Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-207/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X12 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Sumqayıt şəhəri Nizami küçəsi 19 c, məhəllə 6-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda 8,497 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib 13 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən 13/14 saylı binanın qarşısında həmin narkotik vasitənin 0,478 qram və 0,305 qram olmaqla ümumi təmiz çəkisi 0,783 qram hissəsini iki ədəd bükümdə tanışı Şahid5 45 manat pul müqabilində qanunsuz olaraq satmış, Sumqayıt Şəhər Polis İdarəsinin X8 daxil olan əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 14:55 dəqiqədə Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən 13/14 saylı binanın qarşısında tanışı Şahid5la birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilərək orada əvvəlcə Şahid5 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə 0,478 qram və 0,305 qram olmaqla ümumi təmiz çəkisi 0,783 qram qəhvəyi rəngli toz şəkilli xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə saat 15:55-də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibində saxladığı bir ədəd qara rəngli dəri kisənin içərisində qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroinin 0,788 qram hissəsi bir ədəd şəffaf sellofan bükümdə və bir ədəd narkotik vasitələrin çəkilib hissələrə bölünməsi üçün istifadə etdiyi, üzərində heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yazılı razılığı əsasında həmin tarixdə saat 17:50-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 29cu məhələdə yerləşən 13/14 saylı binanın 19 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağında olan güzgülü dolabın alt tərəfinin sol hissəsində bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə qalan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış 6,865 qram külli miqdarda qalan narkotik vasitə heroin və 01 (bir) ədəd 2 ml həcmli şprisin içərisində quru halda çəkisi 0,061 qram olan 0,18 ml həcmində narkotik vasitə heroin məhlulu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə televizoru təmir etdirmək məqsədi ilə yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən evdən çıxmış, binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində tutmuş və özbaşına onun yaşadığı mənzilə qalxmış, əməliyyatçılardan biri aşağı düşüb narkotik vasitə gətirmiş və həmin narkotik vasitəni onun yaşadığı mənzildən çıxardığını bildirmiş, ona təzyiq göstərərək həmin narkotik vasitəni onun boynuna qoymuşlar. Həmin vaxt evdə təmizlikçi xanım olmuş və polis əməkdaşları həmin xanıma da təzyiq göstərmişlər. Daha sonra polis əməkdaşları onu polis idarəsinə gətirmişlər və çəkiliş zamanı üzərindən 6 qram narkotik vasitə çıxarmışlar. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Ceyhun” adlı şəxsi 1 ildir ki, tanıyır, Ceyhun heroin axtardığı üçün ona zəng etmiş və hadisə günü onlar görüşmüşlər. O, heroini almaq məqsədi ilə bir şəxsə zəng etmiş, həmin şəxs gəlmiş və narkotik vasitə gətirmiş, narkotik vasitə üçün 30 manat pulu Ceyhun ona vermiş, Ceyhun təxminən 0,8 qram narkotik vasitə almış, həmin şəxslə istintaq zamanı üzləşdirilməmiş, narkotik vasitə aldığı şəxsin adı Əhməd olmuş və 1,5 ay olar ki, ondan narkotik vasitə almışdır. Tutulduğu gün üzərində olan telefon vasitəsi ilə narkotik satmaq məqsədi ilə danışıqları olmamış, polis əməkdaşlarının ona təzyiq göstərməsi barədə şikayət etməmiş, yaşadığı mənzildə axtarış zamanı vəkil iştirak etməmiş, polis əməkdaşlarının onu döyməsi nəticəsində başında xəsarət izi qalmış, istintaq təcridxanasında müayinə olunan zaman xəsarət aldığını bildirməmiş, o, Ceyhun üçün narkotik vasitə təşkil etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, o, 3-4 nəfər üçün narkotik vasitə təşkil etmiş, özü də 2008-ci il tarixdən narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 12 fevral 2023-cü il tarixdə saat təxminən 16 radələrində İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq onun narkotik vasitəni qoyduğu yerdən narkotik vasitə olan heroini götürmüşdür. Babaya 10 qram heroinə görə 250 manat pul ödəmişdir. Həmin narkotik vasitənin bir hissəsini gətirib yaşadığı evdə dolabın içərisində gizlətmiş, bir hissəsini isə üzərində saxlamışdır. 13 fevral 2023-cü il tarixdə saat 14:55 radələrində Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı yaşayış binasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Sumqayıt Şəhəhr Polis İdarəsinə gəlmişdir. Polis idarəsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X15 təqdim olunmuşdur. Təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu pulları, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli dəri kisədə olan elektron tərəzini və həmin kisədə olan 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dünən Baba adlı İran vətəndaşından telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin narkotik vasitəni Baba adlı İran vətəndaşının Bakı şəhəri ərazisində qoyduğunu, oraya gedərək 10 qramını 250 manata aldığını, narkotik vasitənin qalan qismini yaşadığı ünvanda saxladığını, həmin narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də tanıdığı şəxslərə yarım bükümünü 25 manata satmaq üçün aldığını, elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün aldığını, bu gün Ceyhun adlı şəxsə 2 büküm narkotik vasitəni 1 bükümünü 25 manata satdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 0,89 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə və elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Materialların Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon, 2 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 52 manat pul əhəmiyyət kəsb etdiyindən götürülmüş, İcra və Probasiya Şöbəsi tərəfindən ona verilmiş qolbağın nəzarət aparatı əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsindən ötrü həmin ünvana yollanmışlar. Yaşadığı ünvana polis əməkdaşları onun icazəsi ilə daxil olduqdan sonra həmin ünvana baxış keçiriləcəyi bildirilərək yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Yaşadığı mənzilin yataq otağında girişdən sol istiqamətdə yerləşən paltar dolabından sonra yerləşən güzgülü dolabın aşağı hissəsində olan qapılarını açmış və dolabın sol qapı tərəfində olan 1 ədəd “Rothmans” markalı siqaret qutusunu və 1 ədəd tibbi şprisi təqdim etmişdir. Həmin “Rothmans” markalı siqaret qutusunun içərisində 2 şəffaf sellofana bükülmüş 1 bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Təqdim edilmiş şprisin içərisində qara rəngli məhlulun olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dünən Baba adlı İran vətəndaşından telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin narkotik vasitəni Baba adlı İran vətəndaşının Bakı şəhəri ərazisində qoyduğunu, oraya gedərək 10 qramını 250 manata aldığını, narkotik vasitənin qalan qismini yaşadığı ünvanda saxladığını, həmin narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də tanıdığı şəxslərə yarım bükümünü 25 manata satmaq üçün aldığını, elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün aldığını, bu gün Ceyhun adlı şəxsə 2 büküm narkotik vasitəni 1 bükümünü 25 manata satdığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 7,18 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə və tibbi şpris Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Matriealların Ekspertizası Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən, habelə polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir (cild 01, iş vər. 56-58, 70-72). İfadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, məhkəmə istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə günorta saatlarında idarədə olan zaman Şərail Quliyevə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılaraq Sumqayıt şəhəri 29-cu məhəllə ərazisinə getmişlər. Həmin ərazidə həyətdə bir neçə şəxs olmuş, onlar Təqsirləndirilən şəxs müəyyən etmişlər. Həmin vaxt 3 nəfər- Fərid, Ceyhun və Məmmədrza saxlanılmış. Saxlanılan zaman Ceyhun üzərində narkotik vasitə olduğunu və Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Hər 3 şəxsi polis idarəsinə dəvət etmişlər və idarədə olan zaman xidməti otaqlardan birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı Ceyhun yenə də təsdiq edərək narkotik vasitə olan heroini Fərid adlı şəxsdən qısa müddət əvvəl aldığını bildirmişdir. Fəridin üzərindən narkotik vasitə çıxmasını hazırda xatırlamır, amma təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş və bu halda onun yaşadığı evə baxış keçirmək zərurəti yaranmış, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını döyən zamanı qapını özünü “Ayşə” kimi təqdim edən xanım açmış və onun da iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan güzgülü dolabın alt hissəsindən içərisində maye olan şpris və şəffaf sellefonun içərisində 8-9 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitələri “Baba” adlı İran İslam Respublikası vətəndaşından 250 manata aldığını bildirmiş, təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olunmamış, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etməmiş, təqsirləndirilən şəxsi həyətdə saxlamışlar, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əməliyyat məlumatı Şərail Quliyevə daxil olmuş, təqsirləndirilən şəxsi gündüz saat 2-3 radələrində saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu və Şahid1 ayrıayrılıqda Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin X5 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı xüsusi rütbəsi daşıyır. ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs Firidun oğlunu və Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsində fərdi evdə yaşayan Şahid5 əvvəllər tanımamışdır. Onlarla ədavət və düşmənçiliyi olmamışdır. 13 fevral 2023-ci il tarixdə Fərid və Ceyhun adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni Sumqayıt şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi və yaşadığı ünvan 4 ünvanında külli miqdarda narkotik vasitə saxlaması, həmçinin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin Ceyhun adlı şəxsin də narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqla üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Fərid adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması, Ceyhun adlı şəxsin isə Şahid5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Şahid5 cinayət başında yaxalanmaları məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarlar qəbul olunmuşdur. Həmin qərarlar Şəhəhr Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra X5 rəisi İlham Rəhimovun rəhbərliyi altında Sumqayıt Şəhər Polis İdarəsinin X5 əməliyyat müvəkkili Şahid1, X5 əməliyyat müvəkkili polis mayoru Şahid3, X5 əməliyyat müvəkkili Şahid4, Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov, Şəhər Polis İdarəsinin kriminalisti, polis kapitanı Orxan Aslanov və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs və Şahid5 ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 14:55 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən 13/14 saylı binanın qarşısında Təqsirləndirilən şəxs və Şahid5 görüb əməliyyat qrupunun üzvləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə onlara yaxınlaşaraq özlərini təqdim edərək onlardan üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasmı soruşmuşlar. Həmin vaxtı onların yanında sonradan adı məlum olan X11 adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs üzərində bir bükümdə, Şahid5 isə üzərində iki bükümdə narkotik vasitə heroin olmasını bildirmişlər. Şahid5 üzərində olan 2 bükümdə narkotik vasitə heroini az əvvəl Təqsirləndirilən şəxs 45 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da Şahid5 2 bükümdə narkotik vasitə heroin satmasını səmimi olaraq etiraf etmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs və Şahid5 üzərində şəxsi axtarış aparmayaraq üzərlərində şəxsi axtarış aparılması məqsədi ilə onları Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirmişlər. Həmçinin həmin vaxtı onlarla birlikdə olan Məmmədrza Salayev adlı şəxsi də polis idarəsinə gətirmişlər. Sumqayıt Şəhər Polis İdarəsində təhqiqatçı tərəfindən əvvəlcə Şahid5 şübhəli şəxs qismində tutulmuşdur. Şahid5 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Şahid5 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması üçün Şəhər Polis İdarəsinin X6 ekspert kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla Şahid5 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid5 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Şahid5 əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Şahid5 həmin sellofan bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. X18 Şahid5 həmin bükümləri haradan əldə etməsini soruşduqda sonuncu həmin bükümləri tutulmazdan az əvvəl tanışı Təqsirləndirilən şəxs 45 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şahid5 təqdim etdiyi iki ədəd bükümə baxış keçirilərkən tünd qəhvəyi rəngli spesifik iyə malik kütlələr olması müəyyən edilmişdir. Şahid5 həmin kütlələrin kakos adlandırılan heroin olduğunu və Özü istifadə etmək etmək məqsədilə saxladığını bildirmişdir. Şahid5 aşkar edilərək götürülmüş 2 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin iki ədəd bükümdə olan kütlələr ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid5 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan dərhal sonra X18 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması üçün Şəhər Polis İdarəsinə X6 ekspert kriminalisti Orxan Aslanov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Sumqayıt Şəhər Polis İdarəsinin X5 baş əməliyyat müvəkkili Şahid2, X5 əməliyyat müvəkkili polis mayoru Şahid3, X5 əməliyyat müvəkkili Şahid4 və o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı (bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı pulları və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli dəri kisədə olan elektron tərəzini və həmin kisədə olan 1 ədəd şəffaf sellofan bükümü, əynində olan gədəkçənin sol iç cibindən isə özünə məxsus bir ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. X18 Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütlələri bir gün əvvəl Baba adlı İran vətəndaşı ilə telefon vasitəsilə əlaqə saxlayaraq əldə etdiyini, iranlının həmin kütlələri Bakı şəhəri 8-ci km ərazisində yerləşən 250 saylı orta məktəbin yaxınlığında gizlətdiyini, həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə görə iranlının ona göndərdiyi kart hesabına 250 manat pul göndərdiyini bildirmişdir. X18 həmin kütlələri nə məqsədlə saxlamasını soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitələrdən həm özünün istifadə etdiyini, həmçinin yaxın tanışlarına pul qarşılığında satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin iranlı olan şəxsi təxminən 4-5 aydır ki, tanıdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən İcra və Probasiya şöbəsi tərəfindən ayağına bağlanmış elektron nəzarət vasitəsinin aparatını çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan elektron tərəzini bazardan aldığını və narkotik vasitələri çəkilərə bölmək üçün istifadə edtiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirilərkən tünd qəhvəyi rəngli spesifik iyə malik kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə və elektron tərəzi kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. X18 Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pulun kimə məxsus olmasını soruşduqda sonuncu həmin pulun yarısının özünə məxsus olduğunu, yarısını isə satdığı narkotik vasitələrdən əldə etdiyi pul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Ceyhun adlı şəxsə 2 ədəd bükümdə hər bükümü 25 manat olmaqla narkotik vasitə heroin satdığını və yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllədə yerləşən 13/14 saylı binanın 19-cu mənzilində özünə məxsus qalan narkotik vasitə heroin olmasını bildirərək yaşadığı evə baxış keçirilməsinə etiraz olmadığını və bununla bağlı ərizə vercəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefonu və üzərindən aşkar edilmiş 52 manat pul təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ayağına bağlanmış elektron nəzarət vasitənin aparatı isə onun özünə qaytarılmışdır. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsini əməliyyat müvəkkili Şahid1, Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid3, Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4, müdafiəçi Nail Məmmədov və o, Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllə 13/14 saylı binaya gedərək Fəridin yaşadığı 19 saylı mənzilin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs bir daha yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə bir nəfər Ayşə adlı qadın qonağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qapını döydükdən sonra, bir nəfər qadın qapını açmışdır. Həmin şəxs özünü X16 olduğunu bildirərək həmin mənzilə qonaq gəldiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs evdə olan narkotik vasitənin evin hansı hissəsində saxladığını və göstərməsini bildirdikdə sonuncu yataq otağına daxil olaraq giriş qapısının sol tərəfində yerləşən güzgülü dolabın alt hissəsində yerləşən hissəsinin sol qapısını açmışdır. Təqsirləndirilən şəxs dolabın həmin hissəsindən bir ədəd “Rothmans” markalı siqraet qutusunu çıxardaraq həmin siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükümdə olan kütləni çıxardaraq dolabın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin yerdən bir ədəd içərisi qara rəngli məhlul ilə dolu olan 'tibbi şiprisi çıxarıb təqdim etmişdir. Aşkar edilərək götürülmüş sellofan bükümdə olan kütləyə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 7,18 qram olması müəyyən edilmişdir. Tibbi şiprisin içərisinə vizual baxış keçirilən zaman məhlul halında tünd qəhvəyi rəngli kütlə olması müəyəyn edilmişdir. Həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə təhqiqatçı tərəfindən bir dəəd zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. ıDaha sonra aşkar edilmiş içərisində qəhvəyi rəngli məhlul halında kütlə olan bir ədəd tibbi şipris də təhqiqatçı tərəfindən başqa kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. X18 Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələri haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bir daha həmin narkotik vasitəni Bakı şəhərində 8-ci kilometr ərazisinə iranlı şəxs tərəfindən qoyulduğunu və həmin yerdən götürdüyünü bildirərək həmin kütlələri həm özünün istfadə etdiyini, həmçinin tanışlarına satdığını və 10 qramını 250 manat pul qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin yarım qramını 25 manata satdığını bildirmişdir. Daha sonra evə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra evə baxış keçirilməsi başa çatmışdır. Daha sonra iştirakçılar və Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə qayıtmışlar. Polis idarəsinə gəldikdən sonra X18 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və evə baxış keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştiraçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə X8 hər hansı məlumat daxil olmamışdır. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olurmuş. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər Sumqayıt Şəhər Poilis İdarəsini X8 mütəmadi olaraq əməliyyat məlumatları daxil olsa da o saxlanılan zamanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır. Aişə Aslanova adlı tşəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumaatı daxil olmamışdır (cild 01, iş vər. 133-137). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş və Təqsirləndirilən şəxs ona narkotik vasitə təşkil etməsini istəmiş və Fəridə 45 manat pul vermiş, Fərid onun üçün narkotik vasitə təşkil etmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslə eyni vaxta saxlanılmış, Fərid 45 manatın müqavibilində ona narkotik vasitə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında verməmiş, 1-2 dəfə Fəriddən narkotik vasitə almışdır. Şahid5 narkotik vasitənin əldə edilməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid5 həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 6-cı mikrorayon Qızılqum qəsəbəsində yaşayır. Dizel mühərrikli avtomobillərin təmiri ilə məşğul olub çörək pulu qazanır. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Təxminən bir il olar ki, narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Sumqayıt şəhəri 29-cu məhəllədə yaşayan Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Fəridin narkotikin vasitələrin istifadəçisi olmasını bilir. Əvvəllər bir neçə dəfə Fəriddən narkotik vasitə alaraq istifadə etmişdir. Fəriddən hər dəfə çəkisinə müvafiq olaraq 40 və ya 50 manat pul verib iki üç bükümdə narkotik vasitə alıb özü istifadə etmişdir. 13 fevral 2023-cü il tarixdə bədənində ağrılar olduğuna görə narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də saat təxminən 14:15 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Fəridin hazırda tam dəqiq xatırlamadığı 077 ilə başlayan sonu 52- 73-lə bitən mobil nömrəsinə zəng edərək ondan 1 qram narkotik vasitə heroin istəmişdir. Fərid 50 manat pul müqabilində ona 1 qram narkotik vasitə heroin verə biləcəyini bildirdmişdir. Fəridə üzərində cəmi 45 manat pulu olduğunu bildirərək ona heroin verməsini xahiş etmişdir. Fərid onunla razılaşaraq yaşadığı 29-cu məhəllədə yerləşən 13/14 saylı binanın qarşısına gəlməyini bildirmişdir. Bundan sonra avtobusa minərək Fəridin dediyi binanın yaxınlığına gedərək Fəridə təkrar zəng etmişdir. Fərid də həmin vaxtı binanın qarşısında olduğunu deyərək olduğu yeri izah etmişdir. 43/14 saylı binanın qarşısına gedib Fəridlə görüşmüşdür. Həmin vaxtı Fəridin yanında başqa sonradan adının Məmmədrza olduğunu bildiyi tanımadığı şəxs də olmuşdur. Fəridlə birlikdə həmin şəxsdən bir neçə metr aralanaraq yavaşça ona 45 manat pul vermişdir. Fərid də cibindən 2 ədəd bükümdə narkotik vasitə heroin çıxarıb ona verərək 1 qram çəkidə olmasını bildirmişdir. Həmin heroini əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibinə qoymuşdur. Saat 14:55 dəqiqədə Fəriddən iki büküm narkotik vasitə heroini götürüb ondan aralanmaq istədikdə mülki paltarda olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin X5 əməkdaşları olduqlarını bildirərək ona və Fəridə üzərlərində narkotik vasitə gəzdirməkləri barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin Fərid də üzərində narkotik vasitə heroin olmasını, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitəni özünün ona satdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, Fəridi və Fəridin yanında olan sonradan adnı bildiyi Məmmədrza adlı şəxsi Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Kərimxan Əsədovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Kərimxan Əsədov onun müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Kərimxan Əsədovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibində saxladığı Fəriddən əldə etdiyi 2 ədəd sellofana bükülmüş 2 bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulmazadan bir neçə dəqiqə əvvəl onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs 45 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 2 bükümdə narkotik vasitə heroinlər elekton tərəzidə çəkilmişdir. Daha sonra həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq, qablaşdırılmışdır. Zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. (cild 01, iş vər. 138-140). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid5 həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində Fərid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, satması və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1988-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 7 yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində qanunsuz olaraq narkotik vasitələrı üzərində gəzdirməsi, satması və yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamasında şübhəli bilinən xx.xx.1988-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 8ə yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1988-ci ildə Qubadlı rayonunda anadan olan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, fərdi evdə yaşayan Şahid5 və xx.xx.1980-ci ildə ünvan 10 ünvanında qeydiyyatda olan və ünvan 11ayə yaşayan X1 Polis İdarəsinə gətirilmişlər (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən pul, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli dəri kisə aşkar olunmuş və həmin kisənin içərisindən bir ədəd elektron tərəzi və bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə aşkar olunmuş, aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında girişdən sol istiqamətdə yerləşən paltar dolabından sonra yerləşən güzgülü dolabın sol qapı tərəfindən 01 ədəd Rotmans markalı siqaret qutusu və 01 ədəd tibbi şpris aşkar olunmuş, həmin Rotman markalı siqaret qutusunun içərisində 02 şəffaf sellofana bükülmüş 01 bükümün olduğunu müəyyən edilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə aşkar edilmiş, həmçinin şprisin içərisində qara rəngli məhlulun olduğu müəyyən edilmiş, həmin maddə və tibbi şpris müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 33-35). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 14 fevral 2023-cü il tarixli 6/892 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs aşkar edilmiş bir büküm maddə və bir ədəd elektron tərəzi; Təqsirləndirilən şəxs-imza.. Təhqiqatçı: Z.Cəfərov-imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,788 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs-imza.. Təhqiqatçı: Z. Cəfərov-imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 6,865 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124" dairəvi möhür əksi və Zeynalovun mənzilindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs-imza.. Təhqiqatçı: Z.Cəfərov-imza yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd 2 ml həcmli şprisdə 0.18 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, həmin heroinin quru maddəsinin çəkisi 0,061 qramdır, heroin məhlul halında olduğu üçün digər maddələrlə müqayisəli tədqiqatının aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ümumi təmiz çəkisi- 7,653 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş heroinlər Şahid5 üzərindən aşkar edilmiş 2 ədəd bükümlərdəki heroinlər ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər (cild 01, iş vər. 47-52). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olan 11 aprel 2023-cü il tarixli 3-16-21/-381 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs hərəkət ttrayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 14:50-dən 14:57-dək olan müddət ərzində Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində 29-cu məhəllədə yerləşən evdə olmuşdur (cild 01, iş vər. 105-106). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-427/2023 nömrəli hökmünün təsviri hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 1,01 qram narkotik vasitə olan “heroin”ə bənzər maddə aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Həmin hökmə əsasən Şahid5 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 163-170). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 07 aprel 2023-cü il tarixli 1984 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 158- 159). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" MMC-nə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində gələn və çıxan zənglərə, həmçinin sms mətnlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 11 mart 2022-ci il tarixdən mütəmadi olaraq qarşılıqlı zənglər olmuşdur. Sonuncu dəfə onlar arasında 13 fevral 2023-cü il tarixdə saat 14:19:45-də 33 saniyə, həmin tarixdə saat 14:32:12-də 12 saniyə və 14:34:59-da isə 10 saniyə danışıqlar olmuşdur. Həmçinin Şahid5la Təqsirləndirilən şəxs arasında 09 iyul 2022-ci il tarixdən etibarən mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qarşılıqlı sms yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrənin anten dairəsi 13 fevral 2023-cü il tarixdə saat 08:24 dəqiqədən həmin tarixdə saat 15:05 dəqiqəyə qədər, yəni polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta qədər yaşadığı evin ən yaxınlığında yəni Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 15, bina 12/15 olması göstərilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan və çıxan SMS-lər siyahısına baxış keçirilərkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS mətnləri olduğundan qeyd olunan mesajlaşma siyahısı (gələn və gedən mesajlar daxil olmaqla) iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar olduğundan tam şəkildə çıxarış edilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 182-245, cild 02, iş vər. 1-121). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.2, 234.4.4 və 206-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 127-151). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində Fərid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, satması və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Ceyhun adlı şəxslə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 0,788 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd tərəzi aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd tibbi şpris aşkar olunaraq götürülmüşdür. Həmçinin, Ceyhunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Şahid5 onu ifşa edən ifadəsi, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, polis əməkdaşları tərəfindən ona təzyiqlər olunması, xəsarət alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Digər tərəfdən təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı Şahid5 onu ifşa edən ifadə verməsi, o cümlədən iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus telefon məlumatlarında narkotik vasitənin dövriyyəsinə dair çoxlu sayda SMS-lərin aşkar olunması, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs real olaraq narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Nizami küçəsi, məhəllə 6-da qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 179-180) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir (cild 01, iş vər. 102-103). İş materiallarına əlavə olunmuş “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2024cü il tarixli 21-2/3-11 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata düşmüş, haazırki iş üzrə tutulduğu 13 fevral 2023-cü il tarixədək cəzasından 09 ay 28 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 01 ay 28 gün təşkil edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər də eyni cinsli cinayət əməlini törətməkdə təqsirli bilinməsini, əməlindən nəticə çıxarmamasını, məhkumluğunun ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 21, 80-81). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan iki ədəd bükümdə qalıq çəkisi 7,503 qram heroin, 0,18 ml heroin məhlulu və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay 28 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 06 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan iki ədəd bükümdə qalıq çəkisi 7,503 qram heroin, 0,18 ml heroin məhlulu və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-207/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-207/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver