Məhkəmə qərarları › İş №1(124)-209/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-209/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-209/2023 03.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sənədlərin qəbulu, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və arayışların verilməsi şöbəsində hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs, 4 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sənədlərin qəbulu, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və arayışların verilməsi şöbəsində hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək vətəndaşlar arasında yaranmış nüfuz və etibarından sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la mülkiyyətində olan ünvan 13ində yerləşən və kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” olan 0.02 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə almaqda köməklik göstərilməsi üçün özünə müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli, 695-İQ nömrəli Qanunu İlə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə və həmin Məcəllənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli, 176 nömrəli fərmanına əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməsi yolu ilə həyata keçirilməli olduğu halda Zərərçəkmiş şəxs7 ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün icazə alınması ilə bağlı köməklik göstərəcəyini yalandan vəd edib bunun üçün işlədiyi Ərazi İdarəsində, Abşeron Rayon İcra Hakimiyyətində və digər dövlət orqanlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.150 (bir min bir yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncunun ilkin mərhələdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini ona verə bilməsi imkanını müəyyən etdikdən sonra qalan 1.000 (bir min) manat miqdarında pul vəsaitinin sonradan verilməsini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs7 həmin 150 (bir yüz əlli) manat pul vəsaitini göndərməsini bildirməklə öz istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 510307****5603 nömrəli plastik kartın fotoşəklini istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərib sonuncu tərəfindən 416974******2458 nömrəli “Kapital Bank" ASC-yə məxsus bank kartından öz istifadəsində olan kart hesabına qeyd edilən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin “Birbank” mobil tətbiqetməsi vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərilməsinə nail olaraq həmin pul vəsaitinin 135 (bir yüz otuz beş) manat olan hissəsini xx.xx.2021-ci il tarixdə, 14 (on dörd) manat olan hissəsini isə xx.xx.2021-ci il tarixdə, hər dəfəsində ünvan 3 ünvanında yerləşən bankomatdan çıxarıb nağdlaşdırdıqdan sonra şəxsi ehtiyaclarına sərf edib, bir müddət sonra Zərərçəkmiş şəxs7 qalan 1.000 (bir min) manat məbləğində pul vəsaitini verməyə maddi imkanının olmaması səbəbindən həmin pul vəsaitini ondan almağa nail olmayaraq, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 1.150 (bir min bir yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17-05301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la X21 məxsus ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının hər bir mənzilinə ayrılıqda Çıxarış alınmasında köməklik göstərilməsi üçün Musa Ələkpərovun etibarnamə üzrə nümayəndəsi, cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs4 2021-ci ilin oktyabr ayında özünə müraciəti zamanı sonuncuya hər bir mənzilə görə çıxarışın verilməsi üçün dövlət rüsumu qismində 160-170 manat məbləğində pul vəsaiti ödəməli olduğunu yalandan bildirib, guya işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsində olan daxili əlaqələrindən istifadə edərək hər bir Çıxarış üçün ödəniləcək dövlət rüsumunu daha aşağı, yəni 110 (bir yüz on) manat civarında hesablatdırmaq barədə köməklik göstərəcəyini yalandan vəd edib bunun üçün həmin Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 və Musa Ələkpərovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu Zərərçəkmiş şəxs4 bildirdikdən sonra sonuncunun 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinə maddi imkanının çatmaması və həmin məsələnin 1.000 (bir min) manat məbləğində pul vəsaiti qarşılığında həll olunması barədə xahişindən sonra sonuncu ilə həmin məbləğə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin oktyabr ayında 1.000 (bir min) manat məbləğində pul vəsaitini işlədiyi Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında Fizuli Məmmədovdan alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 1.000 (bir min) manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 ona Abşeron rayonu X36 19 dekabr 2007-ci il tarixli, 28 nömrəli qərarı ilə məxsus olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almaqla bağlı 2018-2019-cu il tarixlərdə müraciətinə imtina verildikdən sonra 2021-ci ilin oktyabr-noyabr aylarında yenidən həmin torpaq sahəsinə Çıxarış alınmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra yaxın münasibətdə olduğu, cinayətdən xəbərsiz Şahid2 xahişi ilə Zərərçəkmiş şəxs5la mobil telefon əlaqəsi saxlayaraq təkrar müraciəti zamanı gələcəkdə məhkəmə mübahisəsi zamanı xeyrinə qərar çıxarılmasına şərait yarada biləcək tərzdə imtinanın verilməsinə nail olunması, həmçinin, sonradan məhkəməyə müraciət edən zaman xeyrinə qərar çıxarılması üçün 4 saylı Abşeron Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə, eyni zamanda müvafiq məhkəmənin hakiminə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri bilə- bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirdikdən sonra Zərərçəkmiş şəxs5 4.000 (dörd min) manat məbləğində pul vəsaitinə maddi imkanının çatmaması barədə bildirməsi ilə əlaqədar 3.000 (üç min) manat məbləğində pul vəsaiti qarşılığında onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 20 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Atlas” adlı hotelin qarşısında 1.000 (bir min) manat, 2022-ci ilin yanvar ayının ortalarında və xx.xx.2022-ci il tarixdə işlədiyi Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında hər dəfəsində 1.000 (bir min) manat olmaqla, ümumilikdə 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 3.000 (üç min) manat pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə daşınmaz əmlakın alqı-satqısı fəaliyyəti ilə faktiki məşğul olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2021-ci ilin noyabr ayında X6 müraciətinə uyğun olaraq sonuncuya cinayətdən xəbərsiz olan Şahid6 vasitəsilə müraciət etmiş X34, X16, X29 və X12 Abşeron rayon Donuzkökəltmə sovxozunun 16 oktyabr 1998-ci il tarixli, 56 nömrəli əmri ilə hər birinə ayrı-ayrı olmaqla ayrılmış 0.08 ha torpaq sahəsinə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməsi üçün Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsində işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək həmin məsələnin həlli, yəni torpaq sahələrinə çıxarışın verilməsini qabaqcadan əlbir olduğu digər şəxs vasitəsilə yalandan vəd edib bunun üçün həmin Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü və qabaqcadan əlbir olduğu Şahid1 vasitəsilə birbaşa yolla maddi nemət olan 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu sonuncu vasitəsilə Musa İsmayılova bildirməklə onun razılığını alaraq sövdələşib, ilkin mərhələdə həmin pulun 300 (üç yüz) manat olan hissəsinin 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Səhər Mehi” adlı restoranda əldə etməklə, qalan 400 (dörd yüz) manat olan hissəsinin isə öz adına olan 510307******5603 nömrəli "xxxx" ASCyə məxsus olan plastik kartın fotoşəkilinin qabaqcadan əlbir olduğu digər şəxs tərəfindən Musa İsmayılova göndərilməsi və sonuncu tərəfindən qeyd edilən pul vəsaitinin həmin plastik karta 24 noyabr 2021-ci il tarixdə, saat 19:13-də köçürülməsindən sonra həmin pul vəsaitini 25 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olan “28 Mail” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən bankomatdan çıxardaraq, daha sonra isə qalan 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin ünvan 6 ünvanında Musa İsmayılov tərəfindən digər şəxsə verilməsi ilə əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu digər şəxs ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə X34, X16, X29 və X12 məxsus ümumilikdə 9.500 (doqquz min beş yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayında xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış’la X13 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,148 ha torpaq sahəsinin 0,08 ha olan hissəsini almaq barədə Nailə Əliyevanın qardaşı Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs3 razılığa gəlməsi və həmin məzmunda Nailə Əliyeva ilə Zərərçəkmiş şəxs3 arasında 22 oktyabr 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasından sonra 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 müvafiq torpaq sahəsinə aid bölgü sənədinin tərtib olunması üçün Ərazi İdarəsinə müraciət edən zaman həmin torpağa dair bölgü sənədinin tərtib edilməsi və gələcəkdə Nailə Əliyevanın mülkiyyətində qalacaq ərazinin genişləndirilməsi ilə bağlı köməklik göstərəcəyini yalandan vəd edib bunun üçün 4 saylı Abşeron Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu Zərərçəkmiş şəxs1 bildirərək onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin dekabr ayında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat, bir neçə gün sonra isə əvvəlcədən razılaşdıqları pul vəsaitindən qalan 640 (altı yüz qırx) manat məbləğində olan hissəsini Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında “sovxoz" deyilən ərazidə Zərərçəkmiş şəxs1lə görüşərək ondan almaqla, ümumilikdə 2.000 (iki min) manat, həmçinin, həmin ərəfələrdə, yəni 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 xəbərsiz özünə müraciət etmiş torpaq sahəsinin alqısatqı müqaviləsində digər tərəf olan Zərərçəkmiş şəxs3 məhz həmin torpaq sahələrinə dair yenə də bölgü sənədinin tərtib edilməsi üçün ona müraciəti ilə əlaqədar həmin sənədin verilməsi ilə bağlı köməklik göstərəcəyini yalandan vəd edib bunun üçün 4 saylı Abşeron Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib Zərərçəkmiş şəxs3 400 (dörd yüz) manat məbləğində pul vəsaiti verməsinə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2021-ci il tarixdə həmin pul vəsaitinin Zərərçəkmiş şəxs3 tərəfindən sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus nömrəsi 540408******6168 nömrəli plastik kart hesabından həmin gün bir yerdə olduğu qohumu, cinayətdən xəbərsiz Şahid4 istifadəsində olan "xxxx" ASC-yə məxsus 521367******2393 nömrəli plastik kart hesabına köçürülməsinə nail olub həmin pul vəsaitini nağdlaşdırmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə X30 Abşeron Rayon Masazır Bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 12 nömrəli qərarı əsasında məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksinin arxa tərəfində yerləşən 0.06 ha torpaq sahəsinə çıxarış almaqla bağlı sonuncunun etibarnamə üzrə nümayəndəsi, cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 əvvəlki müraciətinə imtina verildikdən sonra 2021 -ci ilin dekabr ayında yenidən həmin torpaq sahəsinə çıxarış alınması ilə bağlı müraciətindən sonra yaxın münasibətdə olduğu Şahid3 xahişi ilə Zərərçəkmiş şəxs2lə mobil telefon əlaqəsi saxlayaraq təkrar müraciəti üzrə gələcəkdə məhkəmə mübahisəsi zamanı xeyrinə qərar çıxarılmasına şərait yarada biləcək tərzdə imtinanın verilməsinə nail olması, həmçinin, sonradan məhkəməyə müraciət edən zaman xeyrinə qərar çıxarılması üçün 4 saylı Abşeron Ərazi İdarəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə, eyni zamanda müvafiq məhkəmənin hakiminə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirib Emin Şabıyevin razılığını alıb sövdələşərək, həmin niyyətlə 10 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər dairəsinin yanında Zərərçəkmiş şəxs2 məxsus “Mercedes C klass” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə görüşərək ondan həmin niyyətlə 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5.000 (beş min) manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə X7 adına rəsmiləşdirilmiş Abşeron rayonu ərazisində yerləşən və faktiki olaraq sonuncunun qardaşı Zərərçəkmiş şəxs6 istifadəsində olan 0.12 ha torpaq sahəsinə çıxarış alınmasında köməklik göstərilməsi məqsədilə 2022-ci ilin fevral ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs6 qardaşı oğlu Şahid5 guya özünün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək qeyd edilən torpaq sahəsinə çıxarışın verilməsini qısa müddətə həll edə biləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirdikdən sonra həmin pulun çox hesab edilməsi və Şahid5 əmisi Zərərçəkmiş şəxs6 həmin pul vəsaitini verməyə maddi imkanının olmaması səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini ondan almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə sonuncuya məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il 04 may tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sənədlərin qəbulu, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və arayışların verilməsi şöbəsində hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləmişdir. Məmmədov Fizuli ilə aralarında 1000 manat pul məbləği söhbəti olmuş, həmin pulu şəxsi ehtiyacı üçün etibarından sui-istifadə edərək almış, sonra geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 tanımış, onun məsələsində iki tərəfə alqı-satqı edilmişdir. Tahirdən hər hansı köməklik göstərəcəyini vəd edərək 2500 manat almış, heç bir qanunsuzluq edən olmamış, sadəcə olaraq özü onları aldatmışdır. X8 şəxsən birbaşa özünü tanımamış, onun Masazır qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşməsi ilə bağlı onun da etibarından sui-istifadə edərək 5000 manat pul almışdır. X39 Tahirin məsələsində oradakı alqı-satqının digər tərəfi olmuş, 2500 manatın 500-ü ona aid olmuşdur. Zərərçəkmiş şəxs5 tanışı Quliyev Eminin tanışıdır, onunla da danışıqlar gedib, görüşmüş, bələdiyyə sənədi ilə olan torpaq sahəsinin sənədləşməsi ilə bağlı etibarından sui-istifadə edərək 3000 manat pul almışdır. Zərərçəkmiş şəxs6 tanımamış, ittiham aktında qeyd olunan Niyaməddin adlı şəxslə danışmış, eyni formada vəd vermiş, amma sonradan bu baş tutmamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs7 ilə birbaşa görüşməmiş, Fariz adlı tanışının yaxını olduğunu bildirmiş və ondan əmək haqqı kartına göndərilməklə 150 manat məbləğində pul almış, hər hansı qanunsuz bir iş görülməmiş, sadəcə etibarından sui-istifadə edərək onu aldatmış, torpaq sahəsinin ölçüləri barədə məlumat verəcəyini demişdir. Zərərçəkmiş şəxs8 tanımır, onunla bağlı hər hansı bir şey yadına düşməmişdir. Zərərçəkmiş şəxs9 da, həmçinin, tanımamışdır. Şahid1 hardasa 2021-ci ildən tanıyır, hansı işlə məşğul olması barədə məlumatı yoxdur. Onu idarəyə gedibgələn adam kimi tanımış, makler fəaliyyəti ilə məşğul olduğunu bilməmişdir. Musa İsmayılov adlı şəxsi tanımır, həmin epizodla bağlı Şahid1 700 manat məbləğində pul almış, başqa heç bir şeylə əlaqəsi olmamışdır. X22 Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, Zərərçəkmiş şəxs3 və Əliyeva Nailə arasındakı alqı-satqının gedişatına kömək edəcəyini vəd verərək birbaşa xanımın özündən yox, Zərərçəkmiş şəxs1 2000 manat pul almışdır. Aldığı məbləğlərdən iş yerində kiməsə verməmiş, heç kimlə bu barədə söhbət etməmişdir. Zərərçəkmiş şəxsləri rüşvət verməyə təhrik etməmiş, pulu hər hansı bir vəzifəli şəxsə vermək kimi niyyəti olmamışdır. Heç bir köməklik göstərməmiş, istintaq dövründə pullarını geri qaytarmış, həmin şəxslərlə barışmışdır.O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək verdiyi ifadələrində göstərmişdir ki, 2015-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini bitirmişdir. Sonra 2015-2016-cı il tarixlərdə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci ildən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinin Hüquqların dövlət qeydiyyatı şöbəsində qeydiyyatçı vəzifəsində işləmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, bir neçə Abşeron rayon sakinlərindən onların daşınmaz əmlakları ilə bağlı işlərinin həll edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Abşeron rayon, Mehdiabad qəsəbəsi sakini X14 iş yerinə sənəd düzəltmək üçün müraciət etdiyi vaxtdan tanıyır və aralarında münasibət yaranmışdır. Elxan İmaməliyev özünə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.14 ha ölçüdə torpaq sahəsinin 0.08 ha hissəsinin sənədləşdirilməsi ilə bağlı elektron müraciət etmiş, lakin torpağın bölgüsü olmadığına görə imtina verilmişdir. Bununla bağlı Elxan İmaməliyev ona müraciət etmiş, sənədləşməni yoluna qoymağını istəmişdir. O, Elxan İmaməliyevlə danışıb bölgü məsələsində köməklik edəcəyini bildirmişdir. O, bölgünün həyata keçirilməsi və çıxarış alınması müqabilində alqı-satqı müqaviləsində digər tərəf olan Zərərçəkmiş şəxs1 2.000 (iki min) manat məbləğində pul vəsaiti tələb etmişdir. Həmin alqı-satqı müqaviləsində tərəflərdən biri Zərərçəkmiş şəxs1, digər tərəf isə Zərərçəkmiş şəxs3 olmuşdur. Lakin, həmin şəxslərdən məhz kimin kimə torpaq sahəsini satması barədə xatırlamamışdır. 2021-ci ilin dekabr ayında Bakı şəhəri, “20 yanvar” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs1lə görüşərək sonuncundan 800 (səkkiz yüz) ABŞ dolları miqdarında pul vəsaiti almışdır. Bundan bir neçə gün sonra isə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində “sovxoz” deyilən yerdə dəfnə gedərkən yolüstü Zərərçəkmiş şəxs1lə görüşüb ondan tələb etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitinin qalan 640 (altı yüz qırx) manat olan hissəsini də götürmüşdür. Zərərçəkmiş şəxs1 ondan pul almasını Elxan İmaməliyev bildirməməsini demişdir. Bununla yanaşı Elxan İmaməliyevlə də danışıb sənədlərinin düzəldilməsi üçün ondan 500 (beş yüz) manat məbləğində pul vəsaiti tələb etmişdir. Torpaq sahəsi Elxan İmaməliyevin bacısıoğlu Zərərçəkmiş şəxs3 adına olduğuna görə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 onunla telefonla əlaqə saxlayıb dayısı Elxan İmaməliyevin tapşırığı ilə ona pul verəcəyini demişdir. O, həmin vaxt Bakı şəhərində atasının bibisi nəvəsi Şahid4 ilə bir yerdə olduğundan və öz adına olan əmək haqqı kartı yanında olmadığından Şahid4 adına olan "xxxx" ASC-yə məxsus kartının şəklini Zərərçəkmiş şəxs3 müvafiq pul vəsaitini həmin karta köçürməsi üçün göndərmişdir. Zərərçəkmiş şəxs3 həmin karta yadında qaldığına görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti göndərmişdir. Şahid4 da həmin pulu kartından bankomatda nağdlaşdırıb ona vermişdir. Həmin pul vəsaitlərini çıxarışın verilməsi üçün lazım olan bölgü sənədinin tərtib olunması işini təşkil etmək adı ilə almışdır. Belə ki, alqı-satqıdan sonra vətəndaş çıxarış üçün müraciət etdikdə torpaq barədə bölgü sənədi olmadıqda imtina verilir. Bölgü sənədinin alınması üçün vətəndaş alqı-satqı müqaviləsinin əslini təqdim etməklə idarəyə ərizə ilə müraciət etməlidir. Ərizə Elektron sənəd dövriyyəsində bütün şöbələrdən keçir. Texniki şöbədə bölgü sənədi tərtib edilir. Bundan sonra vətəndaş idarədə götürdüyü bölgü sənədini notarial qaydada təsdiq etdirdikdən sonra həmin sənəd və alqı-satqı müqaviləsi ilə birlikdə çıxarış üçün müraciət edir. Həmin pul vəsaitini o, özü üçün almışdır. Onsuz da vətəndaş ərizə ilə müraciət edəndə onun adına müvafiq bölgü sənədi tərtib olunmalı imiş. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 1 ildir ki, tanıyır və dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs5 “Qafqazlizinq" MMC-də işləyir. Sonuncunu Şahid2 adlı digər tanışı vasitəsi ilə tanımışdır. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 onunla telefonla danışaraq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsini Bələdiyyə sərəncamı ilə aldığını, torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə imtina aldığını bildirmişdir. Bu torpaq üzərində hüquqlarının tanınması ilə bağlı ondan kömək istədikdə o, Zərərçəkmiş şəxs5 lazım olan formada, gələcəkdə məhkəmə qaydasında sonuncunun xeyrinə qərar ala biləcəyi üçün idarələrindən imtina verilməsi müqabilində 1.000 (bir min) manat məbləğində pul vəsaiti tələb etmişdir. 1.000 (bir min) manat məbləğində pul vəsaitini verəcəyi təqdirdə gələcəkdə Abşeron Rayon Məhkəməsi tərəfindən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyəcək qərar çıxarılması üçün əsas verən imtina məktubunu verəcəyini bildirmişdir. Bundan başqa, ümumilikdə bu sənədləşmənin, yəni çıxarışın alınması müqabilində imtina məktubu ilə birlikdə Zərərçəkmiş şəxs5 cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaiti tələb etmişdir. İlkin olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Atlas” adlı hotelin qarşısında görüşərək almışdır. Həmçinin, həmin vaxt torpaq sənədləşdirilməsi prosesinin 2-3 ay çəkəcəyini Zərərçəkmiş şəxs5 bildirmişdir. Təxminən 2022-ci ilin yanvar ayında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən Zərərçəkmiş şəxs5 adına olan imtina məktubu sonuncuya verilmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs5 işinə köməklik göstərilməsi müqabilində Zərərçəkmiş şəxs5 əlavə 1.000 (bir min) manat məbləğində pul vəsaiti almışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5la iş yerində görüşərək torpaq sənədləri ilə birlikdə geri qalan 1.000 (bir min) manat məbləğində pul vəsaitini də sonuncudan almışdır. Zərərçəkmiş şəxs5 ümumilikdə 3.000 (üç min) manat məbləğində pul vəsaiti almışdır. Lakin, Zərərçəkmiş şəxs5 aldığı pullardan hər hansı məhkəmənin hakiminə və ya digər şəxsə pul verməmiş, bütün pulları şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs4 adlı şəxs ilə 2021-ci ilin yay aylarında Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin sənədləşdirilməsi üçün razılığa gələrək sonuncudan 2.000 manat pul tələb etmiş, lakin sonradan həmin məsələ Zərərçəkmiş şəxs4 tərəfindən pozulduğu üçün qeyd edilən pulu almamışdır. Bundan başqa əvvəlcədən tanıdığı Şahid3 2021-ci ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərməsi üçün ona müraciət etmiş və sonuncudan qeyd edilən məsələyə köməklik göstərmək müqabilində 5.000 (beş min) manat məbləğində pul vəsaiti tələb etmişdir. Şahid3 isə onunla razılaşaraq tanımadığı bir şəxs vasitəsi ilə ona həmin pulu göndərmişdir. O, həmin pul vəsaitini aldıqdan sonra Şahid3 heç bir köməklik göstərməmiş və aldığı pullan şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa Fərid adlı tanışı ondan mülkiyyət hüququna dair sənəd verilməsinə köməklik göstərməyini xahiş etmiş, o isə sonuncudan bu işin müqabilində 6.000 (altı min) manat məbləğində pul vəsaiti tələb etmiş, lakin sonradan baş tutmadığı üçün həmin pulu almamışdır. Bundan başqa, Şahid8 Fəxrəddin oğlu ona 2021-ci ilin dekabr ayında müraciət edərək sənədlərini vermiş və mümkün qədər tez həll olunmasını xahiş etmişdir. O, Şahid8 sənədlərin tez hazırlanması müqabilində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tələb edərək xx.xx.2021-ci il tarixdə almışdır. xx.xx.2021-ci il tarixdə Şahid8 ona bir də zəng edərək sənədlərin tezləşməsini istəmiş, o da Şahid8 qısa zamanda həll olunacağını, sadəcə həftə sonuna düşdüyü üçün gecikmə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində Şahid1 təxminən 1 ildir ki, tanıdığını, X17, X37, X34 və X18 adlı şəxsləri tanımadğını, Şahid1 xatırlamadığı şəxslərə məxsus sənədlərin fotoşəkillərini ona göndərməsini və sonuncudan sənədlərin qəbul edilməsinə köməklik göstərməsi müqabilində 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti almasını dediyini, həmin pul vəsaitinin 300 (üç yüz) manat olan hissəsini onun tapşırığına əsasən Şahid1 restoranda olan hesabının ödənilməsi yolu ilə, qalan 400 (dörd yüz) manat olan hissəsinin isə sonuncuya göndərdiyi plastik əmək haqqı kartına köçürülməsi yolu ilə aldığını, Musa İsmayılov adlı şəxsin ona əlavə olaraq 2 ədəd sənəd göndərməsini xatırlamadığını, sonuncudan 1.000 (bir min) manat məbləğində pul vəsaitini tələb edib almadığını, ayrı-ayrı vətəndaşlardan aldığı pul vəsaitlərini tam şəkildə öz şəxsi ehtiyaclarına xərclədiyini və həmin pulun heç bir hissəsini DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin rəhbərliyinə vermədiyini qeyd etmişdir. (cild İ, i.v. 196-201, 250-254, cild İİİ, i.v. 14-15, cild İV, i.v. 239-241) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, sənədləşmə işləri ilə əlaqədar tanış olmuşdur. Təqsirləndirilən şəxs ona evin sənədləri ilə bağlı “rüsümlara görə kömək edərəm, köhnə qiymətlərlə hesablayarıq, xeyli qabağa düşərsiz” demiş, o da razılaşmışdır. 1000 manat almış, 5-6 gün sonra zəng edərək “qardaş alınmadı, köhnə qiymətlərlə edə bilmədik, qanun yol vermir, kartını at kartına qaytarım” demiş, 1000 manatı geri qaytarmışdır. Şikayət etməmiş, istintaq orqanına dəvət olunmuşdur. Arazın telefonundan onun votsap yazışması çıxmış, o da votsapda olan yazışmaları təsdiqləmişdir. X65 məxsus olmuş, etibarnamə ilə onun sənəd işlərini həll etmiş, binada 50 mənzil olmuş, hardasa 17-18 satılmış, 32-33 mənzil qalmış, yeni tariflə hardasa hərəsinə 170 azn düşmüşdür. Araz köhnə tariflə hesablansa 110 manat düşəcəyini bildirmiş, “burada qeyri qanuni heç nə olmur, rüsum köhnə tariflə hesablananda sizə xeyri dəyəcək” demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, heç bir şikayəti və tələbi olmamış, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, istintaq orqanına verdiyi ifadəsində də bildirmişdir ki, o, zərərçəkmiş deyil, rüsum adı ilə anasından qalma torpaq sahəsinə sənəd düzəltməyə pul vermişdir. Pulunu da, sənədini də geri almışdır. Şahid6 adlı şəxsə müraciət etmiş, ona 1500 manat pul vermişdir. Üç aya yaxın müddət keçəndən sonra işin həll ola bilməyəcəyi deyilib, pulu da, sənədi də geri qaytarılmışdır. Şahid6 kimlə, necə həll edəcəyindən məlumatsız olmuş, özü heç yerə müraciət etməmişdir. Şahid6 qonşusudur, meyvə satır. Heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Zauru rəhmətlik atası vasitəsi ilə tanımışdır. Noyabr ayında o, Zaura atasının yoldaşının və qardaşının sənədinə görə müraciət etmişdir. Həmin sənədlər Abşeronda arxivdə olan sənədlər olmuşdur. Araza 8000 manat pul vermiş, yanvar ayında alınmadığını bildirərək geri qaytarmışdır. Kupça üçün müraciət etməmiş, sənədləri almışdır. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmiş, şikayəti və tələbi olmamış, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, torpaqlarının qanuni şəkildə alqı-satqısı olmuş, alan tərəf sənədləşmə ilə bağlı onu çox tələsdirmişdir. Əmlakda elə bir növbə olmağı gözləməmiş, buna görə də Təqsirləndirilən şəxs müraciət etmişdir. 2000 manat ödəniş etmiş və işləri həll olunmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ziyan tam ödənilmiş, heç bir şikayəti və tələbi olmamışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Masazır qəsəbəsində bələdiyyə sənədli torpağı olmuş, onunla bağlı müraciət etmişdir. Birbaşa Arazın özünü tanımamış, İsrafil deyilən şəxslə təsadüfi tanışlıq əsnasında münasibəti olmuş, onun vasitəsilə Arazla görüşüb 5000 manat ödəmiş, sənədin hazırlanmasını xahiş etmişdir. Pulu tam qaytarıb, heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o 2013-cü ildən hal hazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə fiziki və hüquqi şəxslər üzrə lizinq bölməsinin rəhbəri vəzifəsində işləyir. 2008-ci il tarixdə Abşeron rayonu, X33 müraciət etməklə Qobu qəsəbəsi ərazisindən 0.08 ha torpaq sahəsini bələdiyyə sərəncamı əsasında almışdır. Təxminən 2018-2019-cu il tarixlərdə o, həmin torpaq sahəsinin çıxarışını almaq məqsədi ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də ona həmin qurumdan imtina cavabı verilmişdir. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında qeyd edilən torpaq sahəsini sənədləşdirməklə bağlı maraqlanarkən tanışı Şahid2 DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində Təqsirləndirilən şəxs kimi təqdim etdiyi tanışının olduğunu, həmin tanışının ona bu işdə kömək edə biləcəyini demiş və tanışının ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. O, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, söhbət zamanı Təqsirləndirilən şəxs onun Dövlət Arxiv İdarəsindən həmin torpaq sahəsinə Qobu Bələdiyyəsi tərəfindən verilmiş sənədin arxiv çıxarışını almağını, daha sonra həmin arxiv çıxarışını torpaq sahəsinin digər sənədləri ilə birlikdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etməsini, həmin Şöbədən imtina məktubu alacağını, daha sonra həmin imtina məktubu ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququnun təsdiq edilməsi barədə məhkəmə qətnaməsi alaraq yenidən DƏDRX-nin Abşeron Ərazi İdarəsinə müraciət edib sənədlərini ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona çalışdığı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ilkin müraciət edərkən alacağı imtina məktubunun fərqli olduğunu, belə ki, 1.000 (bir min) manat məbləğində pul vəsaiti verəcəyi təqdirdə məhkəmənin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək qətnamə qəbul edə bilməsinə əsas yaradan imtina məktubu yazdıracağını, əks təqdirdə verilən imtina məktubu ilə məhkəmənin mülkiyyət hüququnu təsdiq edəcək qətnamə çıxara bilməyəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hakiminə də bu qətnaməyə görə pul çatacağını, həmçinin, öz işlədiyi, yəni DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin müdiriyyətinə də çatacağını və onun ümumilikdə 4.000 (dörd min) manat xərcinin çıxacağını, bütün bu işləri özünün görəcəyini bildirmişdir. Lakin, ona dəqiq olaraq məhz hansı şəxslərə pul çatacağını bildirməmişdir. Həmin vaxt o, Şahid2 zəng edərək Təqsirləndirilən şəxs ondan bu işə görə 4.000 (dörd min) manat məbləğində pul istədiyini bildirmiş və Şahid2 həmin məbləği 3.000 (üç min) manata endirməsi barədə Təqsirləndirilən şəxs deməsini xahiş etmişdir. Daha sonra Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs həmin işi 3.000 (üç min) manat məbləğində pul vəsaiti qarşılığında həll edə biləcəyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra o, Təqsirləndirilən şəxs görmək məqsədilə sonuncunu Yasamal rayonu ərazisində yerləşən AMEA-nın parkına dəvət etmiş və həmin görüşdə də sonuncu ona telefonda dediklərini bir daha bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun işini yaxın adam xahiş etdiyinə görə öz rəhbərliyindən xahiş edib qiyməti 3.000 (üç min) manata endirdiyini demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə bu işin 3.000 (üç min) manat qarşılığında həll olunmasına razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edərək ilkin olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitinin verilməsinin lazım olduğunu bildirmiş, həmçinin, baş idarədə yoxlatdıracağı üçün sənədlərin əslini tələb etmişdir. xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə zəngləşib Nərimanov rayonu ərazisində yerləşən “Atlas” adlı hotelin qarşısında görüşmüş və ilkin olaraq 1.000 (bir min) manat məbləğində pulu və torpağa dair sənədlərin əslini təqdim etmişdir. O, bir neçə gün sonra işi ilə maraqlanmaq üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman sonuncu ona sənədləri baş idarədə yoxlatdırdığını, hər şeyin qaydasında olduğunu, arxiv idarəsindən sənədin kötüyünü götürdüyünü bildirmişdir. Bundan sonra o, Dövlət Arxivinə müraciət etmiş, lakin arxiv İdarəsindən ona verilmiş Qobu Bələdiyyəsinin arxiv çıxarışının olmaması barədə rəsmi cavab verilmişdir. O bu barədə Təqsirləndirilən şəxs bildirərkən sonuncu, bunun problem olmadığını və danışdıqları qaydada işi başa çatdıracağını bildirmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında o, Təqsirləndirilən şəxs ilə sonuncunun işlədiyi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində görüşmüş və növbəti 1.000 (bir min) manat məbləğində pul vəsaitini öz oturduğu iş otağında Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə ona DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən imtina cavabı gəlmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə o, bütün sənədləri götürüb Təqsirləndirilən şəxs iş yerinə gəlmiş, dəhlizdə sonuncu ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona iclas olduğunu, rəhbərliyin yanına qalxdığını bildirmiş və 1.000 (bir min) manat məbləğində pul vəsaitini sənədlərin arasında iş otağında oturduğu masanın üzərinə qoymasını tapşırmışdır. O da Təqsirləndirilən şəxs dediyi kimi sənədlərin arasında 1.000 (bir min) manat məbləğində pul vəsaitini sonuncunun xidməti masasının üstünə qoymuşdur. Həmin vaxt otaqda heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona 2022-ci ilin fevral ayının sonu, mart ayının əvvəli sənədlərinin hazır olacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs5, həmçinin, ifadəsində Təqsirləndirilən şəxs bütün pul vəsaitlərini verən zaman yanlarında heç kimin olmadığını, sonuncunun ona həmin pul vəsaitindən müəyyən hissəsinin mülkiyyət hüququnu təsdiq edən məhkəmə qətnaməsinin qəbul edilməsi üçün Abşeron Rayon Məhkəməsinin tanımadığı hakiminə, müəyyən hissəsinin öz işlədiyi, yəni DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinin müdiriyyətinə çatacağını bildirdiyini, Təqsirləndirilən şəxs ilkin olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitini verən zaman Şahid2 zəng edib bu barədə məlumat verdiyini, daha sonra isə Şahid2lə Bakı şəhərində təsadüfən rastlaşan zaman sonuncuya Təqsirləndirilən şəxs pul vəsaiti verdiyini və sənədlərin hazır olmasını gözlədiyini dediyini, bildiyi qədəri ilə Şahid2 həmin pul vəsaitindən verilmədiyini bildirmişdir. ( cild İ, i.v. 142-145, cild V, i.v. 44-48) Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2021-ci ilin sentyabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.14 ha ölçüdə olan torpaq sahəsinin qarşısında həmin torpaq sahəsinin satışı barədə məlumatın qeyd edildiyi lövhə görmüşdür. Həmin torpaq sahəsi onun üçün maraqlı olduğundan lövhədə qeyd edilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 telefona cavab verib həmin torpaq sahəsinin yalnız 0.08 ha olan hissəsinin 45.000 (qırx beş min) manat müqabilində satıldığını, həmçinin, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və çıxarışının olması barədə məlumat vermişdir. O da Zərərçəkmiş şəxs1lə razılaşmışdır. Belə ki, 2021-ci ilin sentyabr ayının sonlarında həmin torpaq sahəsinin 0.08 ha ölçüdə olan hissəsini alqı-satqı müqaviləsi əsasında qardaşı Rövşən İbrahimovun adına rəsmiləşdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona qısa müddət ərzində torpağın onun payına düşən 0.08 ha ölçüdə olan hissəsi ilə bağlı bölgü edib həmin bölgü ilə bağlı ona rəsmi sənəd verəcəyini söz vermişdir. Buna baxmayaraq, bir neçə ay gözləsə də Zərərçəkmiş şəxs1 ona torpağın bölgüsü ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs1lə danışıb niyə bölgü barədə sənədi vermədiyini soruşan zaman sonuncu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə bu barədə bir neçə dəfə rəsmi müraciət etsə də həmin qurum tərəfindən sənəd verilmədiyini bildirmişdir. O da öz növbəsində narahat olub müxtəlif şəxslərdən torpaqla bağlı bölgü sənədini hansı qaydada daha tez bir zamanda əldə etməyin mümkün olduğunu soruşmuşdur. Qonşuluqda yaşayan Elxan imaməliyev ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində işləyən Təqsirləndirilən şəxs bu işləri rahatlıqla həll edə bilməsi barədə məlumat vermiş və sonuncunun istifadəsində olan 055- 777-11- 32 saylı mobil telefon nömrəsini ona vermişdir. O da öz növbəsində 2021-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla danışmışdır. Telefon əlaqəsi zamanı o, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin bölgüsü barədə sənədin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə bir neçə aydır ki, müraciət edilsə də hələ də sənədin alınmasının mümkün olmadığını izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin sənədin qısa müddət ərzində alınmasında ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində onunla razılaşmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Qəbul şöbəsində işlədiyi üçün bu işləri rahatlıqla həll edə bilməsini ona bildirmişdir. Bu işin müqabilində Təqsirləndirilən şəxs ondan 500 (beş yüz) manat məbləğində pul vəsaiti istəmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs 500 (beş yüz) manat deyil, 400 (dörd yüz) manat məbləğində pul vəsaiti verə biləcəyini bildirmiş və razılaşmışdırlar. Belə ki, Təqsirləndirilən şəxs tapşırığı əsasında xx.xx.2021-ci il tarixdə özünə məxsus "xxxx" ASC-yə məxsus nömrəsi 5404-0852-3827-6168 olan plastik kartdan Şahid4 adına olan "xxxx" ASC-nin nömrəsi 5213-6751-9440-2393 olan plastik karta 400 (dörd yüz) manat məbləğində pul vəsaitini köçürmüşdür. Pulu göndərəndən sonra Təqsirləndirilən şəxs həmin pulu əldə etməsi barədə ona məlumat vermişdir. Həmin vaxtdan sonra o, Zərərçəkmiş şəxs1lə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə gedib bölgü sənədini almış və həmin sənəd əsasında da torpaq sahəsinə dair çıxarış almışdır.Zərərçəkmiş şəxs3, həmçinin, ifadəsində Təqsirləndirilən şəxs ondan aldığı 400 (dörd yüz) manat məbləğində pul vəsaiti müqabilində onun üçün heç bir iş görmədiyini, çünki, Araza Həsənliyə pul vəsaitini verdikdən sonra yenə də özünün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib rəsmi şəkildə sənədi aldığını, Təqsirləndirilən şəxs əyani olaraq tanımadığını, sonuncu ilə yalnız telefon vasitəsilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs ondan aldığı pul vəsaitindən həmin Ərazi İdarəsinin hər hansı bir vəzifəli şəxsinə hər hansı bir məbləğdə pul vəsaiti verməsi barədə məlumat vermədiyini bildirmişdir. ( cild İ, i.v. 106-112, cild V, i.v. 20-23) Zərərçəkmiş şəxs6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, yaşadığı ünvan 8 ünvanında yerləşən torpaq sahəsi təxminən 1960-cı il tarixlərdə atası X31 tərəfindən alınmışdır. Müvafiq torpaq sahəsinə dair texniki pasport adlı sənəd olmuşdur. Müvafiq sənədə əsasən həmin torpaq sahəsinin ölçüsü 0.12 ha-dır. Həmin torpaq sahəsini alan zaman atası Həşim Bəşirov həmin torpaq sahəsini bacısı X7 adına rəsmiləşdirmişdir. Lakin, müvafiq torpaq sahəsi ata mülkü hesab olunur və o, hazırda həmin torpaq sahəsində yaşayır. X41 isə ailəsi ilə birlikdə Yardımlı rayonunda yaşayır. 2022-ci ilin təxminən yanvar və ya fevral aylarında həmin torpaq sahəsinə və fərdi-yaşayış evinə dair çıxarış almaq istəmişdir. Bununla əlaqədar qardaşı oğlu Şahid5 müraciət etmişdir. Belə ki, xəstə olduğuna görə sənədləşmə işləri ilə məşğul olmaq, müxtəlif dövlət orqanlarına müraciət etməyə səhhəti əl verməmişdir. Həmin vaxt Şahid5 ona bu məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edəcəyini bildirmişdir. Hətta, həmin vaxt X41 qardaşı oğlu Şahid5 etibarnamə də vermişdir. Müəyyən müddət sonra Şahid5 ona müraciət edərək yaşadığı torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış verilməsi üçün 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində tələb olunduğunu bildirmişdir. O isə buna qəti etirazını bildirərək çıxarış almaq fikrindən daşınmışdır. Çünki, həmin vaxt həmin məbləğdə pul vəsaitini verməyə maddi imkanı olmamışdır. Həmçinin, Şahid5 4 saylı Abşeron Ərazi İdarəsinin hansı əməkdaşına müraciət etməsi və məhz hansı vəzifəli şəxsin ondan ifadəsində göstərdiyi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini tələb etməsi barədə heç bir məlumatı olmamışdır. (cild İİİ, i.v. 146-149, cild V, i.v. 57-60) Zərərçəkmiş şəxs7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2021 -ci ilin fevral ayından Bakı şəhərində yerləşən “American School” adlanan məktəbdə çay ocaqçısı işləyir. İşlədiyi yerə Fariz adlı şəxs ingilis dili öyrənmək məqsədi ilə gəlir. Həmin şəxsin yanında söhbət əsnasında ünvan 13ində 0,02 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə çıxarışının olduğunu, lakin həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə icazəni almaq üçün hara müraciət edə biləcəyini bilmədiyini demişdir. Fariz adlı şəxs ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində işlədiyini, sonuncunun ona qanuni yolla kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Fariz adlı şəxsdən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini almışdır. Təxminən 2021-ci ilin sentyabr ayında öz istifadəsində olan 051-605- 58-05 saylı mobil nömrədən Təqsirləndirilən şəxs qeyd etdiyi mobil nömrəsinə zəng edərək mobil nömrəsini Fariz adlı şəxsdən aldığını, ünvan 13ində 0,02 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə çıxarışının olduğunu, lakin həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə icazəni almaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini, sənədlərin şəklini göndərməsini, lakin, həmin torpaq sahəsinə baxış keçirtmək üçün briqada göndərəcəyini, bu səbəbdən ilkin olaraq 150 (bir yüz əlli) manat məbləğində pul verməli olduğunu, daha sonra isə qalan məbləği deyəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşaraq işdə olmağı səbəbindən görüşə bilməyəcəyini, lakin, pulu göndərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs də ona hansı banka aid olduğunu xatırlamadığı plastik kartın şəklini göndərmiş və o, həmin hesaba "xxxx" ASC-yə məxsus, 4169-7414-9495-2458 hesab nömrəli əmək haqqı kartından “Bir bank” elektron tətbiqetməsi vasitəsi ilə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulu göndərdiyini bildirmiş, sonuncu da 150 (bir yüz əlli) manat məbləğində pulun onun hesabına köçdüyünü təsdiqləmişdir. Təxminən həmin ərəfədə, yəni 2021-ci ilin sentyabr ayının sonları işi barədə maraqlanmaq məqsədi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncu həmin vaxt ona işin yekun həllinə görə 1.000 (bir min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs işi həll etdikdən, yəni sənədləri tam hazır etdikdən sonra 1.000 (bir min) manat məbləğində pul vəsaitini verə biləcəyini, lakin, əvvəlcədən həmin pulu verməyəciyini demişdir. Təqsirləndirilən şəxs isə ona cavab olaraq həmin 1.000 (bir min) manat məbləğində pul vəsaitinin gələcəkdə özünə qalacağı təqdirdə məsələni həll edə biləcəyini, lakin pulu vəzifəli şəxslərə verəcəyini qeyd etmişdir. O da Təqsirləndirilən şəxs belə olduğu halda əvvəlcədən verdiyi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Lakin, Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs7, həmçinin ifadəsində Təqsirləndirilən şəxs ilə telefonda bəzi vaxtlar “whatsapp” sosial şəbəkə proqramı vasitəsi ilə danışdığını, sonuncunun tələb etdiyi həmin 1.000 (bir min) manat məbləğində pul vəsaitini vəzifəli şəxslərə verəcəyini bildirdiyini, lakin konkret olaraq ad çəkmədiyini bildirmişdir.( cild İ, i.v. 222-225) Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Fəxrəddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmlaka gedib-gələndə tanımışdır. Sənədini tez götürmək üçün tezləşdirməsinə köməklik etməsini xahiş etmiş, o da razılaşmış, sonra düzəldə bilməmiş və onun pulunu geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, heç Araz da onu tanımır. Sadəcə o, məsələni Elşənə həvalə eləmiş, Elşən də sənədi tezləşdirmək üçün Arazdan kömklik etməsini xahiş etmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Arazla ortaq dostu vasitəsilə tanış olmuşdur, dostdurlar. Bir neçə dəfə telefon danışıqları olub, bir neçə dəfə də oturub yeyib-içmişlər. Musa adlı dostu ondan hərəsi 8 sot olan 4 sənədi qəbul etdirməsini xahiş etmişdir. Həmin sənədin kimin adına olmağını bilməmiş, ağbirçək bir qadına məxsus olmuşdur. O, Arazdan “ağbirçək arvaddı gəlib orada növbəyə durmasın” deyərək onları qəbul şöbəsinə salmasını xahiş etmişdir. Arvadın cibində pul olmamış, rüsumu Araz öz cibindən ödəmişdir. Bir neçə gün keçəndən sonra Arazın zəng elədiyini, arvadın cibində pul olmadığını, arvadın yerinə 4 ədəd sənədə görə rüsum ödədiyini bildirmişdir.O, da zəng edərək Musaya bildirmiş, Musa kart vasitəsi ilə pulu geri ödəmişdir. Həmin sənədlər imtina almışdır. Özü işdən sonra yeyib içmək üçün Araza iki dəfə 50 manat pul vermişdir. Birində dönərxananın sənədini qəbul eləmişlər, amma Araz yox bir xanım qəbul eləmişdir. Birində də polislərə növbəsiz keçməsini tapşırmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2004-2009cu illərdə Bakı şəhəri, Nizami rayonu Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışmışdır. Həmin tarixdən hazırki dövrədək sahibkarlıqla məşğul olur. Bundan əlavə, torpaq sahələrinin alqı- satqısı və sənədləşdirilməsi ilə bağlı ona müraciət etmiş şəxslərin sənədləşdirmə işlərinə köməklik edir. Belə ki, 2021-ci ilin noyabr ayının ortalarında uzun müddətdir tanıdığı X24 ilə görüşdüyü zaman sonuncu adını xatırlamadığı tanışının Lətifə adlı qadından Abşeron rayonu, Südçülük sovxozu adlanan yerdə olan 4 ədəd ayrı-ayrı torpaq sahəsinin sənədləşdirilməsi üçün 9.000 manat pul aldığını, Lətifə adlı qadının sənədlərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən imtina cavabının verildiyini, buna görə də onların 4 ədəd torpaq sahəsinin sənədlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin sənədlər X17, X37, X34 və X3 adına olmuşdur. Musa İsmayılov həmin sənədlərdən X17 və X25 adına olanların fotoşəkilini ona göndərmiş və o da həmin sənədlərin fotoşəkillərini DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində işləyən, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramı vasitəsilə göndərərək sənədlərin qəbul edilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs sənədlər qəbul edildikdən sonra bunun müqabilində hansı məbləğdə pul tələb etsə, verəcəyini demişdir. Beləliklə, noyabr ayının sonlarında o, Musa İsmayılovla əlaqə saxlayıb sənədləri DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə aparmalarını tapşırmış, sənədlər qəbul edildikdən sonra Təqsirləndirilən şəxs sənədlərin qəbul edilməsi müqabilində 700 (yeddi yüz) manat pul tələb etmiş və o, bu barədə Musa İsmayılova məlumat vermişdir. Sonuncu heç bir problem olmadığını bildirmişdir. Bundan qısa müddət sonra Təqsirləndirilən şəxs tanışları ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Səhər mehi” adlı restoranda oturduqlarını, özünə verilməli olan məbləğdən restorandakı hesabı ödəməsini ona tapşırmışdır. O da sonuncu ilə razılaşaraq Musa İsmayılovla bu barədə danışmış və Musa İsmayılov 300 (üç yüz) manat məbləğində hesabı ödəmişdir. Qalan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini isə Təqsirləndirilən şəxs tələbinə əsasən sonuncunun ona əvvəldən göndərdiyi adına olan son 4 rəqəmi 5603 olan plastik bank kartına göndərməsini Musa İsmayılova tapşırmış və kartın şəklini sonuncuya göndərmişdir. Bir müddət sonra Musa İsmayılov ona 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin ödənildiyini təsdiq edən qəbzin fotoşəklini göndərmişdir. Bundan bir müddət sonra Musa İsmayılov özü X34 və X3 adına olan torpaq sahələrinin sənədlərini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs də Musa İsmayılovu onun yaxını kimi tanıdığından sonuncu ilə danışaraq sənədləri qəbul etmişdir. Təqsirləndirilən şəxs bu dəfə həmin 2 sənədə görə 1.000 (bir min) manat məbləğində pul vəsaiti tələb etmişdir. Lakin, əvvəlcədən sənədləri verilmiş X17 və X25 adına olan torpaq sahələri Abşeron rayonu ərazisinə düşmədiyi müəyyən olunduğundan həmin torpaq sahələrinə çıxarış verilməsindən imtina edildiyi üçün Musa İsmayılov həmin işləri ondan xahiş edən adamların Təqsirləndirilən şəxs tələb etdiyi 1.000 (bir min) manat məbləğində pul vəsaitini vermədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs isə sənədləri qəbul etdirdiyi üçün həmin pulun verilməli olduğunu bildirmiş və ondan pul vəsaitini tələb etmişdir. X2 və X3 adına olan torpaq sahələrinin də Abşeron rayonu ərazisinə düşmədiyi müəyyən olunduğundan həmin torpaq sahələrinə çıxarış verilməsindən də imtina olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tələb etdiyi əlavə 1.000 (bir min) manat məbləğində pul vəsaiti ona verilməmişdir.( cild İ. i.v. 158-165) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun əmisidir. Əmisi ona etibarnamə vermişdir ki, onun torğağının sənədləşmə məsələsini həll etsin. Əmisi Təqsirləndirilən şəxs görməmiş, onunla əlaqə saxlamamış, həmçinin Araz da əmisini tanınamışdır. Özü telefon vasitəsi ilə Arazla danışmış, Araz məsələni həll etmək üçün 7000 manat pul istəmişdir. Əmisi Qeyrət deyilən məbləğə razı olmadığı üçün Arazla bir daha əlaqə saxlamamışdır. Həmçinin Təqsirləndirilən şəxs pul verilməmişdir. Zərərçəkmiş şəxs6 səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmişdir.Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2012- 2014-cü il tarixlərdə "xxxx" ASC-də kiçik kredit mütəxəssisi, 2019-2020-ci il tarixlərdə “VTB Bank" ASC-də kredit mütəxəssisi vəzifələrində işləmişdir. Hər iki işdən öz ərizəsi ilə çıxmışdır. Daha sonra, yəni 2020-ci ilin mart ayından “EMG" MMC-ni təsis etmiş və halhazırda da həmin MMC-nin direktoru vəzifəsində işləyir. Direktoru olduğu MMC-nin fəaliyyət istiqaməti istilik sistemlərinin satışı ilə məşğul olmaqdan ibarətdir. Zərərçəkmiş şəxs5 onun dostudur. Təxminən 2021-ci ilin oktyabr-noyabr ayında Zərərçəkmiş şəxs5la söhbət zamanı sonuncu, 2008-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında aldığı torpaq sahəsini sənədləşdirmək istədiyini, lakin sənədləşmə işində çətinliklərlə rastlaşdığını, bu səbəbdən də sənədləşməni həyata keçirə bilmədiyini, yəni həmin torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən ala bilmədiyini bildirmişdir. O da həmin vaxt Zərərçəkmiş şəxs5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində işləyən Təqsirləndirilən şəxs adlı dostunun olduğunu, bu barədə Təqsirləndirilən şəxs xahiş edə biləcəyini və sonuncu ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs5 dostu olduğunu, Təqsirləndirilən şəxs məsləhət və köməklik etməyi barədə xahiş edəcəyini demişdir. Bundan sonra o, təxminən 2021-ci ilin oktyabr-noyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək sonuncuya Zərərçəkmiş şəxs5 dedikləri barədə məlumat verərək sonuncunun onun adından zəng edəcəyini bildirmiş və Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq üçün onun mobil nömrəsini Zərərçəkmiş şəxs5 vermişdir. Bundan təxminən bir həftə sonra Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə görüşdüyünü, sonuncunun torpaq sahəsinə çıxarışı hazırlamaq üçün 4.000 (dörd min) manat məbləğində pul istədiyini və Təqsirləndirilən şəxs ilə danışıb heç olmasa 3.000 (üç min) manat məbləğə bu işi həll etməsini xahiş etməsini ondan istəmişdir. O da öz növbəsində bir dost kimi Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs5 ona zəng etdiyini, sonuncudan torpaq sahəsinə çıxarış alınması üçün 4.000 (dörd min) manat məbləğində pul vəsaiti istədiyini, onun xətrinə bu işi 3.000 (üç min) manat məbləğə həll edib-edə bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs onun bu xahişinə etiraz etməyərək bu işi onun xətrinə 3.000 (üç min) manat məbləğində pul vəsaitinə həll edə biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs5 yenidən zəng edərək Təqsirləndirilən şəxs xahiş etdiyini, sonuncunun ona görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti qarşılığında işin həll olunacağını bildirdiyini demişdir. Bundan 2-3 gün sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək Təqsirləndirilən şəxs ilə görüşdüyünü, ona torpağa aid bütün sənədlərini verdiyini və başlanğıc olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaiti verdiyini, qalan 2.000 (iki min) manat məbləğində pul vəsaitini isə sonra verəcəyini bildirmiş, o da cavabında işinin xeyirli olmasını demişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs5la təsadüfən şəhərdə görüşüb söhbət edərkən sonuncu, ona Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşdirilməsi üçün pul verdiyini və gözlədiyini bildirmiş, lakin o, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs verdiyi 1.000 (bir min) manat məbləğindən əlavə olaraq, yəni qalan 2.000 (iki min) manat məbləğində pul vəsaitini verib-verməməsini soruşmamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qeyd edilən 1.000 (bir min) manat məbləğində və digər məbləğlərdə olan pul vəsaitlərini verərkən yanlarında olmadığı üçün pulun nə zaman və harada verilməsi barədə məlumatı olmamışdır. Onun Zərərçəkmiş şəxs5 daha sonra 2.000 (iki min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verib-verməməsi, torpaq sahəsinə dair çıxarışı alıb-almamasına dair də məlumatı olmamışdır.Şahid2, həmçinin, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 sonuncunun torpaq sahəsinə dair çıxarışın verilməsi müqabilində aldığı pul vəsaitinin hər hansı bir miqdarda olan hissəsini ona vermədiyini, özünün yalnız həmin şəxsləri tanış etdiyini, niyyətinin yalnız yaxşılıq etmək olduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 aldığı pul vəsaitini özünə götürməsi və ya digər hər hansı bir şəxsə verməsi barədə məlumatının olmadığını bildirmişdir.( cild İ, i.v. 100-105) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, tikintilərdə usta kimi işləyir. Həmçinin, o, ünvan 13ində torpaq sahələri alıb həmin torpaq sahələrində ev tikərək satılması ilə məşğul olur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində qeydiyyatçı vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə 5-6 ay əvvəl torpaq sahələri üçün çıxarış alarkən tanış olmuşdur. Bundan sonra 2021-ci il dekabr ayının əvvəllərində dostu və həmkarı, evlərin tikintisi ilə məşğul olan Zərərçəkmiş şəxs2 ona Masazır kəndi, Yeni Bakı yaşayış kompleksinin arxasında 0.06 ha ölçüdə bələdiyyə sənədi ilə torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etdiyini, lakin həmin Ərazi İdarəsinin ona çıxarışın verilməsindən imtina etdiyini bildirmişdir. O isə yuxarıda qeyd etdiyi tanışı Təqsirləndirilən şəxs bu barədə maraqlana biləcəyini Zərərçəkmiş şəxs2 bildirmiş və onun razılığı İlə xx.xx.2021-ci il tarixdə özünə məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil telefonu ilə əlaqə saxlayaraq ondan qeyd etdiyi Masazır kəndi, Yeni Bakı Yaşayış kompleksinin arxasında yerləşən bələdiyyə sənədli 0.06 ha torpaq sahəsinə çıxarış əldə etməyin mümkün olub-olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində bu işin rəsmiləşdirilməsinin çətin olduğunu və maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Bundan 3 gün sonra o, yenidən yuxarıda qeyd etdiyi mobil telefon nömrəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncu ona 5.000 (beş min) manat pul vəsaiti müqabilində məhkəmə vasitəsilə onlara qeyd edilən torpaq sahəsinə dair çıxarışı verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin məbləğin müəyyən hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinə, bir hissəsinin özünə çatacağını, xırda hissəsinin isə məhkəmə xərclərinə sərf olunacağını, vəkilə də həmin pul vəsaitindən verəcəyini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs həmin 5.000 (beş min) manat məbləği verəcəklərini demişdir. Bundan bir gün sonra o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlaqə nömrəsini vermiş və sonuncunun onu tələb olunan 5.000 (beş min) manat məbləğ ilə birlikdə Xırdalan şəhər dairəsində gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin yerə gedərək 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, lakin o, pul verilməsi prosesində iştirak etməmişdir. Bundan sonra o, təqribən 3-4 dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və çıxarışın hazır olub- olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə ilk dəfələrdə ona konkret vaxt deməsə də, sonuncu dəfə sənədin 2022-ci ilin fevral ayının sonu hazır olacağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamışdır. Şahid3, həmçinin, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitindən ona hər hansı bir hissəsini vermədiyini, bu məsələ ilə əlaqədar özünün heç bir marağının olmadığını, Təqsirləndirilən şəxs telefonda danışarkən aldığı pul vəsaitinin bir hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinə, bir hissəsinin özünə çatacağını, xırda hissəsinin isə məhkəmə xərclərinə sərf olunacağını dediyini bildirmişdir.(cild İ. i/v 122-125) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun atasının dayısı nəvəsidir. Onunla uzaq qohum olmağına baxmayaraq gündəlik sıx münasibəti olmuşdur. Təqsirləndirilən şəxs, arabir öz adına bank hesab kartı bağlandığı üçün onun kartından istifadə etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsində olarkən sonuncun ondan kartını istəmiş və hansısa tanışının karta pul köçürməli olduğunu bildirmişdir. O da öz növbəsində həmin vaxt üstündə olan "xxxx" ASCyə məxsus nömrəsi 5213-6751-9440-2393 olan plastik kartını Təqsirləndirilən şəxs vermişdir. Bir neçə dəqiqə sonra karta 400 (dörd yüz) manat köçürülməsi ilə bağlı ona "sms" məlumatı gəlmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində plastik kartı ona geri qaytarıb 400 (dörd yüz) manat məbləğində pulu kartdan nağdlaşdırıb verməsini xahiş etmişdir. O, pulun dəqiq olaraq kim tərəfindən nağdlaşdırılmasını xatırlamamışdır. Lakin, 400 (dörd yüz) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən götürülməsi yadında qalmışdır. (cild İ i/v.146-149) Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, əvvəllər ev tikintisində usta kimi işləmişdir. 2019-cu il tarixdən isə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən dükanda meyvə- tərəvəz məhsullarının satışı ilə məşğul olur. X24 ilə 2021-ci ilin noyabr ayının əvvəllərində dostu Şahid7 vasitəsilə tanış olmuşdur. Şahid7 təxminən 10 ilə yaxındır ki, tanıyır. Sonuncu onunla eyni qəsəbədə qonşuluqda yaşayır. Təxminən 2021-ci ilin oktyabr ayında dostu Zərərçəkmiş şəxs8 ona müraciət edərək özünə, qardaşı və qardaşı arvadının adına rəsmiləşdirilmiş torpaq sahələrinə görə çıxarış almaq istədiyini, lakin, imtina verildiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər şöbəsi tərəfindən imtina verilməsinə səbəb həmin sənədlərin içərisində olan ayrıc aktına əsasən torpaq sahəsinin həmin aktda göstərilmiş ərazidən kənarda yerləşməsi olmuşdur.Bununla əlaqədar o, Zərərçəkmiş şəxs8 həmin məsələ ilə əlaqədar maraqlanacağını bildirmişdir. Həmin vaxt dostu Şahid7 müraciət etmişdir. Şahid7 ona həmin məsələnin yaxını olan Musa İsmayılov vasitəsilə həll edə biləcəyini bildirmişdir. O, Şahid7 yaxını Musa İsmayılovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı olub-olmamasını soruşmuşdur. Bu zaman sonuncu Musa İsmayılovun Xidmətdə işləmədiyini lakin, belə məsələləri həll edə bildiyini demişdir. Ardınca, 2021-ci ilin noyabr ayının əvvəllərində X54 Süleymanovun iştirakı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Ulduz metrostansiyasının yaxınlığında yerləşən "Məkan” adlanan İdarəsinin qarşısında görüşmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs8, X34, X16 və qonşusu olan Rəfiqə Yunusovanın sənədlərini Musa İsmayılova təqdim etmişdir. Musa İsmayılov müvafiq sənədlərə baxdıqdan sonra sabahısı gün cavabı deyəcəyini bildirmişdir. Sabahısı gün, Musa İsmayılovla mobil telefon vasitəsilə danışan zaman sonuncu ona “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri ilə danışmışam, həmin torpaq sahələrinə görə ümumilikdə 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti rüşvət qismində həmin şəxslərə verilməlidir” demişdir. O da sonuncu ilə razılaşmışdır. Həmin puldan 8.000 (səkkiz min) manat olan hissəsini Zərərçəkmiş şəxs8, qalan 1.500 (bir min beş yüz) manat olan hissəsini X10 Yunusovdan alaraq Musa İsmayılova yenə də “Məkan" adlı İdarənin qarşısında Şahid7 iştirakı ilə vermişdir. Həmin vaxt Musa İsmayılov sənəd hazır olan zaman ona zəng edəcəyini demişdir. Bundan sonra o, dəfələrlə Musa İsmayılovla əlaqə saxlasa da sonuncu həmin sənədin hazırlanmasını təmin edə bilməmişdir. 2021-ci ilin dekabr ayında artıq Musa İsmayılovun onu aldatdığını başa düşmüşdür. X43 pul vəsaitini geri tələb etməyə başlamışdır. Həmin ərəfələrdə, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Musa İsmayılov onu və Şahid7 Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Santral Elektrik" adlı dükanın qarşısında Şahid1la görüşdürmüşdür. Həmin vaxt Şahid1 ona Musa İsmayılova verdiyi pul vəsaitinin özündə olduğunu və yaxın zamanda həmin işin həll olunacağını bildirmişdir. Hətta, həmin vaxt Şahid1 avtomobilinin baqaj hissəsini açaraq orada olan çoxsaylı sənədləri göstərib ona "biz dələduz deyilik, bu qədər sənədlərin məsələsini həll edirik, narahat olmayın həmin torpaq sahələrinə çıxarışlar veriləcək” demişdir. Bundan müəyyən müddət sonra da iş həll olunmadığından 2022-ci ilin yanvar ayının əvvəlində Musa İsmayılovdan ona verdiyi sənədləri və ümumilikdə 9.500 (doqquz min beş yüz) manat məbləğində pulu Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında geri almışdır. Şahid6, həmçinin, ifadəsində həmin puldan ona və Şahid7 hər hansı bir məbləğdə olan hissənin çatmadığını, pul vəsaitini ümumilikdə Musa İsmayılova verdiyini, Musa İsmayılova 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti verdiyini, həmin pulun 8.000 (səkkiz min) manat olan hissəsini Zərərçəkmiş şəxs8, qalan 1.500 (bir min beş yüz) manat olan hissəsini X10 Yunusovdan aldığını, sonradan həmin puldan X44 Seyidova nə qədər olan hissəsini verməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. (cild İİ i/v.194-197) Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Şahid1 tanıyır. Həmin şəxsi onunla Musa İsmayılov tanış etmişdir. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında Şahid6 adlı dostu ona Binə qəsəbəsində olan torpaq sahəsinə görə sənədləşmədə problem olması barədə məlumat vermişdir. O da həmin vaxt yenə də Şahid6 Musa İsmayılovla tanış etmişdir. Sənəd işindən başı çıxmadığına görə konkret məsələnin nədən ibarət olmasını bilməmişdir. Həmin vaxtlarda Şahid6 və Musa İsmayılovla "Ulduz” metrostansiyasının yaxınlığında yerləşən “Məkan” adlanan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsinin qarşısında olan görüşləri zamanı Şahid6 istifadəsində olan “Kia" markalı, göy rəngli, dövlət qeydiyyat nişanı “112" ilə bitən avtomobildə Musa İsmayılova 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti vermişdir. Sonradan həmin məsələ alınmamışdır. Bu vaxt o, Şahid6lə birlikdə Musa İsmayılovdan verilmiş pul vəsaitini aqressiv şəkildə tələb etməyə başlamışlar. Həmin ərəfələrdə Musa İsmayılov onları Şahid1la tanış etmişdir. Belə ki, o, Şahid6 və Musa İsmayılov Bakı şəhəri, Ziya Bünyadov prospekti ünvanında yerləşən “Santral Elektrik” adlı dükanın qarşısında Şahid1la görüşmüşlər. Həmin vaxt Musa İsmayılov özünə verdikləri 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin Şahid1 olduğunu bildirmişdir. Şahid1 onlara “Musa İsmayılov mənə həmin məsələnin həlli ilə əlaqədar 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul verib, həmin pul məndədir, narahat olmayın, bu məsələ düzələcək” demişdir. O, buradan belə başa düşmüşdür ki, Musa İsmayılov ümumi puldan 500 (beş yüz) manat olan hissəsini özünə götürmüşdür. Bundan isə müəyyən müddət sonra Musa İsmayılov tutulduğundan həmin məsələ ilə də maraqlana bilməmişlər. (cild İİ i/v 181-186) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2022-ci tarixli «“İphone XS max” və “İphone 5S" markalı mobil telefonlara» baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone XS max” markalı mobil telefona baxış zamanı mobil telefonun “whatsapp” proqramına baxış keçirilən zaman həmin mobil nömrə ilə “Bahargul Fariz” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə arasında ,“Elvin/Quliyev Wp” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə arasında, Şahid3 məxsus olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrə arasında, Şahid1 məxsus olması müəyyən edilmiş ***-***-**- ** saylı mobil nömrə arasında müxtəlif tarixlərdə iş üzrə zərərçəkmiş şəxslərdən sənədlərin düzəldilməsi üçün pulun verilməsi ilə əlaqədar yazışmalar aşkar edilmişdir. (cild İİ, i/v 64-117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ilk olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çox saylı danışıqlar aparılması müəyyən olunmuşdur. İstintaq üçün əhəmiyyət kəsb edən, yəni Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.14 ha ölçüdə torpaq sahəsinin bölgü sxeminin çəkilməsi üçün pul verilən dövrü əhatə edən 2021-ci ilin dekabr ayı ərzində həmin iki şəxs arasında 20 dəfə telefon danışığının olması müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çox saylı danışıqlar aparılması müəyyən olunur. İstintaq üçün əhəmiyyət kəsb edən yəni Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.14 ha ölçüdə torpaq sahəsinin bölgü sxeminin çəkilməsi üçün pul verilən dövrü əhatə edən 2021-ci ilin dekabr ayı ərzində həmin iki şəxs arasında 8 dəfə telefon danışığının olması müəyyən olunmuşdur. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə X15 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında yalnız xx.xx.2021-ci il tarixdə danışıqlar aparılması müəyyən olunur. İstintaq üçün əhəmiyyət kəsb edən yəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.06 ha ölçüdə torpaq sahəsinə çıxarış verilməsi üçün pul verilən dövrü əhatə edən 2021-ci ilin dekabr ayında, yuxarıda göstərildiyi kimi yalnız bir gün, yəni 12 dekabr 2021-ci il tarixdə, saat 16:25-dən saat 16:49-a qədər həmin iki şəxs arasında 4 dəfə telefon danışığının aparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman həmin mobil nömrə ilə X4 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Əlavə olaraq baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında istintaq üçün əhəmiyyət kəsb edən, yəni sonuncunun Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair çıxarış almaq üçün Təqsirləndirilən şəxs müraciət etdiyi dövrlərə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında, istintaq üçün əhəmiyyət kəsb edən, yəni sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə dair çıxarış almaq üçün Təqsirləndirilən şəxs müraciət etdiyi dövrlərə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 dəfə telefon danışığının aparılması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında telefon danışığının aparılmaması müəyyən olunmuşdur.(cild İİİ, i/v 141-143) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən istintaq orqanına təqdim edilmiş 235989 inventar nömrəli, 236364 inventar nömrəli, 236350 inventar nömrəli, 236360 inventar nömrəli, 236357 inventar nömrəli, 236362 inventar nömrəli, 236348 inventar nömrəli, 236351 inventar nömrəli, 235990 inventar nömrəli, 236352 inventar nömrəli, 236358 inventar nömrəli, 236353 inventar nömrəli, 236349 inventar nömrəli, 236396 inventar nömrəli, 235997 inventar nömrəli, 236346 inventar nömrəli, 236402 inventar nömrəli, 236415 inventar nömrəli, 236394 inventar nömrəli, 235988 inventar nömrəli, 236403 inventar nömrəli, 236347 inventar nömrəli, 236397 inventar nömrəli, 236409 inventar nömrəli, 236407 inventar nömrəli, 236408 inventar nömrəli, 236404 inventar nömrəli, 236400 inventar nömrəli, 236412 inventar nömrəli, 236410 inventar nömrəli, 236001 inventar nömrəli, 236395 inventar nömrəli, 236401 inventar nömrəli, 236417 inventar nömrəli, 236002 inventar nömrəli, 236356 inventar nömrəli, 236413 inventar nömrəli, 236405 inventar nömrəli, 236414 inventar nömrəli, 236406 inventar nömrəli, 236363 inventar nömrəli, 240085 inventar nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083002 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu, üzərində inventar nömrəsi olmayan **********17- 05301-083003 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqlar X19 adına rəsmiləşdirilmiş ünvan 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında olan mənzillərə görə verilmiş çıxarışlara dair sənədlər toplusunu əks etdirən qovluqlardır. Həmin 44 ədəd qovluğun 37 ədədində, yəni, 235989 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236364 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236360 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236348 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235990 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236352 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236358 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235997 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236346 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236402 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236415 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236394 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235988 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236403 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236347 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236397 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236409 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236407 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236408 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236404 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236400 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236412 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236410 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236001 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236395 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236401 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236417 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236002 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236356 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236413 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236405 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236414 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236406 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236363 inventar nömrəli qovluqda olan ********** nömrəli, 240085 inventar nömrəli qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083002 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083003 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli ərizələrin məzmunları Milli Qeydiyyat Sisteminə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən işlənilmişdir. Musa Ələkpərovun adına rəsmiləşdirilmiş qovluqlardan 6 ədədində olan ərizələrin məzmunu Gülnarə Yusifova, 1 ədədində olan ərizənin məzmunu isə Mirhəmid Ağayev tərəfindən Milli Qeydiyyat Sisteminə işlənilmişdir. Bundan əlavə 240075 inventar nömrəli qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin qovluqda Zərərçəkmiş şəxs3 adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə dair sənədlər toplusu vardır. Həmin qovluqda olan ********** nömrəli ərizənin məzmunu Milli Qeydiyyat Sisteminə Təqsirləndirilən şəxs tərəfindən 25 yanvar 2022-ci il tarixdə işlənilmişdir. Müvafiq torpaq sahəsinə dair bölgü eskizi adlı sənədin isə xx.xx.2021-ci il tarixdə tərtib edilməsi müəyyən edilmişdir. Baxış zamanı 127757 inventar nömrəli qovluğa əsasən müəyyən edilmişdir ki, X13 adına müvafiq olaraq xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli çıxarışlarla rəsmiləşdirilmiş 0.019 ha və 0.049 ha torpaq sahələrinə çıxarış verilməsinə dair olan vətəndaşın müraciəti barədə müvafiq ********** və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr də Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş və həmin ərizələrin məzmunu barədə məlumatlar məhz həmin tarixdə Milli Qeydiyyat Sisteminə sonuncu tərəfindən işlənilmişdir. Bundan sonra 237924 inventar nömrəli qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin qovluqda Şahid9 Rəşad oğlunun adına xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.0084 ha ölçüdə torpaq sahəsinə dair sənədlər toplusu vardır. Həmin qovluqda olan ********** nömrəli ərizənin məzmunu Milli Qeydiyyat Sisteminə Təqsirləndirilən şəxs tərəfindən 22 dekabr 2021-ci il tarixdə işlənilmişdir. Baxış zamanı 143414 inventar nömrəli qovluğa əsasən müəyyən edilmişdir ki, həmin qovluqda Zərərçəkmiş şəxs7 adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş ünvan 13ində yerləşən, kənd təsərrüfatı təyinatlı 0.02 ha ölçüdə torpaq sahəsinə dair sənədlər toplusu vardır. Həmin sənədlər toplusuna, həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 11 avqust 2022-ci il tarixli, **********99 nömrəli məktubuna əsasən Zərərçəkmiş şəxs7 2021-ci il ərzində hər hansı bir müraciətinin olmaması müəyyən edilir. Ardınca Zərərçəkmiş şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********02 nömrəli imtina məktubu və həmin məktuba əlavə edilmiş sənədlərin surətlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 müraciətinə əsasən müvafiq torpaq sahəsinə dair Abşeron rayonu, Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış adlı sənədin qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməməsi, həmçinin, müvafiq torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zonasında yerləşməsi səbəbindən X26 adına ayrılmış ünvan 13i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilmişdir. Həmçinin, həmin məktuba əlavə edilmiş sənədlərin surətlərinə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 eyni torpaq sahəsinə dair 19 iyun 2020-ci il tarixli, **********0 nömrəli ərizə nömrəsi ilə əvvəl də Ərazi İdarəsinə müraciət etmiş və həmin vaxt da bu barədə ona imtina məktubu ünvanlanmışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb edən dövrü əhatə edən 2021-ci il ərzində Zərərçəkmiş şəxs2 Ərazi İdarəsinə ünvanlanmış hər hansı bir müraciətinin olmaması müəyyən edilmişdir. X27 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********26 nömrəli, Zərərçəkmiş şəxs8 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********12 nömrəli və X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********27 nömrəli imtina məktubları və həmin məktublara əlavə edilmiş sənədlərin surətlərinə baxış zamanı müəyyən edilmişdir ki, hər üç şəxsə Abşeron rayonu, Donuzkökəltmə sovxozu tərəfindən ayrılmış 0.08 ha torpaq sahəsinə dair çıxarışın verilməsindən müvafiq elektron baza və arxiv məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin Abşeron rayonu inzibati ərazi vahidliyinə aid olmaması səbəbindən imtina verilmişdir. Müvafiq sənədlər toplusunda olan Samir Rüstəmovun 24 noyabr 2021-ci il tarixli, ********** nömrəli, Zərərçəkmiş şəxs8 26 noyabr 2021-ci il tarixli, ********** nömrəli, X3 24 noyabr 2021-ci il tarixli, ********** nömrəli ərizələrinin Milli Qeydiyyat Sisteminə Təqsirləndirilən şəxs tərəfindən işlənilməsi müəyyən edilmişdir.Zərərçəkmiş şəxs5 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********81 nömrəli imtina məktubu və həmin məktuba əlavə edilmiş sənədlərin surətlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 müraciətinə müvafiq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin Qobu bələdiyyəsinin 19 dekabr 2007-ci il tarixli, 28 saylı qərarı əsasında bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmadan, həmçinin, torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada hərrac və ya müsabiqə vasitəsilə satılmalı olduğu halda bu qaydalara əməl edilmədən satılması səbəbindən çıxarışın verilməsindən imtina edilmişdir. Müvafiq sənədlər toplusunda olan Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəsinin Milli Qeydiyyat Sisteminə Təqsirləndirilən şəxs tərəfindən işlənilməsi müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 02 sentyabr 2019-cu il tarixdə də eyni xarakterli müraciətinə **********48 nömrəli məktubla imtina verilmişdir. (cild İV, i/v 75-90) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə verilmiş 04 avqust 2020-ci il tarixli, 100/k nömrəli əmrə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinin Sənədlərin qəbulu, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və arayışların verilməsi şöbəsinə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs üzrə verilmiş 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdən 4 saylı Abşeron Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə təyin edilmişdir. (cild İ, i/v 219-221) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 23 fevral 2022-ci il tarixli, **********79 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının vəzifə öhdəliklərini müəyyən edən sənəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2009-cu il tarixdə 3437 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X11”dır. Həmin “Kitabça”nın 1-ci böməsinin 2-ci yarımbölməsinə əsasən müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı üzrə ekspertin vəzifə öhdəlikləri daşınmaz əmlakın müvafiq bölmələri üzrə hüquqların qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ekspertizasının həyata keçirilməsi, sənədlərdə aşkar edilən hüquqi və texniki xarakterli çatışmamazlıqların dəqiqləşdirilməsinin aidiyyəti üzrə tələb edilməsi, hüquqların dövlət qeydiyyatının aparılmasına imkan verən sənədlərdəki məlumatların reyestr kitablarına və elektron daşıyıcılara daxil edilməsi, hüquqların dövlət qeydiyyatının aparılması, qeydiyyat icraçısı kimi imza edilməsi, dövlət reyestrindən çıxarışın və ya müvafiq arayışın çap edilməsi, hüquqların dövlət qeydiyyatının dayandırılması və ya dövlət qeydiyyatından imtina edilməsi barədə məlumatın imzaladıqdan sonra idarə rəisinin imzası ilə rəsmiləşdirərək ərizəçinin ünvanına vaxtında göndərilməsinin təşkil edilməsi, daşınmaz əmlaka dair qovluğun arxivə təhvil verilməsinin təmin edilməsi, dövlət reyestrinə daxil edilən məlumatların hüquq müəyyənedici sənədlərdəki məlumatlara tam uyğun olmasına və dövlət reyestrindən çıxarış və arayışlardakı məlumatların düzgün olmasına məsuliyyət daşınmasından ibarətdir. ( cild İİ i/v.41-55) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 yanvar 2018-ci il tarixli, 01 bömrəli qərarı ilə Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin, o cümlədən 4 saylı Abşeron Ərazi İdarəsinin əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnaməyə əsasən 4 saylı Abşeron Ərazi İdarəsinin fəaliyyət istiqamətləri dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və hüquqa xitam verilməsinin dövlət qeydiyyatının həyata keçirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma və torpaq sahələrində mərzçəkmə işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələsinin plan və ölçüsünün tərtib edilməsi və verilməsinin təmin edilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi, daşınmaz əmlakın, o cümlədən torpaqların, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən olunmuş qaydada qiymətləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, daşınmaz əmlakın kadastrı və ünvan reyestrinin tərtib edilməsi və aparılmasında iştirak edilməsi, dövlət reyestrinə daxil edilən daşınmaz əmlak obyektlərinə dair vahid məlumat bazasının yaradılmasını və lazımi məlumatların Komitəyə və Xidmətə verilməsinin təmin edilməsi, yeni geoinformasiya texnologiyalarının əldə olunması və tətbiqi, müasir avadanlıqlardan, o cümlədən elektron ölçmə cihazlarından və proqram təminatından istifadə etməklə texnoloji prosesləri təkmilləşdirmək istiqamətində fəaliyyətdə iştirak edilməsindən ibarətdir. (cild İİ, i/v 58-63) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 06 aprel 2022-ci il tarixli, 2824 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmamışdır. (cild İİ, i.v. 214) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2022-ci il tarixli xidməti məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına ünvan 14 ünvanında ümumi sahəsi 89.6 m2 olan ********** reyestr nömrəli fərdi yaşayış evi rəsmiləşdirilmişdir. ( cild İİ, i.v. 212-213) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 04 may 2022-ci il tarixli, **********98 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 4a ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. (cild İİİ, i.v. 17-18) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X71 İdarəsinin 06 aprel 2022-ci il tarixli, 39181/222 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş hər hansı bir nəqliyyat vasitəsi yoxdur. (cild İİ, i/v 219-221) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 04 aprel 2022-ci il tarixli, xx/xx-4766 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin Mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. (cild İİ, i/v 222) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kapital Bank” ASC-nin 21 fevral 2022-ci il tarixli, 157000/2-7 nömrəli məktubuna əlavə edilmiş çıxarışlara, eyni zamanda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2022-ci il tarixli, MMX-X/0-3/4/069/2022 nömrəli məktubuna əsasən istintaq orqanına təqdim olunmuş “CD” diskdə olan məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də rəsmiləşdirilmiş 5103 07** **** 5603 nömrəli plastik kart hesabına xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş 4169 74** **** 2458 nömrəli plastik kart hesabından 150 (bir yüz əlli) manat, ibtidai istintaqla Musa İsmayılov tərəfindən göndərilməsi müəyyən edilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə isə X32 adına rəsmiləşdirilmiş 4169 74** **** 2898 nömrəli plastik kart hesabından 490 (dörd yüz doxsan) manat məbləğində pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir.( cild İ, i.v. 60-67) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş"xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, xx/xx-2008 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Şahid4 adına rəsmiləşdirilmiş 5213 67** **** 2393 nömrəli plastik kart hesabına ibtidai istintaqla Zərərçəkmiş şəxs3 tərəfindən göndərilməsi müəyyən edilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 22 dekabr 2021-ci il tarixdə köçürülməsi müəyyən edilmişdir. (cild İİİ, i.v. 38-54) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 22/01-409/22-1 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və X26 2019-2022ci il dövründə iddia qaydasında Abşeron rayon məhkəməsinə müraciət etməmişdirlər. ( cild İV, i.v. 94) Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən istintaq orqanına təqdim olunmuş 235989 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236364 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236360 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236348 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235990 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236352 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236358 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235997 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236346 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236402 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236415 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236394 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235988 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236403 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236347 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236397 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236409 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236407 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236408 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236404 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236400 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236412 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236410 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236001 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236395 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236401 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236417 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236002 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236356 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236413 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236405 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236414 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236406 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236363 inventar nömrəli qovluqda olan ********** nömrəli, 240085 inventar nömrəli qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083002 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301- 083003 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, 240075 inventar nömrəli qovluqda olan ********** nömrəli, 127757 inventar nömrəli qovluqda olan ********** və ********** nömrəli, 237924 inventar nömrəli qovluqda olan ********** nömrəli ərizələrin əsilləri, X5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X20 Ərazi İdarəsinə ünvanlandığı ********** nömrəli, Zərərçəkmiş şəxs8 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X3 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, Zərərçəkmiş şəxs5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli ərizələrin surətləri, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş “iPhone XS Max” markalı mobil telefon, "xxxx" MMC-nin 31 mart 2022-ci il tarixli, 2523 nömrəli, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli, BKC/LGL-4680/22 nömrəli və "xxxx" MMC-nin 7905/22 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disk, həmçinin, "xxxx" ASC-nin 21 fevral 2022-ci il tarixli, 157000/2-7 nömrəli və "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, xx/xx- 2008 nömrəli məktublarına əlavə edilmiş bank çıxarışları maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır.(cild İV, i.v. 97-176) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2022-ci il tarixli tələbnaməsinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. ( cild İİ, i.v.193) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində verilmiş xidməti xasiyyətnaməyə əsasən, o, N nömrəli hərbi hissənin 4-cü taborunun minaatan batareyasında 1-ci tağım 3-cü minatan heyətində baş tuşlayıcı vəzifəsində xidmət etdiyi müddətdə özünün müsbət keyfiyyətləri ilə fərqlənmişdir. (cild İV, i/v 96) Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur.Onlara dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddia və tələbləri yoxdur. Onlara dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə verdiyi ittihama əsasən o, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək ittiham olunduğu dələduzluq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə bərabər, həm də Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə tövsif olunması barədə istintaq orqanının gəldiyi nəticə razılaşmır. Məhkəmə kollegiyası həm cinayət prosesi tərəflərinin ifadələrini, həm də iş materiallarını biri-digəri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində onun təqsirliliyinin sübuta yetməməsi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələrinə münasibətdə təqsirliliyinin sübuta yetməməsi ilə bağlı nəticəyə təqsirləndirilən şəxsin ifadələrindən, həm zərərçəkmiş şəxslərin öz ifadələrindən, həm də iş üzrə şahidlərin ifadələrindən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəsxlərdən pullu məhz müvafiq işin görülməsi üçün hər hansı vəzifəli şəxsə vermək üçün əldə etməmiş, bu zaman rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsulu kimi çıxış etmişdir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Göstərilənlər onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı nə iş materiallarında olan sənədlərə və sübutlara, nə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsərlərin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, verilmiş pulun təyinatına, həmin pulun rüşvətin predmeti olub-olmamasına əhəmiyyət vermədən hazırkı iş üzrə təqsirləndirilən şəxsə digər cinayət əməlləri ilə yanaşı onun Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarına nəzər yetirdik də müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyətinin həmin şəxslərin əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməli yekunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham olunması əsassız hesab edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarına əsasən, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. “Məhkəmə hökmü haqqında” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Beləliklə, təqdiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarlarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsində səhvə yol vermişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X35rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X61 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X56rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələrinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək şəxsi ehtiyacı üçün etibardan sui-istifadə edərək pul aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışması, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild İ, iş vərəqləri 176-177; Cild İİ, iş vərəqləri 1-7) Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 22 fevral 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1(bir) il 4(dörd) ay 11(on bir) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “iPhone XS Max” markalı mobil telefon sahibinə geri qaytarılmalı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 235989 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236364 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236360 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236348 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235990 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236352 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236358 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235997 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236346 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236402 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236415 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236394 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235988 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236403 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236347 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236397 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236409 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236407 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236408 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236404 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236400 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236412 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236410 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236001 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236395 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236401 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236417 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236002 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236356 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236413 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236405 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236414 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236406 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236363 inventar nömrəli qovluqda olan ********** nömrəli, 240085 inventar nömrəli qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083002 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301- 083003 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, 240075 inventar nömrəli qovluqda olan ********** nömrəli, 127757 inventar nömrəli qovluqda olan ********** və ********** nömrəli, 237924 inventar nömrəli qovluqda olan ********** nömrəli ərizələrin əsilləri, X5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X20 Ərazi İdarəsinə ünvanlandığı ********** nömrəli, Zərərçəkmiş şəxs8 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X3 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, Zərərçəkmiş şəxs5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli ərizələrin surətləri, "xxxx" MMC-nin 31 mart 2022-ci il tarixli, 2523 nömrəli, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli, BKC/LGL-4680/22 nömrəli və "xxxx" MMC-nin 7905/22 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disk, həmçinin "xxxx" ASC-nin 21 fevral 2022-ci il tarixli, 157000/2-7 nömrəli və "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, xx/xx-2008 nömrəli məktublarına əlavə edilmiş bank çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 , 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs verilmiş ümümi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham çıxarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 1(bir) il 4(dörd) ay 11(on bir) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (ay) 08 (səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan 05:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Bakı Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “iPhone XS Max” markalı mobil telefon sahibinə geri qaytarılsın, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 235989 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236364 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236360 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236348 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235990 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236352 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236358 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235997 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236346 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236402 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236415 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236394 inventar nömrəli qovluqda olan ********** nömrəli, 235988 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236403 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236347 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236397 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236409 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236407 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236408 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236404 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236400 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236412 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236410 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236001 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236395 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236401 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236417 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236002 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236356 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236413 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236405 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236414 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236406 inventar nömrəli qovluqda olan ********** nömrəli, 236363 inventar nömrəli qovluqda olan ********** nömrəli, 240085 inventar nömrəli qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083002 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, üzərində inventar nömrəsi olmayan **********17-05301-083003 reyestr nömrəli çıxarışa dair sənədlərin olduğu qovluqda olan ********** nömrəli, 240075 inventar nömrəli qovluqda olan ********** nömrəli, 127757 inventar nömrəli qovluqda olan ********** və ********** nömrəli, 237924 inventar nömrəli qovluqda olan ********** nömrəli ərizələrin əsilləri, X5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X20 Ərazi İdarəsinə ünvanlandığı ********** nömrəli, Zərərçəkmiş şəxs8 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, X3 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli, Zərərçəkmiş şəxs5 Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli ərizələrin surətləri, "xxxx" MMC-nin 31 mart 2022-ci il tarixli, 2523 nömrəli, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli, BKC/LGL-4680/22 nömrəli və "xxxx" MMC-nin 7905/22 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disk, həmçinin "xxxx" ASC-nin 21 fevral 2022-ci il tarixli, 157000/2-7 nömrəli və "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, xx/xx-2008 nömrəli məktublarına əlavə edilmiş bank çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar