Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-21/2025 09.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) – X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi - X4 və təqsirləndirilən şəxsin (mülki cavabdeh) iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Türkiyə Respublikası Konya şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti İlə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikasının vətəndaşı olmaqla Konya şəhəri Karatay rayonunda qeydiyyatda olan, Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, X10 Hüseyin 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində-olmaqla birlikdə yaşadığı Gündüz (Hacıyevə) Türkanə Yafəs qızının 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud formada cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycan Respublikasından kənarda (Türkiyədə) yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə arvadının ona bir ər kimi hörmət etməməsi qənaətinə gəlib aralarında bu zəmində yaranmış davamlı mübahisələrin ər-arvad kimi münasibətlərində soyuqluq yaratdığından, o, bu münasibətlərə aydınlıq gətirmək üçün 07 may 2023-cü il tarixdə gecə saat 00 radələrində Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxslə söhbət əsnasında sonuncunun kobudluq edərək onunla birlikdə yaşamaqdan imtina etməsi, masadakı şirniyyatı onun üstünə atmasından sonra arvadının onun üzərinə gəlməsi səbəbindən psixi-emosional vəziyyətində yaranmış hirslilik fonunda, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla anlaqlı vəziyyətdə qonaq otağındakı dolabdan ümumi uzunluğu 260 mm olan, açılıb-qatlanan soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət bıçağını götürüb müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək birgə nikahlarından olan azyaşlı övladları - 2011-ci il təvəllüdlü Şahid2 Mühammet qızının gözü qarşısında bu hərəkətləri ilə övladına və arvadına xüsusi iztirab və əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 07 ədəd, daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin daxilə nüfuz edərək ürək kisəsini ürəyin sol qulaqcığını yaralayan deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölməsinə səbəb olan döş qəfəsinin ön səthinin sağ hissəsinin 01 ədəd, sağ döş vəzinin yuxan hissəsində gilənin üst səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaralan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan daxilə nüfuz etməyən qarının ön səthinin 02 ədəd, göbək nahiyəsinin 01 ədəd, döş qəfəsinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş və sol saidin yuxarı 1/3-nin 01 ədəd kəsilmiş yaraları, habelə əl-ayaq zərbələri ilə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ dizin ön və tış səthinin sıyrıqları xəsarətlərini yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birbirilərini sevərək ailə həyatı qurmuşlar. O, Zərərçəkmiş şəxs tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibəti yaranmağa başlamışdır. O, onun təhsilini davam etdirməsinə köməklik etmişdir. Onun ailəsi Zərərçəkmiş şəxs onunla ailə qurmasına razı deyildilər. Hətta, bir gün Zərərçəkmiş şəxs atası ilə dalaşaraq, onu evdə qovmuşdur. Türkanə ona da öz atası ilə görüşməməyini, atasının dələduz olduğunu və s. bildirmişdi. Bildirmişdir ki, bir-neçə il əvvəl atasının borclu olduqları şəxslər dəfələrlə borclarının geri qaytarılması üçün qapılarına gəlmişdir. O, 2018-ci il tarixdən etibarən işləməməyə başlamışdır. Həmin ildən etibarən də Zərərçəkmiş şəxs qazancı artmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onu alçaltmağa, cəmiyyət arasında atmacalar atmağa başlamışdır. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdir. Türkanənin bacısı onun xadimə ilə onun bacısına xəyanət etdiyini bildirmişdir. Lakin belə bir hal baş verməmişdir. Həmin evə kameraların qoyulmasını o həyata keçirmişdir. Evdə kameraların olduğunu bildiyi halda, Zərərçəkmiş şəxs xəyanət etməyindən söhbət gedə bilməz. Türkiyə Respublikası, Konya şəhərində yerləşən evində işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi və o, evə ictimai nəqliyyat vasitəsilə gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığını bildirmiş və o da onu təbrik edərək, əl uzadıb yanağından görüşmüşdür. Bundan başqa aralarında heç nə olmamışdır. Zərərçəkmiş şəxs ona deməsə də, onun bundan şübhələndiyini və qısqandığını hiss etmişdir. O, ona qısqandığı halda, həmin xadiməyə daha işləməməsini bildirəcəyini demişdir. Bir gün Zərərçəkmiş şəxs anası zəng edərək, Zərərçəkmiş şəxs atasının səhhətində ciddi problemlər olduğunu və atasının qızının yanında olmasını istədiyini bildirmişdir. O da təbii ki, etiraz etməmişdir. Hətta qızı Şahid2 də valideyn kimi rəsmi olaraq ölkədən getməsinə icazə vermiş və onları Azərbaycan Respublikasına yola salmışdır. 2 gün sonra ona Zərərçəkmiş şəxs ondan boşanmaq istəməsi barədə iddiasına dair rəsmi bildirişi almışdır. Bu barədə onunla əlaqə saxlayaraq, danışmış və səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs səbəb kimi xadimə ilə olan həmin videogörüntüləri demişdir. O, ona vəziyyəti izah etdiyimi,hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığını və s. yenidən bildirmişdir. Lakin ona inanmamışdır. Təqribən 7- 10 gün sonra o, Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt Türkiyə Respublikası, Antalya şəhərinə tətil üçün bilet də almışdır. Azərbaycan Respublikasına tətil bileti ilə birlikdə gəlməkdə məqsədi Zərərçəkmiş şəxs ilə barışmaq olmuşdur. O, onu öldürmək üçün gəlməmişdir və heç onu öldürmək fikri də olmamışdır. O, Azərbaycan Respublikasına ona məlumat vermədən gəlmiş və gələn kimi ona zəng etmişdir. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Ona tibb bacısı ilə birlikdə olduğunu demiş və ondan telefonu həmin tibb bacısına verməyi tələb etdikdə, bundan imtina etmişdir. Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr səsləndirməyə başlamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyini və orada birlikdə gəzmələrini bildirmişdir. O, yola düşmüş və Kürdəmir şəhərinə çatdıqda, Zərərçəkmiş şəxs artıq evdə olduğunu bildirmişdir. Bundan sonra o da geri qayıtmış və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evə getmişdir. Zərərçəkmiş şəxs həmin vaxt orada idi və qapını açmırdı. Qapını açdıqdan sonra ona vəziyyəti izah etmiş və ona xəyanət etmədiyinə dair and içmişdir. O, ona inandığını bildirmişdir. O, ondan dünən Gəncə şəhərində olub-olmadığını soruşmuşdur. Əgər, Gəncə şəhərində olmuşdursa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdi. Zərərçəkmiş şəxs Gəncə şəhərində olmadığını, başqa yerdə olduğunu bildirmişdir. O, məsələni uzatmamışdır. Şahid2 də götürüb bir az gəzmiş və evə qayıtmışlar. Bu müddətdə aralarında heç bir problem olmamışdır. Sonra Zərərçəkmiş şəxs yenidən həmin videogörüntüləri göstərməyə başlamışdır. O da ona aldığı tətil biletləri barədə deyib, artıq bu videogörüntüləri unutmasını, sadəcə tətil barədə düşünməsini demiş və həmin videogörüntüləri silmişdir. Sonradan Zərərçəkmiş şəxs yenidən ona qarşı nalayiq ifadələr işlətmiş, o bir daha ona xəbərdarlıq etmişdir. Təxminən 1 həftə sonra yenidən aralarında danışan zaman mübahisə yaranmış və Zərərçəkmiş şəxs nalayiq ifadələr səsləndirmişdir. Bu dəfə o, onun valideynlərinə, Türkiyə Respublikasına qarşı nalayiq ifadələr səsləndirmiş və onları təhqir etmişdir. Əvvəlcə, qənd qabını onun üzərinə atmışdır. Daha sonra onu meyvə soyduğu bıçaq ilə vurmuşdur. Hadisəni törətdiyi vaxt o, özündə deyildi. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra dərhal Şahid2 otağına daxil olmuş və ona “103” çağrı mərkəzinə və xalasına zəng etməsini bildirmişdir. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib çatmışlar. Onlar hadisə yerinə gec gəlmişlər. 2 ya 3 dəfə o, onlara ünvanı izah etmişəm. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxslə aralarında əvvəllər mübahisələr olmuşdur. Bu mübahisələr qısqanclıq zəminində yaranmamışdır. Üzərində olan bıçağı 2 il əvvəl almışdır və onu meyvə soymaq üçün istifadə edirdi. Hadisəni törətdiyi anda huşunu itirmişdir və nə etdiyini xatırlamır. Hadisə baş verdiyi vaxt qızı Şahid2 evdə otağında idi. Onun qulağında böyük qulaqcıqlar var idi. Hadisə baş verən zaman səs-küy də olmadığı üçün o hadisə yerinə gəlməmiş və heç nə eşitməmişdir. Şahid2 həkimlər gəldikdən sonra otaqdan çıxmışdır. “103” çağrı mərkəzinə məlumat verdikdən sonra həkimlərə ünvanı özü izah etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində isə o, bilavasitə baş vermiş hadisənin xüsusatları ilə bağlı qeyd emişdir ki, 06 may 2023-cü il tarixdə bütün günü qızı Sibellə birlikdə evdə olmuş, saat 10-11 radələrində Türkanə işə getmiş, təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək arvadının ona zəng edərək bu gün bəlkə evə getməyəcəyini bildiridiyini demişdir. Təxminən saat 20 radələrində arvadı evə gəlib yeməyini yeyib yorğun olduğuna görə yatmağa getmiş, bir necə saat yatdıqdan sonra oyanmışdır. Qonaq otağında oturduqları vaxt ona belə hərəktlərin onlara yaraşmadığını, mütəmadi olaraq mübahisə etmələrinin övladlarına ziyan etdiyini, danışığına fikir verməyini demiş, o, da ona Türkiyədə yaşamaq istəmədiyini, onun Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söyləmiş, bununla bağlı aralarında mübahisə biraz da artmışdır. Bu zaman masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkanə ayağa qalxıb üstünə gəlmiş, o da yanında olan dolabçadan alma soymaq üçün istifadə etdiyi dəstəyi qəhvəyi olan açılıb-bağlanan bıçağı götürüb açmış və onu qorxutmaq məqsədilə üstünə getmişdir. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkanə otaqdan çıxmaq üçün qapı tərəfə qaçmış, onların səslərinə qızı Sibel artıq öz otağından çıxmış və ona yaxınlaşaraq “ata eləmə” deyə söyləmiş, o isə qızına otağına keçməsini tapşırmışdır. Bundan sonra otaqdan çıxan zaman bir dəfə arxadan Türkanənin böyründən bir dəfə bıçaqla zərbə endirmiş, o, otaqdan çıxıb yataq otağının qarşısında yerə yıxılmış, onun qan içində olduğunu görüb qızı Sibelə dərhal təcili tibbi yardım çağrımasının demiş, bundan sonra qızı Sibel 103 xidmətinə zəng etmiş, o özü ondan telefonu alaraq bu barədə məlumat vermişdir. Daha sonra öz telefonundan dostu Ekrem Ökteme zəng edib bu barədə deyəndən sonra evin həyətinə çıxmış, bir müddət sonra polis əməkdaşları gələrək onu saxlamış və o, törətdiyi cinayəti etiraf etmişdir. Hadisənin baş verdiyini qızı Sibel görmüş, başqa heç kəs orada olmamış, Türkanəni 3-4 dəfə bıçaqla vurmasını xatırlamış, sonra bıçağı otaqda masanın üzərinə qoymuşdur. Arvadının dikbaşlığı, sözünü saymaması, gecə evə gec gəlmələri, zənglərinə vaxtında cavab verməməsi, həmçinin özünün pul qazanmasından sonra azad həyət sürməsi mübahisələrə səbəb olmuş, digər tanımadığı şəxslərin yanında da onun sözünə baxmamış və saymamışdır. (Cild 1, iş vərəqləri 84-88) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 06 may 2023-cü il tarixdə evdə oturarkən atası yanına gəlmiş və anası ilə boşanacağı təqdirdə buna münasibətini soruşmuşdur. O, da bunun onların öz işləri olduğunu və normal qarşılayacağını bildirmişdir. Anası işdən evə gəlmiş, o, anasına yemək vermiş və anası yatmağa getmişdir. Az sonra anası yuxudan durmuş və atası ilə çay içməyə başlamışlar. O da həmin vaxt öz otağında olmuşdur. Otağında olarkən səs-küy eşitmişdir. Bu səs kiminsə qaçış səsi və qışqırıq səsi idi. Həmin vaxt atası digər otağa mətbəx bıçağı götürməyə gedirdi. O, qapını açıb baxdıqda atasının əlində bıçaq olmuşdur. Atasına “etmə” deyə yalvarmışdır. O, onun səsini eşitmiş, bıçağı əlindən almağa çalışacağı halda, onu da öldürəcəyini bildirmişdir. O, atasının anasının qoluna bıçaqla vurduğunu görmüşdür. Anası ona “Sibel, atan məni öldürəcək” deyə bildirmişdir. Atası anasının qoluna, ürəyinə və qarnına bıçaqla vurmuşdur. Anası onun əlindən qaçmağa fürsət tapmış qapını açmağa çalışanda atası anasının kürəyindən də bıçaqla vurmuşdur. “103” çağrı mərkəzinə o atasının telefonu ilə zəng edib məlumat vermişdir. O, şok vəziyyətində olduğu üçün zəng etdikdən sonra ünvanı onlara deyə bilməmişdir. Ünvanı atası demişdir. Onun mobil telefon nömrəsinin balansında zəng üçün kifayət qədər məbləğ olmamışdır. O, xalasına “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmişdir. Həkimlər evə gəldikdə, o, onlara atasını işarə edərək, onun qatil olduğunu bildirmişdir. Həmin vaxt atası anasının özü-özünü bıçaqladığını bildirmişdir. Atası ondan onun qatil olduğunu deyəcəyini gözləmirdi. Lakin o, həqiqəti demişdir. Atası ilə anasının münasibətlərində əvvəldən soyuqluq yaranmışdı. Buna səbəb atasının Türkiyə Respublikası, Konya şəhərində yerləşən evindəki xadimə ilə anasına xəyanət etməsi olmuşdur. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evlərində atası anasını bıçaqla hədələyərək, onunla barışmağı tələb etmişdir. Təcili tibbi yardım avtomobilini qarşılamağa atası çıxmışdır. Atasının anasını bıçaqla hədələməsini o görməmiş, bu barədə anası ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, atası Muhammet Gündüz anasını bıçaqlamazdan əvvəl dəfələrlə onu döymüşdür. Hətta bir neçə dəfə onu da döymüş, bıçaqla hədələmişdir. Bir neçə dəfə olub ki, atasının əlindən bıçağı alıb ona anasını vurmaması üçün yalvarmışdır. Türkiyə Respublikası, Konya şəhərində olarkən o, digər otaqda yatarkən atası xadimə ilə uyğunsuz hərəkətlər etmişdir. Ötən məhkəmə iclasında bacısı Şahid2 aldatdıqları üçün o, fərqli ifadə vermişdir. Atası anasını bıçaqladıqdan dərhal sonra bacısı ona videogörüntülü zəng etmiş və o anasının ölü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt atası da orada olmuşdur. Hadisə Şahid2 gözləri qarşısında olmuşdur. Təxminən anasının vəfatından 20-30 gün sonra bacısının qəyyumu təyin olunmuşdur. Şahid2 hadisədən sonra ona “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etdiyi mobil telefon nömrəsini xatırlamır. Çünki, həmin nömrə Türkiyə Respublikasının mobil operatoruna məxsusdur. Məhkəmədə dindirilmiş X8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs bir-birilərini sevərək ailə həyatı qurmuşlar. Hətta valideynləri onların ailə həyatı qurmalarının qarşısını almağa çalışsa da, bunu bacarmamışlar. Təqsirləndirilən şəxsin başqa qadınla birgə nikahından 3 övladı vardı. Muhammet Gündüz və Zərərçəkmiş şəxs yaşadıqları Türkiyə Respublikası, Konya şəhərində yerləşən evlərində kameralar mövcuddur. Bacısı Zərərçəkmiş şəxs həmin evin kameralarına baxdıqda, Muhammet Gündüzün evdə işləyən xadimə ilə ona xəyanət etdiyini görmüşdür. Həmin görüntüləri anama göndərdikdə, anası Zərərçəkmiş şəxs bu barədə Muhammet Gündüz ilə danışmamasını, Muhammet Gündüzün ona nəsə edə biləcəyindən qorxduğunu bildirmişdir. Anamın belə deməsinin səbəbi vardı. Çünki, əvvəllər də Muhammet Gündüz bu cür hərəkətlər etmişdir. 2017-2018-ci il tarixlərdə bacısı zəng edərək, Muhammet Gündüzün evin qapısını baltaladığını demişdir. Anası da Muhammet Gündüzün bacısına nəsə edəcəyindən qorxduğunu demişdir. Bundan başqa Muhammet Gündüz bacısının başına qənd qabını atmışdır. 06 may 2023-cü il tarixdə saat 23:58-də Şahid2 ona zəng etmişdi. Həmin vaxt o, telefonu aça bilmədiyi üçün sonradan Şahid2 zəng etmişdir. Şahid2 telefonu açan kimi “xala gəl, atam anamı vurdu” deyə bağırmışdır. Əvvəl o, onun nə dediyini dərk etməmişdir. Daha sonra onların yaşadığı evə getmişdir. O çatanda təcili tibbi yardım avtomobili və həkimlər orada idilər. Bacısı da yerdə uzanılı vəziyyətdə idi. Əvvəlcə onun vəfat etdiyini dərk edə bilmirdi. Sonradan həkimlərdən biri Zərərçəkmiş şəxs nəbzinin döyünmədiyini bildirmişdir. Bundan sonra o, qışqırmağa başlamışdır. Muhammet Gündüzü polis əməkdaşları xidməti avtomobilə əyləşdirərkən ona sadəcə bir səbəb deməsini bildirmişdir. Muhammet Gündüz də cavabında “mən ona dəfələrlə xəbərdarlıq etmişdim” deyə bildirmişdir. O, oraya çatdıqda bıçağı da görmüşdür. Hadisə baş verdiyi vaxt Şahid2 evdə olmuşdur. Şahid1 isə həmin Türkiyə Respublikasında idi. Hadisə Şahid2 gözü qarşısında olmuşdur. Zərərçəkmiş şəxs sonuncu dəfə Türkiyə Respublikasından az öncə qeyd etdiyi xadimə ilə bağlı videogörüntülərlə əlaqədar geri qayıtmışdır. Lakin, onun bu səbəbdən geri qayıtdığını Muhammet Gündüz bilməmişdir. Belə ki, bacısı anası ilə danışaraq, anasının Muhammet Gündüzə atasının səhhətində ciddi problemlər olduğunu, buna görə də övladlarının üçünün də yanında olmağını istədiyini bildirməyi xahiş etmişdir. Bundan sonra Muhammet Gündüz bacıma Azərbaycan Respublikasına gəlməyə icazə vermişdir. Bacısı həqiqətdə hansı səbəbdən geri qayıtmaq istədiyini desəydi, təbii ki, Muhammet Gündüz ona icazə verməyəcəkdi, hətta ona xəsarət də yetirə bilərdi. Bacısı Azərbaycan Respublikasına qayıtmazdan 2 gün əvvəl Türkiyə Respublikasında Hale adlı vəkil ilə müqavilə bağlamış və onun adından Muhammet Gündüz ilə boşanmalarına dair məhkəmədə iddia qaldırmasını xahiş etmişdir. Bacısı bunun üçün 5000 ABŞ dolları məbləğində də ödəniş etmişdir. Daha sonra bacısı ölkəyə qayıtmış və Muhammet Gündüzə onların boşanmaları ilə bağlı rəsmi bildiriş gəldikdə, Muhammet Gündüz bacısı ilə əlaqə saxlayaraq, onu öldürəcəyinə dair hədələməyə başlamışdır. Bacısı da boşanmaq istəmələrinin səbəbini ona bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Muhammet Gündüz ilə qonşuluq münasibətləri olmuşdur. Hadisə baş verdiyi gün gecə saat 12:00- 00:30 radələrində Muhammet Gündüz ona zəng etmişdir. O, əvvəlcə onun zənginə cavab verə bilməmişdrm. Daha sonra onunla əlaqə saxladıqda ona həyat yoldaşını bıçaqladığını bildirmiş və nə edəcəyini soruşmuşdur. O da ona dərhal “103” çağrı mərkəzinə məlumat verməsini demişdir. Muhammet Gündüz “103” çağrı mərkəzinə məlumat vermişdir. O, ona heç yerə getməməsini, hadisə yerində qalmasını demişdir. Hadisəni sonradan eşitmiş, hadisənin birbaşa şahidi olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından Sumqayıt TTTYS-da çağırışçı həkim işləyir. 06 may 2023-cü il tarixdə gecə növbəsində olmuş, 07 may 2023-cü il tarixdə saat 00:02-də 103 məlumat xidmətindən onun mobil nömrəsinə zəng olunmuş, adını xatırlamadığı dispetçer t’r’find’n Abşeron rayonu, Novxanı kəndində yerləşən atıcılıq mərkəzində bıçaqlanma hadisə olduğu və dərhal həmin ünvana getmələri bildirilmişdir. Ona verilmiş ***-***-**-** nömrəsi ilə ilkin əlaqə saxlasa da, zənglərinə cavab verilməmiş, daha sonra adını bilmədiyi qız cavab verib həyəcanlı şəkildə həyət evinin olduğu yeri başa salmağa çalışmış, lakin həm həyəcanlı olduğundan, həm də yarı Türk, yarı Azərbaycan dilində danışdığından heç nə başa düşmək olmamışdır. Təxminən üç dəfə onunla əlaqə saxlasa da, o, düzgün izah verə bilməmiş, sonra zəngə bir kişi cavab verib fərdi yaşayış evinin yerini izah etmiş, məlumatı aldıqdan təxminən 15-20 dəqiqə sonra bir həyət evinə çatmışlar. Həmin vaxt bir türk vətəndaşı evin darvazasında onları qarşılayıb mərhum qadının olduğu yerə aparmış, evə daxil olduqda girişlə üzbəüz bir qadının qanlar içində uzandığını görmüş, kişidən burada nə baş verdiyini soruşduqda onun da cavab olaraq həmin qadının psixoloji problemlərinin olduğunu və dərman preparatlarını içərək özünə bıçaqla xəsarətlər yetirdiyini demişdir. Evin qonaq otağında döşəmədə və qapılarda qanabənzər ləkələrin olduğunu müşahidə etmiş, dərhal DİN-nin 102 məlumat mərkəzinə zəng edib məlumat vermiş, qadının tənəffüs aktını müayinə etmiş, döş qəfəsi hərəkət etməmiş, nəbzi vurmamış, bəbəyin işığa qarşı reaksiyası olmamış, bəbəklər artıq genişlənmiş, arterial təzyiq ölçülmədi və ürək tonları eşidilməmişdir. Bundan sonra artıq qadının öldüyünü həmin kişiyə demiş, bunu eşidən və digər otaqda olan azyaşlı adını xatırlamadığı qız uşağı gələrək “baba sən yapdın, baba nədən yapdın” deyə qışqıraraq ağlamağa başlamışdır. (Cild 1, iş vərəqləri 147-150) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də tədqiq edir və bu dəlilləri mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, “Hadisə yerinə baxış keşirilməsi haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinin giriş qapısı ilə üzbə-üz, ayataq otağınının giriş hissəsində, döşəmədə qarnı üstə uzanmış vəziyyətdə olan mərhum Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Meyitin ətrafında, eləcə də yataq otağının qapısından başlayaraq qonaq otağının işərisi və sona kimi qanabənzər ləkələr aşkar edilmişdir. Mətbəx otağında isə masanın üzərində qanabənzər ləkələrə bulaşmış açılıb-qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 07 may 2023-cü il tarixli 57 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 2-si daxilə nüfuz edən olmaqla 7 ədəd deşilmiş-kəsilmiş yara, 1 ədəd kəsilmiş yara, 2 ədəd qançır və 1 ədəd qançırlı sıyrıq aşkar edilmişdir. Həmin xəsarətlər aşağıdakılardır:
1. Döş qəfəsinin ön səthinin sağ hissəsində deşilmiş-kəsilmiş yarası (2,5x0,7 sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 129 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu isə itidir. Yara lll-İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ürək kisəsini, ürəyin sağ qulaqcığını zədələyir. Yara kanalının dərinliyi 7-8 sm-dir, istiqaməti sağdan-sola, yuxarıdan-aşağı və bir qədər öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
2. Döş qəfəsinin ön səthində sağ döş vəzinin yuxarı hissəsində gilənin üst səthində nisbətən şaquli yerləşmiş 1,9x0,7 sm ölçüdə yuxarı ucu iti, aşağı ucu küt olan kənarları hamar yara vardır. Yaranın ayaq altından 122 sm məsafədə, saat siferblatının 11 və 5 rəqəmlərini birləşdirən xətt üzrə yerləşir, döş boşluğuna nüfuz edir, ağciyəri zədələmir. Yara kanalının dərinliyi 6-7 sm-dir, istiqaməti sağdan-sola və bir qədər öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
3. Qarının ön səthində ön orta xətt üzrə xəncərvari çıxıntı proyeksiyasına uyğun yerdə yerləşmiş 2,7x0,6 sm ölçüdə yuxarı ucu küt, aşağı ucu iti, kənarları hamar olan yara vardır. Yara kanalının dərinliyi 3,0 sm-dir, istiqaməti öndən-arxaya, yuxarıdan- aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
4. Həmin yaradan 10 sm solda 4 sm aşağıda 1,5x0,6 sm ölçüdə yuxarı ucu küt,, aşağı ucu iti, kənarları hamar olan yara vardır. Yara saat siferblatının 12 və 6 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir, yara kanalının dərinliyi 2,5 sm-dir, istiqaməti öndənarxaya, nisbətən yuxarıdan aşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
5. Göbəkdən 9 sm solda göbək səviyyəsində şaquli yerləşmiş 1,7x0,6 sm ölçüdə yuxarı ucu küt, aşağı ucu iti olan kənarları hamar yara vardır. Yara kanalının dərinliyi 2,0 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər yuxandan aşağıyadır, yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır.
6. Döş qəfəsinin sağ yarısında arxa qoltuq xətti üzrə 9-10-cu qabırğaarası sahəyə müvafiq yerdə çəp yerləşmiş 2,1x0,8 sm ölçüdə yuxarı ucu küt, aşağı ucu iti olan, kənarları hamar yara vardır. Yara saat siferblatının 10 və 4 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir, yara kanalının dərinliyi 3-3,5 sm-dir, istiqaməti sağdan-sola, arxadan- önədir, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
7. Sol saidin yuxarı 1/3-də tış səthində çəp yerləşmiş 3,7x1,1 sm ölçüdə 0,9 sm dərinliyində ucları İti, kənarları hamar olan yara vardır. Yaranın istiqaməti soldan-sağadır, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
8. Sağ dizin ön səthində 2,7x2,3 sm ölçüdə, sağ dizin tış səthində 1,9x0,4 sm ölçüdə, sol dizin ön səthində 3,1x1,8 sm ölçüdə ətraf dəri səviyyəsindən aşağıda yerləşən tündqırmızımtıl rəngli qeyri-müəyyən formal ətraf dəri səviyyəsindən aşağıda yerləşən sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 07 may 2023-cü il tarixdə əmələ gəlmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Aşkar olunmuş xəsarətlərdən daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaralar hər biri ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, daxilə nüfuz etməyən 4 ədəd deşilmiş-kəsilmiş yara və 1 ədəd səthi kəsilmiş yara isə hər biri ayrılıqda. sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər-sıyrıqlar isə hər biri ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (afətin), kəsilmiş yara isə iti kənarlı əşyanın (afətin), sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb - döş qəfəsinin daxilə nüfuz edərək ürək kisəsini ürəyin sol qulaqcığını yaralayan deşilmiş- kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Onun ölümü meyitinin meyitxanada müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. Meyitdə aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü və kifayət qədər büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, meyitdə aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaraların həmin bıçağın və ya oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Meyitdə aşkar edilmiş sıyrıqlar isə müxtəlif şəraitlərdə və həmçinin həm insan bədəninin (əf, əf barmağı, dırnaq, ayaq və s.) təsirindən, həm də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinn tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin, törəmələri və salsilatlar aşkar edilməmişdir. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı uşaqlıq yolu ilə arxa keçəcək möhtəviyyatı olan İki ədəd tamponda sperma aşkar olunmadı. (Cild 2, iş vərəqləri 84-89) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 may 2023-cü il tarixli 908 saylı rəyindən görünür ki, Mühammet Gündüzün bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 2, iş vərəq 91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 310/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B- alfa/H/lll/-dir. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus xələt, kombinasiya, trusik, Muhammet Gündüzə məxsus şortik, qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 3 ədəd gigiyenik çubuğun bir ucundakı pambıq qanın qrup mənsubiyyəti tədqiq olunduqda В və H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutini də alındı. Beləliklə, bu qan ləkələri Balfa/H/lll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Mühammet Gündüzə məxsus qısaqol mayka üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. (Cild 2, iş vərəqləri 103-107) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının 10 iyun 2023-cü il tarixli 222/2023- MTKŞ saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xələtin ön hissəsində ortada 4 ədəd, arxa hissəsində sağda 1 ədəd, gecə köynəyinin ön hissəsində 3 ədəd, arxa hissəsində sağda 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən təqdim.edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus xələtin sağ qolun qoltuqaltı nahiyəsində sökülmüş zədə aşkar edildi. Bu zədə xələtin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman üzərindən və Muhammet Gündüzə məxsus şortik və köynək üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilmədi. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarda aşkar edilmiş zədələrin xüsusiyyətini, yerləşmə nahiyələrini nəzərə alaraq demək olar ki, bu zədələr şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilmişdir. (Cild 2, iş vərəqləri 94-100) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 26 avqust 2023-cü il tarixli 116 saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət hadisəsini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Muhammet Gündüz ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyirıi dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda da Muhammet Gündüzdə hər hansı psixi pozuntunun əlamətləri qeyd olunmur, hal-hazırda o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Muhammet Gündüz hal-hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Muhammet Gündüz ünsiyyətçillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək, tənqidə və təhqirə qarşı həssaslıq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir, onun əqli- intellektual imkanları normaya uyğundur. O, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. O, cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində fizioloji affekt halında olmamışdır. (Cild 3, iş vərəqləri 25-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs mobil telefonuna baxış keçirilmiş, “Telegram” sosial şəbəkəsində Muhammet Gündüzün ona 06 mart 2021-ci il tarixdə saat 04:02-dən 04:21-dək aşağıdakı məzmunda müxtəlif müddətli ümumilikdə 5 dəqiqə 41 saniyəlik 9 səs yazısının göndərdiyi müəyyən edilmişdir: "Seni oruspu çocuğu seni, eyer sen bu telefonların elgelini kaldırma, yemin ediyorum seni öldürməyə gelicem oraya, anladınmı, seni benim elimdən kimsə alamıyacaq, bunu iyi bil”, "Sen devam et benim arkamdan işler çevirmeye, sen benim sırtımdan baban, annen, benim sırtımdan senin sülalen benim sırtımdan vurdu, şimdi sıra sən, sən vurmaya başladın, öylemi, əyər doğduğuna seni peşman etməssəm eyer, sən görəcəksin”, “sizin elinizden tutan, siz əlinidən tutanı ısırırsınız degilmi siz, sizin sülaleniz böyle, anan, baban, seni var ya, elimdən geleni yapdığın halde beni sırtımdan hançerlediler, şimdi sen hançerliyosun he, seni okutdum, sene olmadık iyiliyi yapdım, sene olmadık elimden geleni yapmışım, sen de bunu yapıyosun ya, seni var ya, benim elimden kimse alamiyacaq bunu iyi bil, seni var ya, seni hayatım pahasına mahv etməssəm, sən gör sən" “Sana qudurğanlığın var ya, burnundan fitil-fitil gelecek o yapdığın qudurğanlıklar, anladınmı, senin burnundan fitil-fitil gelecek, sonra benim evimi terk et, anladınmı, bana hainlik yapan benim evimde oturamaz, he anladınmı, bunu iyi bil, göreceksin sen, benim evimi terk et, terk et seni öldürecem ben, dur sen”, “beni satmayı, benden başqalaına fingildeşmeyi, kendini, oranı-buranı göstermeyi sana gösterecem, dur sen, sen fırsatı deyerlendirdin, beni yurd dışına gönderdin, olmadık pisliyi orda yapdın, olmadık oruspuluğu yapıyosun ha, dur sen, bunun bir bedeli var, anladınmı, bu bedeli ben sana ödetdirecem”, “Sen acından ölürdün bə, senin yüzüne bakan yoktu, sen acından ölürdün, anladınmı, elinden tutdum seni adam etdim be, okutdum, elimden gelen hər isteyi yapdım, acınızdan ölürdüz be, nefesiniz kopuyordu, şimdi beyle oldu he, şimdi fırsat geçdi öylemi, şimdi Muhammete ihtiyaç kalmadı he, bu hainliyinizin bedelini ağır ödeyeceksiniz, bu hainliyi yapdınız ya, baban yapdı birincisi, bana olmadık pisliyi yapdı, sırtımdan vurdu, evlerimi satdırdı, şimdi de sen beni hainlikle sıərtımdan vuruyosun he, yurd dışına gönderdin, olmadık pisliyi orda yapmaya çalışıyosun ha, nerak etme, senin axırına çıkacam ben, merak etme”, “utanmadan sen diyosun ki, bana bore para verib üstüne faiz isteyen adamsın be sen, anladınmı, amma benim kibi bir insan sana heç düşünmeden sana yüz bin dolar verdi, yüz iyirmi bin dolar para saydım da ev aldım, senin kibilerin adına yapdım, bu bana yapılacaq işmi?, bu bana yapılacaq şeymi, he, bu bana yapılacaq hainlik öyle kolay- kolay, bunundan fitil-fitil gelecek merka etme, bunlar senin bumundan fitil-fitil gelecek, hər türlü şeyleri deyeriendiriyorsunuz, ev benim üstümde, toprak benim, ulan seni var ya, toprağın altına endirim ben seni, dur sen, göreceksin sen", “utanmaz, evde iki tane kız çocuğunu koyub akşam saat 9 buçukda eve gelen adamdan ne hayır beklemeğe, 9 buçuka kadar adı işe, ulan işde senin ne halt karışdırdığın bellimi senin, neler yapdığın bellimi senin işde, seni var ya, merak etme, saati saatine, günü gününe takip olacaksın sen, takip etdirecem seni, sen göreceksin, senin sonunu getircem ben senin, sen ne yapıyosun, ne haltlar karışdırıyosun çıkacak ortaya, o kız çoçuklarını Novhanıda koyub saat 9 buçuka kadar sen eve varmıyan adamsan, sen demek var ya, sen artık şiraziden çıkmışsın, ayağın şiraziden çıkıb, yalan konuşma, ben işte senin behanen çok, bir sürü behanen var senin, anladınmı, iki kız çoçuğunu evde koyub da saat 9 buçuğa kadar sen eve gelmiyosan, sen adam değilsin, bunların hepsinin bedelini ödeyeceksin”, “hangi özel hastaneye getsen saat 4-5 her kes evine geder, sanayıcılar, iş adamları akşam saat 6-7 evlerine geder, amma sen evine getmek gibi bir niyyetin yok, anladınmı, senin behanen çok, eve getmemekçin neleri behane ediyosun ki yeter ki eve getme, her dakkamı kuafora gedilirmi, sen eve getmemekçin türlü-türlü behaneler hazırlıyosun anladınmı, senin ev gibi, eve getmek gibi bir şeyin yok senin, sen sokak adamı olmuşsun, bunların bedelini ödetdirecem sana”. (Cild 1, iş vərəqləri 152-155) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş elektron məlumat daşıyıcısı olan 1 ədəd diskə baxış keçirilərkən Muhammet Gündüzün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən mərhum Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə cinayətin baş verdiyi vaxtdan bir ay əvvəl, yəni 06 aprel 2023-cü il tarixdə saat 22:50-22:59 radələrində ““Kimin yanindasin”, "Bana yalan konuşma", “Yalanin ortaya çikmasindan korkuyorsun", "Hangi kuçede kimlerlesin sen” məzmununda mesajlar göndərmişdir. (Cild 2, iş vərəqləri 40-42) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(Cild 2, iş vərəq 19) Məhkəmə təsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni azyaşlı övladı Şahid2 gözü qarşısında xüsusi amansızlıqla arvadı Türkanı Gündüzü öldürməməsi, hadisə baş verdiyi vaxt Sibelin otaqda olması, hadisənin şahidi olmaması və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər hadisənin yeganə şahidinin ifadəsi və işin faktiki halları ilə təkzib olunur. Belə ki, hadisənin yeganə şahidi olan təqsirləndirilən və zərərçəkmiş şəxsin birgə övladları, azyaşlı Şahid2 məhkəmədə qanuni nümayəndəsi və psixoloqun iştrakı ilə cəmi 3 dəfə dindirilmişdir. İlkin ifadəsində o, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadə verməklə atası Muhammet Gündüzün aralarında yaranmış mübahisə zəminində anası Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirərkən səs-küyə gələrək hadisənin birbaşa şahidi olduğunu, hətta atasının anasını bıçaqla vurmaması üçün “ata etmə” deyərək ona yalvarmasını, lakin buna baxmayaraq atasının onun sözünə məhəl qoymayaraq anasına zərbələr vurduğunu göstərmişdir. Məhkəmədə 2-ci dəfə dindirilərkən Şahid2 ifadəsini dəyişməklə atasının anası ilə mübahisə edərkən və ona xəsarət yetirərkən öz otağında olmasını, qulağında isə qulaqcıq olmaqla musiqiyə qulaqasdığını, səs-küy eşitmədiyinə və yalnız hadisə baş verdikdən sonra otağdan çıxıb anasının meyitini gördüyünü göstərmişdir. Məhkəmədə verdiyi ilkin və sonrakı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan psixoloqun iştirakı ilə Şahid2 yenidən dindirilərkə o, ilkin ifadəsini təsdiq etməklə atası Muhammet Gündüzün anası Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirməsinin şahidi olduğunu, atasının anasını bıçaqla vurmaması üçün ona yalvarışlar etdiyini, lakin atasının buna məhəl qoymamasını göstərməklə, məhkəmədə verdiyi əvvəlki ifadəsini atasının vəkili Müdafiəçi2 və atasının birinci nikahdan olan qızı (ögey bacısı) Buşranın ona etdikləri təzyiqlər və onu aldatmaları nəticəsində verdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şahid2 məhkəmədə verdiyi həmin ifadəsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, onun ibtidai istintaq zamanı veriyi ifadəsi ilə uzlaşan məhkəmədə verdiyi 1-ci və 3-cü ifadələr işin faktiki halları ilə uzlaşan mötəbər sübutlar kimi qəbul edilməlidir. Həmçinin təqsirləndirilən şəxs Muhammet Gündüz istintaqa verdiyi ilkin ifadəsində azyaşlı qızı Sibelin hadisənin şahidi olmasını və sonuncunun göz qarşısında arvadı Zərərçəkmiş şəxs xəsarət yetirməsini göstərsə də, sonradan ifadəsinin yerində yoxlanılması zamanı bu halları təkzib edərək qızının hadisəni görmədiyini, habelə arvadı üzərinə gələrkən əlində tutduğu bıçağın ona batdığını bildirmişdir. Qeyd ediləndlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Digər ifadələri isə özünü müdafiə üsulu kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, gecə vaxtı baş verən hadisə zamanı təqsirləndirilən şəxs Muhammet Gündüz və onun mərhum arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı övladları Şahid2 eyni evdə olması, bu zaman Mühammet Gündüz ilə Zərərçəkmiş şəxs arasında mübahisə düşməsi və bu mübahisə nəticəsində Mühammet Gündüzün qısqanclıq zəminində bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs öldürməsi işinin mübahisəsiz hallarıdır. İttiham tərəfi ilə müdafiə tərəfinin arasında işin mübahisəli halı qismində təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürmə əməlinin xüsusi amasızlıqla, yəni azyaşlı təqsirləndirilən şəxsin hadisəni azyaşlı övladları Şahid2 gözü qarşısında törədilməklə sonuncunun yalvarışlarına məhəl qoymadan davam etdirilməsi ilə bağlı xüsusatları çıxış etmişdir. Tərəflərin ifadələrini və işin faktiki hallarını tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, mübahisə zamanı və zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirilməsi prosesində səs-küy və güclü qışqırığın olması qaçılmazdır. Gecə vaxtı eyni evdə olan Şahid2 bunu eşitməməsi və ən azından anasına kömək üçün otaqdan çıxıb atasına yalvarışlar etməməsi inandırıcı olmamaqla yanaşı işin faktiki halları və sadə məntiqlədə uzlaşmır. Bu səbəbdən məhkəmə qətl hadisəsininin Şahid2 gözü qarşısında onun yalvarışlarına baxmayaraq təqsirləndirilən şəxs tərəfindən dolayı qəsdlə törədilməsini işin həqiqi və obyektiv halı kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməldə “xüsusi amansızlıq” kimi tövsifedici əlamətin mövcudluğu və bununla bağlı onun dolayı qəsdinin olması qənaətinə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli, 3 №-li Qərarının və həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 14 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutlmuş, Abşeron rayon məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Daha sonra həmin məhkəmənin 02 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 94-97, Cild 3, iş vərəqləri 17-20) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 may 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 2 ədəd mobil telefon (1 ədəd “Samsung Galaxy A33” və 1 ədəd “İphone 12promax” modelli) zərərçəkmiş şəxsin hüquqi varisinə verilməlidir. Muhammet Gündüzə məxsus 1 ədəd mobil telefon (Samsung Galaxy A53” modelli) təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə təhvil verilməli, 1 ədəd şortik, 1 ədəd qısaqol mayka, 1 ədəd bıçaq, habelə hadisə yerindən 3 ədəd gigiyenik çubuğun bir ucundakı pambıq qan nümunəsi, 1 ədəd xələt, 1 ədəd kombinasiya, 1 ədəd trusik məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza xərci yoxdur. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi X9 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyana görə 70.000 manat, mənəvi zərərə görə 100.000 manat, dövlət rüsumuna görə 460 manat, ümumilikdə 170.460 manat pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin mülki iddia məhkəmə tərəfindən qəbul edilərək iş materiallarına əlvə edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, həmin Məcəllənin 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də eyni Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş mülki iddia ərizəsinə əlavə edilən sənədlərin surəti və çıxarışlarda irəli sürülən tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, irəli sürülən tələblər isə kifayət qədər əsaslandırılmamışdır. «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində də qeyd olunmuşdur ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilməklə, mülki iddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumu X6 geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 02 ədəd mobil telefon (1 ədəd “Samsung Galaxy A33” və 1 ədəd “İphone 12promax” modelli) zərərçəkmiş şəxsin hüquqi varisinə verilsin, Muhammet Gündüzə məxsus 01 ədəd mobil telefon (Samsung Galaxy A53” modelli) təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə verilsin, maddi sübut kimi tanınmış 01 ədəd şortik, 01 ədəd qısaqol mayka, 01 ədəd bıçaq, habelə hadisə yerindən götürülmüş 03 ədəd pambıq qan nümunəsi, 01 ədəd xələt, 01 ədəd kombinasiya, və 01 ədəd trusik məhv edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilsin, mülki iddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumu X6 geri qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.