Məhkəmə qərarları › İş №1(124)-210/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-210/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-210/2023 05.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Quba rayonu, Çartəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Çartəpə kəndi ərazisində yerləşən mağazada 1 bokal spirtli içki olan “Xırdalan” pivəsi və 250 ml araq qəbul etdikdən sonra, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evə gəlib şam yeməyi hazırlamadıqlarına görə qızı Şahid2 və arvadı Şahid1 ilə mübahisə edib nalayiq ifadələrlə onları təhqir etmiş, həmin vaxt evdə olan ailəvi tanışı Zərərçəkmiş şəxs müdaxilə edib onu sakitləşdirməyə çalışarkən Zərərçəkmiş şəxs də təhqir etdikdə Zərərçəkmiş şəxs yumruq və təpiklə onu vurub sifətində solda, sağ çiynində öndə, sağ baldırın yuxarı 1/3-nin bayır səthində və sağ baldırda hərəsində bir yerdə sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsinə, həmçinin son zamanlar arvadı Şahid1 ilə Zərərçəkmiş şəxs intim münasibətlərində olmasından şübhələndiyinə görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib bu niyyətini həyata keçirmək üçün mətbəxə keçərək oradan dəstəyi ağ-qara rəngli, kəsici hissəsi 12 sm olan, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb bayıra çıxaraq həyətin giriş qapısından çöldə küçədə olan Zərərçəkmiş şəxs üzərinə hücum edib boyun nahiyəsinin ön səthinə 1, ürək nahiyəsinə 1, bel nahiyəsinə 1 və üz nahiyəsinə 1 dəfə olmaqla ümumilikdə 4 bıçaq zərbəsi endirib sonuncuya boynunda öndə qalxanvari vəzin qabaqlığından 0,5 sm yuxarıda kənarları hamar bir qurtaracağı iti digəri küt olan 1,5x0,3 sm ölçüdə yara, eyni xarakterli yara belində solda sol qalça tininin iç tərəfində 2,5x0,3 sm ölçüdə, qaşarası sahədə çəp istiqamətdə kənarları hamar, qurtaracaqları iti, tünd qırmızı rəngdə, 3x0,1 sm ölçüdə və 2,2x0,3 sm ölçüdə döş qəfəsinin ön səthində orta xətt üzrə 5-ci qabırğa səviyyəsində, döş sümüyünü dəlib keçərək ürəyin sol mədəciyinin deşilib kəsilməsindən ibarət həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs döş qəfəsinin tərəfində döş boşluğuna nüfuz edərək ürəyin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmədən ölmüş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün, yəni 03 iyun 2022-ci il tarixdə, axşam saatlarında işdən evə gəlmiş və spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs də spirtli içki qəbul etmişdi. Zərərçəkmiş şəxsə icarə əsasında 2 hektar torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsində əkin-biçin işləri aparırdı. Yaşadığı evdə də onun üçün bir otaq ayırmış və bəzən gecələr də həmin otaqda qalırdı. Evə çatanda zərərçəkmiş şəxs onlarda idi. O, bir ayağını digər ayağının üzərinə qoyaraq oturmuş və köynəyinin də sinə düyməsi açıq idi. Zərərçəkmiş şəxsə bu barədə irad bildirmişdir. Daha sonra, Eldar ona söyüş söymüş və aralarında mübahisə yaranmışdır. Ona söyüş söydükdən sonra mətbəxdən bıçağını götürmüş və ona biri boyun nahiyəsindən, biri ürəyindən, digəri də qabırğasından olmaqla 3 bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxsi 20 ildən çox olardı ki, tanıyırdı. Qısqanclıq səbəbi ilə öldürməmişdir. Sadəcə ikisi də spirtli içki qəbul etmişlər. Aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs söyüş söydüyü üçün aralarında əlbəyaxa mübahisə baş vermişdir. İlk olaraq zərərçəkmiş şəxs ona çiyin nahiyəsindən yumruq zərbəsi endirmiş, sonra daşla da vurmuşdur. O, yerə yıxılarkən onu təpikləmişdir. Bütün bunlar baş verdikdən sonra o, mətbəxə keçərək, oradan bıçaq götürmüş və ona bıçaq zərbələri endirmişdir. Hadisə baş verdiyi gün zərərçəkmiş şəxslə aralarında icarə torpaq sahəsinin icarə haqqı barəsində mübahisə də yaşanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, atası icarə əsasında torpaq sahəsi götürmüş və həmin torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olmuşdur. Həftədə təxminən 1-2 dəfə evə gəlmirdi. O, atasının işlərinə çox qarışmırdı. Bildiyinə görə həmin günlər təqsirləndirilən şəxsin evində qalırdı. Bir gün ona zəng edərək, atasının infarkt keçirdiyini bildirdilər. Lakin, sonradan öyrənmişdir ki, belə bir hadisə olmamışdır. Atası ilə təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, təqsirləndirilən şəxs atasına bıçaq zərbəsi endirmişdir. Bildiyinə görə mübahisə atasının təqsirləndirilən şəxsin oğluna pul vermək istəməsi, oğlunun orada olmaması səbəbindən təqsirləndirilən şəxsin həmin pulu ona verməyi tələb etməsindən sonra yaranmışdır. Bundan sonra təqsirləndirilən şəxs atasına “yaxanı bağla” deyə bildirmişdir. Atası da həmişəki qaydada oturduqlarıni bildirmişdir. Onlar əlbəyaxa olmuşlar və təqsirləndirilən şəxsin ailə üzvləri onları ayırmışlar. Daha sonra təqsirləndirilən şəxs bıçaq götürərək atasına arxadan bıçaq zərbəsi endirmişdir. Hadisənin birbaşa şahidi olmasa da, hadisənin təfərrüatlarını təqsirləndirilən şəxsin həyat yoldaşı və qızından hazırda qeyd etdiyi kimi eşitmişdir.Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsə icarə əsasında torpaq sahəsi vermişlər. Zərərçəkmiş şəxs onun əvvəlki iş yoldaşı olmuşdur. İcarə əsasında verdikləri torpaq sahəsində əkin-biçin işlərinin həyata keçirilməsi ilə bağlı aradabir onlarda qalırdı. Hadisə baş verdiyi gün günorta saat 14:00 radələrində zərərçəkmiş şəxs onlara gəlmişdi. Həmin vaxt həyat yoldaşı ilə çay içib söhbət etdikdən sonra ayrıldılar. Qeyd etdiyi torpaq sahəsində onun övladları ot yığırdılar və qarşılığında pul alırdılar. Həmin gün təxminən saat 18:00 radələrində övladları ilə birlikdə həmin torpaq sahəsinə getmişlər. Zərərçəkmiş şəxs torpaq sahəsinin videosunu çəkirdi. Ona görə ki, otun yığılmasının yarımçıq qaldığını və bu səbəbdən pul verə bilməyəciyini sübut etmək istəyirdi. Torpaq sahəsindən evə qayıtmışlar. Qızı və oğlunun həyat yoldaşı ilə birlikdə süfrə hazırlamağa başlamışlar. Oğlu Şahid5 çörək almağa getmişdir. Həmin vaxt həyat yoldaşı sərxoş vəziyyətdə evə gəlmişdir. Zərərçəkmiş şəxs şərxoş vəziyyətdə deyildi. Zərərçəkmiş şəxs pulu torpaq sahəsində kim işləyibsə, həmin şəxslərə vermək istəmişdi. Təqsirləndirilən şəxs da sərxoş olduğundan həmin pulu ona verməsini tələb etmişdir. Mübahisə belə başlamış və daha sonra bir-birilərini təhqir etmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 3 bıçaq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxsin bıçağı götürməsi və zərərçəkmiş şəxsi vurması anını görməmişdir. Zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmaq üçün təcili tibbi yardıma zəng etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs icarə əsasında ona verdiyimiz torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olurdu. Qardaşı və o da həmin torpaq sahəsində ot yığırdılar. Hadisə baş verdiyi gün atası evə sərxoş vəziyyətdə gəlmişdi. Zərərçəkmiş şəxs atasına pul verməli idi. Atası sərxoş olduğu üçün zərərçəkmiş şəxs pulu atasına vermək istəməmiş və pulu qardaşına verəcəyini bildirmişdir. Atası da bu təkliflə razılaşmamış və aralarında mübahisə yaranmışdır. Birbirilərini təhqir etmişlər. Atasının bıçağı götürməyini və zərərçəkmiş şəxs bıçaqla zərbə endirməyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə 03 iyun 2022-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs atasının icarə əsasında ona verdiyi torpaq sahəsində əkin-biçin işləri görürdü. Həmin işlərin görülməsi ilə əlaqədar aradabir onlarda qalırdı. O, mağazaya getmiş, qayıtdıqda hadisə baş vermişdir. Həmin gün zərərçəkmiş şəxs ona təxminən 150 manat məbləğində pul verməli idi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 göstərmişdir ki, o, Çartəpə kəndində mağaza işlədir, həmin mağazada ərzaq məhsulları və spirtli içkilər satır. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, onunla münasibəti yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Kərim çox sakit, zəhmətkeş insan olmuşdur. 03 iyun 2022-ci il tarixdə o mağazada olmuş, saat 15 radələrində Kərim əlində bel ilə mağazaya gəlmiş, ona susadığım demiş, o isə Kərimə 1 bokal pivə süzmüş, Kərim pivəni içib çıxıb getmişdir. Daha sonra isə o saat 19 radələrində şam yeməyi yemək üçün evə getmiş, nəzarət etmək üçün oğlu Mətini mağazada saxlamışdır. Mağazaya qayıdanda oğlu ona Kərimin gəldiyini və ondan 250 qramlıq araq və 1 ədəd pomidor aldığını demişdir. Saat təxminən 20 radələrində o, mağazada olarkən, Kərimin oğlu Nurlan mağazaya gəlmiş, onun əlində mişar olmuş, Nurlan ondan bir ədəd çörək alıb çıxıb getmişdir. Bir müddət sonra mağazaya gələn müştərilər ona Kərimin Eldarı bıçaqlayaraq öldürdüyünü demişlər. O, Şahid1 ilə Zərərçəkmiş şəxs arasında münasibətlərin olmasının şahidi olmamış, lakin son 3 il ərzində bütün kənd Eldarla Nazilənin münasibətlərinin olması barədə danışmışdır. (Cild 1, iş vərəqləri 203-207) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində digər şahidlər Şahid5 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 116-121) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerində qanabənzər ləkələr aşkar olunmuş və həmin ləkələrdən nümunələr götürülmüşdür. (Cild 1, iş vərəqləri 5-7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 04 iyun 2022-ci tarixli 22 nömrəli rəyindən görünür ki, 1963cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı döş qəfəsinin ön tərəfində orta xətti üzrə V qabırğa səviyyəsində bir yerdə döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin zədələnməsİ ilə deşilmiş-kəsilmiş yara, boynunda öndə qalxanvari vəzin qabarıqlığı sahəsində bir yerdə deşilmiş kəsilmiş yara, belində solda qalça darağının üst kənarında bir yerdə deşilmiş kəsilmiş yara deşiçi-kəsiçi əşyanın (əşyaların), qaşarası sahədə bir yerdə səthi kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə həyati olub müddəti ölümündən az əvvəlki vaxta uyğun gəlir, bu xəsarətlər qərarda gösətrilən vaxta, yəni 03 iyun 2022-ci il tarixə uyğun gəlir, qərarda göstərildiyi kimi ekspertizaya təqdim edilən bıçaq və ya ona oxşar diger bıçaqla yetirilə bilər, dərəcəsinə görə döş qəfəsinin ön səthində döş boşluğuna nüfuz edib ürəyin zədələnməsİ ilə nəticələnən yara canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə, boyun nahiyəsində və bel nahiyəsində olan yaralar canlı şəxslərdə sağlamlıqda qısa müddətə pozğunluq törətdikləindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə, qaşarası sahədə səthi kəsilmiş yara çanlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər yetirilərkən zərərcəkmiş böyük ehtimalla ayaqüstü vəziyyətdə üzbəüz dayanarkən olmuşdur, xəsarət yetirikdikdən sonra çox qısa müddətdə zərərçəkmiş hər hansı məqsəyönlü hərəkətlər edə bilərdi, xəsarətlər ardıcılıq sualına gəlincə çox güman ki, əvvəlcə sifətində, boğaz və bel nahiyəsindəki yaralar, sonra isə döş qəfəsindəki xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etiol spirti və narkotik maddələr aşkar olunmamışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin tərəfində döş boşluğuna nüfuz edərək ürəyin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. (Cild 2, iş vərəqləri 40-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-bioloji ekspertizasının 08 iyul 2022-ci il tarixli 359/2022- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/ (İİİ). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, tuman, köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus mayka, şalvar, gödəkçə, hadisə yerindən götürülmüş stul üzlüyü və 02 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qam aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenlərİ alındı. Belə olan halda bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın digər nahiyəsi üzərində qan aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 27-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik ekspertizasının 11 iyul 2022-ci il tarixli 302- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus trusikin belin arxa səthində solda bir ədəd, şalvarın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, maykanın ön səthində solda bir ədəd, arxa səthinin sol aşağı nahiyəsində bir ədəd, köynəyin ön səthində solda bir ədəd və arxa səthinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsİcİ alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində sağda bir ədəd cırılma xarakterli zədə aşkar olunmuş, bu zədə küt yaranma mexanizminə malik olub, şalvarın hər hansı bir predmetə ilişibdartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda iki ədəd və sağ qolun ön səthində bir ədəd cırılma bir ədəd cırılma xarakterli zədələr aşkar olundu. Bu zədələr küt yaranma mexanizminə malik olub, cırılma zədələridir, köynəyin müvafiq nahiyələrin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol maykanın ön səthində yuxarıda bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malik olub, maykanın müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə və idman şalvarı üzərində əhəmİyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 21-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 25 iyun 2022-ci il tarixli 1691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, ünsiyyətçillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 66-76) Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasındakı məlumata əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 2, iş vərəqləri 57-59) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 58, 161-162) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 04 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd cins gödəkçə, 1 ədəd idman şalvarı və 1 ədəd mayka təqsirləndirilən şəxsə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. 1 ədəd mətbəx bıçağı, zərərçəkmiş şəxs - mərhum Zərərçəkmiş şəxs əynində olmuş və yararsız hala düşmüş 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd trusik və 1 ədəd köynək, hadisə yerindən götürülmüş 1 ədəd üzlük və 2 ədəd tampon məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Quba rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd cins gödəkçə, 1 ədəd idman şalvarı və 1 ədəd mayka ona qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. 1 ədəd mətbəx bıçağı, mərhum Zərərçəkmiş şəxs əynində olmuş və yararsız hala düşmüş 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd trusik və 1 ədəd köynək, eləcə də hadisə yerindən götürülmüş 1 ədəd üzlük və 2 ədəd tampon məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar