Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-205/2025 02.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Xızı rayonu Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Xızı rayonu Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə bağlı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikasının vətəndaşı kimi tanıdığı “Əmir” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində “Əmir” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirmək barədə razılığa gəlib, 05 sentyabr 2024-cü il tarixdə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində Giləzi- Xızı yolunu əhatə edən mişar daşlarından hörülmüş hasarın arxa hissəsinə yerə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda - 3,862 qram narkotik vasitə - heroin və külli miqdarda - 4,849 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 05 sentyabr 2024-cü il tarixdə, saat 18:05 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsi ərazisində Giləzi-Xızı yolunun yaxınlığında saxlanılaraq, orada həmin tarixdə saat 18:10 dəqiqədən 18:20 dəqiqəyədək olan müddət ərzində videoçəkilişlə üzərində aparılmış yoxlama zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümün içərisində kustar üsulla hazırlanmış külli miqdarda 3,862 qram narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofan bükümün içərisində külli miqdarda kustar üsulla hazırlanmış 4,849 qram miqdarında psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, çəkiliş zamanı da hər şeyi olduğu kimi qəbul etmişdir. Etiraz etdiyi heç bir hal yoxdur. O, külli miqdarda narkotikdən istifadə etməkdə özünü təqsirli bilmişdir. Həmin narkotik vasitə onda olmuşdur, amma o, narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Heç bir halda satış niyyəti olmamışdır. İttihamda göstərilən miqdarda narkotik onda olmuşdur. 05 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində, o, Xızı rayonu Şorabad qəsəbəsində çıxıb yol maşınları ilə Xızı rayonu Giləzi qəsəbəsinə gəlmişdir. Həmin şəxsin ona göndərdiyi yerə gedib iki ədəd qara rəngli bükümü götürmüşdür. Bükümlərin içərinə baxmış, heroin və metamfetamin olmasını müəyyən etmişdir. Bükümləri cibinə qoyub evə getməyə qərar vermiş, Xızı rayonu Giləzi qəsəbəsində piyada hərəkətdə olarkən üç nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, üzərində yoxlama aparılmalı olduğunu, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququmun olduğunu demişlər İttiham aktında göstərilən hüquqi proseslər olduğu kimidir. Onun heç bir satışı olmamışdır. O, kəndində və rayonunda da heç kimə narkotik satmamışdır. O, iranlı ilə telefonla danışmışdır. Onun istifadəsində Rusiya Federasiyasına məxsus olan nömrə olmuşdur. İttihamda göstərilən nömrə düzgün göstərilmişdir. O, cinayət işinin materialları ilə tanış olmuşdur. Onun iranlı ilə yazışmaları olmuşdur. Bəzi mesajlar olmuşdur ki, həmin mesajlar ona gəlməsinə baxmayaraq heç o mesajları açıb oxumamışdır. Telefonunda aşkar olunan “apar bu narkotiki filankəsə ver” tipli mesajları heç açıb oxumamışdır. Həmin insanı heç tanımamışdır. Tutulduğu ana qədər birinci dəfə idi ki, həmin şəxsdən narkotik almış və tutulmuşdur. O, Moskva şəhərində yaşamışdır. Təxminən 5-6 ay olar ki, ölkəyə gəlmişdir. O, iranlı ilə dəfələrlə yazışmışdır. Onun pulu olmadığına görə İranlı narkotik göndərməmişdir. İranlı ilə onun göndərəcəyi narkotiki yerbəyer etməklə bağlı söhbətləri olmuşdur. Həmin vaxtı onun niyyəti ayrı olmuşdur. O götürdüyü narkotik vasitəni bir müddət istifadə etmək istəmişdir. O, həm Moskova şəhərində, həm də Azərbaycanda heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O heç bir dərman istifadə etmədən il yarıma qədər bir dəfə, iki ilə qədər də bir dəfə narkotik vasitələrindən istifadə etmədən yaşamışdır. Moskva şəhərinə getməkdə əsas məqsədi narkotik vasitərdən uzaqlaşmaq olmuşdur. O, narkotikdən az-az istifadə etmişdir. Bəzən hər gün istifadə etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Xızı rayonu Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 05 sentyabr 2024-cü il tarixdə cinayət axtarış bölməsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Xızı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, sonuncunun üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Xızı rayon polis şöbəsinin 05 sentyabr 2024-cü il tarixli 3-13- 80/Ə205/24 saylı əmri ilə Xızı rayon polis şöbəsinin kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət Xızı rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Məhəmməd Qarayevə həvalə edilmişdir. Həmin gün, o, əməliyyat müvvəkkili Şahid3 və baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə polis şöbəsindən çıxıb Xızı rayonu Giləzi qəsəbəsinə getmişlər. Saat 18 radələrində, o, Təqsirləndirilən şəxs Giləzi qəsəbəsində piyada hərəkətdə olduğunu görmüş və onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılıb üzərində yoxlama aparılması üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş, üzərində yoxlama aparılacağını izah etmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına etiraz etməmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Şahid3 isə yoxlamanı kamera cihazı vasitəsilə qeydə almışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd telefon, sol yan cibindən 2 ədəd qara rəngli büküm aşkar edilmişdir. Həmin bükümlər açılmış, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər və ağ rəngli kristallik formalı psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin kütlələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - heroinə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 5,74 qram olması, metamfetaminə bənzər kütlənin çəkisin 5,49 qram olması müəyyən edilmişdir. Tərəfindən zərflə təqdim olunaraq götürülmüş predmetlərin qablaşdırılmasına başlanıldı. Zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs məxsus olan “Realme” markalı telefon ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmetlərə baxış aparılması üçün məqsədi ilə o, Oqtay və Elməddinlə birlikdə Təqsirləndirilən şəxsı Xızı rayon polis şöbəsinin inzibati binasına gətirib müstəntiqə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Müstəntiq Təqsirləndirilən şəxsı şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan X6 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X10 rayon polis şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Xidməti iş otağında müstəntiq onun, Şahid2 və Arif Həbibzadənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş predmetlərin üzərində baxış aparmışdır. Şahid3 kamera cihazı vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermişdir. Baxış zamanı müstəntiq zərflərdən birini açmışdır. Zərfin içərisində olan iki ədəd qara rəngli sellofan bükümlər açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə - heroinə bənzər kütlə, digər bükümün içərisində ağ rəngli kristallik şəkilli psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin kütlələrin ona məxsus olduğunu, narkotik vasitə - heroin və psixotrop maddə - metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşından aldığını, heroini və metamfetamini şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən və Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Həmin kütlələr qablaşdırıldığı zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmışdır. Müstəntiq həmin kütlərinin tərkibinin və miqdarının müəyyən edilməsi üçün müvafiq ekspertiza tədqiqatına göndərəcəyini demişdir. Təqsirləndirilən şəxs məxsus olan “Realme” markalı telefon isə müstəntiq tərəfindən götürülmüşdür. Sonra müstəntiq əməliyyat-axtarış tədbirlərinin gedişatının videogörüntünün olduğu bir ədəd DVD diskə baxış keçirmişdir. Daha sonra protokol tərtib edilmiş, o, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 şahidlər Şahid1 və Şahid3 ifadələrinə uyğun ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.1991-ci ildə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublıikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Xızı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1991-ci ildə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublıikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.1991-ci ildə Xızı rayonu Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Xızı rayonu Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli bilindiyi üçün 05 sentyabr 2024-cü il tarixdə saat 18:05 dəqiqədə Xızı rayonu Giləzi qəsəbəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən bir ədəd bükümdə narkotik vasitə - heroinə bənzər kütlə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd telefon aşkar edilərək qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş bir ədəd DVD diskə köçürülmüşdür. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş Xızı rayon polis şöbəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin və heroin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və narkotik vasitəni satış məqsədilə əldə əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Onun “Əmir” adlı şəxsdən başqa qeyd olunan cinayəti törədərkən hər hansı şəxs və ya şəxslərlə əlbir olması müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun həmin psixotrop maddə və narkotik vasitəni satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, həmin heroini və metamfetamini əldə olunma mənbəyini, həmçinin Əmir adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs adına mobil telefon nömrəsinin qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024- cü il tarixli, 3-16-16/2-6/4474 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “AR DİN-nin “Zərflər üçün №131” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər və psixotrop maddə - metamfetaminə bənzər kütlələr; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ A.Həbibzadə; 3) /imza/ Şahid1; 4) /imza/ Şahid2; 5) /imza/ Şahid3; Qablaşdırdı: müstəntiq /imza/ Müdafiəçi” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 4,849 qram olan ağ rəngli, kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və 01 ədəd bükümdə təmiz çəkisi: 3,862 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 4,849 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,749 qram. Heroinin təmiz çəkisi - 3, 862 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 3,762 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6785 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 05 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:10 dəqiqədən saat 18:20 dəqiqəyədək olan müddət ərzində Xızı rayon Giləzi qəsəbəsi ərazisində saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində Giləzi qəsəbəsinin yaxınlığında avtobus dayanacağının yaxınlığında yoxlama aparılmışdır. Faktiki azadlığı saat 18:05 dəqiqədə məhdudlaşdırılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd telefon, sol yan cibindən 2 ədəd qara rəngli büküm aşkar edilmişdir. Həmin bükümlər açılmış, bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər və ağ rəngli kristallik formalı psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümlərdə heroin və metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşından aldığını həmin kütlələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - heroinə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 5,74 qram olması, metamfetaminə bənzər kütlənin çəkisin 5,49 qram olması müəyyən edilmişdir. Baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri “DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər və metamfetaminə bənzər kütlə” sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus olan “Realme” markalı telefon ağ rəngli zərfdə qablaşdırılmışdır. Zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefon” sözləri yazılmış, zərfin açıq yerləri “DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmışdır. 05 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı rayon polis şöbəsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təqdim etdiyi əşya üzərində baxış aparılmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in “131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metametamfetaminə bənzər kütlə” sözləri yazılmışdır. Zərf tərəfindən açılmış, içərisində iki ədəd qara rəngli sellofan büküm olmuşdur. Həmin bükümlər açılmışdır, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə - heroinə bənzər kütlə, digər bükümün içərisində ağ rəngli kristallik şəkilli psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlələrin ona məxsus olduğunu, narkotik vasitə - heroin və psixotrop maddə - metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşından aldığını, heroini və metamfetamini şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən və Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Şahid1 təqdim etdiyi narkotik vasitə heroinə bənzər və psixotrop maddə - metamfetaminə bənzər kütlələr qablaşdırıldığı zərflə birlikdə tərəfimdən ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürləndi, imzalandı. Təqsirləndirilən şəxs məxsus olan “Realme” markalı telefon ağ rəngli zərfdə qablaşdırılmışdır. Zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefon” sözləri yazılmış, zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmışdır. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, “Realme” markalı qara rəngli telefon işlək vəziyyətdə, içərisində Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********3 saylı mobil nömrənin olduğu müəyyən edilmişdir. Mobil telefonun “WhatsApp” bölməsində iş üçün əhəmiyyət kəsb edən təqsirləndirilən şəxsin istifadəsində olmuş +**********3 saylı mobil nömrə ilə “Əmir” adlı şəxsin istifadəsində olan +**********90 mobil nömrə ilə zəng, mesaj və səs yazılarının olması aşkar edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş +**********3 saylı mobil nömrə ilə +**********90 mobil nömrənin “WhatsApp” mesajları olması müəyyən edildi. 08 may 2024cü il tarixdə saat 23:50 dəqiqədə +**********90 mobil nömrədən +**********3 mobil nömrəyə “Təqsirləndirilən şəxs mən səni bloka atmamışam, deyirəm 20 dənədən aşağı atmırdılar, 10 dənədən 1-2 nəfərə yalvar-yaxar atdırmışam, 350 manata atırlar 10 dənəsini, yaxşı maldır, Tehran yox Urmiya malı, 350-yə atanda 175 manata gəlir hər 5 qramı, 5 qramının pulunu sən atarsan, 5 qramının pulunu da mən, düz qoş edərik, qalxandan sonra yerbəyer edərik”, “Sabah 1-2 zakasım var onları yerbəyer edim, gördüm ki, qalır bir şey sənə deyəcəm ki, pulu at onda atarsan 10 dənə atdıraram gedib götürərsən”, “Harada oturursan sən Təqsirləndirilən şəxs, ev haradadır, eviniz?” məzmununda səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs həmin mesajlara həmin 23:52 dəqiqədə “Axi men sene deyirem ki men pul ata bilmirem”, “Ancaq gerek sen atasan men duzub qowub 2 gune pulvu atim” məzmununda mesajlar göndərmişdir. Saat 23:53 dəqiqədə +**********90 mobil nömrədən +**********3 mobil nömrəyə “Bə niyə atmırsan, indi yoxa indi vaxt keçib, indi olmaz, sabah niyə atmırsan, sabahları da olmasa birigün atdırım get götür”, Yadımnan çıxıb, demişdin harada otururam, hansı ərazidəsən, hansı rayondansan?” məzmunda səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs həmin mesajlara 23:54 dəqiqədə “Deyiremki elimde mal olmasa pulum yoxdu”, Bawa duwduuuun????”, “Hec harda iwdemirem” məzmununda mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********3 mobil nömrədən +**********90 mobil nömrəyə “Alinir?”, “Sen at mal men yerbeyer edim”, “Sora pul atim” məzmunda mesajlar göndərilmiş qarşı istifadəçi “Baw dowdom” məzmununda cavab vermiş, +**********90 mobil nömrədən +**********3 mobil nömrəyə “Vəsqiəni atarsan mənə, vəsiqə kartını atarsan mənə, tanıyım görüm kimdi, bəlkə yalan deyirsən, bəlkə adın başqadır, bildin? Bəlkə səninlə yekə işlər gördüm, Ona görə bilimdə” məzmunlu səsli mesaj göndərilmişdir. 23 iyun 2024-cü il tarixdə saat 12:48 dəqiqdən başlayaraq fasilələrlə +**********3 mobil nömrə ilə +**********90 mobil nömrə arasında səsli zənglərin olduğu görünür. Həmin tarixdə +**********90 mobil nömrədən “O, Sumqayıtda olurdu mən mal verəndə, indi gəlib Sarayda olur, adı Raildi, maşını var özünündə o da vəsiqəsidi, atdım sənə 600 manat verəcək hər birini atdım, bəridən o yana getdi, dayanmışam indi, pis vəziyyətdə qalmışam, 18.000 manat mənim pulumu yedilər. 5.000 manat bir nəfərə atdım, o da malımı vermədi, gör onu tapsan qadan alım de ki, kişinin pulunu vur, mənə çatacaq, al malı düz qoş edək” məzmunda səsli mesaj göndərilmiş, cavab mesajında Təqsirləndirilən şəxs “Yaxşı, Əmir belə tanımıram, üzündən də gödüm tanımadım, belə şəkli var məndə harada görsəm başa salaram” bildirmişdir. +**********90 mobil nömrədən “Qabaq Sumqayıtda olurdu, indi Sarayda olur” məzmunda səsli mesaj göndərilmiş, cavab mesajında Təqsirləndirilən şəxs “Sarayda olursa mən onu çətin şey eliyə bilim, görə bilim, belə də ki, dağ dağa rast gəlməsə insan insana rast gələr, axır- əvvəl çıxar qabağıma, sən neynədin necə oldu, dedin adam gəlməlidir” bildirmiş, qarşı tərəf “ Görüm adam axtarıram elə, göndərim ora götürəcəklər, biri deyir maşınım yoxdu, biri deyir təkəri zəifdi, biri deyir pulum yoxdu, hələ qalmışıq görək nə iş görürük, oldu deyəcəm də sənə” bildirmişdir. 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********3 saylı mobil nömrədən +**********90 mobil nömrəyə “Necə edək, necə deyirsən?” məzmununa səsli mesaj göndərmiş, qarşı tərəf “Salam kef-əhval, sabahın xeyir, neynədim fikirləşdin, mənə bu gün cavab deyəcəkdin, nə qədər də alacaqsan onu mənə de, mən bilim. Əmək haqqı nə qədər alacaqsan? Özün paylaya bilsən paylarsan, paylaya bilməsən, deyəcəm 100-100, 200-200 uşaqlardan atacaqsan götürəcək, adam var da orda klientim var” bildirmişdir. Təqsirləndirilən şəxs cavab olaraq “Hə, sabahın xeyir, sən necə deyirsən elə edək, təkliflərini elə görüm necə deyirsən?” bildirmiş, qarşı tərəf “Təqsirləndirilən şəxs, qardaş sən harada oturursan, ev haradadır?” soruşmuş, Təqsirləndirilən şəxs “Sumqayit weherdi”, “Burda yawayiram” məzmununda cavab yazmışdır. +**********90 mobil nömrədən “Mənə vəsiqə at, adam da tanısın da bir- birini, etibarlı olsun, bir də oturduğun yerdən mənə konum at, özün də hazırlaş çıx ünvana, gətirib saxlayırsan, ya paylaşdırırsan, paylaya bilsən atacaqsan mən kimə deyəcəm gəlib götürəcək. Ya da yarım yarım deyərəm iki dənə qız var gəlib götürərlər”, “Bir də yaza oxuya bilmirəm, bir az kütəm çaşbaş qalıram, səs at görüm nə deyirsən”, “Canına and olsun, balan canı, Quran haqqı çek verib nisyə götürmüşəm. Bir də ki, mən yaman günə qalmayım, başına dönüm, Sumqayıt uşaqlarından biri var idi, 20 dənə atdım, qoydu yedi əşdaha kimi, iki ildir məni aldadır, fırladır, elə verəcəm zad yoxdu” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs cavab olaraq səsli mesaj göndərərək “Demişdimdə sənə vəsiqə söhbətini yığışdır, mən vəsiqə zad atan deyiləm, belə axşamçağı mən sənə konum atım, hara qoyurla necə verirlər, söhbət edək, götürüm. Pulunu da nə qədərdir ver, pulunu da 100-100, 200-200 necə edə bilsəm nə düzüb-qoşsam göndərəcəyəm, həmişə olan şeydir, nə var burda” bildirmişdir. +**********90 mobil nömrədən “Mənimlə əl-ələ verib, qardaş, düz işləsən bir yerə çıxacaqsan, düz işləməsən sən də problemə düşəcəksən mən də. Məndə borc götürürəm qurana and olsun, Allah özü şahiddir, çek verirəm 5 gün 6 günə kimi vaxt alıram. 4 gün demişəm, uzağı 5 gün 6 günə kimi pulu verirəm, belə olar ki, mənim çekim boş çıxar abrım gedər, çek olmayanda hesabların hamısını bağlayırlar, qalıram problemə”, “Hə də, lap yaxşı, bir Allahdan nə istər iki göz biri əyri, biri düz, mənə nə fərq edir, ona buna paylatdırınca, özün paylarsan, deyərəm kimlərə at, pulunu vurub, malını atdıracayıq, sənin də haqqını mənə vuracağam hesabına, kart atacaqsan vuracağam hesabına”, “Ay qardaş bilmirəm axı, mən səni tanımıram, burada yazıbsan ki Təqsirləndirilən şəxs Cabbarova, axı mən bilim sənsən bəlkə elə ayrısıdır. Adam biri-birini başa düşsündə” məzmununda səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs cavab olaraq səsli mesaj göndərib “A, mənəm də mən, burada başqa söhbət ola bilməz, sən şey elə göndər axşam, mən səninlə işləyəcəyəm, sən narahat olma, tanıyıram, tanımıram elə söhbət etmə sən canı eləmə. İstiyirsən hərəsindən 4 dənə-4 dənə qoy birdən şey edə bilmərəm çoxusuna, axırda mən də çoxdandı şey edə bilmirəm, yerbəyer edim 4 dənələri, ondan sonra get-gedə qaldırarıq” məzmunuda səsli mesaj göndərmişdir. +**********90 mobil nömrədən “4 dənə-4 dənə deyil, bir kilo güldür, danışmadım səninlə, ya ayrısı ilə danışmışam. Bir kilo güldür, super, yerbəyer edirsən orada qardaşvari əl-ələ verib işləyirik”, “Onu yerbəyer edəndən sonra, o birilərindən də yerbəyer edəcəyik, ümid Allaha inşallah, arada düzlük olsa çörək var, yox olmadısa sənin də beynin xarab olur, mənimdə beynim xarab olur, aləm qarışır dəyir biri-birinə, mən burada borc götürürəm, qalıram danlaqda, çek vermişəm olmasa gərək evimi satım verim” məzmununda səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs “bir kilo gül nə yəni, bir qram kakos” soruşmuşdur. Qarşı tərəf “Gül də, nəşə, bir kilo, min dənə, mən deyəcəm aparıb orada yerbəyer edəcəksən, ya çıx payla, şəkil konum verirsən ki, ünvan eləmişəm götür” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs “Yaxşıdı, axır heç olmasa” soruşmuş, qarşı tərəf “Siz, bu ota nə deyirsiniz, biz ona gül deyirik, sizin uşaqlardan çoxusu gül deyir, sən kakos deyirsən nə deyirsən, bir kilo güldür, keçən axşam götürəcəkdim, bir az ağır cavab verdiz, dedim qalsın sabaha, onu verdi ayrısına, mənimlə həqiqi danış, məzələnməyək bir-birimizlə, iş görək, görsən bismillah, görməsən, de mən görə bilmirəm, edə bilmirəm”, “Qardaş ayrı adamlar götürüb, soruşuram, deyir, super, bir siqareti ilə 5-6 nəfər kayf eliyir”, “Sizdə gülün qramı neçəyədi” məzmunlu səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs qarşı tərəfə “Onu belə bilmək olmaz onun kayfına baxmasam qiymətini deyə bilmərəm, ancaq gərək 1-2 dənə doldurum uşaqlar çəksinlər, baxsınlar, yaxşı, bu gün axşam, mən sənə konum atıram, kim gələcək necə gələcək mənə başa salarsan mən götürüm, bir də ki, məzələnmə deyəndə ki, biz biri-birimizlə seryoznu söhbət edirik, hissə-hissə pulunu düzüb-qoşub göndərəcəm” demişdir. Sonradan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini +**********90 mobil nömrəyə göndərməmiş, onlar sağollaşmışlar. “WhatsApp” bölməsində 27 avqust 2024-cü il tarixli +**********3 saylı mobil nömrə ilə +**********90 mobil nömrə zəng, mesaj və səs yazılarının olması aşkar edilmiş, +**********90 mobil nömrədən +**********3 saylı mobil nömrəyə “45-ə veriri Allahhaqqı, Təqsirləndirilən şəxs canı, 45-ə tamam olur, mən 45-ə verəcəm sənə, mənə 43-ə maya olur, 2 manatnan, hələ yalvarıram 40-a ver, mən də 5 manat aparım, mənə də bir şey qalsın, hələ danışıq gedir, əsl Urmiya malı daşlı-torpaqlı” məzmununda səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs “Əmir gör nə deyirəm pasportsuz, lap az götürək, hərəsindən 5-5 at əgər Urmiya malıdırsa, 5-5 at hərəsindən yerbəyer edim onları, yanımda şərikim də var, naxadı olan şeydi, 450 manat pul edir yerbəyer edək onun pulunu ataq sənə, dalşe də xoşuna gələr işləyərik, xoşuna gəlməz işləmərik, ürəyin necə istəyir” məzmununda səsli mesaj göndərmiş, qarşı tərəf Təqsirləndirilən şəxs problem olduğunu, sabaha qaldığını, 29 avqust 2024-cü il tarixdə +**********3 saylı mobil nömrəyə +**********3 saylı mobil nömrədən mesaj göndərərək “Təqsirləndirilən şəxs gardaş ayri adama mal ateiblar xarab oldogona gora man gotormadim”, “Eiki gonan sora ormiya kalacak onda ataram” məzmununda mesaj göndərmişdir. “WhatsApp” bölməsində 05 sentyabr 2024-cü il tarixli +**********3 saylı mobil nömrə ilə +**********90 mobil nömrə zəng, mesaj, səs yazılarının, məkan və fotoşəkillərin olması aşkar edilmiş, +**********90 mobil nömrədən +**********3 saylı mobil nömrəyə “Salam aleykum Təqsirləndirilən şəxs, kef-əhval qardaş, canın başın, hazırsan, qadan alım, hazırsansa şəkilkonum atım”, “Təqsirləndirilən şəxs sənin qadan-alım, başına dolanım, bunu danışmışıq, çek veririk, sənəd-sübut veririk, satandan 3 günə, 4 günə, 5 günə, pulunu verməliyik, bir az cicidi cəhd elə, elə mənimdə adamım var deyərəm at götürsün, sənin də adamın olacaq, mənim də payalaşacayıq, tez yerbəyer edərik”, “ Götürdün, gəlirsən evə evə çatdın, mənə zəng et ki, Əmir evdəyəm, çatanda mənə de 5 dənə bir nəfər var ona verərsən, o da baxıb yerbəyer etsin” məzmunda səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs “Narahat olma”, “At konumu” məzmunda mesaj göndərmişdir. Davam edən baxış zamanı məkan və Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Giləzi-Xızı yolunu əhatə edən mişar daşlarından hörülmüş hasar əks olunmuşdur. Davam edən baxış zamanı mobil telefonun kontaktlar, sms-lər, qalereya, zənglər, “WhatsApp” və digər bölmələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 22 noyabr 2024-cü il tarixli 18-1-83/2-461/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi- əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(068)-6/2024 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Xızı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə video çəkilişlə onun üzərindən tutulduğu ərazidə baxış keçirilərkən aşkar edilərək qablaşdırılmış narkotik vasitə və psixotrop maddəyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ondan aşkar edilmiş narotik vasitə heroinin ona məxsus olduğunu lakin həmin nakotik vasitəni satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki mövqeyinə qiymət verərkən qeyd edir ki, narkotik vasitə və psixotrop maddələrin miqdarı, iranlı şəxslə narkotik vasitələrin satışına dair çox sayda smslərin olması, onun satış məqsədi ilə həmin narkotik vasitə və psixotrop maddələri əldə etməsinə dəlalət edir. Həmçinin əldə etdiyi heroin və metamfetaminin miqdarı, küllü miqdar olmaqla, həmin vasitələrin gündəlik istifadəsi üçün mümkün ola biləcək miqdardan artıqdır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə narkoloji ekspertizanın cavabını nəzərə alaraq qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 4,749 qram psixotrop maddə - metamfetamin və bir ədəd sellofan bükümdə olan 3,762 qram narkotik vasitə - heroin məhv edilməli, təqsirləndirilən şəxsə məxsus 01 (bir) ədəd “Realme” markalı telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 4,749 qram psixotrop maddə - metamfetamin və bir ədəd sellofan bükümdə olan 3,762 qram narkotik vasitə - heroin məhv edilsin, təqsirləndirilən şəxsə məxsus 01 (bir) ədəd “Realme” markalı telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-205/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-205/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver