Məhkəmə qərarları › İş №1(124)-21/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-21/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-21/2024 22.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu Mehdiabad qəsəbəsi H.Zərdabi küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi H.Zərdabi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədi ilə qonşuluqda yaşayan xx.xx.2014-cü il təvəllüdlü olmaqla, onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə bir əli ilə Zərərçəkmiş şəxs gözlərini bağlamaqla müqavimət göstərmək qabiliyyətinə malik olmadığına görə görməsini məhdudlaşdırıb, ona ağzını açmasını deyərək digər əli ilə öz cinsiyyət orqanını çıxarıb sonuncunun ağız boşluğuna daxil edib bir az saxladıqdan sonra çıxararaq yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, işdən evə gəlmiş, yoldaşının qardaşıgildə yas olduğu üçün ailə üzvlərini oraya yola salmış, özü isə evdə qalmışdır. Həyətində cücələri, balaca iti olmuşdur. Toyuqlar yerində olmadığı üçün çölə çıxıb gəzmiş, dükana girmiş, toyuqları soruşmuş, qonşular buralarda olduğunu bildirmişdirlər. O, evə qayıdıb cücələri yemləmiş, içəri keçib yeməyini yemişdir. Qapının döyüldüyünü eşitdiyi üçün çölə çıxmış, uşaqlar toyuqların qapılarının ağzında olduğunu bildirmişdirlər. O, toyuqları qovalayıb içəri salmalarını demiş, iki bacı İnci və Aysu toyuqları içəri salarkən onunla birlikdə həyətə daxil olmuşdur. Bacılar ardınca ondan itin yerini soruşmuş və iti oynatmağı xahiş etmişdirlər. Həmin vaxt iki bacının əlində də kolbasa çörək olmuşdur. İti oynatmaq üçün bacılara vermiş, özü də içəri keçmiş, cücələri yemləyib işlərini görmüşdür. Cücə damından çıxdıqdan sonra İncinin üzünün pis gündə-toz-torpaq olduğunu görmüşdür. İtlə oynayanda üzünü bulaşdırmışdır. O da sol qoluyla İncinin başını qaldırmış, sağ qoluyla üzünü silmişdir. Həmin vaxt bacısı yanında olmuş, qapı da açıq olmuşdur. Qapı açıq olduğu üçün çöl və qonşuların həyəti içəridən görsənmişdir. O, ittiham olunduğu əməli etmiş olsaydı, camaatın gözü qarşısında yox, arxada gizlin bir yerdə belə şey edəcəyini bildirmişdir. Uşaqlar getdikdən sonra üstündən təxminən yarım saat keçmiş, anaları gəlmiş və uşaqlarına nə etdiyini soruşmuş, o isə uşaqlarına heç nə etmədiyini demişdir. Qonşu “yox, uşaqarıma nəsə etmisən” demiş, o da israrla uşaqlarına qarşı hansısa pis hərəkət etmədiyini demişdir. Daha sonra İncigilin anası ona əri Ceyhunun gələcəyini demiş, bundan da bir neçə saat keçdikdən sonra artıq hava qaralmış, bu zaman evdə oturarkən qapı birdən döyülməyə, daha doğrusu təpiklənməyə başlanmışdır. Ceyhungil qapını sındırıb içəri keçmişdirlər. Ceyhungil uşağa nə etdiyini soruşmuş, o da uşaqlara heç nə etmədiyini qeyd etmişdir. Üç nəfər üstünə düşüb onu vurmağa başlamış, əvvəl çöldə, sonra da evin içərisində vurmuşdurlar. Onu döyəndən sonra çıxıb getmiş, hətta döymə zamanı Ceyhunun dostu ona bıçaqla xəsarət yetirmək istəmiş, ancaq buna imkan verməmişdirlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təqribən 2-3 ildir ki, Ceyhungillə qonşu olmuş, o, sonradan qaldıqları yerə gəlmiş, Ceyhungil orada daha əvvəldən yaşamışdırlar. İncigilin evi ilə onun evi yan-yana olmuş, qapı qonşuları olmuşdurlar. Ceyhun və ailəsi ilə arasında əvvəllər hansısa ədavət və ya düşmənçilik münasibəti olmamış, Ceyhungil qonşuları olsa da, aralarında ailəvi gediş-gəliş olmamışdır. İncigil onun uşaqlarıyla həyətində də, küçədə də oynamışdırlar. 11 may 2022ci il tarixdə evə axşamüstü saat yeddi radələrində gəlmiş, həyətdə toyuqları soruşmuş, sonra evə gəlmişdir. Həmin gün evdə tək olmuş, təxminən yarım saat keçəndən sonra uşaqlar gəlmişdirlər. İşdə olduğu üçün uşaqların əvvələr itlə oynamaq üçün evinə gəlibgəlmədiklərini bilmədiyini qeyd etmişdir. Bir dənə balaca küçük iti olmuşdur. Uşaqlar qapısına gəlib, toyuğunu tapdıqlarını demiş, içəri keçəndə uşaqların hər ikisi də içəri keçmişdir. Toyuq kiminsə qucağında olmamışdır. Qapını açanda toyuq və uşaqlar da həyətə girmişdirlər. Uşaqlar içəri girdikdən sonra qapı tam açıq vəziyyətdə qalmışdır. Həyətə keçəndən sonra uşaqlar iti istəmiş, o da iti uşaqlara vermiş, iki bacı təxminən on beş-iyirmi dəqiqə itlə oynamışdırlar. Uşaqlar həyətə girəndə hər ikisinin əllərində kolbasa çörək olmuşdur. Böyük qızın kolbasa çörəyi az qalmışdır. İti uşaqlar qucaqlarına götürdükdə əllərindəki kolbasa çörəyin harada olduğunu bilməmişdir. Amma faktiki olaraq həyətə girəndə hər iki uşağın əlində kolbasa çörək olmuş, böyük uşağınkı artıq qurtarmışdır. İnci itlə oynayanda əlini itə vurmuş, sonra da üzünü bulaşdırmış, həmçinin ağzının qırağında çörək qırıntıları qalmışdır. O da sol qoluyla İncinin başını qaldırıb sağ qoluyla üzünü silmişdir. Həmin vaxt həyətində su gəlmiş, lakin əli çirkli olduğu üçün uşağın üzünü su ilə yumamışdır. Uşağın üzünü sildikdən sonra hər iki bacı çıxıb getmişdir. İncinin ağzını silməyini Aysunun görüb və ya görmədiyini bilməmişdir. Uşaqlar getdikdən təxminən iyirmi-iyirmi beş dəqiqə sonra uşaqların anası gəlmiş və uşağa nə etdiyini soruşmuşdur. O da heç nə etmədiyini bildirmişdir. Valideyni ilə birlikdə uşaq da gəlmiş, lakin həmin vaxt uşağın hansı hərəkətlər etdiyi yadında olmamışdır. Uşaqların anası getdikdən təxminən bir saat sonra uşaqların atası Ceyhun, sonuncunun dostu Orxan və bacısı oğlu Murad gəlmiş, Ceyhungil uşağa “əxlaqsız” hərəkət edib-etmədiyini soruşmuş, o da uşaqların valideynlərinin dediklərini inkar edərək uşaqlarına heç nə etmədiyini bildirmişdir. Bu zaman üçü də üzərinə cumaraq ona xəsarət yetirməyə başlamışdırlar. O, Ceyhungildən hansısa üzrxahlıq istəməmişdir. Təxminən yarım saat Ceyhungil tərəfindən döyülmüş, həmçinin döyülən zaman ona qarşı əxlaqsız məzmunda hərəkətlər edilmişdir. Döyüldüyü gün sözügedən xüsusatla bağlı polisə şikayət etmiş, qarşı tərəfin onu şərləmək səbəbini bilmədiyini qeyd etmişdir. Ailə üzvləri evə ayın 12-i səhər saatlarında qayıtmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o uşaqları evə dəvət etməmiş, uşaqlara oyuncaq, şirniyyat və s. verməmişdir. Toyuqların yerini öyrənmək üçün dükana getmiş, toyuğun yerini soruşmuş, amma heç kəs dəqiq bilmədiyini demişdir. Daha sonra uşaqlar toyuğu tapdıqlarını bildirmiş, harada olduğunu soruşduqda qapılarının ağzında olduğunu demişdirlər. İncinin ağzını qapının yanında siləndə həmin vaxt qapı açıq, Aysu çöldə, İnci isə içəridə olmuşdur. Aysunun nə üçün bayıra çıxdığını bilməmişdir. Onu Ceyhun, Murad və Orxan birlikdə bellə döymüş, qarın boşluğu, baş və sifət nahiyələrinə xəsarət yetirmişdirlər. Bıçaqla xəsarət yetirmək istəyəndə digərləri imkan verməmişdirlər. Onu əvvəl çöldə, sonra da içəridə döymüşdürlər. Həyətin qapısı taxta olduğu üçün qapı bağlandıqdan sonra həyətin içərisinin taxtaların arasından bir az görünə biləcəyini qeyd etmişdir. Xatirə onun yanına gələndə ittihamda göstərilən konkret hərəkəti edib-etmədiyini soruşmamış, uşaqlarına nə etdiyini soruşmuşdur. Ceyhun da ona sual verəndə konkret olaraq ittiham aktında göstərilən hərəkəti edib-etmədiyini soruşmamışdır. Ona uşağa nə edildiyi soruşulmuş, o isə heç bir şey etmədiyini bildirmişdir. Ceyhungil qapısına gələndə nəyəsə peşman olduğunu bildirməmiş, Ceyhungilə yalvarmamış və “bir səhvdir etmişəm” deməmişdir. Döyüləndən sonra DİN-nin 102 Zəng Xidməti Mərkəzinə şikayət etmiş, uşaqla bağlı döyüldüyünü bildirmişdir. Müstəntiq evinə hadisədən bir ay on gün sonra gəlmiş və müstəntiqin nə üçün belə gec gəldiyini bilməmişdir. Müstəntiq evə gələndə artıq qan izləri qalmamış, təkcə divardakı qan izi qalmışdır. Evdə balaca uşaqlar olduğu üçün qan izləri evdə saxlanmamış, təmizlənmişdir. Onun paltarı təqribən hadisədən 15 gün sonra götürülmüşdür. Həmin vaxt ərzində üzərində qan izləri olduğu üçün onun paltarı yuyulmuş və paltarı müstəntiqə təqdim edən zaman paltarın yuyulduğunu müstəntiqə bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsi üçün tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı digər proses iştirakçılarından təcrid edilmiş xüsusi şəraitdə psixoloq (mütəxəssis) iştirakı ilə dindirilmiş xx.xx.2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həyətdə bacısı Aysu ilə oynayan zaman qonşuları Fayazın toyuğu itmişdir. Daha sonra bacısı ilə birlikdə Fayazın toyuğunu tapmış, toyuğu qonşunun həyətinə qoymaq üçün oraya getmiş, toyuğu hinə yerləşdirmişdirlər. Daha sonra bacısı çölə çıxmış, o isə Fayazgilin həyətində tək qalmışdır. Fayaz ona “gözlərini yum” dediyi üçün o da gözlərimi yummuşdur. Daha sonra isə qonşusu Fayaz onun ağzına bir şey salmışdır. O, gözlərini açdıqda yumşaq bir şey olduğunu, həm də Fayazın əynindəki şalvarın qabağının açıq olduğunu görmüşdür. O, tez evlərinə getmiş və baş verən hadisəni olduğu kimi anasına danışmışdır. Dövlət ittihamçısının suallarına zərər çəkmiş şəxs cavab olaraq hadisə vaxtı kolbasa çörək yemədiyini, qonşunun həyətində it olmadığını və itlə oynamadığını bildirmişdir. Müdafiəçinin suallarına zərər çəkmiş şəxs cavab olaraq bildirmişdir ki, hadisə vaxtı anası mağazada yox, evdə olmuşdur və anası ona kolbasa çörək verməmişdir. Hadisə qonşunun həyətində darvazaya yaxın yerdə baş vermişdir. Darvaza ilə onların arasında təxmini 2 addım məsafə olmuşdur. Birinci çölə bacısı çıxmış, o da kömək etmək üçün həyətdə qalmışdır. Fayaz onu evin içərisinə dəvət etməmiş, ona oyuncaq verməmiş və başqa bir şey təklif etməmişdir. O, anasına bu hadisəni yemək süfrəsində oturduqları vaxt özü demişdir. Həmin gün bu hadisədən sonra çölə çıxıb həyətdə oynamamışdırlar. Fayaz ona “gözlərini yum və ağzını aç” demiş, Fayaz öz əli ilə onun gözlərini bağlamış, sonra isə ağzına çox yumşaq bir şey salmışdır. Gözləri bağlı olduğu üçün qonşunun ağzına nə saldığını görməmişdir. Fayaz özü onlara “mənim toyuğum itib, onu tapıb gətirərsiniz” demişdir. Bacısı Aysu darvazadan çölə çıxdıqdan sonra darvazanın qapısı özü bağlanmışdır. O, içəridə olan vaxt bacısını çöl tərəfdə görməmişdir. Fayazın paltarları onun paltarlarına toxunmamışdır. Fayazın onun ağzına saldığı şey onun ağzında bir saniyə qaldıqdan sonra çıxarmış, daha sonra gözlərini açmış və qonşunun şalvarının qabağının açıq olduğunu görmüşdür. Onlar heç vaxt qonşunun həyətinə itlə oynamaq üçün girməmişdirlər. Bacısı Aysu onu küçədə gözlədiyi yer ilə Fayazın yaşadığı evin darvazası arasındakı məsafə təqribən 2 metr olmuşdur. Onun Fayazla danışdıqlarını bacısı Aysu eşitməmişdir. O, daha sonra evlərinə tərəf getmiş, bu zaman Fayaz onun evlərinə getməyinə heç bir maneəçilik törətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş xx.xx.2022-ci il tarixli qərarla zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmış Şahid1 ifadəsində göstərmişdir ki, saat 8 radələrində həyətdəki balaca dükanlarında olmuş, uşaqlar bayırda oynamışdırlar. Bundan qabaq da Fayaz gəlib toyuğunun itdiyini bildirmiş, o da Fayaza toyuğunu görmədiyini bildirmişdir. Axşamçağı olduğu üçün yemək hazırlamaq məqsədilə dükanı bağlayıb evə getmiş, qızlar gəlib yemək süfrəsinə oturmuş, masaya əyləşəndə hadisəni yaşayan qızı İnci ona söz deyəcəyini bildirmişdir. Nə baş verdiyini soruşduqda, olanları danışmışdır. Belə ki, qızı Fayazın itmiş toyuğunu görmüş və bu barədə sonuncuya məlumat vermiş, Fayaz onlardan köməklik istəyib toyuğu həyətə salmalarını bildirmişdir. Qızı kömək edib toyuğu həyətə saldıqdan sonra kiçik qızı bayıra çıxmış, böyük qızı İnci həyətdə qalmışdır. İnci həyətdən çıxıb evə gəlmək istəyəndə Fayaz dayanmasını söyləmiş, qızı dayanmış, Fayaz da əli ilə İncinin gözünü tutmuş, ağzına yumşaq bir şey salmışdır. Uşaq danışdıqdan sonra hadisəni böyük qızından dəfələrlə soruşmuşdur. Bundan sonra Fayazgilə getmiş, qapını döyəndə təqsirləndirilən şəxs özü küçəyə çıxmışdır. Qızını da özü ilə aparmışdır. Fayazdan nə səbəbə uşağının gözünü tutduğunu soruşmuş, Təqsirləndirilən şəxs də qızının gözünü tutmadığını, başından öpdüyünü demişdir. O da nə üçün barmağını uşağın ağzında olduğunu soruşmuşdur. Bu zaman Fayaz barmağını qatlayıb əyani şəkildə ona göstərərək qızına barmağını dişləməsini söylədiyini qeyd etmişdir. Bundan sonra Fayazla bir qədər sözlü mübahisə etdikdən sonra baş verənləri ərinə deyəcəyini söyləmiş və evə gəlmiş, ardınca da ərinə zəng etmişdir. Fayazgillə aralarında qonşuluq münasibəti olmuş, yaxın ailəvi dostluq münasibəti olmamışdır. Aralarında hansısa ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs evində tək olmuşdur. Dükana gələndə Fayaz uşaqlarının rayonda olduğunu bildirmişdir. Toyuğun itməsi məsələsi təqribən saat 7 radələrində olmuşdur. Çünki uşaqlar evə gələndə saat 8 olmamışdır. Hadisəni ona danışanda qızı İncidən Fayazın ağzına saldığının barmaq olub olmadığını soruşmuş, qızı da ağzına salınan şeyin barmaq deyil, yumşaq bir şey olduğunu demişdir. O, hadisə ilə bağlı Fayaza sual verəndə sonuncu özünü itirmiş, çaşqınlıq keçirmiş, barmağını qatlayaraq uşağına da bu vəziyyətdə olan barmağını dişləməsini dediyini bildirmişdir. Nə üçün barmağını dişlətdiyini soruşanda Fayaz konkret cavab verməyərək özünü müdafiə etməyə başlamışdır. Balaca qızında kolbasa çörək olmuş, böyük qızında isə olmamışdır. Fayazgilin həyətində it və ya it damı görməmiş, ancaq toyuq hini olmuşdur. O, Fayazdan şikayəti geri götürmüşdür, hazırda Fayaza qarşı şikayətilərinin olmadığını qeyd etmişdir. Balaca qızına kolbasa çörəyi dükanda vermişdir. Böyük qızına kolbasa çörək verməmiş, o istəməmişdir. Böyük qızı hadisənin darvaza qapısına çatmamış baş verdiyini bildirmişdir. Həyətə hər iki qızı da girmişdir. Sonra balaca qızı həyətdən çıxmış, ancaq böyük qızı İnci içəridə qalmış, kiçik qızı bacısı İncini bayırda gözləmişdir. Uşağıyla münasibəti yaxın olmuş, qızı uydurmağa, yalan danışmağa meyilli olmamış, əvvəllər belə halla rastlaşmamışdır. Qızı hadisəni danışmamışdan qabaq qorxmuş, hətta hirslənməməsini söyləmişdir. Hadisəsən sonra axşam uşaqlar küçədə oynayarkən həyətdən səslənmiş, onlar da evə gəlmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, saat 8-9 radələrində evdən zəng gəlmiş, arvadı evə gəlməyini söyləmişdir. Telefonda arvadının həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, o da evə gəlməyini bildirmişdir. Evə gələndə baş verənləri ona demiş, bundan sonra uşağı çağırmış, anasına dediyi xüsusatları eynilə ona da bildirmişdir. Hadisədən 30-40 dəqiqə qabaq Fayaz orada toyuq axtarmış, uşaqlar da həyətə girəndə toyuğun sayının artıq olduğunu görmüş, Fayazın toyuğu olduğunu bilib toyuğu Fayaza aparmışdırlar. Kiçik qızı X18 yaxın dayanmağını görmüşdür. Təqsirləndirilən şəxslə evləri bitişik qonşu olmuşdur. Qapılar arasında 20-30 metr məsafə olmuş, hər iki ev daş hasarla əhatə olunmuşdur. Hasarın hündürüyü təxminən 2 metr olmuşdur. Daş hasar olduğu üçün Fayazın evinin içini bayırdan görmək olmamışdır. Fayazgillə aralarında ailəvi gediş-gəliş olmamış, aralarında qonşu kimi salam-sağol olmuşdur, heç birlikdə oturub bir stəkan çay belə içməmişdirlər. Onun iki qızı, Fayazın isə iki oğlu olduğu üçün uşaqlara Fayazgilə getməyi qadağan etmişdir. Küçədə oynasalar da, evin içinə girməmişdirlər. O, Fayazgilə gedəndə Fayazdan başqa heç kim evdə olmamışdır. Nə baş verdiyini aydınlaşdırmaq üçün təkbaşına Fayazgilə getdikdə evin qapısı bağlı olmuş, çağırdıqdan bir müddət sonra cavab verməmişdir. Çöl qapı taxta qapı, ev qapısı isə dəmir qapı olmuşdur. Qapını bir müddət döyəndən sonra özü açmış, bu vaxt Fayaz özünü itirmiş, əsmişdir. Əlini dizinə qoyaraq dərindən ah çəkmişdir. Təqsirləndirilən şəxs üzrxahlıq etmişdir. O, yaşadığı ərazidə başqa bir uşağa qarşı bu tipli hərəkətin edildiyini eşitməmişdir. Fayazın evində toyuq hini olmuşdur, lakin it damı və it görməmişdir. Qızı itlə bağlı heç nə bildirməmiş, ancaq toyuq söhbəti olmuşdur. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını, barışdıqlarını bildirmişdir. Hadisənin bilavasitə şahidi olmamışdır. Hadisə Fayazın həyətinin ortasında, toyuq hininin yaxınlığında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində dayısıgilin həyətində kiçik mağazaları olduğunu bildirmişdir. Orada müştərini yola salmış, evə qayıdanda dayısı arvadının ağladığını, əllərinin tutulduğunu, barmaqlarını işlədə bilmədiyini görmüşdür. Nə üçün ağladığını soruşduqda olanları danışmışdır. Bundan sonra dayısı arvadı Fayazgilin qapısına gedəndə o da dayısı arvadı ilə getmişdir. Evin qapısı bağlı olmuş, qapını döyəndə, Fayaz bayıra çıxmışdır. Fayazdan İnciyə nə etdiyini soruşduqda, ilk öncə donub qalmış, sonra da heç nə etmədiyini, barmağını ağzına saldığını söyləmişdir. Bundan sonra evə qayıtmış, dayısı arvadı dayısı Ceyhuna zəng etmiş, dayısı evə gəlmişdir. Sonra da dayısı ilə Fayazgilə getmiş, qapını döymüş, Fayaz qapını açmışdır. Dayısı evdə kimin olduğunu soruşmuş, Fayaz da arvadıgilin rayona getdiyini demişdir. Bundan sonra Fayazı həyətə çıxarmış, dayısı üzünə bir-iki zərbə endirmişdir. O, ayırmağa çalışanda dayısı onu bayıra göndərmişdir. Bayıra çıxanda dayısı Fayazı içəriyə, yəni evə salmışdır. O, qapının səsinə içəri getmiş, dayısı ilə Fayazı ayırmaq istəyəndə dayısı yenə onu çölə çıxarmış, üstündən 5-10 dəqiqə keçdikdən sonra dayısı gəlmiş və evə qayıtmışdırlar. İlk olaraq Fayazın evinə dayısı arvadı ilə birlikdə getmişdir. Dayısı arvadı Fayazdan İnciyə nə etdiyini soruşduqda Fayaz heç nə etmədiyini, barmağını ağzına saldığını bildirmiş, hətta İncinin gözünü tutmasını da İncinin üzərində əyani şəkildə göstərmişdir. İkinci dəfə dayısıyla Fayazgilə gedəndə üzrxahlıq edərək yanlış hərəkət etdiyini bildirmişdir. Hadisənin baş vermə saatı dəqiq yadında olmamışdır, lakin axşam saatları olmuşdur. Hadisə günü Fayazın mağazaya gəldiyini görməmişdir. Fayaz toyuğunun itdiyini bildirəndə o, mağazada olmamışdır. Uşaqların bayıra saat neçədə çıxması barədə məlumatı olmamış, uşaqların əllərində yemək olmasını görməmişdir. Hadisənin baş verdiyi saatda onlara qonaq və ya kimsə gəlməmişdir. Ceyhun Fayazın üz nahiyəsinə zərbələr endirmişdir. Evin içinə girəndə Fayaz divanda olmuş, dayısı onun üzünə sillə vurmuşdur. Məhkəmə istintaqı zamanı digər proses iştirakçılarından təcrid edilmiş xüsusi şəraitdə psixoloq (mütəxəssis) iştirakı ilə dindirilmiş azyaşlı şahid X12 verilmiş suallara cavab olaraq 3-cü sinifdə oxuduğunu göstərmişdir. Onların qonşuları Fayazın itən toyuğunun tapılmasında və toyuğun hinə salınmasında bacısı ilə birlikdə köməklik etmişdir. Fayazın yaşadığı evin həyətinə toyuğu hinə yerləşdirmək üçün keçmiş, daha sonra o, darvazadan çölə çıxmış, lakin bacısı darvazadan içəridə qalmışdır. O, bacısı İncini gözləmiş, İnci çıxandan sonra ikisi birlikdə evlərinə getmişdirlər. Həmin vaxt onun əlində kolbasa çörək olmuş, lakin bacısı İnci artıq yeyib qurtarmış, onun əlində heç nə olmamışdır. Evə qayıtdıqdan sonra anası ilə yenidən Fayazın yaşadığı evə tərəf yollanmış və orada anası Fayazla dalaşmağa başlamışdır. O, bacısı ilə birlikdə hadisəni anasına danışmış, anası da əsəbləşərək Fayazgilə getmişdir. Anası onlara kolbasanı mağazada vermiş, hər ikisi kolbasa çörəyi öz həyətlərində yemiş, sadəcə olaraq, bacısı İnci ondan daha tez yeyib qurtarmışdır. Fayaz onlara “mənim həyətimdə olan toyuğum itib, tapsanız, mənə gətirərsəniz” demiş, toyuğu tapdıqdan sonra “gətirin toyuğu həyətə salın” demişdir. Daha sonra bacısı ilə toyuğu Fayazın yaşadığı həyətə salmış, özü darvazadan çölə çıxmışdır. Fayazdan qorxduğu üçün çölə çıxmamışdır. O, darvazadan çölə çıxanda qapını külək örtmüşdür. O, Fayazın qapısının arxasından içəri həyəti görməmişdir. Fayazın həyətində onun uşaqları ilə oynayarkən orada olan toyuqları görmüş, lakin Fayazgilin həyətində it olduğunu görməmişdir. Fayaz nə onu, nə də bacısını evə dəvət etməmiş, onlara oyuncaq verəcəyi ilə bağlı heç bir şey deməmişdir. O, darvazadan çölə çıxanda bacısı ona heç nə deməmişdir. Bacısı ilə birlikdə oradan uzaqlaşan kimi anaları axşam yeməyi üçün çağırmış, onlar da evlərinə getmişdirlər. Axşam yeməyini yeyərkən bacısı İnci anasına Fayazın ağzına nəsə saldığını və “ud” dediyini bildirmişdir. Bacısı İnci yaşca ondan böyük olmuşdur. O, bacısı İncini darvazadan içəridə çox gözləmək istəmədiyi üçün darvazadan çölə çıxmışdır. Bacısı çöldə onu gözləməyi ilə bağlı heç nə deməmiş, o, çölə çıxanda bacısı İnci Fayazın həyətində heç bir iş görməmişdir. O, çölə çıxıb İncini qapının yanında gözləyərkən Fayazın bacısına nəsə deməyini eşitməmişdir. Fayaz bacısı ilə alçaq səslə danışdığı üçün onların nə danışdığını eşidə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı atasıgildə olmuşdur. Daha sonra mobil telefonuna Fayazdan zəng gəlmiş və Fayaz ona “ 3 nəfər şəxs, yəni Ceyhungil gəlib məni döydülər” demişdir. O, əvvəlcə Fayazın dediklərinə inanmamış, daha sonra “whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü zəng edib həqiqətən də Fayazın gözünün şişdiyini və qan içində olduğunu görmüşdür. O, Fayazdan niyə döyüldüyünü soruşmuş, Fayaz da ona ətraflı hər şeyi danışmışdır. Fayaz ona “ məni bıçaqlayırdılar, lakin Ceyhun bıçağı dostunun əlindən aldı” demişdir. Fayaza həkimə getməyini və polisə döyülməsi ilə bağlı məlumat verməyini demişdir. Həyətlərindəki toyuğun itməsi ilə bağlı əri ilə aralarında çox danışıq olmuşdur. Fayaz ona “toyuğumuz itib” demiş, o da “qonşumuz Xatirənin həyətində bir ağac var, çox güman ki, toyuq həmin ağacın altında yatıb, gedib toyuğu geri qaytararsan” demişdir. Ümumiyyətlə, qonşuları Xatirənin uşaqlarının o özü evdə olanda da “Elnarə xala, biz özümüz toyuğu sizin həyətə salacağıq” deyib toyuğu hinə salmışdırlar. Fayaza da bu şəkildə demişdirlər. Hətta o, Fayaza “mənim əlimdə vacib işim var, mənə daha sonra zəng edərsən” demiş, Fayaz ona zəng etdikcə onun zəngini açmamışdır. Bir az keçdikdən sonra özü Fayaza zəng etmişdir. Onların qonşuları Xatirəgil ilə gediş-gəlişləri, yaxşı münasibətləri olmuşdur. Həyətlərində toyuqlardan əlavə, boz rəngli bir balaca itləri də olmuşdur. Həmin iti təqribən hadisdən 1-2 ay əvvəl əri iş yerində gətirmişdir. İtin neçə aylıq olduğunu dəqiq deyə bilməmiş, amma balaca it olduğunu və itə qidalanması üçün süd verdiklərini bildirmişdir. Həmin it hadisədən təxmini olaraq 1 ay sonra zəhərlənərək öldürülmüşdür və kimin zəhərlədiyini bilməmişdirlər. Hadisədən sonra özü qonşuları Xatirəyə zəng edərək əri Fayazı niyə döydüklərini soruşmuş, O da “sən Fayazın özündən soruş” demişdir. Təkrarən Xatirəyə “sən mənə hər şeyin düzünü danış” demiş, Xatirə də “sənin ərin mənim qızımın ağzına barmağını salıb” demişdir. O da Xatirəyə burada qeyri-adi nə olduğunu soruşmuş, Xatirə də hirslənərək” Elnarə, sənin az yaşın yoxdur, bu nə danışıqdır danışırsan? Sən bilmirsən ki, barmağı ağıza salmaq nə deməkdir?” demiş, o da “xeyr, mən bilmirəm” demişdir. O, hadisə gününün gecəsi rayondan Bakıya səhər saat 05 radələrində geri qayıtmışdır. Fayazı həmin gün xəstəxanaya aparmışdırlar. O, hadisə vaxtı Fayazın əynində olan geyimlərinin hamısını yumuş və hətta yaşadıqları evi də təmizləmişdir. Müstəntiqə verilən paltar yuyulmuş paltar olmamışdır, həmin paltarlar qaynının evindəki paltarlar olmuşdur. O, həyətlərindəki iti uşaqların necə çağırdığını, itin cinsini bilməmişdir. Onların evinin yaxınlığında yarımtikili yerdə həmin itin yuvası olmuş və o, itə demək olar ki, heç yaxın durmamışdır. Onun uşaqları itə qidalanması üçün yemək vermişdirlər. Müdafiəçinin suallarına zərər çəkmiş şəxsin qanuni nümayəndəsi cavab olaraq bildirmişdir ki, o, Elnarəyə “sənin xoşuna gələr ki, mənim ərim sənin qızının ağzına barmağını salsın?” demişdir. Məhkəmə tərkibinin suallarına təqsirləndirilən şəxs cavab olaraq göstərmişdir ki, uşaqları həyətlərində olan itin adını “Caqqan” qoymuş və “Caka” deyə çağırmışdırlar. Həmin it balaca boz rəngli, sinəsi isə ağ rəngli olmuşdur. O, hadisədən təxmini olaraq 1 ay əvvəl həmin iti iş yerindən evlərinə gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, onun qardaşı rəhmətə getmiş, Fayazın arvadı, yəni bacısı da uşaqları ilə birlikdə 9 may 2022-ci il tarixdə rayona getmişdirlər. 11 may 2022-ci il tarixdə Fayazdan döyülməsi ilə bağlı zəng gəlmiş, görüntülü danışan zaman vəziyyətinin düşündüklərindən də pis olduğunu görmüş, Ceyhunla dalaşdığını öyrənmişdirlər. İndiyə kimi də aralarında hansısa münaqişə olmamışdır. Hadisə ilə bağlı kimdənsə nəsə eşitməmişdir. Hadisə vaxtı o, rayonda olmuş, hadisəni görməmişdir. Fayaz döyüləndən sonra Ceyhun ona zəng etmiş, bu hadisəni yoluna qoymağı, uşağın adının çəkilməməsini, o isə “problem deyil, həll edərik” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspert psixoloqu X6 ifadəsində 17 ildir ki, Ekspertiza Mərkəzində işlədiyini bildirmişdir. Hər gün Ekspertiza Mərkəzinə yeni işlər daxil olduğu üçün hər kəsi yadda saxlamağın qeyri-mümkün olduğunu qeyd etmişdir. Amma o rəyi öz sənədlərinin arasından götürərək tanış olmuş və qeyd olunan işi bir daha təkrar oxuduqdan sonra hər şey aydın olmuş, söhbətin kimdən getdiyi məlum olmuşdur. Yenə də bu hadisəni tam dəqiq xatırlamamış, iş üzrə zərər çəkmiş şəxsin azyaşlı uşaq olduğunu bildirmişdir. Uşaq barəsində nə görmüşsə, onu yazmış və rəyin obyektiv olduğunu əminliklə qeyd etmişdir. Rəy azyaşlı uşaqlarda əsasən, onun fərdi-psixi xüsusiyyətlərini, həm də intelektinin qiymətləndirilməsi faktoruna əsasən tərtib olunur. Azyaşlı uşaqlarda metodika növləri az olduğu üçün daha çox oyun xarakterli metodlardan istifadə olunur. Azyaşlı uşaqlara şəkillər göstərilir, şəkillərin məzmunu uşaqlar tərəfindən nəql edilir. “Burada nə gördün?”, “necə təsvir edə bilərsən?”, “necə danışa bilərsən?” və s. kimi suallar verilir. Bu kimi vasitələrlə uşağın necə danışdığı yoxlanılır. Bundan əlavə, söhbət zamanı azyaşlı uşağın səmimiyyəti yoxlanılır. Zərərçəkmiş şəxs öz yaşına uyğun danışmış, kiminsə dediyi söz ilə danışmamışdır. Uşağın dediyi və ondan alınan ifadənin üst-üstə düşməyi, yəni həmin vaxtı o azyaşlı uşağın səmimi olduğunu bir daha təsdiqləmiş, ona görə də rəydə İncinin uydurmaya meyilli olmadığını yazmışdır. Uydurmaya meyillik adətən psixi xəstəlik ilə əlaqəli olur. Şəxs elə bir söhbət, elə bir söz danışır ki, reallıqda onun görmək mümkün deyil. Yəni həmin uydurmağa meyillik iş üzrə zərər çəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs müşahidə olunmamışdır. Şəxsiyyətin öyrənilməsi üçün suallar verilmiş, bu isə bir neçə sualdan ibarət sorğu olmuşdur. Həmin sorğuda “sən heç yalan danışmısan?” tipli suallar verilir və cavab əsasında səmimiyyət yoxlanılır. Belə bir cavab verilə bilər ki, “mən heç vaxt yalan danışmamışam”. Demək olar ki, bu hallar psixologiyada mümkün deyil. Burada təbii ki, söhbət ciddi yalanlardan getmir, başqa cür özünü müdafiə tətqbiq etməkdən gedir. Belə tip suallara qeyri-səmimi cavab verildikdə, artıq onun nəticəsi səmimi deyil kimi qoyulur. Saxta xüsusiyyətlərini öyrəndikdə səmimi olub-olmadığını göstərən suallar var. Həmin suallarla şəxs yoxlanılır. Əgər şəxs azyaşlı uşaqdırsa, ona daha başqa məzmunda testlər təqdim edilir. Həmin vaxt uşağın yalan danışıb-danışmadığını, böyüklərin təsiri altında danışıb-danışmadığını, yoxsa öz gördüyünü danışmağını bu psixoloji metodikalar ilə təyin etmək mümkündür. Məsələn, süjet şəkillərinin dərc olunması kimi metodikalar var. Metodikanın içindən bir neçə sual vermək artıq kifayət edir ki, şəxsin dediyi yalanı və yaxud doğrunu müəyyən etmək mümkün olsun. O, metodiklarının növlərini rəydə də qeyd etmişdir. Məsələn, “emosional vəziyyətin qiymətləndirilməsi”, “təfəkkürün qiymətləndirilməsi”,” artıqdır”, “on sözün öyrənilməsi” və s. Həmin metodikaların növləri psixoloji ekspertiza rəyinin 3-cü səhifəsində qeyd olunmuşdur. Ola bilər ki, bir neçə metodika qeyd olunmayıb, lakin suallar həmin metodikalardan alınmış nəticələrdir. Həmçinin, şəxsin yalan danışıb-danışmamağını, əsas səmimiyyəti istintaqdan verilən təqdimatlar, şahid ifadələri və şəxsin dediyi ilə müəyyən edilir. Əgər şəxs azyaşlıdırsa, yaşına uyğun danışıb-danışmadığı müəyyənləşdirilir. Bu metodikalarla onlar analiz edilərək səmimiyyəti və digər faktorları müəyyənləşdirirlər. Şəxsiyyət sorğusu, görülən şəkillərin dərk olunması və buna uyğun bir neçə digər metodikalar da vardır. Bununla uşağın həm yaddaşı, həm də əvvəlcədən fantaziyalar təqdim edib-etmədiyi müəyyən edilir. Bu metodikalar nəticəsində uşağın təfəkkürün çevikliyi və əqli inkişafı yoxlanılır. Şəxsin, xüsusilə, azyşalı uşağın yalan danışıb-danışmadığı “on sözün öyrənilməsi”, “süjet şəkillərinin dərc olunması” metodikaları ilə müəyyən olunur. Süjet şəkilləri uşağa təqdim olunur, o süjetlər uşağa göstərilir, uşağın eyni zamanda həm qavraması, həm fantaziyası, həm uydurmağa meyilliliyini bununla aydınlaşdırılır. On söz ardıcıllıqla uşağa təqdim edilir və onları öyrənməsi üçün zaman verilir. Bir neçə dəqiqədən sonra ondan yenidən təkrar ardıcıllıqla soruşulur. Əvvəllər tərtib etdiyi rəylərdə gəldiyi nəticənin qarşısında onu hansı metodika vasitəsi ilə aydınlaşdırdığını qeyd etmiş, lakin bir müddət sonra və sözü gedən rəydə də metodikaların nəticələri rəyin yuxarı hissəsində yazılmış, hansı metodikalardan nə nəticə çıxdığı göstərilmişdir. Metodikaların aparılmasının ekspert üçün olduğu, məhkəmə üçün isə nəticənin əsas olduğunu bildirmişdir. Metodikaların necə aparıldığı, oradan nə nəticə çıxarıldığı isə onun sistemi olduğunu qeyd etmişdir. İş üzrə zərər çəkmiş şəxs azyaşlı uşaq Zərərçəkmiş şəxs yalan danışmamış, bu uşağın əqli inkişafı yaşına uyğun olmuşdur. Uşaq nə danışıbsa, o, qeyd etmişdir. Hadisənin məzmunca eyni olduğunu bildirmişdir. Misal üçün, bir inşa yazılsa, o inşa ikinci dəfə yenidən yazılsa, müəyyən sözlərdə, ifadələrdə dəyişikliklər olsa belə məzmunun eyni olacağı müşahidə olunur. Burada əsas azyaşlı uşağın məzmunu çatdırması olmuşdur. O, rəydə Zərərçəkmiş şəxs mahiyyəti başa düşmədiyini qeyd etmişdir. Onun nə olduğunu Zərərçəkmiş şəxs başa düşməmiş, Zərərçəkmiş şəxs öz sözləri ilə məzmun çatdırmışdır. Deməli, uşağın qavraması, təsvir etməsi var, amma bu uşağın yalan danışması deyil. Zərərçəkmiş şəxs hansısa, sözü əvvəlcədən düzgün ifadə etməyə bilər, amma bu yalan danışmaq demək deyil. O, istədiyi sualların cavabını Zərərçəkmiş şəxs ala bilmiş, başqa bir şeyə isə ehtiyac qalmamışdır. Əsas Zərərçəkmiş şəxs ibtidai istintaqdakı mahiyyəti izah edə bilməsi və bu kimi xüsusatlar lazım olmuş, hər şey ona artıq aydın olmuş və qoyulan sualların çərçivəsində Zərərçəkmiş şəxs dedikləri onun üçün kifayət etmişdir. Üzərindən uzun müddət keçdiyi üçün, məhz, hadisədən sonra Zərərçəkmiş şəxs hansı psixoloji dəyişikliklər olduğunu xatırlamamışdır. Ümumiyyətlə, tədqiqat üçün ona belə bir sual qoyulmamışdır. Hadisənin uşağa emosional vəziyyətdə təsiri olduğu halda “uşağın psixoloqa və yaxud terapevtə göstərilməsinə ehtiyac var” kimi sosial xarakterli məlumat qeyd edildiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs nə baş verdiyi, hadisənin mahiyyətinin başa düşmədiyi nəticəsinə gəlmişdir. Amma Təqsirləndirilən şəxs etdiyi hərəkətlə cinsi ehtirasını ödəyib və ya ödəmədiyi kimi şeylərdən Zərərçəkmiş şəxs anlayışsız olmuşdur. Zərərçəkmiş şəxs azyaşlı olduğu üçün mahiyyəti dərk etməmişdir. Azyaşlıda əsas rol oynayan psixologiyadır. Psixiatra zərər çəkmiş şəxs barəsində “bu adam sağlamdır, ya yox” kimi suallar verilir, qalan bütün incəliklər isə psixologiyanın üzərinə düşür. Psixologiya ilə psixiatriya bir-birindən ayrılmaz iki sahədir. Hətta Rusiyada və digər xarici dövlətlərdə olan zaman bu iki ekspertizanın birlikdə aparıldığını qeyd etmişdir. Müdafiə tərəfinin verdiyi suallara cavab olaraq şahid X6 bildirmişdir ki, hər hansısa ziddiyyət istintaq tərəfindən qaranlıq qoyulubsa, araşdırılmayıbsa, bu artıq istintaqın üzərinə düşən vəzifədir. Onun üçün uşağın ümumən hadisəni təsvir etməsi, qavraması, mahiyyəti və məzmunu düzgün çatdırması əsas olmuşdur. Cümlə-cümlə onu müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Əsas olan mahiyyət və məzmundur. Əgər uşaq cümlə cümlə hər şeyi danışsa, artıq müəyyən ediləcək ki, o, öyrədilib və başqasının sözlərini danışır. O, uşağın danışdıqlarını, kənara çıxmadan, hər hansısa bir dəyişiklik etmədən yazmışdır. Zərərçəkmiş şəxs şalvarın içinə nə saldığını görməməsinin mümkün olduğunu, lakin bunun cinsiyyət orqanından başqa bir şey olmayacağını bildirmişdir. Uşaq özü də bunu belə qeyd etmişdir. İnci cinsiyyət orqanını gördüyünü istintaqda da deməmiş, ona da deməmişdir. İbtidai istintaqda da mahiyyəti eyni olan cümləni işlətmişdir. İnci ona “Fayaz cinsiyyət orqanını şalvarın içinə salıb” deməmişdir. İnci “mənə belə etdi, ağzıma hansısa, ət parçasını saldı” demiş, ondan yaşca böyüklər olaraq artıq söhbətin nədən getdiyi başa düşülmüşdür. Elə uşaqlar olur ki, cinsi orqan barəsində danışır və ona qarşı belə bir hərəkət olunur. Nə iləsə izah edir, fikrini çatdırır. O, ixtisasca həkim olmadığını, tibbi-psixoloq, klinik-psixoloq olduğunu bildirmişdir. Tam belə mövzuları araşdırmaq üçün psixiatrlar ilə işləyən şəxsdir. Məhkəmə psixiatriyanın suallarına neçə nəfər rəy vermiş və aşağıda da imza atmışdır. O isə psixoloji ekspertizanı keçirib altından imza atmışdır. Həkim isə şəxsin yalnız xəstə olub-olmamağını müəyyən edir. Qalan incəliklər isə psixoloq tərəfindən müəyyənləşdirir. Uşağın özünün iştirakı olmadan ekspertiza keçirməyin mümkün olmadığını bildirmişdir. Ümumiyyətlə, psixoloqa aid olan “yalan danışma”, “özündən uydurma”, “əqli və psixi inkişafın ləngiməsi” və s. hissələri olmuşdur. Rəydə göstərilmiş 2, 4, 5 və 7-ci suallar ona aid olmuşdur. İstintaq materiallarına şübhə etmək ekspertin vəzifəsi olmadığını, amma hər hansısa bir ziddiyyət gördükdə, o zaman müstəntiqdən nəsə tələb edə biləcəyini qeyd etmişdir. Lakin müstəntiqə “mənə niyə bu sualı qoymamısan” deyərək yol göstərməmişdir. Amma müəyyən materiallarda ona uyğun olmayan bir şey işi üçün vacib olduqda və yaxud da orada ziddiyyət gördükdə istintaq orqanına müəyyən materialı təqdim etmələri üçün məlumat verdiyini bildirmişdir. Uşaq cinsiyyət orqanı ilə, barmağı fərqləndirməyə bilər. İstintaq mayeriallarında təqsirləndirilən şəxsin zərər çəkmişə qarşı etdiyi hərəkət qeyd edilmişdir. Uşaq da “bu adamın mənə belə hərəkət edib” demiş və ətraflı izah etmişdir. Uşaqla yazılı tapşırıqlar edilmiş, “süjet şəkillərinin dərc olunması” nı Zərərçəkmiş şəxs göstərilmişdir. O şəkillər vasitəsilə də artıq bəzi nüansları müəyyənləşdirilmişdir. Təbii ki, uşaqlarda güclü fantaziyalar olur. Hər bir uşaq öz təfəkkürünə, düşüncə tərzinə uyğun cavablar təqdim edə bilər. Əgər ekspertiza zamanı ziddiyyətlər aşkar edilsə, o zaman rəydə “uşaq azyaşlı olduğundan özündən böyüklərin təsiri altında danışa bilər” qeyd olunur. Məsələn, o, uşağı ilə anasını birgə müşahidə edir, ananın uşağı ilə necə davrandığına nəzər yetirir, özü kənardan suallar verir. Elə hadisələr var ki, uşağın fantaziyasına sığmır. Çünki uşaq cinsi əlaqənin nə olduğunu bilmir. Uşağın bu barədə məlumatı azdır və uşağın yalan danışması üçün məntiqli bir səbəb yoxdur. Elə suallar və cavablar var ki, o birbaşa istintaqın işidir, onu psixologiya araşdıra bilməz. Bu hadisə Zərərçəkmiş şəxs o qədər də pis təsir etməmişdir. Bəzən uşaqda depressivlik əlamətləri, özünə qapanma və s. müşahidə olunduqda, rəydə “poliknika üzrə və yaxud psixoloqun müayinəsi və s.” qeyd olunur. Əgər bununla bağlı nəsə yazılmamışdırsa, demək ki, elə bir hala rast gəlinməyib. Əgər uşaq özünə qapansa, hadisə ona pis təsir etsə, ünsiyyət qura bilməsə, yemək yeməsə, o halda rəydə uşağa psixoloji terapiyanın məsləhət görüldüyü yazılır. Ola bilsin ki, Zərərçəkmiş şəxs mahiyyəti anlamır və başa düşmür ki, Fayaz cinsiyyət orqanı ilə neynəmək istəmişdir. Bəlkə də Fayaz etdiyi hərəkətlə cinsi ehtirasını ödəmək istəmiş, amma Zərərçəkmiş şəxs bunu anlamamışdır. O, adətən müstəntiqin aldığı ifadəyə əsaslandığını bildirmişdir. Çünki tədqiqatçı müstəntiq kimi dərindən yanaşmır, müstəntiq daha dərin detallarla maraqlanır. Tədqiqat sadəcə bəzi nüanslara toxunaraq işi bağlayır və istintaqa göndərir, incəliyə, detallara varmır. Uşaq ağzına salınan şeyin görüntüsünü, xarici görünüşünü ehtimal var ki, az da olsa, təsvir edə bilər. Lakin onun dadının necə olmasını və ya ümumiyyətlə nə olmasını tibbi ekpertiza müəyyənləşdirə bilər. O, isə psixoloji ekpertizanı tədqiqi ilə məşğul olduğunu bildirmişdir. İnci Babayeva sadəcə olaraq ona “Fayaz mənim ağzıma saldı” demişdir. O, sekspotoloq və ya seksoloq olmadığını, sadəcə olaraq əqli psixi inkişafı, onun qavraması, intelekti və s. müəyyənləşdirdiyini bildirmişdir. Şahid qismində ifadə vermiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin ekspert həkim-psixiatrı X5 ifadəsində hadisədən uzun müddət keçdiyi və il ərzində 3.000-ə yaxın oxşar işlər olduğu üçün tam təfsilatı ilə xatırlamadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs barəsində verilmiş rəydə yalnız psixiatrik suallara cavab vermişdir. Onlara təqdim edilmiş qərarda iki sual qoyulmuşdur: Birincisi, zərər çəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə zamanı hansı psixi vəziyyətdə olmuşdur? Burada hansı psixi vəziyyətdə olması deyil, hansı psixi xəstəliyi olması qeyd olunmasının vacibliyini bildirmişdir. “Hansı psixi vəziyyətdə olmuşdur?” sualı qeyri-müəyyən olmuşdur. İkinci sual isə “zərər çəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hər hansı bir xəstəliyi varmı?” olmuş, cavab olaraq Zərərçəkmiş şəxs heç bir xəstəlikdən əziyyət çəkmədiyi, ona qarşı törədilən hadisə zamanı hər hansı bir xəstəlik və psixi vəziyyətini aşkar edən bir vəziyyət olmamışdır. Şahid qismində ifadə vermiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin eksperti X2 ifadəsində bildirmişdir ki, o, Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin qərarı ilə 10 iyun 2022-ci ildə rəy vermişdir. Ona Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarları təqdim olunmuş və qarşısına suallar qoyulmuşdur. Həmin suallar şəxslərin paltarlarının üzərində liflərin olub-olmaması ilə bağlı olmuşdur. Maddi sübutlar olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları möhürlənmiş vəziyyətdə mərkəzə təqdim olunmuşdur. Qoyulmuş sualların cavablandırılması üçün metodikaya əsasən həmin paltarlar onun tərəfindən nəmli süngərlər vasitəsilə silinmiş, üzərində kənar lif hissəcikləri yığılmış, eyni zamanda paltarların tərkib lifləri də təyin olunmuş və müxtəlif mikroskoplar vasitəsilə tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsində Zərərçəkmiş şəxs şalvarının üzərindən göy rəngli pambıq lif hissəciklərin olduğu müəyyən olunmuşdur. Lifli-material eskpertizasında metodikaya əsasən tədqiqat aparılır. Ehtiyac olduğu təqdirdə, metodikaları məhkəməyə təqdim edə biləcəklərini bildirmişdir. 4 hissədən ibarət lifli materialın tədqiqatı Rusiyada istehsal olunmuş metodikalardır. Bununla bağlı olaraq, təlimat hazırlanmışdır. Həmin metodikalar Azərbaycan Respublikasından qeydiyyatdan keçməmişdir. Rus dilindədir, amma tərcümə edilmişdir. Paltarların ayrı-ayrı qablaşdırılmalı olunduğu və bir sıra metodiki tövsiyələr onlar tərəfindən həmişə müstəntiqlərə tapşırılmışdır. Əgər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs paltarları bir yerdə olsaydı, o, geri qaytaracağını və eyni adama məxsus geyimlərin eyni qabda qablaşdırılmasının mümkün olduğunu bildirmişdir. Liflərin kənara düşə bilmədiyini, bir-birinə keçə biləcəyini və liflərin kağız üzərinə düşə bilmədiyini qeyd etmişdir. Ona görə də nəmli süngərlər vasitəsilə silindiyini, süngərlərin içərisində ora hopdurulmuş vəziyyətdə olan yerlərin olduğunu bildirmişdir. Əgər lifli-materiallı paltar açıq havada, yağışın altında, küləkli havada qalmayıbsa, yuyulmayıbsa, liflərin qalmasının təxmini olaraq, 1 aydan 6-7 aya qədər mümkün olduğunu, həmçinin paltar yuyulduğu halda, liflərin qalmasının da, qalmamasının da mümkün olduğunu bildirmişdir. Liflər itə bilər, yerini dəyişdirə bilər, amma qalmaq ehtimalı da vardır. Hazırkı işdə paltarlar yuyulmamışdır. Çünki paltarlara baxdıqda yuyulduğu bilinir və onlar rəylərdə qeyd etdilir. Paltarların təmiz olmağı anlayışının onun yuyulması ilə eyni olmadığını bildirmişdir. O, rəyində bununla bağlı göstərməmiş, ola bilər ki, fikir verməmiş və paltarların nə vaxt qablaşdırıldığını bilməmişdir. Əgər 1 aydan çox olduqda onları tədqiqat aparmayaraq geri qaytardıqlarını demişdir. Qərar 23 may tarixli olmuş, onlara isə 25 may tarixində gəlmişdir. Yəni bu, o deməkdir ki, paltarlar təzəlikcə götürülmüşdür. Onun tərəfindən tədqiqat aparılmış və liflər aşkar edilmişdir. Sonradan mübahisə meydana gəlməsin deyə onlar həm növü, həm təbiəti, həm də rəngləyicini təqdim etdiklərini bildirmişdir. Əgər bu əlamətlər üst-üstə gəlirsə, “sizin paltarlarınız başqa şəxsin paltarlarının üzərindədir” deyə bildirdiklərini qeyd etmişdir. O, rəyi təqdim olunmuş şalvara görə, pambıq liflərinə görə vermişdir. Pambıq liflərin həmin paltara məxsus olduğunu və 20 gün ərzində başqa bir paltardan da liflər düşə biləcəyini bildirmişdir. Lifli eskpertizanın birbaşa sübut olmadığını, ancaq trasoloji-tibbi və lifli kompleks ekspertiza ilə də yekun cavabların verilə biləcəyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs atası Azayev X4 RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək qızı 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs tərəfindən seksual xarakarterli hərərkətlərə məruz qalması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs ilkin izahatından görünür ki, 11 may 2022ci il tarixdə işdən gəldikdən sonra həyətdə toyuqlardan birini axtararkən qonşusu Ceyhunun azyaşlı qızları toyuğu tapdıqları üçün onların qapısını döymüşdür. Toyuğu içəri salarkən azyaşlı qızlar da onunla birlikdə içəri həyətə keçmiş, daha sonra həyətlərində küçüklə oynamışdırlar. Azyaşlılar həyətdən çıxanda İncinin ağzının kənarında çörək qırıntıları olduğu üçün əli ilə onun ağız nahiyəsini təmizləmiş, daha sonra qızlar çıxıb getmişdirlər. Bu hadisədən yarım saat sonra qonşusu Ceyhunun arvadı Xatirə və bacısı oğlu Murad onların evinə gəlib “İnciyə nə etmisən?” deyərək onu uşağına qarşı əxlaqsızlıq etdiyini iddia etmiş, o da uşağın sadəcə ağzını sildiyini demiş və onlar çıxıb getmişdirlər. Bir neçə dəqiqə sonra Ceyhun, Murad və bir nəfər başqa şəxs onun evinə gəlmiş və azyaşlı qızı İnciyə qarşı əxlaqsız hərəkət etdiyini demişdir. Daha sonra isə Fayazın sifətinə, başına zərbələr endirmiş və çıxıb getmişdirlər. O da 102 xidmətinə zəng edib məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs ilkin izahatından görünür ki, o, küçədə bacısı ilə oynayarkən qonşuları Fayazın itmiş toyuğunu tapıb onun həyətində hinə salmışdır. Daha sonra Fayaz onu çağırmış, əli ilə gözlərini yummuş və “ağzını aç” demişdir. Ağzını açdıqda Fayaz yumşaq və dadı turş olan bir şeyi onun ağzına salmışdır. Həmin şey barmaq olmamış, pis bir şey olmuşdur. Sonra o, küçədə gözləyən bacısının yanına getmiş, bacısı ilə birlikdə evə gələndən sonra anasına demişdir. Həmin vaxt onun əlində kolbasa çörək olmamışdır və onların həyətində itlə oynamamışdır. Fayaz əli ilə gözünü tutanda heç nə görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd alt paltarı, 1 ədəd uzunqol köynəyin və Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd uşaq alt geyim köynəyi, 1 ədəd uzunqol köynəyin götürülməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd alt paltarı, 1 ədəd uzunqol köynək və Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd uşaq alt geyim köynəyi, 1 ədəd uzunqol köynək iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-lifli materialların ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2957 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə keçirilmiş baxış zamanı hadisə yerinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 18:00:00-dan xx.xx.2022-ci il tarixdə saat 23:00:00-dək olan vaxt intervalında Abşeron rayonu Mehdiabad qəsəbəsi Ş.Qurbanov küçəsi ərazisində anten əhatə dairəsində istifadə olunmasına dair məlumatların olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 23:00:35-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi ərazisində anten əhatə dairəsində istifadə olunmasına dair məlumatların olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1306 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin qərarın təsviri hissəsində göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan edildiyi halda törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1307 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar onunla yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar hadisə zamanı müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs ətrafında olan və baş verən hadisələri qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 501 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 498 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcəkdə və anal dəliyi ətrafında hər hansı bir dəyişiklik, xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı, qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi müəyyən edildi. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şərait və tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 689 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcəkdə və anal dəliyi ətrafında hər hansı bir dəyişiklik, xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı və baş beyinin silkələnməsi silkələnməsi ilə müşayiət olunan olunan qapalı kəllə beyin travması müəyyən edildi. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şərait və tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi nahiyəsində təqdim edilmiş maddi sübut-butulka ilə yetirilməyə uyğun xəsarət və dəyişikliyin obyektiv əlamətlərini xarakterizə edən görüntülər müəyyən edilmədi. Nəzərə almaq lazımdır ki, arxa keçəcəklə tək-tək cinsi əlaqə və ya uzunsov predmetin, ola bilsin butulkanın bir dəfə yeridilməsi arxa keçəcək dəliyi nahiyəsində və düz bağırsaqda dayanıqlı dəyişikliklər törətmir. İmitasiya xarakterli fotogörüntülər (fotoşəkillər) məhkəmə tibbi meyarlarla qiymətləndirilmir. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş və götürülmüş paltarlar iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağına verilmiş, 02 ədəd CD disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid2 zərər çəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığı üçün onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində yerləşən evdə qeydiyyatsız yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq — xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 12 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar yaranmış köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı öz cinsiyyət orqanını zərər çəkmiş şəxsin ağız boşluğuna salmaqda ibarət seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, hərəkətlərinin azyaşlının ağzının kənarında qalan çörək qırıntılarını təmizləməkdən ibarət olması, başqa heç bir seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını və həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş paltarlar onun yaxın qohumlarına və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş paltarlar isə onun qanuni nümayəndəsinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar