Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-212/2023 27.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxslərin qanuni nümayəndəsi- Şahid1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Tərcüməçi- X2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu İstisu qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.2.3, 150.2,4, 150.2.5 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxslər barəsində, zərərçəkmiş şəxsə və başqa şəxslərə qarşı xüsusi amansızlıqla, təkrar, özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etməklə, zərərçəkmiş şəxslərin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin yay aylarından başlayaraq 2018-ci ilin yaz aylarınadək olan müddət ərzində müxtəlif vaxtlarda yaşadığı Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində övladlarının və özünün yatdığı otaqlarda yetkinlik yaşına çatmadığını, habelə on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi doğma qızı xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən, yəni sonuncunun qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamasından istifadə etməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə mütəmadi olaraq Zərərçəkmiş şəxs1 əllərini tutub sifət nahiyəsinə yastıq basaraq zor tətbiq edib sonuncunun doğma anası, yəni öz arvadı Şahid1 öldürməklə hədələyərək zorla Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla təkrar cinsi əlaqədə olmuş və əlləri ilə sonuncunun bədəninin müxtəlif intim nahiyələrinə toxunmuş, bununla da o, özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində, təkrar, özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, eyni məqsədlə 2018-ci İldən başlayaraq 29 yanvar 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda yaşadığı Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində övladlarının və özünün yatdığı otaqlarda, eləcə də evin həyətindəki sanitar qovşağın qarşısında yetkinlik yaşına çatmadığını, habelə on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi doğma qızı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən, yəni sonuncunun qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamasından istifadə etməklə mütəmadi olaraq Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrini sıxıb zor tətbiq edərək sonuncunun doğma anası, yəni öz arvadı Şahid1 öldürməklə hədələyib zərərçəkmiş şəxsin bacısı Zərərçəkmiş şəxs1 gözləri qarşısında hər İkisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq zorla Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla təkrar cinsi əlaqədə olmuş, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 dodaq nahiyəsinə sürtüb əlləri ilə sonuncunun bədəninin müxtəlif intim nahiyələrinə toxunaraq öz cinsi ehtirasını təmin etmiş, bununla da o, özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində, zərərçəkmiş şəxsə və başqa şəxsə qarşı xüsusi amansızlıqla, təkrar, özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə, o, eyni məqsədlə 2019-cu ildən başlayaraq 2021-ci ilin dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda yaşadığı Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində övladlarının və özünün yatdığı otaqlarda yetkinlik yaşına çatmadığı, habelə on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi doğma qızı xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 köməksiz vəziyyətindən, yəni sonuncunun qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamasından istifadə etməklə mütəmadi olaraq zor tətbiq edib sonuncunun dodaq nahiyəsinə sillə zərbəsi vuraraq Zərərçəkmiş şəxs3 doğma anası, yəni öz arvadı Şahid1 öldürməklə hədələyib əlləri və cinsiyyət orqanı İlə Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif intim nahiyələrinə toxunub təkrar öz cinsi ehtirasını təmin etmiş, bununla da o, özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində, təkrar, özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, yoldaşı milliyyətcə axısqa türküdür. Onunla 1999-2000-ci illərdə Rusiya Federasiyasında tanış olmuşlar. Xaçmazda yaşamışlar, ərzaq dükanı olmuşdur. Ümumi aylıq 4000- 5000 manat pul qazanmışdır. 22 baş iribuynuzlu mal-qarası, 150 baş keçi, qoyun, toyuq-cücəsi, maşını, Xaçmazda evi olmuşdur. 2-3 il əvvəl ailəsi Türkiyəyə getmək istəmiş, özü razılaşmamışdır. O, uşaqlara qarşı elə hərəkətlər etməmişdir. Uşaqlar Xaçmaz, Quba, Bakıda da ekspertizadan keçirilmiş, təmiz çıxmışlar. O, çəkisinin 100 kq olduğunu bildirərərk, uşaq çarpayısına çıxa bilməyəcəyini qeyd etmişdir. İttiham olunduğu maddələri qəbul etməmişdir. Onu qaynanası şikayət etmişdir, ayın 31-i evdə olarkən sahə rəisi ondan şikayət olduğunu deyərək evə gəlmişdir. Əvvəl Xudata getmiş, ifadə vermiş, daha sonra ayın 4-ü Xaçmaza gətirilmişdir. Bölmədə onu döymüşlər, izahatı özləri yazmışdır. Polisdə ona qarşı zor, hədə-qorxu olmuşdur. Yanvar ayı ailəsi Rusiyaya getmişdir. Qızları ilə münasibəti yaxşı olmuşdur. Narazılıq Türkiyəyə getməməyə görə yaranmışdır. Uşaqlarını satmaq istəmişlər. Onun alt paltarları götürülməmişdir. Şikayətin səbəbi onun Azərbaycandan getməməsi olmuşdur. Ekspertiza nəticələrinin yalan olduğunu demiş, yeni ekspertiza təyin olunmasını istəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində göstərmişdir ki, 2003-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 3 qız və 2 oğul övladı dünyaya gəlmişdir. Ailə qurduqları müddət ərzində arvadı ilə münasibətləri normal olmuşdur. Lakin son bir neçə ildir ki, Leyla ilə münasibətləri soyumuşdur. Belə ki, Leyla mal-qaraya baxmaq istəmədiyi, normal həyat tərzi sürmək istədiyini, ya Rusiyaya, ya da Türkiyəyə getmək istədiyini bildirmişdir. İlk dəfə bundan təxminən 6 il əvvəl kafedə spirtli içki qəbul edərək yemək yemiş, sərxoş halda evə gəlmişdir. Sərxoş olduğu üçün hislərinə sahib olmayıb qızı Sevginin yatdığı otağa getmişdir. Daha sonra Sevginin əynində olan gecə paltarlarını çıxarıb onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmuşdur. Həmin ərəfələrdə o sərxoş vəziyyətdə gələrək qızlarının otağına daxil olaraq qızı Firdavs ilə yaxınlaşaraq ondan soyunmağını istəmişdir. Daha sonra onun bədəninin müxtəlif nahiyələrinə toxunaraq onu sığallamağa başlamış, bu proses təxminən 4-5 dəqiqə davam etmiş, sonra yataq otağına getmişdir. Bundan başqa o sərxoş halda qızı Zinnətə yaxınlaşıb ondan da soyunmağını və bədənini ona göstərməyini tələb etmişdir. 29 yanvar 2022-ci il tarixdə arvadı Leyla onun qızlarına qarşı etdiyi hərərkətlərdən şübhələnərək onunla bu haqda danışmışdır. O, utandığından arvadına olanları etiraf edə bilməmişdir. Türkiyədə yaşayan Şahsənəm onlara gəlmiş və ondan polisə şikayət etmişlər. Sevgi ilə bir dəfə 6 il əvvəl qeyri-təbbi cinsi əlaqədə olmuşdur, lakin Firdavs ilə əlaqədə olmamışdır. Sadəcə bir dəfə onu soyundurub bədənini nahiyələrinə toxunub qucaqlamış, qızlarına hədə-qorxu gəlməmiş, qızları ona müqavimət göstərməmişdir. Bundan başqa, o göstərmişdir ki, Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Güləşər Səfərova və ailəsi ilə bir yerdə yaşamışdır. Leyla ilə ailə həyatı qurandan onunla aralarında heç vaxt ciddi hər hansı problem olmamış, daim onunla aralarında münasibətlər normal olmuşdur. Evinin yanında özünə məxsus ərzaq mağazası işlədib ailəsini dolandırmaqla yanaşı, həyətində mal-qara da saxlamışdır. Təxminən 5-6 il əvvəl Leyla mal-qaraya baxmaq istəmədiyi üçün onunla bir dəfə mübahisəsi olmuş, söz-söhbət boşanmaq ərəfəsinə kimi gəlib çıxmışdır. Ancaq sonradan onunla barışmış və yola gedib bir-birləri ilə normal münasibətə davam etmişlər. Hər bir ailədə olduğu kimi ailəsində xırda məsələlər olmuşdur, ancaq sonradan hər şey qaydasına düşmüşdür. Təxminən 5-6 ay əvvəl Leyla Türkiyəyə köçüb orada yaşamaq həvəsində olmuş, lakin özü buna razı olmamışdır. Pis vərdişi siqaret çəkmək və çox miqdarda spirtli içki qəbul etməkdir. Evləri 5 otaqlıdır. Otaqların birində qızları və oğlu, digərində o, həyat yoldaşı və balaca oğlu, o birində isə anası yatır. Uşaqlarının qaldığı otağında 3 ədəd çarpayı var. Çarpayılardan ikisi tək, biri isə üst-üstə yerləşməklə iki nəfərlikdir. Araşdırılan faktla bağlı bildirmişdir ki, təxminən 2015-2016-cı il tarixlərdə saat 02 radələrində İstisu qəsəbəsinda yerləşən kafelərin birində çox miqdarda spirtli içki qəbul edərək sərxoş halda evə gəlmişdir. Evə gəldikdən sonra birdən qərara gəlmişdir ki, qızlarının otağına getsin və Sevginin bədən nahiyəsinə toxunsun. Düşündüyü kimi də edib onların otağına daxil olmuşdur. Həmin vaxt gecə saatları olduğundan uşaqların hamısı yatmışdır. Sevginin çarpayısına yaxınlaşıb onu əli ilə silkələyərək yuxudan oyatmışdır. Sevgi üstünə yorğanı çəkərək yatmışdır. Sevgi yuxudan oyanıb heç nə deməyərək üzünə baxmış, o isə əli ilə onun bədəninin müxtəlif yerlərinə, o cümlədən cinsiyyət orqanına toxunaraq əli ilə ovuşdurmağa başlamışdır. Çox sərxoş olduğundan nə etdiyini bilməmiş, həm də Sevgiyə qarşı niyə belə hərəkətə yol verdiyini də dərk etməmişdir. Sevgi də etdiyi hərəkəti görüb ona heç bir müqavimət göstərməmiş və istəyinin olmadığını ona bildirməmişdir. Sevginin bədəninə toxunmağı ilə bağlı ona ona hədə-qorxu gəlməmiş və ona qarşı zor tətbiq etməmişdir. Sevginin bədəninə toxunmağı 1-1,5 dəqiqə müddət ərzində baş vermiş və onu əlləməyini otaqda yatan digər iki qızı və oğlu görməmişdir. Bundan başqa, Sevgiylə arasında heç bir zaman yaxınlıq olmamışdır. Həmçinin Sevginin bədəninə toxunan zaman öz təbii ehtiyacını ödəməmiş, onda ehtiras hissi oyanmamışdır. O, heç vaxt Sevgi ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Bundan başqa, təxminən 2017-2018-ci ildə gecə saatlarında yenə evə içkili vəziyyətdə gəlmişdir. Həmin vaxt qızlarının yatdığı otağa daxil olub sağ tərəfdəki iki mərtəbəli çarpayıya yaxınlaşmışdır. Uşaqlarının hamısı yatmışdır. Firdavsa yaxınlaşıb onu əli ilə silkələyib oyatmış və üstündəki yorğanı çəkib biraz aşağıya doğru əyilmişdir. Firdavs üzü divara, arxası isə ona tərəfə olmaqla uzanmışdır. O, Firdavsı oyatdıqdan sonra şalvarının zəncirbənd hissəsindən cinsiyyət orqanını çıxarıb biraz yatağa doğru əyilərək cinsiyyət orqanını Firdavsın arxa nahiyəsinə sürtməyə başlamışdır. Firdavsa etdiyi hərəkət təxminən 1-1,5 dəqiqə davam etmişdir. Bundan Firdavsın özünün də xəbəri olmuş və ona qarşı heç bir müqavimət göstərməmişdir. Firdavsa etdiyi hərəkəti də heç kəs görməmişdir. Həmçinin Firdavsin arxa nahiyəsinə cinsiyyət orqanını sürtəndə də ona qarşı zor tətbiq etməmiş və ona qarşı hədə-qorxu gəlməmişdir. Qeyd etdiyi haldan başqa Firdavsla arasında heç bir yaxınlığı olmamış, onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Sevgiyə və Firdavsa qarşı dediyi hərəkətləri edərkən onların əynində paltar olmuş və onları soyundurmamışdır. Firdavsın arxa nahiyəsinə cinsiyyət orqanını sürtəndə öz təbii ehtiyacını ödəməmiş, yəni boşalmamışdır. Bundan əlavə, balaca qızı Zinnətə qarşı heç bir əxlaqsız hərəkətə yol verməmişdir. Firdavsə və Sevgiyə qarşı etdiklərini Zinnətə qarşı etməmişdir. Bundan əlavə ifadəsində göstərmişdir ki, bütün bu hərəkətlərini sərxoş olarkən etmişdir. Qızları müqavimət göstərmədiyindən elə hesab etmişdir ki, onlar da onunla bu cür hərəkətləri etməkdən zövq alırlar. Çünki Firdavs özü bir neçə dəfə hamamdan lüt şəkildə onun qarşısına çıxmış, bəzən dəsmala bürünmüş olsa da gəlib onun qarşısında dəsmalı açıb lüt bədənini, cinsiyyət orqanını ona göstərmişdir. 29 yanvar 2022-cil tarixdə yaşadığı evdə qızı Firdavs ilə söhbətinin səsini arvadı gizlin telefonla yazmışdır. Firdavs ona sinəsinin, yəni döşlərinin ağrıdığını demiş, onlar bu haqda danışmışlar. Bu sözlərinə qulaq asan arvadı Leyla artıq hər şeyi bilmiş, sonra da barəsində şikayət edilmişdir. Özü isə telefonda olan səs yazısını götürüb silmişdir. ( cild 1. İş vərəqə 20; 65-69; 81-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, atası onunla 6 yaşından 9-cu sinifdə oxuyana kimi cinsi əlaqədə olmuşdur, yatan zaman onun yanına gəlmiş, səsini çıxarmamasını bildirmiş, anasını öldürməklə hədələyərək təbii və qeyri-təbii yolla zorla onunla cinsi əlaqədə olmuşdur. Bakirəliyinin pozulub-pozulmamasını bilməmişdir. Qorxusundan heç kimə bu barədə deməmişdir. Atasını bacısı Firdavsa da eyni hərəkətləri edəndə görmüşdür. Otaq qaranlıq olmuş, o biri otağın işığı yandığı üçün şahid olmuşdur. Atasını görəndə heç kimə heç nə deməmiş, onunla münasibətləri soyuq olmuşdur. Atasının onunla neçə dəfə cinsi əlaqədə olduğu yadında olmamışdır. Atasının arada içkili olduğunu, 1 dəfə bacısı Zinnətin inləmə səsi eşitdiyini, sonra sakitləşdiklərini bildirmişdir. Atasının onları bədbəxt etdiyini, baş verənlərlə bağlı danışarkən özünü pis hiss etdiyini, buna görə də ətraflı danışmaq istəmədiyini bildirərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2004cü ildə Rusiya Federasiyasının Volqaqrad şəhərində anadan olmuş və Xaçmaz rayonu İstisu qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən tam orta məktəbində ibtidai təhsilə başlamış və 2021-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Azərbaycan dilini bilir və Azərbaycan dilində, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun atasıdır, Bayram evlərinin həyətinə bitişik yerləşən ərzaq mağazasını işlətməklə ailəsini dolandırmış, sonuncudan başqa evdə heç kim işləməmişdir. Arada Bayram kənar yerdə olanda o, bacıları və anası ilə birlikdə mağazaya gedib ərzaq məhsullarının satılmasında atasına köməklik göstəmişdir. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən evləri bir mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. Otaqların birində o, bacıları Zinnət, Firdavs və qardaşı Muxammad qalır. Həmin otaqda 3 ədəd çarpayı var. Otağa daxil olanda soldakı çarpayıda o. qapı ilə üzbəüz çarpayıda Zinnət, sağ tərəfdəki çarpayıda isə Firdavsla Muxammad yatır. Firdavsgilin yatdığı çarpayı iki mərtəbəlidir. Belə ki, üst mərtəbədə Muxammad, alt mərtəbədə isə Firdavs yatır. Otaqların o birində anası Leyla, atası Bayram və balaca qardaşı Xamraz yatır. O biri otaqda isə nənəsi Güləşər və babası Abamislim yatmışdır. 2021-ci ilin avqust ayında babası Abamislim ölmüşdür. Otaqların biri qonaq otağıdır, yerdə qalan otaq isə boşdur. O, 2016-cı ilin yay aylarında gecə vaxtları öz otağında yatarkən kiminsə onu silkələməsi nəticəsində yuxudan oyanmış, gözlərini açdığında atası Təqsirləndirilən şəxs onun qarşısında olduğunu görmüşdür. O, Bayramdan onunla nə işi olduğunu soruşduqda, sonuncu ona “sakit ol, yuxuya get, səninlə işim var" demiş, bundan sonra Bayram onun başının altındakı yastığı götürüb sifət nahiyəsinə basaraq əli ilə sıxmağa başlamışdır. O, qışqırmağa çalışsa da, sifətində yastıq olduğuna görə səsini çıxara bilməmiş, Bayramın onun şalvarını, sonra isə əynindəki tumanını dizinə qədər çəkdiyini hiss etmişdir. O, əliylə buna mane olmağa çalışsa da, Bayram ona müqavimət göstərməyinə imkan verməmiş, onun atasına gücü çatmamışdır. Bayram onun tumanını aşağıya endirdikdən sonra o, ayaqlarını aralamış və bu zaman nəsə bərk bir şeyin cinsiyyət orqanına daxil olduğunu hiss etmiş, həmin vaxt Bayramın öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Bayram cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edərkən bədənində bərk ağrılar hiss etsə də, sifətində yastıq olduğundan səsini çıxara bilməmişdir. Bayram cinsiyyət orqanını onun cinisyyət orqanına daxil etdikdən sonra bir neçə dəfə irəli-doğru hərəkət etdirib cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxarmış və onunla cinsi əlaqədə olduqdan sonra bu barədə heç kimə danışmamağı, əks halda özünü və anası Leylanı öldürəcəyi ilə onu hədələmişdir. O, qorxduğundan şalvarını və tumanını yuxarıya çəkib yuxuya getmişdir. Həmin gün baş verənlərdən heç kimin xəbəri olmamış və qardaşı və bacıları yuxudan oyanmamışdır. Bayramın onunla cinsi əlaqədə olmasının mahiyyətini başa düşməmiş və dərk etməmiş, həm də atasının onu hədələməsindən sonra qorxmuş və anasına deyəcəyi təqdirdə onlara nəsə edə biləcəyindən ehtiyat etmişdir. Bundan sonra müxtəlif vaxtlarda Bayram ya onun yataq otağında, ya da anası Leyla mal-qaraya baxmaq üçün tövləyə gedəndə atasıgilin yataq otağında onunla zorla cinsi əlaqədə olmuşdur. Həmin vaxtlar o, yenə istəmədiyini Bayrama bildirsə də, sonuncu bunun düzgün olduğunu və cinsi əlaqədə ola biləcəyini ona demişdir. O isə heç nəyi başa düşmədiyindən, Bayrama müqavimət göstərə bilmədiyindən məcbur qalıb sonuncuyla cinsi əlaqədə olmuşdur. Daha sonralar Bayram onunla bir neçə dəfə arxa nahiyədən də cinsi əlaqədə olmağa başlamışdır. Həmişə Bayram ona yaxınlaşanda ya arxadan, ya da qabaqdan onunla cinsi əlaqədə olmuş, bir dəfə sonuncu onunla cinsi əlaqədə olmadan əlləri ilə onun sinəsinə, cinsiyyət orqanına və arxa nahiyəsinə toxunmaqla kifayətlənmişdir. Bu minvalla Bayram təxminən 8-9 dəfə onunla arxa və qabaq tərəfdən cinsi əlaqədə olmuşdur. Lakin hazırda o, tarixləri dəqiq xatırlamır. O, 2018-ci ilin yaz aylarında 8-ci sinifdə oxuyarkən Bayramın ona qarşı etdiyi bu hərəkətlərin düzgün olmadığını başa düşmüş və Bayram ona yaxınlaşanda bu barədə anası Leylaya deyəcəyini bildirmiş, bundan sonra artıq Bayram ondan uzaqlaşmağa başlamış və onunla cinsi əlaqədə olmaq fikrindən daşınmışdır. 2018-ci ilin qış aylarında gecə yuxudan oyananda atası Təqsirləndirilən şəxs bacısı Firdavsın çarpayısında lüt vəziyyətdə sonuncunun üzərində uzanıb bədənini hərəkət etdirdiyini, Firdavsın isə ağladığını görərək Bayramdan nə etdiyini soruşanda sonuncu, heç bir şey deməyib həyəcanlı şəkildə Firdavsın üstündən duraraq öz otağı istiqamətində getmişdir. Firdavsdan Bayramın nə etdiyini soruşanda Firdavs ona heç bir şey deməmişdir. Hazırda xatırlamadığı tarixlərdə bir neçə dəfə yuxudan oyananda atasının Firdavsın çarpayısında sonuncunun üzərində lüt vəziyyətdə uzandığını görmüş, hər dəfəsində Bayramın bu vəziyyətini tutsa da, sonuncu, onu görüb heç bir şey demədən öz otağına getmişdir. Sonradan Firdavsla söhbət etdiyi vaxt sonuncu, ona her şeyi danışmış və Bayramın Firdavsın bədəninin müxtəlif nahiyələrinə toxunduğunu, hətta Firdavsla da arxadan cinsi əlaqədə olduğunu öyrənmişdir. O da atasının ona qarşı etdiklərini Firdavsa danışmışdır. Ancaq hər ikisi də qorxduqları üçün analarına bu barədə məlumat vermişlər. 2020-ci ilin sonları, 2021-ci ilin əvvəlləri gecə vaxtı oyananda Bayramın paltarlı vəziyyətdə Zinnətin çarpayısında sonuncunun yanında uzandığını görmüş, atasından orada nə etdiyini soruşanda atası “heç nə elə belə uzanmışam" sözlərini demiş və o bu haldan şübhələnərək atasının ona və bacısı Firdavsa etdiklərini Zinnətə qarşı etdiyini düşünmüşdür. Sonradan Zinnətdən bu barədə soruşanda atasının zorla Zinnətin bədəninin müxtəlif nahiyələrinə toxunduğunu və tumanını çıxararaq cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına sürtüşdürdüyün öyrənmişdir. 29 yanvar 2022-ci ildə saat 20 radələrində o, öz otağında yatarkən danışıq səslərinə yuxudan oyanmış, yuxudan oyanıb anası Leylaya yaxınlaşanda sonuncu, Bayramın ona toxunub-toxunmadığını ondan soruşmuşdur. İlk öncə o, etiraf etməsə də, sonradan olanların hamısını anasına danışmış, daha sonra Zinnət və Firdavs da atasının onlara qarşı etdiyi əxlaqsız hərəkətlər barədə Leylaya demişlər. Bir müddət sonra atası Bayram evə gəlmiş və anası Leyla qızlarına qarşı əxlaqsız hərəkətlər edib-etməməsini Bayramdan da soruşmuş, sonuncu, həmin vaxt Leylaya heç bir şey deməmiş və atasıgil yataq otaqlarına keçib söhbət etməyə başlamışlar. Ancaq atası ilə anasının aralarında nə söhbət etdiklərini eşidə bilməmişdir. Bir müddət sonra Leyla otaqdan çıxaraq ağlamağa başlamış və Bayramın hər şeyi Leylaya dediyini başa düşmüşdür. Səhəri gün Leyla Türkiyə Respublikasında yaşayan nənəsi Şahsənəmə zəng edib baş verənləri sonuncuya demiş və 31 yanvar 2022-ci il tarixdə Şahsənəm Xaçmaza gəlmişdir. 01 fevral 2022-ci il tarixdə o, anası və bacıları ilə birlikdə Xaçmaz RPŞ-nin Xudat polis bölməsinə gedərək Bayramın etdiyi hərəkətlər barədə məlumat vermişdir. O. verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası zorla cinsi əlaqədə olarkən əynində qısaqol köynək, mayka, şalvar və tuman olmuş, həmin vaxt atası onunla cinsi əlaqədə olanda cinsiyyət orqanından maye axıb-axmadığını xatırlamamış, çünki aradan uzun zaman keçmişdir. O, həmin hadisədən sonra yuyunmaq üçün hamama getməmiş və yerindən də durmamış, o, həmin vaxt uşaq olmuş və heç bir xəsarət almamış, atasıyla cinsi əlaqədə olarkən hər dəfə sonuncuya müqavimət göstərməyə çalışsa da, Bayram əllərindən tutub ona imkan verməmiş, ancaq sonuncu, onun bədəninin heç bir nahiyəsinə yumruq və təpik zərbələri vurmamışdır. İlk dəfə atası onunla cinsi əlaqədə olanda sifətinə yastıq basmış, bir neçə dəfə də onunla cinsi əlaqədə olarkən yorğanı sifətinə tutmuş və baş verənlər barədə kiməsə deyəcəyi təqdirdə özünü və anası Leylanı öldürəcəyini bildirmişdir. O, atasıyla cinsi əlaqədə olmağa heç vaxt istəyi olmamış, bu haldan iyrənmiş, ancaq hər dəfə atası onun əl-qolunu tutub onun mane olmağına imkan verməmişdir. Atası onunla zorla cinsi əlaqədə olmuş və bədəninə toxunmuşdur. Bayram cinsiyyət orqanını bir neçə dəfə zorla onun arxa nahiyəsinə daxil etmiş və onunla cinsi əlaqədə olmuşdur. Bayram çox vaxt qaranlıq olanda onun yanına gəlib onunla cinsi əlaqədə olmuş, gündüz vaxtlar onunla cinsi əlaqədə olanda da, üzü üstə onu çarpayıya uzadıb onunla əlaqədə olmuş, bəzən də gözlərini bağlamağını bildirmiş, buna görə də o, atasının cinsiyyət orqanını görməmiş və heç vaxt sonuncunun cinsiyyət orqanına əliylə toxunmamış, buna görə də atasının cinsiyyət orqanında hər hansı xüsusi əlamət, qüsur və ya izin olub-olmadığını bilməmişdir. Atası onunla cinsi əlaqədə olduqdan sonra bir neçə dəfə səhərlər oyananda alt paltarına 2-3 damcı maye töküldüyünü görmüş, ancaq həmin alt paltarlarını yumuşdur. O, 2019- cu ildə Fərqan adlı şəxslə tanış olmuş, belə ki, atasının işlətdiyi mağazada Fərqanı görüb çox bəyənmiş və bir-birlərindən telefon nömrəsini alaraq Fərqanla sevgi münasibətləri yaşamağa, danışmağa başlamış, münasibətləri 5-6 ay davam etmişdir. Atası Bayram onu Fərqanla danışdığını tutduqdan sonra Fərqanla əlaqəsi kəsilmişdir. Onun Fərqandan başqa heç kimlə sevgi münasibəti olmamış, sonuncuyla arasında da heç vaxt yaxın əlaqə olmamışdır. Bayram onunla cinsi əlaqədə nə vaxt olduğunu dəqiq olaraq bilmir, ancaq o, Bayramla ilk dəfə 2016-cı ilin yay aylarında, son dəfə isə 2018-ci ilin yaz aylarında cinsi əlaqədə olmuşdur. ( cild 1, iş vərəqə 160-166) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2013-cü ildən etibarən atasının ona qarşı çox pis hərəkətləri olmuşdur. Atası öz cinsiyyət üzvünü arxa nahiyədən ona sürtmüş, onunla qeyri-təbbi yolla mütamadi olaraq cinsi əlaqədə olmuşdur. Atası onu qorxutduğu üçün bu barədə heç kimə bir söz deməmişdir. Ailəsinin Türkiyəyə köçməklə bağlı söhbət və planları olmamışdır. Orta təbəqəli ailə olmuşlar. Bacısı Zinnətə qarşı da atasının etdiyi hərəkətləri bilmiş, qorxduğu üçün heç nə deyə bilməmişdir. Polislər atalarını onların yanında döyməmişdir. Atası ilə danışmaq istəməmişdir. Anası onunla atasının səslərini telefona yazmış, səs yazısı sayəsində anası ərinin qızına qarşı etdiklərini öyrənmiş, o anasına olanları etiraf etmiş və sonradan bacıları da atalarının eyni hərəkətləri onlara da etməsini bildirmişlər. Atasının ona etdikləri barədə ətraflı danışmaq istəmədiyini, bu barədə danışarkən özünü pis hiss etdiyini bildirərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci ildə Rusiya Federasiyasının Volqaqrad şəhərində anadan olmuş və Xaçmaz rayonu İstisu qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən tam orta məktəbdə ibtidai təhsil almağa başlamış və hazırda həmin məktəbdə 10-cu sinifdə oxuyur. Azərbaycan dilini bilir və Azərbaycan dilində, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun atasıdır. Bayram evlərinin həyətinə bitişik yerləşən ərzaq mağazasını işlətməklə ailəsini dolandırmışdır. Bayramdan başqa evdə heç kim işləməmiş, arada atası kənar yerdə olanda o, bacıları və anası birlikdə mağazaya gedib məhsulların satılmasında atasına köməklik göstərmişdir. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən evləri bir mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. Otaqların birində o, bacıları Zinnət, Sevgi və qardaşı Muxammad qalır. Həmin otaqda 3 ədəd çarpayı var. Otağa daxil olanda soldakı çarpayıda Sevgi, qapı ilə üzbəüz çarpayıda Zinnət, sağ tərəfdəki çarpayıda isə onunla birlikdə Muxammad yatır. Onun yatdığı çarpayı iki mərtəbəlidir. Belə ki, üst mərtəbədə Muxammad, alt mərtəbədə isə özü yatır. Otaqların o birində anası Leyla, atası Bayram və balaca qardaşı Xamraz yatır. O biri otaqda isə nənəsi Güləşər və babası Abamislim yatmışdır. 2021-ci ilin avqust ayında babası Abamislim ölmüşdür. Otaqların biri qonaq otağıdır, yerdə qalan otaq isə boşdur. O, 2018-ci ildə günlərin birində gecə saatlarında çarpayıda yatan zaman kiminsə əynindəki pejamanı çıxardığını hiss edib yuxudan oyanmış, oyananda onun pejamasını çıxaranın atası Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, atasından nə etdiyini soruşanda sonuncu “sakit ol heçnə olmayacaq, gözlə heç kəsə demə” sözlərini deyib onun hər iki ayağını çarpayıdan yerə salmış, bədəninin yuxarı hissəsi isə çarpayıda qalmışdır. Daha sonra atası onun tumanını aşağıya doğru çəkib öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtüşdürməyə və əli ilə sinəsini ovuşdurmağa başlamışdır. Daha sonra atasının cinsiyyət orqanından nəsə axaraq onun cinsiyyət orqanını bulaşdığını hiss etmişdir. Atası rahatlaşandan sonra çıxıb getmiş və o, iyrəndiyi üçün hamam otağına daxil olub yuyunaraq gəlib yatmışdır. Atası ona qarşı belə hərəkəti ilk dəfə etdiyinə görə o, olanları başa düşməyib sakit səslə ağlamışdır. Bayram ona qarşı edilən hərəkətin düz olduğunu, bu barədə kiməsə məlumat verəcəyi təqdirdə özünü və anası Leylanı öldürəcəyini demiş, atası ondan güclü olduğuna görə atasına müqavimət göstərə bilməmiş, hətta o, atasına müqavimət göstərməyə çalışsa da, Bayram onun bədəninin müxtəlif nahiyələrini çimdikləyərək onu susdurmağa çalışmışdır. O. atasının ona qarşı etdiyi hərəkətləri kiməsə deməkdən qorxmuş, çünki kiçik yaşlarından atası onu döymüşdür. Bundan sonra o, bir neçə dəfə öz otağında gecə yatan zaman, eləcə də gündüz vaxtları anası evdə olmayanda atası onu anasıgilin otağına çağırıb soyunduraraq cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtərək boşalmış, əli ilə onun bədəninin müxtəlif yerlərinə toxunmuşdur. Əksər vaxtlar atası çoxlu spirtli içki qəbul etdiyinə görə ona qarşı bu hərəkətləri etmiş, atasının ağzından gələn spirt iysindən sonuncunun sərxoş olduğunu hiss etmişdir. Ancaq gündüz vaxtları atası ona yaxınlaşdığı vaxt ayıq vəziyyətdə olmuşdur. 14-15 yaşlarına çatan vaxtları atası gecələr yatdığı otağa gəlib onunla arxadan cinsi əlaqədə olmağa başlamışdır. Belə ki, gecələr o, öz yataq otağında çarpayıda yatan zaman atası onun yanına gəlib uzanmışdır. Onun özü çarpayının divara yaxın tərəfində, atası isə sağ tərəfində uzanmışdır. O, atasının onun əynindəki pejamanı, daha sonra isə tumanını çıxarmağa çalışdığını görmüş, əlləri ilə atasına müqavimət göstərmək istəsə də, sonuncu onun bədənini çimdikləyib sakit olmağını, heçnə olmayacağını ona demiş, onun əynindəki tumanı çıxarandan sonra ondan arxasını özünə tərəf tutmasını istəmiş, o isə məcbur qalıb üzü divar istiqamətində yan üstə çevrilmişdir. Bayram öz cinsiyyət orqanını çıxarıb tüpürcəkləmiş, sonra tüpürcəyini onun arxa nahiyəsinə sürtmüşdür. Bundan sonra atası cinsiyyət orqanını onun arxa nahiyəsinə daxil etməyə çalışsa da, bacarmamış, daha sonra onu yatağa üzü üstə uzadıb arxadan üstünə çıxıb cinsiyyət orqanını onun arxa nahiyəsinə daxil edərək bir neçə dəfə irəli-geri hərəkət etdirmişdir. Təxminən bir neçə dəqiqə bu hal davam etdikdən sonra atası onun üstündən durub hamama doğru getmişdir. Hətta atası gedəndən sonra sonuncunun cinsiyyət orqanından axan mayenin bir hissəsinin onun sağ buduna da tökülmüş, o buduna bulaşan mayeni silmişdir. O, iyrəndiyindən hamama gedərək arxa nahiyəsini, cinsiyyət orqanını təmizləyib gəlib yatmışdır. Beləliklə, Bayram müxtəlif vaxtlarda onunla öz otaqlarında, eləcə də onun yatdığı otaqda onunla arxadan cinsi əlaqədə olmuş, əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə toxunmuş və onun cinsiyyət orqanının üstünə boşalmışdır. Hətta bir dəfə o, gecə yatan zaman atası onun yatdığı otağa gəlib əlləri ilə onun bədəninə toxunduqda o, yuxudan oyanıb atasına nə etdiyini soruşmuş, atası şalvarını aşağı çəkərək cinsiyyət orqanını onun dodağına yaxınlaşdırıb öpməyini ondan tələb etmişdir. Həmin vaxt o, yataqda uzanıqlı vəziyyətdə, atası isə ayaqüstə olmuşdur. O, cinsiyyət orqanını öpməyəcəyini, iyrəndiyini Bayrama bildirsə də. sonuncu, hamama gedib bir neçə dəqiqə sonra gələrək “sənin üçün yumuşam Öp, heç nə olmayacaq" sözlərini deyib cinsiyyət orqanını onun dodaqlarına sürtüb ağzına daxil etməyə çalışmış, lakin atası cinsiyyət orqanını onun ağzına daxil edə bilməmişdir. Beləliklə, atası 20 dəfəyə yaxın onunla sadaladığı formada yaxın əlaqədə olmuşdur. O. atasının ona qarşı etdiyi hərəkətləri heç vaxt qəbul edə bilməmiş, sonuncuyla öz razılığı ilə yaxınlıq etməmişdir. Bayramın ona nəsə edəcəyindən, onun bədənini çimdikləyərək ona ağrı verdiyindən, həmçinin özünü və anası Leylanı öldürəcəyi barədə hədələrindən qorxub atasının bu cür davranmasına razı olmuşdur. 29 yanvar 2022-ci il tarixdə saat 17 radələrində anası Leyla mal-qaraya baxmaq üçün tövləyə getmiş, Bayram onu öz otaqlarına çağırıb yanında uzanmağını bildirdiyi üçün o, paltarlı vəziyyətdə atasının otağına getmişdir. Bayram komputerlə oynadıqdan sonra əynindəki şalvar dar olduğuna görə paltarını dəyişib yanına gəlməsini ondan istəmiş, lakin atasının təkidlərinə baxmayaraq o, şalvarını dəyişməmiş, atası onun yanına yaxınlaşaraq onun şalvarını aşağı çəkməyə çalışmış, o, atasına əlləriylə mane olmağa çalışsa da, bunu bacara bilməmiş və Bayram onun şalvarını və tumanını aşağı çəkib onu beli üstə çarpayıya uzatmışdır. Həmin vaxt onun ayaqlarının bir hissəsi yerdə, bədəninin yuxarı hissəsi isə çarpayıda olmuş, daha sonra Bayram yenə cinsiyyət orqanını çıxarıb onun cinsiyyət orqanına sürtüşdürdükdən sonra hamam otağına getmişdir. Daha sonra o, yuyunaraq paltarlarını dəyişmişdir. O, atasına hər dəfəsində “ata niyə belə edirsən mən axı evlənəcəm" sözlərini desə də, sonuncu “o zaman daha yaxşı açıq olarsan qabaqdan edib içinə tökərəm" sözlərini ona demişdir. 29 yanvar 2022-ci il tarixdə anası Leyla Bayramdan şübhələnib tövləyə gedəndə telefonunda səs yazma funksiyasını otaqda quraşdırmış və Bayramla onun arasında olan məsələləri ilə bağlı səs yazaraq dinləmişdir. Leyla ondan baş verənlər barədə soruşmuş və “Quran” kitabını gətirib doğrulan danışacağı barədə and içməyini ondan tələb etmişdir. O isə anasına ona etdikləri barədə ətraflı məlumat vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, tarixləri dəqiq olaraq bilməsə də, 2018-ci ildə Bayram ilk dəfə ona yaxınlaşıb onun bədəninə toxunmağa başlamış, son dəfə isə 29 yanvar 2022-cİ il tarixdə saat 17 radələrində bədəninə toxunub paltarlarını zorla çıxarıb cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtmüşdür. O, atası ilə heç vaxt cinsi əlaqədə olmağı arzulamamış, atası ona qarşı etdiyi bütün hərəkətləri zorla etmişdir. Aradan uzun zaman keçdiyindən və hər şeyi dəqiqliklə xatırlaya bilmədiyindən o, Xudat polis bölməsində verdiyi izahatda fikirlərini düzgün çatdıra bilməmiş, hazırda daha yaxşı xatırlayır. Atasının cinsiyyət orqanında hər hansı qüsur, xüsusi əlamət, nişanə və ya iz görməmişdir. Bayram onunla cinsi əlaqədə olduqdan sonra bir neçə dəfə cinsiyyət orqanından axan maye onun yatağına, paltarına, eləcə də bədəninə bulaşmış, mayeyə bulaşan paltarlarını hazırda yumuşdur. O. yatağında mayenin qalıb-qalmamasını hazırda bilmir. O, heç bir oğlanla sevgi münasibəti yaşamamışdır. Bundan başqa o, Bayramın Zinnət və Sevgiyə qarşı əxlaqsız hərəkətlər etməsinin şahidi olmuş, tarixini xatırlamasa da, bir dəfə gecə yuxudan oyanıb atasının Zinnətin qulağına nəsə pıçıldadığını görmüş və Zinnətin isə “yox,yox get” sözlərini dediyini eşitmişdir. Sonradan Zinnət və Sevgi ona her şeyi danışmış, belə ki, atası Sevgi İlə arxadan cinsi əlaqədə olmuş, ancaq o, Zinnətlə cinsi əlaqədə olmamış, yalnız sonuncunun bədənin müxtəlif yerlərinə əli ilə toxunmuşdur. O, bunları Zinnət və Sevgidən eşitmişdir. O, hamamdan dəsmala bürünüb çıxanda atası onu görüb dəsmalı açmağını və bədənini ona göstərməsini istəmiş, lakin o, atasının istəyini yerinə yetirməmişdir. ( cild 1, iş vərəqə 183- 189) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 6-7 yaşından etibarən atası ona qarşı cox pis hərəkətlər etmiş, gecələr onun yatdığı otağa gələrək qeyri-təbii yolla onunla cinsi əladədə olmuşdur. Eyni hərəkətləri bacılarına da etdiyini əvvəllər bilməmişdir. Atasının ona qarşı etdiyi hərəkətlər baradə danışmağın ona pis hiss etdirdiyini bildirərərk ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24,03.2007-ci ildə Rusiya Federasiyasının Volqaqrad şəhərində anadan olmuşdur və Xaçmaz rayonu İstisu qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən tam orta məktəbdə 8-ci sinifdə oxuyur. Azərbaycan dilini bilir və Azərbaycan dilində, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs atasıdır. Bayram evlərinin həyətinə bitişik yerləşən ərzaq mağazasım işlətməklə ailəsini dolandırmış, atasından başqa evdə heç kim işləməmiş, arada atası kənar yerdə olanda o, bacılan və anası ilə birlikdə mağazaya gedib ərzaq məhsullarının satılmasında atasına köməklik göstərmişdir. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən evləri bir mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. Otaqların birində o, bacıları Firdavs, Sevgi və qardaşı Muxammad qalır. Həmin otaqda 3 ədəd çarpayı var. Otağa daxil olanda soldakı çarpayıda Sevgi, qapı ilə üzbəüz çarpayıda o, sağ tərəfdəki çarpayıda isə Firdavsla birlikdə Muxammad yatır. Firdavsgilin yatdığı çarpayı iki mərtəbəlidir. Belə ki, üst mərtəbədə Muxammad, alt mərtəbədə isə Firdavs yatır. Otaqların o birində anası Leyla, atası Bayram və balaca qardaşı Xamraz yatır. O biri otaqda isə nənəsi Güləşər və babası Abamislim yatmışdır. 2021-ci ilin avqust ayında babası Abamislim ölmüşdür. Otaqların biri qonaq otağıdır, yerdə qalan otaq isə boşdur. O, təxminən 2019-cu ildə günlərin birində gecə saatlarında çarpayıda yatarkən atası Təqsirləndirilən şəxs alt paltarlarını geyinmiş vəziyyətdə onun yanına gəlib oyadaraq onun yanında uzandığını görmüşdür. Atasını görüb nə etdiyini soruşaraq otaqdan çıxmağını atasına bildirmiş, lakin Bayram “ata-qız kimi yataqda nə olacaq" sözlərini ona deyib 2-3 dəqiqədən sonra əli ilə onun əynindəki paltarları, yəni pejamanı, tumanı çıxarmağa başlamışdır. O, atasına imkan verməməyə çalışıb əlləriylə sonuncuya müqavimət göstərsə də, atasına gücü çatmamışdır. Bayram onun əynindəki pejama ilə tumanı çıxardıqdan sonra öz cinsiyyət orqanını da çıxarıb onun cinsiyyət orqanına sürtmüş və əlləri ilə sinəsini ovuşdurmuşdur. Bayram ona bu hərəkətləri etdiyi vaxt ondan heç kimə deməməsini tələb etmiş, əgər kiməsə dediyi təqdirdə özünü və anası Leylanı öldürəcəyini bildirmişdir. O, həmin vaxt qışqırmağa çalışsa da, atası ağzına vurub sakit durmağını tələb etmiş, daha sonra yataqda onu ağzıüstə uzadıb lüt vəziyyətdə üstünə çıxmış və təxminən 5 dəqiqə üstündə qalmış, sonra isə sakitcə durub getmişdir, Bundan sonra Bayram 3-4 gündən bir gecələr onun yatdığı otağa gələrək, ya da ki anası Leyla evdə olmayanda gündüz vaxtları onu öz yatdıqları otağa aparıb əlləri ilə onun bədəninə toxunmuş, onu soyundurub öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və arxa nahiyəsinə sürtmüşdür. O, uşaq olduğu üçün atasının ona qarşı etdiklərini anlamamış, sonradan bacısı Firdavsi atasının yanında çox gördüyü anası Firdavsi danlayandan sonra sonuncunun sözlərinə qulaq asmış, atasının onunla yaxınlıq etməsinin pis bir şey olduğunu başa düşmüşdür. Buna görə də 2021-ci ilin dekabr ayının sonlarından atasının ona yaxınlaşmasını, toxunmasına imkan verməmiş və atasını özündən uzaqlaşdırmağa çalışmışdır. Sonunc dəfə o, gecə yatdığı vaxt Bayram onun yanına gəlib bədəninə toxunmaq istəyərkən o, bacılarını oyatmış, daha sonra atası otağı tərk etmişdir. Lakin o, Bayramın Firdavsa və Sevgiyə qarşı etdiyi pis hərəkətləri görməmişdir. 29 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində anası Leyla onu yanına çağıraraq Bayramla yaxınlığının olub-olmamasını ondan soruşmuş, o, ilk öncə qorxduğu üçün heç bir şey olmadığını desə də, Leylanın daha da ciddiləşdiyini görüb baş verənləri hamısını anasına danışmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla nə arxadan, nə də qabaqdan cinsi əlaqədə olmamışdır. 2019cu ildə Bayram ilk dəfə onun bədəninə toxunmağa başlamış, son dəfə də 2021-ci ilin dekabr ayının sonlarında onun bədəninə toxunmaq istəyərkən o, buna imkan verməmişdir. Bayramın onun bədəninə toxunmasına heç vaxt razılığı olmamış, Bayram özünü və anası Leylanı öldürməklə hədələyib dodağına əli ilə vurmaqla sakit olmağını tələb etmiş və bədəninə toxunmuşdur. Həmin vaxt o, Bayramın cinsiyyət orqanından maye axdığını görməmiş, onun bədəninə, yatağına, həmçinin paltarlarına da hər hansı maye bulaşmamışdır. O, atasının cinsiyyət orqanına diqqətlə baxmadığına görə, sonuncunun cinsiyyət orqanında hər hansı qüsur, xüsusi əlamət və izin olmasını dəqiq bilməmişdir. O, atasının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı əxlaqsız hərəkətlərə yol verməsinin şahidi olmamışdır. ( cild 1, iş vərəqə 211-215) Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin qanuni nümayəndələri Şahid1 ifadəsində göstərdi ki, Bayram onun əri olmuşdur, hazırda boşanmışlar. Zərərçəkən şəslər onların qızlarıdır. Gecə yatdığı zaman səslər eşitmiş, uşaqların otağına gedəndə əri Bayramın qızı Firdavsın yanında olduğunu görmüşdür. Ondan qızının yanında nə etdiyini soruşduqda Bayram ona “oyanmışdım, uşaqlara baxmaq üçün gəlmişəm” dediyini bildirmişdir. Bir az üstünə getdikdə Bayram onu nə ilə günahlandırdığını soruşmuşdur. Bundan sonra onda şübhə yaranmış, qızı Firdavs ilə Bayramı izləməyə başlamışdır. Uşaq otğındakı pəncərinin qarşısına telefonunu qoyaraq səs yazmış, səhər əri işə gedəndən sonra götürüb qulaq asmış, ərinin qızı Firdavsa qarşı etdikləri ona aydın olmuşdur. Firdavsdan nə baş verdiyini soruşmuş, Firdavs heçnə deyə bilməyəcəyini bildirmiş, Firdavsa Quran kitabına əl basdırmış və Firdavs ataslının ona etdiklərini etiraf etmişdir. Sonra o biri qızlarını da çağırmış, onlar da atalarının onlara qarşı bu cür hərəkətlər etdiyini etiraf etmişlər. Həmin gün Bayrama səs yazısını göstərmiş, Bayram da bir daha qızlarına qarşı o cür hərəkətlər etməyəcəyinə dair söz vermiş, tövbə edəcəyini və qızlarının yaxşılığı üçün bu barədə heç kimə deməməyini bildirmişdir. Daha sonra Bayram heçkimə xəbər verməmələri üçün telefonlarını əllərindən almış, səs yazısını isə silmişdir. O, bir vasitə ilə anasına zəng etmiş olanları danışmış, anası Türkiyənən Rusiyaya olan biletini dəyişərək Azərbaycana gəlmiş və Bayramdan şıkayətçi olmuşlar. O, atalarının qızlarına etdikləri barədə ətraflı danışmağın ona pis hiss etdirdiyini bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 hadisə ilə bağlı bir söz deyə bilməyəcəyini, ətraflı danışmaq istəmədiyini bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2010-cu ildə Rusiya Federasiyasının Volqaqrad şəhərində anadan olmuşdur və Xaçmaz rayonu, İstisu qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən tam orta məktəbdə 6-cı sinifdə oxuyur. Təqsirləndirilən şəxs onun atasıdır. Atası evlərinin həyətinə bitişik yerləşən ərzaq mağazasını işlətməklə ailəsini dolandırmışdır. Atasından başqa evdə heç kim işləməmişdir. Arada Bayram kənar yerdə olanda bacıları anası ilə birlikdə mağazaya gedib ərzaq məhsullarının satılmasında atasına köməklik göstərmişdir. Atasından başqa maddi cəhətdən ailələrinə köməklik göstərən şəxs olmamışdır. Bayram həmişə ailəcanlı olmuş, qazancını onlara xərcləmişdir. Atam hər şeyə tez əsəbləşmiş, ən xırda bir şeyə görə onun, qardaşının və bacılarının üstünə qışqırmışdır. Atasının hər hansı psixoloji problemi olmamışdır. Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən evləri bir mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. Otaqların birində o, bacıları Firdavs, Sevgi və Zinnət qalır. Həmin otaqda 3 ədəd çarpayı var. Otağa daxil olanda soldakı çarpayıda Sevgi, qapı ilə üzbəüz çarpayıda Zinnət, sağ tərəfdəki çarpayıda isə Firdavsla birlikdə o yatır. Firdavsla onun yatdığı çarpayı iki mərtəbəlidir. Belə ki, üst mərtəbədə o, alt mərtəbə isə Firdavs yatır. Otaqların o birində anası Leyla, atası Bayram və balaca qardaşı Xamraz yatır. Digər otaqda isə nənəsi Güləşər və babası Abamislim yatmışdır. 2021-ci ilin avqust ayında babası Abamislim vəfat etmişdir. Otaqların biri qonaq otağıdır, yerdə qalan otaq isə boşdur. O, əvəllər atası və anasının yanında yatmışdır. Təxminən 3 il əvvəl bacısı Fidarvsın yatdığı iki mərtəbəli çarpayının ikinci mərtəbəsində yatmağa başlamışdır. Təxminən 2021-ci ildə gecə saatlarında iki mərtəbəli çarpıyının ikinci mərtəbəsində yatmağa hazırlaşarkən atası Təqsirləndirilən şəxs onların yatdığı otağa daxil olub bacısı Firdavsla onun yatdığı iki mərtəbəli çarpayının yanında durmuşdur. Həmin vaxt o, başını aşağıya əydikdə bacısı Firdavs üzü divara tərəfə yatmış, atası Firdavsa tərəf əyilərək sonuncunun qulağına nəsə demişdir. Atası o qədər sakit danışmışdır ki, o, atasının Firdavsa nə dediyini eşitməmişdir. Təxminən 3-4 dəqiqə atası Firdavsın qulağına söz dedikdən sonra öz yatdığı otağa qayıtmışdır. Həmin vaxt Firdavsın yatdığı çarpayıda hər hansı qışqırıq səsi və ya çarpayının tərpənməyini hiss etməmişdir. Bundan sonra atası 7-8 gündən bir Firdavsın yatdığı çarpayıya gəlib sonuncunun qulağına 3-4 dəqiqə söz dedikdən sonra öz otağına geri qayıtmışdır. Bu hadisə təxminən 4-5 dəfə baş vermişdir. O, gördükləri barədə anasına, atasına və bacılarına heç bir şey deməmişdir. 2022-ci ilin yanvar ayının sonlarında anası Leyla ağlayaraq atası ilə mübahisə etmişdir. O, həmin vaxt anasının yanına gəlib sonuncunu sakitləşdirmək istəmişdir. Həmin vaxt X6, Zinnət və Firdavsa qarşı əxlaqsız hərəkətlər etdiyini ona bildirmişdir. Bundan sonra gördükləri barədə anasına demişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərdi ki, qardaşı Bayramın bu cür hərəkətlər edə biləcək insan deyil, o, Afrikada su quyusu açdırmış, bu cür insanin öz qızlarına qarşı belə hərərklət etməsinin mümükünsüz olduğunu qeyd etmişdir. Qardaşının atasından qalan mini fermasınındakı mal-qaranı gecə ilə Leylanın qardaşları Ford markalı avtomobillərlə aparmışlar. Mal-qarası Leyla və ailəsi tərəfindən satılmış və onlar Rusiyaya qaçmışlar. Qardaşına atılan böhtanın səbəbinin onun pulu olduğunu bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs fərdi yaşayış evidir. Evin darvazası boz rəngli olmaqla 2 taylıdır. Darvazadan daxil olduqda yer beton səthdən ibarətdir və irəliyə doğru getdikdə sağ tərəfdə yaşayış evi görünür. Bundan başqa, evin ikinci mərtəbəsində təmiri başa çatdırılmamış yarımçıq tikili vardır. Evin giriş qapısından daxil olduqda sağ tərəfdə mətbəx otağı vardır. Həmin otaqda mətbəx üçün mebel və məişət əşyaları (tava, çaydan, çaynik və s.) qoyulmuşdur. Bundan əlavə, evin digər otaqlarına daxil olmaq üçün nəzərdə tutulmuş qapıdan içəri girdikdə qonaq otağı görünür. Qonaq otağının sol tərəfində iki ədəd yataq otağı vardır. İştirtakçı Şahid1 qonaq otağının giriş qapısından 6.30 metr üzbəüz məsafədə yerləşən yataq otağını göstərib qızlarının və oğlunun həmin otaqda yatdığını bildirmişdir. Həmin otağın eni 3.70 m, uzunluğu 4.10 metr, hündürlüyü isə 2.56 metrdir. Otaqda 2 ədəd tək nəfərlik çarpayı, 1 ədəd iki mərtəbəli çarpayı, 1 ədəd şkaf, 1 ədəd stol və 1 ədəd stul vardır, iştrakçı Şahid1 otağın sol uzaq küncündə tərəfində yerləşən çarpayıda Sevgi Bayramovanın, qapı ilə üzbəüz yerləşən çarpayıda Zinnət Bayramovanın, otağın sağ küncündə yerləşən iki mərtəbəli çarpayının aşağı mərtəbəsində Firdavs Bayramovanın, yuxarı mərtəbəsində isə Şahid2 yatdığını bildirmişdir. O, əri Təqsirləndirilən şəxs qızları Firdavs və Sevgi ilə həmin otaqda yerləşən çarpayıda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd etmişdir. Bundan başqa Şahid1 iki mərtəbəli çarpayının aşağı mərtəbəsində olan yorğanın altındakı döşəyi təqdim edərək həmin döşəyin üzlüyündə ləkələr olduğunu bildirmişdir. İştrakçı Zərərçəkmiş şəxs2 təqdim edilən döşək üzlüyünün öz yatdığı çarpayıdakı döşəyin üzlüyü olduğunu bildirərək həmin parçadakı ləkələrin atası Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən Təqsirləndirilən şəxs spermasının bulaşması nəticəsində yarana biləcəyini düşündüyünü bildirmişdir. Həmin döşək üzlüyü kəsilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, həmin otaqda qapıdan daxil olarkən sağ tərəfdə əlavə bir ədəd otağın olması aşkar edilmiş və Şahid1 həmin otağın əri Təqsirləndirilən şəxsla ona məxsus olduğunu bildirmişdir. Sözügedən otağın giriş qapısı ağ rəngli olmaqla taxta materialdan ibarətdir. Həmin otağın eni 3.90 m, uzunluğu 4.10 m, hündürlüyü isə 2.56 metrdir. Həmin otaqda bir ədəd( iki nəfərlik) çarpayı vardır. Həmin çarpayının üzəri qırmızı rəngli yorğanla örtülmüşdür. Bundan başqa həmin yataq otaqda 2 ədəd qəhvəyi rəngli şkaf, yerdə iki ədəd naxışlı xalça, 1 ədəd pəncərə və çarpayından arxada, sol tərəfdə həyətə açılan qapı vardır. Otağın divarları taxta materialdan ibarətdir. Bundan başqa evin digər otaqlarına baxış keçirilmiş, yuxarıda qeyd olunan döşək üzlüyündən başqa sübut əhəmiyyətə malik olacaq hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 237-243) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “döşək üzlüyünə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya bir ədəd döşək üzlüyüdür. Həmin döşək üzlüyünün üzərində qırmızı rəngli güllər və naxışlar olmaqla uzunluğu 179 sm, eni isə 67 sm-dir. Baxış zamanı həmin döşək üzlüyündə qırmızı rəngli qanabənzər ləkələr və digər ləkələr aşkar edilmişdir, iştirakçı Zərərçəkmiş şəxs2 döşək üzlüyünün öz yatdığı çarpayıdakı döşəyin üzlüyü olduğunu bildirərək həmin parçadakı ləkələrin atası Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən Təqsirləndirilən şəxs spermasının bulaşması nəticəsində yarana biləcəyini düşündüyünü bildirmişdir. Bundan başqa iştirakçı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, döşək üzlüyündəki qırmızı ləkələrin onun qanıdır və hansı şəraitdə və tarixdə döşək üzlüyünə bulaşdığım xatırlamır, nə vaxtsa barmağı və ya bədəninin hansısa nahiyəsi qanamış və qan ləkəsi döşək üzlüyünə bulaşmışdır.(cild 2, iş vərəqə 9-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 308/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 qeyri- təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii cinsi əlaqə zamanı xəsarət qalmırsa, müddətin təyin edlməsi mümkün deyil. (cild 3, iş vərəqə 175-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 308.1/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii cinsi əlaqə zamanı xəsarət qalmırsa, müddətin təyin edlməsi mümkün deyil. (cild 3, iş vərəqə 180- 184) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 308.2/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs3 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs3 qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii cinsi əlaqə zamanı xəsarət qalmırsa, müddətin təyin edlməsi mümkün deyil. ( cild 3 iş vərəqə 185- 189) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 620 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmağa dəlalət edir.( cild 4, iş vərəqə 6-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 621 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyritəbbi yolla cinsi əlaqədə olmağa dəlalət edir. ( cild 4, iş vərəqə 11-15) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 622 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs3 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs3 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmağa dəlalət edir. ( cild 4, iş vərəqə 16-19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 134/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ), onun ağız suyunda “H” antigeni vardır. Ekspertizaya təqdim edilmiş döşək üzündə sperma qarışmış insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və "H" antigenləri alınmışdır. “A” antigenin alınması zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs3 qanı hesabına izah etmək olar.”H” antigeni O(l) qrupunun əsasını təşkil etdiyindən, onun alınması O(l)qruplu Təqsirləndirilən şəxs sperması hesabına izah etmək olar. Beləliklə sperma qarışmış qan ləkələrində Abeta (İİ) qruplu zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs3 qanının və Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs spermasının olması inkar olunmur. Ekspertizaya təqdim edilmiş döşək üzündə sperma ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə spermanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. “H" antigeni O(l)qrupunun əsasını təşkil etdiyi üçün bu sperma ləkələri ABO sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. ( cild 2, iş vərəqə 160-165) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/320R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd döşək üzlüyü üzərində “3" ilə işarələnmiş hissədə insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. ( cild 3, iş vərəqə 15-19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş əlavə məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/429R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd döşək üzlüyü üzərində “Г və “2” ilə işarələnmiş hissədə insan mənşəli qan nümunəsi mövcuddur. Təqdim edilmiş 01 (bir) ədəd döşək üzlüyü üzərində "1” və “2” ilə işarələnmiş hissədə aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. ( cild 3, iş vərəqə 193-199) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/54 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əsas fərdi-psixoloji xüsusiyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır. Zərərçəkmiş şəxs1 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmiş və keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs1 yaş və fərdi- psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə baş vermiş hadisəni adekvat olaraq qavramaq yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmur. ( cild 2, iş vərəqə 168-172) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/57 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlamışdır. Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmiş və keçirmiş olduğu qorxu ilə müşayiət olunan emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixoloji xüsusiyytlərinə, əqli və psixi inkişafına görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmur. (cild 2, iş vərəqə 175-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il 11/58 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs3 əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır. Zərərçəkmiş şəxs3 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs3 ona qarşı edilən hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmiş və keçirmiş olduğu qorxu ilə müşayiət emosional gərginlik halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs3 yaş və fərdi- psixoloji xüsusiyyətlərinə, əqli və sixi inkişafına görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabilliyətinə malikdir. Zərərçəkmiş şəxs3 fərdi-psixoloji xüsusiyyətlərindən özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmur. ( cild 2, iş vərəqə 182-186) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin dünyagörünüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd ounan cinayət əməllərini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamış, cinsi tələbatını ödəmək istəyi ilə əlaqədar emosional oyanıq halda olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməlləri törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. ( cild 2, iş vərəqə 152-156) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. В.A.Səfərovun xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı anomaliya və patalogiya aşkar edilməmişdir. ( cild 2, iş vərəqə 208-210) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 02, iş vərəqi 149-150) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Xaçmaz RİHB- nın İstisu qəsəbəsi İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnaməyə ilə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir.(cild 2, iş vərəqi 47) Cinayət işinin materiallarından görünür ki, 01 ədəd döşək üzlüyü iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spsifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin sırf cinsi sferada törətdiyi cinayətləri təkzib etməsi onun gələcəkdə qanunla ona təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətrafında qınaq obyektinə çevrilə biləcəyi qorxusu olmuşdur. Məhkəmə, ifadələrə qiymət verərkən ilk öncə həmin ifadələrin ağlabatanlığı və iş üzrə ittihamın həll olunmasına nə dərəcədə əsas ola biləcəyi kriteriyasından yanaşır. Məhz ağlabatanlıq kriteriyasından yanaşaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yaşı nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı yalan ifadə verə bilməsi mümkünsüzdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, cinayət təqibi zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 150.2.3, 150.2,4, 150.2.5-ci maddələrinin söz olaraq ittihamdan çıxarılmasını istədiyindən, həmçinin, Azərbaycan Respublikası CM-nin 150.3-cü maddəsinə əsasən CM-nin 150.2.3, 150.2,4, 150.2.5-ci maddələrində nəzərdə tutulmuş eyni əməllər 150.3.3-cü maddə ilə ehtiva olunduğundan həmin maddələr Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli 1166 nömrəli Fərmanı ilə 28 sentyabr 2020-ci il tarix saat 00:00-dan 12 dekabr 2020-ci il tarix saat 00:00-dək Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildiyindən Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Göstərilənlərə əsasən, eləcə də törədilmiş cinayətin xarakteri, ictimai təhlüəlilik dərəcəsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki və sonrakı münasibətləri, təqsirləndirilən şəxsin davranışlarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət azadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 59-60, 70-71, 100-103) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkir. CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd döşək üzlüyü məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd döşək üzlüyü məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-212/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-212/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver