Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-204/2023 19.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi: Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili, Nümayəndə Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu və Təqsirləndirilən şəxs3 Müdafiəçilər: “Şimal” vəkil bürosunun vəkili, Müdafiəçi2, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri xx xxxxxx 1985-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hal hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri 12 avqust 1986-cı il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyətilə şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan və silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs3, bibisi oğlu Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu və istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 və onun qohumlarının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 3 nömrəli evin qarşısına gələrək, üç gün əvvəl, yəni 15 iyul 2020-ci il tarixdə saat 14 radələrində həmin kənd ərazisində Təqsirləndirilən şəxs3 idarə etdiyi «Mercedes Benz» markalı **-VF-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilini yolun hərəkət hissəsində saxlamasına və yüksək sürətlə idarə etməsinə görə Şahid1 ona irad tutmasını bəhanə edib, öz hərəkətlərini bir-birləri ilə qarşılıqlı uzlaşdıraraq əvvəlcədən əldə etdikləri razılığa əsasən özləri ilə silah qismində istifadə etmək üçün beysbol idman növündə istifadə olunan qalın taxtadan hazırlanmış əşyalarla (bitalarla) silahlanıb Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildən düşərək Şahid1 “cəzalandırmaq” üçün onu evdən çağırmış, orada ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yaşadığı ərazinin sakinləri arasında özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə Şahid1 deyil, həyətdən onların qarşısına çıxan sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək hər üçü silah qismində istifadə etdikləri əllərində olan beysbol taxtaları ilə sonuncunun başına zərbələr endirməklə zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs1 ona qarşı yönələn zərbələrdən qorunmaq üçün onun əlindən beysbol taxtasını (bitanı) aldıqdan sonra o, qrupun digər üzvləri ilə birlikdə xuliqanlıq hərəkətlərinə yönəlmiş vahid niyyətdən kənara çıxaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlib, bu niyyətlə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, ümumi uzunluğu 260 mm, tiyəsinin orta xətt üzrə uzunluğu 116 mm olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan qatlanan ov bıçağından istifadə edib şüurlu sürətdə Zərərçəkmiş şəxs1 həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və sinə nahiyələrinə ardıcıl zərbələr endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “başın təpə nahiyəsinin sol yarısının 2 ədəd, sol said nahiyəsinin orta 1/3-nin 1 ədəd, sol said nahiyəsinin aşağı 1/3-nin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları”, habelə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sol yan səthində orta qoltuq xətti üzrə döş boşluğuna nüfuz edərək pnevmatoraks (döş boşluğuna havanın toplanması) ilə nəticələnən 1 ədəd, sağ qabırğaaltı nahiyənin və qarnın sol yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirsə də, Zərərçəkmiş şəxs1 qısa müddət ərzində tibb müəssisəsinə çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas olduğundan o, bilavasitə sonuncunu qəsdən həyatdan məhrum etməyə yönələn əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməklə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu dayısı oğlanları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 və onun qohumlarının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 3 nömrəli evin qarşısına gələrək, üç gün əvvəl, yəni 15 iyul 2020-ci il tarixdə saat 14 radələrində həmin kənd ərazisində idarə etdiyi «Mercedes Benz» markalı **-VF-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Təqsirləndirilən şəxs3 avtomobili yolun hərəkət hissəsində saxlamasına və yüksək sürətlə idarə etməsinə görə Şahid1 ona irad tutmasını bəhanə edib, öz hərəkətlərini bir-birləri ilə qarşılıqlı uzlaşdıraraq əvvəlcədən əldə etdikləri razılığa əsasən özləri ilə silah qismində istifadə etmək üçün beysbol idman növündə istifadə olunan qalın taxtadan hazırlanmış əşyalarla (bitalarla) silahlanıb, orada avtomobildən birlikdə düşərək Şahid1 “cəzalandırmaq” üçün evdən çağırdıqdan sonra orada ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yaşadığı ərazinin sakinləri arasında özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə Şahid1 deyil, həyətdən onların qarşısına çıxan sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək hər üçü silah qismində istifadə etdikləri əllərində olan beysbol taxtaları ilə sonuncunun başına zərbələr endirməklə zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1lə qarşılıqlı dalaşan Təqsirləndirilən şəxs1 ayrılıb öz xuliqanlıq hərəkətlərini davam etdirərək yaranmış səs-küyə evinin qarşısına çıxan Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 qarşı da istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə əsaslı səbəb olmadan, yəni mübahisəyə müdaxilə edərək onları ayırmaq istədiyinə görə əlindəki beysbol taxtası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə zərbə vuran cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 sonuncunun müqavimət göstərdiyini görüb ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək psixi emosional halında yaranmış hirslilik fonunda onun bu müqavimətini qırmaq məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi uzunluğu 229 mm, tiyəsinin orta xətti üzrə uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cıb bıçağı ilə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla sonuncunun döş qəfəsinə bir dəfə zərbə vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sağ yarısının orta körpücük xətti üzrə İV qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ tərəfli pnevmohemotoraks ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu Azərbaycan Respublikası CMnin 221.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs1, bibisi oğlu Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu və istintaqla müəyyən edilməyən şəxslə birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 və onun qohumlarının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 3 nömrəli evin qarşısına idarə etdiyi «Mercedes Benz» markalı **-VF-*** qeydiyyat nişanlı avtomobil ilə gələrək, üç gün əvvəl, yəni 15 iyul 2020-ci il tarixdə saat 14 radələrində həmin kənd ərazisində idarə etdiyi qeyd olunan avtomobillə hərəkətdə olarkən avtomobilini yolun hərəkət hissəsində saxlamasına və yüksək sürətlə idarə etməsinə görə Şahid1 ona irad tutmasını bəhanə edib, öz hərəkətlərini bir-birləri ilə qarşılıqlı uzlaşdıraraq əvvəlcədən əldə etdikləri razılığa əsasən özləri ilə silah qismində istifadə etmək üçün beysbol idman növündə istifadə olunan qalın taxtadan hazırlanmış əşyalarla (bitalarla) silahlanıb, orada həmin avtomobildən birlikdə düşərək Şahid1 “cəzalandırmaq” üçün evdən çağırdıqdan sonra orada ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yaşadığı ərazinin sakinləri arasında özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə Şahid1 deyil, həyətdən onların qarşısına çıxan sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək hər üçü silah qismində istifadə etdikləri əllərində olan beysbol taxtaları ilə sonuncunun başına zərbələr endirməklə zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1lə qarşılıqlı dalaşan Təqsirləndirilən şəxs1 ayrılıb öz xuliqanlıq hərəkətlərini davam etdirərək yaranmış səs-küyə evinin qarşısına çıxan Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 qarşı da istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə əsaslı səbəb olmadan, yəni mübahisəyə müdaxilə edərək onları ayırmaq istədiyinə görə əlindəki beysbol taxtası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə iki dəfə vurmaqla onun üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni təkrarən xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü Rəcəb bıçaqla onların üstünə gəlmiş, lakin onlar Rəcəblə söhbət etmək üçün getmişlər. Hadisə zamanı onun tək məqsədi özünü və yanındakıları qorumaq olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Rəcəblə mübahisələri yol vermək üstündə düşmüşdür. Belə ki, kəndin içində maşın sürərkən qarşılıqlı olaraq bir-birilərinə yol verməmişlər. Rəcəbin atası onları vurmaq üçün əlində taxta ilə onların üstünə gəlmişdir. Bıçağı mağazadan almış, avtomobilində saxlamışdır. Həmçinin onda beysbol taxtası olmamış, hadisə yerində hacı Natiqi görməmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq hadisə zamanı Bəhruzun əlində taxta olmadığını, mübahisəyə də Bəhruzun səbəb olmadığını, hadisə vaxtı Nuhbalanın onları aralayıb ortalığı sakitləşdirməyə çalışdığını bildirmişdir. Həmçinin atası ağsaqqal kimi Rəcəbin atası ilə söhbət etmiş, vurulmuş zərərin əvəzi kimi 12.000 manat pul vəsaitini Rəcəbin atasına vermişdir. Pul vəsaiti Rəcəbin atasına ailə başçısı olduğu üçün verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq əvvəlcə Rəcəbə xəsarət yetirdiyini, Rəcəbdən sonra onun atası Ağamalını da sinə nahiyəsindən vurduğunu bildirmiş, hadisə yerinə üçünün avtomobil ilə gəldiyini, Rəcəbin təxminən 70-80 metr məsafədən hadisə yerinə gəldiyini və davanın orda olduğunu, həmçinin Rəcəbin hadisə yerinə tək gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlarla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşamış, əvvəllər Azərbaycan Respublikası CM-nin 29,120.1-ci və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 17 iyul 2020-ci il tarixdə saat 14 radələrində qardaşı Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində ara məhəllədə getmiş, həmin vaxt bibisi oğlu Təqsirləndirilən şəxs2 da avtomobildə olmuş, avtomobili Nuhbala idarə etmiş, o ön, Bəhruz isə arxa oturacaqda əyləşmişdir. Avtomobillə hərəkətdə olan zaman küçədə həmkəndliləri Rəcəb idarə etdiyi “Tofaş” markalı avtomobillə onların avtomobilini sıxışdırmış və buna görə avtomobildən Rəcəblə aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Rəcəblə bir-birimizə söyüş söydükdən sonra oradan çıxıb getmişlər. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində qardaşı Nuhbalanın idarə etdiyi həmin avtomobillə Novxanı kəndi ilə gedən zaman Rəcəbgilin yaşadığı evin qarşısında Nuhbaladan avtomobili saxlamasını istəmiş, bibisi oğlu Bəhruz da avtomobildə olmuşdur. Rəcəblə dünənki məsələni aydınlaşdırıb söhbət etmək üçün Rəcəbgilin qapılarına gedib onu çağırdığı zaman Rəcəb küçəyə açılan digər qapıdan çıxaraq orada olduqlarını görüb özünə məxsus avtomobildən bıçağı götürərək onlara doğru qaça-qaça gəlib onunla mübahisə etməyə başlamışdır. Rəcəb bir-iki söhbətdən sonra anidən əlinin içində saxladığı bıçaqla onun sol qoltuğunun altından bir dəfə vurmuş, bundan sonra o da cibində olan bıçağı çıxardıb özünü, Nuhbala və Bəhruzu müdafiə etmək və ondan aralaşması üçün dəqiq sayını xatırlamadığı bıçaq zərbələri ilə Rəcəbin qarın boşluğuna vurmuşdur. X9 aralaşdıran zaman Rəcəb bıçaqla onları da vurmuş, Rəcəb aldığı bıçaq zərbələrindən yerə yıxılmış və bu zaman Rəcəbin atası Ağamalı həyətindən çıxıb əlində olan taxta parçası ilə qışqıra-qışqıra üstünə gələn zaman özünü qorumaq üçün əlində olan bıçaqla Ağamalının sağ hissəsinə vurmuşdur. Daha sonra qardaşı Nuhbalanın və Bəhruzun vəziyyətləri ağır olduğundan onlar güc-bəla ilə avtomobilə əyləşib Sumqayıt şəhər xəstəxanasına gəlmişlər. Ona, Nuhbalaya və Bəhruza bıçaqla xəsarəti Rəcəb yetirmiş, belə ki, həmin mübahisə zamanı Rəcəbin də əlində olan bıçaqla onu vurmasından sonra Nuhbala və Bəhruz araya girib onları aralaşdırdıqda Rəcəb əlində olan bıçaqla onlara da xəsarət yetirmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda bir neçə şəxs olsa da, onların kimlər olduqlarını bilməmişdir. Bundan başqa hadisə vaxtı Rəcəbi beysbol taxtası ilə vurmamış, əksinə birinci Rəcəb onu bıçaqla vurduğundan o da özünü, Bəhruzu və Nuhbalanı müdafiə etmək üçün cibində olan bıçağı çıxarıb onu vurmuşdur. Hadisə vaxtı Nuhbalanın beysbol ağacı olmamış, o, Ağamalını beysbol taxtası ilə, Bəhruz isə təpiklə vurmamış, belə ki, Ağamalı gəlməmişdən əvvəl Rəcəb qardaşı Nuhbalanı və Bəhruzu bıçaqla vurduqdan sonra onlar özündə olmadıqlarından və yaralı olduqlarından Ağamalını vurmaq imkanları olmamış, özü əlində olan bıçaqla özünü qorumaqdan ötrü Ağamalının sağ çiyin nahiyəsinə vurmuş, həmin vaxt Rəcəbi və atası Ağamalını öldürmək niyyəti olmamış, ilkin olaraq Rəcəb bıçaqla ona xəsarət yetirmişdir. Qardaşı Nuhbala və bibisi oğlu Bəhruz Rəcəbə də beysbol taxtası ilə və yaxud da başqa nə iləsə heç bir xəsarət yetirməmiş, Rəcəbin onu yerə yıxmasından sonra ona altdan bıçaq zərbələri vurmağı həqiqət olmamış, o, bıçaq zərbələrini Rəcəbin qarın boşluğuna, sinəsinə və qoluna Rəcəb ayaq üstə olarkən yetirmişdir. Həmin hadisə zamanı onlar tərəfdən o, Miran və Nuhbala, qarşı tərəfdən isə Rəcəb və atası Ağamalı olmuş, hadisənin şahidləri, müdaxilə edənlər barədə heç bir məlumatı olmamış, lakin ayıranların içində Hacı Natiq, Ağamalının həyətində işləyən ustaları, Anar adlı həmkəndlisi və xatırlamadığı kənar şəxslər olmuş, ora gələn vaxt orada Qüdrətin oğlu Fərzəlini və Şahid1 qohumu Mircəlal adlı həmkəndlisini və ətrafda çoxlu sayda insanlar olduğunu da xatırlamışdır. Həmin hadisə zamanı Rəcəblə dalaşaraq bıçaq xəsarətləri yetirsə də, onu öldürmək niyyəti olmamış, Ağamalıya o, bıçaq xəsarətini yetirmiş, Bəhruz isə ona xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu göstərmişdir ki, uşaqlarla birlikdə avtomobildə olarkən Rəcəb ilə yol verməmək məsələsində anlaşılmazlıq olmuş, bundan 3-4 gün sonra bu barədə Rəcəblə söhbət etmək istəmiş, lakin Rəcəb əlində bıçaqla qaça-qaça onların üzərinə gəlmişdir. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, yol verməmək söhbətindən təxminən 2-3 gün sonra hadisə baş vermiş, onlar Rəcəbin evinin yaxınlığından keçmiş, heç kim Rəcəbi hadisə yerinə çağırmamışdır. Rəcəb Miranı yerə yıxmış, bu zaman Ağamalı ani olaraq gəlmişdir. O, hadisə vaxtı Miranın Rəcəbə xəsarət yetirməsini, həmçinin Rəcəbin kimə xəsarət yetirdiyini görməmiş, onda beysbol taxtası olmamış, hadisə vaxtı sadəcə özünü müdafiə etmişdir. Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 suallarına cavab olaraq özündə bıçaq olmadığını, onlarda bıçağın yalnız Miranda olduğunu, zərər çəkmiş şəxsin nümayəndəsinin sualına cavab olaraq onda taxta olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 29,120.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlarla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən 1-2 gün əvvəl günorta saatlarında dayısı oğlu Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi özünə məxsus, hazırda satılmış boz-metallik rəngli “Mercedes-Benz C-klass” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində hərəkət etmiş, həmin vaxt maşında o arxa sərnişin oturacağında, Nuhbalanın qardaşı Təqsirləndirilən şəxs1 isə qabaqda əyləşmişdir. Avtomobillə kəndin çıxacağına çatanda həmkəndliləri Hafiz idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə qarşı-qarşıya gəlmiş, yəni o, kəndə daxil olmuş, darısqallıq olduğu üçün Nuhbala və Hafiz bir-birinə yol verməmiş və buna görə aralarında orada mübahisə yaranmış, avtomobildən bir-birlərinə etiraz etmiş, Nuhbala və Hafiz bir-birlərinə söyüş söymüş və sonra avtomobili sürüb oradan çıxıb getmişlər. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində dayısı oğlanları Miran və Nuhbala ilə Hafizlə söhbət edib aralarında olan mübahisəni həll etmək üçün avtomobillə həmin tərkibdə Hafizin yaşadığı Novxanı kəndi M.Hüseynzadə küçəsi 3 ünvanında yerləşən evlərinin qarşısına gəlmişlər. Həmin vaxt kənddə abadlıq işləri getdiyindən çoxlu sayda insanlar olmuş, üçü də avtomobildən düşüb Hafizi çağırmağa başlamış, bu vaxt onun qardaşı Rəcəb küçəyə açılan digər qapıdan onlara doğru qaça-qaça gəlib Miranla mübahisə etməyə başlamış, Rəcəb Miranla tutaşmış və Miranın ayağı büdrədiyinə görə o yerə, Rəcəb də onun üstünə yıxılmışdır. Rəcəb bədən quruluşu ilə Mirandan fərqlənmiş, ondan bədənli və iri olmuş, onların yerdə süpürləşdiyini görüb yerdən beysbol ağacına bənzər taxta parçası götürmüş və Nuhbala ilə birlikdə onlara yaxınlaşmışlar. Miranı buraxması üçün Rəcəbi vurmaq istəmiş, Miranı və Rəcəbi bir-birindən ayırmaq istəsələr də, həmin vaxt artıq onları aralamağa çalışmışlar. Bundan sonra Miran və Rəcəb ayaq üstə durmuş, həmin vaxt Miranın əlində bıçaq görmüş, o həmin bıçağı Rəcəbə doğru atsa da, ona dəydiyini görməmiş, onlar ayaq üstə dava etməyə davam etmişlər. Bu zaman Rəcəbin atası Ağamalı həyətindən çıxıb onlara hücum çəkib Miranı əli ilə vurmağa çalışsa da, vura bilməmiş, o, həmin vaxt ona və Nuhbalaya da hücum çəkmiş, onları da vurmaq istəmiş, hətta bir anlıq onun yaxasından da yapışmışdır. Onun həmin vaxt əlində heç bir əşya olmamış, əli boş olmuş və o ona yumruq atmış, həmin vaxt kəndin mollası Hacı Natiq onu arxadan tutub qırağa çəkib qabağına keçib “mənəm, Hacı Natiq” demiş, bu vaxt Ağamalı artıq onu buraxıb Nuhbalanın yaxasından yapışmış, Hacı Natiq bir daha onu oradan uzaqlaşdırıb avtomobilə əyləşdirmişdir. O, avtomobildən çıxanda X28 ilə Ağamalını ayırdığını, Miranın döş qəfəsindən qan axdığını görmüşdür. Bununla da ara səngimiş, çünki artıq Ağamalının evində olan qadınlar da çıxıb qışqırmış, bundan sonra onlar gəldikləri avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmış, avtomobilə əyləşən zaman Miranı xəstəxanaya aparanda həmin hadisə zamanı Mirandan başqa onun və Nuhbalanın da bıçaq xəsarətləri aldığını bilmişlər. Onu, Nuhbalanı və Miranı kimin nə ilə vurduğunu görməmiş, bundan sonra onlar Sumqayıt şəhərinə xəstəxanaya getmiş, həmin hadisə zamanı onlar tərəfdən o, Miran və Nuhbala, qarşı tərəfdən isə Rəcəb və atası Ağamalı olmuş, hadisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisənin şahidləri, müdaxilə edənlərin kim olduğunu bilməmiş, lakin ayıranların içində Hacı Natiq, Ağamalının həyətində işləyən ustaları, Anar adlı həmkəndliləri və xatırlamadığı kənar şəxslər olmuş, həmin yerə gələn vaxt orada Qüdrətin oğlu Fərzəlini və Şahid1 qohumu Mircəlal adlı həmkəndlilərini, habelə dava-dalaş zamanı ətrafda çoxlu sayda insanlar olduğunu xatırlamışdır. Miranla Rəcəb dalaşmağa başlayan kimi yerdən beysbol ağacına bənzər taxta parçası götürüb Miranı buraxması üçün Rəcəbi vurmuş, sonra dava zamanı Miranın Rəcəbə bıçaq atdığını görsə də, dəyib-dəymədiyini bilməmiş, Nuhbalanın, Rəcəbin və Ağamalının əlində hər hansı bir əşya, yəni bıçaq və ya taxta parçası görməmişdir. Həmin hadisə zamanı Rəcəbi və Miranı ayırmağa çalışdığına, dalaşsa da, əlinə taxta parçası alıb Rəcəbi vursa da, niyyətinin onları ayırmaq olduğuna, dava zamanı Ağamalını vurmadığına və ona kimin xəsarət yetirdiyini görmədiyinə görə ona elan edilmiş ittihamla qismən razı olmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmə istintqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisədən 2-3 gün əvvəl Rəcəb ilə aralarında yol verməmək söhbəti üstündə mübahisə olmuş, hadisə vaxtı isə Rəcəb Miranın üzərinə gələrək onu boğmuş, Miran da özünü qorumaq üçün Rəcəbə, sonra da Ağamalıya xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq hadisə vaxtı Rəcəbin özünün onların yanına gəldiyini, onlarda taxta parçası olmadığını, Ağamalı Rəcəbovu vurmadığını, həmçinin Bəhruzun əlində bıçaq yaxud da taxta görmədiyini, sadəcə aranı sakitləşdirməyə, Miranı aralamağa çalışdığını göstərmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə saat 14 radələrində hazırda satılmış, amma həmin vaxt etibarnamə əsasında idarə etdiyi özünə məxsus boz-metallik rəngli “Mercedes-Benz Cklass” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində hərəkət etmiş, həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs1 və bibisi oğlu Təqsirləndirilən şəxs2 da avtomobildə olmuş, Miran ön oturacaqda, Bəhruz isə arxa oturacaqda əyləşmişlər. Avtomobillə hərəkətdə olan zaman küçədə həmkəndliləri Rəcəb idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Tofaş” markalı avtomobillə onun idarə etdiyi avtomobili sıxışdırdığına görə avtomobildən Rəcəblə aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Miranla Rəcəb bir-birlərinə söyüş söymüş və sonra avtomobili sürüb oradan çıxıb getmişlər. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində qardaşı Miran və bibisi oğlu Bəhruzla Rəcəblə söhbət edib aralarında olan mübahisəni həll etmək üçün idarə etdiyi həmin avtomobillə Rəcəbin Novxanı kəndi M.Hüseynzadə küçəsi 3 ünvanında yerləşən evlərinin qarşısına gəlmiş, həmin vaxt Miran avtomobildən düşüb Rəcəbi çağırmaq üçün həyətləri istiqamətinə getmiş, o və Bəhruz isə avtomobildə qalmışlar. Bu zaman Rəcəb küçəyə açılan digər qapıdan onlara doğru qaça-qaça gəlib Miranla mübahisə etməyə başlamış, həmin vaxt onlar tutaşmış, Miranın ayağı büdrədiyinə görə o, yerə, Rəcəb də onun üstünə yıxılmışdır. Bu zaman o və Bəhruz da avtomobildən düşüb onlara yaxınlaşıb Miranı və Rəcəbi bir-birindən ayırmağa çalışmış, bundan sonra Miran cibində olan bıçağı çıxararaq özünü müdafiə etmək üçün dəqiq sayını xatırlamadığı bıçaq zərbələri ilə Rəcəbin qarın boşluğuna vurmuşdur. Bu zaman Rəcəbin atası Zərərçəkmiş şəxs2 həyətindən çıxıb əlində olan taxta parçası ilə qışqıra-qışqıra Miranın üstünə gələn zaman Miran da özünü qorumaq məqsədilə Ağamalının sağ hissəsinə bıçaqla vurmuşdur. Bundan sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşmaq istəmiş, avtomobilə əyləşən zaman həmin hadisə zamanı özünün sağ böyründən, qardaşı Miranın və bibisi oğlu Bəhruzun da bıçaq xəsarətləri aldıqlarını bilmiş, onu Bəhruzu və Miranı kimin və nə ilə vurduğunu görməmiş, bundan sonra onlar Sumqayıt şəhərinə xəstəxanaya gəlmişlər. Həmin hadisə zamanı onlar tərəfdən o, Miran və Bəhruz, qarşı tərəfdən isə Rəcəb və atası Ağamalı olmuş, hadisə 5-10 dəqiqə davam etmiş, hadisənin şahidləri, müdaxilə edənlər və ayıranların kim olmaları yadında qalmamış, lakin həmin dava-dalaş zamanı ətrafda çoxlu sayda insanlar olmuşdur. Hadisə zamanı onun və Bəhruzun əlində ümumiyyətlə heç bir alət olmamış, həmçinin davanın əvvəlində Miranın də əlində hər hansı bir əşya olmasa da, Miran və Rəcəb dava etməyə başlayanda Miran cibindən bıçaq çıxarıb Rəcəbin qarın nahiyəsinə xatırlamadığı sayda həmin bıçaqla vurmuş, səsə gələn Ağamalı taxta parçası ilə Miranın üstünə gələndə Miran bıçaqla bir dəfə Ağamalını da vurmuş, yəni Miranın əlində bıçaq, Ağamalının əlində isə təxminən bir metr olan xatırlamadığı formada taxta parçası olmuş, digər kiminsə əlində hər hansı bir əşya görməmişdir. Həmin hadisə zamanı küçədə olan söz-söhbətə Rəcəbin atası Ağamalı əlində olan taxta parçası ilə Miranın üzərinə doğru gəldikdə Miran da əlində olan bıçaqla özünü müdafiə etmək üçün təsadüfən Ağamalının sağ çiyin tərəfinə bıçaqla qorxutmaq üçün vurmuşdur. Həmin hadisə zamanı Rəcəbi və Miranı ayırdığına, yəni xuliqanlıq etmədiyinə və heç kimi vurmadığına görə ittihamla razılaşmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, oğlu Rəcəblə təqsirləndirilən şəxslər arsındakı ədavət və düşmənçilik münasibəti təxminən 10-15 ildir ki var. Oğlu fiziki cəhətdən Mirangildən güclüdür. Mirangili maliyyələşdirənlər olsa da, oğlu Rəcəb onların heç birinə baş qoşmur, dəfələrlə də oğlu ilə Mirangil arasında münaqişə yaşanıb. Təqsirləndirilən şəxs1 lap əvvəldən oğlu Rəcəblə yola getməyib. Miranın Rəcəbə gücü çatmadığı üçün dəstə toplayıb oğlunun üzərinə gəlib. Gələnlərin sayı ən azı səkkiz nəfər olmuş, həmin vaxt o içəridə-həyətdə keçi sağmışdır. Birdən qonşunun gəlni ona tərəf “Ağamalı ölmüsən? Oğlunu öldürdülər bayırda, dur çıx bayıra” deyə qışqırmışdır. O da süd qazanını yerə qoyub çölə çıxmış, çölə çıxan kimi Nuhbala əlindəki beyzbol taxtasıyla ardıcıl olaraq iki dəfə, daha sonra bir dəfə də baş nahiyəsinə zərbə endirmişdir. Nuhbala üçüncü zərbəni ona endirərkən onun boğazından tutub yerə yıxmış, yerə yıxdıqdan sonra Nuhbalanın fiziki cəhətdən ona gücü çatmamış, elə Nuhbalanı tutub saxlamışdır. Bunu görən Bəhruz onun göz nahiyəsinə təpiklə zərbə endirmiş, ardınca da onun sinə nahiyəsindən bıçaqlamışdır. O, evinin həyətindən çıxanda Nuhbala iki dəfə başına zərbə endirdi, üçüncü zərbəni də başına vurmş, zərbə başına dəymiş, lakin həmin vaxt Nuhbalanın boğazından tuta bilmişdir. Bundan sonra da ona Təqsirləndirilən şəxs2 İlk öncə təpiklə göz nahiyəsinə vurmuş, daha sonra isə onu bıçaqlamışdır. Bəhruz bıçaqlayan zaman onu görmüş, onu bıçaqlayan Bəhruz olmuşdur. O, ibtidai istintaq zamanı əvvəldən axıra kimi hadisə vaxtı Bəhruz tərəfindən bıçaqlandığını demiş, ifadələrinin bəzi hissələri müstəntiq tərəfindən dəyişdirilmişdir. Bıçaqlandıqdan sora yerə yıxılmış, yerə yıxılandan sonra Bəhruz onu yenidən vurmaq istəmiş, lakin həmin vaxt molla Hacı Natiq onu tutmuşdur. Miran ondan təxminən 10 metr aralıda olduğu üçünona heç bir fiziki bədən xəsarəti yeitrməmişdir. Miranın əlində beyzbol taxtası olmuş, Bəhruzgil onları öldürməyə gəlmişdirlər. Hadisə təxminən axşamüstü baş vermişdir. Oğlu Rəcəbin bıçaqlanmasının bilavasitə şahidi olmasa da, qonşuları və oğlunun söylədiklərindən Rəcəbin Miran, Bəhruz və Nuhbala tərəfindən bıçaqlandığını bilir. Onu kimin, necə, hansı şəraitdə xəstəxanaya apardığını xatırlamır. Təxminən 17-18 gün xəstəxanada qalmışdır. Hal-hazırda oğlu Respublika Xəstəxanasında əməliyyatdadır, əməliyyat olunduqdan da sonra hələ neçə gün xəstəxanada qalacağını bilmir. Oğlunun hazırda əmək qabiliyyəti yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq oğlu Rəcəbin Mirangillə əvvəldən ədavətinin səbəbi kimi bildirmişdir ki, Mirangilin Əlibala adlı əmisioğlu var və həmin şəxs təxminən 14-15 il həbsxanada məhkumluq həyatı yaşayıb, daha sonra azadlığa çıxıb. Təxminən 5-6 il bundan əvvəl oğlu Rəcəb Mirangil və onların əmisi oğlu Əlibala ilə birlikdə restoranların birində yeyib-içiblər. Restorandan çıxdıqdan sonra, gecə təxminən saat 2 radələrində dörd nəfər oğlumla söhbət etmək üçün yaşadığı evin qarşısına gəliblər. Oğlu da onlara gözləmələrini, başqa bir yerdə aralarındakı problemi həll edə biləcəklərini bildirmişdir. Əlibalagil aralarındakı münaqişəyə səbəb kimi də restoranda olarkən oğlumun Əlibalaylə yaxşı tərzdə danışmamasını əsas göstərmişdir. Oğlu qapıya gəlmiş şəxslərlə söhbət etmək üçün dəqiq bilmədiyi lom, ağac və s. tipli əşyanı götürən zaman Əlibalagil avtomobilə əyləşib oradan uzaqlaşmağa başlayıblar. Oğlu da qapıdan Əlibalagilə “14-16 il içəridə yatan vorzakon sənsən? Sənin içəridə yatmağın mənasızdır” deyə səslənmişdir. Bunu bilən Miran oğlunun Əlibalaya demiş olduğu bu ifadələri öz qeyrətinə sığışdırmayıb onun üzərinə gəlmişidir ki, nə səbəbə Rəcəb onun əmisioğluna elə bir ifadə deyib. Bunun sabahı gün Əlibala onların yanına gələrək onfan üzr istəmiş, Əlibala ilə barışıqları olmuş, lakin Miran onun oğlu ilə olan ədavətini davam etdirmişdir. Sonuncu baş vermiş hadisə isə Nuhbalaya görə baş vermişdir. Belə ki, oğlu Hafiz avtomobiliylə baş yoldan kəndə dönən zaman Nuhbala avtomobilini oğlunun üzərinə sürmüş, oğlu da avtomobilini onun üzərinə sürmüşdür. Həmin vaxt da Bəhruzgil qəssabın dükanının qarşısında olmuşdurlar. Hafizi təkləyib döymək istəmişlərsə də, sonuncu Bəhruzgilə aldanmayaraq öz evinə qayıtmışdır. Üç gün sonra Bəhruzgilin yadına düşüb ki, bəs üç gün əvvəl avtomobillər bir-birini sıxmışdır. Sonra da bu hadisə baş vermişdir. Orada da oğlum Rəcəbə təxminən 16-17 ədəd bıçaq zərbəsi endiriblər. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin heç biri ilə barışmadığını, onlardan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə baş vermiş hadisədən 3 gün əvvəl yaşadığı kənddə oğlu Hafiz idarə etdiyi avtomobillə hərəkətdə olarkən Miranın qardaşı Nuhbala idarə etdiyi avtomobillə oğlunun idarə etdiyi avtomobili sıxışdırıb yoldan çıxartmaq istəmiş və buna görə yenə aralarında ədavət yaranmışdır. Hadisə günü, yəni 18 iyul 2020-ci il tarixdə yaşadığı evdə olmuş, saat 18 radələrində keçini sağarkən qonşu Yaqutun qışqırığına darvazanın qarşısına çıxmış. o, ona “Ölmüşsən, gəlin çıxın bayıra, Rəcəbi vurdular, tez gəlin.” deyə qışqırmış, evin darvazasının qarşısına çıxanda oğlu Rəcəbi darvazadan 8-10 metr aralı yerdə, onun da altında Miranı görmüş, o, əli ilə Miranı yerə sıxıb boğmuşdur. Qapıya çıxmaqla orada səkkiz nəfər şəxsi görmüş, onların hamısı Rəcəbi vurmuş və o da özündən asılı olmayaraq nalayiq ifadə işlətmiş, həmin vaxt Miranın qardaşı Nuhbala əlində olan beysbol ağacı ilə başından iki dəfə ardıcıl vurmuş və zərbənin təsirindən yerə yıxılmağa başlamışdır. Nuhbala üçüncü dəfə onu vurmaq istəyəndə onun boğazından sağ əli ilə tutmuş və onlar birlikdə yerə yıxılmışlar. Həmin vaxt Nuhbala onun altına düşmüş və o da Nuhbaladan özünü qorumaq üçün onu boğub əlindən buraxmamış, onlarla birlikdə gələn Miranın bibisi oğlu Təqsirləndirilən şəxs2 əlində olan bıçaqla onun döş qəfəsinin sağ hissəsindən vurub geri çəkilmiş və yenidən üstünə gələrək təpiklə gözündən vurmuş, ikinci dəfə əlini onu vurmağa gətirəndə qonşusu molla hacı Natiq arxadan onu tutmuş, bu vaxt Bəhruz onu da vurmaq istəyəndə Natiq qışqıraraq “ay eşşək, kimi vurursan, mən mollayam, Hacı Natiq, sən neynirsən?” demiş və onu qucaqlayıb aralaşdırmışdır. Bu vaxt o, huşunu itirmiş və özünə gələndə artıq öz həyətində olmuşdur. Sonra oğlu Ariz öz avtomobili ilə onu xəstəxanaya aparmış, xəstəxanada 18 gün qalıb sonra evə buraxılmış, oğlu Rəcəb isə bu hadisədən sonra 4 gün komada qalmış, sonradan düzəlməyə başlamışdır. Hazırda oğlu Zərərçəkmiş şəxs1 Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-cü maddəsi ilə təqsirli bilinmiş və Bakı istintaq təcridxanasında saxlanılır. Bundan başqa hadisə zamanı gələn şəxslərin əlində olan qanlı iki ədəd beysbol bitaları dava bitəndən sonra Hacı Natiq və onun oğlu Rza ona vermiş, birini isə özü Nuhbalanın əlindən almış və onda qalmış, hər üç beysbol bitaları qanlı olmuş və onları hadisədən bir ay-ay yarım keçəndən sonra Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Vasif Zeynallıya aparıb özü onun otağında təhvil vermiş, həmin vaxt orada vəkil kimi tutduğu Nümayəndə da iştirak etmiş, çünki həmin gün o, ifadə vermişdir. Hadisə zamanı Natiq və Rzanın verdiyi iki ədəd bitaların kimin əlində olmasını görməmiş, həmin bitalar Vasif Zeynallı tərəfindən ölçülərək və şəkilləri çəkilərək götürülmüşdür. Hadisənin şahidləri onun evi ilə üzbəüz qonşu Yaqut xanım və onun oğlu, molla Hacı Natiq və onun oğlu Rza, Şahid2 və kənd sakini Qüdrətin oğlu Fərzəli olmuş, Mirana, Nuhbalaya və Bəhruza kimin bıçaqla xəsarət yetirməsini dəqiq bilməmiş, çünki o çıxanda artıq davanın pik vaxtı olmuş, onu həmin dəqiqə də vurmuşlar. İstintaqdan kənarda qalan bir nəfər də arxa yan hissəsindən bıçaq xəsarəti almış, lakin onu qohumları dərhal hadisə yerindən uzaqlaşdırılaraq evində yarası tikilmişdir. Hadisə zamanı nə onun, nə də oğlu Rəcəbin əlində bıçaq olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, münasibətləri soyuq olan şəxs əsas Miran olmuşdur. Münaqişə zamanı Miranın əllərindən tutumuş, sonuncu da yerə, onun altına yıxılmışdır. Ona ən çox xəsarətlər yetirən Nuhbala və Bəhruz olmuşdur. Həmin şəxslərlə münaqişə zamanı təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə ona 17 bıçaq zərbəsi yetirilmiş, başında da iki ədəd beyzbol taxtası sındırılmışdır. Beyzbol taxtaları da hüquq mühafizə oqanlarının əməkdaşlarına təhvil verilmişdir. Belə ki, hadisə günü atasının evinin qapısına çoxlu sayda şəxslər yığışmış, həmin şəxslərdən nə səbəbə evin qarşısına yığışdıqlarını soruşmuşdur. Evin qapısına çoxlu sayda şəxsin toplaşmasının da səbəbi hadisədən təxminən üç gün əvvəl qardaşı Hafizlə Əziz (Nuhbala) yolda bir-birini avtomobilləriylə sıxışdırıb bir-birilərinə yol verməməsi olmuşdur. Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, qapının ağzında gördüyü əsas şəxslər Nuhbala, Bəhruz və Miran olmuşdur. Bundan başqa kənddən tanıdığı Fərzəli, axırda isə molla Hacı Natiq oğluyla birlikdə gəlmiş, onlar aranı sakitləşdirməyə çalışmışdırlar. Ona ilk öncə Miran xəsarət yetirmiş, daha sonra hər üç şəxs yəni, Miran, Bəhruz və Nuhbala beyzbol taxtası ilə onun baş nahiyəsinə zərbələr vurmuşlar. Hadisə zamanı həm Miranın, həm Bəhruzun, həm də Nuhbalanın əlində bıçaq olmuşdur. Miran yerdə onun altında olmuş, nazik bıçaqla ona xəsarət yetirmiş, amma ona neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Atasının nə zaman bayıra çıxdığını dəqiq olaraq bilməmiş, həmin vaxt huşu özümdə olmamışdır. Atası çölə çıxanda o, qan içində olmuşdur. Zərəçəkmiş şəxs dövlət ittihamçısının sualına cavab olaraq göstərmişdir ki, 2016-cı ildə Əlibala adlı şəxslə münaqişəsi olmuş, Miran da həmin onların yanında olmuşdur. Əslində onun münaqişəsi Əlibala adlı şəxslə olmuş, lakin söhbətlərə Miran getdiyi üçün o gəlmiş, Miran onu elə həmin vaxt bıçaqla vurmaq istəmişdir. Miranın onunla ədavəti o vaxtdan qalmışdır. Ona xəsarət yetirən əsas şəxslər Nuhbala və Bəhruzdur. Miran onlara nisbətdə az sayda xəsarət yetirmişdir. Mirangilin onun heç biri xəstəxana və müalicə xərclərini qarşılamamışdırlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki hadisə günü evə gəlməmişdən qabaq işdə olmuş, Vasif adlı tanışı işlədiyi sexə gəlib Sulutəpə ərazisində torpaq sahəsi olduğunu bildirərək onu sexdən götürmüş, yaşadığı evin qarşısına gəldikdə orada Mirangilin toplaşdığını, Vasif adlı tanışı ondan həmin şəxsləri tanıyıb-tanımadığını soruşduqda həmin şəxslərin kənd uşaqları olduğunu deyib təsbehini götürərək avtomobildən aşağı düşmüşdür. Hadisə yerinə Vasif adlı tanışının markasını dəqiq xatırlamadığı, “Hundai” yaxud “Daewoo” marklı avtomobiliylə gəlmiş, Vasif adlı tanışı bir müddət əvvəl rəhmətə getmişdir. Hadisədən əvvəl yolda Nuhbala ilə qardaşı arasında yaşanmış problem barədə məlumatlı olmuş, belə ki, qardaşı özü ona Nuhbala ilə arasında yaşanmış gərginlik barədə məlumat vermişdir. Qardaşı ona bildirmişdir ki, o, avtomobiliylə baş yoldan kəndə dönən zaman Nuhbala da avtomobiliylə kənddən çıxmış, yolda rastlaşan zaman Nuhbala avtomobilini qardaşının üzərinə sürmüşdür. Bundan sonra qardaşı ilə Nuhbala arasında sözlü mübahisə yaşanmışdır. O, düşündüm ki, baş vermiş hadisə ilə bağlı Mirangil ona zəng edəcəklər. Çünki Əziz (Nuhbala) onun böyük qardaşının bacanağı olub, Mirangilin beyzbol taxtası, bıçaq götürüb qapılarına gələcəklərini bilməmişdir. Avtomobildən düşdükdən sonra qaçaqaça Mirangilə yaxınlaşmış, qapının ağzına yaxınlaşdıqda orada Miran, Bəhruz və Nuhbalanı görmüş, həmin vaxt onların əllərində iki ədəd beyzbol taxtası olmuşdur. İki ədəd beyzbol taxtasının üç şəxsdən hansılarının əlində olduğunu konkret olaraq xatırlamır. Ona əsas xəsarətləri yetirən Miran deyil, Bəhruz və Nuhbala olmuşdur. Mirangillə münaqişə zamanı ona köməklik gösətərən Hacı Natiq olmuşdur ki, o da münaqişənin axırına gəlib çıxmışdır. Hacı Natiq gələn zaman o artıq yerdə olmuş, münaqişə zamanı o qədər xəsarət almışdır ki, canını qurtarmaq üçün özünü güclə həyətə atmışdır. Başında iki ədəd beyzbol taxtası qırıldığından həmin vaxt artıq özündə olmamış, hadisə vaxtı atasına kimlərin xəsarət yetirdiyini görməmiş, həmçinin Miran, Bəhruz və Nuhbalaya hadisə zamanı kimlərin bıçaqla xəsarət yetirməsi barəsində heç bir məlumatı yoxdur, onda bıçaq olmamış və heç kimə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi və atası ilə bir yerdə Abşeron rayonu, Novxanı kəndi Mehdi Hüseynzadə küçəsi ev 3-də yaşayır. Təqsirləndirilən şəxs1, onun qardaşı Nuhbalanı və Bəhruzu kənd sakinləri kimi tanımış, Mirangillə əvvəllər aralarında ədavət olduğu üçün münasibətləri olmamış, atasından eşitdiyinə görə hadisədən bir neçə gün əvvəl Miran qardaşı Hafizlə avtomaşınla bir-birinə yol verməməklə bağlı aralarında mübahisə olmuşdur. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Miran qardaşı Nuhbala və bibisi oğlu Bəhruzla onların yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt Miran avtomobildən düşüb qardaşı Hafizi çağırmaq üçün atasının həyətinə gəlmiş, bu zaman o, qapıdan çölə çıxıb Mirangil tərəfə getmişdir. Mirandan nə üçün gəldiyini və niyə səs-küy saldığını soruşduqda Miran əlində olan “beysbol” taxtası ilə onun başına vurmuş, o da tez Miranın əlini burub yerə yıxmış, Miran altında olan zaman əlindəki bıçaqla onun qarın nahiyəsindən, sinəsindən və sol qolundan bir neçə dəfə vurmuş, bıçağı Miranın əlindən almış və çoxlu qan itirdiyinə görə bundan sonra nə baş verdiyi yadında qalmamış, daha sonra həmin vaxt özündə olmadığı üçün atasının kim tərəfindən bıçaqla vurulmasını görməmiş və atasının həmin hadisə yerinə gəlməyini də xatırlamamış, bir müddət keçdikdən sonra ayıldıqda xəstəxanada olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, orada o, atası Ağamalı, Miran, Bəhruz, Nuhbala olmuş, daha sonra eşitdiyinə görə Novxanı kənd sakini Qüdrətin oğlu Fərzəli həmin hadisə zamanı orada hadisənin şahidi olmuş, hadisəni tam dəqiqliklə və təfərrüatı ilə görmüşdür. Özündə olmadığı üçün atası Ağamalının kim tərəfindən vurulmasını görməmiş, sonradan xəstəxanada olanda eşitmişdir ki, atası Ağamalı da həmin vaxt bıçaqla bədən xəsarətləri almışdır. Hadisədən az əvvəl Mirangilin idarə etdiyi avtomobillə onların yaşadığı küçədə dayanmasını görmüş və o, evə girib çıxdıqdan sonra avtomobilindən təsbehini götürdükdə atası Ağamalının evinin qarşısında Mirangilin səs-küyünü eşitmiş və ona görə də Mirangil tərəfə qaça-qaça gedib hansı səbəbə görə səs-küy saldıqlarını bilmək istəmiş, bundan sonra o, Mirangilə yaxınlaşdıqda Miran, Bəhruz və Nuhbala əlində olan beysbol taxtası ilə onun başından vurmuşlar. Həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadə ilə bağlı ona verilən suala cavab olaraq bildirmişdir ki, hadisədən sonra üzərində silah daşımağa görə məhkumluq həyatı yaşamış, silah tapmaqda məqsədi Miranı həmin silahla vurmaq olmuşdur. törətmiş olduğum əmələ görə də həbs olunmuş, cəzasını çəkmişdir. Hadisədən bir həftə sonra Bəhruz və atası da yaşadığı evə gəlmiş, üzrxahlıq etmişdirlər. Hazırda Bəhruzdan şikayətçi olmağının səbəbi odur ki, Bəhuz onun evinə üzrxahlığa Mirana görə gəlmiş, amma Miranı gətirə bilməmişdir. Miran da ondan üzr istəmədiyi üçün hazırda Bəhruzdan da şikayətçidir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mirangillə Rəcəb arasında əvvəllər münasibətlərin soyuq olması və aralarında ədavət olması barədə hər hansı məlumatı olmamışdır. Mirangillə Rəcəb arasında baş vermiş münaqişənin sonuna çatmış, o gələndə artıq Rəcəb yerdə olmuşdur. Hətta istintaqa ifadə verənə kimi Miranla Nuhbalanın əkiz qardaşı olduğunu düşünmüş, ifadə verən zaman onların əkiz olmadığını öyrənmişdir. Münaqişə zamanı Miran Ağamalının altında yerdə idi, Ağamalının əlindən qurtulmaq üçün çabalayırdı. O, yalnız Bəhruzu Miranın yanına getmək istədiyi üçün arxadan tutmuş, Bəhruz ondan gənc və qüvətli olduğu üçün çırpınaraq əlindən çıxmışdır. Həmin vaxt Bəhruzun əlində bıçaq görməmiş, hadisə yerinə gələnə kimi artıq Mirangil bir-birini bıçaqlamışdırlar. Yerdə iki ədəd beyzbol taxtası görmüş, həmin taxtaları da Ağamalının həyətinə atmışdır. Hətta müstəntiq istintaqa ifadə verdiyi zaman zərər çəkmişlərə yardım etməməsi səbəbindən ona irad bildirmişdir. Əslində münaqişə zamanı onun da üst-başı qan olmuş, avtomobili də olmadığı üçün onları harasa da apara bilməmişdir. Evə gedib üst-başını dəyişib hadisə yerinə qayıtdıqda Rəcəbi qardaşının xəstəxanaya apardığını görmüşdür. O, Bəhruzu tutub saxlayarkən sonuncu ona tərəf çevrilərək “Hacı, məni burax” demiş, Bəhruz onun əlindən çıxaraq yerdə çabalayan Mirana kömək etmək istəmişdir. Kimin kimi bıçaqlayıb, kim kimə xəsarət yetirdiyini mən göməmiş, beyzbol taxtalarını da Rəcəbgilin həyətinə atmışdır. Şahid3 dövlət ittihamçısının suallarına cavab olaraq Rəcəblə Nuhbalanın biri-biriylə əlbəyaxa dava etdiklərini, ikisinin də bir-birinə qarşılıqlı şəkildə zərbə endirdiklərini, Rəcəbin qan içində yerdə olduğunu, Zərərçəkmiş şəxs2lə Miranın əlbəyaxa olduğunu, X15 əlindən almaq üçün Mirana tərəfə getdiyini, onun Mirana tərəf hansı məqsədlə getdiyini bilmədiyini, heç kimin əlində bıçaq görmədiyini bildirmiş, ilk öncə Ağamalı, daha sonra Rəcəb davadan aralanmışdır. Beyzbol taxtalarının da üzəri qan olmuş, onları hadisə yerinə kimin gətridiyini görməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs2 1986-cı ildən tanımış, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, Ağamalı öz fərdi evində ailəsi və oğlu Hafizlə birlikdə yaşamış, kiçik oğlu Rəcəb də həmin həyətdə olsa da, evi ayrı olmuşdur. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində qonşuluqda təmir işləri görərkən küçədə qışqırıq səsləri gəldiyini eşidib küçəyə çıxmış, həmin vaxt o, Ağamalının evinin yanına səsə gələndə küçəyə yaxın Rəcəbin yerdə uzandığını, onun üst-başının qan içində olduğunu, buna baxmayaraq Rəcəbin yerdə həmkəndlisi Qurban kişinin oğullarından biri ilə yerdə süpürləşdiklərini görmüş, Qurban kişinin Miran və Nuhbala adlı iki oğlu olmuş, onlar əkiz olduqları üçün həmin vaxt kim olduğunu ayırd edə bilməmişdir. Rəcəbdən bir qədər aralı Ağamalının evinin düz qapısının yanında Ağamalı Qurban kişinin oğullarından birini yerə sıxmış, həmin vaxt da orada ayaq üstə Miranın qohumu Təqsirləndirilən şəxs2 dava etdiyini, ayaq üstə olduğunu və Ağamalıya doğru hərəkətlər etdiyini görmüş, ilkin olaraq həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu görməmiş, onun dava etdiyini və Ağamalının üstünə getdiyini gördükdən sonra dərhal onu arxadan qucaqlayıb tutub kənarlaşdırmış, həmin şəxs əlində burulub ona hücum edəndə Təqsirləndirilən şəxs2 olduğunu görmüş, o, onu görəndə yenə aqressiv hərəkət etmək istəyəndə ona uca səslə “nə istəyirsən? nə olub? mənəm, Hacı Natiqəm” deyəndə o, “Hacı, burax məni” deyib yenidən Ağamalı tərəfə getmək istəyəndə onu arxadan tutub bir daha geri çəkmişdir. Həmin vaxt bir boz rəngli “Mercedes-Benz” markalı, digər xüsusatlarını xatırlamadığı bir avtomobil yaxınlaşıb onların yanında saxlamış, həmin avtomobilin sürücüsü yerə düşmədiyi üçün onu görməmiş, avtomobilin arxa qapısı açılan kimi onu güclə avtomobilin arxa oturacağına basmış, bu vaxt Bəhruzun da üstü qanlı olmuş, çünki onu oradan uzaqlaşdıran vaxt əynində olan iş paltarı qana bulaşmışdır. Sonra dava edən Miran və Nuhbala da həmin avtomobilə gəlib əyləşmiş, avtomobili idarə edən şəxs sürüb getmişdir. Bundan sonra Ağamalının həyat yoldaşı qapıya çıxıb yerdə oğlu Rəcəbi və əri Ağamalını görüb qışqırmış, ona kömək edib evin həyətinə dartıb salmış, sonra da Rəcəbi evə salmışlar. Həmin vaxt yerdə qanlı iki ədəd beysbol ağacı görmüş, onları dava edən şəxslər uzaqlaşarkən atıb getmiş, o da onları yerdən qaldırıb Ağamalıya vermiş, həmin vaxt Ağamalının həyətində qonşusu Mütəllim, suvaq ustası Ruslan, səsə gələn oğlu Rza və digər xatırlamadığı qonşular olmuşdur. Bundan sonra üstü qana bulaşdığı üçün evə gedib əynini dəyişmiş, sonra yenidən Ağamalının evinə tərəf gedəndə artıq Ağamalının və oğlu Rəcəbin xəstəxanaya aparıldığını bilmişdir. Hadisə zamanı davanın sonuna gəldiyi üçün kiminsə əlində bıçaq, beysbol taxtası və ya sair əşya görməmiş, lakin Rəcəb və Ağamalı, eynən qarşı tərəfdən olan Miran, Nuhbala və Bəhruz da qan içində, bədənində bıçaq xəsarətləri olmuş, hadisə bitəndən sonra dava-dalaş baş vermiş yerdə özü yerdən iki ədəd beysbol taxtası götürüb Ağamalıya vermiş, onların üzərində də qan izləri olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisədən üç gün əvvəl avtomobili ilə baş yoldan kəndə dönən zaman Nuhbala avtomobiliylə kənddəki köməkçi yoldan onu gözləmədən qarşısına çıxmış, bundan üç gün sonra bir dəstə insanın nə səbəbə toplaşıb evinin qapısının önünə gəldiyini isə bilməmişdir. Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq hadisədən üç gün qabaq Nuhbala ilə yolda qarşılaşan zaman aralarında hər hansı sözlü mübahisə olmadığını, Mirangilin evlərinin qapısının ağzına gəlməsini və Mirangillə qardaşı və atası arasında baş vermiş dava-dalaşın şahidi olmadığını, hadisədən sonra atası ilə söhbət edən zaman Bəhruzun onu bıçaqla vurduğunu söylədiyini bildirmişdir. Şahid14 qardaşı Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 hadisənin bilavasitə şahidi olmadığını, həmin vaxt bağda olduğunu, hadisədən sonra qaynatası Qurbanın ona zəng edərək evlərinə gəlməyini dediyini bildirmiş, qapıya gəldikdə sahə müvəkkilini görmüş, sahə müvəkkili ondan qaynatasını soruşmuş, o da qaynatasının mobil nömrəsini vermişdir. Bundan sonra qayınları və Bəhruzun Rəcəbgillə münaqişə etdiyini öyrənmişdir. Prokurorluq orqanına Ağamalı ondan şikayət etdiyi üçün getmiş, belə ki, Ağamalı onun da hadisə yerində oluduğunu bildirmişdir. Lakin reallıqda o, münaqişə zamanı Mirangilin yanında olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid12 göstərmişdir ki, hadisə baş verəndən bir neçə saat sonra Mirangillə Rəcəbgil arasında münaqişə olmsından məlumatlı olmuş, prokurorluq orqanına Ağamalı ondan şikayət etdiyi üçün getmiş, belə ki, Ağamalı onun da hadisə yerində oluduğunu bildirmişdir. Lakin reallıqda o, münaqişə zamanı Mirangilin yanında olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, səsküyə bayıra çıxmış, məhəllənin başına çatdıqda yolda yalnız atası natiqi görmüş, atası üstü-başı qanlı şəkildə yaşadıqları evə doğru gəlmiş. Ondan nə baş verdiyini soruşduqda, atası ona heç nə olmadığını, evə keçməyini bildirmişdir. O, Mirangil və Rəcəbgil arasında baş vermiş münaqişəni görməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 göstərmişdir ki, Mirangilin törətmiş olduğu hadisənin şahidi olmamış, həmin vaxt işdə olmuşdur. Hadisədən 3 gün sonra Mirangilin münaqişəsi barədə eşitmişdir. Ağamalı onun da hadisə yerində oluduğunu dediyi üçün onu da prokurorluğa dəvət edib ifadəsini almışdırlar. hətta hadisə vaxtı işdə olduğunu göstərmək üçün işlədiyi iş yerindən arayış alıb istintaq orqanına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid11 göstərmişdir ki, hadisə vaxtı Ağamalıgilin həyətində fəhlə işləmiş, hadisə ilə bağlı Ağamalı ona hədə-qorxu gəlmiş və istintaq zamanı ona təsir göstərmişdi. Belə ki, Ağamalı ilə qonşu olmuş, Ağamalı onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, hadisədən sonra ona “bizə tərəf danışmasan səni tutduracam” demişdir. O, Təqsirləndirilən şəxs2 əlində bıçaq görməmiş, onun kiməsə xəsarət yetirməyinin şahidi olmamışdır. Şahid11 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs2 1986-cı ildən tanımış, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, Ağamalı öz fərdi evində ailəsi və oğlu Hafizlə birlikdə yaşamış, kiçik oğlu Rəcəb də həmin həyətdə qalsa da, evi ayrı olmuşdur. Hadisə baş verməmişdən 10 gün əvvəl Ağamalının evinin həyətində fəhlə kimi işləməyə başlamış, həmkəndlisi Ruslanla birlikdə Ağamalının evinin divarlarına çöldən suvaq vurmuşlar. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Ağamalının həyətində Ruslanla birlikdə suvaq işləri görərkən Hafizin qaynı Mircəlal həyətin darvazasını açıb Hafizin arvadı Kəmalədən onun harada olduğunu soruşub qapıya Miran, Nuhbala, Bəhruz və tanımadığı bir gənc oğlanın gəlib onu axtardıqlarını demiş, Hafizlə telefonla danışanda onun Binəqədi rayonuna heyvanlara yem almağa getdiyi və 15 dəqiqəyə gələcəyi məlum olmuşdur. Bu vaxt Ağamalının darvazasının qapısını açıb çölə baxanda Miran, Nuhbala, Bəhruz və bir nəfər tanımadığı şəxsi, Miranın da əlində içərisində iki ədəd beysbol bitasının başı görünən qırmızı rəngli üzərində qız şəkili olan bir paketi görmüş, uzun müddət keçdiyi üçün tam xatırlamasa da, Miranın həmin vaxtı ağ uzunqol köynəkdə və qara şalvarda, Nuhbalanın qısaqol açıq qəhvəyi rəngli köynəkdə, üstündə qara nazik paxlava toxumlu jiletdə və qara şalvarda, Bəhruzun ağ-qırmızı şaquli zolaqlı qısaqol köynək və göy rəngli cins şalvarda, digər şəxsin isə göy rəngli cins şalvar və ağ qısaqol köynəkdə olduğunu güman etmişdir. Həmin vaxt onlar qapının ağzında dörd nəfər olmuş, Nuhbalanın maşını olan gümüşü rəngli köhnə Cklass “Mercedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişlər. Sonra qapını bağlayıb həyətə girib Ruslanın yanına getmiş, bir neçə dəqiqədən sonra möhkəm səs-küy gələndə həmin səs-küyə Ağamalı həyətdən evinin qarşısına çıxmış, o da Ruslanla işlərini qoyub Ağamalının dalınca həyətdən bayıra çıxanda Rəcəbin yerdə uzandığını, bədənindən qan axdığını, Miranın Rəcəbin altında olduğunu və Rəcəbi əlindəki bıçaqla vurduğunu görmüşdür Rəcəblə Miran yolun qırağında yerdə, onlardan təxminən 10 metr aralı darvazanın yanında isə Ağamalı Nuhbala ilə yerdə süpürləşmiş, o çıxanda Miranın yanında yerdə beysbol bitası olmuş, digər bitanı isə Nuhbala əlində tutmuş, Ağamalı da onu yerdə boğaraq vurmağa imkan verməyərək bitanı almış, Bəhruzun isə əlində açılıb qatlanan bir bıçaq olmuşdur. Bir anlıq Bəhruz Rəcəbdən ayrılaraq onun yanına gəlib sinəsinə bir dəfə təpiklə vurmuş, o da zərbənin təsirindən daldala gedib darvazaya çırpılmış, həmin zərbə nəticəsində heç bir xəsarət almasa da qorxmuş, buna görə də Bəhruzdan şikayətçi olmamış və zərər çəkmiş kimi tanınmaq istəməmişdir. Bundan sonra Bəhruz əlindəki bıçaqla Ağamalının üstünə gəlib onu bir dəfə sinəsindən, sonra bir dəfə təpiklə gözündən vurmuş, yəni həmin vaxt Ağamalı Nuhbalanın üstündə olmaqla onunla yerdə süpürləşmiş, Bəhruz da onu bir dəfə təpiklə gözündən vurmuş, sonra isə ikinci dəfə onu bıçaqla vurmaq istəyəndə qonşuluqda yaşayan X33 arxadan tutub kənara atmışdır. Lakin Bəhruz onun əlindən fırlanıb çıxıb yenidən Ağamalının üstünə getmək istəyəndə bu dəfə də Hacı Natiq ona Ağamalını təkrar bıçaqlamağa imkan verməyib bir daha onu arxadan tutub Ağamalıdan uzaqlaşdırmışdır. Həmin dava-dalaş zamanı Miranla gələn dördüncü tanımadığı gənc oğlan ortalıqda fırlanmış, əsasən də Rəcəbə yönəlmiş dava hərəkətləri etmiş, onlar hamısı ətrafda səsküyə yığılan sakinlərin və Ağamalının evindən çıxan xanımların olmasına məhəl qoymayaraq dalaşmış, möhkəm səslə söyüşlər söymüşlər. Qadınların qışqırmasından sonra dava səngimiş və Rəcəb ayağa qalxaraq həyətə gedib silah götürüb gəlib onları vuracağını demiş, bunu eşidən davaya gələn qarşı tərəf tezliklə avtomobillərə minib getmiş, onlar qaçan zaman Ağamalının qapısında özləri ilə gətirdiyi bitaları da yerə atmış, həmin beysbol bitaları qanlı olmuş, davadan sonra Hacı Natiq onları Ağamalının həyətinə gətirmiş, o da onları götürüb qaraja qoymuşdur. Dava səngiyən zaman Miran və Nuhbala gəldikləri avtomobilə əyləşmiş, Bəhruzu isə artıq Hacı Natiq itələyib onların avtomobilinə salmış və onlarla gələn dördüncü adam onların gəldiyi avtomobilinin sükanı arxasına oturub sürətlə sürüb hadisə yerindən uzaqlaşmışlar. Davadan sonra Rəcəb və Ağamalı da xəstəxanaya aparılmışdır. Hadisə zamanı Rəcəbin əlində bıçaq görmüş, çünki o da Bəhruzu vurmuş, Miranın əlində də bıçaq olmuş, o da Rəcəbi əlindəki bıçaqla vurmuş, Bəhruzun da əlində bıçaq görmüşdür. Amma dava başlamamışdan əvvəl Ağamalının qapısına çıxan zaman Miranın əlində paket və onun içində iki ədəd beysbol bitası, dava başlayanda və o səsə çıxanda Nuhbalanın Ağamalı ilə süpürləşən vaxt əlində bita taxtası görmüş, sonra Miranın yanında yerdə əlinin yanında qanlı bir bita da olmuş, onunla gələn şəxslər davanın əvvəlində Rəcəbi vurmuş, bitalar istifadə edilib yerə atılandan sonra bıçaqlar çıxarılmışdır. Hadisənin səbəblərini bilməmiş, sonradan eşitdiyinə görə Miran, Nuhbala və Bəhruz hadisədən bir neçə gün əvvəl Rəcəbin qardaşı Hafizlə avtomobilləri ilə yolda mübahisə etmiş, bir-birilərinə yol verməyib söyüşmüş, buna görə də onlar hadisə günü Rəcəbin üstünə yox, Hafizi cəzalandırmaq üçün gəlmişlər. Ona təqdim edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyinə əlavə edilmiş № № 2 və № 3 fotocədvəllərdə əks olunmuş bıçaqlardan № 1 fotocədvəlində əks edilmiş bıçağı dava zamanı Təqsirləndirilən şəxs2 əlində görmüş, onu formasından, rəngindən və dizaynından tanımış, Bəhruz bir dəfə həmin bıçaqla Rəcəbin atası Ağamalının sinəsindən vurmuş, № 2 fotocədvəlində əks edilmiş bıçaq dava zamanı Təqsirləndirilən şəxs1 əlində olan bıçaq olmuş, onu da formasından, rəngindən və dizaynından tanımış, Təqsirləndirilən şəxs1 həmin bıçaqla Rəcəbi vurmuşdur. Sonuncu № 3 fotocədvəlində əks edilmiş bıçaq dava zamanı Təqsirləndirilən şəxs3 əlində olan bıçaq olmuş, lakin həmin bıçaqla kimisə vurmasını görməmiş, çünki çıxanda artıq o, Zərərçəkmiş şəxs2lə yerdə süpürləşmiş, əlində də bir ədəd beysbol bitası olmuş, bu bıçaq isə onun yanında yerdə açıq vəziyyətdə olmuşdur. Şahid11 elan olunmuş ifadəsi ilə əlaqədar olaraq ona verilən suallara cavab olaraq göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, hazırkı məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir, hazırda dedikləri düzdür. Həmçinin onu Ağamalı öyrətmişdi ki, istintaq zamanı Bəhruzun əlində bıçaq olduğunu desin. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid10 göstərmişdir ki, 2022-ci il yay aylarında tarixini dəqiq xatırlamadığı vaxtda Rəcəbin atasının evində fəhlə işləmiş, dava olmasından xəbəri olmamış, çölə çıxanda heç kimi görməmişdir. İstintaq dövründə ifadəsi düz yazılmamış, özü də yazıb-oxumağı bacarmamışdır. Şahid10 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 hadisə baş verəndən 10-15 gün əvvəl tanımış, onunla münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamış, Zərərçəkmiş şəxs2 öz fərdi evində ailəsi və oğlu Hafizlə birlikdə yaşamış, digər oğlu Rəcəbin evi eyni həyətdə olsa da, evi ayrı olmuşdur. Hadisə baş verməmişdən 10-15 gün əvvəl Zərərçəkmiş şəxs2 evinin çöl divarlarının suvaq olunmasını istəmiş və o da onunla razılaşmış, onun barəsində Zərərçəkmiş şəxs2 həmkəndlisi Şahid11 tanışlıq verib usta kimi məsləhət görmüşdür. Razılığa gələndən sonra o, Anarla birlikdə işə başlamış, Anar həmin vaxt fəhlə kimi ona köməklik etmişdir. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Ağamalının həyətində Anarla birlikdə suvaq işləri görərkən Anar bir anlıq gəlib Rəcəbi döydüklərini demiş, həmin vaxt “kozyol” deyilən qurğunun üstündə evin yan divarının ikinci mərtəbəsinin çöldən suvağını vurmuş, durduğu yerdən həyətin giriş hissəsi görsənməmiş, dərhal kozyoldan düşüb həyətin giriş qapısı tərəfə qaçmış, həmin vaxt qapıdan çıxan zaman həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə üzləşmiş və onun qanunazidd hərəkətlərinin qarşısını almaq üçün uca səslə “qardaş, mən dalaşmağa gəlməmişəm, ayırmağa gəlmişəm” deyəndən sonra Nuhbala geri çəkilmişdir. Darvazadan təxminən 10- 15 metr aralı, yəni yola yaxın hissədə Rəcəbin qan içində altında olan bir nəfəri boğduğunu, digər bir nəfərin isə Rəcəbin üstündə yıxılmış vəziyyətdə onu əlindəki bıçaqla vurduğunu görmüş, özünü onlara tərəf atıb Rəcəbin üstündə olan və onu bıçaqla vuran bir nəfəri arxadan qucaqlayıb qırağa atmış, həmin vaxt Rəcəbin boğduğu altında olan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, üstündə olan Rəcəbi vuran şəxsin isə Miranın qohumu Təqsirləndirilən şəxs2 olduğunu görmüş, Təqsirləndirilən şəxs2 Rəcəbin üstündən kənarlaşdırmaq üçün onu qucaqlayıb kənara dartmış, həmin vaxt onun əlindən bıçaq da yerə düşmüşdür. Bu vaxt görmədiyi bir şəxs onu beysbol ağacına bənzər yumru taxta ilə başından bir dəfə və belinin ortasından kəmər hissəsindən vurmuş, lakin buna baxmayaraq Rəcəbi arxadan qucaqlayıb Mirandan uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt Rəcəbin əlində heç bir şey olmamış, onu Miranın üstündən götürən vaxt da yumruqla əlləri ilə Miranı, Miran da Rəcəbi vurmuş, lakin Miranın da əlində heç bir şey görməmişdir. Rəcəbi götürüb dartaraq evlərinin həyətinə aparmış, hətta həmin vaxt Rəcəb ona qışqıraraq “niyə dartırsan məni, niyə qoymadın onun başın əzim” demişdir. Rəcəbi həyətə salandan sonra yenidən qapının qarşısına çıxanda Anarın durub ağladığını görüb ayırması üçün onu səsləsə də, o şokda olduğu üçün yerində dayanmışdır. Darvazanın qarşısına çıxan vaxt Ağamalı Nuhbalanı altına salıb əlləri ilə yerə sıxıb boynundan boğduğunu, digər ayaq üstə olan Bəhruzun isə Ağamalının sinə tərəfinə əlini aparıb gətirdiyini görmüş, amma əlində nə olduğunu görməmişdir. Həmin vaxt kimsə Bəhruzu Ağamalıdan uzaqlaşdırmış, o da Ağamalını qucaqlayıb Nuhbaladan ayırıb həyətə salmış, sonra yenidən darvazanın qarşısına çıxanda dava edən şəxslərin artıq uzaqlaşdıqlarını görmüş, həmin vaxt hadisə yerində bir qanlı beysbol taxtasına bənzər taxta parçasını görüb onu götürüb Ağamalının həyətinə qoymuş, həmin vaxt həyətə kimsə iki ədəd digər həmin taxtadan gətirmiş, onlardan biri qanlı, bir isə təmiz olmuş, tapdığım bir ədəd beysbol taxtasını həmin iki beysbol taxtasının yanına qoymuşdur. Dava bitəndən sonra Rəcəbi və Ağamalını qohumları xəstəxanaya aparmış, hadisədən sonra paltarları qan içində olmuş, özünün də sağ qolundan yüngül qan gəlmiş, lakin aldığı xəsarətlərlə bağlı heç bir yerə müraciət etməmiş, hazırda da onlardan şikayəti yoxdur. Hadisə zamanı Nuhbalanın və Bəhruzun əlində bıçaq görmüş, Nuhbala bıçaqla onun sağ qolunu cızmış, Bəhruz da bıçağı ilə Rəcəbin üstündə arxadan olanda vurmuş, Miranın və Rəcəbin əlində heç bir əşya görə bilməmiş, dava-dalaş zamanı beysbol ağaclarından da istifadə edilsə də, konkret kiminsə əlində onları görməmiş, həmin taxtaların birini şəxsən özü hadisə yerindən götürüb Ağamalının həyətinə gətirmiş, həmin vaxt digər iki beysbol taxtası da gətirilmişdir. Bundan başqa dava zamanı orada dördüncü dalaşan oğlan da olmuş, o da kənd sakini olsa da adını bilməmiş, onu görərsə tanıya bilməsi mümkün olmuş, dava zamanı qarşı tərəfdə Miran, Nuhbala, onların qohumu Bəhruz və digər tanımadığı bir nəfər olmuşdur. Bundan başqa həmin hadisə zamanı orada müşahidə edənlərin arasında həmkəndliləri Fərzəli, Ağamalının evi ilə üzbəüz evdə yaşayan ikinci mərtəbədən baxan bir qadın, həmin evin birinci mərtəbəsində isə onların ət dükanının qarşısında həmin qadının oğlu da durub davaya baxmış, orada digər şəxslər də olmuş, lakin onları hazırda xatırlamamışdır. Hadisə zamanı Mirana, Nuhbalaya və Bəhruza kimin bıçaqla xəsarət yetirməsini dəqiq bilməmiş, çünki o çıxanda artıq davanın pik vaxtı olmuşdur. Şahid10 elan olunmuş ifadə ilə əlaqədar dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Ağamalının evində Anarla birlikdə işləmiş, Ağamalı ilə Rəcəbin evi aralarında hasar olmaqla eyni məhlədə olmuş, çöldən dava səsini eşitmiş, lakin çıxıb baxmamış, Anar isə çölə çıxmış, qayıdanda Rəcəbin vurulduğunuu demiş, bundan sonra o da çölə çıxmış, Rəcəbi ayaqüstə görmüş, onun üstü qan olmuş, ibtidai istintaq vaxtı bədənində olan çapıqlara görə 3 dəfə ekspertizadan keçmişdir. Şahid10 müdafiə tərəfinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, çölə çıxanda heç kimin əlində bıçaq görməmiş, yerdə balaca taxta olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid8 göstərmişdir ki, hadisə ilə bağlı demək olar heç nə yadında qalmamışdır. Çünki hadisə baş verən ərəfələrdə o narkotik vasitə və psixotrop maddələr qəbul etmiş, ona görə hadisənin 90 faizini xatırlamır. Nəinki hadisə, həmin dönəmdə şəxsi həyatında baş verən heç bir şeyi xatırlamır. Şahid8 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs2 10 ildən çoxdur tanımış, onunla, oğulları Hafiz, Aris və Rəcəblə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Hadisə baş verən ərəfədə narkotik istifadəçisi olmuş, 14 iyul 2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən narkotik vasitələr istifadə etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Abşeron Rayon Məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 16 iyun 2022-ci il tarixdə azadlığa buraxılmışdır. 18 iyul 2020ci il tarixdə saat 18 radələrində evindən çıxıb kəndin içi ilə M.Hüseynzadə küçəsi ilə əsas Novxanı yolu istiqamətində orada olan tikinti materialları mağazasına getmiş, olduğu yerdən 300 metr aralı irəlidə həmkəndlisi Zərərçəkmiş şəxs2 evinin qarşısında çoxlu sayda təxminən 5-6 nəfərin yığışdığını görmüş, hadisədən uzun müddət keçdiyindən və həmin gün narkotik vasitə təsiri altında olduğundan detalları dəqiqliklə xatırlamasa da, yadında qaldığına görə Ağamalının evinə çatanda onun evin qapısında möhkəm səslə qışqıra-qışqıra deyindiyini görmüş, amma nə dediyini xatırlamamış, onun evinin qarşısında qan izləri görüb orada olan şəxslərdən nə baş verdiyini soruşanda ona Miranın, onun qardaşı Nuhbalanın və qohumları Bəhruzun Ağamalı və onun oğlu Rəcəblə dava etdiklərini, dava zamanı tərəflərin xəsarətlər aldığını demiş, orada olan şəxslərdən kəndin mollası Hacı Natiqi xatırlamış, həmin vaxt artıq Rəcəbi kimsə xəstəxanaya aparmış, yəni o həmin yerə çatanda artıq dava bitmiş, davanın sonunda gəldiyi üçün kiminsə əlində bıçaq, beysbol taxtası və ya sair əşya görməmişdir. Hadisədən sonra kənddə gedən sözsöhbətlərdən bilmişdir ki, hadisənin baş verməsinə səbəb Miran və onun yanında olan şəxslərin Ağamalının digər oğlu Hafizlə hadisədən əvvəl mübahisə etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, hadisənin şahidi olmamış, hadisə barədə sadəcə dostundan eşitmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, kənd balaca olduğundan hadisə barədə məlumat tez yayılır. Bəhruz onunla əlaqə saxlayaraq xəstəxanada olduğunu, yanına gəlməyini söyləmiş, bundan başqa Bəhruz ona heç nə deməmişdir. Prokurorluq orqanlarında ifadə verməyinin səbəbi Ağamalının onun da adını çəkərək guya hadisə yerində olmasını deməsi olmuşdur. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2005-ci ildən tanımış, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, Zərərçəkmiş şəxs2lə hətta qohum da olmuş, belə ki, bacısı X1 Ağamalıyevin oğlu Şahid1 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 öz fərdi evində ailəsi ilə birlikdə yaşamış, onun ümumi Hafiz, Aris və Rəcəb adlı oğlanları olmuş, həmin ünvanda onunla birlikdə Rəcəb yaşamış, lakin onun eyni həyətdə olsa da, evi ayrı olmuş, Hafiz isə ailəsi və atası ilə birlikdə yaşamışdır. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində X3 və dostu X18 ilə Elxanın Asifə satdığı heyvanın pulunu istəmək üçün Novxanı kəndi, M.Hüseyn küçəsində yerləşən Zərərçəkmiş şəxs2 evi ilə üzbəüz yaşayan və ət satışı ilə məşğul olan Asifgilə gəlmiş, həmin vaxt o özünə məxsus qırmızı rəngli “VAZ 2108” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, Asif olmadığı üçün onlar küçədə dayanıb onu gözləmişlər. X3 təxminən 4-5 ay əvvəl xərçəng xəstəliyindən vəfat etmiş, X18 ilə sinif yoldaşı olmuşdur. Küçədə avtomobilin yanında dayanan zaman həmkəndliləri Təqsirləndirilən şəxs1, onun qardaşı Təqsirləndirilən şəxs3 və bibisi oğlu Təqsirləndirilən şəxs2 gümüşü rəngli “Mercedes-Benz” markalı C-klass modelli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə əsas yoldan kəndin içinə dönüb onun avtomobilinin qabağında saxlamış, həmin vaxt avtomobili Nuhbala idarə etmiş, Miran onun yanında qabaq sağ sərnişin oturacağında oturmuşdur. Onlar avtomobillərini saxladıqdan sonra arxa sağ qapı açılmış və oradan başın çıxaran sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 yerə düşmədən onunla salamlaşıb yeznəsi Şahid1 soruşmuş, ona Hafizin harada olmasını bilmədiyini deyəndən sonra o, Hafizi evdən çağırmasını xahiş etdiyi üçün o, yolu keçib Ağamalının həyətinə daxil olmuşdur. Ağamalının həyətinə daxil olanda orada ustalar işləmiş, Anar adlı fəhlə və Ruslan adlı usta evin divarına suvaq vurmaqla məşğul olmuşlar. Həmin vaxt bacısını görüb Hafizin evdə olub-olmamasını soruşmuş və evdə olmadığını öyrənib telefonla Hafizə zəng etmiş və onun heyvana yem almağa getdiyini, təxminən 15 dəqiqəyə gələcəyini bilib ona Miran, Nuhbala və Bəhruzun gəlib onu görmək istədiklərini demiş, Hafiz də 15 dəqiqəyə gələcəyini demişdir. Ağamalının həyətinə daxil olanda onu görməmiş, çünki o saxladığı keçiləri ilə məşğul olmuş, bundan sonra bacısı uşaqları ilə danışan vaxt birdən küçədə səs-küy eşitmiş, həmin vaxt Ağamalının arvadı Ofeliya, daha sonra o özü qapıya tərəf qaçmış və darvazadan çölə çıxanda küçəyə yaxın bir yerdə Bəhruz və X4 ayaq üstə dalaşdıqlarını, onların üçünün də qan içində olduqlarını, ən çox Rəcəbin qan içində olduğunu, həmin vaxt darvazanın yanında Ağamalının Nuhbalanı altına salıb yerə sıxdığını və onların dalaşdıqlarını görmüşdür. Həmin vaxt Bəhruz və Miran Rəcəblə bir-birlərinə hər birinin əlində olan bıçaqla xəsarətlər yetirmiş, Ağamalı ilə Nuhbala isə yerdə əlbəyaxa olmuşdur. Qabağında qışqıran Ofeliya xanımı dava zamanı ona heç nə olmaması üçün içəri salıb yenidən qayıtmış, ətrafda səs-küyə yığışmış adamlara qışqıraraq “kömək edin, öldürürlər” desə də, heç kim reaksiya verməmişdir. Həmin vaxt Bəhruz əlindəki bıçaqla Ağamalının üstünə gedərək sinəsinə zərbə vurmuş, yenə də onun üstünə gedəndə kəndin mollası Hacı Natiq gəlib Ağamalı ilə Nuhbala tərəfdə olan Bəhruzu arxadan qucaqlayıb onlardan uzaqlaşdırmış, Bəhruz Natiqin əlindən burulub çıxıb Ağamalının üstünə hücum etmək istəsə də, Natiq onu ikinci dəfə arxadan tutub uzaqlaşdırmış, bu vaxt Miranın Rəcəbin altında olduğunu görmüşdür. Onlar davanı bitirmiş, ara sakitləşməyə başlayandan sonra Miran və Nuhbala gəldikləri avtomobilə oturmuş, Bəhruzu isə Natiq itələyib həmin avtomobilə salmış və onlar getmişlər. Bundan sonra Rəcəbi və onun atası Ağamalını evinin həyətinə gətirəndən sonra bacısının gətirdiyi ağ mələfə ilə qanaxmanı dayandırmaq üçün Rəcəbin bədəninin qarın nahiyəsini bağlayıb sıxmış, onun əynində olan köynək cırılmış və deşilmiş vəziyyətdə olmuş, bədənində görsənən bıçaq yaralarından isə qan axmışdır. Bundan sonra Ağamalının da sinəsindən qan axdığını görmüş, onunla qadınlar məşğul olmuş, o, isə Rəcəbi öz avtomobilinə əyləşdirib təcili xəstəxanaya aparmışdır. Rəcəb əməliyyatdan sonra dörd gün koma vəziyyətində olmuş, həmin gün axşam saatlarında Ağamalı da əməliyyat olunmuş, axşam Ağamalının evinə bacısının yanına qayıdanda orada həyətdə qanlı vəziyyətdə iki ədəd beysbol ağacı görmüş, birinin üzərində çat da olmuş, həmin ağaclar hadisədən sonra hadisə baş verən yerdən götürülərək həyətə qoyulmuşdur. Hadisə zamanı Rəcəbin, Miranın və Bəhruzun əlində bıçaqlar görmüş, lakin onların əlamətləri yadında qalmamış, onlar həmin bıçaqlarla bir-birlərinə vurmuş, Nuhbalanın əlində heç nə görməmiş, çünki o Ağamalının altında olmuş və aşağıdan-yuxarıya onu əlləri ilə vurmuşdur. O, həyətə çıxanda davanın qızğın vaxtı olduğu üçün kiminsə əlində beysbol ağacı, yəni bita görməmiş, ola bilsin ki, davanın əvvəlində beysbol ağacları istifadə olunmuş, çünki davadan sonra həmin ağacları Ağamalının həyətində görmüş və danışıqlardan bilmişdir ki, davadan sonra onları hadisə yerindən götürüb həyətə gətirmişlər. Bildiyinə görə həmin hadisənin səbəbi Mirangilin hadisədən bir neçə gün əvvəl Hafizlə kəndin içində baş vermiş mübahisələri olmuş, onlar bir-birlərinə yol vermədiyi üçün mübahisə etmiş, yəni Miran, Nuhbala və Bəhruz həmin məsələni aydınlaşdırmaq üçün Hafizin üstünə gəlmiş, təsadüfən də Hafizi evində tapmayıb Rəcəblə mübahisə etmişlər. Dava edən şəxslərin içində Miran, Nuhbala və Bəhruz, qarşı tərəfdən isə Ağamalı və Rəcəb, ayıranların içində kəndin mollası Hacı Natiq olmuş, onunla gələn mərhum Elxan və Vasif Əliyev hadisənin şahidləri olmuş, digər şəxslər yadında qalmamış, çünki həmin vaxt şokda olmuş və davaya müdaxilə edə bilməmiş, lakin dava bitəndən sonra Rəcəbə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2lə hadisədən əvvəl münasibətləri yaxşı olmuş, hazırda heç bir münasibəti olmamış, Miran və Nuhbala ilə münasibətləri həmkəndli kimi olmuş, onların heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Şahid13 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs2 təxminən 15 ildir ki tanımış, aralarında düşmənçilik və ya ədavət olmamış, Ağamalı öz fərdi evində ailəsi və Hafizlə birlikdə yaşamış, kiçik oğlu Rəcəb onunla eyni həyətdə olsa da, evi ayrı olmuşdur. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində evinin birinci mərtəbəsində olarkən küçədə qışqırıq səsləri gəldiyini eşitmiş, evinin ikinci mərtəbəsinə aparan pilləkənə qalxıb nə baş verdiyini görmək istəsə də, görə bilməmiş, həmin vaxt qonşusu Hacı Natiqdən nə baş verdiyini soruşduqda o da dava olduğunu deyib həmin yerə getmişdir. İkinci mərtəbəyə qalxıb eyvandan küçəyə baxanda onunla üzbəüz yaşayan Ağamalının qapısında çoxlu sayda gənc oğlanların süpürləşib vuruşduqlarını, bəzilərinin isə dalaşanları ayırdığını görmüş, o özü Ağamalının arvadı Ofeliyanın qışqırığına çıxmış və Ağamalının qapısının yanında durub ondan bir az aralı dayanan Miranın mübahisəni davam etdirməyə cəhd etdiklərini, lakin kəndin mollası X25 itələyib evinin darvazasından həyətə saldığını, dalınca isə kimlərinsə köməkləşib Rəcəbi də həyətə saldıqlarını görmüşdür. Hətta X25 həyətinə salanda Mirangil onun üstünə getmiş, lakin Hacı onlara “çıxın gedin” deyərək qovmuş, həmin vaxt Ağamalının köynəksiz olduğunu görmüş, Miranın köynəyinin ancaq sağ qol hissəsinin çiyindən aşağı tayının qaldığını, başından da qan axdığını, Miranın köynəyinin hissələrinin yerdə olduğunu görmüş, Miran qolunda qalmış hissəni qolundan çıxarıb yerə atmış və yanında olan xatırlamadığı avtomobilə əyləşmiş, həmin vaxt həmkəndlisi Miranın qohumu Təqsirləndirilən şəxs2 də dava edənlərin içindən çıxıb maşına oturduğunu görmüş, lakin avtomobili kimin idarə etdiyini görə bilməmiş, bundan sonra Mirangil həmin avtomobillə uzaqlaşıb getmişlər. Eyvana çıxan zaman artıq davanın sonu olmuş, kimin kimi vurduğunu görməmiş, sonradan kimlərinsə Rəcəbin qolundan tutub köməkləşib avtomobilə əyləşdirdiklərni, qarın hissəsini mələfə ilə bağlayıb xəstəxanaya apardıqlarını görmüş, səslənib nə olduğunu soruşanda Ofeliyanın ona Rəcəbin qarnına bıçaq dəydiyini demiş, sonradan həmin dava vaxtı Ağamalıya da bıçaq xəsarəti yetirildiyini bilmişdir. Davanın sonunda pəncərəyə çıxıb baxdığı üçün kiminsə əlində bıçaq, beysbol taxtası və ya sair əşya görməmiş, hadisənin səbəblərini bilməmiş, sonradan danışıqlardan bilmişdir ki, mübahisə Ağamalının oğlu Hafizin yolda Mirangil ilə hadisədən bir neçə gün əvvəl mübahisə etməsi səbəbindən baş vermişdir. Hadisə baş verən gün iştirakçılardan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Ağamalını və onun oğlu Rəcəbi dəqiqliklə xatırlamış, ayıranların içində qonşusu Hacı Natiq və onun oğlu Rza olmuş, lakin dayanıb hadisəyə tamaşa edən şəxslərin başının təpə hissəsini görmüşdür. Ağamalının onun evinin ikinci mərtəbəsindən “Ölmüşsən, gəlin çıxın bayıra, Rəcəbi vurdular, tez gəlin” deyə səslənməsi barədə dedikləri düzgün olmamış, Ağamalını o səsləməmiş, həmin vaxt dava səngiyən zaman çıxmış, həmin vaxt pəncərədən qışqıraraq Hacı Natiqə möhkəm səslənmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi və üzbəüz qonşusu Zərərçəkmiş şəxs2 15 ildən çoxdur tanımış, onunla, habelə Təqsirləndirilən şəxs1la, onun qardaşı Nuhbala və Təqsirləndirilən şəxs2lə münasibətləri həmkəndli kimi yaxşı olmuş, onların heç biri ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Ağamalının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Hüseynzadə küçəsi 3 saylı evinin qarşısında küçədə baş vermiş hadisənin şahidi olmamış, həmin hadisədə iştirak etməmiş, belə ki, evinin birinci mərtəbəsində ət dükanı olmuş, işi ilə bağlı mal-heyvan almaq üçün daim rayonlarda olmuşdur. Hadisədən bir gün öncə işi ilə bağlı Bərdə rayonuna getmiş və hadisədən bir gün sonra evə qayıtmış, evə qayıdandan sonra bilmişdir ki, hadisə günü Miran, Nuhbala, Bəhruz Ağamalı və onun oğlu Rəcəblə dava etmiş, həmin dava zamanı tərəflər müxtəlif xəsarətlər almışdır. Dükanının yanında olan video-müşahidə kamerası çoxdan işlək vəziyyətdə olmadığı üçün heç bir görüntü qeyd etməmişdir. Hadisə vaxtı ət dükanında 13 yaşlı qızı Şahid13 olmuş və sifariş olunan hazır ətləri sifarişçilərə verməsini tapşırmış, hadisə zamanı da o qorxduğundan evə qaçmış, həmin vaxt dükana kənd sakinləri Kəmalə və əri Elşad da gəlmiş, hadisə başlayanda qorxudan onlar da oradan getmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2020-ci il tarixli raportdan görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən çox saylı bıçaq xəsarəti alması barədə Respublika Klinik xəstəxanasından Abşeron RPİ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2020-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2020-ci il tarixli raportdan görünür ki, X10 döş qəfəsinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 döş qəfəsinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 Səxavət oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Abşeron RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 18 iyul 2020-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı Abşeron rayonu Novxanı kəndində həmkəndlisi Təqsirləndirilən şəxs1 bıçaqla ona qəsdən bir neçə dəfə xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış və götürmə aparılması haqqında 18 iyul 2020-ci il tarixli protokoldan görünür ki, “Mercedes benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Təqsirləndirilən şəxs1 əlaltı deyilən yerdən 3 ədəd bıçaq təqdim etmiş və həmin bıçaqlardan üzərində qan ləkələri olan 2 ədəd bıçaqla 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Novxanı kəndi Yeni məhəllədə yerləşən “AS” adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirdiyini, digər bıçaqdan isə heç bir yerdə istifadə etmədiyini və avtomobildə saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyul 2020-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanında yolun sol hissəsində yerləşən fərdi yaşayış evinin qarşısıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2020-ci il tarixli təqdim edilmiş “paltarları götürmə və baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından 18 iyul 2020-ci il tarixdə xəstəxanaya daxil olan zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun və Zərərçəkmiş şəxs2 əynində olmuş geyim əşyaları götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd qara rəngli idman şalvarı qarışıq materialdandır, nəm vəziyyətdədir, üzərində ön sol və sağ tərəfdə qana bənzər ləkə vardır. Təqsirləndirilən şəxs3 əynində olmuş bir ədəd qara-qırmızı-boz rəngli idman şalvarı qarışıq materialdandır, şalvarın ön və arxa hissəsində qanabənzər ləkə vardır. Bir ədəd qara rəngli köynəyin ön, arxa və hər iki qolları olan hissəsində qanabənzər ləkə vardır. Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd qara rəngli idman köynəyin və bir ədəd ağ rəngli idman şalvarı qarışıq materialdandır, nəm vəziyyətdədir, köynəyin arxa sol hissəsində bir ədəd deşik və üzərində, həmçinin ağ rəngli idman şalvarının ön və arxa hissəsində qanabənzər ləkələr vardır. Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd qara rəngli köynək qarışıq materialdandır, quru vəziyyətdədir, köynəyin üzərində ağ rəngli naxışları var, qısaqoldur, yaxalıqlıdır, köynəyin boyun nahiyəsinə daxildən üzərində “dolphin” və digər yazılar olan etiket tikilmişdir. Köynəyin düymə ilə bağlanan iki dədə sol döş cibi vardır. Köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, o,18 iyul 2020-ci il tarixdə saat 18 radələrində qardaşı Nuhbalanın idarə etdiyi avtomobillə onunla və bibisi oğlu Bəhruzla birlikdə Rəcəbgilin yaşadığı evin qarşısına gəlib çağıranda Rəcəb küçəyə açılan digər qapıdan çıxaraq onların orada olduğunu görüb özünə məxsus avtomobildən nəsə götürərək onlara doğru qaça-qaça gəlib onunla mübahisə etməyə başlamış, Rəcəb onun sifətinə yumruqla vurub onu yerə yıxmış, özü də onun üstünə yıxılmışdır. Rəcəb bədəncə cüssəli olduğundan onu özündən kənara ata bilməmiş, ona görə də cibində olan iki bıçaqdan birini çıxarıb özünü müdafiə etmək və ondan aralaşmaq üçün dəqiq sayını xatırlamadığı bıçaq zərbələri ilə Rəcəbin qarın boşluğuna vurmuş, onu üstündən kənarlaşdıran zaman Rəcəbin atası Ağamalı həyətlərindən çıxıb əlində olan taxta parçası ilə qışqıra-qışqıra onun üstünə gələn zaman o özünü qorumaq üçün cibində olan ikinci bıçağı çıxarıb Ağamalının sağ hissəsinə vurmuş, daha sonra qardaşı Nuhbalanın və bibisi oğlu Bəhruzun vəziyyətləri ağır olduğundan onlar güc bəla ilə avtomobilə əyləşib Sumqayıt şəhər xəstəxanasına tərəf yollanmış, avtomobildə üst-başının qan içində olduğunu və bıçaq xəsarəti aldığını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11 avqust 2020-ci il tarixli 1573 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş “döş qəfəsinin sağ yarısının körpücük ortası xətt üzrə İV qabırğaarası sahədə yerləşən döş boşluğuna nüfuz edən, sağ tərəfli pnevmohemotoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, 18 iyul 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 avqust 2020-ci il tarixli 1643 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş “başın təpə nahiyəsinin sol yarısının 2 (iki) ədəd, döş qəfəsinin sol yan səthində orta qoltuq xətti üzrə döş boşluğuna nüfuz edərək pnevmatoraks (döş boşluğuna havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd, sağ qabırğaaltı nahiyənin və qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağı kəsən 2 (iki) ədəd, sol said nahiyəsinin orta 1/3-nin 1 (bir) ədəd, sol said nahiyəsinin aşağı 1/3-nin 1 (bir) ədəd, sol sağrı nahiyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları” xəsarətləri iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, 18 iyul 2020-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə: - döş qəfəsinin sol yan səthində orta qoltuq xətti üzrə döş boşluğuna nüfuz edərək pnevmatoraks (döş boşluğuna havanın toplanması) ilə nəticələnən 1(bir) ədəd, sağ qabırğaaltı nahiyənin və qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağı kəsən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - başın təpə nahiyəsinin sol yarısının 2 (iki) ədəd, sol said nahiyəsinin orta 1/3-nin 1(bir) ədəd, sol said nahiyəsinin aşağı 1/3-nin 1 (bir) ədəd, sol sağrı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə kriminalistik-kriminalistik, məhkəmə-bioloji və məhkəmə trassoloji ekspertizasının 04 sentyabr 2020-ci il tarixli 372, 373, 374 və 375MTKŞ/2020 nömrəli rəylərindən görünür ki; - ekspertizaya təqdim olunmuş 1 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. ekspertizaya təqdim olunmuş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. - ekspertizaya təqdim olunmuş 3 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur.- ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus köynəyin arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Təqsirləndirilən şəxs2 məxsus paltar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş 1 və 2 №-li kimi işarələnmiş bıçaqların tiyələri ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus köynəyin ön hissəsinin ortayuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. - Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. - ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd və şalvarın sağ ayağının arxa-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Təqsirləndirilən şəxs3 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni alətin və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərin təsirindən yaranması istisna olunmur. Təqsirləndirilən şəxs3 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 1 və 2 №-li kimi işarələnmiş bıçaqların tiyələri ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus şalvarın sağ diz nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs3 məxsus köynəyin sağ-yan tikişi və sağ qolunun üzərində bir ədəd məhdud cırılma aşkar olundu. Bu küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilibdartılması nəticəsində yaranmışdır. - ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 məxsus paltar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş tərəfimizdən 1 №-li və 2 №-li kimi işarələnmiş bıçaqların tiyələri ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədə əvvəlcə hər hansı bir iti ucu, iti ülgücü olan deşici-kəsici alətin təsirindən deşilib-kəsilmiş, sonra isə gərilib-dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin sağ yan nahiyəsində və arxa hissəsinin orta nahiyəsində məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 576, 577, 578/MTBŞ-2020 nömrəli rəyləri və 07 sentyabr 2020-ci il tarixli 575/2020 MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu: AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə AB(İV) qruplu bir şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş üzərində «1» və «2» əl yazıları olan bağlamalarda yerləşən qatlanan bıçaqların üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda «A» antigeni alındı, aqqlyutininlər alınmadı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə (Aİİ) qruplu şəxsə məxsusdur (575/2020 saylı ekspert rəyinə bax) və həmin qan ləkələrinin ABO sistemi üzrə zərərçəkmiş Təqsirləndirilən şəxs1 məxsus olması inkar olunur. Ekspertizaya təqdim edilmiş üzərində «3» rəqəmi əl yazısı olan bağlamada yerləşən qatlanan bıçağın tiyəsi, dəstəyi və tiyəsinin divarlarında qan aşkar olunmadı. - Təqsirləndirilən şəxs3 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu: B(İİİ). Ekspertizaya təqdim edilmiş üzərində «1» və «2» rəqəmləri əl yazıları olan bağlamalarda yerləşən qatlanan bıçaqların üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda «A» antigeni alındı, aqqlyutininlər alınmadı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə (Aİİ) qruplu şəxsə məxsusdur və ABO sistemi üzrə Təqsirləndirilən şəxs3 məxsus ola bilməz. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus idman şalvarı və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə AB0 sistemi üzrə qanın qrupu təyin olunduqda onların yerləşdiyi nəzarət-daşıyıcı sahələrin təsirini aradan götürmək mümkün olmadığından, qeyri-spesifik nəticə alındığı üçün qrup antigenləri və qanın qrupu barəsində fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş üzərində «3» rəqəmi əl yazısı olan bağlamada yerləşən qatlanan bıçağın tiyəsi, dəstəyi və tiyəsinin divarlarında qan aşkar olunmadı. - Zərərçəkmiş şəxs2 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu: A(İİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş üzərində «1» və «2» rəqəmləri əl yazıları olan bağlamalarda yerləşən qatlanan bıçaqların üzərində olan ləkələrdə insan qanı şkar olundu. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda «A» antigeni alındı, aqqlyutininlər alınmadı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə (Aİİ) qruplu şəxsə məxsusdur (575/2020 saylı ekspert rəyinə bax) və həmin qan ləkələrinin ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş üzərində «3» rəqəmi əl yazısı olan bağlamada yerləşən qatlanan bıçağın tiyəsi, dəstəyi və tiyəsinin divarlarında qan aşkar olunmadı.- Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A(İİ)-dir. - ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs2 məxsus ola bilər. Təqdim edilmiş üzərində 1 və 2 rəqəmləri əl yazıları olan bağlamalarda yerləşən qatlanan bıçaqların üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin olunduqda “A” antigeni alındı, aqqlyutininlər alınmadı. Beləliklə bu an ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə məxsusdur və həmin qan ləkələri ABO sistemi üzrə zərərçəkmiş Təqsirləndirilən şəxs2 məxsus ola bilər. təqdim olunmuş üzərində 3 rəqəmi əl yazısı olan bağlamada yerləşən qatlanan bıçağın tiyəsi, dəstəyi və tiyəsinin divarlarında qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 1939 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən «Üzvi mənşəli şəxsiyyət pozuntusu» ona ittiham olunan əməl dövründə kompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2022-ci il tarixli T09/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 “başın təpə nahiyəsinin sol yarısının iki ədəd, döş qəfəsinin sol yan səthində orta qoltuq xətti üzrə döş boşluğuna nüfuz edərək pnevmatoraks (döş boşluğuna havanın toplanması) ilə nəticələnən bir ədəd, sağ qabırğaaltı nahiyənin və qarnın sol yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən iki ədəd, sol said nahiyəsinin orta 1/3-nin bir ədəd, sol said nahiyəsinin aşağı 1/3-nin bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları” olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişdir, 18 iyul 2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə döş qəfəsinə və qarın boşluğuna nüfuz edən üç ədəd yara ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər yaralar isə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin xarakteri onların yumruq zərbəsi nəticəsində yarana bilməsini inkar edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 14 yanvar 2022-ci il tarixli T10/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilən “döş qəfəsinin sol yarısının orta körpücük xətti üzrə İV qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ tərəfli pnevmohemotoraks ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri deşicikəsici alətin təsirindən törənmiş, 18 iyul 2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbə nəticəsində yapana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətin xarakteri onun yumruq zərbəsi nəticəsində yarana bilməsini inkar edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək və 1 ədəd şalvar, 3 ədəd bıçaq, təhlükəsiz Şəhər xidmətinin 026 nömrəli kameralarından görüntülər olan 2 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan 13 iyun 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Azərbaycan Respublikası DİN-nin X7 Xidməti tərəfindən Təhlükəsiz Şəhər xidmətinin ATŞ-026 nömrəli kamerasının 18 iyul 2020-ci il tarixə saat 18:15-dən 19:15-dək müddətə videogörüntülərinə baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq sağ oturacaqda əyləşmiş qardaşı Təqsirləndirilən şəxs1, arxa sağ oturacaqda əyləşmiş bibisi oğlu Təqsirləndirilən şəxs2 və arxa sol oturacaqda əyləşmiş istintaqla şəxsiyyəti müəyyən edilməsi mümkün olmayan şəxslə birlikdə 18 iyul 2020-ci il tarixdə saat 18:30 radələrindən sonra Abşeron rayonu Novxanı kəndinə M.Hüseynzadə küçəsinə gedən döngənin yanına gəlmiş, Təqsirləndirilən şəxs2 avtomobildən düşüb əvvəlcə Şahid1 yaşadığı ev istiqamətini bir qədər müşahidə etmiş, daha sonra ona yaxınlaşan həmin avtomobilə əyləşib sonuncunun yaşadığı evin döngəsinin yanında hər dördü avtomobildən düşərək ev istiqamətinə getmiş, bunu görən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşandan sonra mübahisə başlamış, mübahisə vaxtı avtomobillə gələnlərdən biri (sürücü olduğu üçün Təqsirləndirilən şəxs3 olduğu ehtimal edilir) qaçaraq gəlib avtomobilin sürücü tərəfindən nəsə götürüb yenidən mübahisə yerinə qayıtmış, az sonra gələnlərin hamısı, yəni dördü də avtomobilə minərək hadisə yerindən uzaqlaşmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 30 iyun 2022-ci il tarixli 5872 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu və Təqsirləndirilən şəxs3 xəstəxanada müalicə almamış, Təqsirləndirilən şəxs1 03 dekabr 2010-cu il tarixdən 23 aprel 2012-ci il tarixədək xəstəxanada müalicə almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi PHŞ-nin 20 iyul 2022-ci il tarixli xx/xx-9825 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu, Təqsirləndirilən şəxs3 mərkəzdə müalicədə və qeydiyyatda olmamış, Təqsirləndirilən şəxs1 mərkəzdə müalicədə olmasa da, 27 fevral 2019-cu il tarixdən profilaktik qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 2018 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Qıcığa qarşı həssaslıq, ünsiyyətçilik, özünəməxsus mövqe və prinsipə malik olmaq, özünə hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 hadisəni emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, onun haqqında ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmuş, Sumqayıt şəhər məhkəməsinin 13 fevral 2013-cü il tarixli qərarı ilə tibbi xarakterli məcburi tədbirlər ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RİHB-nın Novxanı kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu və Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. “Elektron məhkəmə sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun uşaqları X13 xx.xx.2012-ci təvəllüdlü və X19 xx.xx.2019-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 uşaqları X8 15 mart 2018-ci il təvəllüdlü və X11 xx.xx.2022-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə münasibətdə özlərini təqsirli bilməyərək məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa Zərərçəkmiş şəxs2 həm məhkəm istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi və 12 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən sübutların siyahısından çıxarılmamış dindirmə protokollarında əks olunmuş ifadələrində onun sinə nahiyəsinə xəsarət yetirən şəxsin məhz Təqsirləndirilən şəxs2 olduğunu göstərmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Səxavət oğlunun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsindən iki il keçdikdə həmin cinayətin törədilməsinə görə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət olmaqla 18 iyul 2020-ci il tarixdə törədilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, lakin həmin cinayətin törədilməsinə görə cəza təyin edilməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Səxavət oğlu Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Səxavət oğlu və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Səxavət oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu 18 iyun 2022ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron rayon məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 19 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 20 aqvust 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanmışdır. Abşeron rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 19 fevral 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və 10 may 2021-ci il tarixdə tutulmuşdur. 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 18 iyun 2022-ci il tarixdə onun barəsində həbs qətimlan tədbiri seçilmiş və məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 tutulduğu və ev dustaqlığında olduğu 19 avqust 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət və saxlanıldığı 10 may 2021-ci il tarix ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəza çəkilməsinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 18 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək və 1 ədəd şalvar sahiblərinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, 3 ədəd bıçaq məhv edilməli, “Təhlükəsiz Şəhər” xidmətinin 026 nömrəli kameralarından görüntülər olan 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə 14 il 6 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 16 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında və 10 may 2021-ci il tarixdə həbsdə saxlandığı 6 ay 1 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 15 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 8 il müddətinə, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Səxavətdin oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarı, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna məxsus 1 ədəd köynək və 1 ədəd şalvar sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 3 ədəd bıçaq məhv edilsin, təhlükəsiz Şəhər xidmətinin 026 nömrəli kameralarından görüntülər olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Səxavətdin oğluna, Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-204/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-204/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver