Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-210/2025 04.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Belə ki, o, sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Niyam” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Niyam” adlı şəxslə 1500 manat müqabilində külli miqdarda narkotik vasitənin qoyulacağı yerdən götürüb, deyiləcək ünvana çatdırmaq barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 02 sentyabr 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq bir qrup şəxs halında “Niyam” adlı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayıb, həmin gün sonuncunun Abşeron rayonu, Digah qəsəbəsi, Linkolin yanacaq doldurma məntəqəsinin yaxınlığında ağacın dibində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan külli miqdarda 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda 2595,0 qram, 2525,0 qram olmaqla, ümumulikdə 5120,0 qram çəkidə narkotik vasitə qurudulumuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək saxlamış və daşımış, daxil olmuş məlumat əsasında Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Digah qəsəbəsində, saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilib, orada xx.xx.2024-cü il tarixdə, saat 00:40-dan 01:00-ə kimi üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı 01 ədəd boz rəngli torbanın (sintetik çantanın) içərisindən 01 ədəd qara rəngli polietilen torbada 2595,0 qram, 01 ədəd qara rəngli polietilen torbada 2525,0 qram ümumilikdə 5120,0 qram çəkidə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, sosial şəbəkədə İran vətəndaşı olan şəxslə tanış olub. Bir neçə dəfə həmin şəxsə onu narhat etməməsini deyib. Lakin həmin şəxs yenə də ona yazmaqda davam edib və ona kuryer olaraq iş təklif edib. Həmin şəxs ona məkanı göndərəcəyini və onun da həmin ünvandan narkotik vasitəni götürüb 2-3 saat üzərində saxlayıb sonra onun deyəcəyi başqa şəxsə aparıb verməli olduğunu, qarşılığında da ona 1500 manat pul verəcəyini deyib. Maddi vəziyyəti çətin olduğuna görə o da həmin şəxsin təklifi ilə razılaşıb. xx.xx.2024-cü il tarixdə həmin şəxsin dediyi yerə gedib və ora qoyulan narkotik vasitəni götürüb. Bir az keçmiş yanacaq doldurma məntəqəsinin yaxınlığında polis əməkdaşları onu saxlayıblar və onu polis idarəsinə aparıblar. Həmin polis idarəsində videoçəkilişlə üzərinə baxış keçirilib və narkotik vasitənin aşkar olunması rəsmiləşdirilib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, yanacaq doldurma məntəqəsinin yaxınlığında maşın olub, həmin maşından 2 nəfər polis əməkdaşı düşüb ona yaxınlaşıblar. Əlavə 2 nəfər polis əməkdaşı da ərazidə olub. İran İR vətəndaşı olan şəxslə azərbaycan dilində yazışıb, lakin həmin şəxs ona İran nömrəsi ilə yazıb. Narkotik vasitəni “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığından götürüb. Polislər onu saxlayanda təxminən gecə saat 22:30 olub. O özü heç vaxt narkotik vasitə istifadə etməyib. Saxlanılarkən və işi araşdırılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir və ya təzyiq göstərilməyib. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub, özü imzalayıb, həmin ifadəsini təsdiq edir. Pula ehtiyacı olduğu üçün bu cinayət əməlini törədib və əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mehdiabad PB-nə sonradan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş “Samid” adlı şəxsin narkotik vasitələri üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub, həmin məlumat rəhbərliyə məruz edilib, müvafiq rəsmiləşdirmə işləri həyata keçirilib, həmçinin əməliyyat qrupu yaradılıb və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilib. 02 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs hərəkətdə olarkən saxlayıblar və Polis Bölməsinə gətiriblər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əl çantasının içərisindən iki ədəd büküm kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin vasitələri İran vətəndaşı olan “Niyam” adlı şəxsin göstərişi ilə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində “Niyam”ın atdığı məkandan götürdüyünü və başqa şəxsə vermək üçün özündə saxladığını bildirib. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı mobil telefonu da təqdim edib, bundan sonra onun təqdim etdiyi bükümlər qablaşdırılaraq müvafiq qaydada götürülüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və X3, həmçinin məhkəmədə iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 həmin ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nə xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da Abşeron rayonu, Digah qəsəbəsi, Linkoil yanacaq doldurma məntəqəsinin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd boz rəngli içərisində 02 (iki) ədəd qara rəngli polietilen torbada 2595,0 qram, 2525,0 qram olmaqla ümumulikdə 5120,0 qram çəkidə narkotik vasitə olan -qurudulumuş marixuana və əyinində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Tecno” markalı mobil telefon aparat təqdim etmiş və bildirmişdir ki, həmin 02 (iki) ədəd qara rəngli polietilen torbada olan qurudulumuş marixuananı sosial şəbəkədən tanıdığı İran vətəndaşı adını “Niyam” kimi bildiyi şəxsin göndərdiyi məkan (konum) əsasında Abşeron rayonu Digah qəsəbəsi, Linkolin yanacaq dolurma məntəqəsinin yaxınlığından götürərək əldə etmiş, “Niyam” adlı şəxsin bildirdiyi şəxsə (kuryerə) verildiyi halda bunun müqabilində 1500 (min beş yüz) manat pulu “Niyam” adlı şəxsdən alacağına razılaşmışdır. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin və protokolda qeyd olunanların həqiqiliyi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1474 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, bir ədəd sintetik çantada iki ədəd qara rəngli polietilen bağlamlarda ayrı- ayrılıqda təmiz çəkiləri 2595,0 qram və 2525, 0 qram ümumi çəkisi 5120,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 04 sentyabr 2024-ci il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən və səs yazısının qeydə alındığı 01 ədəd diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Tecno Camon” markalı **********22989, **********22997 imei kodlu mobil telefona +98 933 *** **** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə, saat 22:56-dan saat 23:47-dək olan müddət ərzində ümumilikdə 20 yazışma, 10 buraxılmış səsli zəng və bir məkan foto şəkili göndərilmişdir, həmin fotoşəkillərdəki yazışmaların və səs yazısının məzmunundan Təqsirləndirilən şəxs göndərilən məkana gedib narkotik vasitə götürməli olduğu barədə söhbətlərinin olduğu görünür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7155 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2048 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5119,9 qram olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno Camon” markalı, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan mobil telefon maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin Sabirabad kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə Sumqayıt hərbi məhkəməsi N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Hazırkı cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası cinayət işi materiallarının və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların tam, hərtərəfli və obyektiv təhlili nəticəsində bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədən verdiyi və bütün sübutların məcmusu ilə təsdiq edilən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü, “WhatsApp” mobil tətbiqindəki yazışmaları əks etdirən fotoşəkillər və səs yazısı və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış uşağının olması və törətdiyi cinayət əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da tutulmuş, yəni həmin saatda onun azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. 04 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəlinin “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən xx.xx.2024-cü il tarixdən hesablanması qərar alınmışdır. Lakin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdə, saat 23:30-da tutulmuşdur. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 5119,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno Camon” markalı, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 02 ədəd diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 5119,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno Camon” markalı, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-210/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-210/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver