Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-21/2022 16.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 48,205 qram çəkidə narkotik vasitə heroin və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0,172 qram çəkidə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, onlardan 0,092 qram çəkidə narkotik vasitə heroini 24 mart 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 47 saylı evin qarşısında tanışı Şahid1 20 manata satmış, qalan 48,113 qram çəkidə heroinin 44,925 qramını və 0,172 qram çəkidə qurudulmuş marixuananı yaşadığı evdə, 3,188 qram çəkidə heroini isə üzərində daşımaqla saxlamış, bu fakt 24 mart 2021-ci il tarixdə saat 15:00-15:20 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən 47 saylı evə baxış keçirilən zaman 01 ədəd qutunun içərisində şəffaf rəngli sellofan kəsiyi bükümündə 44,475 qram çəkidə və 05 ədəd 1 ml-lik şprislərin içərisində ümumi həcmi 3 ml təşkil edən heroin məhlulunun tərkibində quru halda 0,45 qram çəkidə heroin, həmçinin 0,172 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə saat 17:10-17:25 müddətində Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyin sol ön cibindən 01 ədəd kibrit qutusunun içərisində 07 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda 0,456 qram, 0,452 qram, 0,456 qram, 0,469 qram, 0,460 qram, 0,448 qram və 0,447 qram olmaqla ümumilikdə 3,188 qram çəkidə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib evində və üzərində saxlayıb daşımaqla satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Üzərindən və evindən ittiham aktında göstərildiyi miqdarda narkotik vasitə aşkar olunmamışdır. Aşkar edilmiş narkotik vasitə 45 qram olmamış, üzərindən 3 qram, evindən isə 6 qram narkotik vasitə aşkar edilmişdir. Cibindən aşkar edilmiş narkotik vasitə 6 bükümdə olmuş və evindən aşkar edilmiş tərəzini isə özünə məxsus narkotik maddələri çəkmək üçün istifadə etmişdir. Həmçinin özünün şəxsi istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmiş, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın isə çəkisini bilməmişdir. Heç kimə narkotik vasitələri satmamışdır. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış, cinayət işinin 90-91 və 181-184-cü vərəqələrində olan ifadələrində göstərmişdir ki, üç ildir narkotik vasitə heroindən iynə vurma üsulu ilə istifadə edir və narkotik vasitə aludəçisidir. Hətta 2019-cu ilin aprel ayında Xaçmaz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 2020-ci ilin noyabr ayında cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. 19 mart 2021-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən dairənin yaxınlığında adının təxmini olaraq Sahib olduğunu bildiyi şəxslə görüşüb ondan üç ədəd sellofan bükümlərdə narkotik vasitə heroin almış və həmin narkotik vasitəyə görə ona 200 manat məbləğində pul vermişdir. Narkotik vasitəni alandan sonra onu yaşadığı evə gətirmiş, bükümlərdən birinin içərisindəki narkotik vasitəni hissələrə bölüb ayrı-ayrı bükümlər halında bir ədəd kibrit qutusunun içərisinə yığaraq cibinə qoymuş və şəxsi istifadəsi üçün üstündə saxlamış. İçərilərində heroin olan digər iki bükülünü isə olduğu kimi qırmızı rəngli qutunun içərisinə qoyub evdəki masanın üzərində saxlamışdır. Sonradan həmin narkotik vasitədən bir-iki dəfə hazırlayıb şpris vasitəsi ilə öz damarına vurmaqla istifadə etmişdir. 24 mart 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməyib polis əməkdaşlarını evə dəvət etmiş, bundan sonra polis əməkdaşları video çəkiliş vasitəsi ilə ona evdə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etdiyini və evdə narkotik vasitə saxladığını etiraf etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş və bundan sonra içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, həmçinin şprislər saxladığı 01 ədəd qırmızı rəngli qutunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları qutunu açanda onun içərisindən 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə olan qurudulmuş marixuana və narkotik vasitə qəbulu zamanı istifadə etdiyi şprislər aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirməyə başlamış, baxış zamanı həmin otaqda 01 ədəd elektron tərəzi, evin digər otağındakı masanın üstündən 05 ədəd istifadə olunmuş şprislər və içərisində pul və plastik kartlar olan kisəsi aşkar olunmuşdur. Evdən aşkar edilmiş narkotik vasitələr, şprislər, elektron tərəzi, içərisində pul və plastik kartlar olan pul kisəsi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu götürüb Xaçmaz RPŞ-nə gətirmiş, şöbəyə gətirilərkən içərisində narkotik vasitə heroin bükümləri olan kibrit qutusu əynindəki köynəyin cibində olmuş, lakin yolda polis əməkdaşları hərəkətlərinə nəzarət etdiklərinə görə üstündə olan narkotik vasitəni kənarlaşdırıb ata bilməmişdir. Şöbədə hüquq və vəzifələri izah olunandan sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsi təklif edilmişdir. Üzərində olan narkotik vasitəni təqdim etməyəcəyi halda, məcburi şəkildə götürüləcəyini başa düşmüş, ona görə də könüllü olaraq əynindəki damalı göy rəngli köynəyin sol ön cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin kibrit qutusu açılarkən içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, sorğu zamanı o, həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu etiraf etmiş və həmin heroini tanıdığı şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən digər hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş norkotik vasitə 01 (bir) ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə özü, sonra isə iştirakçılar protokola və 01 (bir) ədəd bükümün qablaşdırıldığı zərfin üzərini imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişdir. O, həmçinin göstərmişdir ki, əvvəlki ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını və heç kimə, o cümlədən 24 mart 2021-ci il tarixdə Şahid1 narkotik vasitə satmadığını göstərmişdir. Əslində həqiqətən 24 mart 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısında Şahid1 20 manat pul müqabilində bir büküm narkotik vasitə heroin vermiş, lakin əvvəllər heç vaxt Şahid1 narkotik vasitə satmamış və bununla bağlı aralarında heç bir əlaqə olmamışdır. O, həmçinin bildirmişdir ki, narkotik vasitələrin əsasən heroin növündən mütəmadi olaraq istifadə edir və narkotitk vasitə aludəçisidir. Yaşadığı evdən və üstündən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini, həmçinin narkotik vasitə qurudulmuş marixuananı da məhz özünün istifadəsi üçün saxlamış, lakin arada pula ehtiyacı olanda öz istifadəsi üçün alıb saxladığı narkotik vasitələrdən hazırda adları yadında qalmayan şəxslərə satmış, hətta narkotik vasitə ilə bağlı müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə zənglər və SMS müraciətlər olunmuşdur. Lakin narkotik vasitə ilə bağlı telefon vasitəsi ilə ona müraciət etmiş şəxslərin kimlər olduğunu hazırda xatırlamır. Qeyd olunan tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana çoxdan onda olmuş, həmin marixuananı nə vaxt və haradan əldə etməsi dəqiq olaraq yadında deyil. Həmin marixuananı heroin olmayanda istifadə etmək üçün, elektron tərəzini isə istifadə etdiyi narkotik vasitəni ölçüb çəkisini dəqiq bilmək üçün evdə saxlamışdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 24 mart 2021-ci il tarixində X2 barəsində cinayət haqqında məlumat daxil olmuşdur. Məlumatda narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilmişdir. Həmin məlumat əsasında polis mayoru Furiddin Kərimov və Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkilli, polis mayoru Səxavət Abbasovdan ibarət əməliyyat qrupu yaradılmışdır. O, Təqsirləndirilən şəxs yaşadığı yerə müstəntiqlə bərabər getmiş, Təvrizin özü onları qarşılamışdır. Ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və onları içəri dəvət etmişdir. Sonra videoçəkiliş zamanı özü könüllü olaraq qırmızı rəngli qutuda olan narkotik vasitəni onlara təqdim etmişdir. Qutuda iki ədəd kəsilmiş şəffaf sellofanda heroinə bənzər narkotik vasitə və bir bükümdə kəsilmiş kağızın içərisində narkotik vasitə marixuanaya bənzər kütlə və istifadə edilmiş şprislər aşkar edilmişdir. Bundan əlavə evə baxış zamanı soyuducunun üzərindən tərəzi və digər otaqlara baxış keçirilən zaman müxtəlif sayda istifadə edilmiş şprislər aşkar olunmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb Xaçmaz RPŞ-nə gətirmişlər, şöbəyə gətiriləndən sonra o, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə saxlaması ehtimalı olduğundan onun üstünə şəxsi axtarış keçirilməsi zəruri olmuş və buna görə də həmin gün saat 17 radələrində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üstünə axtarış keçiriləcəyi bildirilmiş və üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Onun üzərindən içərisində 9 sayda sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və ekspertiziya göndərilmişdir. Həmçinin Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs pul müqabilində aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 24 mart 2021 tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, istifadə etməsi və Nargilə adlı qadına narkotik vasitə satması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, həmin tarixdə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və orada onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və onları içəri dəvət etmişdir. Baxış keçirməyə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr varsa təqdim etməsi təklif olunmuş, Təvriz İsmayılı narkotik vasitələrdən istifadə etdiyini və yaşadığı evdə narkotik vasitə olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra o, qırmızı qutu təqdim etmişdir. Qutunun içərisində 2 sellofan büküm qəhvəyi rəngdə kütlə, soyuducunun üzərindən qara qutunun içərisindən iynələr, pul əskinazları və plastik kartlar aşkar olunmuşdu. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr, şprislər, elektron tərəzi, habelə içərisində pul və plastik kartlar olan pul kisəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb Xaçmaz RPŞ-nə gətirmiş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə saxlaması ehtimalı olduğundan onun üstünə şəxsi axtarış keçirilməsi zəruri olmuş və buna görə də həmin gün saat 17 radələrində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üstünə axtarış keçiriləcəyi bildirilmiş və üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. O, etiraz etməyib əynindəki köynəyin qabaq sol cibindən 01 ədəd kibrit qutusu, sol yan cibindən isə siqaret dənələri çıxarıb təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu açıldıqda onun içərisində 07 ədəd şəffaf sellofan kəsiklərinə bükülmüş qəhvəyi rəngli və toz şəklində olmaqla narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Sonradan aydın oldu ki, Təvriz Nargilə adlı qadına narkotik vasitə satmışdır. (cild 1, vərəqə 152-153) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin əməkdaşları Şahid4 və Şahid5 Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ziddiyyətli ifadə verərək narkotik vasitə istifadəçisi olduğunu Təqsirləndirilən şəxs tanımadığını, onu tutulandan sonra gördüyünü bildirsə də, ifadəsinin davamında isə Təqsirləndirilən şəxs narkotik vasitə aldığını, 20 manat pulu isə onun üzərinə atıb qaçdığını bildirmişdir. Şahid1 məhkəmədə ziddiyyətli ifadə verdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2-3 ay olar ki, tanıyır və onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilir. Özü də arabir «kakos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir və əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə alıb istifadə etmişdir. Təvrizlə tanışlığı narkotik vasitəyə görə olmuş, lakin heç vaxt onlar telefon əlaqəsi saxlamamışlar. 24 mart 2021-ci il tarixdə saat 13 radələrində narkotik vasitə almaq üçün Təvrizin yaşadığı ünvan 2 ünvanına getmiş və həmin vaxt Təvrizin yaşadığı evin qarşısında, küçədə dayandığını görmüşdür. Təvrizə yaxınlaşıb kənar şəxslər görməsinlər deyə söhbət etmədən əvvəllər olduğu kimi ona 20 manat pul vermiş və şəxsi istifadəsi üçün narkotik vasitə «kakos», yəni heroin istəmişdir. Narkotik vasitə üçün Təvrizə verdiyi pulların 03 ədədi 5 manatlıq, 05 ədədi isə 1 manatlıq əskinaslardan ibarət olmuşdur. Təvriz pulu ondan almış və heç bir söz demədən əlində saxladığı içərisində heroin olan salfetə bükülmüş bükülünü ona vermişdir. Təvrizdən bükülünü götürən kimi dərhal oradan uzaqlaşmış, bir qədər aralanandan sonra bükülünün üzərindəki salfeti açıb tullamış və içərisində narkotik vasitə heroin olan kiçik sellofan bükülünü isə axşam evdə istifadə etmək məqsədi ilə əynindəki cins şalvarın arxa sağ cibinə qoymuşdur. Bundan sonra öz şəxsi işləri ilə məşğul olmuş və təxminən saat 18 radələrində yaşadığı evə qayıtmışdır. Yaşadığı evin yanına çatanda küçədə polis əməkdaşları onu saxlamış, özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqda və saxlamaqda şübhəli olduğunu demiş və onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, həmin gün Təvrizdən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə üstündə olmuş, lakin yolda polis əməkdaşları hərəkətlərinə nəzarət etdiklərinə görə narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Şöbəyə gətirildikdən sonra müstəntiq Rəşad Babayev tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqda və saxlamaqda şübhəli olduğu bildirilərək hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili Nadir Lalayev ona təqdim olunandan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra ona videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Narkotik vasitəni təqdim etməyəcəyi halda polis əməkdaşları tərəfindən üstünün axtarılacağını və narkotik vasitənin müəyyən edilərək götürüləcəyini fikirləşmiş, buna görə də əvvəlcə əynindəki cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofan bükülünü, sonra isə gödəkçəsinin ciblərindən 01 ədəd siqaret qutusunu, 01 ədəd kibrit qutusunu, salfeti və 01 ədəd alışqanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan bükülü açılaraq içərisindəki narkotik vasitə iştirakçılara göstərilmiş, sorğu zamanı o, bükülünün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu etiraf etmiş və həmin narkotik vasitəni nahar ərəfəsində Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üstünü axtarmış, lakin üstündən başqa heç nə aşkar olunmamışdır. 01 ədəd siqaret qutusu, 01 ədəd kibrit qutusu, 01 ədəd alışqan və salfet onun özünə qaytarılmış, içərisində narkotik vasitə heroin olan sellofan bükülü isə bir ədəd kağız zərfə qablaşdırılaraq ağzı möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra bütün iştirakçılar, o cümlədən özü düzgün tərtib edildiyinə görə protokolu və üstündən götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərfin üzərini imzalamışdır. Polis əməkdaşlarından biri üstündə axtarış aparılmasını əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə almışdır. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi az miqdar olduğundan sonradan o, tutulmadan azad olunmuşdur. Lakin şəxsən onun Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı əlaqələri barədə heç bir məlumatı olmamış, onun narkotik vasitələri haradan və kimdən əldə etməsini, həmçinin daha kimlərə narkotik vasitə satmasını bilməmiş, ümumiyyətlə Təbrizlə bu barədə heç bir söhbəti olmamışdır. ( cild 1, vərəqə 101-102) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Şahid1 məhkəmədə verdiyi ziddiyyətli ifadəsi bir sıra xüsusatlar həqiqəti əks etdirməməklə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla və özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi zamanı göstərdiyi hallara uyğun deyildir. Buna görə də, məhkəmə Şahid1 hadisədən qısa müddət sonra, yəni məhkəməyədək icraat zamanı verdiyi ifadəsini və üzərinə şəxsi axtarış zamanı göstərdiklərini ittihamın əsasını təşkil edən sübutlara aid olunmasını əsaslı hesab edir. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini kimi 2-3 il olar ki, tanıyır. Özü əvvəllər təxminən bir ilə yaxın narkotik vasitədən istifadə etsə də, sonradan bununla bağlı müalicə olunmuş və artıq üç aya yaxındır ki, narkotik vasitədən istifadə etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, arada narkotik vasitə satdığını bilmiş və hətta narkotik vasitələrdən istifadə etdiyi vaxtlarda şəxsi istifadəsi üçün cəmi bir dəfə ondan narkotik vasitə almışdır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən əldə etməsi və başqa daha kimlərə narkotik vasitə satması ilə bağlı heç bir məlumatı olmamışdır. Ola bilsin ki tanışlarından kimsə ona məxsus mobil telefondan istifadə edərək narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs zəng etmiş və ya SMS göndərmiş olmuş olsun, lakin şəxsən özü narkotik vasitə ilə bağlı mobil telefonla Təqsirləndirilən şəxs müraciət etməmiş və ona SMS göndərməmişdir. (cild 1, vərəqə 174-175) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Xaçmaz rayonu Qəbələ küçəsi ev 6-da qeydiyyatda olmaqla ünvan 2də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, saxlanması və satması barədə qərəzsiz və etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 26 mart 2021-ci il tarixli qərarı ilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 24 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yaşayış evinə baxış keçirilməsi haqqında” 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən 02 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin, 01 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə 14 ədəd istitfadə olunmuş şpris, 01 ədəd elektron tərəzi, içərisində 1,5,10,20 və 100 manatlıq əskinaslardan ibarət pul və 03 ədəd plastik kartlar olan 01 ədəd pul kisəsi aşkar edilərək götürülmüşdür. (cild 1 iş vərəq 11-12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyin sol ön cibindən 01 ədəd kibrit qutusunun içərisində 07 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəq 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan görünür ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri yeni yaşayış massivində yaşayan Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın arxa sağ cibindən 01 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu zamanı Şahid1 həmin narkotik vasitə heroini Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. ( cild 1, iş vərəq 52-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 25 mart 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin və əynindəki damalı köynəyin sol ön cibində 01(bir) ədəd kibrit qutusunun içərisində 07 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin və sol yan cibində isə siqaret dənələri olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 24 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirildikdən sonra Xaçmaz RPŞnə gətirildiyini və orada videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparıldığını, axtarış zamanı təqdim etdiyi kibrit qutusunun içərisindəki 07 ədəd sellofan kəsiyi bükümlərində olan kütlələrin narkotik vasitə heroin olduğunu və onları şəxsi istifadəsi üçün üstündə saxladığını etiraf etmişdir. ( cild 1, iş vərəq 78-79) Qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı ünvan 6 ünvanında yerləşən evə baxış keçirilməsinin və həmin evin bir otağında 01 ədəd qırmızı rəngli qutunun içərisində 02 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin, 01 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana, 09 ədəd şpris, 01 ədəd qara rəngli qutunun içərisində 01 ədəd elektron tərəzi, evin digər otağında isə 05 ədəd şpris, habelə içərisində 1,5,10,20 və 100 manatlıq əskinaslardan ibarət pul və 03 ədəd plastik kart olan 01 ədəd pul kisəsi olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 24 mart 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evdən aşkar edilmiş şəffaf sellofan kəsiyi bükümlərində olan kütlələrin narkotik vasitə heroin, kağız kəsiyi bükümündə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, şprislərdən isə heroin qəbulu zamanı istifadə etdiyini etiraf etmişdir. ( cild 1, iş vərəq 80- 81) Qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Elektron məlumat daşıyıçısına baxış keçirilməsi haqqında” 26 mart 2021-ci il protokolundan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Şahid1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Şahid1 üstünə şəxsi axtarış keçirilməsinin və əynindəki şalvarın arxa sağ cibində 01 ədəd sellofan bükülüdə narkotik vasitə heroin, gödəkçəsinin ciblərində 01 ədəd siqaret qutusu, 01 ədəd kibrit qutusu, salfet və 01 ədəd alışqan olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Şahid1 həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 24 mart 2021-ci il tarixdə saat 13 radələrində Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 20 manat pul müqabilində 01 büküm narkotik vasitə heroin alaraq əynindəki şalvarının arxa sağ cibində saxladığını etiraf etmiş və qeyd olunan tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nə gətirildiyini, polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılarkən həmin narkotik vasitənin aşkar olunaraq götürüldüyünü bildirmişdir. ( cild 1, iş vərəqə 100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 25 mart 2021-ci tarixli, 6/1174-7/291 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «1) imza Şahid1……Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə» yazı və imzalar olan zərfdəki təmiz çəkisi 0,092 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə» yazı və imzalar olan zərfdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,456 qr, 0,452 qr, 0,456 qr, 0,469 qr, 0,460 qr, 0,448 qr və 0,447 qram olmaqla ümumi çəkisi 3,188 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eyni olan narkotik vasitə – heroindir.Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinə və marixuanaya bənzər maddələr, şprislər…» yazı və imzalar olan paketdə təmiz çəkisi 0,172 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinə və marixuanaya bənzər maddələr, şprislər…» yazı və imzalar olan paketdə 7 ədəd şprisin içərisində narkotik vasitənin izləri yoxdur. 5 ədəd 1 ml-lik şprisin içərisində ümumi həcmi 3 ml təşkil edən tünd qəhvəyi rəngli məhlul heroin məhluludur və quru halda heroinin çəkisi 0,45 qramdır. 1 ədəd 1 ml-lik şprisin içərisində olan 0,3 ml həcmində məhlul və 2,5 ml həcmində olan şprisin içərisindəki 1,4 ml həcmli şəffaf məhlul narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinə və marixuanaya bənzər maddələr, şprislər…» yazı və imzalar olan paketdə ümumi çəkisi 44,475 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroinlər ilə Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil (cild 1, vərəqə 59-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli, 1304 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 164-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Elektron məlumat daşıyıçısına baxış keçirilməsi haqqında” 03 iyun 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə 15 fevral 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş SMS-lərin siyahısı və mətninə dair məlumatların qeydə alındığı «Bakcell» mobil operatorundan götürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə 15 fevral 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələrinə müxtəlif vaxtlarda ayrı-ayrı nömrələrdən çoxlu sayda zənglərin daxil olduğu və SMS-lərin göndərildiyi məlum olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan nömrələrə zəng etmiş telefon nömrələrinin sahiblərini müəyyən etmək mümkün olmasa da, göndərilmiş SMS müraciətlərin əksəriyyətinin məzmununda söhbətin əsasən narkotik vasitələrdən getdiyi və pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə istənildiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 171- 172) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 27 mart 2021- cil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan götürülmüş ümumilikdə 47,663 qram çəkidə narkotik vasitə heroin, 05 ədəd 1 ml-lik şprisin içərisində 3 ml həcmində narkotik vasitə heroin məhlulu və 0,172 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Şahid1 götürülmüş 0,092 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üstünə şəxsi axtarış, Şahid1 üstünə şəxsi axtarış keçirilməsi proseslərinin video görüntüləri köçürülmüş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMS-lərin siyahısı və mətninə dair məlumatların qeydə alındığı 01 ədəd olmaqla ümumilikdə 04 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin ümumilikdə 0,20 qramının, 05 ədəd 1 ml-lik şprisin içərisində olan heroin məhlulunun 1 ml-nin və narkotik vasitə qurudulmuş marixuananın 0,05 qramının, həmçinin Şahid1 götürülmüş narkotik vasitə heroinin 0,03 qramının tədqiqatlara sərf edilməklə istifadə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş qalan ümumilikdə 47,463 qram çəkidə narkotik vasitə heroin, 05 ədəd 1 ml-lik şprisin içərisində 2 ml həcmində narkotik vasitə heroin məhlulu və 0,122 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin 09 ədəd boş şpris, habelə Şahid1 götürülmüş qalan 0,062 qram çəkidə narkotik vasitə heroin, eləcə də 01 ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 04 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. ( cild 1, iş vərəqə 112-114, 191-208) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından 07 dekabr 2021-ci il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evində və üzərindən aşkar olunmuş narkotik vasitələri heç kimə satmaması və satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni evində və üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 150-151-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağı var, yaşayış yeri üzrə nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir məlumat şikayət daxil olmamışdır. Cinayət işinin 120-123 və 132-133-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 noyabr 2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla belə əməlində cinayətlərin residivi yoxdur. Himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 26.03.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 mart 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 14, 97-99) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPİ-də saxlanılan – 47, 525 qram çəkidə narkotik vasitə heroin, 05 ədəd 1 ml-lik şprisin içərisində 2 ml həcmində narkotik vasitə heroin məhlulu, 0, 122 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 09 ədəd boş şpris məhv edilməli, maddi sübut kimi tanınmış elektron tərəzi əvəzsiz olaraq müsadirə olunmaqla dövlət nəfinə alınmalı, 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 60). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞdə saxlanılan –qalıq çəkisi 47,525 qram olan narkotik vasitə-heroin, 2ml həcmində narkotik vasitə heroin məhlulu, 0,122 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin 09 ədəd boş şpris məhv edilsin, 01 ədəd elektron tərəzi əvəzsiz olaraq müsadirə olunmaqla dövlət nəfinə alınsın, 04 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim İmza Rəşad Əliyev Məruzəçi Hakim İmza Hafiz Əliyev Hakim İmza Fəhmin Hümbətov Əsli ilə düzdür Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-21/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-21/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver