Məhkəmə qərarları › İş №1(124)-213/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-213/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-213/2022 04.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X5 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, silahdan istifadə edərək törədilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlı hərəkətləri etmişdir. Belə ki, o, 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Al” marketin qarşısında mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətdiyi üçün tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni davam etdirmək üçün görüşmək qərarına gələrək, həmin gün saat 23 radələrində ünvan 3 ünvanında yerləşən “Tural” marketlə üzbəüz istiqamətdə avtomobil yolunun üzərində Zərərçəkmiş şəxslə görüşüb mübahisəni davam etdirərək sonuncu tərəfindən ona bildirilən iradı cüzi səbəb olaraq bəhanə etməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoymaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək, silahdan, yəni ovçuluq peşəsi ilə bağlı olaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağından istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona həyat üçün təhlükəli olan döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmişdeşilmiş yara kimi sağlamlığa ağır zərərvurmaya aid, döş boşluğuna keçməyən 2 ədəd, boyun nahiyəsində 1 ədəd və sol diz oynağında 1 ədəd deşilmiş-kəsilmiş yaralar kimi sağlamlığa yüngül zərərvurmaya aid edilən və sol said və sol baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımış, aralarında düşmənçilik və şəxsi ədavət olmamışdır. 25 sentyabr 2021-ci il tarixdə saat 22-23 radələrində Xaçmaz şəhəri “Al” marketin qarşısında Bakı şəhərində yaşayan tanışı Raminlə telefonla danışarkən hislərini cilovlaya bilməyib ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman marketin qarşısında avtomobilini saxlayan Zərərçəkmiş şəxs maşından enərək telefonda söyüş söyməsi ilə bağlı ona irad bildirmiş, əsəbi olduğu üçün Zərərçəkmiş şəxs sərt şəkildə cavab qaytarmışdır. Buna görə də, Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, lakin ətrafda olan kənar şəxslər onları ayırmışdır. Bu zaman Teymur maşında olan qızını düşürüb yenidən onunla söhbət edəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra “Al” marketin yanında olarkən Teymur avtomobildən enib ona doğru gəlmiş, onunla birlikdə bacısı oğlu Araz da olmuşdur. Teymurla aralarında əlbəyaxa mübahisə yaranmış və Teymur onu əli ilə itələməsi nəticəsində arxası üstə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Teymur onun üzərimə çıxmış və Teymura müqavimət göstərə bilməyəcəyini görüb gödəkçəsinin sağ cibindən ov bıçağını çıxarıb ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Teymura bıçaqla zərbə vurmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ovçular cəmiyyətinin üzvü olduğu və daima ovla məşğul olduğu üçün ov bıçağı üzərində olmuşdur. Belə ki, həmin gün gecə bağa gedib qalacağından və orada vəhşi heyvanlardan qorunmaq, eləcə də ov etmək və sair işlər üçün ov bıçağını üzərində götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində qızı Aytacı işdən götürüb meyvə-tərəvəz almaq üçün “Al” marketə getmiş, qızı isə onu maşında gözləmişdir. Çölə çıxdıqda uzun müddətdi rayon sakini kimi tanıdığı Nemanın uca səslə nalayiq ifadələr işlətməsini görmüşdür. Ondan bu hərəkətlərə son qoymasını tələb etdikdə Neman onu da söymüşdür. Bunun üstündə aralarında mübahisə yaranmış və ətrafda olan şəxslər onları aralaşdırmışlar. Nemana qızını evə düşürüb qayıdacağını demişdir. Geri qayıtdıqda yolda bacısı oğlu Arazı da götürmüşdür. “Al” market qarşısında olarkən Neman da gəlmiş və yenidən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nemanı yerə yıxmış və bu zaman Neman onun kürək nahiyəsinə bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. Sonra bacısı oğlu Araz onu tutub kənara çəkmiş, digər şəxslər də onları aralamış və Araz onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayının 25-də saat 23 radələrində Xaçmaz şəhəri S.Qurbanov küçəsi boyu yolun sağ tərəfi ilə piyada hərəkət edərkən yolun sağında avtomobilin qarşısında dayanan iki nəfər şəxsin mübahisə etdiyini görmüşdür. Hava qaranlıq olduğundan ilkin olaraq mübahisə edən şəxslərin kim olduğunu bilməmiş, yaxınlaşdıqda isə onların Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Mübahisə nəticəsində Teymurla Neman bi-biri ilə yaxalaşaraq yerə yıxılmışlar və bu zaman Teymur üstdə olmuşdur. Qəflətən Teymur ucadan Nemanın onu bıçaqla vurduğunu deyib qışqırmışdır. Sonra Teymurun bacısı oğlu Araz və digərləri onları aralaşdırmışlar, hava qaranlıq olduğundan Teymurun Nemanı nə ilə vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Xaçmaz şəhəri Səid Qurbanov küçəsində yerləşən “Al” marketin sol tərəfindəki meyvə-tərəvəz mağazasında satıcı işləmişdir. 25 sentyabr 2021-ci ildə saat 22-23 radələrində mağazanın anbarında olanda çöl tərəfdə qışqırıq səslərini eşitmiş, çölə çıdıqda Teymurla Nemanın yaxalaşdığını və bir-biri ilə dalaşdığını gördükdə ətrafdakıların köməyi ilə onları aralaşdırmışdır. Sonradan onların mübahisəsinin davam etməsini və Nemanın Teymuru bıçaqla vurub ona xəsarət yetirməsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayının 25-də atası Teymur onu işdən götürüb evə apararkən yolda meyvə-tərəvəz almaq üçün marketin qarşısında maşını saxlamış və o, atasını maşında gözləmişdir. Həmin vaxt küçədə olan Neman söyüş söydüyü üçün atası ona əsəbləşmiş və onların arasında mübahisə yaranmışdır. Yolda atasına zəng gəlmiş və atası onu evə qoyub qayıtmışdır. Atasından qayıtmamasını xahiş etməsinə baxmayaraq o, buna əməl etməmişdir. Sonradan atasının Neman tərəfindən bıçaqlandığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının 25-də dayısı Teymurun qızı Aytac ona zəng edərək atasının evdən çıxdığını və kiminlə isə mübahisə etməyə getdiyi demişdir. Evdən çıxaraq dayısının arxasınca getmiş və dayısının Nemanla söhbət etdiyini, sonra isə qəflətən aralarında dava baş verdiyini görmüşdür. Onları ayırmağa başlamış, lakin tək olduğu üçün bunu bacarmamış və kənar şəxslər müdaxilə edərək onları ayırmağa kömək etmişlər. Onları ayırdıqdan sonra dayısı Teymurun Neman tərəfindən bıçaqla vurulduğunu görmüş, lakin Nemanın konkret olaraq dayısını bıçaqla vurmasını o, görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 26 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanından keçən avtomobil yolunun sol tərəfidir. Hadisənin baş verdiyi yerdə avtomobil yolunun eni 15 metr olmaqla yolun orta hissəsində qırıq xətlər vardır. Avtomobil yolu asfalt səthən ibarət olmaqla nəm olmuşdur. Həmin avtomobil yolu ilə düzünə hərəkət etdikdə yol Heydər Əliyev prospekti ilə kəsişir. Həmin yerdə avtomobil yolunun sol tərəfindən 1 metr məsafədə yolun üzərində 25x40 sm sahəni əhatə edən qanabənzər gölməçə aşkar olunmuşdur. Qeyd olunan qanabənzər gölməçədən pambıqla bir ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qanabənzər gölməçənin aşkar edildiyi yerlə üzbəüz istiqamətdə yolun sağ tərəfində “Tural” market vardır. Bundan əlavə, hadisənin baş verdiyi yerdə yolun sol tərəfində yaşayış evləri olmaqla, qanabənzər gölməçənin aşkar edildiyi yerdən 1.14 metr məsafədə sol tərəfdəki yaşayış evlərinə doğru asfalt yol vardır. Aşkar edilmiş qanabənzər gölməçədən 8,40 metr “Al” market istiqamətində getdikdə yolun sol kənarından 1,25 metr məsafədə avtomobil yolunun üzərində 1 ədəd qara rəngli bıçaq aşkar edilmişdir. Bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla dəstəyinin uzunluğu 11 sm-dir və qara rəngdədir. Tiyəsinin uzunluğu isə 8,5 sm-dir. Tiyəsi metal materialdan olmaqla qara rəngdədir. Dəstəyinin eni 3 sm, tiyəsinin eni isə 2.5 sm-dir. Qeyd olunan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-9) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 624 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər döş boşluğuna nüfuz edən 1 ədəd və boşluğa keçməyən 2 ədəd, boyun nahiyəsində 1 ədəd və sol diz oynağında 1 ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin, sol said və sol baldır nahiyələrinin sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş boşluğuna keçməyən 2 ədəd, boyun nahiyəsində 1 ədəd və sol diz oynağında 1 ədəd deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol said və sol baldır nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 156-157) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2346 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaramış, həmin halın yaranması onda müəyyən edilən psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 160-162) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1661, 3/1662, 3/1663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bağlamaların üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri bir ədəd maykanın, bir ədəd köynəyin və bir ədəd şalvarın arxa, sağ yan, sol qol və sol ayaq hissələrində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetlərin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaq (bıçaq tiyələri) də aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd maykanın, bir ədəd köynəyin və bir ədəd şalvarın səthində olan zədələrin təqdim edilmiş bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Təqdim edilmiş bir ədəd maykanın, bir ədəd köynəyin və bir ədəd şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif tərəflərə olmaqla yetirilmişdir. (Cild 1, iş vərəqləri 166-169) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəcikləriin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 173-176) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 844/2021-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar, idman koftası, mayka üzərindəki ləkələrdə və hadisə yerindən götürülmüş 01 ədəd pambıq topası üzərində hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 238-242) Cinayət işinin materiallarında olan 16 dekabr 2021-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd bıçaq, 1 ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmişdir. (Cild 1, iş vərəqləri 244-245; Cild 2, iş vərəq 47) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 151-152) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri aşağıdakı əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə əsassız ittiham verilmişdir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən həmin şəxsin sağlamlığına ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. İstintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Al” marketin qarşısında mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətdiyi üçün ictimai borcunu yerinə yetirərək ona haqlı iradını bildirmiş tanışı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, sonuncu ilə həmin mübahisəni davam etdirmək üçün görüşmək qərarına gələrək 25 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanında yerləşən “Tural” marketlə üzbəüz istiqamətdə avtomobil yolunun üzərində Zərərçəkmiş şəxslə görüşüb mübahisəni davam etdirərkən sonuncunun ictimai borcunu yerinə yetirərək ona bildirdiyi iradı bəhanə edib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs bacısı oğlu Şahid1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gödəkçəsinin cibində gəzdirdiyi, soyuq silah hesab edilən ov bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub sonuncuya “döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yara” kimi sağlamlığa ağır zərər vuran, “döş boşluğuna keçməyən 2 ədəd, boyun nahiyəsində 1 ədəd və sol diz oynağında 1 ədəd deşilmiş-kəsilmiş yaralar” kimi sağlamlığa yüngül zərər vuran, “sol said və sol baldır nahiyələrinin sıyrıqları” kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, bununla da, o, Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, o cümlədən sonuncuya ağır iztirablar verməklə qəsdən həmin şəxsin sağlamlığına ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. Halbuki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefonla danışarkən hislərini cilovlaya bilməyib öz tanışını söyməklə ictimai qaydanı pozmamış, ətrafda olan insanları söyməmiş, onlara qarşı qanunsuz hərəkət etməmiş və Zərərçəkmiş şəxs də ona irad bildirməklə ictimai borcunu yerinə yetirməmişdir. Zərərçəkmiş şəxs qızının söyüş eşidə bilməsinə görə Təqsirləndirilən şəxs irad bildirmiş və Təqsirləndirilən şəxs ona bıçaqla ağır xəsarət yetirməsi Zərərçəkmiş şəxs hər hansı bir ictimai borcunun yerinə yetirməsi ilə əlaqədar olmamışdır. Eyni ilə zərəçəkmiş şəxsə qarşı edilən xuliqanlıq hərəktləri də onun hər hansı bir ictimai borcunun yerinə yetirilməsi ilə bağlı olmamışdır. İttihamın bu hissəsində Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətləri ilə ictimai təhlükəli əməlini başlamaqla Zərərçəkmiş şəxslə dalaşma nəticəsində onu bıçaqla vurub ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Şahid ifadələrindən göründüyü kimi, bu zaman həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs yerə yıxılaraq dava etmişlər və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin üstündə olmuşdur. Təqsirləndirilən şəxs məhz dalaşma nəticəsində zərərçəkmiş şəxsə xəsarət yetirməsi həm yetirilən xəsarətlərin lokalizasiyası, ardıcılığı və intensivliyinə görə, həm də, Zərərçəkmiş şəxs bacısı oğlunun onun yanında olmasına görə bu xəsarətin xüsusilə amansızlıqla yetirilməsi kimi qiymətləndirilə bilməz. Hər iki halda dalaşma nəticəsində zərərçəkmiş şəxsə xəsarət yetirən Neman Mustafayevin qəsdi, eləcə də məqsədi və niyyəti ona ağır iztirablar verməklə xüsusi amansızlıqla xəsarət yetirməsinə yönəlməmişdir. İttihamın bu hissəsində də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Eyni ilə Təqsirləndirilən şəxs əməlləri qərəzli xuliqanlıq hərəkətləri kimi başlanılsa da, sonradan dalaşma nəticəsində Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarətinin yetirməsi bu xəsarətin xuliqanlıq niyyəti ilə yetirilməsi kimi qiymətləndirilə bilməz. Çünki xulqanlıq cinayəti ilə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır dərəcəli bədən xəsarətinin yetirilməsi cinayət qanunvericiliyində fərqli cinayət əməlləri kimi nəzərdə tutulmaqla yanaşı, fomalaşmış məhkəmə praktikasında da bu iki əməl müstəqil qiyməymətləndirilir. Başqa sözlə burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə törədilən cinayət əməlinin motivi xuliqanlıq niyyətindən ibarət olmamışdır. İttihamın bu hissəsində də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna edildikdə cinayət əməli kimi qiymətləndirilir. Cinayət işinin materiallarına əlavə edilmiş Xaçmaz Ovçuluq və Balıqçılıq Cəmiyyəti tərəfindən verilmiş arayışdan və Təqsirləndirilən şəxs adına olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin 8-87 №li üzvülük biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ovçuluq cəmiyyətinin üzvü olmaqla ovçuluq peşəsi ilə məşğuldur. O, ifadəsində də göstərmişdir ki, həmin bıçağı ovçu dükanından almış, həmin gün bağ sahəsinə ovçuluq etdiyi əraziyə getdiyi üçün vəhşi heyvanlardan qorunmaq və ov etmək üçün ovçu bıçağını üzərində götürmüşdür. Bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilməsi əsassızdır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ona verilmiş ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 7-ci bəndinə əsassən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Bundan başqa, eyni Qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəlidavranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Bundan başqa, həmin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunmuşdur ki, vuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X6rşı, § 29). Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsinin yanaşmasına görə, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmədən də vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin ona verilmiş ittihamdan xaric edilməsini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü künüllü Xaçmaz rayon prokurorluğuna gələrək təqsirini boynuna almışdır. (Cild 1, iş vərəqi 41) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2010 və 2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 122, 215-216) İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən və məhkəmədə verdiyi ifadəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, onunla barışmışdır. (Cild 1, iş vərəqi 206) Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 58, 108-110). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞdə saxlanılan: hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi, yarasız hala düşmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar ona və ya yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 ədəd ov bıçağı xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən oğlundan 394 (üç yüz doxsan dörd manat) 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan: hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi, yarasız hala düşmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar ona və ya yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 ədəd ov bıçağı xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 394 (üç yüz doxsan dörd manat) 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar