Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-208/2023 06.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1990-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 21 B-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1982-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orla təhsilli, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2 paralel küçəsi, yataqxana 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A, mənzil 17-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdara - 11,409 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda - 0,189 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, həmin psixatorp maddənin 0,189 qramını 01 ədəd şəffaf rəngli siqaret kağızı bükümdə və 0.879 qram çəkidə narkotik vasitə heroini 01 ədəd şəffaf rəngli siqaret kağızı bükümdə Təqsirləndirilən şəxs2 vermiş, 10.530 qram çəkidə narkotik vasitə olan heroini 01 .ədəd şəffaf rəngli sellofan bükümdə daşıyaraq üzərində saxlamış, 11 may 2022-ci il tarixdə saat 01:20-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz" marketin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİnə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən. əynində olun yaşıl rəngli gödəkcəsinin sol yan cibində 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 10,530 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdara – 11,409 qram çəkidə narkotik vasitə olun heroini və şəxsi istehlak miqdarından artıq miqdarda – 0,184 qram çəkiklə psixotrop maddə metamfetamini əldə edib, həmin narkotik vasitənin 10.530 qramını 01 ədəd şəffaf rəngli sellofan bükümdə Təqsirləndirilən şəxs1 vermiş, qalan 0,879 qram çəkidə narkotik vasit heroini və 0.189 qram çəkidə psixotrop maddə olan metamfetamini daşıyaraq üzərində saxlamış. 11 may 2022-ci il tarixində, saat 01:20-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngi siqaret kağızı bükümün içərisindən 0,879 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli siqaret kağızı bükümdə 0.189 qram çəkidə ağ rəngli kristtalardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən bilərək ifadəsində göstərdi ki, tutulmazdan 5-6 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Əziz onun uşaqlıq dostudur, ailəvi gedişgəlişləri olmuşdur. Özü musiqiçidir, Əziz taksi kimi onu hara lazımdırsa, aparmışdır. Noyabr ayında onu maşın vurmuş, ağır kəllə-beyin travması almış, ağrılarını kəsmək üçün metamfetamin istifadə etmişdir. Gecə saat 24 radələrində onu Bakıya məclis danışmaq üçün aparması üçün Əzizə zəng etmişdir. Əzizin günahı yoxdur, sadəcə sürücü kimi onunla getmişdir. Əzizin narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, tutulanda Əzizin üstündən narkotik vasitə çıxanda istifadə etdiyini bilmişdir. Özünün üzərində 10 qram narkotik vasitə olmuş, Əzizdə isə 1,5 qram metamfetamin olmuşdur. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuş, ona narkotik almaq üçün heç kim sms yazmamışdır. 11 may 2022-ci il tarixdə gecə saat 01 radələrində saxlanılmış, şəxsi axtarış saat 03 radələrində keçirilmişdir. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermiş və həmin ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər CM-nin 331.2 və 62-ci maddələri ilə məhkum olunmuş və hal-hazırda nıəhkumluğu ödənilmişdir. Bir neçə müddəidir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. О, xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:20 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində «Ən Ucuz» marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsirıdə şübhəli olduqları üçün saxladıqlarını bildirdikdən sonra onları Pİ-nə dəvət etdilərini. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman onun buna etiraz etmədiyini, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb evlən qarnınla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim elməyini təklif edilən zaman özü əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdiyini, həmin büküm açıldıqda bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin’’ə bənzər olan maddənin olmasının müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə "kakos" olduğunu. Əziz adlı şəxsin həmin narkotik vasitəni saxlamaq üçün ona verdiyini. həmin narkotik vasitəni Əziz, adlı şəxslə birlikdə Bakı şəhəri Qara Qarayev metrosunun yaxınlığına gedərək birlikdə əldə eldiklərini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəflal rəngli sellofan ilə birlikdə çəkisinin 10,85 qram olduğunun müəyyən edildiyini və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılarıq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq ondan götürülmüş narkotik vasitəni Bakı şəhəri, Qara Qara metrostansiyasından Əzizlə birgə tanımadığı şəxsdən əldə eldiyini, həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını, əvəllər kiməsə narkotik vaislə salmadığını və hədiyyə vermədiyini bildirmişdir. (cild 1, iş vərəqə 162-163) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azəri uşaqlıqdan tanıyır, özü taksi fəaliyyəti ilə məşğul olmuş, Azəri də taksi kimi gedəcəyi ünvanlara aparmışdır. Hadisə günü gecə Azər ona zəng edərək onu Bakıya aparmasını xahiş etmişdir. Qara Qarayev metrosunun yaxınlığına getmişlər, Azər ona “gözlə, bir azdan gəlirəm” demiş, 10-15 dəqiqə sonra gəlmiş, amma onun narkotik vasitə almağa getdiyini bilməmişdir. Sumqayıta gələrkən yol polisi onları saxlamış, ad soyadını soruşaraq etibarnaməsinin vaxtının bitdiyini demiş, söhbət etməyə başladıqları zaman maşını aparmaması üçün pul təklif etmək istəmiş, bu zaman baş idarənin polis əməkdaşları gələrək onları tutlmuşdur. Üzərində təqribən bir qramdan çox narkotik vasitə olmuş, həmin narkotik vasitəni Novxanıdan almışdır. Azərin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin, həmin gün narkotik vasitə almağa getdiyini bilməmiş, çörək pulu qazanmaq üçün taksi kimi getmişdir. ***-**-** mobil nömrəsi onun istifadəsində olmuş, ondan heç kim pul müqabilində narkotik vasitə istəməmişdir. Saat 01 radələrində saxlanılmışlar. 11 qram narkotik vasitə onun olmamışdır. İttiham aktında qeyd olunan narkotik vasitələr ona məxsus olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, təzyiq altında ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, halhazırda məhkumluğu ödənilmişdir. O, uzun bir müddəidir ki, narkotik vasitə olan heroindən və psixatrop maddə mclamfelamindən istifadə edir. О. xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:20 radələrində Sumqayıt şəhəri. 17-ci mikrorayon ərazisində «Ən Ucuz» marketin yaxınlığında tanışı Azər ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdi rilməs ində şübhəli olduğu üçün saxladıqlarını, onları Pİ-nə dəvət etdiklərini, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman onun buna etiraz elmədiyini, ona hüquq və vəzifələr barədə bildirişin, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X1 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması. əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarın sağ kiçik ölçülü yan cibində saxlamış olduğu 2 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim eldiyini, həmin bükümlərin açıldığını, bükümlərin birində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan "heroin”ə bənzər olan maddənin, digərində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddənin olmasnın müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə’’ olduğunu, həmin maddələri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,0 qram, ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,30 qram olmasının müəyyən edildiyini və aşkar olunmuş həmin maddənin Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq ondan götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı şəxsi tanımadığını. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni Azərə onun vermədiyini, Azərin həmin narkotik vasitəni özünün aldığını, sadəcə onun Azəri narkotik vasitəni alınası üçün Bakı şəhərinə apardığını, orada narkotik vasitəni alması üçün pulu çatmadığından Azərə 50 manat borca pul verdiyini, saxlanılan zaman ona qarşı heç kim heç- bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. ( cild 1, iş vərəqə 179-181) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satması barədə məlumat daxil olmuşdur. Saat 01 radələrində qeyd olunan şəxslərin 17-ci mikrorayon ərazisində yerləşən "Ən Ucuz” marketin yaxınlığında olmaları barədə məlumat daxil olmuşdur. Saat 01-02 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Pİ-də xidməti otaqların birində videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 bu zaman əynində olan gödəkcənin cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Soruğıı zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin “kakos” yəni, narkotik vasitə heroin olduğunu, həmin maddəni Qara Qaravev metrosunun yaxınlığından birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs2 ilə əldə etdiyini, həmin kütləni Əzizin saxlamaq üçün verdiyini, şübhə yaranarsa atmasını dediyini bildirmişdir. Daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 02 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı o, birinci bükümün içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, ikinci bükümdə isə “ şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyvat müvəkkili Şahid3 oğlu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid2 və Şahid3 oğlu ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 215-217) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 21 B-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri istifadə etməsi, üzərində gəzdirməsi, daşıması və satması barədə Sumqayıt ŞPİnin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur.(İ cild, iş vərəqə 04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynindəki yaşıl rəngli gödəkcəsinin sol yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir və həmin bükümün içərisində kakos" yəni narkotik vasitə olun «heroin» olduğunu bildirir. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntünün ilk saniyəsində polis polkovonik-leytenantı rütbəsində olan şəxs özünü Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı kimi təqdim edib Səadət Qənbərov olduğunu bildirir. Sonra qarşısında duran şəxsə özünü təqdim etməsini bildirir və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılmasını, üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Pİ-nə gətirildiyini bildirir. Sonra digər şəxslərə özlərini təqdim etməsini xahiş edir və həmin şəxslər özlərini təqdim edərək NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, baş əməliyyat müxəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 olduğunu bildirirlər. Sonra müdafiəçi özünü təqdim edərək Sumqayıt şəhər Regional Vəkil Bürosunu vəkili Günay Cəfərova olduğunu bildirir. Pİ-də hüquq vəzifələrinin izah edilməsi ilə bildiriş təqdim edilir və ona bir daha tanış olması bildirilir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş edilir. Təqsirləndirilən şəxs1 əynindəki yaşıl rəngli gödəkcəsinin sol yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim eldi. Həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu bildirdir. Həmin bükümün içərisində olan kütləni Bakı şəhəri, Qara Qarayev metrosunu yaxınlığından onunla birlikdə gedən avtomobilin sürücüsü Əziz adlı şəxslə birlikdə əldə etdiyini, Əzizin həmin kütləni ona saxlaması üçün verdiyini, şübhəli bir hal yarandıqda atmağını deməsini bildirdi. Həmin kütlə elektron tərəzidə çəkilir və çəkisinin 10,85 qram olduğu müəyyən edilir. Bundan sonra protokol tərtib olunması üçün həmin küllə götürüldü, həmin küllə qablaşdırıldı, möhürləndi, imzalandı. Bundan sonra videoçəkiliş dayandırıldı. ( cild 1, iş vərəqə 211-212) Şəxsi axtarışın keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ kiçik ölçülü yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim edir. Həmın bükümlər açıldıqda birinci bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlənin, ikinci bükümün içərisində ağ rəngli krsitalşəkilli kütlənin olduğu aşkar olunur. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin bükümün birinin içərisində "kakos" yəni narkotik vasitə olun «heroin», ikinci bükümün içərisində "şüşə" yəni psxiatrop maddə melamfelamin olduğunu bildirir. (Cild 1, iş vərəqləri 106-107) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntünün ilk saniyəsində polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov olduğunu bildirir. Sonra ağ rəngli köynəkdə və idman gödəkcəsində olan şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olmasını bildirir. Sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu və qanunsuz üzərində gəzdirilməsi barədə Sııqmayıi ŞPİ-nin NMB-nə məlumat dail olmuş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-nə gətirilmişdir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Bəhruz. Səmədov olduqlarını bildirirlər. Sonra Təqsirləndirilən şəxs2 saxlanılmasının səbəbini izah edərək, ona hüquqlarını müdaifə edəcək Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Sədirxanov Sədirxan təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edərək bununla bildiriş təqdim edir. Sonra təhqiqalçı tələfindən Əziz Məikova üzərində qanunla quduğıan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub-olmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs2 bu zaman əynindəki göy rəngli cins şalvarın sağ kiçik ölçülü yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim eldi. Həmın bükümlər açıldıqda birinci bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlənin, ikinci bükümün içərisində ağ rəngli krsitalşəkilli kütlənin olduğu aşkar olundu. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin bükümün birinin içərisində "kakos" yəni narkotik vasitə olun «heroin», ikinci bükümün içərisində "şüşə" yəni psxiotrop maddə metamfetamin olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümləri Novxanı qəsəbəsindən əldə eldiyini, ümumilikdə 30 manat pul verdiyini, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin büküm çəkildi və çəkisinin 1,0 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psxiotrop maddəyə bənzər küllənin çəkisini müəyyən elmək həmin büküm çəkildi və çəkisinin 0.30 qram olması müəyyən olundu. Protokol tərtib olunması üçün həmin kütlə götürüldü, aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Sonra videoçəkiliş dayandırıldı. ( cild 1, iş vərəqə 209-210) Şəxsi axtarışın keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən çoxsaylı sms yazışmaları daxil olmuşdur. ( cild 1, iş vərəqə 220-223) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən çoxsaylı sms yazışmaları daxil olmuşdur. ( cild 1, iş vərəqə 235-254) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci ıl tarixli, 6/2700 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №1 24”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 aşkar edilmiş..." yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,5.30 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir.( cild 1, iş vərəqə 37-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci ıl tarixli, 6/2702 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərllər üçün №124“-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 aşkar olunmuş..." yazısı və imzalar olan paketi açdıqda, içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 879 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,189 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onlar arasında müqayisəli tədqiqat aparılmadı. Vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə (11 may 2022-ci il tarixli 6/2700 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli .Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop nıaddələr”in siyahısına daxildir. ( cild 1, iş vərəqə 112- 117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli. 3995 savlı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 255-256) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3992 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı nakomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomanivadaıı məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 257- 258) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,330 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,829 qram narkotik vasitə olan heroin və 0,139 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 02 (iki) ədəd disk, “Azercell" MMC tərəfindən təqdim edilmiş olan 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıraq cinayət işinin materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 281-295) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2. 62-ci maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir.( cild 2, iş vərəqə 227-228) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə cəzası 03 ilə endirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 170.1. 177.2.1. 177.2.2. 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. (cild 2, iş vərəqə 229-231) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti “Mülk” KM-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 1, iş vərəqə 279) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 275) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-ci il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 276) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 273) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməkdə satış məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 əldə edərək üzərində gəzdirdiyi narkotik vasitənin külli miqdarda olması, Təqsirləndirilən şəxs2 əldə edərək üzərində gəzdirdiyi narkotik vasitənin müxtəlif növlərdə olması, onların istifadəsində olan mobil nömrələrdə narkotik vasitə satışını ehtiva edən sms yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin himayəsində bir azyaşlı uşaqlarının olması onların cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 20, 69-70) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilmiş, həbsetmə müddətinin başlanğıcı 16 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 1, iş vərəqə 141, 170, 188-189) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 11 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 may 2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,330 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,829 qram narkotik vasitə olan heroin və 0,139 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 114 (yüz on dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 il 05 ay 28 gün (altı il beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,330 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,829 qram narkotik vasitə olan heroin və 0,139 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 04 (dörd) ədəd disk cinayət işinin materillarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 114 (yüz on dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-208/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-208/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver