Məhkəmə qərarları › İş №1(124)-208/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-208/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-208/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində təkrarən istəməklə təkrarən almış, хidməti vəzifələrinin icrаsı ilə əlаqədаr özü və üçüncü şəхslər üçün qаnunsuz üstünlük əldə еtmək məqsədi ilə öz qulluq səlаhiyyətlərindən qulluq mənаfеyinə qəsdən zidd оlаrаq istifadə etməklə hüquqi şəxsin hüquqlаrınа və qаnuni mənаfеlərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Belə ki, o, Abşeron rayon icra hakimiyyəti başçısının 18 fevral 2022-ci il tarixli, 45 nömrəli əmri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, səlahiyyətləri çərçivəsində əmrlər vermək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən və sair arayışlar vermək və digər vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qeyd olunan xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də, ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.075 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 3 ədəd fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2022-ci ilin yay aylarında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid7 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı rüşvət qismində istəmiş, Şahid7 həmin məbləğdə pul vəsaitini verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə 2022-ci ilin yay aylarında qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid7 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.02 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2022-ci ilin dekabr ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid4 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı rüşvət qismində təkrarən istəmiş, Şahid4 3.000 (üç min) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə 2022-ci ilin dekabr ayında qeyd olunan ünvanda yerləşən nümayəndəliyin inzibati binasının dəhlizində cinayətdən xəbərsiz Şahid12 vasitəsilə Şahid4 özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdi. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.02 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2022-ci ilin dekabr ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid8 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı rüşvət qismində təkrarən istəmiş, Şahid8 4.500 (dörd min beş yüz) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə 2022-ci ilin dekabr ayında qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid8 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.500 (dörd min beş yüz) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdi. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.05 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2023-cü ilin yanvar ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid9 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı rüşvət qismində təkrarən istəmiş, Şahid9 2.900 (iki min doqquz yüz) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə 2023-cü ilin yanvar ayında qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid9 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.900 (iki min doqquz yüz) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni Şahid10 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən ümumi sahəsi 115 m2 qeyri-yaşayış binasının sonuncunun mülkiyyətində olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X2 təqdim edilməsi məqsədilə arayışın verilməsi üçün 2023cü ilin fevral ayında Şahid10 ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında olan xidməti otağında özünə müraciəti ilə əlaqədar, qeyd olunan tarixdə və yerdə müvafiq arayışın verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (bir yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə və xidməti otağında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (bir yüz) manat pul vəsaitini rüşvət qismində təkrarən alaraq, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar qeyri-yaşayış binasının Şahid10 mülkiyyətində olmasına dair sonuncuya “Abşeron rayon icra hakimiyyəti. Arayışların qeydiyyatı” kitabında qeydiyyat aparılmaqla, öz imzası və nümayəndəliyin möhürü ilə təsdiq edərək xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayış verilməsini təmin etmiş, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.026 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2023-cü ilin mart ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid2 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı təkrarən rüşvət qismində istəmiş, Şahid2 həmin məbləğdə pul vəsaitinin verilməsinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.02 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə xx.xx.2023-cü il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini Şahid3 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı təkrarən rüşvət qismində istəmiş, Şahid3 2.000 (iki min) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.03 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2023-cü ilin mart ayının sonlarında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid6 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı təkrarən rüşvət qismində istəmiş, Şahid6 həmin məbləğdə pul vəsaitinin verilməsinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında Şahid6 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.04 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2023-cü ilin mart ayının sonlarında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid5 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı təkrarən rüşvət qismində istəmiş, Şahid5 4.000 (dörd min) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında X1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.500 (dörd min beş yüz) manat pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd olunan vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu nümayəndəliyin inzibati ərazisində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən sahəsi 0.04 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və şərait yaradılması barədə 2023-cü ilin mart ayının sonlarında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid1 qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında görüşləri zamanı təkrarən rüşvət qismində istəmiş, Şahid1 4.000 (dörd min) manat verə biləcəyinə dair razılığını alıb, qeyd olunan Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan ünvanda “Niva” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilində 2.000 (iki min) manat, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən nümayəndəliyin inzibati binasında xidməti otağında 2000 manat olmaqla maddi nemət olan cəmi 4.000 (dörd min) manat pul vəsaitini Şahid1 vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən almış, həmin hərəkətləri ilə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadə verməkdən imtina edərək verilən suallara cavab olaraq bildirmişdir ki, 2 nəfərdən pul almamış, amma digər xüsusatlar doğrudur. Ərazidə qanunsuz tikillilər aşkar edilən zaman bu barədə aiddiyyatı orqanlara müraciət etmək vəzifəsi olmuşdur. Aidiyyatı orqanlar dedikdə, Ədliyyə Nazirliyi, polis idarəsi və s. nəzərdə tutmuşdur. Qanunsuz tikililəri aşkar etdikdən sonra qeyd etdiyi orqanlara məlumat verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, rüşvət almamış, sadəcə vətəndaşları aldadaraq onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirmişdir. Belə ki, 2005-ci ildən Abşeron RİH-də müxtəlif vəzifələrdə işləmişdir. 2022-ci ilin mart ayından isə Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə ərazidə RİH başçısını təmsil etmək, qəsəbə ərazisində yaşayan əhalini qeydiyyata almaq, müxtəlif məzmunlu arayışlar vermək və digər işlər görməkdən ibarətdir. 2023-cü ilin mart ayının əvvəllərində adının sonradan Vüqar olduğunu bildiyi şəxs işlədiyi idarədə ona yaxınlaşaraq Mehdiabad qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu və həmin sahədə fərdi yaşayış evi tikmək istədiyini bildirmiş və ondan bu evin tikintisinə icazə verməyini istəmişdir. O isə həmin sahədə ev tikmək üçün 4500 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs onun yanından çıxıb getmişdir. Təxminən 1 həftə-10 gün sonra mart ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Vüqar yenidən onun işlədiyi idarəyə gələrək pulu gətirdiyini bildirmişdir. O da Vüqara onun **-AA-*** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilinə əyləşib ev tikməyi planlaşdırdığı sahəyə getməyi təklif etmişdir. Onlar birlikdə onun xidməti avtomobilində həmin sahəyə getmişlər. Həmin vaxt onun avtomobilini İsmayıl adlı sürücüsü idarə etmiş, Vüqar arxa oturacaqda, o isə ön sərnişin oturacağında əyləşmişdir. O, sahəyə baxdıqdan sonra orada tikinti aparılmasına razılıq vermişdir. Vüqar ona tikinti zamanı heç bir dövlət orqanının gəlməsini istəmədiyini bildirmiş, o da icazə verdiyi tikintiyə heç kimin dəyib-dolaşmadığını, sadəcə əmlakın işçilərinin tikintinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparıldığına görə tikintini aparan şəxsi cərimələdiyini bildirmişdir. O, sadəcə gələcəkdə Vüqara həmin cəriməni ödəməli olacağını demişdir. Bundan sonra həmin torpaq sahəsindən ayrılmışlar. Həmin yerdən aralandıqdan qısa müddət sonra, hazırda xatırlamadığı əskinaslarla Vüqar ona 2000 manat pul vermişdir. O da pulu sayıb cibinə qoymuşdur. Vüqar bir neçə günə qalan pulu da gətirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi idarəyə gəldikdə Vüqarın da gəldiyini görmüşdür. Həmin vaxt yanında olan Tural adlı şəxsə avtomobildən otağının açarını gətirməyi bildirmişdir. Tural açarı gətirdikdən sonra o, kabinetin qapısını açmış, Turala çöldə gözləməyini bildirib Vüqarı içəri dəvət etmişdir. Vüqar ona 20 ədəd 100 manatlıq əsknaslarla 2000 manat pul vermişdir. Bu zaman Vüqar ona evi iki mərtəbəli tikəcəyini bildirdikdə Vüqarın ona verməli olduğu pulun 5000 manat olduğunu bildirmişdir. Vüqar da razılaşıb onun yanından çıxıb getmişdir. Daha sonra əvvəlcə Tural, daha sonra özlərini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər içəri daxil olmuşlar. Həmin şəxslər müvafiq məhkəmə qərarını ona elan edərək üzərinə və xidməti kabinetə baxış keçirtmişlər. Onun üzərindən pul vəsaitləri, kabinetdən kitabçalar və digər predmetlər aşkar edilmişdir. O, orada pul vəsaitinin 2000 manatını Şahid1 aldığını bildirmişdir. Bundan sonra bəzi predmetlər götürülmüşdür. Təqsirləndirilən şəxs göstərmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində müxtəlif ölçülü fərdi yaşayış evlərinin tikintisi üçün Şahid1 5000 manat tələb edərək 4000 manat, Şahid5 5000 manat tələb edib 4000 manat, Şahid2 2000 manat tələb edərək, Şahid6 4000 manat tələb edərək, Şahid9 3000 manat tələb edərək 2900 manat, Şahid8 5000 manat tələb edərək 4500 manat, Şahid4 4000 manat tələb edərək 3000 manat, Şahid3 4000 manat tələb edib 2000 manat, Şahid10 Vergi Xidməti və X2 təqdim etmək üçün verdiyi iki ədəd arayışın qarşılığında 100 manat pul almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələrində Şahid12 vasitəçilik etdiyi şəxslər barədə yalan danışdığını, yalnız xidməti otağında aşkar edilmiş dəftərçədə adları qeyd edilmiş şəxslərdən başqa heç kimdən pul almadığını, Abşeron rayon icra hakimiyyətində Nurlan və Emin adlı şəxslərin işləmədiyini, həmin şəxsləri tanımadığını, xidməti otağında aşkar edilmiş və içərisində “xx.xx.2023. X8. 2200. Tikinti təyinatı altı qaraj”, “xx.xx.2023. Şahid2. 1 mərtəbə 5 daşın üstündə. Nizaməddin işçisi Seyid. 2000 ödədi Emma” və digər qeydlər yazılmış dəftərçənin ona məxsus olduğunu, orada pul almaqla tikintilərinin aparılmasına icazə verdiyi vətəndaşların adları və aldığı pulun məbləğinə dair özünün apardığı qeydlər olduğunu, orada olan yazıları öz xətti ilə özünün yazdığını, vətəndaşlardan aldığı pullardan heç kəsə verməyini, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyini, icazələri şifahi formada verdiyini, vətəndaşlara hər hansı sənəd vermədiyini, Şahid7 hər hansı səbəbdən hər hansı pul vəsaiti almadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs Mehdiabaddan tanıdığını, Mehdiabadda yaşamasa da qohumlarının orada yaşadığını, Təqsirləndirilən şəxs Mehdiabadda ev tikməyə görə 4.000 (dörd min) manat pul verdiyini, qonşulardan və digər tanışlarından ev tikilməsi kimi məsələlərə Təqsirləndirilən şəxs baxdığını eşitdiyini bildirmişdir. Şahid6 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs 4.000 manat pul vəsaitini otağında verdiyini, pulu verən zaman Əlinin ona tikinti işlərində heç kimin maneçilik törətməyəcəyini bildirdiyini göstərmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs yanına özünün getdiyini, həmin torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olduğunu, Təqsirləndirilən şəxs yanına gedərək qardaşı üçün ev tikdirməyə icazə almağa gəldiyini bildirmişdir. “Pul söhbəti”ni ilkin olaraq Əli müəllimin açdığını, Təqsirləndirilən şəxs ona tikintiyə görə pul verməli olduğunu, 4.000 manata razılaşdıqlarını, Təqsirləndirilən şəxs ilk öncə 4.000 manatdan təxminən iki yüz-üç yüz manat yuxarı məbləğ istədiyini, sonda 4.000-də razılaşdıqlarını, tikintinin bələdiyyə sənədi əsasında aparıldığını, tikmək üçün Əlinin ona hansısa sənəd vermədiyini, heç kim tikinti işinə maneçilik törətmədiyini, tikinti prosesində polis, sahə rəisi və s. əməkdaşın tikintiyə görə yanlarına gəlmədiyini bildirmişdir. Həmçinin pulun məbləğinin evin mərtəbəsinə görə müəyyən edildiyini, özünün ikimərtəbə tikdirmək fikrində olduğunu, pulu verən zaman tikinti işlərinə başlamadığını, Təqsirləndirilən şəxs tutulduqdan sonra da ev tikməyə davam etdiyini və heç kimin onlara maneçilik törətmədiyini, 4.000 manat pul vəsaitinin özünə geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid5 ifadəsində ev tikmək üçün Mehdiabadda torpaq aldıqlarını, tikintiyə icazə alınması üçün Təqsirləndirilən şəxs yanına yaxınlaşmaq lazım olduğunu, Təqsirləndirilən şəxs dörd sot torpaq sahəsində ev tikmək üçün 4.000 manat pul verdiyini, pulu ev tikmək üçün verdiyini bildirmişdir. Həmçinin həmin pul vəsaitinin onun özünə geri qaytarılması üçün ona zəng olunduğunu göstərmiş, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müdafiəçi Şahid5 notarial qaydada vermiş olduğu ərizəni məhkəməyə təqdim edərək pul vəsaitinin ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs kənddən tanıdığını, onun “kənd soveti” işlədiyini, özü üçün ev tikdirmək istədiyini, həmin evi hələ tikib qurtarmadığını, ev tikdirdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğunu, bütün Mehdiabadın kənd təsərrüfatı təyinatlı torpaqların üzərində qurulduğunu, Təqsirləndirilən şəxs pulu evini tikməyə görə verdiyini, pulu verməsəydi, evini tikə bilməyəcəyini, icra hakimiyyətinin buna icazə verməyəcəyini, Təqsirləndirilən şəxs 3.000 (üç min) manat verdiyini, pulun qarşılığında Əlinin ona “evi tik qurtar” dediyini, pulu hamısı 100 manatlıq olmaqla Əliyə kabinetində verdiyini, həmin vaxt otaqda ancaq ikisinin olduğunu, pulu verdikdən sonra Əlinin ona gedib evini tikməyini, heç kimin onu narahat etməyəcəyini dediyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs vermiş olduğu pul vəsaitinin ona geri qaytarıldığını göstərmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 2-3 il bundan qabaq hazırda xatırlamadığı şəxsdən 7400 manat pul verməklə 2 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Onun həmin torpaq sahəsini almaqda məqsədi orada öz istifadəsi üçün fərdi yaşayış evi tikmək olmuşdur. 2022-ci ilin dekabr ayında o, həmin torpaq sahəsində evinin tikintisinə başlamışdır. Elə bu ərəfələrlə sonradan Mehdiabad qəsəbə icra nümayəndəsi Əli kimi tanıdığı şəxs Tural adlı şəxslə birlikdə evinin tikildiyi əraziyə gəldi. Həm Tural, həm də Əli ona tikintini dayandırmağını bildirmişlər. O, bunun səbəbini onlardan soruşduqda hər ikisi ona icra nümayəndəliyinə gəlməyini və orada danışacaqlarını bildirmişlər. Bundan sonra özləri həmin ərazidən çıxıb getmişlər. Elə həmin vaxt o da oradan ayrılaraq icra nümayəndəliyinə getmişdir. Bu zaman Əli və Tural idarədə olmadıqlarından təxminən 1 saat gözləmiş, yalnız bundan sonra Əli və Tural icra nümayəndəliyinə gəlmişlər. Üçü də Əlinin xidməti otağına daxil olmuşlar. Söhbət zamanı Əli ona tikinti apardığı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu, həmin ərazidə tikinti aparılmasının qadağan olduğunu, əgər ona 4000 manat pul verəcəksə, tikintinin davam etdirilməsinə icazə verəcəyini bildirmişdir. O, İİ qrup əlil olduğunu, deyilən məbləğdə imkanının olmadığını bildirmişdir. Lakin Əli ona əgər tikintini davam etdirmək istəyirsə, həmin pulu verməli olmağında israr etmişdir. O da Əliyə biraz fikirləşdikdən sonra qərar verəcəyini bildirib sonuncunun xidməti otağından çıxmışdır. Bundan sonra o, dost-tanışdan maraqlandıqda ona evi tikmək istəyirsə istənilən pulu vermək məsləhət bilinmişdir. Buna görə də, 2-3 gündən sonra o, yenidən Əlinin yanına – icra nümayəndəliyinə getmişdir. Həmin vaxt Tural da Əlinin yanında olmuşdur. O, Turalla Əliyə 4000 manat pulunun olmadığını, yalnız 3000 manat verə biləcəyini demişdir. Bu zaman hər ikisi “Allah xeyir versin” deyib razılıq vermişlər. O da növbəti gün pulu gətirəcəyini bildirib çıxıb getmişdir. Növbəti gün 3000 manat pulu düzəldib yenidən icra nümayəndəliyinə getmişdir. Orada o, elə icra nümayəndəliyinin dəhlizində Turala 3000 manat vermişdir. Sonuncu həmin pulu saydıqdan sonra cibinə qoymuşdur. Daha sonra ikisi birlikdə Əlinin xidməti otağına daxil olmuşlar. Orada o, Əliyə pulu Turala verdiyini dedikdə Əli Turaldan bu barədə soruşmuş, sonuncu həqiqətən onun 3000 manat pul verdiyini demişdir. Bundan sonra o, otaqdan çıxmışdır. Hal-hazıradək də tikintini davam etdirir, hər hansı şəxs, o cümlədən Əli və Tural bir dəfə belə olsun onun evinə gəlməmiş, tikintinin aparılmasına mane olmamışlar. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid8 ifadəsində Mehdiabad qəsəbəsində torpaq sahəsi aldığını, orada ev tikmək qərarına gəldiyini, qanunları bilmədiyindən həmin torpaq sahəsində ev tikə biləcəyini düşünüb evi tikilməsi üçün Təqsirləndirilən şəxs 4.500 (dörd min beş yüz) manat pul verdiyini, trorpağın kənd təsərrüfatı təyinatlı olduğunu, kənd təsərrüfatı təyinatlı torpaqda tikintiyə icazə olub-olmadığını bilmədiyini, evi hazırda tikib qurtardığını, evi tikdiyi müddətdə onu narahat edənin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş İsmayılov X3 özü üçün ev tikmək istədiyini, bunun üçün icra orqanına yaxınlaşdığını, kənd təsərrüfatı təyinatlı torpaq olduğuna görə özünün gedib pul təklif etdiyini, Təqsirləndirilən şəxs 3.000 (üç min) manat pul verdiyini, həmin pulun hamısının özünə qaytarıldığını, pul verməyəcəyi halda evinin uçurulacağını, evi tikdiyini və hazırda orda yaşadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid2 ifadəsində ev tikmək üçün Təqsirləndirilən şəxs torpaq sahəsinin yanında 2.000 (iki min) verdiyini, torpağın kənd təsərrüfatı təyinatlı torpaq olduğunu, vermiş olduğu pul vəsaitinin özünə geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Səfərov X5 yeddi sot yarım torpağının olduğunu, torpaq sahəsini 2001-ci ildə aldığını, Mehdiabadda öz torpaq sahəsi də daxil olmaqla bütün torpaq sahələrinin kənd təsərrüfatlı təyinatlı torpaq sahələri olduğunu, həmin torpaq sahəsində bir il əvvəl ev tikdiyini, torpaq sahəsinin çıxarışı olduğunu, Təqsirləndirilən şəxs pul vermədiyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona orda ev tikməyə icazənin olmadığını, o da icazə olmadığı halda eyni ərazidə bu qədər evin necə tikildiyini soruşmuş, aralarında bir qədər mübahisə olmuş, daha sonra söhbət qurtarmışdır. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs pul verməyi bağlı ifadə vermədiyini, ibtidai istintaq orqanına onu adı dəftərdə olduğu üçün zəng edərək çağırıldığını bildirmişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, atası Tələt Səfərov 2001-ci ildə Mehdiabad qəsəbəsindən 10 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Həmin torpağın 2.5 sotunu 5-6 il bundan qabaq satmış, 2022-ci ilin yay aylarında o, həmin torpaq sahəsində bir neçə ev tikərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə qohumu Sərxan Taharova müraciət etmiş, sonradan şərikli olaraq həmin torpaq sahəsində 3 ədəd iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışlar. Bir müddət tikinti apardıqdan sonra Abşeron RİH Başçısı yanında Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs tikinti apardıqları sahəyə gəlmişdir. Orada Əli ilə görüşləri zamanı sonuncu ona bu torpaq sahəsinin kənd təsərraftı təyinatlı torpaq sahəsi olduğunu, burada tikinti aparılmasının qadağan olduğunu bildirmişdir. Həmçinin Əli tikinti üçün onunla razılaşmalı olduğunu, qiymətin 6000-7000 manat olduğunu, lakin 5000 manat verərsə, tikintini davam etdirə biləcəyini demişdir. O da Əli ilə söhbət edəcəyini bildirdikdən sonra sonuncu çıxıb getmişdir. Bundan sonra Əli bir neçə dəfə həmin sahəyə gələrək ondan pulu verməyini istəmişdir. O da hər dəfə müxtəlif bəhanələrlə bu məsələni uzatmışdır. Hətta Əli bir dəfə 1 ay yarımlıq müddət ərzində tikintini dayandırmış, onlara tikintini davam etdirməyə icazə verməmişdir. Nəhayət, 2022-ci ilin yay aylarında xatırlamadığı tarixdə israrlarına görə işlədiyi Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gedərək sonuncunun xidməti otağında Əli ilə görüşmüşdür. O, qiymətdə biraz endirim etməsini istədikdə Əli hər hansı endirim edə bilməyəcəyini demiş, o da Əliyə üzərində hər bir ev üçün gətirdiyi 5.000 manat barədə məlumat verdikdə, sonuncu otağından çıxıb həmin otaqla üzbəüz otağa keçməyini və həmin otaqla iç-içə olan otağa daxil olaraq pulu orada olan rəflərdən birinə qoymağını dedikdə razılaşmışdır. Daha sonra Əli ilə birlikdə həmin otaqdan çıxmışlar. Əli də dediyi otağın qapısını açaraq orada olan adını bilmədiyi yaşlı bir kişidən onu içəri otağa buraxmağını istəmişdir. Bu zaman o, həmin otağa daxil olmuşdur. Həmin otaq qaranlıq olmuş və içəridə ondan başqa heç kəs olmamışdır. O, 15.000 manat pulu orada olan rəflərdən birinin üstünə qoyub çölə çıxaraq Əliyə pulu dediyi yerə qoyduğunu demişdir. Sonuncu da ona daha narahat olmamağını, heç kimin tikintiyə mane olmayacağını bildirmişdir. O, Əlidən hər hansı sənəd istədikdə, sonuncu hər hansı sənəd vermədiyini, hər şeyə özünün cavabdeh olduğunu, lakin evləri tezliklə tikib başa çatdırmağını bildirmişdir. Əli ona ümumi olaraq heç nə deməsə də, o, israrla qiymətdə endirim etməyini xahiş etdikdə, Əli ona bu işlərə icra hakimiyyətində Nurlan adlı şəxsin məşğul olduğunu, sonuncudan xahiş edəcəyi halda heç bir qəpik də verməyəcəyini bildirmişdir. Həmin vaxt belə bu işlərin rəhbərinin Nurlan adlı şəxs olduğunu başa düşmüşdür. Şahid elan edilmiş ifadəsi ilə əlaqədar ona verilən suala cavab olaraq istintaq orqanına üç dəfə gedib gəldiyini, psixoloji cəhətdən yorulduğunu, ona görə ifadəyə qol çəkdiyini bildirmişdir. Həmçinin eyni vaxtda iki qardaşı və özü üçün üç ev tikdirdiyini, Təqsirləndirilən şəxs acıqlı olduğu üçün Təqsirləndirilən şəxs pul verməsi barədə ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Orduxanov X6 yeddi sot yarım torpağının olduğunu, Təqsirləndirilən şəxsla uzun müddət yaxın münasibəti olduğunu, sürücü və ərazini tanıyan şəxs kimi Əli müəllimlə ərazilərdə olduğunu, Təqsirləndirilən şəxs heç bir şey vermədiyini, heç bir şey almadığını, kiminsə Təqsirləndirilən şəxs pul verməsində iştirak etmədiyini, onun yanında Təqsirləndirilən şəxs heç kimin pul vermədiyini, sadəcə sürücüsü kimi Əli müəllimlə getdiyini, onun hərəkətlərinə heç bir aidiyyatı olmadığını bildirmişdir. Bəzən Təqsirləndirilən şəxsla birlikdə əraziyə çıxdığını, yeni tikililərə getdiyini, ancaq danışıqları Əli müəllimin özünün apardığını, kiminsə icra nümayəndəliyinə gəlib pul təklif etməsi halı ilə rastlaşmadığını bildirmişdir. Şahid məhkəmə tərkibinin verdiyi suallara cavab olaraq İkramın otağa gəlib Əli müəllimlə danışdığını, həmin vaxt özünün çöldə gözlədiyini, pulun onun yanında sayılıb verildiyini, pulun məbləğinin yadında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı torpaq sahəsi ilə bağlı dindirildiyini, torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs icazə alınmalı olduğunu, icazə alınması üçün 2.000 (iki min) pul verdiyini, daha sonra həmin pul vəsaitinin özünə qaytarıldığını bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq tikintiyə başladığı vaxt tikintinin dayandırıldığını, tikintini dayandıran şəxsləri dəqiq şəkildə deyə bilməyəcəyini, həmin vaxt özünün orada olmadığını, həmin şəxslərin icradan gəldiyini, özünün icra nümayəndəliyinə icazə almaq üçün getdiyini, icazənin qarşılığında ondan 2.000 manat pul istəndiyini, Təqsirləndirilən şəxs yaxınlaşdığını, əvvəlcə deyilən məbləğə gücünün çatmadığını, pulu danışdıqları günün səhərisi aparıb verdiyini, pulu stolun üzərində sənədlərin arasına qoyduğunu, həmin vaxt otaqda yalnız ikisnin olduğunu, tikinti üçün ona hansısa icazə sənədinin verilmədiyini, pulu tikintiyə “göz yumulsun” deyə verdiyini, evi də tikib qurtardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona üç sual verilmiş, birinci sualda o Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq qanunsuz və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikinti işləri aparılan zaman tədbir görməyin onun səlahiyyətində olmadığını,kənd təsərrüfatı təyinatlı torpaqda tikinti aparılması halı ilə rastlaşmadığını, əgər belə bir hal olarsa, rəhbərliyə məlumat verildiyini, bununla bağlı rəhbərliyin qərar qəbul etdiyini, “rəhbər” dedikdə öz rəhbərini nəzərdə tutduğunu, Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə əsasən vəzifəsinin gördyü işi rəhbərə məruzə etməkdən ibarət olduğunu, məruzənin şifahi formada həyata keçirildiyini, məruzədən sonra icra nümayəndəsi aidiyyatı orqanlara, məsələn icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid13 Təqsirləndirilən şəxs sürücüsü olduğunu, ibtidai istintaq heç nə danışmadığını, ancaq yazılanlara qol çəkdiyini bildirmişdir. Şahid13 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sürücü işləyir. Qəsəbə nümayəndəsi Təqsirləndirilən şəxsdur. Əli müəllim əvvəllər Abşeron rayonu, Saray və Digah qəsəbələrinin icra nümayəndəsi olmuş, sonuncu həmin qəsəbələrdə nümayəndə vəzifəsində işləyərkən o da həmin nümayəndəliklərdə olmuşdur. 2022-ci ilin fevral ayında Əli müəllim Mehdiabad qəsəbəsinə icra nümayəndəsi təyin edildikdən təxminən 2 ay sonra, yəni xx.xx.2023-cü il tarixdən o, həmin qəsəbənin icra nümayəndəliyində sürücü işinə götürülmüşdür. O, Təqsirləndirilən şəxs sürücüsü olmuş, nümayəndəliyin xidməti istifadəsində olmuş **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 2023-cü ilin mart ayının sonlarında adını bilmədiyi bir şəxs və Təqsirləndirilən şəxsla birlikdə hazırda yerini xatırlamadığı bir torpaq sahəsinə getmişlər. Həmin vaxt avtomobili o, idarə etmiş, Əli müəllim ön sərnişin oturacağında, vətəndaş isə arxa oturacaqda əyləşmişdir. Xatırladığı qədərilə Əli müəllimlə vətəndaş arasında torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı söhbət olmuşdur. Əli müəllimin baxış keçirdiyi torpaq sahəsi də həmin vətəndaşa məxsus torpaq sahəsi olmuşdur. Lakin hazırda həmin söhbətin məğzini, dəqiq təfərrüatlarını xatırlamır. Söhbət zamanı adını bilmədiyi həmin vətəndaş məbləğini bilmədiyi pul vəsaitini də Əli müəllimə vermişdir. Onun bu məsələ barədə hər hansı başqa məlumatı yoxdur. Şahid elan edilmiş ifadəsi ilə bağlı ona verilən suala cavab olaraq onun yanında avtomobildə pul verildiyini, həmin vaxt da çəkiliş olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid10 göstərmişdir ki, ona arayış lazım olmuş, Təqsirləndirilən şəxs yanına gedərək arayış lazım olduğunu bildirmişdir. Belə ki, beş il əvvəl oradan obyekt almış, həmin obyekt boş qalmışdır, lakin sənədi olmuşdur. Həmin obyekti “Al Market”-ə icarəyə vermək istəyən zaman ona arayışlar lazım olmuş, bu məqsədlə Təqsirləndirilən şəxs yaxınlaşdır. Təqsirləndirilən şəxs onu köməkçisinə yönləndirmiş, arayışda nə yazılmalı olduğunu bildirib arayış yazıldıqdan sonra otağına gəlməyini tapşırmışdır. Arayışa möhür vurulması üçün Əli müəllimin yanına keçmiş, Təqsirləndirilən şəxs möhür vuran zaman cibindən 100 (bir yüz) manat pulu çıxardıb stolun üzərinə qoymuş, arayışı götürüb çıxmışdır. Üstündə başqa pul olmamış, çox pul istəmə ehtimalına qarşı arayış hazır olan kimi götürüb çıxmışdır. Şahid dövlət ittihamçısının sualına cavab olaraq arayışların birində səhv olduğunu, həmin arayışı düzəldib yenidən özünə təqdim etdiklərini, səhvlə bağlı gedən zaman Təqsirləndirilən şəxs orada olmadığını, köməkçisinin arayışı yazaraq təqdim etdiyini bildirmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, o pulu qoyan zaman Təqsirləndirilən şəxs möhür vurmuş, ona fikir veməmişdir. Təqsirləndirilən şəxs möhürləyəndə pulu qoymuş, arayışı götürərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs yüz manatı görüb-görmədiyinə fikir verməmişdir. Ondan pul tələb edən olmamış, sadəcə düşünmüşdür ki, pul istəsələr 100 manat verər. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs pul verməyi heç kimin ona tapşırmadığını, onun arayışa görə pul almasını da kimdənsə eşitmədiyini bildirmişdir. Arayışa görə pul vermək qənaətinə özü gəlmiş, pulu görüb-görmədiyinə də fikir verməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, birinci dəfə Təqsirləndirilən şəxs yanına gedib danışmış, ona 4.500 (dörd min beş yüz) manat pul demiş, buna görə də razılaşa bilməmişdir. “Kənd soveti” deyilən, Əli müəllimin oturduğu yerə getmiş, 4.500 mnat yazıb göstərərək gətirməsini demişdir. Bir müddət sonra tanışı ondan əlində nə qədər pul olduğunu soruşmuş, o da 2.000 (iki min) pul olduğunu demişdir. Tanışı onu bir nəfərlə tanış edib işini düzəldəcəyini söyləmişdir. Lakin o, şikayət ərizəsi yazaraq Təqsirləndirilən şəxs ondan pul istədiyini demişdir. Daha sonra əməliyyat qurulmuş, o da kamerayla pulu vermişdir. Daha sonra pulun qalanını da vermək üçün vaxt təyin etmiş, o da qalanını düzəldib gətirəcəyini demiş, bir müddət sonra pulun qalan hissəsini də aparıb vermişdir, sonra da Təqsirləndirilən şəxs tutulmuşdur. Pulu Təqsirləndirilən şəxs özü istəmiş, pulun verilmədiyi təqdirdə tikintiyə icazə verilməmişdir. Əli ona pul verdikdən sonra tikinti ilə bağlı problemləri özünün həll edəcəyini, polisi onun, qalan hər şey isə özünün həll edəcəyini demişdir. Həmçinin pulunun öznə geri qaytarıldığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-674/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilmişdir. Cinayət işinin materiallarında olan 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirində istifadə etmək üçün Şahid1 4 (dörd) ədəd 200 (iki yüz) manatlıq və 12 (on iki) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət olmaqla, cəmi 2.000 (iki min) manat pul vəsaiti və xüsusi texniki avadanlıq təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirində istifadə etmək üçün Şahid1 A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 nömrəli əskinaslar və xüsusi texniki vasitə təqdim olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs xidməti otağına və üzərinə baxış keçirilmiş, baxış zamanı baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 20 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla, cəmi 2.000 manat pul vəsaiti, 2 ədəd Samsung markalı (Galaxy Z Flip və Galaxy A5) mobil telefonlar, qeydiyyat kitabları, sənədlərin surətləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan pul vəsaitini təqdim edərkən tikinti aparılmasına icazə verməsi müqabilində aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli disk və həmin diskə baxış keçirilməsi haqqında protokol tədqiq edilərkən məlum olur ki, xx.xx.2023-cü il tarixli qeydə alınmış video görüntüdə Şahid1 Təqsirləndirilən şəxs “Niva” markalı avtomobildə olarkən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 4.500 manata razılaşmaqla 2.000 manat pul verməsi müşahidə edilir. xx.xx.2023-cü il tarixli digər video görüntü də Təqsirləndirilən şəxs Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında yerləşən xidməti otağında Şahid1 tələb etdiyi pul vəsaitinin məbləğini 5.000 manata qaldırlmaqla, sonuncudan eyni məqsədlə daha 2.000 (iki min) manat pul vəsaitini alır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən dəftərçə Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Təqsirləndirilən şəxs məxsus xidməti otaqdan aşkar edilərək götürülmüşdür. Dəftərçə qeyrirəsmi məlumatları özündə əks etdirir. Dəftərçənin yalnız iki vərəqində yazılar vardır. Qeydlərdə aşağıdakı məzmunda yazılar vardır:

1. Cəhrili deptatın dediyi yer. Anar. Nov yolu əlavə tik, 80 m2 3000 naves

2. xx.xx.2023. X14. 1 mərtəbə. Ödəndi. köhnə qəbiristanlığın yanı. 2 xanım gəlmişdir. 1700

3. xx.xx.2023. İsmayılova Vüsalə . İsmayılov İbrahim. Öd. 70 m2. Turalın qohumu. 1500

4. xx.xx.2023. Şahid2. 1 mərtəbə. 5 daşın üstündə. Nizaməddinin işçisi. Seyidş 2000. Ödəndi.

5. Orduatı MT.İŞ. qardaş. Digah yolu Kenba. 1700

6. xx.xx.2023. Şahid6. Füzuli. 500. Man. 1300. Evin yanı. 2 mərtəbə. 10x10. 2 daş üstün öd. 4000. **********

7. xx.xx.2023. X4. Öd. İradə x. Söfirinin yanı. 2 mərtəbə. Fərdi. ********** Uğur. 3000.

8. Salahov Rüfət. 4 daş. 75 m2. Sübhan BCTE. 2000

9. xx.xx.2023. Şahid1. Kükü. 5 daş üstündə. M.Tik. evin yuxarısı. **********. 1000 qaldı. 1-ci gün verəcək. 2300 Cinayət işinin materiallarına əlavə edilmiş 07 aprel 2023-cü il tarixli kitaba baxış keçirilməsi protokoldan görünür ki, baxış keçirilən “Abşeron Rayon İcra Hakimiyyəti Arayışların Qeydiyyatı Kitabı 2023” adlı kitabça 104 vərəqdən ibarət olmaqla tikilərək Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə möhürlənmişdir. Kitabın hər vərəqi sütun və sətirlərə bölünmüşdür. Sütunlar “Sıra nömrəsi”, “Arayışın verilmə tarixi”, “Vətəndaşın adı, soyadı, atasının adı”, “Yaşayış ünvanı”, “Arayışın qısa məzmunu”, “Arayışın təqdim olunduğu ünvan”, “Arayış verilən şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi” və “İmza” başlıqları ilə bölnmüş, sətirlərdə isə qeyd olunan başlıqlara uyğun olan vətəndaşlara verilən arayışlar qeydiyyata alınmışdır. Kitabçada olan 285 və 286 nömrəli sətirlərdən görünür ki, nümayəndəlikdən Dövlət Vergi Xidməti və X2 təqdim edilməsi üçün Şahid10 2 ədəd arayış verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Seyidov Şahid10 285 nömrəli, xx.xx.2023-cü il tarixli arayış götürülmüşdür. Cinayət işini materiallarında olan 04 may 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid11 Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq möhürlənmiş 14 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, 05 nömrəli, xx.xx.2022-ci il tarixli məlumat vərəqi və 13 nömrəli, xx.xx.2023-cü il tarixli məlumat vərəqi götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/789-5/651 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şahid10 adına verilmiş xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda “Mehdiabad qəsəbə İƏD üzrə nümayəndə: Təqsirləndirilən şəxs” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Abşeron RİH-nin Başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyinin Şahid10 adına xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Abşeron RİH-nin Başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyinin Şahid10 adına xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda olan möhür əksi ekspertizaya təqdim edilmiş Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şahid10 adına verilmiş xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda “Mehdiabad qəsəbə İƏD üzrə nümayəndə: Təqsirləndirilən şəxs” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Abşeron RİH-nin Başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyinin Şahid10 adına xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Abşeron RİH-nin Başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyinin Şahid10 adına xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışda olan möhür əksi ekspertizaya təqdim edilmiş Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə sənədlərinin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsuli ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən yazıların olub-olmamasını müəyyən etmək məqsədilə həmin pul əskinasları “Spektroline BİB-150 PX/F” ultrabənövşəyi işıqlandırıcı vasitəsilə tədqiq olundu. Bu zaman təqdim edilmiş 20 ədəd A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərlərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2023” yazıları müəyyən edildi. İstintaq zamanı cinayət işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rüşvət qismində Şahid1 aldığı 2.000 (iki min) manat pul baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti zamanı sonuncudan götürülmüş və istintaqın gedişində xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilməsi barədə qərar qəbul edilməklə, saxlanılması üçün Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Abşeron rayon icra hakimiyyəti başçısının 18 fevral 2022-ci il tarixli, 45 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixli əmrlə Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməsinə əsasən, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, səlahiyyətləri çərçivəsində əmrlər vermək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən və sair arayışlar vermək və digər vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməsi müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 24 may 2023-cü il tarixli qərarla keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş videogörüntüləri, "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd disk, Təqsirləndirilən şəxs xidməti otağından götürülmüş 01 ədəd kitabça, Şahid10 adına Mehdiabad İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayış, 286 nömrəli arayışın verilməsini təqdiq edən Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “Arayışların qeydiyyatı kitabı”nın 29-cu vərəqinin təsdiqlənmiş surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 seriya və nömrəli 100 (bir yüz) Azərbaycan manatı nominallı 2000 manat miqdarında pul əskinasları maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək özünü rüşvət alma cinayətində deyil, dələduzluq cinayətində təqsirli bilməsi, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi eyni məzmunlu vəsatəti təqsirləndirilən şəxsin özünün qismən etrafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, üzləşmə protokolları, istintaq hərəkətləri protokolları və digər sübutlarla tam təkzib olunmaqla təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi qiymətləndirilmişdir. Həmçinin məhkəmə Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə həqiqəti əks etdirmir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla uzlaşdığından əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində təkrarən istəməklə təkrarən almış, хidməti vəzifələrinin icrаsı ilə əlаqədаr özü və üçüncü şəхslər üçün qаnunsuz üstünlük əldə еtmək məqsədi ilə öz qulluq səlаhiyyətlərindən qulluq mənаfеyinə qəsdən zidd оlаrаq istifadə etməklə hüquqi şəxsin hüquqlаrınа və qаnuni mənаfеlərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlаhiyyətlərindən sui-istifаdə etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində təkrarən istəməklə təkrarən almış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvipsixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyətindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Həsənov X9 Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində mədəni-kütləvi tədbirlərin təşkilində, şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllində fəal iştirak etmişdir. “Elektron məhkəmə sistemi” vasitəsilə qəbul edilmiş çoxsaylı ərizələrin məzmunundan Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində xidmət etdiyi ərazidə yaşayan şəhid ailələri və müharibə əlillərinə qayğı ilə yanaşması görünür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ali təhsilli olmasını, əməlini qismən etiraf edərək səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməklə əvvəllər məhkum edilməməsini, həmçinin onun işlədiyi müddət ərzində xidmət etdiyi ərazidə yaşayan şəhid ailələri və müharibə əlillərinə qayğı ilə yanaşmasına dair ərizələrdə göstərilən xüsusatları Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin video görüntülərini və "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd disk, Təqsirləndirilən şəxs xidməti otağından götürülmüş 01 ədəd kitabça, Mehdiabad İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayış, 286 nömrəli arayışın verilməsini təsdiq edən Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “Arayışların qeydiyyatı kitabı”nın 29-cu vərəqinin təsdiqlənmiş surətinin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanması, A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 seriya və nömrəli 100 (bir yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 232 (iki yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilərək Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəza çəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub keçirilmiş əməliyyat-axtarış tədbirlərinin video görüntülərini və "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd diskin, Təqsirləndirilən şəxs xidməti otağından götürülmüş 01 ədəd kitabçanın, xx.xx.2023-cü il tarixli 285 nömrəli arayışın və 286 nömrəli arayışın verilməsini təsdiq edən Abşeron RİH Başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “Arayışların qeydiyyatı kitabı”nın 29-cu vərəqinin təsdiqlənmiş surətinin cinayət işinin materiallarında saxlanılması, A46300319, B01263261, C16107688, C16107687, C01185530, C57090957, D20170910, A27316146, A84794163, A36139840, A74915310, A77902809, C55153173, A97337450, A45323718, A83940934, C50855309, C33553233, A18446081, A68502245 seriya və nömrəli 100 (bir yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar