Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-21/2023 31.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonunda doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məmmədov Füzuli Rövşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1 -ci maddələri ilə, xx.xx.1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci -cü maddələri ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəm Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İstintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid5 vasitəsilə tanıdığı Şahid1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin alınmasında köməklik göstərilməsi barədə özünə etdiyi müraciəti ilə əlaqədar bu barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bildirib, sonuncularla aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şahid1 geniş əlaqələrə malik tanışlarının olduğunu, həmin əlaqələrindən istifadə edərək qeyd edilən şəhadətnaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən vəzifəli tanışlarının vasitəsilə alacaqlarını ona yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışları olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun atası Şahid2 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq araşdırma aparılıb “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin hüquqi əsas olmadan verilməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1 razılığını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə almaqla sövdələşib, həmin adla, inandırmaqla həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün 5 yanvar 2021-ci il tarixdə özünün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ofisində Şahid1 ilkin olaraq razılaşdırılan pul vəsaitinin 50.000 (əlli min) manat hissəsini və həmin torpaq sahəsində tikiləcək binaya dair toplanmış ilkin sənədləri - binanın eskiz layihəsini, torpağa dair çıxarışı, VÖEN məlumatlarını, Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətini istəyərək aldıqdan sonra qısa müddətə həmin ərazidə tikintiyə ilkin hazırlıq işlərinə başlamasını Şahid1 bildirib, sonuncu tərəfindən qeyd edilən işlərə başlanıldığı zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda cinayətkar əməllərini davam etdirərək Şahid1 şübhələnməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin müddətdə istintaqa məlum olmayan şəraitdə əldə etdikləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş cinayətdən xəbərsiz Şahid7 adına xx.xx.2020-ci il tarixli 002487 nömrəli Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi qeyri-yaşayış binası (zirzəmili 2 mərtəbəli idman mərkəzi) tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən şəhadətnamənin əksini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterin yaddaşına skayner qurğusu vasitəsilə köçürüb müvafiq hissələri xüsusi proqram təminatı vasitəsilə silib şəhadətnamənin məzmununa “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şahid2 adına xx.xx.2021-ci il tarixli 002487 nömrəli Abşeron rayonu Mehdiabad qəsəbəsi çoxmənzilli yaşayış binası (zirzəmili 6 mərtəbəli)” sözlərini daxil edərək çap qurğusu vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarıb məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən saxta rəsmi şəhadətnaməni qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırlayıb, istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqramı vasitəsilə həmin saxta rəsmi sənədin şəklini Təqsirləndirilən şəxs3 alıb inandırmaq üçün eyni qaydada Şahid1 istifadəsində olan mobil telefonda olan “WhatsApp” proqramına göndərib, Şahid1 aldıqları 50.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 50.000 (əlli min) manat pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, Şahid1 özlərinin bildirməsinə əsasən, ilkin tikinti işlərini davam etdirdiyi zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda qeyd edilən şəhadətnaməni həmin qurumların nümayəndələrinə onun saxta olmasını bilmədən göstərməsi ilə əlaqədar aparılan araşdırma zamanı şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməməsini və aldadıldığını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 məxsus 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etməklə ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməklə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1 vasitəsilə tanıdığı Şahid1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin alınmasında köməklik göstərilməsi barədə Təqsirləndirilən şəxs1 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar bu barədə Təqsirləndirilən şəxs3 bildirib, sonuncu və Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şahid1 özlərinin geniş əlaqələrə malik olduqlarını, həmin əlaqələrindən istifadə edərək qeyd edilən şəhadətnaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən vəzifəli tanışlarının vasitəsilə alacağını Təqsirləndirilən şəxs1 vasitəsilə ona yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışları olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun atası Şahid2 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq araşdırma aparılıb “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin hüquqi əsas olmadan verilməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1 razılığını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə almaqla sövdələşib, həmin adla, inandırmaqla həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün 5 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 vasitəsilə sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ofisində Şahid1 ilkin olaraq razılaşdırılan pul vəsaitinin 50.000 (əlli min) manat hissəsini və həmin torpaq sahəsində tikiləcək binaya dair toplanmış ilkin sənədləri - binanın eskiz layihəsini, torpağa dair çıxarışı, VÖEN məlumatlarını, Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətini istəyərək aldıqdan sonra qısa müddətə həmin ərazidə tikintiyə ilkin hazırlıq işlərinə başlamasını Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid1 bildirib, sonuncu tərəfindən qeyd edilən işlərə başlanıldığı zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda cinayətkar əməllərini davam etdirərək Şahid1 şübhələnməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin müddətdə istintaqa məlum olmayan şəraitdə əldə etdikləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş cinayətdən xəbərsiz Şahid7 adına xx.xx.2020-ci il tarixli 002487 nömrəli Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi qeyri-yaşayış binası (zirzəmili 2 mərtəbəli idman mərkəzi) tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən şəhadətnamənin əksini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterin yaddaşına skayner qurğusu vasitəsilə köçürüb müvafiq hissələri xüsusi proqram təminatı vasitəsilə silib şəhadətnamənin məzmununa “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şahid2 adına xx.xx.2021-ci il tarixli 002487 nömrəli Abşeron rayonu Mehdiabad qəsəbəsi çoxmənzilli yaşayış binası (zirzəmili 6 mərtəbəli)” sözlərini daxil edərək çap qurğusu vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarıb məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən saxta rəsmi şəhadətnaməni qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırlayıb, Şahid1 aldıqları 50.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 və Fizuli Məmmədovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 50.000 (əlli min) manat pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 və Fizuli Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, Şahid1 özlərinin bildirməsinə əsasən, ilkin tikinti işlərini davam etdirdiyi zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda qeyd edilən şəhadətnaməni həmin qurumların nümayəndələrinə onun saxta olmasını bilmədən göstərməsi ilə əlaqədar aparılan araşdırma zamanı şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməməsini və aldadıldığını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 məxsus 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etməklə ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməklə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs3 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı Şahid1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin alınmasında köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar sonuncularla aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şahid1 özünün geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək qeyd edilən şəhadətnaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən vəzifəli tanışlarının vasitəsilə alacağını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə ona yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun atası Şahid2 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq araşdırma aparılıb “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin hüquqi əsas olmadan verilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1 razılığını Təqsirləndirilən şəxs1 və Fərəc Qəhramovla birlikdə almaqla sövdələşib, həmin adla, inandırmaqla həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün 5 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 vasitəsilə sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ofisində Şahid1 ilkin olaraq razılaşdırılan pul vəsaitinin 50.000 (əlli min) manat hissəsini və həmin torpaq sahəsində tikiləcək binaya dair toplanmış ilkin sənədləri - binanın eskiz layihəsini, torpağa dair çıxarışı, VÖEN məlumatlarını, Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətini istəyərək aldıqdan sonra qısa müddətə həmin ərazidə tikintiyə ilkin hazırlıq işlərinə başlamasını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid1 bildirib, sonuncu tərəfindən qeyd edilən işlərə başlanıldığı zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda cinayətkar əməllərini davam etdirərək Şahid1 şübhələnməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin müddətdə istintaqa məlum olmayan şəraitdə əldə etdikləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş cinayətdən xəbərsiz Şahid7 adına xx.xx.2020-ci il tarixli 002487 nömrəli Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi qeyri-yaşayış binası (zirzəmili 2 mərtəbəli idman mərkəzi) tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən şəhadətnamənin əksini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterin yaddaşına skayner qurğusu vasitəsilə köçürüb müvafiq hissələri xüsusi proqram təminatı vasitəsilə silib şəhadətnamənin məzmununa “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şahid2 adına xx.xx.2021-ci il tarixli 002487 nömrəli Abşeron rayonu Mehdiabad qəsəbəsi çoxmənzilli yaşayış binası (zirzəmili 6 mərtəbəli)” sözlərini daxil edərək çap qurğusu vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarıb məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən saxta rəsmi şəhadətnaməni qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırlayıb, istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqramı vasitəsilə həmin saxta rəsmi sənədin şəklini inandırmaq üçün Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona, sonuncu vasitəsilə isə Şahid1 istifadəsində olan mobil telefonda olan “WhatsApp” proqramına göndərib, Şahid1 aldıqları 50.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 50.000 (əlli min) manat pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, Şahid1 özlərinin bildirməsinə əsasən, ilkin tikinti işlərini davam etdirdiyi zaman rəsmi dövlət qurumları tərəfindən həmin işlərin davam etdirilməsinin qarşısı alındıqda qeyd edilən şəhadətnaməni həmin qurumların nümayəndələrinə onun saxta olmasını bilmədən göstərməsi ilə əlaqədar aparılan araşdırma zamanı şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməməsini və aldadıldığını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 məxsus 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etməklə ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməklə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bir il yarım müddətdir ki, yəni bu hadisələr cərəyan etdikdən sonra, Təqsirləndirilən şəxs2 isə əvvəldən tanımışdır. Onların iki ədəd şirkəti olmuşdur, həmin şirkətlərdən birinin adı Nicat MMC, digəri isə Avro MMC-dir. Fərəc ona 6500 kv. m-lik bir yer göstərib oranı çəkib düzəldə bilib-bilməyəcəyini soruşmuş, 10-15 gün sonra Fərəc ona Whatsapp sosial şəbəkə vasitəsilə texpasport və kupça göndərmiş, onlar kupçadan koordinatları götürmüş, 2-3 gün sonra isə Fərəc sənədləri gətirmişdir. Fərəcə i 40-50 min arası xərcin çıxacağını, axıra qədər bu işin ardınca gedəcəklərini, FHN və digər rəsmi qurumlarla sənədləri həll edəcəklərini söyləmişdir. Çünki onların rəsmi olaraq lisenziyalı şirkətləri olmuş, onlar “alt” sənədləri düzəltmişlər. Fərəc ona 18 min manat pul vemiş, qalan hissəsinin isə iş düzələndn sonra verəcəklərini demişdir. 1 ay sonra Fərəc ona həmin şəxslərin şəhərsalma komitəsindən razılıq ala bilmədiklərini, ona görə də pulu qaytarmaq lazım olduğunu demişdir. Səhəri günü 20 Yanvar m/s yaxınlığında 18 min manat pulu Fərəcə qaytarmışdır. İş materiallarında olan tərəflərin dediyi saxta sənəd onda olmuş, həmin sənəd ona gəlmiş, o da Whatsapp vasitəsilə həmin sənədi Fərəcə göndərmişdir. Mart ayının 26-27-də Şahid1la görüşmüş, Elvin ona 50 min manat pul verdiyini, işçi işlətdiyini demiş, o da bu işi düzəltmək üçün ona kömək edəcəyinə söz vermişdir. Elvin əvvəl onunla razılaşmış, 1 saat sonra isə zəng edib səndələri ona göndərməyini, memarlarına lazım olduğunu söyləmiş, Neftçilər m/s yaxınlığında Elvinin sürücüsü gəlib sənədləri ondan almışdır. Həmin günün axşamı da Fərəc ona pulu qatramaq lazım olduğunu demiş, o da pulu Fərəcə qaytarmışdır. Özü layihə və digər işlərə 3500 manat xərc çəkmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq tikintinin sənədləri (kupça, texpasport, geologiya sənədi) paketdə ona Fərəcin gətirib verdiyini, 15-20 gün sonra Fərəc hanısa işlərinə görə Elvingilin sənədləri istədiyini, o da sənədlərin şəklini çəkib göndərdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq işçi planı, konstruksiya planı, ekologiya planın tərtib edilməsi üçün ona müraciət edildiyini, bu işlərlə məşğul olan lisenziyalı şirkətlərinin olduğunu, lisziyanı FHN ilə şəhərsalma institutundan aldıqlarını, tikintinin layihələndirilməsi və digər sənələşmələri hazırladıqlarını, tikintinin hər kv.metrini layihəsini 14-18 manatdan hazırladıqlarını, onlara verilən işi 40-50 min manat arasında həll edilməli olduğunu, tikintinin sahəsinin təxminən 6 min kv metr olduğunu söyləmişdir. X17 tanımadığını, onunla xidmət göstərilməsinə dair müqavilənin olmadığını, müqaviləni Fərəclə bağlayacaqlarını, layihənin tərtibini yarımçıq saxladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs3 Whatsapp vasitəsilə göndərilən sənədlərin kağız variantını Fərəcdən aldığını, sonra da Fərəcə qaytarıb verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də "xxxx" MMC-nin faktiki sahibidir. Belə ki, həmin MMC Vaqif Ağazadənin adına rəsmiləşdirilsə də əslində ona məxsusdur. Həmin MMC-nin fəaliyyət istiqaməti fasad dizaynı, iç dizayn, eskiz lahiyə, işçi lahiyə, kostruksiya planı və sair bu tip xidmətlər göstərməkdən ibarətdir. 2020-ci ilin təxminən sonlarında tanış olduğu Təqsirləndirilən şəxs2, təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ********** saylı telefondan onun istifadəsində olan ********** saylı telefon nömrəsinə zəng vuraraq bir tanışının Abşeron rayonu, Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina inşa etmək istədiyini bildirməklə həmin binanın kosntruksiya, lahiyyə, işçi planını təşkil edən sənədləri hazırlamağı xahiş etmişdir. O, öz növbəsində Təqsirləndirilən şəxs2, sənədlərin hazırlanması işində köməklik edə biləcəyini demişdir. Daha sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ofisində Təqsirləndirilən şəxs2la görüşüb sonuncudan, tikiləcək binanın “çıxarışını”, texniki pasportunu və binanın eskiz lahiyyəsininin fotoşəklini ona “Whatsapp” proqramı vasitəsi ilə göndərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da öz növbəsində sənədləri alıb ona göndərmişdir. Təqsirləndirilən şəxs2, həmçinin, ona binanın 1 bloklu olmaqla zirzəmili 6 mərtəbəli və təxminən 6000 m2 sahəyə malik olacağını bildirmişdir. Bundan sonra o, sənədlərlə məşğul olan zaman Təqsirləndirilən şəxs2 tikiləcək binanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan İnstitutundan “ön planı”-nın, yəni tikiləcək binanın ərazi və qurluşunu özündə əks etdirən sxemini tələb etmişdir. Bir-iki gün sonra Təqsirləndirilən şəxs2 ofisində həmin “Ön planı” ona gətirib təqdim etmişdir. O, bütün sənədləri nəzərdən keçirdikdən sonra Təqsirləndirilən şəxs2 qeyd etdiyi xidmətə görə 50.000 manat xərc tələb olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 tanışı ilə məsləhətləşdikdən sonra iş sahibinin deyilən qiymətə razılaşdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 işə başlamaq üçün ilkin olaraq 18.000 manat pul vermələrini və tikinti ilə əlaqədar əllərində olan bütün sənədlərin ona verilməsini tələb etmişdir. Ertəsi günü, 2021-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona Mehdiabad qəsəbəsində yerləşən ofsində 18.000 manat pul gətirərək işə başlamağını, qalan pulu da eyni zamanda gətirdiyini demişdir. O, öz növbəsində Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “qalan pul lazım deyil, özündə saxlasın, lazım olacaqsa, istəyəndə verərsən”. Təqsirləndirilən şəxs2 buna etiraz etməyərək qalan 32.000 manat pulu özündə saxlamışdır. Təqsirləndirilən şəxs2, pulla bərabər tikiləcək binanın geodeziya sənədini, topoqrafiya sənədini, Ekologiya Nazirliyindən razılıq sənədini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən imzalanan “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” Şəhadətnaməni də ona vermişdir. O, qeyd edilən pulu və sənədləri Təqsirləndirilən şəxs2 qəbul etdikdən sonra MMC-də konstruksiya planının işlənməsinə başlanılmışdır. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək demişdir ki, “bina tikəcək adam vediyi sənədlərin içərisindən möhürlü sənədin şəklinin çəkilib ona göndərilməsini xahiş edir”. O da bundan sonra həmin sənədin şəklini çəkərək Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Lakin sonradan həmin məlumatlar telefonundan silinmişdir. Bundan sonra, təxminən 2021-ci ilin mart ayının əvvəlində Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq tikiləcək binanın katlavan işinin Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə İcra nümayəndəsi tərəfindən saxlanıldığını və onun bu sahədə tanışının olubolmadığını, əgər varsa köməklik etməsini xahiş etmişdir. O da Abşeron rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Cəfərlə xatırlamadığı nömrəsi ilə əlaqə saxlayıb xahiş etmişdir ki, qazıntı işlərinə mane olmasınlar, binanın sənədləri yaxın zamanda hazır olacaqdır. Sonradan yenidən Cəfərlə əlaqə saxlayıb nəticə barədə maraqlanarkən Cəfər Ekologiya Nazirliyinin Abşeron rayon İcra Hakimiyyətinə şikayət etdiyi üçün qazıntı aparılmasına icazə verilmədiyini bildirmişdir. Təxminən 2021-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs2 onunla yenidən əlaqə yaradaraq katlovan qazıntısına icazə verilməsi üçün köməklik etməyini xahiş etdiyi üçün o, yenə də Cəfərlə əlaqə saxlamış, lakin yekun olaraq qazıntıya birdaha icazə verilməmişdir. İkinci dəfə tikintinin dayandırılması məsələsindən sonra o, Təqsirləndirilən şəxs2 Şahid1 telefon nömrəsini alaraq sonuncu ilə əlaqə saxlayıb narahat olmamağı bildirməklə tez bir zamanda köməklik edəcəyinə söz vermişdir. O, həmin ərəfədə müəyyən sənədləri Təqsirləndirilən şəxs2 iş sahibindən alıb ona verməsini xahiş etmişdir, lakin, Şahid1 həmin sənədləri ona çatdırmamışdır. Sonradan təxminən 2021-ci ilin mart ayının sonlarına yaxın o, Təqsirləndirilən şəxs2la əlaqə saxlayarkən işin nə səbəbə gecikdiyini soruşarkən Təqsirləndirilən şəxs2 tikinti sahibinin bəzi dövlət qurumlarından zəruri sənədləri əldə edə bilmədiyini bildirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, Şahid1la onu görüşdürsün və o özü Şahid1la danışsın. Təqsirləndirilən şəxs2 Şahid1 mobil nömrəsini yenidən ona verdikdən sonra o, sonuncu ilə əlaqə saxlayıb Şahid1 ofisində görüşmüşdür. Görüş zamanı o Şahid1 dövlət idarələrində tanışının olduğunu və ona zəruri köməklik göstərmək imkanının olduğunu bildirmişdir. Həmin görüşdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 tanışı və bu işlərdə bir neçə dəfə onunla telefon əlaqəsi saxlayan Təqsirləndirilən şəxs1 Şahid1 50.000 manat pul almışdır. Şahid1 ona fikirləşib cavab verəcəyini bildirmişdir. O, Şahid1 aralandıqdan yarım saat sonra sonuncu onunla əlaqə saxlayaraq hazırladığı ilkin lahiyyəni baxmaq üçün ondan istəmişdir. O da öz növbəsində Şahid1 göndərdiyi tanımadığı sürücüsünə ilkin layihə sənədini vermişdir. Həmin günü axşam Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Şahid1 tikintidən imtina etdiyini və pulunu geri tələb etdiyini bildirərək ona verdiyi 18.000 manatı qaytarmağı xahiş etmişdir. Təxminən 2021-ci ilin mart ayının sonu aprel ayının əvvəli o, Təqsirləndirilən şəxs2 18.000 manat pulu hazırda xatırlamadığı işçisi vasitəsi ilə qaytarmışdır. Təqsirləndirilən şəxs2 da sonra ona demişdir ki, özündə olan 32.000 manat pulu da qoyaraq cəmi 50.000 manat pulu Füzuliyə, Füzuli də Şahid1 qaytarmışdır. Təxminən bir müddət sonra, Təqsirləndirilən şəxs2 və Füzuli onunla əlaqə saxlayaraq Şahid1 verdikləri 50.000 manat pulu qaytarmalarına baxmayaraq Şahid1 katlovan qazıntısı və texnika işlətməsi müqabilində təxminən 50.000 (əlli min) manata yaxın ziyan dəydiyini və həmin ziyanı tələb etdiyini bildirmişlər. O, da hər şey ədalətli olsun deyə Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, problem yoxdur, 10.000 manat verə bilər, lakin Şahid1 buna razılaşmamışdır. O da əlavə olaraq 5.000 manat, cəmi 15.000 manat pul verə biləcəyini demişdir. Yenə də Şahid1 razılaşmamışdır. Daha sonra o, Şahid1la görüşmək qərarına gəlmiş, lakin Şahid1 görüşə gəlməmişdir. Bundan sonra Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Şahid1la görüşüb danışmaq istəsələr də sonuncu razı olmamış və ilk növbədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Bundan sonra Şahid1, yenə də əl çəkməyib ona, eləcə də digərlərinə mütəmadi olaraq zənglər etməsinə baxmayaraq Şahid1 zənglərinə cavab verməmişlər. Daha sonra Şahid1, 2021-ci ilin avqust ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. O, verilmiş suallara cavab olaraq Şahid1la Təqsirləndirilən şəxs1 arasında baş verən söhbətlərdən məlumatsız olduğunu, Şahid1 140.000 manat pul istəmədiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmadığını, Təqsirləndirilən şəxs1 ilə birlikdə tikinti aparılan yerə gedəcəyini də planlaşdırmadığını, eləcə də Təqsirləndirilən şəxs2 Şahid1 40.000 manat pul istəmədiyini, 1 həftə ərzində sənədləri hazır etdirəcəyi barədə bir söz demədiyini, bundan başqa Şahid4 tanımadığını bildirmişdir. O, ifadəsinə əlavə olaraq Şahid1 torpaqla bağlı sənədlərini, yəni torpağın çıxarışı, eskiz layihə, ön plan, binanın geodeziya sənədini, topoqrafiya sənədini, Ekologiya Nazirliyindən razılıq sənədini və sair sənədləri Təqsirləndirilən şəxs2 vasitəsi ilə ona təqdim etdiyini, ona görə də tikiləcək binanın layihəsi, işçilik planı, konstruksiya planının onun şirkəti tərəfindən hazırlanmalı olduğunu, bunun üçün gələcəkdə şirkətlə Şahid1 arasında müqavilə bağlanaraq memar tərəfindən planlar hazırlanmalı olduğunu bildirmişdir. Bunun üçün də təxmini olaraq 45-50 min manat arası pul lazım olduğunu, təxminən 1 ay ərzində bu işlərin memarlar tərəfindən görüldüyünü, sonra isə sənədlərin hazırlanıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edildiyini bildirmişdir. O, Şahid1 tikmək istədiyi hündürmərtəbəli bina ilə bağlı bu tikinti planlarının hazır olmamasının səbəbinin sonuncunun onlara İcra hakimiyyəti, Fövqalədə Hallar Nazirliyi və Arxitektura Komitəsindən lazımı sənədləri təqdim etməməsi ilə əlaqələndirməklə bir neçə dəfə Təqsirləndirilən şəxs2 vasitəsi ilə həmin sənədləri Şahid1dən istədiyini, sonuncunun isə sənədləri verə bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü elan edilmiş ittihamla təqsirsiz hesab etdiyini göstərərək bildirmişdir ki, Şahid5 onun tanışıdır. Şahid5 ona Elvin adlı dostu olduğunu, onun sənədləşmə ilə bağlı problemi olduğunu deyərək ondan sənədləşməsinə köməklik edə biləcəyimi soruşmuş, o da Nurlan adlı tanışı olduğunu, layihələri hazırlaylb şəhərsalmaya təqdim edərək bütün sənədləri toplayıb köməklik edə biləcəyini demiş, onlar arasında vasitəçi olmuş, onları əlaqələndirmişdir. Elvindən 50 min manat pul alıb sənədlərlə birlikdə Fərəcə vermiş, Fərəc də ona 1-2 ay ərzində bu işlərin həll olacağını demişdir. Həmin 1-2 ay ərzində tərəflər onu çox narahat etmiş, belə ki, Elvin ona nəsə demiş, o, həmin deyiləni Fərəcə demiş, Fərəc nəsə deyəndə həmin deyiləni Elvinə demişdir. Arada vasitəçilik etməkdən yorulduğu üçün Elvinlə Fərəci əlaqələndirmişdir. Elvin arada ona zəng edib şikayətlənmiş, o da ona səbrli olmağı, yəqin sənədlərinin düzələcəyini söyləmişdir. Martın 31-də Elvin ona zəng edərək Fərəc və Nurlanın yaalnçı olduqlarını, iş görən olmadıqlarını, ona görə onun sənədləri və pulunu geri qaytarmaqlarını istəmişdir. O, da Fərəcə zəng edib onu danlayaraq pulu və sənədləri geri qaytarmasını tələb etmiş, o da səhəri günü pulu gətirib qaytarmışdır. Aprel ayının 2-də Elvinlə ofisə gəlib pulu və sənədləri ondan götürmüş, pulu ondan götürəndə Şıxəli də orada olmuşdur. Sonradan Şahid1 ona tikinti işlərinə görə ona ziyan dəydiyini, həmin dəymiş ziyanı ona ödəməli olduqlarını demişdir. Nə qədər pul istdiyini soruşanda Şahid1 ilk öncə 10 min manat, daha sonra 15 min manat, sonda isə 38 min manat manat pul ödənilməsini tələb etmiş, ziyanı ödəməyəcəkləri halda korrupsiya idarəsinə şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs1 müdafiə tərəfinin suallarına cavab olaraq Elvinlə sənədləşmənin 140 min manata düzələcəyinə dair söhbətlərinin olmadığını, ilkin olaraq 50 min manat istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq tərəflərə kömək etmək üçün vasitəçi olduğunu, sadəcə Elvinlə digərlərini əlaqələndirdiyini, aldığı pulu da geri qaytardığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 tanışı Şahid5 vasitəsilə tanımışdır. Belə ki, 2020-ci ilin dekabr ayının sonlarında Şahid5 onunla telefon əlaqəsi saxlayaraq Şahid1 adlı tanışının Abşeron rayonu, Mehdiabad qəsəbəsində torpaq sahəsi alaraq hündürmərtəbəli bina tikmək istədiyini və həmin binanın tikintisinə müvafiq dövlət orqanlarına təqdim edilməsi üçün sənədlərin toplanmasında köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da Şahid5 bu işləri bacaran tanışının olduğunu və həmin şəxsin vasitəsilə köməklik etmək imkanına malik olduğunu demişdir. Bundan sonra Şahid1, onun mobil telefon nömrəsinə zəng vuraraq özünü Şahid5 tanışı kimi təqdim edib, onunla görüşüb işlərin həlli istiqamətində ətraflı söhbət etmək istədiyini bildirərək telefon danışığı zamanı ümumi olaraq məlumat verib Abşeron rayonu, Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina inşa etmək istədiyini, bunun üçün artıq torpaq sahəsi də tapdığını, lakin binanın tikintisi üçün lazım olan sənədlərin müvafiq dövlət orqanlarından toplanılmasında çətinlik çəkdiyini bildirib ona nə kimi köməklik edə biləcəyini soruşmuşdur. O, öz növbəsində Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən ofisində görüşməyi təklif etmişdir. O, eyni vaxtda Saray qəsəbəsində yaşayan, əvvəllər Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti”nin Abşeron rayon Şöbəsində mühafizəçi kimi işləmiş qonşusu Təqsirləndirilən şəxs2 bu barədə danışmışdır. Təqsirləndirilən şəxs2 öz növbəsində bu işləri Təqsirləndirilən şəxs3 vasitəsilə həll edə biləcəyini bildirib, həmin şəxsin tikinti işlərində sənədləşmə aparılması ilə bağlı şirkəti olduğunu qeyd etmişdir. O da öz növbəsində belə bir tanışının olduğu halda Şahid1 tikinti işlərində sənədləşmənin aparılmasına köməklik etməsini Təqsirləndirilən şəxs2 xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ondan, işin həll edilməsi üçün ilkin olaraq torpağın sənədlərinin surətini Şahid1 alıb ona verməsini xahiş etmişdir. O da öz növbəsində Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzil alqı-satqı ofisinə dəvət etdikdən sonra onlar 2020-ci ilin dekabr ayının sonlarında həmin ünvanda görüşmüşlər. Şahid1 görüşə gələn vaxt yanında adı ona dəqiq məlum olmayan bir nəfər şəxs olmuş, Şahid1 həmin şəxsi atası kimi təqdim etmişdir. Söhbət zamanı o, Şahid1 tikinti işlərində sənədləşmənin aparılmasına kömək edə biləcək tanışının olduğunu sonuncuya bildirmişdir. Həmin şəxsin adını Şahid1 bildirməsə də tikintiyə icazə sənədlərinin hazırlanması üçün torpağa dair sənədlərin həmin şəxsə verilməli olduğunu demiş, Şahid1 da onunla razılaşmışdır. Belə ki, bir neçə gün sonra Şahid1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair sənədlər toplusunu ona, o da öz növbəsində Təqsirləndirilən şəxs2 çatdırmışdır. Təqsirləndirilən şəxs2 sənədləri aldıqdan bir neçə gün sonra onunla əlaqə saxlayıb işin həlli üçün tanışı X3 torpağa dair sənədlərin əsilləri və 50.000 manat pul vermək lazım olduğunu bildirmiş, o da öz növbəsində Şahid1 bu barədə məlumat vermiş, sonuncu onunla razılaşmışdır. 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində Şahid1 yenidən onunla Xırdalan şəhərində yerləşən ofisində görüşmüşdür. Söhbət əsnasında o, Şahid1, tanışı Təqsirləndirilən şəxs2 qeyd edilən tikinti ilə əlaqədar sənədlərin toplanması və Azərbaycan Respublikası “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi”ndən icazənin alınması üçün 50.000 (əlli min) manat pul tələb etdiyini bir daha bildirmişdir. Şahid1 da onunla razılaşmış və Təqsirləndirilən şəxs2 tanımadığı üçün pulu və sənədlərin əsillərini etibar etmədiyi üçün Təqsirləndirilən şəxs2 deyil, ona verəcəyini bildirmişdir. O da Şahid1 etiraz etməyərək sonuncu ilə razılaşmışdır. O, sənədləri Şahid1 aldıqdan sonra Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini Şahid1 verib bundan sonra sənədləşməyə aid suallarını Təqsirləndirilən şəxs2 verə biləcəyini demişdir. Daha sonra o, elə həmin günü Təqsirləndirilən şəxs2la öz ofisində görüşüb Şahid1 aldığı sənədləri və 50.000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu sənədləri və pulu ondan alıb çıxıb getmişdir. Həmin vaxtdan sonra Şahid1 arabir ona zəng edərək işlərin nə yerdə olduğunu soruşduqda o da öz növbəsində həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3 zəng edərək Şahid1 işi barədə maraqlandığını bildirmişdir. Şahid1 ona, o da öz növbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir neçə dəfə zəng edib işin gedişatı barədə maraqlandıqdan sonra 2021-ci ilin fevral ayının sonunda Təqsirləndirilən şəxs3 ona zəng edərək “Whatsapp” proqram vasitəsilə ona göndərdiyi şəhadətnamənin şəklini Şahid1 göndərməsini xahiş etdiyi üçün o da öz növbəsində həmin şəhadətnamənin şəklini “Whatsapp” proqram vasitəsilə Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə göndərmişdir. Bundan sonra Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs3 ona tikintiyə başlaya biləcəyini bildirdiyini demiş və tikintiyə başlayıb-başlamamasını bir daha dəqiqləşdirməyini ondan xahiş etmişdir. O, öz növbəsində Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Şahid1 tikintiyə başlaması barədə soruşduqda Təqsirləndirilən şəxs3, Şahid1 dediklərini təsdiqləyərək sonuncunun tikintiyə başlamasını bildirmişdir. O da öz növbəsində Şahid1 zəng edərək Təqsirləndirilən şəxs3 tikintiyə başlaması üçün razılıq verdiyini təsdiq etmişdir. Şahid1 da belə olan halda tikintiyə başlayacağını ona bildirmişdir. Həmin vaxtdan 2 gün sonra Şahid1 onunla əlaqə saxlayaraq Abşeron rayon İcra Hakimiyyəti işçilərinin tikintini saxladıqlarını və Təqsirləndirilən şəxs3la əlaqə saxlayarkən Nurlanın tikintini bir müddət saxlamağı məsləhət gördüyünü bildirmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Şahid1 yenidən onunla əlaqə saxlayıb tikintinin davam etdirilməsinə başlamaqla bağlı Təqsirləndirilən şəxs3la razılaşdığını və tezliklə işə başlayacağını bildirmişdir. 2021-ci ilin aprel ayının 2-i tarixində Şahid1 onunla telefon əlaqəsi saxlayaraq apardığı tikintinin 2-ci dəfə Abşeron rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən saxlanıldığı üçün artıq işinin alınmadığını və verdiyi 50.000 (əlli min) manat pulu geri qaytarmağını bildirmişdir. O da öz növbəsində pulu bütöv şəkildə Təqsirləndirilən şəxs3 çatması üçün Təqsirləndirilən şəxs2 verdiyini Şahid1 bildirməklə həmin pulun geri qaytarılması üçün əlindən gələni edəcəyini sonuncuya söz vermişdir. Daha sonra o, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Şahid1 verdiyi 50.000 (əlli min) manat pulunu geri tələb etdiyini bildirib pulu qaytarmalarını xahiş etmişdir. Bundan sonra 2021-ci ilin 2 aprel tarixində Təqsirləndirilən şəxs3, tanımadığı şəxs vasitəsilə 50.000 (əlli min) manat pulu ona Abşeron rayonu, Xırdalan şəhərindəki ofisinə göndərmişdir. O da öz növbəsində Şahid1la əlaqə saxlayaraq gəlib 50.000 manat pulunu sənədlərlə birlikdə ofisdən götürməsini bildirmişdir. Şahid1 onunla razılaşaraq elə həmin günü günorta saatlarında qardaşı Şahid3 və sürücüsü Şahid11 pulu ondan götürmələri üçün göndərmiş, o öz növbəsində Şahid1 aldığı 50.000 manat pulu və sənədləri dostu Şahid6 və qohumu Şahid13 iştirakı ilə Şahid3la Şahid11 vermişdir. Pulu qaytardıqdan sonra o, Şahid1 məlumat vermişdir. Bir müddət sonra 2021-ci ilin yay aylarında Şahid1 onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, Şahid1 hansı məqsədlə görüşmək istədiyini soruşarkən Şahid1, Abşeron rayonu, Mehdiabad qəsəbəsində aparılan tikinti ilə bağlı özünə ilk öncə 32.000 (otuz iki min) manat, sonra 42.000, daha sonra isə 46.000 manat maddi ziyan dəydiyini bildirmişdir və həmin ziyanın ödənilməsini ondan tələb etmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu barədə məlumat verərkən sonuncular Şahid1 dəymiş maddi ziyanı ödəməyə razı olduqlarını bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs3la telefon əlaqəsi zamanı sonuncu, Şahid1 dəymiş ziyana görə 10.000 (on min) manat pul ödəməyə hazır olduğunu ona bildirdikdən sonra o da öz növbəsində Şahid1 dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs3 sonuncuya 10.000 manat pul ödəməyə hazır olduğunu Şahid5 vasitəsilə Şahid1 bildirmişdir. Şahid5 Şahid1la danışdıqdan və Şahid1 10.000 manatla razılaşmadıqdan sonra ona Şahid1 10.000 manatla razılaşmadığını, heç olmasa 15.000 manat düzəldərək sonuncuya təklif etməyini bildirmişdir. O da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la danışaraq onları Şahid1 dəymiş maddi ziyanın əvəzində sonuncuya 15.000 manat ödəniş etməyə razı salmışdır, belə ki, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 10.000 manatı dərhal, 5.000 manatı isə qısa zaman ərzində Şahid1 verməyə hazır olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təklifini Şahid5 vasitəsilə Şahid1 çatdırmışdır, Şahid1 isə öz növbəsində etirazını bildirib ona dəymiş maddi ziyanın ödənilməsi üçün 46.000 manat pul ödənilməsini tələb etmişdir. O, Şahid1 artıq pul tələb etdiyini düşünüb sonuncu ilə görüşüb danışmaq qərarına gəlmişdir. Lakin, Şahid1 onunla görüşmək barədə razılaşmamış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Həmin idarədə araşdırma zamanı o, bir neçə dəfə Şahid1 müraciət edib ona dəymiş ziyanın ödənilməsini razılıq yolu ilə həll etməyə hazır olduğunu bildirmişdir. Buna baxmayaraq Şahid1 onunla razılaşmamış və 2021-ci ilin avqust ayında onunla görüş zamanı dəymiş maddi ziyanın 46.000 manat olduğunu bir daha bildirərək pulun ödənilməyəcəyi halda müvafiq qurumlara şikayət edəcəyini xəbərdarlıq edib bildirmişdir. Bundan sonra, Şahid1 bir neçə gün gözləyib onun pulu ödəmədiyinə əmin olduqdan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” Qaynar xətt mərkəzinə müraciət edib şikayətini bildirmişdir. Daha sonra o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 tərəfindən “Whatsapp” proqramından ona göndərilmiş şəhadətnamənin şəkli hal-hazırda onun telefonundan silinmişdir, ona görə də o, həmin şəkli ifadəsinə əlavə edə bilmir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nümayəndələr gələrək ərazinin topoqrafiq görünüşünü çəkəcəkləri və həmin şəxslərə 200 manat verilməli olduğu barədə Şahid1 heç bir şey deməmişdir. Həmçinin Şahid4 da tanımır. O qeyd etmişdir ki, Şahid4 torpağın topoqrafiq görünüşünü çəkəcəyini Təqsirləndirilən şəxs3 Şahid1 bildirib. O, əlavə olaraq Şahid1 müvafiq dövlət qurumlarından sənədlərin yığılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsi üçün aldığı 50.000 manat müqabilində hansı xidmət və ya dövlət qurumlarından sənəd toplaması barədə ona verilmiş suala cavab olaraq bildirmişdir ki, bunu ona Təqsirləndirilən şəxs2 bildirmiş və o, bu sözləri Şahid1 Təqsirləndirilən şəxs2 sözləri əsasında demişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən pulun müqabilində hansı xidməti və ya hansı dövlət qurumundan sənəd almasından xəbərsizdir. Təqsirləndirilən şəxs2 ona deməsinə görə, Təqsirləndirilən şəxs3 Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti aparılması üçün icazənin alınmasına “sənədlər paketi” kimi deyilən zəruri sənədləri yığacağını bildirmişdir. Daha sonra o, Şahid1 “Whatsapp” proqramından göndərdiyi şəhadətnamə barədə bildirmişdir ki, həmin şəhadətnamənin şəklini ona Təqsirləndirilən şəxs3 özünə məxsus ********** saylı nömrədən “Whatsapp” proqramı ilə göndərmiş və Şahid1 göndərməyini xahiş etmiş, o da öz növbəsində həmin şəhadətnaməni Şahid1 göndərərkən sənədin mahiyyətini bilməmiş, oxumadan sonuncuya göndərmişdir. Bundan başqa o, Şahid1 ona tikintinin dayandırılması barədə məlumat verdiyini təsdiq etsə də, Şahid1, Təqsirləndirilən şəxs3la birlikdə Abşeron rayon İcra Hakimyyəti başçısının qəbul otağında olması və qısa müddət ərzində şəhadətnaməni təsdiqlədərək tikinti aparılan yerə gedəcəyi barədə məlumat vermədiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla bağlı bildirmişdir ki, sonuncunun Təqsirləndirilən şəxs2la xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Şamaxinka deyilən yerdə görüşləri zamanı Təqsirləndirilən şəxs2 ondan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Şəhadətnamənin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənə bilməsi üçün əlavə 40.000 manat pul istəməsi və Şahid1 həmin pulu Təqsirləndirilən şəxs2 verməməsi barədə məlumatsızdır. O, həmin vaxt artıq 50.000 manat pulu Şahid1 geri qaytardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası DİN-də polis nəfəri vəzifəsində çalışmış, təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs1 ona zəng edib görüşmək istəmişdir. Füzuli bir dostuna sənədləşmə işində köməklik edə biləcəyini ondan soruşmuş, onunda ağlına Təqsirləndirilən şəxs3 gəlmişdir. Onlar ayrıldıqdan sonra Nurlanla danışmış, onunla görüşəndə demişdir ki, Füzuli adlı dostu var və ondan sənəd düzəldilməsini xahiş etmişdir. Nurlan nə kömək lazım olduğunu soruşanda ona konstruksiya, eskzi layihəsinin hazırlanması və s. sənədləşmədə kömək etməsini demişdir. Füzuli şirkəti olduğunu, əgər torpaq sahəsi 20 sotdan çoxdursa tikinti işlərinin sənədləşməsində ona kömək edə biləcəyini demişdir. Nurlanın dediklərini Füzuliyə çatdırmış, Nurlanın tikinti səndlərinə baxdıqdan sonra bir söz deyəcəyini demişdir. Füzuli tikintinin sənədlərini gətirib ona vermiş,o da sənədləri Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 sənədlərə baxıb təxminən 50-55 min manat müqabilində sənədləri düzəltməyə köməklik edə biləcəyini demişdir. O, Nurlanın dediklərini Səbuhiyə bildirmiş, Səbuhi də 50 minə düzəltməyini xahiş etmişdir. O, Səbuhidən sənədləri və pulu alıb aparıb Nurlana vermişdir. Pulun nə qədər olduğunu soruşmuşdur. Pulun 50 min olduğunu demişdir. Həmin puldan 18 min manatı götürmüş, qalanını ona vermişdir. Bir müddət sonra Füzuli işin nə yerdə olduğunu soruşmuşdur. Nurlan əraziyə baxıldığını, yaxın zamanda sənədlərin düzələcəyini bildirmişdir. İş yubanmış, o, da Füzuli ilə Nurlandı əlaqələndirmişdir. Füzuli demişdir ki qarşı tərəf narazılıq edir, işi tez həll olunmalıdır. Onlar da narazılıq olmasın deyə Nurlanla zərərçəkmişi telefonla danışdırmış, sonra onlar gedib görüşmüşdürlər. Bundan bir neçə gün sonra Səbuhi zəng edib demişdir ki, pulu qaytarın. Nurlana zəng edib pulu qaytarmaq lazım olduğunu demişdir. Nurlandan pulu 20 Yanvar m/s yaxınlığında almışdır. O, pulu götürdükdən sonra aparıb Səbuhiyə vermişdir. Sonra Səbuhi demişdir ki, qarşı tərəf ona dəymiş ziyanı istəyir. Nurlan da dedi ki orda qazılmış olan katlavanın 10-15 min xərci var. Onlar 10-15 min manat dəymiş ziyanı ödəməyə razılaşmışdırlar. Elvin is ona daha çox ziyan dəydiyini, hamısını qaytarmağı təlbə etmişdir. Nurlan da Elvinin istədiyi məbləği vemrəyə gücü çatmadığını bildirmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs3 2 ildir ki tanıdığını, onun şirkəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 Füzulinin dediyi tikintiyə icazə almağa kömək etməsi üçün müraciət etmişdir. Nurlanın sənədləşmə işində kömək edəcəyini düşünmüş, Nurlanın sənədləşmə üçün əvvəl 55 min manat pul istəmiş, sonra 50 min manata razılaşmışdır. Təqsirləndirilən şəxs3 pulu o, aparıb vermişdir. Pulu hansı tarixdə aparıb verdiyini xatırlamamışdır. Layihələndirmə 1-2 ay çəkmişdir. Nurlanın ona hansı sənədin surətini göndərməsi yadımda olmamışdır. Nuranın gödərdiyi sənədi Füzuliyə göndərmişdir. 18 min manatı Nurlan götürmüş, qalan puluona saxlamağa vermişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq, sənədi kimin imzaladığını xatırlamadığını, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhəri və Abşeron rayonunda Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 ilə təxminən 10 ilə yaxındır ki, Abşeron rayonu, Saray qəsəbəsində qonşuluqda yaşadığı üçün sonuncu ilə yaxın dostluq münasibəti yaranmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 həmçinin, Xırdalan şəhərində ət dükanı olduğunu, bundan başqa ara-sıra ev alqı-satqı işləri ilə də məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 ilə isə 2020-ci ilin təxminən sonlarında tanış olmuşdur, belə ki, Musa adlı tanışının vasitəsilə təsadüf nəticəsində Təqsirləndirilən şəxs3la tanışlıq yaranmış, həmin vaxt sonuncunun tikintilərin lahiyyələşdirilməsi ilə məşğul olan Şirkətinin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs3 özü də onunla söhbət zamanı demişdir ki, tikinti işlərində sənədləşmələrdə nə kömək lazım olarsa, müraciət etsin, həll edə bilər. Bundan sonra, təxminən 2020-ci ilin dekabr ayının sonu, 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ona müraciət edərək Şahid1 adlı şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina tikmək istədiyini və həmin binanın tikintisinin sənədləşməsi ilə bağlı işləri görə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Həmin vaxt onun ağlına Təqsirləndirilən şəxs3 gəlmiş və ona görə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 adlı tanışının olduğunu bildirərək həmin şəxsin kömək edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xahişi ilə istifadəsində olan ********** saylı telefondan Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** saylı nömrəyə zəng vurub sonuncudan həmin işlə bağlı maraqlanmışdır. O, həmin vaxt ********** və ********** saylı telefon nömrələrindən də istifadə etdiyini bildirmişdir. Daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs3la əlaqə saxladıqdan sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sonuncuya məxsus ofisdə Təqsirləndirilən şəxs3la təklikdə görüşüb Təqsirləndirilən şəxs1 ondan xahiş etdiyi məsələni bir daha danışmışlar. Təqsirləndirilən şəxs3 söhbət zamanı ona bu işi həll edə biləcəyini bildirib ondan ilk olaraq tikinti aparılacaq binanın “çıxarışını”, texniki pasportunu və binanın eskiz lahiyyəsininin fotoşəklini onun mobil telefonuna göndərməyini xahiş etmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb qeyd edilən sənədləri Şahid1 Kazımovdan almasını, ona göndərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da bundan sonra həmin sənədləri əldə edərək fotoşəklini çəkib özünə məxsus ********** saylı nömrədən “Whatsapp” proqramı vasitəsi ilə ona, o da öz növbəsində Təqsirləndirilən şəxs3 ********** saylı mobil telefonuna göndərmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq bu sənədləşməni həll edə biləcəyini, yəni tikinti ilə bağlı zəruri dövlət orqanlarından lazımı icazə sənədlərini ala biləcəyini və buna görə ona göndərilmiş sənədlərin əsilləri və 50.000 manat pul lazım olacağını, sənədləri və pulu ona gətirməyini bildirmişdir. Qeyd etmişdir ki, bu qeyd edilən pul tikiləcək binaya dair layihə, topoqrafiya, konstruksiya və sair işlərin görülməsinə xərclənəcəkdir. O da bir söz deməyib Təqsirləndirilən şəxs1 ilə yenidən danışıb sonuncuya Təqsirləndirilən şəxs3 ona dediklərini olduğu kimi çatdırmışdır. Təqsirləndirilən şəxs1 də Şahid1la danışıb xəbər verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayının təxminən əvvəllərində Xırdalan şəhərində yerləşən özünə məxsus ofisdə Şahid1la əlaqə saxlayıb görüşərək tikinti aparılacaq torpaq sahəsinə dair sənədləri və 50.000 manat pulu sonuncudan almış və sonra onu öz ofisinə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs1 ofisinə gedib sonuncudan təklikdə bir salafan paketin içində olan sənədləri və 50.000 manat pulu götürmüş, Təqsirləndirilən şəxs1 demişdir ki, bütün bunlar Təqsirləndirilən şəxs3 veriləcəkdir, Təqsirləndirilən şəxs3 məsələni qısa zamanda həll edəcəyinə söz vermişdir. O. Təqsirləndirilən şəxs1 götürdüyü torpağa dair sənədlərə baxmadığını, onların mahiyəti barədə məlumatsız olduğunu bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs1 qəbul etdiyi 50.000 manat pul və içərisində sənədlər olan selofan torbanı Təqsirləndirilən şəxs3 aparmışdır. Təqsirləndirilən şəxs3 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ofisində onunla otağında təklikdə görüşüb sənədlərin hamısını ondan götürmüşdür. 50.000 manat puldan isə 18.000 manat pul götürərək qalan pulu özündə saxlamağı və tələb olunduqca götürəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs3la razılaşmışdır. Müəyyən müddət sonra, təxminən 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 onunla mütəmadi əlaqə saxlayaraq Şahid1 ondan sənədlərin aqibəti barədə və tikintiyə başlama zamanı barədə soruşarkən o da öz növbəsində həmin sualları Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 isə hər dəfə işin getdiyini və tezliklə həll olacağını ona bildirmiş, o da bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Təxminən 2021-ci ilin fevral ayının axırına yaxın Təqsirləndirilən şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs3la əlaqə saxlamağı və Şahid1 verdiyi sənədlərin içərisində möhürlü sənədinin olduğunu və həmin sənədin fotoşəklini Təqsirləndirilən şəxs3 alaraq ona göndərməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs3 zəng vuraraq Təqsirləndirilən şəxs1 sözlərini çatdırmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs3 ona, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid Şəhadətnin fotoşəklini “Whatsapp” vasitəsilə ataraq Təqsirləndirilən şəxs1 göndərməyini bildirmiş və o həmin sənədi “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. O, həmin dövrdə aparılmış yazışmaların silindiyini, ona görə hal-hazırda həmin yazışmaları təqdim edə bilmədiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 ona, Şahid1 tikinti ilə bağlı katlovan qazıntısına başalaya bilməsini də bildirdiyi üçün o da öz növbəsində həmin məlumatı Təqsirləndirilən şəxs1 çatdırmışdır. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1, Şahid1 onunla əlaqə saxlayaraq qazıntının Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə İcra Nümayəndəsi tərəfindən saxlanıldığını bildirərək Təqsirləndirilən şəxs3 bu barədə məlumat verməyini bildirmişdir. O da Təqsirləndirilən şəxs3 bu barədə məlumat verərkən sonuncu narahat olmamağı, gedib məsələni tez bir zamanda həll edib ona məlumat verəcəyini demişdir. Növbəti gün o, Təqsirləndirilən şəxs3la əlaqə saxlayarkən sonuncu qazıntı ilə bağlı bir neçə gün gözləməyi və işə başlama vaxtı barədə məlumat verəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs3la növbəti telefon danışığında sonuncu, Şahid1 qazıntını davam etməsinə başlamasını bildirdiyi üçün o da öz növbəsində Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermişdir. Bir-iki gün sonra Təqsirləndirilən şəxs1 onunla yenidən əlaqə saxlayaraq İcra Nümayəndəsinin Şahid1 işini yenidən dayandırdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb bu barədə yenidən məlumat verərkən sonuncu məlumatlı olduğunu və məsələni yoluna qoyacağını demişdir. O, həmin vaxta qədər Şahid1la görüşmədiyini, nə də telefon əlaqəsi saxlamadığını bildirmişdir. Amma, artıq Təqsirləndirilən şəxs3 həm Təqsirləndirilən şəxs1, həmdəki Şahid1 özü ilə həmin ərəfələrdə telefon vasitəsilə əlaqə saxlamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs3 Şahid1 şəxsən özü ilə görüşüb sonucuya vəziyyəti izah etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ona, Şahid1la görüşüb məsələni tez bir zamanda həll edəcəyini də bildirmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs3 Şahid1la ofisdə görüşdüyünü və məsələni yoluna qoyduğunu, lakin sonradan Şahid1 tikinti ilə bağlı bütün sənədləri ondan geri aldığını eşitmişdir. Daha sonra 2021-ci ilin aprel ayının əvvəlində Şahid1 pulunu Təqsirləndirilən şəxs1 geri tələb etdiyinə görə, bunu Təqsirləndirilən şəxs1 eşidən kimi Təqsirləndirilən şəxs3 verdiyi 18.000 manat pulu qaytarmasını istəmiş, Təqsirləndirilən şəxs3 da həmin pulu tanımadığı bir şəxs vasitəsi ilə ona göndərmişdir. O da həmin 18.000 manat pulu özündə qalan 32.000 manat pulla birləşdirib cəmi 50.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir ki, Şahid1 qaytarsın. Təqsirləndirilən şəxs1 da öz növbəsində həmin 50.000 manat pulu Şahid1 qaytarmışdır. Bundan bir qədər sonra 2021-ci ilin aprel və sonrakı aylarda Təqsirləndirilən şəxs1 onunla, eyni zamanda Təqsirləndirilən şəxs3la əlaqə saxlayaraq bildirmişdir ki, Şahid1 Mehdiabad qəsəbəsində aparılan tikinti ilə bağlı ona dəymiş ziyan təxminən 50.000 manat pulunun ödənilməsini tələb edir. O və Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1, ona dəmiş maddi ziyanı ədalətli şəkildə qarşılaya biləcəklərini bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs3, Şahid1 dəymiş ziyana görə 10.000 (on min) manat pul ödəməyə hazır olduğunu bildirmişdir. Şahid1 razılaşmadığı üçün əlavə 5.000 manat pul da ödəyə biləcəyini demişdir. Yəni, cəmi 15.000 manat Şahid1 pul verilə bilərdi. Lakin, Şahid1 buna razılaşmamış, 50.000 manata yaxın pul istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə Şahid1la görüşüb danışmaq istəsələr də sonuncu razı olmamış və ilk növbədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Bundan sonra Şahid1, yenə də əl çəkməyib ona, eləcə də digərlərinə mütəmadi olaraq zənglər etməsinə baxmayaraq Şahid1 zənglərinə cavab verməmişlər. Daha sonra Şahid1, Təqsirləndirilən şəxs1 barəsində 2021-ci ilin avqust ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 Şahid1 qeyd edilən məqsədlə 140.000 manat pul tələb etməsindən məlumatsız olmuş, lakin, Təqsirləndirilən şəxs1 Şahid1 50.000 manat pul aldığından xəbəri olmuşdur. Bundan başqa o, bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən imzalanan N 002487 saylı, xx.xx.2021-ci il tarixli “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” Şəhadətnamənin fotoşəklini Təqsirləndirilən şəxs3 “Whatsapp” proqramı vasitəsilə ona, o isə öz növbəsində “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Təxminən 2021-ci ilin fevral ayının axırına yaxın Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Şahid1 verdiyi sənədlərin içərisində bir vərəqdən ibarət, göy rəngli möhürü olan sənədinin olduğunu və həmin sənədin fotoşəklini Təqsirləndirilən şəxs3 alaraq ona göndərməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs3 zəng vuraraq Təqsirləndirilən şəxs1 sözlərini çatdırmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs3 ona, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid Şəhadətnamənin fotoşəklini, həmin bu sözügedən şəhadətnaməni “Whatsapp” proqramı vasitəsilə göndərərək Təqsirləndirilən şəxs1 göndərməyini bildirmiş, o da həmin sənədi “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs3 sonralar ona demişdir ki, həmin bu şəhadətnamə əvvəldən Şahid1 olmuş, belə ki, Şahid1 sənədləri topa şəkildə verən zaman bu sənəd də onların içərisində olmuşdur. Yəni Təqsirləndirilən şəxs3, bu şəhadətnamədən xəbərinin olmadığını dəfələrlə ona demişdir. O, verilmiş suallara cavab olaraq ********** saylı telefon nömrəsi vasitəsi ilə Şahid1la 2021-ci ilin təxminən aprel ayında və digər aylarda əlaqə saxladığını, lakin 1 həftə ərzində sənədləri hazır edəcəyi barədə sonuncuya məlumat vermədiyini, əksinə dəymiş ziyan barədə danışdıqlarını bildirmişdir. Bundan başqa o, Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən yerdə görüşdüyünü təsdiq etməklə görüş zamanı sonuncudan əlavə olaraq 40.000 manat pul istəmədiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1, onun nömrəsini Şahid1 verməsini təsdiq etsə də, 2021-ci ilin yanvar-fevral aylarında sonuncu ilə telefon əlaqəsinin olmadığını bildirmişdir. Çünki, həmin vaxtlarda Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özü mütəmadi olaraq Şahid1la danışıb sonuncuya işin gedişatı barədə məlumat verir. Bundan başqa o, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 2021-ci ilin fevral ayında deyil, təxminən 2020-ci ilin dekabr ayının sonu, 2021-ci ilin yanvar ayının əvvəllərində Şahid1 məsələsi barədə danışdığını, Təqsirləndirilən şəxs3 bu işin həlli üçün 50.000 manat pul istədiyini, Təqsirləndirilən şəxs1 Şahid1 həmin pulu aldığı günü həmin pulu tam şəkildə Təqsirləndirilən şəxs3 aparıb xidməti ofisində verdiyini, Təqsirləndirilən şəxs3 özü 18.000 manat məbləğini müəyyən edib götürdüyünü, qalan 32.000 manat pulu isə onda qalmağını özü şəxsən məsləhət bildiyini, işin yekununda qalan 32.000 manat pulu da alacağını qeyd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 alıb Təqsirləndirilən şəxs3 çatdırdığı selofan torbadakı sənədlərin içində hansı sənədlərin olmasından xəbərsiz olduğunu bildirmişdir. O, ifadəsinə əlavə olaraq Şahid1 tikinti işlərinin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən dayandırılması barədə məlumat aldıqdan sonra hər dəfə bu barədə Təqsirləndirilən şəxs3 məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 da öz növbəsində narahat olmamağı bildirib qısa zamanda işlərin həllini tapacağına söz vermişdir. Bundan başqa o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs3 danışıqları zamanı ona, Cəfər adlı şəxsin telefon nömrəsini verməmişdir. O belə bir şəxsi tanımır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində bina tikintisi işi ilə məşğul olduğum üçün Abşeron rayonunda sənədləşmə işlərinə kimin baxdığını maraqlandığını və ona Füzuli müəllimin adını deyildiyini bildirmişdir. 2020-ci ilin dekabr ayında mən Füzuli ilə görüşmüş və danışmışdır. Füzuliyə Abşeron rayonu, Mehdiabad qəsəbəsində tikinti aparmaq istədiyini bildirmiş, o da ona “Siz sənədləri götürün, eskiz layihəni hazırlayın, daha sonra gələrsiz və danışarıq” demişdir. O, eskiz layihəni hazırlatmış və Füzuliyə göstərmişdir. Füzuli “50.000 manatı əvvəlcədən, 70.000 manatı isə iş bitdikdən sonra verməlisən” demiş və onlar 120.000 manata razılaşmışdırlar. Füzuli ona 7-10 günə tikinti işlərinə yavaş-yavaş başlaya biləcəyini söyləmişdir. Təxminən yanvar ayının 5-10u aralığında mən 50.000 manatı Füzuliyə vermiş, daha sonra Füzuli ona “Elvin, oraya Şəhərsalmanın əməkdaşları gələcək, ərazidə işlər görüləcək” demişdir. O, isə ərazidə onun dediyi işlərin görüldüyünü bildirmiş və niyə yenidən eyni işlərin görüldüyünü soruşmuşdur. Füzuli isə ona “Belə deyilib, belə də olunmalıdır” demişdir. Buna görə 200 manat əlavə ödəniş də edilmişdir. O, mart ayına qədər tikinti işlərini apara bilmədiyi üçün Füzulidən sənədləşmə işlərinin hansı mərhələdə olduğunu soruşmuşdur. O isə ona “Artıq işə başlaya bilərsən” demişdir. O, da sənədləşmə olmadan texnikaları əraziyə toplamış və tikinti işləri başlamışdır. Tikinti işləri gedərkən Abşeron rayon icra hakimiyyətinin əməkdaşı Əli müəllim əraziyə gəlmiş və ondan “Sənin nə sənədin var ki qazıntı işləri görürsən” demiş, o, isə sənədinin olmadığını, lakin alacağını bildirmişdir. Əli müəllim Abşeron rayon icra hakimiyyətinin hüquq idarəsinə zəng etmiş və tikintinin dərhal dayandırılması deyilmişdir. O, Füzuliyə zəng etdikdən sonra o, “Elvin, tikintini dayandır, sənədləşməni qurtaraq, bir az səbrli ol” demişdir. O, təxminən 10 gün texnikaları ərazidə gözlətmiş, lakin həmin texnikaların orada olması əlavə xərc tələb etmişdir. Bundan sonra Füzuli işə yenidən başlaya biləcəyini, rəhbərliyə məlumat verildiyini söyləmişdir. Yenidən tikinti başladıqdan sonra Əli müəllim əraziyə gəlmiş və ona “Elvin, niyə hörmətsizlik edirsiz, tikintini dayandırın” deyə söyləmiş və tikinti dayandırılmışdır. Novruz bayramı ərəfəsində o, Füzuliyə “Nə edək” deyə soruşmuş, o isə tikintiyə başlamağını, heç kimin əraziyə gəlməyəcəyini demişdir. Bayram günlərində tikinti işləri gedərkən yenidən əraziyə şəxslər gəlmiş və tikintini dayandırmağı, əks halda polis əməkdaşları ilə gələcəklərini bildirmişdirlər. Həmin ərəfədə Füzuli onu Nurlan adında şəxslə tanış etmiş və “Mənim işlərimi Nurlan görür, bu işlərlə məşğul olan Nurlandır” demişdir. Nurlan ona zəng edərək “Elvin, bir az gözlə, sənin sənədlərin yekunlaşır, bayramdan sonra sənədlər səndə olacaq” demişdir. Təxminən aprel-may aylarında, axşam saatlarında o, Füzuli müəllimlə əlaqə saxlamış və ona hazır olan sənədləri ona göndərməsini bildirmişdir. O isə Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin rəhbərinin imzası olan sənədi ona göndərmiş, həmin sənədi gördükdən sonra bir az sakitləşmiş və yubanma olduğunu düşünərək gözləməyi qərara almışdır. Texnikalar ərazidə qaldığı üçün xərcə səbəb olmuşdu, Füzuli ona da “Narahat olma, verməli olduğun 70.000 manatdan sənin zərərin olan məbləği çıxacayıq” demişdir. Nurlan ona “Bu sənəd alınmır, istəyirsən başqa yol ilə edək, qaçqınlar binası adı ilə tikək” demişdir. O, isə razı olmamışdır. Nurlan ona “Niyə bir-birimizi aldadaq, bu məsələ alınmır. Biz bu işi boynumuza götürmüşdük, bizim yaxın adamımız orada idi, lakin həll edə bilmirik” demişdir. Bundan sonra o, Füzuli müəllimlə danışmış və məsələnin həll olmadığını bildirmişdir. Füzuli onu Fərəc adlı şəxslə əlaqələndirmiş və “Bu adamla görüş, sənin sənədlərini həll edəcək” demişdir. O, Fərəclə görüşmüş, o, “Sən mənə 50.000 ver, sənədlərini həll edirəm, 7-10 günə də tikintiyə başlayırsız” demişdir. O, onsuz da 50.000 manat verdiyini bildirmiş, o isə 50.000 manat verməli olduğumu söyləmişdir. O, Füzuli müəllimə zəng etmiş, Füzuli ona “Elvin, sən narahat olma, biz öz aramızda həll edəcəyik, işin düzələcək” demişdir. O, ödədiyi 50.000 manatı Füzulidən geri almış, lakin 23.600 manatı memarlıq və.s işlərə xərcləmişdir. Dövlət ittihamçısının suallarına Kazımov X14 rayonu ərazisində ev alqı-satqısı üzrə makler kimi fəaliyyət göstərən Ramin adlı tanışım vasitəsilə Təqsirləndirilən şəxs1 tanıdığını, 10 ildir ki bina tikintisi ilə məşğul olduğunu bildirdi. O, torpaq sahəsini almadan məsləhətləşmə aparmış, problem yaranmayacağı deyilmış və bundan sonra torpaq sahəsini almışdır. Ramin ona Füzuli müəllimin Dövlət Şəhərsalma və Arxitektura İdarəsində yaxın adamları olduğunu söyləmişdir. İlk olaraq 5.000 kv ərazidə tikinti aparmağı planladığından qiyməti az məbləğdə danışmış, daha sonra isə 6.000 kv üçün icazənin alınması ilə bağlı əvvəl razılaşdığı qiymət 20.000 manat da artaraq 120.000 manat olduğunu bildirmişdir. Hazırda qanuni yolla həmin ərazi üzrə icazənin alınması üçün 50.000 manat dövlət rüsumu ödəmişdir. Füzuli ona həmin idarədə qaynının çalışdığını söyləmiş, lakin hər hansı bir ad bildirməmişdir. Füzuli 120.000 manata razılaşmış, ilk əvvəl 50.000 manat, daha sonra isə 70.000 manat ödəməli olmuşdur. Füzuliyə 50.000 manatı üçüncü görüşlərində vermişdir. 50.000 manatı tam şəkildə vermişdir. Pulu verərkən yanında dostu Bilman adlı şəxs olmuşdur. 50.000 manatı 100 manatlıq əskinazlar olaraq vermişdir. Füzuli müəllimlə Xırdalan şəhəri, “AAAF” parkın yaxınlığında yerləşən ofisində görüşmüşdür. Pulu verdikdən sonra Füzuli müəllim öz kitabçasına “Elvindən 50.000 manat aldım” sözlərini yazmışdır. 50.000 manatı ona verdikdən sonra Füzuli müəllim ona qəbz formasında nə isə verməmişdir. Füzuli ona tikinti işlərinə başlaya biləcəyimi söyləmişdir. Füzuli müəllim Nurlanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli şəxsi kimi ona təqdim etmişdir. “İcra hakimiyyətinin qarşısındayıq, başçı ilə görüş olacaq. Sənədlər hazırdır, möhürlədib eskiz layihəni sizə veririk” ona deyilmişdir. Təxminən may-iyun ayında Füzuli müəllim “WhatsApp” vasitəsilə sənədi ona göndərmişdir. Təqsirləndirilən şəxs2la Füzuli müəllim vasitəsilə tanış olmuşdur. Fərəc ona “50.000 manat verin, 2-3 həftəyə işinizi həll edirəm” demişdir. O, isə onsuz da 50.000 manat verdiyini bildirmişdir. Daha sonra Füzuli müəllimlə danışdığı zaman o, “Mən Fərəclə danışacam, narahat olma, özüm o pulu verəcəm” demişdir. Nurlan ofisə yaxınlaşaraq “Sənədlərin heç biri düzəlməyib, bu məsələni qaçqınların, əlillərin vasitəsilə edək” demişdir. Şikayət etmədən əvvəl qardaşı və sürücü 50.000 manatı iki dəfəyə geri almışdırlar. Fərəcin harada işləməsi ilə bağlı məlumatı olmamışdır. O, sənədin doğruluğunu müəyyən etməyə çalışarkən həmin idarədə Nurlan adlı şəxsin işləyib-işləmədiyini də soruşmuş, lakin Nurlan adlı şəxsin orada işləmədiyi ona deyildiyini bildirmişdir. Şahid1 müdafiə tərəfinin verdiyi suallara cavab olaraq Füzuli müəllimin 50.000 manatı ona iyul-avqust ayında qaytardığını bildirmişdir. Füzuli müəllim bir gün 33.000 manat, sabahı gün isə 17.000 manat vermişdir. O, Füzuli müəllimə “qaytardığın pulu insanlara paylamışam, mən səndən artıq nə isə istəmirəm. Sən də dindar adamsan, mənə vurulmuş ziyanın pulunu ver” demişdir. O, şikayət etməzdən əvvəl 50.000 manatı geri almış. Həmin pulu geri aldıqdan sonra Füzuli müəllimə zəng edərək ziyana görə 50.000 manat verməsini istəmişdir. O, 23.000 manatı konstruksiyanın çəkilməsinə, qalan məbləği isə texnikalarla bağlı xərcləmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Füzuli müəllimə pulu dövlət rüsumu ödəməsi üçün vermiş, rüşvət kimi vermədiyini bildirmişdir. Füzuli müəllim ona “Nurlan orada səlahiyyətli şəxsdir, mən işimi onunla görürəm” demişdir. Füzuli müəllimə 50.000 manatı verməkdə mənim məqsədim “neynirsən elə, istəyirsən rüşvət ver, ya da ki başqa nə isə, əsas mənim sənədimi düzəlt və mənə ver” düşüncəsi ilə etmişdir. Həmin pulu təkcə dövlət rüsumu kimi vermiş olsaydı elə özü gedib rüsumu ödəyib sənədini alardı. Təqsirəndirilən şəxslərə hansısa icazənin alınması üçün verdiyim pul ona geri qaytarılmış, lakin onların ona ödədiyi pulu özünə dəymiş zərər kimi qiymətləndirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, tikinti aparılan torpaq onun adınadır, torpaqda binanın tikintisinə icazə almaq üçün oğlu Elvin təqsirləndirilən şəxslərə pul vermişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq oğlu Elvinin bina tikintisi ilə məşğul olduğunu, tikinti aparılan torpaq sahəsinin onun adına olduğunu, daha əvvəl də torpaqda tikinti aparmaq üçün müraciət edildiyini, lakin rədd cavabı alındığını, Elvinin təqsirləndirilən şəxslərə pul verməsini eşitdiyini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə almaq üçün təqsirləndirilən şəxslərə 50 min manat pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Xırdalanda ofisə yaxınlaşıb orda onlara verilən pulu götürüb çıxıb getdiklərini, pulun miqdarının yadında olmadığını, pulu Şıxəli ilə birlikdə gedib götürdüklərini, pulun tikinti icazəsinə dair verilən pul olduğunu bildiyini bildirmişdir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq pulun verilməsində iştirak etmədiyini, pulu yay aylarında götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində Təqsirləndirilən şəxs1 onun qonşusu olduğunu, Elvinin isə qardaşının dostu olduğunu, törədilmiş cinayət hadisəsinin təfərrüatlarından məlumatının olmadığını, Elvinin tikinti işi ilə məşğul olduğunu, lakin Elvinin harasa ev tikməsindən xəbərinin olmadığını, Füzulinin də ət dükanı olduğunu bildirmişdir. Şahid14 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 20 ilə yaxındır ki tanıdığını, onun ev alqı-satqısı ilə məşğul olmasından məlumatının olmadığını, Elvinin Füzulidən şikayət etməsinin səbəbini bilmədiyini bildirir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Elvinin danışığını, 50 min manat pulun verilməsini eşitdiyini, lakin danışıqda iştirak etmədiyini bildirmişdir. Şahid14 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 uzun zamandır ki, tanıyır. Şahid1 "xxxx" MMC-də satış müdiri işləyir, hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 da uzun zamandır ki, tanıyır, sonuncu ilə münasibətləri normaldır. Təqsirləndirilən şəxs1, onun yaşadığı Xırdalan şəhərində ət mağazası vardır, bundan başqa ev alqı-satqısı ilə də məşğul olur. 2021-ci ilin iyul-avqust aylarında Şahid1 və Təqsirləndirilən şəxs1la təsadüfi görüşləri zamanı hər ikisinin arasında bina tikintisinə icazə alınması və pul məsələsi ilə bağlı problem olduğunu öyrənmişdir. Belə ki, Şahid1 ona dediklərindən sonra məlum olmuşdur ki, Şahid1, 2020-ci ilin sonlarında atası Şahid2la birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində bina tikmək qərarına gəldikləri üçün Mehdiabad qəsəbəsində torpaq sahəsi almış, daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bina tikitisinə icazə sənədi almaq üçün həmin Komitənin vəzifəli şəxsləri ilə əlaqəsi olan Təqsirləndirilən şəxs1la tanış olmuşdur, Təqsirləndirilən şəxs1 də öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikiləcək binaya icazə ala bilməsinə söz verərək Şahid1 50.000 manat pul almışdır, bir müddət sonra Təqsirləndirilən şəxs1 Şahid1, “Whatsapp” proqramı vasitəsilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti aparılmasına icazə verən Şəhadətnaməsinin şəklini göndərmişdir. Şahid1 da bina tikintisi üçün aldığı Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikintiyə başlayarkən qazma-tikinti işləri Abşeron RİH-nin əməkdaşları tərəfindən 2 dəfə icazəsiz olduğu üçün dayandırılmışdır. Daha sonra Şahid1, Təqsirləndirilən şəxs1 onu aldatdığını başa düşdüyü üçün pulunu tələb etmiş, Təqsirləndirilən şəxs1 da onun 50.000 manat pulunu qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs1, Şahid1 torpağında aparılmış qazıntı işləri ilə bağlı sonuncuya dəymiş təxminən 50.000 manat ziyanı ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 dostları Fərəc və Nurlan adlı şəxslər Şahid1 15.000 manata qədər ziyan pulu qaytarmaq istəslər də sonuncu, buna razılaşmamışdır. O, həmin proseslərdə şəxsən iştirak etmədiyini, Nurlan və Fərəci də tanımadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 da Şahid1 bina tikintisinə icazə sənədlərinin müvafiq qurumlardan toplanması üçün 50.000 manat pul alıb tanışı Fərəc vasitəsi ilə Təqsirləndirilən şəxs3 adlı şəxsə verdiyini, işlər alınmadığı üçün Şahid1 50.000 manat pulunu qaytardıqlarını, lakin Şahid1 ona torpaq sahəsində qazma işləri zamanı dəymiş ziyana görə çox pul, yəni təxminən 50.000 manata yaxın pul istədiyini ona danışmışdır. Bundan sonra o, həm Təqsirləndirilən şəxs1, həm də Şahid1la danışaraq bir qərara gəlib razılaşmalarını dost-tanışları kimi xahiş etmişdir. Lakin, həmin vaxt artıq Şahid1, Təqsirləndirilən şəxs1 barəsində DİN-nin BMCMİ-yə şikayət etmişdir. Təqsirləndirilən şəxs1 da ziyana görə pul qaytarmaq üçün vaxt istəmşdir, lakin, Şahid1 buna razılaşmadığına görə bir razılığa gələ biməmişlər. Bundan sonra o, Elvin və Füzuliyə bir daha söz deməmiş, məsələni də öz aralarında həll etmələrini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində tikinti işlərinə icazə almaq üçün Elvinin pul verdiyini, sonra həmin pulun Təqsirləndirilən şəxs2 komitədə tanışı olduğu üçün ona verildiyini, 1-2 ay keçəndən sonra iş düzəlmədiyi üçün pulun geri qaytarıldığını göstərmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 5-10 ildir ki tanıdığını, Elvin ilə Füzuli arasında olan söhbətlərdə iştirak etdiyini, Elvinin Füzuliyə ev tikmək istədiyini, evin sənədləşməsi üçün ona kömk etməsini xahiş etdiyini, Elvinin Füzuliyə 50 min manat verdiyini, Füzulinin də sənədləşmə üçün Fərəclə əlaqə saxladığını, pulun alınmasında iştirak etdiyini, Füzulinin pulu sənədləri ilə birlikdə Fərəcə verdiyini bildirmişdir. Həmçinin Fərəcin sənədləşmə işi ilə məşğul olan dostunun şirkəti olduğunu, məsələni 1-2 aya həll edəcəklərini, Füzulinin Təqsirləndirilən şəxs3la əlaqə saxlamasını bilmədiyini bildirmişdir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq pulun aprel ayının əvvəllərində geri qaytarıldığını, pulun qaytarılması ilə bağlı telefonla fotoşəkil çəkdiyini, 50 min manat pulun qaytarıldığını, pulu göndərdikdən sonra zəng edib Elvinin pulu götürdüyünü dəqiqləşdirdiklərini demişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 barəsində Təqsirləndirilən şəxs1 eşitmişdir. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, belə ki, dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 ət mağazası vardır, o cümlədən ev alqı-satqı işləri ilə də məşğul olur. Tez-tez Təqsirləndirilən şəxs1 yanında olaraq işlərində bir dost kimi köməklik edir. Qeyd etmişdir ki, Şahid1 2020-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində hündürmərtəbəli bina tikinti işi aparılması üçün müvafiq dövlət qurumlarından sənədlərin yığılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsində köməklik etməsini xahiş etmişdir. Füzuli də həmçinin Şahid1 kömək etmələri üçün tikinti sahəsindən məlumatları olan dost-tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la əlaqə saxlamışdır. Həmin şəxslər də tikinti sahəsində sənədlərin topanmasına kömək edə biləcəklərini bildirərək Füzulidən Elvinə sənədləri hazırlaması və 50.000 manat pul gətirməsini deməsini tapşırmışlar. Təqsirləndirilən şəxs1 da bundan sonra 2021-ci ilin yanvar ayının təxminən əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən ofisində Şahid1la görüşərək torpağa dair lazım olan sənədləri və 50.000 manat pulu almış, daha sonra pulu və sənədləri Təqsirləndirilən şəxs2 çatdırmışdır. O, sənədlərin və 50.000 manat pulun alınmasında təsadüfən iştirak etmişdir, həmin vaxt bunun şahidi olmuşdur. Şahid1 görüşdə tək olmuşdur. Həmin vaxt onu maraqlandırmadığı üçün aparılan söhbətlər konkret olaraq yadında deyildir. Daha sonra isə Füzulidən eşitdiyinə görə sonuncu, pulu və sənədləri Təqsirləndirilən şəxs2 vermişdir. O, bu proseslərdə iştirak etmədiyini, Füzulidən eşitdiklərinə görə Şahid1 tikinti işinin alınmasında kömək edilə bilmədiyi üçün Elvin Füzulidən 50.000 manat pulunu geri tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 da 02 aprel 2021-ci il tarixdə ofisində 50.000 manat pulu və torpağa aid sənədləri Elvinin qardaşı Nazim adlı şəxsə və sürücüsü Şıxəli adlı şəxsə onun və Füzulinin əmisi oğlu Şahid13 yanında qaytarmışdır. Nazim və Şıxəli pulu sayaraq götürüb getmişlər. O da Füzulinin xahişi ilə həmin hadisənin fotosunu özünə məxsus “Samsung” markalı telefonla çəkmişdir. O, mobil telefonunda həmin şəkillər və şəkilin çəkilmə tarixi barədə məlumatları istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində proses tərəflərindən heç kimi tanımadığını, topoqraf mühəndisi olduğunu, hansısa memarın zəng edib əraziyə baxış keçirlməsini xahiş etdikdə əraziyə gedərək baxış keçirdiyini, bildirmişdir. Ona tanımadığı nömrədən zəng gəlmiş, Mehdiabadda bir ərazini ölçmək laızm olduğu deyilmiş, o, da deyilən əraziyə gedərək ölçü aparmışdır. Dövlət ittihamçısının suallarına cavab verərək ona zəng edənin kim olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs1 ona zəng etmədiyini, təqsirləndirilən şəxslərin heç birini tanımadığını, ərazidə tərtib etdiyi xəritəni ona zəng edən adama elektron qaydada göndərdiyini, gördüyü işə görə ona 200 manat pul verildiyini, pulu onu qarşılayan iki nəfər şəxsin verdiyini, onu qarşılayan şəxslərin adlarını bilmədiyini, Şahid1 da tanımadığını bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq tərtib etdiyim xəritənin üzərində onun rəsmiliyinə dair möhür və s olmadığını, tələb olunduğu halda lisenziyaya uyğun olaraq möhürlü və digər rəsmiliyə uyğun tərtib edərək tələb edən şəxsə verildiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (Aerogeodeziya Müəssisəsi), 2019-cu ildən isə "xxxx" MMC-də topoqraf kimi çalışır. Həmin MMC-də sifarişlər, müqavilələr əsasında xəritələrin çəkilməsi ilə məşğuldur. Qeyd etmişdir ki, uzun illər bu sahədə çalışdığı üçün həm fiziki şəxslər, həm də hüquqi şəxslər ona xəritələrin çəkilməsi üçün müraciət edirlər. Təxminən 2021-ci ilin yanvar ayının əvvəlində sonradan tanıdığı Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ********** saylı nömrəyə zəng edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin topoqrafiq xəritəsinin çəkilməli olduğunu bildirərək bu işi görməsini xahiş etməklə ünvanı ona başa salmış və həmin ərazidə onu qarşılayacaqlarını bildirmişdir. O da öz növbəsində Abşeron rayonu, Mehdiabad qsəbəsində yerləşən həmin əraziyə getmişdir. Ərazidə onu, sonradan adını eşitdiyi Şahid1 sürücüsü Şahid11 adlı şəxs qarşılayıb xəritə çəkilən əraziyə aparmış, o da öz növbəsində Şahid2 məxsus torpaq sahəsinin cizgilərini götürüb təxminən 2-3 saat orada işləmişdir. Sonra isə sürücü Şahid11 ona, zəhmət haqqı kimi 200 manat pul vermiş, o da çıxıb getmişdir. Sonrakı 1 ya 2 gün ərzində xəritəni hazır edərək Təqsirləndirilən şəxs1, tanımadığı bir taksi ilə ona əvvəlcədən demiş olduğu ünvana göndərmişdir. Bununla da məsələ bitmişdir. Bundan başqa o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç vaxt Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləməmiş, orada işləyən hər hansı şəxsi də tanımır. Təqsirləndirilən şəxs1 ona, 2021-ci ilin yanvar ayından sonra bir dəfə də müraciət edərək xəritə çəkməyi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 çağırışı ilə dəqiq xatırlamadığı tarixdə Xırdalan şəhərinə gedərək orada dəqiq xatırlamadığı ərazinin topoqrafiq xəritəsini çəkib hazırlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1la hər hansı bir yaxın münasibəti olmamışdır. O, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində topoqraf kimi tanındığını, Təqsirləndirilən şəxs1 da yəqin ki onun barəsində eşidərək ona müraciət etdiyini qeyd edərək eləcə də Təqsirləndirilən şəxs1 Şahid1la aralarındakı münasibətləri barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 və İlqarla birlikdə olan vaxt hanısa sənədin düzəldilməsindən söhbət getmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la əlaqə saxlamış, sonra Elvinin ofisə gəlmiş, Elvinin verdiyi pul ofisə gələn iki nəfər şəxsə qaytarılmış, sonra Elvinlə əlaqə saxladıqda o, pulu aldığını demişdir. Dövlət ittihamçısının suallarına Şahid13 Şahid1 Təqsirləndirilən şəxs1 tikinti sənədi düzəltmək üçün ona müraciət etdiyini, tikinti sənədi düzəltmək üçün Füzuliyə 50 min manat pul verildiyini, Elvin Kaızmovun sənədlərinin düzəldilməsi üçün Füzulinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la əlaqəsi olmasından xəbərinin olmadığını, Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 istədiyini bildirir. Şahid13 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 şəxsən tanımır, Təqsirləndirilən şəxs1 isə onun əmisi oğludur. Təqsirləndirilən şəxs1 ət mağazası vardır, o cümlədən ev alqı-satqı işləri ilə də məşğul olur. O, qeyd etmişdir ki, Şahid1 2020-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində hündürmərtəbəli bina tikinti işi aparılması üçün müvafiq dövlət qurumlarından sənədlərin yığılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsində köməklik etməsini xahiş etmişdir. Füzuli də həmçinin Şahid1 kömək etmələri üçün tikinti sahəsindən məlumatları olan dost-tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la əlaqə saxlamışdır. Həmin şəxslər də tikinti sahəsində sənədlərin topanmasına kömək edə biləcəklərini bildirərək Füzulidən, Elvinə sənədləri hazırlaması və 50.000 manat pul gətirməsini deməsini tapşırmışlar. Təqsirləndirilən şəxs1 da bundan sonra 2021-ci ilin yanvar ayının təxminən əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən ofisində Şahid1la görüşərək torpağa dair lazım olan sənədləri və 50.000 manat pulu almış, daha sonra pulu və sənədləri Təqsirləndirilən şəxs2 çatdırmışdır. O, həmin proseslərdə özü iştirak etməsə də bu barədə ona Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Daha sonra Şahid1, tikinti işinin alınmasında kömək edilə bilmədiyi üçün Təqsirləndirilən şəxs1 50.000 manat pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs1 da 02 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində yerləşən ofisində 50.000 manat pulu və torpağa aid sənədləri Elvinin qardaşı Nazim adlı şəxsə və sürücüsü Şıxəli adlı şəxsə onun yanında qaytarmışdır. Nazim və Şıxəli pulu sayaraq götürüb getmişlər. İlqar da Füzulinin xahişi ilə həmin hadisəni fotosunu özünə məxsus “Samsung” markalı telefonu ilə çəkmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görməmiş, onlarla hər hansı bir əlaqəsi də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində ərazidə gəzərkən tikinti işi getdiyini görüb ora yaxınlaşdığını, Şahid1 onu qarşıladığını, ondan tikintiyə icazə sənədinin olub-olmadığını soruşanda telefonda ona şəkil göstərdiyini, onaə həmin sənədin düzgün olmadığını, tikinti aparmasına icazə verilmədiyi üçün tikintini dayandırmağını xahiş etdiyini göstərmişdir. Həmin sənədlərlə bağl memarlıq şöbəsinə zəng vurmuş, Eıvin Kazımovu sənədləşmə işi ilə bağlı təlimatlandırmışdır. Sonra təkrar əraziyə getmiş, orada qazıntı işi getdiyini, lakin həmin vaxt Elvin Kazmovun orada olmadığını bildirmişdir. Dövlət ittihamçısının suallarına Şahid9 Şahid1 ona telefoda olan sənədi təqdim etdiyini, Təqsirləndirilən şəxs1 tanımadığını, binanın tikintisi üçün Şahid1 icra hakimiyyətindən sənəd alıb şəhərsalma komitəsinə göndərilməli olduğunu, Şahid1 sənədin tam olmadığını dediyini, Şahid1 ona hazır sənədlərin icra hakimiyyətində olduğunu dediyini bildirir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq Şahid1 səndələrlə bağlı kənara çəkilib telefonla danışdığını, onun nə danışdığını bilmədiyini, Şahid1 sənədləri düzəldən şəxsin icra hakimiyyətinin qabağında olduğunu, Şahid1 onun yanında Füzuli ilə danışmadığını və həmin vaxt Füzulinin icra hakimiyyətindı olduğunu demədiyini bildirdi. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq korrupsiya idarəsinə gedənə qədər Füzulinin tanıdığı biri olduğunu bilmədiyini, Elvin ona icazə sənədinin surətini telefonda göstərdiyini, sənədi düzəldən adamların icra hakimiyyətində olduğunu, icra hakimiyyətinə memarlıq şöbəsinə zəng vurduğunu, memarlıq şöbəsində olan qadın icazə sənədinin olmadığını dediyini, ona göstərilən sənədin əhəmiyyət kəsb etmədiyini və ev tikintisi ilə məşğul olan bir nəfər Füzuli adlı şəxsi tanıdığını bildirdi. Şahid9 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-2016-cı illərdə Abşeron rayon İcra Hakimiyyətinin Xırdalan şəhər MİS-nin rəisi, 2016-2020-ci illərdə Abşeron RİH-nin Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, 2020-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi Abşeron RİH-nin Mehdiabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2021-ci ilin may ayından isə Abşeron RİH-nin Digah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. O, Şahid1 əvəllər tanımasa da Təqsirləndirilən şəxs1 təxminən 15 ilə yaxındır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1, Xırdalan şəhərində qəssablıq etməklə yanaşı ev tikitisi və satışı ilə məşğul olur. Əvvəllər bir mərtəbəli evlər tiksə də sonradan apartman tipli evlər tikib satmışdır. Təxminən 2021-ci ilin mart ayının əvvəlində o, nümayəndəsi olduğu Mehdiabad İnzibati ərazi dairəsinin ərazisində qazıntı işlərinin aparılması barədə məlumat alıb həmin əraziyə yaxınlaşmışdır və qazıntını aparan sonradan anket məlumatları ona məlum olan Şahid1 ilə söhbət zamanı sonuncunun, həmin ərazidə hündürmərtəbəli bina inşa etmək fikrinin olduğunu müəyyən etmişdir. Həmin vaxt Şahid1 yanında 2 ya 3 nəfər tanışı olmuşdur. Həmçinin, ərazidə ağır texnikalar (ekskvator və çoxsaylı yük maşınları) da olmuşdir. O, Şahid1 tikinti aparılması üçün müvafiq icazə sənədlərinin olub-olmadığını soruşarkən sonuncu, mobil telefonunda olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən imzalanan “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” Şəhadətnamənin fotoşəklini ona göstərmişdir. O, Şahid1 həmin sənədin əslinin harada olmasını soruşarkən sonuncu, yaxın müddətdə həmin sənədin əslinin ona veriləcəyini bildirmişdir. Qeyd edilən sənədin əslinin olmaması şübhə doğurduğu üçün o, həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə xatırlamadığı iş nömrəsinə zəng vurub hazırda xatırlamadığı bir əməkdaşla qeyd edilən tikinti ilə bağlı Abşeron RİH-nə müraciət olub-olmamasını dəqiqləşdirməyini xahiş etmişdir. Biraz sonra ona, Abşeron RİH-də belə bir müraciət olmadığı bildirilmişdir. O, bildirmişdir ki, tikinti ilə bağlı prosedur qaydalara uyğun olaraq hündürmərtəbəli bina inşa edilməsi üçün ilk növbədə binanın eskiz lahiyyəsi hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməli, daha sonra FHNdən və tikintinin aparılacağı ərazinin İcra hakimiyyətindən müvafiq razılıq sənədi alınaraq DŞAK-nə təqdim edilməlidir və yekun olaraq DŞAK-dan “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” Şəhadətnamə alınmalıdır. Bundan sonra isə rayon icra hakimiyyətinin başçısı tikinti aparılması üçün müvafiq sərəncam verməlidir. O, Şahid1 bu prosedur qaydalara əməl etmədən tikinti aparılmasının qanunsuz olduğunu bildirib izah etməklə tikinti-qazma işini dayandırmasını məsləhət görmüşdür. O, prosedur qaydanı Şahid1 izah etdikdən sonra sonuncudan bu sənədi hardan əldə etdiyini soruşarkən o, həmin sənədi Təqsirləndirilən şəxs1 adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. O, uzun illər Xırdalan şəhər MİS-nin rəisi olduğu üçün Təqsirləndirilən şəxs1 tanımışdır. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs1 zəng vurub onun tikinti ilə bağlı izah etdiyi prosedur qaydanı Təqsirləndirilən şəxs1 bildirmişdir. Şahid1la Təqsirləndirilən şəxs1 telefon danışığından ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin vaxt Abşeron RİH-dədir və tez bir zamanda Abşeron RİH-dən zəruri razılığı əldə edəcəyini bildirmişdir. Bundan sonra Şahid1 qazıntını dayandırmaq qərarına gəlmişdir. Təxminən 2021-ci ilin mart ayının ortalarında o, həmin ərazidə yenidən texnikanın cəmləşib işlədiyini eşidib ora getmiş və Şahid1la yenə görüşərək tikinti ilə əlaqədar sənədlərin hələ də nizama salınmadığını müəyyən etmişdir. Sənədlər hazır olmadığı üçün onun tələbi ilə Şahid1 işi dayandırmaq məcburiyyətində qalmışdır. Təxminən 2021-ci ilin may ayında onun xidməti ərazisi dəyişdirildiyi üçün sonradan baş verən hadisələrdən məlumatı olmamışdır. Daha sonra o, verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid1 Mehdiabad qəsəbəsində aparılacaq tikinti ilə bağlı DŞAK-dan razılıq sənədi alması üçün ümumilkdə 140.000 manat tələb etməklə ilkin olaraq 50.000 manat pul alması barədə məlumatsız olsa da həmin vaxt tikinti gedən əraziyə gələrək Şahid1 sənədlərinin olub-olmadığını soruşduqda, Şahid1 Təqsirləndirilən şəxs1 "whatsapp" vasitəsilə göndərdiyi DŞAK Şəhadətnaməsinin şəklini telefonunda ona göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində həm Təqsirləndirilən şəxs1, həm də Şahid1 yaxından tanıdığını, Füzuli ilə rastlaşan zaman Füzulinin ona tikinti işi ilə bağlı kiməsə sənədləşmədə kömək lazım olsa ona yönlətməsini demişdir. Bir gün Elvin ona zəng edib tikintinin sənədləşməsinə kömək edə biləcək kimisə tanıyıb tanımadığımı soruşmuş, Bu barədə Füzulidən soruşduqda Füzuli kömək edə biləcəyini demişdir. Şahid5 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 2 ildir ki tanıdığını, onun ət mağazası olduğunu, həmçinin ev alqı-satqısı ilə məşğul olduğunu, söhbət əsnasında Füzuli tikintiyə icazə alınması ilə bağlı tanışları olduğunu dediyini eşitiyini, Şahid1 uzun müddətdir ki tanıdığını, Elvin ona Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmək istədiyini, Füzuli ilə danışıb onları əlaqələndirdiyini, Füzuli bir dəfə ona zəng edib Elvinin telefona cavab vermədiyini, ona 50 min manat pul verməli olduğunu deyini bildirmişdir. Təxminən 1-2 ay sonra isə Füzuli ona sənədləşmə işini həll edə bilməyib, ona görə də pulunu geri qaytarmaq istədiyini demişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-2018-ci illərdə Şahid1 ilə birlikdə tikinti sahəsində işləmiş, həmin vaxtdan aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs1 Məmmədov Rövşən oğlunu isə təxminən 2 ilə yaxındır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinin yaxınlığında ət mağazası vardır. O cümlədən, Təqsirləndirilən şəxs1 özü də bina tikintisi, evlərin alqı-satqısı ilə məşğul olur və Xırdalan şəhərində inşa etdirdiyi binanın 1-ci mərtəbəsində ofisi vardır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə onun yaxın münasibəti təxminən 2020-ci ilin yay aylarında yaranmışdır. Belə ki, o, Nəsimi rayonu, 4-cü mkr ərazisində yerləşən 32 saylı Notariat Kontorunda olarkən Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Təqsirləndirilən şəxs1 da qiyabi olaraq onun "xxxx" MTK-da satış müdiri vəzifəsində işlədiyini bilirdi. Söhbət zamanı o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bina tikitisinə icazə almağın çətinləşdirildiyini bildirərkən Təqsirləndirilən şəxs1 ona həmin Komitədə vəzifədə işləyən tanışlarının olduğunu və kimsəyə lazım olarsa ona məlumat verməyini bildirmişdir. Təxminən, 2020-ci ilin dekabr ayında onun ********** saylı mobil nömrəsinə zəng vuran dostu Şahid1, bir qədər ümumi söhbət etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina tikmək istədiyini bildirməklə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tanışının olubolmadığını soruşarkən o, Təqsirləndirilən şəxs1 adlı şəxsin həmin Komitədə tanışının olduğunu bildirib Təqsirləndirilən şəxs1 ona söylədikləri barədə Şahid1 məlumat vermişdir. Şahid1 ona, tikmək istədiyi bina barədə məlumat verib Təqsirləndirilən şəxs1 maraqlanmağını xahiş etmişdir. O, həmin dəqiqə Təqsirləndirilən şəxs1 zəng vurub hal-əhval tutduqdan sonra Şahid1 ona bildiriklərini Təqsirləndirilən şəxs1 bildirmişdir. Təqsirləndirilən şəxs1 söhbət əsnasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən hündürmərtəbəli bina üçün icazənin alınması üçün Komitənin rəhbərliyinə 100.000 manat civarında pul verilməli olunduğunu bildirmişdir. O, yenidən Şahid1 zəng vurub bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs1 ********** saylı mobil nömrəsini Şahid1 verərək özlərinin əlaqə saxlamalarını bildirmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəlində onun mobil nömrəsinə ********** saylı mobil nömrədən zəng vuran Təqsirləndirilən şəxs1, Şahid1 təcili axtardığını, belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə danışdığını və Şahid1 dediyi işlə əlaqədar ora 50.000 manat verməli olduğunu, lakin Elvinin telefonlara cavab vermədiyini bildirmişdir. Bundan sonra o, Şahid1 ********** saylı mobil nömrəsinə zəng vurub Təqsirləndirilən şəxs1 bildiriklərini ona demiş və Şahid1 bir qədər sonra Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayacağını bildirmişdir. Həmin günü axşam saatlarında o, Şahid1la əlaqə saxlayıb işi barədə maraqlanarkən Şahid1 əlində 50.000 manat pul olmadığı üçün həmin pulu bankdan götürəcəyini və həftə sonu olduğu üçün birinci və ya ikinci gün 50. 000 manat pulu Təqsirləndirilən şəxs1 çatdıracağını bildirmişdir. Təxminən 2-3 gün sonra o, Şahid1la telefon əlaqəsi saxlayarkən sonuncu, ilkin olaraq 50.000 manatı və torpağa aid sənədləri Təqsirləndirilən şəxs1 sonuncunun Xırdalan şəhərində yerləşən ofisində verdiyini və Təqsirləndirilən şəxs1 ona Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sənədlərin 1 ay müddətində hazır olacağını, sənəd hazır olduqdan sonra qalan 90.000 manat pulu da alacağını, lakin tikintiyə 1 həftə sonra başlamasını bildirdiyini qeyd etmişdir. Müəyyən müddət keçdikdən sonra Şahid1 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 tikitiyə başlama müddəti ilə bağlı verdiyi vədinə əməl etmədiyini və vaxtı uzatdığı barədə gileyləndiyi üçün o da Təqsirləndirilən şəxs1 bu barədə hər dəfə bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sənədləşmə ilə bağlı gecikmənin olduğunu və hər dəfə Şahid1 tezliklə tikitiyə başlayacağını demişdir. Təxminən 2021-ci ilin mart ayının əvvəlində Şahid1 onun mobil telefonuna zəng vuraraq 3-4 gün öncə Təqsirləndirilən şəxs1 sözü ilə Mehdiabad qəsəbəsində hündürmərtəbəli binanın inşası üçün ağır texnika cəlb edib bünövrə qazmağa başladığını, lakin Mehdiabad icra Nümayəndəsinin tikitini dayandırdığını, Təqsirləndirilən şəxs1 isə zənglərə cavab vermədiyini bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs1 zəng vurub baş verənlərlə bağlı maraqlanarkən Təqsirləndirilən şəxs1, Şahid1 onunla əlaqə saxladığını, baş verənlərdən xəbərdar olduğunu, “yuxarılarla” əlaqə saxlayıb onlardan cavab gözlədiyini və Şahid1 özünün məlumat verəcəyini bildirmişdir. O da öz növbəsində Şahid1 Təqsirləndirilən şəxs1 dediklərini demişdir. Ümumiyyətlə, Şahid1 danışdıqlarından ona məlum olmuşdur ki, Şahid1 aldığı torpaq ərazisinə ağır texnikaları cəlb edərək 2 dəfə (2021-ci ilin fevral ayının sonları və 2021-ci ilin mart ayının ortalarında) qazıntı-tikinti işlərinə başlamış, lakin hər iki halda tikinti gedən əraziyə gələn Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Şahid9 tikinti aparılması üçün sənədlərin olmadığı üçün işləri dayandırmağı tələb etmişdir. 2021-ci ilin təxminən yay aylarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Şahid1 onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət verdiyini, düzgün hərəkət etmədiyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sənədin hazırlanmasının demək olar ki, yekunlaşdığını, lakin Şahid1 səbirsizlik göstərdiyini bildirərək, Şahid1 ərizəsini geri götürməsini xahiş etməyini ona bildirmişdir. O da öz növbəsində Şahid1 zəng vurub Təqsirləndirilən şəxs1 ona dediklərini sonuncuya bildirərkən, Şahid1, Təqsirləndirilən şəxs1 onu konkret olaraq aldatdığını, belə ki, 50.000 manat pulunu alıb ona “Whatsapp” vasitəsilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saxta sənədinin şəklini göndərib arxayın saldığını, 2 dəfə tikintiyə başlasa da tikintinin dayandırldığını, Təqsirləndirilən şəxs1 isə hər dəfə müxtəlif bəhanələr gətirdiyini, hətta Təqsirləndirilən şəxs1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri kimi təqdim etdiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri də bu işə cəlb etdiyini, Təqsirləndirilən şəxs1 daha inanmadığını və pulunu geri istədiyini bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs1 danışan zaman sonuncu ona demişdir ki, barəsində şikayət etməmişdən əvvəl Şahid1 aldığı 50.000 manat pulu 33.000 manat bir, 17.000 manat bir olmaqla, cəmi 2 dəfəyə tam olaraq qaytarmışdır. İndi də Şahid1, ona vurulmuş ziyanın pulunu, yəni 50.000 manata yaxın pulunu istəyir. Bundan bir müddət sonra təxminən 2021-ci ilin avqust ayının sonu, sentyabr ayının əvvəli Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Şahid1 şikayətləri kəsmədiyini, Şahid1 cəmi ziyan qarşılığında 15.000 manat pul verə biləcəyini və Şahid1 bu məbləğə razılaşaraq şikayətləri saxlamasını xahiş etməyini bildirmişdir. O da öz növbəsində Şahid1la bu barədə danışsa da sonuncu, buna razılaşmamış, ona qaytarılan 50.000 manat pulun ona dəymiş maddi ziyan olduğunu, lakin Təqsirləndirilən şəxs1 verdiyi 50.000 manat pulunu tam istədiyini demişdir. O, ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görmədiyini, onlarla nə vaxtsa danışmadığını, bu danışıq proseslərində konkret olaraq iştirak etmədiyini, eləcə də Şahid1 tikinti aparacaq torpaq sahəsini, eləcə də həmin torpaq sahəsi üçün ona verilmiş şəhadətnaməni də görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bir dəfə gedib pul götürdüyünü, bir dəfə də Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb ona sənəd verdiyini bildirmişdir. Dövlət ittihamçısının suallarına şahid X10 aldığı pulun məbləğini xatırlamadığını bildirmişdir. Müdafiə tərəfinin suallarına şahid X2 Məmmədovla şəxsən bir dəfə görüşdüyünü, görüşəndə ona sənəd verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 şəxsən pul götürmədiyini, onun ofisindəki əməkdaşdan götürdüyünü demişdir. Şahid X10 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun uşaqlıq dostudur, təxminən 7-8 ildir ki, Şahid1 yanında sürücü kimi çalışır, iş yükü çox olduğu üçün bəzən müxtəlif işlərin dalınca o gedir. Şahid1 hazırda "xxxx" MMC-də satış müdiri vəzifəsində çalışır. O, hündürmərtəbəli binaların tikintisi sahəsində təcrübəsi olduğu üçün təxminən 2020-ci ilin sonlarında, dekabr ayında atası Şahid2la birlikdə hündürmərtəbəli bina tikmək qərarına gəlmişdir. Bu məqsədlə Şahid1la atası Şahid2, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində bina tikintisi üçün 0,20 ha əlverişli torpaq sahəsi tapmışlar, lakin, hələ həmin torpağı almamışlar. Daha sonra Şahid1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bina tikitisinə icazə almaq üçün əlaqələr axtarmağa başlamışdır. Elvin əvvəllər "xxxx" MTK-da satış meneceri vəzifəsində işləyən dostu Şahid5 vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində bina tikitisi ilə məşğul olan Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. Şahid5 həmin vaxt Şahid1 demişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin yaxşı əlaqələri vardır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bina tikintisinə icazə almaqda kömək edə bilər. Daha sonra Elvin tikmək istədiyi binanın plan-lahiyyəsi barədə dostu Şahid5 məlumat verməklə Təqsirləndirilən şəxs1 zəruri sənədlər barədə məlumat almağını da xahiş etmişdir, Şahid5 da Təqsirləndirilən şəxs1la Şahid1 əlaqələndirmişdir. Daha sonra Şahid1, tanışı Şahid8la birlikdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq 2020-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki ofisində görüşmüş və razılaşmışlar. Belə ki, görüş zamanı Təqsirləndirilən şəxs1 hündürmərtəbəli binaların tikintisi ilə məşğul olduğunu, əyləşdiyi ofisin yerləşdiyi binanın da onun tərəfindən inşa edildiyini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən vəzifəli şəxslə tanış olduğu üçün tikdirdiyi binaların sənədləşməsində çətinlik çəkmədiyini bildirmişdir. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs1 Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina inşa etmək istədiyini, bunun üçün artıq torpaq sahəsi də tapdığını bildirmiş, lakin binanın tikintisi üçün DŞAK-dən icazə olmadığını və nə kimi köməklik göstərə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs1 heç bir problemin olmadığını, DŞAK-da vəzifəli şəxslə tanış olduğunu və bu məsələni həll edə biləcəyini demişdir. Lakin həmin vəzifəli tanışının ad soyadını, vəzifəsini deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 inşa etmək istədiyi binanın m2 barədə məlumat alarkən Şahid1 inşa edəcəyi binanın 6000 m2 olmasını nəzərdə tutduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 da mobil telefondan Təqsirləndirilən şəxs2 adlı şəxsə zəng vuraraq qiymətlər barədə söhbət etməyə başlamışdır. Söhbətdən sonra Təqsirləndirilən şəxs1, Şahid1 DŞAK-dan 6000 m2 binanın tikintisinə icazəsinin 140.000 manat, 5000 m2 binanın tikintisinə icazəsinin isə 120.000 manat olduğunu bildirmiş, Şahid1 də onunla 140.000 manat müqabilində 6000 m2 binanın tikintisinə icazə alınmasına razılaşmışdır. Təqsirləndirilən şəxs1, tikinti aparılacaq torpaq sahəsinə aid sənədləri hazırlamağını və həmin sənədlərlə birlikdə ilkin olaraq 50.000 manat pulun verilməsini, qalan pulun isə DŞAKın icazə sənədinin hazır olmasından sonra özünə veriləcəyini bildirmişdir. O, bütün bu söhbətlərdə konkret olaraq iştirak etməsə də, hadisələr gözünün qabağında baş vermişdir, Şahid1 ona, eləcə də öz ailə üzvlərinə bu barədə danışaraq məlumat vermişdir. Bundan sonra, Şahid1 məsələnin həll ediləcəyinə əmin olub, Mehdiabad qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsini 220.000 manata almış və həmin torpaq sahəsi atası Şahid2 adına rəsmiləşdirilmişdir. Daha sonra Şahid1 2.000 manata "xxxx" MMC-də inşa ediləcək binanın eskiz lahiyyəsini çəkdirmişdir. O, sürücü olaraq bir neçə dəfə Şahid1 tapşırığı ilə hazırda xatırlamadığı sənədləri həmin MMC-yə aparmışdır. Təxminən 2021-ci ilin yanvar ayının ilk günləri Təqsirləndirilən şəxs1, Şahid1 axtardığı üçün Şahid1 onunla birlikdə 05 yanvar 2021ci il tarixdə torpağa aid sənədləri, yəni binanın eskiz layihəsini, torpağa dair çıxarışı, VÖENni, atasının şəxsiyyət vəsiqəsinin sürətini və 50.000 manat pulu götürüb Təqsirləndirilən şəxs1 Xırdalan şəhərində yerləşən ofisinə getmiş, ofisdə Təqsirləndirilən şəxs1 ilə görüş zamanı torpağa aid qeyd edilən sənədləri və 50.000 manat pulu onun yanında Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 sənədləri və pulu qəbul edərək, DŞAK-dən sənədin 1 ay müddətində hazır olacağını, lakin 1 həftə sonra tikintiyə başlaya biləcəyini onlara bildirmişdir. Növbəti gün, yəni 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Şahid1la əlaqə saxladıqdan sonra Şahid1 ona, Şahin adlı şəxslə ********** saylı nömrəsi ilə əlaqə saxlamağını, həmin şəxsi tikinti aparılacaq ərazidə qarşılamağını tapşırmışdır. O da həmin günü Şahinlə telefon əlaqəsi saxlayaraq sonuncunu tikinti gedəcək ərazidə qarşılamışdır. Şahin də ərazinin şəklini çəkmiş, Şahid1 tapşırığı ilə o, sonuncuya 200 manat pul verib yola salmışdır. Bundan sonra isə Şahid1, aldığı torpaq ərazisinə ağır texnikaları cəlb edərək 2 dəfə (2021-ci ilin fevral ayının sonları və 2021-ci ilin mart ayının ortalarında) qazıntı-tikinti işlərinə başlamış, lakin hər iki halda tikinti gedən əraziyə gələn Abşeron RİH-nin Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Şahid9 tikinti aparılması üçün sənədlərin olmadığı üçün işləri dayandırmağı tələb etmişdir. Onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid1 işə başlamaq barədə dəfələrlə müraciətlərindən sonra 27 fevral 2021-ci il tarixdə Şahid1 telefonunun "whatsapp" proqramına atası Şahid2 adına olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən imzalanan N 002487 saylı, xx.xx.2021-ci il tarixli “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” Şəhadətnamənin fotoşəklini göndərmişdir. O, həmin şəkilə, yəni şəhadətnaməyə Şahid1 telefonunda baxmışdır. Əraziyə gələn Əli müəllimə də həmin sənəd göstərilən zaman sonuncu, Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxlamış, belə bir sənədin olmasından Abşeron RİH-nin məlumatsız olduğu məlum olmuş, ona görə də tikinti işi dayandırılmışdır. Bundan sonra Şahid1 dəfələrlə Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq işin gedişi ilə maraqlandıqda Təqsirləndirilən şəxs1 guya hazırda DŞAK-ın vəzifəli şəxsi olan Nurlan müəllimlə Abşeron RİH başçısının Şəhadətnaməni qısa zamanda təsdiqlədəcəklərini, narahat olmamağı bildirmişdir. O, bu söhbətlər zamanı Şahid1 yanında olaraq hadisələrin şahidi olmuşdur. Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirməklə vaxt almağa davam etmişdir. Təqsirləndirilən şəxs1 Şahid1 DŞAK-ın vəzifəli şəxsi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs3 adlı şəxs də Şahid1la 2021-ci ilin mart ayının ortalarında ilk dəfə əlaqə saxlamış, hətta Şahid1 ofisinə gələrək görüşmüşdür. Nurlan da ilk əvvəl Şəhadətnamənin Novruz bayramından sonra mütləq təsdiqlənəcəyini və bundan sonra tikintiyə davam edə biləcəyini bildirmiş, daha sonra isə 2021-ci ilin aprel ayında ofisdə görüş zamanı tikintiyə icazə üçün Şəhadətnamənin müəyyən səbəblərdən DŞAK-da ləğv edildiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bu işlərlə Təqsirləndirilən şəxs2 adlı şəxsin məşğul olacağını və işi tez bir zamanda həll edəcəyini demişdir. Şahid1 Fərəclə danışıqları zamanı Fərəc narahat olmamağı, işdən məlumatlı olduğunu və qısa zamanda sənədləri hazırladaraq verəcəyini bildirmişdir. Lakin Fərəc də müxtəlif bəhanələr gətirməklə 2021-ci ilin may ayına kimi vaxtı uzatmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 də eyni qaydada müxtəlif bəhanələrlə Şahid1 aldatmışdır. Bu neçə aylar ərzində ağır texnikalar ərazidə olmuş, hər gün üçün də pul məbləği yazılmışdır. Şahid1 danışdığı həmin şəxslər isə narahat olmamağı, yerdə qalan 90.000 manat pulu ödəyən zaman dəymiş ziyanı həmin puldan çıxacaqlarını demişlər. Şahid1 eşitdiyinə görə, xx.xx.2021-ci il tarixdə Fərəclə Nəsimi rayonu, Şamaxinka deyilən yerdə görüşləri zamanı Fərəc ondan Şəhadətnamənin Abşeron RİH tərəfindən təsdiqlənə bilməsi üçün əlavə 40.000 manat pul istəmiş, lakin Şahid1 buna razılaşmamışdır. Şahid1 artıq Təqsirləndirilən şəxs1 onu aldatdığına tam əmin olub sənədlərlə birlikdə verdiyi 50.000 manat pulunu və dəymiş maddi ziyanı (texnikaların pulu, torpağın korlanması və sair.) konkret olaraq tələb etməyə başlamışdır. Artıq Təqsirləndirilən şəxs1 pulu qaytarmaq üçün vaxt istəməyə başlamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ilə növbəti telefon danışıq zamanı Şahid1 sonuncuya texnika sahiblərinin Mehdiabad qəsəbəsində əsas yolu bağladıqlarını, pullarını tələb etdiklərini, məcbur qalıb şikayət edəcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs1 2021-ci ilin təxminən iyun ayının sonlarında Şahid1 bir dəfə 33.000 manat, bir dəfə də 17.000 manat olmaqla, cəmi 50.000 manat pulu dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə qaytarmışdır. Həm də bildirmişdir ki, sənədlərlə birlikdə aldığı 50.000 manat pulu yaxın bir neçə gün ərzində qaytaracaqdır. Həmin pulları Təqsirləndirilən şəxs1, Xırdalan şəhərində yerləşən ofisində ona və Şahid1 qardaşı Nazimə vermişdir. Şahid1 tapşırığı ilə o, Nazimlə birlikdə Təqsirləndirilən şəxs1 ofisinə gedərək pulu Təqsirləndirilən şəxs1dən almışdır. Təqsirləndirilən şəxs1 bundan sonra neçə gün keçsə də 50.000 manat pulu qaytarmamış, Şahid1 ürəyi istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. Daha sonra Füzuli qeyd etmişdir ki, 50.000 manat pulu sənədlərlə birlikdə Nurlana vermişdir, Nurlan özü tikintiyə icazə ilə bağlı sənədi hazılayacağını vəd etmişdir, habelə Şəhadətnamənin şəklini də telefonda Nurlan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 da öz növbəsində Şahid1 göndərmişdir. Şahid1 da bundan sonra təxminən 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs1 ona qarşı etdiyi qanunsuz əməlləri barədə DİN-in BMCMİ-nə şikayət vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 pulu qaytarmaq üçün vaxt istədiyinə görə Şahid1 araşdırma aparan polis əməkdaşına bu barədə məlumat vermiş, araşdırma dayandırılmışdır. Bir qədər sonra 2021-ci ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs1, Şahid5 vasitəsi ilə Şahid1 15.000 manat pul ödəyərək məsələni bağlamaq istəmiş, lakin Şahid1 buna razılaşmamışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs1 yenə də müxtəlif bəhanələr gətirmiş, bu günə kimi də pulu qaytarmamışdır. Ona görə də Şahid1 bu barədə 05 avqust 2021-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görməmiş, onlarla nə vaxtsa danışmamış, bu danışıq proseslərində konkret olaraq iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Füzuli adlı şəxsi bir dəfə gördüyünü, Elvinlə torpaq alqı-satqısı ilə bağlı danışdığını bildirmişdir. Elvin Füzuli ilə danışan zaman o maşında olmuşdur. Məhkəmə tərkibinin suallarına Şahid8 Füzuli ilə Elvinin danışığında iştirak etmədiyini həmin vaxt maşında olduğunu bildirmişdir. Füzuli Elvinə 50 min manat müqabilində torpaq sənədi düzəltməkdə köməklik etməli idi. Hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Şahid8 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış müdiri işləyən Şahid1 onun dostudur. Şahid1, hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur və o, Şahid1 bir dost kimi bu işlərdə kömək edir. Təxminən 2020-ci ilin sonlarında Şahid1, atası Şahid2la birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində bina tikmək qərarına gəldikləri üçün Mehdiabad qəsəbəsində torpaq sahəsi tapmışlar. Daha sonra o, Şahid1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bina tikitisinə icazə almaq üçün Təqsirləndirilən şəxs1 adlı şəxsi tapdığını və həmin şəxslə görüşə gedəcəyini eşitmişdir. Təxminən 2020-ci ilin dekabr ayının sonlarında Şahid1, Təqsirləndirilən şəxs1 ilə zəngləşərək sonuncu ilə görüşmək qərarına gəlmişdir. Şahid1, həmin görüşə onu da özü ilə aparmışdır. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 ilə Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki ofisində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 hündürmərtəbəli binaların tikintisi ilə məşğul olduğunu, əyləşdiyi ofisin yerləşdiyi binanın da onun tərəfindən inşa edildiyini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən vəzifəli şəxslə tanış olduğu üçün tikdirdiyi binaların sənədləşməsində çətinlik çəkmədiyini bildirmişdir. Söhbət zamanı Şahid1 Təqsirləndirilən şəxs1, Mehdiabad qəsəbəsində hündürmərtəbəli bina inşa etmək istədiyini, bunun üçün artıq torpaq sahəsi tapdığını, lakin binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazəsi olmadığını və ona nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 heç bir problemin olmadığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vəzifəli şəxslə tanış olduğunu və bu məsələni həll edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Şahid1 inşa etmək istədiyi binanın m2 barədə məlumat alarkən Şahid1 inşa edəcəyi binanın 6000 m2 olmasını nəzərdə tutduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 mobil telefondan Fərəc Qəhərmanov adlı şəxsə zəng vuraraq qiymətlər barədə söhbət etməyə başlamışdır. Söhbətdən sonra Təqsirləndirilən şəxs1, Şahid1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6000 m2 binanın tikintisinə icazənin 140.000 manat, 5000 m2 binanın tikintisinə icazənin isə 120.000 manat olduğunu bildirmişdir. Şahid1 orada 140.000 manat müqabilində 6000 m2 binanın tikintisinə icazə alınmasına razılaşmışdır. Təqsirləndirilən şəxs1 Şahid1 tikinti aparılacaq torpaq sahəsinə və tikinti aparılmasına aid sənədləri hazırlamağını və həmin sənədlərlə birlikdə ilkin olaraq 50.000 manat pulun ona verilməsini, qalan pulun isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sənədinin hazır olmasından sonra ona veriləcəyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmış və onlar Təqsirləndirilən şəxs1 ofisini tərk etmişlər. Bundan sonra Şahid1, Mehdiabad qəsəbəsində tikəcəyi binanın yerləşəcəyi 0,20 ha torpaq sahəsini alaraq və həmin torpaq sahəsini atası Şahid2 adına rəsmiləşdirmiş və "xxxx" MMC-də inşa ediləcək binanın eskiz lahiyyəsini çəkdirmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəlində Şahid1, sürücüsü Şahid11la Təqsirləndirilən şəxs1 ofisinə gedərək torpağa aid sənədləri və 50.000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş və Təqsirləndirilən şəxs1 Şahid1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sənədin 1 ay müddətində hazır olacağını, lakin 1 həftə sonra tikintiyə başlaya biləcəyini bildirmişdir. Görüşün sabahsı günü Təqsirləndirilən şəxs1 Şahid1 zəng vuraraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən nümayəndələrin gələrək ərazinin topoqrafiq görnüşünü çəkəcəklərini və onlara 200 manat verməsini bildirmiş və elə həmin gün əraziyə gələn şəxs ərazinin fotoşəklini çəkmişdir. O, göstərilən məlumatları Şahid1la görüş zamanı söhbətlərindən bilirmişdir. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 Şahid1 "whatsapp" proqramı vasitəsilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən imzalanan Şəhadətnamənin fotoşəklini göndərərək işə başlamağını bildirdiyi üçün Şahid1 çoxsaylı texnikaları tikinti aparılacaq sahəyə gətirərək inşa ediləcək binanın özülünü qazdırmağa başlamışdır. O, həmin işlərdə Şahid1 kömək etmiş və sonuncu Təqsirləndirilən şəxs1 "whatsapp" proqramı vasitəsilə göndərdiyi həmin Şəhadətnamənin şəklini ona göstərmişdir. 2-gün sonra tikintiyə gələn Abşeron RİH-nin Mehdiabad qəsəbəsi üzrə nümayəndəsi Şahid9, Şahid1 tikinti aparılması üçün sənədlərinin olub-olmadığını soruşarkən Şahid1 Təqsirləndirilən şəxs1 ona "whatsapp" proqamı vasitəsilə göndərdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhadətnaməsinin şəklini Şahid9 göstərmişdir. Həmin vaxtı o da Şahid1ın yanında olmuşdur. Əli müəllim isə öz növbəsində Abşeron RİH-nin Hüquq Şöbəsinin müdiri Rəşad adlı şəxslə əlaqə saxlayıb ondan maraqlanarkən Rəşad müəllim belə bir sənəddən Abşeron RİH-nin məlumatsız olduğunu bildirmişdir. Şahid1 dərhal Təqsirləndirilən şəxs1yə zəng vurub baş verənlər barədə ona bildirərkən Fizuli ona narahat olmamağı, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsi olan Nurlan müəllimlə birlikdə Abşeron RİH başçısının qəbul otağında olduqlarını və Şəhadətnaməni qısa zamanda təsdiqlədərək tikinti aparılan yerə gələcəklərini bildirmişdir. Bu danışıqdan bir neçə saat keçdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi yaratmağa çalışsa da sonuncu, zənglərə cavab verməmiş və onlar ofisə qayıtmışlar. Saat təxminən 16-17 radələrində Təqsirləndirilən şəxs1, Şahid1 zəng vuraraq Abşeron RİH başçısı İradə Gülməmmədovanın qəbulunda olduğu üçün telefona cavab verə bilmədiyini bildirib Şahid1 tikinti ərazisinə gəlməyini və Nurlan müəllimlə özünün də ora gələcəyini demişdir. O, Şahid1la birlikdə yenidən tikintiyə qayıdıb, orada olarkən Şahid1 Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamaq istəsə də sonuncu yenə də telefona cavab verməmiş və əraziyə gəlməmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs1 Şahid1 zəng vuraraq şəxsi problemləri ilə əlaqədar telefona cavab verə bilmədiyini, həmçinin Abşeron RİH başçısının qəbuluna düşə bilmədiyini bildirməklə Şahid1 bir neçə gün vaxt istəmişdir. Şahid1, mütəmadi olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlasa da sonuncu, hər dəfə vaxtı uzatmışdır. Təxminən 2021-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 Şahid1 zəng vuraraq işin Abşeron RİH başçısına tapşırıldığını, tezliklə Şəhadətnamənin təsdqilənəcəyini və sabahdan işə başlaya biləcəyini bildirmişdir. Bu səbəbdən Şahid1, yenidən texnikaları əraziyə cəlb edərək işə başlayarkən Mehdiabad qəsəbə icra nümayəndəsi Şahid9 yenidən əraziyə gəlib tikinti aparılması üçün heç bir icazə olmadığı üçün tikintini dayandırmağı tələb etmişdir. Şahid1 yenidən Təqsirləndirilən şəxs1 zəng vurub məlumat verərkən sonuncu, müxtəlif bəhanələr gətirib bir qədər sonra Nurlan müəllimin ona zəng vuracağını bildirmişdir. Bir qədər sonra Şahid1 mobil telefonuna zəng vuran özünü Nurlan kimi təqdim edən şəxs tikintini müvəqqəti saxlamağı, göndərilən Şəhadətnamənin Novruz bayramından sonra mütləq təsdiqlənəcəyini və bundan sonra tikintiyə davam edə biləcəyini bildirmişdir. Şahid1 yenə mütəmadi olaraq Təqsirləndirilən şəxs1 zəng vurub sonuncu ilə danışıqlar aparmışdır, həmin danışıqların bəzilərində o, Şahid1 yanında olduğu üçün eşitmişdir. Şahid1, Təqsirləndirilən şəxs1 işin aqibətini maraqlandıqca Təqsirləndirilən şəxs1 hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarına yaxın onun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs3, bir nəfər şəxslə Şahid1 ofisinə gəlmiş və söhbət zamanı Şəhadətnamənin müəyyən səbəblərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ləğv edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da telefon danışığında Təqsirləndirilən şəxs3 dediklərini təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 bu işlə bundan sonra Təqsirləndirilən şəxs2 adlı şəxsin məşğul olacağını və işi tez bir zamanda həll edəcəyini bildirib Fərəcin əlaqə nömrəsini Şahid1 vermişdir. Lakin Fərəc adlı şəxs də müxtəlif bəhanələr gətirməklə vaxt udmağa çalışmışdır. Hətta Fərəc adlı şəxs Şəhadətnmənin Abşeron RİH tərəfindən təsdiqlənə bilməsi üçün Şahid1 əlavə olaraq 40.000 manat tələb etsə də Şahid1 sonuncuya inanmayaraq pul verməmişdir. xx.xx.2021-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs1 ilə növbəti telefon danışığı zamanı sonuncuya, texnika sahiblərinin Mehdiabad qəsəbəsində əsas yolu bağladıqlarını, pullarını tələb etdiklərini, əgər belə davam edərsə məcbur qalıb şikayət edəcəyini də bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra 2021-ci ilin təxminən iyun ayının sonlarında Şahid1 bir dəfə 33.000 manat, bir dəfə də 17.000 manat olmaqla cəmi 50.000 manat pulu dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə qaytarmışdır. Daha sonra əsas pulun qaytarılmasına söz versə də Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamışdır. Hətta o özü də şəxsən Şahid1 mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs1 ilə danışıb pulu qaytarmasını bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayında Şahid1 Təqsirləndirilən şəxs1 əməlləri barədə DİN-in BMCMİ-nə şikayət vermiş, araşdırma dövründə Təqsirləndirilən şəxs1 müxtəlif şəxsləri Şahid1 üzərinə xahişə göndərərək pulu qaytarmaq üçün xx.xx.2021-ci il tarixə kimi vaxt istəmiş və Şahid1 da ona etiraz etməmişdir. Lakin Təqsirləndirilən şəxs1 yenə də sözünə əməl etməmiş və bu günə kimi Şahid1 aldığı 50.000 manat pulu qaytarmamışdır. Şahid12 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən aydın olur ki, o, Şahid1 verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD-RW disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən məlum olur ki, Təqsirləndirilən şəxs1 məxsus ********** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı, mütəmadi danışıqlar aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 məxsus ********** saylı mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məxsus ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021ci il tarixdən – xx.xx.2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-06239 nömrəli cavab məktubuna əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Şahid2 adına 6 mərtəbəli, zirzəmili, çoxmənzilli yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli, 002487 seriya nömrəli Şəhadətnamə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Şahid7 məxsus 2 mərtəbəli qeyri-yaşayış binasına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakmiyyətindən daxil olmuş xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Abşeron rayon, Mehdiabad qəsəbəsində vət. Şahid1 mülkiyyətində olan torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin aparılmasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Dövlətxan Dövlətxanov tərəfindən təsdiq edilməklə vətəndaşa ünvanlanmış “AZE № 002487” seriyalı Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnaməyə əsasən həmin şəhadətnamə xx.xx.2020-ci il tarixdə Şahid7 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində 00201026-3-2307-002487/0620 kodlu qeyriyaşayış binasının tikintisi ilə əlaqədar verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 fevral 2021-ci il tarixli, 002487 seriya nömrəli saxta şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Şahid2 adına olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində çoxmənzilli yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7№li qərarının 33-cü bəndində göstərilir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud mövqeyini rəhbər tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə tövsif edilməli, onlara verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4-cü maddələri ilə verilmiş ittiham çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə qeyd edir ki, qeyd edilən cinayət əməllərinin törədilməsindən qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçdiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən maddələr ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə onlara cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onlara qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 isə ödənilməmiş məhkumluqları yoxdur. Cəzanı yüngülləşdirən halları müəyyən edən Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən arayış və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 uşaqları X4 2011-ci il təvəllüdlü, X11 isə 2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Həmçinin məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən arayış və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 uşaqları X5 2007-ci il təvəllüdlü və X8 2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində həmçinin yetkinlik yaşına çatmamış uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən arayış və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2015-ci il təvəllüdlü X13 və X6 olması onun cəzasını yüngülləşdirən haldır. Həmçinin Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etdikdə onların törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan halların çoxluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 brəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış “Bakcell MMC”-dən daxil olmuş 1 ədəd DWD RW formatlı disk, Şahid1 istintaqa təqdim etdiyini saxta yolla düzəldilmiş 002487 seriya nömrəli Şəhadətnamənin surətinin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlak və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış “Bakcell MMC”-dən daxil olmuş 1 ədəd DWD RW formatlı disk, Şahid1 istintaqa təqdim etdiyini saxta yolla düzəldilmiş 002487 seriya nömrəli Şəhadətnamənin surətinin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-21/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-21/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver