Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-209/2025 16.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X15 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - X9 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Qusar rayonu, Aşağı İmamqulukənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, məhkumluğu olmayan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttihama görə Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə, səhər saatlarından etibarən həmkəndlisi Şahid1 ilə birlikdə yaşadıqları Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsində mal-qara otararkən birlikdə araq spirtli içkisi içərkən, saat təxminən 10 radələrində inəklərini axtarmaq üçün örüş sahəsinə gələn həmkəndlisi Zərərçəkmiş şəxs da yanlarına dəvət edərək, örüş sahəsində olan talvarın altında əyləşərək birlikdə araq içməyə davam edib sərxoş olmuşlar, həmin gün saat təxminən 13 radələrində Murad Ağakşiyev heyvanlara nəzarət etmək məqsədi ilə oturduqları yerdən bir qədər uzaqlaşandan sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Zərərçəkmiş şəxsla onun atası haqqında söyüş söyməklə zarafat etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud cavab verməsindən hirslənərək orada olan masanın üzərinə qoyulmuş ərzaq doğramaq üçün istifadə etdikləri məişət bıçağını göstərib “bunu sənə soxaram” sözünü demiş, Zərərçəkmiş şəxs cavabında ona “hünərin çatmaz” deməsindən sonra hər ikisi ayağa qalxarkən hirsli olduğundan əlləri ilə Zərərçəkmiş şəxs özündən kənara itələməsi səbəbindən Zərərçəkmiş şəxs arxa-arxaya gedib yerə yıxılarkən onun anasını söyməsinə görə talvarın altında olan mətbəx bıçağını götürüb onu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə üzərinə hücum çəkib ayağa qalxmağa imkan verməyib, kürəyi üstə torpağın üzərinə yerə yıxaraq, üstünə çıxıb sol əli ilə Zərərçəkmiş şəxs boğazını tutub sıxaraq tərpənib müqavimət göstərməsinə mane olub, sağ əlində tutduğu məişət bıçağı ilə müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, ona xüsusi əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla onu qəsdən həyatdan məhrum etmək üçün boğazını kəsmiş, Zərərçəkmiş şəxs çabalamaqla, əl-qol hərəkətləri ilə müqavimət göstərdiyindən, eləcə də bıçaq köhnə olmaqla küt olduğuna görə yaxşı kəsmədiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs boğaz nahiyəsini istədiyi kimi dərin kəsə bilməməsi səbəbindən onu öldürməyə nail ola bilməyərək ona dərəcəsi təyin edilməyən, 7x0.1 santimetr ölüçlərində, boynun ön səthin yuxarı şöbəsindəki səthi kəsilmiş və cızılmış yara xəsarətini yetirmiş, Murad Səkərovun boğaz nahiyəsindən qan axmasını görüb onu öldürdüyünü fikirləşmiş, bu zaman onların mübahisə etdiyini görən Şahid1 qaçaraq özünü çatdırıb onu tutub arxaya çəkərək Zərərçəkmiş şəxs üzərindən götürüb bıçağı əlindən alıb kənara tullayaraq sakitləşməsi üçün tutub saxladığından Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək niyyətindən ibarət hərəkətlərini davam etdirə bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 avqust 2024-cü ildə bir yerdə Zərərçəkmiş şəxs, Şahid1 və o yeyib içmişlər. Daha sonra Zərərçəkmiş şəxs ürəyi bulanmış və qusmaq üçün masadan uzaqlaşmış, o, Muradın qolundan tutub gətirəndə ona söyüş söymüşdür. O isə Muraddan niyə söyüş söydüyünü soruşmuş, belə ki, anası ölmüşdür. O da içkili olmuş, əsəbləşmiş və Muradı yerə yıxaraq qorxutmaq məqsədilə bıçağı boğazına dirəmişdir. Daha sonra Muradın dili qatlanmış və o, iki dəfə yardım göstərmişdir, “öldürmək istəsəydim niyə yardım göstərim axı? elə dili qatlanıb öləcəkdi”. Verilən suallara cavab olaraq bildirdi ki, həmin zaman Zərərçəkmiş şəxs, Şahid1 və o, spirtli içki qəbul etmişlər. Təxminən 2-3 litr alkoqol qəbul etmişlər. Aralarında mübahisə yarananda Şahid1 yanlarında olmamış, inəklərin qabağına getmiş, Şahid1 gələndə görmüşdür ki, o, Zərərçəkmiş şəxs üstündədir. Zərərçəkmiş şəxs qusmaq üçün masadan uzaqlaşmış, sonra onun yıxıldığını görmüş və durub onu gətirmişdir. Murad isə ona söyüş söyməyə başlamış, o isə başa düşməmişdir ki, Murad niyə söyüş söyür. Bıçaq stolun üstündə olmuş, iti bıçaq olmuş, onunla ət doğrayıb kabab çəkmişlər. Bıçaq mətbəx bıçağı olmuş, həmin bıçaqla Muradı qorxutmaq istəmiş, yerə yıxıb bıçağı boğazına dirəmişdir ki, niyə söyüş söyür. Şahid1 onu bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyəndə görmüş, onu sonuncunun üzərindən götürmüşdür. Zərərçəkmiş şəxs başını çevirəndə boğazını bıçaq cızmış, Murad huşunu itirmiş, dili qatlanmış, o isə ona kömək etmişdir. Şahid1 gələndə o, Zərərçəkmiş şəxs üstündə olmuş, ona niyə söyüş söyürsən demişdir. 2 dəfə arxa-arxaya dili qatlanmışdır. O, bıçağı Muradın boğazına dirədikdən sonra sonuncu qan görmüş və huşunu itirib dili qatlanmışdır. Boğazı cızıldığına görə qanamışdır. Onun Zərərçəkmiş şəxs boğazına bıçağı dirədiyi zaman Şahid1 onları ayırmışdır. Hadisədən əvvəl bir kəndçi kimi münasibətləri normal olmuşdur. Muradla barışmaq istəyir. Sonuncu ona “ana söyüşü” söymüşdür. O ibtidai istintaq zamanı yazdıqlarını ona hərf-hərf demişlər, o da yazmışdır. Onun öldürmək yox, qorxutmaq fikri olmuşdur. İbtidai istintaq zamanı verilən ifadəsini oxumamışdır, oxusaymış, başqa cür ifadə verərmiş. İbtidai istintaq zamanı tərcüməçi ilə təmin olunmuşdur. Şahid1 onlara yaxınlaşan zamanı o, Zərərçəkmiş şəxs üzərində olmuşdur. Həmin vaxt bıçağı sonuncunun boğazına dirəmişdir. O, heç nə etməmişdir, Murad başını yana çevirən zaman bıçaq onun boğazını kəsmişdir. O, qorxutmaq niyyətində olmuşdur. Şahid1 onu Zərərçəkmiş şəxs üzərindən götürdükdən sonra yenidən hücum etməmiş, əksinə yardım göstərmişdir. Zərərçəkmiş şəxs söyüş söyənədək yeyibiçmişlər. Qorxutmaq istədiyi üçün bıçağı götürmüşdür, əliylə də vura bilərmiş, lakin söyüş söydüyü üçün bıçağa əl atmışdır. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuşdur və həmin ifadəsində o, Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 2005-ci ildə hərbi xidmətdə olduğu vaxt dava-dalaş etdiyinə görə Qazax Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 332.1, 332.2.1-ci maddələri ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə əfv etmə qaydasında cəzadan vaxtından əvvəl azad edilmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, onunla əvvəllər yaxşı münasibətləri olmuş, baş vermiş məlum hadisəyə qədər aralarında narazılıq, dava-dalaş, ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxsla həmçinin ata tərəfdən uzaq qohumluqları olmuşdur. 15 avqust 2024-cü il tarixdə, saat təxminən 06 radələrində yaşadıqları Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsində qoyun otarmağa getmişdir. Onunla birlikdə həmkəndlisi Şahid1 də həmin örüş sahəsində inəkləri otarmışdır. Həmin gün saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs inəyini tapa bilmədiyinə görə, örüş sahəsinə gəlib naxırın içərisində öz inəyini tapandan sonra onlarla birlikdə əyləşmişdir. Zərərçəkmiş şəxs yanlarına gələnə qədər Şahid1 ilə birlikdə bir qədər araq spirtli içkisi içmişlər. Zərərçəkmiş şəxs gələndən sonra da, onunla birlikdə 3-4 qədəh araq içmişlər. Araq qurtarandan sonra yenə də içki məclisini davam etdirmək qərarına gəldiklərinə görə, Zərərçəkmiş şəxs örüş sahəsinə gəldiyi velosipedi ilə özü yaxınlıqda yerləşən Rövşən adlı həmkəndlisinin mağazasına gedib oradan toyuq budu, Zamir adlı həmkəndlisinin mağazasından da 1 litr “Organic” markalı araq almışdır. Mağazaların heç birində pomidor-xiyar olmadığından Şahid1 zəng etmiş, Murad da həmin ərzaqları evlərindən götürməsini tapşırdığına görə Şahid1 evinə gedib onun anasından pomidor-xiyar və çörək götürüb yenidən örüş sahəsinə qayıtmışdır. Örüş sahəsinə qayıdandan sonra daşların üzərində kabab çəkmiş, bu müddət ərzində də, Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə aldığı arağın demək olar yarısını içib qurtarmışdır. Örüş sahəsində naxıra gedən həmkəndliləri özləri şifer və taxta materiallardan talvar düzəltmişlər. Həmin talvarın altında da masa, kreslo və divan olmuşdur. Muradgillə həmin talvarın altında əyləşib yeyib-içəndən sonra aldığı 1 litr araq qurtardığına görə, yenidən velosipedlə gedib həmkəndlisi Zamirin mağazasından “Organic” markalı araq spirtli içkisi alıb geri qayıtmışdır. Həmin arağı da talvarın altında Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə 3 nəfərə içib qurtarandan sonra, saat təxminən 13 radələrində Şahid1 mal-qaraya nəzarət etmək üçün yanlarından durub bir qədər kənara getmişdir. Qəbul etdiyi spirtli içkinin təsiri altında çox sərxoş olduğundan Zərərçəkmiş şəxsla məzələnməyə başlamış, söz arası zarafatyana şəkildə onunla atası haqqında söyüşlü zarafatlar etmişdir. Bu zarafatları Zərərçəkmiş şəxs pisinə getmiş, Murad bir-iki dəfə onunla bu formada zarafat etməməsi barədə xəbərdarlıq etmiş, lakin sərxoşluğun təsiri altında onunla eyni zarafatları etməyə davam edəndə, M.Səkərov onunla ciddi tərzdə danışıb üstünə bozarmağa başlamışdır. Sərxoş olduğuna görə Zərərçəkmiş şəxs kobudluq etməsindən sonra hirslənib özündən çıxmış, qabağından dala durmayıb qorxutmaq üçün masanın üstündə olan bıçağı ona göstərib “bunu sənə soxaram” demişdir. Zərərçəkmiş şəxs da acıqlı olduğundan “hünərin çatmaz” deyə cavab vermişdir. Bu söhbəti edərkən talvarın altında əyləşmişlər, həmin vaxt onun sözündən daha da hirslənib ayağa qalxmış, bu vaxt Murad da onunla mübahisə etmək üçün ayağa durmuşdur. Sərxoşluğun təsiri altında Murada yerini bildirmək üçün onu hər iki əli ilə özündən kənara itələmiş, Murad da arxaya tərəf gedib yerə yıxılmışdır. Murad yerə yıxılan kimi pis söyüşlərlə onun anasını söyməyə başlamışdır. X1 2003-cü ildə ölmüş, Zərərçəkmiş şəxs ölmüş anasını bu cür söyüb təhqir etməsi ona çox pis təsir göstərmiş, onun namusuna toxunmasına dözə bilməmiş, özündən çıxıb talvarın altında qoyulmuş masanın üzərində olan, ərzaq doğramaq üçün istifadə etdiyi məişət bıçağını götürüb Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, ona ayağa qalxmağa imkan verməyib torpağın üzərində yerə yıxaraq üstünə çıxmışdır. Zərərçəkmiş şəxs altında çabalamaqla, əl-qol hərəkətləri ilə ona müqavimət göstərməyə çalışmış, ucadan qışqırıb Şahid1 köməyə çağırmışdır. Ona görə də sol əli ilə onun boğazını tutub sıxaraq tərpənməsinə, müqavimət göstərməsinə mane olub, sağ əlində tutduğu bıçaqla onun başını kəsib öldürmək məqsədi ilə boğaz nahiyəsini kəsmişdir. Həmin an ona hücum çəkib bıçaqla boğazını kəsməkdə tək məqsədi yalnızca onu öldürmək olmuş, Zərərçəkmiş şəxs ölmüş anasını söyməsindən sonra gözü heç nəyi görməmiş, onun boğazını kəsib başını bədənindən ayırmaq istəmiş, başqa heç nə fikirləşməmişdir. Zərərçəkmiş şəxs boğazını kəsmək istəyərkən bıçaq uzun illərdir orada qalıb köhnəlib, körəşləşib kütləşdiyindən, bir tərəfdən də Murad altında çabalamaqla, ona tərəf əl-qol atmaqla mane olduğundan onun boğazını istədiyi kimi tam gücü ilə dərin kəsə bilməmişdir. Lakin Zərərçəkmiş şəxs boğazının bıçaqla kəsdiyi nahiyəsindən qan axdığını görüb onu öldürdüyünü fikirləşmiş, Zərərçəkmiş şəxs da həmin vaxt xırıldamış, huşu getmişdir. Elə bu vaxt Şahid1 onların dalaşdıqlarını uzaqdan görüb, qaçaraq özünü çatdırıb onu arxadan tutub Zərərçəkmiş şəxs üstündən qaldırıb arxaya çəkdiyinə görə arxası üstə yerə yıxılmışdır. Şahid1 dərhal əlindən bıçağı alıb kənara tullayaraq onu möhkəm şəkildə tutub saxlamışdır ki, yenidən Zərərçəkmiş şəxs üzərinə hücum çəkib onu öldürməsin. Şahid1 bıçağı əlindən alandan sonra görmüşdür ki, Zərərçəkmiş şəxs ölməmişdir. Əgər Şahid1 özünü çatdırıb onu Zərərçəkmiş şəxs üstündən qaldırıb kənarlaşdıraraq tutub saxlamasa idi, Zərərçəkmiş şəxs sağ qoymayacaqdı, onun başını kəsib öldürənə qədər ondan əl çəkməyəcəkdi. Zərərçəkmiş şəxs ölmüş anasının ünvanına nalayiq söyüşlər söyməsindən sonra dəliyə dönmüş, onun söydüyü ana söyüşünü heç cür götürə bilməmiş, Muradın bu söyüşü heysiyyatına toxunmuşdur. Heç gözləməzdi ki, deyib-güldüyü adam anasına söyər. Hər şey bir anın içində baş vermişdir. Şahid1 onları ayırandan sonra onu bir qədər tutub saxlayaraq sakitləşməsini gözləmişdir. Baş vermiş bu hadisənin təsirindən Zərərçəkmiş şəxs şoka düşdüyündən dili qatlanmış, onun boğazını kəsdiyi nahiyədən qan gəlmişdir. Bir qədər sakitləşəndən sonra tutduğu bu əməldən işə düşdüyünü fikirləşib peşmançılıq hissi keçirmişdir. Zərərçəkmiş şəxs qorxusundan dili qatlandığına görə Şahid1 onun üzünə su vurub ayıltmağa çalışmış, birtəhər Zərərçəkmiş şəxs özünə gətirəndən sonra onu talvarın altında əyləşdirmişdir. Şahid1 Zərərçəkmiş şəxs boğazının kəsilmiş hissəsini tutub qan axmasını dayandırmağa çalışmışdır. Əlindən xata çıxmaması üçün Zərərçəkmiş şəxs yanında durmayıb oradan uzaqlaşıb getmişdir. Baş vermiş bu hadisədən çox peşimançılıq çəkmiş, Zərərçəkmiş şəxs ağır söyüşü qarşısında bir anlıq özünü itrib onu öldürməyə çalışmış, xoşbəxtlikdən Şahid1 özünü yetirib buna imkan verməmişdir. Etdiyi bu səhv hərəkəti sonradan başa düşmüşdür. Zərərçəkmiş şəxs anasını söydüyünə görə bir anlıq özünü itirib, onu öldürmək qərarına gələrək talvarın altında olan mətbəx bıçağını götürüb onun üstünə hücum çəkib boğazını bıçaqla kəsib öldürmək istəmişdir. Həmin vaxt özü də sərxoş olduğundan, həm də Zərərçəkmiş şəxs çabalayaraq müqavimət göstərdiyinə, bıçağın da ağzı iti olmadığı üçün onun boğazını istədiyi kimi tam kəsib başını üzə bilməmişdir. Şahid1 mübahisələrini əvvəldən görüb dərhal qaçaraq gəlib özünü çatdırıb onu tutub çəkərək Zərərçəkmiş şəxs kənarlaşdırmasa idi, onu öldürəcəkdi. Həmin vaxt fikri də elə bu olmuşdur. Ancaq Şahid1 mane olduğuna görə bunu edə bilməmişdir. Həmin vaxt orada üçündən başqa heç kəs olmamış, hadisəni başqa heç kəs görməmişdir. Zərərçəkmiş şəxsla arasında mübahisə, dava-dalaş təxminən 5-6 dəqiqə çəkmişdir. Zərərçəkmiş şəxs anasını söydüyünə görə onu öldürmək məqsədilə üstünə hücum çəkib boğazını kəsmişdir. Zərərçəkmiş şəxs əvvəlcədən hər hansı səbəbə görə öldürmək məqsədi, fikri olmamışdır. Bu söhbətə qədər Zərərçəkmiş şəxsla heç vaxt aralarında hər hansı dava-dalaşları, narazçılıq, fikir ayrılığı olmamışdır. Zərərçəkmiş şəxs 20 il bundan əvvəl torpağa tapşırdığı anasını təhqir etdiyindən həmin vaxt dəliyə dönmüş, ağlından ancaq onu öldürmək keçmişdir. Hesab etmişdir ki, Murad namusuna toxunduğuna görə bu hərəkətinin yeganə cəzası ölümdür. Ona görə də, heç fikirləşmədən birbaşa bıçağı götürüb ona layiq olduğu cəzanı vermək istəmişdir. Ancaq özündən asılı olmadan, Şahid1 mane olduğundan, həmçinin Zərərçəkmiş şəxs da ona müqavimət göstərdiyinə görə işini başa çatdıra bilməmişdir. Həmin vaxt ağlına gələn elə bıçaq olduğu üçün, əlinə bıçaq keçdiyindən onunla Muradı öldürmək istəmişdir. Həmin an çox əsəbi olsa da, gözü dönsə də, öz hərəkətlərinin mahiyyətini çox gözəl, aydın şəkildə başa düşmüş, nə etdiyini tam dərk etmişdir. Elə istədiyi də Zərərçəkmiş şəxs öldürmək olmuş, bundan başqa heç nə fikirləşməmişdir. Bunun çox amansız hərəkət olduğunu bilmiş, lakin anasını söydüyünə görə bunu etməyə məcbur olmuşdur. Zərərçəkmiş şəxs bəxti onda gətirmişdir ki, bıçaq küt olduğundan onun boğazını dərin kəsə bilməmişdir, lakin özü həmin an qan axmasından onun boğazını kəsdiyini fikirləşmişdir. Zərərçəkmiş şəxs boğazını kəsib öldürməyə çalışdığı vaxt özündə olmuş, şüurlu surətdə bu hərəkəti etmişdir. Psixi vəziyyətində heç bir problem yoxdur, həm psixi, həm də fiziki olaraq tam sağlamdır. Törətdiyi əmələ görə də peşmandır.(cild 2, i.v. 21-27) Təqsirləndirilən şəxs son sözündə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, inəyi axtarmağa getmiş, sonra örüş sahəsindən inəyi tapmışdır. Amil inək naxırında, Şahid1 isə qoyun sürüsündə növbə çəkmişdir. Onların yanına gedərək söhbət etmişdir. Onlar ona birlikdə yeyib-içmək təklif etmişlər. Yeyib-içdikdən sonra Amil onunla dava etməyə başlamış, onunla əlbəyaxa olmuşdur. Sonra ayağından onu vurub yıxmış və ona səni öldürəcəm demişdir. O isə “duxun varsa öldür” demiş, daha sonra bıçağı boğazına dirəyib boğazını kəsmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, o, boğazı kəsiləndə qanı görüb huşunu itirmişdir. Şahid1 onları ayırmışdır. Murad onları ayırmasaydı Amil hərəkətlərinə davam edərdi. Söyüş olmamışdır, o, söyüş söyməmişdir. Amillə barışmışdır, şikayəti yoxdur. Bıçaq elə yeyib-içdikləri bıçaq olmuşdur. Bıçağı boğazına sürtmüşdür. Şahid1 inəklərin arxası ilə getmiş, onları o, ayırmışdır. Murad onları ayırdıqdan sonra yenidən hücum etməmişdir. Amil bıçağı boğazına dirəyən zaman Murad gələrək icazə verməmişdir. Başını çevirdiyi üçün kəsilməmişdir, Amil boğazını kəsmişdir. Murad gəlməsəydi Amil onun boğazını kəsəcəkmiş. Yıxılandan qabaq ona onu öldürəcəyini demişdir, üstündə olan zaman heç nə deməmişdir. Amil üzərində təxminən 2 dəqiqə qalmışdır. Amil üstündə olduğu zaman qışqırıb Muradı köməyə çağırmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, inək növbəsində, Amil isə qoyun növbəsində olmuşdur. Səhər saatları imiş, oturmuşlar və onların oturmağı üçün nəzərdə tutulan yerdə yeyib-içmişlər. Sonra Zərərçəkmiş şəxs inək axtarmağa gəlmiş, onlarla oturub yeyib-içməyə başlamışdır. 2-3 litr araq içmişlər. O, naxırda olduğu üçün gedib-gəlmişdir. İnəkləri gətirməyə getdiyi zaman uzaqdan görmüşdür ki, Amil və Zərərçəkmiş şəxs mübahisə edirlər. Amil Muradı yıxıb üstünə çıxmışdır. Muradın boğazı kəsilmiş, Amil bıçaqla üstündə dayanmışdır. Amili Muradın üstündən yıxıb kənarlaşdırmışdır, Zərərçəkmiş şəxs qan gəlmiş, qanı əliylə tutub saxlamışdır. Orada su bulağı olmuş və oradan su gətirmişdir. Muradın dili qatlanmış, ona kömək etmişdir. Sonra yenidən su gətirməyə getmiş, yenidən Muradın dili qatlanmışdır, bu dəfə Amil də kömək etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, hadisə yerinə yaxınlaşan zaman Muradın kömək istədiyini eşitmiş, Murad “Burax məni” deyə qışqırmışdır. O, gəldiyi zaman Muradın boğazı kəsilmiş, bıçaq Amilin əlində olmuşdur, onların aralarındakı mübahisəni görməmişdir. Amildən daha sonra niyə belə etməsini soruşduğu zaman demişdir ki, ona söyüş söydüyü üçün belə olmuşdur. O, onlara yaxınlaşan kimi Amili Muradın üstündən götürmüşdür. O gəlməsə imiş Amil bəlkə də Muradı öldürərmiş. Çünki boğazını artıq kəsmişdir. O gəldiyi zaman bıçağı dirəməmiş, bıçaq aralı olmuş, onları ayırdıqdan sonra Amil yenidən hücum etmək istəmiş, ancaq, o, icazə verməmişdir. Yenidən hücum etdiyi zaman “niyə söydün məni, öldürəcəm səni” demişdir. Amil Muradın boğazını kəsərək bıçaq əlində üstündə oturmuşdur, o, Amili Muradın üstündən itələmişdir. Könüllü şəkildə özü onun üstündən durmamışdır. Amil və Muradın əvvəllər dava etdikləri olmamış, ümumiyyətlə Murad çox çölə çıxıb onlarla oturan biri olmamış, bəlkə də, ilk dəfə onlarla oturmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qonşusudur. Axşam vaxtları imiş, Zərərçəkmiş şəxs anası baş verənlərlə bağlı danışmışdır və Təqsirləndirilən şəxs Muradın boğazını kəsdiyini demişdir. Onların həyətinə daxil olmuş və Muradı görmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, içki içmişlər və söyüş söyülməsi nəticəsində hadisə baş vermişdir. Amil və Muradı Şahid1 ayırmışdır. Zərərçəkmiş şəxs ona Şahid1 olmasaydı, Amil onu öldürəcəkdi demişdir. Muradın boğazının kəsildiyini görmüş, bıçaq yarası olmuş, açıq görünmüşdür. Murad və Amillə bir kənddəndir, Murad onun qonşusudur, onlarla qohumluq münasibəti yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, oğlu Murad inəyi naxıra aparmış və daha sonra Amil ona onlarla qalmağı təklif etmişdir. Murad onun təklifini qəbul etmiş və yeyib-içmişlər. Daha sonra isə Amil Muradın boğazını kəsmişdir. Murad axşam 16-17 radələrində evə gəlmiş, ondan Heydər “oğluna nə olub?” deyə soruşmuşdur. Həmin zaman Muradın paltarlarının qanlar içində olmasını görmüşlər. Verilən suallara cavab olaraq bildirdi ki, Amilin niyə Murada xəsarət yetirməsini bilmir. Hər ikisi içkili olmuşlar. Hadisənin necə baş verdiyini bilmir. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, sadəcə Murad və Amilin dalaşmaları ilə bağlı kənd camaatından məlumat almışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Amilin Muradı bıçaqla vurmasını eşitmiş, başqa məlumatı olmamışdır. Amilin Muradı vurmasının səbəbini bilməmişdir. Amil və Murad arasında əvvəllər mübahisənin olmasını eşitməmiş və görməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Ziyafəddin oğlu ifadəsində göstərdi ki, Hadisə günü Təqsirləndirilən şəxs onun mağazasından toyuq qanadı almışdır. Daha sonra onun Muradla dava etməsindən xəbər tutmuş, başqa məlumatı olmamışdır. Amil və Murad arasında əvvəllər hər hansı mübahisənin olmasını eşitməmiş, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, hadisə günü o yolda mağazaya gedərkən Turab ilə qarşılaşmışdır, ondan maşınını işə salmağa kömək etməyinini istəmiş və o, Turabla onların həyətinə daxil olmuşdur. Daha sonra Murad gəlmiş və Amilin onun boğazını kəsdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X6 öldüyündən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onunla heç bir qohumuluqları, yaxın münasibətləri, eləcə də əvvəllər aralarında narazılıq, davadalaş olmamışdır. Zərərçəkmiş şəxs uşaqlığından zəif, xaraktercə fağır olmuş, avam böyümüş, dava-dalaşdan, pis vərdişlərdən uzaq durmuşdur. Murad avam, fağır, yazıq biri olmuşdur. Oğlu Muradın indiyə qədər heç bir psixi xəstəliyi, dəliliyi, anlaqsız vəziyyəti olmamış, Murad əqli cəhətdən tam normal şəkildə hamı kimi özünü aparmış, 2 dəfə ailə həyatı qurmuş, övladları olmuşdur. Murad birinci arvadı ilə 2020-ci ildə boşananda da, məhkəmədə özü iştirak etmiş, hal-hazırda da əvvəlki nikahdan olan keçmiş həyat yoldaşına və uşaqlarına aliment ödəyir. Hazırki arvadı Məhatə Sərkərova da oğlu Muraddan hamilədir, 1 ay sonra uşağı dünyaya gələcəkdir. 15 avqust 2024-cü il tarixdə, səhər saatlarında inəkləri həyətdə olmadığına görə Murad evdən çıxıb velosipedi ilə kənd ərazisində axtarmağa getmişdir. Murad evdən çıxandan təxminən 1-2 saat sonra onun mobil telefon nömrəsinə zəng edib maraqlananda, inəklərini tapdığını, örüş sahəsində tanışları ilə birlikdə olduğunu və bir azdan evə qayıdacağını demişdir. Həmin gün, saat təxminən 15 radələrində oğlu Murad çox pis vəziyyətdə evə qayıtmışdır. Murad çox halsız olmuş, ayaq üstə güclə gəzmiş, əl-ayağı titrəmiş, boğaz nahiyəsi qanamışdır. Muradın əyninə geyindiyi boz rəngli qısaqol futbolkasının yaxası, sinəsi qana bulanmışdır. Muradın bu vəziyyətini görüb çox dəhşətə gəlmiş, ondan nə baş verdiyini soruşsalar da, Murad danışmaqda çətinlik çəkdiyindən qorxusundan dili tutulmuş, danışa bilməmişdir. Muradın bu vəziyyətini görüb özləri də çox qorxmuşlar, onun boğazından qan gəldiyini görüb öləcəyini fikirləşib özlərini tamam itirmişlər. Muradın boğazına baxanda da, boğazının ön hissəsində böyük bir kəsilmiş yara olmuşdur. Gəlini Məlahət ilə birlikdə Muradın boğaz nahiyəsini təmizləyərək yarasına sarğı qoyandan sonra oğlunun boğazından axan qan dayanmış, bunu görəndən sonra bir qədər rahatlaşmışlar. Murad özünə gələndən sonra danışmışdır ki, inəklərini örüş sahəsində tapandan sonra, orada naxır növbəsində olan həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid1 onu özləri ilə birlikdə içki məclisinə dəvət etmişlər, Murad da razılaşaraq onlarla birlikdə örüş sahəsində əyləşib yeyib-içmişlər, hər üçü araq içdiklərinə görə sərxoş olandan sonra Təqsirləndirilən şəxs onunla söyüşlə zarafat etdiyinə görə aralarında mübahisə yaranmış, mübahisə zamanı özünün də ağzından istəmədən pis söz çıxmış və bu səbəbdən Təqsirləndirilən şəxs onu əvvəlcə yerə yıxıb üstünə çıxaraq, örüş sahəsində yemək hazırlayarkən istifadə etdikləri bıçaqla boğazını kəsib öldürməyə çalışmışdır. Təqsirləndirilən şəxs oğlu Muradı öldürmək üçün onun boğazını kəssə də, Muradın bəxti gətirdiyindən dərin kəsə bilməmiş, bir qədər aralıda olan Şahid1 özünü çatdırıb Amilə mane olaraq Muradın boğazını kəsərkən onu tutub Muradın üstündən götürmüş, bıçağı da Amilin əlindən alıb kənara tullayaraq yenidən üstünə hücum edib onu öldürməsinə imkan verməmişdir. Xoşbəxtlikdən Şahid1 orada olmuş, Amilə mane olaraq onun oğlunu öldürməsinə imkan verməmişdir. Əgər Şahid1 orada olmasa idi, Amil oğlu Muradın boğazını kəsib onu öldürmüşdü. Həmin gün saat təxminən 11 radələrində əri Şahid2 Təqsirləndirilən şəxs kənddə oğlu Muradın velosipedi ilə mağazadan araq alıb apararkən görmüşdür. Əri həmin vaxt Amilin sərxoş vəziyyətdə olduğunu görüb Murada spirtli içki içirməməsini bildirib evə göndərməsini tapşırmış, Amil də yalandan Muardın işə getdiyini demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs atası Yavər Məmmədov evlərinə gəlib oğlunun tutduğu bu işə görə peşiman olduğunu və onun yerinə üzr istəyib polisə şikayət etməmələrini xahiş etsə də, Təqsirləndirilən şəxs nə gəlib peşimançılıq çəkdiyini bildirməmiş, nə də ki heç zəng vurub Amilin vəziyyəti ilə maraqlanmamışdır. Ona görə də, növbəti gün səhər əri Turab Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs xarakterini bildiklərinə görə onun yenidən gəlib oğulları Muradın başına iş gətirəcəyindən çox qorxmuşlar. Çünki Təqsirləndirilən şəxs həddindən artıq özündən razı, böyük-kiçik saymayan, başsız bir adamdır. Dəfələrlə yaşadıqları kənddə sərxoş vəziyyətdə ona-buna sataşdığına görə müxtəlif şəxslərlə dava-dalaş salmışdır. Kənd yeri olduğundan heç kəs öz kəndiçisini işə salmaq istəmədiyindən Amilin bu işlərini yola vermişlər. Amil də bu cür hərəkətlərinin cəzasız qaldığını görüb arxayınlaşmış, qudurğanlığından oğlunun başını kəsib öldürməyə çalışmışdır. Oğlu Murad çox fağır, dava-dalaşdan uzaq olmuş, Amillə aralarında indiyə qədər heç bir ədavət, düşmənçilik olmamışdır. Bu hadisənin baş verməsinin səbəbi onların hər ikisinin sərxoş olmaları və bir-birlərini təhqir etmələri olmuşdur. Oğluna haqq qazandırmır, o da Amilə təhqir etmişdirsə, səhv etmişdir. Ancaq bu kimisə öldürməyə heç kəsə haqq vermir. Təqsirləndirilən şəxs gör nə qədər təhlükəli, qudurğan insandır ki, yazıq fağır, zəif oğlunu toyuq kimi yerə yıxaraq boğazını kəsib az qala öldürürmüş. Onun bu hərəkəti cəzasız qalmamlıdır. Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini, oğlunu öldürməyə çalışmasının cəzasız qalmamasını tələb edir. Amilin bu hərəkəti də cəzasız qalarsa, əvvəl-axır kimisə öldürəcəkdir.(cild 2 i.v. 137-141) Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, oğlu Şahid1 ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanımış, onlarla aralarında normal münasibətləri olmuş, qohumluq əlaqələri, eləcə də əvvəllər ədavət, düşmənçilik, narazılıq, dava-dalaşları olamışdır. 15 avqust 2024-cü il tarixdə naxır növbəsi oğlu Şahid1 olduğundan, Murad səhər tezdən Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsinə getmişdir. Həmin gün saat təxminən 11 radələrində Murad ona zəng edərək həkəndliləri Təqsirləndirilən şəxs onlara gələcəyini, ona evdən pomidor-xiyar və çörək verməsini tapşırmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs velosipedlə onlara getmiş, Amilə evdən pomidor-xiyar və çörək verəndən sonra çıxıb getmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs oğlu Murad və həmkəndliləri Zərərçəkmiş şəxsla birlikdə örüş sahəsində olduqlarını və birlikdə yeyib-içdiklərini demişdir. Həmin gün saat təxminən 19 radələrində oğlu Şahid1 evə qayıdandan sonra onun əhvalının pis olduğunu görüb nə baş verdiyini soruşanda, Murad həmin gün naxırda olarkən, saat təxminən 13 radələrində araq içib sərxoş olandan sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında örüş sahəsində dava-dalaş olduğunu, mübahisə zamanı Amilin bıçaqla Muradın üstünə hücum çəkərək boğazını kəsib onu öldürməyə çalışdığını, xoşbəxtlikdən özünü çatdırıb Amili tutub Zərərçəkmiş şəxs aralaşdıraraq bıçağını əlindən aldığına görə onu öldürməyə imkan vermədiyini danışmışdır. Murad Amili tutub saxlayaraq yenidən Zərərçəkmiş şəxs üstünə hücum etməyə imkan verməmişdir. Əgər oğlu Murad orada olmasa, Təqsirləndirilən şəxs vəhşicəsinə Zərərçəkmiş şəxs boğazını kəsib onu öldürəcəkdi. Muraddan nəyə görə onların arasında mübahisə baş verdiyini soruşanda, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs zarafatlaşarkən bir-birlərini söydüklərinə görə aralarında bu mübahisənin baş verdiyini demişdir. Bu söhbəti eşidib oğlu Muradı danlayaraq həmin şəxslərlə eyni yerdə oturub spirtli içki içməsinə görə irad tutmuşdur. Təqsirləndirilən şəxs həmin mübahisə vaxtı bıçaqla onu da öldürə biləcəyini deyib, ondan kənar gəzməsini və spirtli içkilərdən uzaq durmasını tapşırmışdır. Murad Təqsirləndirilən şəxs gözünün qabağında Zərərçəkmiş şəxs öldürməsinə göz yuma bilmədiyini, həmin vaxt kənarda dursa idi, Amilin Zərərçəkmiş şəxs başını kəsib öldürəcəyini, Muradı köməksiz qoymasını insanlığına sığışdırmadığını demişdir. Sonradan həmkəndlilərindən də, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə örüş sahəsində Zərərçəkmiş şəxs boğazını kəsib onu öldürmək istədiyini və bu məsələyə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs polisə şikayət etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə yaşadığı evə gələndə onun əhvalının şən olmasından spirtli içki içdiyini hiss etmişdir. Murad hadisə vaxtı heç bir xəsarət almadığını, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğazını kəsdiyinə görə, Zərərçəkmiş şəxs boğazından qan axaraq əynindəki futbolkasmı qana buladığını demişdir.(cild 2, i.v. 58-61) Cinayət işinin materiallarında olan 16 avqust 2024-cü il tarixli “raport”dan görünür ki, 16 avqust 2024-cü il tarixdə saat 07:08-də Qusar RPŞ-nə Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X14 AR DİN-nin 102 qaynar xəttinə zəng edərək, həmkəndlisi Təqsirləndirilən şəxs 1989-cu il təvəllüdlü Muradın boğazını kəsməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu, Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsidir. Örüş sahəsinin ətrafı açıq ərazidir, yaxınlıqda yaşayış evləri, ictimai iaşə və məişət obyektləri yoxdur. Örüş sahəsində üstü və kənarları şiferlə bağlanmış, taxta tirlərdən tikilmiş talvar vardır. Talvarın ətrafında yerdə ağac tirləri, şifer hissələri vardır. Talvardan 2 metr aralıda ətrafında mişardaşları düzülmüş, ortasında kül qalmış, sönmüş halda olan ocaq yeri vardır. Talvarın giriş hissəsində qapı yoxdur, giriş hissəsinin yanında ağac bitmişdir. Talvarın altında oturmaq üçün 2 ədəd kreslo, 1 ədəd divan, ortalarında isə taxtadan hazırlanmış dairəvi masa vardır. Talvarın giriş hissəsində olan taxta dirəyə ağ rəngli köhnə, işləməyən soyuducu bərkidilmişdir. Soyuducunun içərisində ərzaqlar, yemək qabları, stəkanlar və 01 ədəd bıçaq vardır. Təqsirləndirilən şəxs həmin bıçağı təqdim edərək 15 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs öldürmək üçün onun boğazını həmin bıçaqla kəsdiyini bildirmişdir. Bıçağın plastmast materialdan qara rəngli tutacağı vardır, tiyəsi boz rəngli dəmir materialdandır, tutacağının bir üzündə plastmastın bir hissəsi qırılıb düşmüşdür.(cild 1, i.v. 9-15) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - boynun ön səthinin yuxarı şöbəsindəki 7x0.1 sm ölçülü səthi kəsilmiş və cızılmış yarası kənarı nisbi iti alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaqla yetirilə bilərdi. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir.(cild 1, i.v. 38) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. (cild 01, iş vər. 1-72). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.3, 68, 332.1,332.2.1-ci maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 66.3, 332.1-ci maddələri hökmdən xaric edilərək CM-nin 332.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Prezidentinin 698 saylı əfv fərmanına əsasən xx.xx.2007-ci ildə cəzadan azad edilmişdir.(cild 1, i.v. 120-121) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 168). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir.(cild 1, i.v. 197-202) Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(029)-33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 2, 50-52). Cinayət işinin materiallarında olan Qazax hərbi məhkəməsinin 12 may 2005-ci il tarixli, 1-74-2005 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 332.1,332.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3, 68-ci maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 2, 117-120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 66.3, 332.1-ci maddələri hökmdən xaric edilərək CM-nin 332.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (cild 2, 121-125). Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1518 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyəsi üzərində insan qanının olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli futbolka və 01 ədəd idman şalvarı üzərində olan bioloji mənşəli materiallara kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və əldə edilmiş DNT profili DİN Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etməmişdir. 01 ədəd bıçağın tiyə və dəstəyinin üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT təqdiqatının keçilirməsi üçün yararlı deyil. Bu səbəbdən müayisəli DNT təqdiqatının keçilirməsi mümkün olmamışdır. X10 hadisə vaxtı əynində olmuş 01 əəd boz rəngli futbloka və 01 ədəd qara rəngli şalvar üzərində müqayisəli DNT təqdiqatının keçirilməsi üçün kifayət qədər yararlı biloloji mənşəli materiallarının mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən müqayisəli DNT təqdiqatının keçirilməsi mümkün olmamışdır. (cild 2, i.v. 93-98) Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə, saat təxminən 13 radələrində Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisindəki anten dairələrində olmuşdur.(cild 2, i.v. 178-179) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü ictimai, məişət qaydalarına riayət edən şəxs kimi aparmış, ailə üzvlərinə, qonşularına qarşı və ailə üzvlərinin ona qarşı münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs və ailə üzvlərinin şifahi və ya yazılı formada nümayəndəliyə heç bir şikayətləri daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi atası X8, analığı X7 ibarətdir (cild 02, iş vər. 190-192). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur.(cild 2, i.v. 202-206) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3183 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül əqli gerilik aşkar olunur. Zərərçəkmiş şəxs qeyd olunan kəmağıllıq yüngül ifadə olunduğundan onu baş vermiş hadisələri düzgün qavrayıb təsvir etmək qabiliyyətindən məhrum etməmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətləri qavramaq və düzgün dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik yüngül olduğundan, həmçinin fərdi-psixi xüsusiyyətləri və hadisə şəraitinə görə o, Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs baş vermiş hadisəni düzgün təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qavramasında bir qədər lənglik, təfəkkürünün konkret olması, səthiliyi, intellektual imkanlarının yaşına uyğun olmamaqla geri qalması, bilik ehtiyatının kasadlığı və s. müəyyən edilir.(cild 2, i.v. 208-212) Cinayət işinin materiallarında olan məhkəmə-ballistik-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1375, 3/1382 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişikliklə edilməmişdir.(cild 2, i.v. 214-217) Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bıçaq 11 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin bıçağı rənginə, formasına, dəstəyində olan plastmasınının sınan hissəsinə görə tanımış və “1” №-si altında olan bıçağı əllə işarə edib həmin bıçağın 15 avqust 2024-cü il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs öldürməyə cəhd edərkən onun boğazını kəsdiyi bıçaq olduğunu bildirmişdir.(cild 2, i.v. 232-234) Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.9, 148, 221-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd olunmuşdur. (cild 03, iş vər. 1-35). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, onu sadəcə qorxutmaq istəməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər hadisənin yeganə şahidinin ifadəsi və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, onu sadəcə qorxutmaq istədiyini bildirsə də, o cümlədən müdafiəçi çıxışında sonuncunun əməlinin CM-nin 134-cü maddəsinə tövsif olunmasını xahiş etsə də, təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zamanı əldə etdiyi bıçaqla insan həyatı üçün vacib nahiyəyə bıçaqla xəsarət yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarəti yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Həmçinin işin məhkəmə istintaqı zamanı araşdırılmış halları ilə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq cinayət əməlinə son verməmiş, hadisə yerində olan Şahid1 sonuncunu Zərərçəkmiş şəxs üzərindən dartıb kənarlaşdırmaqla cinayət əməlini başa çatdırmasına imkan verməmiş, yəni Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Bununla belə yuxarıda şərh olunan sübutları, işin faktiki hallarını və təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün töbsif olunmadığından onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilməli, xüsusi amansızlıq kimi tövsifedici əlamət ona verilmiş ittihamdan çıxılmalıdır. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə mövcud məhkəmə təcrübəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli, 3 №-li Qərarının və həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 14 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Əməl o halda xüsusi amansızlıqa adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Təqsirləndirilən şəxs təsərrüfat təyinatlı mətbəx bıçağı ilə mübahisə zəminində qısa zaman kəsiyində zərərçəkmiş şəxsə xəsarət yetirməsi ona əzab vermək niyyəti deyil, öldürmək məqsədi daşımışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hücum edərkən sonuncuya qarşı xüsusi əzab və ya işgəncə vermək məqsədi güdməmiş, onun üzərində qeyri-insani, uzunmüddətli əzab verən hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş zərbə yalnız onu öldürmək niyyəti daşımışdır. Zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsi və intensivliyə gəldikdə isə verilmiş ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilə bilməyən cəmi 01 xəsarət yetirilmişdir: “ 7x0.1 santimetr ölüçlərində, boynun ön səthin yuxarı şöbəsindəki səthi kəsilmiş və cızılmış yarası”. Göründüyü kimi yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsi və intensivliyinə görə də təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hadisə nə zərərçəkmiş şəxsin ailə üzvləri, nə də digər yaxın adamlarının gözü qarşısında baş verməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsin yaxınlarına mənəvi iztirab vermək, onları onun ölümünü görməyə məcbur etməklə xüsusi əzab vermək məqsədi də aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi eyni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələri ilə müəyyən edilmiş hədlərə görə, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə istinad etmədən həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı həddə təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndinin tələbinə əsasən “Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-in 62ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur”. Həmin qərarının 9-cu bəndinin tələbinə əsasən cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 168). Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(029)-33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 2, 50-52). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd qara rəngli tutacağı olan bıçaq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli, bel hissəsində olan etiketində “UFC” yazılmış 01 ədəd idman şalvarı, qara rəngli, boyunda olan etiketində “UFC M” yazılmış 01 ədəd qısaqol futbolka, X10 hadisə zamanı əynində olmuş boz rəngli, boynunda olan etiketində “NUO ZHİ QİNG” yazılmış 01 ədəd qısaqol futbolka, 01 ədəd qara rəngli, parça şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə 180 AZN (yüz səksən) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd qara rəngli tutacağı olan bıçaq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli, bel hissəsində olan etiketində “UFC” yazılmış 01 ədəd idman şalvarı, qara rəngli, boyunda olan etiketində “UFC M” yazılmış 01 ədəd qısaqol futbolka, X10 hadisə zamanı əynində olmuş boz rəngli, boynunda olan etiketində “NUO ZHİ QİNG” yazılmış 01 ədəd qısaqol futbolka, 01 ədəd qara rəngli, parça şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 180 AZN (yüz səksən) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-209/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-209/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver