Məhkəmə qərarları › İş №1(124)-212/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-212/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-212/2025 11.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X9, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 13 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin 06 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri Kotec qəsəbəsi 23-cü məhəllə 6-cı keçid ev 221-də qeydiyyatda olan, Sumqayıt şəhəri Beton zavod ərazisi, ev 187A-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. 29 avqust 2000-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu Müşfıqabad qəsəbəsi, ev 4A mənzil 3- də qeydiyyatda olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,

m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 09 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,054 qram, 0,051 qram, 0,076 qram, 0,049 qram, 0,079 qram, 0,054 qram, 0,097 qram, 0,038 qram, ümumi təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 21 iyun 2024-cü il tarixdə, saat 17:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/34 saylı evin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək satış məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroin və xeyli miqdarda psixotrop maddə olan metamfetamini 150 manat müqabilində sifariş verdikdən sonra, həmin naməlum şəxs Təqsirləndirilən şəxs1 mobil telefonuna külli miqdarda narkotik vasitə olan heroin və xeyli miqdarda psixotrop maddə olan metamfetamini qoyduğu yerin ünvanını göndərmiş, sonuncu öz istifadəsində olan “+994-***-***-**-**” saylı nömrə ilə “Whatsapp” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2nm istifadəsində olan “+994-***-***-**-**” saylı nömrəyə qeyd olunan ünvanı yönləndirdikdən sonra, Təqsirləndirilən şəxs2 «Bolt» proqramı vasitəsi ilə taksi sifariş verib Təqsirləndirilən şəxs1la birlikdə sifariş üzrə gələn, cinayətdən xəbərsiz Şahid7 idarə etdiyi «Saipa Tiba» markalı, **-ZT-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhəri, Yasamal rayonu ərazisinə gedərək, aralarında razılaşdırılmış rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə onun mobil telefonuna göndərilmiş ünvana qoyulmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,682 qram ağ rəngli kristallik hissəciklərdən ibarətkustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 3,257 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq götürüb əldə edərək əynindəki qara rəngli parça şalvarın sağ yan cibinə qoyub daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən şərab evinin qarşısında Sumqayıt ŞPİ- nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə gətirələrək Təqsirləndirilən şəxs2nm üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış, üzərində “3k2p” yazısı olan qara rəngli sellofan bükümdə 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,682 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin, ağ rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,257 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təsvir olunan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotk vasitə almışdır. Amma heçkəs pul müqabilində ondan narotik vasitə istəməmişdir. O, əvvəl törətmiş olduğu CM-nin 234.1-ci maddəsi ilə məhkum olub cəza çəkdikdən sonra Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edən biri kimi tanımışdır. Həmin cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 şahid qismində dindirilmişdir. Cəzasını çəkib bitirdikdən sonra, polis əməkdaşları tərəfindən ona zəng gəlmişdir. Ona çəzaçəkmə müəssəsindən çıxdığı üçün qeydiyyata alınmalı olduğınu bildirib çağırmışlar. Lakin onu “COP 29” tədbiri ilə bağlı həbs etmişlər. Hadisə günü, yəni 19 avqust 2024cü il tarixdə Təqsirləndirilən şəxs2 ona 100 manat pul verməli idi. Ona bildirmişdir ki, ona ünvan göndərilib, “Bolt” tətbiqi ilə taksi sifariş edib gedib pulu götürüb ona verəcəkdi. Yanlarında taksi sürücüsü olmuşdur, hadisələrə şahiddir. Onlar Yasamal rayonuna getmiş, Könül pulu götürüb ona vermişdir. O da cibinə qoymuşdur. Onlar heç narkotik vasitə götürməmişlər. Onların üzərində narkotik vasitə olmamışdır. Maşında Bəhlul adlı şəxs olmuşdur. Maşına narkotik vasitəni o atmışdır. Təqsirləndirilən şəxs2 maşına atılan narkotik vasitənin Şahinə, yəni ona aid olması ilə bağlı ifadə verməyi üçün təsir göstərilmişdir. Könül yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ilə narkotik vasitəni satmaq ilə bağlı aralarında heç bir söhbət olmamışdır. ********** saylı mobil nömrə onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində o Sumqayıt şəhəri, 5-ci məhəllə 13/34 saylı yaşayış binasının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu, onun narkotik vasitələrin və psixotrop maddənin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə həmin İdarəyə getmişdir. Orada xidməti otaqların birində bir daha ona İdarəyə gətirilməsinin səbəbi izah edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirilən zaman o buna etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. O həmin bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynimdə olan göy rəngli cins şalvarının arxa sağ cibimdən 02 ədəd bank kartlarını, 01 ədəd alışqanı, sağ yan cibindən üzərində ***-***-**-** mobil telon nömrə olan “Samsunq» markalı mobil telefon, 498 manat pulu, sol yan cibindən bir ədəd siqaret qutusu və 02 ədəd papirosu təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisində 09 ədəd ağ rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o üzərindən aşkar olunan heroini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Mərkəzi bazar adlanan ərazidə olarkən Fərhad adlı İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün 60 manata aldığını, alan zaman büküm sayının 12 ədəd olduğunu, həmin narkotik vasitələrdən 03 bükünü istifadə etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş siqaret kağızlarında olan 09 bükümdə heroin ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,12 qram, 0,12 qram, 0,12 qram, 0,09 qram, 0,10 qram, 0,11 qram, 0,09 qram, 0,08 qram və 0,16 qram olduğu, həmin bükümlərin hamısı birlikdə tərəziyə qoyulduqda isə ümumi çəkisinin 0,99 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin bükümlər 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd papiros, 498 manat pul və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 02 ədəd bank kartları və 01 ədəd «Samsung» markalı mobil telefon isə götürülərək qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan əvvəl də həmin şəxsdən bir neçə dəfə narkotik vasitə almış, əldə etdiyi həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində daşımış, kimsəyə vermək fikri olmamışdır. Fərhad adlı İran İslam Respublikasının vətəndaşı ilə «instaqram» sosial şəbəkəsində tanış olmuş, özü ona narkotik vasitə təqklif etmiş və onlar razılıq əldə etdikdən sonra o ona narkotik vasitəni gizlətdiyini bildirmişdir. Həmin narkotik vasitələri elə bükümlər formasında almış, kiməsə pay vermək və ya satmaq fikri olmamışdır. Bundan başqa, o xx.xx.2024-cü il tarixdə əvvəlcədən tanıdığı Bəhlul adlı şəxs ona bildirmişdir ki, Bakı şəhərində narkotik atdırır və gedib götürüb istifadə etsinlər. O da razılaşıb ona 45 manat pul vermiş və Bəhlul həmin dediyi adama pulu göndərmiş və ondan telefonunu istədikdə o da vermişdir. Onlar yaşadıqları ünvana getmişlər və o, Könülə də bunu təklif etmiş və Könül də onlarla birlikdə getmək istədiyini demişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şərab evi»nin qarşısında Şahid7 məxsus Saipa Tiba markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxs2 və Bəhlulla ilə birlikdə olduğu zaman Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şərab evi»nin qarşısında DYP əmədaşları maşım saxlamış və bu zaman Bəhlul maşından düşüb uzaqlaşmışdır. Bu zaman onlara iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirib 3-cü PB-yə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə 3-cü PB-yə getmişdir. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predimetin olub- olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsini təklif edən zaman üzərində hər hansı qanunsuz predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərində axtarış keçirən zaman əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu götürmüşdür. Bundan başqa üzərindən iş üzrə maddi əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır. Bəhlul adlı şəxsin anket məlumatları və mobil telefon nömrəsini bilməmişdir. Şübhəli şəxs kimi ifadəsi alınarkən Bəhlulun adının çəkilməsini istəmədiyi üçün ilkin ifadəsində onun adını deməmişdir. Onun mobil telefonundan Könülün mobil telefonuna həmin narkotik maddəni götürməsi yerin “məkanı” göndərilməsi barədə bildirmişdir ki, telefonu Bəhlulda olmuş, yeqin o göndərmişdir. Telefonunda olan qəbz şəkli ilə bağlı isə bildirmişdir ki, telefonu Bəhlulda olmuş, yəqin o çəkmişdir. O uzun müddətdir ki, narkotik vasitə olan heroin istifadə edir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (Cild 2, iş vərəqləri 140-142) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, narkotik vasitələri yalnız şəxsi istifadə məqsəilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etdiklərinə görə tanımışdır. O, özü narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni alırdı, ağrıları olanda onunla bölüşür və istifadə edirdilər. Hadisə günü narkotik vasitəni götürməyə gedirdilər. Narkotik vasitənin ünvanını Təqsirləndirilən şəxs1 telefonuna göndərmişdilər. İlk olaraq “Bolt” tətbiqi vasitəsilə taksi çağırmış və ona göndərilən ünvana, Yasamala getmişlər. Təqsirləndirilən şəxs1 maşında gözləmiş, o isə maşından düşüb ağacın altından narkotik vasitəni götürmüşdür. 3 qram narkotik vasitə heroin və 2 qram narkotik vasitə metamfetamin olmuşdur. Narkotik vasitəni İran vətəndaşı tərəfindən göndərilən ünvandan götürməyə getmişdir. Qiyməti 225 manat idi. Pulunu o ödəməmişdir. Yasamaldan narkotik vasitəni götürüb Sumqayıta geri qayıdanda Sumqayıt şəhərində Şərab evinin qabağında artıq polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 3 qram heroin və psixotrop maddə 2 qram metamfetamin olmuşdur. İran vətəndaşının nömrəsini bilmir, onu heç tanımamışdır. İran vətəndaşını tanımır, onun olubolmamasından xəbəri yoxdur. Sadəcə 1 dəfə aldığı üçün belə ehtimal edir. ********** saylı mobil nömrə Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində “Şərab evi”-nin qarşısında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid7 idarə etdiyi taksi kimi onları daşıyan “Saipa Tiba “ markalı, ** ZT *** d.q.nişanlı avtomobildə əyləşən zaman onlara üç nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onları qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduqları üçün saxladıqlarını bildirmişlər və onlarla birlikdə 3-cü PB-yə dəvət etmişlər. Onlar da etiraz etməyib onlarla birlikdə 3-cü PB-yə getmişlər. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoşəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyam çıxarıb könüllü şəkildə təqdim etməsi təklif edən zaman özü əynində olan qara rəngli parça şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən isə üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış, qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün üzərində “3k2p” yazısı olması müşahidə edilmişdir. Həmin büküm açıldıqda içərisində 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması müşahidə edilmişdir. Psixotrop maddəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 1,88 qram, narkotik vasitəyə bənzər kütlənin çəkisinin isə 3,69 qram olması müəyyən edilmişdir. Bundan sonra xanım polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar ediməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə narkotik vasitə əldə etmək məqsədilə tanışı “Dejurnu” adlanan ərazidə Şahin ilə görüşmüşdür. X14 Respublikası vətəndaşının onun mobil telefonuna göndərmiş olduğu ünvana getməklə narkotik vasitə və psixotrop maddə əldə edə biləcəyini deyib, həmin ünvanı onun telefonunda “Bolt” taksi proqramı olduğundan votsap vasitəsilə mobil telefonuna göndərmişdir. Şahin həmin şəxsə artıq narkotik maddə almaq üçün pul da göndərmiş və qəbzin şəkil də telefonunda var idi. Şahinin mobil telefonuna həmin ünvanın fotoşəkli də göndərilmiş olmuşdur. Həmin fotoşəkildə 2 dəmir turbanm arasında kolluq ərazi əks olunmuş, bundan sonra mən “Bolt” proqramı vasitəsilə taski sifariş verib Şahin ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisinə getmişlər. Şahin ondan şübhələnməzlər deyə avtomobilən düşüb narkotiki götürməsini bildirdikdə, Yasamal rayonu ərazisində fotoşəkildə göstərilən ünvanda avtomobildən düşüb həmin üzərindən aşkar edilən bükümü götürüb şalvarının cibinə qoymuşdur. Yolda həmin bükümü Şahinə də göstərmiş, Şahin ona vəd etmişdir ki, taksinin gediş haqqı olaraq 30 manat verəcəyi təqdirdə bir büküm həmin narkotik vasitə olan heroindən, bir büküm də psixotrop maddə olan metanfetamindən verəcək. Onlar Sumqayıt şəhərinə qayıtdıqdan sonra 5-ci məhəllədə “Şərab evi”-nin qarşısında avtomobildən düşmək istədikdə onları polis əməkdaşları saxlamışlar. O əvvəllər də Şahindən narkotik vasitə əldə etmişdir. Onlarla birlikdə saxlanılan taksi sürücüsünün narkotik vasitə əldə etmək məqsədilə həmin yerə getmələri barədə məlumatı olmamışdır. O həmin şəxsi ilk dəfə idi ki, görürdü. O narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün narkotik və psixotrop maddə əldə etmişdir. O saxlanılarkən, yaxud polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi, fiziki təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı və ilkin izahatında göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Şahin özü ona Bakıdan narkotik maddə götürmək üçün getdiyini demiş və o da onunla getmiş, həmin ərazinin “konumunu” da Şahin ona göndərmiş, onun telefonunda narkotik aldığı adama pul göndərməsi ilə bağlı qəbzin şəkli də olmuşdur. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı ifadəsində həmin vaxt Bəhlul adlı şəxsin də yanında olması barədə göstərdiyi xüsatları təkzib edərək bildirmişdir ki, Şahin yalan deyir, onlar avtomobildə ikisi olmuşlar, Bəhlul adlı şəxsi ümumiyyətlə tanımamışdır. (Cild 1, iş vərəqləri 146- 148) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X6 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək göstərdi ki, 21 iyun 2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmiş, Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən saxlanılmış və polis idarəsinə dəvət olunmuşlar. Polis idarəsinin xidməti iş otağında təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış əməliyyat tədbiri həyata keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərindən 9 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 bir şey aşkar olunmamış o Təqsirləndirilən şəxs1la birlikdə saxlanılmışdı. Təqsirləndirilən şəxs1 saxlayan zaman o onlara heç bir müqavimət göstərməmişdir. Onlar tərəfindən də ona heç bir fiziki təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 21 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində saat 17:00 radələrində təqsirləndirilən şəxslər tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır. Əməliyya məlumatı Təqsirləndirilən şəxs1 barəsində qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 onun yanında olmuşdur. Polis idarəsində üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 siqaret qutusunda ümumi çəkisi 1 qram olan narkotik vasitə heroin aşkar olunmuşdur. Bununla yanaşı mobil telefon, iki plastik kart və 498 manat məbləğdə pul olmuşdur. Pul şəxsin özünə verilmişdir. Təqsirləndirilən şəxs1 yalan ifadə vermişdir, ona heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 19 avqust 2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkilləri yəni onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşına əyləşən zaman saxlanılmışdırlar və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdirlər. Maşında Bəhlul adlı şəxs olmamışdır.Onların üzərinə baxış keçirilən zaman üzərindən 1,8 qram psixotrop maddə metamfetamin və 3 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olunmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Şamil və Könül adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması, istifadəsi, daşıması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 22 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Şərab evi”nin qarşısında taksi kimi fəaliyyət göstərən Şahid7 idarə etdiyi “Saipa Tiba” markalı, **-ZT-*** dövlət qeydiyyavt nişanlı avtomobilə əyləşən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində hər üç şəxsin üzərinə ayrı-ayrılıqda videoçəkilişlə şəxsi axtarış keçirildi. Belə ki, xidməti otaqların birində Sumqayıt ŞPİnin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs2nm üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlinasir Nəsirli özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Biz də özümüzü təqdim etdik. Bundan sonra baş təhqiqatçı Əlinasir Nəsirli ona saxlanılmasının səbəbini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Mehdi Cəlalzadəni təqdim etdi, Könül bildirişlə tanış olaraq, vəkilinə etiraz etmədi. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olundu. O da əynində olan qara rəngli parça şalvarın sol yan cibindən 01 ədəd arxa səthi yaşıl rəngli «Samsunq» markalı mobil telefonu, sağ yan cibindən isə üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış, qara rəngli sellofan bükümü çıxarıb təqdim etdi. Həmin bükümün üzərində “3k2p” yazısı olması müşahidə edildi. Həmin büküm açıldıqda içərisində 01 ədəd ağ rəngli sellofan kəsiyiynə bükülmüş psixotrop maddə olan metamfetamin və 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroin aşkar edildi. Psixotrop maddə olan metamfetamin elektron tərəzi vasitəsi ilə çəkildikdə, çəkisinin 1,88 qram, narkotik vasitə olan heroinin çəkisinin isə 3,69 qram olması müəyyən edildi. Bundan sonra Sumqayıt ŞPİ-nin YYÇPTB-nin inspektoru Şahid6 tərəfindən onun üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə narkotik vasitə əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1la görüşmüş, Şahin öz mobil telefonuna göndərilən ünvana getməklə narkotik vasitə əldə edə biləcəklərini deyib, həmin ünvanı onun mobil telefonuna yönləndirmiş, bundan sonra o “Bolt” proqramı vasitəsi ilə taksi sifariş verib Şahinlə birlikdə Bakı şəhərinə Yasamala rayonu ərazisinə getmişdir. Şahinin mobil telefonuna həmin ünvanın fotoşəkli də göndərilmiş, həmin fotoşəkildə 02 dəmir turbanın arasında kolluq ərazisi əks olunmuş, o Yasamal rayonu ərazisində fotoşəkildə göstərilən ünvanda avtomobildən düşüb həmin üzərindən aşkar edilən bükümü götürmüş, Şahin ona taksinin gediş haqqı olaraq 30 manat verməsi müqabilində bir büküm həmin narkotik vasitə olan heroindən, bir büküm də psixotrop maddə olan metamfetamindən verəcəyini vəd etmiş, o əvvəllər də Şahindən narkotik vasitə əldə etmiş, özü narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi məqsədi ilə onları əldə etmək istəmiş, taksi sürücüsünün onların narkotik vasitə əldə etmək məqsədi ilə həmin yerə getmələri barədə məlumatı olmamış, üzərindən aşkar edilmiş mobil telefonun üzərində mobil nömrə olmamış, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2nm üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin 01 ədəd zərfə qoyulmaqla qablaşdırıldı və DİN-in 127 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs2nm üzərindən aşkar edilmiş “Samsunq A14” markalı mobil telefon da 01 ədəd zərfə qoyulmaqla qablaşdırıldı. Daha sonra müvafiq sənədləşmə aparıldı və Könül də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etdi. Bundan sonra, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTBnin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlinasir Nəsirli özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Biz də özümüzü təqdim etdik. Bundan sonra baş təhqiqatçı Əlinasir Nəsirli ona saxlanılmasının səbəbini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Yaşar Xankişiyevi təqdim etdi, Şahin bildirişlə tanış olaraq, vəkilinə etiraz etmədi. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olundu. Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz predmet olmadığını bildirdi. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon olması aşkar edildi. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Şahinin üzərindən əhəmiyyət kəsb edən heç nə aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 mobil telefonun özünə məxsus olduğunu, üzərində ***-***-**-** mobil nömrə olmasını, o Təqsirləndirilən şəxs2 ilə təxminən 3-4 ay bundan qabaq tanış olduğunu, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə görüşməsini, Könülün istəyi ilə “Bolt” tətböiqindən taksi sifariş etməsini, Bakı şəhəri Yasamal rayonu ərazisinə getdiyini, Könülün orada rəfiqəsi ilə görüşəcəyini deyib avtomobildən düşüb uzaqlaşıb gedərək 5 dəqiqə sonra qayıtdığını, Təqsirləndirilən şəxs2nm narkotik vasitə əldə etməsi, üzərində daşıması barədə məlumatının olmadığını, özünün heroindən istifadə etdiyini bildirdi. Daha sonra müvafiq sənədləşmə aparıldı və Şahin də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etdi. Daha sonra, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Şahid7 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlinasir Nəsirli özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Biz də özümüzü təqdim etdik. Bundan sonra baş təhqiqatçı Əlinasir Nəsirli ona saxlanılmasının səbəbini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Ələsgər Məmmədovu təqdim etdi, Kamil bildirişlə tanış olaraq, vəkilinə etiraz etmədi. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olundu. Şahid7 göy rəngli cins şalvarımın sağ yan cibindən “Samsung A32” markalı mobil telefonu, idarə etdiyi nəqliyyat vasitəsinin 02 ədəd açarını, sol yan cibindən isə 25 manat 40 qəpik məbləğdə nağd pulu, şəxsiyyət vəsiqəsini, 02 ədəd bank kartını təqdim etdi. Sorğu zamanı Kamil Könül və Şahin adlı şəxsləri tanımadığını, “bolt” taksi şirkəti tərəfindən verilmiş sifariş əsasından Sumqayıt şəhərindən həmin şəxsləri Bakı şəhəri Yasamal rayonu ərazisinə apardığını, orada Könülün avtomobildən düşərək getdiyini, təxminən 5 dəqiqədən sonra yenidən geri qayıdaraq avtomobilə əyləşdiyini bildirdi. “Samsung A32” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq möhürləndi. Daha sonra müvafiq sənədləşmə aparıldı və Şahin də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etdi. Həmçinin, Şahid7 idarə etdiyi ona məxsus “Saipa Tiba” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə və digər qanunla dövriyyəsi qadağan edilmiş predmetin olması ehtimal edildiyindən, avtomobilə baxış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl onun ərizəsi alınmış, sonuncu avtomobilə baxış kerilməsinə etirazının olmamasını bildirdikdən sonra videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Şahid7 özü cibindən açarı çıxardaraq avtomobilinin qapısını açmış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan və yük yerindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və Kamil də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində Şahid7 idarə etdiyi maşınında onun və Könüldən başqa Bəhlul adlı şəxsin də olması, onları saxlayarkən həmin Bəhlul adlı şəxsin maşından düşüb uzaqlaşması barədə göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yalan demiş, avtomobildə Kamil, Şahin və Könül olmuşlar. Onlardan başqa avtomobildə heç kim olmamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid7 qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, onlar saxlanılarkən heç bir müqavimət göstərməmişlər. (Cild 1, iş vərəqləri 182-185) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən “Şərab evi”nin yaxınlığında olarkən ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqla və satışında şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və onu onlarla birlikdə 3-cü PB-yə dəvət etmişlər. O etiraz etməyib onlarla birlikdə 3-cü PB-yə getmişdir. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri elan edilmiş, öz vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarımın müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsi təklif edilən zaman göy rəngli cins şalvarımın sağ yan cibindən “Samsung A32” markalı mobil telefonu, idarə etdiyi nəqliyyat vasitəsinin 02 ədəd açarını, sol yan cibindən isə 25 manat 40 qəpik məbləğdə nağd pulu, şəxsiyyət vəsiqəsini, 02 ədəd bank kartını təqdim etmişdir. “Samsung A32” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır, idarə etdiyi “Saipa Tiba” markalı, 99- ZT-676 dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin 02 ədəd açarı, 25 manat 40 qəpik məbləğdə nağd pul, şəxsiyyət vəsiqəsi, 02 ədəd bank kartı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan başqa, onun idarə etdiyi ona məxsus “Saipa Tiba” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə və digər qanunla dövriyyəsi qadağan edilmiş predmetin olması ehtimal edildiyindən, avtomobilə baxış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl onun ərizəsi alınmış, o da avtomobilə baxış kerilməsinə etirazının olmamasını bildirdikdən sonra videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o özü cibindən açarı çıxardaraq avtomobilinin qapısını açmış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan və yük yerindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. O narkotik vasitə və psixotrop maddə istifadə etmir. Könül və Şahin adlı şəxsləri ilk dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Bolt” taksi şirkəti tərəfindən verilmiş sifariş əsasında Sumqayıt şəhərindən götürüb Bakı şəhəri Yasamal rayonu ərazisinə apardığı zaman müştəri kimi görmüş, onları əvvəllər tanımamış, onlarla heç bir əlaqəsi və ünsiyyəti də olmamışdır. Apardığı yerdə Könül rəfiqəsi ilə görüşüb qayıdağacağmı bildirərək avtomobildən düşmüş, təxminən 5 dəqiqədən sonra geri qayıdaraq avtomobilə əyləşmiş və onlar yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən “Şərab evi”nin yaxınlığında olarkən onlara polis əməkdaşları yaxınlaşıb idarəyə gətirmişlər. Onların üzərlərində narkotik vasitə olmasından onun ümumiyyətlə heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində idarə etdiyi maşında onun və Könüldən başqa Bəhlul adlı şəxsin də olması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yalan deyir, avtomobildə Şahin və Könül ikisi olmuşlar, onlardan başqa avtomobildə heç kim olmamışdır. (Cild 1, iş vərəqləri 180-181) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, Şahin adlı şəxsi tanıyır. Özü təxminən 5 ildir ki, narkotik maddələr istidadə etdiyindən, Şahinlə tanış olmuş və bilmişdir ki, Şahin narkotik maddələrin satışı ilə məşğul olur və buna görə də hərdən istifadə etmək üçün ondan metamfetamin almışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmuş və Şahinə həmin nömrə vasitəsilə yazılan smsləri narkotik maddə əldə etmək üçün yazmışdır. Narkotik maddələri Təqsirləndirilən şəxs1 aldığı zaman ikisi tək olmuşlar, Şahin əlbə-əl ona vermiş, o da Şahinə pul vermişdir. (Cild 2, iş vərəqləri 64-65) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid5 və Sumqayıt ŞPİ-nin İTŞ-nin YYÇPTB-nin inspektoru, polis kapitanı Şahid6 digər şahidlər Şahid4 və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 208-209, Cild 2, iş vərəqləri 60-63) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahin Sadıqovun üzərinə şəxsi axtarış keçirilməsi zamanı o, əynində göy rəngli cins şalvarın arxa sağ cibindən 02 ədəd bank kartlarını, 01 ədəd alışqanı, sağ yan cibindən üzərində ***-***-**-** mobil telefon nömrə olan “Samsung» markalı mobil telefonu, 498 manat pulu, sol yan cibindən bir ədəd siqaret qutusu və 02 ədəd papirosu təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisində 09 ədəd ağ rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroin aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 242-243) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən o özü əynində olan qara rəngli parça şalvarın sol yan cibindən 1 ədəd arxa səthi yaşıl rəngli “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış, qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün üzərində “3k2p” yazısı olması müşahidə edilmişdir. Həmin büküm açıldıqda içərisində 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması müşahidə edilmişdir.(cild 1, iş vərəqləri 28-30) “Şəxsi axtarışın keçirilməsi barədə” 21 iyun 2024-cü il tarixli və 20 avqust 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 187-191) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunan telefonda baxış keçirilən zaman 2002 kodu ilə açıldı və telefona baxış keçirldikdə WhatsApp tətbiqində “Şakro” adlı kontaktdan “Ata Zaminə deyəcəksən getdiyivi, -yox, yoxsa yox, he bildim yazısı və saat 19.57-də isə məkan yeri mesaj olaraq gəldiyi görünür. Baxış zamanı həmin nömrənin ***-***-**-** mobil nömrəsi olduğu görünür. Təqsirləndirilən şəxs2 həmin nömrənin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, ona göndərilən məkan təsvirinin isə Şahin tərəfindən Bakı şəhərində olan narkotik maddələrin yeri olduğunu və həmin məkandan narkotik madələri götürdüklərini bildirmişdir. (Cild 1, iş vərəqləri 114-115) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunan telefonda baxış keçirilən zaman telefonda hər hansı kod yoxdur. Telefonun Whatsapp mobil tətbiqinə baxış keçirildiyi zaman orada müxtəlif şəxslərlə narkotik maddələrin dövriyyəsini əks etdirən yazışmalar müəyyən edilir. Bundan başqa telefonun təsvirlər olan hissəsində xx.xx.2024-cü il tarixdə saat 19.23-də 250 manat pul göndərildiyi əks olunmuşdur. (Cild 1, iş vərəqləri 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-13290/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 19:45, 19:46-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 202, həmin gün saat 21:46-da Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi/Sumqayıt şəhəri, H.Əliyev prospekti 35, saat 21:49 Sumqayıt şəhəri ATS 5/9 ərazisi qeyd olunur. Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi/Sumqayıt şəhəri, H.Əliyev prospekti 35 ərazisi Təqsirləndirilən şəxs1 saxlanıldığı Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Şərab evi”nin yaxınlığındakı ərazisidir. “SMS detallashması_993780203” adlı papkaya daxil olduqda müəyyən edilir ki, xx.xx.2024-ci il tarixdə saat 04:57-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «X10 gör neyləyisən», xx.xx.2024-cü il tarixdə saat 02:26-da 050-339-80- 08 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 099-378-02- 03 saylı mobil telefon nömrəsinə “Brat evdeyem danisa bilmirem.lOOm varimdi.neqeder das duzeler qardasim uchun?”, xx.xx.2024-cü il tarixdə, saat 17:42-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa gozduyum seni yoxsa gedim bir soz dide mene 1 saata didin gelirem Rusteıudi”,xx.xx.2024-cü il tarixdə saat 15:18-də ***-***-**- ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olımış ***-***-**-** saylı mobil telefon nömrəsinə “40 di didin yari birde das verasan vurmağa” ibarət sms mübadiləsi aparılmışdır.(Cild 2, iş vərəqləri 49-59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3330 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DİN zərflər üçün №124» dairəvi möhür əksi olan «Saxlanılan şəxs: Təqsirləndirilən şəxs1» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,076 qram, 0,054 qram, 0,051 qram, 0,076 qram, 0,049 qram, 0,079 qram, 0,054 qram, 0,097 qram, 0,038 qram, ümumi təmiz çəkisi 0,574 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 252-256) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/1-6/4240 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Vət.Təqsirləndirilən şəxs2 götürülmüş...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,682 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 3,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(Cild 1, iş vərəqləri 98-104) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6988 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cü il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsit qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 68-69) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7022 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 70- 71) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,691 qram heroin, 1,632 qram metamfetamin, həmçinin 02 ədəd Samsung markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 04 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 107-127) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələri satış məqsədilə əldə etməmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürür ki, hər iki təsirləndirilən şəxsin əməlinin narkotik vasitələrin satışı ilə bağlı olması qənaətinə gələrkən konkret satışla bağlı sübutların mövcudluğunu, növ müxtəlifliyinin mövcud olması və çoxsaylı bükümlərə bölünməsi də əsas götürür. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar – ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından, müvafiq məhkəmə hökmlərinin surətindən və elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənildiyindən həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 13 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Həmçinin Sumqayıt şəhər məhkəməsinin 06 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki ) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunurlar. ( cild 2, iş vərəqləri 81-96, 107-129) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra Sumqayıt şəhər məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 12, 21, 42, 51, 123-168, 223-224, Cild 2, iş vərəqləri 7-20) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onların cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt şəhər məhkəməsində çıxarılmış hökm üzrə onun 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək və hazırki iş üzrə 21 iyun 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək tutulduğu ümumilikdə 04 gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 07 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1,632 qram metamfetamin və 3,691 qram heroin məhv edilməli, 02 ədəd Samsung markalı telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalıdır. 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 106 manat məbləğində, Təqsirləndirilən şəxs2 40 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 06 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək, həmçinin 21 iyun 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 07 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1,632 qram metamfetamin və 3,691 qram heroin məhv edilsin, 02 ədəd Samsung markalı telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 106 manat, Təqsirləndirilən şəxs2 40 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar