Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-206/2024 04.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1963-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1, ev 18, mənzil 129-da faktiki yaşamış, xx.xx.2023-cü ildə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham irəli sürmüşdür ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə gömrük rüsumları ödənilmədiyi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" MMC-nin dayanacağında saxlanılan "xxxx" MMC-yə məxsus xüsusi təyinatlı texnikaların həmin dayanacaqdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin oktyabr ayında özünə müraciət etmiş "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi olan tanışı Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək yüksək vəzifədə işləyən şəxslərin qohumu vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə "xxxx" MMC-yə məxsus xüsusi təyinatlı texnikaları "xxxx" MMC-nin dayanacağından çıxarmaq imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni "xxxx" MMC-yə məxsus xüsusi təyinatlı texnikaları "xxxx" MMC-nin dayanacağından çıxarılmasına görə birbaşa yolla özü vasitəsilə 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Lökbatan dairəsinin yanında ilkin olaraq 8.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 28 may metro stansiyasının yaxınlığında yerləşən Səməd Vurğun bağının yanında Zərərçəkmiş şəxs 8.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, eyni cinayətkar niyyətini davam etdirərək 2018-ci ilin mart ayında Bakı şəhəri ərazisində görüşləri zamanı xüsusi təyinatlı texnikaların "xxxx" MMC-nin dayanacağından çıxarılaraq Zərərçəkmiş şəxs təhvil verilməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışına əlavə olaraq 60.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin mart-may aylarında Zərərçəkmiş şəxs işlədiyi “Dərin Özüllər” zavodunun və yaşadığı Bakı şəhəri, Qaradağ rayon, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi 55 nömrəli binanın qarşısında sonuncudan 60.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, eyni cinayətkar niyyətini davam etdirərək 2018-ci ilin iyun ayında Bakı şəhəri ərazisində görüşləri zamanı "xxxx" MMC-yə məxsus avtomaşınlara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sumqayıt şəhər 2 saylı ərazi vergilər idarəsi tərəfindən qoyulmuş məhdudiyyətin qaldırılması üçün yüksək vəzifədə işləyən səlahiyyətli şəxsə 18.000 manat və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxsə 8.000 manat mənləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayon, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi 55 nömrəli binanın qarşısında sonuncu ilə görüşüb cəmi 26.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, eyni cinayətkar niyyətini davam etdirərək 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtovağzalın yanında yüksək vəzifədə işləyən şəxslərin qohumu üçün əziyyət haqqı kimi verilməsi adı ilə 15.000 manat pul vəsaitini, 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayon, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi 55 nömrəli binanın və özünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllənin qarşısında özü üçün əziyyət haqqı 12.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə ümumilikdə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 121.000 (bir yüz iyirmi bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq etmişdir. 01 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1(124)-206/2024 nömrəli sorğuya “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-20/2-2468/2023 nömrəli cavab məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatı aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, lakin yaxın qohumlardan hüquqi varis qismində tanınma barədə müvafiq istəyini bildirən olmamışdır. Ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi oğlu xx.xx.2024-cü il tarixli ərizəsi ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə razılığını bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı da eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun yaxın qohumlarından hüquqi varis qismində tanınma haqqında müvafiq istəyini bildirən olmamış və onun müdafiəçisi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.1 və 321.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.1, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra məhkəmə baxışı gedişində öldüyündən onun barəsindəki cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-206/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-206/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver