün sonra o, mənə zəng edib etibarnamə lazım olduğunu dedi və mən 27 saylı Notariat ofisinə gedib Canəliyə etibarnamə verdim. Bir müddət sonra, oktyabr ayında Canəli 40000 manat lazım olduğunu bildirdi, mən də 35000 manat pulu vermək üçün “Elmed” klinikasına getdim ki, birdən Canəli pulumu qaytarmasa, Hümbət yanımda şahid olsun. Hümbət həmin vaxt klinikada yox idi, mən də Ənvərin otağında 35000 manatı sayıb Canəliyə verdim. Ənvər həmin vaxt otaqda idi. 2022-ci ildə Canəli yenidən mənə zəng edib pulun çatmadığını dedi və pul verməyimi istədi. Mən həmin vaxt Xaçmazda idim, onu Xaçmaza çağırdım və iyul ayının ortaları görüşdük. Ona Şahid4 yanında 15000 manat da verdim, Canəli də dekabrın sonuna kimi çıxarışın məndə olacağını söylədi. 10-12 gün sonra Canəli zəng edib etibarnamənin vaxtının bitdiyini dedi və mən yenidən etibarnamə alıb ona verdim. Lakin heç bir çıxarış ala bilmədi. Mən Canəliyə ümumilikdə, 55000 manat pul vermişəm və həmin puldan mənə 50000 manat qaytarıb. Mən Hümbətə verdiyim 950000 dollardan faiz almamışam. Canəliyə 15000 manatı 2022-ci ilin iyul ayında vermişəm. Mən Canəliyə etibarnamə vermişəm, “Mirana” şadlıq sarayı ilə bağlı məhkəmədə iştirak etməmişəm. Təqsirləndirilən şəxs mənə ümumilikdə, 50000 manat qaytarıb, 5000 manatı da bir yerdə oturub yeyib-içdiyimizə görə ona bağışlayıram. Ona görə də, məhkəməyə ünvanladığım teleqramda mənə olan borcun 50000 manat olduğunu, həmin pulun da qaytarıldığını qeyd etmişəm. Mənim Təqsirləndirilən şəxs heç bir şikayət və tələbim yoxdur, onunla barışmışam.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs bizim üçün sənəd düzəltməli idi, bu səbəbdən mən ona əvvəlcə hissə-hissə 15000 manat pul verdim, daha sonra isə mənə məxsus 35000 manatı Ənvər Canəliyə verdi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs Qusar rayonundan bir yoldaş vasitəsilə tanımışam. İsrafili də tanıyıram. İsrafillə daha əvvəldən tanışam. Sənəd “Mirana” şadlıq sarayı üçün düzəldilməli idi. Həmin şadlıq sarayı oğlumun adına idi. Daha sonra biz şadlıq sarayını İsrafilin adına keçirdik. Çünki mən ondan 900000 dollar borc pul almışdım. Həmin vaxt şadlıq sarayının qiyməti ******* manat olardı. Şadlıq sarayına sənədi mən düzəltmək istəyirdim və buna görə Canəliyə pul vermişdim. İsrafil sənəd düzəltmək üçün Canəliyə pul verməyib. Mən 15000 və 35000 manat olmaqla, ümumilikdə Canəliyə 50000 manat vermişəm. 35000 manatı “Elmed” klinikasında Ənvər Canəliyə verib. Həmin pul veriləndə İsrafilin iştirak edib-etmədiyini bilmirəm, mən orada deyildim. 15000 manatı isə özüm ofisdə vermişəm. 15000 manatı verəndə İsrafil iştirak etməyib. Canəli 15000 manatı hissə-hissə, 35000 manatdan da 28000 manatı mənə qaytarıb. İttihamda nəyə görə 55000 manatın qeyd olunduğunu bilmirəm. 900000 dolları İsrafildən faizlə almışdım. Həmin pul artıb 100000 dollardan çox oldu və biz İsrafilə 700000 dollara yaxın faiz məbləği qaytardıq. İstintaq vaxtı verdiyim 26000 manatı almağımla qəbzi təsdiq edirəm. Ənvər mənə məxsus “Elmed” klinikasında kassir işləyirdi. Mən Ənvərə pul verməsi ilə bağlı göstəriş vermişdim. İsrafilin bura heç bir aidiyyəti yoxdur.” İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. O, Bakı şəhərində yaşayan X7 1993-cü ildən tanıyır. Əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində onun özünə məxsus mağaza, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində isə İsrafilə məxsus restoran olmuşdur. O, özünə məxsus mağazada ərzaq məhsullarının topdan satışı ilə məşğul olmuş, İsrafildə ona məxsus mağazaya gəlib restoranı üçün lazım olan ərzaq mallarını almışdır. Bu səbəbdən də tədricən İsrafillə münasibəti yaranmışdır. Sonradan isə İsrafillə yoldaşlıq etmişlər və ailəvi olaraq Rusiya Federasiyasında olan ayrı-aryı sanatoriyalara getmişlər. İsrafillə münasibəti yaxın olduğuna görə bəzən o, ondan borc pul almış, sonradan isə aldığı pulu İsrafilin özünə qaytarmışdır. 2016-cı ildə Amil Həşimovla birlikdə Ukrayna Respublikasından Türkiyə Respublikasına sümüksüz dana əti ixrac etmişlər. Ukrayna Respublikasından Türkiyə Respublikasına ixrac eldikləri dana ətindən 450000 (dörd yüz əlli min) ABŞ dolları maddi ziyan eləmiş və bu onun sonrakı sahibkarlıq fəaliyyətinə ziyan gətirmişdir. 2018-ci ildə tanıdığı Babək Məhərrəmov ona demişdir ki, İsrafildən borc olaraq 350000 (üç yüz əlli min) ABŞ dolları pul istəmişdir, İsrafildə Babəkə demişdir o, zamin dursa Babəkə pul verər. Babək ondan xahiş etmişdir ki, birlikdə İsrafillə görüşsünlər, o, zamin dursun. İsrafil ona borc pul versin. O. Babəklə razılaşmış və onlar birlikdə gedib İsrafillə görüşmüşlər. İsrafillə danşıdqdan sonra onun iştirakı ilə İsrafil Babəkə borc olaraq 350000 (üç yüz əlli min) ABŞ dolları vermişdir. Bir müddət keçdikdən sonra Babək əvvəlcə ona 100000 (yüz min) ABŞ dolları, sonrakı aylarda isə qalan 250000 (iki yüz əlli min) ABŞ dollarını vermiş, o da zəng vurub İsrafilə demişdir ki, Babək ondan aldığı 350000 (üç yüz əlli min) ABŞ dollarını gətirib ona vermişdir, gəlib pulunu aparsın. İsrafildə ona demişdir ki, hələ ki ona pul lazım deyil, ehtiyacı varsa istifadə etsin, sonradan ona verər. Həmin ərəfələrdə o, Qusar rayonu, Çiləgir kəndi ərazisində otel tikdirmişdir. İsrafilin sözlərindən sonra o da Babəkin gəlirib İsrafilə verilməsi üçün ona verdiyi həmin 350000 (üç yüz əlli min) ABŞ dollarını Qusar rayonu, Çiləgir kəndi ərazisində inşa etdirdiyi otelin tikintisinə xərcləmiş, sonradan özüdə əlavə olaraq İsrafildən 150000 (yüz əlli min) ABŞ dolları borca pul alıb xərcləmişdir. 2019-cu ildə yenidən Amillə razılaşmışlar ki, Ukrayna Respublikasından sümüksüz ət alıb Türkiyə Respublikasına ixrac etsinlər və bu yolla etdikləri zərərin bir hissəsini qarşılasınlar. Bu məqsədlə də o, İsrafillə görüşərək ona demişdir ki, satmaq üçün xarici ölkələrdən balıq gətirir, ona 400000 (dörd yüz min) ABŞ dolları borc pul lazımdır, ona həmin məbləğdə borc pul versin. İsrafil bilirdi ki, o ət satışından ziyan etmişdir, ona görə də fikirləşmişdir ki. İsrafilə ət alacağını desə sonuncu ona borc pul verməyəcək, bu səbəbdən də İsrafilə xarici ölkələrdən balıq gətirəcəyini demişdir ki, o, ona borc pul versin. İsrafildə ona inanmış və 2019-cu ilin sentyabr ayının əvvəllərində ayda 3 faiz əlavə pul ödəmək şərti ilə ona 400000 (dörd yüz min) ABŞ dolları pul verib demişdir ki, ondan aldığı borc pulla bağlı nə isə girov qoysun. O da İsrafilə demişdir ki, özünə məxsus «Mirana» şadlıq sarayı «Mirana» firmasının nəzdində fəaliyyət göstərir. «Mirana» firması oğlu Elvinin adınadır, onlar «Mirana» firmasını ona girov qoysunlar, ondan aldıqları pulu qaytardıqdan sonra «Mirana» firmasını qaytarıb özlərinə verər. İsrafil onunla razılaşmış və 02 sentyabr 2019-cu il tarixdə o, oğlu Elvin və İsrafil birlikdə Bakı şəhəri 32 saylı notariat ofisinə getmişlər. Notariat ofisində onlara demişlər ki, «Mirana» firmasının girov qoyulması üçün banka pul köçürülməlidir. Bundan sonra onlar razılaşmışlar ki, «Mirana» firmasının İsrafilə satılması ilə bağlı oğlu Elvinlə İsrafil arasında müəssisədəki payın alğı-satqı müqaviləsi bağlansın. Müqavilə bağlandıqdan sonra İsrafil ona demişdir ki, ondan aldığı pulu qaytardıqdan sonra o da «Mirana» firmasını qaytarıb onlara verəcəkdir. Ancaq həmin vaxtdan sonra da «Mirana» şadlıq sarayını onlar işlətmişlər. Sonrakı aylarda o, İsrafildən borc olaraq aldığı pula görə hər ay İsrafilə əlavə olaraq 2,5 faiz pul ödəmişdir. Yenə də o, ət satışından zərər elədiyi üçün İsrafildən aldığı pulu qaytara bilməmişdir. 2020-ci ildə respublika ərazisində “Covid 19” pademiyasının yayılması ilə bağlı ölkə ərazisində karantin rejimi tətbiq olunmuş və o, heç bir fəaliyyətlə məşğul ola bilmədiyi üçün İsrafilə demişdir ki, pandemiyə ilə bağlı heç bir işlə məşğul ola bilmir, ona görə də ondan aldığı pulu qaytarmağı çəlindir, ona 2-3 ay vaxt versin. İsrafildə onunla razılaşmışdır. Həmin ərəfələrdə o, Qusar rayonu, Çiləgir kəndi ərazisində tikdirdiyi otellə bağlı Qusar rayonuna gəlib-getmişdir. Qusar rayonunda olarkən o, Qusar rayon sosial müdafiə fondunun sabiq rəisi Şahid3la tanış olmuş, sonuncu özü də Qusar rayonu, Çiləgir kəndi ərazisində onun otelinin yaxınlığında yerləşən restoranı işlətmiş, o gedib Arifin işlətdiyi restoranda yemək yeyərkən Ariflədə görüşüb söhbət etmişdir. Söhbətlərinin birində Arifə demişdir ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində 1 ha torpaq sahəsi almışdır, aldığı torpaq sahəsi ilə bağlı çıxarış ala bilməmişdir, bir adam olsaydı Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı onun adma çıxarış düzəldərdi. Arifdə ona demişdir ki, onun Canəli adlı tanışı var. Canəli Qusar rayonu. Çiləgir kəndi ərazisində aldığı torpaq sahəsi ilə bağlı çıxarışın alınmasında ona köməklik göstərə bilər. O da Arifə demişdir ki, onu Canəli ilə tanış etsin, özü Canəli ilə danışsın, sonuncu Qusar rayonu, Çiləgir kəndi ərazisində aldığı torpaq sahəsi ilə bağlı çıxarış alınmasında ona köməklik göstərsin. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin yay ayları olardı Ariflə tanımadığı bir kişi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ona məxsus «Elmed» tibb mərkəzinə gəlmişlər. Arif yanında olan kişini onunla tanış edərək adının Canəli olduğunu bildirmişdir. O, Canəli ilə tanış oluqdan sonra ona demişdir ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində 1 ha torpaq sahəsi almışdır, həmin torpaq sahəsi ilə bağlı onun adma çıxarış düzəltmək lazımdır. Canəli də ona demişdir ki, ona 10000 (on min) manat pul versə Qusar rayonu, Çiləgir kəndi ərazisində aldığı 1 ha torpaq sahəsi ilə bağlı çıxarış alıb verəcəkdir. O, Canəli ilə razılaşmış və bir neçə gün keçdikdən sonra Canəli özü tək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ona məxsus «Elmed» tibb mərkəzinə gəlmiş və o, Canəliyə 10000 (on min) manat pul vermişdir ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində aldığı 1 ha torpaq sahəsi ilə bağlı onun adına çıxarış düzəltsin. Canəli ilə tanışlığından bir müddət keçdikdən sonra o, zəng vuraraq İsrafili çağırıb demişdir ki, Canəli adlı şəxs var. Canəli Qusar rayonu, Çiləgir kəndi ərazisində aldığı torpaq sahəsi ilə bağlı çıxarış düzəldə biləcəyini demişdir, bununla bağlı o, özü ona 10000 (on min) manat pul vermişdir, istəyirsə o da Canəli ilə danışsın, bəlkə Canəli «MİRANA» şadlıq sarayı ilə bağlıda çıxarış düzəldə bildi. Bir müddət keçdikdən sonra o, Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında olarkən oğlu Elvin zəng vurub ona demişdir ki, Canəli gəlib əlavə 15000 (on beş min) manat pul istəyir. O da Elvinə demişdir ki, həmin məbləğdə pulu Canəliyə versin. Oğlu Elvin də 15000 (on beş min) manat pulu Canəliyə vermişdir. Sonra İsrafil də ona demişdir ki, «Mirana» şadlıq sarayı ilə bağlı çıxarış düzəlməsi üçün Canəliyə 55000 (əlli beş min) manat pul vermişdir. Bir müddət keçdikdən sonra isə İsrafil özü ona zəng vurub Canəliyə verdiyi pulu ondan tələb etmişdir. İsrafilə verəcək pulu olmadığına görə İsrafilə demişdir ki, «Mirana» şadlıq sarayını bir ay özü işlədib əldə olunmuş gəliri Canəliyə verdiyi pulun əvəzi olaraq özünə götürsün. İsrafil onunla razılaşmış və onlar «Mirana» şadlıq sarayını işlətməsi üçün İsrafilə vermişlər. İsrafil «Mirana» şadlıq sarayını işlətmiş və şadlıq sarayının yaxşı gəlir gəlirdiyini bilib demişdir ki, daha şadlıq sarayını onlara verməyib özü işlədəcəkdir. Həmin vaxtdan sonra onunla İsrafil arasında narazılıqlar yaranmış və onlar bir-birləri barəsində hüquq mühafizə orqanlarına şikayətlər elmişlər. Sonradan o, İsrafilə təklif elmişdir ki, ona ******* (iki milyon) manat pul versin, o. da «Mirana» şadlıq sarayını qaytarıb onun özünə versin. İsrafil əvvəlcə onunla razılaşmış, bir müddət keçdikdən sonra isə İsrafil ondan ******* (iki milyon iki yüz min) manat pul istəmiş və onların arasında olan razılaşma pozulmuşdur. Canəli söz verdiyi vaxtda Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı onun adına çıxarış düzəldə bilməmiş və o, Canəlidən tələb etmişdir ki, ondan aldığı 25000 (iyirmi beş min) manat pulu geri qaytarsın. 2022-ci ilin yay aylarından başlayaraq Canəli Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarış düzəldilməsi ilə bağlı ondan aldığı 25000 (iyirmi beş min) manat pulun bir hissəsini əlbəəl verməklə, bir hissəsini isə ona məxsus "xxxx" ASC-yə aid bank kartına köçürməklə ondan aldığı pulu bütünlüklə özünə qaytarmışdır. Sonradan onun pul ehtiyacı yaranmış və o, Canəlidən əlavə pul istəmiş. Canəli də hissə-hissə olmaqla ona 4000 (dörd min) manat pul vermişdir. O, özü parkinson xəstəsidir. Ona görə də ilk ifadəsində İsrafilin 35000 (otuz beş min) manal pulu Ənvərə verməsini, Ənvərin də İsrafildən aldığı pulu Canəliyə verməsini düz göstərməmişdir. «Elmed» tibb mərkəzində Canəliyə 35000 (otuz beş min) manal pulu İsrafil vermişdir və həmin pul da İsrafilə məxsus olmuşdur. O, bütün baş verənləri indiki ifadəsində düz göstərmişdir. Canəliyə 55000 (əlli beş min) manat pulu İsrafil vermişdir. İsrafil Canəliyə pulu o məqsədlə vermişdir ki, «Mirana» şadlıq sarayı ilə bağlı çıxarış düzəltdirsin. Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarış düzəldilməsi üçün isə o, özü Canəliyə 25000 (iyirmi beş min) manal pul vermiş. Canəli də onun torpaq sahəsi ilə bağlı çıxarış düzəldə bilməmiş və o, Canəliyə verdiyi həmin pullu geri almışdır. Canəlinin də həmin pulu kimdən alıb ona qaytarmasını o bilməmişdir (cild 01, iş vər. 202-204). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Həmin ifadəni verəndə “Mirana” şadlıq sarayına çıxarış almaq üçün İsrafilin Canəliyə 55000 manat verdiyini deməmişəm. Qusar rayonu, Çiləgir kəndində torpağım var. Həmin torpağa çıxarış almışam. Həmin torpağa çıxarış almaq üçün Canəliyə pul verməmişəm. Mən “Mirana” şadlıq sarayına görə Canəliyə pul vermişəm. Müstəntiqlə aramızda ədavət olmayıb. Həmin ifadəni müstəntiq yazıb mən də imzalamışam. Məhkəmədə verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Mən “Elmed” tibb mərkəzində 2022-ci ilin mart ayına qədər təsərrüfat müdiri kimi işləmişəm, mart ayının 14-də təqaüdə çıxmışam. Zərərçəkmiş şəxs yaxınlaşıb Şahid1 soruşdu, həmin vaxt Şahid1 yox idi, o məndən otağımda pul verməyi üçün icazə istədi, mən də icazə verdim, İsrafil ayaqüstü pulu sayıb 35000 manatı Təqsirləndirilən şəxs verdi. Mənim pulun nə üçün verildiyi barədə məlumatım olmayıb.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim yanımda hər hansı qəbz yazılmayıb. Mənim otağım balaca bir yer idi, orada ayaqüstü pulu verib aldılar. Bu pulun verilməsi barədə Hümbət mənə əvvəlcədən məlumat verməyib. Normalda belə hallarda mənə əvvəlcədən deyirdi. Pul verilən gün Hümbətin harada olduğunu bilmirdim. Həmin vaxt Canəliyə heç bir pul verməmişəm. Mən Canəlini birinci dəfə idi ki, görürdüm. Canəlinin yazdığı əlyazmada “əlavə 6000 (altı) min AZN verildi, (Elvin 4000+İlqar 2000) məzmunlu qeyd mənim tərəfimdən yazılıb. Lakin bu qeydi yazdığım yadımda deyildi. Həmin qeydi mənə demişdilər deyə yazmışdım. Verilən pullardan mənə heç bir məbləğ çatmayıb. Mənim 6000 manatın verilməsi ilə bağlı məlumatım olmayıb, mənə dedikləri üçün həmin qeydi yazmışam. İsrafil pulu birbaşa Canəliyə verib, mənə heç bir pul verilməyib. Mən Canəliyə 4000 manat pul verməmişəm. Mənim o qeydi yazmaqda heç bir marağım olmayıb. Bundan sonra Canəli klinikaya gəlməyib və ona hər hansı məbləğdə pul verilməyib. İbtidai istintaqda ifadə verəndə qəbzdə qeyd yazdığım yadımda olmadığı üçün bu barədə məlumat verməmişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Mən Zərərçəkmiş şəxs tanımışam, Təqsirləndirilən şəxs əvvəldən tanımamışam. Təxminən 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxsla birlikdə idik, ona zəng gəldi və Xaçmazda 5 saylı Reyestr Xidmətinin qarşısında Təqsirləndirilən şəxslə görüşdük. Onlar “Mirana” şadlıq sarayının sənədləşdirilməsindən söhbət etdilər, səhv etmirəmsə, 50000 manat məbləğdən danışdıqdan sonra Canəli İsrafildən 15000 manat istədi. İsrafil də maşınından 15000 manat çıxarıb mənim yanımda saydı və Canəliyə verdi. İsrafil pulu “Mirana” şadlıq sarayının sənədlərinin hazırlanması üçün verdiyini dedi.” Şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Canəli İsrafilə 50000 manat qarşılığında məhkəmədə çıxarış verilməsi üçün qətnamə çıxarılacağını vəd edirdi və bu məsələni həll edəcəyini deyirdi. İsrafil bunun nə vaxt baş verəcəyini soruşanda Canəli Hümbət adlı şəxsin adını çəkdi. Mən həmin şəxsi də tanımıram. Sadəcə İsrafil yanımda Canəliyə 15000 manat verdi. İsrafil pulu Reyestr Xidmətinin qabağında şam ağacının altında verdi. İbtidai istintaqda ifadə verərkən mənə heç kim təsir, təzyiq etməyib. İbtidai istintaqda ifadə verəndə İsrafilin mənə Canəliyə 15000 manatdan əvvəl 40000 manat da pul verdiyini dediyini söyləmiş ola bilərəm, yaddaşım zəif olduğu üçün ola bilsin ki, hazırda xatırlamıram. X19 mənə təsir etdiyini deməmişəm, çünki İsrafil mənə heç bir təsir etməyib. Bütün dediklərim doğrudur. İsrafil pulları maşının “bardaçok”undan çıxardı. Pulların hamısı 100 manatlıqlar idi, İsrafil 15000 manat sayıb Canəliyə verdi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs atamın vasitəsilə tanımışam. Onunla mənim atam arasında “Mirana” şadlıq sarayına çıxarış alınması ilə bağlı xidmətə görə razılıq var idi və bizə məxsus “Elmed” klinikasında işçimiz Ənvər Təqsirləndirilən şəxs 35000 manat pul vermişdi. Həmin pul İsrafilə deyil, bizə məxsus olub. Hazırda İsrafillə bizim aramızda “Mirana” şadlıq sarayının alğı-satqısının ləğvi ilə bağlı məhkəmə prosesi davam edir. İsrafil ilə eyni ərazidə yaşayırıq və yerliyik. İsrafil yaşadığımız yerdə sələmə pul verən mənfi bir adam kimi tanınır. 2015-ci ildə o, atama 400000-500000 manat civarında borc pul vermişdi. Atam balıq biznesi ilə məşğul idi, o da atama faizlə pul verirdi. 2019-cu ildə atam ona dedi ki, 450000 dollar da borc pul versin və ümumilikdə, 950000 manat borc pul olsun. O da atamdan nəyi girov qoyacağını soruşdu. Bizim də “Mirana” şadlıq sarayımız var idi, lakin çıxarışı yox idi. Həmin şadlıq sarayı firmanın balansında idi, buna görə də, alğı-satqı etdik. Hətta İsrafil öz adından qəbz də yazıb verdi ki, 950000 manat borc pul verdi və əvəzində “Mirana” şadlıq sarayı girov qoyuldu. O, qəbzdə səhvən 950 yazıb, amma 950000 manatı nəzərdə tutub. Onun “Whatsapp” vasitəsilə bizə göndərdiyi səs yazıları da var. Həmin vaxt vaxt münasibətlərimiz yaxşı idi. İsrafilə əsas puldan 650000 dollar, faizlə yığılan məbləğdən də 700000 dollar pul vermişik. Bizim ona 300000 dollar borcumuz qalmışdı. 2020-ci ildə pandemiya vaxtı o, bizdən pulu tam tələb etməyə başladı. Bizdə vəziyyətin pis olduğunu deyib biraz gözləməsini istədik. İsrafil razılaşıb getdi, yəqin ki oğlu onun ağlına girdi və bizim şadlıq sarayını ələ keçirmək qərarına gəldilər. Atam ona şadlıq sarayını satmağı və əldə olunan puldan ona düşən payı götürməyini təklif etdi. O, əvvəlcə bu təkliflə razılaşmışdı, lakin “makler” həmin yerə müştəri aparanda problemli yer kimi abuhava yaradırdı, müştəri də çıxıb gedirdi. Biz ona dəfələrlə belə etməməsini demişdik. Həmin vaxtdan sonra atamın xəstəliyi şiddətləndi. Biz 2024-cü ildə İsrafili firmanın alğısatqısının ləğvinə görə məhkəməyə verdik. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi onun xeyrinə qərar çıxardı, Ali Məhkəmədə bizim xeyrimizə qərar çıxarıldı və iş apellyasiya məhkəməsinə qaytarıldı. Apellyasiya məhkəməsi də bizim xeyrimizə qərar qəbul etdi və alğı-satqı müqaviləsi ləğv edildi. Yəni, İsrafil şadlıq sarayının yiyəsi də deyil. 2021-ci ilin oktyabr ayında mən 35000 manatı işçimiz Ənvərə vermişəm, o da “Elmed” klinikasında Canəliyə verib. Həmin vaxt İsrafillə münasibətlərimiz yaxşı idi, o da şadlıq sarayına çıxarış alınmasını istəyirdi. İsrafil Canəliylə tanış olmaq və bizim bu işlə məşğul olduğumuzu görmək üçün həmin görüşə gəlmişdi. Bundan hissə-hissə pul verilə-verilə 50000 manata çatıb.” Şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şadlıq sarayını biz idarə edirdik, lakin İsrafilin bizə sələmə verdiyi pula görə girov kimi şadlıq sarayını alğı-satqı etmişdik. 2021-ci ilin noyabr ayına kimi şadlıq sarayını biz idarə etmişik, bundan sonra İsrafil bizi polisə verdi və həmin vaxtdan şadlıq sarayını o idarə edir. 35000 manat pul 2021-ci ilin oktyabr ayında verilib. Canəlini atam vasitəsilə tanımışam. İsrafili isə çoxdan tanıyıram, o yerlimizdir. Canəlini atam daha əvvəl tanıyıb və İsrafili onunla tanış edib. Canəliyə 35000 manatdan başqa 15000 manat hissə-hissə verilib. Həmin pul atam və mənim əlimlə verilib. Həmin pulu İsrafilin şəxsən Canəliyə verdiyinin şahidi olmamışam. İsrafillə münasibətlərimiz 2021-ci ilin noyabr ayından pisləşib. İbtidai istintaq zamanı ifadə verərkən mənə təsir-təzyiq olunmayıb. 35000 manat pul bizə məxsusdur, İsrafilin niyə həmin pulun özünə məxsus olduğunu dediyini bilmirəm. Canəli 35000 manatdan 28000 manatı bizə qaytarıb, bizim ondan heç bir tələbimiz yoxdur. 35000 manat verilərkən qəbz yazılıb.” İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Şahid1 onun atasıdır, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs isə uşaq yaşlarından tanıyır. Atası ilə İsrafil əvvəllər dost olmuşlar. Sonradan atası İsrafildən borc olaraq faizlə 950000 (doqquz yüz əli min) ABŞ dolları almış və onun adına olan «Mirana» firmasını İsrafilə vermişdir. 02 sentyabr 2019-cu il tarixdə o, atası və İsrafil birlikdə Bakı şəhəri 32 saylı Notariat ofisinə getmişlər. Notariat ofisində onlara demişlər ki, «Mirana» firmasının girov qoyulması üçün banka pul köçürülməlidir. Bundan sonra onlar razılaşmışlar ki, «Mirana» firmasının İsrafilə satılması ilə bağlı onunla İsrafil arasında müəssisədəki payın alğı-satqı müqaviləsi bağlansın. Müqavilə bağlandıqdan sonra İsrafil onlara demişdir ki, atası ondan aldığı pulu qaytardıqdan sonra o da «Mirana» firmasını qaytarıb onlara verəcəkdir. Ancaq həmin vaxtdan sonrada «Mirana» şadlıq sarayını onlar işlətmişlər. Sonrakı aylarda atası İsrafildən borc olaraq aldığı pula görə hər ay İsrafilə pul ödəmişdir. Sonradan atası ət satışından zərər etdiyi üçün İsrafildən aldığı pulu qaytara bilməmişdir. 2020-ci ildə Respublika ərazisində “Covid 19” pandemiyasının yayılması ilə bağlı ölkə ərazisində karantin rejimi təlbiq olunmuş və atası heç bir fəaliyyətlə məşğul ola bilməmişdir. Bildiyinə görə həmin vaxtadək atası İsrafilə 700000 ABŞ dolları qaytarmışdır. Pandemiya ilə əlaqədar onlar heç bir işlə məşğu ola bilməmişlər, ona görə də atası İsrafilə pul qaytara bilməmişdir. Həmin ərəfələrdə atası Qusar rayonu, Çiləgir kəndi ərazisində tikdirdiyi otellə bağlı Qusar rayonuna gəlib-getmişdir. Atası Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən torpaq sahəsində otel tikdirsə də, həmin torpaq sahəsi ilə bağlı çıxarış ala bilməmişdir. 2021-ci ilin yay və ya payız ayları olardı, o eşitmişdir ki, atası əslən Qusar rayonundan olan Canəli adlı şəxslə tanış olmuşdur və Canəli onun alasına söz vermişdir ki. Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsi ilə bağlı atasının adına çıxarış alıb verəcəkdir. Atasından eşitdiyinə görə o, Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü Canəliyə 10000 manat pul vermişdir. 2021-ci ilin payız ayları olardı tanımadığı bir nəfər yanına gəlib ona demişdir ki, adı Canəlidir, Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsi ilə bağlı çıxarış alınmasından ötrü atası ona 15000 manat pul verməlidir. Həmin vaxt atası Rusiya Federasiyasında olduğuna görə o, atasına zəng vurub bu barədə ona bildirmiş, atası da ona demişdir ki, həmin məbləğdə pulu Canəliyə versin. O da 15000 manat pulu Canəliyə vermişdir. Sonradan atası ilə İsrafil arasında ziddiyətlər yaranmış və və onlar birbirlərindən ayrı-ayrı orqanları şikayətlər etmişlər. Canəli söz verdiyi vaxtda Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsi ilə bağlı çıxarış ala bilməmiş və atası Canəlidən tələb elmişdir ki, onlardan aldığı pulu qaytarsın. Canəli də Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsinə çıxarış düzəldilməsi ilə bağlı onlardan aldığı pulu hissə-hissə atasına qaytarmışdır. «Mirana» şadlıq sarayına çıxarış düzəldilməsi ilə bağlı İsrafilin Canəliyə nə vaxt, hansı məbləğdə pul verməsini maraqlanmadığına görə o, bilməmişdir. Atası Hümbət parkinson xəstəsidir. Xəstəliyi ilə əlaqədər atasında yaddaş itməsi, nitq qabiliyyətinin itməsi və başqa sair xəstəliklər yaranmışdır. Ona görə də atası özünü sərbəst idarə etmək, fikrini aydın ifadə etmək iqtidarında deyildir. Xəstəliyi ilə əlaqədar atasının nə isə yazması və ya oxuyub imza etməsi mümkün deyildir. Ona elə gəlir ki, ərizəni atasının adından Canəli yazmışdır və atasının xəstəliyindən istifadə edərək oxumadan da atasına imza etdirmişdir. O və atası Qusar rayonu, Çiləgir kəndi ərazisində aldıqları torpaq sahəsinə çıxarış düzəldilməsi ilə bağlı Canəliyə pul vermişlər və həmin puluda geri almışlar. O, atasına aid tibbi sənədlərin surətini istintaqa təqdim etmişdir (cild 02, iş vər. 153-154). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid5 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadədə bəzi anlaşılmazlıqlar olub. Həmin ifadədə 35000 manatla bağlı heç bir şey deməməyimin səbəbi vəziyyətin psixoloji cəhətdən fərqli olması idi. Məhkəmədə verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid3 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu, Çiləgir kəndində yaşayır. O, 1991-ci ildən 2019-cu ilin may ayınadək Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, əslən Qusar rayonundan olan Təqsirləndirilən şəxs 2018ci ildən, Bakı şəhər sakini Şahid1 isə 2019-cu ildən tanıyır. Canəli ilə təsadüfən Qusar rayonunda tanış olmuş, Hümbəti isə Qusar rayonu, Çiləgir kəndində görüb tanımışdır. Canəli ilə tanış olarkən sonuncu ona demişdir ki, özü daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olur. Tədricən Canəli ilə ünsiyyəti yaranmış və sonrakı günlərdə də aradabir Canəli ilə görüşüb söhbəl etmişdir. Qusar rayonu. Çiləgir kəndi ərazisində isə Hümbətin özünə məxsus torpaq sahələri var və sonuncu tez-tez Qusar rayonu, Çiləgir kəndinə gəlibgetmişdir. Onun Canəli və Hümbətlə heç bir qohumluq əlaqəsi yoxdur. Dəqiq tarixi xatırlamır. 2020-ci ilin yay ayları olardı, Qusar rayonu. Çiləgir kəndində Hümbətlə görüşüb söhbət edərkən Hümbət özü ona demişdir ki, Qusar rayonu, Çiləgir kəndində aldığı torpaq sahələrini öz aına rəsmiləşdirə bilməmişdir, bir nəfər tanıdığı adam olsaydı onunla tanış edərdi və həmin adam aldığı torpaq sahələrini onun adına rəsmiləşdirərdi. Həmin anda onun fikrinə Canəli gəlmiş və o, Hümbətə demişdir ki, Canəli adlı şəxsi tanıyır, Canəli özü daşınmaz əmlak, o cümlədən torpaq alğı-satqısı ilə məşğul olur, aldığı torpaqları adına rəsmiləşdirməkdə Canəli ona köməklik göstərə bilər. Hümbət də ondan xahiş etmişdir ki, Canəlini onunla tanış etsin. Bir müddət keçdikdən sonra o, Canəli ilə görüşüb bu barədə ona bildirmiş, Canəli də ona demişdir ki. Hümbətin Qusar rayonu, Çiləgir kəndi ərazisində aldığı torpaq sahələrini Hümbətin adına rəsmiləşdirə bilər. Dəqiq tarixi xatırlamır. 2021-ci ilin əvvəlləri olardı o, Bakı şəhərinə gedib Canəli ilə görüşmüş və onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən «Elmed» tibb mərkəzinə gedib Hümbətlə görüşmüşlər. O, Canəlini Hümbətlə tanış etdikdən sonra Hümbət özü Canəliyə demişdir ki, Qusar rayonu, Çiləgir kəndində torpaq sahəsi almışdır, ancaq aldığı torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Canəli də Hümbətə demişdir ki, o, onun aldığı bütün torpaq sahələrini adına rəsmiləşdirə bilər, onun üçün heç bir problem yoxdur. Bundan sonra Canəli ilə birlikdə «Elmed» tibb mərkəzində çıxıb getmişlər. Sonrakı müddətdə o, Canəlini görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Onun yanında Hümbət Canəliyə pul verməmişdir. O, Canəlini Hümbətlə ona görə tanış etmişdir ki, X21 rayonu, Çiləgir kəndində aldığı torpaq sahələrinin Hümbətin adına rəsmiləşdirməsinə köməklik göstərsin. Hümbət heç vaxt ona özünə məxsus «Mirana» şadlıq sarayı olması və həmin şadlıq sarayına çıxarış ala bilməməsini deməmişdir. Hümbət ancaq ona demişdir ki, Qusar rayonu, Çiləgir kəndində aldığı torpaq sahələrini öz adına rəsmiləşdirə bilməmişdir, tanıdığı bir nəfər vardırsa onunla tanış etsin və həmin adam onun Qusar rayonu, Çiləgir kəndində aldığı torpaq sahələrinin sənədlərini hazırlayıb onun adına rəsmiləşdirsin. O, da Canəlini Hümbətlə tanış etmişdir ki, o, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən həmin torpaq sahələrinin Hümbətin adına rəsmiləşdirilməsinə köməklik göstərsin. Canəli ilə birlikdə Bakı şəhəri. Binəqədi rayonu, 9cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən «Elmed» tibb mərkəzinə gedib Hümbətlə görüşərkən onun yanında Hümbət «Mirana» şadlıq sarayı ilə bağlı Canəliyə heç bir söz deməmişdir. Ümumiyyətlə Hümbət özü də «Mirana» şadlıq sarayı ilə bağlı ona heç bir söz deməmişdir. Hümbət Qusar rayonu, Çiləgir kəndində aldığı torpaq sahələrinin sənədlərinin hazırlanmasına köməklik göstərə biləcək adam axtarmış, o da həmin məqsədlə Canəlini Hümbətlə tanış etmişdir. «Elmed» tibb mərkəzində olarkən də X22 rayonu, Çiləgir kəndində torpaq sahəsi aldığını bildirərək həmin torpaq sahəsini onun adına rəsmiləşdirə bilib-bilməyəcəyini soruşmuş, Canəli də Hümbətə demişdir ki, Qusar rayonu, Çiləgir kəndində olan torpaq sahəsini onun adına rəsmiləşdirə bilər. «Elmed» tibb mərkəzində olarkən onun yanında Hümbət «Mirana» şadlıq sarayı və İsrafil adlı şəxslə bağlı Canəliyə heç bir söz deməmişdir. «Elmed» tibb mərkəzində olarkən Hümbətin «Mirana» şadlıq sarayı ilə bağlı Canəliyə nə isə bir söz deməsini o, eşitməmiş və Hümbətin Canəliyə pul verməsini görməmişdir (cild 02, iş vər. 51-53). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs ondan ona məxsus “Mirana” şadlıq sarayına Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarış almasında kömək göstərilməsi məqsədilə 2021-2022-ci illər ərzində Bakı və Xaçmaz şəhərlərində hissə-hissə olmaqla, ümumilikdə 55000 manatını aldığını qeyd etmiş, dələduzluq yolu ilə ələ keçirilmiş həmin pulun ona qaytarılmasını və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək ona dəymiş 55000 manat məbləğində ziyandan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən 10000 manat ödənildiyini qeyd etmişdir (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materialları ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsindən ötrü Xaçmaz Rayon Polis X9 göndərilmişdir (cild 01, iş vər. 122- 123). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən verilmiş xx.xx.2024-cü il tarixli 258 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 125). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “Müəssisədəki payın alğısatqı müqaviləsi”ndən görünür ki, “Mirana” firmasının təsisçisi Şahid5 “Mirana” firmasının nizamnamə kapitalında ona məxsus olan 100% payı Zərərçəkmiş şəxs 10 manata satmış, Zərərçəkmiş şəxs isə həmin qiymətə almışdır (cild 01, iş vər.183). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Mirana” firmasının qanuni təmsilçisi qismində Zərərçəkmiş şəxs tanınmışdır (cild 01, iş vər.185). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərdən çıxarışdan görünür ki, Şahid1 adına olan "xxxx" ASC-yə məxsus 4****3161 PAN №-li karta xx.xx.2022-ci il tarixdə 3000 AZN, "xxxx" ASC-yə məxsus 52********150652 PAN №-li karta xx.xx.2023-cü il tarixdə 3000 AZN və 5000 AZN, "xxxx" ASC-yə məxsus 416973******3161 PAN №-li karta xx.xx.2022-ci il tarixdə 1000 AZN, "xxxx" ASC-yə məxsus 52********150652 PAN №-li karta xx.xx.2024-cü il tarixdə 4000 AZN, xx.xx.2024-cü il tarixdə 100 AZN, xx.xx.2024-cü il tarixdə 150 AZN və xx.xx.2024-cü il tarixdə 100 AZN məbləğində pul vəsaitləri köçürülmüşdür (cild 01, iş vər. 212-218). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-2981/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Qusar rayonu, Balaqusar kəndində yerləşən fərdi yaşayış evi və ümumi birgə mülkiyyətində olan Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,18 ha torpaq sahəsi qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin Təqsirləndirilən şəxs adına Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,08 ha 0,10 ha, 2,0 ha, 1,23 ha, 0,1952 ha, 1,25 ha və 0,195 ha, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha, Qusar rayonu, Həsənqala kəndində yerləşən 0,12 ha, Qusar şəhərində yerləşən 0,08 ha torpaq sahələri qeydiyyata alınmış, lakin digər şəxslərin adına özgəninkiləşdirilmişdir (cild 02, iş vər.10). Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/07 nömrəli rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs adından olan 35000 manat pula dair qəbzin kserosurətində “İmza:” qrafasında “Zərərçəkmiş şəxs” yazılarının qarşısında olan imzanın-Zərərçəkmiş şəxs tərəfindən icra olunub-olunmamasını tədqiq olunan sənədin kserosurət olması, tədqiq olunan imzanın başlanğıc və bitmə hissələrini izləməyin mümkün olmaması, tədqiq olunan imzanın hərfi tərkibi olmayıb yalnız hərf təşkil etməyən cizgilərdən ibarət olması, cizgilərin sadəliyi həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması səbəbindən müəyyən etmək mümkün olmamışdır (cild 02, iş vər.11-14). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 02, iş vər.30-32). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 02, iş vər.33-35). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs 5000 manat pulu Zərərçəkmiş şəxs verilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinə təqdim etmişdir (cild 02, iş vər.39). Cinayət işinin materiallarında olan “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4900 manat pul aldığını təsdiq etmişdir (cild 02, iş vər.40). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır (cild 02, iş vər.56-57). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə Xaçmaz Rayon Polis Şöbəsinə gəldiyindən cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır (cild 02, iş vər.64-65). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs 4000 manat pulu Zərərçəkmiş şəxs verilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinə təqdim etmişdir (cild 02, iş vər.69). Cinayət işinin materiallarında olan “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 4100 manat pul aldığını təsdiq etmişdir (cild 02, iş vər.70). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 02, iş vər.133-135). Cinayət işinin materiallarında olan “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 5000 manat pul aldığını təsdiq etmişdir (cild 02, iş vər.152). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 312-ci maddəsinin, Zərərçəkmiş şəxs əməlində CM-in 297.1 və 312-ci maddəsinin, Şahid3 əməlində CM-in 178-ci maddəsinin, Şahid1 əməlində isə CM-in 178 və 297.1-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər.166-190). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 10000 manat pul aldığını təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 4000 manat pul aldığını təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2025-ci il tarixli “Teleqram”dan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 50000 manat pul aldığını, onunla barışdığını, heç bir iddiası olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 178.2.1-ci maddəsi, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə CM-in 178.2.2 və 178.2.4-cü maddələri, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə isə CM-in 178.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Həmçinin həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən iş üzrə şahidlər Şahid1 və Şahid5 ibtidai istintaqı zamanı verdiyi ifadələri, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməməsi və bununla bağlı qeyd etdiklərinə gəldikdə, məhkəmə həmin ifadələri həqiqəti və işin obyektiv hallarını əks etdirən ifadə kimi qəbul etmir, əksinə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı 35000 pulu əslində Şahid1 həll edəcəyi işə görə alınmış qonorar kimi qəbul etdiyini, 15000 manat pulu isə Şahid1 olan borcunu ödəmək üçün aldığını qeyd etsə də, iş materiallarında yer alan sübutlar (zərərçəkmiş şəxsin və şahidlərin ifadələri) onun söylədiklərini tamamilə təkzib edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 və Şahid5 ifadələrində “Təqsirləndirilən şəxs “Mirana” şadlıq sarayına çıxarış alınması ilə bağlı verilən pulun onlara məxsus olması və həmin pulun Zərərçəkmiş şəxs heç bir aidiyyətinin olmaması ilə bağlı” bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslərlə zərərçəkmiş şəxs arasında “Mirana” şadlıq sarayının alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmə mübahisəsi davam etdiyindən və münasibətləri gərgin olduğundan, həmçinin Təqsirləndirilən şəxs həmin şəxslərlə münasibətləri yaxşı olduğundan, bu hallar həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşır və onlarla razılaşmır. Ona görə də, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən obyektiv sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onların ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan verdikləri ifadələrini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və himayəsində X3 adlı bir azyaşlı (2012-ci il təvəllüdlü) uşağı vardır (cild 01, iş vər. 145). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 569 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralanmış, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qusar Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu müddətdə ona “Sol bazunun arxa səthinin güllə yaralanmasından sonrakı irinləmiş yarası” diaqnozu qoyulmuş, həmin yaranın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı və hərbi travma olduğu təsdiq edilmişdir (cild 01, iş vər. 146). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Mirana” şadlıq sarayının özəlləşdirilməsi ilə bağlı xidmət haqqı və borc qismində verdiyi ümumilikdə 50000 manat pulu tam şəkildə almış və onlar arasındakı anlaşılmazlıq həll olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia, şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs qarşı başlanılmış cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 33). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, 1ci Qarabağ Müharibəsi iştirakçısı olmasını və hərbi travma almasını, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, lakin özünü təqsirli bilməsə də onun cəzasını yüngülləşdirən çoxlu sayda halların mövcudluğunu (zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, 1-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını və hərbi travma almasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını), təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində təyin olunan azadlıqdan mərhum etmə növündə cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-1024/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 84-85, 117-119). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-1025/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və sözügedən qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir (cild 01, iş vər. 120-121). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 241). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində axtarış elan edilmişdir (cild 02, iş vər. 54-55). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00 radələrində Qusar rayonundan Xaçmaz Rayon Polis X8 könüllü gələrək özünü təqdim etmişdir (cild 02, iş vər. 63). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 66-67). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 124 AZN (bir yüz iyirmi dörd manat) təşkil edən ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 124 AZN (bir yüz iyirmi dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-203/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-203/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver